
Normal view
Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

“Fitch Ratings” Expressbankın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb

Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim

“Moody’s” Azərbaycanın kredit reytinqini “müsbət” proqnozla təsdiqlədi

Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb
Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 0,9 bənd çoxdur.
Hesabat dövrüdə real effektiv məzənnə 115,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd çox, ilin əvvəlinə nisbətən 0,6 bənd az, ötən il iyulun 1-i ilə müqayisədə isə eyni olub.

Azərbaycanda nağdsız ödənişlər il ərzində 17 %-dən çox artıb
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 17,3 % artaraq 9 milyard 902 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,575 milyard manatı (86,6 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 325 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,8 %-ni təşkil edib.
Bu il iyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 798 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,1 % az, ilin əvvəlinə nisbətən 3,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12 % artaraq 20,753 milyon, kredit kartlarının sayı isə 3,4 % azalaraq 2,045 milyon olub. İyunda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,786 milyard manat (illik müqayisədə 13,5 % çox) və 746 milyon manat (-6,8 %) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 4,4 %, POS-terminalların sayı isə 16,9 % artaraq müvafiq olaraq 3 591 ədəd (Bakı üzrə 1 940 ədəd) və 163 341 ədəd (Bakı üzrə 102 102 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Azərbaycanda əmlak sığortası bazarı 30 %-dən çox böyüyüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmlak sığortası üzrə 139,408 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 22,659 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 12 % çoxdur.
6 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 18,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
Bu il iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 44 milyard 155,3 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 4,6 %, ilin əvvəlinə nisbətən 5,8 %, ötən il iyulun 1-i ilə müqayisədə 2,8 % çoxdur.
Depozit portfelinin 48,9 %-i, yaxud 21 milyard 587,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 11,2 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,5 % artaraq 17 milyard 823,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 48,1 % artaraq 4 milyard 744,5 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 819,2 milyon manatı (1 il əvvələ nisbətən 1,3 % çox) qısamüddətli, 20 milyard 336,1 milyon manatı (+4,6 %) isə uzunmüddətli olub.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 12 % artıb
Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 33 milyard 881,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 6,1 %, ötən il iyulun 1-i ilə müqayisədə 12,1 % çoxdur.
Kredit qoyuluşunun 23 milyard 391,2 milyon manatı və yaxud 69 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 11,3 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 430,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 13,2 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,6 %-dən 24,9 %-ə çatıb.
İyulun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 059,8 milyon manat olub. Bu, illik müqayisədə 17,1 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 6,1 %-ə qalxıb.
Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 53-dür.

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 15 %-ə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 350,947 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,5 % artaraq 147,634 milyon manata çatıb.
Beləliklə, 6 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 37,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

-
report.az
- AMB ödəniş və elektron pul təşkilatlarında şikayətlərə baxılması funksiyasının yaradılmasını tələb edir
AMB ödəniş və elektron pul təşkilatlarında şikayətlərə baxılması funksiyasının yaradılmasını tələb edir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"na dəyişikliklər edib.
"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara görə, hər bir təşkilat şikayət bildirən ödəniş xidməti istifadəçiləri ilə münasibətlərin nizamlanması, onların hüquqlarının müdafiəsi və şikayətlərin baxılması prosesinin idarə olunması üçün müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırmalıdır.
Şikayətlərə baxılması funksiyası təşkilatın əməliyyat həcminə və ödəniş xidməti istifadəçilərinin sayına müvafiq olaraq yaradılmış struktur bölmə və ya təyin edilmiş məsul şəxs vasitəsilə icra olunur. Bu funksiya Müşahidə Şurasının (olmadığı halda icra orqanının) təsdiqlədiyi şikayətlərə baxılması qaydalarına əsaslanır. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət icra orqanının üzvü (təkbaşına icra orqanı olduqda isə rəhbər) tərəfindən aparılacaq.
İcra orqanı şikayətlərə baxılması funksiyasının səmərəli şəkildə yerinə yetirilməsi üçün lazımi şərait yaradır, zəruri insan resursları və digər vasitələrlə (İT sistemləri, müvafiq informasiya mənbələrinə giriş və s.) təmin edir, həmçinin şikayətlərə baxılması funksiyası ilə digər aidiyyəti struktur bölmələr arasında operativ məlumat mübadiləsinin aparılmasına şərait yaradır.
Şikayətlərə baxılması funksiyasını həyata keçirən struktur bölmənin əməkdaşları və ya məsul şəxs öz vəzifə və səlahiyyətlərini icra etmək üçün müvafiq sahədə lazımi bilik və təcrübəyə sahib olmalı, təşkilat tərəfindən onlar üçün müntəzəm təlimlər və seminarlar keçirilməlidir. Maraqlar toqquşmasının qarşısının alınması məqsədilə şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən ayrı fəaliyyət göstərməli, şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətlərə malik olmalıdır.
Bundan əlavə, şikayətlərə baxılması funksiyası ən azı aşağıdakı vəzifələri yerinə yetirir:
- ödəniş xidməti istifadəçilərindən qəbul olunan şikayətlərə baxır və qanunvericiliyin müddəalarına uyğun cavab verir;
- ödəniş xidməti istifadəçilərinin məlumatlandırılması üçün şikayətlərə baxılma prosedurunu, o cümlədən istifadəçilərin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatan olmasını təmin edir;
- şikayətlərin xarakterindən asılı olaraq ödəniş xidməti istifadəçiləri ilə şifahi müzakirələr aparır, görüşlər keçirir, məsləhət və izahatlar verir;
- şikayətlərin araşdırılması üçün aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi həyata keçirir, sorğular göndərir, müvafiq sənədləri tələb edir və onlardan yazılı, həmçinin şifahi məlumatlar alır;
- ödəniş xidməti istifadəçiləri ilə təmasda olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına yönləndirilməsi, istifadəçilərlə davranış və digər mövzularda təlimlərin keçirilməsini təşkil edir;
- ödəniş xidməti istifadəçilərindən daxil olan şikayətlərin reyestrini aparır, reyestrdəki məlumatları müraciət dövrünə və xarakterinə (cavablandırılmış, hazırda araşdırılan və ya baxılmamış saxlanılmış şikayətlərin sayı və onların məhsul, xidmətlər, eləcə də şikayətin spesifik məzmunu və s. üzrə təsnifatı) uyğun ümumiləşdirir;
- ödəniş xidməti istifadəçilərinin şikayətlərinin əsas səbəblərinə aid statistik məlumatların aparılmasını və konsolidasiyasını təmin edir;
- öz fəaliyyətinin nəticələri barədə hesabatları azı rübdə bir dəfə, ciddi pozuntular baş verdikdə isə növbədənkənar qaydada təşkilatın Müşahidə Şurasına (mövcud olduqda) və icra orqanına təqdim edir;
- ödəniş xidməti istifadəçilərinin hüquqlarının, qanuni maraqlarının və onlara münasibətdə etik davranış normalarının pozulması hallarının aradan qaldırılması istiqamətində icra orqanına, eləcə də Müşahidə Şurasına (mövcud olduqda) müvafiq təkliflər işləyib hazırlayır;
- ödəniş xidməti istifadəçilərinin şikayətləri ilə bağlı Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini koordinasiya edir;
- ödəniş xidməti istifadəçilərinin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində təşkilat tərəfindən keçirilən tədbirlərdə iştirak edir.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-ə yaxın artıb
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 31 milyard 217 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i müqayisədə 3,8 %, ilin əvvəlinə nisbətən 20,8 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə isə 19,5 % çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 707,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,4 % çox, ilin əvvəlinə nisbətən 9,6 % az, ötən il iyulun 1-i ilə ilə müqayisədə isə 2,9 % azdır.
Azərbaycanda ümumi aktivləri 60 milyard 940,4 milyon manat olan 21 bank fəaliyyət göstərir.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-ə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 516,448 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 32,6 % artaraq 402,048 milyon manata çatıb.
Beləliklə, 6 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 77,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 63,9 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Azərbaycanda manatla geniş pul kütləsi 18 %-ə yaxın artıb
Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 52 milyard 924,5 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,8 %, ilin əvvəlinə nisbətən 6,1 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 9,2 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 43 milyard 254,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 3,1 %, ilin əvvəlinə nisbətən 7,1 %, ötən ilin iyulun 1-i ilə müqayisədə 17,5 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 33 milyard 632,1 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 4,5 %, 2025-ci ilin iyulun 1-i ilə ilə müqayisədə 14,3 % çoxdur.
İyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 994,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 5,8 %, ötən ilin iyulun 1-i ilə müqayisədə 15 % çoxdur.

Azərbaycanda icbari sığorta bazarı 23 %-dən çox kiçilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 149,674 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,1 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 79,679 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,6 % çoxdur.
Beləliklə, 6 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 53,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 35,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Azərbaycan manatının dövretmə sürəti iyunda artıb
Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,02 bənd təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,06 bənd çox, ilin əvvəlinə nisbətən 0,18 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə isə 0,35 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

-
report.az
- AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib
AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları"na dəyişikliklər edib.
"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara uyğun olaraq, korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulmasının qarşısının alınması, məlumat verən şəxslərin müdafiəsi və konfidensiallıq kimi daxili nizam-intizam məsələləri ilə birgə, işçilərin reputasiya risklərinə səbəb olan açıqlamalardan çəkinməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması və maraqlar toqquşmasının aradan qaldırılması kimi yeni tələblər standartlara əlavə edilib. Bundan əlavə, etik normalarda müştərilərlə ədalətli davranış göstərilməsi, onlara yalnız maraqlarına müvafiq məhsulların təqdim olunması, maliyyə bazarlarında dürüstlük, şəffaflıq və sosial məsuliyyət prinsipləri də nəzərdə tutulmalıdır.
Dəyişikliyə əsasən, investisiya şirkətləri bu etik normaları yalnız sənəd formasında saxlamamalı, onların tətbiqinə faktiki olaraq nəzarəti təmin etmək üçün lazımi addımlar atmalıdır. Həmçinin hər bir investisiya şirkəti şikayət bildirən müştərilərlə münasibətlərin nizamlanması, onların hüquqlarının təminatı və şikayətlərin baxılması prosesinin idarə olunması üçün müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırmalıdır.
Şikayətlərə baxılması funksiyası investisiya şirkətinin əməliyyat həcminə və müştəri sayına uyğun şəkildə yaradılan struktur bölmə və ya təyin edilən məsul şəxs vasitəsilə icra olunur. Bu funksiya Müşahidə Şurasının təsdiqlədiyi şikayətlərə baxılması qaydalarını əsas tutur. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət komplayens funksiyasını həyata keçirən struktur bölməyə nəzarət edən icra orqanının üzvü (təkbaşına icra orqanının rəhbəri) tərəfindən aparılır. İcra orqanı şikayətlərə baxılması funksiyasının səmərəli şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradır, lazımi insan resursları və digər vasitələrlə (İT sistemləri, zəruri informasiya mənbələrinə giriş və s.) təchiz edir, eləcə də şikayətlərə baxılması funksiyası ilə digər aidiyyəti struktur bölmələr arasında operativ məlumat mübadiləsinin həyata keçirilməsini təmin edir.
Şikayətlərə baxılması funksiyasını yerinə yetirən struktur bölmənin əməkdaşları və ya məsul şəxs öz vəzifə və səlahiyyətlərini həyata keçirmək üçün müvafiq sahədə zəruri bilik və təcrübəyə sahib olmalı, investisiya şirkəti tərəfindən onlar üçün müntəzəm təlim və seminarlar təşkil edilməlidir. Maraqlar münaqişəsinin qarşısını almaq məqsədilə şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən müstəqil olmalı, şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətlərə malik olmalıdır. İnvestisiya şirkəti şikayətlərə baxılması funksiyasının fəaliyyətinin ən azı ildə bir dəfə daxili audit xidməti tərəfindən yoxlanılmasını, yoxlama nəticələrinə dair hesabatın Müşahidə Şurası və Audit Komitəsinə, surətinin isə icra orqanına təqdim edilməsini təmin edir.
Şikayətlərə baxılması funksiyası ən azı aşağıdakı vəzifələri həyata keçirir:
- müştərilərdən qəbul olunan şikayətlərə baxır və qanunvericiliyin tələblərinə müvafiq qaydada cavab verir;
- müştərilərin məlumatlandırılması məqsədilə şikayətlərə baxılma prosesini, o cümlədən müştərilərin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatan olmasını təmin edir;
- şikayətlərin xarakterindən asılı olaraq müştərilərlə şifahi müzakirələr aparır və görüşlər keçirir, məsləhət və izahatlar təqdim edir;
- şikayətlərin araşdırılması üçün aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi həyata keçirir, sorğular göndərir, müvafiq sənədləri tələb edir və onlardan yazılı, həmçinin şifahi məlumatlar əldə edir;
- müştərilərlə təmasda olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına yönləndirilməsi, müştərilərlə davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;
- müştərilərdən daxil olan şikayətlərin reyestrini aparır və reyestrdəki məlumatları daxil olma dövrünə və xarakterinə (cavablandırılmış, hazırda baxılmaqda olan və ya baxılması təxirə salınmış şikayətlərin sayı, onların məhsul və xidmətlər, habelə şikayətin spesifik məzmunu və s. üzrə bölgüsü) uyğun olaraq ümumiləşdirir;
- müştəri şikayətlərinin əsas səbəblərinə dair statistik məlumatların aparılmasını və konsolidasiyasını təmin edir;
- öz fəaliyyətinin nəticələri barədə hesabatları ən azı rübdə bir dəfə, əhəmiyyətli pozuntular aşkar edildikdə isə növbədənkənar qaydada investisiya şirkətinin Müşahidə Şurasına və icra orqanına təqdim edir;
- müştərilərin hüquqlarının, qanuni mənafelərinin və müştərilərlə münasibətlərdə etik davranış normalarının pozulması hallarının aradan qaldırılması istiqamətində icra orqanına, habelə Müşahidə Şurasına müvafiq təkliflər hazırlayır;
- müştərilərin şikayətləri ilə bağlı Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini təşkil edir;
- müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində investisiya şirkəti tərəfindən həyata keçirilən tədbirlərdə iştirak edir.

Azərbaycanın sığorta sektorunda müştəri hüquqlarının qorunması gücləndirilir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Sığortaçılarda korporativ idarəetmə Standartları"na dəyişiklikləri təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara görə, şirkətdəki qanun pozuntularını bildirən əməkdaşlara qarşı heç bir təzyiq göstərilməyəcək, onlar hədə-qorxu və istənilən formada mənəvi zərərdən qorunacaqlar.
Sığorta şirkətləri müştərilərin real tələblərinə cavab verən məhsullar təklif etməli və onlarla dürüst rəftar etməlidirlər. Həmçinin, şirkətin adına və reputasiyasına zərər vura biləcək ictimai açıqlamaların qarşısının alınması nəzərdə tutulub.
Şirkətlər yalnız mənfəət arxasınca qaçmamalı,, eyni zamanda sosial layihələrə və ictimai rifahın yaxşılaşdırılmasına da diqqət yetirməlidirlər. Şəxsi maraqların şirkət maraqlarından üstün tutulması və vəzifə səlahiyyətlərinin aşılması hallarına qarşı daha sərt məhdudiyyətlər müəyyən edilib. Bundan əlavə, yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar istisna olmaqla, hər bir sığortaçı şikayət təqdim edən müştərilərlə münasibətlərin nizama salınması, onların hüquqlarının təmin olunması və şikayətlərin araşdırılması prosesinin idarə edilməsi üçün müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırır.
Şikayətlərə baxılması funksiyası sığortaçının əməliyyat həcminə və müştəri sayına mütənasib şəkildə yaradılan struktur bölmə və ya təyin olunan məsul şəxs vasitəsilə icra olunur. Bu funksiya Direktorlar Şurasının qəbul etdiyi şikayətlərə baxılması qaydalarına əsasən fəaliyyət göstərir. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət İdarə Heyətinin üzvü olan baş komplayens inzibatçısı tərəfindən, baş komplayens inzibatçısı İdarə Heyətinin üzvü olmadıqda isə baş risk inzibatçısı tərəfindən həyata keçirilir.
İdarə Heyəti şikayətlərə baxılması funksiyasının səmərəli fəaliyyəti üçün lazımi şəraiti yaradır, zəruri insan resursları və digər vasitələrlə (İT sistemləri, müvafiq informasiya mənbələrinə giriş və s.) təchiz edir, həmçinin şikayətlərə baxılması funksiyası ilə digər əlaqəli struktur bölmələr arasında operativ məlumat mübadiləsinin aparılmasını təmin edir.
Şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs öz vəzifə və səlahiyyətlərini layiqincə yerinə yetirmək üçün müvafiq sahədə kifayət qədər bilik və təcrübəyə sahib olmalı, sığortaçı tərəfindən onlar üçün mütəmadi təlim və seminarlar təşkil edilməlidir. Maraqlar toqquşmasının qarşısını almaq məqsədilə şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən ayrı olmalı və şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətlərə malik olmalıdır.
Şikayətlərə baxılması funksiyası ən azı aşağıdakı vəzifələri həyata keçirir:
- müştərilərdən daxil olan şikayətləri nəzərdən keçirir və qanunvericilik tələblərinə müvafiq olaraq cavablandırır;
- müştərilərin məlumatlandırılması üçün şikayətlərə baxılma prosesini, o cümlədən müştərilərin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatanlığını təmin edir;
- şikayətlərin xarakterinə uyğun olaraq müştərilərlə şifahi danışıqlar aparır və görüşlər keçirir, məsləhət və izahlar verir;
- şikayətlərin araşdırılması üçün aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular göndərir, müvafiq sənədləri tələb edir və onlardan yazılı və şifahi formada məlumatlar alır;
- müştərilərlə əlaqədə olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına yönləndirilməsi, müştərilərlə davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;
- müştərilərdən daxil olan şikayətlərin reyestrini aparır və reyestrdəki məlumatları daxilolma dövrünə və xarakterinə (cavablandırılmış, hazırda baxılan və ya baxılmamış saxlanılmış şikayətlərin sayı və onların məhsul və xidmətlər, habelə şikayətin spesifik məzmunu və s. üzrə bölgüsü) uyğun icmallaşdırır;
- müştəri şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;
- öz fəaliyyətinin nəticələri barədə hesabatları ən azı rübdə bir dəfə, əhəmiyyətli pozuntular aşkar edildiyi halda isə növbədənkənar qaydada sığortaçının Direktorlar Şurasına və İdarə Heyətinə təqdim edir;
- müştərilərin hüquqlarının, qanuni mənafelərinin və müştərilərlə münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aradan qaldırılması istiqamətində İdarə Heyətinə, eləcə də Direktorlar Şurasına müvafiq təkliflər hazırlayır;
- müştərilərin şikayətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini təşkil edir;
- müştərilərin maliyyə savadlılığının artırılması istiqamətində sığortaçı tərəfindən həyata keçirilən tədbirlərdə iştirak edir.

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
Azərbaycanda fəaliyyət göstərən hər bir bank müştərilərdən daxil olan şikayətlərə baxılması, onların hüquqlarının müdafiəsi və şikayət prosesinin idarə olunması üçün müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdıracaq.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda korporativ idarəetmə Standartları"na müvafiq dəyişikliklər təsdiqləyib.
Əvvəllər banklardan yalnız bu qaydaların müəyyənləşdirilməsi tələb edilirdisə, yeni qərara görə artıq bu etik normaların praktikada tətbiqinə nəzarət məqsədilə konkret tədbirlərin görülməsi öhdəliyi yaradılıb.
Bundan əlavə, hər bir bank şikayətçi müştərilərlə münasibətlərin nizamlanması, onların hüquqlarının təminatı və şikayətlərin baxılması prosesinin idarə edilməsi üçün müstəqil şikayətlərə baxılması funksiyasını quracaq. Qəbul edilmiş qərara uyğun olaraq, banklarda etik davranış normalarının tətbiq sahəsi genişləndirilib və tənzimləmə çərçivəsi daha da kəskinləşdirilib.
Dəyişikliklərə görə, banklara reputasiya riskinə səbəb ola biləcək ictimai bəyanatlara və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verilməməsi, maraqlar toqquşmasının qarşısının alınması, maliyyə bazarlarında vicdanlılıq və açıqlıq prinsipinin rəhbər tutulması kimi yeni öhdəliklər müəyyən edilib. Eyni zamanda, müştərilərə ədalətli münasibət göstərilməsi, onların tələbatlarına müvafiq məhsulların təklif olunması, işçi heyətinin peşəkarlığı və bankın ictimai məsuliyyəti kimi istiqamətlər üzrə tələblər irəli sürülüb.
Şikayətlərə baxılması funksiyası bankın əməliyyat həcminə və müştəri bazasının sayına mütənasib şəkildə formalaşdırılan struktur bölmə və ya təyin edilən məsul şəxs vasitəsilə həyata keçiriləcək. Bu funksiya Müşahidə Şurasının təsdiq etdiyi şikayətlərə baxılması qaydalarına əsasən fəaliyyət göstərir. Şikayətlərə baxılması funksiyasının işinə nəzarət baş komplayens inzibatçısı (mövcud olmadığı halda baş risk inzibatçısı) tərəfindən aparılacaq.
İdarə Heyəti şikayətlərə baxılması funksiyasının səmərəli fəaliyyətini təmin etmək məqsədilə ona lazımi şərait yaradır, zəruri kadr potensialı və digər resurslarla (informasiya texnologiyaları sistemləri, tələb olunan məlumat mənbələrinə giriş və s.) təchiz edir, həmçinin şikayətlərə baxılması funksiyası ilə digər əlaqəli struktur bölmələr arasında operativ informasiya mübadiləsinin aparılmasını təşkil edir. Şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs öz vəzifə və səlahiyyətlərini yerinə yetirmək üçün müvafiq sahədə kifayət qədər bilik və bacarığa sahib olmalı, bank tərəfindən onlar üçün müntəzəm qaydada təlim proqramları və seminarlar təşkil edilməlidir.
Maraqlar toqquşmasının qarşısını almaq üçün şikayətlərə baxılması funksiyasını yerinə yetirən struktur bölmənin işçiləri və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən müstəqil olmalı, şikayətlərin araşdırılması üçün yetərli səlahiyyətlərə malik olmalıdır. Bank şikayətlərə baxılması funksiyasının fəaliyyətinin ən azı ildə bir dəfə daxili audit xidməti tərəfindən yoxlanılmasını, yoxlama nəticələrinə dair hesabatın Müşahidə Şurası və Audit Komitəsinə, surətinin isə İdarə Heyətinə çatdırılmasını təmin edir.
Şikayətlərə baxılması funksiyası ən azı aşağıdakı vəzifələri həyata keçirir:
- müştərilərdən qəbul edilən şikayətlərə baxır və qanunvericiliyin müddəalarına uyğun cavab verir;
- müştərilərin məlumatlandırılması məqsədilə şikayətlərə baxılma prosedurunu, o cümlədən müştərilərin hüquq və öhdəliklərini əks etdirən sənədlərin hazırlanmasını və əlçatan olmasını təmin edir;
- şikayətlərin mahiyyətindən asılı olaraq müştərilərlə şifahi müzakirələr aparır, görüşlər keçirir, məsləhətlər və izahlar təqdim edir;
- şikayətlərin araşdırılması üçün aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi həyata keçirir, sorğular göndərir, lazımi sənədləri tələb edir və onlardan yazılı, eləcə də şifahi formada məlumatlar alır;
- müştərilərlə birbaşa təmasda olan işçilərə şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına yönləndirilməsi, müştərilərlə ünsiyyət qaydaları və digər mövzularda təlimlərin keçirilməsini təşkil edir;
- müştərilərdən daxil olan şikayətlərin reyestrini aparır və reyestrdəki məlumatları daxilolma dövrünə və xarakterinə (cavablandırılmış, hazırda baxılmaqda olan və ya baxılmadan saxlanılmış şikayətlərin sayı, onların məhsul və xidmətlər, həmçinin şikayətin xüsusi məzmunu və s. üzrə təsnifatı) görə ümumiləşdirir;
- müştəri şikayətlərinin əsas səbəblərinə aid statistik məlumatların aparılmasını və icmallaşdırılmasını həyata keçirir;
- öz fəaliyyətinin nəticələrinə dair hesabatları ən azı hər rüb bir dəfə, ciddi pozuntular aşkar edildikdə isə növbədənkənar qaydada bankın Müşahidə Şurasına və İdarə Heyətinə təqdim edir;
- müştərilərin hüquqlarının, qanuni maraqlarının və müştərilərlə münasibətlərdə etik davranış normalarının pozulması hallarının aradan qaldırılması üçün İdarə Heyətinə, eləcə də Müşahidə Şurasına aidiyyəti təkliflər hazırlayır;
- müştərilərin şikayətləri ilə bağlı Mərkəzi Bankın müraciətlərinin araşdırılması və cavablandırılması prosesini təşkil edir;
- müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində bankın həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.

Azərbaycanda könüllü sığorta bazarı 15 %-dən çox böyüyüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 717,722 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 470,003 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,2 % çoxdur.
Beləliklə, 6 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 65,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 58,5 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (01.08.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 87,93 | 0,22 | 27,08 |
| Neft WTI (dollar/barel) | 84,67 | 2,58 | 27,25 |
| Qızıl (dollar/unsiya) | 4 107,00 | -31,60 | -234,10 |
| İndekslər | |||
| Dow-Jones | 52 485,03 | 276,97 | 4 421,74 |
| S&P 500 | 7 489,72 | 52,09 | 644,22 |
| Nasdaq | 25 373,85 | 251,67 | 2 131,86 |
| Nikkei | 64 362,02 | 8,81 | 14 022,54 |
| Dax | 25 629,24 | 17,21 | 1 138,83 |
| FTSE 100 | 10 868,05 | -29,22 | 936,67 |
| CAC 40 INDEX | 8 509,64 | 24,00 | 360,14 |
| Shanghai Composite | 3 835,30 | 36,59 | -133,54 |
| Bist 100 | 13 458,10 | 165,17 | 2 196,58 |
| RTS | 882,61 | 10,87 | -231,52 |
| Valyuta | |||
| USD/EUR | 1,1527 | 0,0022 | -0,0218 |
| USD/GBP | 1,3483 | 0,0040 | 0,0010 |
| JPY/USD | 157,4000 | -3,4100 | 0,9500 |
| RUB/USD | 79,4003 | -0,2818 | 0,6503 |
| TRY/USD | 47,5119 | -0,0069 | 4,5557 |
| CNY/USD | 6,7515 | 0,0031 | -0,2375 |

-
report.az
- Hesablama Palatası Neft Fonduna risk limitlərinin yenidən nəzərdən keçirilməsini tövsiyə edib
Hesablama Palatası Neft Fonduna risk limitlərinin yenidən nəzərdən keçirilməsini tövsiyə edib
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) borc öhdəlikləri və pul bazarları alt portfeli üzrə likvidlik və kredit risklərinin yenidən qiymətləndirilməsini tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə Palatanın Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında qeyd olunub.
Hesabata əsasən, 2025-ci ilin sonuna Fondun investisiya portfelində istiqraz, depozit və nağd pul alt portfelinin ümumi məbləği 21 milyard 913 milyon 720 min 469 ABŞ dolları səviyyəsində qeydə alınıb. 2024-cü ilin sonunda isə həmin göstərici 28 milyard 156 milyon 520 min 848 ABŞ dolları olub. 2025-ci il ərzində borc öhdəlikləri və pul bazarları alt portfelinin gəlirlilik dərəcəsi 4,7 %, investisiya portfelindəki xüsusi çəkisi isə 29,8 % həcmində formalaşıb.
Hesablama Palatası borc öhdəlikləri və pul bazarları alt portfelində yüksək reytinqli və yüksək likvid aktivlərin nisbətinin azalması şəraitində Fondun likvidlik və kredit risklərinin müntəzəm olaraq qiymətləndirilməsini, strateji likvidlik ehtiyatlarının optimal həddinin təyin edilməsini, habelə risk limitlərinin yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.

-
report.az
- Hesablama Palatası SOCAR-ın 2025-2026-cı il üzrə dividend ödənişləri ilə bağlı planlarını açıqlayıb
Hesablama Palatası SOCAR-ın 2025-2026-cı il üzrə dividend ödənişləri ilə bağlı planlarını açıqlayıb
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) dividend daxilolmaları üzrə büdcə tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı nəzarətin gücləndirilməsini tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və prioritet istiqamətlər üzrə sərf olunmasının yoxlanılmasının nəticələrinə aid hesabatında əks olunub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi arasında 18 dekabr 2025-ci il tarixində imzalanmış Razılaşma protokoluna uyğun olaraq, SOCAR-ın dövlət tapşırıqlarının icrası üçün zəruri olan maliyyə resurslarının müəyyən hissəsinin "Cənub Qaz Dəhlizi" QSC-nin vəsaitləri hesabına təmin edilməsi nəzərə alınaraq, 2025-ci və 2026-cı illərdə ödənilməli olan dividendlərin cəmi 529 milyon ABŞ dolları (46 milyon ABŞ dolları və 483 milyon ABŞ dolları müvafiq olaraq) olmaqla 2027-2040-cı illər ərzində bərabər paylarla ödənilməsi qərara alınıb.
Bununla yanaşı, protokolla nəzərdə tutulmuş 2025-ci ilə aid 123,2 milyon ABŞ dolları həcmində vəsaitin SOCAR-ın dividend transfertləri ilə bağlı olmasına baxmayaraq, ötən il SOCAR-a dividend köçürülmədiyi üçün həmin məbləğ üzrə ödənişlər də reallaşdırılmayıb.
Hesablama Palatası dividend daxilolmaları üzrə büdcə tapşırıqlarının yerinə yetirilməməsi hallarını nəzərə alaraq, dövlət payı olan müəssisələrin dividend siyasəti üzərində nəzarətin gücləndirilməsini, proqnoz parametrlərinin daha realist əsaslar üzərində hazırlanmasını və müvafiq normativ tələblərə riayət olunmasına nəzarətin artırılmasını vacib hesab edib.

"Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank "BTB" ASC-nin müraciəti əsasında "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də "Bankların yenidən təşkili haqqında Qaydalar"a müvafiq olaraq Bank "BTB" ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilmişdir.
Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank "BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, Bank "BTB" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilmişdir. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə Bank "BTB" ASC arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank "BTB" ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanmışdır.
Qeyd edək ki, Bank "BTB" ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülmüş, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılmışdır.
Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanmışdır. Bank "BTB" ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülmüş, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunmuşdur.
Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Bank "BTB" ASC-nin lisenziyasının ləğv edilərək "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə çevrilməsi prosesi uğurla tamamlanmışdır.
"T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata keçirəcəkdir.

-
report.az
- Hesablama Palatası SOCAR-ın 2025-2026-cı il üzrə dividend ödənişləri ilə bağlı planlarını açıqlayıb
Hesablama Palatası SOCAR-ın 2025-2026-cı il üzrə dividend ödənişləri ilə bağlı planlarını açıqlayıb
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) dividend daxilolmaları üzrə büdcə tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı nəzarətin gücləndirilməsini tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və prioritet istiqamətlər üzrə sərf olunmasının yoxlanılmasının nəticələrinə aid hesabatında əks olunub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi arasında 18 dekabr 2025-ci il tarixində imzalanmış Razılaşma protokoluna uyğun olaraq, SOCAR-ın dövlət tapşırıqlarının icrası üçün zəruri olan maliyyə resurslarının müəyyən hissəsinin "Cənub Qaz Dəhlizi" QSC-nin vəsaitləri hesabına təmin edilməsi nəzərə alınaraq, 2025-ci və 2026-cı illərdə ödənilməli olan dividendlərin cəmi 529 milyon ABŞ dolları (46 milyon ABŞ dolları və 483 milyon ABŞ dolları müvafiq olaraq) olmaqla 2027-2040-cı illər ərzində bərabər paylarla ödənilməsi qərara alınıb.
Bununla yanaşı, protokolla nəzərdə tutulmuş 2025-ci ilə aid 123,2 milyon ABŞ dolları həcmində vəsaitin SOCAR-ın dividend transfertləri ilə bağlı olmasına baxmayaraq, ötən il SOCAR-a dividend köçürülmədiyi üçün həmin məbləğ üzrə ödənişlər də reallaşdırılmayıb.
Hesablama Palatası dividend daxilolmaları üzrə büdcə tapşırıqlarının yerinə yetirilməməsi hallarını nəzərə alaraq, dövlət payı olan müəssisələrin dividend siyasəti üzərində nəzarətin gücləndirilməsini, proqnoz parametrlərinin daha realist əsaslar üzərində hazırlanmasını və müvafiq normativ tələblərə riayət olunmasına nəzarətin artırılmasını vacib hesab edib.

"TuranBank" Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan "TuranBank" dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib.
Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.
Aprel ayında uğurla tamamlanan hüquqi və institusional hazırlıq prosesindən sonra, bank artıq bu maliyyə mexanizmini tam funksional şəkildə fərdi və korporativ müştərilərinin ixtiyarına verir. Sözügedən kreditlər ölkədə enerji resurslarından səmərəli istifadə edilməsini təşviq etmək, müasir enerjiyə qənaət edən texnologiyaların tətbiqini genişləndirmək və ekoloji cəhətdən təmiz yaşıl layihələri birbaşa dəstəkləmək məqsədi daşıyır.
Bu addımla "TuranBank" öz müştərilərinə həm biznes fəaliyyətlərində, həm də fərdi təsərrüfatlarında enerji xərclərini minimuma endirmək və resurs effektivliyini artırmaq üçün əlverişli maliyyələşmə imkanı yaradır. Güzəştli kredit şərtləri fərdi sahibkarların, kiçik və orta biznes subyektlərinin (KOB), eləcə də enerjiyə qənaət texnologiyalarından yararlanmaq istəyən fiziki şəxslərin real tələblərinə uyğun olaraq optimallaşdırılmışdır.
Aprel ayında təməli qoyulmuş bu tərəfdaşlıq ölkə iqtisadiyyatının dayanıqlı prinsiplərlə inkişafına, ekoloji mühitin qorunmasına və həmçinin milli enerji effektivliyi strategiyasının uğurla icra olunmasına birbaşa xidmət edir. Bu layihənin müştərilərə təqdim edilməsi bankın ekoloji və sosial məsuliyyət missiyasının, eləcə də yaşıl bankçılıq fəaliyyətinin real nəticəsidir.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
Bu ilin iyul ayında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 4 depozit hərracı keçirib və ümumilikdə xəzinə hesabının 174 milyon manat qalığını ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, iyulun 9-da təşkil olunmuş ilk hərracda xəzinə hesabının 73 milyon manat məbləğində qalığı 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 7,24 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
İyulun 16-da keçirilmiş növbəti hərracda 40 milyon manat məbləğində vəsait 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 6,52 faiz dərəcəsi ilə yerləşdirilib.
İyulun 23-də baş tutmuş hərracda 2 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 31 milyon manat məbləğində qalığı 28 gün müddətinə, orta çəkili 6,55 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
İyulun 30-da keçirilmiş son hərracda isə 3 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 84 gün müddətinə, orta çəkili 6,53 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
"Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında səmərəliliyin artırılması məqsədilə xəzinə hesabının qalığının bazar prinsipləri əsasında depozit hərracları vasitəsilə ölkənin kommersiya banklarında yerləşdirilməsi praktikasını davam etdirir", - deyə nazirlik bəyan edib.

Azərbaycanda süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub
Azərbaycan Mərkəzi Bankında (AMB) süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilovun rəhbərliyi ilə "Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi" mövzusunda dəyirmi masa keçirilib.
AMB rəsmisi ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda keçirilmiş müşavirədə, iyunda Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin bank sektorunda tətbiqinin zəruriliyini vurğulayıb.
Banklarda rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə süni intellektin maliyyə sektorunda tətbiqi, rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar müzakirə olunub. Görüşdə həmçinin rəqəmsal transformasiya istiqamətində AMB-dən və prosesin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarından gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı səsləndirilən rəy və təkliflərin bank sektorunun gələcək rəqəmsal inkişaf istiqamətlərinin formalaşdırılmasında nəzərə alınacağı bildirilib.

ARDNF-ə karbohidrogen gəlirlərinin proqnozlaşdırmasını təkmilləşdirmək tövsiyə olunub
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna ( ARNDF) ölkənin payına düşən karbohidrogenlərin hasilatı və daxilolmaları üzrə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilie.
Sənədə əsasən, 2025-ci ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından Fonda 9 milyard 497 milyon manat vəsait daxil olub. Bu göstərici təsdiq edilmiş proqnozdan 300,2 milyon manat və yaxud 3,1 % az olub.
Palata ölkənin payına düşən karbohidrogenlərin hasilat və daxilolma proqnozları ilə faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, habelə podratçılarla nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi və bu proseslərin səmərəli icrası üçün aidiyyəti təşkilatlarla koordinasiyanın artırılmasını zəruri hesab edib.

ARDNF-ə qızıl üzrə konsentrasiya risklərini qiymətləndirməsi tövsiyə edilib
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) investisiya portfelində qızıl aktivlərinin payının əhəmiyyətli dərəcədə artması fonunda aktivlərin diversifikasiyasının qorunmasını tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilib.
Sənədə əsasən, 2025-ci ilin sonunda Fondun investisiya portfelinin dəyəri 73,54 milyard ABŞ dollarına çatıb. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 13,51 milyard ABŞ dolları və yaxud 22,5 % çoxdur. Portfelin strukturunda qızıl aktivlərinin dəyəri 12,35 milyard ABŞ dollarından 28,06 milyard ABŞ dollarına yüksəlib. Beləliklə, qızıl aktivlərinin investisiya portfelində xüsusi çəkisi 38,2 %-ə çataraq ən böyük aktiv sinfinə çevrilib.
Palata investisiya portfelində qızıl aktivlərinin xüsusi çəkisinin qısa müddətdə əhəmiyyətli artaraq portfelin əsas aktiv sinfinə çevrilməsini nəzərə alaraq, aktivlərin diversifikasiyası prinsipinin qorunmasını, qızıl aktivləri üzrə konsentrasiya risklərinin qiymətləndirilməsini və strateji aktiv bölgüsünün mütəmadi yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.

Taleh Kazımov: "Bu il banklararası pul bazarında rekord dövriyyə qeydə alınıb"
Bu il Azərbaycanın banklararası pul bazarında rekord dövriyyə qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"2023-cü ildən banklararası pul bazarını "Bloomberg" ticarət platformasında üzərində yaratmışıq. 2026-cı il həmin platformada ən yüksək dövriyyənin qeydə alındığı il olub. Banklar artıq bir-biri ilə valyuta alqı-satqısı həyata keçirirlər. Deməzdim ki, banklarda ümumiyyətlə valyutaya tələb yox idi. Bəzi banklarda tələb var idi. Digər banklarda isə kifayət qədər valyuta olduğu üçün onlar bu tələbi öz aralarında ödəyirdilər. Yəni AMB-nin valyutasına ehtiyac qalmamışdı. Banklar tələb və təklifi öz aralarında balanslaşdırdıqları üçün bizim valyuta hərraclarına da ehtiyac yaranmırdı. Bu, çox vacib məsələdir", - deyə o qeyd edib.
Xatırladaq ki, Bu ilin I rübündə Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 42,1 milyard manat məbləğində 1 041 ədəd əqd bağlayıb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 86,3 % çox və 10,4 % azdır.

AMB bütün potensial çağırışlara mövcud siyasətlə cavab verəcəyini düşünür
Mövcud makroiqtisadi şərait Azərbaycan Mərkəzi Bankının (AMB) alternativ, yəni B planına keçməsi üçün hər hansı əsas yaratmır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, monetar siyasət çərçivəsində Mərkəzi Bankın müxtəlif alternativ fəaliyyət planları mövcuddur və situasiyadan asılı olaraq uyğun qərar qəbul edilə bilər:
"Amma dediyimiz B planının ehtimalı nə qədər yüksəkdir, yaxud ümumiyyətlə belə ehtimal varmı, biz bunun üzərində müzakirə aparmırıq. Çünki B planına keçid üçün hər hansı səbəb yoxdur.
Mən başqa çıxışlarımda da demişəm ki, bizim baxışlarımız göstərir ki, orta və uzunmüddətli perspektivdə makroiqtisadi şərait bugünkü A planımızı davam etdirməyə əsas verir. Yəni A planından möhkəm tutub işimizi davam etdiririk".
T. Kazımov qeyd etdiyi kimi, Mərkəzi Bankın əsas üstünlüyü də ondadır ki, hər bir situasiyaya uyğun olaraq vaxtında düzgün planı seçə bilir: "Biz də həmin planı seçmişik və qeyd etdiyim kimi, düşünürük ki, bugünkü siyasətimiz orta və uzunmüddətli perspektivdə bütün potensial çağırışlara adekvat cavab verir".

Taleh Kazımov: "Manatın möhkəmlənməsi idxal inflyasiyasını azaldır"
Azərbaycan manatının möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanı azaldır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Sözsüz ki, inflyasiyanı proqnozlaşdırarkən proqnozlarımızı bir neçə amil üzərində qururuq və bunun nəticəsi olaraq da hazırkı şəraitdə nikbin proqnozlar veririk. İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. Bu baxımdan əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyirik. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir.
Çox sadə dillə desək, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda dollar indeksi də möhkəmlənir. Dollar indeksinin möhkəmlənməsi isə o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80 %-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür",- deyə o qeyd edib.

AMB: Uçot dərəcəsinə dair qərarlar təkcə inflyasiyaya uyğun qəbul edilmir
Sabit məzənnə rejimi Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin əsas lövbəridir.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz uçot dərəcəsi ilə bağlı qərarları verərkən növbəti 3 ay üzrə gözləntiləri nəzərə alırıq. Cari inflyasiyanı, sözsüz ki, nəzərə alırıq, amma əsas diqqəti orta müddətdə inflyasiyanın hansı səviyyədə olacağına yönəldirik. Bizim proqnozlarımız göstərir ki, orta müddətdə, yəni qarşıdakı iki il ərzində inflyasiya hədəf diapazonunda olacaq. Qısamüddətli inflyasiya proseslərini də, əlbəttə, nəzərə alırıq. Lakin əsas diqqətimiz orta müddətli perspektivə yönəlib. Pul siyasətimizin əsas məqsədi qiymət sabitliyini təmin etməkdir. Pul siyasətimizin əsas lövbəri isə sabit məzənnə rejimidir. Uçot dərəcəsi bu siyasəti dəstəkləyən alətdir.
Biz hesab edirik ki, sabit məzənnə rejimi vasitəsilə əsas məqsədimizə – qiymət sabitliyinə nail ola bilərik. Buna görə də ilk növbədə valyuta bazarındakı prosesləri izləyirik, eyni zamanda orta müddətdə inflyasiya üzrə gözləntiləri nəzərə alırıq. Ona görə də demək düzgün olmazdı ki, inflyasiya 7 % və ya 6,2 % olsaydı, uçot dərəcəsini məhz buna uyğun dəyişəcəkdik. Bu, yanlış yanaşmadır. Uçot dərəcəsi ilə bağlı qərarlar bir neçə fərqli amil kompleks şəkildə nəzərə alınmaqla qəbul edilir", - deyə o qeyd edib.

Taleh Kazımov: "Nağd valyuta bazarında dolları daha çox fiziki şəxslər satırlar"
Azərbaycanın nağd valyuta bazarında ABŞ dollarını daha çox fiziki şəxslər satırlar.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"2021-ci ildə Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 60 %-dən çox olsa da, hazırda 25 %-ə düşüb, yəni təxminən 30 faiz bəndi azalıb. Digər tərəfdən, görürük ki, əmanətlər, xüsusilə də manat əmanətləri artır. Bunu ona görə vurğulayıram ki, nəğd valyuta bazarında dolları daha çox fiziki şəxslər satırlar. Bəzi ekspertlər bunu əhalinin real gəlirlərinin azalması ilə əlaqələndirirlər və hesab edirlər ki, insanlar bu səbəbdən yastıq altında saxladıqları valyutanı satırlar. Bu, mümkün izahlardan biri ola bilər. Ancaq biz başqa tendensiyanı da müşahidə edirik: həm nağd bazarda əhali valyuta satır, həm də əvvəlki illərlə müqayisədə manat əmanətlərində kəskin artım qeydə alınır.
Təkcə manat əmanətləri deyil, unikal əmanətçilərin sayı da artır. Əgər 2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər idisə, bu ilin iyun ayının sonuna həmin göstərici 220 minə çatıb. Beləliklə, təxminən iki il yarımda bu rəqəm demək olar ki, iki dəfə artıb. Yəni bu prosesə təsir edən bir neçə amil var. Valyuta bazarına gəldikdə, bildiyiniz kimi, idxalın həcmi azalıb. Bu da təbii olaraq valyuta bazarında tələbə azaldıcı təsir göstərir", - deyə o qeyd edib.

AMB-nin sədri: "Banklar kreditləşməyə daha 4,6 milyard manat yönəldə bilər"
Azərbaycan banklar kreditləşməyə daha 4,6 milyard manat vəsait yönəldə bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir: "Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər".
Bundan başqa, T.Kazımovun sözlərinə görə, fiziki və hüquqi şəxslərin yeni yerləşdirdiyi depozitlər üzrə faizlər 2023-cü ilin iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,5 və 0,3 faiz bəndi, yeni verilmiş kreditlər üzrə faiz dərəcələri də aşağı düşüb. Fiziki şəxslərə verilən kreditlər üzrə faizlər 0,2, hüquqi şəxslərə verilən kreditlər üzrə isə 0,3 faiz bəndi azalıb: "2023-cü ilin iyun ayı ilə müqayisənin aparılması təsadüfi deyil. Həmin dövrdən etibarən AMB uçot dərəcəsini aşağı salmağa başlayıb və il ərzində onu ümumilikdə 0,75 faiz bəndi azaldıb. Bu qərar depozit və kredit faizlərinə də öz təsirini göstərib".
"Kredit faizləri istədiyimiz tempdə azalmır. Nəzərə alsaq ki, Azərbaycanda bu proseslər ilk dəfə yaşanır, bu nəticə bizim üçün mühümdür. Kreditlər üzrə faizlərin daha çox azalmasını istərdik. Lakin mən bunu bir neçə dəfə qeyd etmişəm. Kredit faizlərinin istədiyimiz səviyyədə dəyişməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin yetərincə yüksək olmamasıdır", - deyə baş bankir əlavə edib.
Bununla belə, onun sözlərinə görə, yüksək izafi likvidlik faiz dərəcələrinin azalmasına şərait yaradır: Bizim gözləntilərimiz ondan ibarətdir ki, həm depozitlər, həm də kreditlər üzrə faiz dərəcələri aşağı meyl göstərəcək. Bunun ən əsas səbəbi bank sektorunda yüksək izafi likvidliyin olmasıdır. Ən başlıca səbəb budur. Düşünürəm ki, növbəti qərarlarımız da bu meyli dəstəkləyəcək. Tələbin təklifi üstələməsinin səbəblərindən biri də de-dollarlaşma prosesi, digəri isə idxaldır".
"Uçot dərəcəsindəki dəyişiklik kreditlərə təxminən 3–6 ay ərzində təsir edir. Bunun da məntiqi var. Çünki bankların maya dəyəri azaldıqca, onların xərcləri də azalır. Banklar xərclərini daha tez azaltmağa meyllidirlər, nəinki gəlirlərini. Ona görə də depozit faizləri daha tez tənzimlənir, kredit faizlərinin dəyişməsi isə daha uzun müddət tələb edir. Burada rəqabət amilinin də təsiri çox vacibdir", - deyə T.Kazımov əlavə edib.

Taleh Kazımov: "2028-ci ilin ortalarına inflyasiya 4,4 % səviyyəsində gözlənilir"
Azərbaycan Mərkəzi Bankı (AMB) 2028-ci il üçün ortamüddətli inflyasiyanı 4,4 % səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Mərkəzi Bank proqnozlarını ortamüddətli, yəni iki illik dövr üzrə hazırlayır. Xüsusilə vurğulamaq istərdim ki, proqnozlara əsasən, 2028-ci ilin iyun ayının sonuna inflyasiyanın 4,4 % səviyyəsində olacağı gözlənilir", - T. Kazımov qeyd edib.
Onun sözlərinə görə, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiya 5,5 % səviyyəsində formalaşıb.
"Ötən illərdə olduğu kimi, bu il də inflyasiya əsasən xarici və xərc təklifi amillərinin təsiri altında olub. Xarici təklif amillərinə baxdıqda, ilk növbədə ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasını qeyd edə bilərik. Mart ayının sonuna bu göstərici 7,7 % təşkil edib ki, bu da ölkədə inflyasiyaya 2,84 faiz bəndi artırıcı təsir göstərib.
Xərc təklifi amillərinə gəldikdə isə burada əsasən kənd təsərrüfatı istehsalçı qiymətləri indeksini vurğulamaq istərdim. 2026-cı ilin ilk nəticələrinə əsasən həmin indeks 3,8 % artıb. Bu isə inflyasiyaya 1,6 faiz bəndi həcmində artırıcı təsir göstərib.
Tələb amillərinə baxdıqda, burada dövlət və ev təsərrüfatlarının istehlakını qeyd etmək istərdim. Mart ayının nəticələrinə əsasən bu göstəricilər illik müqayisədə müvafiq olaraq 10,3 % və 7,4 % artıb. Bu isə birlikdə inflyasiyaya təxminən 2 faiz bəndi artırıcı təsir göstərib", -T.Kazımov bildirib.
Digər amillərə diqqət yetirərək AMB-nin rəhbərionların inflyasiyaya 0,64 faiz bəndi azaldıcı təsir göstərdiyini qeyd edib.
"Mərkəzi Bankın yenilənmiş iyun proqnozlarına görə, 2026-cı ilin sonuna inflyasiyanın 6,1 %, 2027-ci ilin sonuna isə 5,8 % olacağı gözlənilir", - T. Kazımov vurğülayıb.

AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı yeni proqnozlarını açıqlayıb
2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisitinin 6,1 milyard ABŞ dolları, 2027-ci ildə isə 5,2 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, AMB mayda CƏB üçün 2026-cı il üçün 5,5 milyard ABŞ dolları, 2027-ci il üçün isə 4,4 milyard ABŞ dolları profisit proqnozlaşdırmışdı.

AMB-nin 7 ayda valyuta bazarına alışyönlü müdaxiləsi 2 milyard dolları keçib
Bu ilijn yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına 2 milyard 77 milyon ABŞ dolları dəyərində alışyönlü müdaxilə edib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu ilin 6 ayının, eləcə də iyul ayının nəticələrini nəzərə alsaq, nəğd valyuta bazarında təklif tələbi 500 milyon ABŞ dollarından çox üstələyib. 2026-cı ilin I yarısında AMB hərraclar vasitəsilə 757 milyon ABŞ dolları satıb. Bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk 6 ayında isə 3,7 milyard ABŞ dolları olub. Beləliklə, hərraclar vasitəsilə satılan valyutanın məbləğində kəskin azalma müşahidə olunur. Bundan əlavə, aprelin 1-dən etibarən keçirilməsi planlaşdırılan 34 hərracdan yalnız 23-ü baş tutub. Həmin hərraclarda ümumilikdə 303 milyon ABŞ dolları satılıb. Mövcud şəraitdə AMB valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirib.
Ehtiyatların səmərəli idarə olunması və alışyönümlü müdaxilələr nəticəsində bizim valyuta ehtiyatlarımız 19,4 % və ya 2,2 milyard ABŞ dolları artaraq 13,7 milyard ABŞ dollarına yüksəlib", - deyə o qeyd edib.
T.Kazımovun sözlərinə görə, bu prosesi bank sektorunda dollarlaşmanın azalması da dəstəkləyir: "2026-cı ilin iyun ayının sonuna rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 25,6 % təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,8 faiz bəndi azalma deməkdir.
Qeyri-rezident fiziki şəxslərin əmanətlərində də dedollarlaşma davam edir. Belə ki, iyun ayının sonuna onların əmanətlərinin dollarlaşma səviyyəsi 53,5% olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 8,3 faiz bəndi azalıb. Eyni zamanda, ilk 6 ayda fiziki şəxslərin manat əmanətləri 11,6 % və yaxud 1,3 milyard manat artaraq iyulun 1-nə 12,5 milyard manata çatıb".

Taleh Kazımov: "Strateji valyuta ehtiyatları 40 aylıq idxala kifayət edir"
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard ABŞ dolları və yaxud 0,8 % artaraq 85,8 milyard ABŞ dollarına çatıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu ehtiyatlar 40 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir", - deyə o qeyd edib.

AMB iqtisadi artım və neft-qaz qiymətlərinə dair proqnozlarını yeniləyib
Bu il Azərbaycanda iqtisadi artımın 0,5 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 % olacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Gələn il üçün isə müvafiq olaraq 2,6 % və 3,9 % artım proqnozlaşdırılır", - deyə o qeyd edib.
Xatırladaq ki, AMB bundan əvvəl mayda 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 1,1 %, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2 %, 2027-ci ildə isə müvafiq olaraq 3,2 % və 4,7 % artacağını proqnozlaşdırmışdı.
Bundan başqa, T.Kazımov deyib ki, AMB bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 87,7 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin isə 327 ABŞ dolları olacağını gözləyir: "Gələn il üçün isə proqnozlarımız 82,5 ABŞ dolları və 294 ABŞ dollarıdır".
Xatırladaq ki, AMB mayda 2026-cı ildə sözügedən qiymətlərin müvafiq olaraq 84,5 ABŞ dolları və 324 ABŞ dolları, 2027-ci ildə isə müvafiq olaraq 78 ABŞ dolları və 290 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.

Azərbaycanda sığortaolunanların sayı 5,4 milyona çatıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 71 668 nəfər artıb.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, bu ilin iyulun 1-nə uçota alınmış sığortaolunanların sayı 5 399 765 nəfər olub

AMB: İzafi likvidlik 6 milyard manata çatıb
Azərbaycanın pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur, təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsi çərçivəsində formalaşır.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
"Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6,43 %, iyul ayının ötən dövründə isə 6,39 % olub. Məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (AMB-nin bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin I yarısının sonuna 6 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.1 dəfə artıb. Bu da bankların kreditvermə potensialının kifayət qədər yüksək olduğunu göstərir.
Likvidliyi idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Bu əməliyyatların payı iyun ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 84,3 % təşkil edib. Bununla yanaşı, notların yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. Son 3 ayda bütün müddətlər üzrə notların gəlirliliyində, habelə gəlirlilik əyrisinin ortamüddətli və uzunmüddətli hissələrində azalma qeydə alınıb. Eyni zamanda, yeni cəlb olunmuş manatla müddətli depozit və əmanətlər üzrə faiz dərəcələrində ötən ilin iyul ayı (uçot dərəcəsinin azaldığı ay) ilə müqayisədə cari ilin iyun ayında azalma müşahidə olunub", -deyə AMB bəyan edib.

AMB: Cari əməliyyatlar balansının profisiti üzrə proqnoz artım istiqamətində dəyişdirilib
Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Gömrük statistikasına əsasən, 2026-cı ilin I yarısında ölkənin xarici ticarətində 8 milyard ABŞ dollarına yaxın məbləğdə müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 540,6 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 82,8 % artıb. 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar balansının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bu, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır", - deyə AMB bəyan edib.

AMB: 6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon ABŞ dolları üstələyib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq mayda 25,6 %-ə düşüb.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin əhəmiyyətli artdığı şəraitdə AMB alışyönlü müdaxilə həyata keçirib. Cari ilin ötən dövründə qurumun valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və yaxud 19,5 % artaraq 13,8 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını artırıb
Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağı gözlənilir.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağını bəyan etmişdi.
"İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiya 5,5 % təşkil edib.
İllik inflyasiyanın 2027-ci ilin II yarısından hədəfə qayıdacağı gözlənilir. 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır.
Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə AMB-nin inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil", - deyə AMB bəyan edib.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.
"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb. Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir..
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcək. Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcək. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası da nəzərə alınacaq. O cümlədən qərarlar verilərkən manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaq", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat sentyabrın 23-də ictimaiyyətə açıqlanacaq.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,5 % artaraq 1,9564 manat, 100 Rusiya rublunun məzənnəsi 0,1 % artaraq 2,1335 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9564 |
| 100 Rusiya rublu | 2,1335 |
| 1 Avstraliya dolları | 1,1945 |
| 1 Belarus rublu | 0,5854 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1182 |
| 1 Çexiya kronu | 0,0808 |
| 1 Çin yuanı | 0,2519 |
| 1 Danimarka kronu | 0,2617 |
| 1 Gürcü larisi | 0,6474 |
| 1 Honq Konq dolları | 0,2168 |
| 1 Hindistan rupisi | 0,0178 |
| 1 İngilis funt sterlinqi | 2,2857 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1780 |
| 1 İsveçrə frankı | 2,1062 |
| 1 İsrail şekeli | 0,5566 |
| 1 Kanada dolları | 1,2125 |
| 1 Küveyt dinarı | 5,4848 |
| 100 Qazaxıstan təngəsi | 0,3588 |
| 1 Qətər rialı | 0,4663 |
| 1 Qırğız somu | 0,0195 |
| 100 Macarıstan forinti | 0,5399 |
| 1 Moldova leyi | 0,0968 |
| 1 Norveç kronu | 0,1780 |
| 100 Özbək somu | 0,0141 |
| 100 Pakistan rupisi | 0,6117 |
| 1 Polşa zlotası | 0,4543 |
| 1 Rumıniya leyi | 0,3729 |
| 1 Serbiya dinarı | 0,0167 |
| 1 Sinqapur dolları | 1,3240 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4527 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3133 |
| Türk lirəsi | 0,0358 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0380 |
| Yapon yeni | 1,0581 |
| Yeni Zelandiya dolları | 0,9975 |
| Qızıl | 6937,8275 |
| Gümüş | 99,7405 |
| Platin | 2792,4710 |
| Palladium | 2220,0470 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (31.07.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 87,71 | - 2,04 | 26,86 |
| Neft WTI (dollar/barel) | 82,09 | - 1,66 | 24,67 |
| Qızıl (dollar/unsiya) | 4 138,60 | 32,10 | - 202,50 |
| İndekslər | |||
| Dow-Jones | 52 208,06 | 613,92 | 4 144,77 |
| S&P 500 | 7 437,63 | 121,48 | 592,13 |
| Nasdaq | 25 122,18 | 679,24 | 1 880,19 |
| Nikkei | 64 353,21 | 2 213,60 | 14 013,73 |
| Dax | 25 612,03 | 151,55 | 1 121,62 |
| FTSE 100 | 10 897,27 | - 11,14 | 965,89 |
| CAC 40 INDEX | 8 485,64 | 77,37 | 336,14 |
| Shanghai Composite | 3 798,71 | 14,16 | - 170,13 |
| Bist 100 | 13 292,93 | - 208,62 | 2 031,41 |
| RTS | 871,74 | - 16,34 | - 242,39 |
| Valyuta | |||
| USD/EUR | 1,1505 | 0,0054 | - 0,0240 |
| USD/GBP | 1,3443 | 0,0097 | - 0,0030 |
| JPY/USD | 160,8100 | - 2,7000 | 4,3600 |
| RUB/USD | 79,6821 | - 0,1088 | 0,9321 |
| TRY/USD | 47,5188 | 0,1056 | 4,5626 |
| CNY/USD | 6,7484 | - 0,0122 | - 0,2406 |

-
report.az
- Dünya Bankı: Dövlət investisiyaları ECA regionun iqtisadiyyatına 2 dəfə çox özəl kapital cəlb edə bilər
Dünya Bankı: Dövlət investisiyaları ECA regionun iqtisadiyyatına 2 dəfə çox özəl kapital cəlb edə bilər
Avropa və Mərkəzi Asiya (ECA) regionu ölkələrində dövlət kapital qoyuluşlarının ÜDM-in 1 %-i qədər artırılması beşillik dövr ərzində özəl investisiyaların 2,2 % artımını təmin edə bilər.
"Report" Dünya Bankının (DB) "Katalizator kimi dövlət investisiyaları: Avropa və Mərkəzi Asiya regionunda özəl kapitalın cəlb edilməsi" hesabatına istinadən xəbər verir ki, bu effekt yalnız fiskal dayanıqlılıq, keyfiyyətli dövlət idarəçiliyi və etibarlı institusional mühit olduqda reallaşır.
Sənədə əsasən, zəif institusional bazaya və məhdud büdcə imkanlarına malik dövlətlərdə dövlət investisiyalarının özəl kapitalın səfərbər edilməsinə təsiri faktiki olaraq sıfıra enir.
Bundan başqa, qeyri-qənaətbəxş planlaşdırma və həyat qabiliyyətli özəl təşəbbüsün əvəz edilməsi zamanı dövlət xərcləri özəl investorların "sıxışdırılması effekti" yaradır. 2020-2024-cü illərdə ECA regionunda dövlət kapital qoyuluşlarının həcmi orta hesabla ildə ÜDM-in təqribən 5,6 %-ni təşkil edib və bu da Avropa İttifaqının analoji göstəricisini (3,5 %) üstələyir, lakin sürətlə inkişaf edən iqtisadiyyatlara xas olan 7 % hədəf göstəricisindən geri qalır.
Hesabat müəlliflərinin fikrincə, göstəricilər subregiondan asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir: Qırğızıstan və Tacikistanda büdcə kapital xərcləri ÜDM-in 7-8 %-nə çatır, Qərbi Balkan regionunda isə bu göstərici ÜDM-in 4,8 % səviyyəsindədir, Mərkəzi Avropada və Türkiyədə isə ÜDM-in 3-4 % diapazonundadır.
"Kapital qoyuluşlarının əsas həcmi nəqliyyat və enerji infrastrukturuna yönəldilir. Bununla yanaşı, bir çox dövlətdə dövlət kapital xərclərinin büdcələri planlaşdırma və satınalmaların təşkili ilə bağlı çətinliklər səbəbindən sistematik olaraq təxminən 20 % həcmində icra olunmur", - hesabatda qeyd edilib.
Dünya Bankının məlumatına görə, 2000-2024-cü illərdə ECA regionunda infrastrukturda özəl sektorun iştirakı ilə layihələrin (PPI) payı infrastruktura çəkilən ümumi xərclərin təxminən 20 %-ni təşkil edib. Bu həcmin yarıdan çoxu nəqliyyat sahəsində, üçdə birdən çoxu isə enerji sektorunda cəmləşib. Özəl vəsaitlərin cəlb edilməsində lider mövqeləri Türkiyə (regionda bütün PPI həcminin demək olar ki, 60 %-i onun payına düşür, o cümlədən 35,6 milyard dollar dəyərində İstanbul hava limanının ən böyük layihəsi) və bərpa olunan enerji sahəsinə özəl investisiyaları fəal şəkildə cəlb edən Özbəkistan tutub. Eyni zamanda, Qazaxıstanda və bir sıra digər ölkələrdə dövlət sektorunun və dövlət şirkətlərinin əhəmiyyətli iştirakı PPI-nin inkişafını məhdudlaşdırır.
Maliyyə bazarlarının təhlili çərçivəsində Dünya Bankı regionun bir sıra ölkələrində real sektora bank kreditləşməsinin ümumi inkişaf etməməsini qeyd edir. Xüsusilə, kreditlərin ÜDM-ə nisbəti Rumıniyada (yüksək gəlirli ölkə), eləcə də Azərbaycan və Qazaxıstanda (orta gəlirdən yuxarı olan ölkələr) təxminən 27 % təşkil edir. Bu da Avstriya və Niderlandın səviyyəsinin yalnız üçdə birinə və Çili və ya Malayziyanın göstəricisinin cəmi dörddə birinə bərabərdir.
"Ümumilikdə region üzrə kreditlərin ÜDM-ə nisbəti Latın Amerikası və Karib hövzəsinin orta göstəricisindən geri qalır və Çin ilə Cənubi Koreyanın səviyyəsinin yalnız üçdə birini təşkil edir", - hesabatda vurğulanıb.
Dünya Bankı regionda özəl kapitalın fəal axınını çətinləşdirən bir neçə əsas amili müəyyən edir: o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda dövlət müəssisələrinin hökmran mövqeyini. Onların kvazifiskal kəsirləri və maliyyə resurslarına imtiyazlı çıxışı özəl biznes üçün qeyri-bərabər rəqabət şəraiti formalaşdırır. Məsələn, Qazaxıstanda dövlət müəssisələrinin öhdəlikləri ÜDM-in təxminən 30 %-nə çatır. Bundan əlavə, bank sektorunun üstünlüyü qeyd olunur.

-
report.az
- Bəhruz Qayıbov: "ƏSF-nin sığorta ehtiyatı banklarda mümkün sığorta hadisələrini qarşılamağa çatır"
Bəhruz Qayıbov: "ƏSF-nin sığorta ehtiyatı banklarda mümkün sığorta hadisələrini qarşılamağa çatır"
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sığorta ehtiyatları mümkün sığorta hadisələri üzrə kompensasiyaların ödənilməsinə kifayət edəcək qədərdir.
Bu barədə "Report"a açıqlamasında ƏSF-in icraçı direktorunun müavini Bəhruz Qayıbov deyib.
Onun sözlərinə görə, Fondun mövcud sığorta ehtiyatları qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya ödənişlərini vaxtında və tam həcmdə icrası üçün kifayət edəcək məbləğdə formalaşıb:
"Fondun iştirakçı bankların ödədiyi haqlar, eləcə də öz vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlir və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına formalaşdırdığı sığorta ehtiyatları hazırda baş verə biləcək sığorta hadisəsi ehtimalında kompensasiya ödənişlərinin verilməsinə kifayət edəcək həcmdədir. Bu səbəbdən, iştirakçı banklardan hər hansı birində sığorta hadisəsi baş verəcəyi təqdirdə kompensasiya ödənişlərinin verilməsi məqsədilə əlavə maliyyə resurslarının cəlb edilməsinə zərurət yaranacağı gözlənilmir".
B.Qayıbov bildirib ki, bu məqam təcrübədə sonuncu sığorta hadisəsi üzrə həyata keçirilmiş kompensasiya ödənişləri zamanı da özünü göstərib.
"Belə ki, 2023-cü ilin oktyabr ayında "Muğanbank" ASC-də sığorta hadisəsinin baş verməsilə əlaqədar əmanətçilərə təxminən 200 milyon manat məbləğində kompensasiya ödənilib. Həmin ödənişlərin verilməsi prosesində Fond tərəfindən əlavə maliyyə resurslarının cəlb edilməsinə ehtiyac yaranmamış, mövcud sığorta ehtiyatları kompensasiya öhdəliklərinin tam həcmdə və vaxtında yerinə yetirilməsini təmin etmişdir", - ƏSF-in icraçı direktorun müavini qeyd edib.
O vurğulayıb ki, Fondun sığorta ehtiyatlarının formalaşmasına təsir göstərən əsas mənbələrdən biri yalnız iştirakçı banklardan daxil olan haqlar deyil, eyni zamanda ləğv prosesində olan banklardan reqres qaydasında tələb hüququ ilə alınan vəsaitlərdir.
"Hesab edirəm ki, Fondun sığorta ehtiyatlarının mövcud dayanıqlığının təmin edilməsində rol oynayan əsas amillərdən biri iştirakçı banklar tərəfindən ödənilən təqvim haqları və qanunvericilikdə nəzərdə tutulmuş hallarda əlavə haqlar ilə yanaşı vaxtilə qorunan əmanətlər üzrə həyata keçirilmiş kompensasiya ödənişlərinə uyğun olaraq ləğv prosesində olan banklardan reqres qaydasında alınan daxilolmalarıdır. Məhz həmin reqres gəlirləri və iştirakçı banklardan müntəzəm daxil olan təqvim haqlarının məcmusu Fondun sığorta ehtiyatlarının davamlı və dayanıqlı şəkildə formalaşmasını təmin edən əsas maliyyə mənbələrini təşkil edir", - B.Qayıbov deyib.

ƏSF: İnvestisiya şirkətləri üçün sabit sığorta haqqının tətbiqi nəzərdən keçirilir
Hazırda Azərbaycanda qiymətli kağızlar bazarı üzrə investisiyaların sığortalanması mexanizminin formalaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir və bu çərçivədə investisiya şirkətlərinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ödəməli olacağı sığorta haqqlarının hansı model əsasında təyin olunacağı məsələsinə dair qiymətləndirmə aparılıb.
Bu barədə "Report"a açıqlamasında ƏSF-in icraçı direktorunun müavini Bəhruz Qayıbov deyib.
"Bununla bağlı bank sektorunda hazırda tətbiq olunan sabit sığorta haqları modeli və digər mümkün yanaşmalar araşdırılıb", - B. Qayıbov bildirib.
Onun sözlərinə görə, investisiyaların sığortalanması mexanizminin yaradılması istiqamətində hazırda aidiyyəti dövlət qurumlarının iştirakı ilə normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilməkdədir:
"İnvestisiyaların sığortalanması mexanizminin tətbiqi istiqamətində Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu birgə iş aparır. Layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bütün işlər tam yekunlaşdıqdan, habelə qanun layihəsi müvafiq qaydada təsdiq olunduqdan sonra bu barədə media subyektləri vasitəsilə investisiya şirkətləri və əhali məlumatlandırılacaqdır".
B.Qayıbov bildirib ki, hazırda bank sektoru üzrə qanunvericiliyə uyğun olaraq iştirakçı banklar tərəfindən qorunan əmanətlər üzrə sabit sığorta haqlarının ödənilməsi modeli tətbiq edilməkdədir.
"Bank sektorunda risk əsaslı sığorta haqları modelinə keçid məsələsi müxtəlif mərhələlərdə müzakirə predmeti olsa da, hazırda qüvvədə olan hüquqi tənzimləmə sabit sığorta haqları mexanizminin tətbiqini nəzərdə tutur".
ƏSF-in icraçı direktorun müavini vurğulayıb ki, investisiyaların sığortalanması sistemi tətbiq ediləcəyi təqdirdə, Fondun iştirakçıları olan investisiya şirkətləri tərəfindən qanunvericiliklə müəyyən ediləcək hesablanmaya uyğun olaraq sığorta haqları ödəniləcəkdir.
"Toplanacaq həmin vəsaitlər Fondun sığorta ehtiyatlarının formalaşdırılmasına yönəldiləcək və gələcəkdə sığorta hadisəsi baş verdiyi halda kompensasiya ödənilməsi məqsədilə istifadə olunacaq", - o əlavə edib.
B.Qayıbov qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bütün banklar və xarici bankların yerli filialları Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı - üzvü hesab edilir:
"Mövcud hüquqi mexanizmə əsasən iştirakçı banklar qorunan əmanətlər üzrə öhdəliklərini tam icra edənədək Fonda təqvim haqları ödəyirlər. Bununla yanaşı, qanunvericilikdə müəyyən edilmiş hallarda əlavə haqların tətbiqi də mümkündür".
Onun sözlərinə görə, əlavə haqlar yalnız qanunvericiliklə müəyyən edilmiş xüsusi hallarda tətbiq edilir.
"Belə ki, Fondun mövcud sığorta ehtiyatlarının kompensasiya ödənişlərinin maliyyələşdirilməsi üçün kifayət etmədiyi və əlavə maliyyə resurslarının cəlb edilməsinə zərurət yarandığı hallarda, iştirakçı banklardan təqvim haqları ilə yanaşı əlavə haqların toplanılması barədə qərar qəbul edilə bilər", - B.Qayıbov bildirib.
O xatırladıb ki, 2020-ci ildə bir neçə bankın müflis elan olunması ilə əlaqədar Fond tərəfindən qorunan əmanətçilərə əhəmiyyətli həcmdə kompensasiya ödənilib:
"Belə ki, 2020-ci ildə müflis elan edilmiş dörd bankın qorunan əmanətçilərinə ƏSF tərəfindən ümumilikdə təxminən 664 milyon manat məbləğində kompensasiya ödənilib. Sözügedən öhdəliklərin yerinə yetirilməsinin maliyyələşdirilməsi məqsədilə dövlət zəmanəti əsasında Mərkəzi Bankından 2020–2027-ci illəri əhatə edən müddət üçün kredit vəsaiti cəlb edilib. Hazırkı proqnozlara əsasən, həmin kredit öhdəliyinin icra müddətinin 2027-ci ildə başa çatması gözlənilir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, 2020-ci ildən etibarən müflis elan edilmiş 6 bankın qorunan əmanətçilərinə Fond tərəfindən ümumilikdə 898 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. Eləcə də ləğv prosesində olan banklara qarşı təminatsız kreditor tələbləri üzrə 2020-ci ildən hazırkı vaxtadək həyata keçirilmiş tranşlarla kreditorlara ümumilikdə 31 milyon manata yaxın və bundan əlavə 17 000 manatadək təminatsız tələbləri olan kreditorlara Fond tərəfindən 3 milyon manata yaxın vəsait ödənilib".

Daha 3 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub
Azərbaycan Mərkəzi Bankı (AMB) daha 3 xarici şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bunlar, Böyük Britaniyaya məxsus "Ardonagh Specialty Limited", Latviyaya məxsus "Marine Underwriting Services SlA", eləcə də "CIB Georgia Insurance Broker LLC"dir. Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 101-ə çatıb.
Bundan əvvəl ötən ilin iyul ayında Qazaxıstanın "Marsh" və "Aon" sığorta brokerləri şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, "Ardonagh Specialty Limited" 2006-cı ildən, "Marine Underwriting Services SlA" 2012-ci ildən, "CIB Georgia Insurance Broker LLC" isə 2015-ci ildən fəaliyyət göstərir.

Azərbaycanda sığorta məhsullarının çeşidinin artırılması müzakirə olunub
Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta məhsullarının çeşidinin artırılması müzakirə olunub.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə növbəti görüşümüzü keçirdik. Görüş zamanı sığorta sektorunun cari ilin birinci yarımili üzrə fəaliyyət nəticələri və bazarda müşahidə olunan əsas inkişaf meyillərini, eləcə də qarşıdakı dövr üzrə perspektivləri müzakirə etdik. Bundan əlavə, sığorta məhsullarının çeşidliliyinin artırılması, əhalinin və biznes subyektlərinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin daha da dərinləşdirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

"Embafinans" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) 7 milyon manatlıq istiqrazlarının 4 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 40 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 50 investor 4 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

"Kredit Servis" BOKT nizamnamə kapitalını azaldıb
"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 250 000 manat və yaxud 19,5 % azaldıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, BOKT-un kapitalı 1 282 934 manatdan 1 032 934 manata düşüb.
Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb.

Azərbaycanda 9 ləğv prosesində olan bankın əmlakları hərraca çıxarılır
Avqustun 5-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Yunayted Kredit Bank", avqustun 6-da "Zamin Bank", avqustun 12-də isə "Muğan Bank", "Dekabank", "AGBank", "Dəmir Bank", "NBC Bank", "AtaBank", "Zamin Bank" ASC-lərin və "Bank Standard" QSC-nin daşınmaz və daşınar əmlaklarının satışı üzrə açıq hərraclar təşkil olunacaq.
"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi qismində çıxış edən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yayıb.
Hərraclarda satışa çıxarılacaq əmlaklar arasında "Yunayted Kredit Bank"a aid Xaçmaz rayonu, Şimali qəsəbəsində yerləşən dəyəri 55 min manat təşkil edən 107,6 kvadratmetrlik fərdi yaşayış evi, "Zaminbank"a aid Sumqayıt şəhəri, 9-cu mikrorayondakı dəyəri 400 min manat olan 199,3 kv metrlik qeyri-yaşayış sahəsi, həmçinin Şirvan şəhəri, Səməd Vurğun küçəsindəki dəyəri 90 min manat müəyyən edilmiş 76,6 kv metrlik qeyri-yaşayış sahəsi və dəyəri 70 min manat olan 58,8 kv metrlik mənzil yer alır.
Bundan əlavə, "Muğan Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 12 ünvanında yerləşən dəyəri 250 min manat olan 61,5 kv metrlik mənzil, eləcə də Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki dəyəri 120 min manat təşkil edən 0,2 hektarlıq torpaq sahəsi satışa təqdim ediləcək.
"Deka Bank"a aid Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ev 20 ünvanındakı dəyəri 235 min manat olan 87,4 kv metrlik qeyri-yaşayış sahəsi, "AGBank"a aid Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanında yerləşən dəyəri 240 min manat müəyyənləşdirilmiş 320 kv metrlik qeyri-yaşayış sahəsi, "Dəmir Bank"a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsindəki dəyəri 900 min manat olan 2 089 kv metrlik əmlak kompleksi, "NBC Bank"a aid Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat təşkil edən 464,2 kv metrlik fərdi yaşayış evi, "AtaBank"a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsindəki dəyəri 50 min manat olan 40,8 kv metrlik qeyri-yaşayış binası, dəyəri 140 min manat olan 288,1 kv metrlik qeyri-yaşayış sahəsi və dəyəri 240 min manat müəyyən edilmiş 496,4 kv metrlik qeyri-yaşayış binası, "Bank Standard"a aid Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 390-cı məhəllə, ev 56a ünvanındakı dəyəri 480 min manat olan 143,2 kv metrlik qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 18 ünvanındakı dəyəri 570 min manat təşkil edən 164,06 kv metrlik qeyri-yaşayış sahəsi də hərracda satışa çıxarılacaq.

Azərbaycan I yarımildə dövlət zəmanətli borcunun məbləğini 30 %-dən çox azaldıb
Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 232,3 milyon manat (ÜDM-in 5,5 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30,2 % azdır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi" QSC-nin dövlət zəmanəti ilə cəlb etdiyi 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazları geri qaytarmasıdır.
Məlumata görə, dövlət zəmanətli borcunun 4 milyard 928 milyon manatı (2 milyard 898,8 milyon ABŞ dolları) və yaxud 68,1 %-i xarici kreditlərin, 2 milyard 304,3 milyon manatı və yaxud 31,9 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 46,9 %-ni sabit, 53,1 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları – 52,8 %, avro – 22 %, manat – 17,9 %, yapon yeni – 5 %, digər valyutalar – 2,3 %.
Dövlət zəmanətli borcun 65,5 %-i 5 ilə qədər olan müddətdə, 21,5 %-i 5 ildən 10 iləqədər olan müddətdə, 13 %-i isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Azərbaycan 6 ayda dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 6 ayda 1 971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilib, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilib.

Azərbaycanın dövriyyədə olan avrobondlarının ümumi dəyəri dəyişməyib
Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 30 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, bu rəqəm ilin əvvəli ilə müqayisədə dəyişməyib.
Hesabat tarixinə avrobondların 5,125 kupon dərəcəli 310,7 milyon dollarlıq hissəsinin ödəniş müddəti 2029-cu ildə, 3,5 % kupon dərəcəli 1 076,6 milyon dollarlılıq hissəsinin ödəniş müddəti isə 2 032-ci ildə başa çatır.

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb
Azərbaycanın bu il iyulun 1-nə 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,4 %-i elə dollarda olub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 2,9 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,5 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,4 %-ni, sabit dərəcə ilə olanlar isə 50,6 %-ni təşkil edib.
Xarici dövlət borcunun 59,5 %-i 5 ilə qədər olan müddətdə, 34,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.
Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:
Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü isə aşağıdakı kimidir:
Xarici dövlət borcunun 59,8 %-i çoxtərəfli maliyyə institutları üzrə, 30 %-i avrobondlar üzrə, 10,2 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Azərbaycanın bu il iyulun 1-nə 15 milyard 982 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 8 milyard 747,4 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 51,6 %-i 5 ilə qədər, 48,4 %-i isə 5 il və daha artıq müddətli olub.
Hesbaat tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,86 il təşkil edib. 6 ay ərzində daxili maliyyə bazarında uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi dövlət istiqrazları üzrə OÖM-in artmasına səbəb olub.

Dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten hazırlanıb
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi bu ilin I yarısı üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten hazırlayaraq ictimaiyyətə təqdim edib.
"Report" xəbər verir ki, sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunur.
Statistik Bülletenlə buradan tanış olmaq mümkündür.

"Bank of Baku"da "Hepatiti tanı, səhhətini qoru" seminarı baş tutub
Bankçılıq fəaliyyəti ilə yanaşı, korporativ sosial məsuliyyət layihələri ilə də seçilən "Bank of Baku" növbəti maarifləndirici seminarını reallaşdırıb.
"İnsanın ən dəyərli kapitalı sağlamlıqdır!" şüarı ilə "Bank of Baku" əməkdaşları üçün təşkil edilən seminar Ümumdünya Hepatit Gününə həsr olunub. "Hepatiti tanı, səhhətini qoru" mesajının vurğulandığı seminarın əsas məqsədi qaraciyər sağlamlığı, hepatit virusları, eləcə də xəstəliyin profilaktikası və müalicəsi barədə məlumatlılığı artırmaq olub.
Nərimanov Tibb Mərkəzinin həkimi qastroenteroloq-hepatoloq Dr. Arzu Hüseynova tərəfindən keçirilən seminarda hepatit viruslarının növləri, yoluxma yolları, əlamətləri, profilaktika tədbirləri, peyvəndlənmənin əhəmiyyəti və müasir müalicə imkanları barədə ətraflı məlumat verilib.
Həkim bildirib ki, hepatitlərin qarşısının alınmasında maariflənmə, profilaktik tədbirlərə əməl olunması, peyvəndlənmə və vaxtında diaqnostika həlledici rol oynayır. O əlavə edib ki, hepatitlər erkən mərhələdə aşkarlandıqda və düzgün müalicə olunduqda qaraciyəri sağlam saxlamaq mümkündür. Seminar çərçivəsində qaraciyər sağlamlığının qorunmasına və həyat tərzinin bu orqanın fəaliyyətinə təsirləri də müzakirə edilib. Sonda iştirakçılar onları maraqlandıran sualları həkimə ünvanlayaraq geniş məlumat əldə ediblər.
Qeyd edək ki, "Bank of Baku" əməkdaşların sağlamlığının qorunmasını və sağlam həyat tərzinin təşviqini korporativ mədəniyyətin mühüm istiqamətlərindən biri hesab edir. Bu məqsədlə Bank mütəmadi olaraq əməkdaşları üçün sağlamlıq, şəxsi inkişaf istiqamətində məlumatlandırıcı tədbirlər təşkil edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi

Azərbaycanda 6 ayda MDSS haqları üzrə daxilolmalar 6 %-dən çox artıb
Bu ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 199,2 milyon manat və ya 6,2 % artım qeydə alınıb.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 87,1 milyon manat və ya 7,9 %, qeyri-büdcə təşkilatları üzrə isə 199,1 milyon manat və ya 9,7 % artımla olub.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.07.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,4 % artaraq 1,9466 manat, 100 Rusiya rublunun məzənnəsi 1,7 % azalaraq 2,1306 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9466 |
| 100 Rusiya rublu | 2,1306 |
| 1 Avstraliya dolları | 1,1815 |
| 1 Belarus rublu | 0,5854 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1180 |
| 1 Çexiya kronu | 0,0805 |
| 1 Çin yuanı | 0,2514 |
| 1 Danimarka kronu | 0,2604 |
| 1 Gürcü larisi | 0,6472 |
| 1 Honq Konq dolları | 0,2167 |
| 1 Hindistan rupisi | 0,0178 |
| 1 İngilis funt sterlinqi | 2,2684 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1759 |
| 1 İsveçrə frankı | 2,0842 |
| 1 İsrail şekeli | 0,5522 |
| 1 Kanada dolları | 1,2095 |
| 1 Küveyt dinarı | 5,4727 |
| 100 Qazaxıstan təngəsi | 0,3576 |
| 1 Qətər rialı | 0,4663 |
| 1 Qırğız somu | 0,0195 |
| 100 Macarıstan forinti | 0,5354 |
| 1 Moldova leyi | 0,0964 |
| 1 Norveç kronu | 0,1769 |
| 100 Özbək somu | 0,0141 |
| 100 Pakistan rupisi | 0,6117 |
| 1 Polşa zlotası | 0,4503 |
| 1 Rumıniya leyi | 0,3716 |
| 1 Serbiya dinarı | 0,0166 |
| 1 Sinqapur dolları | 1,3175 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4528 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3048 |
| Türk lirəsi | 0,0359 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0379 |
| Yapon yeni | 1,0397 |
| Yeni Zelandiya dolları | 0,9869 |
| Qızıl | 6875,9135 |
| Gümüş | 97,1907 |
| Platin | 2709,8765 |
| Palladium | 2132,9050 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (30.07.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 89,75 | 2,14 | 28,90 |
| Neft WTI (dollar/barel) | 83,75 | 1,24 | 26,33 |
| Qızıl (dollar/unsiya) | 4 106,50 | 24,90 | - 234,60 |
| İndekslər | |||
| Dow-Jones | 51 594,14 | - 1 153,18 | 3 530,85 |
| S&P 500 | 7 316,15 | -112,63 | 470,65 |
| Nasdaq | 24 442,94 | - 433,97 | 1 200,95 |
| Nikkei | 62 139,61 | 1 515,49 | 11 800,13 |
| Dax | 25 460,48 | - 3,53 | 970,07 |
| FTSE 100 | 10 908,41 | 37,39 | 977,03 |
| CAC 40 INDEX | 8 408,27 | - 50,51 | 258,77 |
| Shanghai Composite | 3 784,55 | - 8,63 | - 184,29 |
| Bist 100 | 13 501,55 | - 186,31 | 2 240,03 |
| RTS | 888,08 | 10,97 | - 226,05 |
| Valyuta | |||
| USD/EUR | 1,1451 | 0,0050 | - 0,0294 |
| USD/GBP | 1,3346 | 0,0047 | - 0,0127 |
| JPY/USD | 163,5100 | 0,1000 | 7,0600 |
| RUB/USD | 79,7909 | 1,3379 | 1,0409 |
| TRY/USD | 47,4132 | 0,0186 | 4,4570 |
| CNY/USD | 6,7606 | - 0,0105 | - 0,2284 |

Azərbaycanda I yarımildə avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 14 %-ə yüksəlib
Bu il iyunun 30-na Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 14 % təşkil edib.
Bu barədə "Report" Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu da ötən ilin sonundakı göstəricidən 1 faiz bəndi yüksəkdir.
Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi iyunun sonuna 18 % (2025-ci ilin sonundakı göstəriciyə uyğundur) təşkil edib.
Eyni zamanda, I yarımildə məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 26 % səviyyəsində qalıb.
Yanvar-iyun aylarında kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 27 % təşkil edib.
Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi iyunun sonuna 2025-ci ilin dekabr ayı ilə müqayisədə 1 faiz bəndi azalaraq 21 % olub.

AMB-də bank sektorunda maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Mərkəzi Bankında (AMB) bank sektorunda maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti görüşdə baş tutub: "Görüşdə cari makroiqtisadi mühit, bank sektorunun 2026-cı ilin ilk yarımili üzrə inkişaf dinamikası, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və bu sahədə mövcud çağırışları müzakirə etdik. Bank sektorunun strateji hədəfləri, həmçinin sektorun dayanıqlılığının artırılmasına xidmət edəcək tənzimləmə və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi üzrə prioritet istiqamətlər ətrafında geniş fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

"TuranBank" və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir.
Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində "TuranBank" növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində vəsaitin cəlb edilməsini uğurla başa çatdırıb. Bununla da, sözügedən saziş çərçivəsində hazırkı dövrədək cəlb edilmiş ümumi vəsaitin həcmi 5.5 milyon ABŞ dolları təşkil edib.
Cəlb olunan yeni maliyyə resursları ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin ticarət əməliyyatlarının dəstəklənməsinə, eləcə də idxal və ixrac proseslərinin maliyyələşdirilməsinə yönəldilir.
Saziş çərçivəsində nəzərdə tutulan layihələrin qısa müddət ərzində və ardıcıl şəkildə həyata keçirilməsi "TuranBank"ın maliyyələşdirmə imkanlarını və kreditləşmə potensialını nümayiş etdirməklə yanaşı, beynəlxalq maliyyə institutlarının Bankın maliyyə dayanıqlılığına, şəffaf idarəetmə prinsiplərinə və institusional nüfuzuna göstərdiyi yüksək etimadın bariz nümunəsidir.
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…

AMB "Tiko Azərbaycan"a icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Tiko Azərbaycan " MMC-yə icrası məcburi göstəriş verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq şirkətə icrası məcburi göstəriş verilib.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib
Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 25 milyard 19 milyon manatlıq əməliyyat aparılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32,1 % azdır.
Yarım illik göstəricinin 2 milyard 516,3 milyon manatlıq hissəsi ilkin bazarda (18,1 % az), 22 milyard 502,7 milyon manatlıq hissəsi isə təkrar bazarda (33,4 % az) formalaşıb.
Xəbər yenilənəcək ...

Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,56 milyon manat zərərlə başa vurub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,7 dəfə çoxdur.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,12 milyon manat (7,4 % az), xərcləri 0,64 milyon manat (7,25 % az), xüsusi ehtiyatlara ayırmaları isə 1,03 milyon manat (47,6 % az) təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 11,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3 % azdır. Bunun 10,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 7,3 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,85 % azalaraq 2,5 milyon manat, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,95 % azalaraq 6,7 milyon manat olub.

Azərbaycan BOKT-ları I yarımildə 121 milyon manatdan çox xalis mənfəət əldə edib
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 121,2 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 13,2 milyon manat xalis zərərlə çıxmışdı.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-iyun aylarında BOKT-ların gəlirləri 351,2 milyon manat (illik müqayisədə 61 % çox), xərcləri 141,5 milyon manat (5,4 % az), xüsusi ehtiyatlara ayırmaları 78,1 milyon manat (1,7 % çox), gözlənilməz xərcləri 0,1 milyon manat (əvvəlki ilin eyni dövründə gəlir olub), mənfəət vergisi ödəmələri isə 10,3 milyon manat (94,3 % çox) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 1 milyard 528,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 58,6 % çoxdur. Bunun 1 milyard 136,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 69,2 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 63,6 % artaraq 838,7 milyon manata, balans kapitalı isə 53 % artaraq 689,6 milyon manata çatıb.

"Legion Financial" maliyyə vəziyyətini açıqlayıb
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC 2025-ci ili 1,361 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,1 % çoxdur.
Ötən il "Legion Financial"ın vergiyəqədərki mənfəəti 1,732 manat (əvvəlki ilə nisbətən 12,8 % çox), mənfəət vergisi ödəmələri isə 371 min manat (15,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Legion Financial"ın aktivləri 20,671 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 50,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 75,1 % artaraq 15,807 milyon manata, balans kapitalı isə 2,6 % artaraq 4,865 milyon manata, o cümlədən nizamnamə kapitalı 10,8 % artaraq 3,91 milyon manata çatıb.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,13 milyon manatdır. Şirkətin səhmləri Turan İsmayılova (39,64 %), Ramin Süleymanlıya (31,2 %), Rövşən Sultanova (10,23 %), Böyükağa Məmmədova (14,07 %) və Belarus vətəndaşı Kolas Konstantinə (4,86 %) məxsusdur. T.İsmayılov həm də ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

DSMF I yarımildə 110 minə yaxın elektron arayış verib
Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 109 457 elektron arayış alınıb.
Bu barədə "Report" Fonddan məlumat verilib.
Məlumata əsasən, bu arayışların 50 587 pensiya, 26 235 müavinət və təqaüd, 22 025 fərdi şəxsi hesab, 4 008 ünvanlı dövlət sosial yardımı, 1 146 ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 257 sağlamlıq imkanları məhdud olan uşaqlar, 4 199 əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Azərbaycanda 6 ayda dövlət xəttilə 226 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 226,3 milyon manat kredit verilib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 39,7 % azalaraq 131,6 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39,4 % azalaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 36 %-dən çox artıb
Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 13,2 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,1 %, son 1 ildə isə 36,4 % artıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il iyunun sonuna isə 1,7 % olub.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 24 %-dən çox artıb
Azərbaycanın bank sektoru bu ilin I yarısında 716,3 milyon manat xalis mənfəət əldə edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.
6 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 743,8 milyon manat (1 il əvvələ nisbətən 14,3% çox), əməliyyat xərcləri 2 milyard 618,7 milyon manat (10,95 % çox), xüsusi ehtiyatlara ayırmaları 237,3 milyon manat (16,1 % çox), gözlənilməz xərcləri 0,3 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 171,1 milyon manat (27,6 % çox) təşkil edib.

Azərbaycanın bank sektorunun aktivləri 60 milyard manatı keçib
Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 940,4 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,4 % çoxdur.
Bankların aktivlərinin 29 milyard 888 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 11,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47,2 %-dən 49 %-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7 % artaraq 53 milyard 294,8 milyon manata, o cümlədən depozit portfeli 6,4 % artaraq 39 milyard 743,7 milyon manata çatıb. Bunun 17 milyard 428,5 milyon manatı fiziki, 22 milyard 315,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 15,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 0,1 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 20 % azalaraq 0,4 milyon manat olub.
Sektorun balans kapitalı isə 10,1 % artaraq 7 milyard 645,6 milyon manat təşkil edib.

"Hermes Finance"in xalis mənfəəti kəskin azalıb
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance" ASC 2025-ci ili 180 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,7 dəfə azdır.
Ötən il "Hermes Finance"ın vergiyəqədərki mənfəəti 340 min manat (3,1 dəfə az), mənfəət vergisi ödəmələri isə 160 min manat (30,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Hermes Finance"ın aktivləri 17,327 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 31,6 % azalaraq 16,953 milyon manata, balans kapitalı isə 2,4 dəfə azalaraq 374 min manata düşüb.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır. Şirkətin səhmdarları 45 % payla Nurarə Mehraliyeva-Rzayeva, 45 % payla Kamran Quliyev və 10 % payla şirkətin direktoru Həmid Mirzəyevdir. "Hermes Finance" lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.07.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,3 % artaraq 1,9383 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6 % azalaraq 2,1668 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9383 |
| 100 Rusiya rublu | 2,1668 |
| 1 Avstraliya dolları | 1,1820 |
| 1 Belarus rublu | 0,5854 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1177 |
| 1 Çexiya kronu | 0,0802 |
| 1 Çin yuanı | 0,2511 |
| 1 Danimarka kronu | 0,2593 |
| 1 Gürcü larisi | 0,6473 |
| 1 Honq Konq dolları | 0,2168 |
| 1 Hindistan rupisi | 0,0178 |
| 1 İngilis funt sterlinqi | 2,2607 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1757 |
| 1 İsveçrə frankı | 2,0799 |
| 1 İsrail şekeli | 0,5555 |
| 1 Kanada dolları | 1,2065 |
| 1 Küveyt dinarı | 5,4743 |
| 100 Qazaxıstan təngəsi | 0,3567 |
| 1 Qətər rialı | 0,4663 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5370 |
| 1 Moldova leyi | 0,0964 |
| 1 Norveç kronu | 0,1759 |
| 100 Özbək somu | 0,0142 |
| 100 Pakistan rupisi | 0,6112 |
| 1 Polşa zlotası | 0,4481 |
| 1 Rumıniya leyi | 0,3706 |
| 1 Serbiya dinarı | 0,0165 |
| 1 Sinqapur dolları | 1,3162 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4528 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3028 |
| Türk lirəsi | 0,0359 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0378 |
| Yapon yeni | 1,0402 |
| Yeni Zelandiya dolları | 0,9839 |
| Qızıl | 6846,8605 |
| Gümüş | 97,7221 |
| Platin | 2714,3390 |
| Palladium | 2142,9010 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.07.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 87,61 | - 8,81 | 26,76 |
| Neft WTI (dollar/barel) | 82,51 | 0,69 | 25,09 |
| Qızıl (dollar/unsiya) | 4 081,60 | - 22,20 | - 259,50 |
| İndekslər | |||
| Dow-Jones | 52 747,32 | 537,24 | 4 684,03 |
| S&P 500 | 7 428,78 | 15,60 | 583,28 |
| Nasdaq | 24 876,91 | - 55,17 | 1 634,92 |
| Nikkei | 60 624,12 | - 1 718,57 | 10 284,64 |
| Dax | 25 464,01 | 102,98 | 973,60 |
| FTSE 100 | 10 871,02 | 89,27 | 939,64 |
| CAC 40 INDEX | 8 458,78 | 52,72 | 309,28 |
| Shanghai Composite | 3 793,18 | - 64,70 | - 175,66 |
| Bist 100 | 13 687,86 | - 86,91 | 2 426,34 |
| RTS | 877,11 | - 18,05 | - 237,02 |
| Valyuta | |||
| USD/EUR | 1,1401 | 0,0031 | - 0,0344 |
| USD/GBP | 1,3299 | 0,0006 | - 0,0174 |
| JPY/USD | 163,4100 | - 0,3600 | 6,9600 |
| RUB/USD | 78,4530 | 0,4953 | - 0,2970 |
| TRY/USD | 47,3946 | 0,0163 | 4,4384 |
| CNY/USD | 6,7711 | 0,0032 | - 0,2179 |

Əməyin Mühafizəsi Mərkəzi auditor seçib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 5,9 min manat ödəniləcək.
Ötən il də bu tenderin qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 3 700 manat ödənilib.

"İri Şəhərlərin Su Təchizatı" auditor seçib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.
Qalib şirkətə 124 490 manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Ona 90 min manat ödənilib.
"İri Şəhərlərin Su Təchizatı" Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, ləğv olunmuş "Azərsu" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Xidmət istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən publik hüquqi şəxsdir.

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
Azərbaycan Mərkəzi Bankı (AMB) bina və avadanlıqlarının sığortalanması üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır.
İddiaçılar təkliflərini avqustun 3-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə avqustun 3-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Financial Reporting Center" MMC-dir.
Qalib şirkətə 3 484 manat ödəniləcək.

-
report.az
- Azərbaycan Cənubi Koreya ilə dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir
Azərbaycan Cənubi Koreya ilə dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir
Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi və Cənubi Koreyanın Fiskal İnformasiya Xidməti (KFIS) arasında "Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması"na dair Anlaşma Memorandumu imzalanıb.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sənədə nazir müavini Himalay Məmişovun KFIS nümayəndə heyəti ilə görüşündə imza atılıb.
Görüşdə Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar, bu sahədə Cənubi Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunub. Bildirilib ki, layihə çərçivəsində dövlət maliyyəsinin idarə edilməsində mövcud proseslərin və informasiya sistemlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın ehtiyaclarına uyğun müasir rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur.
H.Məmişov dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiyanın ölkədə aparılan institusional islahatların mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Koreya tərəfinin ekspert və konsaltinq dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlığın konkret nəticələr, bilik və texnologiya transferi, institusional potensialın artırılması və müasir rəqəmsal dövlət maliyyəsi idarəetmə modelinin formalaşdırılması istiqamətində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, bu ilin aprel ayında Maliyyə Nazirliyinin nümayəndə heyəti Cənubi Koreyaya işgüzar səfər çərçivəsində "dBrain+" sistemi əsasında dövlət maliyyəsinin rəqəmsal idarə edilməsi təcrübəsi ilə tanış olub. Həmçinin, bundan əvvəl maliyyə naziri Sahil Babayevin KFIS-nin prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı dövlət maliyyəsinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Koreyanın "dBrain+" sistemi üzrə təcrübəsi əsasında ölkəmizdə vahid Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, maliyyə məlumatlarının mərkəzləşdirilməsi, dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində təcrübə mübadiləsi aparılıb.
Layihənin növbəti mərhələsində Koreya tərəfinin konsaltinq dəstəyi ilə dövlət maliyyəsinin idarə edilməsi üzrə mövcud vəziyyətin diaqnostikası, daxili maliyyə nəzarəti mexanizmlərinin inkişaf etdirilməsi, məlumatların və informasiya sistemləri arasında interfeyslərin inteqrasiyası, fiskal risklərin təhlili modellərinin və rol əsaslı idarəetmə panellərinin hazırlanması nəzərdə tutulur. Layihənin nəticəsi olaraq rəqəmsal xəzinədarlıq sisteminin konseptual dizaynının və mərhələli tətbiq yol xəritəsinin hazırlanması planlaşdırılır.
Görüş zamanı dövlət maliyyəsinin idarə edilməsində süni intellekt əsaslı həllərin tətbiqi, məlumat əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması, büdcə proqnozlaşdırılması, fiskal risklərin erkən müəyyən edilməsi, audit-nəzarət infrastrukturunun təkmilləşdirilməsi, habelə dövlət maliyyə informasiya sistemlərinin kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsi gələcək əməkdaşlıqda prioritet istiqamət kimi müəyyən edilib.

Hüquq və İnsan Haqları İnstitutu auditor seçib
Hüquq və İnsan Haqları İnstitutu 2025-ci il maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Financial Reporting Center" MMC-dir.
Qalib şirkətə 1 904 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Financial Reporting Center" MMC olub. Şirkətə 1 416 manat ödənilib.

İqtisadi Elmi Tədqiqat İnstitutu auditor seçib
İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, institutun maliyyə hesabatlarının auditini "Principal" MMC aparacaq.
Bu xidmətlərin göstərilməsinə görə şirkətə 1 000 manat ödəniləcək.
İqtisadi Elmi Tədqiqat İnstitutun 2024-ci il üzrə maliyyə hesabatlarının auditini "Azəruçot" MMC aparıb. Bunun üçün şirkətə 1 590 manat ödənilib.
İqtisadi Elmi Tədqiqat İnstitutu Prezident İlham Əliyevin 26 iyun 2021-ci il tarixli "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərmanına dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında yaradılıb.

Azərbaycanda ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılıb
Prezident İlham Əliyev Milli Məclisin iyulun 13-də qəbul etdiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, dəyişiklik Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanının yaradılmasını nəzərdə tutur.
Sözügedən yenilik 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq, onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Dövlət başçısı həmçinin yeni Vergi Məcəlləsinin tətbiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Məcəllənin 175.8-ci maddəsinə uyğun olaraq, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülməsi qaydasını və şərtlərini üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, yeni qanundan irəli gələn digər məsələləri həll etməlidir.

"Aqroservis" auditor seçib
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, "Aqroservis"in maliyyə hesabatlarının auditini "Grovv Audit And Consulting" QSC aparacaq.
Bu xidmətlərin göstərilməsinə görə şirkətə 9,44 min manat ödəniləcək.
ASC-nin 2024-ci il üzrə maliyyə hesabatlarının auditini "Professional Financial Experts" MMC aparıb. Bunun üçün şirkətə 16,215 min manat ödənilib.

Azərbaycan Mərkəzi Bankı auditor seçir
Azərbaycan Mərkəzi Bankı (AMB) Banklararası Kart Mərkəzinin (PCI DSS) və SWIFT Müştəri Təhlükəsizliyi Proqramının (Customer Security Program) auditi üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini avqustun 19-na qədər AMB-yə təqdim edə bilərlər.
Təkliflərə avqustun 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

"Embafinans" BOKT 7 milyon manatlıq istiqraz buraxır

Azərbaycanda 6 ayda büdcədən 155 milyon manata yaxın vəsait geri qaytarılıb

-
report.az
- Azərbaycandakı BOKT-ların balans kapitalının (kapitalındakı çatışmazlığın) məbləğinə görə renkinqi (01.01.2026)
Azərbaycandakı BOKT-ların balans kapitalının (kapitalındakı çatışmazlığın) məbləğinə görə renkinqi (01.01.2026)
"Report" Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) bu il yanvarın 1-nə balans kapitalının / kapitalındakı çatışmazlığın məbləğinə görə renkinqini təqdim edir:
| № | BOKT-un adı | BOKT-un balans kapitalı (kapitalındakı çatışmazlıq)(milyon manat) | BOKT-un balans kapitalının (kapitalındakı çatışmazlığın) dinamikası |
| 1 | Bircredit | 98,456 | 13,0% |
| 2 | Azpul | 63,749 | -10,2% |
| 3 | SF Azerbaijan | 39,804 | 11,8% |
| 4 | M Bulak | 32,528 | 11,7% |
| 5 | Nova Credit | 31,915 | 3376,6% |
| 6 | Embafinance | 30,928 | 19,9% |
| 7 | Credagro | 28,942 | 498,6% |
| 8 | Monetri | 24,314 | 27,0% |
| 9 | City Finance | 18,345 | 20,5% |
| 10 | Finca Azerbaijan | 17,458 | -3,5% |
| 11 | International | 14,154 | 19,4% |
| 12 | MJ Financial Services | 13,327 | 79,8% |
| 13 | İdeal Credit | 10,352 | 41,6% |
| 14 | MCB | 10,213 | 17,8% |
| 15 | Caspian Finance | 10,029 | 91,2% |
| 16 | Fintrend | 9,326 | 13,8% |
| 17 | Finance for development | 8,921 | 10,8% |
| 18 | Caspian Invest | 8,605 | 133,2% |
| 19 | Kapaz | 7,436 | 39,9% |
| 20 | FNC | 7,155 | 201,0% |
| 21 | Viator Microcredit Azerbaijan | 6,278 | 4,5% |
| 22 | Eurasia-Credit | 4,708 | 11,4% |
| 23 | TCF | 3,096 | 35,4% |
| 24 | Asel Credit | 2,957 | -25,9% |
| 25 | Brand Credit | 2,854 | 19,5% |
| 26 | Prior Credit | 2,481 | 5,8% |
| 27 | Azmicroinvest | 2,247 | 20,9% |
| 28 | Azcredit | 2,187 | -7,7% |
| 29 | Falcon Finance | 1,982 | -3,0% |
| 30 | Regional | 1,879 | 268,4% |
| 31 | Nas Project | 1,807 | -2,8% |
| 32 | Alfa Capital | 1,747 | 29,9% |
| 33 | Azerbaijan Micro-Credit | 1,535 | 15,2% |
| 34 | Credit Service | 1,486 | 10,3% |
| 35 | Merkuri | 1,415 | 118,0% |
| 36 | Credex | 1,395 | -12,7% |
| 37 | Forfinance * | 1,364 | - |
| 38 | Pro Credit | 1,315 | 8,0% |
| 39 | Fincapital | 1,209 | 28,6% |
| 40 | Payonix | 1,209 | 17,2% |
| 41 | Azfinance | 1,191 | 351,1% |
| 42 | Finans Credit | 1,189 | 12,6% |
| 43 | Caucasus-Credit | 1,128 | -2,4% |
| 44 | Azeri Star Microfinance | 1,086 | 220,4% |
| 45 | Azinvestcredit | 1,066 | 115,8% |
| 46 | İDK | 1,056 | -7,1% |
| 47 | İrshad | 1,027 | 10,4% |
| 48 | Finex Credit | 1,018 | -11,8% |
| 49 | Neo | 0,029 | -73,4% |
| 50 | Para | (12,905) | (-32,6%) |
| 51 | Agrocredit | Bəyan etməyib | Bəyan etməyib |
| 52 | Azercredit | Bəyan etməyib | Bəyan etməyib |
* "Forfinance" bazara ötən il daxil olub;

Azərbaycandakı BOKT-ların öhdəliklərinin məbləğinə görə renkinqi (01.01.2026)
"Report" Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) bu il yanvarın 1-nə öhdəliklərinin məbləğinə görə renkinqini təqdim edir:
| № | BOKT-un adı | BOKT-un öhdəlikləri (milyon manat) | BOKT-un öhdəliklərinin dinamikası |
| 1 | Nova Credit | 105,585 | 62376,3% |
| 2 | Fintrend | 81,465 | 29,7% |
| 3 | Finca Azerbaijan | 57,571 | -1,2% |
| 4 | Embafinance | 54,774 | 24,0% |
| 5 | International | 46,497 | 38,1% |
| 6 | FNC | 43,235 | 7,4% |
| 7 | MCB | 35,051 | 37,9% |
| 8 | M Bulak | 26,133 | 350,6% |
| 9 | Credagro | 24,227 | 351,3% |
| 10 | City Finance | 23,545 | 53,2% |
| 11 | Asel Credit | 16,252 | 131,6% |
| 12 | İdeal Credit | 13,835 | 30,5% |
| 13 | Credex | 11,893 | 10,3% |
| 14 | Monetri | 10,890 | 143,8% |
| 15 | Bircredit | 10,272 | 1027100,0% |
| 16 | Para | 10,063 | -73,3% |
| 17 | SF Azerbaijan | 8,703 | -81,1% |
| 18 | MJ Financial Services | 8,639 | 17,2% |
| 19 | Merkuri | 8,556 | 4,2% |
| 20 | Caspian Finance | 8,245 | 104,7% |
| 21 | Kapaz | 7,352 | 8,2% |
| 22 | Forfinance * | 7,123 | - |
| 23 | Caspian Invest | 6,690 | -25,5% |
| 24 | Nas Project | 6,513 | 97,5% |
| 25 | Azerbaijan Micro-Credit | 6,164 | -21,6% |
| 26 | Brand Credit | 6,003 | 35,8% |
| 27 | Falcon Finance | 5,436 | 15,4% |
| 28 | Regional | 4,709 | 14,0% |
| 29 | TCF | 4,094 | -69,4% |
| 30 | Viator Microcredit Azerbaijan | 4,012 | 62,1% |
| 31 | Finance for development | 3,392 | 4,2% |
| 32 | Fincapital | 3,374 | 31,6% |
| 33 | Alfa Capital | 2,233 | 35,2% |
| 34 | Pro Credit | 1,892 | 3,2% |
| 35 | Prior Credit | 1,764 | 14,7% |
| 36 | Finans Credit | 1,584 | -34,4% |
| 37 | Azpul | 1,177 | -81,7% |
| 38 | Azcredit | 1,036 | 25,0% |
| 39 | Finex Credit | 0,842 | -68,0% |
| 40 | Eurasia-Credit | 0,483 | 8,1% |
| 41 | Payonix | 0,467 | 653,2% |
| 42 | Azmicroinvest | 0,449 | 32,8% |
| 43 | Credit Service | 0,414 | 58,0% |
| 44 | Azfinance | 0,320 | 515,4% |
| 45 | Azeri Star Microfinance | 0,017 | 13,3% |
| 46 | Azinvestcredit | 0,016 | 700,0% |
| 47 | Caucasus-Credit | 0,016 | -55,6% |
| 48 | İDK | 0,002 | -99,4% |
| 49 | Neo | 0,002 | -91,3% |
| 50 | İrshad | 0,000 | -100,0% |
| 51 | Agrocredit | Bəyan etməyib | Bəyan etməyib |
| 52 | Azercredit | Bəyan etməyib | Bəyan etməyib |
* "Forfinance" bazara ötən il daxil olub;

Azərbaycandakı BOKT-ların kredit portfelinin məbləğinə görə renkinqi (01.01.2026)
"Report" Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) bu il yanvarın 1-nə kredit portfelinin məbləğinə görə renkinqini təqdim edir:
| № | BOKT-un adı | BOKT-un kredit portfeli (milyon manat) | BOKT-un kredit portfelinin dinamikası |
| 1 | Nova Credit | 135,599 | 85722,2% |
| 2 | Fintrend | 83,206 | 18,9% |
| 3 | Embafinance | 78,340 | 26,4% |
| 4 | Finca Azerbaijan | 62,956 | -1,5% |
| 5 | M Bulak | 54,684 | 62,4% |
| 6 | International | 51,257 | 35,0% |
| 7 | FNC | 49,490 | 16,4% |
| 8 | MCB | 39,711 | 19,2% |
| 9 | City Finance | 39,563 | 35,8% |
| 10 | Credagro | 37,447 | 470,1% |
| 11 | SF Azerbaijan | 28,593 | -50,6% |
| 12 | Azpul | 23,047 | -55,8% |
| 13 | İdeal Credit | 22,005 | 39,9% |
| 14 | Monetri | 20,567 | 133,1% |
| 15 | MJ Financial Services | 16,315 | 16,3% |
| 16 | Caspian Invest | 14,882 | 21,9% |
| 17 | Asel Credit | 14,463 | 247,2% |
| 18 | Caspian Finance | 14,159 | 60,1% |
| 19 | Credex | 13,047 | 9,5% |
| 20 | Kapaz | 12,238 | 14,7% |
| 21 | Finance for development | 10,971 | 7,1% |
| 22 | Viator Microcredit Azerbaijan | 9,266 | 19,2% |
| 23 | Merkuri | 8,892 | 14,9% |
| 24 | Forfinance * | 7,852 | - |
| 25 | Nas Project | 7,379 | 45,5% |
| 26 | Brand Credit | 7,351 | 23,5% |
| 27 | Falcon Finance | 7,015 | 7,4% |
| 28 | Azerbaijan Micro-Credit | 6,658 | -18,4% |
| 29 | Regional | 4,834 | 16,1% |
| 30 | Eurasia-Credit | 4,526 | 4,0% |
| 31 | Prior Credit | 3,988 | 8,6% |
| 32 | Fincapital | 3,872 | 28,9% |
| 33 | TCF | 3,746 | -73,9% |
| 34 | Alfa Capital | 3,213 | 42,7% |
| 35 | Azcredit | 2,851 | 19,9% |
| 36 | Pro Credit | 2,595 | 0,6% |
| 37 | Finans Credit | 2,521 | -16,3% |
| 38 | Azmicroinvest | 2,397 | 16,0% |
| 39 | Finex Credit | 1,542 | -43,2% |
| 40 | Payonix | 1,462 | 198,4% |
| 41 | Credit Service | 1,419 | 0,9% |
| 42 | Caucasus-Credit | 1,029 | -6,5% |
| 43 | Azinvestcredit | 0,857 | 182,8% |
| 44 | Azfinance | 0,774 | 146,5% |
| 45 | Azeri Star Microfinance | 0,713 | 124,2% |
| 46 | İDK | 0,705 | 5,7% |
| 47 | İrshad | 0,495 | 2052,2% |
| 48 | Para | 0,155 | -98,5% |
| 49 | Neo | 0,028 | -31,7% |
| 50 | Bircredit ** | 0,000 | - |
| 51 | Agrocredit | Bəyan etməyib | Bəyan etməyib |
| 52 | Azercredit | Bəyan etməyib | Bəyan etməyib |
* "Forfinance" bazara ötən il daxil olub;
** "Bircredit"in son 1 ildə kredit portfeli olmayıb;

Azərbaycandakı BOKT-ların aktivlərinin məbləğinə görə renkinqi (01.01.2026)
"Report" Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) bu il yanvarın 1-nə aktivlərinin məbləğinə görə renkinqini təqdim edir:
| № | BOKT-un adı | BOKT-un aktivləri (milyon manat) | BOKT-un aktivlərinin dinamikası |
| 1 | Nova Credit | 137,499 | 12549,4% |
| 2 | Bircredit | 108,729 | 24,7% |
| 3 | Fintrend | 90,791 | 27,8% |
| 4 | Embafinance | 85,702 | 22,4% |
| 5 | Finca Azerbaijan | 75,029 | -1,8% |
| 6 | Azpul | 64,926 | -16,1% |
| 7 | International | 60,651 | 33,2% |
| 8 | M Bulak | 58,661 | 68,0% |
| 9 | Credagro | 53,168 | 421,1% |
| 10 | FNC | 50,390 | 18,2% |
| 11 | SF Azerbaijan | 48,507 | -40,6% |
| 12 | MCB | 45,264 | 32,8% |
| 13 | City Finance | 41,889 | 36,9% |
| 14 | Monetri | 35,204 | 49,0% |
| 15 | İdeal Credit | 24,187 | 35,0% |
| 16 | MJ Financial Services | 21,967 | 48,6% |
| 17 | Asel Credit | 19,209 | 74,5% |
| 18 | Caspian Finance | 18,274 | 97,1% |
| 19 | Caspian Invest | 15,295 | 20,7% |
| 20 | Kapaz | 14,787 | 22,1% |
| 21 | Credex | 13,288 | 7,3% |
| 22 | Finance for development | 12,314 | 8,9% |
| 23 | Viator Microcredit Azerbaijan | 10,290 | 21,3% |
| 24 | Merkuri | 9,971 | 12,5% |
| 25 | Brand Credit | 8,857 | 30,1% |
| 26 | Forfinance * | 8,487 | - |
| 27 | Nas Project | 8,320 | 61,3% |
| 28 | Azerbaijan Micro-Credit | 7,699 | -16,2% |
| 29 | Falcon Finance | 7,419 | 9,8% |
| 30 | TCF | 7,191 | -54,2% |
| 31 | Regional | 6,588 | 41,9% |
| 32 | Eurasia-Credit | 5,191 | 11,1% |
| 33 | Para | 5,157 | -72,1% |
| 34 | Fincapital | 4,583 | 30,8% |
| 35 | Prior Credit | 4,245 | 9,3% |
| 36 | Alfa Capital | 3,980 | 32,8% |
| 37 | Azcredit | 3,222 | 0,8% |
| 38 | Pro Credit | 3,206 | 5,1% |
| 39 | Finans Credit | 2,773 | -20,1% |
| 40 | Azmicroinvest | 2,696 | 22,8% |
| 41 | Credit Service | 1,900 | 18,1% |
| 42 | Finex Credit | 1,860 | -50,9% |
| 43 | Payonix | 1,676 | 53,1% |
| 44 | Azfinance | 1,511 | 378,2% |
| 45 | Caucasus-Credit | 1,144 | -4,1% |
| 46 | Azeri Star Microfinance | 1,103 | 210,7% |
| 47 | Azinvestcredit | 1,082 | 117,7% |
| 48 | İDK | 1,059 | -27,4% |
| 49 | İrshad | 1,027 | -6,0% |
| 50 | Neo | 0,031 | -76,5% |
| 51 | Agrocredit | Bəyan etməyib | Bəyan etməyib |
| 52 | Azercredit | Bəyan etməyib | Bəyan etməyib |
* "Forfinance" bazara ötən il daxil olub;

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 71,99 | - 3,27 | 11,14 |
| Neft WTI (dollar/barel) | 69,23 | - 2,69 | 11,81 |
| Qızıl (dollar/unsiya) | 4 096,30 | 48,70 | - 244,80 |
| İndekslər | |||
| Dow-Jones | 51 876,11 | - 44,51 | 3 812,82 |
| S&P 500 | 7 354,02 | - 3,47 | 508,52 |
| Nasdaq | 25 297,62 | - 60,99 | 2 055,63 |
| Nikkei | 69 360,88 | - 3 005,46 | 19 021,40 |
| Dax | 24 671,22 | - 323,61 | 180,81 |
| FTSE 100 | 10 508,02 | - 21,87 | 576,64 |
| CAC 40 INDEX | 8 384,87 | - 46,74 | 235,37 |
| Shanghai Composite | 4 027,26 | - 93,02 | 58,42 |
| Bist 100 | 14 274,02 | 14,27 | 3 012,50 |
| RTS | 934,35 | - 5,80 | - 179,78 |
| Valyuta | |||
| USD/EUR | 1,1384 | 0,0008 | - 0,0361 |
| USD/GBP | 1,3200 | - 0,0001 | - 0,0273 |
| JPY/USD | 161,7400 | - 0,0500 | 5,2900 |
| RUB/USD | 78,4149 | 2,7600 | - 0,3351 |
| TRY/USD | 46,6202 | 0,0600 | 3,6640 |
| CNY/USD | 6,8005 | 0,0000 | - 0,1885 |

Azərbaycanda nağdsız ödənişlər 14 % artıb
Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 14 % artaraq 8 milyard 680 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,62 milyard manatı (87,8 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 058 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.
Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 827 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 3,9 %, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 13,2 % artaraq 20,763 milyon, kredit kartlarının sayı isə 2,5 % azalaraq 2,064 milyon olub. Mayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,21 milyard manat (illik müqayisədə 4,7 % çox) və 631 milyon manat (_22,2 %) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 5,1 %, POS-terminalların sayı isə 19,3 % artaraq müvafiq olaraq 3 590 ədəd (Bakı üzrə 1 931 ədəd) və 160 897 ədəd (Bakı üzrə 100 696 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Azərbaycanda manatla geniş pul kütləsi 17 %-dən çox artıb
Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 51 milyard 500,4 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 3,3 %, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə 6,6 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 41 milyard 961,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3,7 %, ilin əvvəlinə nisbətən 3,9 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 17,3 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 32 milyard 641,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,4 %, ilin əvvəlinə nisbətən 1,4 %, 2025-ci ilin iyunun 1-i ilə ilə müqayisədə 15,1 % çoxdur.
İyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 884,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 5,2 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 16,7 % çoxdur.

Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 18 %-dən çox artıb
Bu il iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 42 milyard 232,8 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,2 %, ilin əvvəlinə nisbətən 1,2 % çox, ötən il iyunun 1-i ilə müqayisədə 2,3 % azdır.
Depozit portfelinin 47,4 %-i, yaxud 20 milyard 035,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 19,3 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,2 % artaraq 17 milyard 799,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 33,1 % artaraq 4 milyard 397,6 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 687,4 milyon manatı (1 il əvvələ nisbətən 7,5 % az) qısamüddətli, 19 milyard 545,4 milyon manatı (+4,6 %) isə uzunmüddətli olub.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 % artıb
Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 908,4 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 3 %, ötən il iyunun 1-i ilə müqayisədə 9 % çoxdur.
Kredit qoyuluşunun 22 milyard 643,6 milyon manatı və yaxud 68,8 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 7,9 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 242,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,3 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 25 %-ə çatıb.
İyunun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 22,6 milyon manat olub. Bu, illik müqayisədə 12,2 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6 %-dən 6,1 %-ə qalxıb.
Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 52-dir.

Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 16 %-ə yaxın artıb
Bu ilin iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 30 milyard 088,6 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 16,4 %, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə isə 1 % çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 411,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,7 % çox, ilin əvvəlinə nisbətən 10,8 % az, ötən il iyunun 1-i ilə ilə müqayisədə isə 15,6 % çoxdur.
Azərbaycanda ümumi aktivləri 59 milyard 183,7 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Azərbaycan manatının dövretmə sürəti azalıb
Bu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə eyni, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin iyunun 1-nə nisbətən isə 0,4 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri mayda azalıb
Bu il iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,5 bənd təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,4 bənd az, ilin əvvəlinə nisbətən eyni, ötən ilin iyunun 1-i ilə müqayisədə 1,2 bənd azdır.
Hesabat dövrüdə real effektiv məzənnə 114,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,8 bənd, ilin əvvəlinə nisbətən 1,3 bənd, ötən il iyunun 1-i ilə müqayisədə isə 3 bənd azdır.

Azərbaycanda əmlak sığortası bazarı 17 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda əmlak sığortası üzrə 104,316 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 18,458 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 5,2 % çoxdur.
5 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,7 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 19,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 11 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 282,15 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11 % artaraq 121,525 milyon manata çatıb.
Beləliklə, 5 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 36,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 40 %-dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 450,482 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 40,3 % artaraq 288,111 milyon manata çatıb.
Beləliklə, 5 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 64 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 49,2 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

-
report.az
- AIIB Azərbaycana birgə layihələrdən ibarət çoxillik portfel formalaşdırmağı təklif edib - EKSKLÜZİV
AIIB Azərbaycana birgə layihələrdən ibarət çoxillik portfel formalaşdırmağı təklif edib - EKSKLÜZİV
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycanda yeni layihələrin, o cümlədən dəmir yolu və liman infrastrukturunun inkişafı, bərpa olunan enerji sahəsində təşəbbüslərin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.
Bu barədə "Report"un Almatıya ezam olunmuş əməkdaşına AIIB-nin tərəfdaşlıq üzrə direktoru Kazuhiro Nomoto bildirib.
Onun sözlərinə görə, Asiya və Avropa arasında nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi Azərbaycanı bankın əsas tərəfdaşlarından birinə çevirir.
"Biz həm suveren, həm də qeyri-suveren xətt üzrə bir sıra layihələr üzərində işləyirik. Bundan başqa, çoxillik perspektivli layihələr portfelini birgə müzakirə etmək üçün Azərbaycan hökuməti ilə hər il dəyirmi masaların təşkili imkanını nəzərdən keçiririk", - K.Nomoto bildirib.
O vurğulayıb ki, AIIB bərpa olunan enerji mənbələri sektorunun inkişafına xüsusi diqqət yetirir.
"Biz artıq "Trans-Xəzər yaşıl enerji dəhlizi" layihəsinə (Mərkəzi Asiya-Azərbaycan) texniki yardım göstərmişik. Hazırda Asiya İnkişaf Bankı ilə layihənin hazırlanması istiqamətində sıx əməkdaşlıq edir, onu kommersiya cəhətdən səmərəli əsasda və mümkün qədər tez bir zamanda həyata keçirməyə çalışırıq", - bankın nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, AIIB-nin enerji sektorundakı strategiyası üç istiqamətə əsaslanır: ilkin mərhələlərdə layihələrin hazırlanmasında iştirak etmək, maliyyələşdirmə və texniki yardımın vəhdəti vasitəsilə yerli maliyyə institutlarına dəstək göstərmək, eləcə də iqlim siyasətinin və Paris Sazişi üzrə milli öhdəliklərin icra mexanizmlərinin hazırlanmasında hökumətə kömək etmək.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafından danışan K.Nomoto vurğulayıb ki, bank Azərbaycanda dəmir yolu infrastrukturunun və logistika mərkəzlərinin genişləndirilməsi və limanların modernləşdirilməsi layihələrini nəzərdən keçirir.
"Biz təkcə Azərbaycan hökuməti ilə deyil, digər çoxtərəfli inkişaf bankları - İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Dünya Bankı ilə də müzakirələr aparırıq. Məqsədimiz bu layihələrin birgə maliyyələşdirilməsi üçün əlaqələndirilmiş mexanizm hazırlamaqdır", - o bildirib.
AIIB-nin tərəfdaşlıq üzrə direktorunun sözlərinə görə, bu yaxınlarda İslam İnkişaf Bankının Bakıda keçirilmiş illik toplantısında beynəlxalq maliyyə institutlarının nümayəndələrinin görüşü bu istiqamətdə mühüm addım olub.
"İdeya çoxtərəfli inkişaf banklarının səylərini birləşdirməsi və bu layihələri uzlaşdırılmış şəkildə maliyyələşdirməsindən ibarətdir. Hazırda məhz bu yanaşmanı rəhbər tuturuq", - K.Nomoto qeyd edib.
O əlavə edib ki, Azərbaycanla AIIB arasında əməkdaşlığın perspektivli istiqamətləri sırasında dəmir yolu infrastrukturunun inkişafı və limanların tutumunun genişləndirilməsi layihələri yer alır: "Bununla belə, təşəbbüslərin əksəriyyəti hələ ilkin hazırlıq mərhələsindədir, buna görə də onların detalları barədə danışmaq hələ tezdir."

Azərbaycanda icbari sığorta üzrə ödənişlər təqribən 15 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 118,078 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 65,954 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 14,9 % çoxdur.
Beləliklə, 5 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 33,5 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

Azərbaycanda könüllü sığorta bazarı 12 %-dən çox böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 614,555 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 343,682 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 33,5 % çoxdur.
Beləliklə, 5 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 47 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

IsDB Özbəkistana "yaşıl sukuk"la bağlı tənzimləmə bazasının hazırlanmasında kömək edir
İslam İnkişaf Bankı (IsDB) Özbəkistan hökuməti ilə birlikdə "yaşıl sukuk" haqqında qanun və müvafiq normativ-hüquqi baza hazırlayır.
"Report"un Almatıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu aparıcı ekspertlər qrupunun rəhbərinin müavini, IsDB-nin İslam maliyyəsi üzrə mütəxəssisi Yəhya Rəhman Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumu çərçivəsində keçirilən "Texniki yardım investisiyaların katalizatoru kimi: beynəlxalq inkişaf banklarının baxışı" mövzusunda sessiyada bildirib.
Onun sözlərinə görə, IsDB-nin islam maliyyəsi sahəsindəki texniki yardım modeli təkcə hökumətlərlə deyil, həm də digər çoxtərəfli inkişaf bankları ilə əməkdaşlığı nəzərdə tutur.
"Özbəkistanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birlikdə işləyirik, çünki təşkilatın alternativ maliyyələşdirmə mexanizmi mövcuddur. Bundan başqa, biz sukuk (İslam istiqrazları) bazarının inkişafında Asiya İnkişaf Bankı və digər çoxtərəfli inkişaf banklarla əməkdaşlıq edirik. Hazırda biz Özbəkistan hökumətinə "yaşıl sukuk" haqqında qanunun və zəruri normativ-hüquqi bazanın hazırlanmasında dəstək göstəririk", - Y.Rəhman bildirib.
O qeyd edib ki, IsDB həmçinin Azərbaycanda kapital bazarının inkişafı üzrə texniki yardım layihəsi həyata keçirir.
"Özbəkistanda əvvəllər təsdiq etdiyimiz texniki yardım artıq İslam maliyyəsi sahəsində pərakəndə bankçılıq haqqında qanunun qəbul edilməsinə töhfə verib. Biz analoji işi Tacikistanda və regionun digər ölkələrində də uğurla həyata keçirmişik", - o əlavə edib.
Y.Rəhmanın sözlərinə görə, IsDB-nin texniki yardımı İslam maliyyə bazarının inkişafında katalizator rolunu oynayır.
"İnvestorlar və maliyyə institutları yeni bazara daxil olduqda, onlara aydın olan oyun qaydaları və əlverişli normativ mühit lazımdır. Onlar qanunvericiliyin artıq qüvvədə olduğuna əmin olmalıdırlar. Buna görə də biz ilk olaraq zəruri hüquqi bazanın yaradılmasına kömək edirik, bundan sonra isə özəl sektor, beynəlxalq maliyyə institutları və dövlət təşkilatları əminliklə investisiya yatıra və İslam maliyyə institutlarını inkişaf etdirə bilərlər", - IsDB nümayəndəsi vurğulayıb.

"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən döyüş zamanı şəhid olmuş "Azər Türk Bank" ASC-nin əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Şəhidlərimizin ruhu şad olsun. ATB kollektivi bütün şəhidlərimizi qürurla yad edir!

-
report.az
- ADB yuxarı orta gəlirli ölkələrdə texniki yardımın birgə maliyyələşdirilməsi modelini tətbiq edəcək
ADB yuxarı orta gəlirli ölkələrdə texniki yardımın birgə maliyyələşdirilməsi modelini tətbiq edəcək
Asiya İnkişaf Bankı (ADB) xərclərin Qazaxıstanda ödənilməsi şərtilə texniki yardım təcrübəsini yeni ölkələrdə tətbiq etmək niyyətindədir.
"Report"un Almatıya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu ADB-nin Qazaxıstan üzrə direktoru Utsav Kumar Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumu çərçivəsində keçirilən "Texniki yardım investisiyaların katalizatoru kimi: beynəlxalq inkişaf banklarının baxışı" adlı sessiyada deyib.
"Biz Qazaxıstanda bu yanaşmanı 2013-cü ildən Bilik və Təcrübə Mübadiləsi Proqramı (KEEP) vasitəsilə həyata keçiririk və hazırda bu təcrübəni digər ölkələrdə də tətbiq edirik", - U.Kumar bildirib.
Onun sözlərinə görə, KEEP proqramı çərçivəsində ADB Qazaxıstan hökuməti ilə xərclərin ən azı 50/50 nisbətində bölüşdürülməsini nəzərdə tutan birgə maliyyələşdirmə mexanizmi tətbiq edib. Model biliklərin ötürülməsi, institusional potensialın artırılması və investisiya təşəbbüslərinin hazırlanması ilə bağlı layihələri əhatə edir.
U.Kumar qeyd edib ki, gələcəkdə bu yanaşma yuxarı orta gəlirli ölkələrdə getdikcə daha fəal şəkildə tətbiq olunacaq.
O, modelin əsas üstünlükləri arasında tərəflərin qarşılıqlı marağını və məsuliyyətini, həmçinin beynəlxalq maliyyə institutlarının yalnız öz təcrübəsindən deyil, həm də ADB-nin üzvü olan digər inkişaf etməkdə olan ölkələrin təcrübəsindən faydalanmaq imkanını xüsusi qeyd edib. U.Kumarın sözlərinə görə, bank Qazaxıstanın dövlət orqanları və aidiyyəti qurumlarla birgə maliyyələşdirmə mexanizmləri ilə bağlı davamlı dialoq aparır.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (26.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 73,75 | 0,01 | 12,90 |
| Neft WTI (dollar/barel) | 70,44 | 0,10 | 13,02 |
| Qızıl (dollar/unsiya) | 4 017,70 | 7,90 | -323,40 |
| İndekslər | |||
| Dow-Jones | 51 920,62 | 71,72 | 3 857,33 |
| S&P 500 | 7 357,49 | -0,73 | 511,99 |
| Nasdaq | 25 358,60 | -118,04 | 2 116,61 |
| Nikkei | 69 026,14 | -148,83 | 18 686,66 |
| Dax | 24 994,83 | 254,47 | 504,42 |
| FTSE 100 | 10 529,89 | 68,26 | 598,51 |
| CAC 40 INDEX | 8 431,61 | 46,12 | 282,11 |
| Shanghai Composite | 4 123,26 | 12,45 | 154,42 |
| Bist 100 | 14 259,75 | -71,46 | 2 998,23 |
| RTS | 940,15 | -5,02 | -173,98 |
| Valyuta | |||
| USD/EUR | 1,1376 | 0,0010 | -0,0369 |
| USD/GBP | 1,3201 | 0,0020 | -0,0272 |
| JPY/USD | 161,6400 | -0,1400 | 5,1900 |
| RUB/USD | 75,2252 | 0,3798 | -3,5248 |
| TRY/USD | 46,6199 | 0,1233 | 3,6637 |
| CNY/USD | 6,8024 | -0,0109 | -0,1866 |

"Apple" səhmləri məhsul qiymətinin artımlarından sonra 6 %-dən çox ucuzlaşıb
Amerikanın "Apple" korporasiyasının səhmləri "Nasdaq" birjasında 6,12 % ucuzlaşaraq 275,15 dollarla bağlanıb.
"Report"un məlumatına görə, bunu "Nasdaq" elektron birjasının ticarət məlumatları göstərir.
Cümə axşamı şirkət "Mac" kompüterləri və "iPad" planşet xətlərində qiymətlərini artırıb. Modeldən asılı olaraq cihazların qiyməti təxminən 100-300 dollar artıb.
Daha əvvəl "Apple"ın baş direktoru Tim Kuk mikrosxemlərin qiymətinin kəskin artması səbəbindən bəzi məhsulların qiymətlərini artırmaq planlarını açıqlayıb.
"NBC News" telekanalı qeyd edib ki, kotirovkaların 6,12 % azalması "Apple" üçün bir ildən çox müddətdə ən pis nəticə olub.

"IUC Group Turkey": Tənzimləmə xərcləri brokerlərin birləşməsini sürətləndirir
Tənzimləmə xərcləri brokerlərin birləşməsini sürətləndirir.
"Report" xəbər verir ki, bunu "IUC Group Turkey" şirkətinin baş icraçı direktoru (CEO) Menekşe Uçaroğlu Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, tənzimləmə və komplayens xərcləri kifayət qədər yüksəkdir: "Bu baxımdan, birləşmələr həmin xərclərin öhdəsindən gəlmək üçün məntiqli addım sayıla bilər. Xüsusilə məlumatların qorunması, kibertəhlükəsizlik və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsindəki xərclər qlobal brokerlər üçün böyük əhəmiyyət daşıyır. Buna görə də miqyasın böyüməsi onlar üçün üstünlükdür. Bundan əlavə, brokerlərə investisiya yatıran özəl kapital fondları onları bir araya gətirir və broker şirkətlərini ardıcıl şəkildə satın almağa meyllidirlər. Biz bunu öz ölkəmizdə də müşahidə edirik".
Bununla belə, M.Uçaroğlunun sözlərinə görə, bunun əksini göstərən bir tendensiya da mövcuddur: "Həyatda, biznesdə müəyyən mənada sinusoidal dalğa müşahidə olunur: proseslər bəzən yüksəlir, bəzən isə enişə keçir. Hesab edirəm ki, böyük brokerlər mövcud olduqca, xüsusilə karyerada sürətlə irəliləmək istəyən və uzun illər gözləməyə hazır olmayan gənc mütəxəssislər şirkətlərdən ayrılaraq öz broker şirkətlərini yaradacaqlar. Xüsusilə yeni nəsilin nümayəndələri qərarvermə mövqeyinə gəlmək üçün uzun müddət gözləmək istəmirlər. Nəticədə böyük brokerlər istedadlı gənc mütəxəssisləri itirmək riski ilə üzləşirlər. Buna görə də bazar bir dövrdə konsolidasiyaya doğru gedirsə, digər mərhələdə yenidən parçalanma və yeni şirkətlərin yaranması prosesi baş verir. Mən hesab edirəm ki, bu dövri proses gələcəkdə də davam edəcək".

Azərbaycan BOKT-u təşkilati-hüquqi formasını dəyişir
FNC QSC bank olmayan kredit təşkilatı (BOKT) təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrildiyini elan edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Xatırladaq ki, FNC 2021-ci ildə yaradılıb. BOKT-un səhmdarı 100 % Xəqani Məmmədovdur.

"Aon": Böyük investisiyalar qlobal broker bazarında konsolidasiyanı sürətləndirir
Böyük investisiyalar qlobal broker bazarında konsolidasiyanı sürətləndirir.
"Report" xəbər verir ki, bunu "Aon" şirkətinin MDB ölkələri üzrə təkrarsığorta təcrübəsi departamentinin rəhbəri Alla Migashko Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, xüsusilə ən böyük brokerlər arasında daha çox mərkəzləşmə və konsolidasiya müşahidə olunacaq: "Lakin bu, bazarda yalnız bir neçə brokerin qalacağı anlamına gəlmir. Bunun əsas səbəblərindən biri miqyasın getdikcə daha böyük əhəmiyyət kəsb etməsidir. Çünki texnologiyaya, məlumatların təhlilinə, analitikaya, süni intellektə (AI) və qlobal xidmətlərin göstərilməsinə yönələn investisiyalar getdikcə daha baha başa gəlir. Böyük şirkətlər isə bu cür investisiyaları həyata keçirmək üçün daha əlverişli mövqedə olurlar.
Eyni zamanda, kiçik ixtisaslaşmış brokerlərin bazardan yox olacağını düşünmürəm. Əksinə, qeyd etdiyiniz kimi, MGA-lərin (Baş İdarəedici Agentliklər) və niş brokerlərin inkişafı davam edir. Onlar müəyyən sahələr, məhsullar və ya texnologiyalar üzrə dərin ekspertiza təqdim edirlər".
"Nəticə etibarilə, bu tendensiyanın hansı həddə qədər davam edəcəyinə müştərilər qərar verəcəklər. Böyük transmilli şirkətlərə çox vaxt qlobal imkanlar və inteqrasiya olunmuş həllər lazım olur. Daha kiçik müştərilər isə hələ də yerli ekspertizaya üstünlük verirlər. Beləliklə, mən gələcəyi bir neçə nəhəng şirkətin hökmranlıq etdiyi bazar kimi deyil, iri qlobal və regional oyunçuların, eləcə də ixtisaslaşmış şirkətlərin birgə fəaliyyət göstərdiyi və hər birinin mühüm rol oynadığı bir ekosistem kimi görürəm", - deyə A.Migashko əlavə edib.

-
report.az
- "Gargash Insurance": İnkişaf etməkdə olan bazarlara qlobal risklər daha çox təsir göstərir
"Gargash Insurance": İnkişaf etməkdə olan bazarlara qlobal risklər daha çox təsir göstərir
İnkişaf etməkdə olan bazarlar qlobal risklərdən daha çox təsirlənir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən "Gargash Insurance" şirkətinin icraçı direktoru, "Chartered Insurance Institute"un beynəlxalq məsələlər üzrə vitse-prezidenti və xoşməramlı səfiri Suresh Nair XI Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda bildirib.
"Risklər həmişə olub, lakin bu gün risklər daha dinamikdir və bir-biri ilə sıx əlaqəlidir. Bu yaxınlarda şahidi olduq və hazırda da görürük ki, dünyanın bir hissəsində baş verən geosiyasi hadisə, başqa bir bölgədə aclığa və sosial gərginliyə səbəb ola bilir. Biz hələ də bütün bu proseslərin tam nəticələrini görməmişik. Risklərin inkişaf dinamikasına nəzər saldıqda isə aydın olur ki, bəzi riskləri hətta kəmiyyətlə ölçmək belə mümkün deyil. Bu isə o deməkdir ki, meydana çıxan yeni riskləri idarə etmək üçün təkcə sığorta deyil, digər həll mexanizmlərinə də ehtiyac var. Risklərdə olduğu kimi, bu amillərin də əksəriyyəti bir-biri ilə sıx bağlıdır", - deyə o qeyd edib.
Məsələn, icraçı direktorun sözlərinə görə, ənzimləyici tələblərlə süni intellektin təsiri birlikdə nəzərdən keçirilsə, bir çox məhsulun əmtəələşdiyini görünər: "Məhsul əmtəəyə çevrildikdən sonra rəqabət əsasən qiymət üzərində qurulur. Qiymət rəqabəti başladıqda gəlirlər azalır və əməliyyat xərclərinə daha ciddi nəzarət etmək zərurəti yaranır. Bu isə şirkətləri rəqəmsal transformasiyaya sövq edir. Rəqəmsal transformasiya dərinləşdikcə müştəri davranışı dəyişir və nəticədə süni intellekt alqoritmləri də bu yeni davranış modellərini mənimsəyir. Beləliklə, yenidən bütün amillərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu bir dövrə qayıdırıq. Bəs bu vəziyyət inkişaf etməkdə olan bazarlardakı brokerlər üçün nə deməkdir? Sadə cavab ondan ibarətdir ki, transmilli brokerlərə təsir edən eyni qüvvələr inkişaf etməkdə olan bazarlardakı yerli iştirakçılara da təsir göstərir. Fərq ondadır ki, bu bazarlarda yüksəlişlər daha kəskin, enişlər isə daha dərin olur, çünki təsirlər daha sərt hiss edilir. Bir çox inkişaf etməkdə olan bazarda sığortanın nüfuzetmə səviyyəsi, yetkin bazarlarla müqayisədə, aşağıdır. Buna görə də bazarın onsuz da kiçik olan payından müəyyən hissə itirildikdə, bunun təsiri daha böyük və daha ağrılı şəkildə hiss olunur".

"Tawuniya": Azərbaycanın sığorta sektoru süni intellekt dövrünə daxil olur
Azərbaycanın sığorta sektoru süni intellekt dövrünə daxil olur.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtə Ər-Riyadda fəaliyyət göstərən "Tawuniya" şirkətinin birbaşa satışlar üzrə direktoru, kommersiya arbitri, "Chartered Insurance Institute"un xoşməramlı səfiri Yosef Alshabrami Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəqəmsal transformasiya sahəsində əhəmiyyətli irəliləyiş əldə edir: "Xüsusilə də, səhv etmirəmsə, 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasının tətbiqindən sonra rəqəmsal xidmətlər və maliyyə texnologiyaları sahəsi çox sürətlə inkişaf edir. Süni intellekt sığorta sənayesinə də əlavə dəyər qazandıra bilər. Hazırda əsas imkan ondan ibarətdir ki, bu texnologiyadan sığorta sektorunda daha geniş istifadə olunsun. Buna görə də hesab edirəm ki, yaxın bir neçə il ərzində Azərbaycan bu sahədə çox ciddi irəliləyişə nail olacaq".

Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq edilə bilər
Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq oluna bilər.
"Report" xəbər verir ki, bunu "Chartered Insurance Institute"un (CII) baş icraçı direktoru (CEO) Metyu Hill XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi institut dünyanın müxtəlif ölkələrində fərqli təşkilatlarla tərəfdaşlıq şəraitində fəaliyyət göstərir: "Həmin təşkilatların bir çoxunun analoqları Azərbaycan bazarında da mövcuddur. Bu, CII üçün çox həyəcanverici bir dövrdür. Çünki dünya üzrə institutlar və təşkilatlarla strateji tərəfdaşlıqlar qurmaq yanaşmamızı daha çevik etmək üçün fəaliyyət modelimizi müasirləşdirməyə çalışırıq. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanda da dərhal tətbiq oluna biləcək bir sıra modellər mövcuddur. Məsələn, BƏƏ-dəki Maliyyə İnstitutu ilə qurduğumuz uğurlu əməkdaşlığı qeyd edə bilərəm. Orada institut Mərkəzi Bankın hədəfləri çərçivəsində insan kapitalının inkişafını sürətləndirməyə çalışır. Biz də həmin institutun fəaliyyətinə dəstək vermək üçün onunla yaxından əməkdaşlıq edir, genişmiqyaslı peşəkar təlimlərə və kvalifikasiya proqramlarına çıxışı təmin edirik".
M.Hill əlavə edib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən müəssisə və institutlarla tərəfdaşlıq qurmağın yüzlərlə fərqli yolu var: "Hesab edirəm ki, CII olaraq biz peşəkarlığın inkişafına böyük önəm veririk və bu dəyərləri bölüşən hər bir tərəfdaşla əməkdaşlığa hazırıq. Bizim üçün ən vacib məsələ isə dünyanın müxtəlif ölkələrində tanınmağımıza səbəb olan ciddi yanaşmanı və yüksək keyfiyyət reputasiyasını qoruyub saxlamaqdır".

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib
Prezident İlham Əliyev 26 yanvar 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edib.
"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, sahibin normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası, habelə dövlət xidmətləri göstərməsi zamanı dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin emissiya etdiyi qiymətli kağızlar barədə reyestr məlumatları tələb olunduqda, bu məlumat bilavasitə həmin hüquqi şəxslərin özündən əldə edilir.

Sığortaçı: "Rəqəmsallaşma sektorun fəaliyyət modelini dəyişir"
Rəqəmsallaşma Azərbaycanda sığorta sektorunun fəaliyyət modelini dəyişir.
"Report" xəbər verir ki, bunu ölkənin "Atəşgah Həyat Sığorta" ASC-nin Direktorlar Şurasının sədri Namiq Xəlilov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif sahələrdə rəqəmsallaşmanın inkişafına böyük diqqət yetirir: "Lakin ilk addımlar hökumət atıb. Təxminən 10 ildən çox əvvəl dövlət xidmətlərinin elektron formada tətbiq edilməsinə başlanılıb və bu proses davamlı olaraq inkişaf edir. Bu gün, dövlət xidmətlərinin böyük əksəriyyətini əldə etməyə imkan verən "MyGov" mobil tətbiqi mövcuddur. Mənim fikrimcə, ikinci mühüm sahə elektron ödənişlər, fintex və rəqəmsal əməliyyatların inkişafı ilə bank sektorudur. Eyni zamanda, sığorta sənayesi də daha intensiv şəkildə rəqəmsallaşmağa başlayır, anderraytinq, idarəetmə və zərərlərin tənzimlənməsi proseslərində texnoloji alətlərin tətbiqini genişləndirir".

-
report.az
- Azərbaycan Qazaxıstanla maliyyə sektorunda süni intellektdən istifafə imkanlarını müzakirə edib
Azərbaycan Qazaxıstanla maliyyə sektorunda süni intellektdən istifafə imkanlarını müzakirə edib
Azərbaycan Mərkəzi Bankının (AMB( sədr müavini Toğrul Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyində işgüzar səfərdə olub.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində Agentliyin sədri Mədinə Abılkasımova və qurumun məsul rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşdə kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və nəzarətinə dair mövzular ətrafında geniş fikir mübadiləsi aparılaraq bu istiqamətdə qurumlararası birgə əməkdaşlıq məsələlərinin əhəmiyyəti və səmərəsi vurğulanıb.
İki qurumun nümayəndələri arasında keçirilmiş çoxsaylı işgüzar görüşlərdə risk əsaslı nəzarətin əsas elementlərindən olan nəzarət baxışı və qiymətləndirmə prosesi (SREP), aktivlərin keyfiyyətinin qiymətləndirilməsi, stres-testləşdirmə və model risklərinin idarə edilməsi kimi mövzular müzakirə olunub, qeyd olunan alətlərin səmərəli tətbiqi üçün süni intellekt və nəzarət texnologiyalarından (SupTech) istifadə imkanlarına dair fikir mübadiləsi aparılıb.

-
report.az
- Metyu Hill: "Azərbaycan sığorta sahəsində beynəlxalq peşəkarlıq standartlarına yaxınlaşır"
Metyu Hill: "Azərbaycan sığorta sahəsində beynəlxalq peşəkarlıq standartlarına yaxınlaşır"
Azərbaycan sığorta sahəsində beynəlxalq peşəkarlıq standartlarına yaxınlaşır.
"Report" xəbər verir ki, bunu "Chartered Insurance Institute"un baş icraçı direktoru (CEO) Metyu Hill XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan maliyyə xidmətləri, xüsusən də sığorta sahəsində peşəkarlığın artırılması istiqamətində proqrama başlayıb: "Bu proqram bir müddətdir ki, mövcuddur, lakin hazırda daha da sürətlənir. Məsələn, Azərbaycan Mərkəzi Bankının iştirakçılığın genişləndirilməsi, etimadın möhkəmləndirilməsi və bazarın daha müasir tənzimləmə müstəvisinə keçirilməsi kimi prioritetləri CII-nin öz ambisiyaları ilə tamamilə üst-üstə düşür. İctimai etimada verilən böyük əhəmiyyət və etimad indeksinin 80 %-ə çatdırılması hədəfi məni xüsusilə təsirləndirib".
M.Hill vurğulayıb ki, əksər uzunmüddətli iqtisadi göstəricilərə görə, bəşəriyyət bu gün hər zamankından daha zəngindir: "Adambaşına düşən orta gəlir kəskin şəkildə artıb. Məhsuldarlıq yüksəldikcə qlobal istehsal davamlı olaraq böyüyüb. XX əsrin iqtisadi güc mərkəzlərindən kənarda baş verən sürətli artım yüz milyonlarla insanı yoxsulluqdan xilas edib. Tarixi olaraq, 1800-cü ildə insanların təxminən 80 %-i ifrat yoxsulluq şəraitində yaşayırdısa, hazırda bu pay qlobal miqyasda kiçik bir azlıq təşkil edir. 1990-cı ildən 2019-cu ilə qədər ölkələr arasındakı qlobal bərabərsizlik azalıb. Bu, qismən onunla bağlıdır ki, daha kasıb ölkələr zəngin ölkələrlə müqayisədə daha sürətlə inkişaf ediblər. Məhz buna görə iqtisadçılar tez-tez deyirlər ki, biz zəngin və kasıb ölkələrə bölünmüş bir dünyadan daha bütöv qlobal orta təbəqəyə malik bir dünyaya keçmişik. Təbii ki, bərabərsizlik spektrinin əhəmiyyətli dərəcədə genişləndiyini bilirik. Bununla belə, mütləq mənada götürdükdə, mallar, xidmətlər, ömür uzunluğu və təhsil baxımından yer üzündəki orta statistik insan əvvəlki nəsillərin hər birindən daha yaxşı vəziyyətdədir".
O qeyd edib ki, maliyyə xidmətləri sahəsində yeni istedadları daha çox cəlb etmək, yardım göstərmək üçün addımlar atmalıdır: "Eyni zamanda, bunu edərkən iqtisadiyyatın digər bir çox sektorları ilə rəqabət apara biləcəyini də nəzərə almalıdır. Bütün bunlar ictimai etimadı qoruyan yüksək standartlar saxlanılmaqla həyata keçirilməlidir".

"Tawuniya": Sığorta sektoru böyük transformasiyadan keçir
Hazırda sığorta sektoru böyük transformasiyadan keçir.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtə Ər-Riyadda fəaliyyət göstərən "Tawuniya" şirkətinin birbaşa satışlar üzrə direktoru, kommersiya arbitri, "Chartered Insurance Institute"un xoşməramlı səfiri Yosef Alshabrami Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, süni intellekt anderraytinq, zərərlərin tənzimlənməsi, müştəri xidmətləri və bir çox biznes qərarlarının qəbulunu dəyişdirir: "Bununla belə, texnologiyanın rolu artdıqca, daha vacib bir sual ön plana çıxır: gələcəyin uğurlu sığorta mütəxəssisini nə fərqləndirəcək? Mən hesab edirəm ki, bu sualın cavabı texniki peşəkar bilikləri, süni intellekt savadlılığını və insani mühakimə qabiliyyətini bir araya gətirmək bacarığında gizlənir. Biz sığortanın yeni erasına daxil oluruq. Süni intellekt və avtomatlaşdırma artıq bir çox sığorta proseslərinin ayrılmaz hissəsinə çevrilib. Bir vaxtlar günlərlə vaxt aparan əməliyyatlar indi saniyələr ərzində həyata keçirilir. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, bir həqiqət dəyişmir: güvən hələ də sığortanın təməlidir. Texnologiya səmərəliliyi artırsa da, uzunmüddətli uğur etik dəyərlərdən, hesabatlılıqdan və peşəkarlıqdan asılı olaraq qalır".
"Bu gün sığorta mütəxəssisləri texnologiya, etika və etimadın kəsişmə nöqtəsində fəaliyyət göstərirlər. Gələcəyin sığorta mütəxəssisinə üç əsas bacarıq lazımdır: Birincisi, güclü texniki sığorta bilikləri, ikincisi, süni intellekt və məlumat savadlılığı, üçüncüsü isə insani və məsləhətçi bacarıqları. Artıq texniki biliklər kifayət etmir. Mütəxəssislər süni intellektin qərar qəbulunu necə dəstəklədiyini, onun məhdudiyyətlərini və hansı məqamlarda insan mühakiməsinin hələ də əvəzolunmaz olduğunu dərindən anlamalıdırlar", - deyə direktor əlavə edib.
Bundan başqa, o deyib ki, süni intellekt dövründə insan amili daha da önəm qazanır: "Bu gün süni intellekt artıq sığorta sektorunun bir çox sahələrində tətbiq olunur. O, anderraytinq prosesində risklərin daha sürətli qiymətləndirilməsinə, zərərlərin tənzimlənməsində potensial fırıldaqçılıq hallarının aşkarlanmasına kömək edə bilər, eyni zamanda, daha fərdiləşdirilmiş məhsul və tariflərin hazırlanmasına, böyük hadisələr zamanı isə risklərin real vaxt rejimində izlənməsinə imkan yaradır. Texnologiya mühüm üstünlüklər təqdim etsə də, hər bir qərar yenə də ədalətli, şəffaf və hesabatlı olmalıdır. Rutin işlərin getdikcə daha çox avtomatlaşdırılması insani bacarıqların dəyərini daha da artırır. Müştərilər artıq yalnız sığorta məhsulu deyil, həm də məsləhət, dəstək və düzgün istiqamətləndirmə gözləyirlər. Bu isə güclü ünsiyyət bacarıqları, empatiya və peşəkar mühakimə tələb edir. Texnologiya məlumatı sürətlə təqdim edə bilər, lakin etibar hələ də insanlar arasında formalaşır".
"Süni intellektlə dəstəklənən iş mühitində belə, insani təcrübənin əvəzolunmaz olduğu dörd əsas sahə mövcuddur. Birincisi, mürəkkəb risklərdir. Belə hallarda peşəkar mühakimə və uzunmüddətli təcrübə xüsusi əhəmiyyət daşıyır. İkincisi, böhran vəziyyətləridir. Hadisələrin sürətlə dəyişdiyi məqamlarda insanın operativ qərarvermə qabiliyyəti həlledici rol oynayır. Üçüncüsü, yeni yaranan risklərdir. Buraya kiber risklər, iqlim dəyişikliyi ilə bağlı risklər və tarixi məlumatların məhdud olduğu süni intellekt riskləri daxildir. Dördüncüsü isə strateji münasibətlərdir. Sığortaçılar, təkrarsığortaçılar, tənzimləyici qurumlar və müştərilər arasında formalaşan etibar hələ də insan amilinə əsaslanır. Texnologiya bütün bu sahələrdə qərar qəbulunu dəstəkləyə bilər, lakin peşəkar mühakimə əvəzolunmaz olaraq qalır.
Süni intellekt sığorta sektoruna daha dərindən inteqrasiya olunduqca, peşəkarlıq və etika məsələləri daha da ön plana çıxır. Bu sahədə dörd əsas prinsip rəhbər tutulmalıdır. Birincisi, şəffaflıqdır. Süni intellekt əsasında verilən qərarların izahı olmalıdır. İkincisi, məlumatların məxfiliyidir. Müştəri məlumatlarının qorunması əsas prioritet olaraq qalır. Üçüncüsü, ədalətli yanaşmadır. Süni intellekt sistemləri ayrı-seçkiliyə və ya qeyri-ədalətli nəticələrə səbəb olmamalıdır. Dördüncüsü isə məsuliyyətli idarəetmədir. Təşkilatlar süni intellektin istifadəsi ilə bağlı aydın hesabatlılıq və nəzarət mexanizmlərinə malik olmalıdır. Texnologiya səmərəliliyi və qərar qəbuletməni təkmilləşdirə bilər, lakin etika və peşəkar mühakimə hər zaman prosesin ayrılmaz hissəsi olaraq qalacaq", - deyə Y.Alshabrami vurğulayıb.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında" , "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlardan gedir.
Onlar 6 aydan sonra qüvvəyə minəcək "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb.
Belə ki, maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlərin "Maliyyə icarəsi haqqında" qanunla tənzimlənməsi barədə Mülki Məcəllədə müvafiq dəyişikliyin edilib, həmçinin "Lizinq" münasibətlərini tənzimləyən 39-cu fəslin ləğvi, terminlərin yeni qanuna uyğunlaşdırılıb;
- borclu icarəçi və ya icarəyə verənin öhdəlikləri üzrə tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsinin xüsusiyyətləri "Müflisləşmə və iflas haqqında" qanunla ayrıca maddədə tənzimlənib;
- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, maliyyə icarəsi müqaviləsinə icarəyə verənin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiq edilməsinə dair "Beynəlxalq xüsusi hüquq haqqında" qanunda dəyişiklik edilib;
- maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi barədə "Kredit büroları haqqında" qanunda dəyişiklik edilib;
- "Maliyyə icarəsi haqqında" qanundan irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların sorğu əsasında Azərbaycan Mərkəzi Bankına verilməsi istiqamətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilib;
- hüquqi şəxslərin Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi ilə bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilib;
- maliyyə bazarlarında lisenziya və icazə sistemini müəyyən edən maliyyə bazarları sahəsində qəbul edilən qanunların dairəsinə "Maliyyə icarəsi haqqında" qanunun əlavə edilməsi barədə "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliyin edilib;
- Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, "Taxıl haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda "Maliyyə icarəsi haqqında" qanun layihəsinə uyğunlaşma xarakterli texniki dəyişikliklər edilib.
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi 550 manat dövlət rüsumu alınması nəzərdə tutulur.

-
report.az
- Azərbaycanda bank və BOKT-ların məsafədən verdikləri kreditlərə dair yeni tələblər qoyulub
Azərbaycanda bank və BOKT-ların məsafədən verdikləri kreditlərə dair yeni tələblər qoyulub
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, dəyişikliklər bu il oktyabrın 1-dən qüvvəyə minir.
Qurumun Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.
Beləliklə, qərara əsasən, Bank və BOKT müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.
Bank və BOKT istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır. İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilmir.
Bank və BOKT Qaydalarda nəzərdə tutulan məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda, bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandırır.
Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla vəsaitlər aşağıdakı müddətlərdə verilir:
- gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 mislinə qədər və yaxud onun ekvivalentinədək olduqda – müqavilə bağlandığı və yaxud müqaviləyə dəyişiklik edildiyi andan 2 saat sonra;
- gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 mislindən və yaxud onun ekvivalentindən çox olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24 saat sonra.
İstehlak krediti müqaviləsinə bu Qaydanın tələbinin pozulması ilə kreditin verildiyi və yaxud kredit limitinin artırıldığı halda borclunun verilmiş (artırılmış) kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa daxil edilməlidir.

Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun 6 aydan sonra qüvvəyə minəcək
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə "alış qiyməti", "geriyə maliyyə icarəsi", "maliyyə icarəsi", "maliyyə icarəsi alan", "maliyyə icarəsi fəaliyyəti", "maliyyə icarəsi müqaviləsi", "maliyyə icarəsi ödənişləri", "maliyyə icarəsi verən", "mühüm iştirak payı", "satıcı", "ümumi dəyər", "vətəndaş qüsursuzluğu" kimi anlayışlar öz əksini tapıb.
Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.
Bundan başqa, dövlət başçısı "Maliyyə icarəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, qanunun tətbiqi ilə bağlı səlahiyyətlə ölkə Prezidentinə və Daxili İşlər Nazirliyinə məxsusdur.
Nazirlər Kabineti Prezident aktlarının qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 4 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Mərkəzi Bankı (AMB) isə aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir:
- "Maliyyə icarəsi haqqında" qanunun 15.5-ci maddəsinin ikinci cümləsinə, 16.3.2-ci və 16.10.4-cü maddələrinə uyğun olaraq, maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləğini və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydası, strukturu və tərkibi;
- həmin Qanunun 15.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, aidiyyəti şəxslə (şəxslərlə) bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləğini və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;
- həmin Qanunun 15.7-ci maddəsinə uyğun olaraq, icarəyə verənin bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün kredit risklərinin maksimum miqdarına dair tələblər;
- həmin Qanunun 15.9-cu maddəsinə uyğun olaraq, icarəyə verənlər tərəfindən hər bir icarəçi haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi qaydası;
- həmin Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçilər, o cümlədən benefisiar mülkiyyətçilərin vətəndaş qüsursuzluğu haqqında məlumatın forması;
- həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq, maliyyə icarəsi fəaliyyətinə dair hesabatların (maliyyə hesabatları istisna olmaqla) formasını, məzmununu və təqdim edilməsi qaydası;
AMB həmçinin qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

-
report.az
- Atilla Oksay: "Bank sığortası modeli sığorta şirkətlərinə geniş müştəri bazasına çıxış imkanı yaradır"
Atilla Oksay: "Bank sığortası modeli sığorta şirkətlərinə geniş müştəri bazasına çıxış imkanı yaradır"
Bank sığortası modeli sığorta məhsullarının daha geniş auditoriyaya çatdırılmasını təmin etməklə yanaşı, müştərilərin bu xidmətlərə daha sürətli və rahat çıxışını mümkün edir.
"Report" xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin baş katibinin müavini Atilla Oksay XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu kanaldan istifadənin həm sığorta şirkətləri, həm banklar, həm də müştərilər üçün mühüm üstünlükləri var.
"Sığorta şirkətləri baxımından bu model ilk növbədə əvvəllər əlçatan olmayan geniş müştəri bazasına çıxış imkanı yaradır. Bankların müştərilərlə qurduğu uzunmüddətli münasibətlərdən və seqmentasiya imkanlarından faydalanmaqla onların ehtiyaclarına daha uyğun məhsullar hazırlamaq mümkün olur.
Bundan əlavə, bankların geniş filial şəbəkəsi, mobil bankçılıq tətbiqləri və rəqəmsal platformalarından istifadə sığorta şirkətlərinin əməliyyat səmərəliliyini artırır və satış imkanlarını genişləndirir.
Banklar və müştərilər baxımından isə bank sığortası modeli maliyyə xidmətlərinin şaxələndirilməsinə xidmət edir. Belə ki, banklar ənənəvi bank məhsulları ilə yanaşı sığorta həlləri də təqdim etməklə müştərilərə daha kompleks xidmət paketi təklif edə bilirlər.
Bununla belə, müştəri üçün əsas məsələ məhsulu hansı kanaldan əldə etməsi deyil, ehtiyac duyduğu xidmətə ən sürətli, rahat və əlçatan şəkildə çıxış əldə etməsidir. Banklar da bu baxımdan mühüm satış və xidmət kanallarından biri hesab olunur", - deyə o bildirib.
A.Oksayın sözlərinə görə, bu modelin uğurlu və davamlı inkişafı üçün müştəri təcrübəsinin düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır.
"Xüsusilə kredit müraciəti zamanı müştərilərin diqqəti əsasən kredit prosesinə yönəldiyindən, təklif olunan sığorta məhsulunun təminatları, əhatə dairəsi, istisnaları və üstünlükləri onlara aydın şəkildə izah edilməlidir. Sığorta məhsulu kredit almaq üçün formal tələb kimi deyil, gələcək maliyyə risklərinin idarə olunmasına xidmət edən vacib alət kimi təqdim edilməlidir. Bu baxımdan müştərilərin düzgün və dolğun məlumatlandırılması əsas şərtlərdən biridir", – deyə A.Oksay vurğulayıb.
O əlavə edib ki, eyni prinsip sağlamlıq sığortası məhsullarına da şamil olunur: "Məhsul təqdim edilərkən gözləmə müddətləri, istisnalar, müqaviləli tibb müəssisələri və yenilənmə şərtləri barədə müştərilərə tam və dürüst məlumat verilməlidir. Bu şəffaflıq və məlumatlandırma öhdəliyi yalnız bankların deyil, sığorta məhsullarının satışında iştirak edən bütün kanalların üzərinə düşür".

-
report.az
- Türk dövlətlərində müstəqil auditorların qarşılıqlı fəaliyyəti üçün hüquqi mexanizm yaradılacaq - EKSKLÜZİV
Türk dövlətlərində müstəqil auditorların qarşılıqlı fəaliyyəti üçün hüquqi mexanizm yaradılacaq - EKSKLÜZİV
Türk dövlətləri arasında müstəqil auditorların qarşılıqlı fəaliyyət göstərməsi üçün hüquqi və institusional mexanizmlərin yaradılması nəzərdə tutulur.
Bunu "Report"a açıqlamasında Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları təşkilatının (KGK) sədri Hayrettin Kurt deyib.
Onun sözlərinə görə, qloballaşma nəticəsində şirkətlər artıq yalnız milli bazarlarda deyil, beynəlxalq səviyyədə fəaliyyət göstərirlər: "Bu səbəbdən audit funksiyası da qlobal xarakter alır və peşəkar xidmətlərin sərhədlərarası göstərilməsinə ehtiyac yaranır. İlk mərhələdə məqsədimiz müstəqil auditorların Türk dünyası ölkələrində qarşılıqlılıq prinsipi əsasında fəaliyyət göstərə bilməsini təmin edəcək mexanizmləri formalaşdırmaqdır. Hesab edirik ki, bunun üçün artıq zəruri şərait yetişib".
H. Kurt qeyd edib ki, planlaşdırılan Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyi çərçivəsində maliyyə və dayanıqlılıq hesabatlarının vahid peşə standartları əsasında hazırlanması istiqamətində də əməkdaşlıq ediləcək: "Təşkilatın yaradılması ilə bağlı sənədlər üzərində iş artıq əhəmiyyətli dərəcədə irəliləyib və sentyabr ayında bu istiqamətdə konkret addım atılması planlaşdırılır. Audit institutunun güclənməsi ölkəyə investisiya qərarlarının artması, investisiya və məşğulluq mühitinin yaxşılaşması deməkdir. Birliyin yaradılması həm audit peşəsinin beynəlxalq nüfuzunu artıracaq, həm də türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək".
O əlavə edib ki, birlik fəaliyyətə başladıqdan sonra qarşılıqlılıq prinsipi əsasında auditorların üzv ölkələrdə sərbəst fəaliyyət göstərməsi üçün imkanların yaradılması planlaşdırılır.

Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən açıqlama
ABB dünən bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.
Bankın sosial media səhifələrində yayılmış açıqlamada deyilir ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir.
"Yaranmış vəziyyət Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi.
Bu müddətdə ABB mobile tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq də tam normal rejimdə xidmətinizdədir".
Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamankı kimi tam təhlükəsiz şəkildə qorunub.
"Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə sizə dərin təşəkkürümüzü bildiririk" – deyə ABB-nin açıqlamasında bildirilir:
"Müştərilərimizə təqdim etdiyimiz rəqəmsal xidmətlərimizin dayanıqlılığının və etibarlılığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Etimadınız bizim üçün ən böyük dəyərdir! Doğma bankınıza hər zaman güvənə bilərsiniz!"

Azərbaycan auditorları Türk dövlətlərində də xidmət göstərə biləcəklər
Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyi audit sahəsində sağlam rəqabəti gücləndirəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.
Onun sözlərinə görə, yeni birlik Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan əməkdaşlıq platformalarının tərkib hissəsi olacaq və peşəkar əlaqələrin genişlənməsinə xidmət edəcək.
"Bu qurum vasitəsilə ölkələrimiz arasında təcrübə mübadiləsi genişlənəcək, auditorlar beynəlxalq təcrübəni birlikdə öyrənib tətbiq edəcəklər. Eyni zamanda audit sahəsində sağlam rəqabət mühiti formalaşacaq. Birlik auditorların fəaliyyət imkanlarını da genişləndirəcək. Auditorlarımız təkcə Azərbaycanda deyil, digər türk dövlətlərində də xidmət göstərmək imkanı əldə edəcəklər. Eyni zamanda həmin ölkələrin auditorları da Azərbaycanda fəaliyyət göstərə biləcəklər. Bu, həm peşəkar əməkdaşlığı gücləndirəcək, həm də xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq", – deyə Palata sədri vurğulayıb.
Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsinin bu il sentyabrın 16-da Bakıda, Auditorlar Palatasının yaradılmasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində imzalanması nəzərdə tutulur.

Türk dünyasının ortaq sığorta hovuzu yaradıla bilər
Türk dövlətləri arasında ortaq sığorta bazarının yaradılması mümkündür.
Bunu "Report"a açıqlamasında Türkiyə Sığorta Birliyinin sədri Əhməd Yaşar bildirib.
"Bildiyiniz kimi, biz Türk Dünyası Sığorta Birliyini yaratmışıq. Birliyə ilk dövrlərdə Azərbaycan sədrlik edib, hazırda sədrlik Türkiyəyə keçib. Bu ilin oktyabr ayında Qaziantepdə növbəti Baş Assambleyamızı keçirməyi planlaşdırırıq. Apardığımız müzakirələr göstərir ki, bir çox istiqamətlərdə əməkdaşlığı genişləndirib Birliyin daha səmərəli fəaliyyətini təmin edə bilərik. Bu əməkdaşlıq gələcəkdə Türk dünyasında ortaq sığorta hovuzunun formalaşdırılmasına, ortaq tutumdan istifadəyə, təkrarsığorta sahəsində əməkdaşlığın gücləndirilməsinə və ölkələr arasında qarşılıqlı iş birliyinin genişlənməsinə imkan verəcək. Bu isə bütövlükdə sığorta sektorunun inkişafına xidmət edəcək.
Dünyada baş verən təbii fəlakətlər sığortanın əhəmiyyətini bir daha ortaya qoyur. Məsələn, son günlər Venesuelada baş verən ardıcıl zəlzələlər ölkənin üzləşdiyi riskləri və itkiləri bir daha nümayiş etdirdi. Bu cür hadisələr ölkələrin inkişafı qarşısında ciddi maneələr yaradır. Məhz buna görə sığorta artıq bütün dünyada ölkələrin dayanıqlılığı üçün əsas amillərdən birinə çevrilib. Siyasət formalaşdıran qurumlar sığorta sahəsində hansı addımların atılacağını müəyyənləşdirməli, risklərin necə idarə olunacağını qiymətləndirməli və bundan sonra yaranan problemlərin həlli yollarını axtarmalıdır", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, türk dövlətləri iqlim dəyişikliyi və təbii fəlakət risklərinə qarşı ortaq mexanizmlər hazırlayır: "Türk Dünyası Sığorta Birliyi çərçivəsində də bu məsələlər üzərində işləməyə başlamışıq. Bu gün həmn risklər Türkiyə üçün kifayət qədər yüksəkdir. Söhbət yalnız zəlzələdən getmir. Sel və torpaq sürüşmələri də demək olar ki, hər gün qarşılaşdığımız hadisələrə çevrilib. Eyni vəziyyət türk cümhuriyyətləri üçün də keçərlidir. Azərbaycanda da oxşar risklər mövcuddur.
Burada əsas məsələ bu risk tutumlarındamn birlikdə necə istifadə edə biləcəyimizdir. Eyni zamanda, qorunma boşluqlarını birlikdə necə aradan qaldıra biləcəyimizi düşünürük. Bunlar həm sığortanın böyümə istiqamətləri, həm də sektorun inkişaf etdirəcəyi yeni sahələrdir. Biz sadəcə öz işimizi böyütməkdən danışmırıq. Ölkələrimizin gələcəyindən, inkişafın qarşısındakı maneələrin aradan qaldırılmasından danışırıq. Bu cür fəlakətlər cari kəsirin artmasına səbəb olur. Son nəticədə inflyasiya sürətlənir və ölkələrdə maliyyə sabitliyi pozulur. Bu sahədə atacağımız addımlar bütün bu risklərin sabitləşdirilməsinə xidmət edəcək".
Onun sözlərinə görə, türk dünyasında sığorta göstəriciləri vahid sistemdə toplanacaq: "Türk Dünyası Sığorta Birliyi çərçivəsində ortaq hesabatlılıq və konsolidə edilmiş statistikaların hazırlanması üzərində işləyirik. Bunun üçün ilk növbədə vahid məlumat bazasına sahib olmağımız lazımdır. Hazırda bu istiqamətdə müəyyən araşdırmaya başlamışıq, Azərbaycan Mərkəzi Bankı ilə birgə müzakirələr aparırıq. Məqsəd ortaq hesabatlılıq sisteminin və vahid məlumat bazasının yaradılmasıdır. Məsələn, sığorta haqları və ödənişləri, eləcə də digər əsas göstəricilər üzrə məlumatların bir araya gətirilməsi nəzərdə tutulur. Hər ölkə öz bazarının rəqəmlərini bilir. Lakin türk dünyası ölkələrinin bu məlumatları konsolidasiya etməsi və ümumi mənzərəni görməsi vacibdir".
"Məsələn, Türkiyə şirkətlərinin Azərbaycandakı sığorta fəaliyyəti və ya Azərbaycan şirkətlərinin Türkiyədəki fəaliyyəti ilə bağlı tam və sistemli məlumat bazası hələ formalaşmayıb. Son illərdə xüsusilə Azərbaycanı daha yaxından izləmək imkanımız olub. Azərbaycan həm sığorta, həm də digər maliyyə sektorlarında mühüm addımlar atır. Türkiyə də bu yenilikləri davamlı şəkildə izləyir. Hər il Azərbaycanda beynəlxalq forumlar təşkil olunur və biz də bu tədbirlərdə iştirak edirik. Eyni zamanda, Türkiyədə keçirilən panel müzakirələrində və konfranslarda Azərbaycan sığorta sektoru iştirak edir. Bu da iki ölkə arasında məlumat və təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradır", - deyə Ə.Yaşar əlavə edib.

"Bir" ekosistemi "Spark Tələbə İnnovasiya Proqramı"nın qaliblərini elan etdi
Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan "Bir", gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi "Spark Tələbə İnnovasiya Proqramı"nı uğurla yekunlaşdırıb.
Beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim edib. Finala qədər iştirakçılar "Bir" ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi alıb və fərqli mövzularda təlimlər keçiblər.
"Bir" ekosisteminin yerli innovasiya laboratoriyası "Future Lab"da təşkil olunan finalda münsiflərin qiymətləndirməsinə əsasən, ən innovativ həllər təklif edən üç komanda qalib adını qazanaraq pul mükafatları ilə təltif olunublar. Birinci yerə "KəndYol" komandası (4000 AZN), ikinci yerə "AEVIC Esports" komandası (2000 AZN), üçüncü yerə isə "Booker" komandası (1000 AZN) layiq görülüb.
İlk yerin qalibi olan "KəndYol" aqrar sahədə istehsalçılar və istehlakçılar arasında əlaqələrin daha səmərəli qurulmasına yönəlmiş həllə çıxış edib. Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə alınaraq, komanda münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.
İkinci yerin sahibi "AEVIC Esports" gənclərin inkişafına və ölkədə esports (kiberidman) ekosisteminin gücləndirilməsinə istiqamətlənmiş yanaşması ilə fərqlənib. Bu layihənin məqsədi yeni istedadların kəşf edilməsi və onların peşəkar və karyera inkişafı, o cümlədən ümumilikdə esports mədəniyyətinin aşılanmasını dəstəkləməkdir.
Son olaraq, "Booker" komandasının irəli sürdüyü layihə bilik və mütaliə resurslarının daha əlçatan və səmərəli şəkildə paylaşılmasını, oxu mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi hədəfləyir. Layihənin cəmiyyətə müsbət sosial təsir potensialı münsiflər heyəti tərəfindən üçüncü yer ilə dəyərləndirilib.
Bununla yanaşı, finalda iştirak edən 9 komandanın bütün üzvləri "Bir" ekosisteminin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olunublar. Məqsəd yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların karyera və inkişafını stimullaşdırmaq, real iş mühitində praktik təcrübə imkanı yaratmaqdır.
"Bir" Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol" Azərbaycan və "BakıKartla" qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir", Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az

Türkiyənin sığorta şirkətləri Azərbaycan bazarına qayıda bilər
Türkiyənin sığorta şirkətləri yenidən Azərbaycan bazarında fəaliyyət göstərə bilər.
Bunu "Report"a açıqlamasında Türkiyə Sığorta Birliyinin Sədri Əhməd Yaşar bildirib.
O, vaxtilə Türkiyə sığortaçılarının Azərbaycanda "Günay Anadolu Sığorta", "Başak İnam Sığorta" və "AXA MBask" kimi şirkətlərdə pay sahibi olduğunu xatırladıb: "Hazırda Azərbaycanın sığorta bazarında əsasən yerli şirkətlər fəaliyyət göstərir. Bununla belə, mən hesab edirəm ki, qarşıdakı dövrlərdə bu bazara xaricilərin marağı yenidən artacaq. Türk Dünyası Sığorta Birliyi çərçivəsində əməkdaşlığın genişlənməsi, bazarların bir-birini daha yaxından tanıması və qeyri-müəyyənliklərin azalması türk investorlarının sığorta sektoruna marağını gücləndirəcək".
"Türkiyədə də uzun illər yerli investorlar sığorta şirkətlərinin yaradılmasına o qədər də maraq göstərmirdilər. Lakin son illərdə bu sahəyə marağın artdığını görürük. Eyni tendensiya Şimali Kiprdə də müşahidə olunur və burada sığorta şirkətlərinin sayı artır. Bu baxımdan, Türkiyə və Şimali Kiprdəki investorların gələcəkdə Azərbaycanda sığortaya investisiya yönəltməsi ehtimalını yüksək qiymətləndiririk", - deyə sədr əlavə edib.
Ə.Yaşar həmçinin deyib ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrlə bağlı sığorta xidmətindən istifadə olunur və hazırda həmin xidmətlərlə bağlı məlumat bazası yaradılır: "Hazırda əlimdə bu məsələyə dair konkret rəqəmlər yoxdur. Lakin dünən burada fəaliyyət göstərən iri tikinti şirkətlərindən birinin, hətta İtaliya şirkətinin türk meneceri ilə görüşmək imkanım oldu. Qarabağda çoxsaylı türk tikinti şirkətləri müxtəlif layihələr həyata keçirir. Bu layihələrin sığortalanması əsasən Azərbaycanda həyata keçirilsə də, Türkiyə sığorta şirkətləri də bu prosesdə dəstək rolunu oynayırlar. Lakin risklərin həcmi və tələb olunan sığorta tutumu baxımından yalnız yerli və ya türk şirkətlərinin imkanları kifayət etmir. Bu səbəbdən beynəlxalq təkrarsığorta bazarlarının imkanlarından da istifadə olunur. Türk Dünyası Sığorta Birliyi çərçivəsində hesabatlılıq sisteminin qurulması və konsolidə edilmiş məlumat bazasının yaradılması vacibdir. Bunun üçün də müvafiq məlumatların toplanması istiqamətində işlərə başlamışıq".

-
report.az
- AMB: Xüsusi tənzimləmə rejiminin 3-cü dövründə iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb
AMB: Xüsusi tənzimləmə rejiminin 3-cü dövründə iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb
İnnovativ maliyyə məhsul və xidmətlərinin Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb.
"Report" AMB-yə istinadən xəbər verir ki, bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsulların və xidmətlərin sınaqdan keçirilməsi üçün müraciətlərin qəbulu həyata keçiriləcək.
Müraciətlər avqustun 25-nə qədər qəbul ediləcək. Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları AMB ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.
Xüsusi tənzimləmə rejimi ölkədə innovativ maliyyə həllərinin inkişafını, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, eləcə də maliyyə bazarının daha şəffaf və səmərəli şəkildə inkişafını dəstəkləməyi hədəfləyir.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün AMB-yə "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası"nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.
Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə sandbox@cbar.az ünvanına müraciət etməyiniz xahiş olunur.

-
report.az
- Bakıda Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsi imzalanacaq
Bakıda Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsi imzalanacaq
Bu il sentyabrın 16-da Bakıda Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsi imzalanacaq.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda məlumat verilib.
Bildirilib ki, Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsinin ilkin layihəsi müzakirə olunub.
İmzalanma mərasimi Auditorlar Palatasının fəaliyyətə başlamasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçiriləcək. Tədbirdə Türk dövlətlərinin audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.

KGK-nın sədri: "Davamlı inkişafda insan hüquqları nəzərə alınmalıdır"
İnsan hüquqlarının nəzərə alınmadığı davamlı inkişaf gələcək nəsillər üçün təminat yarada bilməz.
"Report" xəbər verir ki, bunu Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları təşkilatının (KGK) sədri Hayrettin Kurt Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, davamlılıq yalnız ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və ya korporativ hesabatlılıqla məhdudlaşdırıla bilməz: "Bu anlayış insanın yaşamaq, işləmək, sağlam ətraf mühitdə yaşamaq, sosial təminat, təhsil almaq, ədalət mühakiməsinə çıxış və insan ləyaqətinə uyğun həyat sürmək hüquqları ilə birbaşa bağlıdır. İnsan ləyaqətini qorumayan davamlılıq gələcək nəsillər üçün həqiqi təminat yarada bilməz. Əsas məqsəd insanı mərkəzə qoyan ədalətli, şəffaf və məsuliyyətli inkişaf modelinin qurulmasıdır".

Vahid Novruzov: "Audit hüquqi dövlətin əsas iqtisadi dayaqlarından birinə çevrilib"
İnsan hüquqlarının qorunması ilə iqtisadi şəffaflıq arasında əlaqə müasir dövrdə daha da güclənib və audit bu prosesdə hüquqi dövlətin əsas iqtisadi dayaqlarından birinə çevrilib.
"Report" xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, mülkiyyət, sahibkarlıq, sosial-iqtisadi hüquqlar, investorların qanuni gözləntiləri, maliyyə vəsaitlərinin istifadəsində ictimai maraq və vətəndaşların rifah hüququ şəffaf maliyyə idarəetməsi olmadan tam təmin oluna bilməz: "Bu baxımdan audit təkcə texniki peşə deyil, hüquqi dövlətin iqtisadi əsaslarını möhkəmləndirən mühüm institutdur. Audit rəqəmlərin arxasında dayanan həqiqəti, hesabatların arxasında dayanan məsuliyyəti, iqtisadi qərarların arxasında dayanan etibarlılığı üzə çıxarır. Auditor rəyi sadəcə maliyyə sənədi deyil, müəssisənin idarəetmə mədəniyyəti, maliyyə intizamı və bazar iştirakçıları qarşısında etibarlılığı barədə peşəkar mövqedir".
V.Novruzov qeyd edib ki, müstəqil audit iqtisadi münasibətlər sistemində müəssisələrlə səhmdarlar və investorlar arasında "etimad körpüsü" rolunu oynayır: "Etimadın zəifləməsi investisiyaların azalmasına, bunun isə sahibkarlıq mühitinə, məşğulluğa, vergi daxilolmalarına və sosial rifaha mənfi təsir göstərməsinə səbəb olur. Son illər auditin mahiyyəti də ciddi şəkildə dəyişib. Əgər əvvəllər audit əsasən məcburi yoxlama və formal hesabat proseduru kimi qəbul olunurdusa, indi o, biznesin qorunması, risklərin qabaqlanması və davamlı inkişafını təmin edən idarəetmə alətinə çevrilib. Audit formal nəzarət düşüncəsindən etibarlı təminat, risk əsaslı əminlik və qabaqlayıcı idarəetmə modelinə keçidi təmin edir. Bu isə sahibkarların, səhmdarların, investorların və əmanətçilərin hüquqlarının daha etibarlı qorunması deməkdir".

Şimali Kiprin sığorta rəsmisi: "Rəqəmsallaşmaya yatırım edənlər qazanacaq"
Rəqəmsallaşmaya yatırım edən sığorta şirkətləri üstünlük qazanacaq.
"Report" xəbər verir ki, bunu Şimali Kiprin Sığorta və Təkarsığorta Şirkətləri Birliyinin Sədri Börte Barlasoğlu Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, rəqəmsal müştəri təcrübəsinə və rəqəmsallaşmaya investisiya qoyan şirkətlər gələcəkdə qalib gələcəklər: "Bugünkü müştəri artıq bankçılıq, elektron ticarət və rəqəmsal platformalarda yaşadığı təcrübəni sığorta sektorundan da gözləyir. Bu baxımdan onlayn təklif təqdim edən, mobil tətbiqlər vasitəsilə sığorta şəhadətnamələrini idarə etməyə imkan yaradan, zərər tənzimlənməsi proseslərini rəqəmsallaşdıran, sənədləşmə və kargüzarlıq işlərini minimuma endirən şirkətlər daha uğurlu olacaqlar".
"Bununla yanaşı, qarşıdakı beş ildə süni intellektə investisiya edən şirkətlər də bazarda önə çıxacaqlar. Qiymətqoyma, zərər idarəetməsi və müştəri xidmətləri kimi sahələrdə süni intellekt həllərini tətbiq edə bilən şirkətlər Şimali Kiprin sığorta sektorunda daha sürətli inkişaf edəcəklər. Digər şirkətlər isə yalnız yerində saymayacaq, hətta rəqabətdə geri qalacaqlar. Digər vacib məsələ yeni sığorta məhsullarının hazırlanmasıdır. Hazırda Şimali Kiprdə sığorta haqlarının 61 %-i avtonəqliyyat sığortasının, 18 %-i isə yanğın sığortasının payına düşür. Sektor yalnız bu iki məhsul növü ilə kifayətlənməməli, sığorta xidmətlərinin əhatə dairəsini genişləndirməlidir. Bu baxımdan kiber sığorta, tibbi sığorta və peşə məsuliyyəti sığortası kimi məhsulların inkişafı xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, sığorta şirkətlərinin güclü kapital strukturuna malik olması da dayanıqlı inkişaf üçün əsas şərtlərdən biridir", - deyə B.Barlasoğlu əlavə edib.

Qırğızıstanda sığorta bazarının sürətli inkişafının səbəbi açıqlanıb
Qırğızıstanda ötən ilin iyul ayından avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının tam tətbiq olunması bazarda qeydə alınan sürətli artımın əsas səbəbidir.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Sığortaçılar Assosiasiyasının Prezidenti Ulan Baktıqulov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Bu, bir tərəfdən bizi sevindirir. Çünki Qırğızıstanda əhali arasında sığorta mədəniyyətinin formalaşdığını və inkişaf etdiyini görürük. Lakin hesab edirəm ki, icbari sığorta növlərinin inkişafı bizim əsas məqsədimiz olmamalıdır. Əsas hədəf könüllü sığorta növlərinin inkişafıdır. Bu gün qarşıda duran əsas vəzifə icbari sığortanı könüllü və şüurlu tələbat səviyyəsinə yüksəltməkdir. Bunun üçün də biz üç əsas prioritet müəyyən etmişik. Birincisi, müştəri etimadının gücləndirilməsi, ikincisi, əlçatan və müasir sığorta məhsullarının yaradılması, üçüncüsü isə əhalinin sığorta mədəniyyətinin yüksəldilməsidir. İnsanlar sığortanı yalnız icbari olduğu üçün deyil, onun öz maliyyə təhlükəsizliyini təmin etdiyini dərk etdikləri üçün əldə etməlidirlər. Mənim fikrimcə, etimadı marketinq vasitəsilə yaratmaq mümkün deyil. Etimad ilk növbədə real müştəri təcrübəsi əsasında formalaşır. Buna görə də məhz bu istiqamətin hərtərəfli inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

Özbəkistan sığorta haqlarının ÜDM-ə nisbətinə görə Azərbaycandan geri qalır
Özbəkistanda sığorta haqlarının ümumi daxili məhsula (ÜDM) nisbəti Azərbaycanla müqayisədə aşağıdır.
"Report" xəbər verir ki, bunu Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının Baş direktoru Kamoliddin Abdurakhimov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Bununla belə, onun sözlərinə görə, genişmiqyaslı rəqəmsallaşma ötən il bazarda elektron şəbəkələr vasitəsilə 12,5 milyondan çox sığorta polisinin rəsmiləşdirilməsinə imkan verib: "Son beş ildə bazarın inkişaf dinamikasına qısa nəzər salsaq, 3,5 dəfədən çox böyümə görərik. Əgər 2021-ci ildə yığımlar 334 milyon som təşkil edirdisə, ötən il bu göstərici 1 milyard 200 milyon somdan çox olub. Hazırda sığorta sektorunun ÜDM-də payı təxminən 0,8 % təşkil edir ki, bu da Azərbaycanla müqayisədə daha aşağı göstəricidir. Lakin əvvəlki illərdə sığorta nüfuzetmə səviyyəsinin cəmi 0,26 % olduğunu nəzərə alsaq, bazarın sürətlə inkişaf etdiyi aydın görünür. Sığorta haqlarının artım tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir".
Baş direktor əlavə edib ki, son illər Özbəskitanda həyat sığortasının payı azalıb: "Bunun əsas səbəblərindən biri 2023-cü ildən etibarən vergi güzəştlərinin ləğv edilməsidir. Əvvəllər gəlir vergisi üzrə tətbiq olunan güzəştlər bu sahənin inkişafını dəstəkləyirdi. Güzəştlərin ləğvindən sonra isə bazarda geriləmə müşahidə olundu. Belə ki, 2022-ci ildə həyat sığortasının ümumi yığımlardakı payı 25%-dən çox idi, hazırda 4 %-ı düşüb. Rəqəmsallaşmanın müəyyən mənfi təsirləri də olub. Müsbət tərəf ondan ibarətdir ki, dələduzluq halları azalıb. Lakin digər tərəfdən, sığorta agentlərinə ehtiyacın azalması nəticəsində onların sayı da xeyli azalıb".

Abas Miskərli: "Sığorta sahəsinin nüfuz səviyyəsinin 3-4 dəfə artırılmasını hədəfləyirik"
Azərbaycanda sığorta sahəsinin nüfuz səviyyəsinin hazırkı göstəricidən 3-4 dəfə artırılması hədəflənir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, ölkədə daxili sığorta bazarı kifayət qədər dinamik və dayanıqlı artım trayektoriyası üzrə inkişaf edir: "Maraqlıdır ki, son 5 il ərzində ümumi bazar artımı 70 %-i ötüb. Bundan başqa, Azərbaycan sığorta bazarı 2025-ci ildə 11 % böyüyüb. Bu genişlənmə ilə paralel olaraq, sığorta ödənişlərinin həcmində də artım qeydə alınıb.
Nəticədə, sığorta haqlarının ÜDM-dəki payı 2025-ci ildə 1,63 %-ə yüksəlib".
A.Miskərli qeyd edib ki, bu sahədə əldə olunan nəticələr bazarın bütün peşəkar iştirakçılarının, xüsusilə də sığorta şirkətlərinin fəal iştirakı sayəsində mümkün olub: "Bundan əlavə, son 6 ildə fəal şəkildə həyata keçirdiyimiz ümummilli sığorta maarifləndirmə kampaniyaları da mühüm rol oynayıb. Qeyd edim ki, bu layihənin ümumi büdcəsi təxminən 3-4 milyon ABŞ dolları təşkil edir. Bu il və qarşıdakı illər üçün isə böyük hədəflərimiz var. Əsas məqsədimiz Azərbaycanda sığortanın nüfuz səviyyəsini hazırkı göstəricidən 3-4 dəfə artırmaq, sığorta haqlarının ÜDM-dəki payını yüksəltmək, sığorta xidmətlərinə əlçatanlığı daha da sadələşdirmək və xüsusilə mövcud qorunma boşluqlarını minimuma endirməkdir".

Türkiyə sığorta sektoru böyümə hədəfini açıqlayıb
Türkiyə sığorta sektoru 2030-cu ilə qədər 50 milyard ABŞ dolları dəyərində bazar hədəfləyir.
"Report" xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin Sədri Əhməd Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə sektor təxminən 1,2 trilyon lirə və yaxud 31-32 milyard ABŞ dolları sığorta haqqı toplayıb, ölkədə aktiv sığortalıların sayı 34,7 milyon nəfərə yüksəlib.
"2026-cı ilin I rübünün yekunlarına əsasən, sektorun aktivləri 4,2 trilyon lirə və yaxud təxminən 100 milyard ABŞ dolları olub. O cümlədən sektorunun xüsusi kapitalı təxminən 11 milyard ABŞ dolları təşkil edib. Bu ilin 5 ayına 622 milyard lirə və yaxud təxminən 14 milyard ABŞ dolları sığorta haqları toplanılıb. Əsas hədəf Türkiyənin qlobal iqtisadiyyatda tutduğu mövqeyə uyğun sığorta sektoru formalaşdırmaqdır. Türkiyə dünyanın 16-17-ci böyük iqtisadiyyatları sırasında yer alır və məqsəd Türk sığorta sektorunu da ən azı bu səviyyəyə çatdırmaqdır.
Lakin bu rəqəmlər yalnız böyüklük göstəricisi kimi qiymətləndirilmir. Əsas məqsəd daha çox sığorta haqqı toplamaq deyil, daha çox insanı qorumaq, daha çox müəssisəni təminat altına almaq və daha çox iqtisadi dəyərin davamlılığını təmin etməkdir", - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum 2030-cu il üçün iki əsas hədəf müəyyənləşdirib: "Bunlardan birincisi sığorta haqları 50 milyard ABŞ dollarına çatdırmaqdısa, digəri hazırda 2,68 % olan sığorta penetrasiyası göstəricisini 5 %-ə yüksəltməkdir. Bununla yanaşı, daha geniş baxış da mövcuddur: qorunma boşluqlarını azaldan, qənaətləri artıran, gələcəyə inam yaradan sığorta ekosistemi formalaşdırmaq".
Ə.Yaşar onu da deyib ki, böyüyən iqtisadiyyatlar Türk dünyasının imkanlarını genişləndirir: "Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr, Türkmənistan və hətta Macarıstan böyüyən iqtisadiyyatları və inkişaf edən maliyyə sistemləri ilə böyük potensialı təmsil edir. Lakin bu gün bizi bir araya gətirən yalnız ortaq tariximiz deyil. Türk Dünyası ölkələri olaraq biz ortaq gələcəyi, ortaq riskləri, ortaq imkanları və getdikcə daha çox ortaq iqtisadi hədəfləri bölüşürük. Bu ortaq gələcəyin institusional əsaslarının güclənməsini isə böyük məmnunluqla qarşılayırıq. 2020-ci ildə təməli qoyulmuş Türk Dünyası Sığorta Birliyi bu gün regionun ən mühüm sektoral əməkdaşlıq platformalarından birinə çevrilib. Birliyimizin ilk Baş Assambleyası ötən il Türk Dünyasının mədəniyyət mərkəzlərindən biri olan Şuşada uğurla keçirilib. Şuşada nümayiş etdirilən ortaq iradə sığorta sahəsində əməkdaşlığımızın gələcəyinə dair güclü mesaj verib və tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradıb".

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, müasir dövrdə insan hüquqlarının səmərəli təminatı yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır: "Şəffaf və hesabatlı idarəetmə, dövlət vəsaitlərindən səmərəli istifadə, korrupsiyaya qarşı effektiv mübarizə, sağlam sahibkarlıq mühitinin formalaşdırılması və ictimai etimadın möhkəmləndirilməsi insan hüquqlarının etibarlı müdafiəsinin əsas şərtlərindəndir. Məhz buna görə audit institutu xüsusi əhəmiyyət daşıyır. Audit yalnız maliyyə hesabatlarının düzgünlüyünün qiymətləndirilməsi deyil, eyni zamanda şəffaflığın, hesabatlılığın, qanunun aliliyinin və məsuliyyətli idarəetmə mədəniyyətinin təmin edilməsinə xidmət edən mühüm institusional mexanizmdir".
S.Əliyeva qeyd edib ki, insan hüquqları baxımından audit şəffaflığı və hesabatlılığı gücləndirir, ictimai etimadı artırır, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət edir: "Fəaliyyətimizdə insan hüquqlarının pozulmasına reaksiya verməklə yanaşı, bu cür halların qarşısının alınmasına xidmət edən preventiv mexanizmlərin inkişafına da xüsusi önəm veririk. Bu baxımdan audit institutu hüquqi dövlətin möhkəmləndirilməsi, səmərəli idarəetmənin təşviqi və insan hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm tərəfdaşdır".

Əhməd Yaşar: "Türk dünyasında sığortalanmanın səviyyəsi aşağı olaraq qalır"
Güclü iqtisadiyyatların arxasında güclü sığorta sistemləri dayanır.
"Report" xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin Sədri Əhməd Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Sığorta sektorunda böyümədən danışarkən, əslində ölkələrimizin iqtisadi dayanıqlılığını, sosial rifahını və gələcəyə inamla baxmaq potensialını da müzakirə edirik. Çünki bu gün sığorta artıq yalnız riskləri təminat altına alan sektor deyil. Sığorta xərc deyil, cəmiyyətlərin gələcəyə inamının ən bariz göstəricisidir. Sığorta iqtisadi inkişafın maliyyələşdirilməsidir, sosial müdafiənin təməl daşıdır, fəlakətlərdən sonra yenidən ayağa qalxmağın təminatıdır.
Hazırkı dövr qlobal risklərin yenidən formalaşdığı bir dövrdür. İqlim dəyişikliyinin təsirləri hər gün daha aydın görünür. Təbii fəlakətlərin sayı və şiddəti artır. Kiber risklər yeni iqtisadi təhdidlər yaradır. Əhalinin yaşlanması pensiya sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Səhiyyə xərcləri artır. Süni intellekt isə iş görmə üsullarımızı dəyişdirir. Bütün bu proseslər bizə mühüm bir həqiqəti göstərir: risklər böyüyür, mürəkkəbləşir və sərhəd tanımır. Məhz buna görə də sığorta sektoru artıq yalnız zərərləri və təzminatları ödəyən bir sahə deyil. Sığorta riskləri idarə edən, iqtisadiyyatları gücləndirən və cəmiyyətlərin dayanıqlılığını artıran strateji bir sektora çevrilib", - deyə o qeyd edib.
Ə.Yaşarın sözlərinə görə, hazırda türk dünyasında sığortalanma səviyyəsi aşağı olaraq qalır: "Bildiyiniz kimi, 2023-cü ildə Türkiyə Kahramanmaraş zəlzələləri ilə üzləşdi və təxminən 106 milyard dollarlıq iqtisadi itki qeydə alındı. Bu itkilərin yalnız 6 milyard dollarlıq hissəsi sığortalanmış zərər kimi qarşılandı. Bu vəziyyət sığorta və ya təkrarsığorta potensialının kifayət etməməsi ilə bağlı deyil. Əsas səbəb sığortalanma səviyyəsinin aşağı olmasıdır. Həmin dövrdə sığortalılıq dərəcəsi təxminən 5-6 % səviyyəsində idi. Halbuki, həmin il dünyada baş verən təbii fəlakətlər nəticəsində yaranan zərərlərin orta hesabla 40 %-i sığorta vasitəsilə qarşılanmışdı. Türkiyədə qeydə alınan göstəriciləri bu hesablamaya daxil etdikdə qlobal orta göstərici 30 %-ə düşür. Bu rəqəmlər həm Türkiyədə, həm də regionda, xüsusilə Türk dünyasında sığortalanma səviyyəsinin aşağı olduğunu və qorunma boşluqlarının nə qədər böyük olduğunu açıq şəkildə göstərir".

Azərbaycanda 5 ayda dövlət xəttilə 200 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 200 milyon manat kredit verilib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 33,3 % azalaraq 100,4 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39,4 % azalaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 25 % artıb
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 3,45 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,15 %, son 1 ildə isə 25 % artıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət aprelin sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il mayın sonuna isə 1,7 % olub.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 29 %-dən çox artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 557,1 milyon manat xalis mənfəət əldə edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,35 % çoxdur.
Xəbər yenilənəcək ...

Azərbaycanın bank sektorunun aktivləri 5 %-ə yaxın artıb
Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 59 milyard 183,7 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 4,7 % çoxdur.
Xəbər yenilənəcək ...

"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % artıb
Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı" MMC 2025-ci ili 1,952 milyon manat zərərlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6 % çoxdur.
Ötən il "Azərbaycan Nəşriyyatı"nın gəlirləri 5,288 milyon manat (əvvəlki ilə nisbətən 6,6 % az), xərcləri isə 7,24 milyon manat (3,55 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan Nəşriyyatı"nın aktivləri 29,222 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 8 % artaraq 823 min manata çatıb, balans kapitalı isə 6,4 % azalaraq 28,398 milyon manata düşüb.
Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Azərbaycan Nəşriyyatı"nın təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.06.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,04 % artaraq 1,9324 manat, 100 Rusiya rublunun məzənnəsi 0,33 % azalaraq 2,2735 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9324 |
| 100 Rusiya rublu | 2,2735 |
| 1 Avstraliya dolları | 1,1733 |
| 1 Belarus rublu | 0,6035 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1100 |
| 1 Çexiya kronu | 0,0797 |
| 1 Çin yuanı | 0,2499 |
| 1 Danimarka kronu | 0,2585 |
| 1 Gürcü larisi | 0,6424 |
| 1 Honq Konq dolları | 0,2168 |
| 1 Hindistan rupisi | 0,0180 |
| 1 İngilis funt sterlinqi | 2,2412 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1746 |
| 1 İsveçrə frankı | 2,0960 |
| 1 İsrail şekeli | 0,5709 |
| 1 Kanada dolları | 1,1946 |
| 1 Küveyt dinarı | 5,4922 |
| 100 Qazaxıstan təngəsi | 0,3496 |
| 1 Qətər rialı | 0,4664 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5437 |
| 1 Moldova leyi | 0,0965 |
| 1 Norveç kronu | 0,1727 |
| 100 Özbək somu | 0,0141 |
| 100 Pakistan rupisi | 0,6110 |
| 1 Polşa zlotası | 0,4508 |
| 1 Rumıniya leyi | 0,3690 |
| 1 Serbiya dinarı | 0,0165 |
| 1 Sinqapur dolları | 1,3111 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4528 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,2999 |
| Türk lirəsi | 0,0365 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0379 |
| Yapon yeni | 1,0509 |
| Yeni Zelandiya dolları | 0,9602 |
| Qızıl | 6794,7385 |
| Gümüş | 97,8968 |
| Platin | 2674,9585 |
| Palladium | 1999,9225 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 73,74 | - 3,34 | 12,89 |
| Neft WTI (dollar/barel) | 70,34 | - 2,87 | 12,92 |
| Qızıl (dollar/unsiya) | 4 009,80 | - 139,60 | - 331,30 |
| İndekslər | |||
| Dow-Jones | 51 848,90 | 182,06 | 3 785,61 |
| S&P 500 | 7 358,22 | - 7,24 | 512,72 |
| Nasdaq | 25 476,64 | - 110,40 | 2 234,65 |
| Nikkei | 69 174,97 | - 613,41 | 18 835,49 |
| Dax | 24 740,36 | - 153,22 | 249,95 |
| FTSE 100 | 10 461,63 | 32,78 | 530,25 |
| CAC 40 INDEX | 8 385,49 | 44,78 | 235,99 |
| Shanghai Composite | 4 110,81 | 4,56 | 141,97 |
| Bist 100 | 14 331,21 | - 208,40 | 3 069,69 |
| RTS | 945,17 | - 40,99 | - 168,96 |
| Valyuta | |||
| USD/EUR | 1,1366 | 0,0003 | - 0,0379 |
| USD/GBP | 1,3181 | - 0,0011 | - 0,0292 |
| JPY/USD | 161,7800 | 0,2300 | 5,3300 |
| RUB/USD | 74,8454 | 0,4553 | - 3,9046 |
| TRY/USD | 46,4966 | 0,0210 | 3,5404 |
| CNY/USD | 6,8133 | 0,0205 | - 0,1757 |

EDB Almatıda Avrasiyanın meqalayihələrini və yeni investisiya imkanlarını müzakirə edəcək
Qazaxıstanın Almatı şəhərində Avrasiya İnkişaf Bankının (EDB) 20 illiyinə həsr olunmuş illik toplantısı və biznes forumu öz işinə başlayıb.
"Report"un əməkdaşının Almatıdan verdiyi məlumata görə, 25-26 iyunda keçiriləcək tədbirlər Avrasiyanın inkişafının, investisiya əməkdaşlığının və regional inteqrasiyanın əsas sahələrini müzakirə etmək üçün platforma olacaq.
İştirakçılar davamlı inkişaf, rəqəmsal iqtisadi transformasiya, Mərkəzi Asiya ölkələrində İslam maliyyəsinin perspektivləri, həmçinin regionun nəqliyyat infrastrukturunun inkişafı və modernləşdirilməsi mövzularına diqqət yetirəcəklər.
2025-ci ilin sonuna olan məlumata görə, EDB-nin portfeli ümumi investisiyası 19,6 milyard ABŞ dolları olan 326 layihədən ibarət idi. Bank hazırkı strategiyasının bir hissəsi olaraq, üç əsas meqalayihə həyata keçirir: "Mərkəzi Asiyanın su və enerji kompleksi", "Avrasiyanın nəqliyyat karkası" və "Avrasiya əmtəə şəbəkəsi".
"Report" İnformasiya Agentliyi tədbirin rəsmi media-tərəfdaşı kimi çıxış edir.

-
report.az
- Elina Moşkoviç: "İnkişaf etməkdə olan ölkələrdə təbii fəlakət itkilərinin 90 %-i sığortalanmır"
Elina Moşkoviç: "İnkişaf etməkdə olan ölkələrdə təbii fəlakət itkilərinin 90 %-i sığortalanmır"
İnkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlər nəticəsində yaranan iqtisadi itkilərin 80-90 %-i sığorta təminatından kənarda qalır.
"Report" xəbər verir ki, bunu "Risk University"nin təsisçisi, risklərin idarə olunması və korporativ idarəetmə üzrə məsləhətçisi Elina Moşkoviç XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, qlobal miqyasda təbii fəlakətlərin iqtisadi və sosial təsirləri artmaqda davam edir, lakin bu risklərin əhəmiyyətli hissəsi hələ də sığorta ilə əhatə olunmur:
"Ötən il dünyada təbii fəlakətlər nəticəsində 220 milyard ABŞ dolları həcmində zərər qeydə alınıb. Bu itkilərin təxminən yarısı sığortalanmamışdı. Bu, bir tərəfdən cəmiyyət üçün ciddi problemdir, digər tərəfdən isə sığorta sektoru üçün böyük inkişaf potensialı yaradır.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bunun ən bariz nümunələrindən biridir. Minlərlə insanın həyatına son qoyan və böyük iqtisadi itkilərə səbəb olan bu fəlakətdə zərərin yalnız kiçik hissəsi sığorta ilə təmin edilmişdi. Qalan yük isə ailələrin və dövlətin üzərinə düşdü.
Lakin həmin faciə başqa bir vacib dərsi də ortaya qoydu. Zəlzələnin təsirinə məruz qalan Ərzin şəhərində eyni gücdə yeraltı təkanlar qeydə alınsa da, insan itkisi yaşanmadı. Bunun əsas səbəbi risklərin düzgün idarə olunması idi. Şəhər rəhbərliyi tikinti normalarının pozulmasına yol verməmiş, təhlükəsizlik standartlarına ciddi nəzarət etmişdi. Nəticədə eyni təbii hadisə fərqli nəticələr doğurdu".
E.Moşkoviç vurğulayıb ki, risklərin idarə edilməsində əsas məsələ məlumatın qərarlara çevrilməsidir:
"Bu gün təşkilatların risk modelləri, strateji hədəfləri, əsas performans göstəriciləri və geniş məlumat bazaları var. Lakin əsas sual budur ki, bu məlumatlardan necə istifadə olunur? Məqsədə çatmaq üçün hansı şərtlərin yerinə yetirilməli olduğunu, hansı risklərin mövcud olduğunu və həmin risklərə nə qədər yaxınlaşdığımızı davamlı şəkildə izləməliyik.
Risklərin qiymətləndirilməsi yalnız rüblük və ya illik hesabatlarla məhdudlaşmamalıdır. Eyni zamanda, risk iştahası və dözümlülük hədləri dəqiq müəyyən edilməlidir. Bütün bunların məqsədi daha düzgün və əsaslandırılmış qərarların qəbul edilməsidir".

-
report.az
- Aydın Rəhmanov: "Azərbaycanda həyat sığortasının inkişafı üçün yeni maliyyə alətlərinə ehtiyac var"
Aydın Rəhmanov: "Azərbaycanda həyat sığortasının inkişafı üçün yeni maliyyə alətlərinə ehtiyac var"
Azərbaycanda sığorta sektorunda müşahidə olunan artımın əsas hərəkətverici qüvvəsi dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmləridir və bu artım hələlik daha çox statistik göstəricilərdə öz əksini tapır.
"Report" xəbər verir ki, bunu "Qala Sığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Aydın Rəhmanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, hər bir təşviq və dəstək mexanizmi müəyyən zaman çərçivəsinə malikdir: "İstər iki, istər beş, istərsə də on ildən sonra bu mexanizmlərin təsiri azalacaq. Buna görə də bizim üçün ən vacib nəticə insanların düşüncə tərzinin dəyişməsi və cəmiyyətdə sığorta mədəniyyətinin formalaşmasıdır. Məhz bu fürsətdən maksimum istifadə etməliyik".
A.Rəhmanov qeyd edib ki, sığorta sektoru hər il böyüməyə davam edir və məhsul portfelində müəyyən transformasiya prosesləri müşahidə olunur: "Hazırda bazarda yeni pensiya modellərinin hazırlanması istiqamətində işlər aparılır. Həyat sığortası kifayət qədər spesifik sahədir və onun inkişafı üçün müxtəlif iqtisadi və maliyyə alətlərinin tətbiqi vacibdir.
Biz yerli bazarda artım dinamikasını müşahidə edirik və bu tendensiyanın gələcəkdə də davam edəcəyini gözləyirik. Davamlı inkişafın təmin edilməsi və bazarın dərinləşməsi strategiyamızın əsas prioritetlərindən biridir".

Uğur İbrahimli: "Sığorta sektoru bu gün etibar çatışmazlığı ilə üzləşir"
Azərbaycan sığorta sektoru bu gün etibar çatışmazlığı və daha geniş mənada maliyyə məlumatlılığının azlığı ilə üzləşir.
"Report" xəbər verir ki, bunu "Meqa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Uğur İbrahimli XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, əhalinin böyük hissəsi sığortanın faydalarını həqiqətən başa düşmür: "Buna baxmayaraq, bazarımız hər il orta hesabla 15 % artım nümayiş etdirir. Son beş ilə nəzər salsaq, həyat sığortası ildə təxminən 19 % qeyri-həyat sığortası isə 14 % artıb. Hətta avtomobil sığortası və avtomobil kasko sığortası kimi çox sadə məhsullarda belə əhəmiyyətli müdafiə boşluğu mövcuddur. Məsələn, avtomobil parkının sığorta əhatəsi 10 %-dən azdır. Bu, böyük artım potensialını göstərir".
U.İbrahimli qeyd edib ki, sığorta şirkətləri gəlirliliyi və maliyyə sabitliyini qurban verməmək üçün atmalı olduğu ilk addım texnoloji innovasiyadır: "Bura proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırma daxildir. Bu, şirkətin müştəri cəlb etmə və xidmət göstərmə xərclərini əhəmiyyətli dərəcədə azaldır. İkinci əsas aspekt portfelin şaxələndirilməsidir. Şirkətlər yalnız bir sığorta məhsuluna, məsələn, tibbi sığortaya və ya icbari avtomobil mülki məsuliyyət sığortasına arxalanmamalı, təkliflərini şaxələndirməlidirlər. Digər əsas problem anderraytinq intizamıdır. Bu zaman şirkətlər etinasız anderraytinqdən qaçınmalıdır. Məqsəd daha çox deyil, keyfiyyətli iş yazmaq olmalıdır".
O vurğulayıb ki, müştəri yönümlü yanaşma mühüm əhəmiyyət daşıyır: "Məlum olduğu kimi, yeni müştəri cəlb etmək mövcud müştərini saxlamaqdan daha bahalıdır, buna görə də yeniləmə nisbəti yüksək olmalıdır. Əgər şirkətlər diversifikasiya, avtomatlaşdırma, rəqəmsallaşdırma və müştəri yönümlülükdə uğur qazansalar, gəlirliliklərini əldə edəcək və qoruyacaqlar".

-
report.az
- AMB: "Azərikard"a üzv bankların müştərilərinə təsir edən texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
AMB: "Azərikard"a üzv bankların müştərilərinə təsir edən texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
Bu gün "Azərikard" MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı olan insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.
Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
"Əhalinin diqqətinə çatdırılır ki, AMB-nin ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.
Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb", - açıqlamada deyilir.
Bildirilir ki, bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur.
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem "Azerikard" MMC-dən qaynaqlanmır.
Bu barədə "Report"a şirkətdən bildirilib.
Məlumata əsasən, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azerikard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb: "Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".

"AzRE": Azərbaycanda sığortaya tənzimləyici tələb kimi baxırlar
Azərbaycanda əhalinin böyük hissəsi və bəzi müəssisələr sığortanı riskin ötürülməsi aləti kimi deyil, tənzimləyici tələb kimi qəbul edirlər.
"Report" xəbər verir ki, bunu "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Vüsal Abbasov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, buna görə də sığorta savadlılığının və maarifləndirmənin artırılması sığorta bazarı, tənzimləyici qurum və sığorta bazarının inkişafında iştirak edən bütün tərəflər qarşısında bir nömrəli problemdir: "İkinci problem, məncə, diversifikasiya ilə bağlıdır. Bəli, bazar böyüyür. Düşünürəm ki, iki il əvvəl 1 milyard manatı keçdik, indi isə 1,5 milyard manat səviyyəsindəyik, ümid edirik ki, 2 milyard manata çatacağıq. Lakin portfelin strukturuna baxanda müəyyən məhsullara asılılıq görünür. Həyat və yığım sığortası, icbari nəqliyyat sığortası və tibbi sığorta bazarda üstünlük təşkil edən üç ən böyük biznes xəttidir. Bir, iki və ya üç konkret məhsul üzərində rəqabət olduqda, artan rəqabət səbəbindən mənfəət marjası daralır. Biz xidmətlərimizi daha diversifikasiya olunmuş biznes xətlərinə genişləndirməliyik".
Sədr hesab edir ki, bu baxımdan bütün portfeli pərakəndə, korporativ müştərilər, banksığorta və icbari sığorta kateqoriyalarına ayırmaq məqsədə uyğun olardı: "Bu dörd qrupun hamısında hansı problemlər var? Pərakəndə biznes üçün, düşünürəm ki, bazarımızın daha çox məlumat analizinə, daha çox texnologiyaya və daha çox rəqəmsal xidmətlərə ehtiyacı var. Pərakəndə tərəfdəki ikinci problem agentlik şəbəkəsi ilə bağlıdır. Etiraf etməliyik ki, agentliklərimiz və vasitəçilərimiz hələ inkişaf prosesindədir və çox iş görülməlidir. Həmçinin kibersığorta və digər texnologiya ilə bağlı risklər kimi yeni yaranan risklər də var ki, onları müştərilərimizə sata bilərik. Azərbaycanda banklar satış kanalı kimi istifadə olunur, lakin əsasən bankların malik olduğu girov üçün. Düşünürəm ki, biz sığortaçılar və banklar arasında bu əməkdaşlığı genişləndirə bilərik və banklardan kanal kimi istifadə edə bilərik ki, sığorta banklar üçün yalnız öz girovlarının sığortalanması deyil, əlavə gəlir mənbəyinə çevrilsin".

Niyaz İsmayılov: "Azərbaycanın sığorta sektoru tam yetkinləşmə mərhələsinə hələ çatmayıb"
Azərbaycanın sığorta sektoru son illərdə əhəmiyyətli inkişaf mərhələsindən keçsə də, hələ tam yetkinlik səviyyəsinə çatmayıb və böyük artım potensialını qoruyub saxlayır.
"Report" xəbər verir ki, bunu "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, bir sıra məhsul və müştəri seqmentlərində mühüm nailiyyətlər əldə olunub: "Bura fərdi sığorta, korporativ müştərilər və kiçik və orta biznes (KOB) seqmenti daxildir. Biz hesab edirik ki, inkişafın əsasını müştəri mərkəzli yanaşma təşkil edir. Bu yanaşmanın ayrılmaz hissəsi isə yüksək keyfiyyətli müştəri təcrübəsinin formalaşdırılmasıdır".
N. İsmayılov qeyd edib ki, sığorta məhsullarının hazırlanması müştərilərin real ehtiyaclarına əsaslanmalıdır: "Bu gün müştərilər "Amazon" və ya bank sektoru kimi sahələrdə sürətli və qüsursuz xidmət təcrübəsi əldə edirlər. Nəticədə onlar sığorta şirkətlərindən də eyni səviyyədə operativlik və rahatlıq gözləyirlər. Təəssüf ki, sektorumuz hazırda bu gözləntilərin qarşılanması baxımından müəyyən qədər geridə qalır.
Müştəri ehtiyaclarını daha dərindən anladıqdan və həmin ehtiyaclara uyğun biznes modelləri formalaşdırdıqdan sonra yeni satış kanallarını və ekosistemləri inteqrasiya etmək mümkün olacaq. Biz bunu sektorun gələcək inkişafı və böyüməsi üçün mühüm imkan hesab edirik".

-
report.az
- Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (Yanvar-may, 2026)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (Yanvar-may, 2026)
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin bu ilin yanvar-may aylarında həyata keçirdiyi sığorta ödənişlərinin məbləğinə görə renkinqini təqdim edir:
| № | Sığorta şirkətləri | Sığorta ödənişləri (milyon manatla) | İllik dinamika |
| 1 | PASHA Life Insurance | 240,536 | 35,5% |
| 2 | PASHA Insurance | 66,754 | 19,6% |
| 3 | Ateshgah Life Insurance | 41,736 | 88,2% |
| 4 | Ateshgah Insurance | 16,944 | 1,9% |
| 5 | Gala Insurance | 10,174 | -0,8% |
| 6 | Azerbaijan Industry Insurance | 7,455 | 46,4% |
| 7 | Mega Insurance | 7,008 | 5,4% |
| 8 | A-Group Insurance | 5,251 | 15,3% |
| 9 | Xalq Insurance | 4,044 | 17,6% |
| 10 | Atainsurance | 2,882 | 36,8% |
| 11 | Xalq Life Insurance | 2,204 | -28,2% |
| 12 | Mega Life Insurance | 2,145 | 4,5% |
| 13 | Gala Life Insurance | 1,491 | 155,8% |
| 14 | Azinsurance | 0,652 | -16,0% |
| 15 | Agro Insurance | 0,359 | -91,4% |
| 16 | Silkway Insurance | 0,003 | -74,0% |
| Cəmi | 409,636 | 30,1% |

-
report.az
- Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-may, 2026)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-may, 2026)
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin bu ilin yanvar-may aylarında topladığı sığorta haqlarının məbləğinə görə renkinqini təqdim edir:
| № | Sığorta şirkətləri | Sığorta haqları (milyon manatla) | İllik dinamika |
| 1 | PASHA Life Insurance | 370,978 | 7,5% |
| 2 | PASHA Insurance | 172,311 | 5,8% |
| 3 | Ateshgah Life Insurance | 50,417 | 1,6% |
| 4 | Ateshgah Insurance | 27,058 | 5,0% |
| 5 | Gala Insurance | 21,098 | -54,8% |
| 6 | Agro Insurance | 13,383 | 21,5% |
| 7 | Azerbaijan Industry Insurance | 13,006 | -5,9% |
| 8 | Mega Life Insurance | 12,349 | 84,5% |
| 9 | Mega Insurance | 12,146 | -6,2% |
| 10 | Gala Life Insurance | 11,818 | -1,8% |
| 11 | Xalq Insurance | 11,040 | -3,5% |
| 12 | A-Group Insurance | 7,568 | -4,3% |
| 13 | Xalq Life Insurance | 4,920 | 17,2% |
| 14 | Azinsurance | 3,074 | -23,3% |
| 15 | Silkway Insurance | 1,464 | 20,7% |
| 16 | Atainsurance | 0,003 | -99,9% |
| Cəmi | 632,733 | 1,8% |

Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Expressbank" ASC-lərin kart əməliyyatlarında texniki problem yaranb.
"Report" xəbər verir ki, bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!", - ABB-nin məlumatında qeyd olunub.
ABB-dən "Report"a bildirilib ki, yaxın zamanda vəsaitlər bank hesablarına bərpa olunacaq.
"Expressbank"ın məlumatında da kart əməliyyatları ilə bağlı problemin qısa zamanda həll ediləcəyi bildirilib.

Azərbaycanda çoxfunksiyalı qiymətləndirici portal yaradılır
Azərbaycanda qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi məqsədilə çoxfunksiyalı qiymətləndirici portal yaradılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, portal qiymətləndiricilərin gördüyü işlərin qeydiyyatı, keyfiyyətə nəzarət, bazarın analitik təhlili və avtomatlaşdırılmış qiymətləndirmə modullarını özündə birləşdirəcək:
"Portal vasitəsilə qiymətləndirmə hesabatlarının beynəlxalq və milli standartlara uyğunluğu yoxlanılacaq. Layihə çərçivəsində böyük məlumat bazasının ("Big Data") formalaşdırılması da nəzərdə tutulur. Analoji platforma nə Avropada, nə də keçmiş SSRİ məkanında fəaliyyət göstərib".

Azərbaycanın sığorta bazarı 2 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

Bakıda Avropanın pensiya sistemi təcrübəsi müzakirə olunub
Avropa İttifaqına (Aİ) üzv olduqdan sonra Mərkəzi və Şərqi Avropa dövlətlərinin pensiya fondları və mexanizmləri istiqamətində ciddi inkişaf müşahidə edilib.
"Report" xəbər verir ki, bunu "Richter Pharma" Pensiya Fondunun icarçı direktoru, "Pensions Europe" Mərkəzi və Şərqi Avropa Ölkələri Forumunun (CEEC Forum) sədri Csaba Nagi XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
İttifaqa inteqrasiyanın vətəndaşların yaşayış tərzinə ciddi təsir göstərdiyini vurğulayan C.Nagi əlavə edib: "Düşünün ki, bizim yerli qanunvericilik bazamız, pensiya fondlarını tənzimləyən öz qaydalarımız mövcud idi. Lakin üzvlükdən sonra yeni bir qanunvericilik pilləsi yarandı. Avropa qanunlarının tətbiqi zamanı fərqli pensiya fondlarının strukturu və xüsusiyyətlərinə görə bəzən yanlış tərcümələr və digər qurumların məhsullarının dərk edilməsində anlaşılmazlıqlar yaranırdı".
O qeyd edib ki, Aİ qaydaları ilə tanışlıq yerli təcrübədən fərqlilikləri üzə çıxarıb: "Bizdə həm vətəndaşlar, həm də müəssisələr sosial ayırmalar edirdi. Macarıstan nümunəsində fərdi ödəniş 15 % təşkil edirdi və bu da iki yerə ayrılırdı: 8 % ikinci səviyyəli pensiya fondlarına, 7 % isə birinci səviyyəyə, yəni sosial sektora yönəlirdi. Ancaq illər keçdikcə ikinci səviyyəyə yönələn vəsaitin birinci səviyyədə çatışmazlığı hiss olundu. Bu isə ciddi büdcə kəsiri demək idi. İttifaqa yeni daxil olmuş bir dövlət kimi büdcə kəsirini 3 %-dən aşağı tutmağı tələb edən Maastrixt meyarlarına əməl etməli idik. Aİ rəsmiləri ilə vəsaitin hələ də ikinci səviyyədə olduğunu və kəsiri azalda biləcəyimizi sübut etmək üçün aparılan çoxsaylı danışıqlar nəticəsiz qaldı. Beləliklə, Macarıstanın bəsdir dediyinin səbəblərindən biri bu idi".
C. Nagi hesab edir ki, məcburi sosial təminat sistemlərində nəzərəçarpacaq dərəcədə qeyri-rəsmi iqtisadiyyat mövcuddur. Onun fikrincə, işəgötürənlərin vəsait ödəməkdən, işçilərin isə sistemə daxil olmaqdan çəkinməsinin müxtəlif səbəbləri var: "Məhz bu səbəbdən, anlaşılan və inam yaradan bir mexanizm qurulmalıdır. Sistem maksimal dərəcədə sadə olmalıdır ki, vətəndaşların marağı itməsin. İnsanlar dəqiq məlumatlarla, anlaşılan alternativlərlə və real gözləntilərlə təmin edilməlidir. Xüsusən gənclərə sistemin texniki detallarını deyil, yekun nəticələrini aşılamaq lazımdır. Vətəndaşlar bu mexanizmdən hansı faydanı götürəcəklərini dərk etməlidirlər. Bu dərketmə və inam formalaşmalıdır. Yəni davamlı siyasətlərə və uzunömürlü təsisatlara ehtiyac var".
C.Nagt əlavə edib ki, işə əsaslanan və ya peşə pensiyalarının daha səmərəli işlədiyi sistemlərdə işəgötürənlərin aktiv rolu görünür: "İşəgötürənlər bu prosesə cəlb olunmadan keyfiyyətli əlavə peşə pensiyası formalaşdırmaq olduqca mürəkkəbdir. Buna nail olmağın yolları hər ölkənin mədəniyyətinə görə dəyişir. Misal üçün, Litvada avtomatik qeydiyyat mexanizmi yaxşı işləsə də, işəgötürənlər prosesdə iştirak etmirdi. Hökumət bu proqramı dayandırdıqda, sistemi müdafiə edəcək işəgötürən təbəqəsi yox idi. Buna görə də mexanizmin arxasında güclü cəmiyyət dəstəyi dayanmalıdır. Bütün bu nüanslarda ən vacib məqam etibardır və fərqli ölkələrdə bu etibarı qazanmaq ən çətin mərhələdir".

"Ferrum Kapital"ın kredit portfeli 26 %-ə yaxın kiçilib
Azərbaycanın aparıcı faktorinq xidməti "Ferrum Kapital" QSC 2025-ci ili 3,78 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 39,6 % çoxdur.
Ötən il "Ferrum Kapital"ın vergiyəqədərki mənfəəti 4,787 milyon manat (əvvəlki ilə nisbətən 40,7 % çox), mənfəət vergisi ödəmələri isə 1,008 milyon manat (45,45 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Ferrum Kapital"ın aktivləri 77,175 milyon manat olub ki, bu da illik müqayisədə 2 % çoxdur. Bunun 37,638 milyon manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Son 1 ildə şirkətin borc portfeli 25,7 % kiçilib.
Hesabat dövründə şirkətin öhdəlikləri 2,4 % artaraq 68,739 milyon manata çatıb, balans kapitalı isə 1,1 % azalaraq 8,436 milyon manata düşüb.
Xatırladaq ki, "Ferrum Kapital" yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68 %), Məhəmməd Həbibzadə (23 %), "AQA Şirkətlər Qrupu" MMC (4,5 %) və "Vesta İnvestment" MMC-dir (4,5 %).

-
report.az
- Olqa Maslova: "Qazaxıstanda pensiya sistemində əsas risk insanların gözləniləndən daha uzun yaşamasıdır"
Olqa Maslova: "Qazaxıstanda pensiya sistemində əsas risk insanların gözləniləndən daha uzun yaşamasıdır"
Hazırda Qazaxıstanın pensiya sisteminin qarşısında duran ən əsas risk insanların ehtimal olunandan daha uzun yaşamasıdır.
"Report" xəbər verir ki, bunu "Nomad Life Kazakhstan" şirkətinin pərakəndə satışlar üzrə icraçı direktoru Olqa Maslova XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, söhbət uzunömürlülük riskindən gedir: "1998-ci ildə Qazaxıstanda orta ömür uzunluğu 65-66 il idi. Bu gün orta ömür uzunluğu 76 ildir. 10-15 ildən sonra nə olacağını və ömür uzunluğunun nə qədər olacağını biz deyə bilmirik".
O. Maslova qeyd edib ki, ikinci risk müxtəlif səbəblərə görə pensiya hesabında yığılmış pulların insana kifayət etməməsidir: "Bu, həmçinin pensiya aktivlərinin çıxarılması ilə bağlıdır. Belə imkana malik olan əhalinin böyük hissəsi artıq məbləğləri daşınmaz əmlakın alınmasına və müalicəyə yönəldib.
Şirkət rəsmisi bildirib ki, digər risk inflyasiya ilə bağlıdır: "Hər il pensiya fondumuz inflyasiya səviyyəsini ödəmir. Elə ayrı-ayrı illər olur ki, investisiya gəliri ölkədəki inflyasiya səviyyəsindən aşağı olur. Lakin uzunmüddətli perspektivdə, 5-15 il müddətində baxsaq, orada artım müşahidə olunur. Həmçinin bütün işçilərin layiqli pensiya almaq üçün lazımi miqdarda pul yığmaması riski mövcuddur. Çünki hamı rəsmi işləmir. Bizdə zərflərdə əmək haqqı almaq, bir qayda olaraq, kiçik biznesdə davam edir, yaxud işəgötürən sosial ayırmaları minimuma endirmək üçün əmək haqqını süni şəkildə azaldır".

Hesabat: Yaxın Şərqdə gərginlik dəniz nəqliyyatına 125 milyard dollara yaxın ziyan vurub
Yaxın Şərqdə münaqişənin eskalasiyası və Hörmüz boğazının blokadası gəmilərə, yüklərə və liman infrastrukturuna əhəmiyyətli ziyan vurub.
"Report" xəbər verir ki, bu barədə "Allianz" sığorta şirkətinin hesabatında bildirilib.
Bu il iyunun 15-nə olan vəziyyətə görə, Fars körfəzi akvatoriyasında ümumi tutumu 100 GT-dən çox olan təxminən 1 150 yük gəmisi olub. Onların ümumi tutumu 29 milyon GT təşkil edib, gəmilərin və onların daşıdıqları yüklərin ümumi dəyəri isə təxminən 125 milyard dollar olaraq qiymətləndirilib.
"Allianz"ın məlumatına görə, sığortaçılar regionda raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalan konteyner gəmilərinin, neft tankerlərinin zədələnməsi səbəbindən dəniz sığortası müqavilələri üzrə əhəmiyyətli ödənişlərlə üzləşirlər. Daşınan yüklərə də ciddi ziyan dəyib.
"Münaqişəyə baxmayaraq, dəniz sığortaçıları sığorta təminatını qoruyub saxlayaraq gəmiçilik sənayesini dəstəkləməyə davam ediblər, hərçənd gəmilərin gövdələrinin və yüklərin sığorta dəyəri əhəmiyyətli dərəcədə artıb. Lakin gəmi sahibləri üçün əsas problem sığorta məsələləri deyil, silahlı münaqişə zonasından keçərkən heyət və gəmilərin özləri üçün yaranan risklər olub", - hesabatda bildirilib.
Qeyd edilib ki, Hörmüz vasitəsilə gəmiçilik tam bərpa olunduqdan sonra belə etibarlı beynəlxalq təhlükəsizlik zəmanətləri tələb olunacaq.

Vüsal Qurbanov: "Könüllü sığorta məhsulları vahid paketdə təqdim olunacaq"
Azərbaycanda könüllü sığorta sahəsindəki mövcud növlərin beynəlxalq standartlara uyğunlaşdırılması hədəflərinir.
"Report"xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Baş direktor vurğulayıb ki, uyğunlaşdırma prosesi addım-addım həyata keçirilir: "İlk növbədə avtomobilin gövdəsini əhatə edən KASKO sığortası gəlir. Ardınca nəqliyyat vasitəsindəki sərnişinlərin fərdi qəza sığortası, sonda isə üçüncü şəxslər qarşısında mülki məsuliyyətin könüllü sığortası yer alır.
Bu növlər əhaliyə vahid məhsul kimi təklif edilir. KASKO könüllü xarakter daşıyır və burada sığortaçı avtomobilin zədələnməsi halları üçün öz üzərinə öhdəlik götürür. Bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsini tələb edən detallar mövcud idi. Artıq həmin məsələlər xüsusi qaydalar çərçivəsində tənzimlənib və ictimaiyyətə tezliklə müvafiq məlumat veriləcək".

Azərbaycanda icbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda icbari fərdi qəza sığortası istiqamətində təkmilləşdirmə işləri aparılır.
"Bu, icbari fərdi qəza sığortasında sığorta növlərinin dəyişdirilməsi ilə əlaqədardır. Məsələ icbari fərdi qəza sığortasına aid olan sığorta növlərinin yenilənməsi ilə bağlıdır. Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində diqqətə almışıq.
Digər sahələrdə, özəlliklə də avto-icbari sığorta növündə qanunvericilik bazasına bəzi dəyişikliklərin əlavə olunmasını hədəfləyirik. Mövcud vəziyyətdə maddi zərərə görə sığorta məbləği 5 milyon manatdır. Həmin vəsait avtomatik olaraq yenilənən xüsusiyyətə malikdir. Başqa sözlə, vətəndaşın əmlakına 5 milyon manatlıq ziyan dəydikdə belə, bu limit sıfırlanmır. Məbləğ öz-özünə təkrar 5 milyon manat həddinə çatdırılır. Bu, avtomatik bərpa edilən sığorta limitidir.
Fərqli sığorta məhsullarında isə hadisə baş verdikdə və ödəniş edildikdə, ümumi sığorta limiti verilmiş kompensasiya həcmində aşağı salınır. Ancaq sözügedən [avto-icbari-red.] sığorta istiqamətində qaydalar fərqlənir, başqa cür desək, sığorta limiti daimi formada qorunaraq eyni səviyyədə saxlanılır", - V. Qurbanov vurğulayıb.

-
report.az
- Ülviyyə Cabbarova: "Azərbaycan sığortanın nüfuzetmə səviyyəsinin artırılması üçün əhəmiyyətli potensiala malikdir"
Ülviyyə Cabbarova: "Azərbaycan sığortanın nüfuzetmə səviyyəsinin artırılması üçün əhəmiyyətli potensiala malikdir"
Azərbaycan sığortanın nüfuzetmə səviyyəsini artırmaq üçün əhəmiyyətli potensiala malikdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Bizim məqsədimiz bu imkanları tam şəkildə reallaşdırmaqdır. Bununla yanaşı, bizim üçün yalnız kəmiyyət artımı prioritet deyil. Əsas vəzifə ondan ibarətdir ki, sığorta vətəndaşların gündəlik həyatında daha əhəmiyyətli yer tutsun, cəmiyyətin və iqtisadiyyatın dayanıqlı inkişafına daha sanballı töhfə versin.
Sürətlə dəyişən dünyada risklər artır, gözləntilər transformasiyaya uğrayır və sığortanın əhəmiyyəti heç vaxt olmadığı qədər yüksəlir", - Ü.Cabbarova vurğulayıb.
ASA-nın Müşahidə Şurasının sədri qeyd edib ki, günümüzdə sığorta artıq sadəcə zərərlərin kompensasiyası aləti deyil: "O, insanlara gələcəyi daha inamlı şəkildə planlaşdırmağa imkan verir, ailələrin maliyyə müdafiəsini təmin edir və gözlənilməz təhdidlər qarşısında biznesin dayanıqlığını artırır".
Onun sözlərinə görə, qlobal sığorta bazarında müzakirələrin mərkəzi mövzuları transformasiya olunan risklər və bu çağırışlara cavab verən yeni həllər ətrafında cəmləşir: "Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kibertəhdidlərin yayılması və bir sıra digər nüanslar sığorta sahəsi qarşısında yeni vəzifələr formalaşdırır. Bu çağırışlar bizi daha böyük çeviklik nümayiş etdirməyə, innovativ məhsullar hazırlamağa və müştərilərin dəyişən tələblərinə operativ şəkildə uyğunlaşmağa vadar edir.
Bu məqsədlə "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində qarşıdakı dövr üçün - sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin tətbiqi, könüllü sığortanın inkişafı və maliyyə xidmətlərindən istifadə üçün daha geniş imkanların formalaşdırılması əsas prioritetlər kimi müəyyən edilib. Hesab edirəm ki, bu sənəd sadəcə dövlət proqramı deyil, sığorta bazarının gələcək inkişafı üçün ən mühüm yol xəritəsidir. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq yalnız dövlət orqanlarının deyil, eyni zamanda bazarın bütün iştirakçılarının birgə məsuliyyətidir. Əminəm ki, əməkdaşlıq və sinerji sayəsində sığorta sahəsinin inkişafını daha da sürətləndirə biləcəyik".

Azər Əmiraslanov: "Azərbaycan sığorta bazarının yeni inkişaf strategiyasını hazırlayır"
Azərbaycanda milli sığorta bazarının inkişafının növbəti mərhələsini müəyyən edəcək yeni strategiyanın hazırlanması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) bildirib.
"Bu gün sığorta bazarı inkişaf nümayiş etdirir. Lakin hədəflərin müəyyən edilməsi daha vacib məsələdir. Konkret baxış mövcuddur, aydın yanaşma və strategiya işlənib hazırlanıb, bununla yanaşı, qarşıdakı mərhələ üçün yeni strategiyanın hazırlanması gözlənilir. Əslində söhbət bütün sahənin inkişafı üçün yol xəritəsindən gedir", - deputat vurğulayıb.
A.Əmiraslanov qeyd edib ki, müasir sığorta sisteminin xüsusiyyətlərini nəzərə almaq lazımdır, həmçinin hərtərəfli maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə böyük ehtiyac var.
"Bazar iqtisadiyyatına keçidin təxminən 30-36 il əvvəl baş verməsinə baxmayaraq, bazarın xüsusiyyətləri, eləcə də sığortanın əhəmiyyəti və ona olan tələbatla bağlı maarifləndirmə işlərinə hələ də kəskin ehtiyac qalmaqdadır. Etiraf etmək lazımdır ki, çox vaxt biznes nümayəndələri və hətta sıravi vətəndaşlar sığorta xərclərini əlavə xərc kimi qiymətləndirirlər. Bununla belə, dərk etmək lazımdır ki, istənilən halda bunlar risklərin idarə olunmasına yönəldilmiş vəsaitlərdir.
Bundan başqa, sığortanın sadəcə bir seçim deyil, obyektiv zərurət olduğunu anlamaq vacibdir. Sığortaya yönəldilən xərclər və resurslar həm də gələcəyə, sonrakı inkişafa və sabitliyin təmin edilməsinə qoyulan investisiya kimi qiymətləndirilməlidir", - A.Əmiraslanov əlavə edib.

İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
Azərbaycanda ilk dəfə olaraq təbii fəlakətlərə dair risk modeli hazırlanıb və yaxın müddətdə istifadəyə veriləcək.
"Report" xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktorunun müavini Seymur Mirzəyev XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda üzərində işlənən bir neçə əlavə layihə də var: "Buna misal olaraq "Open Insure Data", "Insure Bus Gateway" kimi layihələri göstərmək olar. Bu layihələr daha çox məlumat əsaslı qərarların qəbuluna və sığorta şirkətlərinin əməliyyatlarının optimallaşdırılmasına xidmət edir".
S. Mirzəyevin sözlərinə görə, bütün sığorta məhsulları tam şəkildə rəqəmsallaşdırılıb və bu məhsulların idarə olunması elektron platformalar vasitəsilə təmin edilir: "Təbii ki, bu yeniliklər, bu rəqəmsallaşma yalnız ölkə daxilində aparılan işlərlə məhdudlaşmır. Biz xarici dövlətlərdə qeydiyyata alınmış nəqliyyat vasitəsi sahiblərinin Azərbaycana səfərləri zamanı sığorta məhsuluna çıxış imkanını tam təmin etmişik.
Artıq digər ölkələrdən Azərbaycana gələn şəxslər sığorta məhsulunu ölkəyə daxil olmamışdan əvvəl əldə edə bilərlər. Vətəndaşlar üçün sığorta məlumatlarına və xidmətlərinə çıxışın genişləndirilməsi məqsədilə şəxsi sığorta kabinetini təkmilləşdirmişik. Bu şəxsi kabinet vasitəsilə vətəndaşlar artıq bir çox əməliyyatları onlayn formada yerinə yetirə bilirlər. Buna nümunə olaraq, qiymətləndirmədən narazı qalan şəxslərin müstəqil ekspertləri onlayn qaydada təyin etməsini və ekspertiza rəyi ilə tanış olmasını göstərmək olar".

Vüsal Qasımlı: "Geosiyasi gərginliklər sığortanın rolunu daha da artırıb"
Müasir dövrdə qlobal iqtisadiyyatın üzləşdiyi geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Bu gün sığorta maliyyə itkilərinin kompensasiyası ilə yanaşı, iqtisadi dayanıqlılığın, sosial rifahın və davamlı inkişafın təmin edilməsində mühüm mexanizm kimi çıxış edir", - deyə o qeyd edib.
V.Qasımlının szlərinə görə, son illərin beynəlxalq hesabatları sığorta sektorunda dərin struktur dəyişikliklərinin baş verdiyini göstərir: "Allianz Global Insurance Report 2026 göstərir ki, qlobal sığorta sektoru 6,9 trilyon avroluq dəyər və 7,1 %-lik artım tempi ilə dayanıqlı genişlənmə mərhələsindədir. BlackRock Global Insurance Report 2025 sığorta sektorunda mühüm struktur transformasiyanın baş verdiyini göstərir. Belə ki, sığorta şirkətlərinin təxminən 30 %-i özəl bazarlara investisiyaların artırılmasını planlaşdırır, 87 %-i hibrid aktivlərin idarə edilməsi (hibrid asset management) modelinə keçid edir, 73 %-i isə süni intellekt və data analitikası kimi texnoloji həlləri aktiv şəkildə tətbiq edir. Eyni zamanda, şirkətlərin təxminən 70 %-i ESG və dayanıqlı investisiya strategiyalarını davam etdirir. Bu göstəricilər sığorta sektorunun investisiya davranışında daha yüksək gəlirli aktivlərə yönəlmə, idarəetmədə çeviklik və texnoloji transformasiya hesabına daha dayanıqlı və diversifikasiya olunmuş modelə keçdiyini təsdiqləyir. Global Insurance Market Index hesabatı göstərir ki, qlobal sığorta bazarı 2022–2023-cü illərdə yüksək artım mərhələsindən sonra 2024-cü ildə stabilləşmə mərhələsinə keçib, 2025–2026-cı illərdə isə ardıcıl eniş dinamikası ilə yumşaq bazar (soft market) mərhələsinə daxil olub. Bu dinamika bir tərəfdən sığorta məhsullarının əlçatanlığının artmasını, digər tərəfdən isə risklərin daha geniş və çevik şəkildə təmin olunmasına şərait yarandığını ifadə edir".
"Forumun gündəliyində yer alan özəl pensiya sistemləri, təkrarsığorta və təbii fəlakət riskləri, həyat və sağlamlıq sığortası, peşəkar təhsil və sığorta brokerliyi kimi mövzular sektorun gələcəyini müəyyən edən strateji istiqamətləri əhatə edir. Bu mövzuların beynəlxalq ekspertlərlə birgə müzakirəsi həm qabaqcıl təcrübələrin öyrənilməsi, həm də Azərbaycan sığorta bazarının dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkədə həyata keçirilən ardıcıl iqtisadi islahatlar, xüsusilə də "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqinə təkan verməklə yanaşı, sığorta bazarının daha dayanıqlı və inklüziv inkişafı üçün yeni perspektivlər açıb.
Son illər Azərbaycan sığorta bazarının nümayiş etdirdiyi dinamika sektorun əhəmiyyətli inkişaf potensialına malik olduğunu aydın şəkildə göstərir. Belə ki, 2022–2025-ci illər ərzində ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 % artıb. Eyni dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox artıb. Müsbət tendensiya adambaşına düşən sığorta haqlarında da özünü göstərir. Belə ki, bu göstərici 2022-ci ildə 95 manat olduğu halda, 2025-ci ildə 147 manata yüksəlib. Bununla yanaşı, sığorta sektorunun iqtisadiyyatda rolunu əks etdirən penetrasiya səviyyəsi də artaraq 0,73 %-dən 1,17 %-ə çatıb. O cümlədən, 2022–2025-ci illər dövründə həyat və qeyri-həyat sığorta şirkətlərində aktivlərin rentabelliyi (ROA) fərqli dinamikalar nümayiş etdirib. Belə ki, həyat sığorta şirkətlərində ROA göstəricisi təxminən 8 % səviyyəsində sabit qalıb, qeyri-həyat sığorta şirkətlərində isə 4 %-dən 7 %-ə qədər yüksəlib. Onu da qeyd etmək lazımdır ki, 2025-ci ildə unikal sığorta müqaviləsi sahiblərinin (həyat və qeyri-həyat sığorta növləri üzrə) ümumi sayının yetkin əhali arasında payı 25 % təşkil edib. Dövlət Proqramı çərçivəsində isə bu göstəricinin 32 %-ə çatdırılması hədəflənib", - deyə icraçı direktor əlavə edib.
Onun sözlərinə görə, qlobal miqyasda investisiya davranışlarının dəyişməsi, texnoloji həllərin geniş tətbiqi və risklərin idarə olunmasında daha çevik yanaşmaların formalaşması sektorun yeni inkişaf modelinə keçidini sürətləndirir: "Eyni zamanda, ölkəmizdə həyata keçirilən institusional islahatlar və strateji dövlət proqramları sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm baza yaradır. Bu kontekstdə, sığorta sektorunun gələcək inkişafı yalnız maliyyə itkilərinin kompensasiyası funksiyası ilə məhdudlaşmayaraq, həm də iqtisadi artımın dəstəklənməsi, investisiya resurslarının səfərbər edilməsi və cəmiyyətin risklərə dayanıqlılığının artırılması baxımından daha geniş bir missiya daşıyacaq. Əminəm ki, bu forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadilələri və beynəlxalq əməkdaşlıq imkanları sığorta sektorunun daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafına töhfə verəcək".

AMB: Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır
Azərbaycanda təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın (AMB) faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur.
"AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martın sonundan başlayaraq 6,43-6,44 % intervalında olub. İzafi likvidlik şəraitində AZIR-i uçot dərəcəsinə yaxın səviyyədə idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Mayın sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 7 günlük depozit əməliyyatlarının payı 88,7 % təşkil edib. Bununla yanaşı, AMB-nin notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. May və iyun aylarında bütün müddətlər üzrə notların gəlirliliyi azalma meyilli olub. İlin qalan dövründə bank sektorunda izafi likvidliyin daha da artması gözlənilir", - deyə məlumatda qeyd olunub.

AMB: İllik inflyasiya hədəf daxilindədir
Azərbaycanda illik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır. Bununla belə, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir.
Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil", - deyə AMB bəyan edib.

AMB: 5 ayda nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib
Bu ilin yanvar-may aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 311 milyon ABŞ dolları üstələyib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,8 faiz bəndi azalaraq mayda 27 %-ə düşüb.
Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının məbləği ötən ilin eyni dövrünə nəzərən 28,8 % artaraq 560,1 milyon ABŞ dolları təşkil edib.

AMB pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dəyişib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi avqustun 5-dən iyulun 31-nə dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gün təşkil olunması nəzərdə tutulub.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.
"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb", - deyə AMB bəyan edib.

-
report.az
- Əliyar Məmmədyarov: "Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir"
Əliyar Məmmədyarov: "Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir"
Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Son iki ildə ölkədə sığorta haqları 23 % artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 % artaraq 0,9 milyard manata çatıb. Sektorun aktivləri isə 18 % artaraq 2,1 milyard manata yüksəlib. Sektorun kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir", - deyə o qeyd edib.
AMB rəsmisi əlavə edib ki, əldə olunan nəticələr mühüm əhəmiyyət daşısa da, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan strateji hədəflər də kifayət qədər genişdir: "Hazırda növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır. Risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının tətbiqi, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi və rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər sırasında olacaqdır".
O, bu prioritetlərin risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim olunmasına və nəticə olaraq, sektorun institusional potensialının reallaşmasında öz töhfəsini verəcəyinə inam ifadə edib: "Sığorta sektorunun gələcək inkişafının təmin olunması və müasir dövrün yaratdığı yeni çağırışlara çevik və adekvat cavab verilməsi yalnız qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyət nəticəsində mümkündür".

AMB-nin sədr müavini: "Kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq"
Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü (Kasko) sığortasına yeni yanaşmalar tətbiq olunacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək: "Bundan başqa daşınmaz əmlakın icbari sığortası üzrə təkmilləşmələr katastrofik risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan verəcək. Aqro-sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri hazırlanıb. Bu dəyişikliklər sistemin institusional əsaslarının gücləndirilməsinə, risklərin daha dayanıqlı idarə olunmasına və dövlət dəstəyinin effektivliyinin artırılmasına xidmət edəcək".
AMB rəsmisi əlavə edib ki, sığorta vasitəçiliyi institutunun inkişafı istiqamətində hazırlanan dəyişikliklər vasitəçilərin peşəkarlığının artırılmasına, sığorta əhatəsinin genişləndirilməsinə və bazarın inkişafına töhfə verəcək: "İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb. Bu məhsul kredit alan şəxslərin maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Sığorta bazarında aparılan təkmilləşmələr sektorun dayanıqlığının artırılmasına yönəlib".

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir
Bu gün Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) işə başlayıb.
"Report" xəbər verir ki, sabah başa çatacaq tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar iştirak edir.
Ümumilikdə 400-ə yaxın iştirakçının olduğu tədbir çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkil olunması planlaşdırılıb.

Azərbaycanda "Xəzinə Bələdçisi" hazırlanıb
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin göstərdiyi xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, "Xəzinə Bələdçisi"nin əsas məqsədi xəzinədarlıq orqanı ilə büdcə təşkilatları arasında sənəd dövriyyəsini tam şəffaflaşdırmaqla müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə vahid yanaşma əsasında daha sürətli və xətasız hazırlanmasına dəstək göstərmək, sənədləşmə prosesində rast gəlinən texniki və prosedur uyğunsuzluqların minimuma endirilməsini təmin etməkdir.
Müvafiq sənəd, həmçinin, xəzinədarlıq xidmətləri sahəsində rəqəmsallaşma proseslərinin təşviqini, müraciətlərin hazırlanması və icrası zamanı vahid yanaşmanın formalaşdırılmasını və istifadəçi məmnunluğunun artırılmasını hədəfləyir.
Metodiki təlimatda əməyin ödənişi, mal, iş və xidmətlərin satınalınması, faizlər üzrə ödənişlər, subsidiyalar, qrantlar və digər ödənişlər, sosial ödənişlər, dövlət icbari şəxsi sığorta xərcləri, qeyri-maliyyə və maliyyə aktivləri, eləcə də öhdəliklər üzrə əməliyyatlar daxil olmaqla 140-dan çox xərc maddəsi üzrə təqdim edilməli zəruri sənədlərin siyahısı, müraciətlərin hazırlanması qaydaları və mümkün imtina halları barədə məlumatlar əks olunub.
"Xəzinə Bələdçisi" büdcə təşkilatlarının elektron istifadəsi üçün Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında, Nazirliyin internet informasiya resurslarında, o cümlədən sosial media platformalarında yerləşdirilib.

Azərbaycan bankı törəmə şirkətləri ilə bağlı qərar verəcək
İyunun 24-də, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın inkişaf strategiyasına və bununla əlaqədar kapitalının strukturuna dair qərar qəbul edilməsi, Bankın törəmə şirkətləri olan "Bakı Sığorta" ASC və "Respublika İnvest" MMC-nin fəaliyyətinə dair qərar qəbul edilməsi, kredit təşkilatının imtiyazlı səhmlərinin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, bununla əlaqədar nizamnaməsində müvafiq dəyişikliyin təsdiq edilməsi, maliyyə qurumunun Mükafatlandırma Siyasətinin təsdiqlənməsi daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək
İyulun 28-də, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvannında ("Port Baku Towers 2") olacaq.
Yığıncağın gündəliyinə 2025-ci maliyyə ilinin yekunlarına əsasən "Kapital Bank"ın səhmdarlarına dividend ödənilməsi və Bankın Müşahidə Şurasının əsasnaməsində dəyişiklik edilməsi daxildir.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.06.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,5 % azalaraq 1,9317 manat, 100 Rusiya rublunun məzənnəsi 0,82 % azalaraq 2,2810 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9317 |
| 100 Rusiya rublu | 2,2810 |
| 1 Avstraliya dolları | 1,1747 |
| 1 Belarus rublu | 0,6035 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1103 |
| 1 Çexiya kronu | 0,0798 |
| 1 Çin yuanı | 0,2499 |
| 1 Danimarka kronu | 0,2584 |
| 1 Gürcü larisi | 0,6427 |
| 1 Honq Konq dolları | 0,2168 |
| 1 Hindistan rupisi | 0,0179 |
| 1 İngilis funt sterlinqi | 2,2427 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1743 |
| 1 İsveçrə frankı | 2,0966 |
| 1 İsrail şekeli | 0,5675 |
| 1 Kanada dolları | 1,1959 |
| 1 Küveyt dinarı | 5,5042 |
| 100 Qazaxıstan təngəsi | 0,3492 |
| 1 Qətər rialı | 0,4664 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5431 |
| 1 Moldova leyi | 0,0969 |
| 1 Norveç kronu | 0,1732 |
| 100 Özbək somu | 0,0141 |
| 100 Pakistan rupisi | 0,6105 |
| 1 Polşa zlotası | 0,4513 |
| 1 Rumıniya leyi | 0,3683 |
| 1 Serbiya dinarı | 0,0165 |
| 1 Sinqapur dolları | 1,3103 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4529 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3060 |
| Türk lirəsi | 0,0366 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0379 |
| Yapon yeni | 1,0522 |
| Yeni Zelandiya dolları | 0,9611 |
| Qızıl | 6908,1795 |
| Gümüş | 103,9159 |
| Platin | 2780,9620 |
| Palladium | 2085,3730 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 77,08 | - 0,82 | 16,23 |
| Neft WTI (dollar/barel) | 73,21 | - 0,65 | 15,79 |
| Qızıl (dollar/unsiya) | 4 149,40 | - 53,30 | - 191,70 |
| İndekslər | |||
| Dow-Jones | 51 666,84 | - 45,87 | 3 603,55 |
| S&P 500 | 7 365,46 | - 107,33 | 519,96 |
| Nasdaq | 25 587,04 | - 579,56 | 2 345,05 |
| Nikkei | 69 788,38 | - 2 565,58 | 19 448,90 |
| Dax | 24 893,58 | - 246,11 | 403,17 |
| FTSE 100 | 10 428,85 | - 9,00 | 497,47 |
| CAC 40 INDEX | 8 340,71 | - 59,40 | 191,21 |
| Shanghai Composite | 4 106,25 | - 56,85 | 137,41 |
| Bist 100 | 14 539,61 | - 190,04 | 3 278,09 |
| RTS | 986,16 | - 3,89 | - 127,97 |
| Valyuta | |||
| USD/EUR | 1,1363 | - 0,0062 | - 0,0382 |
| USD/GBP | 1,3192 | - 0,0047 | - 0,0281 |
| JPY/USD | 161,5500 | - 0,0200 | 5,1000 |
| RUB/USD | 74,3901 | 0,3807 | - 4,3599 |
| TRY/USD | 46,4756 | 0,0075 | 3,5194 |
| CNY/USD | 6,7928 | 0,0148 | - 0,1962 |

-
report.az
- Demokratlar Trampın təsviri olan əskinasın maliyyələşdirilməsi ilə bağlı araşdırma tələb edib
Demokratlar Trampın təsviri olan əskinasın maliyyələşdirilməsi ilə bağlı araşdırma tələb edib
ABŞ Konqresindəki Demokrat senatorlar prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinas layihəsinin büdcə xərclərinin auditini tələb ediblər.
Bu barədə "Report" "Axios" portalına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Demokratlar ABŞ Maliyyə Nazirliyinin baş müfəttiş ofisinə "qanunsuz 250 dollarlıq əskinas" adlandırdıqları layihənin maliyyələşdirilməsini araşdırmaq üçün sorğu göndəriblər.
Nəşrin qeyd etdiyi kimi, ABŞ qanunları əskinaslarda və dövlət qiymətli kağızlarında sağ olan insanların təsvirlərinin istifadəsini qadağan edir. Yalnız vəfat etmiş şəxslərin portretlərinə icazə verilir.
Senatorların məktubunda deyilir ki, qiymətlərin artması fonunda Amerika hakimiyyəti Demokratların prezidentin şəxsi ambisiyaları ilə əlaqəli olduğuna inandığı bir layihəyə dövlət vəsaitlərini xərcləməkdənsə, iqtisadi problemlərin həllinə diqqət yetirməlidir.
ABŞ Maliyyə Naziri Skott Bessent daha əvvəl bildirib ki, administrasiya Konqresin təsdiqi olmadan Donald Trampın təsviri olan 250 dollarlıq əskinas buraxmaq istəməyəcək. Əgər bu baş verərsə, Tramp 150 il ərzində sağ ikən ABŞ əskinaslarında görünən ilk şəxs olacaq.

İlon Mask trilyonçu statusunu itirib
"SpaceX" şirkətinin qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşərək 957 milyard dollar təşkil edib.
"Report" xəbər verir ki, bu, "Bloomberg" agentliyi tərəfindən dərc edilən və xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanan "Bloomberg Billionaires İndeksi"ndən irəli gəlir.
Son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.
12 iyunda Mask, "SpaceX" şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Beləliklə, o, təxminən iki həftə ərzində trilyonçu statusunu saxlayıb.

Azərbaycanın təklifləri BSTA-nın 2026–2028-ci illər üzrə Fəaliyyət Planına salınıb
Azərbaycanın təklifləri Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 2026–2028-ci illər üzrə Fəaliyyət Planına daxil edilib.
"Report" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir ki, təkliflər BSTA-nın İsveçrənin Cenevrə şəhərində keçirilmiş 133-cü iclasında səsləndirilib.
İclasda iştirak edən DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev BSTA-nın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir neçə təklif irəli sürüb. Təkliflər BSTA-nın rəhbərliyi və Büro üzvləri tərəfindən yüksək qiymətləndirilərək yekdil səsvermə ilə BSTA-nın 2026–2028-ci illər üzrə Fəaliyyət Planına daxil edilib.
Bununla yanaşı, iclas çərçivəsində Fond ilə BSTA arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, Assosiasiyanın funksional fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
İclasda BSTA Bürosunun mandatı və prosedurları, 132-ci Büro iclasının protokolunun təsdiqi, Büro üzvləri və Texniki Komissiyaların sədr vəzifələrində dəyişikliklər, BSTA-nın vitse-prezidentinin seçilməsi, Assosiasiyanın fəaliyyət hesabatları və digər proqramların icrası, eləcə də Assosiasiyanın 100 illik yubileyi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, ötən il Malayziyada keçirilmiş BSTA-nın Dünya Sosial Təminat Forumunda DSMF-nin İdarə Heyətinin sədri BSTA-nın Bürosuna və BSTA-nın Avropa Şəbəkəsi İdarəetmə Komitəsinə üzv seçilib.

BFB və Qarabağ Universiteti Əməkdaşlıq Memorandumu imzalayıb
"Bakı Fond Birjası" QSC (BFB) və Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Report" BFB-yə istinadən xəbər verir ki, sənədin əsas məqsədi kapital bazarları sahəsində təhsil, təcrübə proqramları və birgə layihələrin həyata keçirilməsi istiqamətində tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsidir.
Ötən il Birja və Universitet arasında qurulmuş əməkdaşlıq çərçivəsində təlim-maarifləndirmə proqramlarının icrasına başlanılıb, tələbələrin kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilib.
Qarabağa təşkil olunan səfər çərçivəsində BFB-nin əməkdaşları universitet tələbələri üçün kapital bazarları və investisiya mövzusunda növbəti maarifləndirici seminar keçirib. Seminar zamanı iştirakçılara fond bazarının fəaliyyəti, investisiya imkanları və maliyyə savadlılığı ilə bağlı məlumat verilib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Qurulan əməkdaşlığın gələcək dövrdə də davam etdirilməsi, tələbələrin peşəkar inkişafına dəstək göstərilməsi və kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verilməsi nəzərdə tutulur.

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (DSMF) sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları ödəməyi planlaşdırır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

Azərbaycanda yeni BOKT yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Hermes" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
"Report" xəbər verir ki, yeni kredit təşkilatı təsisçisi - "Hermes Finance" ASC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Həmid Mövsüm oğlu Mirzəyevdir.
O, həm də "Hermes Finance"ı direktorudur və həmin şirkətdə 10 % pay sahibidir. Səhmlərin qalan hissəsi Nuranə Mehrəliyeva-Rzayevaya (45 %) və Kamran Quliyevə (45 %) məxsusdur.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb, lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir.
"Hermes" BOKT-un yaradılması barədə qərar "Hermes Finance"ın səhmdarlarının iyunun 9-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Hazırda ölkədə 52 lisenziyalı BOKT var.

"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
İyulun 23-də, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 71 ünvanında olacaq.
Yığıncağın gündəliyinə cari maliyyə məsələlərinin müzakirə edilməsi daxildir.
Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 333 260 manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.

Azərbaycanda mayda 93 minə yaxın şəxs Prezident təqaüdü alıb
Bu ilin may ayında Azərbaycanda 92 814 nəfər şəxs Prezident təqaüdü alıb.
"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, ötən ay əlilliyə görə 246 176 nəfər şəxs pensiya, 225 096 nəfər şəxs aylıq müavinət alıb.

Bakıda Qlobal İslam İqlim Maliyyəsi Alyansının yaradılması təklif edilib
Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci illik toplantısı çərçivəsində Qlobal İslam İqlim Maliyyəsi Alyansının ("Global Islamic Climate Finance Alliance", GICFA) yaradılması təşəbbüsü irəli sürülüb.
"Report" xəbər verir ki, yeni çoxtərəfli beynəlxalq platforma islam və iqlim kapitalı bazarlarını birləşdirmək, bununla da ekoloji və iqlim layihələrinin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli şəkildə cəlb edilməsinə töhfə vermək məqsədi daşıyır.
Belə ki, bu alyansın strateji tərəfdaşlıq və qabaqcıl təcrübələrin mübadiləsinə, həmçinin investorlar, maliyyə institutları və layihə tərtibatçıları arasında qarşılıqlı əlaqə platformasına çevriləcəyi nəzərdə tutulur.
Bundan başqa, IsDB Qrupunun illik iclaslarının iştirakçıları ekoloji təşəbbüslərin dəstəklənməsində, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında və enerji keçidinin maliyyələşdirilməsində islam maliyyəsi potensialından tam istifadə olunması üçün əməkdaşlığın möhkəmləndirilməsinə çağırıblar.
Ekspertlər vurğulayıblar ki, islam maliyyə sənayesinin miqyasına və dayanıqlı inkişaf prinsiplərinə uyğunluğuna baxmayaraq, bu sektorun "yaşıl layihələr"in və enerji keçidinin maliyyələşdirilməsinə töhfəsi hələ ki, mövcud potensialdan aşağı olaraq qalır.
Bununla yanaşı, müzakirələr zamanı kapital təminatçıları, layihə təşəbbüskarları və icraçı qurumlar arasında əlaqələrin kifayət qədər güclü olmaması, həmçinin ekosistemin bütün iştirakçıları arasında koordinasiya və əməkdaşlığın artırılmasının vacibliyi xüsusi vurğulanıb.
Müzakirələrin yekunları Bakı Dəyirmi Masa Kommunikesində əksini tapıb. Sənəd gələcək əməkdaşlıq üçün əsas platforma rolunu oynayacaq və İslam maliyyəsinin iqlim davamlılığına, dayanıqlı inkişafa, eləcə də enerji keçidinə töhfəsinin gücləndirilməsinə xidmət edəcək.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdirilir
Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdirilir.
"Report" xəbər verir ki, nazirlik bu məqsədlə konsaltinq xidməti və rəqəmsal audit (e-nəzarət) proqram təminatının yaradılmasına dəstək xidməti əldə edəcək.
Bununla bağlı elan edilmiş açıq tenderin qalibi "Deloitte & Touche" MMC olub. Şirkət göstərdiyi xidmətlərə görə 967,6 min manat haqq alacaq.

"Kəpəz" BOKT daha 2 milyon manatlıq istiqraz buraxır
"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) daha 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "Troni Învestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

"Finex Kredit" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
İyulun 24-də, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, bina 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un imtiyazlı səhmlərin alqı-satqısı, Müşahidə Şurasının fəaliyyət qaydalarına dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,912 milyon manatdır.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 77,90 | - 2,67 | 17,05 |
| Neft WTI (dollar/barel) | 73,86 | - 3,68 | 16,44 |
| Qızıl (dollar/unsiya) | 4 202,70 | 29,80 | - 138,40 |
| İndekslər | |||
| Dow-Jones | 51 712,71 | 148,01 | 3 649,42 |
| S&P 500 | 7 472,79 | - 27,79 | 627,29 |
| Nasdaq | 26 166,60 | -351,33 | 2 924,61 |
| Nikkei | 72 353,96 | 1 103,90 | 22 014,48 |
| Dax | 25 139,69 | 153,87 | 649,28 |
| FTSE 100 | 10 437,85 | 74,58 | 506,47 |
| CAC 40 INDEX | 8 400,11 | - 21,03 | 250,61 |
| Shanghai Composite | 4 163,10 | 72,62 | 194,26 |
| Bist 100 | 14 729,65 | - 4,85 | 3 468,13 |
| RTS | 990,05 | - 48,26 | - 124,08 |
| Valyuta | |||
| USD/EUR | 1,1425 | - 0,0046 | - 0,0320 |
| USD/GBP | 1,3239 | 0,0007 | - 0,0234 |
| JPY/USD | 161,5700 | 0,2700 | 5,1200 |
| RUB/USD | 74,0094 | 0,8695 | - 4,7406 |
| TRY/USD | 46,4681 | 0,0272 | 3,5119 |
| CNY/USD | 6,7780 | 0,0098 | - 0,2110 |

-
report.az
- ADB: Azərbaycan yuxarı orta gəlirli ölkələr arasında maliyyədən ən səmərəli istifadə edənlərdəndir
ADB: Azərbaycan yuxarı orta gəlirli ölkələr arasında maliyyədən ən səmərəli istifadə edənlərdəndir
Azərbaycan Asiya İnkişaf Bankının (ADB) resurslarından səmərəli istifadəyə görə yuxarı orta gəlirli ölkələr arasında ən yüksək nəticə göstərərək, maliyyənin regional inteqrasiya, özəl sektorun inkişafı, iqlim gündəliyi və rəqəmsal transformasiya layihələrində yüksək təmərküzləşməsini nümayiş etdirib.
"Report"un ADB-nin hesabatına istinadən verdiyi məlumata görə, 2015-2024-cü illərdə Azərbaycan 10 layihə üzrə suveren maliyyələşmə çərçivəsində 2,529 milyard ABŞ dolları alıb.
Bu məbləğin yarıdan çoxu – 51 %-i regional əməkdaşlığın və inteqrasiyanın inkişafına yönəldilib ki, bu da yuxarı orta gəlirli ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Vəsaitlərin 39 %-i özəl sektorun dəstəklənməsinə, 18 %-i iqlimin maliyyələşdirilməsinə, 10 %-i isə rəqəmsal texnologiyalar sahəsindəki layihələrə ayrılıb.
Hesabatda qeyd olunub ki, ADB-nin Azərbaycanın özəl sektorunda həyata keçirdiyi əməliyyatlar iqtisadi inkişaf məqsədlərinə nail olmağa daha da çox fokuslanıb. Qeyd olunan dövr ərzində bank ümumi məbləği 963,9 milyon ABŞ dolları olan 9 qeyri-suveren layihəni təsdiqləyib, bütün maliyyə məbləği özəl sektorun dəstəklənməsinə yönəldilib.
Bununla yanaşı, qeyri-suveren öhdəliklərin 78 %-i regional əməkdaşlıq və inteqrasiya layihələri ilə bağlı olub. ADB-nin məlumatına görə, bu, iqtisadiyyatları tutuşdurulan yuxarı orta gəlirli ölkələr (Upper Middle-Income Countries, UMIC) arasında ən yüksək göstəricidir.

Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin "bir pəncərə" prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" dövlət başçısının 29 dekabr 2025-ci il tarixli fərmanında göstərilən donor qurumlar tərəfindən qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini "bir pəncərə" prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (QHT Agentliyi) ilə birlikdə həyata keçirilməsi mexanizmini müəyyən edir.
Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində "bir pəncərə" prinsipi əsasında əlaqələndirməni bu Qayda ilə müəyyən edilmiş mexanizm çərçivəsində "Elektron Hökumət İnformasiya Sistemi" üzərindən sahibi və operatoru QHT Agentliyi olan "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi (Sistem) həyata keçirir. Dövlət qurumları qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində "bir pəncərə" prinsipi üzrə məlumat mübadiləsi, sorğular, şikayətlər, müqavilə, saziş və digər sənədlərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalanması daxil olmaqla bütün sənəd dövriyyəsini Sistem vasitəsilə aparır.
QHT Agentliyi donor qurumlar ilə birlikdə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak edir.
QHT Agentliyi hər il oktyabrın 1-dək növbəti təqvim ili üzrə donor qurumlardan onların QHT-lərə ayrılması nəzərdə tutulan maliyyə vəsaitlərinin həcmini və bölgüsünü, bu xüsusda planlaşdırılan işlərə dair ilkin tarixləri və mövzuları hazırladığı nümunəvi formalar əsasında qəbul edir, daxil olmuş məlumatları təhlil edir, təqdim olunmuş mövzuların onları təklif etmiş dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu (gənclər siyasəti sahəsində qrant maliyyələşdirilməsi ilə bağlı mövzuların qiymətləndirilməsi ölkə Prezidentinin 21 oktyabr 2015-ci il tarixli nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Prezident yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi-Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Gənclər Fondu ilə razılaşdırılması Qaydası"na uyğun aparılır) nəzərdən keçirir, donor qurumların rəylərini nəzərə almaqla, növbəti təqvim ili üzrə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə planlaşdırılan işlərin ardıcıllığını müəyyənləşdirir, əlaqələndirməni aparır. Donor qurumlar "bir pəncərə" prinsipi əsasında QHT-lərin maliyyələşdirilməsi üzrə planlaşdırdıqları fəaliyyətlərə başlamazdan ən azı 1 ay əvvəl QHT Agentliyinin hazırladığı nümunəvi formalar əsasında yekun məlumatları QHT Agentliyinə təqdim edirlər. QHT Agentliyi 20 iş günü ərzində bu məlumatları təhlil edir və təqdim edilmiş fəaliyyətlərə dair rəyini verir.
Qayda donor qurumların yalnız subyekti QHT olan təsisatların maliyyələşdirilməsinə dair münasibətləri tənzimləyir.
Qaydada istifadə olunan anlayışlar normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Dövlət qeydiyyatına alınmamış QHT-lər donor qurumlar tərəfindən maliyyələşdirilə bilməz.
Donor qurumlar QHT-lərin irəli sürdükləri layihələrin maliyyələşdirilməsini Mülki Məcəlləyə, "Qrant haqqında" qanuna, digər qanunlara, Prezidentin fərman və sərəncamlarına, bu Qaydaya və igər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirirlər.
QHT-lərə ayrılmış maliyyə vəsaiti donor qurumlar tərəfindən Azərbaycan manatı ilə QHT-nin bank hesabına köçürülür.

UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Yay tətilini arzuladığın kimi keçirmək, yeni əşyalar almaq, evdə yarımçıq qalan işləri tamamlamaq- aylardır təxirə saldığın digər planları həyata keçirmək... Bu arzular 30 000 manatlıq sərfəli kredit xətti və 72 günədək güzəşt müddəti olan UCard ilə daha əlçatan oldu.
Məhz buna görə, "Unibank" "UCard"ı daha sərfəli şərtlərlə yenilədi. Artıq "UCard" sahibləri 30 000 manatadək kredit xəttindən faydalana, istifadə etdikləri məbləği isə 72 günədək faizsiz geri ödəyə bilərlər.
Daha uzun güzəşt müddəti və daha yüksək kredit limiti ilə "UCard" maliyyə planlarınıza daha çox çeviklik və rahatlıq gətirir.
"UCard" istifadəçiləri üçün digər üstünlüklərdən biri də geniş taksit imkanlarıdır. Kart sahibləri 100-dən çox partnyor şəbəkəsində indi 24 ayadək taksitlə alış-veriş edə bilərlər. Partnyorların siyahısı və kampaniya şərtləri ilə "Unibank"ın rəsmi internet saytının "Partnyorlar" bölməsində tanış olmaq mümkündür.
Kredit kartından daha rahat və effektiv istifadə üçün müştərilər "UBank" mobil tətbiqindən yararlana bilərlər. Tətbiq vasitəsilə kredit limiti, istifadə olunmuş məbləğ, minimal ödəniş, ödəniş tarixləri və taksit ödənişləri barədə məlumatları operativ izləmək mümkündür.
Yenilənmiş "UCard" haqqında ətraflı məlumatı "Unibank"ın rəsmi internet saytından (https://unibank.az/az/cards/view/1998/ucard) və bankın xidmət şəbəkəsindən əldə etmək olar.
"Unibank" - Sənin Bankın!

Naxçıvanda indiyə qədər 5 milyon manat ƏDV məbləği geri qaytarılıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 4,9 milyon manat ƏDV məbləği geri qaytarılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunun 0,8 milyon manatı bu ilin yanvar-may aylarının payına düşüb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.
Xatırladaq ki, ötən 5 ayda Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 87,3 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

-
apa.az
- TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
“Kapital Bank”da nə baş verir? – Şübhəli əməliyyat
Azərbaycanın Açıq bankçılıq uğuru beynəlxalq ictimaiyyətə təqdim olunub

LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər

Bitkoin 3 %-dən çox ucuzlaşıb
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 61 min ABŞ dolların aşağı düşüb.
"Report" xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 3,4 % ucuzlaşaraq 60,44 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 210 milyard ABŞ dolları həddinə enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan "Tether"in qiyməti isə son bir sutkada 0,03 % artaraq 0,99 ABŞ dolları olub.
Bazar dəyərinə görə ilk onluqda yer alan altkoinlər arasında isə son bir gündə ən çox dəyər itirən "Ethereum" olub. Onun qiyməti 8 % azalaraq 1,54 min ABŞ dollarına düşüb.
Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,46 % azalaraq 2,08 trilyon ABŞ dollarında qərarlaşıb.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 93,09 | - 1,94 | 32,24 |
| Neft WTI (dollar/barel) | 90,54 | - 2,50 | 33,12 |
| Qızıl (dollar/unsiya) | 4 365,30 | - 139,70 | 24,20 |
| İndekslər | |||
| Dow-Jones | 50 866,78 | - 695,15 | 2 803,49 |
| S&P 500 | 7 383,74 | - 200,57 | 538,24 |
| Nasdaq | 25 709,43 | - 1 121,53 | 2 467,44 |
| Nikkei | 66 588,12 | - 882,57 | 16 248,64 |
| Dax | 24 759,05 | - 185,90 | 268,64 |
| FTSE 100 | 10 368,05 | 7,73 | 436,67 |
| CAC 40 INDEX | 8 218,24 | - 26,05 | 68,74 |
| Shanghai Composite | 4 027,74 | - 30,04 | 58,90 |
| Bist 100 | 13 694,19 | - 178,06 | 2 432,67 |
| RTS | 1 098,13 | 4,22 | - 16,00 |
| Valyuta | |||
| USD/EUR | 1,1522 | - 0,0094 | - 0,0223 |
| USD/GBP | 1,3342 | - 0,0088 | - 0,0131 |
| JPY/USD | 160,2900 | 0,2700 | 3,8400 |
| RUB/USD | 73,5944 | 0,1900 | - 5,1556 |
| TRY/USD | 46,0552 | 0,0269 | 3,0990 |
| CNY/USD | 6,7882 | 0,0127 | - 0,2008 |

"Fitch": Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər
Azərbaycanın 2027-2030-cu illər üçün maliyyə strategiyasında, neftin orta qiymətinin bir barel üçün 65 dollar olması nəzərə alınmaqla, qeyri-neft ilkin kəsirinin 2029-cu ilə qədər ÜDM-in 13%-nə endirilməsi nəzərdə tutulur. Bu kəsir 2025-ci ildə ÜDM-in 18,6%-i və 2022-ci ildə ÜDM-in 22,2%-i təşkil edirdi.
Bu barədə "Report" beynəlxalq reytinq agentliyi "Fitch Ratings"ə istinadən məlumat yayıb.
Fitch hesab edir ki, ortamüddətli maliyyə hədəflərinin yenidən nəzərdən keçirilməsi üçün məhdud imkanlar da daxil olmaqla, fiskal çərçivədəki dəyişikliklər, eləcə də hökumətin Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferləri tədricən azaltmaq niyyəti fiskal siyasətin protsiklikliyini azaltmağa kömək edə bilər.
"Bu, makroiqtisadi disbalansların toplanmasının qarşısını almağa, iqtisadi siyasətin proqnozlaşdırıla bilənliyini artırmağa və eyni zamanda dövlətin xarici aktivlərinin daha da artımını dəstəkləməyə kömək edəcək", - deyə məlumatda qeyd olunub.

-
report.az
- "Fitch": Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq
"Fitch": Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq
2027-ci ilə qədər ÜDM-in təxminən 21%-ni təşkil edəcək Azərbaycanın dövlət borcu, "Fitch" tərəfindən qiymətləndirilən investisiya reytinqli ölkələr arasında ən aşağı göstəricilərdən biri olaraq qalacaq.
"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilib.
Agentliyin qeyd etdiyi kimi, ölkənin xarici dövlət borcu son illərdə mütləq şəkildə azalmaqdadır və onun mümkün artımı su təsərrüfatı və nəqliyyat sektorlarında layihələrin həyata keçirilməsindən asılı olacaq.
"Cənub Qaz Dəhlizi şirkəti tərəfindən avrobondların geri alınmasından sonra xarici dövlət zəmanətlərinin həcmi 2026-cı ilin birinci rübündə 3 milyard ABŞ dollarına düşüb", - deyə məlumatda qeyd olunub.

"Fitch" bu il Azərbaycanın iqtisadi artımının 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings", 2025-ci ildəki əhəmiyyətli bir yavaşlamadan sonra 2026-cı ildə Azərbaycanda iqtisadi artımın orta dərəcədə 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb.
"Report" agentliyə istinadən xəbər verir ki, təmkinli maliyyə siyasəti və kredit artımının mülayim templəri enerji qiymətlərinin yüksək olmasının ölkə iqtisadiyyatına təsirini kompensasiya edəcəyi gözlənilir.
"Fitch" həmçinin inflyasiyanın sürətlənəcəyini proqnozlaşdırıb. Agentlik 2026-cı ildə orta illik inflyasiya səviyyəsinin əvvəlki ildəki 5,6%-dən 6,1% artacağını təxmin edib.
Agentliyin fikrincə logistika xərclərinin, ərzaq qiymətlərinin və tənzimlənən tariflərin artması inflyasiyaya təzyiq göstərəcək:
"Lakin bu təsir manatın Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı nominal möhkəmlənməsi ilə qismən azaldılacaq".

-
report.az
- "Fitch" Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-in 117%-nə qədər artacağını gözləyir
"Fitch" Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-in 117%-nə qədər artacağını gözləyir
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli emitent defolt reytinqlərini (IDR) "BBB-" səviyyəsində, sabit proqnozla təsdiqləyib.
"Report"un "Fitch"ə istinadən verdiyi məlumata görə, Azərbaycanın ölkə tavanı uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqindən (BBB-) bir pillə yuxarı olan "BBB" səviyyəsində müəyyən edilib.
Azərbaycanın reytinqləri ölkənin çox güclü xarici mövqeyi, digər ölkələr arasında ən aşağı dövlət borc səviyyəsi və ölkənin əhəmiyyətli suveren sərvət fondu aktivləri ilə təmin edilən yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
"Yaxın Şərq münaqişəsinin yaratdığı yüksək neft qiymətləri neft və qaz gəlirlərini artıracaq və bu da 2026-cı ildə suveren valyuta aktivlərinin 93 milyard ABŞ dollarına (və ya proqnozlaşdırılan ÜDM-in 117%-i) qədər artmasına səbəb olacaq. Bu məbləğin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarında saxlanılacaq. Xalis suveren xarici aktivlər ÜDM-in 73%-nə çatacaq ki, bu da "BBB" kateqoriyasında reytinq alan ölkələr arasında ən yüksək göstəricidir", - deyə məlumatda qeyd olunub.
"Fitch" vurğulayıb ki, neftin daha yüksək qiymətləri və orta idxal tələbi cari hesab profisitinin 2025-ci ildə ÜDM-in 4,6%-i ilə müqayisədə 2026-cı ildə ÜDM-in 9%-nə qədər artmasına imkan verəcək.
2027-ci ildə neft və qaz qiymətlərində gözlənilən eniş cari hesab profisitinin daralmasına səbəb olacaq, lakin bu, çox güman ki, analoji ölkələrin profisitindən yüksək qalacaq və mülayim tempdə olsa da, valyuta aktivlərinin daha da yığılmasını dəstəkləməyə davam edəcək.
"2026-cı ildə ÜDM-in proqnozlaşdırılan 5,6%-nə yüksəldikdən sonra, neft qiymətlərinin aşağı düşməsi, qeyri-neft gəlirlərində orta artım və nisbətən sabit xərclər, həmçinin hökumətin müdafiəyə və azad edilmiş ərazilərin yenidən qurulmasına prioritet verməyə davam etdiyi üçün konsolidasiya edilmiş büdcə profisitinin 2027-ci ildə azalacağını gözləyirik", - deyə xəbərdə vurğulanıb.

-
report.az
- Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında "Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası"nın II toplantısı keçirilib.
"Report" AMB-yə istinadən xəbər verir ki, tədbirdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğızıstan, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kiprin mərkəzi banklarının sədrləri toplantıda iştirak edib.
Açılış nitqi ilə çıxış edən AMB-nin sədri Taleh Kazımov Şuranın ölkələr və qurumlar arasında əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. O, qeyd edib ki, qlobal və regional iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı, maliyyə bazarlarında indekslərin dəyişkənliyinin yüksəldiyi və rəqəmsal texnologiyalarının tətbiqinin genişləndiyi bir dövrdə Şura həm ortaq, həm də ölkəyə xas çağırışların həlli üçün mühüm platformadır. O, Şuranın pul siyasəti, maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı sahələrində daha sıx iqtisadi və maliyyə əməkdaşlığını təşviq etdiyini vurğulayıb.
K.Ömüralıyev isə Şuranın son iki ildə fəaliyyətindən, həm üzv ölkələr arasında, həm də regional əməkdaşlığın təşviqi istiqamətindəki rolundan danışıb.
Daha sonra "Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri" mövzusuna həsr olunan ilk sessiya başlayıb. AMB-nin baş direktoru Vüqar Əhmədov təqdimatla çıxış edərək qlobal iqtisadiyyatda və maliyyə sektorlarında baş verənlər nəzərə alınmaqla həyata keçirilən pul siyasəti və maliyyə sabitliyi siyasətləri, həmçinin onların nəticələri üzrə ölkə təcrübəsini bölüşüb. Təqdimatın yekununda sual-cavab sessiyası baş tutub, daha sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib.
Toplantının ikinci sessiyasında "Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı" mövzusu müzakirə olunub. AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi rəqəmsal maliyyə ekosisteminin inkişafı üzrə həyata keçirilən təşəbbüslər və görüləcək işləri üzrə ölkə təcrübəsi barədə təqdimatla çıxış edib. Sual-cavab sessiyasından sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib.
Çıxışlar zamanı iştirakçılar Şuranın regional və qlobal əhəmiyyətli platforma kimi fəaliyyətinin daha da genişləndirilməsi, həmçinin mərkəzi banklar arasında səmərəli qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin önəmini vurğulayıb.
Toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları və gələcək əməkdaşlıq sahələrini əks etdirən "Kommunike" imzalanıb. Şuranın sayca III toplantısının 2027-ci ildə Türkiyədə keçiriləcəyi elan olunub.

İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
İcbari Sığorta Bürosu (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS – International Forum of Insurance Guarantee Schemes) tamhüquqlu üzv kimi qəbul edilib.
"Report" bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar mayın 26-da IFIGS İdarəetmə Komitəsinin iclasında İSB-nin üzvlük müraciətinə baxıldıqdan sonra qəbul olunub.
IFIGS müxtəlif ölkələrdə fəaliyyət göstərən sığorta zəmanət fondlarını və analoji qurumları bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Almaniya, Fransa, Avstraliya, Qazaxıstan və Türkiyə kimi nüfuzlu ölkələrin aidiyyəti qurumlarının təmsil olunduğu Forumun əsas məqsədi sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və zərərçəkmiş üçüncü şəxslərin maraqlarının qorunması sahəsində təcrübə mübadiləsini təşviq etmək, sığorta zəmanət mexanizmlərinin institusional və praktiki inkişafına dəstək vermək, habelə üzv qurumlar arasında əməkdaşlığı gücləndirməkdir.
Eyni zamanda, Forum sığortaçıların öhdəliklərini icra edə bilmədiyi, maliyyə çətinliyi ilə üzləşdiyi və ya müflisləşdiyi hallarda tətbiq olunan kompensasiya və zəmanət mexanizmləri üzrə qabaqcıl beynəlxalq təcrübənin paylaşılmasına və bu sahədə yanaşmaların təkmilləşdirilməsinə töhfə verir.
İSB-nin IFIGS-ə üzvlüyü Büro üçün mühüm strateji əhəmiyyət daşıyır. Üzvlük İSB-nin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi olmaqla yanaşı, quruma qabaqcıl beynəlxalq təcrübəyə çıxış imkanları yaradacaq, sığorta zəmanət mexanizmlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirəcək və Azərbaycan sığorta sektorunun beynəlxalq təşkilatlarda təmsilçiliyini daha da gücləndirəcək.
Eyni zamanda, üzvlük çərçivəsində metodologiya, hüquqi və institusional yanaşmalar, habelə risklərinidarə olunması sahələrində yeni əməkdaşlıq imkanlarının formalaşması gözlənilir. Bu isə ölkədə sığorta sisteminin dayanıqlılığının artırılmasına, habelə sığortalıların və zərərçəkmiş şəxslərin maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.
İSB beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və sığorta sektorunun davamlı inkişafı istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

"Qafqaz-Kredit" BOKT ötən ili zərərlə başa vurub
"Qafqaz-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 26 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 54 min manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, bu, ötən il "Qafqaz-Kredit"in vergiyəqədərki zərəri 28 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri isə qənaəti isə 2 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Qafqaz-Kredit"in aktivləri 1,144 milyon manat olub ki, bu da illik müqayisədə 4,1 % azdır. Bunun 1,029 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 6,5 % kiçilib.
Hesabat dövründə "Qafqaz-Kredit"in öhdəlikləri 55,6 % azalaraq 16 min manata, balans kapitalı isə 2,4 % azalaraq 1,128 milyon manata düşüb.
Xatırladaq ki, "Qafqaz-Kredit" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).

-
report.az
- Azərbaycanda gənc hüquqşünasların biznes prosesləri sahəsində bilik boşluğu müzakirə olunub
Azərbaycanda gənc hüquqşünasların biznes prosesləri sahəsində bilik boşluğu müzakirə olunub
Azərbaycanda gənc hüquqşünas kadrları biznes prosesləri ilə bağlı yetərli biliyə malik deyil.
"Report" xəbər verir ki, bunu "Neqsol Holding"in nümayəndəsi Leyla Həsənova-Şahingöz Bakıda təşkil edilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" adlı konfransda bildirib.
O qeyd edib ki, gənc hüquqşünas məzunların işə cəlb edilməsi zamanı müəyyən problemlərlə qarşılaşırlar: "Bu çətinliklərin ən əhəmiyyətlisi onların maliyyə və biznes sahəsinə dair biliklərinin lazımi səviyyədə olmamasıdır. İşə qəbul müsahibələri zamanı aydın olur ki, gənc hüquqşünaslar nəzəri baxımdan yaxşı hazırlıqlıdırlar, qanunvericilik bazasını mənimsəyiblər. Ancaq biznes mexanizmlərini dərin səviyyədə dərk etmirlər. Konkret olaraq, gəlir və xərc terminlərini, maliyyə hesabatlarının tərkibini analiz etməyi, investisiya qərarlarının hansı əsaslarla qəbul edildiyini tam mənada qavramaqda çətinlik çəkirlər. Bəziləri sual edə bilər ki, hüquqşünasın bu mövzulara bələd olması nə qədər zəruridir.
Halbuki korporativ hüquqşünasın başlıca funksiyalarından biri şirkəti müxtəlif təhdidlərdən və risklərdən müdafiə etməkdir. Buna görə də o, müqaviləyə təkcə hüquqi sənəd prizmasından deyil, eyni zamanda kommersiya vasitəsi kimi baxmalıdır. Biznes və maliyyə proseslərini lazımınca dərk etmədiklərinə görə gənc hüquqşünaslar yaranan riskləri həmişə düzgün şəkildə qiymətləndirmək iqtidarında olmurlar".

"Prior Credit" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Prior Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 135 min manat xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,4 % çoxdur.
Ötən il "Prior Credit"in vergiyəqədərki mənfəəti 171 min manat (əvvəlki ilə nisbətən 36,8 % az), mənfəət vergisi ödəmələri 36 min manat (4,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Prior Credit"in aktivləri 4,245 milyon manat olub ki, bu da illik müqayisədə 9,3 % çoxdur. Bunun 3,988 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 8,6 % böyüyüb.
Hesabat dövründə "Prior Credit"in öhdəlikləri 14,7 % artaraq 1,764 milyon manata, balans kapitalı isə 5,8 % artaraq 2,481 milyon manata çatıb.
Xatırladaq ki, "Prior Credit" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,1 milyon manatdır. BOKT-un təsisçisi 100 % "Prior Leasing" ASC-dir.

Azərbaycan və Macarıstanın mərkəzi bankları Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Macarıstan Mərkəzi Bankı (MMB) arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, imzalanma Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası"nın ikinci toplantısı çərçivəsində baş tutub.
"Toplantı çərçivəsində MMB-nin sədri Mixali Varqa ilə rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzaladıq. Memorandum çərçivəsində, monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat mübadilələri aparılacaq. Görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə texniki əməkdaşlıq dərinləşdiriləcək", - deyə sədr qeyd edib.

Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Azərbaycan Hesablama Palatası Elm və Təhsil Nazirliyi, həmçinin onun tabeliyindəki Əsaslı Tikinti və Təchizat İdarəsi üzrə həyata keçirilmiş auditin yekun nəticələrini nəzərdən keçirib.
"Report" xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə təşkil edilən Kollegiya iclasında müzakirəyə çıxarılıb.
İclasda auditor Vüqar İbrahimovun hazırladığı auditor hesabatı dinlənilib və müzakirə olunub.
Aparılmış audit dövlət büdcəsinin "Ümumdövlət xidmətləri" və "Təhsil" bölmələri çərçivəsində təhsil və məktəbəqədər təhsil müəssisələrinin tikili və avadanlıqlarının cari təmiri, qeyri-yaşayış binalarının əsaslı təmiri, eləcə də dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsini əhatə edib.
Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub. Bununla yanaşı, audit gedişində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün audit olunan qurum tərəfindən lazımi tədbirlərin görülməsi tövsiyə edilib.

-
report.az
- Hesablama Palatası Naxçıvandakı Dövlət Agentliyindəki auditin nəticələrini prokurorluğa təqdim edib
Hesablama Palatası Naxçıvandakı Dövlət Agentliyindəki auditin nəticələrini prokurorluğa təqdim edib
Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələrini prokurorluq orqanına göndərilməsini qərara alıb.
"Report" Palataya istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında qəbul edilib.
İclasda auditor Hafiz İsmayılbəylinin təqdim etdiyi Auditor hesabatı müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, audit zamanı dövlət vəsaitlərinin istifadə və idarə edilməsi sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunduğu nəzərə alınaraq, müvafiq materialların prokurorluq orqanına göndərilməsi qərara alınıb.

ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
ABB kiçik fərdi sahibkarlar üçün yeni kredit kartını – "Bizkart"ı təqdim edib. "Bizkart" vasitəsilə sahibkarlar biznes və gündəlik xərclərini daha rahat idarə edə bilərlər.
"Bizkart"la fərdi sahibkarlara 15 000 AZN-dək kredit xətti açılır. Kart üzrə 45 günədək güzəşt müddəti var.
Bu, o deməkdir ki, fərdi sahibkar kredit kartı ilə nağdsız ödənişlər etdikdə istifadə etdiyi məbləği güzəşt müddəti ərzində faizsiz geri qaytara bilər.
Gündəlik biznes xərcləri üçün təcili dövriyyə vəsaitinə ehtiyacı yarandıqda "Bizkart" optimal həll yoludur. Sahibkar lazımi vəsaiti çox asanlıqla əldə edir, xərclədiyi vəsaiti isə 45 günədək faizsiz geri qaytara bilir.
"Bizkart"ın əsas üstünlükləri:
- 15 000 AZN-dək kredit xətti;
- 45 günədək güzəşt müddəti;
- Zaminsiz və girovsuz təqdim edilir;
- Kart ödənişsizdir;
VÖEN-lə çalışan hər bir fərdi sahibkar "Bizkart" əldə edib onun üstünlüklərindın faydalana bilər. "Bizkart"ı "ABB Biz" tətbiqindən sifariş vermək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Azərbaycanda 5 ayda büdcədən 122 milyon manatdan çox vəsait geri qaytarılıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Azərbaycanda 5 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 806,8 milyon manata yaxın olub, proqnozdan əlavə 159,1 milyon manata yaxın vəsait ödənilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 5 ay ərzində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 877,7 milyon manatdan çox olub.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 100,2 milyon manat olub, proqnozdan əlavə 4,5 milyon manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 77,7 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 426,1 milyon manatdan çox olub, proqnozdan əlavə 11 milyon manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 284,7 milyon manatı ötüb.

Azərbaycanda 5 ayda vergi daxilolmaları 8 milyard manata yaxın olub
Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manat vergi daxil olub.
"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 %, proqnozdan isə 1,7 % çoxdur.
5 aylıq vergi daxilolmalarının 6 milyard 187,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,25 %, proqnozdan isə 1,8 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Bakıda X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək
İyunun 9-10-da Bakıda X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, tədbir bu və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunur. Sammitdə maliyyə, o cümlədən bank sektorunun rəqəmsal transformasiyası, süni intellekt, ödəniş sistemləri, kibertəhlükəsizlik, komplayens və alternativ bankçılıq mövzuları müzakirə olunacaq.
Sammit regionun qlobal maliyyə sisteminə inteqrasiyasını sürətləndirməyə yönəlmiş yüksək səviyyəli platforma kimi nəzərdə tutulub. Tədbirin gündəliyi 2026-cı il üçün gözlənilən qlobal bankçılıq və maliyyə trendləri ilə uzlaşdırılıb. Əsas məqsədlər sırasında regional əməkdaşlığın gücləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin əlaqələndirilməsi, müxbir bankçılıq əlaqələrinin möhkəmləndirilməsi) və beynəlxalq tərəfdaşlıq imkanlarının nümayişi yer alır.
Ümumilikdə, sammit regional ölkələrin maliyyə liderlərini, beynəlxalq ekspertləri və innovativ həllər təqdim edən şirkətləri bir araya gətirərək daha inteqrasiya olunmuş, dayanıqlı və qlobal səviyyədə əlaqəli maliyyə məkanına dair ortaq baxışın formalaşdırılmasını hədəfləyir.
Sammit müzakirə və şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə müxtəlif və nüfuzlu auditoriyanı bir araya gətirəcək. Proqrama yüksək səviyyəli siyasət müzakirələri, panel sessiyalar və B2B görüşlər daxildir. Tədbirdə bank rəhbərləri və maliyyə institutlarının nümayəndələri, texnologiya təminatçıları, tənzimləyici qurumlar və siyasətçilər, sənaye və peşəkar assosiasiyalar, FinTech şirkətləri və startaplar, beynəlxalq və çoxtərəfli təşkilatlar, beynəlxalq ekspertlər, investorlar və inkişaf institutları, eləcə də digər aidiyyəti tərəflərin iştirakı nəzərdə tutulur.
Sammitin məqsədləri qlobal maliyyə və bankçılıq trendlərinin təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və dayanıqlılığın artırılması, şəbəkələşmə və strateji tərəfdaşlıqların formalaşdırılmasıdır.

"AccessBank" müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
İyunun 5-də "AccessBank" yaşıl maliyyələşmə və dayanıqlı investisiyaların inkişafı istiqamətində növbəti mühüm addım ataraq, AZZA tərəfindən həyata keçirilən layihə üzrə ilk müstəqil enerji auditini uğurla başa çatdırıb.
Audit, "responsAbility Investments" tərəfindən idarə olunan "Global Climate Partnership Fund"un (GCPF) dəstəyi ilə həyata keçirilib.
Enerji auditi 2025-ci ildə müstəqil texniki məsləhətçi "Energy Efficiency Centre Georgia" tərəfindən aparılıb və 2026-cı ildə yekunlaşdırılıb. Audit çərçivəsində yeni istehsal müəssisəsinin yaradılması və müasir Birgə İstilik və Elektrik İstehsalı (Combined Heat and Power, CHP) sisteminin tətbiqi qiymətləndirilib.
Hesabatın nəticələrinə əsasən, layihə yüksək enerji səmərəliliyi nümayiş etdirib və 30 %-dək enerji qənaəti potensialına malikdir. Eyni zamanda, layihənin Azərbaycan Mərkəzi Bankının "Yaşıl Taksonomiyasına" uyğun olduğu və yaşıl aktiv kimi qiymətləndirilə biləcəyi müəyyən edilib.
Bu audit "AccessBank" tərəfindən müştəri layihəsi üzrə sifariş edilən ilk xarici enerji auditi olub. Layihə Bankın dayanıqlı maliyyələşmə sahəsində şəffaflıq, etibarlılıq və keyfiyyət prinsiplərinə sadiqliyini göstərir. Audit nəticələri həmçinin Bankın yaşıl aktivlərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqi üzrə imkanlarını gücləndirir.
"AccessBank" GCPF-in dayanıqlı maliyyə alətlərindən aktiv istifadə edir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində enerji səmərəliliyini, iqlim dayanıqlığını və ekoloji məsuliyyətli investisiyaları dəstəkləməyə davam edir.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.06.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,05 % artaraq 1,9747 manat, 100 Rusiya rublunun məzənnəsi 0,3 % artaraq 2,3176 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9747 |
| 100 Rusiya rublu | 2,3176 |
| 1 Avstraliya dolları | 1,2118 |
| 1 Belarus rublu | 0,6223 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1102 |
| 1 Çexiya kronu | 0,0816 |
| 1 Çin yuanı | 0,2509 |
| 1 Danimarka kronu | 0,2642 |
| 1 Gürcü larisi | 0,6388 |
| 1 Honq Konq dolları | 0,2170 |
| 1 Hindistan rupisi | 0,0178 |
| 1 İngilis funt sterlinqi | 2,2830 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1812 |
| 1 İsveçrə frankı | 2,1545 |
| 1 İsrail şekeli | 0,5851 |
| 1 Kanada dolları | 1,2227 |
| 1 Küveyt dinarı | 5,5022 |
| 100 Qazaxıstan təngəsi | 0,3505 |
| 1 Qətər rialı | 0,4663 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5577 |
| 1 Moldova leyi | 0,0986 |
| 1 Norveç kronu | 0,1820 |
| 100 Özbək somu | 0,0142 |
| 100 Pakistan rupisi | 0,6102 |
| 1 Polşa zlotası | 0,4660 |
| 1 Rumıniya leyi | 0,3758 |
| 1 Serbiya dinarı | 0,0168 |
| 1 Sinqapur dolları | 1,3231 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4528 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3256 |
| Türk lirəsi | 0,0369 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0384 |
| Yapon yeni | 1,0627 |
| Yeni Zelandiya dolları | 0,9976 |
| Qızıl | 7557,6220 |
| Gümüş | 123,8243 |
| Platin | 3209,4215 |
| Palladium | 2219,8175 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 95,03 | - 2,07 | 34,18 |
| Neft WTI (dollar/barel) | 93,04 | - 2,28 | 35,62 |
| Qızıl (dollar/unsiya) | 4 505,00 | 6,20 | 163,90 |
| İndekslər | |||
| Dow-Jones | 51 561,93 | 874,86 | 3 498,64 |
| S&P 500 | 7 584,31 | 30,63 | 738,81 |
| Nasdaq | 26 830,96 | - 23,02 | 3 588,97 |
| Nikkei | 67 470,69 | - 931,45 | 17 131,21 |
| Dax | 24 944,95 | 149,01 | 454,54 |
| FTSE 100 | 10 360,32 | 28,02 | 428,94 |
| CAC 40 INDEX | 8 244,29 | 93,87 | 94,79 |
| Shanghai Composite | 4 057,78 | - 26,19 | 88,94 |
| Bist 100 | 13 872,25 | - 93,40 | 2 610,73 |
| RTS | 1 093,91 | - 23,41 | - 20,22 |
| Valyuta | |||
| USD/EUR | 1,1616 | 0,0009 | - 0,0129 |
| USD/GBP | 1,3430 | 0,0005 | - 0,0043 |
| JPY/USD | 160,0200 | 0,0900 | 3,5700 |
| RUB/USD | 73,4044 | - 0,2766 | - 5,3456 |
| TRY/USD | 46,0283 | 0,0532 | 3,0721 |
| CNY/USD | 6,7755 | - 0,0016 | - 0,2135 |

ABB Home platformasına "mygov ID" ilə daha sürətli giriş imkanı!
ABB özünün rəqəmsal ipoteka platforması ABB Home ilə bağlı istifadəçilərə daha bir yeniliyi təqdim edib. İndi müştərilər şəxsi kabinetlərinə "mygov ID" vasitəsilə daxil olub xidmətlərdən daha rahat və təhlükəsiz şəkildə yararlana bilərlər.
Yeni inteqrasiya sayəsində istifadəçilər əlavə qeydiyyatdan keçmədən, özlərinə məxsus "mygov ID" ilə ABB Home platformasına giriş edərək, ipoteka proseslərini daha çevik idarə etmək imkanı qazanırlar. Bu yenilik, rəqəmsal xidmətlərin əlçatanlığını artırır, müştəri təcrübəsini xeyli asanlaşdırır.
Banka gəlmədən ipoteka sənədləşməsi
Qeyd edək ki, "Mənzil, fərdi yaşayış və bağ evləri üçün ipoteka krediti" məhsuluna əlavə olaraq "Girov təminatlı kredit" və "Təmir krediti" məhsulları üzrə də ABB Home üzərindən müştəriyə ayrıla biləcək kredit məbləğini öyrənmək, tələb olunan sənədləri kabinetdə toplamaq və kreditin ayrılması qərarının verilməsi mərhələsinədək bütün əməliyyatları banka gəlmədən icra etmək mümkündür.
Platformadakı "Əmlakınızı qiymətləndirin" aləti daha da təkmilləşdirilərək istifadəçilərə mənzil qiymətlərinin son 12 ay üzrə dəyişmə dinamikasını izləmək imkanı verir. Bununla yanaşı, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən həyət evləri və torpaq sahələri üzrə də qiymətləndirmə aparmaq mümkündür. İstifadəçilər, həmçinin təqdim olunan qiymətlərlə bağlı rəy və təkliflərini platforma üzərindən birbaşa paylaşa bilərlər.
Təkmilləşdirilmiş kalkulyator
Bundan əlavə, platformada istifadəçilərin xidmətinə yeni kredit kalkulyatoru təqdim olunub. Universal funksionallığa malik bu alət vasitəsilə müştərilər kredit məbləği, müddəti, faiz dərəcəsi və aylıq ödənişlər üzrə müxtəlif hesablamalar apararaq maliyyə planlamasını daha rahat həyata keçirirlər.
Kalkulyator həm aylıq ödənişlərin hesablanmasına, həm mümkün faiz dərəcəsinin müəyyən edilməsinə, həm də ödəniş məbləğində dəyişikliklərin kredit müddətinə və qrafikinə təsirinin əvvəlcədən qiymətləndirilməsinə imkan yaradır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
"Payonix" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1,283 milyon manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 7,5 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "Payonix"in aktivləri 1,676 milyon manat olub ki, bu da, illik müqayisədə 53,1 % çoxdur. Bunun 1,462 milyon manatı müştərilərə verilən kreditlərdir. 2025-ci ildə kredit portfeli 3 dəfə böyüyüb.
Hesabat dövrünə BOKT-un öhdəlikləri 7,5 dəfə artaraq 467 min manata, balans kapitalı isə 17,2 % artaraq 1,209 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 2,76 milyon manata çatıb.
Xatırladaq ki, "Payonix" 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Onun təsisçisi 100 % Fuad Bağırovdur.

İlk dəfə kredit alan müştərilər üçün "Yelo Bank"dan komissiyasız və endirimli təklif!
Həyatda hər bir ilk xüsusi və yaddaqalandır. Planlarınızı reallaşdırmaq, xəyallarınızdakı alış-verişi etmək və ya təcili ehtiyaclarınızı qarşılamaq üçün "Yelo Bank" ASC ilk addımınızda yanınızdadır. Bank, ilk dəfə kredit müraciəti edən şəxslər üçün üstünlüklərlə dolu yeni kampaniyasını elan edir.
Kampaniya çərçivəsində "Yelo Bank"da aktiv və ya bağlanmış nağd krediti olmayan hər bir müştəri 50 000 manata qədər məbləği 0 % komissiya ilə əldə edə bilər. Üstəlik, ilk müraciətin rəsmiləşdirilməsi zamanı müştərilərə mövcud kredit tarifinə əlavə 1 % endirim də hədiyyə olunur.
Kredit təcili lazımdırsa, növbələrdə vaxt itirmədən "Yelo App" vasitəsilə tamamilə onlayn kredit əldə etmək mümkündür. İlk kreditinizi "Yelo Bank"ın eksklüziv şərtləri ilə əldə etmək və kampaniyadan yararlanmaq üçün: https://ylb.az/4e1ilrl.
Bankdan tez kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!

Ayan Qəmbərova: "Azad edilmiş ərazilərdə yeni investisiya mərhələsi başlayır"
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi artıq klassik infrastruktur quruculuğu mərhələsini geridə qoyaraq, kompleks iqtisadi sistemin formalaşması mərhələsinə daxil olub.
Bu sözləri "Report"a Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova söyləyib.
Onun sözlərinə görə, bu mərhələ yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdə formalaşan iqtisadi aktivlərin dəyərinin ölçülməsi, kapitallaşdırılması və uzunmüddətli iqtisadi dövriyyəyə inteqrasiyasını əhatə edir: "Böyük Qayıdış proqramı artıq ölkə tarixinin ən irimiqyaslı iqtisadi transformasiya layihələrindən biri kimi çıxış edir və milyardlarla manatlıq potensial aktivlərin real iqtisadiyyata cəlb olunduğu, formalaşdığı strateji inkişaf mərhələsi kimi dəyərləndirilir. Bu proses çərçivəsində mülki strateji infrastruktur obyektləri - beynəlxalq hava limanları, magistral yollar, dəmir yolu xətləri, enerji istehsal və ötürmə sistemləri, su təsərrüfatı obyektləri, sənaye parkları, aqroparklar və yeni yaşayış məntəqələri üzrə kompleks urbanizasiya layihələri həyata keçirilir".
Onun fikrincə, beynəlxalq təcrübə göstərir ki, mülkiyyət münasibətlərinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, mülkiyyət hüquqlarının təminatı və dəqiqləşdirilməsi, daşınmaz əmlak bazarının şəffaflaşdırılması, bazar iştirakçıları arasında hüquqi mexanizmlərin formalaşdırılması və müstəqil qiymətləndirmə institutlarının gücləndirilməsi investisiya axınlarını orta hesabla 20-30 faiz artıran əsas institusional faktorlardandır: "Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər mühüm beynəlxalq maliyyə institutlarının müxtəlif ölkələr üzrə təhlilləri bu yanaşmanın xüsusilə post-münaqişə regionlarında iqtisadi bərpanın sürətlənməsində həlledici rol oynadığını təsdiqləyir".
AQP rəsmisi qeyd edir ki, beynəlxalq təcrübədə də oxşar tendensiyalar müşahidə olunur: "Məsələn, Bosniya və Herseqovinada mülkiyyət reyestrinin sistemləşdirilməsi xarici kapital axınını genişləndirib. Xorvatiyada Avropa standartlarına uyğun qiymətləndirmə və əmlak islahatları investisiya reytinqinin yüksəlməsinə təsir göstərib. Region ölkələrində bu müqayisəni biz daha çox münaqişədən öncəki dövrlərdə bu sahədə sürətli inkişaf tempi ilə seçilən və bir sıra mühüm beynəlxalq hesabatlarda mövqeləri sürətlə müsbətə doğru dəyişən Azərbaycan və Gürcüstan təcrübələrində göstərə bilərik. Daşınmazın əmlakın qeydiyyatı, sahibkarlığın inkişafı istiqamətində iqtisadiyyatın bir sıra sahələrində icazələrin və lisenziyaların sayının əhəmiyyətli dərəcədə azaldılması bu iki Cənubi Qafqaz ölkəsinə investisiya axınlarının əhəmiyyətli artımına səbəb olub. Azərbaycan təbii ki, aparılan uğurlu və prinsipial xarici siyasət nəticəsində postmünaqişə dövründə qeyd olunan istiqamətdə mövqelərini bir qədər də yaxşılaşdırıb və faktiki olaraq çox ciddi beynəlxalq iqtisadi layihələrin əsas iştirakçısına çevrilib.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın təbii resurslar, kənd təsərrüfatı, su ehtiyatları və yaşıl enerji potensialı baxımından ən yüksək strateji dəyərə malik regionlarındandır. Bu iqtisadi rayonların ölkə ərazisinin təxminən beşdə birini əhatə etməsi onların iqtisadi çəkisini daha da artırır. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasına uyğun olaraq region "yaşıl enerji zonası" kimi formalaşdırılır ki, bu da iqtisadi aktivlərin qiymətləndirilməsində yeni metodoloji yanaşmalar tələb edir".
Ekspert vurğulayır ki, müasir qiymətləndirmə yanaşmaları artıq yalnız torpaq və daşınmaz əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır: "Enerji aktivlərinin gəlir potensialı, karbon emissiya balansı, logistika üstünlükləri, infrastrukturun multiplikativ təsiri və gələcək pul axınlarının diskontlaşdırılmış dəyəri kimi göstəricilər də kompleks qiymətləndirmə sisteminə daxil edilir. Bu yanaşma beynəlxalq Qiymətləndirmə Standartları (IVS) və Beynəlxalq Maliyyə Hesabatları Standartları (İFRS) çərçivəsində qəbul olunmuş metodoloji prinsiplərlə tam uyğunluq təşkil edir. Bu çərçivədə Azərbaycan Qiymətləndiricilər Palatası beynəlxalq qiymətləndirmə və maliyyə hesabatları standartlarının tətbiqi, peşəkar sertifikasiya sisteminin gücləndirilməsi, vahid metodoloji bazanın formalaşdırılması və bazar iştirakçıları arasında şəffaflığın artırılması istiqamətində institusional mərkəz rolunu oynayır və bu mövqeləri günü-gündən artırmağa davam edir. Bu institutlaşma prosesi Qarabağ və Şərqi Zəngəzurun geniş iqtisadi və təbii resurslarının iqtisadi dövriyyəyə tam inteqrasiyası üçün zəruri institusional zəmin yaradır. Eyni zamanda, dövlət investisiyalarının səmərəliliyinin artırılması və özəl sektorun bu prosesə daha geniş cəlb olunması üçün qiymətləndirmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır: "Bu yanaşma dövlət-özəl tərəfdaşlığı layihələrində risklərin azaldılması, maliyyə qərarlarının optimallaşdırılması, problemli aktivlətin restrukturizasiyası və investisiya mühitinin proqnozlaşdırılmasının gücləndirilməsinə xidmət edir.
A. Qəmbərova hesab edir ki, Böyük Qayıdışın növbəti mərhələsində dövlət investisiyalarının tədricən özəl sektor investisiyaları ilə əvəzlənməsi və paralel inkişaf modeli əsas trend kimi çıxış edəcək: "Bu mərhələdə sənaye zonaları, kənd təsərrüfatı klasterləri, turizm və xidmət sektoru, eləcə də enerji və logistika layihələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi investor qərarlarının əsasını təşkil edəcək.
Nəticədə Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının əsas ölçü vahidi artıq yalnız infrastrukturun miqyası deyil, həmin infrastrukturun yaratdığı əlavə iqtisadi dəyər, iqtisadi səmərəliliyin təmin olunmasına verilən töhfələr, mühüm ekoloji lahiyələr nəticəsində xərclərin optimallaşdırılması ilə cəlb olunan investisiya həcmi və onların formalaşdırdığı dayanıqlı rifahdır: "Bu kontekstdə qiymətləndirmə institutu Böyük Qayıdışın iqtisadi memarlığının əsas dayaqlarından biri kimi çıxış edir və regionun uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən strateji mexanizm funksiyasını daşıyır".

Hesablama Palatasına yeni səlahiyyətlər verilir
Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək. Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.
Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

"Ekolizinq"in aktivləri 20 %-dən çox azalıb
"Ekolizinq" MMC 2025-ci ili 82 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 78,3 % çoxdur.
Ötən il "Ekolizinq"in vergiyəqədərki mənfəəti 103 min manat (əvvəlki ilə nisbətən 77,6 % çox), mənfəət vergisi ödəmələri isə 21 min manat (75 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Ekolizinq"in aktivləri 3,109 milyon manat olub ki, bu da illik müqayisədə 20,4 % azdır. Bunun 1,057 milyon manatı debitor borclardır. Ötən il şirkətin lizinq portfeli 46,1 % kiçilib.
Hesabat dövründə "Ekolizinq"in öhdəlikləri 32,9 % azalaraq 1,238 milyon manata, balans kapitalı isə 9,3 % azalaraq 1,871 milyon manata düşüb.
Xatırladaq ki, "Ekolizinq" 2014-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkətin təsisçisi Elnur Rəsulovdur.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.06.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,1 % azalaraq 1,9737 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6 % azalaraq 2,3076 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9737 |
| 100 Rusiya rublu | 2,3076 |
| 1 Avstraliya dolları | 1,2121 |
| 1 Belarus rublu | 0,6223 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1111 |
| 1 Çexiya kronu | 0,0815 |
| 1 Çin yuanı | 0,2509 |
| 1 Danimarka kronu | 0,2641 |
| 1 Gürcü larisi | 0,6389 |
| 1 Honq Konq dolları | 0,2170 |
| 1 Hindistan rupisi | 0,0178 |
| 1 İngilis funt sterlinqi | 2,2834 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1810 |
| 1 İsveçrə frankı | 2,1501 |
| 1 İsrail şekeli | 0,5913 |
| 1 Kanada dolları | 1,2227 |
| 1 Küveyt dinarı | 5,4997 |
| 100 Qazaxıstan təngəsi | 0,3486 |
| 1 Qətər rialı | 0,4663 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5545 |
| 1 Moldova leyi | 0,0986 |
| 1 Norveç kronu | 0,1824 |
| 100 Özbək somu | 0,0142 |
| 100 Pakistan rupisi | 0,6088 |
| 1 Polşa zlotası | 0,4651 |
| 1 Rumıniya leyi | 0,3755 |
| 1 Serbiya dinarı | 0,0168 |
| 1 Sinqapur dolları | 1,3248 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4528 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3249 |
| Türk lirəsi | 0,0370 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0383 |
| Yapon yeni | 1,0633 |
| Yeni Zelandiya dolları | 0,9985 |
| Qızıl | 7617,9890 |
| Gümüş | 125,2935 |
| Platin | 3210,5180 |
| Palladium | 2240,3365 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 97,10 | 0,11 | 36,25 |
| Neft WTI (dollar/barel) | 95,32 | 0,45 | 37,90 |
| Qızıl (dollar/unsiya) | 4 498,80 | - 10,60 | 157,70 |
| İndekslər | |||
| Dow-Jones | 50 687,07 | - 620,72 | 2 623,78 |
| S&P 500 | 7 553,68 | - 56,10 | 708,18 |
| Nasdaq | 26 853,97 | - 239,93 | 3 611,98 |
| Nikkei | 67 389,56 | - 1 274,32 | 17 050,08 |
| Dax | 24 795,94 | - 328,23 | 305,53 |
| FTSE 100 | 10 332,30 | - 41,21 | 400,92 |
| CAC 40 INDEX | 8 150,42 | - 58,67 | 0,92 |
| Shanghai Composite | 4 088,72 | 12,29 | 119,88 |
| Bist 100 | 13 965,65 | - 234,55 | 2 704,13 |
| RTS | 1 117,32 | - 20,34 | 3,19 |
| Valyuta | |||
| USD/EUR | 1,1607 | - 0,0018 | - 0,0138 |
| USD/GBP | 1,3425 | - 0,0034 | - 0,0048 |
| JPY/USD | 159,9300 | 0,0400 | 3,4800 |
| RUB/USD | 73,6810 | 0,4605 | - 5,0690 |
| TRY/USD | 45,9751 | 0,0244 | 3,0189 |
| CNY/USD | 6,7771 | 0,0095 | - 0,2119 |

"Bitkoin"in qiyməti 62 min dollardan aşağı düşüb
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşüb.
"Report" xəbər verir ki, bunu "Binance" platformasındakı hərrac məlumatları sübut edir.
Məlumata görə, Bakı vaxtı ilə 06:05-də "Bitkoin" 61,351 min dollara qədər ucuzlaşıb.
Sutka ərzində əsas kriptovalyutanın qiymətində azalma 5,25 %-i ötüb.

"Mastercard": Azərbaycanda maliyyə sektoru kibertəhlükəsizliyə görə dünya ilə ayaqlaşır
Azərbaycanda maliyyə sektoru kibertəhlükəsizlik göstəricilərinə görə dünya ilə ayaqlaşır.
"Report" xəbər verir ki, bunu "Mastercard"ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kibertəhlükəsizlik Məhsullarının İdarə Edilməsi üzrə Direktoru Suheyl Hamavıoğlu Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Aparılan təhlillər göstərir ki, Azərbaycan bu sahədə kifayət qədər yaxşı nəticələr nümayiş etdirir. Yalnız bank sektoru üzrə göstəricilərə diqqət yetirmişəm. Amma təqdim olunan məlumatlar maliyyə sektorunu əhatə edir. Eyni zamanda, Avropa və dünya üzrə topladığım digər məlumatlarda da maliyyə institutlarının göstəricilərini nəzərdən keçirmişəm. Bu müqayisələr əsasında əminliklə demək olar ki, Azərbaycanın maliyyə sektoru kibertəhlükəsizlik baxımından Avropa və dünya göstəriciləri ilə müqayisədə kifayət qədər yaxşıdır", - deyə o qeyd edib.
Bununla belə, AMB rəsmisi deyib ki, Azərbaycanın 10 ballıq sistem üzrə 7-dən yuxarı nəticə göstərməsinə baxmayaraq, diqqət tələb edən iki mühüm istiqamət qalır: "Təhlillərə əsasən, bunlar tətbiq təhlükəsizliyi (application security) və veb şifrələmə (web encryption) sahələridir. Fəaliyyət sahəsindən asılı olmayaraq, hesabat göstərir ki, təşkilatlar məhz bu iki istiqamətdə əlavə tədbirlər görməlidirlər.
Tətbiq təhlükəsizliyi baxımından, xüsusilə münaqişə və ya gərginlik dövrlərində ictimaiyyətə açıq veb tətbiqlər əsas hədəflərdən birinə çevrilir. Belə hallarda veb-saytların görünüşünün dəyişdirilməsi (defacement), API-lərdən sui-istifadə və ya etimadnamələrə (credentials) əsaslanan hücumların riski artır.
Veb şifrələməsinə gəldikdə isə, istər veb, istərsə də mobil platformalarda təhlükə aktorlarının həssas kommunikasiyaları izləmək cəhdlərini gücləndirdiyi hiss olunur. Bu isə məlumatların ələ keçirilməsi, kommunikasiyaların manipulyasiya edilməsi və istifadəçi etimadnamələrinin oğurlanması kimi risklər yarada bilər. Buna görə də təşkilatlar şifrələmə mexanizmlərinin gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirməlidirlər".

-
report.az
- Azərbaycan Türkiyə ilə maliyyə sektorunda innovativ həllərin geniş tətbiqini müzakirə edib
Azərbaycan Türkiyə ilə maliyyə sektorunda innovativ həllərin geniş tətbiqini müzakirə edib
Azərbaycan və Türkiyə arasında maliyyə sektorunda innovativ həllərin geniş tətbiqi müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov Türkiyənin Xidmət İxracatçıları Birliyi, eləcə də maliyyə texnologiyaları, bankçılıq, sığorta və ödəniş sistemləri sahələrində fəaliyyət göstərən şirkətlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə maliyyə sektorunda innovativ həllərin, qabaqcıl texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqinin genişləndirilməsi, ödəniş sistemləri və data idarə edilməsi sahələrinin təkmilləşdirilməsi imkanları müzakirə olunub, sektorun inkişaf prioritetləri və rəqəmsal transformasiya gündəliyində yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, maliyyə texnologiyaları sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklarda ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı məcburi standartlar tətbiq edəcək.
"Report" xəbər verir ki, bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, AMB PCI DSS standartını (Payment Card Industry Data Security Standard) bütün banklar və ödəniş təşkilatları üçün tətbiq etməyi planlaşdırır: "Ödəniş sahəsində PCI DSS adlı beynəlxalq təhlükəsizlik standartı mövcuddur. Gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırmanın təkcə prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinqi olmayan banklar üçün də hər il məcburi şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Eyni yanaşmanın ödəniş təşkilatlarına da tətbiq olunması planlaşdırılır. Məqsəd maliyyə sektorunda təhlükəsizlik və etibarlılığı daha da artırmaqdır"
AMB rəsmisi qeyd edib ki, məlumatların keyfiyyəti və təmizliyinin təmin edilməsi istiqamətində də işlər aparılır: "Məsələn, KYC və digər sistemlərdə daxil olan məlumatlar digər məlumatlarla uyğun gəlmədikdə, düzgün məlumat müvafiq platformalardan götürülərək dəqiqləşdirilir və səhv məlumat göndərən tərəfə bu barədə dərhal bildiriş göndərilir. Bununla da sektor üzrə məlumatların dəqiqliyinin və təmizliyinin təmin edilməsi hədəflənir".

-
report.az
- Almatıda keçiriləcək biznes forum Avrasiyada investisiya əməkdaşlığının prioritetlərini müəyyən edəcək
Almatıda keçiriləcək biznes forum Avrasiyada investisiya əməkdaşlığının prioritetlərini müəyyən edəcək
Qazaxıstanın Almatı şəhərində iyunun 25-26-da Avrasiya İnkişaf Bankının (EDB) "Avrasiya 2030+: investisiyalar, artım və yeni imkanlar" adlı İllik toplantısı və biznes forumu keçiriləcək.
"Report" xəbər verir ki, tədbir regional inkişaf və dövlətlərarası əməkdaşlıq sahəsində ən mühüm hadisələr sırasına daxildir. Tədbir EDB-nin 20 illik yubileyinə həsr olunub və Avrasiya məkanının inkişafının prioritet vektorlarının müzakirəsi üçün platforma rolunu oynayacaq.
Müzakirələrin əsas mövzuları dayanıqlı inkişafa yatırımlar, rəqəmsal texnologiyalar, Mərkəzi Asiya ölkələrində İslam maliyyələşdirilməsi, eləcə də regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsi olacaq.
Forumda Səudiyyə Ərəbistanı, Malayziya, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin İslam maliyyə institutlarının rəhbərləri, Mərkəzi Asiya dövlətləri hökumətlərinin üzvləri, iri şirkətlərin rəhbərləri, o cümlədən "Uzum Holding"in baş direktoru Cəsur Cumayev və "KazAvtoJol" SC-nin İdarə Heyətinin sədri Darxan İmanaşev iştirak edəcəklər.
Bundan əlavə, ABŞ-dən süni intellekt futuroloqu Tarik Kureyşinin və çoxtərəfli inkişaf banklarının nümayəndələrinin iştirakı gözlənilir. EDB Avrasiya məkanında fəaliyyət göstərən çoxtərəfli inkişaf bankıdır.
Ötən ilin sonuna bankın məcmu portfelinə ümumi investisiya həcmi 19,6 milyard ABŞ dolları olan 326 layihə daxil idi. Mövcud strategiyaya uyğun olaraq, bank bir sıra meqalayihələr üzrə iş aparır: "Mərkəzi Asiyanın Su-Energetika Kompleksi", "Avrasiya Nəqliyyat Karkası".
Forum regionun əsas çağırışlarına dair birgə həll yollarının formalaşdırılması, eləcə də qarşıdakı illərdə investisiya əməkdaşlığının prioritetlərinin müəyyən edilməsi üçün mühüm platforma olacaq.
"Report" İnformasiya Agentliyi tədbirin rəsmi media-tərəfdaşı kimi çıxış edəcək.
Tədbirin ətraflı proqramı EDB-in rəsmi saytında yerləşdirilib: https://am.eabr.org/ru

Azərbaycan şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb
İyunun 11-də "Bakı Fond Birjası" QSC-də (BFB) "BQ" ASC-nin 200 500 manatlıq sənədsiz, adlı, adi səhmlərin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 2 005 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmə abunə yazılışı 5-9 iyun tarixlərində həyata keçiriləcək. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 51 dəfə artıraraq 4 010 manatdan 204 510 manata çatacaq.
Xatırladaq ki, "BQ" 2016-cı ilə yaradılıb, səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.

AMB Naxçıvanda keçirilən vətəndaş qəbullarının əlçatanlığını artırır
Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan Muxtar Respublikasında vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə daha bir addım atıb.
"Report" quruma istinadən xəbər verir ki, iyunun 8-dən bölgədə yerləşən "ASAN xidmət" mərkəzində də (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7) vətəndaşlar qəbul ediləcək.
Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edir.
Bu ilin fevral ayından etibarən vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) mərkəzlərində həyata keçirilir.
Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Bu məqsədlə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B ünvanında yerləşən ərazi idarələrində vətəndaş qəbulu otağı fəaliyyət göstərir. Eyni zamanda il ərzində müxtəlif şəhər və rayonlarda səyyar qəbullar təşkil olunur.
Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat üçün "966" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Həyata keçirilən tədbirlərin nəticəsində, hesabların ələ keçirilməsi (account takeover) hallarının sayında azalma müşahidə olunur. Bununla yanaşı, maarifləndirmə istiqamətində əlavə dəstəyə ehtiyac var. Statistik göstəricilər göstərir ki, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Təəssüf ki, maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü açıq şəkildə göstərir. Bütün insidentlər üzrə təhlil aparır, baş verən hadisələrdən çıxarılan nəticələri (lessons learned) qiymətləndirir və bu halların səbəblərini araşdıraraq tənzimləmə mexanizmlərini daha da təkmilləşdiririk. Konseptual yanaşmamız ondan ibarətdir ki, dövlət qurumları arasında daha geniş inteqrasiya təmin edilməlidir. İnsidentlərin idarə olunması üçün vahid platforma formalaşdırılmalı, hüquq-mühafizə orqanlarının da həmin platformaya çıxışı olmalıdır. Bu, insident baş verdiyi anda aidiyyəti qurumlarla operativ əlaqə yaradılmasına və çevik reaksiyaya imkan verəcək", - deyə o qeyd edib.

AMB anti-fraud tənzimləməsi üzərində iş aparır
Azərbaycan Mərkəzi Bankı (AMB) anti-fraud tənzimləməsi üzərində iş aparır.
"Report" xəbər verir ki, bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərnə görə, bir çox proseslərdə avtomatlaşdırmaya (automation), süni intellektə və anti-fraud alətlərinə daha çox üstünlük verilsə, gündəlik əməliyyatların böyük hissəsini avtomatlaşdırmaq və resursları daha çox data analitikası ilə hadisələrin təhlilinə yönəltmək olar: "AMB-nin bu istiqamərdə atdığı addımlara gəlincə, hazırda anti-fraud tənzimləməsi üzərində iş aparılır. Sənədin hazırlanması demək olar ki, (90 %) tamamlanıb, hüquqi prosedurlar qalıb. Müvafiq mərhələlər başa çatdıqdan sonra sənəd maliyyə sektoru ilə paylaşılacaq. İlk olaraq layihə variantı təqdim ediləcək, sektor iştirakçılarının rəyləri toplanacaq, ehtiyac yarandıqda sənəd yenidən təkmilləşdiriləcək. Digər tərəfdən, CERT olaraq fəaliyyətimizi davam etdiririk. Rəqəmsal sektorda hər hansı xidmət istismara (production) verilməzdən əvvəl mütləq pen-testdən keçməlidir".
"Süni intellektin pen-test prosesində istifadəsi mümkündür və müəyyən sahələrdə bu yanaşma effektivdir. Lakin burada mühüm bir məqam var. Klassik pen-testlər zamanı əsas diqqət məntiqi boşluqların (logical vulnerabilities) aşkarlanmasına yönəlir. Məsələn, istifadəçinin 5 manat ödəməli olduğu halda sistemdəki boşluq səbəbindən 10 manatın çıxılması və ya əksinə, daha az vəsaitin tutulması kimi hallar məhz bu kateqoriyaya daxildir. Klassik pen-testlər belə risklərin müəyyən edilməsinə fokuslanır. Bununla yanaşı, OWASP Top 10 kimi geniş yayılmış zəifliklərin aşkarlanması və digər standart yoxlamaların avtomatlaşdırılması mümkündür. Bu yanaşmanı dəstəkləyirəm", - deyə AMB rəsmisi qeyd edib.

AMB: Şübhəli nömrələrin operativ bloklanması üçün yeni mexanizmlər qurulur
Azərbaycanda şübhəli nömrələrin operativ bloklanması üçün yeni mexanizmlər qurulur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, vətəndaşlara tez-tez sosial mühəndislik üsulları ilə zənglər edilir: "Məsələn, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslər kart məlumatlarını tələb edərək vəsaitlərin təhlükədə olduğunu bildirirlər. Bu, ən geniş yayılmış dələduzluq üsullarından biridir. FinCERT və anti-fraud komandası olaraq bizim əsas fəaliyyətimiz koordinasiyanı təmin etməkdir. Bunun üçün "blacklist" və "graylist" siyahılarından istifadə edirik. "Blacklist" şübhəli əməliyyatlar əsasında formalaşdırılır. Məsələn, başqa bir bankdan başqa banka yönləndirilən vəsaiti vaxtında aşkarlayıb dondura bilmişiksə, bu, uğurlu nəticə hesab olunur. Çünki vəsaitin ölkədən çıxarılmasının qarşısı alınmış olur. Hadisədən sonra təhlil apararkən əsas suallardan biri zənglərin mənbəyinin müəyyən edilməsidir. Bu zənglər IP nömrələri, qısa nömrələr, WhatsApp və ya adi mobil nömrələr vasitəsilə həyata keçirilə bilər. Burada əsas yanaşma sektoral profilaktik tədbirlərin gücləndirilməsidir".
"Aşkarlama mərhələsində AMB-nin mandatı maliyyə sektoru ilə məhdudlaşır. Məsələn, telekommunikasiya sektoruna birbaşa müdaxilə imkanımız yoxdur. Bununla belə, problemlərin operativ həlli üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti ilə memorandumlar imzalamışıq. Məqsəd odur ki, təqdim etdiyimiz hallara qısa müddətdə reaksiya verilsin. Gələcəkdə GSM operatorları ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Şübhəli nömrələr barədə məlumat təqdim etdikdə onların operativ şəkildə bloklanması, məhdudlaşdırılması və ya həmin nömrələrin sahibinə dair məlumatların əldə olunması mümkün olarsa, növbəti mərhələdə hüquq-mühafizə orqanları ilə daha effektiv iş aparmaq mümkün olacaq. Bu prosesdə hər bir sektorun və hər bir tənzimlənən subyektin öz məsuliyyəti var. Mübarizə anti-fraud tədbirlərindən başlayaraq sosial mühəndislik hallarının qarşısının alınmasına qədər uzanır. Əsas məqsəd zərərin qarşısını almaq və sonradan hadisənin səbəblərini təhlil edərək oxşar halların təkrarlanmasının qarşısını almaqdır", - deyə AMB rəsmisi qeyd edib.
Onun sözlərinə gərə, süni intellekt texnologiyalarının tətbiqi də bu sahədə yeni imkanlar yaradır: "Əvvəllər anomaliyalar əsasən məntiqi qaydalar əsasında müəyyən edilirdi. Məsələn, gecə saatlarında həyata keçirilən əməliyyatlar və yaxud hesabdakı vəsaitin 80 %-nin köçürülməsi risk göstəricisi hesab olunurdu. Belə hallarda anti-fraud komandası əməliyyata reaksiya verir, kartı bloklayır və ya avtomatik səsli zəng vasitəsilə müştəridən əməliyyatı təsdiqləməsi tələb olunur. Lakin yanaşma təkcə insan faktoruna əsaslanmamalıdır. Əsas diqqət davamlı və effektiv proseslərin qurulmasına yönəlməlidir. Hərçənd bu prosesləri hazırlayan da, təkmilləşdirən də insanlardır".

-
report.az
- AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır
AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır
Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Biz hər zaman hazır vəziyyətdə olmalıyıq - yəni hər bir insidentə operativ reaksiya vermək və onların qarşısını almaq üçün davamlı hazırlıq vacibdir. Ümumilikdə süni intellektə gəlincə, hazırda bütün dünya bu texnologiyadan istifadə etməyə çalışır, bu, təbii olaraq müsbət qarşılanır və dəstəklənir. Süni intellekt işləri xeyli asanlaşdırır - əvvəllər saatlarla "Google"da axtarış aparılan məlumatlar indi bir neçə dəqiqə, hətta saniyə içində əldə olunur. Lakin burada vacib bir məqam var - suverenlik anlayışı. Biz fərdi və həssas məlumatları heç bir halda süni intellekt sistemlərinə ötürməməliyik. Çünki istifadə etdiyimiz bir çox süni intellekt xidmətləri bulud əsaslıdır (cloud-based). Əgər təşkilat daxilində yerləşən (on-premise) sistemlərdən istifadə olunursa, bu müəyyən qədər daha nəzarətli ola bilər. Amma bulud sistemlərinə ötürülən fərdi məlumatlar ciddi təhlükəsizlik riskləri yarada bilər və həmin məlumatlar potensial olaraq bizə qarşı istifadə oluna bilər", - deyə o qeyd edib.
AMB rəsmisi həmçinin deyib ki, süni intellektin üstünlüklərini vurğulayarkən onun mənfi tərəflərini də nəzərə almaq vacibdir: "Hər hansı bir sənəd və yaxud məlumatla işləyərkən biz həmin datanın dəyərini və həssaslıq səviyyəsini düzgün qiymətləndirməliyik. Yəni bu data nə dərəcədə konfidensialdır, hansı hallarda paylaşılması mümkündür, bunu əvvəlcədən müəyyənləşdirməliyik. Bu qiymətləndirmədən sonra qərar verilməlidir. Ümumilikdə yanaşma ondan ibarətdir ki, bu proses böyük bir zəncir kimidir - bütün şirkətlər bir-birindən asılıdır və hər bir təşkilat öz kibergigiyenasına ciddi şəkildə diqqət yetirməlidir".

Cihan Salihoğlu: "Süni intellektlə bağlı müqavilə tələblərinin artacağı gözlənilir"
Gələcəkdə süni intellektlə (AI) bağlı müqavilə tələblərinin artacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu "Mastercard"ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kiber Məsləhət xidmətləri üzrə vitse-prezidenti Cihan Salihoğlu Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, interfeys standartları, eləcə də süni intellektdən istifadə ilə bağlı hüquqi və tənzimləyici tələblər diqqət yetirilməli olan əsas məsələlərdəndir: "Hazırda bir çox ölkədə bu sahədə geniş tənzimləmə mexanizmləri formalaşmayıb. Bununla belə, Avropa İttifaqı və Çin artıq müəyyən qaydalar tətbiq edir. ABŞ-da isə vahid federal qanun olmasa da, müxtəlif sənaye sahələri üçün rəhbər prinsiplər və tövsiyələr mövcuddur.
ABŞ daha liberal yanaşma sərgiləyir və müəyyən edilmiş təlimatlar ayrı-ayrı sektorlarda ehtiyaclara uyğun tətbiq olunur. Avropa İttifaqı isə süni intellektin tənzimlənməsində daha sərt mövqe tutur. Bu yanaşmanın əsasında fərdlərin hüquq və azadlıqlarının qorunması dayanır. Çinin isə bu sahədə özünəməxsus tənzimləmə modeli var. Lakin məsələ yalnız tənzimləyici tələblərlə məhdudlaşmır. Gələcəkdə süni intellektdən istifadə və onun konfiqurasiyası ilə bağlı müqavilə öhdəliklərinin daha da artacağı gözlənilir. Bununla yanaşı, AI agentləri ilə hansı məlumatların paylaşılacağı, onların hansı tapşırıqları yerinə yetirə biləcəyi və istifadələrinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu baxımdan, sifariş niyyəti (order intent) və istifadəçi razılığı (consent) məsələləri də xüsusi əhəmiyyət daşıyır və diqqətdə saxlanılmalıdır".

Azərbaycanın maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Maliyyə sahəsində peşəkar sertifikatın verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi üzrə Təlimat"ı qəbul edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Təlimat "Mərkəzi Bank haqqında" qanunun 49-cu maddəsinə, qurumun "Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası"na uyğun hazırlanıb. Sənəd maliyyə institutlarında çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının daxili nəzarət və risklərin effektiv idarə edilməsi sistemlərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq imtahanların təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Sənəddə həmçinin sertifikatlaşdırmadan keçmiş rəhbər şəxslərin davamlı peşəkar inkişaf fəaliyyətlərində müntəzəm olaraq cəlb edilməsi qaydaları da əks olunub.
Yeni çərçivə ilə, peşəkar sertifikatlaşdırma prosesi "Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası"nın tərkib hissəsi kimi tətbiq ediləcək. Sertifikasiya vəzifə qruplarından asılı olaraq imtahan modullarından ibarət olacaq. İlkin mərhələdə sertifikatlaşdırmaya ikinci müdafiə xəttinə aid risklərin idarə edilməsi funksiyasını icra edən əməkdaşlar cəlb ediləcəkdir. Sertifikasiya çərçivəsində müvafiq beynəlxalq sertifikatlara malik şəxslər üçün imtahan modulları üzrə azadolma imkanları nəzərdə tutulub. İlk imtahanların cari ilin sonuna kimi başlanılması planlaşdırılır. İmtahanda iştirak ödənişsizdir və verilən sertifikatların müddətsiz olması nəzərdə tutulur.
Bu təşəbbüs maliyyə sektorunda vahid peşəkar standartların formalaşdırılmasına, insan resurslarının keyfiyyətinin artırılmasına, insan amili ilə bağlı risklərin azaldılmasına və ümumilikdə maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.

Kreditini "Birbank"a gətirənlər 6 %-dək endirim qazanır – kampaniya davam edir
"Birbank"ın digər banklarda kredit öhdəliyi olan müştərilər üçün sərfəli kampaniyasının müddəti uzadıldı. Belə ki, digər banklardakı kreditlərini "Birbank"a gətirən müştərilər 6 %-dək endirim qazanır.
30 iyun tarixinədək davam edəcək kampaniya müştərilərə yalnız daha sərfəli faiz şərtləri deyil, həm də aylıq kredit ödənişlərini azaltmaq və bütün kredit öhdəliklərini bir yerdən daha rahat idarə etmək imkanı yaradır.
Kampaniya çərçivəsində "Kapital Bank"dan və ya istənilən digər bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edə bilərlər.
"Birbank"ın təqdim etdiyi yeni imkan xüsusilə bir neçə kredit ödənişi olan və daha rahat maliyyə idarəçiliyi axtaran müştərilər üçün əlverişli həlldir. Kreditlərin bir mərkəzdə birləşdirilməsi həm ödəniş prosesini sadələşdirir, həm də maliyyə yükünü daha rahat planlaşdırmağa imkan verir.
Kampaniyadan yararlanmaq istəyənlər onlara ən yaxın "Kapital Bank"/"Birbank" filialına yaxınlaşaraq bu fürsəti dəyərləndirə bilərlər.
Ətraflı məlumat üçün link: www.b-b.az/rkpr
Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və "Birbank" kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

"Mastercard": Süni intellekt kibertəhlükəsizlikdə oyun qaydalarını dəyişib
Süni intellekt kibertəhlükəsizlikdə oyun qaydalarını dəyişib.
"Report" xəbər verir ki, bunu "Mastercard"ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kiber Məsləhət xidmətləri üzrə vitse-prezidenti Cihan Salihoğlu Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Təhdid mühitini idarə edən və ya onu dəyişdirən digər bir amil əlbəttə ki, süni intellektdir (AI). Üç il bundan əvvəl "ChatGPT" ictimaiyyətə açıldıqda, sıravi insanların istifadəsinə verildikdə, bütün oyun tamamilə dəyişdi. Çünki hazırda biz AI-nin yaratdığı və yaxud dəstəklədiyi hücumlarla qarşı-qarşıyayıq. İndi isə hücumçular həm hücumların icra həcmini artırmaq, həm də tətbiqlər və ya boşluqlardan istifadə edən proqramlar yaratmaq üçün Aİ-dən əhəmiyyətli dərəcədə yararlanırlar".

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək
İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirakı nəzərdə tutulub.
Toplantı təmsil olunan ölkələrin mərkəzi banklarının qlobal çağırışlar müstəvisində makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, monetar siyasətin ötürücülüyünün təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı istiqamətində üzləşdiyi çağırışlar və yeni imkanlarla bağlı məsələlərin müzakirəsi üçün effektiv platforma olacaq. Belə ki, toplantı çərçivəsində "Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri" və "Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı" mövzuları ətrafında təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Xatırladaq ki, 2024-cü ildə təsis edilmiş Şuranın ilk toplantısı ötən il Qazaxıstanın Astana şəhərində keçirilib. Məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas məqsədi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, birgə məsləhətləşmələrin və tədqiqat işlərinin təşviq edilməsidir.

-
apa.az
- DVX vergi borclarının endirimlə ödənilməsi adı altında yayılan saxta internet resursu ilə bağlı xəbərdarlıq edib
DVX: Vergi borclarının endirimlə ödənilməsini təklif edən saytlar saxtadır
Dövlət strukturlarının adı altında fəaliyyət göstərən, fərdi və ya bank kartı məlumatlarının daxil edilməsini istəyən internet saytlarından istifadə ciddi risk daşıyır.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) isitnadən xəbər verir.
DVX bildirir ki, son vaxtlarda sosial media platformalarında xaricdə qeydiyyatdan keçmiş, vergi borclarının güzəştli şərtlərlə ödənilməsi imkanı təqdim edən və rəsmi dövlət strukturlarına aid vizual tərtibatdan yararlanan internet səhifəsi ilə bağlı məlumatlar geniş şəkildə paylaşılıb.
Dövlət Vergi Xidməti vətəndaşların nəzərinə çatdırır ki, vergi öhdəlikləri və ödənişlərə dair informasiyalar yalnız rəsmi qaynaqlar vasitəsilə əldə olunmalı, ödəniş prosedurları isə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi elektron xidmətlər, bank müəssisələri və ya ödəniş terminalları üzərindən aparılmalıdır.
"Vətəndaşlardan şübhəli vəziyyətlərlə üzləşdikdə diqqətli olmaq, şəxsi məlumatlarını naməlum tərəflərə təqdim etməmək və yalnız rəsmi mənbələrə istinad etmək xahiş edilir. Qeyd edirik ki, Dövlət Vergi Xidməti heç bir şəraitdə onlayn resurslar vasitəsilə vətəndaşların bank kartı rekvizitlərini soruşmur", - məlumatda deyilir.

-
report.az
- "Prior Leasing", "Global Leasing" və "Prior Credit" BOKT-un səhmdarlarının yığıncaqları keçiriləcək
"Prior Leasing", "Global Leasing" və "Prior Credit" BOKT-un səhmdarlarının yığıncaqları keçiriləcək
İyunun 29-da, saat 12:00-da "Prior Leasing" və "Global Leasing" ASC-lərin, eləcə də "Prior Credit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının illik ümumi yığıncaqları keçiriləcək.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaqlar səhmdar cəmiyyətlərinin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 1965-ci məhəllə ünvanında yerləşən baş ofislərində olacaq.
Yığıncaqların gündəliyi açıqlanmayıb.

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib.
"PAŞA Maliyyə Holdinqi"nin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.
Elektron ticarət başda olmaqla müxtəlif sahələrdə 25 ildən artıq təcrübəyə malik olan Lukasz Szczepanski karyerası ərzində bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, xüsusilə "Allegro" şirkətində yüksək rəhbər vəzifələrdə fəaliyyət göstərib və son aylarda məsləhətçi qismində Birmarket komandası ilə sıx əməkdaşlıq edib.
Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, bu təyinata qədər Birmarket-in Baş İcraçı Direktoru vəzifəsində çalışıb. Samir Məmmədov maliyyə sektoru, sahibkarlıq və innovasiya sahələrində geniş təcrübəyə malikdir. Karyerası ərzində ölkənin aparıcı maliyyə təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib, o cümlədən PashaPay şirkətinin Baş İcraçı Direktoru olub. Təyinat Future Lab-ın inkişaf tempinin artırılması və yeni imkanların reallaşdırılması məqsədini daşıyır.
Future Lab bundan sonra Bir ekosistemin bir hissəsi kimi fəaliyyət göstərəcək və əsas diqqətini ekosistem daxilində məhsulların birgə yaradılmasına yönəldəcək. Future Lab-a rəhbərlik etmiş Fərrux Əliyev fəaliyyətini PAŞA Qrupu daxilində davam etdirəcək.
Bu dəyişikliklər Bir ekosistem daxilində həyata keçirilən məqsədyönlü transformasiya prosesinin tərkib hissəsidir.
PAŞA Maliyyə Holdinqi 2025-ci ilin dekabr ayında yaradılıb və "PAŞA Holdinq"in maliyyə sektorunda fəaliyyət göstərən şirkətləri, eləcə də bankçılıq, sığorta, fintek və e-ticarət üzrə investisiya portfelini mərkəzləşdirilmiş qaydada idarə edir.

Azərbaycanda 5 ayda 35 minə yaxın uşağa görə birdəfəlik müavinət təyin edilib
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənişi edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müavinət ödənişləri 16 044 nəfər qız, 18 426 nəfər oğlan uşağına görə aparılıb.

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-may, 2026)
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-may aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 17 833 733 402 manatlıq göstərici ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 6 118 690 338 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 4 090 363 758 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 3 616 884 868 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 2 616 084 612 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 1 733 218 610 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 410 746 697 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC, 214 422 974 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 149 472 856 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 99 647 205 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 27 640 353 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC, 20 281 469 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC və 8 489 861 manatla "Xalq Bank" ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi AZN |
| 1 | ABB-İnvest | 17 833 733 402 |
| 2 | Paşa Kapital | 6 118 690 338 |
| 3 | CPM-İnvest | 4 090 363 758 |
| 4 | Unicapital | 3 616 884 868 |
| 5 | İnvest-Az | 2 616 084 612 |
| 6 | Assist Finance | 1 733 218 610 |
| 7 | İnno | 410 746 697 |
| 8 | Capital Partners | 214 422 974 |
| 9 | Troni | 149 472 856 |
| 10 | Xalq Kapital | 99 647 205 |
| 11 | MFX-Trading | 27 640 353 |
| 12 | CFI Financial | 20 281 469 |
| 13 | Xalq Bank | 8 489 861 |

"Bakı Fond Birjası"nın dövriyyəsi 43 %-ə yaxın azalıb
Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 19 milyard 424,950 milyon manat təşkil edib.
"Report" BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 42,7 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 11,8 % azalaraq 11 460 olub.
Xəbər yenilənəcək ...

"MJ Financial Services" BOKT-un xalis mənfəəti 19 %-ə yaxın azalıb
"MJ Financial Services" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3,467 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,6 % azdır.
Ötən il "MJ Financial Services"in vergiyəqədərki mənfəəti 4,036 milyon manat (əvvəlki ilə nisbətən 12,2 % az), mənfəət vergisi ödəmələri isə 569 min manat (68,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "MJ Financial Services"in aktivləri 21,967 milyon manat olub ki, bu da illik müqayisədə 48,6 % çoxdur. Bunun 16,315 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,3 % böyüyüb.
Hesabat dövründə "MJ Financial Services"in öhdəlikləri 17,2 % artaraq 8,639 milyon manata, balans kapitalı 79,8 % artaraq 13,327 milyon manata, nizamnamə kapitalı isə 17 dəfə artaraq 5,1 milyon manata çatıb.
Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. BOKT-un təsisçiləri Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.06.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,1 % azalaraq 1,9763 manat, 100 Rusiya rublunun məzənnəsi 2 % azalaraq 2,3214 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9763 |
| 100 Rusiya rublu | 2,3214 |
| 1 Avstraliya dolları | 1,2187 |
| 1 Belarus rublu | 0,6223 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1118 |
| 1 Çexiya kronu | 0,0817 |
| 1 Çin yuanı | 0,2512 |
| 1 Danimarka kronu | 0,2645 |
| 1 Gürcü larisi | 0,6385 |
| 1 Honq Konq dolları | 0,2169 |
| 1 Hindistan rupisi | 0,0178 |
| 1 İngilis funt sterlinqi | 2,2883 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1822 |
| 1 İsveçrə frankı | 2,1564 |
| 1 İsrail şekeli | 0,5954 |
| 1 Kanada dolları | 1,2276 |
| 1 Küveyt dinarı | 5,4953 |
| 100 Qazaxıstan təngəsi | 0,3466 |
| 1 Qətər rialı | 0,4664 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5566 |
| 1 Moldova leyi | 0,0984 |
| 1 Norveç kronu | 0,1829 |
| 100 Özbək somu | 0,0142 |
| 100 Pakistan rupisi | 0,6085 |
| 1 Polşa zlotası | 0,4665 |
| 1 Rumıniya leyi | 0,3761 |
| 1 Serbiya dinarı | 0,0168 |
| 1 Sinqapur dolları | 1,3280 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4529 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3274 |
| Türk lirəsi | 0,0370 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0384 |
| Yapon yeni | 1,0632 |
| Yeni Zelandiya dolları | 1,0053 |
| Qızıl | 7598,1585 |
| Gümüş | 126,9234 |
| Platin | 3282,2665 |
| Palladium | 2330,5130 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 96,99 | 2,80 | 36,14 |
| Neft WTI (dollar/barel) | 94,87 | 3,59 | 37,45 |
| Qızıl (dollar/unsiya) | 4 509,40 | - 30,10 | 168,30 |
| İndekslər | |||
| Dow-Jones | 51 307,79 | 228,91 | 3 244,50 |
| S&P 500 | 7 609,78 | 9,82 | 764,28 |
| Nasdaq | 27 093,90 | 7,09 | 3 851,91 |
| Nikkei | 68 663,88 | 2 531,63 | 18 324,40 |
| Dax | 25 124,17 | 121,13 | 633,76 |
| FTSE 100 | 10 373,51 | 34,56 | 442,13 |
| CAC 40 INDEX | 8 209,09 | 62,50 | 59,59 |
| Shanghai Composite | 4 076,43 | 18,72 | 107,59 |
| Bist 100 | 14 200,20 | 496,24 | 2 938,68 |
| RTS | 1 137,66 | 6,17 | 23,53 |
| Valyuta | |||
| USD/EUR | 1,1625 | - 0,0012 | - 0,0120 |
| USD/GBP | 1,3459 | - 0,0005 | - 0,0014 |
| JPY/USD | 159,8900 | 0,1800 | 3,4400 |
| RUB/USD | 73,2205 | 1,4325 | - 5,5295 |
| TRY/USD | 45,9507 | 0,0157 | 2,9945 |
| CNY/USD | 6,7676 | 0,0053 | - 0,2214 |

"SpaceX" səhmlərini mənfəətlə satmağı planlaşdırır
Amerikanın aerokosmik şirkəti "SpaceX" ilkin kütləvi təklif (IPO) çərçivəsində təxminən 75 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkət investorlara təxminən 555,6 milyon səhm təklif etməyi planlaşdırır ki, bu da hər səhm üçün təxminən 135 dollar edir.
Agentliyin məlumatına görə, bu parametrlərlə "SpaceX"in dəyəri 1,75 trilyon dollara çata bilər. Nəticədə şirkət qlobal fond bazarı tarixində ən böyük təkliflərdən birinə çevriləcək.
Şirkət artıq potensial investorlarla bir sıra görüşlər üçün hazırlıqlara başlayıb. Bununla belə, son IPO parametrləri bazar tələbindən asılı olaraq tənzimlənə bilər.
Qeyd olunub ki, belə erkən mərhələdə konkret hədəf qiymətini elan etmək qeyri-adi bir addımdır, çünki şirkətlər adətən səhmlərin son qiymətini yerləşdirmədən dərhal əvvəl müəyyən edirlər.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ötən ilin maliyyə hesabatını verib

-
redaksiya.az
- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən il 5 milyon manatdan çox zərər edib
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən il 5 milyon manatdan çox zərər edib

"Asel Kredit" BOKT ötən il 3 milyon manatdan çox zərər edib

Azərbaycan Mərkəzi Bankı pul çapını kəskin artırıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) çap şirkətlərindən ümumi dəyəri 3 milyard 26,808 milyon manat olan yeni kağız və metal pul nişanları təhvil alıb.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü ilə nisbətən 36 dəfə çoxdur.
Hesabat dövründə dövriyyədə olan kağız və metal pul kütləsinin ümumi dəyəri isə 2 milyard 114,336 milyon manat artıb.

Dünya Bankı Azərbaycanda iqtisadi diversifikasiyaya dair hesabat təqdim edib
Maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Dünya Bankının hazırladığı "Azərbaycanda diversifikasiya və inkişaf" hesabatı təqdim olunub, sənədin əsas nəticələri və ölkəmizin iqtisadi şaxələndirmə prosesinə potensial təsirləri müzakirə olunub.
Nazir Dünya Bankı ilə tərəfdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini deyib, əməkdaşlığın infrastrukturun modernləşdirilməsi, enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və dövlət idarəçiliyinin inkişafı istiqamətlərində uğurla davam etdiyini bildirib.
S.Babayev iqtisadi şaxələndirmənin Azərbaycan hökumətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, qeyri-neft sektorunun genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, insan kapitalının inkişaf etdirilməsi və rəqəmsal həllərin tətbiqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın gücləndirilməsinin əhəmiyyətinə toxunan S.Babayev dövlət maliyyəsinin idarə olunmasında müasir yanaşmaların tətbiqinin, fiskal intizamın möhkəmləndirilməsinin və qeyri-neft gəlirlərinin rolunun artırılmasının uzunmüddətli iqtisadi dayanıqlıq baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri və turizm sektorlarının inkişafı, habelə regional nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi ölkənin diversifikasiya siyasətinin əsas istiqamətlərindəndir.
Görüş zamanı dövlət müəssisələrinin korporativ idarəetməsinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması məqsədilə görülən işlər də nəzərdən keçirilib, monitorinq mexanizmlərinin gücləndirilməsi və fiskal risklərin effektiv idarə olunmasının vacibliyi vurğulanıb.
Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, özəl sektorun gücləndirilməsi, yaşıl inkişaf, enerji keçidi, rəqəmsallaşma, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Dünya Bankının Azərbaycanın uzunmüddətli inkişaf gündəliyinə dəstəyini bundan sonra da davam etdirəcəyini qeyd edib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın və konstruktiv dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 23 %-ə yaxın artıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 658,835 milyon manat olub.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,5 % çoxdur.
Həmin vaxt AMB-yə məxsus əmlakın dəyəri 538,037 milyon manat təşkil edib.

"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Paysis" MMC-yə verilmiş 11 iyul 2024-cü il tarixli elektron pul təşkilatı lisenziyası ləğv edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 54.1.1-ci maddəsinə əsasən qəbul olunub.
Xatırladaq ki, "Paysis" bundan əvvəl qumar oyunları təşkil etməkdə ittiham olunub və AMB ötən ilin dekabr ayında onun fəaliyyətini dayandırıb.

Azərbaycan Mərkəzi Bankı qiymətli kağızların buraxılışını 78 %-ə yaxın artırıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) buraxdığı qiymətli kağızlarının ümumi dəyəri 365,749 milyon manat olub.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 77,6 % çoxdur.
AMB qiymətli kağızlar bazarında əsasən müxtəlif müddətə buraxılmış notlarla iştirak edir.

Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini 36 %-ə yaxın artırıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 3 milyon 36 min manat xərcləyib.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 35,5 % çoxdur.
AMB-nin sığorta xərclərinin 934 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır ki, bu da illik müqayisədə 23,2 % çoxdur.
Xərclərin qalan 2,102 milyon manatı isə əmlak sığortası ayırmalardır. Bu isə 1 il əvvələ nisbətən 41,7 % çoxdur.

AMB ADIF-ə kredit qoyuluşunun qalığını 35 % azaldıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 105,956 milyon manat olub.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 35,4 % azdır.
Əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi AMB-nin funksiyalarından biridir.

AMB-nin xarici valyuta əməliyyatlarından gəlirləri 25 % artıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarından 1,521 milyon manat gəlir əldə edib.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 24,9 % çoxdur.
Həmin il qurum xarici valyuta əməliyyatlarından 1,218 milyon manat gəlir əldə edib.

AMB işçilərinə çəkdiyi xərci 25 %, verdiyi kreditləri 10% artırıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) işçilərinə 56,395 milyon manat xərc çəkib.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 24,7 % çoxdur.
Bundan başqa, hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 414 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 10,4 % çoxdur.

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 3,912 milyon manat təşkil edib.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 44,8 % çoxdur.
AMB 1992-ci ildə Milli Bank adı ilə yaradılıb, "Konstitusiyaya əlavə və dəyişiklik edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar adı dəyişdirilib.

AMB yerli banklara və BOKT-lara kredit qoyuluşunu dayandırıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) kredit qoyuluşu olmayıb.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Xatırladaq ki, ötən il yanvarın 1-nə AMB-nin banklara kredit qoyuluşu 13 milyon 761 min manat, BOKT-lara kredit qoyuluşu isə 648 min manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının mənfəəti cüzi artıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ili 724,321 milyon manat mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 0,4 % çoxdur.
Xəbər yenilənəcək ...

Azərbaycan Mərkəzi Bankının aktivləri 5 %-ə yaxın azalıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 836,486 milyon manat təşkil edib.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 4,6 % azdır.
AMB-nin aktivlərinin 28 milyard 782,795 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 11,5 % çox), 3 milyard 957,374 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (2,2 dəfə az), 1 milyard 101,087 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (2,5 % az) təşkil edib.
2025-ci ildə AMB-nin öhdəlikləri 5,4 % azalaraq 32 milyard 675,616 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 12,1 % artaraq 19 milyard 563,427 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,5 % azalaraq 5 milyard 167,117 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,3 dəfə artaraq 3 milyard 425,070 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 5,5 % artaraq 1 milyard 240,171 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 8,2 % artaraq 2 milyard 160,870 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.

"Azərmaş Group"un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
İyunun 8-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərmaş Group" MМС-nin 5 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 dollar olan 50 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək, 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

-
report.az
- Azərbaycan və Böyük Britaniya transsərhəd investisiya əlaqələrinin gücləndirilməsini müzakirə edib
Azərbaycan və Böyük Britaniya transsərhəd investisiya əlaqələrinin gücləndirilməsini müzakirə edib
Azərbaycan və Böyük Britaniya arasında transsərhəd investisiya əlaqələrinin gücləndirilməsi müzakirə edilib.
"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.
Məlumata görə, qurumda Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Normanın başçılıq etdiyi, Əlahəzrətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Ridin daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilib. Görüş Azərbaycanın kapital bazarlarının inkişafı, investisiya imkanları, eləcə də dayanıqlı iqtisadi artımın və beynəlxalq əməkdaşlığın dəstəklənməsində kapital bazarı infrastrukturunun rolu barədə müzakirələr aparmaq üçün gözəl imkan yaradıb.
"Azərbaycan və Böyük Britaniya arasındakı güclü ikitərəfli münasibətlərə yüksək dəyər verir, maliyyə bazarlarının inkişafı və transsərhəd investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik", - deyə BFB bəyan edib.

Dünya Bankının Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı təqdimat edilib
Dünya Bankının Azərbaycan üzrə Ölkə İqtisadi İcmalının təqdimatı keçirilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində İcmal təqdim edilib, hesabatın əsas nəticələri, iqtisadi inkişaf perspektivləri və onların mümkün siyasət nəticələri müzakirə olunub.
Görüşdə həmçinin AMB və Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparılıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ötən ilin maliyyə hesabatını verib
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2025-ci ili 924 min manat xərclə başa vurub.
"Report" agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 9,3 dəfə azdır.
Ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməliyyat fəaliyyətindən gəliri 370 min manat (əvvəlki il olmayıb), məqsədli maliyyələşmə üzrə gəliri 6,784 milyon manat (əvvəlki il olmayıb), ayrılmış qrantlar üzrə xərcləri 6,096 milyon manat (əvvəlki ilə nisbətən 4,7 % az), işçi heyəti ilə bağlı xərcləri 716 min manat (9,3 % az), amortizasiya xərcləri 61 min manat (3,1 dəfə az), digər xərcləri isə 1,206 milyon manat (1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin aktivləri 1,095 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 3,3 dəfə azalaraq 240 min manata, balans kapitalı isə 2,1 dəfə azalaraq 856 min manata düşüb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ölkə Prezidentinin bu sahədə idarəetmənin təkmilləşdirilməsi 19 aprel 2021-ci il fərmanına əsasən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb, publik hüquqi şəxsdir. Agentlik QHT-lərin inkişafı, onlarla dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir.

-
report.az
- "AccessBank" və "Neurotime"dan media üçün innovativ təlim: "Süni İntellekt və Yeni Nəsil Jurnalistikası"
"AccessBank" və "Neurotime"dan media üçün innovativ təlim: "Süni İntellekt və Yeni Nəsil Jurnalistikası"
İyunun 6-da "AccessBank" və süni intellekt həlləri üzrə ixtisaslaşmış "Neurotime" şirkətinin birgə təşkilatçılığı ilə aparıcı media qurumlarının nümayəndələri üçün "Süni İntellekt və Yeni Nəsil Jurnalistikası" mövzusunda təlim təşkil edilib.
Təlimin əsas məqsədi sürətlə transformasiya olunan media mühitində süni intellekt texnologiyalarının yaratdığı imkanlar, faktların yoxlanılması (fact-checking) metodları, eləcə də bu texnologiyaların jurnalistikada etik və məsuliyyətli tətbiqi ilə bağlı iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Sessiyalar zamanı süni intellektin korporativ kommunikasiya sahəsində tətbiqi imkanlarından bəhs olunub. İnteraktiv və praktiki formatda keçirilən təlim çərçivəsində iştirakçılar real nümunələr üzərində işləyərək böhran vəziyyətlərində rəsmi mənbələrlə işləmə, məlumatların etibarlılığını yoxlama və informasiyanın düzgün interpretasiyası üzrə praktiki tapşırıqlar yerinə yetiriblər. Təlim çərçivəsində "ChatGPT", "Gemini", "Claude" və "Perplexity" kimi müasir süni intellekt alətlərinin peşəkar istifadə prinsipləri nümayiş etdirilib, effektiv sorğuların hazırlanması (prompt engineering) metodları barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçılar arasında interaktiv bilik yarışı (quiz) təşkil olunub. Təlim proqramını uğurla başa vuran bütün media nümayəndələrinə sertifikatlar təqdim edilib.
Süni intellekt jurnalistin fəaliyyətini dəstəkləyən effektiv alət olsa da, məlumatın dəqiqliyinin yoxlanılması, kontekstin düzgün təqdim edilməsi və ictimai məsuliyyət prinsiplərinin qorunması baxımından jurnalistin rolu əvəzolunmaz olaraq qalır. Bu çərçivədə "AI köməkçidir, müəllif deyil" yanaşmasının əhəmiyyəti xüsusi qeyd edilib.
"AccessBank" bundan sonra da innovativ texnologiyaların tətbiqini təşviq edən təşəbbüslərini davam etdirəcək.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə ("Facebook", "Instagram", "LinkedIn") müraciət edə bilərsiniz.
*"AccessBank" QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

"Expressbank"dan sahibkarlar üçün yeni təklif – Qızıl təminatlı mikro kredit
Sahibkarların etibarlı maliyyə tərəfdaşı "Expressbank" biznesini inkişaf etdirmək istəyən müştərilərinə qızıl təminatı ilə mikro kredit məhsulunu təqdim edir.
Yeni məhsul sahibkarlara fəaliyyətlərini genişləndirmək, dövriyyə vəsaitini artırmaq, mal ehtiyatlarını yeniləmək və digər biznes ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə imkanı yaradır. Qızıl təminatı ilə mikro kredit məhsulu sahibkarların 50 000 AZN-dək vəsait əldə edə bilməsini təmin edir.
Kredit 36 ayadək müddətə təqdim olunur və müştərilər üçün 3 aya qədər güzəşt müddəti nəzərdə tutulub. Sadə rəsmiləşdirmə prosesi və çevik şərtlər sayəsində sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitinə daha operativ çıxış əldə edə bilirlər.
FİFD: min. 24.07 % - maks. 41.60 %
Komissiya: 1.5 % - 2 %
Məbləğ: 500 – 50 000 AZN
Güzəşt müddəti: 3 ayadək
İllik faiz: min. 23 % - maks. 29 %
Qeyd edək ki, "Expressbank" 16 filialı ilə fəaliyyət göstərir. Qızıl təminatı ilə mikro kredit və digər xidmətlər ilə bağlı Bankın sizə ən yaxın filialından, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "Instagram", "Facebook", "LinkedIn" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin!

"MFX-Trading İnvestisiya Şirkəti" ötən ili zərərlə başa vurub
"MFX-Trading İnvestisiya Şirkəti" ASC 2025-ci ili 92 min manat zərərlə başa vurub. Halbuki, qurum 2024-cü ildən 713 min manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "MFX-Trading"in aktivləri 1,047 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % azdır.
Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,1 dəfə artaraq 0,001 milyon manata çatıb, balans kapitalı isə 5,3 % azalaraq 1,046 milyon manata enib.
Xatırladaq ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,11 milyon manatdır. Şirkətin yeganə səhmdarı Samir Xəlilovdur.

"Azər Türk Bank"dan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Dövlət bankı "Azər Türk Bank" səhiyyə sahəsində çalışan şəxslərə sərfəli şərtlərlə zaminsiz istehlak kreditləri təklif edir. Kreditin maksimal məbləği 80 000 manatdır.
Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9 %-dir.
Kreditlər 59 ay müddətinədək, minimal 0 %-dən başlayan komissiya ilə verilir.
Bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Bank 24, 36, 48 və 60 ayadək müddətə olan kreditləri, müvafiq olaraq, illik 11,9 %,12,9 %, 13,9 %, 15,9 %-lə təklif edir.
Qeyd edək ki, digər banklarda krediti olan səhiyyə işçiləri mövcud olan kredit öhdəliyini "Azər Türk Bank"da daha aşağı faiz dərəcəsi, daha uzun müddət və ya daha uyğun aylıq ödənişlərlə refinans edə, yəni yeni bir kreditlə əvəz edə bilərlər. Refinans edilən kreditin məbləği 10 000 manatdan yuxarıdırsa xidmət haqqı 0 % təşkil edir
Krediti "Azər Türk Bank"ın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.
Kampaniya 2026-cı il 30 iyun daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Azərbaycanda pul bazası mayda 3 %-dən çox artıb
Bu il iyunun 1-nə Azərbaycanda pul bazası 24 milyard 105,6 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 3,4 % çoxdur.
Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,3 %, son 1 ildə isə 16,85 % artıb.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları mayda 2 % artıb
Bu il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12 milyard 712,4 milyon ABŞ dolları təşkil edib.
"Report" quruma istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 2 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 14,6 % artıb.

"Asel Kredit" BOKT ötən il 3 milyon manatdan çox zərər edib
"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3,371 milyon manat zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 258 min manat xalis mənfəət çıxmışdı.
"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 19,209 milyon manat olub ki, bu da illik müqayisədə 74,5 % çoxdur. Bunun 14,463 milyon manatı müştərilərə verilmiş kreditlər və digər aktivlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 3,5 dəfə böyüyüb.
Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 2,3 dəfə artaraq 16,252 milyon manat, balans kapitalı isə 25,9 % azalaraq 2,957 milyon manat, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 6,2 milyon manat olub.

Azərbaycanda mayda 152 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
Bu ilin may ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 213 nəfər olub.
"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 115 189 nəfəri yaşa, 13 742 nəfəri əlilliyə, 23 282 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.06.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,09 % azalaraq 1,9785 manat, 100 Rusiya rublunun məzənnəsi 0,7 % azalaraq 2,3681 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9785 |
| 100 Rusiya rublu | 2,3681 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.06.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 94,19 | 3,07 | 33,34 |
| Neft WTI (dollar/barel) | 91,28 | 3,92 | 33,86 |
| Qızıl (dollar/unsiya) | 4 539,50 | - 53,50 | 198,40 |
| İndekslər | |||
| Dow-Jones | 51 078,88 | 46,42 | 3 015,59 |
| S&P 500 | 7 599,96 | 19,90 | 754,46 |
| Nasdaq | 27 086,81 | 114,19 | 3 844,82 |
| Nikkei | 66 132,25 | - 197,25 | 15 792,77 |
| Dax | 25 003,04 | - 101,66 | 512,63 |
| FTSE 100 | 10 338,95 | - 70,33 | 407,57 |
| CAC 40 INDEX | 8 146,59 | - 36,75 | - 2,91 |
| Shanghai Composite | 4 057,71 | - 10,86 | 88,87 |
| Bist 100 | 13 703,96 | 41,21 | 2 442,44 |
| RTS | 1 131,49 | - 6,49 | 17,36 |
| Valyuta | |||
| USD/EUR | 1,1637 | - 0,0022 | - 0,0108 |
| USD/GBP | 1,3464 | 0,0008 | - 0,0009 |
| JPY/USD | 159,7100 | 0,4400 | 3,2600 |
| RUB/USD | 71,7880 | 0,8479 | - 6,9620 |
| TRY/USD | 45,9350 | 0,0818 | 2,9788 |
| CNY/USD | 6,7623 | - 0,0039 | - 0,2267 |

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçib
İpoteka və Kredit Zəmanət Fondu nəqliyyat vasitələrinin sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report"un dövlət satınalmalarının vahid internet portalına istinadən verdiyi məlumata görə, tenderin qalibi "Qala Sığorta" ASC-dir.
Qalib şirkət 28 314 manat ödəniləcək.

"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçir
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 33 manatdır.
İddiaçılar təkliflərini iyunun 22-nə qədər səhmdar cəmiyyətinin yerləşdiyi Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometrinə təqdim edə bilərlər.
Təkliflərə iyunun 22-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "Xalq Sığorta" ASC olub. Şirkətə 15 989 manat ödənilib.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Principal" MMC-dir.
Qalib şirkətə 3 min manat ödəniləcək.
Ötən il bu sorğnun qalibi "Azəruçot" MMC olub. Şirkətə 1 590 manat ödənilib.

KOBİA auditor seçib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafi Agentliyi (KOBİA) 2025-ci il üzrə illik maliyyə hesabatının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir.
Qalib şirkətə 11 min manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "NR Proaudit" MMC olub. Ona 5 min manat ödənilib.

AZPROMO auditor seçib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun "Principal" MMC-dir.
Qalib şirkətə 1 000 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 2 690 manat ödənilib.

"Azəristiliktəchizat" auditor seçib
"Azəristiliktəchizat" ASC 2025-ci ili üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Hesabat" MMC-dir.
Qalib şirkətə 3,5 min manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 9,44 min manat ödənilib.

Təhsil Tələbə Krediti Fondu auditor seçir
Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 96 manatdır.
İddiaçılar təkliflərini iyunun 18-nə qədər Fondun yerləşdiyi Bаkı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, 34 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 18-də, saat 16:15-də qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "NR Proaudit" MMC olub. Şirkətə 9,6 min manat ödənilib.

AMB xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edib

-
redaksiya.az
- Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin

İcbari sığorta şəhadətnamələrinin VÖEN üzrə satışında fasilə yarana bilər
Mayın 28-də icbari sığorta şəhadətnamələrinin VÖEN üzrə satışı və hadisələrin VÖEN üzrə qeydiyyatında fasilə yarana bilər.
"Report" bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.
Məlumata görə, həmin gün İqtisadiyyat Nazirliyinin informasiya sistemlərində aparılan profilaktik işlərə görə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi VÖEN servisinin fəaliyyətində fasilə yaranacaq.

Rusiya səfiri: "Azərbaycanla milli valyutalarla hesablaşmalar uğurla aparılır"
Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq yüksək səmərəliliyi ilə fərqlənir.
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə bildirib.
"Bu, əsasən Rusiya və Azərbaycanın bank qurumlarının nailiyyətidir: ölkələrimiz milli valyutalarla – rubl və manatla hesablaşmalar aparır. Mən şəxsən yoxlama aparmışam. Bakıdan manatla vəsait köçürüldükdən sonra 1,5 saat ərzində Rusiya bankından hesaba rublla vəsaitin köçürülməsi barədə bildiriş aldım. Diplomatik nümayəndəlikdə həm rubl, həm də manatdan istifadə edirik və maliyyələşdirmə məsələlərində heç bir çətinliklə üzləşmirik. Azərbaycanda fəaliyyət göstərən Rusiya iş adamları da milli valyutalarla hesablaşmaların son dərəcə rahat olduğunu vurğulayırlar", - diplomat qeyd edib.

"FINCA Azerbaijan" MM QBKT ötən il 2 milyon manata yaxın xalis mənfəət əldə edib
"FINCA Azerbaijan" MMC qeyri-bank kredit təşkilatı (QBKT) 2025-ci ili 1,62 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" QBKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 48,7 % azdır.
Ötən il "FINCA Azerbaijan"ın vergiyəqədərki mənfəəti 1,938 milyon manat (əvvəlki ilə nisbətən 44,1 % az), mənfəət vergisi ödəmələri isə 318 min manat (1,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "FINCA Azerbaijan"ın aktivləri 75,029 milyon manat olub ki, bu da illik müqayisədə 1,8 % azdır. Bunun 62,956 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə QBKT-un kredit portfeli 1,5 % kiçilib.
Hesabat dövründə "FINCA Azerbaijan"ın öhdəlikləri 1,2 % azalaraq 57,571 milyon manata, balans kapitalı isə 3,5 % azalaraq 17,458 milyon manata düşüb.
Xatırladaq ki, "FINCA Azerbaijan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. QBKT-un səhmdarı 100 %-lik payla "FINCA International"dır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri 24 %-dən çox artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2025-ci ili 3,679 milyon manat zərərlə başa vurub.
"Report" Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 24,3 % çoxdur.
Bununla da, qurumun yığılmış zərəri 68,6 % artaraq 9,043 milyon manata çatıb.
Ötən il İİTKM-nın əməliyyat gəlirləri 454 min manat (əvvəlki ilə nisbətən 0,9 % çox), ümumi və inzibati xərcləri isə 4,133 milyon manat (21,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə İİTKM-nın aktivləri 4,494 milyon manat olub ki, bu da illik müqayisədə 4,65 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 14,2 dəfə artaraq 241 min manata çatıb, balans kapitalı isə 9,4 % azalaraq 4,253 milyon manata düşüb.
Xatırladaq ki, İİTKM Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliğ etməklə məşğuldur.

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Bankın Gəncə filialında da yenilənmə aparılıb. Gəncə filialı artıq özünün əvvəlki ünvanında – Gəncə şəhəri, Heydər Əliyev prospekti 696 ünvanında müştərilərin xidmətindədir.
ABB-nin regional filiallarına səfəri çərçivəsində Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun iştirakı ilə Gəncə filialının yenilənmiş binanın açılışı olub.
Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
ABB-nin Gəncə filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür.
Ölkəmizin ən böyük şəhərlərindən sayılan Gəncədə hazırda ABB 4 ofisi ilə müştərilərin xidmətindədir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Azərbaycanda dörd ayda 15 minə yaxın şəxsə proaktiv pensiya təyin edilib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 14 min 864 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 59,8 %-ni kişilər, 40,2 %-ni isə qadınlar təşkil edib.

"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 11,767 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 5,5 dəfə azdır.
Ötən il "Azpul"un vergiyəqədərki mənfəəti 14,291 milyon manat (əvvəlki ilə nisbətən 5,5 dəfə az), mənfəəət vergisi ödəmələri isə 2,524 milyon manat (5,6 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azpul"un aktivləri 64,926 milyon manat olub ki, bu da illik müqayisədə 16,1 % azdır. Bunun 23,047 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,3 dəfə kiçilib.
Hesabat dövründə "Azpul"un öhdəlikləri 5,5 dəfə azalaraq 1,177 milyon manata, balans kapitalı isə 10,2 % azalaraq 63,749 milyon manata düşüb.
Xatırladaq ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Radostovets Vladimir Nikolayeviçdir.

"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
"City Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-cü ili 3,124 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 21,9 % çoxdur.
Ötən il "City Finance"ın vergiyəqədərki mənfəəti 3,964 milyon manat (əvvəlki ilə nisbətən 24,6 % çox), mənfəət vergisi ödəmələri isə 840 min manat (35,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "City Finance"ın aktivləri 41,889 milyon manat olub ki, bu da illik müqayisədə 36,9 % çoxdur. Bunun 39,563 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 35,8 % böyüyüb.
Hesabat dövründə "City Finance"ın öhdəlikləri 53,2 % artaraq 23,545 milyon manata, balans kapitalı isə 20,5 % artaraq 18,345 milyon manata çatıb.
Xatırladaq ki, "City Finance" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 72,5 % payla "AQA Şirkətlər Qrupu" MMC və 27,5 % payla Məhəmməd Həbibzadədir. O, həm də "AQA Şirkətlər Qrupu"na daxil olan Azərbaycanın aparıcı faktorinq xidməti "Ferrum Kapital" QSC-nin səhmlərinin 23 %-nə nəzarət edir.

"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
"Viator Mikrokredit Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 354 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,2 dəfə azdır.
Ötən il "Viator Mikrokredit Azərbaycan"ın vergiyəqədərki mənfəəti 359 min manat (əvvəlki ilə nisbətən 2,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 4 min manat (26,5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Viator Mikrokredit Azərbaycan"ın aktivləri 10,29 milyon manat olub ki, bu da illik müqayisədə 21,3 % çoxdur. Bunun 9,266 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 19,2 % böyüyüb.
Hesabat dövründə "Viator Mikrokredit Azərbaycan"ın öhdəlikləri 62,1 % azalaraq 4,012 milyon manata düşüb, balans kapitalı isə 4,5 % artaraq 6,278 milyon manata çatıb.
Xatırladaq ki, "Viator Mikrokredit Azərbaycan" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin "Viator AS" missioner təşkilatıdır.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,1 % azalaraq 1,9770 manat, 100 Rusiya rublunun məzənnəsi 0,2 % azalaraq 2,3795 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9770 |
| 100 Rusiya rublu | 2,3795 |

AMB xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edib
Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə yeni müraciət dövrünü elan edib.
"Report" AMB-yə istinadən xəbər verir ki, müraciətlərin qəbuluna iyunun 25-də başlanılacaq və avqustun 25-nə qədər davam edəcək.
Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı AMB ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcək.
Xüsusi tənzimləmə rejimi çərçivəsində əvvəlki qəbul dövrlərində seçilmiş innovativ məhsullar üzrə sınaq layihələrinin icrası hazırda davam etdirilir. Sözügedən layihələr ödəniş xidmətləri, kapital bazarları və virtual aktivlərlə əlaqəli innovativ maliyyə həllərini əhatə edir.
Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyən şəxslər "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydaları"nın 4.2-ci bəndində nəzərdə tutulmuş sənəd və məlumatları müraciətlərin qəbulu başladıqdan sonra xüsusi sandbox.cbar.az veb-səhifəsi vasitəsilə AMB-yə təqdim edə bilərlər.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (26.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 98,10 | - 5,44 | 37,25 |
| Neft WTI (dollar/barel) | 91,76 | - 4,84 | 34,34 |
| Qızıl (dollar/unsiya) | 4 571,90 | 15,50 | 230,80 |
| İndekslər | |||
| Dow-Jones | 50 579,70 | 0,00 | 2 516,41 |
| S&P 500 | 7 473,47 | 0,00 | 627,97 |
| Nasdaq | 26 343,97 | 0,00 | 3 101,98 |
| Nikkei | 65 113,24 | 1 774,17 | 14 773,76 |
| Dax | 25 389,10 | 500,54 | 898,69 |
| FTSE 100 | 10 466,26 | 0,00 | 534,88 |
| CAC 40 INDEX | 8 258,26 | 142,51 | 108,76 |
| Shanghai Composite | 4 153,88 | 39,62 | 185,04 |
| Bist 100 | 13 890,91 | 82,71 | 2 629,39 |
| RTS | 1 144,01 | - 17,57 | 29,88 |
| Valyuta | |||
| USD/EUR | 1,1634 | 0,0031 | - 0,0111 |
| USD/GBP | 1,3486 | 0,0053 | 0,0013 |
| JPY/USD | 158,9500 | - 0,2300 | 2,5000 |
| RUB/USD | 71,4436 | 0,0639 | - 7,3064 |
| TRY/USD | 45,9040 | 0,2001 | 2,9478 |
| CNY/USD | 6,7860 | - 0,0115 | - 0,2030 |

-
report.az
- Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib
Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib
Hesablama Palatası "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinə və "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"a münasibətdə hazırladığı Rəyi təsdiqləyərək Milli Məclisə ünvanlayıb.
Bu barədə "Report"a Hesablama Palatasından bildirilib.
Məsələ ilə əlaqədar Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.
Müzakirələr çərçivəsində dövlət büdcəsinin əsas göstəricilərinin araşdırılması üzrə əldə olunan başlıca nəticələr diqqətə çatdırılıb. Qeyd olunub ki, əvvəlki və cari il ərzində Hesablama Palatası tərəfindən verilən təklif və tövsiyələrin böyük hissəsi büdcə sənədləşməsində öz əksini tapıb.
2025-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat, xərcləri 38 milyard 603,6 milyon manat icra olunub, 527,5 milyon manat məbləğində büdcə profisiti yaranıb.

-
report.az
- "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan edib
"AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan edib
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı, "AccessBank" və "Neurotime" tərəfdaşlığı ilə keçirilən "Building with AI: From Idea to Working Product" birgünlük innovasiya hakatonu uğurla başa çatıb.
23 may 2026-cı il tarixində keçirilən hakatona iştirak üçün 600-dən çox müraciət daxil olub. Müraciətlər arasından seçilən 60 iştirakçı süni intellekt texnologiyalarından istifadə etməklə öz ideyalarını qısa müddət ərzində işlək məhsul və prototiplərə çevirmək imkanı əldə edib.
Hakaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq "ChatGPT", "Claude", "Cursor", "Lovable", "Replit", "Zapier", müxtəlif API-lər və digər müasir AI platformalarından istifadə etməklə innovativ həllər hazırlayıb və günün sonunda münsiflər heyəti qarşısında təqdim ediblər. Komandalar proses boyunca təcrübəli mentorların dəstəyi ilə təmin olunub.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən hakatonun qalibləri aşağıdakı komandalar olub:
• I yer - Rufina Rəhimli, İbrahim Hüseynov, Nuray Qasımzadə
• II yer - Emil Qallacov, Məhəmməd Babayev
• III yer - Elçin Yusubov, İmran Hacıyev, Hüseyn Həsənzadə
Qeyd edək ki, "Building with AI: From Idea to Working Product" hakatonunun ümumi mükafat fondu 5 000 AZN təşkil edib. Qaliblərə aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunub:
• I yer - 2 500 AZN
• II yer - 1 500 AZN
• III yer - 1 000 AZN
Hakatonun əsas məqsədi Azərbaycanda süni intellekt və innovasiya ekosisteminin inkişafına töhfə vermək, gənclərin və texnologiya həvəskarlarının praktiki bacarıqlarını artırmaq, eləcə də innovativ məhsulların yaranmasını təşviq etmək olub. Tədbir iştirakçılar üçün həm öyrənmək, həm də şəbəkələşmək baxımından mühüm platforma rolunu oynayıb.

AMB: Qeyri-iş günlərində bəzi bank filialları və valyuta mübadilə məntəqələri açıq olacaq
27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
"Report" bu barədə Mərkəzi banka istinadən xəbər verir.
"Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək", - deyə məlumatda qeyd olunub.

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
"InvestAZ" İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 18-22 may həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətini yenidən ABŞ–İran xəttində formalaşan razılaşma proqnozları, enerji qiymətlərinin dəyişkənliyi və faiz siyasəti ilə bağlı artan həssaslıq müəyyənləşdirdi.
Həftənin əvvəlində İran münaqişəsinin uzanacağı narahatlığı ilə neft qiymətləri yüksəlsə də, həftənin sonuna doğru danışıqlarda irəliləyiş ehtimalı risk iştahasını gücləndirdi və bazarlarda ümumi tonun yumşalmasına səbəb oldu. Bu fon həm səhmlərdə, həm də valyuta və əmtəə bazarlarında kəskin reaksiyalar yaratdı.
Makroiqtisadi fon
Həftənin ən vacib makroiqtisadi xəbərləri arasında Böyük Britaniyada aprel ayı üzrə İstehlak Qiymətləri İndeksinin (CPI) illik ifadədə 3.3 %-dən 2.8 %-ə qədər enməsi, ABŞ-da 16 mayla başa çatan həftə üçün işsizlik müavinəti üzrə müraciətlərinin 209 minə enməsi və may ayı üzrə Biznes Aktivliyi İndeksi (PMI) nəticələrinin açıqlanması yer aldı. ABŞ-da "S&P Global" tərəfindən açıqlanan sənaye sektorunda PMI 54.5 bənddən 55.3 bəndədək yüksələrək son dörd ilin ən yüksək səviyyəsinə çatdı. Həmçinin Avrozonada illik inflyasiya 3 %-ə qədər artdı. Bu rəqəmlər iqtisadi aktivliyin regionlar üzrə fərqli istiqamətdə hərəkət etdiyini göstərdi.
Avrozona
Avrozonada may ayı üzrə PMI göstəriciləri xüsusilə xidmət sektorunda zəifliyin dərinləşdiyini göstərdi; məlumatlara əsasən iqtisadi aktivlik iki ildən çox müddətdə ən sürətli templə daraldı, Almaniya və Fransa da ardıcıl zəif nəticələr verdi. Ekspertlərin fikrincə, enerji qiymətlərinin artması iqtisadi aktivliyə mənfi təsir göstərib, xidmət sektorunda isə həm yeni sifarişlərdə, həm də məşğulluqda zəifləmə müşahidə olunub. Bu isə Avropa iqtisadiyyatında zəifləmənin davam etdiyi ilə bağlı narahatlıqları artırır.
Böyük Britaniya
Britaniyada aprel ayında istehlak qiymətlərinin artım tempinin 2.8 %-ə enməsi qısa müddətli rahatlama yaratsa da, bu eniş gələcək aylarda enerji və müharibə mənşəli xərc təzyiqlərini tam aradan qaldırmır. Eyni dövrdə əmək bazarında da soyuma əlamətləri görünürdü: işsizlik artdı, xidmət sektorunda xərc təzyiqləri yüksək qalır. Bu səbəbdən sterlinq üçün mənzərə bir tərəfdən aşağı inflyasiya, digər tərəfdən isə zəif artım və hələ də canlı qalan qiymət təzyiqi arasında balanssız vəziyyətdə qalıb.
ABŞ
ABŞ-da bir tərəfdən işsizlik müavinəti üçün müraciətlərin sayı 209 minə enməsi əmək bazarının hələ də dayanıqlı olduğunu göstərdi, digər tərəfdən isə may ayı üzrə sənaye sektorunda PMI göstəricisi güclü artım siqnalı verdi. Bununla yanaşı, 30 illik ABŞ istiqraz gəlirliliyinin 2007-ci ildən bəri ən yüksək səviyyələrə yaxınlaşması bazarda borclanma xərcləri ilə bağlı narahatlığın azalmadığını göstərdi. Nəticədə FED siyasəti ilə bağlı müzakirələr yenidən "inflyasiya güclənərsə, növbəti addım nə olacaq?" sualı ətrafında cəmləndi.
Enerji bazarı
Həftənin əsas hərəkətverici qüvvəsi yenə də Yaxın Şərq oldu. Həftənin əvvəlində neft qiymətləri gərginlik fonunda yüksəldi, lakin 20 maydan etibarən ABŞ prezidenti Donald Trampın İranla danışıqların son mərhələyə yaxınlaşdığı barədə açıqlamaları ilə qiymətlər kəskin gerilədi;
21 mayda "Brent" və "WTI" daha da zəiflədi, 25 mayda isə neft 22 aprel tarixindən bəri ən aşağı səviyyəyə endi. Bazar iştirakçıları həm mümkün razılaşmanın, həm də Hörmüz boğazı ilə bağlı logistika risklərinin nəticələrini yenidən qiymətləndirirdilər. Bu, enerji bazarının hələ də xəbərə son dərəcə həssas qaldığını göstərir.
Bu həftə bazar ertəsi günü Böyük Britaniyada Yaz Bank Tətili və ABŞ-da Anım Günü ilə əlaqədar həmin ölkələrdə birjalar ticarət üçün bağlı olacaq.
Həmçinin, cari həftə investorların diqqət mərkəzindəki əsas xəbərlər Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, eləcə də ABŞ-da açıqlanacaq "CB" İstehlakçıların İnam İndeksi, ÜDM və Şəxsi Xərcləri Qiymət İndeksi göstəriciləri olacaq.
Əlavə olaraq, bu həftə ərzində Yaponiyada Sənaye Sektorunda İstehsal Həcmi, Yeni Zelandiya Ehtiyatlar Bankı (RBNZ) tərəfindən faiz qərarı, ABŞ-da Yeni Mənzil Satışlarının Həcmi, Almaniyada İşsizlik Səviyyəsi və Kanadada ÜDM göstəriciləri də dərc olunacaq.
Eləcə də diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına yönələcək.
EUR
Ötən həftəyə 1.16490 həddində başlayıb 1.16610 hədlərinə kimi bahalaşan EURUSD məzənnəsi həftə ərzində 1.15760 səviyyəsinə qədər kəskin ucuzlaşdı. Həftəni isə valyuta cütlüyü 1.16000 səviyyəsində tamamladı. Məzənnə yeni həftəyə bahalaşma ilə başladı. Yaxın Şərqdə gərginliyin azalması və risk iştahasının artması fonunda dollar üzərində formalaşan təzyiq EURUSD məzənnəsini dəstəkləyə bilər.
GBP
Keçən həftəni 1.33190 həddində başlayıb, 1.34620 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi həftənin sonuna doğru bir qədər ucuzlaşdı və həftəni 1.34290 səviyyələrində tamamladı.
Lakin, hazırda 1.34860 hədlərində ticarət olunan GBPUSD cütlüyündə "buğalar" qiyməti 1.34620 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAUUSD
Ötən həftə 4454 $-4589 $ intervalında dalğalanan qızıl həftəni 4506 $-da başa vurdu. ABŞ–İran münasibətləri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və geosiyasi risklərin tam aradan qalxmaması "təhlükəsiz liman" aktivlərinə tələbin artmasına səbəb oldu və qızıl yeni həftəyə yüksəlişlə başladı. "Ayılar" qiyməti 4530 $ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
"İNVESTAZ İnvestisiya Şirkəti" QSC-nin Tədris və Analiz Departamenti
"İNVESTAZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVESTAZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan Mərkəzi Bankının Data departamentinə yeni direktor təyin edilib.
"Report" xəbər verir ki, bu vəzifə Elmir Həsənliyə həvalə olunub.
Məlumata görə, o, indiyə qədər həmin departamentin Data əməliyyatları və Analitika şöbəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, E.Həsənli AMB-dən əvvəl müxtəlif banklarda çalışıb.

-
report.az
- "PAŞA Bank"ın səhmlərinə ilkin kütləvi təklifi çərçivəsində investorların sayı 13 mini keçib
"PAŞA Bank"ın səhmlərinə ilkin kütləvi təklifi çərçivəsində investorların sayı 13 mini keçib
"PAŞA Bank" ASC səhmlərinin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) çərçivəsində abunə yazılışı müddəti davam edərkən indiki tarixədək 13 mindən artıq investor öz sifarişlərini təqdim edib.
"Report" xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev bankın 2025-ci il üzrə illik maliyyə göstəricilərinə həsr edilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin investorlar öz sifarişlərini investisiya şirkətləri vasitəsilə yerləşdirib.
"PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov isə vurğulayıb ki, iyunun 12-si son müraciət tarixi olaraq təyin olunub və hələ vaxt mövcuddur. "Bu prosesdə ən vacib və prioritet məsələ Azərbaycanın kapital bazarlarının inkişafına töhfə verməkdir. Biz əminik ki, qarşıdakı bir neçə il ərzində müasir Azərbaycanın kapital bazarlarında bu tipli səhmlərin rolu əhəmiyyətli dərəcədə artacaq. Artıq 13 mindən çox səhmdarımız mövcuddur.
Biz kütləvi təşkilata çevrilmə mərhələsindəyik, bu prosesin astanasındayıq. İlk dəfədir ki, hər hansı bir qiymətli kağız emissiyasında bu həcmdə rəqəmsal platforma cəlb olunub, bu dərəcədə asan əlçatanlıq təmin edilib və bu qədər çoxsaylı istiqamətlər yaradılıb".
Qeyd edək ki, "PAŞA Bank" "Bakı Fond Birjası" QSC-də yerləşdirməyi nəzərdə tutduğu yeni səhmlərin ilkin qiymətini nominal dəyərdən (20 manat) 2,75 dəfə yuxarı – 55 manat səviyyəsində təyin edib. 932 926 ədəd adi, adlı səhmi həm fiziki, həm də hüquqi şəxslər əldə edə bilərlər. Səhmlərin satın alınması "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, ABB və ya digər tərəfdaşların platformaları, mobil tətbiqləri, eləcə də "PAŞA Bank"ın mobil tətbiqi üzərindən həyata keçirilə bilər. Bundan əlavə, hər kəs "PAŞA Bank" və "Kapital Bank" ASC-nin filial şəbəkəsi vasitəsilə də səhmlərə sahib ola biləcək.
Minimum satınalma həcmi 1 səhm təşkil etməlidir. Yerləşdirmə tam reallaşdığı təqdirdə, "PAŞA Bank"ın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata yüksələcək. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə malik olacaqlar.

Azərbaycanda 4 ayda dövlət xətti ilə 143 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 142,8 milyon manat kredit verilib.
Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,1 % azalaraq 87,1 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə azalaraq 150 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb
Bu ilin aprel ayında Azərbaycanda əlilliyə görə 248 min 9 nəfər şəxs pensiya alıb.
"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, 225 448 nəfər şəxs aylıq müavinət, 92 750 nəfər şəxs isə Prezident təqaüdü alıb.

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 22 %-dən çox artıb
Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 614,2 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,9 % azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 17,1 %, son 1 ildə isə 22,2 % artıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il aprelin sonuna isə 1,7 % olub.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 29 % artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 438.5 milyon manat xalis mənfəət əldə edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,05 % çoxdur.
Xəbər yenilənəcək ...

Azərbaycanın bank sektorunun aktivləri 5 % artıb
Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 355,8 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 5 % çoxdur.
Xəbər yenilənəcək ...

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,2 % artaraq 1,9792 manat, 100 Rusiya rublunun məzənnəsi 0,09 % azalaraq 2,3845 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9792 |
| 100 Rusiya rublu | 2,3845 |

-
report.az
- Azərbaycanda 4 ayda hər vətəndaş orta hesabla 500 manatdan çox ödənişli xidmətdən istifadə edib
Azərbaycanda 4 ayda hər vətəndaş orta hesabla 500 manatdan çox ödənişli xidmətdən istifadə edib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 159,9 milyon manat olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,4 % çoxdur.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 951,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,6 %-ni təşkil edib.
4 ayda hər bir ölkə sakini orta hesabla 502,6 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 62,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

"CFI Financial İnvestisiya Şirkəti"nin xalis zərəri 4 dəfədən çox artıb
"CFI Financial İnvestisiya Şirkəti" QSC 2025-ci ili 4,243 milyon manat xalis zərərlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,4 dəfə çoxdur.
Ötən il "CFI Financial İnvestisiya Şirkəti"nin vergiyəqədərki zərəri 4,228 milyon manat (illik müqayisədə 3,6 dəfə çox), mənfəət vergisi ödəmələri 15 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu ilin yanvarın 1-nə "CFI Financial İnvestisiya Şirkəti"nin aktivləri 5,047 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 42 % azdır.
Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 19,9 % artaraq 3,533 milyon manata, balans kapitalı isə 3,8 dəfə azalaraq 1,513 milyon manata çatıb.
Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,55 milyon manatdır. Onun əsas səhmdarı dünyanın aparıcı onlayn ticarət brokeri - "CFI Financial Group"dur.

"İnvest-AZ İnvestisiya Şirkəti"nin maliyyə vəziyyəti açıqlanıb
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2025-ci ili 1,596 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 30,3 % azdır.
Ötən il "İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 2,166 milyon manat (əvvəlki ilə nisbətən 24 % az), mənfəət vergisi ödəmələri isə 570 min manat (+2,2 %) təşkil edib.
Bu ilin yanvarın 1-nə "İnvest-AZ"ın aktivləri 46,125 milyon manat olub ki, bu da illik müqayisədə 5,6 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 6,2 % artaraq 37,501 milyon manata, balans kapitalı isə 2,9 % artaraq 8,623 milyon manata çatıb.
Xatırladaq ki, "İnvest-AZ" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarları Elşən Quliyev və Ceyhun Abdullayevdir.

Böyük Britaniyanın Azərbaycandakı kredit təşkilatı mənfəətini 26 %-dən çox artırıb
"İnkişaf üçün maliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-cü ili 866 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,2 % çoxdur.
Ötən il "İnkişaf üçün maliyyə"nin vergiyəqədərki mənfəəti 995 min manat (əvvəlki ilə nisbətən 45,7 % çox), mənfəət vergisi ödəmələri 129 min manat (əvvəlki il qənaət olub) təşkil edib.
Bu ilin yanvarın 1-nə "İnkişaf üçün maliyyə"nin aktivləri 12,314 milyon manat olub ki, bu da illik müqayisədə 8,9 % çoxdur. Bunun 10,971 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 7,1 % böyüyüb.
Hesabat dövründə "İnkişaf üçün maliyyə"nin öhdəlikləri 4,2 % artaraq 3,392 milyon manata, balans kapitalı isə 10,8 % artaraq 8,921 milyon manata çatıb.
Xatırladaq ki, "İnkişaf üçün maliyyə" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi 100 % Böyük Britaniyanın "Oksfam" təşkilatıdır.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 40 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 371,534 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 39,6 % artaraq 207,022 milyon manata çatıb.
Beləliklə, 4 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43,9 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci-ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.

Azərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 88,229 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 14,375 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,4 % çoxdur.
4 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 18,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 17 %-dən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 238,682 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 % azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 17,3 % artaraq 97,332 milyon manata çatıb.
Beləliklə, 4 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 33,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.

Azərbaycanda icbari sığorta üzrə ödənişlər 21 %-dən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 92,213 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,5 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 53,71 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3 % çoxdur.
Beləliklə, 4 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 32,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.

Azərbaycanda könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 518,002 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 250,643 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.
Beləliklə, 4 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 41,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 39,3 manat olub.

"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
"Finex Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1,374 milyon manat zərərlə başa vurub.
"Report" xəbər verir ki, BOKT 2024-cü ildən 1,26 milyon manat mənfəətlə çıxmışdı.
Bu il yanvarın 1-nə "Finex Kredit"in aktivləri 1,86 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə azdır. Bunun 1,961 milyon manatı müştərilərə verilmiş kreditdir. 2025-ci ildə BOKT-un kredit portfeli 27,8 % kiçilib.
Hesabat dövründə "Finex Kredit"in öhdəlikləri 3,1 dəfə azalaraq 0,842 milyon manata, balans kapitalı isə 11,8 % azalaraq 1,018 milyon manata, nizamnamə kapitalı isə 74,2 % artaraq 2,912 milyon manata çatıb.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. BOKT-un səhmlərinin 26,7 %-i Azad Cəbrayılova, 16,7 %-i Səməd Mirzəyevə, 16,5 %-i Ramina Allahverdiyevaya, 13,4 %-i Səadət Mirzəyevaya, 10,2 %-i Şəlalə Tağıyevaya, 7,5 %-i Tokay Şıxəlizadəyə, 3,6 %-i Rövşən Məmmədova, 2,3 %-i Mobil Şərifova, 2 %-i Xaqan Mirzəyevə, 1,1 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.

"Assist Finance İnvestisiya Şirkəti"nin xalis mənfəəti 2 dəfədən çox azalıb
"Assist Finance İnvestisiya Şirkəti" ASC 2025-ci ili 300 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,3 dəfə azdır.
Ötən il "Assist Finance"ın vergiyəqədərki mənfəəti 374 min manat (illik müqayisədə 2,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 74 min manat (-2,4 dəfə) təşkil edib.
Bu ilin yanvarın 1-nə "Assist Finance"ın aktivləri 1,62 milyon manat olub ki, bu da illik müqayisədə 5,6 dəfə azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 29 dəfə azalaraq 268 min manata, balans kapitalı isə 1,5 % artaraq 1,352 milyon manata çatıb.
Xatırladaq ki, "Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib. Onun nizamnamə kapitalı 400 min manatdır.

"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 22-də, saat 12:00-da "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.
Yığıncağın gündəliyinə kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatlarının və ötən ilin idarəetmə hesabatlarının təsdiqi məsələləri daxildir.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
"Nova Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 22,997 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 73 min manat zərərlə çıxmışdı.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Nova Credit"in vergiyəqədərki mənfəəti 28,726 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 5,728 milyon manat (əvvəlki il mənfəət vergisi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Nova Credit"in aktivləri 137,499 milyon manat olub ki, bu da illik müqayisədə 126,5 dəfə çoxdur. Bunun 135,599 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 858,2 dəfə artıb.
Hesabat dövründə "Nova Credit"in öhdəlikləri 624,8 dəfə artaraq 105,585 milyon manata çatıb, balans kapitalı isə 34,8 dəfə artaraq 31,915 milyon manata, nizamnamə kapitalı isə 9 dəfə artaraq 9 milyon manata çatıb.
Xatırladaq ki, "Nova Credit" 2023-cü ildə yaradılıb.

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 103,54 | 0,96 | 42,69 |
| Neft WTI (dollar/barel) | 96,60 | 0,25 | 39,18 |
| Qızıl (dollar/unsiya) | 4 556,40 | 13,90 | 215,30 |
| İndekslər | |||
| Dow-Jones | 50 579,70 | 294,04 | 2 516,41 |
| S&P 500 | 7 473,47 | 27,75 | 627,97 |
| Nasdaq | 26 343,97 | 50,87 | 3 101,98 |
| Nikkei | 63 339,07 | 1 654,93 | 12 999,59 |
| Dax | 24 888,56 | 281,79 | 398,15 |
| FTSE 100 | 10 466,26 | 22,79 | 534,88 |
| CAC 40 INDEX | 8 115,75 | 29,75 | -33,75 |
| Shanghai Composite | 4 114,26 | 36,98 | 145,42 |
| Bist 100 | 13 808,20 | 639,32 | 2 546,68 |
| RTS | 1 161,58 | -24,05 | 47,45 |
| Valyuta | |||
| USD/EUR | 1,1603 | -0,0011 | -0,0142 |
| USD/GBP | 1,3433 | 0,0003 | -0,0040 |
| JPY/USD | 159,1800 | 0,1300 | 2,7300 |
| RUB/USD | 71,3797 | 0,1697 | -7,3703 |
| TRY/USD | 45,7039 | 0,1165 | 2,7477 |
| CNY/USD | 6,7975 | -0,0023 | -0,1915 |

Lin O'Qreydi: "EBRD Bakının "Yaşıl şəhərlər" təşəbbüsünə daxil edilməsinə açıqdır"
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) müəyyən edilmiş meyarlara uyğun olmaq şərti ilə Bakının "Yaşıl şəhərlər" proqramına daxil edilməsinə tam açıqdır.
Bunu EBRD-nin "Yaşıl şəhərlər" proqramının rəhbəri Lin O'Qreydi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində bildirib.
"COP29 zamanı imzalanmış Anlaşma Memorandumu Azərbaycan şəhərləri, o cümlədən Bakı və Şəki ilə daha dərin əməkdaşlıq üçün imkanlar yaradıb. Biz artıq su infrastrukturunun inkişafı və şəhər regenerasiyasına diqqət yetirərək Bakı ilə konkret layihələrin hazırlanmasına başlamışıq. Sonuncu istiqamət ilk növbədə, neftlə çirklənmiş ərazilərin bərpası və profilinin dəyişdirilməsi ilə bağlıdır", - o bildirib.
Onun sözlərinə görə, Bakının "Yaşıl şəhərlər" proqramına qoşulması ilə bağlı dialoq aparılır və EBRD onu şəhər administrasiyası ilə bundan sonra da davam etdirmək niyyətindədir.
"Biz "Yaşıl şəhərlər" proqramının meyarlarına cavab verən istənilən şəhəri nəzərdən keçirməyə hazırıq. Qısaca desək, bələdiyyə ilk növbədə, bizimlə birlikdə ilkin "yaşıl" və dayanıqlı investisiya layihəsini həyata keçirməyə hazır olduğunu bildirməlidir. Bunlar müxtəlif sahələrdə – su təchizatı, tullantı sularının axıdılması, nəqliyyat, bərk tullantıların idarə edilməsi, energetika və ya mənzil infrastrukturu sahələrində təşəbbüslər ola bilər", - L. O'Qreydi deyib.
O əlavə edib ki, şəhər "Yaşıl şəhər" Fəaliyyət Planının hazırlanması öhdəliyini öz üzərinə götürməlidir.
"Məhz buna görə Gəncə uğurlu nümunə oldu. Belə bir plan yalnız bir layihənin həyata keçirilməsi xatirinə yaradılmır – o, uzunmüddətli baxışın mövcudluğunu və gələcək investisiyalara hazırlığı nəzərdə tutur. EBRD də öz növbəsində, şəhərlərlə uzunmüddətli tərəfdaşlıq qurmağa çalışır.
Digər bir meyar isə əhalinin sayıdır – bu rəqəm 50 mini ötməməlidir. Azərbaycan şəhərlərinin əksəriyyəti bu tələbə cavab verir", - proqramın rəhbəri əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.

EBRD Azərbaycanda elektrobus parklarının inkişafı layihəsini maliyyələşdirməyə hazırdır
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda elektrobus parklarının inkişafı layihələrinin maliyyələşdirilməsində maraqlıdır.
Bunu "Report"a müsahibəsində EBRD-nin "Yaşıl şəhərlər" proqramının rəhbəri Lin O'Qreydi deyib.
"Bank Batumi, Səmərqənd və Bişkekdə elektrikli avtobus parklarının inkişafı layihələrini artıq uğurla maliyyələşdirib. Buna görə də EBRD analoji təşəbbüslərin Azərbaycanda da həyata keçirilməsində çox maraqlı olardı.
Bununla yanaşı, infrastrukturun inkişafının nəqliyyat vasitələrinin satın alınması ilə eyni vaxtda baş verməsi son dərəcə vacibdir. Müvafiq enerji doldurma stansiyaları şəbəkəsi yaratmadan elektrobusların səmərəli şəkildə tətbiqi mümkün deyil. Məhz buna görə də bizim maliyyə paketlərimiz kompleks yanaşmanı – elektrobusların alınmasına dəstəyi, ixtisaslaşmış depoların tikintisini və zəruri enerji doldurma infrastrukturunun inkişafını nəzərdə tutur", - o qeyd edib.
Bundan başqa, L. O'Qreydinin sözlərinə görə, bu cür layihələrin dayanıqlıq səviyyəsini artırmaq məqsədilə EBRD şəraitin imkan verdiyi yerlərdə depoların günəş panelləri ilə təchiz edilməsi potensialını da nəzərdən keçirir.
"Elektromobillik EBRD-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Əminik ki, qlobal enerji keçidi çərçivəsində məhz bu sahədə əhəmiyyətli effektə nail olmaq və daxili yanma mühərrikli nəqliyyatdan tədricən imtina edilməsinə kömək etmək mümkündür", - o vurğulayıb.
Müsahibənin tam mətni ilə bu linkə keçid edərək tanış olmaq mümükündür

"Bank of Baku"dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Bankxarici ölkəxarici pul köçürmələri edən müştərilər "Bank of Baku"da bu əməliyyatı sərfəli tariflərlə yerinə yetirə bilərlər.
Belə ki, "Bank of Baku" ABŞ dolları üzrə ölkəxarici pulköçürmə tariflərinə endirim edərək komissiyanı 0.2 % olaraq müəyyənləşdirib. Üstəlik, minimal komissiya məbləği 15 ABŞ dollarına qədər endirilib, maksimum komissiya məbləği isə 250 ABŞ dolları təşkil edir.
Bu rəqəmlər həm fiziki, həm də hüquqi şəxslər tərəfindən edilən pul köçürmələri üçün keçərlidir. Eyni zamanda, qeyd olunan şərtlərlə həm "Bank of Baku" filiallarından, həm də İnternet Bankçılıq vasitəsilə pul köçürməsi etmək mümkündür.
Qeyd edək ki, "Bank of Baku"da avtomobilin alışı, daşınması və digər köçürmələrlə əlaqədar komissiya şərtləri dəyişilməz olaraq qalır.
Əlavə olaraq bildirək ki, hazırda "Bank of Baku"da MDB və digər xarici ölkələrə təcili pul köçürməyə imkanı verən "Western Union", əhatə dairəsi Türkiyə olan "UPT" və s. ödəniş sistemləri də aktivdir.
"Bank of Baku"nun digər məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, eləcə də bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi

-
report.az
- Lin O'Qreydi: "EBRD Aİ ilə birlikdə Qarabağda layihələrin həyata keçirilməsi imkanlarını öyrənir" - MÜSAHİBƏ
Lin O'Qreydi: "EBRD Aİ ilə birlikdə Qarabağda layihələrin həyata keçirilməsi imkanlarını öyrənir" - MÜSAHİBƏ
Son otuz il ərzində Azərbaycan əsas nəqliyyat infrastrukturunun bərpasından genişmiqyaslı rəqəmsal və ekoloji transformasiyaya qədər böyük bir modernləşmə yolu keçib. Şəhərlərin qlobal iqlim gündəliyinin əsas iştirakçılarına çevrildiyi bir dövrdə respublika dayanıqlı şəhər inkişafı və intellektual texnologiyalar prinsiplərinə diqqət yetirib. Bu proses çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) strateji tərəfdaş rolu oynayaraq Azərbaycan şəhərlərinin layihələndirmə mərhələsindən ekoloji yönümlü infrastruktura praktiki sərmayə qoyuluşuna keçidinə kömək edir.
EBRD-nin "Yaşıl şəhərlər" proqramının rəhbəri Lin O'Qreydi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində Bakının uzunmüddətli transformasiyası, Gəncənin "Yaşıl şəhərlər" proqramının flaqman şəhəri kimi əldə etdiyi nailiyyətlər, paytaxtın sənaye ərazilərinin bərpası perspektivləri və elektrik nəqliyyatına hərtərəfli keçid barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Məndə olan məlumata görə, siz 1990-cı illərdə Azərbaycanda işləmisiniz. Son 30 ildə ölkənin necə dəyişdiyi barədə təəssüratlarınızı bölüşə bilərsinizmi?
- Mən ilk dəfə Azərbaycana 30 il əvvəl gəlmişəm. O vaxtlar mən EBRD-nin Qafqaz regionuna nəzarət edən nəqliyyat komandasının tərkibində idim. Biz yerli dəmir yolu və avtomobil yolu strukturları ilə sıx əməkdaşlıq edirdik. Xüsusilə, EBRD "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə "Şərq-Qərb" dəmir yolu xəttinin modernləşdirilməsini maliyyələşdirmişdi.
Bundan başqa, Bank Qara dəniz limanlarına aparan "Şərq-Qərb" avtomobil magistralının, eləcə də Bakı-Astara yolunun tikintisini dəstəkləyib. Belə uzun fasilədən sonra görürəm ki, ölkə irimiqyaslı transformasiyadan keçib. Bakı həqiqətən də müasir bir şəhərə çevrilib. İnsanda elə bir hiss yaranır ki, sanki tamamilə başqa bir yerə gəlmisən, bununla belə, Azərbaycan öz zəngin tarixi və mədəni irsini qoruyub saxlamağa müvəffəq olub.
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) EBRD-nin Azərbaycan şəhərləri ilə əməkdaşlıq dinamikasını necə dəyişib?
- COP29 şəhər inkişafı üçün mühüm mərhələ oldu, çünki bu gün məhz şəhərlər iqlim gündəliyinin əsas elementlərindən birinə çevrilir. Bu dəyişiklik xüsusilə burada, Bakıda nəzərə çarpır.
Daha geniş kontekstdə qeyd edim ki, biz Azərbaycan şəhərlərinin inkişafını dəstəkləmək məqsədilə COP29 çərçivəsində Azərbaycan hökuməti ilə Anlaşma Memorandumu imzaladıq. O vaxtdan bəri bu təşəbbüs həqiqətən də fəal şəkildə inkişaf edib.
- COP29 zamanı Şəhər iqlim fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası işə salınıb. EBRD-nin "Yaşıl şəhərlər" proqramı Bakıda və ölkənin digər şəhərlərində bu öhdəliklərin dəstəklənməsində hansı rolu oynayır?
- Bakı Koalisiyasının əsas mövzularından biri mərkəzi hökumət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətinə əsaslanan çoxsəviyyəli idarəetmənin vacibliyi ilə bağlı olub. Bu, Bankın strategiyasına tam uyğundur.
Biz mərkəzi hökumətlərlə, o cümlədən Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir, eyni zamanda, yerli səviyyədə şəhərlərin birbaşa kreditləşdirilməsini fəal şəkildə dəstəkləyirik. Beləliklə, çoxsəviyyəli idarəetmə prinsipi bizim şəhər maliyyələşdirməsi modelimizə üzvi şəkildə inteqrasiya olunub.
- Gəncə artıq planlaşdırma mərhələsindən konkret layihələrin həyata keçirilməsinə keçib. Əldə olunmuş tərəqqini necə qiymətləndirirsiniz və Gəncə Qafqazın digər şəhərləri üçün nə dərəcədə nümunə ola bilər?
- Miqyası anlamaq üçün qeyd edim ki, EBRD-nin "Yaşıl şəhərlər" proqramı fəaliyyət göstərdiyimiz bütün ölkələri əhatə edir. Bu günə qədər proqrama 60 şəhər daxildir və 100-dən çox layihə çərçivəsində investisiyaların ümumi məbləği 3,5 milyard avronu ötüb. Biz Gəncənin bu təşəbbüsə qoşulmasına şad olduq. O, bir çox cəhətdən "Yaşıl şəhərlər" proqramının təcrübədə necə işləməli olduğuna bir nümunə oldu.
Bizim dəstəyimizlə işlənib hazırlanmış layihə "Yaşıl şəhər" Fəaliyyət Planını uğurla hazırlayıb həyata keçirməyi bacaran yerli administrasiyanın özü tərəfindən idarə olunub. Dayanıqlı və ekoloji investisiyalarla bağlı Yol Xəritəsi əsasında EBRD küçə işıqlandırılmasının və su infrastrukturunun modernləşdirilməsini maliyyələşdirdi. Hazırda biz yeni layihələrin həyata keçirilməsi imkanlarını da nəzərdən keçiririk.
Bundan başqa, biz siyasət səviyyəsində, xüsusən də su ehtiyatlarının idarə edilməsi sahəsində dəstək göstərmişik. Beləliklə, Gəncə bizim flaqman proqramımızın hər üç əsas komponentini uğurla yerinə yetirdi.
- Paytaxtın "Yaşıl şəhərlər" təşəbbüsünə tam şəkildə daxil edilməsi perspektivləri nələrdir?
- Artıq qeyd etdiyim kimi, COP29 zamanı imzalanmış Anlaşma Memorandumu Azərbaycan şəhərləri, o cümlədən Bakı və Şəki ilə daha dərin əməkdaşlıq üçün imkanlar yaradıb.
Biz artıq su infrastrukturunun inkişafı və şəhər regenerasiyasına diqqət yetirərək Bakı ilə konkret layihələrin hazırlanmasına başlamışıq. Sonuncu istiqamət ilk növbədə, neftlə çirklənmiş ərazilərin bərpası və profilinin dəyişdirilməsi ilə bağlıdır.
Gələcəkdə biz paytaxtla tərəfdaşlığı inkişaf etdirəcəyik və müəyyən edilmiş meyarlara uyğun gəldiyi təqdirdə Bakının EBRD-nin "Yaşıl şəhərlər" proqramına qoşulmasına tam açığıq. Bu məsələ ilə bağlı dialoq aparılır və biz onu şəhər administrasiyası ilə bundan sonra da davam etdirmək niyyətindəyik.
- Gəncə və Şəki ilə yanaşı, EBRD digər şəhərlərin, məsələn, Sumqayıtın və ya bu gün "ağıllı" və "yaşıl" texnologiyalara diqqət yetirilməklə bərpa olunan Qarabağ bölgəsi şəhərlərinin proqrama daxil edilməsi mümkünlüyünü nəzərdən keçirirmi?
- Biz "Yaşıl şəhərlər" proqramının meyarlarına cavab verən istənilən şəhəri nəzərdən keçirməyə hazırıq. Qısaca desək, bələdiyyə ilk növbədə, bizimlə birlikdə ilkin "yaşıl" və dayanıqlı investisiya layihəsini həyata keçirməyə hazır olduğunu bildirməlidir. Bunlar müxtəlif sahələrdə – su təchizatı, tullantı sularının axıdılması, nəqliyyat, bərk tullantıların idarə edilməsi, energetika və ya mənzil infrastrukturu sahələrində təşəbbüslər ola bilər. Bu gün WUF13 çərçivəsində müzakirələrin mərkəzində də məhz bu mövzular dayanır.
Bundan başqa, şəhər "Yaşıl şəhər" Fəaliyyət Planının hazırlanması öhdəliyini öz üzərinə götürməlidir. Məhz buna görə Gəncə uğurlu nümunə oldu. Belə bir plan yalnız bir layihənin həyata keçirilməsi xatirinə yaradılmır – o, uzunmüddətli baxışın mövcudluğunu və gələcək investisiyalara hazırlığı nəzərdə tutur. EBRD də öz növbəsində, şəhərlərlə uzunmüddətli tərəfdaşlıq qurmağa çalışır.
Digər bir meyar isə əhalinin sayıdır – bu rəqəm 50 mini ötməməlidir. Azərbaycan şəhərlərinin əksəriyyəti bu tələbə cavab verir.
Qarabağ bölgəsinə gəldikdə, "Yaşıl şəhərlər" proqramı ilə yanaşı, biz artıq orada Avropa İttifaqı ilə birlikdə işləyir, Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə dəstək imkanlarını öyrənirik.
- EBRD-nin yeni strategiyası iqlim risklərinin idarə edilməsində süni intellektin rolunu vurğulayır. Azərbaycanda rəqəmsal əkizlər və ya süni intellekt əsaslı monitorinq sistemləri tətbiq etməyi planlaşdırırsınızmı?
- EBRD müştəri yönümlü təşkilatdır. Biz tərəfdaşlarımızın Bankın əsas strateji prioritetlərinə uyğun olan konkret ehtiyaclarını maksimum dərəcədə nəzərə almağa çalışırıq. Qabaqcıl texnologiyalar, o cümlədən süni intellekt və rəqəmsal transformasiya həm bütövlükdə EBRD, həm də xüsusilə "Yaşıl şəhərlər" proqramı üçün mühüm istiqamətlərdir. Buna görə də tərəfdaşlarımızdan belə bir sorğu daxil olacağı halda, AI əsaslı həllərin inteqrasiyasını və rəqəmsal əkizlərin hazırlanmasını dəstəkləməyə hazırıq.
- Azərbaycan fəal şəkildə avtobus parkını yeniləyir. "Yaşıl şəhərlər" proqramı paytaxtla yanaşı, regionlarda da elektriklə işləyən avtobus və mikromobillik infrastrukturunun inkişafını dəstəkləməyi planlaşdırırmı?
- Elektromobillik EBRD-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Əminik ki, qlobal enerji keçidi çərçivəsində məhz bu sahədə əhəmiyyətli effektə nail olmaq və daxili yanma mühərrikli nəqliyyatdan tədricən imtina edilməsinə kömək etmək mümkündür.
EBRD Batumi, Səmərqənd və Bişkekdə elektrikli avtobus parklarının inkişafı layihələrini artıq uğurla maliyyələşdirib. Buna görə də Bank analoji təşəbbüslərin Azərbaycanda da həyata keçirilməsində çox maraqlı olardı.
Bununla yanaşı, infrastrukturun inkişafının nəqliyyat vasitələrinin satın alınması ilə eyni vaxtda baş verməsi son dərəcə vacibdir. Müvafiq enerji doldurma stansiyaları şəbəkəsi yaratmadan elektrobusların səmərəli şəkildə tətbiqi mümkün deyil. Məhz buna görə də bizim maliyyə paketlərimiz kompleks yanaşmanı – elektrobusların alınmasına dəstəyi, ixtisaslaşmış depoların tikintisini və zəruri enerji doldurma infrastrukturunun inkişafını nəzərdə tutur.
Bundan başqa, bu cür layihələrin dayanıqlıq səviyyəsini artırmaq məqsədilə biz şəraitin imkan verdiyi yerlərdə depoların günəş panelləri ilə təchiz edilməsi potensialını da nəzərdən keçiririk.
- EBRD Azərbaycana aşağı karbonlu hidrogen sahəsindəki potensialı öyrənməyə kömək edir. Şəhər nəqliyyatı və ya yaşayış binalarının isidilməsi üçün hidrogendən istifadəni nəzərdə tutan layihələrlə bağlı planlar varmı?
- Hazırda konkret investisiya layihələri yoxdur. Lakin biz COP29 zamanı təqdim olunan hidrogen strategiyasının həyata keçirilməsi çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edirik. "Yaşıl hidrogen" sahəsində layihələrin inkişafı strateji prioritetlərdən biridir və gələcəkdə EBRD bu istiqamətdə portfelini genişləndirmək niyyətindədir.
- Bakı WUF13-ə ev sahibliyi etdiyi üçün şəhərlərin gələcəyini müzakirə etmək məqsədilə aparıcı qlobal platformalardan birinə çevrilir. EBRD Azərbaycanda və daha geniş regionda "Yaşıl şəhərlər" proqramının uğurlarını nümayiş etdirmək üçün bu platformadan necə istifadə etməyi planlaşdırır? Gəncə bütün dünyadan gələn nümayəndələr üçün əldə olunmuş nəticələrin bir növ "vitrini" ola bilərmi?
- Artıq qeyd etdiyim kimi, Gəncə "Yaşıl şəhərlər" proqramının ən səmərəli şəkildə necə işləyə biləcəyinin bariz nümunəsidir. Şəhər hərtərəfli "Yaşıl şəhər" Fəaliyyət Planı hazırlayıb və Bank hazırda onun icrasını bir sıra bələdiyyə investisiya layihələri və davamlı siyasi əməkdaşlıq vasitəsilə dəstəkləyir.
Bundan başqa, həm yerli administrasiya, həm də aidiyyəti dövlət qurumları ilə çox səmərəli şəkildə əməkdaşlıq edirik. Buna görə də Gəncə həqiqətən də "Yaşıl şəhərlər" proqramının aparıcı uğur hekayələrindən biri hesab olunur.

"Hermes Finance"ın səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 29-da, saat 10:00-da "Hermes Finance" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Hermes Finance"ın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Şirkətin səhmdarları 45 % payla N.Mehrəliyeva-Rzayevaya, 45 % payla Kamran Quliyev və 10 % payla Həmid Mirzəyevdir. "Hermes Finance" lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir.

"Level Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 29-da, saat 10:30-da "Level Leasing" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Level Leasing"in kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir.
Xatırladaq ki, "Level Leasing" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,05 milyon manatdır. Şirkətin səhmlərinin "Hermes Finance" ASC (38 %), Zərifə Quliyeva (27,9 %), Nuranə Mehrəliyeva-Rzayeva (27,9 %) və Lalə Bədirovadır (6,2 %).
N.Mehrəliyeva-Rzayeva həm də "Hermes Finance"da 45 % pay sahibidir. "Level Leasing"in direktoru Həmid Mirzəyev isə "Hermes Finance"ın səhmlərinin 10 %-nə sahibdir.

-
report.az
- Lajana Manandhar: "Hökumətlər və beynəlxalq ictimaiyyət məcburi köçürmələri dayandırmalıdır"
Lajana Manandhar: "Hökumətlər və beynəlxalq ictimaiyyət məcburi köçürmələri dayandırmalıdır"
Hökumətlər və beynəlxalq ictimaiyyət məcburi köçürmələrə son qoymalıdır.
"Report" xəbər verir ki, bunu Asiya Mənzil Hüquqları Koalisiyasının baş katibi Lajana Manandhar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bu gün keçirilən bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, icmalar mövcud problemlərin aradan qaldırılması üçün məzmunlu dialoqa açıqdır və şəhər inkişafı prosesində yerli icmalarla, eləcə də vətəndaş cəmiyyəti qurumları ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin formalaşdırılması zəruridir:
"İqlim dəyişiklikləri artıq mənzil böhranını daha da kəskinləşdirir və xüsusən həssas qruplar üzərində ciddi təsir yaradır. Buna görə də iqlimə davamlı mənzil siyasətinin prioritet kimi müəyyən edilməsi, yerli maliyyələşdirmə mexanizmlərinin möhkəmləndirilməsi və təbiət əsaslı həllərin təşviq olunması böyük əhəmiyyət kəsb edir".
Lajana Manandhar hesab edir ki, şəhər maliyyələşdirməsi insanların xidmətində olmalı, təhlükəsiz və əlçatan mənzil hər bir fərd üçün təmin edilməlidir.
Baş katib icma əsaslı və qadınların liderlik etdiyi mənzil təşəbbüslərinin dəstəklənməsinin vacibliyini xüsusi olaraq qeyd edib: "Onlar yalnız çağırış etməklə kifayətlənmirlər, eyni zamanda hökumətlər və beynəlxalq qurumlarla əməkdaşlıq quraraq bu təşəbbüslərin reallaşdırılmasına öz töhfələrini verməyə hazırdırlar".

"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 18-də, saat 17:00-da "PAŞA Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

-
report.az
- UNCTAD-ın Baş katibi: Dünyada əlçatan mənzillərin maliyyələşdirilməsi çatışmazlığı mövcuddur
UNCTAD-ın Baş katibi: Dünyada əlçatan mənzillərin maliyyələşdirilməsi çatışmazlığı mövcuddur
Qlobal maliyyələşmə çatışmazlığı əlçatan mənzillərə artan tələbatın ödənilməsində əsas maneədir.
"Report" xəbər verir ki, bunu BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspen Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Xəbər yenilənir

-
report.az
- Maliyyə qurumlarının maliyyə icarəsi barədə hesabatları düzgün tətbiq etməməsinə görə cərimələr müəyyənləşir
Maliyyə qurumlarının maliyyə icarəsi barədə hesabatları düzgün tətbiq etməməsinə görə cərimələr müəyyənləşir
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, maliyyə icrası haqqında hesabatı düzgün təqdim etməyən qurumlar cərimələnəcək.
"Report" xəbər verir ki, bununla bağlı məcəlləyə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.
Yeni maddəyə əsasən, Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

EBRD Afrikanın altı dövləti ilə əməkdaşlıq planlarını açıqlayıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Afrika qitəsində öz mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu EBRD-nin gender bərabərliyi və iqtisadi inklüzivlik üzrə rəhbəri Pavel Krasnı (Pawel Krasny) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyada bəyan edib.
P.Krasnı qeyd edib ki, əvvəlcə postsovet dövlətlərinin bazar iqtisadiyyatına keçidinə yardım məqsədilə təsis edilmiş maliyyə institutu fəaliyyətinin coğrafi əhatə dairəsini mərhələli şəkildə genişləndirir.
"EBRD altı yeni dövlətdə işə başlamağa hazırlaşır, onlardan üçü fransızdilli Afrikada yerləşir. Hazırda Seneqal, Kot-d'İvuar və Beninlə danışıqlar aparırıq, həmçinin Nigeriya, Keniya və Qana ilə əməkdaşlıq məsələləri üzərində işləyirik. Sürətlə inkişaf edən bu bazarlarda fəaliyyətin genişləndirilməsi bizə mövcud təcrübədən inklüziv iqtisadi inkişafa yardım göstərmək, kiçik sahibkarlığı dəstəkləmək və regionda gender bərabərliyini təşviq etmək imkanı verəcək", - P.Krasnı vurğulayıb.

EBRD: 50-60 mənzillik pilot layihələr dövlət-özəl tərəfdaşlığını başlada bilər
Mənzil sahəsində dövlət-özəl tərəfdaşlığı mərhələli yanaşmaya və aydın strateji baxışa ehtiyac duyur.
"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) gender bərabərliyi və iqtisadi inklüzivlik istiqamətinin rəhbəri Pavel Krasnı (Pawel Krasny) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyasında bildirib.
"Əlçatan mənzil sahəsində dövlət və özəl sektorun səmərəli qarşılıqlı fəaliyyəti etimadın mərhələli şəkildə formalaşdırılması və düşünülmüş strategiya olmadan baş tuta bilməz. Heç bir hökumət hakimiyyətə gələn kimi elə ertəsi gün dövlət-özəl tərəfdaşlığını başlatmır. Bu, uzunmüddətli və mürəkkəb bir prosesdir", - o qeyd edib.
P.Krasnı vurğulayıb ki, hətta nisbətən kiçik pilot təşəbbüslər, məsələn, 50-60 əlçatan mənzilin inşası, birgə işə hazırlıq əlaməti ola və gələcək qarşılıqlı fəaliyyətin vektorunu müəyyən edə bilər.
O, həmçinin konkret layihələrin müzakirəsi ilə ümumilikdə investisiya ekosisteminin təkmilləşdirilməsi barədə diskussiya arasında aydın fərqin qoyulmasının vacibliyinə diqqət çəkib.

-
report.az
- Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (Yanvar-aprel, 2026)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (Yanvar-aprel, 2026)
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin bu ilin yanvar-aprel aylarında həyata keçirdiyi sığorta ödənişlərinin məbləğinə görə renkinqini təqdim edir:
| № | Sığorta şirkətləri | Sığorta ödənişləri (milyon manatla) | İllik dinamika |
| 1 | PASHA Life Insurance | 168,099 | 29,7% |
| 2 | PASHA Insurance | 52,502 | 25,5% |
| 3 | Ateshgah Life Insurance | 34,735 | 143,2% |
| 4 | Ateshgah Insurance | 14,128 | 10,8% |
| 5 | Gala Insurance | 7,951 | 3,4% |
| 6 | Azerbaijan Industry Insurance | 6,043 | 50,5% |
| 7 | Mega Insurance | 5,727 | 13,1% |
| 8 | A-Group Insurance | 4,450 | 24,5% |
| 9 | Xalq Insurance | 3,335 | 19,2% |
| 10 | Atainsurance | 2,498 | 55,8% |
| 11 | Xalq Life Insurance | 2,059 | -24,7% |
| 12 | Mega Life Insurance | 1,158 | -9,9% |
| 13 | Gala Life Insurance | 0,971 | 119,0% |
| 14 | Azinsurance | 0,396 | -35,7% |
| 15 | Agro Insurance | 0,301 | -90,0% |
| 16 | Silkway Insurance | 0,000 | -96,1% |
| Cəmi | 304,353 | 31,6% |

-
report.az
- Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-aprel, 2026)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-aprel, 2026)
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin bu ilin yanvar-aprel aylarında topladığı sığorta haqlarının məbləğinə görə renkinqini təqdim edir:
| № | Sığorta şirkətləri | Sığorta haqları (milyon manatla) | İllik dinamika |
| 1 | PASHA Life Insurance | 309,834 | 9,9% |
| 2 | PASHA Insurance | 149,424 | 10,3% |
| 3 | Ateshgah Life Insurance | 39,414 | 2,9% |
| 4 | Ateshgah Insurance | 21,842 | 7,8% |
| 5 | Gala Insurance | 16,732 | -59,3% |
| 6 | Agro Insurance | 11,857 | 26,1% |
| 7 | Azerbaijan Industry Insurance | 10,881 | -1,3% |
| 8 | Mega Life Insurance | 9,634 | 91,3% |
| 9 | Xalq Insurance | 9,551 | -2,0% |
| 10 | Mega Insurance | 9,373 | -7,7% |
| 11 | Gala Life Insurance | 8,864 | -6,9% |
| 12 | A-Group Insurance | 5,404 | -2,4% |
| 13 | Xalq Life Insurance | 3,788 | 15,4% |
| 14 | Azinsurance | 2,472 | -27,3% |
| 15 | Silkway Insurance | 1,145 | 7,5% |
| 16 | Atainsurance | 0,002 | -99,9% |
| Cəmi | 610,216 | 3,7% |

Nigeriyada torpaq xərcləri mənzil dəyərinin 40 %-ni təşkil edir
Nigeriyada torpaq sahələrinin baha olması əhalinin münasib qiymətə mənzillə təminatı yolunda əsas maneədir.
"Report"un məlumatına görə, bunu "Family Homes Funds Limited"in baş direktorunun texniki müşaviri Ahmed Baba Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatındakı çıxışında deyib.
Xəbər yenilənir

-
report.az
- Nigeriyada mənzil çatışmazlığı 28 milyona çatıb, ipoteka dərəcələri isə illik 32 %-ə qədərdir
Nigeriyada mənzil çatışmazlığı 28 milyona çatıb, ipoteka dərəcələri isə illik 32 %-ə qədərdir
Nigeriya dünyadakı ən genişmiqyaslı mənzil böhranlarından birini yaşayır, bu ölkədə mənzil qıtlığı 28 milyon təşkil edir.
"Report" xəbər verir ki, bu barədə "Family Homes Funds Limited"in baş direktorunun texniki məsləhətçisi Ahmed Baba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyasında bildirib.
A.Babanın sözlərinə görə, bu problemin miqyasını qiymətləndirmək həddindən artıq çətindir. "Əgər bu rəqəmləri insanların sayına çevirsək, söhbət layiqli mənzildən məhrum edilmiş yüz milyondan çox insandan gedir - bu rəqəm Cənubi Afrika və Qananın birlikdə götürülmüş ümumi əhalisinin sayı ilə müqayisə edilə bilər. İpoteka sektorunun son dərəcə zəif inkişaf etməsi vəziyyəti daha da ağırlaşdırır: onun ölkənin ümumi daxili məhsulundakı payı 1 %-i aşmır, mənzil kreditləri üzrə faiz dərəcələri isə illik 20-32 % arasında dəyişir, bu da faktiki olaraq nigeriyalıların böyük əksəriyyətini mənzil əldə etmək imkanından məhrum edir", - müşavir vurğulayıb.
UN-Habitat-ın 2026-cı il üzrə məlumatlarına görə, dünyada təxminən 3,4 milyard insan yararsız mənzil şəraitində yaşamağa məcburdur, eyni zamanda, onların 70 %-dən çoxu qlobal cənub dövlətlərinin payına düşür, özü də əsas hissəsi Afrika qitəsində cəmləşib.
"Nigeriya bu qlobal tendensiyanın ən parlaq nümunələrindən biridir", - A.Baba əlavə edib.

Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 15 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.

500 manatlıq əsginas niyə yoxa çıxıb?
"CPM-İnvest İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
"CPM-İnvest İnvestisiya Şirkəti" ASC 2025-ci ili 1,111 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,6 dəfə çoxdur.
Ötən il "CPM-İnvest"in vergiyəqədərki mənfəəti 1,472 milyon manat (əvvəlki ilə nisbətən 7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 362 min manat (8,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "CPM-İnvest"in aktivləri 2,01 milyon manat olub ki, bu da illik müqayisədə 92,3 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 99,6 % azalaraq 99 min manata düşüb, balans kapitalı isə 23,8 % artaraq 1,911 milyon manata , o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 800 min manata çatıb.
Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun məzənnəsi 0,07 % azalaraq 1,9746 manat, 100 Rusiya rublunun məzənnəsi 0,22 % artaraq 2,3867 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9746 |
| 100 Rusiya rublu | 2,3867 |
| 1 Avstraliya dolları | 1,2141 |
| 1 Belarus rublu | 0,6056 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1122 |
| 1 Çexiya kronu | 0,0813 |
| 1 Çin yuanı | 0,2500 |
| 1 Danimarka kronu | 0,2643 |
| 1 Gürcü larisi | 0,6366 |
| 1 Honq Konq dolları | 0,2170 |
| 1 Hindistan rupisi | 0,0177 |
| 1 İngilis funt sterlinqi | 2,2834 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1821 |
| 1 İsveçrə frankı | 2,1620 |
| 1 İsrail şekeli | 0,5860 |
| 1 Kanada dolları | 1,2329 |
| 1 Küveyt dinarı | 5,4925 |
| 100 Qazaxıstan təngəsi | 0,3611 |
| 1 Qətər rialı | 0,4664 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5502 |
| 1 Moldova leyi | 0,0980 |
| 1 Norveç kronu | 0,1839 |
| 100 Özbək somu | 0,0141 |
| 100 Pakistan rupisi | 0,6101 |
| 1 Polşa zlotası | 0,4653 |
| 1 Rumıniya leyi | 0,3765 |
| 1 Serbiya dinarı | 0,0168 |
| 1 Sinqapur dolları | 1,3295 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4530 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3234 |
| Türk lirəsi | 0,0372 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0384 |
| Yapon yeni | 1,0687 |
| Yeni Zelandiya dolları | 0,9988 |
| Qızıl | 7698,2375 |
| Gümüş | 130,2447 |
| Platin | 3334,1420 |
| Palladium | 2344,0790 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 102,58 | - 2,44 | 41,73 |
| Neft WTI (dollar/barel) | 96,35 | - 12,31 | 38,93 |
| Qızıl (dollar/unsiya) | 4542,50 | 3,00 | 201,40 |
| İndekslər | |||
| Dow-Jones | 50 285,66 | 276,31 | 2 222,37 |
| S&P 500 | 7 445,72 | 12,75 | 600,22 |
| Nasdaq | 26 293,10 | 22,74 | 3 051,11 |
| Nikkei | 61 684,14 | 1 879,73 | 11 344,66 |
| Dax | 24 606,77 | - 130,47 | 116,36 |
| FTSE 100 | 10 443,47 | 11,13 | 512,09 |
| CAC 40 INDEX | 8 086,00 | - 31,42 | - 63,50 |
| Shanghai Composite | 4 077,28 | - 84,90 | 108,44 |
| Bist 100 | 13 168,88 | - 843,13 | 1 907,36 |
| RTS | 1 185,63 | 13,33 | 71,50 |
| Valyuta | |||
| USD/EUR | 1,1614 | - 0,0008 | - 0,0131 |
| USD/GBP | 1,3430 | - 0,0001 | - 0,0043 |
| JPY/USD | 159,0500 | 0,1300 | 2,6000 |
| RUB/USD | 71,2100 | - 0,3000 | - 7,5400 |
| TRY/USD | 45,5874 | - 0,0049 | 2,6312 |
| CNY/USD | 6,7998 | - 0,0015 | - 0,1892 |

Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Mərkəzi Bankın baş direktorları Vüqar Əhmədov və Elrad Seydiyev "Deutsche Bank"ın Türkiyə üzrə ölkə rəhbəri Orhan Özalpın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
"Report" xəbər verir ki, bu barədə Mərkəzi Bankın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüş çərçivəsində ölkədəki makroiqtisadi vəziyyət, pul siyasətinin ötürücülüyü, maliyyə sabitliyi sahəsində aparılan islahatlar və qarşıdakı dövr üzrə strateji hədəflər müzakirə olunub.
Görüşdə həmçinin Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Taleh Kazımov qaliblərlə görüşüb – FOTO
Taleh Kazımov qaliblərlə görüşüb - FOTO

Bir İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb

"Kreditinizi" "Birbank"a gətirin, 6%-dək endirim qazanın

"PAŞA Bank" yeni səhmlərinə abunə yazılışının müddətini 1 ay uzadıb
"PAŞA Bank" ASC səhmlərinin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) çərçivəsində abunə yazılışının müddətini iyunun 12-nə qədər (1 ay) uzadıb.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bu qərar investorlar, müştərilər və tərəfdaşlardan gələn müraciətlər nəzərə alınaraq, daha çox şəxsin "PAŞA Bank"ın səhmdarı olması məqsədilə qəbul olunub. Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib ki, IPO çərçivəsində müşahidə olunan yüksək investor marağı abunə müddətinin uzadılması qərarında mühüm rol oynayıb.
"PAŞA Bank" olaraq ilk gündən məqsədimiz yalnız uğurlu IPO həyata keçirmək deyil, eyni zamanda ölkəmizin kapital bazarlarının inkişafı naminə bu prosesdə daha geniş investor iştirakını təşviq etmək və mümkün qədər çox insanın IPO prosesinin bir parçasına çevrilməsinə imkan yaratmaq olub. Bu IPO təkcə "PAŞA Bank" üçün deyil, bütövlükdə Azərbaycanın kapital bazarları üçün əlamətdar bir mərhələdir. Ölkəmizdə ilk dəfə olaraq özəl təşkilatın bu miqyasda səhmlərinin geniş investor kütləsinə təqdim olunması bazara olan etimadın, investor mədəniyyətinin və uzunmüddətli investisiya yanaşmasının formalaşdığını göstərir", - deyə o qeyd edib.
"PAŞA Bank" rəsmisinin sözlərinə görə, aprelin 13-də start verilmiş abunə yazılışı müddəti ərzində hazırkı tarixə 12 000-ə yaxın müraciət qəbul edilib və investor marağının hər gün daha da artdığı müşahidə edilir: "Son günlər tərəfdaşlıq etdiyimiz investisiya şirkətlərinə və Bankımıza abunə müddətinin uzadılması ilə bağlı müraciətlər daxil olur. Xüsusilə qeyd etmək istərdim ki, artıq abunə yazılışında iştirak etmiş investorlar üçün bütün mövcud üstünlüklər qüvvədə qalır. İnvestorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə dividend əldə etmək hüququnu saxlayırlar. Eyni zamanda, abunə müddətinin uzadıldığı dövrdə yerləşdirilmiş bütün vəsaitlər üzrə hesablanan illik 5 % gəlir ("overnight") mexanizmi də davam etdiriləcək. İnanırıq ki, bu qərar daha çox investorun ölkənin aparıcı maliyyə institutlarından birinin səhmdarı olmaq imkanından yararlanmasına şərait yaradacaq. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, bu uzadılma son fürsətdir. 12 iyun IPO üzrə sifarişlərin qəbul ediləcəyi son gündür. Bir daha göstərilən böyük marağa və etimada görə bütün investorlarımıza təşəkkür edir və hər kəsi bu tarixi mərhələnin bir parçası olmağa dəvət edirik", - deyə o qeyd edib.
Xatırladaq ki, "PAŞA Bank" "Bakı Fond Birjası" QSC-də yerləşdirməyi planlaşdırdığı yeni səhmlərin ilkin qiymətini nominal dəyərindən (20 manat) 2,75 dəfə çox - 55 manat müəyyən edib. 932 926 ədəd adi, adlı səhmi həm fiziki, həm də hüquqi şəxslər ala bilərlər. Səhmlərin alınması "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, ABB və yaxud digər tərəfdaşların platformaları, mobil tətbiqləri, o cümlədən "PAŞA Bank"ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda hər kəs "PAŞA Bank" və "Kapital Bank" ASC-nin filial şəbəkəsi vasitəsilə də səhmləri əldə edə biləcək.
Minimum alış 1 səhm olmalıdır. Yerləşdirmə tam baş tutsa, "PAŞA Bank"ın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.

BSTDB-nin Bakıda keçiriləcək illik iclasının tarixi məlum olub - EKSKLÜZİV
Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Rəhbərlər Şurasının 28-ci illik iclası iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək.
"Report"un məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, iclasın özü iyunun 29-da və 30-da keçiriləcək, iyulun 1-nə isə biznes-forum planlaşdırılıb.
Gözlənilir ki, müzakirələrdə Azərbaycan üçün xüsusilə aktual olan iqtisadi şaxələndirmə və regional qarşılıqlı əlaqələr kimi mövzular üstünlük təşkil edəcək.
"Əsas məqsədimiz təkcə regionun qarşısında duran ən aktual problemləri müzakirə etmək deyil, həm də bu görüşlərin konkret nəticələrə və potensial layihələrə səbəb olmasını təmin etməkdir. Biz bu prosesə böyük əhəmiyyət veririk və Bakıdakı görüşlərin məzmunlu və məhsuldar olması üçün tərəfdaşlarımızla intensiv işləyirik", - BSTDB-nin prezidenti Serhat Köksal daha əvvəl "Report"a müsahibəsində bildirib.
2026-cı ilin aprel ayına olan məlumata görə, BSTDB Azərbaycana təqdim etdiyi kredit resurslarının həcmini 93,579 milyon avro (15,4 %) artırıb, bunun da nəticəsində ümumi məbləğ 701,614 milyon avroya çatıb. Bu vəsaitlər ölkə ərazisində 42 layihənin maliyyələşdirilməsinə yönəldilib.
Bank qeyd olunan tarixə Azərbaycanda 44 layihənin həyata keçirilməsi üçün 442,173 milyon avronun ayrılmasını təsdiqləyib, tərəflər arasında imzalanmış müqavilələr isə 439,58 milyon avro təşkil edir. Ötən il ərzində bu göstəricilər müvafiq olaraq 11,379 milyon avro (2,6 %) və 71,043 milyon avro (19,3 %) artıb.
Bankın Azərbaycan üzrə kredit portfelində ən böyük payı maliyyə institutları (49,37 %) tutur. Daha sonra energetika sahəsi (35,88 %), daşınmaz əmlak sahəsi (7,04 %), istehlak sektoru (3,99 %) və istehlak malları seqmenti (3,72 %) gəlir.
Azərbaycanın BSTDB-nin nizamnamə kapitalındakı payı 5 %-ə bərabərdir.

Azərbaycanda 4 ayda orta illik inflyasiya 5,6 % olub
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, yanvar-mart aylarında orta illik inflyasiya 5,7 % təşkil etmişdi.

Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 % artaraq 1 151,5 manat təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 28 milyard 702,4 milyon manat təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 15 % artıb
Bu il mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard 916,2 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 15 % çoxdur.

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat investisiya yönəldilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 % çoxdur.

Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb
Bu il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 7,8 % azdır.
Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 % çoxdur.

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
"InvestAz" İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına 4-8 may 2026-cı il tarixləri arasında qlobal maliyyə bazarları həm makroiqtisadi göstəricilərin, həm də ABŞ-İran münasibətlərində yenidən sərtləşən geosiyasi risklərin təsiri altında formalaşdı. Həftə boyunca investorlar bir tərəfdən Avropa iqtisadiyyatında zəifləmənin dərinləşdiyini göstərən PMI və biznes aktivliyi göstəricilərini qiymətləndirir, digər tərəfdən isə Hörmüz boğazında yenidən artan hərbi gərginliyin enerji bazarlarına və risk iştahasına təsirini izləyirdilər. Nəticədə bazarlarda vahid istiqamətli trend yox, aktivlər arasında fərqli və bəzən ziddiyyətli reaksiyalar müşahidə olundu.
Həftənin iqtisadi baxımdan ən vacib mövzularından biri Avrozonada, Almaniyada və İngiltərədə açıqlanan sənaye və xidmət sektoru üzrə Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri oldu. Xidmət sektorunda aktivliyin zəifləməsi bazara aydın mesaj verdi: Avropadakı iqtisadi problem artıq yalnız sənaye ilə məhdudlaşmır, daxili tələb və xidmət iqtisadiyyatı da təzyiq altına düşür. Avrozonada xidmət PMI göstəricisinin daralma zonasına keçməsi son ayların ən mənfi siqnallarından biri kimi qiymətləndirildi. Almaniyada xidmət sektorunun 50 həddindən aşağı düşməsi iqtisadi zəifliyin struktur xarakter almağa başladığını göstərdi.
İngiltərədə isə xidmət sektorunda aktivlik tam çökməsə də, şirkətlərin xərc yükünün ciddi şəkildə artması bazarda yeni narahatlıq yaratdı. Enerji və logistika xərclərinin yüksəlməsi bizneslərin qiymət artırmaq məcburiyyətində qalmasına səbəb olur. Bu isə "Bank of England" üçün çətin dilemma yaradır: iqtisadi artım zəifləyir, amma inflyasiya riski hələ də tam aradan qalxmayıb. İnvestorlar getdikcə daha çox düşünür ki, Avropa mərkəzi bankları artıq iqtisadi zəifliklə deyil, "zəif artım + yüksək qiymət təzyiqi" kombinasiyası ilə mübarizə aparmalı olacaq.
ABŞ tərəfdə isə diqqət əsasən əmək bazarına yönəlmişdi. 6 may tarixində açıqlanan NFP qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisinin gözləntilərdən güclü gəlməsi bazarda qısa müddətli dollar dəstəyi yaratdı. Əmək bazarı hesabatı ABŞ əmək bazarının hələ tam zəifləmədiyini göstərsə də, investorlar bu göstəricini artıq "keçmiş gücün əksi" kimi qiymətləndirməyə başladılar. Çünki ümumi iqtisadi dinamika yavaşlayır və bazar artıq təkcə göstəricilərin özünə deyil, onların FED siyasətinə necə təsir edəcəyinə fokuslanır.
Lakin həftənin əsas hərəkətverici qüvvəsi iqtisadi göstəricilər yox, geosiyasi risklər oldu. ABŞ-İran münasibətlərində əvvəlki həftələrdə yaranan nisbi yumşalma atmosferi 7 may tarixindən etibarən yenidən pozuldu. Hörmüz boğazında ABŞ hərbi gəmilərinə qarşı hücum cəhdləri, ABŞ tərəfinin cavab zərbələri və İranın ABŞ-ni atəşkəsi pozmaqda ittiham etməsi bazarlarda riskdən qaçış davranışını sürətləndirdi. Həm Vaşinqtondan, həm də Tehrandan gələn sərt açıqlamalar bazara göstərdi ki, tərəflər arasında real diplomatik həll hələ uzaqdır.
Xüsusilə ABŞ prezidenti Donald Trampın İranın cavab təkliflərini "tamamilə qəbuledilməz" adlandırması və Hörmüz boğazının açıq qalmasının ABŞ üçün strateji prioritet olduğunu vurğulaması bazarda yeni eskalasiya qorxusunu gücləndirdi. İran tərəfi isə sanksiyaların ləğvi və boğaz üzərində nəzarət tələbindən geri çəkilməyəcəyini açıqladı.
Bu proseslərin ən sərt təsiri enerji bazarında hiss olundu. Həftə ərzində neft qiymətləri geosiyasi risk premiumunun sürətlə artması ilə yenidən yüksəlişə keçdi. İnvestorlar artıq təkcə mümkün müharibə riskini deyil, Hörmüz boğazında uzunmüddətli logistika və enerji axını problemlərini də qiymətləndirməyə başlayıblar. Bazarın əsas qorxusu odur ki, regionda davam edən qarşıdurma qlobal enerji təchizatında davamlı pozuntular yarada bilər.
Valyuta bazarında isə dollar ziddiyyətli dinamika nümayiş etdirdi. Bir tərəfdən güclü əmək bazarı göstəriciləri və riskdən qaçış davranışı dolları dəstəklədi, digər tərəfdən isə iqtisadi zəifləmə və faiz endirimi ehtimalları onun uzunmüddətli yüksəlişini məhdudlaşdırdı. Nəticədə dollar daha çox xəbərlərə həssas və dalğalı hərəkət edən aktivə çevrildi.
Qızıl bazarında isə təhlükəsiz liman tələbi yenidən ön plana çıxdı. ABŞ–İran gərginliyinin yenidən hərbi eskalasiya mərhələsinə keçməsi investorları qızıla yönəltdi. Lakin maraqlı məqam odur ki, qızıl artıq yalnız "müharibə aktivinə" çevrilmir. İnvestorlar onu eyni zamanda FED siyasəti, sistem riski və qlobal qeyri-müəyyənliyə qarşı qoruyucu aktiv kimi qiymətləndirirlər.
Kriptovalyuta bazarlarında isə risk iştahının azalması daha aydın hiss olundu. Həftə ərzində "Bitcoin" və əsas altkoinlərdə yüksəliş cəhdləri olsa da, geosiyasi risklərin artması investorların daha ehtiyatlı davranmasına səbəb oldu. Bu, bir daha göstərdi ki, kriptovalyutalar bazarda hələ də "alternativ təhlükəsiz sistem" deyil, yüksək riskli aktiv sinfi kimi qəbul olunur.
Bu həftə bazaraların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq inflyasiya (CPİ) hesabatı olacaq.
Bu həftə ərzində həmçinin, Avrozonada, İngiltərədə açıqlanacaq ÜDM hesabatı, eləcə də, ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin sayı göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Eləcə də diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına yönələcək.
EUR
Ötən həftəyə 1.16760 hədlərinə kimi ucuzlaşan EURUSD məzənnəsi həftənin sonuna doğru yenidən bahalaşdı və həftəlik şamını 1.17960 səviyyəsində tamamladı. Məzənnə Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda dolların güvənli liman missiyasını davam etdirəcəyi ehtimallarının təsirilə eniş tendensiyasını davam etdirə bilər.
GBP
Keçən həftəni 1.35860 həddində başlayıb, 1.35120 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi həftənin sonuna doğru kəskin bahalaşdı və həftəlik şamını 1.36420 səviyyələrində tamamladı.
Lakin, hazırda 35750 hədlərində ticarət olunan GBPUSD cütlüyündə "ayılar" qiyməti 1.35000 həddinin altında qaytara və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
XAUUSD
Ötən həftə 4623 $-dan 4765 $-a kimi bahalaşan qızıl ötən həftəlik şamını 4724 $-da başa vurdu. ABŞ - İran münasibətləri "cash" dollara tələbi artırdığı üçün qızıl yeni həftəyə də enişlə başladı. "Ayılar" qiyməti 4600 $ həddinin altında qoruyub saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
"INVESTAZ İnvestisiya Şirkəti" QSC-nin Tədris və Analiz Departamenti
"INVESTAZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "INVESTAZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Azərbaycan və Türkiyə maliyyə sektorunda ƏL/TMM risklərini qiymətləndirib
Azərbaycan və Türkiyə arasında maliyyə sektorunda ƏL/TMM riskləri qiymətləndirilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyəti Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu və Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfərdə olub.
Səfər çərçivəsində bank və sığorta sektorunda ƏL/TMM sahəsində risklərin qiymətləndirilməsi, nəzarət tədbirlərinin, o cümlədən yerində və kənardan yoxlamaların həyata keçirilməsi metodologiyası, risk-əsaslı nəzarət yanaşması, bu istiqamətdə sanksiyaların tətbiqinə dair geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Azərbaycanın kollektor agentliyi səhmdarlarına dividend ödəyib
Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC bu ilin I rübündə əldə etdiyi 1,664 milyon manat xalis mənfəəti dividend kimi səhmdarlarına ödəyib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar "BOA Agency"nin səhmdarlarının aprelin 10-da keçirilmiş illik ümumi yığıncağında qəbul olunub. Bununla belə, dividend ödənişi Cəmiyyətin səhmlərinin qiymətinə təsir etmir.
Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 40 %-i Rüstəm Hacıyevə, 40 %-i İlkin Qəribliyə, 20%-i isə Ramin Hacıyevə məxsusdur.

DSMF-yə bu il daxil olan müraciətlərin sayı 160 mini ötüb
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 160 283 vətəndaş müraciəti qeydə alınıb.
"Report" bu barədə DSMF-yə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərdən 63 615-i pensiya, 40 465-i müavinət, 6 041-i Prezident təqaüdü, 27 128-i ünvanlı dövlət sosial yardımı, 5 667-si fərdi uçot və sosial sığorta, 478-i dövlət icbari şəxsi sığorta, 16 889-u isə digər istiqamətlərlə bağlı olub.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun məzənnəsi 0,18 % artaraq 1,9986 manat, 100 Rusiya rublunun məzənnəsi 0,96 % artaraq 2,3056 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9986 |
| 100 Rusiya rublu | 2,3056 |
| 1 Avstraliya dolları | 1,2294 |
| 1 Belarus rublu | 0,6031 |
| 1 BƏƏ dirhəmi | 0,4628 |
| 100 Cənubi Koreya vonu | 0,1145 |
| 1 Çexiya kronu | 0,0821 |
| 1 Çin yuanı | 0,2502 |
| 1 Danimarka kronu | 0,2675 |
| 1 Gürcü larisi | 0,6344 |
| 1 Honq Konq dolları | 0,2172 |
| 1 Hindistan rupisi | 0,0178 |
| 1 İngilis funt sterlinqi | 2,3092 |
| 10 000 İran rialı | - |
| 1 İsveç kronu | 0,1839 |
| 1 İsveçrə frankı | 2,1799 |
| 1 İsrail şekeli | 0,5844 |
| 1 Kanada dolları | 1,2416 |
| 1 Küveyt dinarı | 5,5189 |
| 100 Qazaxıstan təngəsi | 0,3661 |
| 1 Qətər rialı | 0,4663 |
| 1 Qırğız somu | 0,0194 |
| 100 Macarıstan forinti | 0,5608 |
| 1 Moldova leyi | 0,0989 |
| 1 Norveç kronu | 0,1848 |
| 100 Özbək somu | 0,0140 |
| 100 Pakistan rupisi | 0,6084 |
| 1 Polşa zlotası | 0,4714 |
| 1 Rumıniya leyi | 0,3840 |
| 1 Serbiya dinarı | 0,0170 |
| 1 Sinqapur dolları | 1,3377 |
| 1 Səudiyyə Ərəbistanı rialı | 0,4531 |
| 1 SDR (IMF-in xüsusi borcalma hüquqları) | 2,3381 |
| Türk lirəsi | 0,0375 |
| Türkmənistan manatı | 0,4857 |
| Ukrayna Qrivnası | 0,0387 |
| Yapon yeni | 1,0787 |
| Yeni Zelandiya dolları | 1,0124 |
| Qızıl | 8010,2895 |
| Gümüş | 146,1346 |
| Platin | 3560,1740 |
| Palladium | 2547,5265 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 103,21 | 1,92 | 42,36 |
| Neft WTI (dollar/barel) | 98,07 | 2,65 | 40,65 |
| Qızıl (dollar/unsiya) | 4 728,70 | - 2,00 | 387,60 |
| İndekslər | |||
| Dow-Jones | 49 704,47 | 95,31 | 1 641,18 |
| S&P 500 | 7 412,84 | 13,91 | 567,34 |
| Nasdaq | 26 274,12 | 27,05 | 3 032,13 |
| Nikkei | 62 417,88 | - 295,77 | 12 078,40 |
| Dax | 24 350,28 | 11,65 | - 140,13 |
| FTSE 100 | 10 269,43 | 36,36 | 338,05 |
| CAC 40 INDEX | 8 056,38 | - 56,19 | -93,12 |
| Shanghai Composite | 4 225,02 | 45,07 | 256,18 |
| Bist 100 | 15 133,54 | 70,89 | 3 872,02 |
| RTS | 1 126,55 | 25,06 | 12,42 |
| Valyuta | |||
| USD/EUR | 1,1757 | - 0,0030 | 0,0012 |
| USD/GBP | 1,3585 | - 0,0046 | 0,0112 |
| JPY/USD | 157,1900 | 0,5100 | 0,7400 |
| RUB/USD | 73,5539 | - 0,6561 | - 5,1961 |
| TRY/USD | 45,3544 | - 0,0026 | 2,3982 |
| CNY/USD | 6,7939 | - 0,0067 | - 0,1951 |

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb

ABB-nin Özbəkistanda almaq istədiyi bankın adı açıqlanıb
Bu ilin II yarısında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanın "Davr Bank"ın alaraq bu ölkədə fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb. Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq", - deyə o qeyd edib.

Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri 11 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3,5 milyard manat vəsait ödənilib.
"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,34 milyard manat və yaxud 10,8% çoxdur.

-
report.az
- Azərbaycanda 4 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 12 milyon manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda 4 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 12 milyon manatdan çox ƏDV geri qaytarılıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 12 milyon 181,8 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (08.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 100,06 | - 1,21 | 39,21 |
| Neft WTI (dollar/barel) | 94,81 | - 0,27 | 37,39 |
| Qızıl (dollar/unsiya) | 4 710,90 | 16,60 | 369,80 |
| İndekslər | |||
| Dow-Jones | 49 596,97 | - 313,62 | 1 533,68 |
| S&P 500 | 7 337,11 | - 28,01 | 491,61 |
| Nasdaq | 25 806,20 | - 32,75 | 2 564,21 |
| Nikkei | 62 883,84 | 3 370,72 | 12 544,36 |
| Dax | 24 663,61 | - 255,08 | 173,20 |
| FTSE 100 | 10 276,95 | - 161,71 | 345,57 |
| CAC 40 INDEX | 8 202,08 | - 97,34 | 52,58 |
| Shanghai Composite | 4 180,09 | 19,92 | 211,25 |
| Bist 100 | 15 040,25 | 122,82 | 3 778,73 |
| RTS | 1 104,09 | 1,67 | - 10,04 |
| Valyuta | |||
| USD/EUR | 1,1737 | - 0,0015 | - 0,0008 |
| USD/GBP | 1,3567 | - 0,0031 | 0,0094 |
| JPY/USD | 156,8500 | 0,4600 | 0,4000 |
| RUB/USD | 74,6539 | - 0,1090 | - 4,0961 |
| TRY/USD | 45,3114 | 0,0981 | 2,3552 |
| CNY/USD | 6,8042 | - 0,0125 | - 0,1848 |

-
report.az
- Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Maliyyə naziri Sahil Babayev Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə IsDB arasında əməkdaşlığın cari vəziyyəti, mövcud layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
S. Babayev IsDB ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, 2026-cı ilin 16–19 iyun tarixlərində Bakıda keçiriləcək Bankın 51-ci İllik Toplantısı əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün əhəmiyyətli platforma olacaq. Bildirilib ki, Bank tərəfindən bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayrılıb.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə toxunan S. Babayev əməkdaşlıq çərçivəsində icra olunan "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsinin regionun dirçəldilməsi, sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, bu layihə çərçivəsində genişmiqyaslı suvarma infrastrukturunun yenilənməsinin regionlarda kənd təsərrüfatının inkişafına, su resurslarının səmərəli idarə olunmasına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Öz növbəsində, M. Əl-Casir Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, IsDB-nin sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib. Bu çərçivədə su və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal transformasiya sahələrində texniki yardım və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.

Azərbaycanın lizinq şirkətinin istiqrazlarına 56 investor maraq göstərib
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Prior Leasing" ASC-nin 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə investorlara təklif olunub. İstiqrazlara 56 investor 1 milyon manatlıq 56 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.

"Azərmaş Group" 10 milyon dollarlıq istiqraz buraxır
"Azərmaş Group" MМС "Bakı Fond Birjası" (BFB) QSC-də 10 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiyməti kağızların emissiya prospektinə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

AMB "Mastercard"la rəqəmsal maliyyə xidmətini genişləndirməyi müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və "Mastercard" beynəlxalq kart təşkilatı arasında rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov "Mastercard"ın baş xidmət direktoru Kreyq Vosburqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, AMB-nin ödəniş sahəsi üzrə qarşıya qoyduğu hədəflərdən və strateji prioritetlərdən bəhs olunub, ölkədə ödəniş sistemlərinin inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanda 4 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 70 milyon 452,1 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
4 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 2 milyon 758,4 min manat təşkil edib.

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manat olub.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % çoxdur.
Bu il mayın 1-nə qədər ölkədə 112 985 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Naxçıvanda vergi daxilolmaları 3 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 79,5 milyon manat vergi daxil olub.
"Report"un yerli bürosu quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 % çoxdur.
Ötən 4 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 57,3 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 9,4 % çox olub.
Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 6,4 % artaraq 1,6 milyon manat olub.

-
report.az
- ICIEC Azərbaycana investisiya cəlb edilməsi və ixracın dəstəklənməsi istiqamətində fəaliyyətini açıqlayıb
ICIEC Azərbaycana investisiya cəlb edilməsi və ixracın dəstəklənməsi istiqamətində fəaliyyətini açıqlayıb
İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycan şirkətlərinə kredit sığortasından başlayaraq ticarətin maliyyələşdirilməsi və layihələrin maliyyələşdirilməsinə qədər geniş çeşidli xidmətlər təklif edir.
"Report" xəbər verir ki, bu barədə İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin rəhbəri Yasser Alaki jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əsas hədəf ölkəyə investisiyaların cəlb olunması, Azərbaycan şirkətlərinin öz məhsullarını beynəlxalq bazarlara çıxarmasına yardım göstərilməsi, qlobal rəqiblərlə mübarizə aparmaq imkanlarının yaradılması, ölkəyə dövriyyə kapitalının gətirilməsi, həmçinin Azərbaycan banklarının maliyyə və biznes əməliyyatlarının dəstəklənməsidir.

-
report.az
- ICD Azərbaycanda aqrar sektora daha irihəcmli korporativ investisiyalar yönəltməyi planlaşdırır
ICD Azərbaycanda aqrar sektora daha irihəcmli korporativ investisiyalar yönəltməyi planlaşdırır
Hazırda Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Azərbaycan ərazisindəki ən genişmiqyaslı fəaliyyəti kənd təsərrüfatı ilə əlaqəli sahələr və suvarma sektorunu əhatə edir.
"Report" xəbər verir ki, bu barədə ICD-nin Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi İslam İnkişaf Bankı (IsDB) Qrupu Özəl Sektor Yol Xəritəsi (roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" adlı tədbirində bildirib.
Onun sözlərinə görə, ICD xüsusən Ağdam-Qarabağ bölgəsində aqrar sektoru, dəqiq desək, suvarma suyuna çıxışın təmin edilməsini maliyyələşdirir: "Bundan əlavə, IsDB Qrupu tərkibindəki hər bir qurumun özəl sektora dəstək göstərmək istiqamətində fərqli funksiyası mövcuddur.
ICD kənd təsərrüfatı sahəsində bilavasitə daha irihəcmli korporativ layihələrə investisiya qoyuluşu həyata keçirir. Eyni zamanda, bizim maliyyə xətti kanalımız da fəaliyyət göstərir ki, bu mexanizm vasitəsilə vəsaitlər ölkədəki kommersiya bankları istiqamətinə yönləndirilir. Əsas hədəfimiz kiçik və orta müəssisələrə, fərdi fermer təsərrüfatlarına və mikro-maliyyə institutlarına dəstək etməkdir".

ITFC indiyə qədər Azərbaycanda 103 milyon dollarlıq maliyyələşdirmə həyata keçirib
İndiyə qədər Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda 103 milyon ABŞ dolları dəyərində maliyyələşdirmə həyata keçirib.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun Özəl Sektor Yol Xəritəsi (Roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində ITFC-nin Əlaqələrin idarə olunması və Ticarət Maliyyəsi Departamentinin baş meneceri Hocamurad Hocayev bildirib.
Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun Azərbaycanda iki aktiv tərəfdaşı var: "Rabitəbank" və TuranBank" ASC-lərin hər birinə 10 milyon ABŞ dolları ayrılıb. Bu vəsaitləri Azərbaycandakı KOB-lara fondlaşdırılmış və fondlaşdırılmamış ticarət maliyyəsi həlləri təklif etmək üçün nəzərdə tutulub. Ticarət maliyyəsi ilə yanaşı, ticarətin inkişafı komponentimiz də var. Bu komponent vasitəsilə biz ticarət və İslam maliyyəsinə dair bir neçə potensialın artırılması fəaliyyəti və seminarlar təşkil etmişik ki, burada Azərbaycanın maliyyə sektoru və banklarından olan benefisiarlar da iştirak edib".
"Azərbaycan həmçinin ITFC-nin Mərkəzi Asiya və Azərbaycan üçün flaqman proqramı olan "Trade Connect Central Asia Plus"un dizaynı və təsdiqlənməsində mühüm rol oynayır. Bu proqram Mərkəzi Asiyanın 5 ölkəsini və Azərbaycanı əhatə edir, 2024-cü ildə Azərbaycanda başladılıb və Azərbaycan bu proqramın əsas iştirakçılarından biridir. İndi bizim üçün perspektivlər nədən ibarətdir? Anlayırıq ki, ölkədə biznesi, xüsusən də özəl sektor və KOB-ların dəstəklənməsi istiqamətində böyütməliyik. Biz yerli banklarla tərəfdaşlığımızı genişləndirməyə fokuslanırıq ki, onlar vasitəsilə ölkədəki KOB-lara və özəl sektor müştərilərinə Şəriətə uyğun ticarət maliyyəsi həlləri (fondlaşdırılmış və ya fondlaşdırılmamış), potensialın artırılması və məsləhət xidmətləri təklif edə bilək. Bundan əlavə, ITFC-nin mandatına uyğun olaraq, dövlət zəmanətli böyük məbləğli ticarət maliyyəsi proqramlarına da diqqət yetirə bilərik. Ticarətin inkişafı tərəfində isə inteqrasiya olunmuş ticarət maliyyəsi həllərinin təklif edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə fokuslanacağıq ki, bu da özəl sektorun və iqtisadiyyatın böyüməsinə kömək edəcək".

ITFC indiyə qədər 92 milyard dollar vəsait ayrılmasını təsdiqləyib
İndiyə qədər Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) 92,1 milyard ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib, bunun isə 78 milyard ABŞ dollarını maliyyələşdirib.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun Özəl Sektor Yol Xəritəsi (Roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində ITFC-nin Əlaqələrin idarə olunması və Ticarət Maliyyəsi Departamentinin baş meneceri Hocamurad Hocayev bildirib.
Onun sözlərinə görə, üzv ölkələrdən gələn mandata əsasən, təsdiqlənmiş məbləğin 60 %-i beynəlxalq və regional bazarlardan cəlb edilmiş vəsaitlər hesabına formalaşıb: "Sindikasiyalarımızda iştirak edən regional çoxtərəfli inkişaf bankları, regional maliyyə institutları və kommersiya bankları şəklində 100-dən çox tərəfdaşımız var. Bu sindikasiyalar adətən böyük layihəli müştərilərimiz üçün təşkil edilir, ərzaq və enerji təhlükəsizliyi hədəflərini, özəl sektorun dəstəklənməsini əhatə edir. Təkcə ötən il 9,3 milyard ABŞ dolları məbləğində təsdiqləmə etmişik və bunun 7,5 milyard dolları artıq ödənilib. O cümlədən, 6,4 milyard ABŞ dolları enerji təhlükəsizliyi hədəflərini dəstəkləməyə, 1,5 milyard ABŞ dolları qida və kənd təsərrüfatı sektoruna ayrılıb, qalan 1,2 - 1,3 milyard ABŞ dolları isə özəl sektoru, xüsusən də KOB-ları dəstəkləmək üçün nəzərdə tutulub. "2025-ci ildə ayrılmış maliyyə vəsaitinin 32 %-i Ən Az İnkişaf Etmiş Üzv Ölkələri (LDMC) dəstəkləmək üçün ayrılıb".
"2008-ci ildən etibarən maliyyələşməmizin təxminən yarısı - 44 milyard ABŞ dolları İqtisadi Əməkdaşlıq Təşkilatının daxilində ticarətin dəstəklənməsinə, yəni 57 üzv ölkə arasındakı ticarət axınına (idxal/ixrac əməliyyatlarına) ayrılıb. Qurulduğumuz gündən bəri regional və beynəlxalq bazarlardan 50 milyard ABŞ dollarına yaxın vəsait cəlb etmişik. İstifadə etdiyimiz məhsullara maliyyələşdirilən tərəf qismində Murabaha, Salam, İstisna və Təchizat Zənciri, maliyyələşdirilməyən tərəf qismində isə akreditivlərin (LC) təsdiqi və sığorta aiddir. Bizim əməliyyatlarımız tələb əsaslıdır. Böyük layihələr (dövlət sektoru və ya suveren zəmanətli maliyyələşdirmə) üçün biz milli inkişaf hədəflərini dəstəkləmək məqsədilə hökumətlərdən sorğular alırıq".

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik "Birbank"da
Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq "Birbank"lılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər.
Belə ki, istifadəçilər "Birbank" mobil tətbiqində "Tarixçə" bölməsindən ödənişin keçdiyi marşrut nömrəsini, metro stansiyasının adını və gediş tarixini görə bilərlər. Bu da vətəndaşlara gecikmiş ödənişlər zamanı çıxılan məbləğin konkret hansı gedişə aid olduğunu ödəniş qəbzi vasitəsilə aydın şəkildə izləmək imkanı yaradır.
Yeni funksiya NFC texnologiyası ilə bank kartı vasitəsilə həyata keçirilən ödənişlər üçün aktivdir və bütün Birbanklılar üçün əlçatandır.
Məlumat üçün bildirək ki, ötən il "Birbank"ın tətbiq etdiyi texnoloji dəstək sayəsində "Baku Bus" MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında, həmçinin "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyası tətbiq edilib. "K Group" MMC (BakıKart) ilə baş tutan bu əməkdaşlıq bütün yerli bank kartlarını əhatə edir.
Qeyd edək ki, ictimai nəqliyyatda gediş haqqının ödənilməsi, həmçinin NFC/QR texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəfləri Bakı Metropoliteni və "BakıKart" sisteminin idarəçiliyindədir. Bank ötürülən əməliyyat məlumatları əsasında, yalnız müəyyən edilən məbləğin müştərinin hesabından silinməsi prosesini icra edir. Bu səbəbdən sualı olan müştərilə ətraflı məlumat almaq üçün "BakıKart"a müraciət edə bilərlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. "Birbank"ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

"Bank Respublika" "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi!
Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə V Aqrobiznesin İnkişafı Forumu keçirilib.
Forumda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, nazirliklərin tabeli qurumlarının, ölkədə fəaliyyət göstərən bankların, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə aqrobiznesin inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi, iqlim dəyişiklikləri və qlobal bazarlardakı dəyişkənlik fonunda dayanıqlığın gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub. Eyni zamanda rəqəmsal transformasiya və süni intellektin dövlət xidmətlərinin təkmilləşdirilməsində, məlumatlara əsaslanan qərarların qəbulunda və fermerlərin iqlimə davamlı kənd təsərrüfatına keçidində rolu diqqət mərkəzində saxlanılıb.
Forum çərçivəsində aqrar sahənin maliyyələşdirilməsi istiqamətində göstərdiyi davamlı və fəal dəstəyə görə "Bank Respublika" "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, "Bank Respublika" artıq 4-cü ildir ardıcıl olaraq bu mükafata layiq görülür. Bu göstərici Bankın ölkədə aqrar sektorun inkişafına, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsinə və güzəştli kredit mexanizmlərinin effektiv tətbiqinə verdiyi davamlı töhfənin bariz nümunəsidir.

Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xəzinədarlıq orqanları 376,6 mindən çox ödəniş tapşırığı icra edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 4 ayda icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri 12 milyard 43,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat (proqnozdan 0,7 % çox), xərcləri 10 milyard 933,4 milyon manat (proqnozdan 3,7 % az) təşkil edib.
Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 6 milyard 862,5 milyon manat (proqnozdan 1,9 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 32,7 milyon manat (proqnozdan 0,3 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat (proqnozdan 14,8 % çox), sair daxilolmalar 141,2 milyon manat (proqnozdan 37,3 % çox), Dövlət Neft Fondundan transfert 4 milyard 280 milyon manat (proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 229,1 milyon manat (proqnozdan 25,3 % az) təşkil edib.

Azərbaycanda 4 ayda fərdi uçota 45 nəfər düşüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fərdi uçota alınmış sığortaolunanların sayı 44,8 min nəfərdən çox artıb.
"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, mayın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.

ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
İslam İnkişaf Bankı (IsDB) Qrupu üzv ölkələrdə iqtisadi inkişafı və sosial tərəqqini dəstəkləmək missiyasına sadiq qalır.
"Report" xəbər verir ki, bunu İSB-nin Özəl Sektor Yol Xəritəsi (Roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin direktoru Yasser Alaki bildirib.
Onun sözlərinə görə, bu missiyanın mərkəzində özəl sektorun innovasiya, iş yerlərinin yaradılması və davamlılığın hərəkətverici qüvvəsi kimi həyati rolu dayanır: "Azərbaycan investisiya və tərəfdaşlıq üçün dinamik, perspektivli bir mühit təqdim edir. Ölkənin strateji coğrafi mövqeyi, böyüyən iqtisadiyyatı, diversifikasiyaya olan sadiqliyi ilə ölkə infrastruktur, energetika, kənd təsərrüfatı, loqistika və sənaye kimi sektorlarda mühüm imkanlar vəd edir".

IsDB indiyə qədər Azərbaycana 1 milyard dollardan çox vəsait ayırıb
Bu günə qədər İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycanda 18 tamamlanmış və bir davam edən layihə üçün dövlət zəmanəti ilə 1 milyard ABŞ dollarından çox vəsait ayırıb.
"Report" xəbər verir ki, bunu İSB-nin Özəl Sektor Yol Xəritəsi (Roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, son illərdə IsDB Qrupu ilə əməkdaşlıq daha da dinamikləşib: "Bir sıra yüksək səviyyəli görüşlər və səfərlər baş tutub. Bu fəaliyyətlər strateji əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı sadiqliyimizi nümayiş etdirir."

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,2 % artaraq 1,9977 manat, 100 Rusiya rublunun məzənnəsi 0,06 % artaraq 2,2717 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9977 |
| 100 Rusiya rublu | 2,2717 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 101,27 | - 6,90 | 40,42 |
| Neft WTI (dollar/barel) | 95,08 | - 5,49 | 37,66 |
| Qızıl (dollar/unsiya) | 4 694,30 | 37,30 | 353,20 |
| İndekslər | |||
| Dow-Jones | 49 910,59 | 612,34 | 1 847,30 |
| S&P 500 | 7 365,12 | 105,90 | 519,62 |
| Nasdaq | 25 838,94 | 512,82 | 2 596,95 |
| Nikkei | 59 513,12 | 0,00 | 9 173,64 |
| Dax | 24 918,69 | 516,99 | 428,28 |
| FTSE 100 | 10 438,66 | 219,55 | 507,28 |
| CAC 40 INDEX | 8 299,42 | 237,11 | 149,92 |
| Shanghai Composite | 4 160,17 | 48,01 | 191,33 |
| Bist 100 | 14 917,43 | 421,66 | 3 655,91 |
| RTS | 1 102,42 | - 3,21 | - 11,71 |
| Valyuta | |||
| USD/EUR | 1,1752 | 0,0022 | 0,0007 |
| USD/GBP | 1,3598 | 0,0014 | 0,0125 |
| JPY/USD | 156,3900 | - 0,1400 | - 0,0600 |
| RUB/USD | 74,7629 | - 0,6759 | - 3,9871 |
| TRY/USD | 45,2133 | - 0,0161 | 2,2571 |
| CNY/USD | 6,8167 | - 0,0024 | - 0,1723 |

-
report.az
- IsDB-nin 2027-2031-ci illər üzrə yeni strategiyası Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönələcək
IsDB-nin 2027-2031-ci illər üzrə yeni strategiyası Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönələcək
İslam İnkişaf Bankı (IsDB) Qrupu "Azərbaycan 2030" milli baxışı ilə tam uzlaşdırılacaq, Azərbaycanla 2027-2031-ci illər üçün nəzərdə tutulan yeni tərəfdaşlıq strategiyasının əsas istiqamətlərini müəyyən edib.
Bu barədə "Report"a müsahibəsində IsDB Qrupunun prezidenti Məhəmməd Əl-Casir bildirib.
Onun fikrincə, IsDB Qrupu öz fəaliyyətini "Azərbaycan 2030" baxışı ilə tam olaraq uzlaşdıracaq. "Biz dayanıqlı və inklüziv artıma yönəlmiş 2027-2031-ci illər üçün yeni tərəfdaşlıq strategiyası vasitəsilə əməkdaşlığımızı möhkəmləndirmək barədə razılığa gəldik. Qarşıdakı beş ildə dəstəyimiz "Azərbaycan 2030" milli baxış strategiyasına tam uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalına investisiyalara, "yaşıl" və dayanıqlı infrastrukturun inkişafına, eləcə də regional qarşılıqlı əlaqələrin genişləndirilməsinə yönələcək", - o bildirib.
IsDB Qrupunun prezidenti vurğulayıb ki, tərəfdaşlıq strategiyası əməkdaşlığın növbəti mərhələsinin "yol xəritəsi" olacaq və ona lazımi struktur və ambisiyalılıq qazandıracaq.
M. Əl-Casir xüsusi olaraq bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutmuş görüşü şərh edərək, onu çox konstruktiv adlandırıb. Onun sözlərinə görə, söhbət zamanı çoxillik tərəfdaşlığın möhkəmliyi təsdiqlənib, həmçinin bank tərəfindən Azərbaycanın liderliyinə və onun gələcəyə dair strateji baxışına görə yüksək minnətdarlıq ifadə olunub.
"Mən Prezidenti əmin etdim ki, bank ölkəyə dəstəyini "Azərbaycan 2030" baxışının prioritetlərinə uyğun quracaq. Biz dayanıqlı və inklüziv artıma yönəlmiş 2027-2031-ci illər üçün yeni tərəfdaşlıq strategiyası vasitəsilə əməkdaşlığımızı möhkəmləndirmək barədə razılığa gəldik", - o əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I rübündə 4,074 milyon lari (2,567 milyon manat) xalis mənfəətlə başa vurub. Halbuki, bank ötən ilin eyni dövründən 915 min lari (576 min manat) xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-mart aylarında "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 4,307 milyon lari (2,713 milyon manat, əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 233 min lari (147 min manat, 2,7 dəfə az) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 669,046 milyon lari (421,499 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 4,5 % azdır. Bunun 417,279 milyon larisi (262,886 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,8 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 9 % azalaraq 524,973 milyon lariyə (330,733 milyon manat), o cümlədən depozit portfeli 13,3 % azalaraq 426,731 milyon lariyə (268,841 milyon manat) düşüb, balans kapitalı isə 17 % artaraq 144,074 milyon lariyə (90,767 milyon manat) çatıb.
"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (86,184 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
1 lari = 0,63 manat

"Bakı Fond Birjası"nın yenilənmiş Listinq Qaydaları qüvvəyə minib
"Bakı Fond Birjası" QSC-nin (BFB) yenilədiyi "Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları" bu gündən qüvvəyə minib.
"Report" BFB-yə istinadən xəbər verir ki, yenilənmiş qaydalar kapital bazarlarında daha çox şəffaflıq, yeni imkanlar və beynəlxalq standartlara uyğunluğu təmin edir.
Əsas dəyişikliklərə əsasən, listinq tələbləri təkmilləşdirilib – bazarın inkişafı və likvidlik artırılıb, Yeni "İnkişaf Bazarı" seqmenti yaradılıb - real sektor şirkətləri üçün yeni imkanlar təqdim edilib, açıqlanma tələbləri gücləndirilib – daha şəffaf məlumat axını təmin edilib, delistinq prosedurları dəqiqləşdirilib – investorların maraqları qorunub.

Azərbaycan bank sektoru möhkəmdir: "Yelo Bank" nümunəsində sabitlik siqnalı
Avropa İttifaqının 20-ci sanksiya paketində "Yelo Bank" ASC-nin adının yer alması ilə bağlı yaranmış müzakirələr bank sektorunda diqqət çəkən yeni bir anlaşılma dalğası yaradıb. Lakin həm bankın özü, həm də Azərbaycan Mərkəzi Bankının açıqlamaları bu məsələnin mahiyyət etibarilə fərqli bir çərçivədə dəyərləndirilməli olduğunu göstərir.
"Yelo Bank" yayılan məlumatlara münasibət bildirərək fəaliyyətinin hər zaman həm beynəlxalq, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə qurulduğunu vurğulayır. Bankın açıqlamasında qeyd olunur ki, qurum ABŞ Maliyyə Nazirliyinin (OFAC), Avropa İttifaqının və BMT-nin sanksiya rejimlərinə, eləcə də AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət edir. Bu baxımdan, sanksiya siyahısında adın çəkilməsi bankın real əməliyyat fəaliyyətinə deyil, daha çox texniki və interpretasiya xarakterli məsələlərə bağlı ola bilər.
Bankın mövqeyinə görə, sözügedən qərar banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair texniki xarakter daşıyır. "Yelo Bank" bu sistemə əvvəllər qoşulsa da, hazırda onunla əməkdaşlığını rəsmi şəkildə dayandırıb və həmin platforma üzərindən heç bir əməliyyat həyata keçirmir. Qurum eyni zamanda bildirir ki, 100 % yerli kapitala malik Azərbaycan bankı olaraq əsas prioriteti mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik bankçılıq xidmətlərini daha əlçatan etməkdir.
Bankın maliyyə göstəricilərinə gəldikdə isə, açıqlamada vurğulanır ki, "Yelo Bank" hazırda yüksək dayanıqlılıq nümayiş etdirir. İlin birinci rübünün nəticələrinə əsasən, məcmu kapital 177 milyon manata yüksəlib, kapital adekvatlığı əmsalı isə 13,48 %, birinci dərəcəli kapitalın adekvatlığı isə 11,69 % təşkil edib. Hər iki göstərici requlyativ tələbləri üstələyərək bankın sabit maliyyə mövqeyini təsdiqləyir.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da məsələ ilə bağlı açıqlamasında hər hansı ciddi problem müşahidə edilmədiyini bildirib. Onun sözlərinə görə, AMB "Yelo Bank"la mütəmadi əlaqə saxlayır və hazırkı mərhələdə bankın həm likvidlik, həm də kapital adekvatlığı baxımından dayanıqlı mövqedə olduğu görünür: "Heç bir mənfi gözləntimiz mövcud deyil".
Eyni zamanda AMB sədri qeyd edib ki, Avropa İttifaqının sanksiyaları fonunda ödəniş proseslərində müəyyən texniki çətinliklərin yaranması istisna edilmir, lakin son həftələrdə bank vasitəsilə əməliyyatlar normal şəkildə icra olunub və ciddi problemlə rastlaşılmayıb. Onun sözlərinə görə, həm bank, həm də Mərkəzi Bank aidiyyəti qurumlarla məsələnin aydınlaşdırılması üçün müraciətlər edib və proses hüquqi çərçivədə davam etdirilir.
T. Kazımov əlavə edib ki, məsələnin kökündə anlaşılmazlıq ehtimalı yüksəkdir. Onun açıqlamasında xüsusi olaraq qeyd olunub ki, bankın keçmişdə Rusiya Federasiyasının SPFS sisteminə qoşulması ilə bağlı məlumatlar kontekstdən çıxarılaraq şərh edilib: "Bu qoşulma bir neçə il əvvəl, Ukrayna-Rusiya münaqişəsindən öncə baş verib. Ola bilsin ki, bu, sadəcə anlaşılmazlıqdır. Biz bankda hər hansı problem görmürük".
O bildirib ki, bir tərəfdən artıq 25-30 ildir sanksiya rejimi altında olan qonşu dövlət [İran] mövcuddur: "Eyni zamanda iki ildir şimal qonşumuz [Rusiya] da dünyanın aparıcı ölkələri tərəfindən sanksiyalara məruz qalıb.
Bizim hər hansı maliyyə qurumumuz nə vaxtsa sanksiyaya məruz qalıbmı? Qalmayıb. Səmimi desəm, məncə çox yaxşı nəticə əldə etmişik.
Təbii ki, bu istiqamətdə əsas tərəfdaşlarımızla mütəmadi görüşlər keçirilir. ABŞ-ın Xarici aktivlərə nəzarət ofisi (OFAC) ilə 2024-cü ilin əvvəlində səfərimizin baş tutduğunu artıq qeyd etmişdik.
Sanksiya məsələləri ilə bilavasitə məşğul olan əsas qurumlarla təmaslarımız davamlıdır. Onlar bizə heç bir irad bildirmirlər. Hər tərəfdən sanksiyalarla əhatə olunmuş bir mühitdə yaşayaraq özümüzün sanksiya altına düşməməyimiz ən mühüm nailiyyətimizdir.
Avropa İttifaqının yeni 20-ci sanksiya paketinin mahiyyətini tam anlayıram. Burada "Yelobank"ın sanksiyaya düşməsinin maliyyə sektoruna hər hansı təsirini müşahidə etmirik".
AMB sədri potensial risklərlə bağlı da fikirlərini bölüşüb: "Əsas risk odur ki, nəzarət orqanı - Mərkəzi Bank olaraq - öz funksiyalarını yerinə yetirməsin, banklar da ixtiyari hərəkət etsinlər və nəticədə bank sektoru sanksiyaya düşsün.
Lakin bu, mümkün deyil. Çünki nəzarət orqanı həm beynəlxalq qanunvericilik çərçivəsində, həm də Azərbaycan qanunvericiliyi çərçivəsində öz vəzifələrini icra edir.
Buna görə də effektivlik sualına cavab olaraq deyə bilərəm ki, qonşu ölkələrin sanksiyaları fonunda bugünkü şəraitdə mövcud nəzarət mexanizminin effektiv olduğu aydın görünür".
Beləliklə, yaranmış vəziyyət daha çox texniki interpretasiya fərqləri və beynəlxalq maliyyə sistemlərinin mürəkkəb əlaqələrindən qaynaqlanan bir anlaşılmazlıq kimi görünür. Rəsmi açıqlamalar isə "Yelo Bank"ın fəaliyyətində sistemli risk və ya əməliyyat pozuntusu olmadığını, bankın normal rejimdə və sabit maliyyə göstəriciləri ilə fəaliyyətini davam etdirdiyini göstərir.
Azərbaycanın baş bankirinin sözlərinə görə, məsələnin yaxın aylarda Avropa İttifaqı tərəfindən yenidən nəzərdən keçirilərək dəyişəcək, çünki buna hər hansı bir əsas yoxdur.
Bu kontekstdə əsas məqam ondan ibarətdir ki, ölkənin bank sektoru beynəlxalq sanksiya rejimlərinə uyğun fəaliyyətini qoruyub saxlayır və tənzimləyici nəzarət effektiv şəkildə işləyir. Mövcud geosiyasi şəraitdə belə sabitliyin təmin olunması ardıcıl institusional nəzarət və beynəlxalq tərəfdaşlarla koordinasiyanın nəticəsidir.
Gözləntilər də məhz bu reallığa əsaslanır: məsələnin Avropa İttifaqı tərəfindən yenidən nəzərdən keçirilməsi və hüquqi-texniki çərçivədə dəqiqləşdirilməsi ilə "Yelo Bank"la bağlı yaranmış qeyri-müəyyənliyin aradan qalxacağı ehtimalı yüksəkdir. Bu isə bir daha təsdiqləyir ki, söhbət bank sektorunun dayanıqlılığına təsir edəcək fundamental problemdən deyil, müvəqqəti və izah tələb edən bir situasiyadan gedir.

Məhəmməd Əl-Casir: "IsDB indiyədək Azərbaycandakı layihələrə 1,8 milyard dollar ayırıb"
İslam İnkişaf Bankı (IsDB) Qrupunun indiyədək Azərbaycanda layihələrin maliyyələşdirilməsinə təqribən 1,8 milyard ABŞ dolları ayırıb.
Bu barədə "Report"a müsahibəsində IsDB Qrupunun Prezidenti Məhəmməd Əl-Casir bildirib.
"Tərəfdaşlıq Azərbaycanın 1992-ci ildə bankın səhmdarı olduğu vaxtdan bəri üç onillikdən çox bir dövrü əhatə edir. O vaxtdan bəri IsDB qrupu kənd təsərrüfatı, energetika, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri də daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında 84 layihə üzrə təxminən 1,8 milyard dollar maliyyələşmə ayırıb", - o bildirib.
Onun sözlərinə görə, layihələrin əksəriyyəti artıq başa çatıb: "Bununla belə, hazırda 11 layihə icra mərhələsindədir və onların ümumi dəyəri 635,9 milyon ABŞ dolları təşkil edir. Başa çatmış layihələrin bir çoxu müstəqil qiymətləndirmədən keçib və nəzərəçarpacaq, uzunmüddətli nəticələr nümayiş etdirib. Cari layihələrin də, xüsusilə kənd təsərrüfatı torpaqlarını su ilə təmin edən suvarma kanallarının inkişafı, ev təsərrüfatlarının təmiz suya çıxışının genişləndirilməsi, sanitariya sistemlərinin modernləşdirilməsi və ticarətin maliyyələşdirilməsi vasitəsilə biznesə dəstək hesabına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir".

AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsinə ehtiyac yoxdur
Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara ABŞ dolları ilə yerləşdirilən əmanətlərin sığortalanma faizinin (hazırda illik 2,5 %-dir) dəyişdirilməsində ehtiyac yoxdur.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Vaxtilə dollar əmanətlərinin xüsusi çəkisi 80 %-dən çox olsa da, hazırda 28 %-dir. Elə bizim də istəyimiz bu idi ki, həmin göstəricini 20-25 %-ə endirək. Bundan aşağı düşməsinə və yaxud yuxarı qalxmasına elə bir marağımız yoxdur ki, Himayəçilik Şurasında təmsil olunduğumuz Əmanətlərin Sığortalanması Fonduna təklif verək. Bu gün problem odur ki, bank xarici valyutada əmanət cəlb edib onu hara yerləşdirsin? Xarici qiymətli kağızlara yerləşdirmək olar. Orada da gəlirlilik 4-4,5 % civarındadır. Xarici valyutada krediti isə yalnız ixrac gəlirləri olan hüquqi şəxslərə vermək olar, onun da tələbatı böyük deyil", - deyə o qeyd edib.

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz əmək haqqının 5 misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.
AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartı olub. Son 1 ildə debet kartların sayı 12 % artıb, kredit kartlarının sayı isə 9 % azalıb. Kartların ümumi sayında 10 % artım qeydə alınıb.

Azərbaycanda 4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan çox olub, proqnozdan əlavə 117,9 milyon manatdan çox vəsait ödənilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 485,5 milyon manata yaxın təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 78,5 milyon manata yaxın olub, proqnozdan əlavə 3,3 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 61,3 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 339,8 milyon manatdan çox olub, proqnozdan əlavə 9,9 milyon manata yaxın vəsait ödənilib. eyri-büdcə təşkilatları üzrə daxilolmalar 229,1 milyon manatdan çox olub.

Azərbaycanda 4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard manatdan çox vəsait daxil olub.
"Report" bu barədə quruma istinadən xəbər verir.
4 ayda vergi daxilolmalarının 5 milyard 360,3 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,3 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Azərbaycan Mərkəzi Bankı (AMB) yerli bankların xidmət tariflərinə müdaxilə etmir.
"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransı zamanı bildirib.
"Kimsə hansısa bankın tariflərindən narazıdırsa, digər bankı seçə bilər. Mənə də bəzən deyirlər ki, filan bankda tariflər yüksəkdir. Birinci sual odur ki, başqa bankda bu xidmətlər yoxdurmu? Niyə ora gedirsiniz? Qoy banklar hiss etinlər ki, əhali seçir. Bizdə mentalitet belədir ki, bank seçir. Tarifləri bazar tənzimləməlidir. Siz tələb etməlisiniz ki, qiymətimiz aşağı olmasa, mən başqa banka gedəcəyəm. Amma maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi nöqteyi-nəzərindən biz banklara nəzarət etməyə başlamışıq. 2025-ci ildən çox aktiv, bu ilin ikinci yarısından isə rutin gündəlik nəzarətə keçmişik. Görəndə ki, banklar müştəridən haqsız olaraq xidmət haqqı tələb edir, amma o xidmət haqqı haqqında məlumatı saytda beşinci səhifədə hardasa gizlədib deyir ki, "mən onu məlumatlandırmışam", bunlar hamısı aradan qaldırılır. Sadəcə bizə bir az vaxt lazımdır", - deyə o qeyd edib.

AMB NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib
Azərbaycanın ictimai nəqliyyatında NFC ödənişləri zamanı vəsaitin bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutulması "Visa" və "Mastercard" beynəlxalq kart təşkilatlarının işi ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Nəqliyyat ödənişləri ilə bağlı əksər ölkələrdə təcrübə belədir ki, terminal ödəniş qəbul edəndə, oflayn rejimdə çalışır, həmin anda kart hesabında pul olub-olmadığını yoxlaya bilmir, amma sizin nəqliyyatdan istifadə etməyinizə imkan verir, özündə borcla bağlı qeydiyyat aparır. Bir neçə saatdan, hətta bir gündən sonra hesabda pul varsa, o silinir. Biz indi banklarla bu prosesi təkmilləşdirmək barərə danışırıq. Amma sinxronlaşma problemləri varsa, həll olunacaq. Amma hesab edirəm ki, "Visa" və "Mastercard"ın sistemlərini tənzimləmək lazımdır. Çünki bu məsələ əhali arasında anlaşılmazlıq yaradır", - deyə o qeyd edib.

AMB: Qanunsuz mərc oyunları ilə bağlı xaricə ödənişlərin qarşısı alınmalıdır
Azərbaycandan qanunsuz mərc oyunları ilə bağlı xaricə yönəldilən vəsaitlərin qarşısı alınmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Ölkəmizdə mərc oyunları ancaq lisenziyalaşdırılmış təşkilat vasitəsilə həyata keçirilə bilər. İnanılmaz dərəcədə böyük məbləğlər xaricə ötürülür. Kimsə özünə kart hesabı açır, hamıya deyir ki, pulları bura otuzdurun, mən isə sizə xaricdə mərc oyunları təşkil edirəm. Və orada ödənişlər milyonlarla manatdır. Biz bunun qarşısını almalıyıq. Maliyyə sektoru həmin çirkli pulların axınında vasitəçi olmamalıdır, Maliyyə Monitorinqi Xidmətinə məlumat verməlidir. Mən şəxsən bu prosesi tamamilə dəstəkləyirəm. Hansısa texniki çatışmazlıqlar həmişə olacaq, amma ümumi yanaşma belədir", - deyə o qeyd edib.

Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür"
Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur. Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil eləyib bu qənaətə gəlsə ki, burada vergidən yayınma halı var, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, dövlət qurumları fərdi şəxslərlə bağlı daha çox məlumat əldə etmək istəyirlər: "Bu, bank sektoruna inamı azalda biləcəyi üçün mən tənzimləyici qurmunun rəhbəri kimi onu dəstəkləmirəm. Amma haqlı olaraq soruşa bilərik ki, debet kart sahibkarlıq fəaliyyəti üçün niyə istifadə olunur? Qanun bu gün deyir ki, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların bank məlumatlarını ayda bir dəfə Dövlət Vergi Xidmətinə verməlidir. Amma kart VÖEN-lə bağlı deyilsə, proses tamamilə fərqli olur. Əgər bir şəxsə gündə 50 dəfə "Card-to-kard" mədaxili olursa, bu, şübhə oyatmalıdır".
"Qanunvericilik bu gün fərdi məlumatları qoruyur. Amma kimsə şübhəli əməliyyatlar edirsə, bunlar, yoxlanılmalıdır. Vergidən yayınmadan başqa burada dələduzluq, çirkli pulların yuyulması da ola bilər. Nə olsun fərdi məlumatdır? Mən hesab edirəm ki, sizə mənbəyi müəyyən olmayan məbləğlər gəlir. Maliyyə Monitorinqi Xidməti də bunu təhlil edir".

Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bankların xərcləri artır. Çünki bir tərəfdən son illər inflyasiya yüksək olub, digər tərəfdən isə bu sektorda dayanıqlılığın təmin edilməsi üçün əlavə tələblər qoymuşuq. Xüsusilə informasiya texnologiyaları (İT) infrastrukturu, kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi üçün indiyə qədər olmamış tələblər qoyulub. Həmçinin dövlətin tənzimlədiyi qiymətlərin artımı bankların xərclərinə təsir edir. Üstəlik rəqabət güclüdür, bu da faizlərə təsirini göstərəcək.
Əsas istəyimiz odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyaları həyata keçirək, həm dövlət, həm özəl sektorda çalışan şəxslər istədiyi bankdan maaşını ala bilsin. Növbəti mərhələdə bu pensiyaçılara da aid olacaq, xüsusilə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. Ümumilikdə biz bu prosesi vətəndaş üçün çox sadə etmək istəyirik. Odur ki, həm İT infrastrukturu, hgəm də proqram təminatı nöqtəyi-nəzərdən işlər görülməlidir. Yəgin ki, 3-4 aya biz buna nail olacağıq", - deyə o qeyd edib.

AMB: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır
Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu sektora da tənzimləmə gətiriləcək, sadəcə normativ-hüquqi bazanın razılaşdırılması müəyyən vaxt tələb edir", - deyə o qeyd edib.

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq
Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Report"un sualını cavablandırarkən bildirib.
"Bank BTB"dəki depozitlərin əksəriyyəti artıq ABB-yə ötürülüb. İndi kreditlərin ötürülməsi həyata keçirilir. Biz hər hansı problem görmürük. Proses arzu etdiyimiz kimi gedir, hər hansı bir çətinlik yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, AMB-nin İdarə Heyətinin bu ilin mart ayında qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.

AMB: İslam maliyyəsi ilə bağlı qanunvericilik paketləri bu il təsdiqlənəcək
Azərbaycanda İslam maliyyəsi ilə bağlı qanunvericilik paketlərinin bu il təsdiqlənəcəyini gözlənilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Hazırda xüsusi tənzimləmə rejimi (sandbox) var. Orada bir neçə bankımız İslam maliyyəsinə aid olan məhsulları test şəklində bazara təqdim edirlər. İki bank nəzarətimiz altında pilot olaraq bu xidmətləri həyata keçirirlər. Məqsədimiz bu sahədə qanunvericilik bazasının "İslam pəncərəsi" yanaşması ilə tənzimlənməsidir. Bu o deməkdir ki, ənənəvi bank lisenziyası olan banklar İslam maliyyəsinə aid olan bəzi məhsulları (bır sıra ölkələrdə buna "alternativ bankçılıq" deyirlər) təqdim edə bilərlər.
Görsək ki, kifayət qədər, inanılmaz dərəcədə böyük tələbat var, ola bilsin ayrıca İslam bankçılığı lisenziyası üzərində düşünək. Amma hazırda bunu "İslam pəncərəsi" vasitəsilə edirik. Bu sahədə bütün qanunvericilik paketləri hazırdır və düşünürəm ki, razılaşdırma prosesindədir. Ümidvaram ki, bürokratiyanı nəzərə alaraq, bu il bu sənədlər təsdiq olunacaq. Bütün banklarımız həm İslam maliyyəsinə aid olan kreditlər, həm depozitlərlə bazara çıxa biləcəklər", - deyə o qeyd edib.

Taleh Kazımov: "Yelobank" həm likvidlik, həm kapital adekvatlığı baxımından dayanıqlıdır"
Azərbaycan Mərkəzi Bankı (AMB) "Yelobank" ASC-nin Avropa İttifaqının 20-ci sanksiya paketində qeyd olunması ilə əlaqədar hər hansı problemin mövcudluğunu görmür.
"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransı zamanı bildirib.
Onun açıqlamasına əsasən, AMB bankla və maliyyə institutu ilə mütəmadi əlaqə saxlayır: "Hər hansı bir problem biz müşahidə etmirik. Bank yetərincə dayanıqlı mövqedədir, həm likvidlik, həm də kapital adekvatlığı baxımından. Heç bir mənfi gözləntimiz mövcud deyil".
T.Kazımov vurğulayıb ki, Avropa İttifaqı tərəfindən tətbiq edilmiş sanksiyalara görə ödəniş prosesində müəyyən çətinliklərin yarana biləcəyi istisna olunmur, lakin son həftələrdə bankla müvafiq ödənişlər həyata keçirilir və hər hansı bir problemlə üzləşilməyib: "Səbəblərin aydınlaşdırılması məqsədilə həm bank, həm də Mərkəzi Bank birgə və ayrı-ayrılıqda aidiyyəti qurumlara müraciət edib və bu prosesi hüquqi çərçivəyə gətirmək üçün addımlar davam etdiriləcək.
Ümid edirik ki, yaxın aylarda Avropa İttifaqı öz qərarını yenidən nəzərdən keçirərək dəyişəcək, çünki buna hər hansı bir əsas yoxdur. Həm beynəlxalq standartlara müvafiq olaraq, həm də ölkənin daxili qanunvericiliyinə uyğun şəkildə "Yelo Bank" və digər banklar barədə bütün hesabatlılıq tədbirlərimiz saytımızda açıq formada yerləşdirilir. Yəni heç bir problem müşahidə etmirik. Ola bilsin ki, müəyyən anlaşılmazlıq mövcuddur. Əvvəllər qeyd edilmişdi ki, bank Rusiya Federasiyasının SPFS sisteminə qoşulub. Lakin bu qoşulma bir neçə il əvvəl, Ukrayna-Rusiya münaqişəsindən öncə baş verib. Məsələ həmin sistemin istifadəsi ilə bağlıdır. Ola bilsin ki, bu sadəcə anlaşılmazlıqdır, biz bankda hər hansı bir problem görmürük".

AMB: Bu il yeni nominalda əskinasın dövriyyəyə buraxılması gözlənilmir
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il yeni nominalda əskinasın dövriyyəyə buraxılmasını planlaşdırmır.
"Report" xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Xüsusilə 500 manat nominalında əskinasın çapı nəzərdə tutulmur", - deyə o qeyd edib.

AMB aqrar sektorun maliyyələşdirilməsindəki risklərə qarşı yeni alətlər üzərində işləyir
Azərbaycan Mərkəzi Bankı (AMB) yerli bankların kənd təsərrüfatı sahəsində risklərinin qiymətləndirilməsi üçün yeni alətlər üzərində işləyir.
"Report" xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Kənd təsərrüfatının kreditləşməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyi kifayət qədər aktiv iş görür. Həm texnoloji həllərin tətbiq edilməsi, həm də bankların risklərinin daha dəqiq qiymətləndirilməsi üçün yeni alətlər üzərində çalışırıq. Bildiyim qədər həm subsidiyalar, həm kreditləşmə ilə bağlı müzakirələr aktiv gedir. Bilirik ki, kənd təsərrüfatı ölkəmizdə prioritet sektordur və bu sahədə maliyyə resurslarına çıxışın təmin edilməsi prioritetdir. Ümidvaram ki, görüləcək işlərin bəhrəsini görəcəyik", - deyə o qeyd edib.

Azərbaycan Mərkəzi Bankı son 2 ayda valyuta hərracı keçirməyib
Bu ilin mart-aprel aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərraca keçirməyib.
"Report" xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Buna səbəb valyuta bazarında təklifin tələbi üstələməsidir. Odur ki, biz apreldə bazara 1 milyard ABŞ dolları məbləğində alışyönümlü müdaxilə etdik. Biz dedollarlaşma proseslərinin davamını müşahidə edirik. Mart ayının nəticələrinə əsasən dollarlaşma səviyyəsi rezident fiziki şəxslərin əmanətlərində 37-38 %-ə düşüb. Bu isə ilin əvvəlinə nisbətən 2,1 faiz bəndi azalma deməkdir. Ümumiyyətlə həm nağd bazarda, həm qeyri-nağd valyuta bazarında biz əhalinin manata inamının artmasını, gözləntilərin sabit olmasını müşahidə edirik", - deyə o qeyd edib.

-
report.az
- Taleh Kazımov: "Sabit məzənnə ilə idxal inflyasiyasının kəskin artmasının qarşısını almağa çalışırıq"
Taleh Kazımov: "Sabit məzənnə ilə idxal inflyasiyasının kəskin artmasının qarşısını almağa çalışırıq"
Azərbaycan Mərkəzi Bankı sabit məzənnə rejimi ilə idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışır.
"Report" xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"İnflyasiyanı yuxarı doğru reviziya etmişik. Təhlillərimiz onu göstərir ki, bunun əsas səbəbləri məhz təklif amilləridir. Bizim də yeganə əlimizdə olan rıçaq və düşünürəm ki, bu günə kimi bizə çox dəstək olub - sabit məzənnə rejimimizdir. Məhz məzənnə vasitəsilə biz idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışırıq və düşünürük ki, bundan əvvəl də belə olub. Tələb amillərinə gəldikdə isə, bugünkü inflyasiyanın dekompozisiyasında onlar 20-30% təşkil edir. Yəni bu situasiyada faiz dərəcələrinin kəskin artımı iqtisadiyyatın dəstəklənməsinə mənfi təsir edə bilər, çünki istehlakı azaldacaq. Biz həmin tələb amillərinin sıxılmasını hazırda düzgün hesab etmirik", - deyə o qeyd edib.

AMB: İzafi likvidlik 4 milyard manata yaxınlaşıb
Bu ilin aprel ayının yekununda Azərbaycanda izafi likvidlik 3,8 milyard manat təşkil edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O, ötən il bu rəqəmin 2,9 milyard manat olduğunu xatırladıb.
"AMB monetar siyasətinin əməliyyat çərçivəsində olan alətlərdən istifadə edərək, istinad faiz indeksini çot dərəcəsinə yaxın bir tonda idarə etməyə nail olub. Sterilizasiya əməliyyatlarının 89 %-iməhz bir həftəlik depozit hərracları vasitəsilə həyata keçirilib", - deyə T.Kazımov qeyd edib.

-
report.az
- Toğrul Əliyev: "Azərbaycanda bankların kənd təsərrüfatına ayırdığı kreditlər 14,5 % artıb"
Toğrul Əliyev: "Azərbaycanda bankların kənd təsərrüfatına ayırdığı kreditlər 14,5 % artıb"
Azərbaycanda bank sektorunun son hesabat dövrünə əsasən kənd təsərrüfatı sahəsinə yönəldilən kreditlərin ümumi həcmi 2,1 milyard manat səviyyəsində qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavinı Toğrul Əliyev Bakıda "Caspian Agro Week" tədbirləri çərçivəsində təşkil olunan V Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı açıqlayıb.
Onun bildirdiyinə görə, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artım nümayiş etdirib: "Ümumiyyətlə, tikinti və nəqliyyat sahələri ilə yanaşı kənd təsərrüfatı sektoru banklarımızın biznes kredit portfelinin başlıca hərəkətverici qüvvələrindən biri olaraq özünü göstərir və bu, müsbət tendensiya kimi dəyərləndirilir. Ümumilikdə, banklarda mövcud olan aqrar kredit portfelinin 82 %-i kredit müəssisələrinin öz resursları hesabına formalaşdırılmış kreditlərdən ibarətdir, qalan 18 %-i isə dövlət fondları vasitəsilə maliyyələşdirilmiş kreditlərdir".
T. Əliyev həmçinin qeyd edib ki, Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə təqdim edilmiş kənd təsərrüfatı kreditlərinin həcmi 66 milyon manatı keçib: "Eyni zamanda, Azərbaycan Biznesin İnkişafı Fondu xətti ilə ayrılmış kreditlərin təxminən 40 %-i aqrar sahəyə yönəldilmiş kreditlərdən təşkil olunub. Bundan başqa, hesab edirəm ki, bu məqam da xüsusi əhəmiyyət daşıyır ki, Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə lizinq şirkətləri vasitəsilə kənd təsərrüfatı subyektlərinə, sahibkarlıq subyektlərinə təqdim edilmiş maliyyə icarəsi əməliyyatlarının dəyəri 126 milyon manata yaxın səviyyədə olub".

AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını artırıb
2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisitinin 5,5 milyard ABŞ dolları, 2027-ci ildə isə 4,4 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, AMB fevralda CƏB üçün 2026-cı il üçün 2,8-3 milyard ABŞ dolları, 2027-ci il üçün isə 2,7-2,8 milyard ABŞ dolları profisit proqnozlaşdırmışdı.

Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları və yaxud 3,4 % artaraq 88 milyard ABŞ dollarına çatıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu ehtiyatlar 38 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,7 dəfə üstələyir", - deyə o qeyd edib.

"Expressbank"ın dəstəyilə VI Autizm Festivalı baş tutub
"Expressbank" ASC növbəti sosial təşəbbüsə imza atıb.
Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən VI Autizm Festivalında sponsor qismində çıxış edərək inklüziv cəmiyyətə dəstəyini nümayiş etdirib.
Festivalın əsas məqsədi autizm spektrində olan fərdlərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və ictimai maarifləndirməni artırmaq olub.
Tədbir boyu autizm spektrli uşaq və gənclərin müxtəlif əl işləri nümayiş etdirilib, onların yaradıcılıq potensialını və bacarıqlarını ön plana çıxaran müxtəlif fəaliyyətlər həyata keçirilib. Şəhər sakinlərinin və qonaqların böyük maraq göstərdiyi festivalda rəngarəng proqramlar vasitəsilə autizmlə bağlı məlumatlılığın artırılması diqqət mərkəzində saxlanılıb.
"Expressbank" hər bir fərdin cəmiyyətdə bərabərhüquqlu və aktiv iştirakını dəstəkləməklə yanaşı, daha həssas və qayğıkeş mühitin formalaşmasına xidmət edən bu təşəbbüsə qoşulmaqla sosial məsuliyyət sahəsindəki ardıcıl fəaliyyətini növbəti addımı ilə möhkəmləndirib. Bank bu kimi layihələrə dəstək olmağı sadəcə xeyirxahlıq missiyası kimi deyil, həm də gələcək nəsillərə ötürüləcək daha bərabərhüquqlu və inklüziv mühitin təməllərini qoymaq olaraq qiymətləndirir.
Qeyd edək ki, "Expressbank"ın təşəbbüsü ilə aprel ayında "Autizm Maarifləndirmə Aylığı" ilə əlaqədar olaraq Azərbaycan Autizm Assosiasiyasının mütəxəssis heyətinin dəstəyilə Bankın əməkdaşları üçün "Autizmli şəxslərlə davranış etikası" mövzusunda təlim keçirilmişdir. Bank bu addımı ilə inklüziv cəmiyyətin qurulmasına töhfə verməyə və autizm spektrində olan fərdlərə qarşı daha həssas yanaşmanın təşviqinə, ilk növbədə, daxildən başladığını ifadə edir.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

AMB iqtisadi artım və neft-qaz qiymətlərinə dair proqnozlarını yeniləyib
Bu il Azərbaycanda iqtisadi artımın 1,1 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 % olacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Gələn il üçün isə müvafiq olaraq 3,2 % və 4,7 % artım proqnozlaşdırılır", - deyə o qeyd edib.
Xatırladaq ki, AMB bundan əvvəl fevralda 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2,4 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4 %, 2027-ci ildə isə müvafiq olaraq 2,9 % və 4,3 % artacağını proqnozlaşdırmışdı.
Bundan başqa, T.Kazımov deyib ki, AMB bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 84,5 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin isə 324 ABŞ dolları olacağını gözləyir: "Gələn il üçün isə proqnozlarımız 74,5 ABŞ dolları və 290 ABŞ dollarıdır".
Xatırladaq ki, AMB fevralda 2026-cı ildə sözügedən qiymətlərin müvafiq olaraq 65 ABŞ dolları və 269 ABŞ dolları, 2027-ci ildə isə müvafiq olaraq 65 ABŞ dolları və 254 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.

AMB mart və aprel aylarında AZİR indeksinin orta dərəcəsini açıqlayıb
Bu ilin mart ayında AZIR indeksinin orta günlük səviyyəsi 6,47 %, aprel ayında isə 6,44 % təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qurum xatırladıb ki, ölkədə pul siyasəti alətlərinin tətbiqi maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri əsasında tənzimlənir. Təminatsız pul bazarında qısamüddətli faizlər AMB-nin faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır".

AMB: Xarici sektor göstəriciləri əlverişli olaraq qalır
Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qurum bəyan edib ki, gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1,4 milyard ABŞ dolları müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 93,3 % çoxdur.
"AMB-nin 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib. Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır", - deyə açıqlamada qeyd olunub.

Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını artırıb
Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağı gözlənilir.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağını bəyan etmişdi.
Məlumata görə, inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.
"Artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır", - deyə AMB bəyan edib.

AMB: 4 ayda nağd xarici valyutanın alışı satışını 190 milyon dollar üstələyib
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir.
"Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə apreldə keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb. AMB alışyönlü müdaxilə həyata keçirib. 4 ayda qurumun valyuta ehtiyatları 10,2 % artaraq 12,7 milyard ABŞ dollarına çatıb", - deyə AMB bəyan edib.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.
"Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat iyunun 24-də ictimaiyyətə açıqlanacaq. Qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcək.

Azərbaycanda 4 ayda büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 96 milyon 494,7 min manat məbləğində vəsait geri qaytarılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,5 % artaraq 1,9951 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6 % azalaraq 2,2513 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9951 |
| 100 Rusiya rublu | 2,2513 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 108,17 | - 5,03 | 47,32 |
| Neft WTI (dollar/barel) | 100,57 | - 3,74 | 43,15 |
| Qızıl (dollar/unsiya) | 4 657,00 | 117,70 | 315,90 |
| İndekslər | |||
| Dow-Jones | 49 298,25 | 356,35 | 1 234,96 |
| S&P 500 | 7 259,22 | 58,47 | 413,72 |
| Nasdaq | 25 326,13 | 258,33 | 2 084,14 |
| Nikkei | 59 513,12 | 0,00 | 9 173,64 |
| Dax | 24 401,70 | 410,43 | - 88,71 |
| FTSE 100 | 10 219,11 | - 144,82 | 287,73 |
| CAC 40 INDEX | 8 062,31 | 86,19 | - 87,19 |
| Shanghai Composite | 4 112,80 | 0,00 | 143,96 |
| Bist 100 | 14 495,77 | 126,16 | 3 234,25 |
| RTS | 1 105,63 | 11,21 | - 8,50 |
| Valyuta | |||
| USD/EUR | 1,1730 | 0,0044 | - 0,0015 |
| USD/GBP | 1,3584 | 0,0060 | 0,0111 |
| JPY/USD | 156,5300 | - 0,7200 | 0,0800 |
| RUB/USD | 75,4388 | 0,3550 | - 3,3112 |
| TRY/USD | 45,2294 | 0,0119 | 2,2732 |
| CNY/USD | 6,8191 | - 0,0098 | - 0,1699 |

Almaniya ADB vasitəsilə təbii həllərin maliyyələşdirilməsinə 5,5 milyon avro ayırıb
Almaniya 5,5 milyon avro məbləğində qrant şəklində birgə maliyyələşdirmə ayıraraq, Asiya İnkişaf Bankının (ADB) Təbii Həllər Mərkəzinin maliyyələşdirmə üzrə tərəfdaşı olub.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası zamanı elan edilib.
Bildirilib ki, ayrılan vəsaitlər Asiya-Sakit okean regionu ərazisində bioloji müxtəlifliyin və ekosistemlərin qorunması, səmərəli idarə edilməsi və bərpası üzrə işlərin aktivləşdirilməsinə yönəldiləcək.
"Təbiət Asiya və Sakit okean hövzəsində inklüziv iqtisadi artımın, dayanıqlılığın və uzunmüddətli inkişafın təmin edilməsində əsas yer tutur. Almaniyanın iştirakı əlaqələndirilmiş fəaliyyət və innovativ maliyyələşdirmə mexanizmləri vasitəsilə təbiətə yatırılan sərmayələrin həcmini artırmağa çalışan tərəfdaşların genişlənən koalisiyasını gücləndirir. Birgə səylərlə biz planlardan onların praktiki reallaşdırılmasına keçirik", - ADB-nin prezidenti Masato Kanda deyib.
Almaniya tərəfindən vəsaitlər Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) vasitəsilə təqdim olunur və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə icra edilir. Bu elan ADB və GIZ arasında tərəfdaşlığı rəsmi səviyyədə təsbit edən icra sazişinin imzalanması ilə eyni vaxta təsadüf edib. Təbii Həllərin Maliyyələşdirilməsi Mərkəzi 2023-cü ildə təsis edilib və 2030-cu ilə qədər təbiətin qorunmasına azı 5 milyard ABŞ dolları investisiyanın cəlb edilməsini hədəfləyir.

"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" bu ilin I rübünü 103,875 milyon lirə (4,155 milyon manat) xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % azdır.
Yanvar-mart aylarında "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 158,779 milyon lirə (6,351 milyon manat, 1 il əvvələ nisbətən 25,2 % çox), mənfəət vergisi ödəmələri isə 54,904 milyon lirə (2,196 milyon manat; 1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Yatırım Bankası"nın aktivləri 15 milyard 167,833 milyon lirə (606,713 milyon manat) olub ki, bu da illik müqayisədə 20,4 % çoxdur. Bunun 7 milyard 330,287 milyon lirəsi (293,2 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,8 % böyüyüb.
Hesabat dövründə "PAŞA Yatırım Bankası"nın öhdəlikləri 18,8 % artaraq 12 milyard 739,866 milyon lirəyə (509,595 milyon manat), balans kapitalı isə 29,4 % artaraq 2 milyard 427,964 milyon lirəyə (97,119 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,21 %-i "PAŞA Bank"a, 0,04 %-i isə "Aksoy Holdinq"ə məxsusdur.
1 lirə = 0,04 manat

Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzv olmaq təklif edilib
Çin Azərbaycandan Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlük məsələsini nəzərdən keçirməyi xahiş edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ nazir müavini Himalay Məmişovun Çinin Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə gündəmə gətirilib.
Görüşdə Azərbaycan və Çin arasında münasibətlərin dinamik inkişafı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin siyasi etimad, həmçinin energetika, nəqliyyat və rəqəmsal transformasiya sahələrində artan əməkdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli platformalar, o cümlədən Asiya İnkişaf Bankı (ADB) çərçivəsində Çin ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğu qeyd edilib. Eyni zamanda, regionda nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, dayanıqlı inkişaf və regional inteqrasiya gündəliyinə Azərbaycanın sadiqliyi bir daha ifadə olunub.
Görüşdə Azərbaycanın sənaye zonalarında Çin şirkətlərinin daha fəal iştirakı, istehsalat və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin ölkəmizin strateji maraqlarına uyğun olduğu və bu istiqamətdə tərəfdaşlıq layihələrinin reallaşdırılmasının vacibliyi vurğulanıb.
H.Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Qeyd olunub ki, xüsusilə ixracın diversifikasiyası və qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması qarşılıqlı münasibətlərin əsas inkişaf istiqamətlərindən biri kimi çıxış edir.

Azərbaycan və Gürcüstanın maliyyə nazirlikləri Əməkdaşlıq Memorandumu imzalayacaq
Azərbaycan və Gürcüstanın maliyyə nazirlikləri əməkdaşlığa dair memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə ediblər.
"Report" bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ nazir Sahil Babayevin gürcü həmkarı Laşa Xutsişvili ilə görüşündə müzakirə edilib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, institusional əməkdaşlıq çərçivəsində Hökumətlərarası Komissiyanın ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi və prioritet istiqamətlərin inkişaf etdirilməsi baxımından mühüm platforma olduğu bildirilib.
Azərbaycanlı nazir qeyd edib ki, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq, xüsusilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu və digər logistika marşrutları regional ticarətin genişlənməsinə və təchizat zəncirlərinin dayanıqlığının güclənməsinə mühüm töhfə verir. Nazir bu sahədə tranzit siyasəti üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin strateji regional enerji layihələrinə toxunaraq bildirib ki, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu layihələrin icrasının sürətləndirilməsi, eləcə də beynəlxalq maliyyələşmənin cəlb edilməsi prioritet istiqamətlərdəndir.
Görüş zamanı, həmçinin dövlət maliyyəsi sahəsində həyata keçirilən islahatlar, fiskal dayanıqlığın gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmləri və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, regional layihələr üzrə koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

-
report.az
- Azərbaycan nümayəndə heyəti ADB-nin İllik Toplantısı çərçivəsində işgüzar görüşlər keçirib
Azərbaycan nümayəndə heyəti ADB-nin İllik Toplantısı çərçivəsində işgüzar görüşlər keçirib
Bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (ADB) İllik Toplantısı çərçivəsində maliyyə naziri Sahil Babayev "Qlobal dəyər zəncirlərinin, texnologiya və inklüziv artımın dəyişdirilməsi" mövzusunda keçirilən Rəhbərlər Şurasının plenar sessiyasında iştirak edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, iclasda qlobal dəyər zəncirlərində texnoloji transformasiya, regional inteqrasiyanın dərinləşdirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, avtomatlaşdırma, süni intellekt və rəqəmsal texnologiyalar istehsal və təchizat zəncirlərini sürətlə dəyişdirir, xidmət sektorunun rolunu artırır və bu proses yeni çağırışlar yaradır.
Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin qlobal dəyər zəncirlərinə daha effektiv inteqrasiyası üçün bacarıqların inkişafı, infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşma və maliyyəyə çıxışın genişləndirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə regional əməkdaşlığın gücləndirilməsi və təchizat zəncirlərinin şaxələndirilməsi vasitəsilə iqtisadi dayanıqlığın artırılmasında AİB-nin aparıcı rolu vurğulanıb.
İllik Toplantının 3-cü günündə S.Babayev Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ilə görüş keçirib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, institusional əməkdaşlıq çərçivəsində Hökumətlərarası Komissiyanın ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi və prioritet istiqamətlərin inkişaf etdirilməsi baxımından mühüm platforma olduğu bildirilib.
Azərbaycanlı nazir qeyd edib ki, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq, xüsusilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu və digər logistika marşrutları regional ticarətin genişlənməsinə və təchizat zəncirlərinin dayanıqlığının güclənməsinə mühüm töhfə verir. Nazir bu sahədə tranzit siyasəti üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin strateji regional enerji layihələrinə toxunaraq bildirib ki, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu layihələrin icrasının sürətləndirilməsi, eləcə də beynəlxalq maliyyələşmənin cəlb edilməsi prioritet istiqamətlərdəndir.
Görüş zamanı, həmçinin dövlət maliyyəsi sahəsində həyata keçirilən islahatlar, fiskal dayanıqlığın gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmləri və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, regional layihələr üzrə koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər yaxın zamanlarda iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlığa dair memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə ediblər.
Maliyyə nazirinin müavini Himalay Məmişovun Çinin Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə isə Azərbaycan və Çin arasında münasibətlərin dinamik inkişafı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin siyasi etimad, həmçinin energetika, nəqliyyat və rəqəmsal transformasiya sahələrində artan əməkdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli platformalar, o cümlədən AİB çərçivəsində Çin ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğu qeyd edilib. Eyni zamanda, regionda nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, dayanıqlı inkişaf və regional inteqrasiya gündəliyinə Azərbaycanın sadiqliyi bir daha ifadə olunub.
Görüşdə Azərbaycanın sənaye zonalarında Çin şirkətlərinin daha fəal iştirakı, istehsalat və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin ölkəmizin strateji maraqlarına uyğun olduğu və bu istiqamətdə tərəfdaşlıq layihələrinin reallaşdırılmasının vacibliyi vurğulanıb.
H.Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Qeyd olunub ki, xüsusilə ixracın diversifikasiyası və qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması qarşılıqlı münasibətlərin əsas inkişaf istiqamətlərindən biri kimi çıxış edir.
Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlük məsələsinin nəzərdən keçirilməsini xahiş edib.
H.Məmişovun Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Baş investisiya direktoru Konstantin Limitovski ilə keçirilən görüşündə isə Azərbaycan ilə AİİB arasında əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub, Bankın Azərbaycanın infrastrukturun inkişafı və yaşıl keçid sahələrində əsas beynəlxalq maliyyə tərəfdaşlarından biri kimi çıxış etdiyi vurğulanıb.
Maliyyə nazirinin müavini bildirib ki, Azərbaycan 2016-cı ildən AİİB-nin təsisçi üzvü kimi Bankla əməkdaşlığını uğurla davam etdirir və bu əməkdaşlıq "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə tam uyğun olaraq ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir. Eyni zamanda, 2025-ci ilin sentyabrında imzalanmış Birgə Bəyannaməyə sadiqlik bir daha ifadə olunub.
Görüşdə AİİB-nin maliyyələşdirdiyi layihələr, o cümlədən TANAP qaz kəməri, "Bankə" və "Biləsuvar" günəş elektrik stansiyaları və digər layihələr üzrə müvafiq maliyyələşmələrin təmin olunduğu diqqətə çatdırılıb.
Tərəflər, həmçinin Bakı metrosunun genişləndirilməsi, dayanıqlı infrastruktur, yaşıl enerji, iqlim maliyyələşdirilməsi, dövlət-özəl tərəfdaşlığı və rəqəmsal infrastruktur kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, maliyyələşdirmə alətlərinin diversifikasiyası və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin ADB-nin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində keçirilən "Turizmlə regionların əlaqələndirilməsi" adlı tədbirdə iştirak edib.
ADB-nin Azərbaycan üzrə ölkə direktoru xanım Sünniyə Durrani-Camalın moderatorluğu ilə keçirilən sessiyada bildirilib ki, turizm sektorunun qlobal ÜDM-də payı hazırda təxminən 10 % təşkil edir və bu göstəricinin 2030-cu ilə qədər CAREC regionunda 13 %-ə çatdırılması üçün böyük potensial mövcuddur. Bu məqsədə nail olmaq üçün region ölkələri arasında koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, turizmin inkişafı baxımından region ölkələrinin müqayisəli üstünlüklərinin müəyyən edilməsi, regionu əhatə edən vahid turizm marşrutlarının formalaşdırılması, bu marşrutlarda vahid viza mexanizmlərinin tətbiqi, sərhəd-keçid proseslərinin sadələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, turizm sahəsində rəqəmsal alətlərin geniş tətbiqi və regionun vahid turizm məkanı kimi təşviqi istiqamətində addımların atılmasının zəruriliyi diqqətə çatdırılıb.
Bununla yanaşı, özəl sektorun turizm sahəsində fəallığının artırılması və bu istiqamətdə əlverişli biznes mühitinin yaradılması vacib amillərdən biri kimi qeyd edilib.
Tədbir çərçivəsində, həmçinin ADB-nin region ölkələrinə turizm sektorunun inkişafı və regional inteqrasiyanın gücləndirilməsi istiqamətində dəstək göstərməyə hazır olduğu bildirilib.

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026)
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-aprel aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 14 047 793 243 manatlıq göstərici ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 4 763 675 892 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 3 432 976 508 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 2 801 517 953 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 1 960 986 337 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 1 333 484 732 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 334 450 536 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC, 182 167 317 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 137 199 536 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 99 647 205 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 25 133 353 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC, 13 345 272 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC və 3 038 261 manatla "Xalq Bank" ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi AZN |
| 1 | ABB-İnvest | 14 047 793 243 |
| 2 | Paşa Kapital | 4 763 675 892 |
| 3 | CPM-İnvest | 3 432 976 508 |
| 4 | Unicapital | 2 801 517 953 |
| 5 | İnvest-Az | 1 960 986 337 |
| 6 | Assist Finance | 1 333 484 732 |
| 7 | İnno | 334 450 536 |
| 8 | Capital Partners | 182 167 317 |
| 9 | Troni | 137 199 536 |
| 10 | Xalq Kapital | 99 647 205 |
| 11 | MFX-Trading | 25 133 353 |
| 12 | CFI Financial | 13 345 272 |
| 13 | Xalq Bank | 3 038 261 |

"Bakı Fond Birjası"nın dövriyyəsi 43 % azalıb
Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 423,782 milyon manat təşkil edib.
"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 43,1 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 16,6 % azalaraq 8 082 olub.
Xəbər yenilənəcək ...

-
report.az
- ADB Yaxın Şərqdəki münaqişənin Qafqaz və Mərkəzi Asiyaya yaratdığı risklər barədə xəbərdarlıq edib
ADB Yaxın Şərqdəki münaqişənin Qafqaz və Mərkəzi Asiyaya yaratdığı risklər barədə xəbərdarlıq edib
Yaxın Şərqdə davamlı qeyri-sabitlik iqtisadi inkişafı əhəmiyyətli dərəcədə ləngidə bilər, eyni zamanda, bu, Qafqaz, Mərkəzi və Qərbi Asiya da daxil olmaqla bir sıra regionlar üçün təhdidləri artırır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda bankın Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən və Mərkəzi Asiyada birbaşa xarici investisiyalara həsr olunmuş seminarda bildirib.
O vurğulayıb ki, Yaxın Şərqdəki silahlı qarşıdurma geosiyasi gərginliyi artırır, iqtisadi artım templərinə və inflyasiya göstəricilərinə təzyiq yaradır, həmçinin strateji əhəmiyyətli xammalın logistik təchizat zəncirlərini qeyri-sabitləşdirir.
"Vəziyyət hələ də qeyri-sabitdir. Uzunmüddətli pozuntular iqtisadi fəaliyyəti əhəmiyyətli dərəcədə zəiflədərək Qafqazda, Mərkəzi və Qərbi Asiyada riskləri artıra bilər. Eyni zamanda, region bu mərhələyə müəyyən davamlılıq ehtiyatına malik olaraq yanaşıb. Yaranmış şəraitdə birbaşa xarici investisiyalar əsas funksiyanı yerinə yetirməlidir. Onlar infrastruktur kəsirinin aradan qaldırılmasına, yeni enerji mənbələrinə keçidin sürətləndirilməsinə, rəqəmsal transformasiyanın inkişafına və keyfiyyətli iş yerlərinin yaradılmasına töhfə verə bilər", - bank rəhbəri bəyan edib.
M.Kanda qeyd edib ki, bu halda təkcə vəsait qoyuluşu kifayət deyil. "Keyfiyyətli və davamlı investisiyalar etibarın mövcud olduğu ölkələrə yönəldilir. Bu etibar şəffaf siyasət, güclü institutlar və ədalətli, proqnozlaşdırıla bilən normalar üzərində qurulmalıdır. Birbaşa xarici investisiyalar etibara - müqavilə öhdəliklərinin yerinə yetiriləcəyinə, mübahisələrin obyektiv şəkildə həll ediləcəyinə və qəbul olunmuş qərarların həyata keçiriləcəyinə əsaslanır. Proqnozlaşdırıla bilən mübahisələrin həlli mexanizmi sadəcə texniki komponent deyil, uzunmüddətli investisiya üçün həlledici amildir", - ADB-nin prezidenti əlavə edib.

"Yelo Invest" ilə "Paşa Bank"ın səhmdarı ol
İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran "Yelo Bank", ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – "Paşa Bank"ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar "Yelo Invest" tətbiqi vasitəsilə "Paşa Bank"ın səhmlərini onlayn qaydada əldə edə bilərlər.
"Yelo Invest" vasitəsilə IPO-da iştirakın üstünlükləri:
- Bir səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN-dir;
- Minimum alış cəmi 1 səhmdən başlayır, maksimum limit isə tətbiq olunmur;
- Abunə dövründə (12 mayadək) əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 % faiz gəliri hesablanır;
- Banka gəlmədən, birbaşa mobil tətbiqdə "Yelo Invest" üzərindən sürətli abunə yazılışı.
Yerləşdirmə Bakı Fond Birjası vasitəsilə həyata keçirilir və investorlar üçün şəffaf gəlir imkanı yaradır. Vaxt itirmədən "Yelo App"ə daxil olaraq bu fürsətdən yararlana və investisiya portfelini dəyərli aktivlərlə zənginləşdirə bilərsən. "Yelo Invest": https://ylb.az/invest.
"Yelo Invest" haqqında əlavə suallarınız (məs: investisiya şirkətləri hansılardır?) var? O zaman 981 nömrəsinə zəng edin və ya "Facebook", "Instagram", "Whatsapp" və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!

Tacikistan 2027-ci ildən ADB-nin güzəştli kreditləşlərinə çıxış əldə edəcək
Tacikistan Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) ölkələri kateqoriyasına keçməsi ilə əlaqədar olaraq 2027-ci ildən Asiya İnkişaf Bankının (ADB) güzəştli kreditlərinə çıxış əldə edəcək.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leya Qutyerres (Leah Gutierrez) bankın Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən və bankın bu regiondakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
Baş direktor qeyd edib ki, hazırda Tacikistan Asiya İnkişaf Fondu kimi tanınan fondun qrant resurslarına girişə malikdir. "Perspektivdə, 2027-ci ildən etibarən Tacikistan IDA ölkələri kateqoriyasına aid ediləcək. Bizim üçün bu o deməkdir ki, dövlət faktiki olaraq güzəştli kredit resurslarından istifadə etmək imkanı qazanacaq. Tacikistan bu yeni təsnifat qrupuna keçdikcə, biz bankın müxtəlif "pəncərələri" (xüsusi fondları) vasitəsilə əlavə qrant vəsaitlərinin cəlb edilməsi üçün müraciətlər yönəltmək niyyətindəyik", - L. Qutyerres deyib.
Onun sözlərinə görə, bankın strukturunda iqlim dəyişikliyinə qarşı mübarizəyə və onun fəsadlarının yumşaldılmasına yönəlmiş layihələr üçün "pəncərələr" fəaliyyət göstərir: "Bundan əlavə, regional əməkdaşlığa dəstək üçün də "pəncərələr" mövcuddur. Biz Tacikistanın ölkə limitini artırmaq məqsədilə bu tematik pəncərələrdən istifadə etmək üçün maksimum səy göstərəcəyik".

"EKOL Mühəndislik Xidmətləri" ötən ili mənfəətlə başa vurub
"EKOL Mühəndislik Xidmətləri" QSC 2025-ci ili 6,83 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2024-cü ildən 5,677 milyon manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "EKOL Mühəndislik Xidmətləri"nin əməliyyat gəlirləri 33,439 milyon manat (əvvəlki ilə nisbətən 3,3 % az), əməliyyat xərcləri isə 21,348 milyon manat (21,5 % az), inzibati və digər əməliyyat xərcləri 8,436 milyon manat (31,7 % az), faiz xərcləri 571 min manat (2,7 dəfə az), xalis məzənnə zərəri 23 min manat (34,3 % az), digər xalis gəlirləri 6,264 milyon manat (7,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2,495 milyon manat (əvvəlki il qənaət olub) təşkil edib.
Bu il yanvarın 1-nə "EKOL Mühəndislik Xidmətləri"nin aktivləri 36,857 milyon manat təşkil edib ki, bu da illlik müqayisədə 1,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 26,1 % azalaraq 20,915 milyon manata düşüb, balans kapitalı isə 99,6 % artaraq 15,942 milyon manata çatıb.
Xatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri" 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və xarici investor "Lancer Services S.A." şirkətinin birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Onun səhmlərinin hamısı SOCAR-a məxsusdur. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

"Alfa Kapital" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Alfa Kapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 383 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 89,6 % çoxdur.
Ötən il "Alfa Kapital"ın vergiyəqədərki mənfəəti 478 min manat (88,9 % çox), mənfəət vergisi ödəmələri isə 96 min manat (88,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Alfa Kapital"ın aktivləri 3,98 milyon manat olub ki, bu da illik müqayisədə 32,8 % çoxdur. Bunun 3,213 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 42,7 % böyüyüb.
Hesabat dövründə "Alfa Kapital"ın öhdəlikləri 35,2 % artaraq 2,233 milyon manata, balans kapitalı isə 29,9 % artaraq 1,747 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 % artaraq 1,02 milyon manata çatıb.
Xatırladaq ki, "Alfa Kapital" 2013-cü ildə "Effektinvest" adı ilə fəaliyyətə başlayıb, 2026-cı ildə rebrendinq edib. BOKT-un təsisçiləri 52 % payla Fərid Köçərli, 46,5 % payla Şirin Cavadov və 1,5 % payla Elçin Niftiyevdir.

Azərbaycan BOKT-unun təsisçilərinin pay bölgüsü dəyişib
"Alfa Kapital" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalının 20 min manat və yaxud 2 % artırılaraq 1 milyon manatdan 1,02 milyon manata çatdırılmasından sonra baş verib.
Əlavə məbləği BOKT-da 51 % təsis payı olan Fərid Köçərli təmin edib. Son nəticədə onun payı 52 %-ə yüksəlib, əvəzində digər təsisçi Şirin Cavadovun payı 47,5 %-dən 46,5%-ə düşüb.
3-cü təsisçi - Elçin Niftiyevin isə payı dəyişməyərək 1,5 % qalıb.
Xatırladaq ki, "Alfa Kapital" 2013-cü ildə "Effektinvest" adı ilə fəaliyyətə başlayıb, 2026-cı ildə rebrendinq edib.

Ölkəmizdə ilk – indi aviabiletlər də "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır.
Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən "TravelCard" məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini təqdim edib.
İndi isə hətta aviabiletləri də ABB mobile tətbiqindən almaq olar. Bankın təqdim etdiyi "DigiTravel" xidməti belə bir imkanı yaradır. Bu, ölkəmizdə məhz ABB-nin həyata keçirdiyi bir ilkdir.
İstifadəçilər tətbiq üzərindən bir çox istiqamətlərə biletlər axtara, ən uyğun reysləri seçib aviabileti tətbiqdən çıxmadan ödəniş edərək ala bilərlər. Tezliklə bu imkan bütün istiqamətlərə uçuşlara aid olacaq.
İstənilən ölkəyə və istiqamətə dünyanın aparıcı hava yollarından aviabiletlərin alınması imkanı, ödənişlərin tətbiq üzərindən birbaşa həyata keçirilməsi, mövcud biletləri real vaxtda görərək qiymətləri müqayisə edə bilmək və bilet rezervasiyası səyahətsevərlər üçün DigiTravel xidmətinin əsas üstünlükləridir. Xidmətdən istifadə çox rahatdır. Müştəriyə axtarışlarına uyğun ən sərfəli seçimlərlə bağlı tövsiyələr də verilir.
ABB səyahətsevərlərin eyni platformadan xidmət almaq imkanlarını yeni layihələrlə bundan sonra da genişləndirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ADB-nin Mərkəzi və Qərbi Asiya regionu üzrə portfelində Azərbaycanın payı 1 % təşkil edir
Martın 31-nə olan vəziyyətə görə, Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiyadakı aktiv kredit və qrant aktiv portfelinin məcmu həcmi 22,1 milyard ABŞ dollarına çatır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Lea Qutierres bankın Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən və bankın regiondakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın payı 0,3 milyard ABŞ dollarına bərabərdir ki, bu da ümumi portfelin 1 %-ni təşkil edir. "Biz Mərkəzi və Qərbi Asiyada olduqca genişmiqyaslı iş aparırıq. Bizim üçün ən böyük istiqamət hələ də nəqliyyat sektoru olaraq qalır (7 milyard dollar və ya 32 % - red.). Bu, iştirakçılarımızın həm regionlararası səviyyədə, həm də kənd ərazilərinin şəhər mərkəzləri ilə birləşdirilməsi baxımından regional əlaqəliliyin gücləndirilməsinə böyük marağından xəbər verir", - L. Qutierres qeyd edib.
O vurğulayıb ki, Mərkəzi və Qərbi Asiya Departamenti layihələri yalnız onların həyata keçirilməyə tam hazır olduğuna əmin olduqda Direktorlar Şurasının müzakirəsinə təqdim edir. "Biz layihələrin tam hazırlıq vəziyyətində (shovel-ready) olmasına çalışırıq, çünki hər hansı gecikmə əhalinin fayda əldə etmə prosesini geri salır. Məhz buna görə də biz layihələrin keyfiyyətlə işlənib hazırlanmasına böyük önəm veririk. Layihələr hazırlıq dərəcəsindən asılı olaraq plana daxil edilir və ya plandan çıxarılır. Eyni zamanda, hazırlıq mərhələsində daha çox irəliləyişin əldə olunduğu ayrı-ayrı layihələrin həyata keçirilməsi sürətləndirilir", - departamentin baş direktoru əlavə edib.

"Naxçıvanbank"dakı vəsaitlərin geri qaytarılmasının əlçatanlığı artırılır
Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə "Naxçıvanbank" ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesab qalıqlarının geri qaytarılması prosesinin əlçatanlığı artırılır.
Tətbiq olunan yenilik ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar üçün onlayn qaydada müraciət etmək imkanı yaradacaq. Belə ki, vətəndaşlar Mərkəzi Bankın "Elektron Xidmətlər Portalı"nın "Elektron müraciətlər sistemi" vasitəsilə onlayn müraciət edərək mövcud qalıq vəsaitlərinin müvafiq bank hesablarına köçürülməsini təmin edə biləcək. Bu zaman şəxsiyyəti təsdiq edən sənədin surəti, müraciət şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə isə nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti və onun səlahiyyətlərini təsdiq edən sənədin surəti (etibarnamə), bank hesabı rekvizitləri və digər zəruri sənədlərin surəti müraciətə əlavə olunmalıdır.
Ərizələrini fiziki qaydada ünvanlamaq istəyən vətəndaşlar isə əvvəllər olduğu kimi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət edə bilərlər. Bu zaman fiziki şəxslər üçün vəsaitlərin məbləğindən asılı olmayaraq nağd qaydada, hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə köçürmə yolu ilə ödənilməsi imkanı təqdim olunur. Elektron müraciət imkanlarından istifadə etməkdə çətinlik çəkən şəxslər Mərkəzi Bankın 2 və 5 saylı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən vətəndaş qəbulu bölmələrinə müraciət etməklə vəsaitlərin müvafiq bank hesablarına köçürülməsi üzrə müraciətlərini təqdim edə biləcəklər.
Qeyd edək ki, bu dəyişikliklər Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması, xidmətlərdən istifadə zamanı əlçatanlığın və məmnunluğun artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır.

-
report.az
- Mərkəzi Asiya və Qafqaz ölkələrinin İnvestisiya Şuraları regional alyansda birləşdiriləcək
Mərkəzi Asiya və Qafqaz ölkələrinin İnvestisiya Şuraları regional alyansda birləşdiriləcək
İyun ayında Mərkəzi Asiya və Qafqaz İnvestisiya Şuralarının Regional Alyansının yaradılması haqqında saziş imzalanacaq.
"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən Mərkəzi Asiyada birbaşa xarici investisiyalara həsr olunmuş seminarda bəyan edib.
Onun sözlərinə görə, bu təşəbbüs ADB-nin dəstəyi ilə həyata keçirilir: "Regional Alyans iştirakçı ölkələr arasında dialoq, investisiya siyasətinin əlaqələndirilməsi və transsərhəd layihələrin irəli aparılması üçün vahid platforma olacaq. Bu, regionun qlobal ticarət və investisiya axınlarına inteqrasiyasını sürətləndirməyə, investisiya mühitinin rəqabətqabiliyyətliliyini artırmağa, eləcə də aparıcı beynəlxalq maliyyə institutları və investorlarla birgə iri layihələrin həyata keçirilməsi üçün zəmin yaratmağa imkan verəcək".
O əlavə edib ki, memorandumun 17-18 iyun tarixlərində keçiriləcək 15-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanması gözlənilir.

-
report.az
- Türkiyə ADB-nin gəliri orta səviyyədən yüksək ölkələrlə yeni əməkdaşlıq formatının lehinə çıxış edib
Türkiyə ADB-nin gəliri orta səviyyədən yüksək ölkələrlə yeni əməkdaşlıq formatının lehinə çıxış edib
Türkiyə Asiya İnkişaf Bankını (ADB) gəliri orta səviyyədən yüksək olan ölkələrlə işə dair yeni yanaşma hazırlamağa çağırır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyəni təmsil edən nümayəndə Kerem Dönmez ADB Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində rəhbərlərin işgüzar sessiyasında bildirib.
Onun sözlərinə görə, maksimum effekt əldə etmək üçün bu cür yanaşma çevik olmalı və hər bir ölkənin spesifikasını nəzərə almalıdır.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.05.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,4 % azalaraq 1,9850 manat, 100 Rusiya rublunun məzənnəsi 0,3 % azalaraq 2,2641 manat təşkil edib.
| Valyuta | Məzənnə |
| 1 ABŞ dolları | 1,7000 |
| 1 Avro | 1,9850 |
| 100 Rusiya rublu | 2,2641 |

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.05.2026)
| Son qiymət
| Əvvəlki günün qapanışı ilə fərq | İlin əvvəli ilə fərq
| |
| Əmtəə | |||
| Neft Brent (dollar/barel) | 113,20 | 5,03 | 52,35 |
| Neft WTI (dollar/barel) | 104,31 | 2,37 | 46,89 |
| Qızıl (dollar/unsiya) | 4 539,30 | - 105,20 | 198,20 |
| İndekslər | |||
| Dow-Jones | 48 941,90 | - 557,37 | 878,61 |
| S&P 500 | 7 200,75 | - 29,37 | 355,25 |
| Nasdaq | 25 067,80 | - 46,64 | 1 825,81 |
| Nikkei | 59 513,12 | 0,00 | 9 173,64 |
| Dax | 23 991,27 | - 301,11 | - 499,14 |
| FTSE 100 | 10 363,93 | 0,00 | 432,55 |
| CAC 40 INDEX | 7 976,12 | - 138,72 | - 173,38 |
| Shanghai Composite | 4 112,80 | 0,64 | 143,96 |
| Bist 100 | 14 369,61 | - 72,95 | 3 108,09 |
| RTS | 1 094,42 | - 25,07 | - 19,71 |
| Valyuta | |||
| USD/EUR | 1,1686 | - 0,0035 | - 0,0059 |
| USD/GBP | 1,3524 | - 0,0059 | 0,0051 |
| JPY/USD | 157,2500 | 0,2400 | 0,8000 |
| RUB/USD | 75,0838 | 0,0837 | - 3,6662 |
| TRY/USD | 45,2175 | 0,0363 | 2,2613 |
| CNY/USD | 6,8289 | 0,0000 | - 0,1601 |

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seç

Valyuta əməliyyatları bu qaydada aparılacaq - Dəyişiklik

Valyuta əməliyyatları bu qaydada aparılacaq – Dəyişiklik
Avstraliya Asiya-Sakit okean regionunda iqtisadi perspektivlərin pisləşdiyini bildirib
Asiya İnkişaf Bankının (ADB) əsas prioriteti mövcud iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün operativ, əlçatan və adaptiv yardımın göstərilməsi olmalıdır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla bankın Avstraliyadan olan idarəedicisinin müavini vəzifəsini müvəqqəti icra edən Penni Morton ADB Rəhbərlər Şurasının 59-cu illik iclasında rəhbərlərin işgüzar sessiyası zamanı çıxış edib.
O vurğulayıb ki, Asiya-Sakit okean regionunun iqtisadi perspektivləri pisləşməyə davam edir və Yaxın Şərqdəki hadisələrin inkişafı yaxın gələcəkdə potensial olaraq əhəmiyyətli çağırışlar yaradacaq.
"Region dövlətlərinin iqtisadiyyatları enerji daşıyıcılarının qiymətlərinin artmasına, yanacaq və gübrələrin fiziki tədarük zəncirlərindəki pozuntulara, büdcə təzyiqlərinə, həmçinin pul köçürmələrinin həcminin və turist axınının azalmasına qarşı son dərəcə həssasdır. Bu, ADB-nin geniş miqyasda və öz müştərilərinin real ehtiyaclarına uyğun olaraq layiqli cavab verməli olduğu bir çağırışdır. Üzv ölkələrin sorğularına daha səmərəli reaksiya vermək məqsədilə bankın davam edən transformasiyası Yaxın Şərq münaqişəsinin tərəfdaş dövlətlərə təsirinin yaratdığı problemlərin həllində ADB-nin liderlik mövqeyi və operativ fəaliyyəti təsdiqlənib", - P. Morton bildirib.
Onun fikrincə, belə bir yardım ölkələrə riskləri idarə etməkdə, makroiqtisadi dayanıqlığı təmin etməkdə və xüsusilə Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan kiçik ada dövlətlərində (SIDS) əhalinin ən həssas təbəqələrini qorumağa dəstək olmaq üçün çox əhəmiyyətlidir.
"Sakit okean regionu Avstraliya üçün prioritet istiqamətdir. Sakit okeanın inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də qeyri-sabitlik yaşayan və münaqişə vəziyyətlərindən təsirlənən üzv ölkələr iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və xarici şoklara kəskin dərəcədə məruz qalırlar, bu da məqsədyönlü və fərqləndirilmiş yardım tələb edir. Avstraliya ADB-nin Asiya-Sakit okean regionunda iştirakının genişlənməsini, o cümlədən adaptasiya olunmuş maliyyə alətlərini, siyasətin formalaşdırılmasına yardımı və yerli səviyyədə mövcudluğunun gücləndirilməsini alqışlayır. Mövcud iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün operativ, sadələşdirilmiş və çevik dəstəyin təmin edilməsi prioritet vəzifə olmalıdır", - o əlavə edib.
P. Morton hesab edir ki, ADB inkişaf maliyyələşdirilməsinin iqlim məqsədlərinə və regional prioritetlərə uyğunlaşdırılmasında mühüm liderlik funksiyasını yerinə yetirir: "Yaxın Şərqdəki böhran, ilk növbədə Asiya-Sakit okean regionunda enerji dayanıqlığının gücləndirilməsi üzrə uzunmüddətli işlərin sürətləndirilməsi və enerji sahəsində regional qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi zərurətini yalnız artırır".

Tacikistan iqtisadi artımın əsas istiqamətlərini açıqlayıb
Tacikistan Respublikasının 2030-cu ilə qədər Milli İnkişaf Strategiyası investisiya resurslarının cəlb edilməsinə, sənaye artımının stimullaşdırılmasına, ixrac və idxalın əvəzlənməsi məqsədilə mal və xidmət istehsalının artırılmasına, eləcə də dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi özəl kapital qoyuluşlarının əhəmiyyətinin artırılmasına yönəldilib.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Tacikistandan olan idarəedicisi Hokim Holikzoda ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasında baş tutmuş rəhbərlər işgüzar sessiyası çərçivəsində bildirib.
"Məmnuniyyətlə qeyd edirik ki, ADB-nin Tacikistanla 2026-2030-cu illər üçün yeni Ölkə Tərəfdaşlığı Strategiyası Roqun su elektrik stansiyası layihəsinə xüsusi diqqət yetirməklə dayanıqlı inkişaf sahəsində milli prioritetlərimizi nəzərə alır. Bu strategiya infrastrukturun modernləşdirilməsinə və iqtisadi idarəetmənin təkmilləşdirilməsinə, keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə yönəlib, habelə energetika sahəsi, su təchizatı, nəqliyyat sistemi və logistika, özəl sektorun inkişafı, turizm sənayesi, iqlim dəyişikliklərinə adaptasiya, rəqəmsal transformasiya və gender bərabərliyinin təmin edilməsi kimi əsas istiqamətləri əhatə edir, bu da bizim milli inkişaf məqsədlərimizlə tam uyğundur", - H. Holikzoda vurğulayıb.

-
report.az
- Niderland üzv ölkələrin inkişafında ADB-nin rolunu gücləndirmək üçün dörd əsas prioritet açıqlayıb
Niderland üzv ölkələrin inkişafında ADB-nin rolunu gücləndirmək üçün dörd əsas prioritet açıqlayıb
Asiya İnkişaf Bankı (ADB) korporativ idarəetmənin keyfiyyətini, nəzarət funksiyalarını və mövcud resursların bölüşdürülməsinin səmərəliliyini gücləndirməklə yanaşı, iqlim siyasəti sahəsində yüksək ambisiya səviyyəsini qoruyub saxlamalıdır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu bankın Niderlanddan olan idarəedicisinin müvəqqəti müavini vəzifəsini icra edən Jerom Laroş ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasında rəhbərlərin işgüzar sessiyası zamanı bildirib.
J.Laroş qeyd edib ki, Niderland banka üzv dövlətlərin inkişafına dəstək verməkdə bankın mövqelərinin gücləndirilməsi üçün dörd strateji prioritet müəyyən edir. İlk növbədə, səmərəli və dayanıqlı idarəetmə ehtiyacına diqqət yetirilir: qərarların qəbul edilməsinin açıq və inklüziv mexanizmləri, şəffaflığın təmin edilməsi və səhmdarlarla vaxtında məsləhətləşmələrin aparılması etimadın əsasını formalaşdırır və banka üzv ölkələrin sorğularına operativ reaksiya verməyə imkan yaradır.
İkinci mühüm istiqamət kimi o, nəzarət funksiyalarının gücləndirilməsini qeyd edib, bu da ADB-nin fəaliyyətinin özəl sektordakı əməliyyatlarının genişlənməsi şəraitində xüsusilə aktualdır. Bu, düzgünlüyün təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizə sahəsi də daxil olmaqla, etibarlı proqnozlaşdırma və risklərin idarə edilməsi sistemlərinin yaradılmasını nəzərdə tutur.
J. Laroş vurğulayıb ki, üçüncü prioritet istiqamət iqlim gündəliyidir. ADB iqlim hədəflərinə nail olmada yüksək ambisiya səviyyəsini dəstəkləməli və tətbiq olunan standartların, o cümlədən ESG prinsiplərinin və təsirli hesabatlılıq alətlərinin ciddiliyinə zəmanət verərək, Paris Sazişinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
Sonda o, bankın uzunmüddətli maliyyə dayanıqlığının əsas şərti kimi ölkələrin yardım alanlar kateqoriyasından tədricən çıxarılması prosesini xüsusi qeyd edib. J. Laroşun sözlərinə görə, fərqləndirilmiş və mərhələli yanaşma keçid dövründə dövlətlərə dəstək verməyə imkan verəcək, eyni zamanda ADB-yə resurslarını onlara ən çox ehtiyac duyulan istiqamətlərdə cəmləşdirməyə şərait yaradacaq. Bu kontekstdə digər çoxtərəfli inkişaf institutları ilə koordinasiya və qarşılıqlı fəaliyyətin uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

-
report.az
- Gürcüstan enerji və infrastruktur sahələrində ADB ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Gürcüstan enerji və infrastruktur sahələrində ADB ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Asiya İnkişaf Bankının (ADB) Gürcüstandakı layihə portfelinin həcmi həm dövlət, həm də özəl sektorları əhatə etməklə təqribən 6 milyard ABŞ dollarına çatır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə bankın Gürcüstandan olan idarəedicisi Laşa Xutsişvili ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında bildirib.
"Tərəfdaşlığımızın 20 illik yubileyi ərəfəsində Gürcüstanın əsas prioritet istiqamətləri üzrə bu əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik: dəmir yolu və avtomobil şəbəkələrinin genişləndirilməsi vasitəsilə bağlantıların möhkəmləndirilməsi, "yaşıl" və bərpa olunan enerjinin inkişafı, enerji müstəqilliyi üçün enerji saxlama sistemlərinin (batareyaların) yaradılması, reallaşdırılması nəzərdə tutulam Qara dəniz sualtı kabel layihəsi də daxil olmaqla şəbəkə infrastrukturunun yaxşılaşdırılması, rəqəmsal infrastrukturun inkişafı, su təchizatı və bələdiyyə xidmətlərinin modernləşdirilməsi, eləcə də korporativ idarəetmənin islahatı", - L. Xutsişvili deyib.

Banqladeş ADB-yə Cənubi Asiyada iqlim tərəfdaşlığına rəhbərlik etməyi təklif edib
Banqladeş Asiya İnkişaf Bankına (ADB) "Banqladeşin İnkişafı üzrə İqlim Tərəfdaşlığı"na rəhbərlik etmək təklifi ilə müraciət edib.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, müvafiq bəyanatla ADB-nin Banqladeşdən olan idarəedicisi Əmir Xosru Mahmud Çoudhuri ADB Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
"Banqladeş ADB-yə müraciət edərək Cənubi Asiya ərazisində milli səviyyədə idarə olunan ilk iqlim platformasında liderlik rolunu öz üzərinə götürməyi xahiş edir. Onun məqsədləri bərpa olunan enerji mənbələrinin inkişafına dəstək olmaq, ekosistemləri, çayları və kanalları bərpa etməkdir. Banqladeş islahatlar vasitəsilə inkişaf kursuna dəyişməz olaraq sadiqdir", - Ə. Xosru Mahmud Çoudhuri deyib.
O, ölkənin əsas prioritetləri sırasında enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsini, maliyyə dayanıqlığının möhkəmləndirilməsini və vergi sistemində islahatların aparılmasını, rəqəmsal transformasiyanı, peşəkar kompetensiyaların inkişafını və yeni iş yerlərinin yaradılmasını, ixrac bazasının genişləndirilməsini və balanslaşdırılmış regional inkişafın təmin olunmasını qeyd edib.
İdarəedicinin sözlərinə görə, Banqladeş həmçinin ADB-ni ilk növbədə infrastruktur layihələrinin həyata keçirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı üçün özəl kapitalın və qarışıq maliyyələşdirmə alətlərinin cəlb edilməsi üzrə işləri gücləndirməyə çağırır.

İsveçrə ADB-ni özəl sektor üçün yeni bazarların açılmasına dəstək olmağa çağırıb
Asiya İnkişaf Bankı (ADB) tədarük zəncirlərinin şaxələndirilməsi prosesində mərkəzi yer tutmağa, həmçinin özəl və maliyyə sektorlarının yeni bazarlara çıxmasına dəstək olmağa qadirdir.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla İsveçrəni təmsil edən bankın idarəedicisi Pyetro Latseri ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
"Bu, infrastruktur, innovasiyalar, həyat elmləri, texnologiyalar və bərpa olunan enerji mənbələri kimi strateji əhəmiyyətli istiqamətlərdə innovativ, dayanıqlı yanaşmaları və yüksək keyfiyyətli tərəfdaşlığı ilə fərqlənən İsveçrənin özəl və maliyyə sektoru ilə səmərəli əməkdaşlıq üçün perspektivlər açır. Biz ümid edirik ki, ADB qüvvədə olan beynəlxalq öhdəliklərə, ilk növbədə Paris Sazişinə əməl etməyə davam edəcək və iqlim dəyişikliklərinə uyğunlaşma, eləcə də enerji keçidinin həyata keçirilməsində ölkələrə əvvəlki kimi dəstək göstərəcək", - P. Latseri deyib.

ADB Rəhbərlər Şurasının növbəti illik toplantısının tarixi açıqlanıb
Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının növbəti, 60-cı illik toplantısı Yaponiyada keçiriləcək.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə ADB İdarəedicilər Şurasının 59-cu illik toplantısı çərçivəsində rəhbərlərin işgüzar sessiyasında elan olunub.
İllik toplantı 2027-ci il mayın 2-dən 5-dək Naqoya şəhərində keçiriləcək.
