Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağışı müşahidə olunub.
ONN media xəbər verir ki, ərazidə yağan dolu nəticəsində torpaq sahələri ağ örpəyə bürünüb.
Təbiət hadisəsi zamanı ərazidə görünüş məsafəsi də azalıb.
Dolunun Sədərək rayonunda hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur.