Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava avqustun 17-dək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, fasilələrlə yağış yağacağı gözlənilir: “Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur”.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun ucqar kəndi olan Sahiloba kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə […]
Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi məsələləri müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb. Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları qeyd olunub. Tərəflər alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər. Müasir texnologiyaların, innovativ həllərin və nou-haunun tətbiqi, eləcə də bu […]
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır. İKZF-dən bildirilib ki, yeni mənzillərin seçimi 20 avqust 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilir. Bildiririk ki, […]
Məhkəmə qərarı ilə müsadirə edilmiş “Landmark” Biznes Mərkəzinin əmlakları satışa çıxarılıb. Satışa çıxarılan əmlaklar arasında dəyəri 30-40 min manat arası olan pianolar, rəsm əsərləri, eləcə də qiymətli heykəltaraşlıq nümunələri də var. Satışa çıxarılan heykəllər arasında Əməkdar rəssam Rəşad Mehdiyevin müəllifi olduğu “İkarus” əsəri də yer alıb. Hərracda təklif olunan rəsm əsərlərinin ümumi qiyməti 243 min manatdır. “Landmark”ın bu dəfə satışa çıxarılan əmlaklarının ümumi dəyəri isə yarım milyon manat civarındadır. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2024-cü […]
Bu ilin ikinci və sonuncu Günəş tutulması başlayıb. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək. Məlumata görə, tam Günəş tutulması bir sıra ölkələrdən müşahidə ediləcək. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə olunacaq. Qismən […]
Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Bundan sonra Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinə Jalə Bədirova rəhbərlik edəcək. Qeyd edək ki, Jalə Bədirova bu təyinatadək Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı olub. Jalə Bədirova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş ictimai əlaqələr üzrə mütəxəssis, media və kommunikasiya sahəsində magistr dərəcəsi almış tədqiqatçı, həmçinin müxtəlif ictimai tədbirlərdə və layihələrdə iştirak edən mütəxəssisdir.
Rusiyanın Yekaterinburq şəhərində bənövşəyi rəngli “Lamborghini Aventador SVJ” idman avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Redaksiya SHOT “Telegram” kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Məlumata görə, dəyəri 35 milyon rubl (təxminən 720 min AZN) qiymətləndirilən avtomobil “Rus Mis Şirkəti”nin rəhbəri, adı “Forbes” siyahısına daxil olan milyarder İqor Altuşkinə məxsusdur. Sükanı arxasında onun kiçik oğlu, 20 yaşlı David Altuşkin olub. İlkin versiyaya görə, sürücü Otradnaya küçəsində idarəetməni itirərək ərazidə yerləşən mağazanın fasadına çırpılıb. Qəza zamanı […]
Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Bu fikri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı əlavə edib: “Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə – Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu”, – deyə dövlətimizin başçısı əlavə edib.
Hər il avqustun 12-də Beynəlxalq Gənclər Günü kimi qeyd edilir. Bu günün təsis olunması barədə qərar 1998-ci ildə Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya konfransında qəbul edilib və BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilib. Bu günün əsas məqsədi gənclərin ictimai həyatın müxtəlif sahələrində fəal iştirakına təkan vermək, onların nailiyyətlərini tanıtmaq və qarşılaşdıqları problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2026-cı ildə Beynəlxalq Gənclər Günü “Fərqli reallıqlar, ortaq arzular” devizi altında […]
Xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə, həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan “WhatsApp” tətbiqi vasitəsilə guya “təcili” xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Mövcud faktlar üzrə başlanılmış […]
İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb. Sənədə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Qanunda dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların […]
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib. Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.
İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib. İran lideri çıxışında bu ölkələr arasında Azərbaycanın da adını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan müharibə dövründə müəyyən mərhələdə bank və yolları İran üçün bağlasa da, danışıqlardan sonra bütün bunlar bərpa edilib: “Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında nə […]
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb. Dövlət başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi […]
Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı […]
Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın bank sektorunda xalis mənfəətin artması ilə yanaşı, əhalinin problemli kreditlərinin çoxalması müşahidə olunan əsas meyillərdəndir. Bu vəziyyət, bir tərəfdən vətəndaşların öhdəliklərini icra etməkdə çətinlik çəkməsindən, digər tərəfdən isə yüksək faiz dərəcələri və komissiya gəlirlərindən qaynaqlanır. Nəticədə, vətəndaşların borc yükü artsa da, maliyyə institutu kimi bankların ümumi balans göstəriciləri müsbət dinamika nümayiş etdirir. Bəs bu təzadın səbəbləri nədir? Əhali krediti ödəməkdə çətinlik çəksə də banklar necə mənfəətlərini artırırlar? Mövzu ilə bağlı Plat.az-a açıqlamasında iqtisadçı Namiq Hüseynov bildirib ki, düzdür bankların […]
Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin oğludur. Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib. Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır: Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikasının energetika naziri […]
Son illərdə azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkələrdən biri olan Türkiyə artıq əvvəlki qədər sərfəli hesab edilmir. Kurort bölgələrində qiymətlərin kəskin bahalaşması səbəbindən həm yerli, həm də xarici turistlər daha münasib alternativlərə üz tutur. Bu səbəbdən Yunanıstan, Çernoqoriya və hətta Azərbaycandakı “Sea Breeze” kimi istirahət məkanları daha çox diqqət çəkməyə başlayıb. İnsanlar Türkiyənin kurort şəhərləri əvəzinə “Sea Breeze”ə getməyə üstünlük verir? Turizim sahəsində vəziyyət necədir? Azərbaycanı seçənlərdə artım var? Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Türkiyədə […]
İyulun 7-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Canluka Espozito ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib. Qonaqları salamlayan Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunmuş benefisiarlar üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib. İştirakçılar park ərazisində nümayiş etdirilən hərbi texnika və qənimətlərlə tanış olublar. Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbə yolu və qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat əldə ediblər. Ekskursiya benefisiarlarda vətənpərvərlik hissini gücləndirmək, milli qürur hissini formalaşdırmaq, həmçinin onların sosial, emosional və psixoloji inkişafına dəstək göstərmək məqsədi daşıyıb. Bu cür tədbirlər benefisiarların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və […]
Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatında qeyd edilib. Qeyd edilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub. Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, […]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi iyulun 20-dək davam edəcək. Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara […]
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı 2026-ci ilin birinci yarımili ərzində ümumilikdə 9757 qərar qəbul edilib. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4852 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi. Dövlətimizin başçısı ölkəmizdə, […]
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə başlanılır. Vətəndaşlar fiziki xidmət ünvanlarına yaxınlaşmadan “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə edə, müraciətlərini onlayn qaydada təqdim edə, onların icra vəziyyətini real vaxt rejimində izləyə bilərlər. […]
İTV-nin baş direktoru Balakişi Qasımovun ənənəvi televiziyanı “Titanik”in batmasına bənzədib. Eyni fikir artıq çap və onlayn mediası haqqında da işlədilir. Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı bu fikri qətiyyətlə rədd edir. “Səsləndirilən fikirlərdə həqiqət payı var. Ancaq televiziya təkcə xəbərdən ibarət deyil”. Bunu “Yeni Sabah”a Elçin Şıxlı deyib. Pepperoni pizza “Televiziyada kontent olmalıdır. Məzmun olmayan yerdə istər sosial şəbəkə olsun, istər televiziya fərqi yoxdur. Televiziya sadəcə platformadır. Platformalar dəyişə bilər, yeni texnologiyalar yarandıqca ötürmə formaları da dəyişəcək. Amma əsas […]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Quzeyxırman kəndinə 21 ailə 87 nəfər, Güneyxırman kəndinə 18 ailə 72 nəfər, Kiçik Qaladərəsinə isə 15 ailə 51 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya […]
Kürdəmirdə bir neçə fermer dələduzluğun qurbanı olub. Kənd təsərrüfatı məhsullarının pulunu qısa müddətdə ödəyəcəyini vəd edən Asif Şükürov (şərti) müxtəlif fermerlərdən tonlarla taxıl və arpa götürüb, daha sonra isə həmin məhsulları başqa şəxslərə sataraq əldə edilən vəsaiti tam şəkildə qaytarmayıb. Müəyyən edilib ki, əvvəlcə Kürdəmir rayonunun Şilyan kəndində fəaliyyət göstərən şirkətin ərazisində saxlanılan 15 ton 300 kiloqram taxıl, daha sonra isə 9 ton 260 kiloqram taxıl məhsulu götürülüb. Məhsulların ümumi dəyəri 13 min manatdan çox olub. Həmin məhsulların pulunun iki […]
Azərbaycan növbəti 5 ildə İslam İnkişaf Bankı (IsDB) ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfrasında bildirib. Onun sözlərinə görə, Azərbaycan və IsDB Qrupu arasında 2027–2031-ci illəri əhatə edəcək yeni Üzv Ölkə Tərəfdaşlığı Strategiyası formalaşdırılıb: “Bu strategiya “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilmiş hədəflərlə, eləcə də IsDB Qrupunun 2026–2035-ci illəri əhatə edən 10 illik strateji çərçivəsi ilə tam uzlaşır. Sənəd əsas […]
Prezident İlham Əliyev “Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş “Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 30 avqust 2000-ci il tarixli, eləcə də “Gömrük tarifi haqqında” qanunun tətbiqi barədə 4 iyul 2013-cü il tarifli fərmanlarda dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi üçün təsdiqedici sənədlər verəcək səlahiyyətli qurumlar müəyyən edilib. Belə […]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib. Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində yerləşəcək səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Azərbaycanda bank xidmətlərinin rəqəmsallaşması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda, bəzi bankların çevik olmayan daxili prosedurları vətəndaşları ciddi şəkildə narahat edir. Növbəti analoji hadisə ölkənin ən böyük maliyyə institutlarından biri olan “Kapital Bank” ASC-nin müştərisi Cavid Əsgərovun başına gəlib. Dostları ilə etdiyi adi nahar hesabının kart vasitəsilə bölüşdürülməsi bank tərəfindən “şübhəli əməliyyat” kimi qiymətləndirilərək vətəndaşın hesabı bloklanıb. Bu barədə C.Əsgərov sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, hadisə iyunun 17-də baş verib. Müştəri restoranda kartı vasitəsilə 219 AZN məbləğində ümumi hesabı […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi: -Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram. Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum […]
İyunun 19-da Milli Məclisin növbəti iclası keçirilir. Redaksiya xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 14 məsələ daxil edilib: 1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 4. “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən […]
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) Bakı Ekspo Mərkəzində keçirilən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin rəsmi tərəfdaşı qismində çıxış edir. ABDF-in stendində ziyarətçilərə Fondun təqdim etdiyi investisiya, güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri barədə məlumat verilir. Bundan əlavə, Fondun nümayəndələri sərgi çərçivəsində investorlar, dövlət və özəl sektor nümayəndələri ilə görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir, müraciət mexanizmləri və mövcud dəstək alətləri ilə bağlı sualları cavablandırırlar. 17–20 iyun tarixlərində keçirilən sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə […]
Çad Respublikasının iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi […]
Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib. Bu barədə Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikasında heyvanların identifikasiyası və qeydiyyatı qanunvericiliklə tənzimlənir, qanuni tələbdir, məcburidir və ölkə üzrə baytarlıq nəzarətinin əsasıdır. Heyvanların identifikasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir. Heyvanların identifikasiyası aşağıdakı əsas məqsədlərə xidmət edir: Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası: Heyvanların fərdi olaraq identifikasiyası baytarlıq tədbirlərinin dəqiq və effektiv aparılmasına imkan yaradır. Bu, xəstəliklərin vaxtında aşkarlanması […]
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat […]
Cəbrayıl rayonu ərazisində sakinlərin həyatyanı sahələrdə bostan və tərəvəz bitkilərinin əkininə dəstək göstərilməsi, kənd təsərrüfatı fəaliyyətinin genişləndirilməsi və ailə təsərrüfatlarının inkişafının təşviqi məqsədilə genişmiqyaslı şitil paylanılması həyata keçirilib. Dövlət və qeyri-dövlət qurumları tərəfindən ianə olaraq təqdim edilmiş bostan-tərəvəz şitilləri Cəbrayıl rayonunun Horovlu, Şükürbəyli, Cocuq Mərcanlı kəndləri və Cəbrayıl şəhəri sakinləri, həmçinin Zəngilan rayonu üzrə Ağalı və Məmmədbəyli kənd sakinləri arasında operativ və şəffaf şəkildə bölüşdürülərək paylanılıb. Paylanma prosesi zamanı əsas prioritet vətəndaş rifahının təmin olunması, ailə təsərrüfatlarının dəstəklənməsi və sakinlərin […]
“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatı olub. Redaksiya İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Belə ki, Fərid Ələsgərov QSC-nin Maliyyə departamentinin Xəzinədarlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Bəzi insanlar nə qədər yorğun olsalar da, yuxuya getməkdə çətinlik çəkirlər. Yuxusuzluğun yaranmasında müxtəlif amillər rol oynasa da, ən çox rast gəlinən səbəblərdən biri həddindən artıq stresdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, düzgün qidalanma rejimi keyfiyyətli yuxunun təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, axşam saatlarında bir fincan çobanyastığı çayı içmək yuxuya getməyi asanlaşdıra bilər. Çayın yanında bir neçə ədəd qoz və ya badam yemək də faydalıdır. Bu qidalar orqanizmdə yuxu hormonu hesab olunan melatonini […]
Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunurBaş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. BDYPİ intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına […]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq […]
Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağayev öz ərizəsi ilə işdən azad edilib. Məlumat Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən təsdiqlənib. Bu qərar onun şəxsi müraciəti əsasında rəsmiləşdirilib. Qeyd edək ki, Gündüz Ağayev uzun illər K.Fərəcova adına ET Pediatriya İnstitutunda Erkən yaşlı uşaqların Cərrahiyyə şöbəsinin müdiri və Respublikanın Baş Uşaq Cərrahı işləyib. Qaynarinfo
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahirə Nağı qızı Hüseynova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib. Təltif Mahirə Hüseynovanın Azərbaycan Respublikasının ictimai həyatında və pedaqoji sahədə uzunmüddətli səmərəli elmi fəaliyyətinə, eləcə də gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin təşkili və həyata keçirilməsində Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə verilib.
bp və SOCAR tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda mövcud bütün seysmik məlumatların vahid bazada birləşdirilməsi nəzərdə tutulur. Bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeraltı ehtiyatlar (Subsurface) üzrə vitse-prezidenti Dan Sparkes Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib. Onun sözlərinə görə, neft-qaz sənayesində şirkətlər adətən rəqib kimi görünsə də, əslində eyni regionda fəaliyyət göstərən operatorlar arasında əməkdaşlıq rəqabətdən daha çox fayda yaradır. Dan Sparkes bildirib ki, əsas rəqabət digər regionlarla bağlıdır, çünki […]
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Redaksiya xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən […]
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik mesajı ilə bağlı Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial media hesabında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:
Müqəddəs Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib. Bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib. Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub. Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var. Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Evlər elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına […]
28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, milli iradənin, azadlıq ideyasının və müasir dövlətçilik düşüncəsinin hüquqi-siyasi ifadəsini özündə əks etdirən əlamətdar tarixdir. Bu gün yalnız müstəqil dövlətin yaradılmasını xatırladan tarixi hadisə kimi qiymətləndirilmir. Onun mahiyyətində xalqın öz müqəddəratını müəyyən etmək hüququnun həyata keçirilməsi, demokratik idarəçilik prinsiplərinin formalaşdırılması və insan hüquq və azadlıqlarına əsaslanan dövlət modelinin təməlinin qoyulması dayanır. Dövlətçilik tarixinin müxtəlif mərhələlərinin təhlili göstərir ki, siyasi müstəqillik və hüquqi dövlət anlayışları bir-birindən ayrı […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. […]
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Redaksiya xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir. Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir. Ukraynaya […]
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun iyunun 2-də rəsmi açılışı olacaq. Redaksiya Gürcüstanın “Business Media” portalına istinadən xəbər verir ki, açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq. Bildirilib ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində stansiyalar, körpülər, terminal, tunel və yarımstansiyalar tikilib. 235 km-ə qədər yeni yol çəkilib və Avropa standartlarına uyğun tamamilə yeni dəmir yolu infrastrukturu qurulub. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir. Dəmir yolunun texniki gücü ildə 5 milyon tondur. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, […]
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür. Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan […]
SOCAR-da Qrup müəssisələrinin insan resursları strukturlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı “Rotasiya” və “SOCAR Qrup daxili namizədlərin seçim prosesinə cəlb edilməsinin tənzimlənməsi haqqında” prosedurlarının təqdimatı edilib və karyera inkişafı mexanizmləri ilə bağlı tətbiq edilən vahid prinsiplərdən bəhs olunub. Görüş çərçivəsində keçirilən interaktiv sessiyada əməkdaşların sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib. Bu təşəbbüs SOCAR-da davamlı istedad inkişafına, bilik mübadiləsinin gücləndirilməsinə və insan kapitalının strateji idarə edilməsinə xidmət edir.
Ombudsman Səbinə Əliyeva öz hesabında WUF çərçivəsində keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb. “WUF çərçivəsində keçirilən tədbirlər zamanı əlilliyi olan şəxslərlə görüşmək, onların səmimi enerjisini və həyata baxışını yaxından hiss etmək mənim üçün xüsusi əhəmiyyət daşıdı. Bir daha əmin oldum ki, inklüziv cəmiyyət yalnız hüquqi anlayış deyil bu, hər bir insanın özünü dəyərli, bərabər və cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etdiyi həyat modelidir. Əlilliyi olan şəxslərin təhsildə, ictimai həyatda, şəhər mühitində və bütün digər sahələrdə fəal iştirakı insan hüquq və azadlıqlarının […]
Mayın 25-i saat 00:00-dan dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər. Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycanla Gürcüstan arasında sərnişin daşımalarına […]
Mərkəzi Bankın sədri Taleh Kazımov beşinci Yüksəliş müsabiqəsinin qalibləri Şəhriyar Həsənverdiyev və Fatimə Eyyub ilə növbəti görüşünü keçirib. Görüş zamanı müsabiqə qalibləri üçün hazırlanmış fərdi inkişaf proqramı, eləcə də onların peşəkar inkişafının dəstəklənməsi, strateji düşüncə və liderlik bacarıqlarının gücləndirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. Bununla yanaşı, sədr Taleh Kazımov maliyyə sektorunda müasir çağırışlar, rəqəmsal transformasiya və innovativ idarəetmə yanaşmaları barədə fikirlərini qaliblərlə bölüşüb. Görüşdə həmçinin Mentorluq proqramının səmərəli icrası üçün Mərkəzi Bank tərəfindən zəruri dəstəyin göstəriləcəyi qaliblərin diqqətinə çatdırılıb.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır: – Bakı-Tbilisi: 81 AZN-dən; – Yevlax-Tbilisi: 67 AZN-dən; – Gəncə-Tbilisi: 62 AZN-dən; – Ağstafa-Tbilisi: 57 AZN-dən; - Böyük Kəsik-Qardabani: 51 AZN-dən. Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.
Qazaxıstan beynəlxalq daşımaların inkişafı və daşıyıcılar üçün prosedurların sadələşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron icazə blanklarının mübadiləsi mexanizmini tətbiq edib. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.“Elektron formata keçid kağız blanklardan imtina etməyə, inzibati maneələri minimuma endirməyə imkan verəcək. Hazırda icazələrin rəsmiləşdirilməsi və istifadəsi tərəflərin inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə rəqəmsal formada həyata keçirilir”, – Nəqliyyat Nazirliyi qeyd edir. Bu xidmətin alınması “Nəqliyyat” bölməsində elicense.kz (https://elicense.kz/?utm_source=chatgpt.com) vasitəsilə mümkündür. Elektron icazə almaq üçün nəqliyyat vasitəsi Qazaxıstanda qeydiyyatdan keçməli […]
Yeni tənzimləyici çərçivə rəsmi qəbul edildi və qüvvəyə mindi Dünya Alpaqut Federasiyasının (WAF) tarixi İdarə Heyəti iclası bu gün, 19 May 2026 tarixində Bakıdakı baş qərargahda uğurla keçirildi. Əvvəlcədən 17 May 2026 tarixinə planlaşdırılmış iclas hava şəraiti ilə əlaqədar fövqəladə hal səbəbiylə iki gün təxirə salınmışdı. İclasa İdarə Heyətinin Sədri Vasif Namazov sədrlik etdi. İclasa İdarə Heyətinin tam tərkibi — 9 üzv — qatıldı: 8 üzv Bakıda fiziki olaraq iştirak etdi, 1 üzv (Qabil Hüseynov) isə onlayn formatda qoşuldu. İştirakçılar […]
BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Respublikasının Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub. Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və […]
Energetika naziri Pərviz Şahbazovla inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud arasında görüş keçirilib. Bu barədə nazirin “X” hesabında paylaşım edilib. Görüş zamanı enerji sahəsində əməkdaşlığın inkişafı, Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində D-8 ölkələrinin enerji nazirlərinin ilk iclasının təşkili məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası […]
“Hantavirus insanlar üçün COVID-19 qədər təhlükə yaratmır”. Bunu rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov “RİA Novosti”yə müsahibəsində deyib. O, izah edib ki, koronavirus minimal təmasla insandan insana ötürülür və bu, olduqca tez baş verir: “Hantavirus üçün isə bu, xarakterik deyil. Sözügedən virus təbii ocaqlı infeksiyadır və heyvanlarla əlaqəlidir. Daşıyıcılar – siçanlar və siçovullar xəstəliyi simptomsuz keçirirlər”. Onun sözlərinə görə, gəmiricilər yalnız müəyyən hantavirus növlərinə yoluxduqları zaman ölürlər. Virusoloq vurğulayıb ki, insanlarda bir […]
“1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi”. Bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib. Dövlət başçısı qeyd edib ki, o vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə […]
10 may 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” adlı tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti iştirak edib.İlk olaraq tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər […]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman […]
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib. Sonra dövlətimizin başçısı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.
Müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda əziz xatirəsini dərin ehtiramla anmışlar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulmuşdur. DTX-nin akt zalında davam etdirilən mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi […]
2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma […]
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. […]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. […]
Bizim ölkələrimiz strateji tərədaşlardır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında söyləyib. “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Böyük Britaniyanın BP şirkəti 2026-cı ilin üçüncü rübündə Qarabağ yatağının işlənməsi layihəsi üçün Azərbaycanda boru dəstələri (pipeline bundles) istehsalı zavodunun tikintisinə başlamağı planlaşdırır. Bu barədə zavodun tikintisi layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatının yekun variantında qeyd olunub. “Layihə çərçivəsində istehsalat sexinin, boru kompleksləri üçün rels yollarının, dənizə buraxılış yolunun, boruların saxlanması üçün meydançaların, mühəndis-kommunikasiya xətlərinin, istismar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl örtüklü qısa giriş yolunun tikintisi nəzərdə tutulur. Müəssisə Bakının Qaradağ rayonu ərazisində yerləşən Bəndovan yaşayış məntəqəsində […]
Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu İllik Toplantısının rəsmi açılış mərasimi keçirilib. “Tərəqqinin kəsişmə nöqtələri: regionun əlaqəli gələcəyinin formalaşdırılması” mövzusunda keçirilən toplantının rəsmi açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev son illərdə Özbəkistanda əldə olunan mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıraraq, bu uğurların təmin olunmasında beynəlxalq maliyyə institutlarının, o cümlədən AİB-nin rolunu xüsusi vurğulayıb və həyata keçirilən inkişaf layihələrinə göstərilən davamlı dəstəyi yüksək qiymətləndirib. AİB-nin Prezidenti Masato Kanda isə çıxışında Bankla Özbəkistan arasında əməkdaşlığı yüksək qiymətləndirib, […]
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Nazirlər Şurasının sədri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mözvzusunda tədbir keçirib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, Azərbaycanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq […]
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubiley buraxılışı çərçivəsində Könüllü Proqramına müraciətlərin qəbuluna start verib. Proqram iştirakçılara dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin təşkilində yaxından iştirak etmək imkanı yaradır. Bildirilib ki, müraciətlər 4 may tarixindən etibarən açıqdır. Yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq namizədlərə gecikmədən qeydiyyatdan keçmək tövsiyə olunur. Proqramda iştirak etmək istəyən şəxslər məsuliyyətli, enerjili, ünsiyyətcil olmalı və komanda mühitində işləmə bacarığına malik olmalıdır. Könüllülər üçün minimum yaş həddi […]
Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 103-cü doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Paytaxt məktəbliləri arasında keçirilən və artıq ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər və KİV nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Şəhər İcra […]
TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. R.Muxtarzadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Bakı Dövlət Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi alıb və bu mərhələni də fərqlənmə ilə tamamlayıb. Bununla yanaşı, İsveçdə yerləşən Kral Texnologiya İnstitutunda biznesin inkişafı və davamlılığı sahəsində mini-MBA proqramını uğurla keçib. 1998-2008-ci illərdə “Nielsen Company”nin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərib. 2008-2013-cü illərdə “Azercell Telecom”da biznes […]
Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır. Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması, Ermənistanla normallaşma prosesinin irəlilədilməsi istiqamətində addımlar atır. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Hikmət Hacıyev qeyd edib ki, münaqişə başa çatsa da, onun yaratdığı humanitar problemlər, xüsusilə mina təhlükəsi hələ də qalmaqdadır. Bildirilib ki, 2020-ci ildən bu günə qədər mina partlayışları nəticəsində 420-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb. Prezident […]
Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət təşkil olunacaq. “Report”un Gürcüstan bürosu xəbər verir ki, 2026-cı il 5, 6 və 7 iyun tarixlərində Azərbaycanın Gürcüstandakı səfirliyində səyyar xidmət çərçivəsində bir sıra dövlət xidmətləri göstəriləcək. Vətəndaşlar üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, həmçinin məhkumluq barədə arayışların verilməsi nəzərdə tutulur. Xidmətlərdən yararlanmaq istəyən şəxslər əvvəlcədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Bunun üçün portalda səfirlik seçilərək müvafiq tarixlər üzrə lazımi xidmət növü seçilməlidir. Qeyd olunur ki, tələb olunan […]
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” adlı panel sessiya keçirilib. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış ediblər. Panel sessiya zamanı rəqəmsal mühitdə artan […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 1-də Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdi. Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla, İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün […]
Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq təcrübə mübadiləsi və şəhərsalma sahəsində qlobal dialoq üçün mühüm platforma olacaq. AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib. Hikmət Hacıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda post-münaqişə dövründə aparılan yenidənqurma işləri, şəhərsalma və infrastruktur quruculuğu bərpa təcrübəsi baxımından beynəlxalq tərəfdaşlarla bölüşülə biləcək nadir model yaradır. Prezidentin köməkçisi üzv dövlətləri və […]
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya təşkil olunub. Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərovanın moderatorluğu ilə keçirilən paneldə Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış edərək diqqətə çatdırıblar ki, 2026-cı ilin Azərbaycanda […]
Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Mayor Haqverdiyev təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurdu. Amma məhkəmədə, demək olar ki, bütün şahidlər keçmiş rəisin lehinə ifadə verib, işə düzəlmək üçün pulu onun müavini, hazırda rəis vəzifəsini icra edən Muraz Həsənova verdiklərini deyiblər. Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası yekunda təqsirləndirilən şəxsi verilmiş ittihamla təqsirli bilib. […]
İyunun 16-da, saat 17:00-da “Neftqazmaş” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 29 ünvanında olacaq. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2025-ci il üzrə maliyyə-təsərüffat fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, eləcə də mənfəətinin bölüşdürülməsi daxildir. Xatırladaq ki, “Neftqazmaş” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 768 min manatdır.
Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” yatağında seysmik tədqiqatların ikinci mərhələsinə başlayıb. Bu barədə ” “BP-Azerbaijan” şirkətinin məlumatında deyilir. Məlumata görə, BP yataq haqqında bilikləri genişləndirmək, quyuların planlaşdırılmasına kömək etmək, yatağın işlənməsi strategiyalarını optimallaşdırmaq məqsədilə dəniz dibi nodlarından (Ocean Bottom Node, OBN) istifadə etməklə 2025-ci ilin dekabrında “Qarabağ” yatağında seysmik kəşfiyyatın birinci mərhələsinə başlayıb. “Bu tədqiqatlar qrafikdən əvvəl, martın ortalarında başa çatıb. Tədqiqat nəticəsində əldə edilmiş məlumatların emalı hazırda davam edir. Bunun ardınca martın ortalarında yüksək həlledicilikli […]
2026-cı ilin birinci rübündə bp və onun konsorsium üzrə tərəfdaşları “Azəri-Çıraq Günəşli” üzrə fəaliyyətlərə təqribən 134 milyon dollar əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənib. Bu barədə bp məluma yayıb. Ötən ilin birinci rübündə əməliyyat məsrəfləri 115 milyon dollar, əsaslı məsrəflər isə 251 milyon dollar təşkil edirdi. Beləcə illik ifadədə əməliyyat xərcləri 16,5 faiz, əsaslı xərclər isə 44,6 faiz artmış olub. AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş […]
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslər “Tərəqqi” medalı ilə təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Abbasova Şənay Cəlaləddin qızı; Ağamirov İlkin Musa oğlu; Allahverdi Bəxtiyar Adil oğlu; Babaşov Nemət Adışirin oğlu; Bayramov Mübariz Xanlar oğlu; Bəşirov Səhliyalı Vahid oğlu; Əliyev Əli Vəli oğlu; Əliyev Vaqif Əli oğlu; Hacıyev Rauf Akif oğlu; Hüseynov Bəxtiyar Niyazi oğlu; Hüseynova Samirə […]
Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq. Filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur. Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət İşçisi Aslan Fətullayev də rol alıb. Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub. Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların […]
Prezidentin Sərəncamı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı tərtib edilib və qurumlar arasında iş bölgüsü aparılıb. Tədbirlər planına əsasən, işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərişıq ASC arasında bölüşdürülüb. Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyi sel nəticəsində zərər görmüş ərazilərdə ümumilikdə 52 fərdi yaşayış evinin yenidən tikilməsi işi tapşırılıb. Bu işlər […]
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. İmişli Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.05.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə […]
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib. Qədir Xəlilov 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Gənclər Fondunda icraçı direktorun müavini, 2023–2025-ci illərdə isə icraçı direktor vəzifəsində çalışıb. Müxtəlif dövlət qurumlarında fəaliyyət göstərərək xüsusilə beynəlxalq əməkdaşlıq və tədbirlərin təşkili sahəsində mühüm təcrübə qazanıb. 10 ildən artıq müddətdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi olub. 2025-ci ildən bu günədək Dövlət […]
Ədliyyə naziri Fərid Əhmədov 1 may 2026-cı il tarixində Şəmkir şəhərində Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 30 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəmkir regional ədliyyə idarəsinə (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17815, 17836) müraciət edərək qəbula yazıla bilərlər. Həmçinin […]
“WhatsApp” bəzi köhnə smartfonlarda fəaliyyətini dayandırmağa hazırlaşır. “Ölkə.az” xəbər verir ki, 2026-cı il sentyabrın 8-dən etibarən tətbiq Android 6.0-dan aşağı sistemlə işləyən telefonlarda dəstəklənməyəcək. Bu qərar daha çox Android 5.0 və 5.1 versiyalı cihaz sahiblərinə təsir edəcək. Həmin telefonlarda “WhatsApp” açılmaya, mesaj göndərmək və qəbul etmək mümkün olmaya bilər. Şirkət bunu təhlükəsizlik və texniki səbəblərlə izah edir. Bildirilir ki, yeni şifrələmə sistemi və müasir funksiyalar köhnə əməliyyat sistemlərində sabit işləmir. Bu isə həm tətbiqin sürətini azaldır, həm də kiberhücum riskini artırır. […]
Bu gün oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür. Akademik 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi […]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər. Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib. Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib. Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri […]
Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib. Əslində, məzənnənin dəyişməz olaraq qaldığını, 2017-ci ildən etibarən bir dolların 1,7 manat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir”.
REAL Partiyası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizəd irəli sürməyəcək. Bunu Modern.az-a açıqlamasında partiyanın sədri Natiq Cəfərli bildirib. “Çünki biz daha çox dairə seçki komissiyalarının formalaşmasına fokuslanmışıq. Amma MSK-nın üzvü seçiləcək digər siyasi partiyaların nümayəndələrinə də işlərində uğurlar arzu edirik”, – deyə o qeyd edib. Digər deputat sayı baxımdan azlıqda olan partiyaların namizədləri isə aşağıdakılardır: Böyük Azərbyacan Partiyası – Aysel Cəlilova; Böyük Quruluş Partiyası – Bəxşeyiş Əsgərov; Ədalət, Hüquq, Demokratiya Partiyası – […]
Neftçala rayonunda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə zona birinciliyi keçirilib. Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və digər qonaqlar iştirak ediblər. Olimpiadanın regional seçim mərhələsi açıq elan edilməzdən öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan […]
“Lider Məktəb: Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsinin müsahibə mərhələsinə start verildi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Lider Məktəb: Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” adlı layihənin müsahibə mərhələsinə start verilib. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunur. Layihənin əsas məqsədi strateji düşünən, düzgün və effektiv qərarlar verə bilən, eyni zamanda komandaya motivasiya və ilham […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal həlli olan “Əmək və Məşğulluq“ altsistemi “GovInsider” beynəlxalq platformasının (Sinqapur) “Festival of Innovation Awards 2026” müsabiqəsində yüksək qiymətləndirilib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilən layihə müsabiqədə “Digital Labor Contracts” nominasiyasında “Special Mention” mükafatına layiq görülüb. Müsabiqədə Macarıstan, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, İndoneziya, Malayziya və Çin daxil olmaqla bir çox ölkələrdən də layihələrin qiymətləndirilməsi aparılıb. “GovInsider” dövlət sektorunda innovativ, qabaqcıl idarəetmə təcrübələrini təşviq edən, sosial və ictimai xidmətlərin daha effektiv, insan […]
Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib. Həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir […]
Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov deyib: “Layihə üzrə aparılan tikinti işlərində bu mühüm mərhələnin başlanmasından çox məmnunuq. Tərəfdaşlarımızla birlikdə əsas diqqətimizi layihənin təhlükəsiz və səmərəli […]
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib. O, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib. “Bundan sonrakı qərarı TƏBİB verəcək”, – 2023-cü ildən bu vəzifədə çalışmış N.Bəşirova bildirib. Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib. Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişikliklərinə başlayıb.
“YAŞAT” Fondu şəhidimiz Hikmət Həsənovun ailəsinə dəstək göstərib. Şəhidimizin hər iki övladı- Rüqəyya və Ruzi Fondun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universiteti “Dünya” Məktəbində təhsil alır.
“Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad edilib. Redaksiya xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Barat Yusubovun özü bildirib. O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb: “Məlumat doğrudur, artıq “Yeni Klinika”nın direktoru deyiləm”.
Kapital Bank müştəri məlumatlarının sorğulanması ilə bağlı açıqlama verib. Bu haqda bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirib ki, əslində bu məqam da birbaşa rəqəmsallaşma ilə əlaqədardır. Çünki bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir. Kredit şərtləri, kart limitləri, kampaniyalar və hətta mobil tətbiqdə göstərilən təkliflər belə müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır. Məsələn, gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri […]
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Sohail Mahmood ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayıb. Məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə D-8 arasında siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər. Azərbaycanın D-8-ə qoşulduqdan sonra fəal iştirakı yüksək qiymətləndirilib. Bu çərçivədə Azərbaycanda keçirilən “D-8 Həftəsi” təşəbbüsü, eləcə də Media və Nəqliyyat üzrə Mükəmməllik Mərkəzlərinin, həmçinin Enerji və İqlim Mərkəzinin yaradılması […]
Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 18-də “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir. Türkiyənin […]
Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, apa yollar səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb, yol kənarlarında əsaslı təmizlik işləri görülüb. Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, […]
Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib. Redaksiya bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir. Məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib. Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur. Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 km-lik məsafəni 2 […]
Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış etdi. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
CƏMİYYƏTAzərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi” Forumu keçirilib. Tədbirdən əvvəl Ulu Öndərin Gəncə şəhərinin baş meydanında ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsilə açıq elan edilib. […]
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyədə 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer arasında görüşlər keçirilib.Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla olan görüşdə qlobal enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatının təminatında Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının roluna toxunulub. Qaz təchizatı sahəsində mövcud vəziyyət dəyərləndirilib. Həmçinin “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin inkişafı nəzərdən keçirilib. Proseslərin sürətləndirilməsi razılaşdırılıb. Söhbət zamanı “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclasının […]
Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov hər il Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsi təklifi ilə çıxış edib. Bu barədə E.Ağalarov cümə günü Bakıda şuranın iclasında bildirib. “Ötən ilin sentyabrında “Sea Breeze”də Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi ilə biz birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu təşkil etdik. Tədbir çərçivəsində Rusiya, Çin, Bəhreyn, Qətər, BƏƏ və digər ölkələrdən olan şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirildi. Biz forumu hər il keçirilən tədbirə çevirməyi planlaşdırırıq. Bununla əlaqədar olaraq, Azərbaycan-Rusiya İşgüzar Şurası adından hər […]
14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Monqolustandan olan nümayəndə heyəti isə media subyektləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıq əlaqələrinin təşviqi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib, […]
Ötən il maliyyə sektoru üzrə inzibati cərimələrin həcmi 600 min manat təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə deyib. O bildirib ki, bu məbləğ bank, sığorta, mikromaliyyə, ödəniş və digər aidiyyəti təşkilatları əhatə edir.
Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənibÖdənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda – sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 […]
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb mərkəzi kimi fəaliyyət göstərən “NNC” MMC-yə məxsus klinikada yoxlama keçirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada həkim lisenziyası olmayan şəxslərin həkim fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Qanun pozuntusu ilə bağlı klinikanın fəaliyyəti dayandırılıb. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq məlumatı təsdiq ediblər. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq Bakı şəhəri Nərimanov rayonu Əliyar […]
Prezident İlham Əliyev aprelin 14-də Esvatini Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Aprelin 18-də Nizami Kino Mərkəzində autizm sahəsində bilik, təcrübə və fərqli yanaşmaları bir araya gətirən “Autizm Araşdırmalar və İnkişaf Forum II – 2026” adlı forum keçiriləcək. Forumda Türkiyədən dəvət olunmuş, autizm sahəsində ən zəngin təcrübəyə malik mütəxəssislər bu sahədə öz peşəkar təcrübələrini və bu sahənin inkişafı üçün görülən işləri bölüşəcəklər, geniş fikir mübadiləsi aparılacaq. Forumun keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini autizm probleminə yönəltmək və bu sahədə fəaliyyət göstərən qurumların işini geniş auditoriyaya təqdim etməkdir. Qeyd edək ki, keçiriləcək bu forum […]
2026-ci ilin ilk 3 ayı ərzində 3 MMC-yə lisenziya verilib, 3 MMC-yə verilmiş lisenziya isə ləğv edilib. Bu barədə Teleqraf-a Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində “Azercell Telekom” MMC-yə (“Kinon” xidmət adı ilə) universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları verilib, “Neftçi Media” MMC-yə verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası ləğv edilib. “Fevral ayı ərzində “Kinobox” MMC-yə sifarişli yayım xidməti provayderi (“Kinobox” xidmət adı), “Mahnı” MMC-yə peyk yayımı həyata keçirməyən platforma […]
İnsan alverində təqsirləndirilən iki şəxs həbs olunub. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər. E.Q. ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyəyə aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz […]
TƏBİB-in “815” Çağrı Mərkəzinə 2026-cı ilin I rübü ərzində ümumilikdə 35 814 zəng daxil olub. Müraciətlərdən 35 350 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 464 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 162 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 153 müraciət ilə bağlı məsələ həll edilib, 149 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr […]
Xəzərdə bu gün dördüncü zəlzələ olub. Redaksiya xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 3.1 maqnitudalı yeraltı təkan yerli vaxtla 10:21-də, 25 km dərinlikdə baş verib.
Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Bub barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.
Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin (ADSEA) Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin balansındakı kollektor üzərində aparılan işlər Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən icra olunur. Ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub. Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə […]
Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş baş tutub. Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb. Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb. Ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb. Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin […]
Fransa hökuməti bəzi dövlət kompüterlərində “Microsoft Windows” əməliyyat sistemindən imtina edərək açıq mənbəli “Linux” platformasına keçməyi planlaşdırır. Fransanın ictimai fəaliyyət və hesabatlar naziri David Amiel bildirib ki, bu təşəbbüs ölkənin rəqəmsal taleyinə nəzarəti geri qaytarmaq” məqsədi daşıyır: “Artıq məlumatlarımız və rəqəmsal infrastrukturumuz üzərində nəzarətin bizdə olmamasını qəbul edə bilmərik”. Məlumata görə, “Linux” açıq mənbəli əməliyyat sistemidir və pulsuz istifadə imkanı ilə yanaşı, müxtəlif ehtiyaclara uyğun fərdi versiyalarla tətbiq oluna bilir. Bildirilir ki, keçid prosesi ilkin mərhələdə Fransanın rəqəmsal idarəetmə agentliyi […]
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub,orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb. Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və […]
Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəsmi açılışı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ziyalılar və universitet nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının nümayəndə heyətini universitetin rektoru, professor Kamal Abdulla qarşılayıb. Qonaqlar əvvəlcə ali təhsil ocağında Qərbi Azərbaycan həqiqətlərini əks etdirən sənədli foto-sərgi ilə tanış olublar. Daha sonra mərkəzin rəsmi açılışı baş tutub. Rəmzi lent kəsilib. Açılışdan sonra qonaqlar mərkəzin şəraiti ilə yaxından tanış olublar. Ardınca Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub. Tədbir dəyirmi masa ətrafında […]
Aprelin 10-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib. 1997-ci il aprelin 10-da “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri leytenant Elxan Ataxan oğlu Ağayevin, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədovun, çavuşlar Anar Üzeyir oğlu Rzayevin, Dinar İbrahim oğlu Mustafayevin, Aqşin Əli oğlu Həsənovun, Nizami Səfi oğlu Ələkbərovun və Fariz Şamil oğlu Cavadovun anım gününə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə Hərbi Memorial Məzarlığı ziyarət edib, […]
“Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır”. Bu, Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada öz əksini tapıb. “Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır. Bu kimi cəhdləri qətiyyətlə pisləyirik. Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji […]
Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb. Təltif olunan əməkdaşlar aşağıdakılardır: Qədimov Çingiz Sahib oğlu Məmmədov Elşad Pənah oğlu Salmanov Azər Ağababa oğlu Şərifov Rizvan Həmid oğlu Şiriyeva Kəmalə Məzahir qızı. Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif ediliblər.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri yaxın günlərdə geomaqnit şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq ediblər. Bu barədə KP.ru məlumat yayıb. Yaxın günlərdə Yer kürəsini maqnit qasırğaları bürüyəcək – FOTO Proqnoza əsasən, cümə günündən bazar gününə qədər, 10-12 aprel tarixlərində Yer kürəsində 90% ehtimalla maqnit qasırğaları və dalğalanmalar gözlənilir. Buna səbəb Günəşdə qeydə alınan orta ölçüdə tac dəliyidir. Laboratoriya izah edib ki, Günəş strukturunun Yerə təsirinin ilk əlamətləri aprelin 10-da səhər saat 6-9 arasında (Bakı vaxtı ilə 7-10 […]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını hazırlayıb. Siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmayıb. Bu təşəbbüs vergi ödəyiciləri arasında şəffaflığın və könüllü əməletmə mədəniyyətinin təşviqinə xidmət edir, eyni zamanda, iqtisadi fəaliyyətin leqallaşdırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər. Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, […]
Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədirAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodski ilə görüşüb. Görüş zamanı Ombudsman Azərbaycan və Slovakiya dövlətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlıq münasibətlərinin mövcud olduğunu məmnunluqla qeyd edib. Səbinə Əliyeva iki ölkənin Ombudsman təsisatları arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini vurğulayıb. Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, Ombudsmanın mandatı, insan hüquq və […]
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, SOCAR-ın Müşahidə Şurasının üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.
8 aprel tarixində Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və […]
Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib. Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini dedi. Dövlətimizin başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirdi, […]
Ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. Görüşdə çıxış edəm Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq qarşılıqlı səfərlər və təcrübə mübadiləsi çərçivəsində daha da möhkəmlənir. Görüş zamanı ölkəmizdə məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlıq səviyyəsinin […]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib. Redaksiya “Bakıpost.az”a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfər çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilən Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub. Nümayəndə heyəti universitet stendlərinə baxış keçirib, sərgi çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təqdim olunan təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat diqqətə çatdırılıb. Daha sonra nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzində mövcud şəraitlə […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib. Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi. Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi. Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan […]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata start verib. Bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki, təlim proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq. Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza […]
Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşması – yerli büdcə gəlirlərində artım tendensiyası 2025-ci ildə də davam edib. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək tədbirləri çərçivəsində Bələdiyyələrin Milli Assosiasiyalarının da iştirakı ilə yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində problemlərin aradan qaldırılması məqsədilə görülən işlər həmin müsbət dinamikanın qorunmasına təsirini göstərir. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd olunur ki, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, ölkə […]
2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 faiz üstələyib. Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat […]
Bələdiyyələrin ödəniş tələbi ilə qarşılaşanları ən çox maraqlandıran sual bu ödənişin hansı məqsədlə toplanmasıdır. Redaksiya “Qafqazinfo”ya istinadla xəbər verir ki, bildirişlərdə göstərilən məbləğlərin necə hesablanmasını da bu sıraya aid etmək olar. Məsələ burasındadır ki, müşahidələr digər məlum amillərlə yanaşı, bu sahədə məlumatsızlığın da əhalini belə ödənişləri etməkdən yayınmağa sövq etdiyini göstərir. Bəs bələdiyyələrin topladığı ödəniş nədən ibarətdir və onun məbləği necə hesablanır? Əvvəlcə ondan başlayaq ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycanın ərazisində yerləşən tikililər əmlak […]
Qərbi Kaspi Universitetində tələbələrin digər ali təhsil müəssisələrinə transferi ilə bağlı onlardan ödəniş tələb edilməsinə dair məlumatlar yayılıb. İddialara görə, adıçəkilən universitetdə tələbələrə yalnız 4 illik təhsil haqqı tam ödənildikdən sonra başqa ali məktəblərə köçürülməsinə icazə verilir. Belə ki, qeyd olunan tələb universitetlə tələbə arasında imzalanmış müqavilənin şərtlərində də yer alıb. Modern.az iddialarla əlaqədar olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq rəsmi qurumdan bildirilib ki, tələbələrin köçürülməsi qaydasında 4 illik təhsil haqqının ödənilməsi tələbi […]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir. Qurumdan verilən məlumata görə, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində bəzi avtomobil yollarında, eləcə də yol infrastrukturu elementlərində (körpülər, suötürücü qurğular və s.) müəyyən fəsadlar yaranıb. Bildirilib ki, həmin ərazilərə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunur, operativ qaydada təmizləmə və bərpa işləri həyata keçirilir. […]
İrandan fevralın 28-i saat 08:00-dən aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub. Təxliyə olunanların 575 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda, Çinin 732, Rusiyanın 370, Banqladeşin 198, Tacikistanın 189, Pakistanın 151, Hindistanın 238, Omanın 84, İndoneziyanın 68, İranın 136, İtaliyanın 44, Əlcəzairin 57, İspaniyanın 26, Almaniyanın 27, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 13, Belarusun […]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının 14 iyul, 24 oktyabr və 9 dekabr 2025-ci il tarixli qanunları ilə Vergi Məcəlləsində dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq, Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələr, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyada təsdiq edilmiş sənədlər aşağıdakılardır: “Əlavə dəyər vergisinin bəyannaməsi”nin forması və “Əlavə dəyər vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası; “Əlavə Dəyər Vergisinin bəyannaməsinə 2, 3, 4 və 5 nömrəli Əlavələr və onların tərtib edilməsi Qaydaları;“Aksiz bəyannaməsi”nin forması […]
“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları” təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb. Redaksiya bu barədə ADSEA-ya istinadən xəbər verir. Bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olub. Hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır. ADSEA sədri Zaur Mikayılov da mütəmadi ərazidə olur, görülən işləri şəxsən nəzarətdə saxlayır. Agentlik sədri […]
Sumqayıt şəhərində baş vermiş hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və Bələdiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib: “Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb. Hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində […]
Azərbaycan Baş naziri Əli Əsədovun sədriliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Müşavirədə martın 26 – 28-də Respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunmuş, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. Bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib. “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, – paylaşımda vurğulanıb. Qeyd edək ki, Prezidentin paylaşımı Azərbaycan və fars dillərində olub. M.Pezeşkian aprelin 3-də […]
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfərindən sonra hədəqədən çıxmış gözlərinin qəzəbi absurd mülahizələrinə və məntiqsizliklə zəngin iddialarına sıçrayan Konstantin Zatulinin “Moskovskiy komsomolets”də yayımlanan məqaləsindən belə anlaşılır ki, Azərbaycanla müharibədə Ermənistan deyil, Rusiya Dövlət Dumasının ən uğursuz deputatlarından biri olan Zatulinin özü məğlub olub və Azərbaycan Ordusu təkcə işğala deyil, eyni zamanda Konstantin Zatulin kimilərin rəzil siyasi karyerasına və iyrənc korporativ maraqlarına son qoyub. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. Millət vəkili bildirib ki, uzun illər […]
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. “Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım aprelin 4-də yola salınıb. Yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Buna 190 ton ərzaq və qida məhsulları, 7 ton həcmində dərman […]
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qeyd olunub ki, 3 aprel saat 22:00-dan 4 aprel saat 07:00-dək Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan hissədə təmir işləri icra olunacaq. Bu səbəbdən ərazidə hərəkət məhdudlaşdırılacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda bildirilib.
Nizami Kino Mərkəzinin bir qrup gənc tərəfindən rənglənməsinin mahiyyətinə baxsaq, bunu vandalizm kimi qiymətləndirmək olar. Bunu Trend-ə açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, tarix və mədəniyyət abidələrinə münasibətin bu formada ifadə olunması açıq şəkildə vandalizm aktıdır: “Eyni zamanda bu, şəhərimizin gözəlliyinə qarşı bir təcavüzdür. Bakı şəhəri gündən-günə daha da gözəlləşir. Şəhərin gözəlləşdirilməsi bir tərəfdən memarların, arxitektorların, tikinti şirkətlərinin və dizaynerlərin işidirsə, digər tərəfdən onu qoruyub saxlamaq şəhər sakinlərinin məsuliyyətidir. Belə hallara qətiyyən yol verilməməlidir. Təəssüf ki, bəzi hallarda […]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir. Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart – Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü ilə bağlı keçirilən tədbirdə DTX rəisi Əli Nağıyev bildirib. “Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq […]
Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib. Bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart – Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü ilə bağlı keçirilən tədbirdə DTX rəisi Əli Nağıyev bildirib. Onun sözlərinə görə, yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib: “Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal […]
Qərbi Kaspi Universitetində Dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunur. Qərbi Kaspi Universiteti isə 2025-ci ilin sonu ilə bağlı ayrılmış vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması ilə belə bir problem ortaya çıxdığını qeyd edir. Bəs dövlət sifarişi ilə təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə vəsaitin geri qaytarılması və ya silinməsi hüquqi baxımdan nə dərəcədə əsaslıdır? Maliyyə ili ilə tədris ili arasındakı uyğunsuzluq belə problemlərin yaranmasına necə təsir edir və bu boşluğun aradan qaldırılması üçün hansı mexanizmlər […]
31 mart – 3 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbində “Mart qırğınları xalqımızın qan yaddaşıdır” adlı məlumatlandırma tədbiri keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə üzvləri, ziyalılar, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər. Tədbirdən əvvəl Bankə […]
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb. Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir. Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq otellərə yerləşdirilib. Baki Şəhər İcra Hakimiyyətinin Mətbuat […]
Sabahdan Azərbaycanın daxili su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb Məlumata görə, Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən sentyabrın 1-nə qədər qadağan edilir. Sentyabrın 1-dən adları çəkilən daxili su obyektlərində […]
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19-30 mart tarixlərində 212 min 574 sərnişin daşıyıb. Bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində 179 min 570 sərnişin Abşeron dairəvi, 33 min 004 sərnişin isə rayonlararası marşrutlar üzrə daşınıb. Rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 min 963 nəfər daşınıb. Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8 min 984 sərnişin istifadə edib. Eyni zamanda, Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1 min 561 nəfər olub.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Xəritədən simulyasiyaya: coğrafiyanı PhET ilə kəşf et!” layihəsi çərçivəsində təşkil olunan təlimlər uğurla yekunlaşıb. Layihənin əsas məqsədi coğrafiya fənnində mürəkkəb anlayışların daha asan mənimsənilməsini təmin etmək və tədrisin effektivliyini artırmaq olub. Bu məqsədlə interaktiv simulyasiyalar əsasında tətbiqi öyrənmə mühiti yaradılaraq şagirdlərin fənnə marağının arrılması, anlama səviyyəsinin yüksəldilməsi və praktik bacarıqlarının inkişafı hədəflənib. Layihə çərçivəsində 20 nəfər şagird üçün ümumilikdə 48 saatlıq […]
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Redaksiya xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin […]
Xırdalan-Novxanı yolunda yeni nəsil radar sistemləri quraşdırılıb. Milli.Az xəbər verir ki, artıq sürücülərin radara yaxınlaşarkən sürəti qısa müddətə azaltması inzibati cərimədən yayınmaq üçün kifayət etməyəcək. Yeni qurğular yol boyunca sürət həddinin davamlı şəkildə izlənməsinə imkan verir. Sözügedən radarların hələ ki, istifadəyə verilmədiyi qeyd olunub. Sürücülərə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər, müəyyən edilmiş sürət həddini aşmasınlar və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlər.
“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,8 ABŞ dollar artıb. Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,8 ABŞ dolları və ya 5,61 % artaraq 128,05 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilib. Bu səbəbdən 29 may tarixi də qeyri-iş günü sayılacaq. Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün 27, 28, 29, 30 […]
Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilsin”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev vəfat edib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Məşhur aktyor Türkiyənin İstanbul şəhərində yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. O, bir müddətdir səhhətində yaranmış ciddi problemlərlə əlaqədar müalicə alırdı. Qeyd edək ki, Rasim Balayev ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.
AFFA-nın bayrağı altında təşkil edilən aşağı yaş qrupları üzrə çempionatlarda həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bu barədə milli assosiasiyadan məlumat verilib. AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının görüşləri başqa tarixlərdə baş tutacaq.
Bakının Xətai rayonu ərazisində yolda çökmə qeydə alınıb. RedaksiyaTeleqraf-a istinadən xəbər verir ki, hadisə Köhnə Günəşli qəsəbəsi ərazisində baş verib. Belə ki, yağan güclü yağışdan sonra 62 nömrəli avtobus dayanacağına yaxın yeni təmir olunmuş kanalizsiya lyukunun ətrafında yol yenidən çöküb.
Martın 29-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 […]
Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib. Redaksiya-nın Trend-ə istinadən məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən […]
Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi baş verən əraziyə gəlib, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi rayonu ərazisində qəza baş vermiş əraziyə gəlib. İcra başçıları rayonun təsərrüfat […]
“Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər”. Redaksiya oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı kardioloq Andrey Kondraxin RT-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsnəmə nevroloji simptom ola bilər və buna məhəl qoyulmasa, beyinlə bağlı ciddi problemlər yarana bilər. Xüsusilə səbəbsiz yaranan və istirahətdən sonra keçməyən davamlı əsnəmə təhlükəli sayılır. Belə hallarda beyində qan dövranı pozuntusunu qaçırmamaq üçün dərhal həkimə müraciət etmək lazımdır. Həkim qeyd edib ki, adi yorğunluqdan yaranan əsnəmə ilə patoloji vəziyyəti fərqləndirmək […]
Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bir sutka ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub. Hazırda ölkə ərazisində Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan xidmət gücləndirilmiş rejimdə davam etdirilir. Yağışın fəsadlarının aradan qaldırılması və […]
Ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə […]
Azərbaycan–Türkiyə Birgə Media Platforması iki ölkə mediasının əlaqəli və səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan platforma çərçivəsində müvafiq işlər görür. Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib. Beynəlxalq əməkdaşlığa toxunan Əhməd İsmayılov qeyd edib ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur: “Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı […]
Xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək. Azərbaycanın […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin […]
Budapeştdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib. “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə Prezidentin köməkçisi əlavə edib.
“Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə Budapeştdə yüksək məhsuldar görüş keçdi”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” səhifəsində məlumat verib. O bildirib ki, görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub. “Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq bütün sahələrdə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, ortaq tarixi, etnik […]
Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, […]
Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala sahil mühafizəsinin bölmə rəisi kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb. Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib. Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha 3 […]
Azərbaycanda məktəbəqədər təhsil xidmətlərindən istifadə edən beşyaşlı uşaqların nisbəti 2016-cı ildəki 25 faizdən 2021-ci ildə 92 faizə yüksələrək şəhər və kənd yerləri arasında əlçatanlıq fərqini faktiki olaraq aradan qaldırıb. Analoji irəliləyiş Özbəkistanda da qeydə alınıb. Burada məktəbəqədər təhsilə qəbul cəmi yeddi il ərzində üç dəfə artıb. Hökumətin səyləri paytaxt və digər bölgələr arasında uşaq bağçalarına çıxışdakı fərqləri aradan qaldırıb. Bu rəqəmlər təhsilin vəziyyəti ilə bağlı əsas qlobal məlumat mənbəyi olan UNESCO-nun 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatında yer alıb. Çərşənbə […]
İrana qarşı quru əməliyyatı başlayarsa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb. “Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, – məlumatda bildirilib. Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.
San-Fransisko məhkəməsi sahibkar İlon Maskın “Twitter”in (hazırkı “X” sosial şəbəkəsi) qiyməti ilə manipulyasiya etdiyini müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. “Bu, xüsusilə daha əlverişli sövdələşmə şərtləri yaratmaq məqsədilə həmin platformada paylaşımlar vasitəsilə həyata keçirilirdi”, – deyə məqalədə qeyd olunub. Jurnalistlərin izah etdiyi kimi, Mask 2022-ci ildə sosial şəbəkəni daha aşağı qiymətə almaq üçün şirkətin nüfuzdan salınması ilə “Twitter” investorlarını aldadıb. Məlumata görə, əməliyyat bir neçə milyard dolları əhatə edib. Xatırladaq ki, “Twitter” düz 20 il əvvəl, […]
20 mart 2026-cı il tarixində Ordubad rayonunda “Novruz bayramı” münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər və rayona səfər edən qonaqlar iştirak ediblər. Bayram şənliyi Ordubad şəhərinin mərkəzi Tədbirlər meydanında təşkil olunmuş və Novruz atributları ilə bəzədilmiş xüsusi guşələrə baxışla başlayıb. Burada milli mətbəx nümunələri, xalq sənətkarlığı məmulatları və müxtəlif kənd təsərrüfatı məhsulları sərgilənib. Tədbirin əvvəlində Novruz adətinə uyğun […]
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Bu barədə APA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2016-cı ildə Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə […]
Bəzi media və sosial şəbəkələrdə Xətai rayonu Xocalı prospekti 29 ünvanında sürücünün şlaqbaumu gec açdığına görə yaşlı mühafizəçini döyməsi ilə bağlı məlumatlar yayılmışdır. Mövzu ilə bağlı sürücü Nəriman Zeynalov saytımızla əlaqə saxlayıb. O bildirib ki, görüntülər konteksdən çıxarılaraq yayılıb. Əslində isə məsələ tam başqadır. Uzun müddətdir ki, qeyd edilən ünvanda bir qrup qonşu tərəfindən qeyri qanuni quraşdırılan şlaqbaum sakinlər arasında narahatlıq yaratmışdır. Buna səbəb isə binanın girişində olan mühafizəçi ilə sakinlər arasında olan narazılığın daha da böyüməsidir. Mühafizəçi hər ailəyə […]
Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında martın 20-də telefon danışığı olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarımıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar. Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar. Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, […]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Suraxanı rayonu, Əmircan qəsəbəsində salınan yeni park martın 19-da bayramlar ərəfəsində sakinlərin istifadəsinə verilib. Parkın açılışı münasibətilə təşkil olunan tədbir əsl bayram abu-havasında keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər. Novruz ənənələrini əks etdirən tədbirdə qəsəbə nümayədəliklərinin və bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, məktəbəqədər, […]
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub. Bayram tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəliyi və Neftçala […]
Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının (Şura) növbəti geniş iclası keçirilib. İclas maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində birgə müzakirəsi məqsədilə təşkil olunub. Tədbirdə Şuranın üzvləri, bank və maliyyə institutlarının rəhbər şəxsləri, həmçinin müxtəlif sahələri təmsil edən sahibkarlar iştirak ediblər. İclas zamanı real sektorun maliyyələşdirilməsi, kredit resurslarına çıxışın daha da asanlaşdırılması, kiçik və orta biznesin (KOB) dəstəklənməsi mexanizmləri, eləcə də innovativ maliyyə alətlərinin tətbiqi məsələləri geniş […]
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə xalqımızı təbrik edib. Dövlət başçısı təbrik məktubunda bildirib: “Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar”. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan yüzillərdir ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc […]
Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən binaların birinə daxil olaraq 2200 manat dəyərində kombi aparatı, akkumulyator, su sayğacı, mühərrik və naqil oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı S.Muradov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun taladığı əşyaları metal qəbulu məntəqəsinə satdığı məlum olub. Bundan başqa, Suraxanı rayonu ərazisində yerləşən obyektlərin birindən 2350 manat dəyərində mis boruları oğurlamaqda şübhəli bilinən 29 yaşlı C.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə […]
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz Bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Bu barədə ANAMA-dan məlumat verilib. Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara […]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart tarixində Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib. Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. […]
Bakı Mühəndislik Universitetində (BMU) Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə universitetin əməkdaşları, yerli və xarici tələbələri iştirak ediblər. Təbrik nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Novruzun xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan ən qədim və sevilən bayramlardan biri olduğunu deyib. Vurğulayıb ki, barış və saf niyyətlər bayramı olan Novruz bolluq, bərəkət, yenilənmə, ümid rəmzi kimi əsrlərdir insanların həyatında mühüm yer tutur, cəmiyyətimizdə həmrəyliyin, mehribanlığın və birlik ruhunun möhkəmlənməsinə xidmət edir. Yaqub Piriyev ərazi bütövlüyü və suverenliyi təmin olunmuş […]
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 mart tarixlərində Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib. “Şahdağ” Turizm Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub. Rusiyadan olan 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib. […]
ROX Motor şirkətinin Azərbaycandakı rəsmi distribütoru Volt Group şirkəti “Fairmont” otelində ROX ADAMAS modelinin təqdimat mərasimini təşkil edib. ROX Motor Azərbaycanda yegəna rəsmi distribyutor olaraq Volt Group tərəfindən təmsil olunur. ADAMAS modelinin təqdimatı brendin ölkəmizdəki fəaliyyətinin məntiqi davamıdır və model portfelinin mərhələli şəkildə genişləndirilməsi strategiyasının növbəti addımını ifadə edir. Martın 18-də keçirilən tədbir avtomobil sənayesinin nümayəndələrini, biznes ictimaiyyətini və media təmsilçilərini bir araya gətirdi. Tədbir çərçivəsində ROX Motor-un Azərbaycandakı model xəttinin genişləndirildiyi elan olundu və SUV modeli ADAMAS modeli ölkədə rəsmi olaraq təqdim edildi. […]
Türkiyədən Azərbaycana idxal olunan şaftalı, nektarin, gilas tingində Şarka virusu (yarpaqların saralmasına, meyvələrin keyfiyyətinin azalmasına səbəb olan xəstəlik -red) aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15 100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib.
Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda paytaxtımızın sakinləri və qonaqları üçün xüsusi bayram guşəsi hazırlanıb. Bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub. Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və təbiətin yenilənməsini simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib. Məkanın tərtibatında əsas məqsədlərdən biri ziyarətçilərin buraya daxil olan kimi baharın təravətini hiss etmələrinə şərait yaratmaq olub. Bu məqsədlə guşədə […]
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi, Ağciyər Xəstəlikləri Mərkəzinin təşkilatçılığı ilə “Vərəmlə mübarizədə innovativ yanaşmalar” mövzusunda konfrans keçirilib. Konfransda Milli Məclisin deputatı Müşfiq Məmmədli, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov və struktur bölmə rəhbərləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Anar Ağayev, tibb müəssisələrinin direktorları, beynəlxalq şirkət rəhbərləri, habelə vərəmin diaqnostikasında yeni texnologiyaların tətbiqi ilə […]
Bakıda xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir. Novruz bayramı paytaxtın Nizami və Yasamal rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər Novruz bayramını yüksək sevinc hissi ilə qeyd ediblər. Həyət boyunca xoncalarda […]
Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyaya başsağlığı verib. Bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınları nəticəsində baş verən faciəvi insan itkisi və çoxsaylı xəsarətlərdən dərin kədər hissi keçiririk. Yaxınlarını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralılara tez və tam sağalmalarını arzulayırıq”, – paylaşımda qeyd edilib. Qeyd edək ki, Efiopiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 80-ə çatıb. Hadisələrlə əlaqədar ölkədə 3 […]
Vətəndaş məmnuniyyətinin təmin edilməsi, mövcud çətinliklərin yerindəcə araşdırılması, idarəetmədə çevikliyin artırılması məqsədilə Ordubad rayonunda həyata keçirilən səyyar görüşlər davam edir. Növbəti görüş rayonun Kələki kəndində təşkil olunub. Qəbulda İcra Hakimiyyətinin əməkdaşları, rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi , bələdiyyə sədri və yerli sakinlər iştirak ediblər. Görüşdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının […]
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası – PEU) ilə çoxşaxəli əməkdaşlıq qurub. Azərbaycanın strateji coğrafi mövqeyi, inkişafyönümlü fəaliyyətlərə ev sahibliyi etmək imkanları, eləcə də “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası – PEU) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasındakı mövcud yüksək əməkdaşlıq imkanları nəzərə alınaraq tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb. Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri […]
Energetika naziri Pərviz Şahbazov ilə Belçikanın keçmiş Baş naziri Yves Letermenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin də təmsil olunduğu görüşdə Azərbaycanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi və ixracı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycanın regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün mühüm rol oynadığı qeyd olunub. Bu baxımdan ölkənin enerji siyasəti, xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin yaradılması beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. […]
12-13 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumu keçirilib. Tədbir Beynəlxalq Valyuta Fondunun (BVF) və BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin (CCAMTAC) dəstəyi ilə Özbəkistan Respublikasının Vergi Komitəsi tərəfindən təşkil olunub. Əsas mövzusu “Kölgə iqtisadiyyatı” ilə mübarizə” olan Forum vergi orqanlarının bu sahədə təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyib. Texniki sessiyalar çərçivəsində vergiqoyma sahəsində qlobal trendlər, transfer qiymətləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergidən yayınma ilə mübarizə üzrə beynəlxalq […]
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib. Daha sonra hesabat deputatların müzakirəsinə çıxarılıb və parlamentərilər hesabat barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.
“AZCON Holding”in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı nəqliyyat və telekommunikasiya infrastrukturu üzrə maliyyələşdirmə və investisiya imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Sonda Azərbaycanın nəqliyyat və telekommunikasiya infrastrukturu sektorlarında investisiya layihələrinin müəyyənləşdirilməsi, hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq çərçivəsinin formalaşdırılması məqsədilə “AZCON Holding” […]
Hazırkı dövrdə bəzi çoxtərəfli institutların qeyri-müəyyənliyi və çevik olmamasının müşahidə edildiyi bir vaxtda Azərbaycan kimi ölkələr daha geniş “orta güc” konsepsiyasına yönəlir. Bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış” mövzusunda panel iclasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Prezidentin köməkçisinin sözlərinə görə, bu o deməkdir ki, biz başqalarını gözləmək əvəzinə, öz təşəbbüsümüzü irəli sürürük və müəyyən mövzular ətrafında fərqli düşüncəli deyil, eyni baxışları paylaşan […]
Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri ilə əməkdaşlıq imkanlarını müzakirə edib BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüşüb. Görüşdə iki ölkə arasında ailə siyasəti, qadınların hüquqlarının müdafiəsi və demoqrafik inkişaf sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər xüsusilə bu sahələrdə birgə layihələrin həyata keçirilməsinin və əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinin […]
Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümü münasibətilə tədbirlər keçirilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunaraq Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi anılıb. Daxili Qoşunların Baş İdarəsində keçirilən təntənəli mərasimdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib. Nazir Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ən […]
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq. Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir. Yarmarkalarda 25 regiondan iştirak edəcək 146 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 […]
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edilir. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub. Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, […]
AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə “Örnək müəllim” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir. Bu təşəbbüs çərçivəsində örnək müəllimlərin peşə davranışları, yenilikçi pedaqoji yanaşmaları və tədris prosesində tətbiq etdikləri müasir metodlar haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə də təhsil camiəsinə təqdim olunur. Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xəzər kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xəzər kəndində şəhidlərin əziz xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla […]
Münaqişələr ənənəvi daşımalar yollarını pozur, insanlara, ölkələrə, iqtisadiyyatlara çox böyük problemlər yaradır. Daşımalar, bağlantılar pozulduqda beynəlxalq ictimaiyyətin əksər hissəsinin üzvləri çətinliklərlə üzləşir. Bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. Hazırda həm Orta Dəhlizə, həm də Şimal-Cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra oluduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır və biz həm Qərbdə, həm də Şərqdə bir çox ölkələr üçün tranzit rolunu oynayırıq”.
Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimi başlayıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edir. Forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.
1news.az xəbər portalının fəaliyyətə başlamasının 19 ili tamam olur. Sayt, fəaliyyəti ərzində ölkədə və dünyada baş verən əsas hadisələri operativ şəkildə işıqlandıraraq Azərbaycanın tanınmış onlayn xəbər platformalarından birinə çevrilib. Yarandığı gündən 1news.az siyasət, cəmiyyət, iqtisadiyyat, mədəniyyət, idman və beynəlxalq gündəmlə bağlı xəbərləri mütəmadi olaraq təqdim edir. Portal eyni zamanda analitik materiallar, müsahibələr, köşə yazıları və videoreportajlar dərc edərək oxuculara hadisələrə daha geniş baxış imkanı yaradır. İllər ərzində 1news.az redaksiyasında peşəkar jurnalist və ekspertlərdən ibarət güclü komanda formalaşıb. Məzmun müxtəlifliyi sayəsində […]
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Mingəçevir” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri təmir edilib. Bununla yanaşı, bərədə gövdə-qaynaq, boruquraşdırma, elektrik və avtomatika işləri yerinə yetirilib. Gəmidə yeni “Navtex”, “VHF” və “MF/HF” tipli stasionar radiostansiyalar quraşdırılıb, LAG, exolot və komanda yayım qurğularında isə əsaslı təmir-bərpa işləri aparılıb. Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və baş göyərtəsi təmizlənərək rənglənib, heyətin yaşayış otaqları tamamilə yenilənib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlərdən sonra dəniz sınaqlarını uğurla […]
Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, […]
Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq. Bu, Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə sərəncamında əksini tapıb. Sərəncama əsasən, Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək. Beynəlxalq Münasibətlərin Təhlili […]
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini təsdiq edib. Bununla bağlı dövlət başçısı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununu imzalayıb. Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə (maddə 5) çıxarılıb. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilib. Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz […]
Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov azadlığa çıxıb. Bu barədə o özü məlumat verib. Hüquqşünas həbs olunma səbəbini bu gün açıqlayacağını bildirib. Qeyd edək ki, Müşfiq Abbasov fevralın 23-də 15 sutkalıq həbs cəzası almışdı.
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası martın 13-də keçiriləcək. Parlamentin plenar iclasının gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib. İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir. Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb. AZAL-ın Muskat-Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır. Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş […]
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-i baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
“Qəhvə bəzi insanlarda arterial təzyiqin qısa müddətə yüksəlməsinə səbəb ola bilər”. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Denis Sokolov Lenta.ru-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, belə reaksiya daha çox hipertoniya xəstələrində və kofeini nadir hallarda qəbul edən insanlarda müşahidə olunur. Həkim qeyd edib ki, qəhvəni müntəzəm içən insanlarda zamanla kofeinə qarşı dözümlülük formalaşır. Bu halda içkidən sonra təzyiqdə kəskin artım daha nadir hallarda baş verir. D.Sokolov əlavə edib ki, hətta sağlam insanlarda da tünd qəhvə qısamüddətli təzyiq artımına […]
Martın 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 9-dan 10-da keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi […]
Bu gün bp və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını bildirərək Xəzər hövzəsinin Azərbaycan sektorunun geoloji xüsusiyyətləri barədə ətraflı məlumat əldə edilməsini daha da genişləndirmək məqsədilə bir saziş imzaladılar. Hövzədə yeraltı tədqiqat işlərini birgə irəli aparmaq istiqamətində atılan mühüm bir addım kimi dəyərləndirilən bu saziş şirkətlər arasında aparılmış geniş texniki müzakirələrin və danışıqların nəticəsidir. Sazişə əsasən, bp və SOCAR ilk dəfə olaraq müxtəlif dövrlərə aid mövcud 2D və psevdo-3D seysmik məlumat toplularını tutuşdurub birləşdirərək […]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) fəaliyyətə başlamasının 10 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub. Tədbirdə icbari tibbi sığorta sisteminin keçdiyi inkişaf yolu, əldə olunan əsas nəticələr və vətəndaşlara göstərilən xidmətlərin əhatə dairəsi barədə məlumat verilib. Tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və səhiyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin […]
27 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşüb. Görüşdə SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, şirkətlərin birgə iştirakı ilə Azərbaycanda reallaşdırılan külək və günəş elektrik stansiyaları layihələri üzrə görülən işlər nəzərdən keçirilib. Söhbət zamanı tərəflər ədalətli enerji keçidi və dekarbonizasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, bu istiqamətlərdə dialoqun davam […]
Elektron Təhlükəsizlik Xidməti (ETX) “Narketing163” adlı qruplaşmanın ölkəmizə qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısını alıb. ETX-nin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumların daha əvvəl də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib. Hücum çərçivəsində bir sıra dövlət və özəl qurumlara göndərilən e-poçt məktublarında tanınmış şirkət və təşkilatların adı, loqosu və rəsmi yazışma üslubu təqlid olunub. Məqsəd istifadəçilərdə etimad formalaşdırmaq və əlavə edilmiş zərərli faylın açılmasına nail olmaqdan ibarətdir. Kiberhücum ssenarisində diqqətçəkən əsas məqamlardan […]
“İcbari sığortalar haqqında” Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir. 2025-ci ildə İSB-yə kompensasiya ödənişləri ilə bağlı 398 müraciət daxil olub. Bu müraciətlər əsasında 217 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 216 342 manat, 10 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 28 000 manat və 171 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 504 833 manat olmaqla, ümumilikdə 749 175 manat komensasiya ödənişləri həyata keçirilib. Kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına […]
Fevral ayının 28-də çox maraqlı astronomik hadisə olan “Planetlər paradı” fenomeni baş verəcək. Bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər. Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq. Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonrakı dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək. Venera saat 19:31-də, Merkuri isə […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Boyat kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Boyat kəndində şəhidlərin əziz xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla […]
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos “Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar. Qeyd edək […]
Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub. Məlumat verilib ki, təhsil müəssisəsi 2021-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda 3008 şagirdin təhsil aldığı məktəbdə 135 nəfər pedaqoji, 39 nəfər isə texniki işçi çalışır. Sinif otaqlarına baxış zamanı nazir STEAM və “Rəqəmsal bacarıqlar” layihələrinin tədris prosesi ilə yaxından maraqlanıb, dərslərin təşkilini izləyib və şagirdlərlə fikir mübadiləsi aparıb. Şagirdlərin təqdim etdikləri layihə və praktiki işlərlə tanış olan […]
Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası (bundan sonra – Şura) yaradılıb. Həmçinin şuranın aşağıdakı tərkibi təsdiq edilib: Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti Şuranın üzvləri: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Azərbaycan Respublikasının rəqəmsal […]
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində çıxarılmış qiyabi həbs hökmündən apellyasiya şikayət verilib. Teleqraf-ın əldə etdiyi məlumata görə, Abdullayevin müdafiəçiləri ittihamları əsassız olduğunu, təqsirləndirilən şəxsin dindirilmədiyini, onun bu ittihamlara münasibətinin öyrənilmədiyini qeyd edib. Müdafiəçilər Elşad Abdullayev barəsində qiyabi hökmün ləğv edilməsini, ona bəraət verilməsini məhkəmədən xahiş ediblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar olduğu kimi saxlanılıb. Maraqlıdır ki, Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin […]
Azərbaycan Prezidenti İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) yaradılıb. Agentlik mikro, kiçik və orta […]
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib. Samir Nuriyev 95 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb. Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı […]
Uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur. 75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir. Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə […]
Ödənişli yollarda sürət həddi müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda – saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşir. Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 […]
Xankəndi şəhərində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Ombudsman Səbinə Əliyeva çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını, beynəlxalq və humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnən soyqırımı cinayəti olduğunu bildirib. O xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilib, minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Müvəkkil deyib […]
Əməkdar jurnalist, Sumqayıt hadisələrinin araşdırmaçısı, yazıçı-publisist və “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov 73 yaşında vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. (oxu.az)
Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbriedib. Təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən […]
Abşeron Rayon Mərkəzi Xəstəxanasında ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından hesab edilən Whipple əməliyyatının icrasına başlanılıb. Tibb müəssisəsinin ümumi cərrahiyyə komandası tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb. 72 yaşlı pasiyent üzərində icra olunan cərrahi əməliyyat təxminən 6 saat davam edib. Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığını təmin edilməsi məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə […]
Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmayıb. “Report”un məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qeyd edək ki, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib. […]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu keçirilib. Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Müraciətlər aidiyyəti şöbələrin icraatına göndərilib.
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub. BAKU.NEWS KOBİA-ya istinadən xəbər verir ki, müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. “Startap” şəhadətnamələri fiziki şəxslər Rəşad İbrahimlinin əyləncə janrında video oyun (“Steam PC” platforması), Sərxan Abbaszadənin “85 Games Studio” brendi altında video oyunların istehsalı, İlkin Süleymanovun “İnframed Life” – klinikalar üçün onlayn idarəetmə sistemi, Yahya İsmayılovun “Jupiter” co-op macəra […]
Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.
Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyəti Bakıda səfərdədir. Fevralın 11-də nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir. Fevral ayının 4-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı ona “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasını ölkə başçısının uğurlu siyasətinə verilən yüksək […]
11 fevral 2026-cı il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının və Dövlət Neft Fondunun rəhbər heyəti ABŞ Ticarət Palatasının Azərbaycana təşkil etdiyi biznes missiyası çərçivəsində keçirilən dəyirmi masa görüşündə iştirak edib. “Maliyyə və investisiya” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan ilə ABŞ arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini və strateji mərhələyə yüksəldiyini vurğulayıb. O, mövcud tərəfdaşlığın qarşılıqlı etimada əsaslanaraq davamlı inkişaf perspektivləri yaratdığını bildirib. Taleh Kazımov çıxışı zamanı ölkədə makroiqtisadi […]
Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana bu ölkənin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Dövlət başçısı qeyd edib ki, ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda ikitərəfli gündəlikdə duran məsələlərin əhatə dairəsinin genişləndiyini və yeni məzmunla zənginləşdiyini bildirən Azərbaycan Prezidenti vurğulayıb ki, müxtəlif səviyyələrdə […]
Bakıda 206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilib. Redaksiya bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, avtobuslarla xəttin istismarı fevralın 12-dən həyata keçiriləcək. Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.
Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti müştərinin 1 milyon rubldan artıq dəyəri olan ziyafət paltarını yararsız hala salıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı müştəri şirkəti məhkəməyə verib. İddia tələbi onunla əsaslandırılıb ki, müştəri kimyəvi təmizləmə xidmətlərini həyata keçirən AGNA-ya müraciət edərək xalis ipək parçasından hazırlanmış və 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) qiyməti olan ziyafət paltarını kimyəvi təmizlənməsi üçün təhvil verib və buna görə cavabdehə 35 manat ödəyib. AGNA tərəfindən edilmiş […]
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyean 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, bu gün Arayik Arutyunyana, Levon Mnatsakanyana, David Manukyana, Davit İşxanyana, David Babayana, Arkadi Qukasyana, Bako Saakyana və Madat Babayana hökm oxunub. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Qaraqaşlı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış […]
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Hökmə əsasən təqsirləndirilən David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla […]
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Qeyd edilib ki, təqsirləndirilən Arkadi Qukasyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum […]
Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il müddətinə azadlıqdan məhrum olunub Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. “Report”un xəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Madat Babayanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin […]
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla […]
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvəti ilə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunub. Sammit […]
“Rəqəmsal məktəb” platformasında “Məktəb sorğusu” bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair keçirilən sorğu valideynlərin təhsil prosesi ilə bağlı rəy və təkliflərini operativ və rahat şəkildə ifadə etməsinə imkan yaradır. Toplanılan rəylər təhlil edilərək mövcud vəziyyətin qiymətləndirilməsinə, problemlərin vaxtında müəyyənləşdirilməsinə və daha səmərəli qərarların qəbuluna zəmin yaradır. Sorğuda valideyn yalnız övladının təhsil aldığı müəssisəyə dair rəy verə bilər. Eyni valideynin iki övladı fərqli məktəblərdə təhsil alırsa, bu zaman valideynə hər iki övladının məktəbinə dair rəy vermək imkanı yaradılır. Sorğuya keçid: https://digital.edu.az/cabinet/survey. Qeyd […]
İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi – 2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın paytaxı Paris şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Həftəsi – 2026” tədbirində iştirak edib. İqtisadiyyat nazirinin birinci müavini tədbir çərçivəsində “Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsi yolu ilə artımın təşviqi” mövzusunda panel sessiyada çıxış edib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və strateji təşəbbüslər barədə məlumat verilib. Avropa […]
Laboratoriya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müasir tibbi standartlara uyğunlaşdırılması və diaqnostik imkanların genişləndirilməsi məqsədilə TƏBİB tərəfindən laboratoriyaların yenidən təşkili istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu çərçivədə Bakı şəhərində autoimmun laborator müayinələr mərkəzləşdirilmiş və optimallaşdırılmış şəkildə təşkili təmin olunub. Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq autoimmun xəstəliklərin laborator diaqnostikası üzrə ixtisaslaşmış laboratoriya yaradılıb və hazırda tam şəkildə fəaliyyət göstərir. Layihə çərçivəsində autoimmun xəstəliklərin diaqnostikası üçün nəzərdə tutulan tam avtomatik laboratoriya infrastrukturu qurulub. Yeni qurulan laboratoriya beynəlxalq tibbi və laboratoriya standartlarına […]
Səhər yeməyi sadəcə bir vərdiş deyil, günün necə keçəcəyini müəyyən edən əsas amillərdən biridir. Bir çox insan üçün bu yemək tələsik içilən qəhvə və ötəri bir şirniyyatla əvəz olunur. Halbuki orqanizm məhz səhər saatlarında düzgün “yanacağ”a ehtiyac duyur. Gecə boyunca bədən enerji ehtiyatlarını xərcləyir. Səhər yeməyi isə bu ehtiyatları yenidən doldurur, xüsusilə də yüksək enerji tələbatı olan beynin fəaliyyətini bərpa edir. Nəticədə diqqət, yaddaş və düşünmə qabiliyyəti daha stabil olur. Mütəxəssislərin fikrincə, səhər yeməyi qan şəkərinin kəskin enib-qalxmasının qarşısını alır, […]
Yanvarın 30-da Azərbaycan Respublikası İqtisadi Şurasının iclası keçirilib. Nazirlər Kabinetindən bildiriblər ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibədən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat, […]
“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Redaksiya xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Neftçala Rayon İcra Hakimiyyətinin “Neftçala rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Azərbaycan […]
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə rəqib olub. Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də, cavab oyunları 25-26-da keçiriləcək.
Respublika Hərbi Prokuroruna yeni böyük köməkçi təyin edilib. Bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Rövşən Əfəndiyev hərbi prokurorun böyük köməkçisi təyin edilib. (Qafqazinfo)
Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyi tərəfindən hazırlanmış sosial çarx Bakı sakinlərini ətraf mühitə diqqətlə yanaşmağı və şəhəri təmiz saxlamağa çağırır.
Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilib. Qeyd olunan Metodologiyanın məqsədi, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir. Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin […]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub. İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib. Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 […]
Dövlət Gömrük Komitəsinin 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov tərəfindən 2025-ci ilin nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib. Həmçinin DGK Hüquqi Təminat İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Sumqayıt, Gəncə gömrük idarələrinin fəaliyyətləri ilə bağlı təqdimatlar nümayiş olunub. Müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2025-ci ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya […]
ABŞ-da yayılan mübahisəli “40 gizli sirr” siyahısı ölkənin siyasi, hüquqi və maliyyə strukturlarına dair geniş ictimai müzakirələrə yol açıb. Siyahıda yer alan iddialar Amerikanın suverenliyinin tarixi boyunca formal şəkildə mövcud olub‑olmaması, dövlət institutlarının xarici təsirlərə məruz qalıb‑qalmaması və vətəndaşların hüquqi statusu ilə bağlı ciddi suallar ortaya çıxarır. Mütəxəssislər bu iddiaları əsassız saysalar da, siyahının sürətlə yayılması mövzunu geniş auditoriyanın diqqətinə gətirib. Redaksiya xəbər verir ki, siyahıda yer alan müddəalar müasir ABŞ idarəçiliyinin guya qaranlıq hüquqi konstruksiyalar üzərində qurulduğunu iddia edən […]
Son zamanlar Abşeron rayonu Hökməli qəsəbəsi Bakı-Şamaxı şossesi 14-cü kilometr ünvanında yerləşən “Cənnət Park” Yaşayış Kompleksinin qazla təmin olunmaması ilə bağlı sakinləri tərəfindən şikayətlər kütləvi hal alıb. İddialara görə eyniadlı şirkət tərəfindən verilən vədlərə görə qazla təminata vəd verilməsinə baxmayaraq bu istiqamətdə heç bir iş getmir. Əhali elektrik enerjisinin istifadəsinə görə yaranmış borc məbləğini və mənzillərinin isidə bilməmələri haqda da şikayətlərində qeyd edirlər. Problemlə bağlı “Tiktok” platformasında “cennet_park-_boykot” səhifəsi yaradılıb və hazırda hesabın 478 nəfər üzvü var. Məsələ ilə bağlı […]
2025-ci ildə Azərbaycanda 258 157 şəxsə proaktiv qaydada proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub. Redaksiya bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir. Məlumata görə, onlardan 39 208-i pensiya, 218 949-u müavinət (o cümlədən məcburi dövlət sosial sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.
2025-ci ildə Azərbaycanda diri çəkidə 659,2 min ton ət istehsal olunub. Bu barədə BAKU.NEWS-a Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, 2024-cü illə müqayisədə eynidir. (İqtisadiyyat.az)
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC İsveçərnin “Stadler Rail Group” şirkətindən 300-ə qədər metro vaqonu almağı planlaşdırır. Redaksiya xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə İsveçrənin “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib. Görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismar xərcləri olan 300-dək yeni vaqonun alınması məsələləri müzakirə olunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə […]
Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş bu il yanvarın 1-dən qüvvəyə minib. BAKU.NEWS bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. İki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə bu ilk sazişdir. Bildirilib ki, saziş dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir. Sazişin əhatə etdiyi vergilərə gəlirin ümumi məbləğindən və ya onun ayrı-ayrı elementlərindən tutulan vergilər, o cümlədən daşınar və […]
“Bank Respublika” 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb. 2025-ci ildə “Bank Respublika”nın xalis mənfəəti 60 milyon 593.6 min manat təşkil edib. Hesabat dövründə bankın faiz gəlirləri 25.9% artaraq 299 milyon 578 min manat, faiz xərcləri isə 35.5% artaraq 129 milyon 847 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 40 milyon 240 min manata ( illik müqayisədə 6.8% çox), qeyri-faiz xərcləri isə 127 milyon 688 min manata ( illik müqayisədə 14.6% çox) bərabər olub. Cari ilin yanvar ayının 1-nə […]
Bakının Səbail Rayon İcra Hakimiyyəti başçısının bəzi nümayəndəlikləri üzrə kadr dəyişiklikləri həyata keçirilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayon icra başçısı Vüqar Zeynalov əmrlər imzalayıb. Belə ki, müvafiq əmrlə RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov vəzifəsindən azad olunub. O, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyin edilib. Digər əmrlə RİH başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yusif Məmmədov vəzifəsindən azad olunub. O, RİH başçısının […]
Davos İqtisadi Forumunun (DİF) illik toplantısı çərçivəsində DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulma Azərbaycanda sənayenin karbonsuzlaşmasına, ölkəmizin rəqəmsal transformasiyasına və dayanıqlı inkişafına təkan verəcək. İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və innovasiya əsaslı inkişafın təşviqi məqsədilə qəbul edilən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində işlər davam etdirilir. Strategiyanın əsas prioritetlərinə uyğun olaraq sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətlərinə uyğun olaraq, Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə […]
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda yanvarın 17-dən 22-dək gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Qurumdan verilən məlumata görə, müraciətdə hərəkət iştirakçılarının daha ehtiyatlı və hazırlıqlı olması məsləhət görülüb: “Həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdən qaçmamalıdır”. […]
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 1 min 828 ton xiyar ixrac edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 3 % azdır. Hesabat dövründə Azərbaycan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % az) 1 min 712 ton (-8 %), Gürcüstana 56,5 min ABŞ dolları dəyərində 76,6 ton (1 il əvvəl tədarük olmayıb), Ukraynaya 29,8 min […]
Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.
“Wikimedia” Fondu onlayn ensiklopediya olan “Wikipedia”nın fəaliyyət göstərdiyi bütün dövrlər ərzində ən çox axtarılan 25 mövzunun siyahısını təqdim edib. Bu siyahını “Popular Science” jurnalı dərc edib. Reytinqdə birinci yerdə “illər üzrə ölüm siyahısı” mövzusu qərarlaşıb. Bu mövzu təxminən 650 milyon dəfə axtarılıb. İkinci yerdə ABŞ haqqında məlumatlar (329 milyon dəfə), üçüncü yerdə isə ABŞ Prezidenti Donald Tramp (325 milyon dəfə) yer alıb. Sonrakı yerlərdə Böyük Britaniyanın mərhum kraliçası II Elizabet, Hindistan və məşhur futbolçu Kriştianu Ronaldu haqqında məqalələr qərarlaşıb. Reytinqin […]
“Gooding & Christie’s” hərracında nadir “Ferrari 288 GTO” kupesinin satışından 6-7 milyon avro gəlir əldə ediləcəyi gözlənilir. Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu modeldən cəmi 272 ədəd istehsal olunub və satışa çıxarılan avtomobil yaxşı qorunmuş vəziyyəti ilə seçilir. Avtomobil 1984-cü ildə yığıldığı vaxtdan bəri cəmi 1 500 kilometrdən bir qədər artıq yol qət edib. “288 GTO”nun konstruksiyasında borulu şassi alüminium, kevlar və şüşə lifindən hazırlanmış kuzovla birləşdirilib. Avtomobili hərəkətə gətirən isə 2.8 litrlik, 400 at gücündə V8 mühərrik və […]
Yanvarın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov “Biləsuvar” gömrük postunda mövcud vəziyyətlə tanış olub. Gömrük nəzarətinin səmərəliliyinin artırılması, sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat və yük axınlarının idarəedilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
Yanvarın 17-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlimlər təşkil olunacaq. Teleradio Akademiyasından verilən məlumata görə, əvvəlcə ustad dərsi olacaq. Dərsi Əməkdar artist, nitq mədəniyyəti mütəxəssisi Gülşən Əkbərova keçəcək. Sonra qruplar üzrə təlimlər olacaq. Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirova “Redaktə prosesində diqqət edilməli məqamlar: praktik nümunələr əsasında”, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə isə “Efir estetikası: Televiziya məkanında vizual zövq” mövzusunda təlim keçəcək. […]
Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib. Redaksiya President.az-a istinadən xəbər verir ki, dəyişikliklərin birinci istiqaməti mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyir. İkinci istiqamətdəki dəyişikliklər isə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Dəyişikliklərin növbəti istiqaməti isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma xarakteri […]
Belarusun daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir İvan Kubrakov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi […]
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. Redaksiya xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir. Yeni Qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal […]
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər. Faktla bağlı başlanmış istintaq çərçivəsində Anar Mehdiyevdən əlavə, cinayətdə iştirak edən daha iki məsul şəxs – Ruslan Ələsgərov və Əvəz Süleymanovun da qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 […]
Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 90 yaşlı professor bu gün dünyasını dəyişib. Mustafa Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. 1945-1955-ci illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb. 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1961-ci ildə həmin fakültənin Riyaziyyat ixtisasını bitirib. Əmək fəaliyyətinə 1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda […]
“Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Redaksiya xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla yerli və dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında aşağıdakı dəyişikliklər edilib: Xocavənd rayonu Traxtik (Zoğalbulaq) Sakuri (Hünərli) Süsənlik (Susanlıq) Xsaberd (Çaylaqqala) Sur (Sor) Mestağlar (Böyük Tağlar) Qavaxan (Gavahın) Qatsi (Çörəkli) Maçqalaşen (Cütçü) Sitoraşen (Şıx Dursun) Tağavard (Tağaverd) Niki (Cəmiyyət) Xocalı rayonu Çanaxçı (Çanaqçı) Xansıx (Xanyeri) Maşxmaat (Baharlı) […]
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur. A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik. Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib. O, həmçinin nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” […]
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 10-da güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Gəncə şəhərində abadlıq işləri çərçivəsində güldanlar, işıq dirəkləri və məhəccərlər yenilənib. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Cavadxan küçəsi və ətraf ərazilərdə güldanlar boyanıb, məhəccərlər təmir edilib, Heydər Əliyev prospektində isə işıq dirəklərinə yeni boya vurulub. Qeyd edək ki, bu kimi işlər şəhərdə mütəmadi olaraq həyata keçirilir
Ölkəmizdə xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə fəaliyyətə başlayan “Nazlı Ana” Xeyriyyə Təşkilatının açılış mərasimi keçirilib. Tədbirdə ziyalılar, iş adamları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə “Nazlı Ana” Xeyriyyə Təşkilatının təsisçisi Səbinə Nağıyeva açılış nitqi ilə çıxış edib. Bildirib ki, “Nazlı Ana” Xeyriyyə Təşkilatının əsas missiyası aztəminatlı ailələrdən olan tələbə qızların təhsil imkanlarını genişləndirmək, onların sağlam və güvənli gələcəyinin qurulmasına töhfə verməkdir. Onun sözlərinə görə, Xeyriyyə Təşkilatı ehtiyacı olan insanlara birlikdə dəstəyin, mərhəmət və qayğının təcəssümüdür. Daha sonra “Nazlı […]
2025-ci il ərzində Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 7572 zəng qəbul edilib. Nazirlikdən bildirilib ki, daxil olan zənglərin 6147-si elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 648-i təşəkkür xarakterli, 877-si isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb. Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika […]
Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranmışdır. Bu barədə DTX-nin mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib, ölkəyə qayıtdıqdan sonra […]
2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub. Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır. Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub.
Paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı “Daewoo” markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S.Quluzadə şübhəli şəxs qismində saxlanılıb. Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2400 manat, 2220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş.Eybatov da saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam […]
Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar yanvarın 11-i Azərbaycanın milli parklarında “Açıq qapı” günü olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 11-i Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. Bu günün əsas məqsədi milli parklar və dövlət təbiət qoruqlarının biomüxtəlifliyin mühafizəsi, təbii ekosistemlərin qorunması və ekoloji tarazlığın təmin olunmasındakı əvəzsiz rolunu vurğulamaq, eyni zamanda, cəmiyyətin ətraf mühitə məsuliyyətli […]
Qış mövsümündə ən çox qarışdırılan anlayışlardan biri qrip və soyuqdəymədir. Hər ikisi tənəffüs yollarını zədələsə də, gedişatı və fəsadları baxımından eyni deyil. Soyuqdəymə adətən tədricən başlayır və yüngül əlamətlərlə müşayiət olunur: burun axması, asqırma, boğazda qıcıqlanma və yüngül halsızlıq. Çox vaxt yüksək hərarət olmur və insan gündəlik fəaliyyətini davam etdirə bilir. Qrip isə qəfil başlayır və orqanizmi daha ağır vəziyyətə salır. Yüksək hərarət, şiddətli baş və əzələ ağrıları, güclü halsızlıq, quru öskürək və titrətmə qrip üçün xarakterik əlamətlərdir. Bu xəstəlik […]
2025-ci il sosial medianın sağlamlıq anlayışımıza təsirinin daha da artdığı il oldu. TikTok, Instagram və Reddit-də yayılan trendlər bir tərəfdən sağlam vərdişləri təşviq etsə də, digər tərəfdən elmi əsası zəif və hətta riskli yanaşmaları populyarlaşdırdı. E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, “viral” olmaq hər zaman “faydalı” demək deyil. 2025-ci ilin sosial media sağlamlıq trendləri ilə bağlı 10 əsas qayda “Gücləndirilmiş” və ya “yüklənmiş” su – Elektrolitlər, əlavələr və meyvələrlə zənginləşdirilmiş su insanları daha çox su içməyə təşviq edir, amma əksər sağlam insanlar […]
Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi tərəfindən Qax rayonunun mərkəzində və kəndlərdə yerləşən tarixi abidələr, muzeylər, dağ cığırları və Qaxa səfər edən turistlər üçün lazımlı digər bütün məlumatları özündə əks etdirən Qax bələdçi xəritəsi hazırlanıb. Azərbaycan və İngilis dillərində hazırlanmış xəritə rayonda fəaliyyət göstərən yerləşmə,ictimai iaşə və digər məkanlara paylanılmışdır. Qaxa səfər edən turistlər xəritəni bu müəssisələrdən ödənişsiz olaraq əldə edə bilər.
Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun doktorantura üzrə proqram meneceri Həcər Əliyeva, Təkrar ali təhsil üzrə proqram meneceri Şərəfxanım Əliyeva, həmçinin 2-ci kurs magistr tələbələri Nazxanım Şəfiyeva, Nihat İbrahimov, Rial Hümmətov, Hüseyn Hüseynzadə mübadilə proqramı ilə Türkiyənin Gazi Universiteti və Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) Eklemeli İmalat Mərkəzində səfərdə olublar. Gazi Universitetinə səfər zamanı magistranların elmi düşüncə tərzinin formalaşdırılması, analitik yanaşma qabiliyyətinin inkişaf etdirilməsi və müasir tədqiqat metodologiyalarına yiyələnməsi məqsədilə onların elmi-tədqiqat bacarıqlarının sistemli şəkildə gücləndirilməsi, eləcə […]
Yumurta bəzi hallarda şəkəri və xolesterolu artıra bilər. Qastroenteroloq və hepatoloq, fəlsəfə doktoru Sergey Vyalov, yumurta yeməyin xolesterol və qan şəkəri səviyyələrinə təsir etdiyini izah etdi. ” Müasir tədqiqatlar göstərir ki, əksər insanlar üçün yumurta ilə yediyimiz qidalardan alınan doymuş yağlar və trans yağlar yumurtanın özündən daha çox təsir göstərir. Məsələn, səhər yeməyində bekon, kolbasa, kərə yağı və çörəyin yumurta ilə birləşməsi. Həkimin sözlərinə görə, bir çoxları üçün yumurtadan alınan xolesterol bu yeməyin ən təhlükəsiz hissəsidir. Lakin həkim vurğuladı ki, […]
Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin Gənclərin inkişafı və tərbiyə işləri üzrə birinci prorektoru Samaridin Koraevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqları salamlayan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ortaq kökə, dilə, mədəniyyətə, tarixə malik, qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, türkdilli dövlətlərin özünün ən güclü dövrünü yaşadığını qeyd edib. O bildirib ki, BDU da bu əməkdaşlığa öz töhfəsini verməkdədir. Son bir neçə ildə […]
Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bakalavriat səviyyəsində daha 3 ixtisas – “Kimya”, “Biotexnologiya”, “Biznesin idarəedilməsi” üzrə ikili diplom proqramının (İDP) həyata keçirilməsinə dair müqavilə imzalanıb. Bununla da universitetlər arasında İDP-nin icra olunacağı ixtisasların ümumi sayı 6-ya çatıb. Müqaviləyə əsasən, qeyd olunan ixtisaslarda I, II kursları uğurla tamamlayan, eləcə də müvafiq prosedurları keçən tələbələr PKTU-da uyğun ixtisaslarda III, IV kurslarda təhsillərini davam etdirəcək və sonda iki diplom alacaqlar. BMU-nun rektoru Yaqub Piriyev […]
Şəhid xanımı Fizzə Mirzəyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv seçilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Agentliyinin Müşahidə Şurasının ötən gün keçirilən iclasında qərar verilib. O, qarşıdakı 4 ildə Agentliyin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, F.Mirzəyeva Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşıdır. M.Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Dövlət başçısının Sərəncamı ilə […]
Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Redaksiya xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xalq artisti bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı göstərilib. Redaksiya xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian […]
Azərbaycanın rayonlarında fəaliyyət göstərən bir qrup stomatoloq işdən çıxarılmalarına etiraz olaraq hazırda TƏBİB-in inzibati binasının qarşısında aksiya keçirib. Bu barədə “Qafqazinfo”ya həmin stomatoloqlar müraciət ediblər. Qeyri-qanuni işdən çıxarıldıqlarını iddia edən stomatoloqlar öz işlərinə bərpa olunmalarını istəyirlər. Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya belə cavab aldıq: “Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarları ilə tənzimlənir. Stomatoloji xidmətlərin əksəriyyəti […]
Dekabr ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 16.387 müraciətdən 16.103-ü cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 91.78 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 1 dəqiqə 58 saniyə ərzində cavab verilib. Bundan başqa, Çağrı Mərkəzində interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri ilə ay ərzində 284 itirilmiş zənglə əks əlaqə yaradılıb […]
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri olan “İmprotex Trucks & Buses” MMC-yə yeni direktor təyin olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Orxan Ərəbov təyinat alıb. O, bu vəzifədə Mühəmməd Fərid Abdullayevi əvəzləyib. Mühəmməd Fərid Abdullayev isə fəaliyyətini 2021-ci ildə dövlət qeydiyyatına alınmış “Improtex Demining” şirkətinin direktoru vəzifəsində davam etdirir. Qeyd edək ki, O.Ərəbov bu təyinatdan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun müşaviri vəzifəsində çalışıb. […]
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib. Redaksiya xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Nəriman oğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Rəşad Məmmədov ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb. “APA-Economics”in əldə etdiyi məlumata görə, sözügedən gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha üç gəmi isə Şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib. Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm […]
Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 29 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 57,5 kiloqrama yaxın narkotik vasitə və 802 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Eyni zamanda, qanunsuz saxlanılan […]
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır. Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında […]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək […]
Naxçıvan Muxtar Respublikasının rezidentləri bu gündən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilib. Redaksiya xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” haqqında qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan […]
Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb. Redaksiya xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur: “Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki […]
Hər il olduğu kimi, bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda yerli sakin və xarici qonaq Yeni il atəşfəşanlığını izləmək üçün Bakının mərkəzinə toplaşıb. Bayram gecəsi atəşfəşanlıq şəhərdə xüsusi bayram ab-havası yaradıb. Bu qədər insanın bir araya gəldiyi tədbirlərdən sonra parkların, meydanların və küçələrin çirklənməsi isə adi və gözlənilən haldır. Lakin buna baxmayaraq, bayram gecəsinin ardından paytaxtın təmiz və səliqəli vəziyyətdə olması hər kəsin diqqətini cəlb edib. İnsanların çox olduğu ərazilərdə Bakı şəhərinin kommunal xidmətləri operativ […]
2026-cı ilin universal enerjisi 10-dur. Bu il güc, təzahür və məsuliyyət ilidir. Bu, Kainatın “Nə əkərsən, onu da biçərsən” dediyi bir məqamdır. Əgər 2025-ci il sağalma, yenidən düşünmə və təməlin bərpası dövrü idisə, 2026-cı il sizi öz gücünüzü dərk etməyə və daxili aləminizlə harmoniya içində hərəkət etməyə çağırır. Redaksiya məlumat verir ki, bu il maddi artım, maliyyə uğurları və karmik aydınlıq ilidir.Hər bir fikir, söz və qərar gücləndirilmiş enerji daşıyır. Diqqətli olun: enerjinizi nəyə sərf edirsinizsə, o, on qat artacaq. […]
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edib. Redaksiya xəbər verir ki, dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində, həmçinin deyib: “Onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir.
Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Redaksiya xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. Bizim hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olduğumuzu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, […]
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyinin rəmzidir. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid məqsəd – milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və dövlətçilik dəyərlərimizin qorunması və yaşadılması ətrafında birləşdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi yaddaşına, müstəqillik ruhuna və Vətənə bağlılığına əsaslanan ümummilli ideyanın təntənəsidir. Bu gün Azərbaycan diasporunun gücünü, birliyini və qlobal miqyasda söz demək bacarığını nümayiş etdirir. Yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbindəki Vətən sevgisini, milli qüruru və ortaq məsuliyyət […]
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, maliyyə dayanıqlılığının güclənməsini, müasir sosial-iqtisadi infrastrukturun formalaşmasını, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Bu baxımdan dayanıqlı inkişaf hədəflərinə nail olmaq məqsədilə vergi sistemində ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən investisiya və kapital qoyuluşlarının artırılması məqsədilə vergi təşviqi alətlərindən daha səmərəli istifadə olunması istiqamətində işlər görülür. Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin şöbə rəisi Gülnar Ağazadə deyib. O bildirib […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 7 min 817 şəxsin məşğulluğu təmin olunub. Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb. Habelə 352 nəfər müxtəlif sahələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vuranların işlə təminatına dəstək göstərilir.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar. Redaksiya xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.
Qarşıdan gələn günlərdə gözlənilən sərnişin axınının artması və səyahət intensivliyinin yüksəlməsi nəzərə alınaraq, 29 dekabr – 5 yanvar tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə göstərilən xidmətlərin fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətlə təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. BAKU.NEWS bu barədə hava limanına istinadən xəbər verir. Məlumata əsasən, bu dövrdə hava limanının bütün əsas xidmət strukturları gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. Əlavə növbətçilik qrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirləri genişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi və əməliyyat proseslərinin operativliyi artırılacaq. Bildirilib […]
Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibə verib. “Report”un da suallarını cavablandıran nazir 2025-ci ildə qazanılmış nailiyyətlər və qarşıdakı planlardan bəhs edib. – 2025-ci il üçün Azərbaycan idmanını necə dəyərləndirirsiniz? – Düşünürəm ki, Azərbaycan idmanı üçün uğurlu il oldu. Medal sayında rekordlarımız var. Bunu həm olimpiya, həm də qeyri-olimpiya növlərinə əsasən hesablayırıq. Paralimpiyaçılarımızın da nəticələri yaxşı olub. Bundan əlavə, deflimpiyada ilk medalımızı qazandıq. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin komandası da beynəlxalq turnirlərə qatılır. Ölkəmizdə bir sıra beynəlxalq yarışlar da keçirilib. Azərbaycan […]
31 dekabr-4 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər. Redaksiya bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi və […]
Kəlbəcər rayonu nadir flora və fauna növləri ilə tanınır. Burada dağ keçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, cüyür və qartal əsas heyvan və quş növləri sırasında yer alır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün yağan qar bölgədə diqqətçəkən təbiət mənzərələri yaradıb. Bu füsunkar mənzərələr fonunda ana və bala cüyür kamera ilə lentə alınıb. Cüyür və balasının görüntülərini təqdim edirik.
Azərbaycanda ilk “ASAN xidmət” mərkəzi 2012-ci il dekabrın 29-da fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2017-ci il dekabrın 29-da imzaladığı Sərəncamla dekabrın 29-u ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir. “ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Prezidentin müvafiq Fərmanına əsasən yaradılıb. Həmin mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata […]
NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır. Yeni sistem […]
“Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yollarımızda yenidən ağır yol-nəqliyyat hadisələri qeydə alınır. Müşahidələr göstərir ki, bu qəzaların əksəriyyəti sürücülərin, piyadaların və digər yol hərəkəti iştirakçılarının məsuliyyətsiz davranışı, tələskənliyi və diqqətsizliyi nəticəsində baş verir”. Redaksiya xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib. O təəssüflə qeyd edib ki, məhz bayram günlərində baş verən yol-nəqliyyat hadisələri bəzi ailələr üçün ömürlük kədər deməkdir: “Həmin ailələr üçün Yeni ilin gəlişi artıq bayram yox, […]
Pirəkəşkül və Ağdərədə 29-30 dekabr tarixlərində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Redaksiya xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – nazirliyin müraciətində qeyd olunub.
Şaxtalı hava şəraitinə baxmayaraq Qusar rayonu ərazisində polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, yollarda təhlükəsizlik təmin olunur, zərurət yarandıqda sürücülərə və piyadalara operativ kömək göstərilir. Köməyə ehtiyacı olan hər kəs polis naryadlarının diqqət mərkəzindədir.
İqtisadiyyat Nazirliyində əczaçılıq sənayesinin perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib. Nazirlikdən bildirilib ki, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər. Tədbirdə vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır. […]
Xəbər verdiyimiz kimi, Bakı şəhərində “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam aktivləşdirilib. Bu yenilik ödəniş zamanı yaranan gecikmələrin və sıxlığın azalmasına kömək edə bilərmi? Həmçinin, gələcəkdə digər avtobus daşıyıcıları və şəhər nəqliyyatında vahid ödəniş sisteminə keçid üçün hansı imkanlar yaradır? Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, artıq sərnişinlər üçün bir neçə ödəniş variantı mövcuddur: əvvəlki plastik “BakıKart”, “QR bilet”, […]
Ərazisi 13 hektardan çox Ağdam şəhərində istifadəyə verilən 2-ci yaşayış kompleksində 11 məhəllə var. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam,Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edən Fidan Məmmədli bildirib. O qeyd edib ki, ikinci kompleksdə 60 bina inşa edilib. “Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) […]
Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstanda tutulmuş Azərbaycan vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub. Baş Prokurorluqdan verilən məlumata görə, DİN-in Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Ramazan Herayev Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyində (ADRA) Agentliyin İdarə Heyətinin müşaviri Lalə Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini Nailə Nəsibovanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı ADRA ilə Əqli Mülkiyyət Agentliyi arasında imzalanmış əməkdaşlıq memorandumu nəzərdən keçirilib, sənədin icrası çərçivəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Eyni zamanda açıq məkanda yerləşdirilən reklamlarda Azərbaycan dilindən düzgün istifadənin təşviqi məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Bu […]
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (*KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib. Belə ki, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin […]
“Unibank”ın Marketinq Departamentinin direktoru vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib. Qərara əsasən, Rasim Babayev Marketinq Departamentinin direktoru vəzifəsindən azad olunub. O, yeni qərarla isə bankda Premium bankçılıq üzrə rəhbər təyin edilib. Rasim Babayev bankda 2018-ci ilin iyun ayından etibarən Marketinq Departamentinin direktoru vəzifəsində çalışırdı. O, daha əvvəl isə Pərakəndə Biznesin inkişafı departamentində direktoru müavini vəzifəsində işləyib.
“Araz-Naxçıvan” futbol klubu Qara Qarayevlə müqaviləyə xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Təcrübəli yarımmüdafiəçi Qara Qarayev klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib”, – deyə məlumatda bildirilib. Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.
“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 25 il ötür. Redaksiya xəbər verir ki, ATV telekanalı 2000-ci il dekabrın 25-də özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər yayımlanıb. Sonradan Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma […]
Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib. Bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər. Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumun 5 övladı var. O, 2002-2012-ci illərdə Kamran Balayevlə evli olub. K.Balayev 2021-ci ildə […]
Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətləri ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması, eləcə də vətəndaşların rifahının təmin olunmasıdır. Bu məqsədlərə nail olmaq üçün güclü ordu quruculuğu, müdafiə və təhlükəsizlik sisteminin davamlı şəkildə möhkəmləndirilməsi dövlət siyasətinin əsas sütunlarından biri kimi müəyyənləşdirilib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev Milli Məclisdəki çıxışlarında sərhədlərin möhkəmləndirilməsinin, müasir texnologiyalara və silah sistemlərinə əsaslanan təhlükəsizlik mexanizmlərinin qurulmasının son dərəcə vacib olduğunu dəfələrlə vurğulayıb. Müdafiə və təhlükəsizlik sahəsində […]
Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub. Bu barədə “Forbes” jurnalı məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına “Tesla” şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı. “Forbes”un hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb. Bundan əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, […]
Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4300 dollar oğurlayıb. O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əskinaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Hər bürcün özünəməxsus xüsusiyyətləri və qabiliyyətləri var. Zəka bu xüsusiyyətlərdən yalnız biridir. Mütəxəssis astroloqlar və numeroloqların fikrincə, bəzi bürclər zehni qabiliyyətləri, analitik düşünmə bacarıqları və praktik zəkaları ilə hər kəsi heyrətləndirməyi bacarır. Xüsusilə də bu 3 tarixdən birində doğulan insanlar zəkaları ilə hər kəsin diqqətini cəlb etməyi bacarırlar. Odur ki, astrologiyada “ən ağıllı” hesab edilən şəxslərin doğum tarixlərini və onları zəkaları ilə fərqləndirən xüsusiyyətləri təqdim edirik. Ayın 5-i İstənilən ayın 5-də doğulan insanlar zəka planeti kimi tanınan Merkuri tərəfindən idarə […]
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M.Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
2025-ci ilin dekabrın 19-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və İşçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Dövrün tələblərinə uyğun olaraq olaraq yenidən işlənilmiş “Məhkəmə fəaliyyətinə dair yeni statistik hesabat formaları” layihəsi təsdiq edilib. Həmçinin, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqlərin aparılması qaydaları” layihəsi müzakirə olunub. Eyni zamanda intizam icraatı üzrə […]
Bakıda və bölgələrdə keçirilən tədbirlərlə ötən gün pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiya iqtisadiyyatına 38 milyon 923 min ABŞ dolları birbaşa investisiya qoyub. Redaksiya Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 % çoxdur. Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 %-dən 1,9 %-a düşüb. 9 ay ərzində Rusiya isə Azərbaycan iqtisadiyyatına 181 milyon 208 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ müqayisədə 85,1 % çoxdur. Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun […]
“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir. Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, […]
Meyxanaçı Ağakərim vəfat edib. Bu barədə Manset.az-a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Elektron siqaretlə bağlı qadağanın qüvvəyə minmə müddətinə dəyişiklik edilir. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. “Cəmiyyətdə elə bir təsəvvür yaranmamalıdır ki, sanki elektron siqaretlərin qadağan edilməsi təşəbbüsləri fonunda ənənəvi siqaretlərin və ya alternativ tütün məmulatlarının istifadəsi təqdir və ya təşviq olunur. Bu, qətiyyən belə deyil! Çünki mövcud qanunvericilik aktları əhalinin sağlamlığının mühafizəsi məqsədilə […]
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb. Böyük məmnunluqla qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma kimi möhkəm prinsiplərə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri son zamanlar yeni vüsət alıb. Bu münasibətlər yüksək səviyyədə qarşılıqlı etimad və anlaşma ilə fərqlənir ki, bu […]
“Qlobal cərrahiyyə – 2030” layihəsi ölkəmizdə, xüsusilə regionlarda cərrahi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir”. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib. O qeyd edib ki, layihə çərçivəsində müasir cərrahi yanaşmaların tətbiqi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir: “Eyni zamanda layihə səhiyyə sistemində dayanıqlı inkişafı və insan resurslarının peşəkar inkişafını dəstəkləyir. Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyəyə də başlanılacaq. Artıq hazırlıq prosesi tamamlanmaq üzrədir”.
Azərbaycanda balıq ölümləri əsasən yay aylarında – oksigen çatışmazlığından baş verir. Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib. “Yayda temperaturun artması ilə əlaqədar oksigen azalır. Xüsusilə gecə saatlarında balıqların tələbatı ödənilmədiyindən ölüm halları baş verir. Bir çox təsərrüfatlar suya balıq buraxanda onun populyasiyasına tam nəzarət etmirlər. Xüsusən Abşeron yarımadasındakı göllərdəki balıq ölümlərinin əsas səbəbi odur ki, həmin göllərə onlara aid olmayan balıq növü buraxılır və populyasiya hədindən artıq olur”, – deyə o […]
“Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs (PHŞ) tərəfindən 2025-ci ildə 15 nəfərə balıqovlama bileti verilib. Bu barədə mərkəzin sədri Ceyhun Əliyev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2025-ci il yanvarın 1-dən mayın 23-dək regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 69 akt tərtib edilib: “Ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilərək “İnzibati tənbehvermə haqqında Qərar” qəbul edilib, bir fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi […]
Milli Məclisin növbəti plenar iclası başlayıb. Deputatlar bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi daxil olmaqla, 13 məsələni müzakirə edəcəklər.
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır. Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, “VEST PARK” MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanmışdı. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədə binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdə tutulub. Lakin, […]
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura görüşü zamanı deyib. Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Dövlət Komitəsinin sədri Bahar Muradova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Serbiya və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətlərinə diqqət çəkən Komitə sədri bildirib ki, iki ölkənin prezidentləri və hökumətləri […]
Aylıq əməkhaqları iki dəfə veriləcək. “Qafqazinfo” xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.
Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə […]
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət edilib. ADRA əməkdaşları Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, müasir Azərbaycanın inkişaf strategiyasının formalaşmasındakı tarixi xidmətlərini bir daha yad ediblər.
Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçilik tariximizin memarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Neftçala rayonunda böyük ehtiramla anılıb. Rayon ictimaiyyətinin geniş iştirakı ilə keçirilən anım tədbirində Ulu Öndərin dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizin inkişafı naminə göstərdiyi misilsiz xidmətlər minnətdarlıqla xatırlanıb. Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, ağsaqqallar, ziyalılar və yüzlərlə rayon sakini Ulu Öndər Heydər […]
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Redaksiya xəbər verir ki, dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.
Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad edib. Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Əhmədov çıxış edərək dövlət müstəqilliyimizin banisi, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər qoymasından, onun Azərbaycana rəhbərlik illərində […]
Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib. İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannuxa kənd sakini 1968-ci il təvəllüdlü S. Məmmədovla (şərti soyadlı) icra başçısının müavini Arif Abdullayev arasında insident baş verib. Onları icra hakimiyyətinin digər əməkdaşları ayırıblar. S. Məmmədov oraya dəvət edilmiş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin […]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2026-cı il üçün mühafizə xidmətlərinin satın alınması məqsədilə tender elan edib. Tenderin ümumi ehtimal olunan dəyəri 493 min 327.89 manat təşkil edir. Şərtlərə görə, xidmət rəisi bir nəfər, növbə rəisi akademiya şəhərciyi üzrə iki nəfər, AMEA Mərkəzi Elmi Kitabxana üzrə bir nəfər, AMEA Yataqxana üzrə bir nəfərdir. Mühafizəçi heyətində isə akademiya şəhərciyi üzrə 29 nəfər və AMEA Mərkəzi Elmi Kitabxana üzrə 17 nəfər fəaliyyət göstərəcək. Tenderə yanvarın 7-də yekun vurulacaq. (Oxu.az)
“Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb”. Bu sözləri Xalq şairinin köməkçisi Arif Mehmandost “Qafqazinfo”ya açıqlamasında deyib. “Hazırda vəziyyəti yaxşıdır. Bundan sonra həyatına dializlə davam edəcək”, – o bildirib. Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Bu barədə Dövlət Xidmətindən məlumat verilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.
Qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə bp Azərbaycan dilində yenicə nəşr olunmuş “İnsan Hüquqları. Ensiklopediya” kitabının təqdimatını keçirib. bp-dən bildirilib ki, Azərbaycanda bu sahədə ilk olan bu dərslik yerli universitetlərin Hüquq fakültələrinin tələbə və müəllimləri üçün əhatəli vəsaitdir. Ensiklopediyaya insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən mindən çox müddəa daxildir. Kitab insan hüquqlarının tarixini, inkişafını və təsnifatını, həmçinin beynəlxalq və milli normativ-hüquqi çərçivələri tədqiq edir. Vəsaitin məqsədi insan hüquqları haqqında daha dərin anlayış formalaşdırmaq və Azərbaycan […]
Dünya Alpagut Federasiyasının və Türkiyə Alpagut Nümayəndəliyinin rəhbərliyi altında təşkil olunan çempionat, 19 ölkədən 450 çox idmançının iştirakıyla Uludağ Universiteti İdman Elmləri Fakultəsinda keçirildi və müstəsna çıxışlarla yadda qaldı. Açılış mərasimində Uludağ Universiteti İdman Elmləri Fakultəsinin dekanı Prof. Dr. Ramiz Arabacı, İYİ Parti Bursa MillətVəkili Selçuk Türkoğlu, Yıldırım İcra Hakimiyyəti başçısı Metin Esen, Bursa Böyükşəhər Bələdiyyəsi müavini Metin Tuncel, Nilüfer Bələdiyyəsi Şura üzvü Hamit Şenocak, AK Parti Bursa İl başqanı yardımçısı Yunus Sever və vilayət administrasiyası rəhbəri Cevat Koç kimi […]
“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən turnirdə ümumilikdə 6 məktəb komandası iştirak edib. Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin meydançasında keçirilən turnirin final oyunu və mükafatlandırma mərasimində məktəbin adını daşıdığı şəhid Anar Mürsəlovun anası Qızbəs Abbasova, Daşkəsən Rayon İcra […]
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Slovakiyaya rəsmi səfərə gedib. Redaksiya xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Slovakiya Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşılayıblar.
Payız fəsli gələndən Azərbaycanda, xüsusən də Bakıda isti hava şəraiti hökm sürürdü. Dekabr ayında isə daha çox yağıntılı hava müşahidə olunur. Redaksiya Milli.Az-a istinadla xəbər verir ki, hazırda çöldə temperatur 12 dərəcədir. Bu həftə havanın yağıntılı olacağı ehtimal edilir. Bəs il sonuna qədər Bakıya qar yağacaq? “Accuweather”in məlumatına görə il sonuna qədər Bakıya qar yağmayacaq. Hətta, dekabrın 25-dən sonra yağıntı bir müddətlik dayanacaq. Bakıya ilk qarın 2026-cı ilin Fevral ayının 15,16, 18, 19, 20 və 22 tarixlərində yağacağı proqnozlaşdırılır.
“Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik”. Ölkə.Az xəbər verir ki, bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O həmçinin qeyd edib ki, İran Azərbaycanla əlaqələri bütün sahələrdə gücləndirmək əzmindədir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil ediləcək. Bu barədə Redaksiya-ya “Azərbaycan Dəmir Yolları”QSC-dən məlumat verilib. Belə ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı və 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq. […]
Təkmilləşdirmə nəticəsində Azərbaycanda gömrük siyasətinin strateji baxışı bir neçə əsas istiqamətdə formalaşacaq və daha səmərəli fəaliyyət göstərəcək. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, aparılan islahatlarla ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsi prioritet olaraq saxlanılmalıdır. “Rəqəmsal həllərin tətbiqi və prosedurların azaldılması əməliyyatların sürətlənməsinə şərait yaradacaq, ölkənin qlobal ticarət zəncirinə daha çevik […]
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran xarici işlər naziri Seyid Abbas Araqçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Redaksiya xəbər verir ki, Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlət başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli […]
Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatıb. “Qeyri-neft sektorunun 2 dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə […]
5 dekabr 2025-ci il tarixində Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu keçirilib. Redaksiya xəbər verir ki, tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək iki ölkə arasında informasiya mübadiləsinin sistemli şəkildə genişləndirilməsi, media subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq kommunikasiya gündəminin formalaşdırılmasının regionda sabitlik və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, rəqəmsallaşma və sosial media platformalarının sürətli inkişafı informasiya axınını xeyli intensivləşdirərək […]
“Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu tip qəzaların əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır”. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib. Qeyd olunub ki, xüsusilə, son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin […]
Azərbaycanın manatının ABŞ dollarına qarşı 1.7/1 səviyyəsində sabitliyini qoruyacağı gözlənilir, bu da müntəzəm valyuta müdaxilələri və möhkəm ehtiyat mövqeyi ilə dəstəklənir. Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilir. Məlumatda qeyd edilib ki, Mərkəzi Bankın ehtiyatları 31 oktyabr 2025-ci il tarixinə qədər orta hesabla 11.4 milyard ABŞ dollar məbləğində artıb (təxminən, dörd aylıq cari hesab ödənişləri) və neft qiymətləri ilə əhəmiyyətli bufer təmin edib. (oxu.az)
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 5 dekabr 2025-ci il tarixində Unus kəndində vətəndaşlarla görüş keçirib. Vətəndaşların müraciətlərini yerində öyrənmək, qaldırılan məsələlərin operativ həllinə nail olmaq məqsədilə keçirilən qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbulda çıxış edən İcra başçısı “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının […]
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı nümayəndəliyinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Bu barədə Redaksiya İsveçin Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verir. Diplomatik missiyadan bildiriblər ki, Hacıyev və Vinnikov səmərəli müzakirələr aparıb. “Bu həftə NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov NATO və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıda səfərdə olub. Vinnikovu NATO-nun […]
Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda 40-dan çox media nümayəndəsi və ekspert iştirak edir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib. O qeyd edib ki, informasiya təhlükəsizliyinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və media sahəsində qurumlararası koordinasiya ilə qarşılıqlı təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm platformadır. “Azərbaycan ilə Gürcüstan arasında formalaşan […]
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyədən olan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirib ATU-nun qonaqları arasında Yüksək İxtisas Universitetinin rektoru Prof. Dr. Kadirhan Sunguroğlu, Fırat Universitetinin rektor müşaviri Prof. Dr. Mehmet Yılmaz və Radio Televiziya Üst Kurulunun eksperti Vedat Kent yer alıb. Görüş zamanı professor Gəray Gəraybəyli universitetin tarixi, tədris proqramları, son illərdə həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Rektor bildirib ki, hazırda ATU-da 2500-dən çox əcnəbi tələbə […]
Neftçala rayonunda ilk dəfə Balıq Festivalı təşkil olunub. Tədbir Neftçala Rayon İcra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalın təşkilində əsas məqsəd regionun artan turizm potensialını nümayiş etdirmək, Neftçalanın əsrlərdən gələn balıqçılıq ənənələrini yaşatmaq və sakinlərə, eləcə də qonaqlara açıq havada rəngarəng, istirahət imkanı yaratmaq olub. Park-Bulvar Kompleksində qurulan sərgi və satış yarmarkasında müxtəlif növ təzə və hisə verilmiş balıqlar, həmçinin balıq məhsullarından hazırlanmış xüsusi təamlar təqdim edilib. Bununla yanaşı, […]
Azərbaycan rəhbərliyi Ermənistanla rəsmi sülh sazişinin 2026-cı ildə bağlanacağını gözləyir. Bu fikirləri Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Cenevrədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bütün Cənubi Qafqaz və xüsusilə Azərbaycan üçün bu il tarixə düşəcək. Diplomat bunu onunla əlaqələndirir ki, qonşu Ermənistanla təxminən otuz il davam edən münaqişə, qarşıdurma və rəqabətdən sonra tərəflər nəhayət ki, rəsmi şəkildə sülh sazişi bağlamağa yaxındırlar. Bu baxımdan o, Vaşinqtonda avqust sammitinin mühüm rolunu qeyd edib ki, bu da bu sülhün təsdiqlənməsinə, düşmənçilik səhifəsinin […]
“Bir çox insanlar hətta düşünmürlər ki, 87 yaşında olan bir şəxs qanuni yolla hakimiyyətə gəlməyin mümkün olmadığını bildiyi halda zorakı yolla ölkəyə rəhbərlik etmək iddiasına düşsün. Ancaq bu bir həqiqətdir və Ramizkimilərin əqidəsi gec-tez üzə çıxmalı idi və hazırda bütün ölkəyə bəyan olundu”. Bu sözləri “Mehdiyev işi” ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İntizam komissiyasının sədri, YAP-ın məşhur simalarından olan Eldar İbrahimov bildirib. O, bu haqda indiyədək məlum olmayan bir sıra faktları açıqlayıb və ölkəmizin ictimai-siyasi həyatında Ramiz Mehdiyevin […]
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarəti üçün sənədlərin qəbuluna artıq indidən start verilir. Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlayıb. Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ […]
Oktyabrın 26-dan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir: “Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur”.
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və QazaxıstaRespublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar. Dövlət başçısına bu il yaradılan Mərkəz barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin […]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitali Zabolotskinin cinayət işi üzrə məhkəmənin ilk hazırlıq iclası keçirilib. Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Baxış iclası noyabrın 3-nə təyin edilib. Qeyd edək ki, Vitali Zabolotski DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham […]
“Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan feysbuk hesabında paylaşım edib. “Bu, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan və Azərbaycan arasında qurulan sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, – Bağdasaryan vurğulayıb. Xatırladaq ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana […]
8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Ətraflı Bildirilib ki, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək. 8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.
AFFA İntizam Komitəsi “Neftçi” klubunu 9700 manat cərimələyib. Buna Misli Premyer Liqasının VIII turunda “Araz-Naxçıvan”la matçda (2:2) yaşananlara səbəb olub. “Ağ-qaralar” dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib. Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkili ehtiva edən ifadələr səsləndirdiyinə görə “Neftçi” 3000 manat ziyana düşüb.
Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur. Agentlik yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayış üçün təşəkkür edir.
“Qəhvəyə darçın əlavə etmək faydalıdır”. Ölkə.az “Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, bu barədə qastroenteroloq Saurabh Sethi danışıb. Həkim hesab edir ki, qara qəhvəyə bir çimdik darçın əlavə edildikdə, içki həm daha ətirli, həm də daha faydalı olur: “Darçında güclü antioksidantlar var və o, qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını almağa kömək edir”. Qəhvəni faydalı etmək üçün digər bir variant kimi o, kokos yağı əlavə etməyi tövsiyə edib. Onun sözlərinə görə, belə bir içki bədəni enerji ilə təmin edir və […]
Yaxın aylarda Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə start veriləcək. Bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa tövhəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib. Dunay Bədirxanov bildirib ki, Azərbaycan yaxın gələcəkdə peyklərin istehsalını həyata keçirməyi planlaşdırır. “Artıq bu istiqamətdə ilk addımlar atılıb. “Tədqiqat və İnkişaf” komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsində peyk istehsalı üzrə intensiv təlimlər keçib. Peyk istehsalı zavodu və işçi heyəti üçün […]
18 oktyabr 2025-ci il tarixində Ağdam rayonunun Kəngərli kəndində Alpaqut bölməsinin rəsmi açılışı keçirilib. Bu mühüm hadisə Azərbaycanın Müstəqillik Gününə təsadüf etməklə, tədbirə xüsusi rəmzi məna qazandırıb. Redaksiya xəbər verir ki, bu, yalnız Ağdamda deyil, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə açılan ilk idman bölməsi kimi tarixə düşüb. Açılış mərasimində Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Bakı Şəhər Nümayəndəliyinin rəhbəri Şahlar Vəliyev və Qarabağ Regional Nümayəndəliyinin sədri Kənan Quliyev iştirak ediblər. Onlar tədbir zamanı Azərbaycanın idman tarixində yeni bir səhifənin açıldığını vurğulayıblar. […]
Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib. APA-nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət […]
Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib. Bununla bağlı nazirlik müvafiq qərar qəbul edib. Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb. İqtisadiyyat.az
AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib. Nurullah Siracov bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib. Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər. Qeyd edək ki, Nurullah Siracov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, AZAL-ın təyyarəsi ilə Qroznıya bu xəstəliklə bağlı əməliyyat olunmaq üçün gedirmiş. Lakin məlum hadisə səbəbindən Nurullah Siracov əməliyyat oluna […]
Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq […]
“Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artırır”. Bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciətində qeyd olunub. Müraciətdə bildirilib ki, nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır: “BDYPİ həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və […]
Bu gün Şuşada “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” başlayacaq 2025-ci il oktyabrın 18-20-də Şuşa Otel-Konqres Mərkəzi Kompleksində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçiriləcək. Proqramda iştirak edəcək 100 nəfərlik heyət Şuşaya yola düşüb.
Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) bu il möhtəşəm final proqramı ilə başa çatacaq. 14, 15 və 16 noyabr tarixlərində tamaşaçıları dünya səviyyəli iki teatr tamaşası və Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsinə həsr olunmuş təntənəli qala-konsert gözləyir. Bakı – Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu unikal məkandır. Tarixən Böyük İpək Yolunun mühüm dayanacağı olan şəhər bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilham mənbəyinə çevrilir. BIAF 2025 bu birliyin […]
Bursa Uludağ Universiteti (BUÜ) ilə Dünya Alpaqut Federasiyası (DAF) arasında türklərin tarixi döyüş ruhunu müasir idman formasına çevirən Alpaqut döyüş sənətini elmi və akademik əsaslarla dəstəkləmək məqsədilə genişmiqyaslı əməkdaşlıq sazişi imzalanıb. İmza mərasimində çıxış edən BUÜ rektor müavini professor doktor İrfan Kırışçıoğlu bu razılaşmanın məqsədinin idmanı elmin işığında inkişaf etdirmək, gənc idmançılara beynəlxalq səviyyədə yeni imkanlar yaratmaq və Alpaqutun mədəni kimliyini elmi əsaslarla gücləndirmək olduğunu bildirib. Onun sözlərinə görə, bu cür yarışlar həm idmanın, həm də universitetin tanıdılmasına mühüm töhfə […]
Daxili İşlər Nazirliyində (DİN) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə”, “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlərə”, habelə bu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Bu barədə DİN məlumat yayıb. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Daxili İşlər […]
ABŞ fond bazarlarında sentyabr ayında yeni tarixi rekordlar qeydə alınıb. Bunun nəticəsində dünyanın ən zəngin 10 adamı ümumilikdə 201 milyard dollar əlavə sərvət qazanıb. Onların ümumi sərvəti artıq 2,3 trilyon dollara yüksəlib. Bununla belə, ilk onluqda olan üç nəfərin sərvəti azalıb. Valyuta.az dünyanın ən zəngin 10 adamınınsiyahını təqdim edir: 1. Elon Musk – 490,8 mlrd dollar “Tesla” səhmlərinin 33% bahalaşması Maska bir ayda 75,2 milyard dollar qazandırıb. O, artıq 17 aydır ki, dünyanın ən varlı adamıdır və sərvəti yarım trilyona […]
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən növbəti belə tədbirlər çərçivəsində daha bir sıra rayonlarda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək. Belə ki, bu kateqoriyaya aid olan şəxslər Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Tərtər rayonunda 4 ədəd üçotaqlı mənzillərlə təmin olunacaqlar. Məlumata əsasən, Artıq Əmək və Əhalinin […]
III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə DİN əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Bu barədə Redaksiya-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait […]
Bu ilin II rübündə Azərbaycanda maliyyə axınların həcmi 28,9 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur. BAKU.NEWS bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, aprel-iyun aylarında ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (25,6 %), topdan və pərakəndə ticarət (14,7 %) və tikinti (12,6 %) olub. Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə tikinti […]
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
“Şəfəq” günəş enerjisi layihəsi ilə bağlı yekun investisiya qərarı qəbul edilib, bu, bp-nin Azərbaycanda günəş enerjisi sahəsindəki ilk layihəsi və şirkətin ölkə ilə 30 illik strateji tərəfdaşlığı çərçivəsindəki ilk layihəsidir. Bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində keçirilən Birinci Azərbaycan Britaniya Siyasi Dialoqu adlı tədbirdə çıxışı zamanı deyib. “Biz fəxr edirik ki, bu layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırılacaq. Bu layihəyə təkcə kommersiya və mühəndislik əhəmiyyəti yox, həm də milli əhəmiyyət […]
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn edilib. Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə mərhumun yaxınları, nazirlər və bir sıra rəsmi şəxslər iştirak edib Xatırladaq ki, Oqtay Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
Payız mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, oktyabrın 4-də paytaxtda növbəti dəfə təmizlik işləri aparılıb. Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub. Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və […]
Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb. Məlumata görə, Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə […]
Bakıda belinə banka qoyulan qadın yanıb. Bu il fevralın 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub. Elnarə Əliyeva bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Bu zaman E.Əliyevanın digər əlində olan alışqandan Sədaqətin bel və kürək nahiyəsinə tökülən spirt yanmağa başlayıb. Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb. Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqda adam […]
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə Stadionunun açılısında iştirak edib. Dövlət başçısına stadion barədə məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub. Qeyd edək ki, Prezident […]
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə əlaqədar olaraq Neftçala rayonunda Anım Günü qeyd olunub. “27 sentyabr Anım Günü”nün beşinci ildönümünə həsr edilmiş ümumrayon tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri və […]
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası […]
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər yürüşümüzün – Vətən müharibəsinin başlamasından 5 il keçir. Məhz 2020-ci ilin payızında Azərbaycan Ordusunun əsgərindən yüksəkrütbəli zabitinədək hər bir mənsubu öz canı, qanı bahasına 30 ildən sonra təqvimdəki işğal tarixlərini Qələbə günləri ilə əvəz etdi. Qədirbilən Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini, cəsarətini və fədakarlığını yüksək qiymətləndirir, müqəddəs amal uğrunda gözünü belə qırpmadan canından keçən şəhidlərimizin əziz xatirəsini uca tutur. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq […]
“Meta” şirkəti Böyük Britaniyada “Facebook” və “Instagram” istifadəçilərinə reklamsız abunə xidməti təklif edəcək. Yeni xidmətin yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılır. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, abunə haqqı veb versiya üçün aylıq 2,99 funt sterlinq, mobil tətbiqlər vasitəsilə qoşulma halında isə 3,99 funt sterlinq təşkil edəcək. İstifadəçilər iki variant arasında seçim edə biləcəklər: ya tətbiqlərdən əvvəlki kimi pulsuz istifadə etməklə reklamları izləməyə davam etmək, ya da ödənişli abunəlik vasitəsilə reklamlardan azad olmaq. “Meta” şirkəti bildirib ki, ödənişli abunə xidmətindən […]
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq! Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və […]
Qlobal borc bu ilin ikinci rübündə rekord həddə – 337,7 trilyon dollara çatıb. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb. Qlobal maliyyə şərtlərinin yumşaldılması, zəif ABŞ dolları və əsas mərkəzi bankların daha mülayim mövqeyi nəticəsində borc kəskin şəkildə artıb. Bildirilib ki, qlobal borc bu ilin birinci yarısında 21 trilyon dollardan çox artıb. İlin əvvəlindən bəri isə ABŞ valyutası əsas valyutalara qarşı 9,75% zəifləyib. İnkişaf etməkdə olan bazarlarda ümumi borc ikinci rübdə 3,4 trilyon dollar artaraq rekord […]
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkədə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. “Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş […]
Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun oğurlandığı barədə polisə məlumat verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub. Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib. Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin […]
Bu gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi ilə bağlı məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib. Məhkəmədə Azərbaycan Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub. Sənədlərin elanı ilə paralel olaraq bir sıra fotoşəkillər nümayiş etdirilib. Qeyd edək ki, […]
Sentyabrın 10-u axşamdan 14-dək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz, Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrdə uğur qazanan namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə […]
Daxili qoşunların komandanının səlahiyyətləri yenidən müəyyənləşir. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsnin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, daxili qoşunların komandanı daxili qoşunların şəxsi heyətinin birbaşa rəisidir. Daxili qoşunların komandanı: – daxili qoşunları bilavasitə idarə edir, onların xidməti-döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsinə və səfərbərlik hazırlığının saxlanılmasına görə cavabdehdir; – müavinlərinin, daxili qoşunların idarəetmə orqanının struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir; – daxili qoşunların […]
Mərkəzi Bankın sədri Taleh Kazımov Visa şirkətinin Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə regional prezidenti Tariq Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı son illərdə ölkənin maliyyə sektorunda həyata keçirilən genişmiqyaslı fəaliyyət, rəqabətqabiliyyətli və innovativ ödəniş infrastrukturunun formalaşdırılması, nağdsız ödənişlərin təşviqi, eləcə də rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə ətraflı fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübənin və müasir yanaşmalarının öyrənilməsi və tətbiqi baxımından Visa kimi təcrübəli şirkətlərlə əməkdaşlığın önəmi vurğulanıb. Görüşdə […]
Sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
“Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib. Bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC məlumat yayıb. Bildirilir ki, yeni poçt məntəqəsində vətəndaşlara universal poçt (məktub, teleqram və bağlama göndərişləri), karqo xidmətləri və maliyyə yığımları təqdim olunur. Poçt şöbəsinin iş rejimi bazar ertəsi – cümə günləri saat 09:00 – 17:00 aralığında (nahar fasiləsi: saat 13:00 – 14:00), şənbə günləri isə saat 09:00 – 14:00 aralığında müəyyən edilib. Qeyd edək ki, […]
“Bakı Metropoliteni” QSC-də üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqi barədə danışıqlar aparılıb. Bu barədə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib. Onun sözlərinə görə, hazırda “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə üztanıma texnologiyası barədə məsələ müzakirə olunub və sınaqdan keçirilib. F. Fərəcullayev qeyd edib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: “Belə bir sistemin yerüstü nəqliyyatda – avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər […]
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIISbirgə təşkilatçılığı ilə “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda ikigünlük forum öz işinə başlayıb. Əvvəlcə foruma həsr olunan videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub. Forumun birinci günündə “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi – Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi”, “Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri […]
Azərbaycan Prezidenti İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciət mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
Payız və qış ayları Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə birbaşa təsir göstərir. Mövsümi amillər, istehsal xərclərinin artması və bəzi məhsulların bazarda az olması qiymətlərin artmasına səbəb olur. Bu ilin payız qış aylarında bazarlarda hansı qiymətləri görəcəyik? Bahalaşma daha çox hansı məhsullara təsir edəcək? Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda 2025-ci ilin payız-qış mövsümü üçün kənd təsərrüfatı məhsullarında bahalaşma ehtimalı yüksək olan bir neçə istiqamət var: “Ət və ət məhsullarında ümumi artım tempi yüksəkdir. 2025-ci ilin […]
İstanbul-Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus “Airbus A321” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Bu barədə hava limanı məlumat yayıb. Bildirilib ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət sərnişinə yerində ilkin yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından […]
Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal maliyyə ekosisteminin inkişafı, məlumatlılığın artırılması, tərəfdaşlarla effektiv kommunikasiyanın gücləndirilməsi çərçivəsində yeni informasiya platforması olan veb-saytı və sosial media səhifələrini istifadəyə verib. BAKU.NEWS bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, maliyyə texnologiyalarına və innovasiyalara həsr olunmuş yeni veb-sayt fintech.cbar.az ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi AMB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayıb istifadəçilərə təqdim edir. İstifadədə rahat interfeysə malik olan […]
Yeni tədris ilinin yaxınlaşması ilə birlikdə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. On minlərlə yeni şagird və tələbənin paytaxta gəlməsi şəhərdə mövcud tıxac problemini daha da dərinləşdirəcək. İqtisadiyyatçılar bildirirlər ki, tıxacların yaratdığı itkilər təkcə vaxtla məhdudlaşmır, Azərbaycanın ümumi iqtisadiyyatına hər il azı 1-2 milyard manat zərər vurur. Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, ümumilikdə, tıxac problemi dünya ölkələrinin iqtisadiyyatına hər il trilyonlarla dollar zərər vurur. Onun sözlərinə görə, beynəlxalq hesabatlarda da bu faktlar xüsusi olaraq vurğulanır: […]
Azərbaycan və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclasıkeçirilib. Bu barədə Energetika Nazirliyindən bildirilib. İclasda çıxış edən İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov Azərbaycan ilə Macarıstan arasında enerji sahəsində əməkdaşlıq münasibətlərinin inkişafında İşçi Qrupunun uğurlu fəaliyyətini qeyd edib. Qarşılıqlı müzakirələr, uzunmüddətli səmərəli əməkdaşlıq sayəsində ölkələrimiz arasında enerji tərəfdaşlığının daha da güclənərək strateji xarakter aldığı vurğulanıb. Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrə əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyi bildirilib və hər iki ölkənin enerji […]
Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq. Redaksiya APA-ya istinadən məlumat verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək. AzTV-nin mətbuat xidmətindən isə ildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir: “Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.
Ölkə stendində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sahibkarların dəstəklənməsi üçün mexanizmlər, biznes imkanları da ziyarətçilərin diqqətinə təqdim edilir. Türkiyənin İstanbul şəhərində “TÜYAP Sərgi və Konqres Mərkəzi”ndə “WorldFood Istanbul 2025” – 33-cü Beynəlxalq Qida Məhsulları və Texnologiyaları Sərgisi keçirilir. 2-5 sentyabr tarixilərini əhatə edən sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan şirkətləri də məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təşkil etdiyi vahid ölkə stendində Azərbaycanın bal, quru meyvə və çərəzlər, şirniyyat məmulatları, yağlar, meyvə-tərəvəz əzmələri və […]
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında sentyabrın 4-6-da əsasən gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Sentyabrın 3-də Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə tədbir keçirilib. Görüşdə dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, eləcə də təhsil və gənclərin inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan Texniki Universitetinin nəzdində yerləşən Davamlı İnkişaf Mərkəzində keçirilən tədbirdə İCMA-ya üzv şirkətlər və “Marsol Group”a daxil olan şirkətlərin nümayəndələri də iştirak edib. Tədbiri açıq elan edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun sahibkarlıq subyektləri ilə əməkdaşlığın təhsil sektoruna gətirəcəyi faydalardan, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən söz […]
Azərbaycanda süni intellekt, İT və rəqəmsal texnologiya layihələri qısa müddətdə geniş istifadəçi bazası qazanır, lakin qlobal rəqabət və ixtisaslı kadr çatışmazlığı onların inkişafını ləngidir. Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) startapların çətinlikləri ilə bağlı bildirilib. Məlumata görə, hazırda Azərbaycanda startap ekosisteminə dövlət dəstəyi güclənir. Çünki, bu sahə daha çox dəstək mexanizmləri tələb edir. Prosesin davamlı olması, startapların uğur qazanması üçün maliyyə dəstəyi və investisiya imkanlarının artırılması, yeni dəstək alətlərinin və […]
Xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi ilə bağlı 2025/26-cı tədris ili üçün 11 xarici ölkədən 100-dən artıq müraciət daxil olub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, imtina edilən müraciətlərin sayı ümumi müraciətlərin 10 faizindən çox deyil. İmtinanın əsas səbəbləri kimi qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmaması və təhsil göstəricilərində uğursuzluq göstərilib. Vurğulanıb ki, attestat əsasında xarici ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər qüvvədə olan qaydalara əsasən ölkə daxilindəki […]
Ukraynanın şərqində, Donetsk və Dnepropetrovsk bölgələrində Rusiya tərəfindən şiddətli artilleriya atəşi və hərbi hücumlar fonunda bir milyondan çox insan təxliyəyə ehtiyac duyur. Bu, müharibənin başladığı gündən bəri ən böyük miqyaslı humanitar böhranlardan biridir və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Redaksiya xəbər verir ki, təxliyə prosesi mürəkkəb şəraitdə həyata keçirilir, çünki döyüşlər davam edir və əhali təhlükəsiz ərazilərə çatdırılmalıdır. Bir çox insan evlərini tərk etməyə məcbur qalıb və onlar üçün ərzaq, su, tibbi yardım və sığınacaq kimi əsas ehtiyacların təmin edilməsi […]