Normal view

Dünən — 14 Avqust 2026

Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

Oktyabrın 28-dən noyabrın 8-dək Bakı yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək: Azərbaycanın paytaxtı Bakı Beynəlxalq İncəsənət Festivalına (BIAF) ev sahibliyi edəcək. 2025-ci ildən bəri keçirilən genişmiqyaslı, multidisiplinar festival müasir dünya səhnəsinin əsas simalarını, o cümlədən rəssamları, xoreoqrafları, rəqqasları, musiqiçiləri, tanınmış ifaçıları və rejissorları bir araya gətirəcək. Festivalın teatr proqramı Lev Dodinin Anton Çexovun eyniadlı pyesi əsasında hazırladığı və böyük rəğbət qazanan “Qağayı” tamaşasının nümayişi ilə açılacaq. Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Malıy” Dram Teatrının – Avropa Teatrının bu yaxınlarda baş tutmuş, […]

Source

Namiq Ağayev:" Azərbaycanda kino çəkmək nisyə prosesdir" – <span style="color: #ff0000;">MÜSAHİBƏ</span>

– Mən həmişə buralardayam. Kinostudiyada. Nə vaxt istəsən, gəl, zəng vur, – onunla belə razılaşmışdıq. Birinci dəfədir ki, müsahibə üçün, az qala, gün və saat təyin etmədən yola çıxırıq.
 
İstidir. Günorta saatları. Fotoqrafımızla həmin istini, sözün bütün neqativ mənalarında, hiss edə-edə kinostudiya tərəfə qalxırıq. Telefonumu çıxarıb müsahibimə zəng vururam. Elə bu dəm, nəhayət, yol məşəqqətimiz bitir və özümüzü kinostudiyanın giriş qapısının düz yanındakı kafenin kölgəliyinə veririk.
 
– Mən sizi görürəm, keçin içəri, yaxşı çayımız var... – telefonun o biri ucundan səs eşidilir. Uzaqdan, lap uzaqdan isə bir nəfərin bizə əl yellədiyini görürəm.
 
Moderator.az rejissor, aktyor Namiq Ağayevin "Report"a müsahibəsini təqdim edir.
 
– 64 yaşınız var. Düzü, bu yaşı sizə vermək olmur, – müsahibimlə görüşüb yerimizi rahatlayırıq.
 
– Optimist adamam, hər şeyə optimist yanaşıram, ola bilsin, ona görədir.
 
– Hazırda hansı layihə üzərində işləyirsiniz?
 
– "Kinostudiya sakinləri". Bu, uzun illərdən sonra "Azərbaycanfilm"in ilk layihəsidir. İndi onun montaj mərhələsidir. Bədii-sənədli formada olan bir filmdir.
 
– Mövzusu barədə bir az geniş danışsaq...
 
– Danışaq da. Bilirsən, biz 40 ildən çoxdur, demək olar, burada yaşayırıq, – əllərini yana açıb kinostudiyanın ərazisini göstərir, – elə bil buranın sakinləriyik. Bu adamların hər birinin kinostudiyada öz otağı, məkanı, yeri-yurdu, bir sözlə, öz hekayəsi və tarixi var. Aktyor dostum Mahir Dərvişin həmişə əlində çəkic olardı, dekorator idi axı... Uzun illər "Azərbaycanfilm"də ölü dövr oldu, film çəkilişləri, demək olar ki, dayandı. Mahirdə də, bir növ, bu situasiya ilə bağlı ideya yarandı. Həmin çəkici götürür, düşür kinostudiyanın canına ki, bəs mən film çəkirəm. Hamı soruşur, nə haqqında: deyir, özümüz haqqında. Hamı da bu səsə səs verir, təmənnasız razılaşır. İş böyüyür, böyüyür, nəticə reallaşır.
 
– Çəkilişlər nə qədər vaxt aldı?
 
– Haradasa bir il. Keçən ilin yay aylarında başlamışdıq. Filmin post-prodakşn mərhələsinə Kino Agentliyi dəstək göstərir. Bilirsən, kinostudiya payız-qış aylarında çox soyuq olur, Mahirlə ikimiz elə eyni vaxtda xəstəxanaya düşdük, bir müddət orada yatdıq. Qəribədir, eyni vaxtda xəstəxanaya düşdük, elə eyni vaxtda da çıxdıq. İndi filmlə bağlı bircə son çəkiliş səhnəsi qalıb: Mahir bütün kino adamlarını toplayır, orada yaxşı bir çıxış edir...
 
– Premyeranı nə vaxta düşünürsünüz?
 
– Əslində, kino günü üçün nəzərdə tutmuşduq, amma alınmadı.
 
– Niyə?
 
– Kino Agentliyinin "deadline"ı ilə istehsalatın "deadline" məsələsi düz gəlmir. Tutaq ki, sən çəkilişə yayda başlayırsan, maliyyə isə qışda ayrılır, qışda başlayırsan, yayda ayrılır. Bu da çox ciddi axsamaya səbəb olur. Deyək ki, mən rejissoram, film xətrinə lap belə ac qala bilərəm, amma, məsələn, çəkiliş zamanı hansısa bir material lazımdırsa, onu necə alaq, necə əldə edək? Axı bunun üçün maliyyə mütləqdir.
 
– Bəs sistemdə bu boşluq niyə var?
 
– Mən rejissor olaraq bu şərtlər altında Azərbaycan kinosu üçün lazım olandan daha çox enerji xərcləyirəm, istəyim odur ki, kino sistemindəki hamı belə olsun, yəni hamı lazım olandan daha çox enerji xərcləməlidir. Vəssalam.
 
– Yəni dolayı yolla buna bir az da fərdi təşəbbüs demək olar.
 
– Bəli, məsələ də elə budur. Fərdi təşəbbüs göstərilməlidir. Bizdə, ümumiyyətlə, fərdi təşəbbüs göstərməmək sindromu var. Heç kəs lazım olandan artıq təşəbbüs göstərmək istəmir.
 
– Bu yaxınlarda feysbukda qonorarla bağlı gileyli bir statusunuzu da görmüşdüm.
 
– O başqa məsələ idi. Filmlərdən birində günlük rol oynamışdım, üç ay keçdi, qonorarım ödənilmədi. Məlum oldu ki, ödəmə film təhvil veriləndən sonra olmalıdır. Bu da o nəticəyə gəlir ki, Kino Agentliyinin film çəkməyi nisyə film çəkmək kimi bir şeydir. Yəni proses belə olmalı deyil, əslində.
 
Tutaq ki, biz post-prodakşn mərhələsi üçün dəstək udmuşuq. Amma bu maliyyənin üç-dörd ay sonra köçmə ehtimalı var. Axı bu zaman aralığı tempi azaldır.
 
– Mən belə başa düşürəm ki, Kino Agentliyinin bu sisteminin mənası odur ki, onlar istəyir, proses başlasın, başladığını görsünlər, sonra maliyyə köçürülsün.
 
– Bilmirəm, istənilən halda, bu, qeyri-operativlik yaradır və prosesi axsadır. "Kinostudiya sakinləri" filmi üçün "Azərbaycanfilm" kinostudiyasının bayrağı lazımdır. Onun da xərci haradasa 300 manat edir. Yaxşı bəs necə olsun? 300 manatı mən öz cibimdən verə bilmirəm axı. Lap mən bir yana, heç kəs bunu eləmir. Eləməməlidir. Biz də məcbur oturub gözləyirik ki, pul nə vaxt köçəcək. Mahir Dərviş ayağından əməliyyat olunmalıdır, sırf bu çəkiliş üçün əməliyyatı təxirə salmışıq. Yəni istehsalçının, yaradıcı heyətin fərd olaraq vəziyyəti nəzərə alınmır. Bizdə bu şey heç vaxt olmayıb. Ən adi misal, rejissor futbolçu kimi formada qalmalıdır, davamlı işləməlidir. Hüseyn Seyidzadəyə "Dəli Kür" kimi şedevrdən düz 9 il sonra başqa film verdilər. Yəni kiminsə fərd olaraq psixoloji durumu, motivasiyası düşünülməyib. Bayaq dedim, "Azərbaycanfilm"in bayrağını mən düz 3 aydır, gözləyirəm. Motivasiyadan düşürəm axı. İstəməsəm belə, düşürəm. Mən başqa bir layihə üzərində işləyirəm, nəticə etibarilə yayın bu istisində qalmışam aralıqda. Ora qaç, bura qaç, hazır bu biri layihəni başa vursam, arxayın digəri ilə məşğul olardım. Bütün bunları şikayət kimi demirəm, sadəcə, aşağı-yuxarı hamımız dostuq, tanışıq, istəyirəm ki, sistemin formatına bir baxılsın. Başqa tərəfdən, bu qədər şeyi deyirəm, deyirəm, axırda da düşünürəm, məsələn, "Yeddi oğul istərəm" kimi film çəkməmişəm ki, nəsə məsləhət verəm, durub mənə qulaq assınlar, nəzərə alsınlar.
 
– Ümumiyyətlə, deyirsiniz, neçə illərdir, kinostudiyadasınız, üstəlik, bu barədə film də çəkirsiniz. Son vaxtlar həm kinostudiyada, həm ümumi kino mühitində canlanma var elə bil.
 
– Təbii, müəyyən canlanma mövcuddur. Mən bu evin içindəyəm, lazımından artıq əziyyət çəkəcəyəm, bəli, istirahətimə az vaxt ayıracağam, axırı ortaya bir şey çıxaracağıq. Prosesə baxıram, az da olsa, mənim kimi fərdi məsuliyyət hiss edənlər var.
 
– Namiq bəy, bu yaxınlarda Azərbaycan Dövlət Televiziyası tərəfindən süni intellekt texnologiyası ilə Ağqoyunlu hökmdarı Uzun Həsən haqqında film çəkildi və nümayiş olundu. Necə düşünürsünüz, süni intellektlə film çəkmək ehtiyacdırmı?
 
– Bir vaxtlar deyirdilər, kino teatrı öldürəcək, məhv edəcək, nəticə nə oldu? Heç nə. Burada da eyni, süni intellektin öz yolu, xətti, kinonun öz yolu, xətti var. Mən burada hər hansısa böyük bir təhlükə görmürəm.
 
Uzağa getməyək, mən uzun illər Türkiyədə teatr fəaliyyəti göstərmişəm. Deməli, müziklların biri ilə məşğul olarkən xoreoqrafik həll üçün professional bir xanım dəvət eləmişdim. Baxdım ki, tamaşanı o qədər qəlibə otuzdurub ki, elə bil süni intellektlə hazırlanıb. Ürəyim sıxıldı, dedim, yox, burada qeyri-ritmiklik olmalıdır, hər şey bu qədər dəqiq, konkret qəlibdə ola bilməz. Yorucudur. Dedim, ay xanım, axı tamaşaçının ürəyi sıxılacaq bu qəlibdən. Mənə dedi ki, tamaşaçıdan mənə nə? Hə, bax elə məhz həmin nöqtədə bir qırılma hiss elədim, tamaşaçı üçün "mənə nə" demək nədir? Sən tamaşaçı üçün ölməlisən e, sən tamaşaçı üçün yıxılıb yerə gəbərməlisən. O sözdən sonra onun gördüyü iş lap gözümdən düşdü, nəticədə tamaşanı dağıtdım, demək olar, təzədən yığdım. İndi deyirsən, süni intellekt gəlir-filan, bax dediyim məqamlarda o özünü büruzə verir, həddindən artıq qəliblilik tamaşaçını yorur, o mənada, canlı düşüncənin yerini heç nə verə bilməz. Heç vaxt. Bəli, süni intellekt qrafik baxımdan çox böyük kömək edəcək, amma digər məsələlərdə onsuz da rejissorun işi aydındır: ssenarini təqib eləmək, aktyorla işləmək.
 
– Türkiyədəki fəaliyyətinizə toxundunuz, orada bir xeyli həm teatr, həm kino sektorunda çalışmısınız. İki sualım var: birincisi, niyə qayıtdınız Azərbaycana? İkincisi isə Türkiyə kino bazarı artıq çox böyük inkişaf yolu keçib, niyə onlardan lazımi səviyyədə nələrsə öyrənə bilmirik?
 
– Başlayaq birincidən, mən təbiətsevərəm. Trabzon, İstanbul, Antalya... Məsələn, əgər 300 il yaşamaq istəyirsənsə, get Antalyada yaşa. Yəni orada adama elə gəlir ki, vaxt donur, zaman hərəkət eləmir, mən gördüm ki, bir az da çox qalsam, əbədiyyətə qovuşacağam. O dərəcədə qəribə bir enerji var, vaxtın dayandığını hiss elədim, ürəyim sıxıldı. Başa düşdüm ki, davam edə bilməyəcəyəm, ona görə də qayıtdım.
 
İkinci sualına gəlincə, reklam. Reklam da elədir ki, əlavə izaha ehtiyacı yoxdur. Proses o qədər sürətlidir ki, orada aktyor-aktrisanın üzərində işləmək üçün zaman belə yoxdur. Mən Türkiyədə aktyor sənətindən seminar verəndə onlara deyirdim, çox hazırlaşmayın, bu adamı qəlibə salır. Məşhur rus və sovet rejissoru Konstantin Stanislavski güzgünün qarşısında işləməyi aktyora qadağan edirdi, çünki belə olan halda, aktyorun siması qəlibə düşür.
 
Türklərdə kino-serial prosesi artıq aktyor-aktrisaları, rejissorları, ümumən yaradıcı heyəti çox yorur. Lap çox yorur. Yəni bu adamların həyatı bu prosesin içində əriyib gedir, səhər saat 9-da servis götürüb aparır çəkiliş meydançasına, oradan çıxıb parti edirlər, İstanbul həyatı... Ondan sonra isə lap seçmə dostlarla ev partisi... Səhər də yenidən eyni. Standart bir ömür.
 
– Deyirsiniz, ömürləri kinoda keçir. Guya Azərbaycanda necədir ki? Bizdə də belədir də, sadəcə, onlar bunun müqabilində yaxşı qazanc əldə edirlər.
 
– Hə, sən baltanı lap dibdən vurursan... Haqlısan, bizdə isə eləcə ömürdən-gündən gedir, vəssalam. Ən böyük fərq budur. Amma mənim bu işdən əl çəkmək fikrim yoxdur, nə olur, olsun, motivasiyadan düşmürəm. Sadəcə, düşünürəm ki, artıq bizdə də mövzular strateji əhəmiyyətə malik olmalıdır.
 
– Mövzu demişkən, bu söhbət son illərin ən çox müzakirə edilən mövzusudur. Namiq bəy, bizim Qarabağ zəfəri barədə filmimiz varmı? İnsan hekayəsi baxımından deyirəm, məsələn, Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" filmində nəzərdə tutduğum insan hekayəsi yoxdur, əslində. Hanı bəs bizim insan hekayələrimiz?
 
Namiq bəy siqaretindən son qullabı alıb söndürür, ardınca çaydan bir-iki qurtum alır. Yalnız ondan sonra hələ də cavab gözlədiyimin fərqinə varır və əllərini yana açır.
 
– Cavab yoxdur... Bu sualın cavabı yoxdur. Bilirsən, insan hekayəsi deyirsən ha, bax mən bununla razıyam, günü bu gün də bu mövzuda hərbçilərimizin çıxışlarına baxıram, dinləyirəm... Nə hekayələr var onların çıxışlarında... Bir-birindən tamamilə fərqli, ayrı xətt. Məmnuniyyətlə çəkərəm. Özü də kifayət qədər ssenarilər var, sadəcə, ikimərhələli komissiyadan keçmir, keçə bilmirlər, çünki proses çox çətindir. Məsələn, rejissor dostumuz Zamin Məmmədovun çox yaxşı bir ssenarisini oxumuşam: bir əsgərin başqa bir yaralı əsgəri döyüş meydanından çıxarması. Amma müsabiqə... Mən özüm keçən il narkomaniya ilə mübarizə mövzusunda ssenari verdim, inan heç pitçinqə belə çağırılmadım.
 
Başqa tərəfdən isə deyirik, insan hekayələri çəkilməlidir, vacibdir, razıyam, amma müharibənin özü də lazımdır axı. Cəbhə, cəbhənin içi, səngər, Şuşanın alınması, o əlbəyaxa döyüş, nə bilim, nələr, nələr. Bunları göstərmək lazımdır, əsgərləri dinlədikcə görürsən ki, təkrar olmayan necə mövzular var, səngər haqqında, düşmənlə münasibət haqqında. Yenə də deyirəm, hamısını məmnuniyyətlə çəkərəm.
 
– Namiq bəy, aktyorla işləməyə toxunduq bayaq. "Ol" filmini xatırlayıram, o filmin ab-havası çox qəribədir, hallüsinasiya-filan...
 
– O filmdə onsuz da iştirakçı az idi, elə biri özüm, biri həyat yoldaşım, biri dostum Fikrət Məmmədov. Çox iç-içə idik çəkiliş prosesində, ailə kimi. Kirayələdiyimiz yeri də elə ev kimi kirayələmişdik. Məsələn, təbrizli rəssam dəvət eləmişdik, o da elə o evdə qalırdı. Yəni hər şey orada idi, bütün proses bir məkanda. Mən bilirsən, teatr məktəbi keçmişəm, bunun aktyorla işləməyə çox böyük faydası var, ən əsası isə empatiya hissi. Mənə psixoloqlar demişdi ki, sənin xəbərin var, sən empatsan? Mən aktyorla iş prosesində özümdən çıxıram, oluram aktyorun yerində. Özümü onun kimi hiss edirəm, onun kimi düşünürəm. Digər məqam isə 17 yaşından döyüş sənəti ilə məşğul olmuşam, onda da istər-istəməz özünü rəqibin yerinə qoymalısan. Onu hiss eləmək, hərəkətlərini analiz eləmək baxımından bu çox vacibdir. Bir növ, vərdişdir məndə. Bütün bunlar birləşir və nəticədə aktyorla işləmək mənim üçün rahat olur.
 
Məsələn, bu şeylər bəzən sosial münasibətlərdə mənə mane olur. Ofisiant işləyən bir dostum deyir ki, məni heç itirib axtarmırsan. Mən bilirsən, onu niyə axtarmıram? Çünki düşünürəm, zəng edərəm, əlində sini olar, onu salar yerə. Başa düşürsən məni?
 
– Başa düşürəm. Yaxşı, bəs elə aktyor varmı ki, onunla işləmək sizin üçün çətin olsun?
 
– Çox nadir də olsa, var. Birincisi onu deyim ki, aktyor rejissoru hiss eləməməlidir. Stanislavski deyir ki, rejissor aktyorda əriməlidir. Mənim üçün də ən böyük nailiyyət odur ki, aktyor çəkilişin sonunda qayıdıb desin ki, sən guya mənimlə nə elədin ki? Aha! Deməli, alınıb, o mənə elə deyirsə, bu mənim üçün böyük nailiyyətdir, deməli, mən onda ərimişəm!
 
– Namiq bəy, dram rejissorluğundan Kukla Teatrına getməyiniz necə oldu?
 
– Birinci kursdan "Azdrama"da rejissor köməkçisi işləyirdim, diplom tamaşam "Səməndər quşu" ilin ən yaxşı tamaşası seçildi. Birdən-birə Vaqif Əlixanlı (Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq. 2024-cü ildə vəfat edib, – N.P) mənə dedi ki, Kukla Teatrı sənin üçün çox yaxşı olar. Əvvəl bunu özümə sığışdırmadım, elə bildim, təhqir olunuram. Dərk eləmirdim, sən demə, kukla teatr aləmində ən ali janr imiş. Xoşbəxtəm ki, orada 6 il baş rejissor kimi ürəyim istəyən formada işlədim. Bir sözlə, kukla oldu mənim həyatımın mərkəzi, bu gün də sevirəm, davam edirəm.
 
– Harada?
 
– Harada aktyorla işləsəm, özümdən asılı olmadan, ona kukla ünsürləri kimi yanaşıram. Kukla üçüncü fazadır, ora girdinsə, çıxış yoxdur.
 
– Bəs "Ol" teatrı yaratmışdınız, axırı necə oldu?
 
– Pandemiya və maddiyyat imkan vermədi, amma gənclər onu yenidən qurublar. Bilirsən, hər şeyin maddi-texniki bazası olmalıdır. Başqa tərəfdən isə, istər kino, istər teatrı yaşadan həm də festivallardır. Niyə? Çünki festival bazardır, bizdə festivallara yanaşma düzgün deyil. Festival elə gedib çıxış edib qayıtmaq demək deyil, sən uğurlu çıxış edirsənsə, səninlə müqavilə bağlanılır. Yəni proses belədir. Özü də bizdə festivalla bağlı bir tendensiya yaranıb, hamı festivala travma aparır. Dünya bu prosesi çoxdan keçib, üstündən də su içib, biz amma travma ilə festival fəth eləmək istəyirik. Bəli, müəyyən təbəqənin rəğbətini qazanmaq olar, amma bu kassa gətirmir, üstəlik, səni əmin edirəm, o festivaldakılar da bezib artıq. Travmadan beziblər. Bilirsən, bu artıq reseptdir: yaxşı əsər kütləvi olar. Homerdən tutmuş, Nizamiyə qədər, Gilqamışdan tutmuş Cek Londona qədər niyə uğurludur? Çünki kütləvidir. Kino dili ilə desək, kassa gətirən. Travma sənə necə kassa gətirə bilər axı? Dediyim kimi, festivaldakılar da bezib artıq. Ona görə bu yaxınlarda küçə həyatı yaşayan qız haqqında film yığıb apardı bütün mükafatları.
 
– "Anora".
 
– Hə, çünki beziblər, vallah. Mən İstanbulda soruşdum ki, kassa baxımından orta film hansıdır? Dedilər, "Leon". Qızıl ortadır bu film. Çünki həmişə mütəxəssislər deyir ki, ustad filmi həm kassa, həm də mükafat gətirməlidir. Ona görə Nuri Bilgə Ceylan kütləvi deyil.
 
– Nə əcəb serialda yoxlamırsınız özünüzü?
 
– O vaxt "Qızlar" adlı birini çəkmişdik, maliyyəsi çox məhdud idi, ona görə də nəticəsi yaxşı olmadı. Amma indi yorularam, mənə elə gəlir, bu yaşdan sonra ehtiyac yoxdur.
 
– "Axınla aşağı" filmində aktyor kimi çıxış eləmisiniz. Film uğurludur, amma rejissor Asif Rüstəmov nəsə belə düşünmür.
 
– Hə, çünki Asif sualtı çəkilişləri daha çox eləmək istəyirdi, olmadı. Ona görə bir az soyuq yanaşdı, ruhdan düşdü.
 
– Bəs aktyor kimi oynayanda rejissor tərəfiniz tutmur? Filmin rejissoru ilə toqquşma olmur?
 
– Yox, aktyor olanda rejissor tərəfimi öldürürəm, çünki belə eləməsəm, çəkilişə mane olar. Asif hətta mənim mimikalarıma qədər müdaxilə edirdi, özü istədiyi kimi görmək istəyirdi.
 
– Bəs əksi olanda necə? "Ol"da həm rejissorusunuz, həm aktyor.
 
– Bu lap rahat. Rejissor kimi kənardan özümü çox rahat görürəm, özüm özümə müdaxilə edə bilirəm.
 
– Bir dəfə komediya filmi çəkmisiniz – "İnterpapa".
 
– Hə, o da sifariş idi, ondan sonra çəkmədim. O film özü də əməlli başlı pul qazandı. Bilirsən, o filmi bir az da acığa düşüb çəkmişəm. Çünki mənə deyirdilər ki, ancaq fəlsəfə-fəlsəfə... Mən də o filmi çəkdim ki, buyurun, böyük məmnuniyyətlə komediya da çəkərəm. Çəkə bilərəm!
 
– İndi çəkərsiniz?
 
– Əlbəttə! Yumor fərqli və ləzzətli daddır. Əridə bilsən, faciənin də içində yumor detalını elə verərsən, ləzzət!
 
Beləcə bir də onda ayılıram ki, Namiq bəylə düz iki saatdan çoxdur ki, kinodan danışırıq. Əlbəttə, mən saata baxmasam, bu söhbət uzanar, uzanar və biz heç birimiz bundan narahat olmazdıq. Amma qonağın qonaq yeri var. Namiq bəy bizi, sözün əsl mənasında, kinostudiya sakini kimi qarşıladı, həmsöhbət oldu və yaddaşımızda unudulmaz bir ev sahibi kimi qaldı. Bundan artıq nə olsun?..

Azərbaycan Teatr Xadimləri İttifaqının binası təmirə bağlanıb - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Teatr Xadimləri İttifaqının binasında əsaslı təmir işləri aparılır.
 
Moderator.az bildirir ki. bu barədə "Report"un sorğusuna cavab olaraq ittifaqın sədri, Xalq artisti Hacı İsmayılov məlumat verib.
 
Onun sözlərinə görə, 10 gündən çoxdur ki, binanın əsasən birinci mərtəbəsində və dəhlizində təmir işləri aparılır:
 
"Təmir işlərinin yekunlaşma tarixi barədə hələlik dəqiq nəsə demək çətindir. Amma çalışacağıq ki, bu ilin sonuna qədər başa çatsın".

<span style="color: #ff0000;">Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb:</span>  “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum” - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılov (Qəlbinur) xəstəxanaya yerləşdirilib. Buna səbəb isə 10 il əvvəl baş nahiyəsində aşkarlanan xoşxassəli şişin yenidən üzə çıxması olub. Aktyor haqda sənət yoldaşları sosial şəbəkələrdə paylaşımlar edərək ona şəfa arzulayıblar.
 
Moderator.az-a açıqlama verən aktyor Tahir İsmayılov (Qəlbinur) xəbəri təsdiqləyib:
“10 il bundan əvvəl başımın sağ tərəfində olan şiş indi də sol tərəfdə aşkarlanıb. Ölçüsü də 9, 5 mm-dir. Bu dəfə də xoşxassəlidir. İllər əvvəl müalicə nəticəsində həmin şiş çəkilmişdi. Bir neçə gün öncə gördüm ki, səhhətim pisdir. Həkimə müraciət edəndə məndən şübhələndi. Bildirdi ki, bu illər əvvəlin fəsadıdır. Əməliyyatla və kimyaterapiya ilə müalicə olunub olunmamağım analizlərin cavabından asılıdır. Hələ ki, özümü normal hiss edirəm. Həkimlərin verəcəyi qərarı gözləyirəm. İşdir əgər həkimlər təkidlə desələr ki, əməliyyat olunmalısan, bu zaman məni nevropotoloq və lor həkim ikisi birlikdə əməliyyat edəcəklər. Bu ağır və həssas dönəmlərdə mən öz sənət yoldaşlarıma, teatrımızın Həmkarlar İttifaqından Əməkdar artist İlham Əsədova təşəkkür edirəm ki, məni tək buraxmırlar, hər dəqiqə zəng edib səhhətimi xəbər alırlar. Ümid edirəm və inanıram ki, onları dəstəyi və özümün mənəvi gücü hesabına bu xəstəlikdən yaxa qurtaracam”.
Qeyd edək ki, Tahir İsmayılov uzun illərdir teatr səhnəsində müxtəlif obrazlarla tamaşaçıların qarşısına çıxıb və yaradıcılıq fəaliyyətini uğurla davam etdirib. Sənət dostları və tamaşaçılar aktyora tezliklə sağlamlığına qovuşmasını arzulayırlar.
Sırağagün

11 yaşlı muğam ifaçısı: &quot;Türkiyə-Azərbaycan qardaşlığı əbədi olacaq&quot; - VİDEO

11 yaşlı muğam ifaçısı Əhəd Mehdi oğlu Ağayev Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı səmimi fikirləri ilə diqqət çəkib. Modern.az xəbər verir ki, o, çıxışı zamanı Qarabağ zəfərinin həyatında dönüş nöqtəsi olduğunu bildirib. Əhəd qeyd edib ki, Qarabağ döyüşləri zamanı cəmi 5 yaşı olub. Həmin dövrdə "Xudayar təsnifi"ni ifa etməs...

Mərhum əməkdar artistin ailəsinə ağır itki&nbsp;

"Toppuş bacı" kimi tanınan mərhum əməkdar artist Tünzalə Əliyevanın atası dünyasını dəyişib. Modern.az Bakupost.az-a istinadən xəbər verir ki, Məcid Fərman oğlu Əliyev 88 yaşında vəfat edib. Qeyd edək ki, ötən ayın əvvəlində “Toppuş bacı”nın qardaşı Elxan Bayramov dünyasını dəyişmişdi. ...

Azərbaycan Kinosu Günü münasibətilə silsilə tədbirlərin keçirilməsinə başlanılıb

Azərbaycan Kinosu Günü münasibətilə bu gündən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

"Report"un məlumatına görə, bu münasibətlə Nizami Kino Mərkəzində xüsusi açılış tədbiri təşkil olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin rəsmiləri, ölkənin kino ictimaiyyəti və media mənsubları iştirak ediblər.

Çıxışlarda Azərbaycanda kino sahəsində son illərdəki islahatlardan, eləcə də yaradıcı prosesə dövlət dəstəyindən bəhs olunub.

Qeyd olubub ki, Kino Agentliyi tərəfindən hər il 10 tammetrajlı filmin çəkilməsi və təqdim edilməsi hazırkı prioritetlərdən biridir.

Çıxışlardan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi "Sən, ey uşaqlıq" tammetrajlı bədii film ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutub.

Tədbirin yekununda bu il istehsalata buraxılan iki yeni ekran əsəri nümayiş olunub.

"Eyni yağışın altında" cizgi filmi və "Divarın o üzündə" adlı qısametrajlı film ilk dəfə tamaşaçılara təqdim olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan Kinosu Günü münasibətilə tədbirlər avqustun 2-dək davam edəcək.

Rəşad Əzizov: Əsas vəzifələrdən biri Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətinin bərpasıdır

Hazırda kino ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətini bərpa etməkdir.

"Report" xəbər verir ki, bunu Kino Agentliyinin baş direktoru Rəşad Əzizov Nizami Kino Mərkəzində 2 avqust Azərbaycan Kinosu Gününə həsr olunmuş xüsusi tədbirdə açılış nitqi zamanı deyib.

Onun sözlərinə görə, sənaye mövzuya xidmət edən anlayışdır və bu kino sektorunun inkişafı üçün çox vacibdir:

"Bu gün özəl sektorlar da artıq kino sahəsində yeni layihələrlə çıxış edirlər, bu çox əhəmiyyətli faktordur".

Baş direktor kinoda yalnız dövlətin dəstəyi ilə deyil, eyni zamanda birliklə uğurların əldə edilə biləcəyini vurğulayıb:

"Ümumiyyətlə, kino gəlir gətirməlidir. Amma sənətin inkişafı üçün onun ətrafında ona xidmət edən sənaye tam formalaşmalıdır, bu, bir qədər vaxt tələb edir. Bəzi filmlər gəlir gətirir, bəziləri ola bilsin ki, tam şəkildə özünü doğrultmur. Şübhəsiz, burada tamaşaçının marağından çox şey asılıdır".

Rəşad Əzizov bildirib ki, hazırda kino ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri də Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətini bərpa etməkdir:

"Bu halda sırf lokal, yerli bazara fokuslanan bazar da inkişaf edəcək."

Səadət Yusifova: Xarici investorlar son üç ildə Azərbaycan kino sənayesinə 12 milyon dollar yatırıblar

Xarici investorlar tərəfindən son üç ildə Azərbaycan kino sənayesinə 12 milyon dollar yatırılıb.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Nizami Kino Mərkəzində 2 avqust Azərbaycan Kinosu Gününə həsr olunmuş xüsusi tədbirdə açılış nitqi zamanı deyib.

Nazir müavini deyib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən milli kinonun inkişafına göstərilən qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir:

"Kinomuzun inkişafı üçün dövlət büdcəsindən davamlı maliyyə ayrılması ilə yanaşı, artıq bu sahədə özəl şirkətlər tərəfindən investisiyaların yatırılmasının şahidiyik".

S.Yusifova son 3 il ərzində xarici investorlar tərəfindən Azərbaycanda kino sənayesinə 12 milyon dollar vəsaitin yatırıldığını qeyd edib. O, kino sahəsində kadr hazırlığı məsələsinin də xüsusi diqqətdə saxlanıldığını vurğulayıb.

"Artıq bu istiqamətdə 15-dən çox tələbənin təhsil alması üçün dövlət tərəfindən dəstək göstərilir", - nazir müavini bildirib.

Füzuli Dövlət Dram Teatrı növbəti mövsümü başa vurdu – FOTOLAR

Füzuli Dövlət Dram Teatrı XXXVI teatr mövsümünü Failə Nəbiyevanın “Bu gün ölmək qadağandır” tamaşası ilə uğurla başa vurdu. Mövsümün bağlanış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülkər Bayramlı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin sədri Anar Ağayev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon üzrə nümayəndəsi Elşad Cəfərov, rayon ziyalıları, [...]

Source

Füzuli Dövlət Dram Teatrı növbəti mövsümü başa vurdu – FOTOLAR

Füzuli Dövlət Dram Teatrı XXXVI teatr mövsümünü Failə Nəbiyevanın “Bu gün ölmək qadağandır” tamaşası ilə uğurla başa vurdu. Mövsümün bağlanış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülkər Bayramlı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin sədri Anar Ağayev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon üzrə nümayəndəsi Elşad Cəfərov, rayon ziyalıları, [...]

Source

Valeh Kərimovdan zarafatyana cavab: <span style="color: #ff0000;">"Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…"</span>

“Sumqayıt Dövlət Dram Teatrı ilə müqaviləm bu mövsüm başa çatdı. Növbəti mövsümdə isə mənimlə iş birliyinin davam edib-etməyəcəyinə teatr rəhbərliyi qərar verəcək. Müqavilə yenilənsə, fəaliyyətimi davam etdirəcəyəm”.
 
Moderator.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
 
82 yaşlı aktyor bildirib ki, yeni müqavilənin bağlanması teatrın gələcək planlarından asılıdır:
 
“Əgər mənə ehtiyacları olsa, dəvət edəcəklər, olmasa, etməyəcəklər. Müqavilənin şərtləri belədir”.
 
Yay tətilini necə keçirəcəyi ilə bağlı suala isə Xalq artisti özünəməxsus yumorla cavab verib:
 
“Nə bilim, vallah. Sərin yer axtarıram. Deyirlər ki, Mingəçevirdən sərin yer yoxdur. Tanışdan, dostdan dəvət edən olsa, gedərəm, Kürün qırağında, ağacların altında oturub söhbət edərik. Artistin nə planı olur ki? Həyat necə gətirsə, qismətə nə düşsə, onunla kifayətlənirik. Vaxt və imkan olanda da harada alınsa, orada dincəlirik”.
 
Qeyd edək ki, Valeh Kərimov Azərbaycan teatrı və kinosunun tanınmış simalarındandır. O, çoxsaylı yaddaqalan obrazlar yaratsa da, xüsusilə “Bəxt üzüyü” filmində canlandırdığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşında xüsusi yer tutub.
 

Bir-birinə qovuşa bilməyən aşiqlər -<span style="color: #ff0000;"> Kino tarixinin ən kədərli 10 sevgisi</span>

Moderator.az Kulis.az-a istinadla faciə ilə bitən 10 məşhur sevgi filmini təqdim edir.

1. Titanik (Titanic, 1997)

"Titanik" filmi 1912-ci ildə batmaz hesab edilən eyniadlı gəminin faciəvi ilk və son səyahətindən bəhs edir. Fərqli sosial təbəqələrə mənsub olan Cek və Rouz gəmidə tanış olaraq bir-birlərinə dəlicəsinə aşiq olurlar. Onların qısa, lakin ehtiraslı sevgisi aysberqlə toqquşma nəticəsində yaranan xaosla sınağa çəkilir. Gəmi buzlu sulara qərq olarkən, Cek öz həyatını qurban verərək sevdiyi qadının sağ qalmasını təmin edir. Bu unudulmaz hekayə kinematoqrafiya tarixinin ən təsirli və kədərli sevgi dastanlarından biri kimi xatırlanır.

2. Romeo və Cülyetta (Romeo + Juliet, 1996)

Uilyam Şekspirin klassik pyesinin müasir adaptasiyası olan bu film Verona-Biç adlı xəyali şəhərdə cərəyan edir. İki düşmən ailənin övladları olan Romeo və Cülyetta təsadüfən qarşılaşır və aralarında güclü bir sevgi yaranır. Gənclər ailələrinin bitməyən nifrətinə baxmayaraq, gizlicə evlənərək birlikdə xoşbəxt həyat qurmağa çalışırlar. Lakin taleyin amansız oyunu və silsilə yanlış anlaşılmalar onların xəyallarının puç olması ilə nəticələnir. Hər iki gəncin intiharı ilə bitən bu əsər, sevginin nifrət üzərindəki acı qələbəsini ekranlara daşıyır.

3. Eyni ulduzun altında (The Fault in Our Stars, 2014)

Con Qrinin məşhur romanı əsasında çəkilən bu film xərçəng xəstəliyindən əziyyət çəkən iki gəncin hekayəsini anladır. Hazel və Avqustus dəstək qrupunda tanış olduqdan sonra ortaq maraqları sayəsində bir-birlərinə yaxınlaşırlar. Onlar xəstəliyin gətirdiyi fiziki və mənəvi çətinliklərə baxmayaraq, həyatın hər anından zövq almağa qərar verirlər. Amsterdam səyahəti onların sevgisini zirvəyə qaldırsa da, Avqustusun xəstəliyinin anidən ağırlaşması hər şeyi dəyişir. Avqustusun vaxtsız ölümü ilə yekunlaşan bu hekayə, qısa bir ömrə sığan sonsuz sevginin dərinliyini nümayiş etdirir.

4. Unudulmaz gəzinti (A Walk to Remember, 2002)

Nikolas Sparksin əsəri əsasında ekranlaşdırılan bu film ziddiyyətli xarakterlərə malik iki gəncin təsirli sevgisindən bəhs edir. Məktəbin populyar və üsyankar şagirdi Landon, sakit və dindar Ceymi ilə məcburən vaxt keçirməli olur. Başlanğıcda bir-birindən uzaq olan bu gənclər zamanla aralarındakı fərqləri aşaraq dərin bir bağ qururlar. Ceyminin leykemiya xəstəsi olduğunu etiraf etməsi isə onların birlikdə qurduqları xoşbəxtlik xəyallarına ağır zərbə vurur. Landon sevdiyi qadının son günlərini gözəlləşdirmək üçün əlindən gələni edir, lakin vaxtsız ayrılıq qaçılmaz olur.

5. Səndən əvvəl mən (Me Before You, 2016)

Bu emosional film gənc və həyat dolu Luiza Klarkın bədbəxt hadisə nəticəsində iflic olan Uillə baxıcı təyin edilməsi ilə başlayır. Uill əvvəllər aktiv və zəngin bir həyat yaşasa da, indi tamamilə ümidsizliyə qapılaraq yaşamaq istəyini itirib. Luiza öz müsbət enerjisi və səmimiyyəti ilə onun qaranlıq dünyasına işıq saçır və aralarında incə bir sevgi cücərir. Qız Uillin həyata tutunması üçün çox çalışsa da, gənc adam evtanaziya qərarından geri çəkilmək istəmir. Uillin öz istəyi ilə həyatla vidalaşması həm Luizanın, həm də izləyicilərin qəlbində dərin bir kədər izi buraxır.

6. Mulen Ruj (Moulin Rouge!, 2001)

Parisin məşhur kabaresində cərəyan edən bu musiqili film on doqquzuncu əsrin sonlarındakı bohem həyatını təsvir edir. Gənc və kasıb yazıçı Kristian, kabarenin ən parlaq ulduzu və kurtizankası olan Satinə ilk baxışdan vurulur. Satin də ona qarşı laqeyd qalmır, lakin zəngin bir hersoqun qısqanclığı onların sevgisini daim təhlükə altında saxlayır. Cütlük bütün maneələri aşaraq birlikdə qaçmaq planları qursa da, Satinin gizlətdiyi ağır vərəm xəstəliyi buna imkan vermir. Pyesin premyerası gecəsi Satinin səhnə arxasında can verməsi bu ehtiraslı sevgi hekayəsini faciəyə çevirir.

7. Kəffarə (Atonement, 2007)

İkinci Dünya müharibəsi ərəfəsində başlayan bu film bir yalanın iki sevən qəlbin həyatını necə məhv etdiyini göstərir. Gənc və varlı Sesiliya ilə xidmətçinin oğlu Robbi arasında başlayan gizli romantika qısa zamanda ehtiraslı bir sevgiyə çevrilir. Sesiliyanın kiçik bacısı Brayoninin qısqanclıq və səhv anlama ucbatından atdığı iftira Robbini haqsız yerə həbsə sürükləyir. Müharibənin başlaması ilə onların yolları birdəfəlik ayrılır və qovuşmaq xəyalları cəbhənin dəhşətləri içində itir. Hər iki gəncin müharibədə faciəvi şəkildə həlak olması bu yarımçıq qalmış sevgini kinonun ən ürəkağrıdan hekayələrindən edir.

8. Qozbel dağ (Brokeback Mountain, 2005)

Bu mükafatlı film keçən əsrin altmışıncı illərində Qozbel dağında qoyun sürüsü otararkən tanış olan iki kovboyun mürəkkəb münasibətlərindən bəhs edir. Ennis və Cek arasında gözlənilmədən yaranan güclü sevgi bağı cəmiyyətin qatı qadağaları ilə üz-üzə qalır. Hər ikisi sonradan fərqli qadınlarla evlənib ailə qursa da, illər boyu davam edən gizli görüşlərlə sevgilərini yaşatmağa çalışırlar. Onların bərabər yaşamaq və azad olmaq arzusu mövcud homofobik mühit səbəbindən heç vaxt reallaşa bilmir. Cekin faciəvi və şübhəli ölümü Ennisi ömrünün sonunadək tənha və peşman bir həyata məhkum edir.

9. Ruh (Ghost, 1990)

Bu mistik romantik film Nyu-Yorkda xoşbəxt həyat sürən Sem və Mollinin hekayəsi üzərində qurulub. Gecə yarısı küçədə baş verən bir hücum zamanı Sem öldürülür, lakin onun ruhu dünyada qalaraq Mollini qorumağa çalışır. Sem fırıldaqçı bir mediumun köməyi ilə sevdiyi qadınla əlaqə yaradaraq ona xəbərdarlıq etmək üçün yollar axtarır. Cinayətin arxasındakı qaranlıq sirlər açıldıqca, cütlüyün həm real, həm də mistik aləmdəki mübarizəsi güclənir. Təhlükə sovuşduqdan sonra Semin ruhunun işığa doğru getməsi, fiziki ayrılığın gətirdiyi dərin hüznlə yadda qalır.

10. Mələklər şəhəri (City of Angels, 1998)

Bu fəlsəfi sevgi filmi Los-Ancelesdə insanların ruhunu o biri dünyaya bələdçilik edən Set adlı bir mələkdən bəhs edir. Set xəstəxanada işləyən fədakar və gözəl cərrah Meqi ilə qarşılaşır və onun duyğularından təsirlənərək ona aşiq olur. Meqi də Setin sirli varlığını hiss edir və aralarında heç bir məntiqə sığmayan, qeyri-adi bir bağ yaranır. Set sevdiyi qadınla birlikdə ola bilmək və insani hissləri yaşamaq üçün mələkliyindən imtina edərək fani bir insana çevrilir. Lakin onun bu böyük fədakarlığından dərhal sonra Meqinin avtomobil qəzasında həlak olması hekayəyə ən kədərli sonluğu gətirir.

Dövlət Xidməti yeni modelin tətbiqinə başlayır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə başlanılır. Vətəndaşlar fiziki xidmət ünvanlarına yaxınlaşmadan “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə edə, müraciətlərini onlayn qaydada təqdim edə, onların icra vəziyyətini real vaxt rejimində izləyə bilərlər. […]

Source

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq oldu

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, [...]

Source

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq oldu

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, [...]

Source

Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -<span style="color: #ff0000;"> FOTOLAR</span>

Xalq artisti, millət vəkili Polad Bülbüloğlu görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Bülbülün ev-muzeyini ziyarət edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
 
"Hörmətli Polad Bülbüloğlu ilə Bülbülün ev-muzeyində", - deyə Anar Ələkbərov paylaşımında qeyd edib.
 
Polad Bülbüloğlunun bu ziyarəti Azərbaycanın mədəni irsinin qorunması və Şuşanın tarixi-mədəni simasının bərpası istiqamətində görülən işlərin növbəti rəmzi hadisələrindən biri kimi qiymətləndirilir.
 
Qeyd edək ki, Şuşa şəhərində yerləşən Bülbülün ev-muzeyi böyük sənətkarın doğulub boya-başa çatdığı məkandır. İki otaq və eyvandan ibarət olan ev uzun illər onun Bakıdakı memorial muzeyinin filialı kimi fəaliyyət göstərib. Bülbül burada uşaqlıq illərini keçirib, ilk musiqi təəssüratlarını məhz bu evdə qazanıb, dövrünün tanınmış xanəndə və musiqiçilərini dinləyərək sənət yoluna qədəm qoyub.
 
Tarixi mənbələrə görə, evin divarında aşkar edilmiş yazı binanın 1788-ci ildə inşa olunduğunu göstərir.
 
Bülbülün ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalıb və fəaliyyətini dayandırıb. Şuşanın işğalı dövründə muzey ciddi dağıntılara məruz qalsa da, şəhərin azad edilməsindən sonra burada geniş bərpa işləri həyata keçirilib.
 
2021-ci ilin avqustunda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bülbülün Şuşadakı ev-muzeyinin yenidən açılışı olub. Muzey qısa müddətdə ziyarətçilərin böyük marağına səbəb olub və fəaliyyətinin ilk ilində 40 minə yaxın qonaq qəbul edib.
 
Mədəniyyət Nazirliyinin 2 sentyabr 2021-ci il tarixli əmri ilə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli muzeyin direktoru vəzifəsinə təyin edilib.

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Azərbaycanda tanınmış musiqi pedaqoqu, Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin sabiq direktor müavini Əhməd Mustafa oğlu Aşurov vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı Modern.az yayıb.
 
Əhməd Aşurov uzun illər musiqi təhsilinin inkişafına töhfə verib, gənc musiqiçilərin yetişməsində yaxından iştirak edib. Onun vəfatı musiqi ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb.
 
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, mərhum Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 2023–2026-cı illərdə bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru Mustafa Aşurovun yaxın qohumu olub.
 
Qeyd edək ki, Aşurovun mənsub olduğu Aşurovlar (Aşurbəyovlar) nəsli Azərbaycanın ən tanınmış və nüfuzlu soylarından biri hesab olunur. Kökü Əfşar tayfasına gedib çıxan bu nəslin nümayəndələri ölkənin ictimai-siyasi, elmi, mədəni və xeyriyyəçilik həyatında mühüm rol oynayıblar. Nəsildən olan bir çox görkəmli şəxsiyyətlər Azərbaycan tarixində dərin iz qoyub.
 
Alllah rəhmət eləsin!
 

Məsmə Aslanqızı: "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu" – <span style="color: #ff0000;">MÜSAHİBƏ</span>

İstidir. Fotoqrafımızla birgə Bakının dolanbaclarında kölgəlik axtara-axtara, nəfəs dərə-dərə müsahibimlə vədələşdiyimiz yerə gedirik. Bir az keçmiş müsahibimdən mesaj gəlir. Artıq məkandadır. Bizdən tez çatmasının səbəbini isə belə izah edir:
 
– Düşündüm, bir az piyada gəzərəm, amma çox isti oldu, taksi ilə gəldim.
 
Biz məkana çatıb görürük ki, müsahibimiz bizim üçün guşə də seçib, çay da sifariş verib. İsti yay günlərindən biri, isti çay... qalırdı bircə söhbətə başlamaq... Biz də elə söhbətə yayın dözülməz istisindən başlayırıq.
 
Moderator.az Əməkdar artist Məsmə Aslanqızının "Report"a müsahibəsini təqdim edir.

– İsti ilə aranız necədir?

– Normal, amma yay fəslində adam daha çox Bakıdan kənarda olmaq istəyir. İmkan daxilində mən də Bakıdan uzaqlaşa bilirəm, amma hər fəslin öz gözəlliyinin olduğunu düşünürəm, övladlarıma da bunu təlqin edirəm. Məsələn, adətən, yağışda analar övladlarını orta məktəbə getməyə qoymurlar. Mən belə etmirəm, əskinə, istəyirəm, qızım yağışda da, qarda da dərsə getsin, məhz yağışın, qarın altında dərsə getmək necə bir hissdir, onu görsün, başa düşsün, hiss eləsin.

– Sizinlə müsahibə üçün danışanda qrafikinizin çox sıx olduğunu dediniz.

– Elədir. Ümumiyyətlə, mən işləməkdən zövq alıram, evdə boş-bikar otursam, daha çox yorularam, işləyib yorulmaq daha yaxşıdır. Ən çox zövq aldığım iş isə dublyajdır.

– Hazırda, mən bilən, daha çox elə dublyaja fokuslanmısınız, çünki sizin aktiv tamaşanızı xatırlamıram.

– Doğrudur, uzun müddətdir, mənim olduğum tamaşalar repertuardan çıxarılıb. Hazırda isə yeni tamaşanın məşqini edirik. İrqmar Berqmanın (İsveçli kino və teatr rejissoru, yazıçı-ssenarist, – N.P) "Payız sonatası" pyesi əsasında hazırlanmış üç nəfərlik tamaşadır. İllərdir, səhnədə görmədiyimiz Zemfira Nərimanova, Elşən Rüstəmov və mən. Düşünürəm ki, tamaşanı yeni mövsüm üçün təhvil verərik.

Tamaşalarımın repertuardan çıxarılmasının səbəbini bilmirəm

– Deyirsiniz ki, tamaşalarınız repertuardan çıxarılıb. Məsələn, "Xanuma" və "Qarabağnamə"ni xatırladım, hazırda onlar nümayiş olunmur. Repertuardan çıxarılma səbəbi nə olub?

– Həmçinin İlyas Əfəndiyevin "Boy çiçəyi" tamaşasında da var idim, tərəf müqabilim Xalq artisti Fuad Poladov dünyasını dəyişdi, sonra Xalq artisti Ramiz Novruzla oynadıq, o da dünyasını dəyişdi. Beləcə, zamanla repertuardan çıxarıldı. Siz adlarını çəkdiyiniz tamaşalar da həmçinin. Düzü, tamaşaların repertuardan çıxarılmasının səbəbi ilə bağlı konkret nəsə demək çətindir, yəni bilmirəm.

– Məsmə xanım, Sizin teatr fəaliyyətiniz 1995-96-cı illərdən başlayır. Yəni rahatlıqla demək olar ki, bir igidin ömrü qədər teatr ömrünüz var. Sizin üçün bu 30 illik teatr ömrü necə keçdi?

– Hərdən özüm də inana bilmirəm ki, 30 ildən çoxdur, Akademik Milli Dram Teatrındayam. Məni teatrda işlə təmin edən adam Xalq artisti Həsənağa Turabov olub. Qabiliyyət imtahanı götürəndə mahnı oxumaqdan tutmuş etüd göstərməyə, şeir deməyə qədər hər şey elədim. Adımı soruşdu, dedim Məsmə. Dedi, Məsmə olmaz, Məsməxanım olar. Sonra da dedi ki, çox istedadlı qızsan, əgər qəbul olmasan, "Azdrama"ya gedib onu tapım. Elə oldu ki, qəbul oldum, Xalq artisti Azər Paşa Nemətovun kursuna düşdüm. Xalq yazıçısı Elçinin "Ah Paris, Paris" tamaşasının məşqləri gedirdi. Məşqlərə baxandan sonra bizdən soruşdu ki, nə fikirləşirsiniz? Dedim, burada nə var ki... çıxaram, oynayaram. Amma sonra başa düşdüm ki, belə deyilmiş, səhnə adamı elə tutur, elə ovsunlayır ki... Addım atanda əllərini unudursan, əl-qol hərəkətləri edəndə ayaqlarını... Amma nəticə etibarilə Həsənağa Turabov baxdı, bəyəndi və məni işə götürdü.

– Müsahibələrinizin birində rast gəldim ki, xaraktercə çox utancaq adamsınız. Teatr və utanmaq, mənə çox qəribə gəldi.

Gülür.

– Bilirsiniz, mən uşaq vaxtlarından özümə qapanıq və özgüvənsiz biri olmuşam. Səhnəyə çıxanda bütün bunların hamısını unuduram, səbəbini mən də bilmirəm. Yəni səhnədə tamamilə başqa bir Məsmə oluram. Hətta qohumlarım da tamaşalarıma baxanda eynisini deyirlər, mən, doğrudan da, səhnədə başqa biriyəm. 48 yaşım var, günü bu gün də səhnədən kənarda kimsə məndən danışanda qulaqlarım qızarır.

– Azərbaycan teatr cameəsində zaman-zaman müxtəlif səpkili qalmaqallar olub. Ötən il sizin də adınız bu qalmaqallardan birində hallandı. O söhbətlərə qayıtmaq fikrim yoxdur, sadəcə, bu gün siz "Azdrama"dasınız, deyirsiniz, yeni tamaşanız var. Bu kontekstdə maraqlıdır, bədii rəhbər vəzifəsinin ləğvi və Mehriban Ələkbərzadənin teatrdan getməsindən sonra teatrda vəziyyət necədir?

– Mən bilmirəm, bunu Mehriban Ələkbərzadə ilə bağlamaq olar, ya yox, amma, həqiqətən də, çox ciddi dəyişikliklər var. Bilirsiniz, mən qalmaqal adamı deyiləm. Bu illər ərzində teatra gəlib məşqimi eləmişəm, tamaşamı oynamışam, işimə məsuliyyətlə yanaşmışam, bir çox dövlət tədbirlərində mütəmadi iştirak etmişəm, teatra, dövlətə, dövlətçiliyə sadiq olmuşam. Qeybət, söz gəzdirmək, rol üstündə dava etmək və s. bu cür xırdalıqlar mənlik olmayıb, xislətimdə yoxdur.

Birinci və ümid edirəm ki, sonuncu dəfə yaşadığım o dediyiniz qalmaqal isə daha çox bir insanın haqq səsi idi. Susub eləcə kənardan izləmək olmazdı, əslində, mənim və bir neçə sənət yoldaşımın demək istədiyini bir çox teatr aktyoru, sənət adamı demək istəyirdi. Sadəcə, bəziləri cürət etmirdi, bəziləri qorxduqlarını açıq etiraf edirdi, bəziləri laqeyd yanaşırdı, bəziləri isə səhnə arxasında danışmağa üstünlük verirdi. Nazim Hikmət demiş, sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa. Bir sözlə, biz yandıq, işığımızdan da bir çoxları bəhrələndi.

Şükür, indi teatrda nisbi sakitlikdir. Teatrın yaradıcı heyətinin, demək olar, hamısı tamaşalarla məşğuldur. Hamısı bir-biri ilə mehriban dolanır. Rəhbərlik tərəfindən hamıya eyni insanı münasibət göstərilir. Bir sözlə, heç kəs kənarda qalmır. Bu da teatrın direktoru İlham Əsgərovun sayəsində baş verir.

Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır

– Onda belə çıxır ki, Mehriban xanım orada olanda İlham Əsgərov bədii məsələlərə qarışmırdı.

– Əvvəl-əvvəl qarışmırdı, amma sonra gördü ki, mütləq bu prosesi öz əlinə almalıdır, başqa cür mümkün deyil. İlham Əsgərov 30 ilə yaxındır, "Azdrama"da çalışır, o bu teatrlar bağlı hər şeyi bilir, məlumatlıdır. Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm, bizim bəxtimiz gətirib ki, İlham Əsgərov kimi rəhbərimiz var. Tam səmimiyyətimlə deyirəm, İlham Əsgərov "Azdrama"nı söküb təzədən yığa bilər.

Dediyim kimi, teatrımızda ab-hava çox yaxşıdır, yəni tamamilə dəyişib. Hətta indi teatrda 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindəki mühiti xatırlayıram, çünki o zaman mövcud olan böyük-kiçik anlayışı hiss olunur, hamının üzü gülür, hamı rahatdır.

Sizə bir şeyi də deyim, Mehriban Ələkbərzadə ilə aramızdakı problemə görə bir çox aktyor mənə salam verməyə qorxurdu ki, birdən xəbər ona çatar, o da onlara rol verməz, bizimlə də düşmənçilik edər, adımızı təqaüdə göndərməz və sair.

Bilirsiniz, hər adam idarəçiliyi bacarmır. Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır. Bu müddət ərzində mən Maqbet müəllimi (Maqbet Bünyadov – əməkdar mədəniyyət işçisi, 2006-2010-cu illərdə Akademik Milli Dram Teatrının direktoru olub, – N.P) çox yaxşı idarəçi kimi xatırlayıram.

– Biz ötənilki qalmaqala müəyyən mənada toxunduq, həmin qalmaqalın bir tərəfi də o idi ki, "Azdrama"ya başqa teatrlardan aktyor-aktrisa dəvət olunur...

– Mənə, ümumiyyətlə, bu müzakirə çatmır, burada qəribə nə var? Bu niyə yanlış olsun ki? Bu, tamamilə, normal haldır, mən heç vaxt heç bir halda "Azdrama"ya başqa teatrdan aktyor-aktrisa dəvət olunmasına pis baxmamışam. Teatrda işlədiyim müddətdə o qədər belə hal olub ki... Normaldır.

– Bayaq dediniz ki, hazırda teatrda hamının tamaşası var. Bəlkə, hamının rol almasına məhz başqa yerlərdən aktyor-aktrisanın dəvət olunması mane olurmuş.

Bir qədər düşünür...

– Yox, mən buna inanmıram.

30 ildir teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm

– Aydındır. Bu günlərdə "Mikrorayon" (Rejissor Qulu Əsgərov, ssenari Gəray Həsən, – N.P) adlı serial əməlli başlı gündəm yaradıb. Uzun illərdən sonra sizi filmdə-serialda görmək maraqlıdır və baş qəhrəmanın anası olan Bahar adlı rolunuz da kifayət qədər dramatikdir. Sözügedən rolla bağlı çıxışınıza baxdım, orada bir ifadə işlətdiniz ki, ssenari ilə tanış olan kimi rejissora demisiniz ki, Bahar obrazı mənəm. Maraqlıdır, özünüzlə Bahar obrazı arasında nə kimi bağ var?

Dərin bir ah çəkən Məsmə xanım bir xeyli düşünür. Hiss olunur ki, bu sualı cavablamaq üçün əməlli-başlı hazırlıq görür.

– Mən illərdir, efirdən uzaq düşmüşəm. Çox darıxmışdım efir üçün, çəkiliş meydançası üçün. "Mikrorayon"dan əvvəl iki seriala dəvət almışdım. Desəm ki, rejissorlar qapıma düzülmüşdü, yalan olar. Mən teatr aktrisasıyam, peşəkar kinoda ilk işim Yusif Quliyevin çəkdiyi "Qrinviç meridianından kənarda" qısametrajlı filmi olub, ikinci dəfə isə Xalq artisti Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmdə Ulu Öndərin anası İzzət xanımın obrazını canlandırmışam. Mən daha çox teatrdakı rollarımla, uşaq verilişlərinin aparıcılığı ilə tanınmışam. "Mikrorayon" serialına dəvətim, sözün düzü, mənim üçün gözlənilməz oldu. Uzun illərdən sonra efirə məhz bu serialla qayıtdığıma görə özümü şanslı hesab edirəm.

– Deyirsiniz, buna qədər iki dəfə dəvət gəlmişdi, niyə imtina etdiniz?

– Ssenari məni qane etməmişdi, mənim üçün ssenari çox-çox vacibdir. Başqa tərəfdən isə rejissordan rejissora da fərq var. Bilirsiniz, rejissor məndə yaxşı fikir yaratmırsa, getmirəm. Mən 30 ildir, teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm. Bu mənada, seçici davranıram. Ən kiçik nümunəni deyim, bir də görürsən, mesaj gəlir, oxuyursan ki, bir mesajda beş dənə səhv var. Yəni adi bir təklif, adi bir dəvətdə belə bu cür xətalar məni soyudur, çünki bu ilkin təəssüratdır.

"Mikrorayon"a dəvət gəldi, ssenarini oxudum, oxuduqca inanın ki, əllərim əsirdi. Çünki bu obrazın həyatıma çox yaxın hiss edirdim. Çəkdiyim əziyyətlər, problemlər, təklik... Oxuduqca bütün bunlar mənim gözümün qarşısından keçdi və başa düşdüm ki, Bahar mənəm. Rejissor Qulu Əsgərova da məhz belə dedim, dedim ki, bilmirəm, siz bu rola kimi təsdiq edəcəksiniz, amma Bahar mənəm.

"Mikrorayon"un son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm

– Necə düşünürsünüz, Azərbaycanda Bahar kimi analar çoxdurmu?

– Əlbəttə, çoxdur. Biz ümid edirik ki, serialda gəlinən ümumi nəticə bu mövzuda müsbət təsirini göstərəcək. Oğlan övladını yetişdirmək çox çətindir. Bəli, mən qız anasıyam, eyni sözləri qız övladı üçün də demək olar. Ümumiyyətlə, ana mövzusu, ananın tək-tənha müxtəlif səpkili problemlərlə təkbətək qalması, doğrudan da, bütün dövrlər üçün aktualdır.

Serialın son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm. Bilirsiniz, heç bir qadın öz xoşu ilə güclü olmur, bu məcburiyyətdən yaranan bir şeydir. Serialda da bu məsələ kifayət qədər göstərilib, yenə də deyirəm, biz ümid edirik ki, məhz bu mövzudakı problemlərə müəyyən mənada işıq tuta biləcəyik.

Baharın yaşadığı əziyyətlər, ağrı, acı, tək başına bunların öhdəsindən gələ bilib-bilməmək qorxusu mənə çox tanış idi. Çünki məhz o ərəfədə oxşar həyatı özüm yaşayırdım. Mən şükür, öhdəsindən gəldim, Baharın taleyini isə serialda görəcəyik.

– Serial üçün kastinqdə iştirak edənlərin əksəriyyəti gənc nəsil idi. Gənclərlə işləmək necə idi?

– Bu qədər gənclə eyni anda bir kollektivdə ilk dəfə idi, işləyirdim. İnanın, heç birini tanımırdım, onların qabiliyyətini, istedadını görüb elə sevindim, elə sevindim. Nə yaxşı ki, Azərbaycan kinosunda belə bir gənc nəsil var. Böyük-kiçik yeri bilən, istedadlı... Mən elə gedib-gəlib böyük-kiçik yerini bilməkdən danışıram, bu səbəbsiz deyil. Baxın yenə də deyirəm, mən 30 ildir, teatrdayam, tutaq ki, qrim otağındayam, bir də görürəm, otağa Xalq artisti Rafiq Əzimov girdi, tez qalxıram ayağa, ona yer verirəm. Amma elə gənclər var ki, heç veclərinə də olmur, yer vermək bir yana, fikir belə vermirlər.

Davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib

– Məsmə xanım, teatrı pafossuz düşünmək, demək olar ki, mümkün deyil. Siz teatr aktrisasısınız. Dublyajın diksiyası isə tamamilə fərqlidir. Siz həm də dublyaj aktrisasınız. Nəhayət, gəlirik filmə-seriala. Film həm pafosdan uzaq olmalıdır, həm də dili fərqlidir. Bunun öhdəsindən gəlmək sizin üçün çətin deyil ki?

Gülür.

– Əlbəttə ki, çətindir, həm də çox çətin. Çox düz deyirsiniz, teatrda pafossuz mümkün deyil. Məsələn, götürək "Almaz" pyesini, başdan ayağa pafosdur, onsuz mümkün deyil. Dublyaj danışığı da bir yandan. Sizə deyim, davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib.

– Siz həftənin neçə günü dublyajda olursunuz ki?

– Bu, tələbatdan asılıdır. Bəzən hər gün, bəzən həftədə iki-üç dəfə, bəzən daha az, yaxud daha çox. Dediyim kimi, "Mikrorayon"a çəkiləndə çox narahat idim ki, həm teatrdakı pafos, həm də dublyajdakı dil mənə mane olsun. Amma belə olmadı, öhdəsindən gələ bildim.

– Dublyajdan söz düşmüşkən, qonorar məsələsi həmişə problemlidir. Yenə də elədirmi?

– Elədir, azdır.

Sırf teatrdan aldığımız maaşla dolanmaq olmur, oradan aldığımız məvacib heç bir həftəlik tələbatı ödəmir

– Yəni zəhmətə dəymir, sırf sevdiyiniz üçün məşğul olursunuz.

– Bilirsiniz, sırf teatrdan aldığımız maaşla da dolanmaq olmur. Bu mənada, əlavə işlər vacibdir. Mən də sevdiyim dublyaj işi ilə məşğulam. Buna qəti şəkildə məcburiyyət deyə bilmirəm, sevməsəydim, bəlkə də, çalışmazdım.

– Bəs serialda vəziyyət necədir? Məsələn, "Mikrorayon"dakı qonorar sizi qane elədimi?

– Mənim uzun müddətdən sonra ilk işim idi, hesab edirəm ki, buna da şükür demək olar.

– Bacılarınızdan birini bilirəm ki, incəsənət sahəsindədir. Bəs ümumiyyətlə ailənizdə başqa belə adamlar varmı?

– Biz üç bacıyıq, böyük bacım hüquq-mühafizə orqanlarında çalışır. Kiçik bacım isə, dediyimiz kimi, mədəniyyət sahəsindədir. İxtisas olaraq, rejissorluğu bitirsə də, hazırda müğənnidir. 1997-1998-ci illərdə iki bacı dövlət tədbirlərində çıxışlar edirdik, mən aparıcı, o isə ifaçı olaraq. Dəfələrlə böyük səhnələrdə, Heydər Əliyev Sarayında, hətta Ulu Öndərin iştirak elədiyi tədbirlərdə çıxışlar etmişik. Sonra ailə həyatı qurdu, bir az səhnədən uzaqlaşdı, indi daha çox el şənliklərində iştirak edir.

Atam şəhid olandan sonra ailəlikcə bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq

– Ailənizdən danışırıq, atanız 20 Yanvar hadisələrində şəhid olub. Bu hadisələr baş verəndə sizin 12-13 yaşınız var idi. Maraqlıdır, əgər yaşasaydı, sizi səhnəyə qoyardımı?

– Yox, qoymazdı. Bayaq danışdığımız utancaqlığım mənə elə atamdan keçib. Adicə hansısa bir toyda, məclisdə çəkilib ən arxada, gözdən-könüldən uzaqda dayanırdı ki, kameraya düşməsin.

Atam şəhid olanda mənim hələ 12 yaşım tamam olmamışdı, amma ona qədər bizi, az qala, Azərbaycanın bütün rayonlarını gəzdirmişdi. O vaxt indiki kimi hotellər, istirahət mərkəzləri yox idi, bir çadırımız olurdu, bir də biz. Hətta bir dəfə xatırlayıram, gedib meşədə çadır qurduq, beş-altı gün orada qaldıq. Axırı meşəbəyi gəldi ki..

– Məskən salmısınız...

– Hə, dedi, burada əməlli-başlı məskən salmışınız. Atam onun üçün "Meşəbəyi" mahnısını qoşdu, dedik, güldük, sonra onu da yola saldıq. Elə olurdu, qidamız qurtarırdı, düşürdük yaxın kəndlərə... Yəni o 11-12 il ərzində o qədər xatirələrimiz var ki... Atam şəhid olandan sonra ailəlikcə bütün bu xoşbəxt günlərimizi də itirdik, bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq. Anam, bu mənada, çox güclü qadındır, böyük qadındır. O bütün həyatını övladlarına bağlayıb, bizi elə böyüdüb. Mənə elə gəlir, qadın ana olandan sonra artıq öz həyatını unudur, övladları üçün yaşayır.

– Bayaq iki serialdan ssenariyə görə imtina etdiyinizi dediniz. Bəs teatrda imtina etdiyiniz rol olub?

– Teatrda buna ixtiyarımız yoxdur. Elə olub ki, baxmışam, bu rol mənim deyil, amma məcbur oynamışam. Bəlkə də, belə bir qayda yoxdur, amma mən heç vaxt imtina etməmişəm, edə bilməmişəm. Bəzən də elə olur ki, obrazı rejissor aktyora düzgün izah edə bilmir. Mənim elə obrazlarım olub ki, bu günə qədər orada nə oynadığımı başa düşməmişəm, çünki rejissor düzgün izah etməyib, edə bilməyib.

– Məsmə xanım, teatrda dostluq etdiyiniz adam varmı?

– Yoxdur (gülür). Mənim nəinki çalışdığım teatrda, ümumiyyətlə, bu sənətdə dostluq, rəfiqəlik etdiyim insan yoxdur. Xətrini çox istədiyim, hörmət etdiyim, pərəstiş etdiyim, ürəyimi sevindirən, üzümü güldürən insanlar var, amma bunlar dostluq deyil. Özümə ən yaxın bacılarımı, anamı və qızımı bilirəm.

– Bir az ənənəvi sualdır, ədəbiyyatla aranız necədir?

– İnanın ki, mən hər gün evdən çıxanda öz-özümə deyirəm ki, ilahi, mənə güc ver, "Səmərqənd"i (Livan əsilli fransız yazıçı Amin Maalufun romanı, – N.P) oxuyub bitirim. O dərəcədə məşğulam, düzdür, bu qətiyyən mənə haqq qazandırmır, amma belədir. Xalamın 85 yaşı var, hələ də kitab oxuyur. Kitabı oxuyuram, kimsə kənardan nəsə söz deyir, harasa çağırır, yarımçıq qalır, iki gün sonra qaldığım yerdən davam edə bilmirəm... Təəssüf.

Sonuncu dəfə Səbahəttin Əlinin "Xəz paltolu Madonna" kitabını səsli variantda dinləmişəm. Evdə iş görə-görə, hansısa hissəsini qaçıranda təzədən geri qaytarıb dinləyə-dinləyə, amma bu kitab oxumağın ləzzətini vermir. Bilirsiniz, kitabı vərəqləyə-vərəqləyə, qoxusunu ala-ala oxumadınsa, heç nə...

Beləcə, Məsmə xanımın kitab oxumağın ləzzətini, dadını özünəməxsus teatrallıqla təsviri ilə müsahibəni yekunlaşdırırıq. Məkandan çıxıb liftə minəndə bizə yaxınlaşan orta yaşlı qadın bayaqdan bəri bizi kənardan izlədiyini deyir.

– O xanımın siması tanış gəlir, yadıma sala bilmədim.

– Əməkdar artist Məsmə Aslanqızı, – dərhal cavablayıram.

Qadın əməlli-başlı təəccüblə o yan-bu yana baxır, axırı təəccübünü yığışdırıb deyir.

– "Mikrorayon"dakı qadındır, hə?

Təsdiq edirəm.

– Çox yaxşı oynayıb, çox təsirli... İndiki anaların səsi olub. İmkanınız olarsa, təşəkkürlərimizi çatdırın...

Cəfər Cabbarlının heykəlinin təmir-bərpası yekunlaşıb

Böyük dramaturq, şair, yazıçı, rejissor Cəfər Cabbarlının “Azərbaycanfilm” Kinostudiyasının giriş hissəsindəki heykəlinin əsaslı təmir-bərpa işləri tamamilə başa çatdırılıb. Bunu Modern.az-a açıqlamasında kinostudiyanın direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə bildirib. R.Qarazadə onu da söyləyib ki, kinostudiyanın əra...

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Azərbaycanda xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə “Azərxalça” ASC-nin 18 toxucusu və mütəxəssis heyəti Cəmiyyətin yaranmasının 10 illik yubileyi münasibətilə mükafata layiq görülüb. Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. İyunun 5-də xalçaçılara “Tərəqqi” medalları təqdim olunub. “Azərxalça” ASC-dən Faktornews-a verilən məlumata görə, mükafatçılar sırasında Cəmiyyətin Azərbaycanın [...]

Source

Azərbaycan və Türkmənistan arasında mədəni əlaqələrin perspektivi müzakirə edilib

Azərbaycan və Türkmənistan mədəniyyət nazirlərinin müavinləri iki ölkə arasındakı mədəni əlaqələrin perspektivini müzakirə ediblər.

"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, nazir müavinləri Murad Hüseynov və Nursahed Şirimov iki ölkə arasındakı qardaşlıq münasibətinin bütün sahələrdə olduğu kimo mədəniyyət sahəsində də inkişafının vacibliyini qeyd ediblər.

Görüşdə Azərbaycan və türkmən xalqlarının qədim və zəngin mədəni yaxınlığı konteksində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir müavinləri xalqlar araaındakı qardaşlıq münasibətləri baxımından qarşılıqlı mədəniyyət günlərinin vacibliyinə də diqqət çəkiblər.

Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib

27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib. Festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıq heyvanlar baytar mütəxəssislərin nəzarəti altında satışa çıxarılıb. Yarmarkada qonaqlar üçün yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün [...]

Source

<span style="color: #ff0000;">Xalq artistindən ETİRAZ:</span> “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir” - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>

“Bakı Bələdiyyə Teatrındakı fəaliyyətimə son qoymuşam. Belə məsləhət olundu. Bina problemi var, tamaşalar getmir. 5-6 ay tamaşa hazırlayırsan, 1 dəfə nümayiş olunur. Ona görə də öz xoşumla teatrdan dostcasına ayrıldım. Bilirsiniz ki, Bakı Bələdiyyə Teatrı ilə daim əməkdaşlığım olub. Rəhmətlik Amaliya xanımın vaxtında da çox gözəl tamaşalar hazırlamışam. Amaliya xanım rəhmətə gedəndən sonra məni teatra baş rejissor kimi qızı Aynur Muxtarova dəvət etdi. Mən də dəvəti qəbul etdim və bir müddət işlədim. Fəaliyyətimi ana teatrda davam etdirirəm. Akademik Milli Dram Teatrında Onore de Balzakın “Atılmış qadın” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlamışıq. Azərbaycan səhnəsinə tanış əsər deyil. Əsərin tərcüməçisi və səhnələşdirəni Kənan Hacıdır. Əsər sevgi haqqında həssas psixoloji dramdır. Tamaşa sosial nüfuzu yüksək olan, ərindən qalmaqallı formada ayrılan, daha sonra vilayətdə tənha yaşayan aristokrat qadın – Vikontessa de Bosseanın kədərli taleyindən bəhs edir. Onun yeganı günahı sevgiyə həddindən artıq inanması idi”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov deyib. 
 
Xalq artisti daha sonra teatrlardakı islahatlardan danışıb:
“150 ildir Azərbaycan teatrının baş rejissoru, bədii rəhbəri olub. İndi artıq yeni dövrdür. 21-ci əsrin dörddə birini keçirik. Teatra islahatlar lazımdır. Teatrlarda bir rəhbər olsa, o həm aktyorları, həm rejissorları, həm dramaturqları idarə etməyi bacarmalıdır. Teatrlarda baş rejissor ştatının ləğvi ilə sənət ocaqlarına sanki sərbəstlik verilir. Bir teatrda 5 rejissor ştatda olanda kənardan rejissor çağıra bilmirlər. Hər rejissorun öz norması var. Onların hərəsi heç olmasa iki tamaşa hazırlamalıdır. Bu da il ərzində 8 tamaşa edir. Ona görə də kənardan rejissor dəvət edə bilmirlər. Aktyorlar da həmişə eyni rejissorlarla işləyir. Bu islahat teatrlara imkan yaradacaq ki, xaricdən, əyalət teatrlarından rejissorlar dəvət etsinlər. Bu rəqabətdə bəlkə də istedadlı rejissorlar üzə çıxacaq. Teatra gələn hər rejissor istəyir ki, öz tamaşası ilə vizit kart qazansın. Bu sistemi də yoxlamaq lazımdır. Kollektivin ayrı-ayrı rejissorlarla işləməsi həm rəngarəng repertuar, həm də kollektivin yüksəlişi deməkdir”.

Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi!

22 may tarixində Park Cinema kinoteatrının Flame Towers filialı cəmi 1 gecəlik bağlanaraq, horror elementləri ilə əsl gecə klubuna çevrildi. […]

Source

The post Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi! appeared first on İCTİMAİ.AZ.

Rasim Balayevin yerinə o seçildi

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransda sədr seçkisi baş tutub. Konfrans iştirakçılarının böyük əksəriyyətinin səsini alan Əli İsa Cabbarov AKİ-nın yeni sədri seçilib. Sədr postuna digər namizəd xalq artisti Şəfiqə Məmmədova konfransda iştirak etməyib. Qeyd edək ki, AKİ sədri, x...

Horovluda “Qurban Yarmarkası – Bərəkət Festivalı”

27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək. Festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıqlar birbaşa satışa çıxarılacaq. Yarmarkada qonaqlar üçün – yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün əyləncə zonaları nəzərdə tutulur. Festival Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil edilir. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd […]

Source

Xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib

Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib. [...]

Source

“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - <span style="color: #ff0000;">Xalq artistindən İTTİHAM</span>

“Hava bir tərəfdən, kinonun vəziyyəti bir tərəfdən, cavan uşaqların qeyri-etik hərəkətləri bir tərəfdən mənim sağlamlığıma ziyan vurur. Cavanlar başlarından böyük danışırlar. Ortalıqda heç bir xidmətləri yoxdur, amma “basıb-bağlayırlar”. Böyük-kiçik, ədəb-ərkan qaydalarını gözləmirlər. Ötən həftələrdə kino ittifaqında iclas keçirilirdi. Siz oradakı bəzi gəncləri görərdiniz. Kinoda xidməti olan, şəxsiyyət kimi formalaşan, söz sahibi olan insanlardan söhbət gedə bilər. Hərəsi bir diplom alıb, qısametrajlı film çəkib sənətdən və sənətkarlıqdan danışırlar. 40, 50, 60 ilin ustadları danışmırlar, gənclər danışır. Etik qaydaları pozurlar. Gənc əvvəl özünü təsiq etməlidir, sonra danışmalıdır. Dünən dınq edib gəliblər, böyük sənətkarların yanında ədəb-ərkan gözləmədən danışırlar. Rasim müəllim xəstə oldu, kino ittifaqa rəhbərlik edə bilmədi və ora kimlərinsə ümidinə qaldı. Ona görə də belə özbaşnalıq edirlər. Orada çox mübahisəli məsələlər var. Ümid edirəm ki, həll olunacaq və hər kəsə öz yeri göstəriləcək”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra Rasim Balayevin məzar üstü abidəsinin aqibətindən də danışıb:
 
“Bütün statuslar onu göstərir ki, dövlət tərəfindən təqdim olunan standart abidələr var. Məndə olan məlumata görə Rasim Balayevin də məzar üstü abidəsi də dövlət tərəfindən qoyulacaq. Ailəsi hər zaman müdaxilə edib, öz mövqeyini bildirə bilər. Mən inanıram ki, Rasim Balayev üçün onun adına və böyük sənətinə uyğun məzar üstü abidə qoyulacaq. Bir çox insan nə istəyir, onu da danışır. Hərənin öz sənətinə uyğun obraz tapılır. Niyazinin, Rəşid Behbudovun, Müslüm Maqomayevin məzarlarını görmüsüz necə obrazlarla hazırlayıblar?!. Rasim Balayevin məzarı da kino ilə bağlı olacaq”.

Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub

BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Respublikasının Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub. Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və […]

Source

&ldquo;Avroviziya-2026&rdquo; müsabiqəsinin finalı başladı

Avstriyada 70-ci “Avroviziya-2026” mahnı müsabiqəsinin finalı başlayıb. Modern.az xəbər verir ki, paytaxt Vyanada keçirilən yarışda 26 ölkə mübarizə aparır. Finalçılar aşağıdakı kimidir: Belçika Xorvatiya Finlandiya Yunanıstan İsrail Litva Moldova Polşa Serbiya İsveç Albaniya Avstraliya Bolqarıstan Kipr Çexiya Da...

Yazıçı Nihat Pirin ilk hekayələr kitabı təqdim edildi

Yazıçı Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olub. Modern.az xəbər verir ki, mərasimdə ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər. Mətbuat Şurasının sədri, şair Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, digər ədiblər; Qəşəm Nəcəfzadə, İlham Əziz, Nadir Yalç...

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin ADLARI BİLİNDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. Sədr postuna iki namizəd var – Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov. Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək. Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini [...]

Source

BMU tələbələri müsabiqə-festivalının yekun konsertində

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər. Modern.az xəbər verir ki, Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İ...

İsrailə görə bu ölkələr&nbsp;Avroviziyanı boykot etdi

İsrailə görə beş ölkə Avroviziyada iştirakdan imtina edib. Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniya İsrailin müsabiqəyə qatılmasına etiraz olaraq bu il keçiriləcək Avroviziya mahnı müsabiqəsini boykot edir. Bu, şounun 70 illik tarixində ən böyük boykotdur. ...

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin ADLARI BİLİNDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. Sədr postuna iki namizəd var – Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov. Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək. Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. (APA)

Source

Qaxda Kürmükoba bayramı qeyd edilib

Qax rayonunda ənənəvi Kürmükoba bayramı keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ildə iki dəfə keçirilən bayramı qeyd etmək üçün yüzlərlə müsəlman və xristian rayondakı Kürmük məbədini ziyarət edib.

Qədim mərasim ayini olan "Kürmükoba" bayramına ətraf bölgələrdən də çox sayda ziyarətçi qatılıb. Tarixi yaddaşa söykənən iştirakçılar Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinləri icra edir, ağaclara yaylıq və dəsmallar bağlayır, qaya daşlarının üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər.

Hazırda Kürmükoba mərasiminə xristian və İslam dini elementləri daxil edilsə də, bu bayramda qədim inancların qalıqları, təbiət ayinləri özünü daha çox büruzə verir.

Mərasimin may və noyabr aylarında - yəni çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi sayılan bol sulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir.

Leyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində iştirak edib - <span style="color: #ff0000;">FOTO</span>

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Explore Azerbaijan with IDEA” layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən “Azərbaycan təbiətinin izi ilə” adlı sərginin açılış mərasimində iştirak edib.

Moderator.az xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan “Explore Azerbaijan with IDEA” layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.

“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.

Azərbaycan təbiətinə məxsus eksklüziv foto və videoməzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.

 

Leyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Explore Azerbaijan with IDEA" layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən "Azərbaycan təbiətinin izi ilə" adlı sərginin açılış mərasimində iştirak edib.

"Report" xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan "Explore Azerbaijan with IDEA" layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.

"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.

Azərbaycan təbiətinə məxsus eksklüziv foto və videoməzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.

&ldquo;Tağıyev: Məktəb&rdquo; bədii filminin təqdimatı olub

Mayın 1-də Heydər Əliyev Mərkəzində “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub. Modern.az xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alena Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət ...

Nine Senses Fest 2026: Köklərdən İnkişafa

Biletlər artıq satışda! Bu yay, Bakıda 12, 13 və 14 iyun tarixlərində keçirilən üçüncü Nine Senses Fest 2026 festivalı ilə başlayır. Tədbir paytaxtın 6 ən yaxşı məkanında və Sea Breeze kurort kompleksində keçiriləcək. İyun ayında Xəzərin sahili əsas cazibə nöqtəsinə çevriləcək: ilıq dəniz, canlı şəhər və mütərəqqi beynəlxalq auditoriya. Festival 1500 iştirakçı və 80 mütəxəssisi [...]

Source

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb

Xalq artisti Arif Babayevin I Fəxri xiyabanda – məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, abidənin müəllifi Cavanşir Dadaşov və Nəriman Tağıyevdir.
 
Abidə sənətkarın əlində qaval aləti olan təsviri əsasında hazırlanıb.
 
Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin avqustun 1-i vəfat edib.
 

TÜRKSOY Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyini qeyd edib – VİDEO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı qərargahında Azərbaycanın Xalq şairi, publisist və prozaik Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə təntənəli […]

Source

💾

İlk cümləsini yaza bilməyən yazarın həyatı film olur…

Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq. Filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur. Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət İşçisi Aslan Fətullayev də rol alıb. Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub. Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların […]

Source

Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə mayın 1-dən 3-dək “İçərişəhər” Qoruq ərazisində keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıqlar davam edir. “Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, festivalın zəngin və maraqlı proqramına bu il də müxtəlif, həm yerli, həm də xarici müəlliflərin sərgiləri [...]

Source

374 tarixi əsər ələ keçirildi, 12 nəfər saxlanılıb

İstanbulda tarixi-mədəni irsin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb, 374 ədəd tarixi əsər və müxtəlif obyektlər ələ keçirilib. Modern.az xəbər verir ki, İstanbul İl Emniyyət Müdirliyinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları Maltepe və Beykoz rayonlarında müəyyən edilən iki ü...

Nadir şah haqqında yeni kitab təqdim olundu&nbsp;

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin Mərkəzi Elmi Kitabxa...

Cəfər Cabbarlının büstü yeni görkəmdə

Cəfər Cabbarlının adını daşıyan Azərbaycanfilm kinostudiyasının həyətində yerləşən büstünün restavrasiyası yekunlaşıb. Modern.az xəbər verir ki, büstün bərpası işlərinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunub, ətraf ərazidə abadlıq işləri həyata keçirilib. Qeyd edək ki, büstün restavrasiya işlərinə bu ilin yanvar...

"At gücü" sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin "At gücü" mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra film nümayiş etdirilib.

Film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir. Layihə vəhşi təbiət haqqında məzmun yaradan və filmləri 70-dən çox ölkədə yayımlanan məşhur "Plimsoll Productions" və "Eos Films" istehsal şirkətlərinin birgə məhsuludur.

Filmin çəkilişləri ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Azərbaycandakı çəkilişlər Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə həyata keçirilib. Filmdə təqdim olunan məşhur at cinsləri arasında Azərbaycanın milli irsi olan Qarabağ atları da öz layiqli yerini tutub.

Bu ekran əsəri "Mavi Planet II" və "Yer kürəsi II" kimi layihələrin yaradıcıları tərəfindən atlar haqqında indiyədək çəkilmiş ən iddialı sənədli filmlərdən biri hesab olunur.

Şərq təqviminə görə 2026-cı ilin "At ili" olması ilə əlaqədar filmin nümayişləri dünyanın müxtəlif ölkələrində bu mövzuya həsr edilib. Proqnozlara əsasən, ekran əsərinin auditoriyası 100 ölkədə 300 milyon izləyicini ötəcək. Bu göstəriciyə televiziya yayımı, onlayn platformalar, kinoteatr nümayişləri, eləcə də dünyanın müxtəlif muzeylərində təşkil edilən təqdimatlar vasitəsilə nail olunması gözlənilir.

Qeyd edək ki, filmin ərsəyə gəlməsində beynəlxalq təcrübəyə malik peşəkar komanda iştirak edib. Layihənin məsləhətçiləri sırasında Böyük Britaniyanın tanınmış fotoqrafı, Kral Coğrafiya Cəmiyyətinin üzvü Henri Dallal (Henry Dallal) da daxil olmaqla, elm və mədəniyyət sahəsinin aparıcı mütəxəssisləri yer alır.

Filmin rejissoru Mark Braunlou (Mark Brownlow) "Yer kürəsi II" və "Eden: Untamed Planet" kimi layihələri ilə tanınır. O, həmçinin "Mavi planet II", "Kiçik nəhənglər 3D", "Okeanlar: bizim mavi planetimiz 3D" və digər sənədli serialların prodüseri və rejissoru kimi çoxsaylı mükafatlara layiq görülüb.

Filmin prodüseri Sun Şuyun (Sun Shuyun) beynəlxalq əməkdaşlıq sahəsində tanınan və məhsuldar fəaliyyət göstərən mütəxəssislərdəndir.

İkinci rejissor Rob Sallivan (Rob Sullivan) sənədli seriallar üzrə təcrübəli prodüser və rejissor kimi yerli hekayələrin təqdimatı və unikal çəkiliş məkanlarına çıxış imkanları ilə seçilir.

Filmin kadrarxası mətni "Oskar" mükafatı nominantı aktyor Coş Brolin (Josh Brolin) tərəfindən səsləndirilib, musiqinin müəllifi isə "Emmy" mükafatı laureatı bəstəkar Barnabi Teylordur (Barnaby Taylor).

"Akinak" tarixi bədii filminin premyerası böyük maraqla qarşılanıb

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə "Narimanfilm" MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu operatoru Ruslan Ağazadədir.

Fentezi elementləri ilə zəngin olan tarixi macəra filmində Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Ekran əsəri əsasən gənc auditoriya üçün nəzərdə tutulsa da, süjet xətti və vizual həlli ilə bütün yaş qruplarından tamaşaçıların marağına səbəb olacaq.

Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan "Akinak" qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.

Filmin premyerası böyük maraqla qarşılanıb, yaradıcı heyət alqışlarla səhnəyə dəvət olunub.

Qeyd edək ki, bədii film may ayından etibarən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Tədbir zamanı, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə hazırlanan və bu il təqdimatları keçiriləcək animasiya və filmlərin treylerləri nümayiş etdirilib.

Bakıda Bahar xeyriyyə yarmarkası keçirilib

Bakıda çox sayda sakini və şəhərin qonağını bir araya gətirən Bahar xeyriyyə yarmarkası keçirilib. Bu barədə Qazaxıstanın Bakıdakı səfirliyindən bildirilib. Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club – Baku) və Qazaxıstanın Azərbaycandakı səfirliyi olub. Yarmarkanı Bakıda fəaliyyət göstərən onlarla xarici ölkə səfirliyi, yerli və xarici şirkətlər, könüllülər dəstəkləyib. Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel [...]

Source

Prezidentin gəlini Pasxa bayramını belə qeyd etdi - FOTOLAR

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Kafedrala gedərək Pasxa bayramını qeyd edib.   Modern.az xəbər verir ki, A. Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, sevinc və xoş bayram əhval-ruhiyyəsi arzulayıram&rd...

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi istifadəyə verilib

Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəsmi açılışı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ziyalılar və universitet nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının nümayəndə heyətini universitetin rektoru, professor Kamal Abdulla qarşılayıb. Qonaqlar əvvəlcə ali təhsil ocağında Qərbi Azərbaycan həqiqətlərini əks etdirən sənədli foto-sərgi ilə tanış olublar. Daha sonra mərkəzin rəsmi açılışı baş tutub. Rəmzi lent kəsilib. Açılışdan sonra qonaqlar mərkəzin şəraiti ilə yaxından tanış olublar. Ardınca Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub. Tədbir dəyirmi masa ətrafında […]

Source

Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb

Özbəkistanda Əmir Teymurun anadan olmasının 690 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilir.

"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, forum Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə təşkil olunub.

Forum 20-dən çox ölkədən 300-dən artıq alim, ekspert, diplomat və ictimaiyyət nümayəndəsini bir araya gətirib.

İştirakçılar arasında aparıcı beynəlxalq təşkilatların, elmi mərkəzlərin, universitetlərin, həmçinin muzey və kitabxanaların nümayəndələri var ki, bu da regionun tarixi-mədəni irsinə artan qlobal marağdan xəbər verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konfrans iştirakçılarına müraciət ünvanlayıb, müraciəti dövlət müşaviri, Xalq yazıçısı Xayriddin Sultanov oxuyub.

Dövlət başçısı müraciətində iştirakçıları forumun açılışı münasibətilə təbrik edib və Əmir Teymurun irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində səylərin əhəmiyyətini qeyd edərək onu böyük dövlət xadimi, görkəmli sərkərdə, elm, mədəniyyət və incəsənətin himayədarı kimi xarakterizə edib.

"Konfransın Özbəkistanın minillik elmi və mədəni irsinin unikal nümunələrinin cəmləşdiyi İslam Sivilizasiyası Mərkəzində keçirilməsi regionun tarixinin ən parlaq dövrlərindən biri olan Teymurilər dövrünün dərindən təhlili üçün xüsusi əhəmiyyət daşıyır", - müraciətdə qeyd olunub.

Bundan əlavə, müraciətdə vurğulanıb ki, Yeni Özbəkistanda milli tarix və mədəni irsin öyrənilməsi və populyarlaşdırılması, həmçinin gənclərin ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsi istiqamətində genişmiqyaslı iş aparılır. Bu baxımdan hər il apreldə Əmir Teymura həsr olunmuş tematik tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.

“Azərxalça”nın xalçaları Tbilisidə Gürcüstan Milli Muzeyinə hədiyyə olundu

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Gürcüstan Milli Muzeyində olub. Birinci xanım muzeydə bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid sərgilənən eksponatlarla tanış olub. Redaksiya “Azərxalça” ASC-yə istinadən xəbər verir ki, ekspozisiyalarla tanışlıqdan sonra Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça” ASC-nin istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya [...]

Source

Rəsulzadənin obrazını canlandıran aktyor: <span style="color: #ff0000;">"30-40 manata məclislərə kloun gedirdim" - FOTO</span>

Moderator.az xəbər verir ki, Lent.az Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Hüseynovdan müsahibə alıb.

- "Son iclas" filmində Məhəmməd Əmin Rəsulzadənin obrazını canlandırmısız. Necə seçildiniz bu rola?

- 2000-ci illərin əvvəlində Bakıda Polşa filmi çəkilirdi. Orada azərbaycanlı Tahir obrazını oynayırıdm. Böyük filmdə ilk rolum onda olub. 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkiləcəkdi. Kastinqlər keçirilirdi. Oraya böyük aktyorlar gedirdi. Heç inanmırdım ki, seçilərəm. Ümidsiz bir halda getdim. Kamera qarşısına keçib bir monoloq dedim. Dedilər ki, çox sağ ol, gedə bilərsiz, xəbər edəcəyik. 1-2 həftə sonra zəng edib çağırdılar. Dedilər, seçilmisiz. Çəkiliş prosesi çox gözəl keçdi. Rejissor Fuad Ələkbərovla işləmək çox gözəl idi.

- Müstəqillik dövründə Azərbaycanda tarixi mövzuda filmlər çox azdır. Bu niyə belədir?

- Başda maliyyə dayanır. Tarixi filmlər çəkilirsə, heç nə əsirgəməməliyik - aktyorun qonorarından tutmuş paltarlara qədər. Rasim Balayev deyirdi ki, "Nəsimi" filmində yerə sərilən xalçalar Suriyadan gətirilmişdi. Filmlərdə şahların taxdığı boyunbağılar, üzüklər həqiqi qızıl, brilyant idi. Xəncərlər həqiqi idi. 2025-ci ildə Azərbaycanda məşhur Yapon serialının bir hissəsi çəkilirdi. "Vivant" adlı bu serial hər il bir ölkəyə səfər edir. Bu dəfə də Azərbaycanda çəkilirdi. O serialda mən də rol almışdım - mafia başçısının köməkçisi obrazında. Serialın bir hissəsi Yaponiyada çəkildi. Onlar maliyyə baxımdan heç nəyi əsirgəmirdilər. Elə səhnə vardı ki burada da çəkə bilərdilər, amma məhz bəzi detallara görə o qədər heyətini apardılar Yaponiyaya, otellərə yerləşdirdilər.

- Tarantino bir səhnəni çəkmək üçün nəhəng günəbaxan tarlası saldırmışdı.

- Bəli, məhz buna görə heç nə əsirgəmirdilər. Biz orada darıxmayaq deyə, mətbəximizə uyğun qidalar verirdilər. Hər gün çoban salatı olurdu süfrəmizdə. Çiyələk mürəbbəsi, pendirlər gətirirdilər.

- Teatr aktyorları filmdə rahat oynaya bilirlər. Filmlərdə bunu hiss edirsiz?

- Fikir verin, keçmişdə çəkilən filmlərdə aktyorlarımızın əksəriyyəti teatr aktyorları olub. Amma indi bəzi rejissorlar teatr aktyorlarını bəyənmirlər. Deyirlər, pafoslu oynayırsız. Teatrda həmişə akustika problemi olub, ona görə də teatr aktyorları danışanda həmişə yüksək səslə danışırlar. Bu, bəzən bizə filmdə mane olur. Teatr aktyorları, adətən, filmlərdə rahat olurlar, amma film aktyorlarının 90 faizi teatrda oynaya bilmir.

- Azərbaycanda aktyorların sosial vəziyyəti sizi qane edir?

- Xeyr. Aktyorun məvacibi elə olmalıdır ki, o, ancaq öz işini görsün, başqa ehtiyaclar barədə düşünməsin və ancaq yaradıcılıqla məşğul olsun. Bu barədə uzun illərdir müzakirələr gedir. Bu işdə dadımıza çatan ölkə başçısıdır. 3 dəfə Prezident Mükafatı almışam. Lakin elə şeylər var ki, nazirlik səviyyəsində həll oluna bilər.

- Siz müəyyən bir yerə gələn, fəxri adı olan bir sənətkarsız. Bəs Mədəniyyət və İncəsənət Universitetini dünən bitirən biri nə qədər qonorar ala bilər? Ümumiyyətlə, teatra gələ bilərmi?

- Heç cür qane etmir...

- Ona görə də, aktyorların bəziləri toylara gedir.

- Mən də gedirdim. Ən böyük problem odur ki, bir filmdə çəkilmişəm, zəhmət sərf etmişəm, amma sən mənə danışdığımız qonorarı vermirsən, pulumu kəsirsən. Mən də məcbur olub 30-40 manata məclislərə kloun gedirdim. Nazirliyə təkliflər etdik ki, bizim aktyorların çoxu kirayədə yaşayır. Onsuz hər ay kirayəyə pul verilir. Siz bizə ev verin, o kirayənin pulunu həmin evə verək, neçə ildən sonra da ev bizə qalsın. Çətin bir prosesdir bu? Cənab Prezident bütün Xalq artistlərinə ev verib. Bu çox gözəl hadisədir. İllər əvvəl Afaq Bəşirqızı bizim maaşlarla bağlı problemi səsləndirdi. Cənab Prezident tez reaksiya verdi, maaşlarımız qalxdı. Mədəniyyət Naziri bizlə görüşdü 1-2 il əvvəl, problemlərimizi də dedik. Bəlkə də, həll olunma prosesindədir.

- Siz hazırda kirayədə qalırsız?

- Bəli, illərdir. İki övladım var, biri universitetdə oxuyur, digəri məktəbə gedir. Səhhətimdə problem yaranmışdı. Dedim, illərdir tibbi sığorta üçün pul çıxılır maaşımdan, gedim, müayinə olunum. Mərkəzi Neftçilər Xəstəxanasına getdim. İki gün növbə gözlədim. Dedilər, səhər tezdən gəlin. 9-da həkim gəlir. Saat 8-dən getdim xəstəxanaya. Saat 10-a qalmışdı, hələ həkim yox idi. Dedilər, həkim əməliyyatdadır.

- Bəzi müğənnilərə efir qadağası qoyuldu. O müğənniləri bir obraz kimi necə görürsüz?

- Onların fəaliyyətinə aktyorluq tərəfdən baxıram. Onları səhnəyə gətirib komik bir obraz yaratmaq olar. Bunu indiyə qədər ediblər də. Onlar zövqümə görə deyil. Biz Akif İslamzadə, Şövkət Ələkbərova ilə böyümüşük. Bəzən deyirlər ki, tamaşaçı belə bayağı şeylər istəyir. O yanlış fikirdir. Tamaşaçı cəhalətə qaçır. Bir az boş buraxan kimi hamı cəhalətə yoluxur. Daim maarifləndirici, düşündürücü verilişlər olmalıdır. Uzun müddət uşaq verilişləri aparmışam. Deyirdilər ki, bir müğənni çağır, reytinqləri "dağıdaq".

- Elə olub ki, canlandırdığınız obraz sizə psixoloji olaraq təsir edib və sonradan həyatınızda onun izlərini görmüsünüz?

- Nəyinki obraz, deyirlər ki, başqasının paltarını geyinmək olmaz, çünki onun enerjisi səndə qala bilər. İndi düşünün ki, biz nəyinki başqasının paltarını geyinirik, başqasının ruhunu özümüzə köçürürük. Və təbii ki, hər obrazdan bizdə nələrsə qala bilir.

- Elə bir film var ki, orada özünüzü görmək istəyərdiniz? İstər xarici, istər yerli. Bu obraz mən olmalıydım dediyiniz film.

- Konkret bir film deyə bilmərəm. Mən həmişə bu fikirdə olmuşam ki, rejissor məni görməlidir o filmdə, o tamaşada. Bəzən 50 yaşlı aktyor 20 yaşlı bir rola iddialı olur və oynayır. Rejissor görməlidir səni orada. Və səni inandırmalıdır ki, sən bu rolda oynaya bilərsən. Amma ən çox həvəsim milli mövzulara, tarixi filmlərə olub. Elə hiss edirəm ki, milli geyim mənə çox yaraşır.

- Tutaq ki, bir tələbə Mədəniyyət və İncəsənət Universitetini bitirib teatrda işləmək istədi. Bu necə olacaq?

- Təxminən belədir ki, aktyor müraciət edir nazirliyə, nazirlik də baxır, hansı teatrda boş yer varsa, göndərir oraya. Yoxdursa, qalır. Bunu artıq qəbul komissiyası nəzərə almalıdır. Bu qədər insanın aktyorluq təhsili almasına nə ehtiyac var? Baxmaq lazımdır ki, buna tələbat nə qədərdir?

Nazirliyinin yeni strukturu

Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub. Hazırkı strukturda 13 şöbə, 4 sektor formalaşdırılıb. Bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası əsasında optimallaşdırmadan sonra Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə və Maliyyə monitorinqi və auditi adlı yeni sektor yaradılıb. Ümumilikdə Aparatda İncəsənət siyasəti, Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyat siyasəti, Beynəlxalq əməkdaşlıq, Yaradıcı sənayelər və rəqəmsal inkişaf, Strateji inkişaf və kommunikasiya, Regional əlaqələndirmə, İnsan kapitalının idarə […]

Source

Ordubadda "Mədrəsə" tarix-memarlıq abidəsinin bərpası müzakirə olunub

Ordubad şəhərində yerləşən "Mədrəsə" tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı geniş müzakirə keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir AMEA Naxçıvan Bölməsi və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.

Müzakirələrdə abidənin mövcud vəziyyəti, tarixi əhəmiyyəti və qorunma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvanın mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, muxtar respublikada tarix-memarlıq abidələrinin qorunması istiqamətində sistemli işlər görülür. Onun sözlərinə görə, bu proses dövlət proqramları çərçivəsində sürətləndirilir.

Qeyd olunub ki, Ordubad Tarix-Memarlıq Qoruğu regionun mühüm mədəni irs obyektlərindəndir və beynəlxalq səviyyədə tanınır.

Bildirilib ki, "Mədrəsə" abidəsi Ordubadın zəngin memarlıq irsini əks etdirən nadir nümunələrdəndir və uzunmüddətli təsirlər nəticəsində qismən zədələnib.

Sonda vurğulanıb ki, abidənin bərpası həm tarixi irsin qorunması, həm də regionun sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir.

Mikael Silkeberq: Yeni film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq

Naxçıvanda çəkilən yeni sənədli film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan isveçli rejissor Mikael Silkeberq yeni sənədli film layihəsi barədə jurnalistlərə açıqlamasında deyib.

O, Naxçıvana üçüncü dəfə səfər etdiyini vurğulayaraq hər gəlişinin bu torpaqların zəngin tarixi və mədəni irsini daha dərindən öyrənmək imkanı yaratdığını vurğulayıb.

Rejissor xatırladıb ki, onun Naxçıvanla tanışlığı "Nuhun ayaq izləri" adlı sənədli filmi ilə başlayıb. 40 dəqiqəlik filmdə Naxçıvan insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edilib.

Üzərində çalışdığı yeni "Yaddaşda yaşayan Vətən" layihəsi haqqında danışan M.Silkeberq filmin Cənubi Qafqazda məcburi köçkünlük həyatı yaşamış azərbaycanlıların mədəni irsinə həsr olunduğunu qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan bu film üçün mühüm çəkiliş məkanlarından biridir. Burada yallı rəqsi, ənənəvi mətbəx nümunələri, Aşıq Ələsgərin irsi və Mirzə Qədim İrəvaninin yaradıcılığı kimi qeyri-maddi mədəni irs elementləri lentə alınır.

Rejissor həmçinin qeyd edib ki, bu film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynamaqla yanaşı, beynəlxalq auditoriyanın ölkəni daha yaxından tanımasına xidmət edəcək.

Nazirliyinin yeni strukturu -&nbsp;13 şöbə, 4 sektor&nbsp;

Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub. Modern.az xəbər verir ki, hazırkı strukturda 13 şöbə, 4 sektor formalaşdırılıb. Bildirilib ki, "Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyası əsasında optimallaşdırmadan sonra Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin ...

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTOLAR

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub. Modern.az xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir. Muzeyin “Gürcüstanda Daş dövrü” ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İnd...

Kaçkar Dağları dünya turizmində mövqeyini gücləndirir

Türkiyənin Qara dəniz bölgəsində, Rize və Artvin arasında yerləşən Kaçkar Dağları ilboyu müxtəlif təbiət və macəra imkanları ilə seçilir. Bu zənginlik bölgənin beynəlxalq səviyyədə tanınmasına rəvac verir. Modern.az xəbər verir ki, keçən il start götürən KAÇKAR BY UTMB ultramarafonundan sonra, aprelin 17-18-də Rizedə Beynəlxalq Kaçkar Turizm Sər...

Angelina Jolie uğursuz plastik əməliyyat şayiələrindən sonra ilk dəfə Kambocada ictimaiyyət qarşısına çıxdı

Hollivud aktrisası Angelina Jolie uğursuz plastik əməliyyat şayiələrindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı. Şəkillər İnstaqramda paylaşılıb. 50 yaşlı Angelina […]

Source

Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür

Xalq artisti Muxtar Maniyevin milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.

©

Xalq artistləri işdən çıxarıldı&nbsp;-&nbsp;Direktor ittiham edilir

Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb.  Modern.az xəbər verir ki, opera ifaçısı işdən çıxarıldığını bildirib. O qeyd edib ki, heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb: "Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) so...

Deputat kitablarını rayon kitabxanasına bağışlayacaq

UNEC-in rektoru Ədalət Muradovun Qarabağ Universitetinə kitab hədiyyəsi təşəbbüsü cəmiyyətdə geniş rezonans doğurmaqda davam edir. Bu təşəbbüsə qoşulanların sayı da getdikcə artır. Modern.az-a açıqlamasında deputat, bəstəkar Novruzəli Aslanov bildirib ki, o da artıq şəxsi kitabxanasından hədiyyə edəcəyi kitabları toplamağa başlayıb: “Mə...

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

1 aprel tarixində İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Mərkəzində (AKM) Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib. Konsert bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində baş tutub. Layihə müxtəlif illərdə ərsəyə gəlmiş əsərlərin vahid bədii konsepsiya əsasında təqdim olunduğu xüsusi musiqi silsiləsidir. Qravürlər kimi, hər [...]

Source

Dilarə Əliyeva: "Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir" - <span style="color: #ff0000;">VİDEO</span>

"Rasim Balayevin həyatı, kinonu, sənəti sevməsi onun atdığı addımlardan, verdiyi qərarlardan bilinirdi. Çünki Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir".
 
Bunu Əməkdar artist Dilarə Əliyeva Baku TV-yə Xalq artisti Rasim Balayevlə vida mərasimində onunla bağlı xatirələrindən danışarkən deyib.
 
O, Rasim Balayevin Azərbaycan kinosu üçün etdiklərinin çox qiymətli olduğunu vurğulayıb:
 
"Kaş Rasim müəllim ömrünün sonunadək ekran qarşısında olardı, filmlərə çəkilərdi. O, kino üçün yaranmışdı. Rasim Balayev Azərbaycan kinosu üçün bu dünyada bir insanın edə biləcəyindən daha artığını etdi".
 
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

 

Nazir müavini: Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti, kinosu üçün ağır itkidir

Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti və milli kinomuz üçün ağır itkidir.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib.

Onun sözlərinə görə, R.Balayevin vəfatı Azərbaycan xalqını sarsıdıb: "O ömrünün sonuna qədər Azərbaycan xalqına və mədəniyyətinə, kinosuna xidmət edib. Rasim Balayevin sənət yolu gənclər üçün məktəbdir. Sənətkarın çoxillik fəaliyyəti hər zaman dövlətimizin də diqqətində olub, qiymətləndirilib".

S. Yusifova mədəniyyət naziri Adil Kərimlinin də başsağlığını Balayevlər ailəsinə çatdırıb.

Mədəniyyət Nazirliyi Rasim Balayevin ölümü ilə bağlı nekroloq yaydı

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev vəfat edib. Modern.az xəbər verir ki, bu, Mədəniyyət Nazirliyinin R. Balayevin vəfatı ilə bağlı paylaşdığı yazıda qeyd olunub. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib", - yazıda qeyd olunub. Əlavə edilib ki, görkəmli kino aktyoru, Azə...

Rasim BalayevIə vida mərasimi olacaq -&nbsp;I Fəxri Xiyabanda dəfn ediləcək

Xalq artisti, aktyor Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək. Modern.az APA-ya istinadən xəbər verir ki, Rasim Balayevlə vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor bu gün səhər İstanbulda m...

Rasim Balayevin həyat DOSYESİ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Modern.az Rasim Balayevin dosyesini təqdim edir.  Azərbaycan kinematoqrafiyasının canlı əfsanələrindən, sənətimizin sarsılmaz sütunlarından biri – Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu torpağında dünyaya göz açıb. O, 1969-cu ildə Azər...

Rasim Balayevin cənazəsi&nbsp;bu gün Azərbaycana GƏTİRİLƏCƏK

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Konsulluqdan məlumat verilib. Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır. Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun ...

Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

"Report"un məlumatına görə, bu gün axşam saatlarında Xalq artistinin cənazəsinin Bakıya gətirilməsi nəzərdə tutulub.

Sabah isə mərhum sənətkarla Akademik Milli Dram Tetarında vida mərasiminin keçirilməsi, ardınca isə Birinci fəxri xiyabanda dəfn edilməsi planlaşdırılır.

Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib

Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rasim Balayev 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.

İlk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.

Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.

İctimai xadim kimi də tanınan sənətkar

1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.

Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin".

Azərbaycan mahnıları Londonda səslənir: Musiqiləri viral olan tələbə danışdı - FOTO - VİDEO

Son günlər azərbaycanlı gənc ifaçı Sonya sosial şəbəkələrdə paylaşdığı duet videoları ilə diqqət çəkir. İngiltərədə musiqi təhsili alan həmyerlimiz xarici musiqiçi ilə birlikdə Azərbaycan mahnılarını fərqli təqdimatda ifa edir və bu videolar qısa müddətdə izləyicilərin marağına səbəb olur.

30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı – VİDEO

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün [...]

Source

Ordubadda “Novruz bayramı” yüksək əhval-ruhiyyə ilə qeyd edilib 

20 mart 2026-cı il tarixində Ordubad rayonunda “Novruz bayramı” münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər və rayona səfər edən qonaqlar iştirak ediblər. Bayram şənliyi Ordubad şəhərinin mərkəzi Tədbirlər meydanında təşkil olunmuş və Novruz atributları ilə bəzədilmiş xüsusi guşələrə baxışla başlayıb. Burada milli mətbəx nümunələri, xalq sənətkarlığı məmulatları və müxtəlif kənd təsərrüfatı məhsulları sərgilənib. Tədbirin əvvəlində Novruz adətinə uyğun […]

Source

Məşhur serialın aktyoru vəfat etdi

Braziliyalı aktyor, rejissor, yazıçı və dramaturq Juka de Oliveyra 91 yaşında vəfat edib. Modern.az xəbər verir ki, bu barədə aktyorun yaxınlarına istinadən "Poder360" nəşri məlumat yayıb. Məlumata görə, o, martın 21-də, səhər saatlarında dünyasını dəyişib. Juka de Oliveyra tamaşaçılara "Klon" və "Braziliya pr...

Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb. Festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, […]

Source

BMU-da Novruz bayramı qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə universitetin əməkdaşları, yerli və xarici tələbələri iştirak ediblər. Təbrik nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Novruzun xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan ən qədim və sevilən bayramlardan biri olduğunu deyib. Vurğulayıb ki, barış və saf niyyətlər bayramı olan Novruz bolluq, bərəkət, yenilənmə, ümid [...]

Source

Dosent Zöhrə Əliyeva Londonda keçirilən beynəlxalq kitab sərgisində iştirak edib

10–13 mart 2026-cı il tarixlərində Londonda Beynəlxalq kitab sərgisi keçirilib. Tədbirdə dünya üzrə 1200-dən çox nəşriyyat və elmi-ədəbi təşkilatlar iştirak ediblər. Sərgi elm, nəşriyyat, akademik əməkdaşlıq və mədəni mübadilə sahəsində ən böyük beynəlxalq platformalardan biri olub. Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri f.ü.f.d, dos. Zöhrə Əliyeva iştirak [...]

Source

Gəncədə simfonik orkestrin konserti keçirilib

Mart ayından etibarən Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Layihə çərçivəsində martın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə Gəncədə konsert keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində gerçəkləşən konsertdə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Vasif Adıgözəlovun "Çanaqqala–1915" oratoriyası təqdim olunub.

Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə ifa olunan əsər dinləyicilərə unudulmaz təəssürat yaşadıb. Xor kollektivi isə Xalq artisti, baş xormeyster Gülbacı İmanovanın rəhbərliyi altında ahəngdar və təsirli çıxışı ilə seçilib.

Konsertdə tanınmış vokalçılar Samir Cəfərov, Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak ediblər.

Dərin emosional təsir gücünə malik oratoriya tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Oratoriya qəhrəmanlıq, vətən sevgisi və milli birlik ideyalarını musiqi dili ilə parlaq şəkildə əks etdirib.

Xatırladaq ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

BMU-da Novruz bayramı qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə universitetin əməkdaşları, yerli və xarici tələbələri iştirak ediblər. Təbrik nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Novruzun xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan ən qədim və sevilən bayramlardan biri olduğunu deyib. Vurğulayıb ki, barış və saf niyyətlər bayramı olan Novruz bolluq, bərəkət, yenilənmə, ümid rəmzi kimi əsrlərdir insanların həyatında mühüm yer tutur, cəmiyyətimizdə həmrəyliyin, mehribanlığın və birlik ruhunun möhkəmlənməsinə xidmət edir. Yaqub Piriyev ərazi bütövlüyü və suverenliyi təmin olunmuş […]

Source

Müasir &ldquo;Arşın mal alan&rdquo; Vyanada təqdim olundu - VİDEO

2025-ci ilin payızında Vyana şəhərində Azərbaycan musiqi mədəniyyətinin incilərindən biri dahi bəstəkar Üzeyir Hacıbəylinin Arşın mal alan əsəri yeni və müasir bir təqdimatda səhnələşdirilib. Modern.az xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin bu məşhur operettası bu dəfə Avstriya sənətçiləri tərəfindən müzikl formatında hazırlanaraq tam...

Bakıda “Türk Dövlətləri ilə Mədəniyyət Körpüsü” Forumu keçirildi – FOTO/VİDEO

Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evi tərəfindən “Türk Dövlətləri ilə Mədəniyyət Körpüsü” adlı […]

Source

💾

Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb

Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda paytaxtımızın sakinləri və qonaqları üçün xüsusi bayram guşəsi hazırlanıb. Bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub. Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və təbiətin yenilənməsini simvolizə edən müxtəlif dekorativ elementlər [...]

Source

Paytaxtın “Abad məhəllə”lərində Novruz şənlikləri keçirilir

Bakıda xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir. Novruz bayramı paytaxtın Nizami və Yasamal rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim [...]

Source

Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb

Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda paytaxtımızın sakinləri və qonaqları üçün xüsusi bayram guşəsi hazırlanıb. Bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub. Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və təbiətin yenilənməsini simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib. Məkanın tərtibatında əsas məqsədlərdən biri ziyarətçilərin buraya daxil olan kimi baharın təravətini hiss etmələrinə şərait yaratmaq olub. Bu məqsədlə guşədə […]

Source

Paytaxtın “Abad məhəllə”lərində Novruz şənlikləri keçirilir

Bakıda xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir. Novruz bayramı paytaxtın Nizami və Yasamal rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər Novruz bayramını yüksək sevinc hissi ilə qeyd ediblər. Həyət boyunca xoncalarda […]

Source

Bakıda keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub

Mədəniyyət Nazirliyində Bakıda keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad ilə görüşüb.

Görüşdə 12–14 mart tarixlərində Azərbaycan Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək XIII Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Nazir Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib.

Tərəflər Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal səviyyədə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində qurulmuş tərəfdaşlığın möhkəmləndiyini qeyd ediblər və cari ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların gedişatını müzakirə ediblər.

Söhbət zamanı mürəkkəb geosiyasi şəraitdə mədəni diplomatiyanın və mədəniyyətlərarası dialoqun rolunun artırılması, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib

"British Petroleum"(BP)-nin maliyyə dəstəyilə həyata keçirilən "Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, deputatlar, tanınmış kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib ki, kitab Azərbaycan kinosunun zəngin tarixini əhatə edən mühüm nəşrlərdən biridir.

T.Bayatlı qeyd edib ki, nəşr Azərbaycan kino tarixində ilk 4 cildlik ensiklopedik əsər kimi hazırlanıb və milli kinematoqrafiyanın inkişaf mərhələlərini sistemli şəkildə təqdim edir.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan milli kinosunun 128 il ərzində keçdiyi yolun olduqca zəngin və keşməkeşli olduğunu bildirib.

"Yaxın on illik üçün hesablanan "Azərbaycan Mədəniyyəti 2040" mədəniyyət konsepsiyasında kino sahəsinə sanaye yanaşmasının tətbiqi prioritet məsələlərdən biridir".

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Kino Agentliyi son 3 il ərzində beynəlxalq kino qurumları ilə 7 əməkdaşlıq müqaviləsini imzalayıb.

BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan kinosunu milli yaddaşın formalaşmasında mühüm rol oynayan amil adlandırıb.

Onun sözlərinə görə, kino milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır:

"Milli-mənəvi dəyərlər, ictimai düşüncə və müəyyən ideoloji baxışlar filmlər vasitəsilə cəmiyyətə çatdırılır. Kino sayəsində Azərbaycan dəyərləri dünyaya təqdim olunur və tanıdılır".

Ensiklopediyanın müəllifi, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə isə çıxışı zamanı kitabın ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb.

Kinoşünas vurğulayıb ki, 63 illik fəaliyyəti ərzində filmlərlə bağlı apardığı araşdırmalar yığcam halda yeni nəşr olunan kitabda öz əksini tapıb.

"Bu kitabın çap edilməsi mənim üçün olduqca əhəmiyyətlidir", – deyə A.Kazımzadə bildirib.

Ensiklopediyanın elmi redaktoru, Azərbaycan Dövlət Film fondunun sədri Cəmil Həsənli Azərbaycan kinosunun araşdırılması və qorunub saxlanılmasında kinoşünas Aydın Kazımzadənin mühüm rolu olduğunu bildirib.

Qeyd edək ki, kitabın ilk iki cildində Azərbaycan kino tarixinin ensiklopedik təsviri təqdim olunub.

Digər iki cilddə isə bədii, sənədli və animasiya filmləri ilə bağlı, eləcə də kinorejissorlarla bağlı adlar göstəricisi qeyd olunub.

Qarabağda möhtəşəm Novruz festivalı keçiriləcək

Martın 16 və 17-si Cəbrayılın Horovlu kəndi və Zəngilanın Ağalı kəndində möhtəşəm Novruz Festivalı keçiriləcəkdir. Bu barədə Festivalın təşkilatçıları məlumat veriblər. Festivalda müxtəlif sahələri təmsil edən sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxtin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.

Source

“Aktrisa heç bir yerini şişirtməli deyil” – <span style="color: #ff0000;">Gülşad Baxşıyeva ilə MÜSAHİBƏ</span>

Moderator.az Əməkdar artist Gülşad Baxşıyevanın Lent.az-a müsahibəsini təqdim edir.
 
- Gülşad xanım, pedaqoji fəaliyyətlə məşğulsunuz. Tələbələrlə işləmək necədir?
 
- Artıq 41 ildir pedaqoji fəaliyyətlə məşğulam. Açığı, bu mənim üçün bir enerji mənbəyidir. Tələbə ilə işləmək sevdiyin sənəti daim xatırlamaq və öyrətməkdir. Biz yol öyrədirik, istedad vermirik. Tələbəyə aktyorluq sənətini akademik səviyyədə başa salırıq. Tamaşa qurmaq xatirinə etmirik bunları. Seçdiyimiz əsərlər tələbənin inkişafına xidmət etməlidir. Solğun, bəsit obrazları tələbə ilə işləmək olmaz. Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Şekspir kimi canlı obrazları olan əsərləri işləyirik. Orada bir xarakter olmalıdır. Tələbə daim inkişaf etməli, püxtələşməlidir.

- Bəs indi tələbələrdə istedad hansı səviyyədədir? Razısınızmı onlardan?
 
- Bir bilsəniz, nə qədər istedadlı uşaqlar var. İstedadı vermək olmaz. Bir dəfə tələbəyə nəyisə izah edirdim, görürdüm ki, alınmır. Bilirdim niyə alınmır. Axırda dedim, oğlum, o şey ki səndə var, onu səndən ala bilmərəm, o şey ki səndə yoxdur, onu verə bilmərəm. O da istedaddır. Tələbə hələ-hələ rolu özününküləşdirə bilmir. İstedadlı tələbə müəllimin dediyindən əlavə öz yaradıcılığını da qatır. 
 
Tələbələrin bir çoxu sənəti üstdən, səthi sevirlər. Dərinliyini bilmirlər, öz üzərilərində işləmək istəmirlər. Bu baxımdan çox tənbəldirlər. Onlara verilən tapşırıqları yerinə yetirsələr, nəsə əldə edə bilərlər. Bütün bunlarla yanaşı, çox istedadlı tələbələr də var ki, özlərindən daim narazıdırlar. Onlar sənəti sənətə görə sevirlər. Bir çox universitetlərdə diplom almaq üçün oxuyurlar. 

- Kino və teatrdan uzaqlaşmısınız, daha çox pedaqoji fəaliyyətlə məşğulsuz. 

- Vaxtilə kino və seriallara çəkilmişəm, indi universitetdə kafedra müdiriyəm. Tələbələrin, müəllimlərin problemini həll etmək, onlarla maraqlanmaq lazımdır. Serial da belədir ki, səhər tezdən gedib axşam gəlirsən. Əlimdə iki qarpız tutmaq həvəsim yoxdur. Teatrdan isə çoxdan uzaqlaşmışam. Bəzən filmlərə çəkilirəm. O da ssenariyə baxıram, xoşuma gələndə gedirəm. Yenə də dəvət gəlsə, seçim edəcəyəm.
 
- Seçimi nəyə əsasən edirsiz?

- Rola görə. İki il əvvəl bir tələbəmiz var idi. Dedi ki, Şəkidə bir serial çəkirik. Dedim, ver, ssenarini oxuyum. Dedi, çəkilərsiz bizim seriala? Dedim, rol xoşuma gəlsə, çəkilərəm. Böyük məmnuniyyətlə o seriala çəkildim. İkincisi isə, Şəki aşiqiyəm, ora mənim üçün başqa bir məkandır. Serial çəkiləndən sonra gəlib oturdum, operator dedi, Gülşad xanım, bu sizsiniz? Gözləriniz rol oynayanda başqa, indi başqa idi. Dedim, insan gərək içini hazırlasın o rola.

- Deyirlər, sənət fədakarlıq tələb edir. Sənətə görə özünüzdən, həyatınızdan nəyi fəda etmisiz?

- Ümumiyyətlə, hər bir işdə fədakar olmalısan. Fədakarlıq odur ki, işinə ciddi yanaşasan, məqsədinə çatasan. Elə aktyor var 15 dəfə oynadığı rolu hər dəfə fərqli oynayır, püxtələşir. Eləsi də var, gəlib sözlərini deyir, gedir. Nəyi fəda etmişəm? Bunlar hamısı cəfəngiyatdır. Hamının bir qərəzi var. Ora sənin iş yerindir, fədakar olmalısan. Deyirlər, “həyatımı sənətə qurban verdim”. Heç kim heç nəyi qurban vermir. Gəlib teatrda baxır, siyahıda adı varsa, gedib rolunu oynayır, yoxdursa, baş qaldırır ki, mənim rolum niyə yoxdur? Deyirlər, mən həyatımı, canımı teatra, ekranlara qoydum. Əvəzində də nəsə almısan da. Hardan oldu fədakarlıq?

- Son illər sənət adamlarını sosial verilişlərə çağırıb ekspert kimi danışdırırlar. Sizi də televiziyalara çağırırlar?

- Əvvəl bəzi verilişlərə çağırdılar. Mənlik deyildi. Verilişin tam məğzini başa düşmürdüm. Sonra gördüm, kimsə gəlir və başlayırlar onun problemini müzakirə etməyə. Mən də imtina elədim. Hələ bilmək olmaz o insanın vəziyyətinə düşsəm, nə edərəm. Mənim mənəvi haqqım yoxdur ona məsləhət verməyə. Ona görə də, o verilişlərdən vaz keçdim. Kiməm ki ona məsləhət verim? Ailə qalmaqallarını efirə çıxarmaq olmaz. Elə səviyyədə danışırlar ki... Danışıq maneraları yoxdur, qışqırır hamısı.

Gənclər oradan nə ibrət götürəcək? O ailə-məişət mövzularının açıldığı verilişlərin hamısını bağlamaq lazımdır. Əvvəl o verilişə gedib çıxana qədər böyük distansiyalar var idi, efirdə bir dənə yanlış söz demək olmazdı. İndi fikir verin, hamısında qışqıra-qışqıra danışır, hamısı "alə" deyə müraciət edir. Qadınlarımız manekenə dönüb, heç birində təbiilik yoxdur. Qaşlar, burun, saçlar eynidir, botokslar eynidir. Bir dəfə məndən soruşdular, dedim, son illərdə gələn heç bir müğənnini tanımıram. Hamısı eyni sifətdədir. Manqurtlaşırlar, robot sifəti alırlar. İnsanı redaktə etmək olar, demirəm ki, yuxudan duran kimi efirə çıxmaq lazımdır. O vaxt Rübabə Muradova, Şövkət Ələkbərova var idi... Bazar məişətini efirə çıxarmaq olmaz. Kənardan baxan deyir, Azərbaycan budur? Korifeylərə baxın, görün özlərini necə aparırlar. Televiziyalar gəlir mənbəyinə dönüb, ancaq pul qazanırlar. Televiziyalar insanların mənəviyyatını pozur. Mənəviyyat olmayan yerdə çox pozğunluqlar olacaq. İctimai TV-də, AzTV-də elə gözəl verilişlər olur, deyirəm, yaxşı ki, onlar var. 
 
- Aktyor, aktrisa necə olmalıdır və necə olmamalıdır?
 
- Aktrisa, aktyor kütlədən seçilməli deyil. Hamı kimi sadə, adi olmalıdır. O, işi ilə, sənəti ilə seçilməlidir. Bizdə seçilmək istəyirlər - geyimləri, yaşayışları ilə. Bunu nümayiş etdirirlər. Aktrisa heç bir yerini şişirtməli deyil. Kamera bunu qəbul etmir. Botoks olanda əzələlər işləmir. Aktrisa gülür, amma üz olduğu kimi qalır. Botokslu aktrisa ola bilməz. Cəmiyyət elə olub evdar qadınlar belə botoks etdirir. Olar, amma çox ehtiyac varsa. Başa düşürəm, qocalmaq istəmirlər, amma çox çirkin görünürlər. Evdar qadın rolunu oynayır, baxırsan ki, üzündə botoks var. Belə şey olar? 

-Bəs Aktyor və aktrisanın apardığı rolla əxlaqi keyfiyyətləri arasında bir əlaqə olmalıdır? Əxlaqi keyfiyyətləri apardığı rola təsir edir?

- Aktrisa səhnədə pozğun bir qadını oynaya bilər, amma o demək deyil ki, o pozğundur. Sadəcə aktyorlar və aktisalarda müşahidə qabiliyyəti, intuisiyası çox güclü olmalıdır. Amma əxlaqi keyfiyyətləri aşağı biri əxlaqlı birini canlandıra bilməz. Çünki onun başı həyatı boyu əxlaqsızlığa yönəlib. Nə qədər oynasa da, yenə də o əxlaqsız tərəfi özünü göstərəcək. O gərək nə qədər fitri istedada sahib ola ki, dəyişə bilə. Yoxsa mütləq həyatdakı hərəkətlərini orada göstərəcək. Bir jest, bir mimika onu ələ verəcək ki, bu obraz onun həyatına aid deyil. 

- Hələ də öyrəndiyiniz şey nədir?

- Hələ də insanları, həyatı qavramağı öyrənirəm. Həyatın boyu öyrəndikcə dərinə gedirsən, getdikcə də görürsən ki, heç nə bilmirsən. Dahilər var, hamısı dəlidir. Məsələn, Albert Eynşteyn çox qəribə idi. Stiven Hokinq niyə o gündə idi? Hamısı çox bilməkdən idi.

Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır

Mayın 1-dən 3-dək Bakıda növbəti “Beynəlxalq Xalça Festivalı” baş tutacaq. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə [...]

Source

Azərbaycan musiqisində innovasiya: – İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi

Azərbaycanlı müğənni Sofi Fayro yeni “Stop Cortisol” klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji təzyiqdən müdafiəsi ideyası üzərində qurulub. “Stop Cortisol” ifadəsi ingilis dilindən tərcümədə “kortizolu dayandır” mənasını verir. Kortizol stress hormonu kimi tanınır və uzunmüddətli gərginlik zamanı yüksələrək insanın emosional və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Bu [...]

Source

Azad seçim, yoxsa gizli məcburiyyət? - <span style="color: #ff0000;">Baş örtüklərinin minillik sirri - VİDEO</span>

Qadının geyimi tarix boyu müzakirə mövzusu olub. Heç zaman səngiməyən müzakirələr, mülahizələr və mübarizələr fonunda qadın gah qapalı, gah da açıq geyinməsi ilə seçilib.
 
Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında bu dəfə qadın baş örtüklərinin tarixi və müxtəlif dövrlərdə daşıdığı mənadan bəhs olunub.
 
Qadının öz seçiminə görə geyindiyi azad cəmiyyətlər və onun iradəsi xaricində geyinməsini məcbur edən toplumlar da mövcuddur.
 
Maraqlıdır ki, dünyanın bu qədər inkişaf etməsi, müxtəlif doqmaların əzilib-büzüldüyü və bir çox reallıqların şəklini dəyişdirdiyi bir zamanda belə qadın geyimi hələ də müzakirə mövzusudur.

&ldquo;Kainatın Sükutunu Yaradan Uşaqlar&rdquo; tamaşası yenidən səhnədə

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq inklüziv və autizm spektrli uşaqların iştirakı ilə hazırlanmış "Kainatın sükutunu yaradan uşaqlar" adlı qarabasma janrında mürəkkəb quruluşlu tamaşa 28 fevral 2026-cı il tarixində saat 17:00 da Şuşa Dövlə...

Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI

Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb. Bir neçə şou verilişləri bağlanıb. Bununla yanaşı, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub. Manset.az həmin müğənnilərin siyahısını təqdim edir: Kəmalə Günəşli Canana (Mətanət İsgəndərlinin keçmiş gəlini) Nüşabə Musayeva Nəfəs Ofelya Şabanova Günəş Qumral (Musa Musayev və Təranə Qumralın qızı) Səbinə Selcan Ülviyyə Namazova Afət Fərmanqızı Aşıq Namiq Mehriban Qəmbərova Şəbnəm Qəhrəmanova Arzu Mirzəyeva Şəlalə Səsli Naza Veysəlova Ziba […]

Source

Bu gün ilk çərşənbədir

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən […]

Source

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunub

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub. Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.

Source

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi. Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

Source

“Azərxalça” Şuşa məscidi üçün dünyanın ən böyük dairəvi xalçasını hazırladı

Heydər Əliyev Fondu, “PASHA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb. “Azərxalça” ASC-dən veriən məlumata görə, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan [...]

Source

“Azərxalça” Şuşa məscidi üçün dünyanın ən böyük dairəvi xalçasını hazırladı

Heydər Əliyev Fondu, “PASHA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb. “Azərxalça” ASC-dən veriən məlumata görə, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan [...]

Source

Bricerton: Yeni dövrün dramı tamaşaçıları heyrətləndirir

Yeni dövr draması olan bu serialın sabun və nağıl istəklərinin qarışığına qarşı durmaq çətindir. Lakin, bu tamamilə dəlilikdir. Redaksiya məlumat verir ki, “Mən bu cəmiyyətin xaricində daha macəralı bir yol seçirəm və bunu edərkən özümə sadiq qalıram!” deyə, Benedikt Bricerton (Lük Tompson) burnunu qabardaraq, Leydi Violet (Rut Gemmell) dəhşətlə baxarkən, qışqırır. “Amma hələ də evlənməli olan iki bacın var və onların taleyi ailənin nüfuzundan asılıdır,” deyə ana qəzəbi ilə dolmuş, gərginliklə qışqırır. “Bu, səndən bir cənab olmağı tələb edir, … […]

Source

Aida Eyvazlının kitabı türkcə nəşr olundu&nbsp;

Avrasiya Yazarlar Birliyinin “Bengu” yayım evində  tərcüməçi və araşdırmaçı jurnalist, publisist Aida Eyvazlı Göytürkün “Sahaya” kitabı  türk  dilinə uyğunlaşdırılaraq, işıq üzü görüb. Modern.az-ın məlumatına görə, kitabda müəllifin 2019 və 2021-ci ildə Yakutiyada səfərdə olduğu müddətdə tanınmış xalq şairl...

67 yaşlı Şeron Stoun mükafatlandırma mərasiminə buddan yuxarı kəsikli don və bəbir naxışlı corablarla qatılıb

“The Hollywood Reporter” qəzetinin məlumatına görə, aktrisa Şeron Stoun Los-Ancelesdə keçirilən 2026-cı il Astra Mükafatlarının təqdimetmə mərasimində iştirak edib. 67 […]

Source

Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edilib

“Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Redaksiya xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla yerli və dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında aşağıdakı dəyişikliklər edilib: Xocavənd rayonu Traxtik (Zoğalbulaq) Sakuri (Hünərli) Süsənlik (Susanlıq) Xsaberd (Çaylaqqala) Sur (Sor) Mestağlar (Böyük Tağlar) Qavaxan (Gavahın) Qatsi (Çörəkli) Maçqalaşen (Cütçü) Sitoraşen (Şıx Dursun) Tağavard (Tağaverd) Niki (Cəmiyyət) Xocalı rayonu Çanaxçı (Çanaqçı) Xansıx (Xanyeri) Maşxmaat (Baharlı) […]

Source

“Oğlum deyir ki, ay ana, nəyinə lazımdır...” – <span style="color: #ff0000;">92 yaşlı Ceyran Haşımovadan narazılıq</span>

“Qan təzyiqim yüksək, ürək təzyiqim isə aşağı olur. Əlim, ayağım buz kimi olur. Həkim deyir ki, çölə çıxmalıyam, hava almalıyam. Mənim isə buna halım yoxdur”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a 92 yaşlı Xalq artisti, tarzən Ceyran Haşımova deyib.
 
O bildirib ki, iki ildir bu xəstəlikdən əziyyət çəkir:
 
“Həkimlər bir çarə tapa bilmir. Yaş öz işini görür. İndi insanlar çox yaşaya bilmir. Belə havada çox yaşamaq olar? Nə qədər qasırğa olar?”
 
Tarzən deyib ki, televiziyalardan çağırsalar da, səhhəti ilə bağlı proqramlarda iştirak edə bilmir:
 
“Gəzəndə təngənəfəs oluram, ona görə də heç yerə gedə bilmirəm. Ancaq evdə hər işi görürəm. Yeməyimi qoyuram, qabımı yuyuram. İştaham da yerində. Bircə narahatlığım təzyiqdir. Bəzən əlim buz kimi soyuq olur. Halbuki evimiz istidir. Qan bədənimdə yaxşı dövran etmir. Oğlum, gəlinim, nəvələrim yanımdadırlar, sağ olsunlar, tək qoymurlar”.
 
Ceyran Haşımova orden almadığı üçün gileylənib:
 
“Sadəcə məni üzən budur ki, Azərbaycanda yeganə Xalq artisti qadın tarzən mənəm. Amma indiyə kimi “Şöhrət” ordeni almamışam. Mən çox gözlədim ki, əziyyətimə qiymət veriləcək, lakin bu olmadı. Nə edə bilərəm, gedib qapıları döyəsi deyiləm ki... İndi adları, ordenləri su kimi paylayırar. Bircə məni layiq görmədilər? Bu orden veriləndə əlimə pul gəlməyəcək, sadəcə olaraq yaşamaq üçün stimuldur. Prezident təqaüdü alıram, heç nəyə möhtac deyiləm.
 
25 il dərs demişəm, tələbələr yetişdirmişəm. Tələbələrim incəsənət xadimi, xalq artistidir. Mən nə qədər müğənni yetişdirmişəm. “Şöhrət” ordeni almaq üçün daha nə etməli idim ki...
 
“Lalə” qızlar ansamblı dünyanın hər yerini gəzdi, konsertlər verdi. Biz kəndlərdə palto əynimizdə konsert vermişik. Hava soyuq, mehmanxanalar qıt idi. Biz bu cür əziyyətlər çəkmişik. Mən həm tarzən, həm də müğənni yetişdirmişəm. Oğlum Rəşad Haşımov deyir ki, ay ana, nəyinə lazımdır... Amma bu, məndən asılı deyil, insan əziyyət çəkəndə umur”.
 

“Səkkiz”in ikinci hissəsinin Qala Gecəsi baş tutdu

08.01.2026 tarixində Park Cinemanın Flame Towers filialında Azərbaycan kinematoqrafiyasına yenilik gətirən psixoloji çoxseriyalı bədii triller filmi olan “Səkkiz”in ikinci hissəsinin Qala Gecəsi baş tutdu. Qala Gecəsində incəsənət xadimləri, rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə tanınmış yaradıcı şəxslər iştirak etmişdir. Tamaşaçılar 2-ci hissənin daha həyəcanlı və cəlbedici olduğunu qeyd [...]

Source

Görkəmli seleksiyaçı alim Əsəd Musayevin anadan olmasının 88-ci ildönümü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) dünya aqrar elminin xəzinəsini zənginləşdirən görkəmli seleksiyaçı alim, məhsuldar və keyfiyyətli taxıl sortlarının yaradılmasında əzmlə çalışmış ictimai xadim, “Şərəf nişanı” ordenli, əməkdar kənd təsərrüfatı işçisi, prezident təqaüdçüsü Əsəd Cənət oğlu Musayevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri ƏETİ-nin direktoru Faiq Xudayev giriş nitqi ilə [...]

Source

Görkəmli seleksiyaçı alim Əsəd Musayevin anadan olmasının 88-ci ildönümü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) dünya aqrar elminin xəzinəsini zənginləşdirən görkəmli seleksiyaçı alim, məhsuldar və keyfiyyətli taxıl sortlarının yaradılmasında əzmlə çalışmış ictimai xadim, “Şərəf nişanı” ordenli, əməkdar kənd təsərrüfatı işçisi, prezident təqaüdçüsü Əsəd Cənət oğlu Musayevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri ƏETİ-nin direktoru Faiq Xudayev giriş nitqi ilə [...]

Source

Türk ailəvi film “Kardeş Takımı 3” – eksklüziv olaraq CineMastercard-da

Yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində 8 yanvar tarixindən etibarən tamaşaçıların böyük rəğbətini qazanmış macəra franşizasının davamı olan Türkiyə istehsalı ailəvi film “Kardeş Takımı 3” filminin nümayişinə start verilib. Üçüncü hissədə komanda daha da böyüyür və sirli zaman səyahətinə çıxır. Həyəcanlı süjet qəhrəmanları müxtəlif tarixi dövrlərə aparır; onları gözlənilməz sınaqlar, təhlükələr və maraqlı kəşflər qarşılayır. Hekayə keçmişlə [...]

Source

Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi

Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Cahangir Mütəllib oğlu Novruzovu təltif edib. Modern.az xəbər verir ki, sərəncama əsasən, Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Qeyd edək ki, Cahangi...

Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Modern.az xəbər verir ki, Sərəncam ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəv...

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək […]

Source

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbir uşaqlar üçün əsl [...]

Source

Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq

Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işləri aparılacaq.  Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqları yekunlaşdırıb, sözügedən işlərin icrasını “Crystal İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, Xankəndi Dövlət Dram Teat...

“Oğlanın boyu balaca idi, hər dəfə ayağının altına daş qoyulurdu, mən də gülməkdən ölürdüm” - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>

““Yol əhvalatı” filmi Asim Cəlilovun ssenari əsasında lentə alınıb. Belə ki, o yaşadığı küçədə təyyarə ilə avtomobilin toqquşmasının şahidi olur. Bu hadisə əsasında senari yazır. Rejissor Teymur Bəkirzadə isə 1980-ci ildə bu hadisədən qaynaqlanan filmin çəkilişlərinə başlayır. Paşanın qoyunla dolu maşını qaçırtdığı səhnədə baş rol ifaçısı Vaxtanq Pançaludzeyə kaskadyordan istifadə təklif edilsə də, bundan imtina edib, təhlükəli səhnəni özü canlandırıb. Filmdə Siyavuş Aslan, Yaşar Nuri, Eldəniz Zeynalov və s. sənətçilər rol alıb”.

Bunu Moderator.az-a açıqlamasında kinoşünas Aydın Kazımzadə bildirib.

O, bu filmdəki obrazların böyük sənətkarlar tərəfindən ifa olunduğunu bildirərək, bu filmi yüksək qiymətləndirib. 

Xalq artisti Həmidə Ömərova isə Zümrüd obrazına dəvəti belə xatırlayır:

“Fikirləşdim ki, komediyadır, bu janrda ilk dəfədir çəkilirəm. Senarini oxudum, gördüm Zümrüd müsbət qəhrəmandır, vəziyyət orada komikdir. “Yol əhvalatı” filminin komik vəziyyətləri illər keçsə də yadda qalır. Tərəf müqabilim Vaxtanq Pançaludze gürcü aktyoru idi. Onun boyu məndən balaca idi. Biz də etiraf səhnəsini çəkməli idik. Qıza etiraf edir ki, “mən səni sevirəm və nənəmi sizə elçiliyə göndərmək istəyirəm”. Nənə roluna da Sofya Bəsirzadə çəkilirdi. Teymur müəllim dedi ki, oğlan qızdan balacadır, götürdü onun ayağının altına daş qoydu. Oğlanı qaldırdılar daşın üstünə. Bunların səhnələri getdikcə qız da aşağı baxıb utanmalıdır. Mən də özümü məcbur edirəm ki, daşı görməyim. Rejissor da mənə deyir ki, utan, azərbaycanlı qızını oynayırsan. Hər dəfə aşağı baxanda gülməkdən uğunub gedirdim. Aktyorun daş üstünə çıxıb mənə eşq elan etməsi səhnəsi yadımdan çıxmırdı.

Xalq artisti bildirib ki, filmdə bəzi səhnələr montaj olunub:

“Bu film əsasən improvizələrlə çəkilib. Senari gözəl idi, quruluş yaxşı idi. Siyavuş Aslan Yaşar Nuri, Hacı İsmayılov və Akif Məhərrəmov bu filmə xüsusi şarm gətirib. O qədər improvizə edirdilər ki, rejissor da uğunub gedirdi. Zərnigar xanım və Siyavuş Aslanla bir səhnəmiz var idi ki, elçi gəlirlər, orada qız inkar edir ki, “yox mən istəmirəm”. Bu səhnələr nədənsə montaj olundu. Bir də məni atam işdən çıxardır, deyir ki, “filankəs xəstədir, qal kişiyə qulluq et”. O mayak səhnəsində qız gecə ilə ayılıb, qaçmaq istəyir. Orada da bəzi səhnələr kəsilib. Rejissor dedi ki, bu səhnələr ona görə kəsilib ki, “Qafqaz əsri” filmində Ninanın səhnələrinə bənzəyir. O səhnələrə mənim heyfim gəlir. Artıq üstündən illər keçib. Bu filmi bəyənməyən illər də var idi. Amma hər dəfə bu film ekranlarda gedəndə tamaşaçılar həsədlə baxırlar, həvəslə gözləyirlər, hər bir sitatını əzbər bilirlər” deyə aktrisa bildirib.

“Şəbnəm Alim Qasımovun cibinə 15 min manat basıb, ora pula görə gedib, ona görə yox”-<span style="color: #ff0000;"> FOTO+ÖZƏL</span>

“Alim Qasımov dünya şöhrətli müğənni olsa da, bizim kimi adi insandır. Düzdür, təqaüd alır, fəxri adları var, amma yenə də maddi vəziyyəti o deyil. Fərqanənin övladlarına baxır. Çoxu qınadı ki, niyə Şəbnəm Tovuzlunun ad gününə gedib? O Şəbnəmin oxumağına görə yox, qazandığı pullara görə ora gedib. Alimin adı-sanı, çəkisi hara? Şəbnəm hara? Bunlar ayrı-ayrı şeylərdir. Demək ki, məcburiyyət qarşısında qalıb gedib. Necə ki, hansısa müğənni verilişimə gəlir, oxuya bilmir, amma bilirəm ki, ödənişlidir ona görə səsimi çıxara bilmirəm. Bu da elə. Şəbnəmin də özünə görə adı-sanı var. Eşidirəm tez-tez onu Gürcüstana toylara dəvət edirlər, başına dollar atırlar”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

O, daha sonra əlavə edib:

“Alim toyxana ilə Alim olmayıb. Efirlə, səsi ilə Alim olub. Toyxana oxuyanı ayrıdır, sənətkar ayrı. Zeynəb Xanlarovanı heç kim toyda görməyib. Alim ora pulla gedib. Şəbnəm ən azı 15 min basıb cibinə. Bəlkə də dost kimi gedib. Amma inanmıram. Alim Şəbnəmlə durub dostluq edəcək?! Şəbnəm məni də dəvət etsəydi gedərdim. Puluna minnət. Mənim adım Əli Mirəliyevdir, Alimdən də əvvəl oxuyuram. Şəbnəm üçün də böyük qazanc və reklamdır ki, Alim Qasımov onun ad günü məclisində açılış edib” deyə müğənni bildirib.

Qeyd edək ki, Alim Qasımovun Şəbnəm Tovuzlunun doğum gününə gedib, duet ifa etməsi bir çox izləyicinin qınağına səbəb olub.

Prezidentin köməkçisi Xalq rəssamını evində ziyarət etdi

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq rəssamı, heykəltaraş, "Şərəf", "İstiqlal", "Heydər Əliyev" ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.   Modern.az xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib...

<span style="color: #ff0000;">“Fotoqraf anamın gözünü kor etdi, rejissorlar onu filmə çəkmirdilər...”</span>-məşhur aktrisanın acı taleyi+Qızından ETİRAFLAR

“Mən teatrda elə bil ki, evimizdə idim. O vaxt teatr ailə kimi idi. İndi teatrlarda vəziyyət dəyişib. Anam o vaxtı məni teatrdakı aktrisaların evində qoyub qastrol səfərlərinə gedirdi. Nəcibə Məlikova, Leyla Bədirbəyli ilə anamın əla münasibəti var idi. Mehdi Məmmədovun bir neçə tamaşasında mən də oynamışam. Hətta maaş da alırdım. Anamla bir neçə tamaşada tərəf müqabili də olmuşuq. İnstituta gec daxil olmuşdum. Anam dedi ki. “mən sənin indiki yaşında artıq tanınmış aktrisa idim, sən bu yaşda teatra getsən bundan sonra neyləyəcəksən?”. Teatra getməyimi məsləhət görməyəndən sonra məcbur qalıb 1962-ci ildə televiziyaya getdim. Arif Babayev kimi rejissorun asistenti idim. 2006-cı ilə qədər televiziyada çalışmışam”.

Bunu Moderator.az-a açıqlamasında ilk qadın televiziya rejissoru Solmaz Həmzəyeva deyib.

O daha sonra anası, görkəmli aktrisa Barat Şəkinskayadan danışıb:

 “Anamı rejissorlar çox gec filmlərə çəkməyə başladılar. Deyirdilər ki, onun azərbaycanlı tipajı yoxdur. Filmlərdə artıq çəkilsəydi bu gün daha çox filmi yadigar qalardı. Anam ömrünü teatra həsr etmişdi. Həm Gəncə teatrında, həm də Akademik Milli Dram teatrında çalışıb. Onu xatırlayıram ki, “O olmasın, bu olsun” filmi Bakıda çəkilirdi. Həm İçərişəhərdə, həm də ev səhnələri kinostudiyada lentə alınırdı. Anama yemək aparanda çəkilişləri görürdüm. Bilirsiniz bir film üstündə nə qədər kollektiv çalışırdı? Bazar səhnəsi də studiyanın həyətində çəkilirdi. Dəstə qız idim, mənə çox maraqlı gəlirdi” deyə o bildirib.

Solmaz xanım anasının başına gələn bədbəxt hadisəni də bizimlə bölüşüb:

“Teatrda belə idi ki, premyera qabağı fotoqraf gəlib tamaşadan səhnələr çəkirdi, nələrsə qeyd edirdilər. Elə olub ki, fotoqraf naşi olub. Bir fotonu bir neçə dəfə çəkib. Fotoqraf civə ilə yanan lampanı bağlamaq əvəzinə açıq qoyub. İşıq anamın gözünü zədələmişdi. Anamın bir gözünü çıxarıb, yerinə şüşə göz qoydular. Cavan və naşi bir fotoqrafın səhvi ucbatından anam gözündən oldu. Hətta ömrünün son illərində onu evə çəkməyə gələn jurnalistlərə deyirdi ki, “gözlə, qoy gözümü taxım gəlirəm”. Bir gözünü itirdiyi üçün ömrünün son illərini heç yerə çıxmırdı. Elə evdə vaxt keçirirdi. Yaşı 80-ni atlamışdı. Evdə də canını tapşırmışdı” deyə sənətkarın övladı bildirib.

<span style="color: #ff0000;">“Məktəblərdə adımıza pul yığırlar, valideynlər də şaxta babanı qarğışlayır”</span>- 60 ilin Şaxta babası - ÖZƏL+FOTO

“Mən 7-ci sinifdən bu günə qədər şaxta baba obrazını sevə-sevə oynayıram. Şaxta baba paltarım da var. Aztv-də və digər verilişlərdə şaxta baba kimi çağırılanda iştirak edirəm. Bu il də yeni il verilişlərində olacağam. Məktəblərdə yeni il şənlikləri keçirilmədiyi üçün ora getmirəm. Sözün düzü harada pul yığılırsa, ora getmirəm. Baxçalarda tədbirlər olur. Orada pul yığılır, vicdanım buna yol vermir. 30 nəfər uşaq varsa 15-i pul verir, yarısı pul verə bilmir. Çağıranda da getmirəm. Sadəcə şəkil çəkdirmək üçün getmişəm. Fotoqraf mənə 40 manat verib. Uşaqlar da sevinib, mən də. Məktəblərdə valideyn komitəsinin sədri uşaqlardan pul yığır, valideynlər də elə bilir ki, o pulların hamısı şaxta babaya çatır. Alınan hədiyyələr də o qiymətə dəymir. Ah, qarğış, nifrət hamısı düşür şaxta babanın üstünə. O qarğışı, ahı qəbul etmədiyim üçün istəmirəm. O pullar şaxta babaya çatmır. İstəyirəm valideynlər bunu bilsin. Əgər o şaxta baba, kosa üçün yığılan pullardan mənə nəsə çatsaydı bu dəqiqə Müşfiqabadda yox, şəhərin mərkəzində iki otaqlı evdə yaşayırdım, sürməyə maşınım da vardı”.

Bunu Moderator.az-a açıqlamasında aktyor Adışirin Bağırov deyib.

O daha sonra əlavə edib:

“Evlərə də dəvət edəndə heç kimi qəlbini qırmıram. Deyirəm ki, nə olar min bərəkət. Ən çox aldığım məbləğ 30 manat olur.  20 manat da olub. Görmüşəm ki, valideyn meyvə-tərəvəzdə işləyir, amma uşaqlarını sevindirmək istəyir. Çıxarıb 10 manat verib, demişəm ki, min bərəkət. Hədiyyələri də valideynlər verirlər. Şaxta baba uşaqları sevindirməlidir. Hələ ki, evlərə çağırmayıblar. Çağırsalar bilirlər ki, Adışirin 20-30 manat alır. 2-3 il bundan əvvəl mənim iki şaxta baba tədbirim üst-üstə düşmüşdü. Qonşuluqda olan sənət yoldaşımdan xahiş etdim ki, yerimə getsin. Dedim uzağı sənə 50 manat verə bilərlər. Dedi ki, “nə danışırsan, mən 100 manatdan aşağı getmirəm”.Varlı adamlar məni çağırmır. Çünki onların şaxta babası restoranda olur” deyə aktyor bildirib.

Adışirin Bağırov bildirib ki, bu işlə peşəkarlar məşğul olmalıdırlar:

“Şəhərdəki şaxta babalar lisenziya ilə çalışırlar. Onlar da pul ödəyirlər. Hər gün də qazancları olur. Şəkili də pulla çəkdirirlər. O tədbirlərdə mən olmamışam. Ali səviyyəli yerlərdə olmaq istəyirəm. Çöldə yolkanın ətrafında duran şaxta babadan nə performans gözləyə bilərsən? Hünərin varsa get evə, 5-6 uşağı əyləndir. Bu istedad, aktyorluq tələb edir. O həm oynamlıdır, həm uşaqları sevindirməlidir. Proqramı maraqlı etməlidir. Valideynlər də şaxta babanı sevirlər. İldə bir dəfə şaxta baba tədbiri keçirilir. Şəhərdə şaxta baba maketləri qoyurlar. Uşaqlarda yalançı şaxta baba mövhumu onlardan yaranır. Uşaqlar axı şaxta babaya hələ də inanırlar! Onların inamını itirmək olmaz” deyə aktyor bildirib.

“Bəxt üzüyü 2” filminin çəkilməsini istəmirdim, Afaq xanım zəng etdi, Valeh Kərimov gəldi...”-<span style="color: #ff0000;"> FOTO+ÖZƏL</span>

“Bəxt üzüyü 2” filmini çəkəndə gəlib məndən icazə aldılar. Əslində onlara qədər bir çoxları müraciət etmişdi, mən razılıq vermirdim. Filmin rejissorları gələndə yanlarında Valeh Kərimovu gətirmişdilər. Afaq xanım da onlardan əvvəl mənə zəng etmişdi. Məni düzgün başa düşün! Onlar Valeh Kərimovla muzeyə gəldilər. Valeh müəllimin gözlərinə baxanda dedim ki, mən mütləq razılıq verməliyəm. Çünki o da istəyirdi ki, “Bəxt üzüyü 2” çəkilsin. Mən “yox” deyə bilmədim. Bilməzdim də. Beləliklə film ərsəyə gəldi”.

Bunu Moderator.az-a açıqlamasında “Bəxt üzüyü” povestinin və eyniadlı filmin senari müəllifi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova deyib.

O daha sonra “Film uğurlu alındı?” sualına belə cavab verib:

“Deməzdim ki, film çox uğurlu alındı. Pis film deyildi. Əziyyət çəkmişdilər. Bu əziyyəti açıq-aydın görmək olurdu. Əlbəttə ki, orijinal daha yaxşı idi. Belə də olmalı idi. Hər bir şeyin ilki daha yaxşı olur. Bu haqda çox danışmaq istəmirəm. Mən öncədən yeni yazılan senari ilə də tanış idim. Təqdimatı da oldu, bir çox insan gedib kinoteatrda izlədi də” deyə qısa münasibət bildirib.

❌