Milli dövlətçilik ənənələrindən hüquqi dövlətə: müstəqillik, suverenlik və insan hüquqları
28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, milli iradənin, azadlıq ideyasının və müasir dövlətçilik düşüncəsinin hüquqi-siyasi ifadəsini özündə əks etdirən əlamətdar tarixdir. Bu gün yalnız müstəqil dövlətin yaradılmasını xatırladan tarixi hadisə kimi qiymətləndirilmir. Onun mahiyyətində xalqın öz müqəddəratını müəyyən etmək hüququnun həyata keçirilməsi, demokratik idarəçilik prinsiplərinin formalaşdırılması və insan hüquq və azadlıqlarına əsaslanan dövlət modelinin təməlinin qoyulması dayanır. Dövlətçilik tarixinin müxtəlif mərhələlərinin təhlili göstərir ki, siyasi müstəqillik və hüquqi dövlət anlayışları bir-birindən ayrı […]