Normal view

Sırağagün

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək [...]

Source

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək [...]

Source

Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib 

Bakıda keçirilən Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) yekunları Azərbaycan Niderlanddakı səfirliyinin 28 may Müstəqillik Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda təqdim olunub.Oxu24.com  səfirliyə istinadən xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin və parlamentinin nümayəndələri, beynəlxalq təşkilatların, diplomatik korpusun, iş və elmi dairələrin, medianın, dini icmaların, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.Diplomatik nümayəndəliyin rəhbəri Məmməd Əhmədzadə çıxışında Azərbaycanın regional lider mövqeyini möhkəmləndirdiyini və beynəlxalq arenada artan nüfuza malik orta dövlət kimi yer tutduğunu bəyan edib. O, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını qeyd edib.Bundan əlavə, səfir Azərbaycan və Niderland arasında siyasi dialoqların inkişafına, görüşlərin və qarşılıqlı səfərlərin sayının artmasına, ticarət-iqtisadi əlaqələrin və humanitar mübadilələrin genişlənməsinə diqqət çəkib.Əhmədzadə, həmçinin WUF13-ün Bakıda uğurla keçirildiyini vurğulayıb və bu forumda Niderland nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.Səfir, eyni zamanda, Niderlandda keçirilən tədbirlərdə Azərbaycan bayrağının nümayiş etdirilməsini dostluq münasibətlərinin təzahürü adlandırıb.Niderland XİN-in Avropa üzrə direktoru Erik Veststrate çıxışında Azərbaycanı Niderlandın mühüm tərəfdaşı adlandırıb.O, həmçinin Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyəsinə göstərilən köməyə görə Niderland xarici işlər naziri adından Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.Daha sonra WUF13-ə həsr olunmuş videoprezentasiya təqdim olunub.

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına […]

Source

2028-ci ilə qədər Bakıda tramvaylar işləyəcək

Şəhərdə ictimai nəqliyyatın inkişafı əsas prioritet istiqamətlərdən biridir və bu sahədə mümkün olan bütün imkanlar səfərbər olunur. Bu sözləri WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib. Onun sözlərinə görə, hər gün 2300 avtobus xəttə çıxarılır və təxminən 5 milyon sərnişinə xidmət göstərilir: “Nəqliyyat şəbəkəsinin genişləndirilməsi davam edir və metro sisteminin inkişafı istiqamətində də işlər aparılır. Şəhərdaxili əlçatanlığın artırılması üçün 10 yeni strategiya hazırlanıb. Hazırda metro üzrə […]

Source

WUF13-də miqrasiya və şəhərlər mövzusunda yüksək səviyyəli panel müzakirələri keçirilib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksək səviyyəli panel müzakirələri baş tutub. Dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli idarəetmə orqanları, akademik dairələr, vətəndaş cəmiyyəti, gənclər və icmaların iştirakı ilə təşkil edilən yüksək səviyyəli panel müzakirələrinin məqsədi miqrasiya və urbanizasiya proseslərinin şəhərlərin dayanıqlı inkişafına təsiri barədə qlobal səviyyədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı təşviq etmək olub. […]

Source

Media urban inkişafı texniki mövzudan çıxarıb insan mərkəzli dialoqa çevirən əsas hərəkətverici qüvvədir – Şəfəq Mehrəliyeva

İdarəetmə təsisatları öz vəzifələrini nə qədər səmərəli yerinə yetirməyə çalışsalar da, məskunlaşma və şəhərsalma dayanıqlılığı məsələlərindəki çağırışları birtərəfli şəkildə, ictimai iştirak və ictimai etimad olmadan effektiv ünvanlaya bilməzlər. Bu iki element isə — iştirak və etimad — kommunikasiya olmadan mövcud ola bilməz. Bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva WUF13 çərçivəsində keçirilən “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi” mövzusunda tədbirdə deyib. Ş.Mehrəliyeva bildirib ki, […]

Source

Azərbaycan yenidənqurmaya 15 milyard dollar yönəldib

Münaqişənin bitməsindən sonra Azərbaycan yenidənqurma prosesinə təxminən 15 milyard ABŞ dolları həcmində vəsait yönəldib və dövlət büdcəsinin təxminən 25 faizi hər il bu məqsədlərə sərf olunur. Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib. O bildirib [...]

Source

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb

Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri üçün əhəmiyyətli maliyyə resursları ayrılıb. “Report” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil təminatı” adlı sessiyada deyib. Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda dağıdılıb: “Bəzi rayonlarda dağıntının miqyası [...]

Source

Azərbaycan yenidənqurmaya 15 milyard dollar yönəldib

Münaqişənin bitməsindən sonra Azərbaycan yenidənqurma prosesinə təxminən 15 milyard ABŞ dolları həcmində vəsait yönəldib və dövlət büdcəsinin təxminən 25 faizi hər il bu məqsədlərə sərf olunur. Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib. O bildirib [...]

Source

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb

Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri üçün əhəmiyyətli maliyyə resursları ayrılıb. “Report” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil təminatı” adlı sessiyada deyib. Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda dağıdılıb: “Bəzi rayonlarda dağıntının miqyası [...]

Source

“Böyük Qayıdış”: Ağdam və Füzuli sakinlərinə ŞAD XƏBƏR

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi mərhələli şəkildə davam edir. Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.  Xüsusi nümayəndənin sözlərinə görə, həmin ərazilərdə çalışanlarla birlikdə artıq 50 mindən çox insan yaşayır. “Bu il [...]

Source

Xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib

Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib. [...]

Source

Azərbaycan XİN rəhbərinin müavini WUF13-də mina problemini gündəmə gətirib 

Azərbaycan münaqişədən sonra yenidənqurma işlərinə təxminən 15 milyard ABŞ dolları xərcləyib.Bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.Onun sözlərinə görə, hökumət hər il dövlət büdcəsinin təxminən 25 faizini bu istiqamətə ayırıb.Nazir müavini bildirib ki, hər bir ölkənin və hər bir vəziyyətin özünəməxsus çətinlikləri var, Azərbaycan üçün bu çətinliklərdən biri minalardır.“Bərpa və yenidənqurma prosesinə başlamaq üçün əlverişli mühit olmalıdır. İşğaldan azad edilmiş ərazilərdə 1,5 milyon mina basdırılmışdı. Bərpa və yenidənqurmaya başlamazdan əvvəl onların təmizlənməsi lazım idi. Bu isə o deməkdir ki, maliyyə və siyasi baxımından hazır ola bilərsiniz, məsələn, sülh sazişi və ya atəşkəs mövcud ola bilər, amma ərazilərdə minalar olduğu üçün həmin bölgələrə daxil olmaq və bərpaya başlamaq mümkün olmur. Lakin düşünürəm ki, son bir neçə ildə formalaşdırdığımız model dünyaya, o cümlədən münaqişədən zərər çəkmiş ölkələrə yaxşı nümunədir: əgər hər şeyi sıfırdan yaradırsansa, daha yaxşı qurmalısan”, - Yalçın Rəfiyev qeyd edib.

Muxtar Babayev: Azərbaycan beynəlxalq iqlim əməkdaşlığına sadiqliyini nümayiş etdirib 

Bakıda COP29-un uğurla keçirilməsi Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə sadiqliyini bir daha nümayiş etdirib.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.Muxtar Babayev tədbirində çıxışı zamanı hazırda şəhərlərin iqlim riskləri ilə üz-üzə qaldığını bildirib.O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində şəhərlər daşqınlar, isti hava dalğaları, quraqlıqlar, qasırğalar və infrastruktur problemləri ilə daha çox qarşılaşır:“Bu çağırışlar artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünya miqyasında iqtisadiyyata, ictimai sağlamlığa və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərir”.Muxtar Babayev vurğulayıb ki, dayanıqlı təcrübələrin tətbiqi dayanıqlılıq anlayışını nəzəriyyədən praktiki fəaliyyətə çevirir, resurslardan daha səmərəli istifadəni təmin edir və hesabatlılığı artırır.O həmçinin Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanmasını mühüm addım kimi qiymətləndirib:“Dayanıqlı inkişaf yalnız strategiya və bəyanatlarla məhdudlaşmamalı, planlaşdırma proseslərinə və gündəlik institusional fəaliyyətə inteqrasiya edilməlidir”.

May Abdel Hamid: "Misirdə mənzil siyasəti üçün benefisiarların hədəflənmə mexanizmi hazırlanıb" 

Misirdə mənzil siyasəti üçün benefisiarların hədəflənmə mexanizmi hazırlanıb.Oxu24.com  xəbər verir ki, bunu Misirin Sosial Mənzil və İpoteka Maliyyəsi Fondunun baş icraçı direktoru May Abdel Hamid Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.Onun sözlərinə görə, kapital bazarlarına da ehtiyac var: "Başlanğıcda banklar tərəfindən heç bir şəkildə "kredit qabiliyyəti olan şəxs" kimi qəbul edilməyən insanlara ipoteka məhsulları təklif etmək üçün həmin bankların etibarını qazanmalı idik. Beləliklə, qarşımızda həddindən artıq çox çətinliklər var idi və bütün bunları masa arxasında həll etməli idik. ​Fond təsis etməzdən əvvəl subsidiyalar üçün Dünya Bankından 200 milyon dollar vəsaitimiz var idi. Bu pul fondda qalırdı – bu, 2010-cu ildə idi. Pul mənim hesablarımda oturmuşdu, lakin mən subsidiya ayıra biləcəyim evlər tapa bilmirdim. Deməli, ilk növbədə evləri tikmək, düzgün mənzil tiplərini müəyyənləşdirmək və tələblərə cavab verən benefisiarlar üçün hədəfləmə mexanizmini qurmaq lazım idi".

Aygün Əliyeva: QHT-lər cəmiyyətin ekoloji məlumatlılığını artırmağa kömək edir 

Qeyri-hökumət təşkilatları (QHT-lər) dayanıqlı inkişaf gündəliyinin təşviqində və bu sahədə ictimai məlumatlılığın artırılmasında mühüm rol oynamağa davam edir.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənddə texnologiyaya əsaslanan icmalar formalaşdırılır 

Bu gün Azərbaycan regionun ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir.Oxu24.com  xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.Emin Hüseynov deyib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər sıfırdan yenidən qurulur: "Bu proses uzunmüddətli davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinə əsaslanır. Yanaşmamız bir əsas prinsipə söykənir: mənzil ilk yerdə olmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və etibar hissini qaytarır.Ailələr təhlükəsiz evlərə qayıtdıqda məktəblər yenidən açılır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə inamını qazanır. Artıq xeyli sayda keçmiş məcburi köçkün yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdıb və yaxın illərdə daha çox insanın geri dönməsi gözlənilir. Yeni yaşayış massivləri, məktəblər, səhiyyə müəssisələri və ictimai xidmətlər normal həyatın bərpası istiqamətində fəaliyyətə başlayır. Eyni zamanda, yenidənqurma keçmişin zəifliklərini təkrarlamamalıdır. Biz daha yaxşı, daha ağıllı və daha dayanıqlı şəhər sistemləri qurmalıyıq. Məhz buna görə Azərbaycan yenidənqurma prosesinə müasir şəhərsalma, yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı infrastruktur inteqrasiya edir”.O əlavə edib ki, “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları vasitəsilə Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiyaya əsaslanan və dayanıqlı icmalar formalaşdırılır. Artıq bir sıra kəndlər qabaqcıl nümunələr kimi çıxış edir.Həmçinin bu layihələrin bərpa olunan enerji həllərini, yüksək sürətli rəqəmsal bağlantını, o cümlədən fiber-optik internet infrastrukturunu, müasir sosial infrastrukturu və ekoloji məsuliyyətli şəhər planlamasını özündə birləşdirdiyi qeyd olunub:“Günəş enerjisi və milli elektrik şəbəkəsinə əsaslanan hibrid enerji sistemləri, həmçinin ikitərəfli elektrik sayğacları Azərbaycanda ilk dəfə tətbiq olunur. Biz həmçinin yüzlərlə fərdi qazanxana sistemini daha təhlükəsiz və enerji baxımından səmərəli mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edən innovativ həllər tətbiq edirik.Sakinlər istiliyi müstəqil şəkildə tənzimləyə və yalnız faktiki istifadə etdikləri enerji üçün ödəniş edə bilirlər. Bu isə enerji itkisini və CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaldır”.

Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır 

Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır.Oxu24.com  xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin deyib.Nazir bildirib ki, mənzil siyasəti yalnız tikinti və yaşayış sahələrinin artırılması ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, mənzil məsələsi icmaların inteqrasiyası, şəhər planlaması və insanların imkanlara çıxışı ilə birbaşa bağlıdır.Tamara Paseyro Marin qeyd edib ki, mənzil çatışmazlığının yalnız statistik olaraq azaldılması problemi tam həll etmir: “Kağız üzərində mənzil çatışmazlığını azalda bilərik, amma bunu düzgün planlama olmadan etdikdə sosial təcrid və əlaqəsizlik yaradırıq”.O vurğulayıb ki, Uruqvay bu sahədə siyasətini üç əsas istiqamət üzərində qurur: torpaq və onun yerləşməsi, dövlət maliyyələşməsi və institusional imkanlar.Nazirin sözlərinə görə, mənzil siyasəti təkbaşına məqsəd deyil, digər hüquq və imkanları təmin edən sosial mexanizmdir: “Bu, insanlara digər hüquqlardan istifadə etməyə imkan verən əsas hüquqdur”.Tamara Paseyro Marin həmçinin icmaların qərarvermə prosesinə cəlb edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Uruqvayda məhəllələrin inkişafı layihələrində texniki qruplar, tikinti şirkətləri və yerli icmalar birgə fəaliyyət göstərirlər.

Azərbaycan UN-Habitat ilə birlikdə tədris aləti hazırlayıb 

Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə hazırladığı tədris alətini gələn ay və yaxud daha tez təqdim etməyi planlaşdırır.Oxu24.com  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əməkdaşlıq və Protokol Departamentinin rəis müavini Günel Məlikova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) çərçivəsində təşkil olunmuş "Milli Şəhər Siyasətləri və Mənzil Həllərindən Əldə Edilən Fikirlərin Əlaqələndirilməsi" adlı tədbirdə bildirib.Onun sözlərinə görə, milli şəhər siyasəti mənzil məsələlərini və problemlərini də əhatə etməlidir: "2016-cı ildə Azərbaycanda güzəştli şərtlərlə mənzil təminatı üçün Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. O, xüsusi hüquqlara malik bəzi vətəndaşları, şəhid ailələrini, elmi dərəcəsi olan gənc dövlət qulluqçularını, gənc ailələri və sairəni əhatə edir. Qurum əhalinin bir hissəsini əhatə edir, lakin demək olar ki, bu, tam mənada mənzil siyasəti deyil. Bəli, bizdə yenilənməyə ehtiyacı olan Mənzil Məcəlləsi var".G.Məlikova Azərbaycanda milli şəhər siyasətindən danışarkən hər şeyin 2012-ci ildə yeni Şəhərsalma və Tikinti Məcəlləsinin qəbulu ilə başladığını xatırladıb: "Bununla belə, bizdə hələ də vahid, aydın şəkildə rəsmiləşdirilmiş milli şəhər siyasəti sənədi yox idi. Eyni zamanda biz Dünya Bankının dəstəyi ilə Böyük Bakını - Bakı, Sumqayıt və Xırdalanı əhatə edən əhatə edən regional planın hazırlanmasına da başladıq. O, 2015-ci ildə tamamlandı".Onun sözlərinə görə, Azərbaycan hazırda milli siyasət hazırlayır: "Bu da BMT-nin 2026–2030-cu illər üçün Davamlı Əməkdaşlıq Çərçivə Proqramında öz əksini tapıb. Bu layihələrə UN-Habitat-ın dəstəyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha davamlı, balanslaşdırılmış kəndlərin yaradılması məqsədilə iki kənd üçün kompleks məkan planlaşdırması, DİM-lərin tətbiqi və lokallaşdırılması da daxildir. Bu, UN-Habitat-ın Azərbaycandakı bərpa proseslərinə töhfəsidir. O, həmçinin DİM-lərin lokallaşdırılmasına diqqət yetirməklə kəndlər və ya yaşayış məntəqələri üçün müəyyən rəhbər prinsiplərin hazırlanmasını əhatə edir".

WUF13-də Hindistanın bələdiyyə istiqrazlarının buraxılması ilə bağlı planları müzakirə edilib 

Hindistan bələdiyyə istiqrazlarının buraxılmasına daha 100 şəhərin cəlb edilməsi imkanını nəzərdən keçirir.Oxu24.com  xəbər verir ki, bunu Mənzil İnşaatı və Şəhərsalma Korporasiyasının (HUDCO) sədri Sancay Kulşrestxa Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" adlı panel müzakirəsində bildirib.O qeyd edib ki, hazırda Hindistanın 22 şəhəri artıq bələdiyyə istiqrazlarının buraxılışını həyata keçirib."Emissiyaların ümumi həcmi təxminən 1 milyard ABŞ dollarına çatıb. Gələcəkdə bu prosesə daha 100 şəhərin qoşulması planlaşdırılır. Hindistan hökuməti bu təşəbbüsü məqsədyönlü şəkildə dəstəkləyir, lakin əsas çağırış maliyyə resurslarının cəlb edilməsindən daha çox, şəhərlərdə layihələrin həyata keçirilməsi, onların rentabelliyinin təmin edilməsi və keyfiyyətli idarəetmə sisteminin qurulması üzrə səriştələrin inkişaf etdirilməsidir", - S.Kulşrestxa vurğulayıb.

WUF13-də Xəzər dənizinin ekoloji problemi müzakirə olunub 

İqlim dəyişiklikləri şəhər həyatına təsir edir.Oxu24.com  xəbər verir ki, bunu WUF13 çərçivəsində “Ön Cəbhədən Hekayələr: Şəhər İqlim İrsinin İnkişafı” adlı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.O bildirib ki, dünya əhalisinin 58 faizi şəhərlərdə yaşayır.Umayra Tağıyevanın sözlərinə görə, şəhərlər anomal, ekstremal hava hadisələrinə olduqca həssasdırlar.Nazir müavini qeyd edib ki, ekoloji balans və iqtisadi inkişaf arasında ziddiyyət hər yerdə hiss edilməkdədir: “Biz artıq insanyönümlü siyasət həyata keçirməliyik. Dayanıqlı şəhər inkişafı milli gələcəyə baxışla başlamalıdır”.O əlavə edib ki, Azərbaycanda şəhərlər və icmalar bir sıra iqlim təhlükələri ilə üz-üzədir: “Azərbaycanda son 10 il ərzində daşqınlar 18 dəfədən çox artıb, quraqlıqlar artıb. Ölkəyə daxil olan su resursları isə 30% azalıb. Xəzər dənizində suyun səviyyəsinin azalması isə vəziyyəti daha da çətinləşdirir. Biz yeni reallıqlara adaptasiya olmalıyıq. Erkən xəbərdarlıq sistemləri bizim həyatımızı asanlaşdıra bilər. Elə etməliyik ki, təbiətlə harmoniyada yaşayaq”.

WUF13-də mənzil və binaların karbonsuzlaşdırılması məsələsi müzakirə olunub 

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər-sənaye-iqlim qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbir keçirilib.Oxu24.com-un məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda fəaliyyət göstərən Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano və digər qonaqlar iştirak ediblər.Tədbirdə karbon emissiyalarının azaldılması, ekoloji cəhətdən uyğun şəhərlərin salınması, dekarbonizasiyaya töhfə vermək, bunun vasitəsilə dayanıqlı qlobal şəhərsalma layihələrini təkmilləşdirmək istiqamətində həyata keçirilən layihələr haqqında danışılıb.Bildirilib ki, tikinti sektoru qlobal karbon emissiyalarının təxminən 37 %-ni əhatə edir. Qeyd edilib ki, binaların ilkin mərhələsindəki addımlar onların dekarbonizasiyasına töhfə verir.Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva Azərbaycanda ekoloji cəhətdən uyğun şəhərsalmadan, Azərbaycanın azad edilmiş ərazilərdəki yenidənqurma işlərindən və ölkədə "yaşıl enerji"yə keçidə verilən töhfədən danışıb.O, həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına şərait yaradır.BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib. O deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası birliyi ilə əməkdaşlıq, hazırda Ümumdünya Şəhərsalma Forumu, COP29 çərçivəsindəki fəaliyyətlər və UN-Habitat (BMT-nin İnsan Məskənləri Proqramı) ilə əməkdaşlıq - bütün bunlar Azərbaycan hökumətinin bu işə sadiqliyinin göstəricisidir.

Lindsi Nili: "Kanadada mənzil problemini həll etmək üçün 1 trilyon dollar lazımdır" 

Kanadada əlçatan mənzil problemini həll etmək üçün 1 trilyon ABŞ dolları vəsait lazımdır.Oxu24.com  xəbər verir ki, bunu Kanada İpoteka və Mənzil Korporasiyasının (CHMC) siyasət üzrə vitse-prezidenti Lindsi Nili Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Dəyirimi Masasında deyib.L. Nili ipoteka krediti sığortası və sekuritizasiya proqramlarının ev sahibliyinə çıxışı təmin etməkdə mühüm rol oynadığını bildirib: "Xüsusilə ipoteka krediti sığortası özəl investisiyalara yol açmaq üçün mühüm bir riskazaltma vasitəsi rolunu oynayır. Belə ki, CMHC sığortaçı qismində zərərlərə qarşı tam təminat verir. Bu isə borcverənlərə potensial ev alıcılarına, çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan tərtibatçılara ipoteka kreditləri təqdim etməyə və ümumilikdə borclanma xərclərinin azaldılmasına kömək edir".Təşkilat rəsmisi Kanadanın qarşılaşdığı mənzil əlçatanlığı böhranının miqyasını rəqəmlərlə diqqətə çatdırıb: "Bu boşluğu doldurmaq üçün kifayət qədər dövlət vəsaiti sadəcə olaraq yoxdur. Hesablamalarımıza görə, Kanadada bu rəqəm təxminən 1 trilyon dollara yaxındır. Ölkədə mənzil əlçatanlığını bərpa etmək üçün 2035-ci ilə qədər hər il 430 min ilə 480 min arasında yeni mənzil vahidinin tikilməsi tələb olunur. İnvestorlar və inşaatçılar üçün müəyyənlik, proqnozlaşdırıla bilən mühit lazımdır. Özəl kapitalın mənzil sektoruna cəlb edilməsi sabit bazar şərtləri və layihələrin həyata keçirilə biləcəyinə, həmçinin uzunmüddətli perspektivdə səmərəli olacağına dair inam tələb edir".

Dünya Bankının vitse-prezidenti: "Mənzil sektoru qlobal ÜDM-in 15 %-ni formalaşdırır" 

Mənzil sektoru qlobal ümumi daxili məhsulun (ÜDM) 15 %-ni formalaşdırır.oxu24.com  xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" mövzusunda panel müzakirəsində deyib."Mənzil sektoru iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Orta hesabla ÜDM-in 15 %-i onun payına düşür, bununla belə, o, tikinti və memarlıqdan tutmuş sənaye istehsalı, ticarət və maliyyə sahəsinə qədər müxtəlif sektorlarda məşğulluğun artmasına töhfə verir. Şəhərlərin işçi qüvvəsini cəlb etmək üçün keyfiyyətli və maliyyə cəhətdən əlçatan mənzillərə ehtiyacı var. Üstəlik, bu, təkcə inkişaf etməkdə olan iqtisadiyyatlara aid deyil - bu, genişmiqyaslı bir çağırışdır", - V.Levkov vurğulayıb.Bundan əlavə, o qeyd edib ki, mənzil şəhər infrastrukturunun inteqratoru funksiyasını yerinə yetirir, çünki ev təsərrüfatları məhz onun vasitəsilə kommunal xidmətlərə və s. çıxış əldə edirlər.

İcra başçısı Gəncə ilə bağlı həmin xəbəri AÇIQLADI

Gəncə şəhərinin 2026-cı ilin mart ayında təsdiqlənmiş yeni baş planına əsasən, şəhərin gələcəkdə təxminən 500 min nəfər əhali üçün inkişaf etdirilməsi nəzərdə tutulur.Oxu24.com xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.Onun sözlərinə görə, plan çərçivəsində yeni yaşayış massivlərinin salınması, mövcud məhəllələrin mərhələli şəkildə yenilənməsi və sosial infrastrukturla təmin olunmuş yaşayış zonalarının inkişafı nəzərdə tutulur: "Əsas məqsəd Gəncəni hər bir sakin üçün əlçatan, təhlükəsiz və dayanıqlı mənzil şəraitinə malik müasir şəhərə çevirməkdir. Gəncə həm elm və mədəniyyət beşiyi, həm də Azərbaycanın qərb qapısı hesab edilir və sürətlə inkişaf edir".İcra başçısı əlavə edib ki, Gəncədə 270-dən çox köhnə yaşayış binasının istismar müddəti başa çatıb: "Bəzi binalar hətta müasir seysmik təhlükəsizlik standartlarına tam cavab vermir. Köhnə binalarda yüksək enerji itkiləri müşahidə olunur və yay aylarında temperaturun artması enerji infrastrukturuna əlavə yük yaradır".

Fransa WUF13-də mənzil tikintisinə yardım payının artırılmasının lehinə çıxış edib 

Fransa əlçatan mənzillərin maliyyələşdirilməsi həcminin artırılmasının tərəfdarıdır.Oxu24.com  xəbər verir ki, bu barədə Fransanın davamlı şəhərlər üzrə nazir nümayəndəsi İv-Loran Sapoval Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib."Mənzil tikintisinə ayrılan rəsmi inkişaf yardımının payını əhəmiyyətli dərəcədə artırmaq lazımdır. Hazırda bu ehtiyacların payına rəsmi inkişaf yardımının 1 %-dən azı düşür, bu da tamamilə kifayət deyil."Biz mənzil sektoruna ayrılan rəsmi inkişaf yardımının həcmini artırmalıyıq", - o bildirib və bununla yanaşı qeyd edib ki, maliyyə institutlarına və hökumətlərə razılaşdırılmış təsir göstərilmədən yaranmış vəziyyəti dəyişdirmək mümkün olmayacaq.

Xüsusi nümayəndə: Keçmiş məcburi köçkünlərin geri qayıdışını dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub 

Bu gün dünya çox sürətlə dəyişir və biz hamımız anlayırıq ki, yeni texnologiyalar həyat standartlarını, imkanları və cəmiyyəti transformasiya edir. Eyni zamanda biz iqlim dəyişikliyi, sosial bərabərsizlik və ekoloji təzyiqlər kimi ciddi qlobal çağırışlarla üz-üzəyik.Oxu24.com  xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.Vahid Hacıyev qeyd edib ki, hazırda 2022–2026-cı illəri əhatə edən “Böyük Qayıdış Proqramı” həyata keçirilir. Bu proqram çərçivəsində məcburi köçkünlərin geri qayıdışını mümkün qədər dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub: "Əsas prioritetlərdən biri məhz dayanıqlılıq idi. Bu məqsədlə proqram yaşayış evlərinin tikintisini, ərazilərin inkişaf etdirilməsini, avtomobil və dəmir yollarının çəkilməsini, bütün zəruri infrastrukturun qurulmasını və regionda investisiya imkanlarının yaradılmasını əhatə edir.Məqsədimiz yalnız yaşayış evlərini yenidən qurmaq deyil. Biz təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar yaratmaq istəyirdik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına ləyaqətlə və uzunmüddətli etimadla geri dönə bilsinlər".Onun sözlərinə görə, artıq həyata keçirilən layihələr sırasında Zəngilanın Ağalı, Məmmədbəyli kəndləri də var və bu layihələr xüsusi əhəmiyyət daşıyır.

Mikayıl Cabbarov mühüm məlumatları AÇIQLADI: Özəl sektorun iştirakı ilə...

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı ölkədə mənzil təminatına düşən yükün azalmasına mühüm töhfə verir.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.Nazirin sözlərinə görə, 2020-ci ildən sonrakı dövr əsasən Böyük Qayıdış Proqramı ilə xarakterizə olunur və 30 ildən artıq müddətdə məcburi köçkün həyatı yaşamış minlərlə insanın doğma torpaqlarına qayıtması mənzil sektoruna təzyiqi azaldır.Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın bu sahədə əsas dərsi problemin əvvəlcə rəsmi şəkildə tanınması, daha sonra siyasi, sosial və iqtisadi amillər nəzərə alınmaqla həll modelinin hazırlanması olub.O qeyd edib ki, uğurlu nəticə əldə etmək üçün yerli icmaların dəstəyi, hökumətin siyasi iradəsi və özəl sektorun iştirakı ilə işlək iqtisadi modelin qurulması vacibdir.Nazir əlavə edib ki, son illərdə çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib və əsas şəhərsalma tələblərinə cavab verən bəzi qeyri-rəsmi tikililər üçün amnistiya mexanizmləri tətbiq olunub.Bununla belə, o vurğulayıb ki, qanunsuz tikililərin leqallaşdırılması ehtiyatla aparılmalıdır. Çünki sadə amnistiya qısamüddətli sosial problemləri həll etsə də, gələcəkdə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və kritik infrastruktur zonalarına təzyiqi artıra bilər.

UN-Habitat rəhbəri: Azərbaycan qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə işçi qrupuna həmsədrlik edir 

Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün bu ərazilərin rəsmi şəkildə tanınması və bütün sektorları əhatə edən inteqrə edilmiş həllərin tətbiqi vacibdir.Oxu24.com xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, hazırda Azərbaycan Somali ilə birlikdə UN-Habitat-ın mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupu çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə müzakirələrə həmsədrlik edir.Anaklaudiya Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin tanınması və bu ərazilərlə bağlı məlumatların statistika və siyahıyaalma sistemlərinə daxil edilməsi əsas prioritetlərdəndir.UN-Habitat rəhbəri vurğulayıb ki, bu ərazilər yalnız problem zonası deyil, həm də şəhərlərə gələn insanlar üçün təhsil, səhiyyə, məşğulluq və digər imkanlara çıxış qapısıdır.O əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün mənzil, infrastruktur, sosial xidmətlər və maliyyə sahələrini əhatə edən inteqrə edilmiş həllər tələb olunur.

WUF13-də Dünya Şəhərləri Hesabatı təqdim olunub 

WUF13 çərçivəsində “2026-cı il Dünya Şəhərləri Hesabatı” təqdim olunub.Oxu24.com  xəbər verir ki, hesabatda qlobal mənzil böhranı, urbanizasiya prosesləri, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və dayanıqlı şəhər inkişafı ilə bağlı əsas çağırışlar yer alıb.Təqdimatda çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal hesabatlar və trendlər bölməsinin rəhbəri Benedikt Arimah bildirib ki, hazırda dünyada 1,6 milyard insan adekvat mənzillə təmin olunmayıb.Onun sözlərinə görə, 2024-cü ilə qədər 203 milyon insan yaşayış yerlərini tərk etməyə məcbur olub: “2050-ci ilədək şəhərlərdə mənzil sahəsində problemlər daha da artacaq. Dünya əhalisinin cəmi 25 faizi ev təminatı üçün ipotekadan istifadə edə bilir. Bu isə insanların böyük hissəsinin maliyyə imkanlarının kifayət etmədiyini göstərir”.Arimah qeyd edib ki, təbii fəlakətlər və iqlim dəyişiklikləri yaşayış məntəqələrinə ciddi təsir göstərir, nəticədə milyonlarla insanın köçürülməsi zərurəti yaranır.UN-Habitat-nın icraçı direktoru Anaklaudia Rossbax isə çıxışında mənzil böhranının getdikcə dərinləşdiyini vurğulayıb: “Artıq hər yerdə insanlar ev almağa və ya kirayə götürməyə pul tapa bilmirlər. Qeyri-rəsmi yaşayış məntəqələrindəki insanlar isə xüsusilə yüksək risk altındadır”.O bildirib ki, qeyri-formal yaşayış məntəqələri təbii fəlakətlər zamanı ilk zərər görən ərazilərdir: “İnsanlar çox təhlükəli şəraitdə yaşayırlar. Təbii fəlakətlər zamanı ilk zərər görənlər məhz qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan və evlərini itirən insanlardır”.9 fəsildən ibarət hesabatda layiqli mənzil təminatı yalnız sığınacaq məsələsi kimi deyil, insan rifahının və dayanıqlı şəhər inkişafının əsas elementi kimi qiymətləndirilib.Sənəddə yoxsulluğun azaldılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün təhlükəsiz və əlçatan mənzil siyasətinin vacibliyi xüsusi vurğulanıb.

Eldar Əzizov: Son 23 ildə Bakıda 23 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib 

2003-cü ildən bu günə qədər Bakıda 23 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib.Oxu24.com  xəbər verir ki, bunu WUF13 çərçivəsində “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.Onun sözlərinə görə, son 20 il ərzində paytaxta 180 milyard manata yaxın investisiya yatırılıb.Eldar Əzizov qeyd edib ki, bu dövrdə yaşayış fondunun genişlənməsi ilə yanaşı, sosial infrastruktur da əhəmiyyətli dərəcədə inkişaf edib. O bildirib ki, son illərdə Bakıda xəstəxanaların sayı iki dəfə artıb, məktəblərin və uşaq bağçalarının sayı da əhəmiyyətli dərəcədə çoxalıb.Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, paytaxtın inkişafı iki il əvvəl təsdiqlənmiş Baş Plan əsasında davam etdirilir.

Hikmət Hacıyev: Yenidənqurma və minatəmizləmə prosesində QHT-lərlə sıx əməkdaşlıq edirik 

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru xanım Rossbax işğaldan azad edilmiş ərazilərə səfər edən ilk yüksək səviyyəli BMT rəsmilərindən biri olub. O, postmünaqişə dövründə yenidənqurma və bərpa prosesinə UN-Habitatın təcrübəsini və baxışını gətirib.Oxu24.com xəbər verir ki, bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.Hikmət Hacıyevin sözlərinə görə, QHT icmasının toplantısı təşkil olunmasa, bu forum tam mənada natamam olardı: “Biz həmçinin xanım Rossbaxa təşəkkür edirik. O və komandası BMT ailəsinin QHT-lərlə əməkdaşlıq sahəsindəki geniş təcrübəsinə əsaslanaraq, bu təşəbbüsü dəstəklədilər. Onların dəstəyi olmadan bunu həyata keçirmək mümkün olmazdı”.Prezidentin köməkçisi qeyd edib ki, yalnız QHT Forumu deyil, daha geniş mənada Ümumdünya Şəhərsalma Forumu da UN-Habitat ilə sıx tərəfdaşlıq və yaxın əməkdaşlıq şəraitində təşkil olunub: “Xanım Rossbaxın rəhbərliyi ilə biz uğurlu bir Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi prosesindəyik. QHT icması, vətəndaş cəmiyyəti institutları və Azərbaycan hökuməti QHT sektorunun inkişafına, əməkdaşlığa və potensialının gücləndirilməsinə xüsusi önəm verir. Bu məqsədlə vətəndaş cəmiyyəti institutlarına dəstək göstərən Dövlət Agentliyi yaradılıb. Azərbaycan hökuməti QHT-lərə qrantlar ayırır, onların maliyyə resurslarına çıxışını təmin edir, həmçinin müxtəlif təlimlər, institusional inkişaf və potensialın artırılması layihələri həyata keçirir”.Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycandakı vətəndaş cəmiyyəti institutları ölkənin inkişaf proqramlarının ayrılmaz hissəsidir: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı və ərazilərin çoxsaylı minalarla çirkləndiyi bir şəraitdə də biz vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edirik.“Qlobal düşün, lokal fəaliyyət göstər” prinsipi Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əsas şüarlarından biridir. Hökumət olaraq biz beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı dəstəkləyirik”.

Anar Quliyev: Azad edilmiş ərazilərdə 1,1 milyon insanın məskunlaşdırılması nəzərdə tutulur 

2022-ci ildə təsdiqlənmiş plan Azərbaycanın iqtisadi rayonları - Qarabağ və Şərqi Zəngəzur üzrə inkişafı istiqamətləndirən əsas xüsusi və strateji çərçivə sənədi kimi çıxış edir.Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiya zamanı bildirib.Onun sözlərinə görə, sənəd şəhərsalma infrastrukturu, ətraf mühitin idarə olunması, resurs bölgüsü, enerji sistemləri, sənaye inkişafı və demoqrafik proqnozlaşdırmanı vahid əlaqələndirilmiş inkişaf çərçivəsində birləşdirir."Azad edilmiş ərazilər təxminən 13 600 kvadrat kilometr sahəni əhatə edir və burada 12 şəhər, eləcə də 300-ə yaxın kənd və qəsəbə yerləşir. Bu ərazilərdə təxminən 1,1 milyon insanın məskunlaşdırılması nəzərdə tutulur. Strateji plan Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma, nəqliyyat infrastrukturu, iqtisadi fəaliyyət, ekoloji sistemlər və kənd yaşayış məntəqələri arasında əlaqələndirilmiş inkişaf modelini müəyyən edir", - Anar Quliyev qeyd edib.O əlavə edib ki, müasir nəqliyyat infrastrukturunun qurulması bərpa prosesinin əsas prioritet istiqamətlərindən biridir. Hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 300 kilometrdən artıq olan avtomobil yolu layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində 48 tunel, 500 körpü və 16 viaduk inşa olunur.Bununla yanaşı, ümumi uzunluğu 160 kilometr olan iki yeni dəmir yolu xətti və üç beynəlxalq hava limanı regionun daxili və beynəlxalq bağlantı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir."Azad edilmiş ərazilər Azərbaycanın dayanıqlı inkişaf və iqlimə uyğun strategiyalara sadiqliyini əks etdirən “yaşıl enerji zonası” elan edilib. Regional inkişaf modeli xüsusilə hidroenerji, günəş və külək enerjisi sahələrində təmiz enerji mənbələrinə keçidi nəzərdə tutur", - Anar Quliyev vurğulayıb.

Hikmət Hacıyev: 86 min azərbaycanlının Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdışı təmin olunub 

Azad olunmuş ərazilərin yenidən qurulması zamanı beynəlxalq təcrübəni öyrənməyə çalışdıq.oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən “Qlobal koalisiyaların mərkəzində mənzil təminatı” adlı xüsusi sessiyadakı çıxışında deyib.“Səmimi desəm, Azərbaycana tam uyğun model tapa bilmədik. BMT və digər beynəlxalq təşkilatların postmünaqişə təcrübəsinə hörmətlə yanaşırıq, lakin prosesin sürətindən razı deyildik. Azərbaycan rəhbərliyinin tapşırığı isə işləri vaxtında həyata keçirmək idi. Çünki Azərbaycan qaçqın və məcburi köçkünləri 30 il boyunca öz evlərinə qayıtmaq arzusu ilə yaşamışdı. Ərazilər qısa müddətdə azad edildi və biz yenidənqurma prosesində keyfiyyət, ləyaqət və təhlükəsizliyi əsas prinsip kimi qəbul etdik. Buna görə də beynəlxalq təcrübəni nəzərə alaraq öz postmünaqişə yenidənqurma modelimizi formalaşdırdıq”, - Hikmət Hacıyev qeyd edib.O bildirib ki, əsas məsələ dövlət qurumları arasında koordinasiyadır: “Biz Balkan təcrübəsini də öyrəndik və gördük ki, beynəlxalq qurumlar bəzən fəaliyyətləri təkrarlayır. Azərbaycan nümunəsində isə vahid dövlət idarəetməsi tətbiq edildi. Prezident strateji səviyyədə bütün prosesə şəxsən rəhbərlik edir və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verir. İlk mərhələdə infrastruktur qurulur, ərazilərə çıxış təmin edilir və genişmiqyaslı minatəmizləmə işləri aparılır. Bununla belə, mina hadisələrindən tam sığortalanmamışıq. 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 420-dən çox mina hadisəsi baş verib. Çünki insanlar geri qayıdır və ilk getdikləri yerlər öz evləri olur. Lakin əksər hallarda evlərini tapa bilmirlər, çünki onlar dağıdılıb. Üstəlik, evlərə gedən yollar da minalanıb. İnsanlar həm də valideynlərinin məzarlarını ziyarət etmək istəyirlər, lakin həmin yollar da təhlükəlidir. Biz həmin əraziləri təmizləyir, insanlar üçün təhlükəsiz yollar yaradırıq və baş planlar hazırlayırıq. Çünki müasir urbanizasiya və şəhərsalma anlayışı dəyişir. Azad olunmuş əraziləri müasir şəhərsalma və ekoloji standartlara uyğun şəkildə yenidən qururuq. Qarabağ və Şərqi Zəngəzur Prezident tərəfindən “yaşıl zona” elan olunub. Çünki həmin ərazilər hidroenerji, günəş enerjisi və digər bərpa olunan enerji potensialına malikdir. Azərbaycan qısa müddətdə azad edilmiş ərazilərdə 300 meqavatlıq bərpa olunan enerji potensialı yaradıb. Hazırda biz 9 şəhəri və 300 yaşayış məntəqəsini son beş ildə sıfırdan yenidən qururuq. Mina probleminə baxmayaraq, artıq 86 min azərbaycanlının Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunub. Hazırda insanlar həmin ərazilərdə yaşayır, işləyir, təhsil alır və öz həyatlarını yenidən qururlar. Mənzil hər şeydən önəmlidir. “Mənim evim mənim qalamdır” fəlsəfəsi ilə biz regionu yenidən qururuq. Azərbaycan həm beynəlxalq təcrübədən öyrənməyə, həm də öz təcrübəsini bölüşməyə hazırdır. Məhz buna görə Azərbaycan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi üçün uyğun məkan hesab olunur ki, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsi aparılsın. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində, o cümlədən regionumuzda yeni müharibələr və münaqişələr yaranır. Biz şəhərlərin və yaşayış məntəqələrinin necə dağıdıldığını görürük. Belə şəraitdə Azərbaycan həm öyrənməyə, həm də öz postmünaqişə bərpa təcrübəsini paylaşmağa hazırdır”.

Hikmət Hacıyev: Azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib 

Azərbaycan kütləvi minatəmizləmə işləri həyata keçirir.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.O bildirib ki, ərazilər azad edildikdən sonra beynəlxalq təcrübədən də istifadə edilib: "Lakin sürət bizi tam qane etmirdi. Buna baxmayaraq, Azərbaycanda işlər vaxtında görülməli idi ki, məcburi köçkünlər 30 ildir gözlədikləri torpaqlarına qayıda bilsinlər. Ona görə biz postmünaqişə və yenidənqurma modelini formalaşdırdıq. Belə vəziyyətdə əsas məsələ dövlət qurumları arasında effektiv əlaqələndirmədir".Hikmət Hacıyev eyni zamanda vurğulayıb ki, 2020-ci ildən sonra azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib.

XİN rəhbəri: Azərbaycan Ermənistanla münaqişə səhifəsinin bağlanmasına səmimi marağını nümayiş etdirir 

Bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və inkişaf etdiyi məkanlar deyil. Onlar getdikcə rəqəmsallaşma, iqlim fəaliyyəti və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilir.Oxu24.com  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə çıxışı zamanı deyib.“Biz anlayırıq ki, şəhərlər qlobal emissiyalara mühüm töhfə versələr də, eyni zamanda innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin əsas hərəkətverici qüvvələridir. Bu istiqamətdə Azərbaycan şəhərləri çoxtərəfli diplomatiyanın mərkəzinə daha güclü şəkildə gətirməyə çalışır. Şəhərlərlə bağlı təşəbbüslər həm də sülh və investisiya məsələləridir. Azərbaycan bu strateji inkişafda fəal mövqe tutur. Biz şəhərlərin regional inteqrasiya, dayanıqlı şəhər inkişafı və regionlararası strategiyalardakı rolunu yüksək qiymətləndiririk. Təcrübəmiz göstərir ki, innovasiya və inkişaf bir-biri ilə sıx bağlıdır. Müasir infrastruktur, sənaye inkişafı, əmək bazarı hərəkətliliyi, investisiya axınları, mənzil tələbatı və iqlimə uyğunlaşma bir sistem kimi qarşılıqlı əlaqədədir. Eyni zamanda, dayanıqlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli inkişaf və sosial rifah üçün vacibdir”, - nazir bildirib.O qeyd edib ki, məhz bu yanaşmadan çıxış edərək Azərbaycan genişmiqyaslı bərpa və yenidənqurma prosesinə başlayıb: “Azad edilmiş ərazilərdə şəhərlər, qəsəbələr və kəndlər dayanıqlı inkişaf, “ağıllı şəhər” idarəçiliyi, “yaşıl enerji”, iqlimə davamlılıq və insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Bu layihələr təkcə fiziki infrastrukturun bərpası deyil, həm də iqtisadi artım, icmaların inkişafı və insan kapitalının gücləndirilməsinə xidmət edir. Eyni zamanda, münaqişədən sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və məcburi köçkünlərin geri qaytarılması Azərbaycanın sülh gündəliyinə sadiqliyinin açıq göstəricisidir. Təxminən 15 milyard ABŞ dolları həcmində investisiya ilə Azərbaycan regionda münaqişə səhifəsinin bağlanmasına səmimi marağını nümayiş etdirir. Bu genişmiqyaslı postmünaqişə bərpa prosesi sülh quruculuğu strategiyamızın ayrılmaz hissəsidir. Bu, zorakılıq dövrünün sona çatdırılması və daha yaxşı gələcəyin qurulması strategiyasıdır. Uzunmüddətli münaqişənin sona çatması və yaşayış məntəqələrinin bərpası regionda təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında başladılmış normallaşma prosesi regional inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu proses sülhün möhkəmləndirilməsi və iqtisadi əlaqələrin inkişafı üçün mühüm mərhələdir”.

Beynəlxalq tədbirlərin mərkəzinə çevirilən AZƏRBAYCAN- WUF13 

“WUF13-ün də COP29 kimi uğurlu olmasını gözləyirik”. Bu sözləri Prezident İlham Əliyev dünən Bakıda 2-ci günü baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının rəsmi açılış mərasimində deyib. Prezident qeyd edib ki, WUF13 Azərbaycanda COP29-dan sonra keçirilən ikinci böyük beynəlxalq tədbirdir. Oxu24.com xəbər verir  ki,BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı Ajans.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycanda keçirilən WUF13 forumu ölkənin beynəlxalq imici, Bakının regional tədbir mərkəzi kimi mövqeyi və gələcəkdə xarici marağın artması ilə bağlı müzakirələrə səbəb olub."WUF13 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. WUF13 kimi qlobal əhəmiyyətli forumun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm hadisədir. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal gündəlikdə mühüm məsələlərin müzakirə olunduğu etibarlı platformaya çevrildiyini göstərir”, – deyə deputat bildirib.O qeyd edib ki, son illərdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını nümayiş etdirib:“Son illərdə COP29, Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və digər beynəlxalq tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını nümayiş etdirib. WUF13 də ölkəmizin dayanıqlı inkişaf, urbanizasiya və müasir şəhər idarəçiliyi məsələlərində fəal tərəfdaş kimi mövqeyini gücləndirəcək.”“Bakı artıq beynəlxalq tədbirlər mərkəzidir”Bakının regionun əsas beynəlxalq tədbir mərkəzinə çevrilməsi ilə bağlı suala cavab verən deputat bildirib ki, paytaxt artıq bu statusu qazanıb:“Əslində Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən biridir. WUF13 kimi forumların keçirilməsi bu statusu daha da möhkəmləndirir. Azərbaycanın coğrafi mövqeyi, təhlükəsiz mühiti, müasir infrastruktur imkanları və formalaşmış təcrübəsi Bakının gələcəkdə regionun əsas beynəlxalq dialoq və konfrans platformalarından birinə çevrilməsinə imkan yaradır.”“Xarici maraq artacaq”Müşfiq Məmmədli WUF13-ün Azərbaycana xarici marağın artmasına təsir göstərəcəyini də qeyd edib:“Belə forumlar hər zaman ölkəyə beynəlxalq diqqəti artırır. Xarici nümayəndələrin və ekspertlərin Azərbaycana yaxından şahid olması ölkəmiz haqqında təsəvvürlərin genişlənməsinə təsir göstərir. Bu isə turizm, investisiya mühiti və biznes əlaqələrinə müsbət təsir edə bilər.”“Yeni beynəlxalq tədbirlər üçün geniş imkanlar var”Deputat bildirib ki, WUF13-dən sonra Azərbaycanda müxtəlif sahələr üzrə yeni beynəlxalq forumların keçirilməsi mümkündür:“Azərbaycan artıq özünü enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, nəqliyyat-logistika, multikulturalizm, rəqəmsal transformasiya və dayanıqlı inkişaf istiqamətlərində beynəlxalq dialoq məkanı kimi təsdiqləyib. Gələcəkdə yaşıl enerji, ağıllı şəhərlər, rəqəmsal iqtisadiyyat və səhiyyə innovasiyaları mövzularında yüksək səviyyəli forumların keçirilməsi üçün geniş imkanlar mövcuddur.”Deputatın sözlərinə görə, WUF13 təkcə qısamüddətli diqqət deyil, həm də Azərbaycanın uzunmüddətli strateji mövqeyinin və yumşaq güc imkanlarının genişlənməsi baxımından mühüm rol oynayır.

WUF13-də torpaq məsələsi Afrikada mənzil böhranının aradan qaldırılmasının əsas amili adlandırılıb 

Torpaq məsələsi Afrikada mənzil böhranının həll edilməsi yolunda əsas maneələrdən biri olaraq qalır və bu sahədə islahatlar aparılmadan şəhərlərin dayanıqlı inkişafını təmin etmək mümkün olmayacaq.Oxu24.com-un məlumatına görə, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bəyan edib.

Türk Mədəniyyəti və İrsi Fondu WUF13 Çərçivəsində Ənənəvi Türk Evlərinin Memarlıq İrsini Təqdim Edib  

18 may 2026-cı il tarixində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı panel sessiyası təşkil olunub.Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açılış nitqində Bakıda belə nüfuzlu bir tədbirin keçirilməsinin vacibliyini xüsusi vurğulayaraq qeyd edib ki, bu Forum hökumətlər, alimlər, memarlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm qlobal platformadır. Aktotı Raimkulova bildirib ki, türk evləri sadəcə yaşayış məkanı deyil, həm də sosial harmoniya, təbiətə uyğunlaşma və icma əsaslı yaşam mədəniyyətinin təcəssümüdür. O qeyd edib ki, ənənəvi memarlıq irsinin qorunması davamlı inkişafın mühüm tərkib hissəsidir.  Fondun prezidenti çıxışının sonunda belə mühüm beynəlxalq tədbir çərçivəsində paneli təşkil etmək imkanı yaratdıqlarına görə Azərbaycan Respublikası Hökumətinə, Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə, Dünya Şəhərsalma Forumunun təşkilatçılarına və bütün tərəfdaş qurumlara dərin təşəkkürünü bildirib.Paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri geniş müzakirə olunub. Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə davam edən Sessiyada Memar Sənan Təsviri incəsənət Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Prof. Oğuz Ceylan, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Trabzon Böyükşəhər Bələdiyyə sədri Əhməd Metin Gənc və qazaxıstanlı arxeoloq Sauran Kaliyev öz ölkələrinin təcrübələrini bölüşüblər.Panelin yekununda türk dövlətləri arasında ortaq memarlıq irsinin qorunması və müasir şəhərsalma modellərinə inteqrasiyası istiqamətində daha güclü əməkdaşlıq şəbəkəsinin yaradılması hədəflənib.

WUF13 iştirakçısı: "Yaxın 25 ildə dünyada şəhər əhalinin sayı təxminən iki milyard nəfər artacaq" 

Yaxın 25 ildə dünyada şəhər əhalinin sayı təxminən iki milyard nəfər artacaq və bu, əsasən Afrika və Cənubi Asiya ölkələrində baş verəcək.Oxu24.com  xəbər verir ki, bunu Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saçs Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.Onun sözlərinə görə, mənzil təminatı şəhər dəyişikliyinin mürəkkəbliyinin bir hissəsidir: "Şəhər iqtisadiyyatı isə qlobal struktur dəyişikliyinin tərkib hissəsidir. Gələcəkdə demoqrafiya tamamilə fərqli olacaq. Dünyanın böyük bir hissəsi artıq şəhər əhalisinin pik həddinə çatıb. Belə olan təqdirdə sual şəhər əhalisinin sayının artırılması deyil, mənzil şəraitinin yaxşılaşdırılması, gecəqondu sahələrinin ləğv edilməsi və sair olacaq".Nümayəndə əlavə edib ki, buna görə də əhalinin kütləvi şəkildə artacağı, nəhəng şəhərlərin yaranacağı yerlərlə şəhər əhalisinin sabit qaldığı və yaxud hətta azaldığı yerlər arasında mütləq fərq qoyulmalıdır: "Afrikanın əhalisi hazırkı təxminən 1,4 milyard nəfərdən bu əsrin ortalarına qədər 2,5 milyard nəfərə yüksələcək. Odur ki, bu kontekstdə mənzil məsələsinə baxmalıyıq".

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: "WUF13 dünyanı daha davamlı yola yönəltmək üçün fürsətdir" 

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünyanı daha davamlı yola yönəltmək üçün fürsətdir.Oxu24.com  xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Bakıda WUF13 çərçivəsində keçirilən "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirə ünvanladığı video müraciətdə bildirib.Onun sözlərinə görə, bu mənada milli, regional və yerli hakimiyyətlərin öz rolu var: "Mənzil siyasətləri bərabərlik, həmrəylik və ədalət üzərində qurulan zaman cəmiyyətlər daha inklüziv, daha dayanıqlı və daha davamlı olur. Ən həssas vəziyyətdə olanlara diqqət yetirdikdə və onları özlərini əlaqələndirən qərarlara cəlb etdikdə, sosial birliyi möhkəmləndiririk".O vurğulayıb ki, iqlim böhranı fonunda ölkələrin karbon neytral olan və ekstremal hava hadisələrinə tab gətirə bilən ev və şəhər infrastrukturuna ehtiyacı var: "Danimarka, Böyük Britaniya və digər ölkələrin bəzi şəhərləri yeni ictimai investisiya modelləri ilə sınaqlar aparırlar. Bu mənada milli və yerli büdcələr mühüm əhəmiyyət kəsb edir, çünki bununla şəhərlərin mənzil və davamlı infrastruktura resurs ayırıb-ayıra bilməyəcəyini müəyyən edilir".

UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir 

Yer kürəsinin əhalisi 2050-ci ilədək 2 milyard nəfər artacaq.Oxu24.com-un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil böhranı: plan nədir?" mövzusunda panel müzakirəsində bəyan edib."Əgər perspektivə nəzər salsaq: hamıya yaxşı məlumdur ki, 2050-ci ilədək dünya əhalisinin sayı əhəmiyyətli dərəcədə artacaq. Daha 2 milyard insan şəhərlərə - əsasən Asiya və Afrikanın şəhər aqlomerasiyalarına köçəcək. Üstəlik, bu artımın yarısı cəmi səkkiz dövlətdə cəmləşəcək. Söhbət rəvan və ardıcıl prosesdən getmir. Bu, müasir bəşər tarixində ən sürətli urbanizasiya dalğasıdır. Buna görə də dünən çıxışımda qaldırdığım əsas sual budur: biz bunun fərqindəyikmi? Biz hazırıqmı? Bəli - biz hazır olmalıyıq. Ümid edirəm ki, WUF13 bizə resursları səfərbər etməyə və bu böhranın aradan qaldırılmasına hazırlığı artırmağa kömək edəcək", - A.Rossbax vurğulayıb.

Liviya lideri: Bakı özündə orijinallıq və modernləşmənin harmonik vəhdətini əks etdirir 

Bakı özündə orijinallıq və modernləşmənin harmonik vəhdətini əks etdirir.Oxu24.com  xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.“Bu mühüm BMT tədbirində bir araya gəlməyimiz münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına Dünya Şəhər Forumunun 13-cü sessiyasına Bakı şəhərində ev sahibliyi etdiklərinə görə səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bakı şəhəri özündə orijinallıq və modernləşmənin, irs və urban inkişaf modelinin gələcəyə yönəlmiş baxışının harmonik vəhdətini əks etdirən nümunədir. Eyni zamanda UN-Habitata şəhər icmalarının üzləşdiyi çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi davamlı səylərə görə təşəkkürümüzü bildiririk”, - Məhəmməd Yunis Əl-Mənfi qeyd edib.

Bakıda keçirilən WUF13 Azərbaycana nə verəcək? –  Təhlil  

Bakıda mayın 17-dən start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 dünya ölkələrinin diqqətini Azərbaycana yönəldib. 182 ölkədən 40 mindən çox iştirakçını bir araya gətirən mötəbər tədbir paytaxtı beynəlxalq urbanizasiya və şəhər inkişafı müzakirələrinin əsas mərkəzlərindən birinə çevirib. Dünyanın müxtəlif ölkələrindən hökumət rəsmilərinin, ekspertlərin, memarların və beynəlxalq təşkilat nümayəndələrinin qatıldığı forumda şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri və müasir infrastruktur məsələləri geniş müzakirə olunur. 17-22 may tarixlərini əhatə edən tədbirin Bakıda keçirilməsi isə Azərbaycanın qlobal platformalarda artan rolunun və beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi imkanlarının növbəti göstəricisi kimi qiymətləndirilir.Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilir və şəhərlərin gələcək inkişaf strategiyalarının müzakirə olunduğu əsas beynəlxalq platformalardan biri sayılır.Bəs WUF13 kimi beynəlxalq forumun Bakıda keçirilməsi Azərbaycana siyasi, iqtisadi və urbanizasiya baxımından nə vəd edir?Mövzu ilə bağlı Oxu24com-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra genişmiqyaslı və qlobal xarakterli tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Onun sözlərinə görə, bu dövlətimizin artan nüfuzunun və beynəlxalq mövqeyinin möhkəmlənməsinin göstəricilərindəndir:“Prezident İlham Əliyevin strateji baxışları nəticəsində qlobal miqyasda narahatlıq doğuran məsələlərin məhz Bakıda müzakirəsi üçün əlverişli şərait yaradılıb. BMT-nin informasiya platformalarında da vurğulandığı kimi, “head of state s diplomacy”, yəni „dövlət başçısı diplomatiyası“ mühüm rol oynayır. Bu yanaşma göstərir ki, Azərbaycan yalnız milli səviyyədə problemlərin həlli ilə məşğul olmur, eyni zamanda qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə və təcrübə mübadiləsinə açıqdır. Bununla yanaşı, müxtəlif sahələr üzrə aidiyyəti qurumların prosesə cəlb olunması da xüsusi əhəmiyyət daşıyır. Bu mənada müxtəlif mövzularda çoxsaylı assambleyaların baş tutduğu Bakı Ümumdünya Şəhərsalma Forumu (WUF) bunun bariz nümunəsidir. Forumun tarixi 2001-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qərara gedib çıxır. Tədbirin ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə keçirilib. O vaxtdan etibarən forum iki ildən bir təşkil olunur və urbanizasiya məsələlərinə həsr edilir. Bu mənada Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası üçün yüzlərlə böyük şəhərlər arasında məhz Bakının seçilməsi təqdirəlayiqdir. Urbanizasiya niyə bu qədər aktual və narahatedici mövzu hesab olunur? Bunun əsas səbəbi dünya əhalisinin sürətlə artması və şəhərlərdə məskunlaşmanın genişlənməsidir. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. BMT-nin rəsmi proqnozlarına görə, yaxın 25 il ərzində bu göstərici 68-70 faizə çatacaq. Bu isə şəhərlərin daha da yüklənməsi, kənd yerlərinin boşalması, təchizat zənciri və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərinin dərinləşməsi deməkdir.Digər mühüm məqam isə iqtisadiyyat və ekologiya ilə bağlı məsələləri əhatə edir. Belə ki, dünya ölkələrinin ümumi daxili məhsulunun təxminən 60 faizi şəhərlərdə istehsal olunur. Bununla yanaşı, ətraf mühitə atılan karbonqazı emissiyalarının da təxminən 70 faizi şəhərlərin payına düşür. Bu səbəbdən urbanizasiya, iqlim dəyişikliyi, infrastruktur, nəqliyyat və dayanıqlı inkişaf məsələləri kompleks şəkildə qlobal gündəliyin əsas mövzularına çevrilib”.Millət vəkili vurğulayıb ki, şəhərlərdə iri sənaye müəssisələrinin və böyük konqlomeratların cəmləşməsi də urbanizasiyanın yaratdığı problemləri daha da dərinləşdirir: “Bu müəssisələrin əksəriyyəti şəhərlərdə və ya onların ətrafında yerləşdiyi üçün ətraf mühitə təsir artır, emissiyalar yüksəlir və ekoloji tarazlıq pozulur. Hazırda dünyada 8 milyarddan çox insan yaşayır. Lakin bu insanların böyük bir hissəsi qeyri-qənaətbəxş mənzil şəraitində həyat sürür, məsələn təxminən 2,8 milyard insanın yaşayış şəraiti normal standartlara cavab vermir. Bundan əlavə, 300 milyon insanın ümumiyyətlə daimi yaşayış yeri, mənzili yoxdur. Təxminən 1,1 milyard insan isə gecəqondularda, infrastruktur baxımından zəif yaşayış məntəqələrində məskunlaşıb. Bu rəqəmlər urbanizasiya probleminin nə qədər ciddi miqyas aldığını göstərir. Çünki yaşayış şəraitinin aşağı olması insanların yalnız mənzil problemi ilə üzləşməsi demək deyil. Bu, eyni zamanda səhiyyə, təhsil, ərzaq təhlükəsizliyi, sanitariya və sosial rifahla bağlı çoxsaylı problemləri də özü ilə gətirir.Məhz buna görə də BMT urbanizasiya, təhlükəsiz və dayanıqlı məskunlaşma məsələlərini əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. İki ildən bir keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF) da bu məsələlər geniş şəkildə müzakirə olunur. Bu ilin forumunda da əsas diqqət təhlükəsiz və dayanıqlı şəhərlərin, yaşayış məskənlərinin formalaşdırılmasına yönəlib.Bununla yanaşı, BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz dayanıqlı şəhərlər və icmaların qurulması ilə bağlıdır. Bu məqsəd insanların təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış mühitində yaşamasını təmin etməyə hesablanıb.Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi çərçivəsində uzun illərdir əməkdaşlığını davam etdirir və bu istiqamətdə milli səviyyədə müxtəlif proqramlar həyata keçirir. Ölkəmiz bu məqsədləri qəbul etməklə yanaşı, hətta milli səviyyədə əlavə olaraq 18-ci Dayanıqlı İnkişaf Məqsədini də irəli sürüb. Bu məqsəd humanitar minatəmizləmə ilə bağlıdır.Azərbaycan hazırda BMT və digər beynəlxalq platformalarda fəaliyyət aparır ki, humanitar minatəmizləmə ayrıca bir Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilsin. Bu, olduqca vacib və aktual təşəbbüsdür. Çünki təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasının əsas şərtlərindən biri məhz insanların mina təhlükəsindən uzaq, təhlükəsiz ərazilərdə yaşamasıdır. Ümumiyyətlə, Azərbaycan qlobal çağırışlara cavab olaraq beynəlxalq səviyyədə qəbul edilən təşəbbüsləri milli şəraitə uyğunlaşdıraraq tətbiq edir. Bu istiqamətdə dövlət proqramları, hökumət layihələri həyata keçirilir və ölkənin öz təcrübəsi ilə bu proses daha da zənginləşdirilir. Humanitar minatəmizləmə ilə bağlı irəli sürülən 18-ci məqsəd də bunun ən uğurlu nümunələrindən biridir”.Rizvan Nəbiyev münaqişələrin yaratdığı problemlərə xüsusi diqqət çəkib: “Hazırda dünyada onlarla aktiv münaqişə ocaqları mövcuddur və onların sayı ilə bağlı müxtəlif statistikalar təqdim olunur. Bu münaqişələr yalnız humanitar böhran yaratmır, eyni zamanda ətraf mühitə ciddi zərər vurur, karbon emissiyalarını artırır və iqlim dəyişikliklərinə mənfi təsir göstərir.Digər mühüm problem isə məcburi köçkünlük və qaçqınlıq məsələsidir. Son illərin statistikasına görə, dünyada 120 milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Problem ondadır ki, bu insanların da 60%-i məhz şəhərlərdə məskunlaşıb. Ekspertlərin proqnozlarına əsasən, əgər münaqişələr davam edərsə, 2040-cı ilə qədər bu rəqəmə daha milyonlarla insan əlavə oluna bilər. Bu isə urbanizasiya, şəhərlərin yüklənməsi və sosial problemlərin daha da dərinləşməsi deməkdir.Bütün bunlar göstərir ki, urbanizasiya və şəhərsalma diplomatiyası artıq yalnız tikinti məsələsi deyil. Bu mövzu təhlükəsizlik, ekologiya, humanitar problemlər, miqrasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışlarla birbaşa əlaqəlidir“.Millət vəkili vurğulayıb ki, BMT çərçivəsində keçirilən COP29 və qısa müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF) Bakıda baş tutması Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm hadisədir. Bu tədbirlər yalnız klassik diplomatiya deyil, həm də ictimai və mədəni diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır:“Foruma qatılan iştirakçıların geniş coğrafiyanı əhatə etməsi də bunu təsdiqləyir, 182 dövlətdən 42 000 iştirakçı. Bu maraq eyni zamanda tədbirlərin keçirildiyi məkana – Bakıya olan etimadın göstəricisidir. Paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə Azərbaycanın bu sahədə güclü bir mərkəzə çevrildiyini nümayiş etdirir.Dünyada belə bir etimad formalaşıb ki, Azərbaycan və onun rəhbərliyi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün həm təhlükəsiz, həm də yüksək səviyyədə təşkilati imkanlara malik platforma təqdim etmək iqtidarındadır. Xüsusilə qeyd edilməlidir ki, Ümumdünya Şəhərsalma Forumu regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu isə Azərbaycanın artıq yalnız regional deyil, qlobal səviyyədə də mühüm dialoq və əməkdaşlıq məkanına çevrildiyini göstərir”.Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanın milli səviyyədə qazandığı təcrübənin qlobal miqyasda təqdim olunması da xüsusi əhəmiyyət daşıyır: “Məsələn, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı məskunlaşma və yenidənqurma proqramları həyata keçirilir. Bu proses əsasən Azərbaycanın milli resursları hesabına maliyyələşdirilir. Təkcə son beş il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 21,5 milyard manatdan çox vəsait ayrılıb. Ötən il keçirilən büdcə müzakirələri zamanı isə bu istiqamət üzrə 2026-cı il üçün əlavə 3,5 milyard manatın ayrılması təsdiqlənib. Nəticədə artıq 80 minə yaxın insan 40-dan çox yaşayış məntəqəsində məskunlaşıb. Qarşıdakı 10 il ərzində isə 200-dən çox yaşayış məskəninin yenidən qurulması və dirçəldilməsi hədəflənir.Bu rəqəmlər Azərbaycanın həyata keçirdiyi bərpa və quruculuq işlərinin miqyasını açıq şəkildə göstərir. Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın işğal dövründə 300-dən çox yaşayış məntəqəsi və 9 böyük şəhər tamamilə dağıdılmışdı. Bu ərazilərin sıfırdan yenidən qurulması, eyni zamanda müasir, ekoloji təmiz şəhərsalma və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə bərpa olunması artıq Azərbaycanın formalaşdırdığı unikal təcrübə hesab olunur. Çünki urbanizasiya problemlərinin kökündə dayanan əsas amillərdən biri münaqişələr və onların dağıdıcı nəticələridir. Digər mühüm faktor isə iqlim dəyişiklikləridir. Hər iki məsələ təchizat zəncirinə, yaşayış mühitinə, iqtisadi və sosial proseslərə ciddi təsir göstərir. Azərbaycan isə həm işğalın nəticələrinin aradan qaldırılması, həm də postmünaqişə dövründə sülh quruculuğu və genişmiqyaslı bərpa işlərinin həyata keçirilməsi baxımından mühüm və nümunəvi təcrübə formalaşdırır.Məhz buna görə də “UN-Habitat” təşkilatının rəhbəri Anaklaudiya Rossbax Bakıda keçirilən tədbirlər zamanı iki mühüm məqamı xüsusi vurğulayıb. Birincisi, Azərbaycanın BMT səviyyəli tədbirləri yüksək təşkilatçılıqla keçirmək bacarığıdır. İkincisi isə Azərbaycanın həyata keçirdiyi yenidənqurma və məskunlaşma təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurmasıdır”.Mehin MehmanqızıQeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Slovakiya Baş nazirinin müavini: Bakı dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır 

Tarix və müasir inkişafın simvolu olan Bakı şəhəri dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır.Oxu24.com  xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba WUF13-ün açılış mərasimində çıxışında deyib.O bildirib ki, şəhərlər yalnız inkişaf mərkəzləri deyil, həm də qorunmalı və dayanıqlı saxlanılmalı kritik infrastruktur sistemləridir.Nazir Slovakiyanın BMT-nin Məskunlaşma Proqramının urbanizasiya və dayanıqlı şəhər dayanıqlığı təşəbbüsünə güclü dəstək verdiyini vurğulayıb: “Biz bu təşəbbüsü praktik və nəticəyönümlü platforma kimi qiymətləndiririk”.Tomaş Taraba qeyd edib ki, Slovakiya yalnız siyasi dəstək verməklə kifayətlənmir, həm də ekspertiza paylaşımı və konkret layihələrin icrasında iştirak etməyə hazırdır.Çıxışda hərbi münaqişələrin şəhərlərə təsiri də xüsusi vurğulanıb. “Dünyanın bir çox şəhəri hərbi münaqişələrin nəticələri ilə üz-üzədir. İnfrastruktur dağıdılır, əsas xidmətlər pozulur, insanlar məcburi köçkünə çevrilir”,- o qeyd edib.Onun sözlərinə görə, əsas məsələ yalnız yenidənqurma deyil, uzunmüddətli şəhər canlanmasının təmin edilməsidir və Slovakiya bu prosesdə dəstək göstərməyə hazırdır.Slovakiya Baş nazirinin müavini ölkəsində mənzil fondunun modernləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, Slovakiyada ev təsərrüfatlarının 55 faizi fərdi evlərdə yaşayır və onların əhəmiyyətli hissəsi köhnə tikililərdir.“Məqsədimiz insanların yaşayış xərclərini mümkün qədər azaltmaqdır”, - o vurğulayıb.Tomaş Taraba sonunda Slovakiya nümayəndəsi ölkəsinin su ehtiyatlarının idarə olunması sahəsində xüsusi təcrübəyə malik olduğunu və bu sahədə digər dövlətlərlə əməkdaşlığa hazır olduğunu bildirib.

Bakıda keçirilən WUF13 Azərbaycana hansı dividendləri qazandıracaq?  

“Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ölkəmizin qlobal miqyasda artan nüfuzunun, həmçinin beynəlxalq gündəliyi formalaşdıran əsas mərkəzlərdən birinə çevrilməsinin növbəti əyani sübutudur”Bu sözləri Oxu24.com-a açıqlamasında  Millət vəkili Bəhruz Məhərrəmov deyib.Millət vəkili qeyd edib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün təkcə qlobal enerji təhlükəsizliyinin təminatçısı və mühüm nəqliyyat qovşağı deyil, həm də bəşəriyyətin gələcək inkişaf modellərinin müzakirə edildiyi intellektual və strateji platformadır:“WUF13-ün Bakıda keçirilməsi ölkəmizə həm siyasi, həm iqtisadi, həm də urbanizasiya baxımından çoxşaxəli və mühüm dividendlər vəd edir. Siyasi baxımdan WUF13 Azərbaycanın beynəlxalq arenadakı "yumşaq güc"ünü daha da möhkəmləndirir. BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan bu forum Bakını qlobal şəhər diplomatiyasının mərkəzinə çevirir. Dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmiləri, merlər və beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın multikulturalizm prinsiplərinə sadiqliyini, sabitlik və təhlükəsizlik adası olduğunu öz gözləri ilə görürlər. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və haqlı mövqeyinin dünya ictimaiyyətinə bir daha çatdırılması üçün unikal imkandır.Bu forumun Azərbaycan üçün ən strateji üstünlüklərindən biri — işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəhəng quruculuq işlərinin dünyaya təqdim edilməsidir. 30 illik dağıntılardan sonra Qarabağ və Şərqi Zəngəzurda sıfırdan tətbiq olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, ekoloji təmiz və yaşıl enerji zonalarının yaradılması layihələri WUF13 platformasında münaqişədən sonra bərpanın qlobal etalonu kimi nümayiş etdirilir. Həmçinin Bakının "Bakı Ağ Şəhər" timsalında postsənaye reabilitasiya təcrübəsi müasir urbanizasiyanın ən uğurlu nümunələrindən biri kimi ekspertlərin diqqətinə çatdırılır”.Millət vəkili əlavə edib ki, forum çərçivəsində dünyanın aparıcı maliyyə institutlarının, investorlarının, memarlıq və tikinti nəhənglərinin Bakıda bir araya gəlməsi ölkəmizin investisiya cəlbediciliyini vizuallaşdırmaq üçün əvəzsiz meydandır: “Xüsusilə işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma layihələrinə, habelə paytaxtın və regionların yaşıl infrastrukturuna xarici investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsi üçün birbaşa biznes əlaqələri qurulur.WUF13 miqyasına görə minlərlə xarici qonağı eyni vaxtda qəbul edən nəhəng bir platformadır. Bu cür mötəbər tədbirlər Bakının "MICE turizmi" xəritəsindəki liderliyini möhkəmləndirir. Şəhərimizin müasir infrastrukturu, hotelləri, nəqliyyat logistikası və yüksək qonaqpərvərlik mədəniyyəti qlobal miqyasda reklam olunur ki, bu da uzunmüddətli dövrdə ölkəyə turist axınının davamlı artmasına birbaşa təkan verir.Qeyd olunanlar fonunda birmənalı şəkildə deyə bilərik ki, Bakıda keçirilən WUF13 Sessiyası sadəcə bir neçə günlük konfrans deyil, bu tədbir Azərbaycanın gələcək şəhərsalma strategiyasını beynəlxalq standartlara inteqrasiya edən, ölkəmizin regiondakı liderliyini intellektual müstəvidə də təsdiqləyən və milli maraqlarımızın qlobal səviyyədə müdafiəsinə xidmət edən tarixi bir mərhələdir”.Mehin Mehmanqızı

Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb 

Çin Sədri Si Cinpin Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işinə uğurlar arzulayıb.Oxu24.com  xəbər verir ki, bu barədə Çin Sədrinin xüsusi nümayəndəsi Çjan Qotsin WUF13 çərçivəsindəki Liderlər Sammitində bildirib."Burada, Bakıda cənab Si Cinpini təmsil etmək və onun forumun işinə uğur arzularını çatdırmaq mənim üçün böyük şərəfdir", - Çjan Qotsin qeyd edib."Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi kimi WUF13-ün Liderlər Sammitinə gəlmək, həmçinin cənab Si Cinpinin bu sammitin keçirilməsi ilə əlaqədar Azərbaycana ən xoş arzularını çatdırmaq və ona uğurlar arzulamaq mənim üçün böyük bir şərəfdir", - Çjan Qotsin bildirib.

"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir" - Özbəkistan lideri

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir.Oxu24.com  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.“Qlobal inkişafın ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma olan Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında sizi salamlayıram və burada olmaqdan böyük məmnunluq duyuram. Bu gün Xəzərin incisi olan gözəl Bakı şəhərində keçirilən konfransın yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Zati-aliləri, sizin rəhbərliyinizlə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”, - Özbəkistan Prezidenti qeyd edib.

Prezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu 

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.Oxu24.com  xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.Mərasimdə dövlət və hökümət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

Biz onu “Qafqazın Xirosiması” adlandırırıq - Prezident 

Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.

Torpağın əsl sahibləri məhz belə davranırlar!

Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər.Oxu24.com  APA-ya istinadla xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.“Torpağın əsl sahibləri məhz belə davranırlar. Onlar dağıtmaq, məhv etmək və insanlara əzab gətirmək üçün gələnlərdən fərqli olaraq qurur, yaradır və dirçəldirlər. Bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alırlar və onların məşğulluğunun təmin edilməsi də hökumətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də onlar üçün mənzillər, fərdi evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl, əlbəttə, ilk növbədə ərazilərin minalardan təmizlənməsi həyata keçirilməlidir. Eyni zamanda insanların məşğulluğu məsələsi də diqqət mərkəzində saxlanılır. Həmin bölgələrdə artıq yaradılmış və gələcəkdə yaradılacaq çoxsaylı sənaye zonaları öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilmiş yüz minlərlə insanın sürətli qayıdışını dəstəkləyəcək”, – dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev: Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib

Biz Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq.Oxu24.com xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.“Bakıya gəldikdə bir neçə məqamı da qeyd etmək istərdim. Biz burada genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq. Bakı dünyada ilk dəfə neftin hasil edildiyi şəhərdir. Bu, 1846-cı ildə baş verib. Lakin ötən 180 il ərzində demək olar ki, ətraf mühitin qorunmasına heç bir diqqət yetirilməyib. Nəticədə Bakı ciddi şəkildə çirklənmişdi. Əgər mən Bakının “Qara şəhər”, Bibiheybət və digər sənaye zonaları kimi ərazilərinin adını çəksəm, bu, xarici qonaqlar üçün çox şey ifadə etməyə bilər. Amma əgər bu məkanlara baş çəkmək və onların 20 il əvvəl necə göründüyünü əks etdirən video və ya fotolara baxmaq imkanınız olsa, bu gün Bakıda ekoloji cəhətdən təmiz mühitin yaradılması üçün hansı işlərin görüldüyünü aydın şəkildə görə bilərsiniz. Vaxtilə ciddi şəkildə çirkləndiyi üçün “Qara şəhər” adlandırılan ərazidə bu gün şəhərsalmanın nümunəsi olan “Ağ şəhər” salınıb. Bu, şəhər daxilində ayrıca bir şəhərdir.Şəhərsalmanın digər nümunələrindən biri isə kurort şəhəri olan Sea Breeze Resortdur. Mən xüsusilə soyuq suda üzməyi sevən qonaqlara oranı ziyarət etməyi tövsiyə edirəm. Bu zalda belə insanlardan bəzilərinin olduğunu bilirəm. Oraya gedərək müasir şəhərsalmanın daha bir nümunəsini görə bilərsiniz. Son 20 il ərzində Bakıda 100 park, bağ və istirahət məkanı salmışıq, 19 park isə tamamilə yenidən qurulub. Ekoloji cəhətdən təmiz şəhərlər, ictimai nəqliyyata sürətli çıxış imkanları, mikromobillik infrastrukturu, metro sistemi və elektrik enerjisi ilə çalışan müasir avtobuslar — bütün bunlar paytaxt üçün vahid konsepsiya çərçivəsində həyata keçirilir. Bu yalnız paytaxtla məhdudlaşmır. Qeyd etdiyim kimi, Azərbaycanın bir çox bölgələrində şəhərsalma sürətlə inkişaf edir”, - dövlət başçısı qeyd edib.

Bu göstərir ki, bizim ulu babalarımızın istedadı olub 

Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq.Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

Qırğız nazir: Azərbaycanla tikinti sektorunda münasibətləri yenidən qururuq 

WUF13 dünyanın hər yerindən şəhərsalma sahəsinin nümayəndələrinin bir araya gəldiyi və təcrübə mübadiləsi apardığı böyük platformadır. Oxu24.com bildirir ki bunu “APA-Economics”ə açıqlamasında WUF13ın tikinti və arxitektura naziri Nurdan Oruntaev deyib.O qeyd edib ki, eyni zamanda forum ölkələrin və respublikaların öz ərazilərində tikinti və urbanizasiya sahəsinin necə inkişaf etdiyini nümayiş etdirməyə yönəlib:“Biz də burada hazırda həyata keçirilən və tikilməkdə olan bir sıra layihələrimizi təqdim etdik. Onların demək olar ki, hamısı yaxın bir il ərzində tamamlanacaq və istismara veriləcək. Bundan əlavə, burada öz layihəmizi də təqdim etdik. Bu, Bişkekdə tikilən və postsovet məkanında analoqu olmayan tullantı emalı zavodu layihəsidir”.O, Azərbaycanla əməkdaşlıq barəsində də danışıb:“Hazırda Azərbaycan ərazisində bizim layihələrimiz yoxdur. Tikinti sahəsində Azərbaycan ilə Qırğızıstan arasında Sovet İttifaqının dağılmasından sonra bu günədək belə əməkdaşlıq olmayıb. Hazırda biz bu münasibətləri yenidən qurmağa çalışırıq və düşünürəm ki, yaxın illərdə bu, öz nəticələrini verəcək. Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə ötən il Qarabağda məktəb tikildi. Bu, belə demək mümkünsə, Azərbaycan xalqına bizim hədiyyəmiz idi. Bu, ilk layihədir, amma gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik. Yəni işlərimizin davamı olacaq”.

WUF13-də “Urban Expo” sərgisinin rəsmi açılış mərasimi olub

WUF13-də “Urban Expo” sərgisinin rəsmi açılış mərasimi olub.Oxu24.com xəbər verir ki, açılışda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.Anar Quliyev və Anaklaudia Rossbax qırmızı lenti kəsərək rəsmi açılışı ediblər.

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib 

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

WUF13 dünya mediasının diqqətində 

Mayın 17-də Bakıda işə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya mediasının diqqət mərkəzindədir.Oxu24.com  xəbər verir ki, beynəlxalq media qurumlarının Sessiya ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.Pakistanın "The Nation", "Daily Times", "The News" nəşrlərində dərc olunan məqalələrdə qardaş ölkənin WUF13-də nazirlər və digər yüksəkvəzifəli rəsmilərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunduğu bildirilib. Xəbərlərdə Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin Pəncabın əlçatan mənzil layihəsini beynəlxalq auditoriyaya təqdim edəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, materiallarda WUF13-ün beynəlxalq əhəmiyyətli platforma olduğu, Sessiyanın dünya liderlərini, investorları və şəhərsalma ekspertlərini bir araya gətirdiyi vurğulanıb. Bundan başqa, Azərbaycanın bu mötəbər tədbirdə uğurla ev sahibliyi etdiyi, Pakistan nümayəndə heyətinin Bakıda yüksək qonaqpərvərliklə qarşılandığı məmnunluqla bildirilib.Çinin "Sinxua" agentliyi də Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 barədə silsilə məqalələr yayımlayıb. Məqalələrdə WUF13-ün şəhərsalma, əlçatan mənzil və dayanıqlı şəhər inkişafı üzrə mühüm qlobal platforma olduğu qeyd edilib, Bakının müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşdığı vurğulanıb, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşdırdığı oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, Çin ekspertlərinin fikirlərinə yer verilərək, Çinin urbanizasiya və əlçatan mənzil sahəsində təcrübəsinin Azərbaycan və inkişaf etməkdə olan digər ölkələr üçün faydalı nümunə olduğu, WUF13-ün isə Bakı üçün uzunmüddətli şəhər yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.Rusdilli nəşrlərdə də WUF13-ə barədə silsilə məqalələr dərc olunub. "Moscow-baku.ru", "Vestnik Kavkaza" və digər portallarda dərc olunan yazılarda Azərbaycan hökuməti və UN-Habitat tərəfindən birgə təşkil olunan tədbirdə 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qeydə alındığı vurğulanıb. İlk dəfə olaraq Sessiya çərçivəsində Nazirlər Görüşü və Liderlər Sammiti seqmentlərinin də təşkil edildiyi diqqətə çatdırılıb. Bakıdakı müzakirələrin əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və "ağıllı şəhər" modellərinə həsr olunduğu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və "yaşıl enerji zonası" layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub.Fransızdilli "Lagazetteaz.fr" nəşrində isə BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbaxın WUF13 barədə fikirləri əksini tapıb. Məqalədə bu tədbirin şəhərsalma gündəliyi üzrə mühüm beynəlxalq platforma rolunu oynadığı bildirilib. Yazıda, həmçinin Bakının yüksək səviyyədə qəbul etdiyi tədbirin şəhərsalma, dayanıqlı inkişaf və "Hamı üçün mənzil" mövzusu ətrafında dünya miqyasında müzakirələr üçün əsas məkan olduğu vurğulanıb. Eyni zamanda, WUF13 çərçivəsində nazirlər görüşü və digər formatlar vasitəsilə "Yeni Şəhər Gündəliyi" üzrə siyasi konsensusun formalaşdırılması və gələcək onillik üçün prioritetlərin müəyyənləşdirilməsinin hədəfləndiyi diqqətə çatdırılıb.Misir mətbuatı da WUF13-ə geniş diqqət ayırıb. Bu ölkənin "The Egyptian Gazette","Youm7", "El Balad", "Vetogate", "Al Dostor", "Al-Usbua", "Al Qarar Al Arabi", "Business News Egypt", "Anbaa Alyoum", "Nile.eg" və digər nəşrlərində yayımlanan materiallarda Azərbaycanın və BMT-Habitat-ın birgə təşkil etdiyi WUF13-ün şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil sahəsində qlobal müzakirələr üçün əsas platforma olduğu vurğulanıb. Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu mühüm tədbirin "Yeni Şəhər Gündəliyi" ətrafında qlobal siyasi və strateji müzakirələr üçün mühüm beynəlxalq dialoq məkanı olduğu qeyd edilib. Xəbərlərdə Misirin sessiyada öz şəhərsalma təcrübəsini, xüsusilə əlçatan mənzil sahəsindəki nailiyyətlərini beynəlxalq auditoriya ilə bölüşdüyü bildirilib.Özbəkistanın "Kun.uz", "Podrobno.uz", "UzDaily", "UZA", "Gazeta.uz", "Zamin.uz" nəşrlərində dərc olunan materiallarda WUF13 qlobal urbanizasiya çağırışları, dayanıqlı inkişaf, sosial həyat və mənzil təminatı üzrə mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma olması əksini tapıb. Eyni zamanda, Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu tədbirin BMT çərçivəsində əməkdaşlıq və şəhərsalma həllərinin müzakirəsi üçün mühüm qlobal dialoq platforması olduğu vurğulanıb. Xəbərlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya işgüzar səfəri və tədbirdə iştirakı Özbəkistanın beynəlxalq şəhərsalma gündəmində fəal mövqeyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.Malayziyanın "Bernama" agentliyinin, eləcə də bu ölkənin "The Sun" və "SABA News" nəşrlərinin materiallarında qlobal urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə əsas platforma olan WUF13-ün beynəlxalq şəhərsalma gündəliyinin formalaşmasında mühüm dialoq platforması kimi çıxış etməsinə diqqət çəkilib. Malayziyanın bu sahədə əməkdaşlığın genişləndirilməsinə və sessiyada şəhərsalma sahəsində qlobal təşəbbüslərə dəstək verdiyi vurğulanıb.Keniyanın "Saccoreview", "People Daily", "The-star.co.ke", "Capitalfm", "Kenyans.co.ke", "Kenyafrontline.com", "Standardmedia.co.ke" media qurumları tərəfindən yayımlanan xəbərlərdə dövlət başçısı Uilyam Rutonun bu ölkənin əlçatan mənzil və davamlı şəhər inkişafı sahəsində uğurlarına görə WUF13-ə dəvət olunduğu bildirilib. Qeyd olunub ki, Prezident Ruto WUF13 zamanı Keniya hökumətinin əlçatan mənzil proqramını təqdim edəcək və şəhərsalma layihələri üçün yeni beynəlxalq tərəfdaşlar və investorlar cəlb etməyə çalışacaq. Xəbərlərdə Keniyanın dövlət başçısının Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib.WUF13 barədə xəbərlər Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Tacikistan, Hindistan, İordaniya, İraq , Mozambik və digər ölkələrdə yayımlanan media orqanları tərəfindən də geniş işıqlandırılıb.

WUF13-də ikinci gün nələr OLACAQ? -PROQRAM

Xəbər verdiyimiz kimi,bütün dünyanın diqqəti bu günlərdə Azərbaycana yönəlib.Bakıda Dünya Şəhər Forumunun On Üçüncü Sessiyasının (WUF13) növbəti tədbiləri keçirilir.Oxu24.com xəbər verir ki,bu gün tədbirin ikinci günü bir sıra mühüm hadisələrlə yadda qalacaq.WUF13-ün rəsmi açılış mərasimi məhz bu gün saat 12:30-14:00 aralığında baş tutacaq.Rəsmi açılış mərasimindən sonra  WUF13-də liderlərin bəyanatları səsləndiriləcək.Çıxışlar İngilis, Ərəb, Çin, Fransız, Rus, İspan, Azərbaycan,  Portuqal, Türk, İtalyan, Ukrayna dillərində tərcümə ediləcək.Daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.Miri Məcidli

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib 

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib 

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Serbiya Prezidenti:Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır 

Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir.Oxu24.com  xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.“Ümid edirəm ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapacağıq. Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik”, - deyə Prezident qeyd edib.O bildirib ki, Serbiyada, xüsusilə ölkənin şərq hissəsində yerləşən spa və dağ kurortları toxunulmamış təbiətə malikdir: “Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı əməkdaşlıq kimi qiymətləndirir”.O əlavə edib ki, Serbiya investorları da Bakı və Azərbaycanın digər bölgələrinə investisiya yatırmaqda maraqlıdırlar.Aleksandar Vuçiç iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib 

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Mavriki Prezidenti Azərbaycana səfərə gəlib 

Mavriki Respublikasının Prezidenti Daramber Qoxul BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

WUF13-də Nazirlər iclasının bəyanatı səsləndirilib 

Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər iclasının yekun bəyanatı səsləndirilib.Oxu24.com xəbər verir ki, bəyanatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.

Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib 

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.Oxu24.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib 

Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.Oxu24.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib 

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq 

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək.Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.O qeyd edib ki, M. Kurum Bakıda həmkarı ilə görüşəcək.Onun sözlərinə görə, səfər çərçivəsində bəzi müqavilələrin imzalanması gözlənilir.

Britaniya səfiri: Azərbaycan WUF13 vasitəsilə müasir şəhər inkişafını nümayiş etdirir 

Azərbaycan WUF13-ə ev sahibliyi edərək müasir şəhər inkişafının dayanıqlığın gücləndirilməsində, yaşayış şəraitinin yaxşılaşdırılmasında və imkanlara çıxışın genişləndirilməsindəki rolunun nümayişi üçün mühüm platforma təqdim edir.Oxu24.com  xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld WUF13 çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib."WUF13-ün ev sahibi olaraq Azərbaycan müasir şəhər inkişafının dünyanı icmalar üçün konkret üstünlüklərə - o cümlədən yaşayış şəraitinin yaxşılaşdırılmasına, rəqəmsal əlaqəliliyə və iqtisadi imkanlara çıxışa çevirə biləcəyini nümayiş etdirmək üçün mühüm platformaya malikdir", - o deyib.

Nazir müavini: Qarabağda 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi qurulur 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir.Oxu24.com  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasının açılış sessiyasında çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib.Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi yalnız yolların və binaların tikintisini deyil, həm də etimadın, imkanların və gündəlik həyatın bərpasını əhatə edir.Fərhad Hacıyev qeyd edib ki, Azərbaycan yaşıl enerji, rəqəmsal innovasiya və insan mərkəzli şəhərsalma yanaşması əsasında insanların yaşamaq, işləmək və təhsil almaq imkanlarını yenidən formalaşdırır.Nazir müavini vurğulayıb ki, dövlətin münasib qiymətli mənzil proqramlarından yararlananların 55%-dən çoxunu gənclər təşkil edir.O əlavə edib ki, şəhərlərin gələcəyi yalnız konfrans zallarında verilən qərarlarla deyil, həmin şəhərlərdə böyüyən gənclərin iştirakı ilə müəyyən olunur.

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib 

Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Fransa səfiri ölkəmizə təşəkkür etdi 

“İlk növbədə Azərbaycana bu tədbirdə iştiraka dəvət üçün təşəkkür edirik”.Oxu24.com  xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut WUF13 çərçivəsində təşkil olunan nazirlərin dəyirmi masasında çıxış edərkən deyib.Səfirin sözlərinə görə, Fransada məskunlaşma sahəsində prioritet məsələ iqlim dayanıqlığı, mobillik, yerli idarəetmə sisteminin yaxşılaşdırılmasıdır.Bununla yanaşı, S. Laqut ölkəsinin yaşayış məskənlərinin əlçatanlığı üçün müxtəlif proqramları davam etdirəcəyini diqqətə çatdırıb.

Mexiko meri: WUF13 bəşəriyyətin şəhər gələcəyini birlikdə qurmaq üçün strateji məkandır 

WUF13 təcrübə mübadiləsi aparmaq və bəşəriyyətin şəhər gələcəyini birlikdə qurmaq üçün strateji məkandır.Oxu24.com  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılışı zamanı çıxışında Mexiko şəhərinin hökumət başçısı Klara Bruqada deyib.“Bizə məhz belə açıq və inklüziv urban çoxtərəflilik lazımdır, yəni yerli hökumətlərin və şəhərlərin iştirakı ilə formalaşan, sosial, iqtisadi və ekoloji transformasiyaya əsaslanan yeni şəhər baxışı və fəaliyyət modeli", - Bruqada vurğulayıb.O qeyd edib ki, iqlim böhranını mənzil problemindən və beynəlxalq iqtisadiyyatın artan maliyyələşdirilməsindən ayırmaq olmaz:“Biz ərazi məsələlərini sosial bərabərsizlikdən ayıra bilmərik. Çünki məhz bu uçurum səviyyəsindəki bərabərsizliklər yoxsulluq və təcrid yaradır.Bu forumun əsas mövzusu dünyada layiqli mənzildən məhrum olan 3 milyarddan çox insanın ümumi harayını bizə çatdırır.Layiqli mənzil hüququnun təmin edilməsi şəhər hüququnun reallaşdırılmasına yönəlmiş daha geniş ərazi transformasiyası gündəliyinin əsas sütunudur.Biz dünyada yaşamaq və təbiətlə münasibət qurmaq üsullarımızda inqilabi dəyişikliklərə ehtiyac duyuruq.Buna görə də biz qayğıkeş şəhərlər qurmağa çağırırıq. Yəni qadınları, uşaqları, həssas qrupları və tarix boyu unudulmuş, kənarda saxlanılmış insanları qoruyan şəhərlər. Elə şəhərlər quraq ki, insanların dərisinin rəngi, mənşəyi və ya aksenti heç vaxt zəiflərin təcrid olunması üçün bəhanəyə çevrilməsin”.

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası keçirilir.Oxu24.com  xəbər verir ki, tədbir BMT-nin Habitat Şəhər Əsas Xidmətləri bölməsi, WUF Maraqlı Tərəflər Qrupu Xidmət təminatçıları və Kommunal Xidmətləri ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.Tədbir xidmət təminatçılarını bir araya gətirərək kommunal xidmət müəssisələri, xidmət təminatçıları və tərəfdaşlar üçün platforma yaradır. Məqsəd sahələrarası təcridolunmanı (silosları) aradan qaldırmaq, mənzil təminatı, torpaqdan istifadənin planlaşdırılması və infrastruktur sistemləri arasında koordinasiyanı gücləndirməkdir.

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir 

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində "Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik" mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir.Oxu24.com  xəbər verir ki, assambleya şəhər merlərini, qubernatorları, regional liderləri və qlobal tərəfdaşları bir araya gətirərək, yerli və regional hökumətlərin çoxtərəfliliyin və dayanıqlı şəhər inkişafının gələcəyinin formalaşdırılmasında əsas aktorlar kimi kollektiv səsini bir daha təsdiqləyəcək yüksəksəviyyəli siyasi platformadır.İcmalara ən yaxın idarəetmə səviyyəsi olaraq yerli və regional hökumətlər Yeni Şəhərsalma Proqramının növbəti onillikdə həyata keçirilməsinə rəhbərlik etməkdə əvəzsiz rol oynayır. Onlar qlobal öhdəlikləri insanların gündəlik həyatını birbaşa dəyişən yerli transformasiyalara çevirirlər.Transformativ təcrübələri həyata keçirən qabaqcıl yerli liderlərin çıxışları dinlənilir və bu təcrübələrin qlobal miqyasda sistemli islahatlara və investisiya modellərinə necə təsir göstərə biləcəyi müzakirə edilir.Assambleya yerli demokratiyanı, hökumətlərarası həmrəyliyi və çoxsəviyyəli əməkdaşlığı insanlar və planet üçün işləyən yenilənmiş sosial müqavilənin əsas dayaqları kimi bir daha təsdiqləyən mühüm siyasi yaxınlaşma məqamı olacaq.Assambleya, həmçinin iqlim, inkişafın maliyyələşdirilməsi və lokalizasiya üzrə davam edən qlobal proseslərə, o cümlədən Yüksək Səviyyəli Siyasi Forum və sonrakı mərhələlərə hazırlıqlara töhfə verəcək.

Polşa nümayəndəsi Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib 

Polşa Azərbaycan hökumətinə Dünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) təşkilinə və forum iştirakçılarının Bakıda səmimi qarşılanmasına görə minnətdarlığını bildirdi.oxu24.com  xəbər verir ki, bunu Polşa nümayəndə heyətinin təmsilçisi WUF13 çərçivəsində keçirilən nazirlik dəyirmi masasında bəyan edib."Polşa bu mühüm konfransın təşkilinə və burada, Bakıda hiss etdiyimiz səmimi qəbula görə Azərbaycan hökumətinə minnətdardır. Biz həmçinin UN-HABITAT-a təşəkkürümüzü bildiririk", - o deyib.Polşa nümayəndəsi qeyd edib ki, şəhər ərazilərinin dayanıqlı inkişafı və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələləri şəhər əhalisinin artması və sosial-iqtisadi çağırışlar fonunda getdikcə daha böyük əhəmiyyət kəsb edir."Yeni şəhər gündəliyi bu baxımdan əla istiqamətverici rolunu oynayır və Polşa onun icmalı çərçivəsində siyasi bəyannamənin həmkoordinatoru kimi çıxış etmək şərəfinə nail olub", - o vurğulayıb.

Özbəkistan WUF13-də şəhər inkişafı sahəsində islahat təcrübəsini təqdim edib 

Özbəkistan davamlı inkişafa, həyat keyfiyyətinin yüksəldilməsinə və müasir şəhərsalma modellərinin tətbiqinə diqqət yetirərək urbanizasiya sahəsində irimiqyaslı islahatların həyata keçirilməsini davam etdirir.Oxu24.com  xəbər verir ki, bu barədə Özbəkistanın Urbanizasiya və Mənzil Bazarı üzrə Milli Komitəsinin birinci müavini Orifjon Fayziyev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.O, forumun təşkilinə və Yeni Şəhər Gündəliyinin prinsiplərinin həyata keçirilməsində ölkə təcrübəsini təqdim etmək imkanına görə Azərbaycana təşəkkür edib.Fayziyev vurğulayıb ki, əhalisi 38 milyon nəfəri keçən və artmağa davam edən Özbəkistan üçün urbanizasiya strateji əhəmiyyət kəsb edir.O qeyd edib ki, 2040-cı ilə qədər ölkə əhalisinin sayı 50 milyon nəfərə çata bilər, bu da şəhərlərin inkişafına sistemli yanaşma zərurətini artırır."Biz urbanizasiyaya kortəbii bir proses kimi deyil, iqtisadiyyatın modernləşdirilməsi və həyat keyfiyyətinin yüksəldilməsi aləti kimi baxırıq", - o bildirib.Fayziyevin sözlərinə görə, son 9 ildə ölkədə irimiqyaslı islahatlar aparılıb: tikinti bazarının həcmi 10 milyard dollardan 25 milyard dollara qədər artıb, 210 milyon kvadratmetr yaşayış sahəsi tikilib və 647 min mənzil istifadəyə verilib."Bu gün əsas meyar mənzillərin sayı deyil, vətəndaşların həyat keyfiyyətidir", - o əlavə edib.

WUF14 bu ölkədə OLACAQ

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək.Oxu24.com-un məlumatına görə, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib."Mexiko şəhəri qədim tarixi irsə malikdir. Bu mənada, insanlarımız məhz bu mövzu üçün faydalı fikir mənbəyidirlər", - o bildiriblər.Mer BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 100-dən çox ölkədən gələn nümayəndələrin bəşəriyyətin gələcəyi üçün ən prinsipial bir mövzunu müzakirə etdiklərini vurğulayıb.

İranlı nazir: "Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib" 

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) yüksək səviyyədə təşkil edib.Oxu24.com  xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıda WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasının iştirakçılarına müraciətində bildirib.Müraciəti nazirin şəhərsalma və memarlıq üzrə müavini Qulamreza Kazemian oxuyub."WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. Biz davamlı şəhərsalmanın inkişafında bu istiqamətlər üzrə mühüm irəliləyişlər əldə etmişik. Birincisi, şəhər infrastrukturunun genişləndirilməsi və çoxölçülü məhrumiyyətlərin azaldılması, ikincisi, az təmin olunmuş məhəllələrdə icmanın fəal iştirakına əsaslanan şəhər yenidənqurma proqramları, üçüncü, iqlim dəyişikliyinə cavab olaraq risklərin idarə edilməsi və dözümlülük mexanizmlərinin gücləndirilməsi, dördüncüsü beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və ağıllı şəhər təşəbbüslərinin irəlilədilməsi" - iranlı nazirin müraciətində vurğulanıb.Qeyd edilib ki, bu gün İranda müharibədən zərər çəkmiş ərazilərin yenidən qurulması ən başlıca prioritetdir.

Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payı artırılacaq 

Azərbaycan bərpa olunan enerji sahəsində sürətlə irəliləyir.Oxu24.com  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.O qeyd edib ki, 2025-ci ildə Azərbaycan və BƏƏ arasında Qarabağda 240 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı saziş imzalanıb:“Masdar ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən Qarabağ Günəş Elektrik Stansiyasının ildə təxminən 250 milyon kVt/saat enerji istehsal edəcəyi gözlənilir.Bundan əlavə, ADPower tərəfindən həyata keçirilən Xızı-Abşeron Külək Elektrik Stansiyası regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək.Bu təşəbbüslərin nəticəsində Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payının 13%-dən təxminən 38%-ə yüksəlməsi gözlənilir”.Anar Quliyev bildirib ki, Azərbaycan həmçinin Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya və digər tərəfdaşlarla birlikdə dayanıqlı bərpa və yenidənqurma üzrə beynəlxalq standartların təşviqinə yönəlmiş təşəbbüslərin başlanmasına dəstək verir.

WUF13-də açıqlandı: Azərbaycanda 11 şəhər üzrə...

2018-ci ildən etibarən Azərbaycan ərazi planlaşdırılmasına daha inteqrə olunmuş və gələcəyə yönəlmiş yanaşma tətbiq edir.Oxu24.com  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.O qeyd edib ki, bu yanaşma Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə təsdiq olunmuş Azərbaycanın sosial-iqtisadi inkişaf üzrə beş milli prioriteti əsasında formalaşdırılıb:“Ərazi planlaşdırılması sahəsində genişmiqyaslı modernizasiya həyata keçirilib. Hazırda 79 şəhərdən 68-nin baş planı yenilənib, qalan 11 şəhər üzrə isə hazırlıq işləri davam edir.Bakı Baş Planı 2040 bu yeni planlaşdırma fəlsəfəsinin əsas nümunəsidir. Plan polisentrlik və kompakt şəhər modelini, inteqrə olunmuş ictimai nəqliyyatı, piyadayönümlü şəhər mühitini, şəhər regenerasiyasını və yüksək keyfiyyətli ictimai məkanların yaradılmasını təşviq edir.Eyni zamanda Azərbaycan tikinti qanunvericiliyini, tikinti standartlarını və şəhərsalma qaydalarını gücləndirib, tikinti icazələri sistemi isə tam rəqəmsallaşdırılıb”.

Dövlət Komitəsinin sədri: "İşğaldan azad edilmiş ərazilərin yarıdan çoxu "yaşıl zona" olacaq" 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yarıdan çoxu "yaşıl zona" olacaq.Oxu24.com  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib."Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpa olunan enerji, ekoloji yanaşmalar və müasir urbanizasiya prinsipləri əsas prioritetlərdən biridir", - deyə o qeyd edib.Sədrin sözlərinə görə, son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb: "2028-ci ilə qədər bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr "ağıllı" infrastruktur, bərpa olunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir".

WUF13 bunun üçün mühüm həll yolları təklif edə bilər - BMT 

Təqribən 2,8 milyard insanın qeyri-kafi mənzil şəraitində yaşadığı dünyada WUF13 forumu mühüm həll yolları təklif edə bilər.Oxu24.com  xəbər verir ki, bu barədə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu - WUF13 ilə bağlı mətbuat açıqlamasında qeyd olunub.BMT qeyd edib ki, bu mötəbər tədbir dünya liderləri, merlər, şəhərsalma üzrə mütəxəssislər, eləcə də hökumətlərin, özəl sektorun, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.Forumun qlobal miqyasda əhəmiyyətini vurğulayan açıqlamada deyilir: “BMT-nin məlumatına görə, bu gün təxminən 2,8 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır, 300 milyondan çox insanın isə ümumiyyətlə evi yoxdur. 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşaması gözlənildiyi üçün böhran daha da şiddətlənəcək. “UN-Habitat” təşkilatının rəhbəri Anaklaudiya Rossbax “UN Video”ya müsahibəsində vəziyyəti “qlobal mənzil böhranı” kimi xarakterizə edib: “Bu böhran uzun müddətdir ki, Qlobal Cənubda ən ağır və struktur xarakteri daşıyır, lakin indi Qlobal Şimalda da hiss olunur”.Xanım Rossbaxın sözlərinə görə, yaşayış xərclərinin artması əsas problemə çevrilib, Yaxın Şərqdəki müharibə və qlobal təchizat zəncirləri üçün əlaqəli risklər də daxil olmaqla beynəlxalq böhranlar vəziyyəti daha da ağırlaşdırır.Daha sonra qeyd edilib: “Mənzil tədricən insan ləyaqətinin, şəhər dayanıqlığının və hətta qlobal sabitliyin təməl daşı kimi qəbul edilir. BMT xəbərdarlıq edir ki, onun təsirləri həyatın hər bir aspektinə təsir edir, səhiyyə və təhsil sistemlərini gərginləşdirir, iqtisadiyyatları zəiflədir və sosial strukturu sarsıdır”.BMT İnkişaf Proqramının direktor müavini və BMTİP-in WUF13-dəki nümayəndə heyətinin rəhbəri Fransin Pikap bildirib ki, agentlik Bakıdakı forumdan mənzil, iqlim dayanıqlığı, idarəetmə və yerli maliyyələşdirməni birləşdirən inteqrasiya olunmuş şəhər həllərinin təşviqində tərəfdaşlığı gücləndirmək üçün istifadə etməyə ümid edir. O vurğulayıb: “Daxil olduğumuz bu qlobal mənzil böhranı əsasən tikinti problemi deyil. Biz ev və yaşayış binalarının tikintisindən kənara çıxmalı, şəhər mühitinə diqqət yetirməli və mənzil məsələsinə mürəkkəb bir problem kimi baxmalıyıq”.Təşkilat diqqətə çatdırır ki, Forumun əsas mövzularından biri qeyri-rəsmi məskunlaşmaların və ya sakinlərin torpaq sahələrinə qanuni iddiaları olmayan və qeyri-sabit mənzillərdə yaşadıqları planlaşdırılmamış ərazilərin sürətli böyüməsi olacaq. Bu gün təxminən 1,1 milyard insan gecəqondularda yaşayır və proqnozlar göstərir ki, bu rəqəm yaxın onilliklərdə daha iki milyard arta bilər. Uşaqlar xüsusilə həssasdırlar: 350 ilə 500 milyon arasında azyaşlının gecəqondu şəraitində yaşadığı təxmin edilir. Eyni zamanda, “UN-Habitat” qeyri-rəsmi məskunlaşmaları yalnız problem kimi görən yanaşmalardan uzaqlaşmağa çağırır. Bir çox hallarda, bu cür məhəllələr milyonlarla insanın şəhərlərdə sığınacaq tapmasının yeganə yoludur.Müasir dövrün daha bir ciddi problemi – müharibə və münaqişələrin urbanizasiyaya təsirindən bəhs edən BMT vurğulayır: “Davam edən münaqişələr və böhranlar fonunda böyük bir problemə çevrilən digər məsələ şəhərlərin müharibə və fəlakətlərdən sonra necə bərpa olunmasıdır. BMT-nin məlumatına görə, 2022-ci ilin sonuna qədər dünya miqyasında 123 milyondan çox insan zorla didərgin salınıb, onların 60 faizindən çoxu şəhər yerlərində sığınacaq axtarır. Ev itirmək daha ağır fəsadlara malikdir. Bu, icmaların dağılması, dolanışıq vasitələrinin itirilməsi və dərin bir təhlükəsizlik hissi demək ola bilər. Bakıda diqqət yalnız sığınacaq təminatına deyil, həm də məhəllələrin bərpasından və iş yerlərinin yaradılmasından tutmuş icmaların normal həyat tərzinə qayıtmasına kömək etməyə qədər həyatın yenidən qurulmasına yönəldiləcək”.Qeyd olunub ki, Bakıdakı müzakirələr müharibələrdən və fəlakətlərdən təsirlənən ölkələrdə yenidənqurma və bərpa məsələlərinə də yönələcək. Xanım Rossbax bildirib: “Təkcə mənzil təmin etmək deyil, həm də icmaların inklüziv, davamlı və dayanıqlı şəkildə yenidən qurulmasına təcili ehtiyac var”.BMT əlavə edib: “Digər müzakirə mövzusu iqlim məsələlərinə yönələcək. Mütəxəssislər xəbərdarlıq edirlər ki, iqlim böhranı sürətlə qlobal mənzil böhranının əsas hərəkətverici qüvvəsinə çevrilir. Daşqınlar, fırtınalar və meşə yanğınları da daxil olmaqla ekstremal hava hadisələri təkcə 2023-cü ildə 20 milyondan çox insanın evini tərk etməsinə səbəb olub. Hesablamalara görə, iqlim dəyişikliyi 2040-cı ilə qədər dünyada 167 milyon evi məhv edə bilər. Eyni zamanda, binaların özü ən böyük emissiya mənbələrindən biri olaraq qalır: tikinti sektoru qlobal enerji ilə əlaqəli CO2 emissiyalarının 34 faizini təşkil edir. Buna görə də forum bir-biri ilə əlaqəli iki suala cavab axtaracaq: iqlim böhranının pisləşməsinin qarşısını almaq və daha çox mənzil tikməyin yollarını müəyyən etmək. Xanım Rossbax bununla bağlı bildirib: “Forumun mövzusu mənzildir. Mənzil problemini qeyri-rəsmilik, maliyyə, dayanıqlılıq və davamlılıq da daxil olmaqla bir çox fərqli perspektivdən araşdıracağıq. Bu gün iqlim dəyişikliyinin təsirindən və onun mənzil sistemlərinə yaratdığı təzyiqdən tam xəbərdar olmalıyıq. Nə tikdiyimiz, necə tikdiyimiz və harada tikdiyimiz ilə bağlı qərarlar təbii sərvətlərə, iqlim dayanıqlığına, icmaların şoklara və fəlakətlərə tab gətirmə qabiliyyətinə təsir göstərir”.

Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır 

Malayziya hökuməti növbəti 10 il ərzində 1 milyon münasib qiymətli mənzil inşa etməyi planlaşdırır.Oxu24.com  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Malayziyanın mənzil və yerli idarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Assambleyasının prezidenti Nga Kor Ming bildirib.Onun sözlərinə görə, ölkədə əhalinin 75%-dən çoxu şəhərlərdə yaşayır və bu şəhərlər iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.Bununla yanaşı, sürətli urbanizasiya mənzil əlçatanlığı, iqlim riskləri və sosial bərabərsizlik kimi problemlər yaradır.Nazir qeyd edib ki, Malayziyanın 13-cü inkişaf planı çərçivəsində 10 il ərzində 1 milyon əlverişli və inklüziv mənzilin tikilməsi hədəflənib.Nga Kor Ming vurğulayıb ki, ölkə yalnız yeni binalar tikmir, eyni zamanda daha ağıllı və ekoloji təmiz şəhərlər qurur.Onun sözlərinə görə, “Ağıllı Şəhər Çərçivəsi” rəqəmsal texnologiyalar vasitəsilə şəhər və kənd arasındakı fərqi azaltmağa, “Aşağı Karbonlu Şəhər Çərçivəsi” isə iqlim dəyişikliklərinə uyğunlaşmağa xidmət edir.“Yeni Şəhər Gündəliyi gələcək nəsillərə verdiyimiz vəddir. Malayziya bu vədi yerinə yetirməyə sadiqdir”, – deyə o əlavə edib.

WUF13-də Azərbaycanın 79 şəhərinin Baş planları təqdim ediləcək 

WUF13-də Azərbaycanın 79 şəhərinin hər biri barədə məlumat veriləvək, o cümlədən, onların Baş planları təqdim ediləcək.Oxu24.com  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bu təcrübələrini dünya ölkələri ilə bölüşəcək:"Qarabağda və Şərqi Zəngəzurda görülən işlər, əhalinin təhlükəsiz şəkildə doğma yurduna qayıtması dünya üçün maraqlı təcrübədir".

Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq 

Qarşıdakı 10 il dayanıqlı şəhər inkişafı sahəsində öhdəliklərin yerinə yetirilməsi baxımından həlledici olacaq.Oxu24.com  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən BMT Baş katibinin İcra Ofisinin nümayəndəsi, siyasət məsələləri üzrə Baş katib müavini Guy Ryder deyib.O, 10 il əvvəl qəbul edilmiş Yeni Şəhər Gündəliyinin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulması üçün ortaq baxış yaratdığını qeyd edib.Onun sözlərinə görə, hazırda dünyada hər dörd nəfərdən biri qeyri-formal yaşayış məntəqələrində və ya gecəqondularda yaşayır ki, bu da insanların sağlamlığı, təhlükəsizliyi və imkanları üçün ciddi risklər yaradır.Guy Ryder bildirib ki, “Gələcək naminə Pakt” çərçivəsində BMT-yə üzv dövlətlər hər kəsin adekvat, təhlükəsiz və münasib qiymətli mənzilə çıxışının təmin olunmasına dair öhdəlik götürüblər.BMT rəsmisinin sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün daha güclü tərəfdaşlıqlar, çoxsəviyyəli idarəetmə, inkişaf maliyyəsinə çıxışın genişləndirilməsi, eləcə də məlumat, texnologiya, infrastruktur və institusional potensialın gücləndirilməsi vacibdir.“Şəhərlər risk və imkanların kəsişdiyi əsas məkanlardır. Qarşıdakı 10 il bu öhdəliklərin daha yüksək ambisiya və təcili yanaşma ilə həyata keçirilməsi üçün həlledici olacaq”, – deyə Guy Ryder vurğulayıb.

“Baku Urban Award” adlı yeni mükafat təsis edilir” - Komitə sədri 

“Bu ildən etibarən “Baku Urban Award” adlı yeni mükafat da təsis edilir. Gələcək Dünya Şəhərsalma forumları çərçivəsində həmin mükafatın təqdimetmə mərasimlərinin keçirilməsi nəzərdə tutulur”​.Oxu24.com  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.Anar Quliyev qeyd edib ki, nazirlərin iclası da ilk dəfə fərqli formatda təşkil olunacaq və bunun üçün ayrıca xüsusi məkan ayrılıb. Bundan əlavə, forum çərçivəsində digər yeniliklər və müzakirə platformaları iştirakçılara təqdim ediləcək.“Bu gün Bakı dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul etməyə, şəhərsalma və urbanizasiya sahəsində ən aktual məsələlərin müzakirəsi üçün əlverişli şərait yaratmağa hazırdır. Eyni zamanda, Azərbaycanda, xüsusilə Bakıda həyata keçirilən layihələr və görülən işlər barədə də qonaqlara ətraflı məlumat veriləcək”, – deyə Komitə sədri əlavə edib.

Zimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib 

Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.Oxu24.com  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq 

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-də öz işinə başlayacaq.Bu barədə Oxu24.com-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.Tədbir BMT və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası keçiriləcək.Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi "Global Water Operators" Partnerships Alliance" Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunacaq.Qeyd edək ki, WUF13 tədbiri 17–22 may tarixlərində Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunmuş forumdur.17 may tarixində keçiriləcək sessiya və tədbirlərin siyahısı ilə WUF13-ün rəsmi proqram səhifəsində tanış ola bilərsiniz.

WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib 

Bu günədək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.Oxu24.com  xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb."Bu güclü qlobal reaksiya WUF13 ətrafında artan marağı, həmçinin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılmasına yönəlmiş ortaq öhdəliyi əks etdirir. Bakı dünyanı qarşılamağa hazırdır", - məlumatda vurğulanıb.Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15–25 may tarixlərində gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək.Bu barədə Oxu24.com -a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.Bildirilib ki, Forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətləri və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləri tətbiq olunub. Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksək standartlar səviyyəsində qorunmasıdır.WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu forum iştirakçılarının şəhər üzrə hərəkətinin daha rahat təşkili məqsədilə xüsusi nəqliyyat sisteminə inteqrasiya olunub. Forum iştirakçıları hava limanı, əsas nəqliyyat mübadilə mərkəzləri, qonaqlama məkanları və tədbir keçiriləcək ərazi arasında fasiləsiz nəqliyyat imkanlarından istifadə edə biləcəklər.Bu çərçivədə WUF13 Hava Limanı Servis Avtobusları 12 may tarixindən etibarən fəaliyyət göstərir və 24 may tarixinədək 24/7 rejimində fasiləsiz xidmət göstərərək forum iştirakçılarının şəhərin müxtəlif nöqtələrinə rahat çatmasını təmin edir. 25 may tarixində isə avtobuslar saat 18:00-dək fəaliyyət göstərəcək.İştirakçılar aşağıdakı əsas istiqamətlər üzrə xüsusi marşrutlardan istifadə edə bilərlər:- A1 | 28 May- A2 | Nərimanov- A3 | İzmir- A4 | Şıx- A5 | İçərişəhər- A6 | Sea BreezeEyni zamanda, sərnişinlərin rahat gediş-gəlişini təmin edən "Airport Express" (H1 xətti) əvvəlki qaydada 28 May və Koroğlu metrostansiyalarından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində 24/7 rejimində fasiləsiz fəaliyyətini davam etdirir."Artan sərnişin axını nəzərə alınaraq sərnişinlərə uçuş vaxtından ən azı 2–3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur. Səyahət prosesinin daha rahat və operativ təşkili məqsədilə əvvəlcədən onlayn qeydiyyatdan istifadə edilməsi məsləhətdir.Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 çərçivəsində ölkəyə gələn qonaqlar və bütün sərnişinlər üçün əməliyyat davamlılığının, yüksək xidmət keyfiyyətinin və təhlükəsiz sərnişin təcrübəsinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir", - məlumatda vurğulanıb.

Bakı ən böyük sərgiyə ev sahibliyi edəcək 

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əsas platformalarından biri – “Urban Expo” sərgisi miqyasına görə WUF tarixinin ən böyük sərgisi olacaq.Oxu24.com  xəbər verir ki, 3,5 hektarlıq sərgi sahəsini əhatə edəcək sərgi Bakı Olimpiya Stadionunu mənzil həlləri, innovasiya və əməkdaşlığın qlobal nümayişi məkanına çevirəcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edəcək, 66 ölkə isə milli pavilyonlarla təmsil olunacaq.“Urban Expo” çərçivəsində milli pavilyonlar, icmaəsaslı təşəbbüslər, startap innovasiyaları və yeni yaradılmış Biznes və İnnovasiya Mərkəzi təqdim ediləcək. Burada mənzil təminatı, iqlim dayanıqlılığı, əlçatanlıq və inklüziv şəhər inkişafı sahələrində praktik yanaşmalar nümayiş etdiriləcək.Sessiya çərçivəsində öyrənmə, əməkdaşlıq və praktiki fəaliyyətlərin gücləndirilməsi məqsədilə üç yeni imkan da təqdim olunacaq.WUF Akademiyası akademik dairələri, tədqiqatçıları və peşəkarları bir araya gətirərək öyrənmə və təcrübə mübadiləsi üçün xüsusi platforma rolunu oynayacaq.Biznes və İnnovasiya Mərkəzi şəhər dəyər zəncirinin müxtəlif istiqamətlərində liderliyi, innovativ yanaşmaları və praktik mənzil həllərini ön plana çıxaracaq.Yeni Təcrübələr Mərkəzində isə mənzil və şəhər inkişafı sahəsində dünyada tətbiq olunan real təcrübələr və miqyaslana bilən həllər nümayiş etdiriləcək.Qeyd edək ki, bu yeni məkanlar ideyaların, biliklərin və tərəfdaşlıqların birləşdirilməsi yolu ilə mənzil və dayanıqlı şəhərləşmə sahəsində fəaliyyətin sürətləndirilməsinə töhfə verəcək.

TƏBİB: WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb 

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.Oxu24.com  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.Qeyd olunub ki, tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib.Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb.Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib.Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib.Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib.

Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək 

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.Bu barədə Oxu24.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.Paytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək.Belə ki, tədbirin ilk günü – mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.Həmin gün “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniya təşkil edəcək.Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək. “28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək.Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.Qeyd edək ki, WUF13 günlərində Bakı metropolitenində könüllülər də fəaliyyət göstərəcəklər. Ümumilikdə 56 könüllü 9 stansiyada növbəli rejimdə (07:00-15:00 və 15:00-22:00) çalışaraq sərnişinlərə, tədbir iştirakçılarına dəstək olacaq.

Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib 

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub.Bu barədə Oxu24.com-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.Qeyd edilib ki, festival Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçirilib və Bakıda yekun tədbirlə başa çatıb.WUF13 şəhər festivalları ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib. Festival proqramı iki əsas hissədən ibarət olub. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən ali təhsil müəssisələrində WUF13 mövzusunda məlumatlandırma sessiyaları təşkil edilib. Sessiyalar çərçivəsində forumun məqsədləri, dayanıqlı şəhərsalma prinsipləri və Azərbaycanın urbanizasiya sahəsində prioritetləri barədə iştirakçılara ətraflı məlumat verilib.Günün ikinci yarısında isə açıq havada ictimai proqramlar həyata keçirilib. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub. Tədbirlərdə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ urban həllər və gələcəyin şəhərləri kimi aktual mövzular geniş auditoriyaya təqdim edilib.Festival iştirakçıları həmçinin WUF13-ün əsas ideyaları və beynəlxalq əhəmiyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Müxtəlif yaş qruplarını əhatə edən tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şəhər sakinlərinə gələcəyin yaşayış məkanları ilə bağlı yeni baxış bucağı qazandırıb.WUF13 şəhər festivalları ölkə üzrə geniş ictimai iştirakçılığı təmin etməklə yanaşı, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması istiqamətində maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verib.

WUF13 nədir,harada keçiriləcək,kimlər qatılacaq,Azərbaycana nə qazandıracaq?    —  AÇIQLAMA

Bakı beynəlxalq şəhərsalma forumuna ev sahibliyi edəcək! Sayılı günlər QALDIOxu24.com xəbər verir ki, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə —13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hər iki ildən bir təşkil edilən bu forum, şəhərsalma və dayanıqlı inkişaf sahəsində dünyanın ən nüfuzlu platforması hesab olunur.WUF13 Nədir və Bizim üçün Nə dərəcədə Əhəmiyyətlidir?WUF13 (World Urban Forum) — sürətli urbanizasiyanın yaratdığı çətinlikləri, iqlim dəyişikliyinin şəhərlərə təsirini və hər kəs üçün əlçatan mənzil təminatını müzakirə etmək üçün yaradılmış qlobal bir hərəkatdır. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Bakı və digər regionlarımızın müasir, "ağıllı" və ekoloji təmiz şəhərsalma standartlarına uyğun yenidən qurulmasına təkan verəcək.Foruma 150-dən çox ölkədən 20 000-dən artıq qonağın gəlməsi gözlənilir. Bunların arasında dövlət rəsmiləri, merlər, dünyanın aparıcı memar və mühəndisləri, akademik dairələr və özəl sektor nümayəndələri yer alır.Tədbir 17 – 22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionu və onun ətrafındakı 53 hektarlıq geniş ərazidə keçiriləcək. Ərazidə 121 pavilyondan ibarət "Urban Expo" sərgisi də fəaliyyət göstərəcək. Forum iştirakçıları və qonaqlar üçün xüsusi nəqliyyat terminalı və 10 hektarlıq parkinq zonası ayrılıb. Şəhərin müxtəlif nöqtələrindən məkana xüsusi ekspres avtobusların işləməsi planlaşdırılır.Memar Cahid Həsənov: "Bakının imicində yeni dövr başlayır"Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış memar Cahid Həsənov bildirib ki, belə bir mötəbər tədbirin Bakıda keçirilməsi şəhərimizin bu cür böyükmiqyaslı işlərə tam hazır olmasının göstəricisidir:“Bu forum dünya memar və mühəndislərinin, habelə əlaqədar qurumların ölkəmizə inteqrasiyasına böyük təsir edəcək. Eyni zamanda, yerli mütəxəssislərimizin dünya arenasına çıxması üçün real zəmin yaradacaq, yeni iş birlikləri formalaşacaq”.Memar qeyd edib ki, WUF13 Bakının və digər regionların simasını dəyişdirəcək yeni həll yollarını gündəmə gətirəcək. O, forumun paytaxtımız üçün vəd etdiyi əsas üstünlükləri belə sıralayıb:1.Təmiz yaşayış məskənlərinin təmin olunması və ərazilərin düzgün layihələndirilməsi2.Binalarda təbii işıqlanma və havalandırma sistemlərinin mükəmməl həlli3.Şəhər mühitində oksigen balansının qorunması4.Yaşıllıq zolaqlarının, böyük parkların, bağların və məhəllə parklarının sayının artırılması.C. Həsənovun sözlərinə görə, bu proseslər sadəcə bir öhdəlik deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının bir hissəsidir. WUF13 vasitəsilə qurulan beynəlxalq əlaqələr gələcəkdə daha geniş miqyaslı layihələrin icrasına yol açacaqdır.Çimnaz Telmanqızı

Dövlət Miqrasiya Xidməti WUF13 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib 

Dövlət Miqrasiya Xidməti WUF13 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib.Bu barədə Oxu24.com-a DMX-dən bildirilib.Qeyd edilib ki, WUF13 vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.

Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub

BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Respublikasının Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub. Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və […]

Source

Bakıda 24 saat pulsuz avtobuslar işləyəcək 

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakının əsas məntəqələri arasında xüsusi WUF13 şattl avtobusları hərəkət edəcək.Oxu24.com  xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb."12 may 2026-cı ildən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə Bakının əsas məntəqələri arasında xüsusi WUF13 şattl avtobusları hərəkət edəcək. Gələn iştirakçılar 6 xüsusi şattl avtobus marşrutundan istifadə edə biləcəklər: A1 | 28 May A2 | Nərimanov A3 | İzmir A4 | Şıx A5 | İçərişəhər A6 | Sea Breeze", - məlumatda bildirilib.15 may 2026-cı ildən etibarən A2 Nərimanov marşrutu həmçinin WUF13 məkanına birbaşa əlaqəni təmin edəcək.Hava limanı şattl xidmətləri ilə WUF13 nəqliyyat qovşaqlarına, yerləşmə ərazilərinə və Forum məkanına rahat gediş-gəlişi təmin olunacaq. Şattllar rəsmi WUF13 nəqliyyat cədvəlinə uyğun olaraq, akkreditasiyadan keçmiş WUF13 iştirakçıları üçün 24/7 fəaliyyət göstərəcək. Şattl xidmətləri akkreditasiyadan keçmiş WUF13 iştirakçıları üçün ödənişsizdir. Akkreditasiya nişanını hələ almamış iştirakçılar şattl xidmətlərindən istifadə etmək üçün onlayn qeydiyyat təsdiqini təqdim edə bilərlər.Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

WUF13-lə bağlı “Eco-Art” festivalı keçirildi 

Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi keçirilən Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib.Oxu24.com  xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə proqramının rəhbəri Anna Soave və digər qonaqlar iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şəhərin inkişafının yalnız memarlıq və infrastrukturla deyil, həm də ekoloji düşüncə, mədəni irsin qorunması və yaradıcı yaşayış tərzi ilə ölçüldüyünü bildirib. O, “Eco-Art” festivalının bu ideyaların incəsənət vasitəsilə ifadəsinə xidmət etdiyini qeyd edərək, layihənin ekoloji düşüncə ilə incəsənətin uğurlu vəhdətini nümayiş etdirdiyini vurğulayıb. Əminə Məlikova festivalın həm WUF13 öncəsi həyata keçirilən ən yaddaqalan mədəni təşəbbüslərdən biri olacağına, həm də incəsənət vasitəsilə ekoloji düşüncənin təbliği istiqamətində mühüm mesaj verəcəyinə inandığını bildirib.ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ali məktəbin artıq bir neçə aydır Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq istiqamətində ardıcıl layihələr həyata keçirdiyini deyib. O qeyd edib ki, “Eco-Art” Festivalı gənclərin ekoloji düşüncə, milli-mədəni irs və müasir incəsənəti bir platformada birləşdirmək bacarığını nümayiş etdirən uğurlu təşəbbüsdür. Rektor vurğulayıb ki, belə layihələr Azərbaycanın yaradıcı potensialını və dayanıqlı gələcəyə verdiyi töhfəni beynəlxalq müstəvidə nümayiş etdirir.Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın çoxəsrlik şəhərsalma mədəniyyətinin yaşadılması və müasir çağırışlara uyğun mütərəqqi yanaşmaların təşviqi baxımından “Eco-Art” Festivalını mühüm addım kimi qiymətləndirib. O bildirib ki, memarlıq və şəhər mühiti sadəcə daş və betondan ibarət deyil, həm də xalqın tarixinin, mədəniyyətinin və kimliyinin daşıyıcısıdır. Nazir müavini qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər gənc nəslin ekoloji problemlərə, təbiətin qorunmasına və şəhər mühiti ilə insan arasındakı harmoniyaya bədii baxışını əks etdirir. O vurğulayıb ki, bu yaradıcılıq nümunələri incəsənətin yalnız estetik deyil, həm də maarifləndirici və sosial məsuliyyət formalaşdıran güclü vasitə olduğunu sübut edir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva bildirib ki, tədbirin “Eco-Art” Festivalı adlandırılması təsadüfi deyil. O qeyd edib ki, “eco” anlayışı iqlim dəyişikliyi fonunda şəhər mühitinin dayanıqlığını, “art” isə Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini simvolizə edir.BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə proqramının rəhbəri Anna Soave WUF13-ün təşkilində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, Bakı Şəhərsalma Kampaniyası çərçivəsində keçirilən belə təşəbbüslər dayanıqlı şəhər inkişafı, ekoloji məsuliyyət və ictimai iştirakçılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Anna Soave gənclərin və yaradıcı icmaların bu prosesə fəal qoşulmasını gələcəyin şəhərlərinin formalaşmasına verilən dəyərli töhfə kimi dəyərləndirib.Festivalın bədii hissəsində Xalq artisti Gülyanaq Məmmədova və tələbələri “Aşiqi-kamil” - Şur kompozisiyası, ADMİU-nun SABAH qrupu isə “Qobustan sədaları” adlı kompozisiya ilə çıxış ediblər.Festival çərçivəsində M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah Cadükuni-məşhur” komediyasının motivləri əsasında hazırlanmış “Oyanış” adlı səhnə kompozisiyası nümayiş olunub.Həmçinin festivalda Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunan “Təkrar emalda miniatür”, “Daşın simfoniyası”, “Şəhər irsi” kimi kompozisiyalar təqdim edilib. Layihələrdə memarlıq detalları, ornamentlər və təkrar emal materialları üzərində qurulan bədii yanaşmalar ekoloji mesajlarla diqqət çəkib.Eyni zamanda, “Yaşıl dünya - hər addım bir ümid” poster sərgisi, vitraj və kompozisiyalar, “Təbiət və tullantılar” adlı təkrar emal nümunələri, həmçinin “Abidələrin müasir rəng palitrası - daşdan ipəyə” adlı batika nümunələri nümayiş etdirilib. Tələbələrin hazırladığı bu işlər ekologiya, şəhər mühiti və mədəni irsin qorunması mövzularını yaradıcı şəkildə əks etdirib.İncəsənət və ekoloji düşüncənin vəhdətini nümayiş etdirən “Eco-Art” Festivalı gənc yaradıcıların dayanıqlı gələcəyə baxışını ortaya qoyub. Festival, eyni zamanda, WUF13 öncəsi Bakıda keçirilən mədəni təşəbbüslər sırasında xüsusi əhəmiyyət daşıyıb.

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb 

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir.Oxu24.com  xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq.Mərkəz WUF13-ün "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək və əsas diqqəti innovasiya, investisiya və icra məsələlərinə yönəldəcəkdir.Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədləri mənzil təminatının real təcrübədə necə həyata keçirildiyini göstərmək və səmərəli əməkdaşlıq və əlaqələndirmə üçün bir platforma yaratmaqdır. Proqram innovativ mənzil təminatı və əsas xidmətlər üzrə həll yollarının inkişafı ilə məşğul olan özəl sektor nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirəcək.Şəhərsalma üzrə dəyər zənciri fəaliyyətdəBiznes və İnnovasiya Mərkəzinin səhnəsində "Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi" mövzusunda 15 sessiya keçiriləcək.Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş etdiriləcək. Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta biznes müəssisələri, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq.Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icra yönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.Startap layihələrinə və yeni subyektlərə dəstəkHəmçinin, Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq.Bütün dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu Pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.

Gəncədə WUF13 Festivalı keçirilir 

Gəncə şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.Oxu24.com-un Qərb bürosunun məlumatına görə, festival şəhər sakinlərinin fəallığı şəraitinda davam edir.Tədbirdə Xalq artisti Miri Yusifin konsert proqramı böyük maraqla qarşılanıb, sənətçinin səsləndirdiyi mahnılar iştirakçılar arasında çoşqu yaradıb.19:05Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı Gəncədə böyük coşqu ilə keçirilir."Report"un Qərb bürosunun məlumatına görə, festivalın axşam proqramı Gəncənin mərkəzində yerləşən Heydər Əliyev meydanında davam etdirilir.WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov Gəncə sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.Proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılır.

WUF13 tədbirinin media tərəfdaşları elan edilib 

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) media tərəfdaşları elan edilib.Oxu24.com  xəbər verir ki, media tərəfdaşları tədbirin qlobal, regional və ölkə daxilində geniş işıqlandırılmasına dəstək olmaqla yanaşı, WUF13 çərçivəsində aparılan müzakirələri və əldə olunan əsas nəticələri, o cümlədən gözlənilən Bakı Fəaliyyətə Çağırış sənədini geniş auditoriyaya çatdıracaqlar.Media tərəfdaşlarının hazırlayacağı reportaj və materiallar dayanıqlı şəhər inkişafının layiqli və əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası, o cümlədən torpaq və əsas xidmətlərlə təminat kimi prioritet istiqamətləri barədə məlumatlılığın artırılmasına töhfə verəcək.WUF13 tədbirinin beynəlxalq media tərəfdaşları "Euronews", "ArchDaily", "Century of Cities" və "Xinhua News Agency"dir.Yerli media tərəfdaşları isə Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV), ), İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV), "AnewZ" TV, "Caspian International Broadcasting Company" (CBC TV), Azərbaycan Dövlət İnformasiya Agentliyi ("AZƏRTAC"), "Report" informasiya agentliyi, "Trend" informasiya agentliyi, "Azəri-Press Agentliyi" (APA), ASAN Radio və "Planet" FM-dir.Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü və Azərbaycan Respublikasının Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası dayanıqlı urbanizasiya üzrə ən nüfuzlu qlobal platformadır."Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" builki tədbirin mövzusudur və bu, qlobal mənzil böhranının həlli zərurətini ön plana çıxarmaqla yanaşı, inklüziv, dayanıqlı və davamlı şəhər inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi mənzil təminatının oynadığı mühüm rolu xüsusi olaraq vurğulayacaqdır.WUF13 milli hökumətlər, şəhərlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal mənzil böhranının aradan qaldırılması üçün həll variantlarının təşviqinə, eləcə də Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) daha operativ şəkildə həyata keçirilməsinə töhfə verəcək.

WUF13 çərçivəsində tərəfdaş tədbirlərin proqramı açıqlanıb 

17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı artıq açıqlanıb və müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığını, həm də fəal iştirakını əks etdirən 370-dən çox tədbiri ehtiva edir.Əməliyyat Şirkətindən Oxu24.com-a verilən xəbərə görə bu tədbirlər “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunacaq.Bildirilib ki, WUF13-ün əsas elementlərindən biri olan tərəfdaş tədbirləri yerli və milli hökumətləri, vətəndaş cəmiyyəti institutlarını, akademik dairələri, özəl sektoru, yerli təşəbbüs qruplarını və BMT qurumlarını bir araya gətirərək qlobal şəhərsalma gündəliyini formalaşdıran ideya, həll yolu və praktik təcrübələrin paylaşılması üçün platforma yaradır. Bu sessiyalar qlobal perspektivləri və yerli həlləri bir araya gətirərək dayanıqlı urbanizasiya ilə bağlı müzakirələrin real təcrübə və əməkdaşlıq müstəvisində aparılmasını təmin etməklə yanaşı, dialoqun inkişaf etdirilməsi, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və şəhərləri daha dayanıqlı etmək üçün həyata keçirilən fəaliyyətlərin sürətləndirilməsi baxımından mühüm rol oynayır.Proqramın tam mətni ilə tanış olun və aşağıdakı tədbir kateqoriyalarının hər biri haqqında ətraflı məlumat əldə edin.“Şəhərlərin səsi”: Qlobal dəyişikliklərə təkan verən yerli perspektivlər - Özündə 50-dən çox tədbiri birləşdirən “Şəhərlərin səsi” kateqoriyası yerli hökumətlərin, eləcə də icma liderləri və yerli təşəbbüs qruplarının perspektivlərini ön plana çıxarır.“Vahid BMT”: Şəhərsalma sahəsi çərçivəsində qlobal öhdəliklərin təşviqi - “Vahid BMT” tədbirləri müxtəlif regionlar və fərqli şərait fonunda dayanıqlı şəhərsalma prosesinin BMT qurumları tərəfindən necə təşviq olunduğunu nümayiş etdirir.“DİM-lər fəaliyyətdə”: Öhdəliklərdən icraya keçid - 30-dan çox tədbiri ehtiva edən “DİM-lər fəaliyyətdə” kateqoriyasının əsas məqsədi qlobal öhdəliklərin konkret nəticələrə çevrilməsini təmin etməkdir.Şəbəkələşmə tədbirləri: Gələcək tərəfdaşlıq naminə qurulan əlaqələr - 170-dən çox tədbiri əhatə edən Şəbəkələşmə tədbirləri iştirakçılara dayanıqlı şəhərsalma sahəsində qlobal liderlər, biliklərini təcrübədə tətbiq edən mütəxəssislər və innovasiyalara imza atan şəxslərlə əlaqə qurmaq imkanı yaradır.WUF Akademiyası: Dayanıqlı şəhərsalmanın gələcəyi naminə bilik və potensialın artırılması - Yeni WUF Akademiyası öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, habelə ali təhsil ocaqları və ekspertlər üçün 30-dan çox imkan təqdim edən platforma yaradaraq potensialın artırılmasına və dayanıqlı urbanizasiya istiqamətində irəliləyişin sürətləndirilməsinə töhfə verəcək."Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”: Şəhərsalmanın transformasiyası üçün biliklərin mübadiləsi və real həyat hekayələrinin təqdimatı - Özündə 30-dan çox tədbiri birləşdirən “Şəhər kitabxanası” iştirakçılara şəhərsalma üzrə ən son tədqiqat, nəşr və etibarlı məlumatlarla tanış olmaq üçün platforma təqdim edir.

WUF13-ün təşkili ilə əlaqədar iclası keçirildi - Samir Nuriyev tapşırıqlar verdi

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.Oxu24.com  xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, WUF13-ün başlanmasına az vaxt qaldığını və mayın 17-dən 22-dək Bakı şəhərinin dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından birinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Samir Nuriyev WUF13-ün Azərbaycanın müasir şəhərsalma baxışının, dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq modelinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Cari 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin WUF13-ün əhəmiyyətini daha da artırdığı qeyd olunub. Belə ki, Forumun bu çərçivədə il ərzində həyata keçirilən tədbirlərin məntiqi davamı və əsas beynəlxalq mərhələsi kimi çıxış etdiyi diqqətə çatdırılıb.Samir Nuriyev Forumda iştirak üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxsin qeydiyyatdan keçdiyini, onların təxminən yarısının xarici nümayəndələr təşkil etdiyini bildirərək, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu qeyd edib.Təşkilat Komitəsinin sədri Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçiriləcək Liderlərin Bəyanatları seqmentinin Forumun siyasi və substantiv baxımdan əsas yeniliklərindən biri olduğunu, bu toplantının şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərini ali səviyyəli qlobal müzakirə predmetinə çevirəcəyini diqqətə çatdırıb.Liderlər seqmentinə, həmçinin Azərbaycanın sədrliyi ilə keçiriləcək WUF13 Nazirlər Görüşünə, Azərbaycan tərəfindən təşkil olunacaq Xüsusi Sessiyaya, Azərbaycan pavilyonunda nəzərdə tutulan tədbirlərə və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin təqdimatına hazırlığın xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, protokol, nəqliyyat və təşkilati-logistika sahələrində görülmüş işlər, habelə gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, WUF13-ün Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində formalaşmış müsbət təcrübəsinin növbəti uğurlu nümunəsinə çevriləcəyinə əminliyini bildirib.Samir Nuriyev WUF13-ə hazırlıq prosesinin yekun mərhələsində aidiyyəti qurumlar tərəfindən müvafiq məsələlərin operativ və uzlaşdırılmış qaydada həll edilməsi, həmçinin bütün istiqamətlər üzrə işlərin daha da intensivləşdirilməsi və başa çatdırılması barədə tapşırıqlar verib.Modern.az  

WUF13-də iştirakla bağlı bu günədək 177 ölkədən 28 mindən çox insan qeydiyyatdan keçib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib.Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında deyib.S.Nuriyev onların təxminən yarısını xarici nümayəndələr təşkil etdiyini bildirib, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu vurğulayıb.Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.Report

BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək 

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) BƏƏ nümayəndə heyətinə ölkənin energetika naziri Süheyl əl-Məzrui rəhbərlik edəcək.Bu barədə Oxu24.com-a  BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib."Energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui Bakıda keçiriləcək WUF13-də iştirak edəcək", - diplomatik missiyadan qeyd edilib.Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında "Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması –WUF13-ə hazırlıq" mövzusunda tədbir keçirilib.Bu barədə Oxu24.com-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.Bildirilib ki, tədbir II Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) diqqəti çəkmək məqsədilə baş tutub.Azərbaycan, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Məskunlaşma Proqramınının birgə təşkilatçılığı ilə reallaşan tədbir Forum çərçivəsində BMT baş qərargahında nəzərdə tutulan 18 yüksək səviyyəli əlavə tədbirdən biri kimi müəyyənləşdirilib. Tədbirin əsas məqsədi ölkədə keçiriləcək WUF13-ün qlobal təşviqinə dəstək vermək, eləcə də miqrasiya və urbanizasiya prosesləri arasındakı əlaqəni müzakirə etmək olub.Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın həm qarşıdan gələn WUF13 tədbirinin ev sahibi ölkəsi, həm də "Çempion ölkələr" təşəbbüsünün cari il üçün həmsədri olduğunu vurğulayıb, bunun Beynəlxalq Miqrasiya İcmalı Forumu və WUF13 çərçivəsində aparılacaq müzakirələr arasında uzlaşmanın təmin edilməsi üçün müstəsna imkanlar yaratdığını bildirib. Miqrasiya və şəhərlərin idarə edilməsi arasında əlaqəyə toxunan Xidmət rəisi miqrasiyanın inkişaf potensialından istifadə imkanlarının genişləndirilməsində bu əlaqənin rolundan bəhs edib. Vüsal Hüseynov hazırki tədbirdə aparılan müzakirələrin Bakıda keçiriləcək WUF13 tədbiri zamanı davam etdiriləcəyini diqqətə çatdırıb.Daha sonra BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erkenin və BMT-nin Məskunlaşma Proqramının Nyu-York Nümayəndəliyinin rəhbəri Toni-Şaye Frekltonun mövzu üzrə çıxışları dinlənilib.Ardınca Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin moderatorluğu ilə panel müzakirələri və interaktiv sessiya keçirilib. Hökumət və yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, elmi dairələr və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları zamanı miqrantların şəhər mühitinə inteqrasiyası, inklüziv və davamlı şəhərlərin formalaşdırılması, sosial həmrəylik və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasının, həmçinin bu istiqamətdə birgə səylərin əhəmiyyəti xüsusi vurğulanıb.Bundan əlavə, Forumun ikinci günündə dəyirmi masalar çərçivəsində aparılan müzakirələrin nəticələrinə həsr olunmuş icmal xarakterli ümumi debat baş tutub. BMqT-nin baş direktorunun sədrliyi ilə keçirilən iclasda 1-ci dəyirmi masa çərçivəsində müzakirələrin nəticələrinə dair xülasə Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təqdim olunub.Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov həmçinin "Miqrasiya Həlləri: Niyyətdən fəaliyyətə" mövzusunda yüksək səviyyəli dialoqda panel məruzəçi qismində iştirak edib. BMqT-nin baş direktoru, Niderland Krallığının baş nazirinin müavini – sığınacaq və miqrasiya nazirinin, Banqladeş Xalq Respublikasının mühacirlərin rifahı və xaricdə məşğulluq nazirinin müavini, İsveç Krallığının miqrasiya nazirinin, eləcə də digər yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən tədbirdə Vüsal Hüseynov Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Çempion ölkə qismində sözügedən sənədin icrasının genişləndirilməsinə dair təcrübəsini bölüşüb, texniki və maliyyə dəstəyinin səmərəli istifadəsinin bu məqsədə çatmaqda əhəmiyyətli rol oynadığını bildirib.

WUF13-ün proqramı açıqlanıb 

17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub.WUF13 Əməliyyat Şirkətindən Oxu24.com-a  verilən məlumata görə, sözügedən proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəflərin və həmfikir qrupların nümayəndələrini WUF13 çərçivəsində bir araya gətirir.Məlumatda deyilir ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmalar, mütəxəssislər və tərəfdaşları bir arada toplayacaq: “Proqram praktik və həll yönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir”.Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://wuf.unhabitat.org/main-eventsDialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılmasıQlobal müzakirələrin istiqamətini müəyyən edən yüksək səviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:• Qlobal mənzil böhranı: Çıxış yolu nədir?• Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası• Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı• İqlim və mənzil siyasəti arasındakı əlaqə• Mənzil təminatının sosial və iqtisadi təsiri• Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalarBu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsiXüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.Buraya mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində, WUF13 ev sahibi ölkənin xüsusi sessiyası, sağlam evlərin nəbzi, Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya), şəhərlər oyun məkanı kimi, mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış, tullantıların idarə edilməsindən dairəvi iqtisadiyyata doğru, “Təmas xətlərindən” hekayələr: Şəhər iqlim irsinin inkişafı, kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, “mavi” iqtisadiyyat və dayanıqlı turizm və WUF13 xüsusi yekun sessiyası daxildir.Assambleyalar: kollektiv səslərin gücüQeyd edilib ki, Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır: “Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcək”.Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçidForumda həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir: Vahid BMT, yerli və regional hökumətlər, biznes təşkilatları, qadınlar, əlilliyi olan şəxslər, parlament nümayəndələri, akademik dairələr, uşaqlar və gənclər, peşəkarlar, yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları, yerli xalqların hüquqları və yaşlı şəxslərin hüquqları.

Azərbaycan neftinin qiyməti 113 dollar olub

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. Redaksiya xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,95 dollar və ya 1,74 faiz artaraq 113,97 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Source

İli köhnə avtomobil sahiblərinə şad XƏBƏR

Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin [...]

Source

Bakı yolları yenilənəcək

Paytaxt sakinlərinin gündəlik həyatını asanlaşdırmaq və Bakı şəhərini beynəlxalq tədbirə layiqincə hazırlamaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir işləri uğurla icra olunur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülən işlər əvvəlcədən tərtib [...]

Source

❌