Sabahdan Azərbaycanın daxili su hövzələrində balıq ovu qadağan edilir
Sabahdan Azərbaycanın daxili su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb Məlumata görə, Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən sentyabrın 1-nə qədər qadağan edilir. Sentyabrın 1-dən adları çəkilən daxili su obyektlərində […]