Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyiniz dəyərli fikirlər və müəyyən etdiyiniz mühüm fəaliyyət istiqamətləri üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz hər zaman vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır, bu istiqamətdə zəruri islahatların həyata keçirilməsi üçün tapşırıqlar verirsiniz. Ümumiyyətlə, son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Sizin rəhbərliyinizlə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən böyük sevinclə və rəğbətlə qarşılanır. Gördüyünüz işlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu əyani şəkildə təsdiq edir, eyni zamanda xalqın Sizə olan inam və etimadını daha da gücləndirir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının uğurla keçirilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dərin hörmətlə,

Şahhüseyn Qurbanov

Azərbaycan Respublikası, Ağstafa rayonu.