Normal view

Dünən — 14 Avqust 2026

XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, 3 mülki şəxs yaralanıb

İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, nəticədə üç mülki şəxs xəsarət alıb. Bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb. Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib. Qeyd olunub ki, mina hadisələri münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini, ərazilərin [...]

Source

Azərbaycan XİN Pakistanı təbrik etdi - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
 
"Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə qardaş Pakistan xalqını və Pakistan Hökumətini ürəkdən təbrik edirik. Pakistan, Müstəqillik Günün mübarək!", - təbrikdə deyilir.

 

Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 79-cu ildönümü qeyd edilib - <span style="color: #ff0000;">FOTO</span>

Pakistanın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir təşkil edib.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, tədbirdə diplomatik missiyanın əməkdaşları, Pakistan icmasının nümayəndələri və qonaqlar iştirak ediblər.
 
Mərasim Pakistanın dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra iştirakçılara ölkə Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin Pakistan xalqı üçün Müstəqillik Gününün xüsusi əhəmiyyətinin vurğulandığı mesajları oxunub.
 
Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkənin müstəqillik qazanmasının tarixi əhəmiyyətindən danışıb və onun sülhə, dialoqa və dövlətlərarası əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.
 
"Pakistan həmişə xalqlar arasında sülh, dialoq və əməkdaşlığın tərəfdarı olub. Biz bundan sonra da təsisatlarımızı, milli birliyimizi gücləndirmək və ölkəmizin potensialını inkişaf etdirmək niyyətindəyik", - səfir bildirib.
 
Səfir həmçinin Pakistanın digər dövlətlərlə diplomatik, iqtisadi və müdafiə əməkdaşlığının genişləndiyini qeyd edib. Onun sözlərinə görə, İslamabad həm regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasına töhfə verməyə çalışır.

Xankəndi dünyaya açılır: Qarabağla Rumıniya şəhəri arasında yeni əməkdaşlıq - <span style="color: #ff0000;">FOTO</span>

13 avqust tarixində Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Buxaretdən sonra Rumıniyanın ikinci böyük şəhəri olan Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşü keçirilib.
 
Bu barədə Moderator.az-a Azərbaycan Respublikasının Rumıniya Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Görüşdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, invistisiya imkanları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.
Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən iri miqyaslı infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, habelə gələcək inkişaf planları barədə Azərbaycan tərəfinə geniş məlumat verib.
 
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov öz növbəsində təmsil etdiyi bölgədə aparılan işlər barədə danışıb. O, 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqlarının dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildiyi, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıtdığını, Qarabağın hər bir ərazisində aparılan tikinti, bərpa-quruculuq işləri barədə söz açıb. Elçin Yusubov məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının nəinki bütün Cənubi Qafqaz, Avropa, xüsusən Rumıniya ilə ticari və iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
 
Görüş əsnasında tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.
Sırağagün

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük

Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Bu fikri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı əlavə edib: “Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə – Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu”, – deyə dövlətimizin başçısı əlavə edib.

Source

Zaxarova Ukraynanı ittiham ETDİ 

Ukrayna hərbçilərinin 2025–2026-cı illərdə Avropadakı kriminal qruplaşmalara 5 mindən çox zərbə PUA-sı ötürdüyü iddia edilir.Oxu24.com  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.“Dünyanın müxtəlif ölkələrində naməlum pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin artmasını nəzərə alaraq, Ukrayna terrorunun bütün dünyaya ixracı təhlükəsinin artdığını söyləmək olar. Zelenski rejiminin hərbi dəstəklənməsinin nəticələrini indi Kiyevin birbaşa himayədarları da öz üzərlərində hiss etmək məcburiyyətindədirlər”, – diplomat qeyd edib.Bundan əlavə, Zaxarova 500-dən çox ukraynalı hərbi təlimatçının Latın Amerikası ölkələrinə, daha bir neçə yüz nəfərin isə Yaxın Şərqə göndərildiyini bildirib.Avqustun 10-da Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski Ukrayna Silahlı Qüvvələrinin Nijnekamskda mülki və istehsal obyektlərinə zərbəsindən sonra Ukraynada qərar qəbuletmə mərkəzlərinə hücum etməyə çağırıb.Redaktor.az

İlham Əliyev Fərman İMZALADI:Bu gündən qüvvəyə mindi

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib.Oxu24.com-un  xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb.Qanun 6 fəsildən, 27 maddədən ibarətdir.Oxu:  Avqustda pensiya gözləyənlərə ŞAD XƏBƏRQanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ( Reyestr) yaradılacaq. Reyestr seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusudur. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.Toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanılan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın (qurumun) hesabına köçürüləcək. Müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.Yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar “Toxumçuluq haqqında” 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanun ləğv edilib.

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb.Oxu24.com  AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın "Kommersant", "İnterfaks", "Вестник Кавказа" və "NEWS.ru" media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar."Kommersant" Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini önə çəkib. Nəşr Prezident İlham Əliyevin müsahibəsində bu barədə səsləndirdiyi "yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq" fikirlərini oxucuların diqqətə çatdırıb."İnterfaks" isə enerji ixracının genişləndirilməsi, elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazilərindən Avropaya çatdırılması, "Black Sea Energy" layihəsi, eləcə də Naxçıvanda Günəş elektrik stansiyalarının gücünün artırılması ilə bağlı məlumatlara geniş yer ayırıb. Agentlik xəbərində, həmçinin Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı açıqlamalarına da yer verib.Agentlik Zəngəzur dəhlizi üzrə praktiki işlərin başlanması, Horadiz-Ağbənd avtomobil yolunun hazırkı vəziyyəti, dəmir yolunun 2027-ci ildə Ermənistan sərhədinə çatdırılmasının planlaşdırılması və marşrutun illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağı barədə məlumatları oxucularına çatdırıb. Qeyd edilib ki, Naxçıvan dəmir yolunun yenidən qurulması və ümumi uzunluğunun 194,2 kilometrə çatdırılması, həmçinin 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur."Вестник Кавказа" Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid konsepsiya əsasında inkişaf etdirilməsi, eləcə də Zəngəzur dəhlizinin nəqliyyat imkanları ilə bağlı fikirləri xüsusi qeyd edib."NEWS.ru" portalı isə Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə elektrik verilişi xətlərinin çəkilməsi layihəsinin hazır olması barədə Prezident İlham Əliyevin açıqlamasını yayıb.Gürcüstanın "Interpressnews.ge", "1TV.ge" və "BPN.ge" xəbər portalları da Prezident İlham Əliyevin fikirlərinə geniş yer verib."1TV.ge" saytı dövlətimizin başçısının Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın Ermənistan üçün əhəmiyyəti ilə bağlı açıqlamalarını oxucularına çatdırıb. Eyni zamanda, sənədin Ermənistan üçün kapitulyasiya aktı kimi qiymətləndirilməsi barədə fikirlərə də diqqət ayrılıb."Interpressnews.ge" portalının xəbərində qeyd edilib ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyətindədir. Bu istiqamətdə əsas marşrut Gürcüstan və Türkiyə ərazilərindən keçəcək. Eləcə də Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanıb. Sayt, həmçinin Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının bütün region üçün təhlükə mənbəyi olduğu, onun gec-tez fəaliyyətinin dayandırılmasının zəruriliyi və TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisində elektrikötürücü infrastrukturun yaradılması ilə bağlı fikirlərini ayrıca yayımlayıb."BPN.ge" isə yaydığı informasiyada Azərbaycanın Avropa enerji bazarına çıxmaq planını, bu məqsədlə Gürcüstan və Türkiyə üzərindən keçəcək marşrutun əhəmiyyətini ön plana çıxarıb. Portal dövlətimizin başçısının bu marşrutun hazırda yeganə çıxış yolu olması barədə fikrini sitat olaraq gətirib: "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik"."Ambebi.ge" saytı da öz oxucularına Prezident İlham Əliyevin Ermənistanın atom elektrik stansiyasının köhnəlməsi və regiona təhlükə yaratması, stansiya bağlandıqdan sonra yaranacaq enerji böhranı ilə bağlı fikirlərini təqdim edib.Türkiyə mediası da Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi mühüm məqamları geniş işıqlandırıb."Anadolu Agentliyi", "Haberler.com", "Doğruhaber" və "Yeni Akit" kimi portallar xəbərlərində Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin icrasına başlanılması, dəhlizin illik ən azı 15 milyon ton yükdaşıma potensialı və onun nəqliyyatla yanaşı, fiber-optik, elektrik, gələcəkdə isə neft və qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı fikirlərinə geniş yer ayırıb."Yozgat", "Türkgün", "YeniBirlik", "SonDakika.com" və "Saraymedya" Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olmasına, Cəbrayılda böyük yarımstansiyanın inşasına və Zəngəzur dəhlizinin enerji komponentinə diqqət yetirib."Ankara NetHaber" enerji dəhlizinin Ermənistan ərazisindən Naxçıvana, oradan Türkiyə və Avropaya uzanacağını, rəsmi İrəvan üçün alternativ enerji mənbəyi yarada biləcəyini vurğulayıb."Yeni Akit" qəzeti Ermənistanın atom elektrik stansiyasının yaratdığı təhlükəyə, "Fikirturu.com" portalı isə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında "C5+1" formatında nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın əhəmiyyətinə dair fikirləri oxucularına çatdırıb."TRHaber" ABŞ, Azərbaycan və Ermənistanın Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanatını işıqlandıraraq, sənəddə ötən il keçirilən görüşdən sonra əldə olunan irəliləyişlərə diqqət çəkildiyini, uzun illər davam edən münaqişəyə son qoyan təməlin möhkəmləndirilməsi və Cənubi Qafqazın daha firavan gələcəyə yönəldilməsi istiqamətində qətiyyətin ifadə olunduğunu qeyd edib.Şimali Kiprin "Kıbrıs Türk" informasiya portalı isə Prezident İlham Əliyevin Naxçıvana Ermənistan ərazisindən elektrik xəttinin çəkilməsi layihəsinin hazır olması, Zəngəzur dəhlizinin yalnız nəqliyyat deyil, həm də enerji, fiber-optik və gələcəkdə neft-qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı açıqlamalarına yer verib. Portal, həmçinin yaradılacaq enerji dəhlizinin Naxçıvandan Türkiyəyə və Avropaya uzanacağını, Azərbaycanın elektrik enerjisi ilə Avropa bazarına çıxmaq planı ilə bağlı fikirləri təqdim edib.

Şamil Əliyevə  yüksək VƏZİFƏ VERİLDİ - FOTO  

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.Oxu24.com  xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb.Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək.Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində "Menecment" ixtisası üzrə ali təhsil alıb. O, əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb, 2019-cu ildən isə DOST Agentliyində fəaliyyət göstərir.Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Azərbaycan qazı Ermənistana satıla bilər? — İqtisadçıdan TRIPP layihəsi ilə bağlı MÜHÜM ŞƏRH  

Cənubi Qafqazda kommunikasiyaların bərpası və regional inteqrasiya məsələləri fonunda bölgənin yeni enerji xəritəsi formalaşır. Ermənistana təbii qaz tədarükünün diversifikasiyası üzrə İran və Azərbaycanla müzakirələrin aparılması barədə bu ölkənin hakim "Mülki müqavilə" partiyasının deputatı Sarkis Xandanyanın verdiyi açıqlama regional gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə TRIPP (Tramp Marşrutu) layihəsi çərçivəsində Ermənistan ərazisindən keçəcək kommunikasiya infrastrukturunun gələcəkdə Azərbaycan qazının Ermənistan bazarına çıxışını nə dərəcədə real perspektivə çevirməsi ekspertlər tərəfindən geniş təhlil olunur. Naxçıvana və oradan da Türkiyə ilə Avropaya uzanacaq marşrutların qurulması bölgədə tamamilə yeni iqtisadi reallıqlar yaradır. Bu cür təşəbbüslər həm də region ölkələri arasında iqtisadi asılılığın və uzunmüddətli sabitliyin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, sözügedən TRIPP layihəsi özündə çox geniş və əhatəli sahələri birləşdirir.İqtisadçı Pərviz Heydərov açıqlamasında bildirib ki, müzakirə olunan TRIPP layihəsi özündə yalnız avtomobil və ya dəmir yolunu ehtiva etmir. Bu layihə çərçivəsində eyni zamanda fiber-optik kabel xətlərinin çəkilməsi və digər müasir infrastruktur elementlərinin tətbiqi də nəzərdə tutulub. Əhatə dairəsi çox geniş bir konseptdir.Onun sözlərinə görə, ölkə başçısının da Naxçıvana səfəri zamanı verdiyi müsahibədə vurğuladığı kimi, biz artıq enerji şəbəkələrimizi Rusiya, İran, Gürcüstan və Gürcüstan vasitəsilə Türkiyə ilə inteqrasiya etmişik:“İndi isə Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyə və Avropaya uzanacaq yeni enerji dəhlizinin yaradılması planlaşdırılır və bu istiqamətdə işlər davam edir”.İqtisadçı dövlət başçısının fikirlərinə istinad edərək qeyd edib ki, ərazidə artıq zəruri işlər görülüb:"Prezident müsahibəsində xüsusi olaraq toxunmuşdu ki, biz öz ərazimizdə, hətta dəniz səviyyəsindən xeyli yüksəklikdə olan çətin relyeflərdə belə elektrik xətlərinin çəkilməsi, dirəklərin quraşdırılması işlərini başa çatdırmışıq. İndi analoji məsələlərin Ermənistan ərazisində də həlli qarşıda duran əsas vəzifələrdən biridir.Hətta bu günlərdə Ermənistanın baş naziri də müsahibəsində bildirmişdi ki, Azərbaycan mütəxəssisləri onların ərazisində olublar və bununla bağlı müvafiq təhlil, tədqiqat işləri aparıblar”.O həmçinin, vurğulayıb ki, bütün bu addımlar gələcəkdə Azərbaycan qazının Ermənistana satılmasını tamamilə real edir:"Bütün bu faktlar göstərir ki, TRIPP layihəsi çərçivəsində təkcə nəqliyyat marşrutları deyil, enerji daşıyıcılarının da keçidi planlaşdırılır. Prezident öz çıxışında açıq şəkildə bildirdi ki, fiber-optik kabellər və elektrik xətləri ilə yanaşı, gələcəkdə ehtiyac yaranarsa, bu marşrut üzrə neft və qaz kəmərlərinin də çəkilməsi mümkündür”.Son olaraq P.Heydərov əlavə edib ki, bütün bu layihələr baş tutacağı təqdirdə, Ermənistanın Azərbaycanın enerji resurslarından faydalanması tamamilə təbii və qaçılmaz proses olacaq. Necə ki, bu gün biz Ermənistana müəyyən neft məhsulları və enerji daşıyıcıları ixrac edirik, yakın perspektivdə Azərbaycanın Ermənistana birbaşa təbii qaz satacağı da tamamilə real hesab olunur.Çimnaz Telmanqızı

Prezident 2 fərman imzaladı 

Prezident İlham Əliyev “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Oxu24.com fərmanın mətnini təqdim edir:1. Müəyyən edilsin ki:1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci, 1.1.3-cü, 1.1.27-ci, 1.1.33-cü, 1.1.37-ci, 7.3-cü, 9.2–9.5-ci, 10.5-ci (hər iki halda), 11.1.6-cı, 11.3-cü, 12.1-ci, 12.3-cü, 13.1-ci, 13.2-ci maddələrində, 13.6-cı maddəsinin birinci cümləsində, 15.1-ci, 15.2-ci, 15.4-cü, 16.3-cü, 16.6-cı, 16.7-ci, 17.1-ci maddələrində, 17.3-cü və 17.4-cü maddələrinin ikinci cümlələrində, 17.6-cı, 18.1-ci maddələrində, 19.2-ci maddəsinin birinci abzasının və 19.3-cü maddəsinin birinci cümlələrində, 19.5-ci maddəsində, 21.4-cü maddəsinin ikinci cümləsində, 22.7-ci (hər iki halda) və 22.8-ci maddələrinin birinci abzaslarında, 22.11-ci, 25.1-ci (hər iki halda) və 25.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;1.2. həmin Qanunun 7.3-cü, 9.5-ci, 10.5-ci (ikinci halda), 11.1.6-cı, 11.3-cü, 12.3-cü, 13.2-ci maddələrində, 21.4-cü maddəsinin ikinci cümləsində və 25.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;1.3. həmin Qanunun 1.1.27-ci, 1.1.33-cü, 1.1.37-ci, 9.2–9.4-cü, 10.5-ci (birinci halda), 12.1-ci, 13.1-ci maddələrində, 13.6-cı maddəsinin birinci cümləsində, 15.1-ci, 15.2-ci, 15.4-cü, 17.1-ci maddələrində, 17.3-cü və 17.4-cü maddələrinin ikinci cümlələrində, 17.6-cı, 18.1-ci maddələrində, 19.2-ci maddəsinin birinci abzasının və 19.3-cü maddəsinin birinci cümlələrində, 19.5-ci maddəsində, 22.7-ci (hər iki halda) və 22.8-ci maddələrinin birinci abzaslarında, 22.11-ci və 25.1-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;1.4. həmin Qanunun 16.3-cü və 16.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur;1.5. həmin Qanunun 1.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə kənd təsərrüfatı bitkilərinə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, meşə bitkilərinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;1.6. həmin Qanunun 16.7-ci maddəsində “orqan (qurum)” dedikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;1.7. həmin Qanunun 1.1.1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:2.1. beş ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:2.1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq, toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını;2.1.2. həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını;2.1.3. həmin Qanunun 10.5-ci maddəsinə uyğun olaraq, xidmət haqlarının məbləğlərini;2.1.4. həmin Qanunun 11.1.6-cı maddəsinə uyğun olaraq, ölkədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılması qaydasını;2.1.5. həmin Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, toxum müfəttişlərinin vəsiqələrinin təsvirini və nümunəsini;2.1.6. həmin Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, toxumçuluq sahəsində risklərin idarə olunması qaydasını;2.1.7. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, toxum əməliyyatçılarının Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatında qeydiyyata alınması qaydasını;2.1.8. həmin Qanunun 21.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydasını;2.1.9. həmin Qanunun 25.2-ci maddəsinə uyğun olaraq, toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin Nazirliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə qaydasını;2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:3.1. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:3.1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq, toxumların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, tədarükü, saxlanması, idxalı, ixracı, utilizasiyası, zərərsizləşdirilməsi və məhv edilməsi qaydalarını;3.1.2. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi və sertifikatlaşdırılması qaydalarını;3.1.3. həmin Qanunun 17.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, toxumluq əkinlərin tarla nəzarətinin aparılması və tarla müfəttişlərinin fəaliyyətinin təşkili qaydalarını;3.1.4. həmin Qanunun 22.11-ci maddəsinə uyğun olaraq, sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarını (kütləsini);3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1207 (Cild I) birinci hissəsinin 2-ci bəndinə “pozulması” sözündən sonra “, ərzaq təhlükəsizliyi təminatı üzrə risklərin yaranması” sözləri əlavə edilsin.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132 (Cild I); 2024, № 3, maddə 257, № 4, maddə 394) 3.2-ci bəndində “bəndində” sözü “və 1.8-ci bəndlərində” sözləri ilə əvəz edilsin.6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356; 2025, № 2, maddə 137, № 7, maddə 642; 2026, № 3, maddə 216, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyun tarixli 679 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:6.1. 1-ci hissə üzrə:6.1.1. 1.2.5-ci yarımbənddə “sertifikatlı” sözü “sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş” sözləri ilə əvəz edilsin;6.1.2. 1.2.11-ci və 1.2.16-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:“1.2.11. toxum subsidiyası – ölkədə istehsal edilərək sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş toxumun və tingin satışına görə verilən subsidiya;”;“1.2.16. sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş toxum – “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatına daxil edilən sortun müvafiq keyfiyyətləri yazılı, o cümlədən elektron formada təsdiq olunmuş toxumu və tingi;”;6.2. 3.6-cı bəndin birinci abzasında “1-ci və 2-ci reproduksiyalı” sözləri “sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş” sözləri ilə əvəz edilsin.7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937, № 12 (II kitab), maddə 1359; 2026, № 3, maddə 216, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyun tarixli 679 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:7.1. aşağıdakı məzmunda 3.1.3-5-ci və 3.2.3-5-ci yarımbəndlər əlavə edilsin:“3.1.3-5. “toxum” altsistemi;”;“3.2.3-5. “toxum” altsistemi vasitəsilə Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatının aparılması, toxumçuluq obyektləri və subyektləri barədə məlumatların toplanılması, təhlili və hesabatlılığının, habelə toxum əməliyyatçılarının qeydiyyatı, həmin informasiya ehtiyatından çıxarışın verilməsi və toxumun sertifikatlaşdırılmasının elektron qaydada təmin edilməsi;”;7.2. 5-ci hissə üzrə:7.2.1. 5.1.22-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:“5.1.22. seleksiya nailiyyətləri və onlardan istifadə üzrə bağlanılmış müqavilələr barədə məlumatlar;”;7.2.2. aşağıdakı məzmunda 5.1.22-1-ci yarımbənd əlavə edilsin:“5.1.22-1. toxumçuluqda istifadə edilən bitki materialları, toxumluq əkinlər, toxum əməliyyatçıları və toxumçuluğun digər obyektləri və subyektləri, habelə toxumçuluq sahəsində həyata keçirilən fəaliyyət barədə məlumatlar;”;7.3. 7-ci hissə üzrə:7.3.1. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 22-ci abzas əlavə edilsin:“22. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumluq əkinlərin tarla nəzarətinin aparılması, istehsal etdiyi toxumun sertifikatlaşdırılması və toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;”;7.3.2. 7.1.2-ci yarımbəndin 8-ci və 10-cu abzasları ləğv edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda 15-ci abzas əlavə edilsin:“15. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;”;7.3.3. 7.1.12-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.13-cü və 7.1.14-cü yarımbəndlər əlavə edilsin:“7.1.13. toxum müfəttişləri:1. qeydiyyatdan keçmək;2. elektron kabinetdən istifadə etmək;3. həyata keçirdikləri dövlət nəzarət tədbirləri üzrə məlumatları daxil etmək;7.1.14. tarla müfəttişləri:1. qeydiyyatdan keçmək;2. elektron kabinetdən istifadə etmək;3. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdikləri xidmətlər üzrə məlumatları daxil etmək.”.8. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 355 (Cild I) ləğv edilsin.***Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmanda deyilir:1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365 (Cild I); 2024, № 4, maddə 377, № 5 (I kitab), maddə 505) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndinə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” sözlərindən sonra “, “İstilik təchizatı haqqında” sözləri əlavə edilsin.2. “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 11, maddə 1020; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:2.1. 6.6-cı bənddə “elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin” sözləri “elektroenergetika, habelə istilik və qaz təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin;2.2. həmin Fərmanla təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi” üzrə:2.2.1. 1.1-ci bənddə “elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində” sözləri “elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz olunsun və həmin bəndə “ötürücülər,” sözündən sonra “qazı nəql edənlər, saxlayanlar,” sözləri, “təchizatçılar” sözündən sonra “, qaz satıcıları” sözləri əlavə edilsin;2.2.2. 3.1.5-ci və 3.2.3-cü yarımbəndlərdə “elektrik və istilik enerjisi, habelə” sözləri “elektrik enerjisi, istilik və” sözləri ilə əvəz edilsin;2.2.3. 5.6-cı bənddə “elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin” sözləri “elektroenergetika, habelə istilik və qaz təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin.3. “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 1, maddə 23, № 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:3.1. adında və 1-ci hissədə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2. həmin Fərmanla təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” üzrə:3.2.1. adında “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2.2. 1-ci hissə üzrə:3.2.2.1. 1.1-ci bənddə “elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2.2.2. 1.2-ci bənddə “və istilik enerjisi, habelə” sözləri “enerjisi, habelə istilik və” sözləri ilə əvəz edilsin;3.2.2.3. 1.3.1-ci yarımbənddən “nəql edənləri (istilik enerjisinə münasibətdə),” sözləri çıxarılsın;3.2.3. 2-ci hissə üzrə:3.2.3.1. adında və 2.1-ci bəndin birinci abzasında “Elektrik və istilik enerjisi təchizatı sahəsində” sözləri “Elektroenergetika və istilik təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2.3.2. 2.1.1-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin” sözləri “təchizatı sektorunda təbii inhisar subyektlərinin” sözləri ilə əvəz edilsin;3.2.3.3. 2.1.2-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrin” sözləri “təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin;3.2.3.4. 2.2.2-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində” sözləri “təchizatı sektorunda təbii inhisar subyektlərində” sözləri ilə əvəz edilsin;3.2.3.5. 2.2.3-cü yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrdə” sözləri “təchizatı subyektləri tərəfindən” sözləri ilə əvəz edilsin;3.2.3.6. 2.2.4-cü yarımbənddən “enerjisi təchizatı” sözləri çıxarılsın;3.2.3.7. 2.6.2-ci yarımbənddə “təchizatı müəssisələri” sözləri “enerjisinin paylayıcıları” sözləri ilə əvəz edilsin;3.2.3.8. 2.6.6-cı yarımbənddə “enerjisinin təchizatı müəssisələri” sözləri “təchizatı subyektləri” sözləri ilə əvəz edilsin;3.2.4. 3-cü hissənin adında, 3.1-ci bənddə, 3.1.4-cü (birinci halda) və 3.6.2-ci yarımbəndlərdə “sahəsində” sözü “sektorunda” sözü ilə əvəz edilsin.4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 940 (Cild I); 2025, № 12 (I kitab), maddə 1162; 2026, № 1, maddə 30) ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndində “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin.

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.Oxu24.com  xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Dövlətimizin başçısı səfirlə söhbət etdi.Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğuladı, ölkələrimizin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd etdi. Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlətimizin başçısı Berlində izmalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyətini vurğuladı, bunun münasibətlərimizi keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirdi.Prezident İlham Əliyev qeyd etdi ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir. Dövlətimizin başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırdı.Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.Dövlətimizin başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğuladı.Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd etdi. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirdi.Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulandı.Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunuldu.

Həbsdə olan Əkrəm İmamoğlu qərarını verdi - O da getdi…

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Kamal Kılıçdaroğlunun yenidən sədr postuna qayıtması ilə başlayan böhran partiya daxilində böyük parçalanmaya çevrilib.Oxu24.com bildirir ki AZXEBER.COM xəbər verir ki, Özgür Özəlin rəhbərliyi ilə 91 deputatın CHP-dən ayrılaraq YENİ Partiyanı yaratmasından sonra çox sayda bələdiyyə sədri və partiya rəhbəri də CHP ilə yollarını ayırıb.Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu da CHP-dən istefa verdiyini açıqlayıb.İmamoğlu istefası ilə bağlı "17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa edirəm” deyib.

Azərbaycan üçün atılan böyük addımlar:Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyası necə qurulur?  — TƏHLİL

Azərbaycanın yeni dünya nizamında yüksələn geosiyasi rolu – Müstəqil siyasət, Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyasıMüasir beynəlxalq münasibətlər sistemində baş verən kəskin geosiyasi transformasiyalar, güc mərkəzləri arasında dərinləşən ziddiyyətlər və qlobal təhlükəsizlik arxitekturasının böhranı fonunda Azərbaycan Respublikasının nümayiş etdirdiyi müstəqil dövlətçilik modeli xüsusi strateji əhəmiyyət kəsb edir. Böyük dövlətlərin və beynəlxalq təzyiq mexanizmlərinin kəskinləşdiyi bir şəraitdə Prezident İlham Əliyevin prinsipial, milli maraqlara söykənən və geri çəkilməyən xarici siyasət xətti ölkəmizi regional güc mərkəzindən qlobal miqyaslı aktor səviyyəsinə qaldırmışdır. BMT Təhlükəsizlik Şurasının 30 il boyunca kağız üzərində qalan və icra olunmayan 4 qətnaməsini Azərbaycanın öz hərbi-siyasi gücü ilə təkbaşına təmin etməsi beynəlxalq hüququn tətbiqində analoqu olmayan yeni bir presedent yaratmışdır. Tarixi 44 günlük Vətən müharibəsi və Lokal Antiterror Əməliyyatından sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar bilavasitə ikitərəfli danışıqlar modelinin qələbəsi ilə nəticələndi. Məhz bu diplomatiyanın zirvəsi olaraq 8 Avqust Sülh Bəyannaməsi regionda onilliklər boyu davam edən münaqişəyə hüquqi və siyasi nöqtə qoydu.Bundan əlavə, Azərbaycan Avrasiyanın nəqliyyat və enerji xəritəsini köklü şəkildə yenidən şəkilləndirərək strateji təşəbbüsləri öz əlində cəmləşdirir. Prezident İlham Əliyev tərəfindən beynəlxalq leksikona daxil edilən Zəngəzur dəhlizi layihəsi yalnız Naxçıvanı blokadadan çıxaran infrastruktur xətti deyil, həm də Türk Dövlətləri Təşkilatının (TDT) coğrafi, iqtisadi və siyasi birliyini təmin edən, onu qlobal güc mərkəzinə çevirən strateji bir gedişdir. Orta Dəhlizin ən mühüm seqmentinə çevrilən bu marşrut Mərkəzi Asiyanın zəngin resurslarını və nadir torpaq elementlərini qlobal pazarlara çıxarmaqla Türk dünyasında yüz illər ərzində mövcud olmuş coğrafi ayrılığı aradan qaldırır. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat şəbəkələri, Avropanın enerji təhlükəsizliyindəki aparıcı rolu və beynəlxalq təşkilatlardakı liderliyi ölkəmizin qlobal iqtisadi zəncirdə və diplomatik masada söz sahibliyini tam təmin etmişdir.Azərbaycanın müstəqil xarici siyasət xətti, Zəngəzur dəhlizinin strateji perspektivləri və 8 Avqust Sülh Bəyannaməsinin gətirdiyi yeni geosiyasi reallıqlar barədə Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Zəngəzur dəhlizi terminini beynəlxalq leksikona gətirən Prezident İlham Əliyevdir:“2020-ci ildə Ermənistan kapitulyasiya sənədinə imza atarkən bu məsələ də sənədin əsas bəndlərindən biri kimi müəyyənləşdirilmişdi.Zəngəzur dəhlizinin arxasında böyük perspektivlər dayanır. Bu dəhliz Orta Dəhlizin bir seqmenti kimi multimodal nəqliyyat marşrutu olaraq istifadə ediləcək. Hətta avqustun 8-də Ağ Evdə paraflanmış sülh sənədinin birinci ildönümü münasibətilə yayımlanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məqamlar xüsusilə qeyd olunub. Bəyanatda dəhlizin Azərbaycandan keçən hissəsinin demək olar ki, hazır vəziyyətə gətirildiyi, Ermənistandan keçəcək TRIPP layihəsi ilə bağlı isə hesablama və tədqiqat işlərinə başlanıldığı vurğulanıb”.Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu daha da möhkəmləndirəcək. Bununla yanaşı, dəhliz Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün də yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizi türk dünyasında yüz illər əvvəl yaranmış coğrafi ayrılığın aradan qaldırılmasına və TDT məkanında fiziki bağlantının təmin olunmasına imkan yaradacaq.Azər Badamov qeyd edib ki, Zəngəzur dəhlizi TDT daxilində iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün də yeni perspektivlər formalaşdırır:“Bu, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan verəcək. Eyni zamanda, TDT coğrafiyasının beynəlxalq əhəmiyyətini artıracaq. Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyənin vahid nəqliyyat xətti üzərində birləşməsi qlobal iqtisadi zəncirdə sözümüzün və təsir imkanlarımızın güclənməsinə xidmət edəcək. Bu proses siyasi mövqelərimizi də daha da möhkəmləndirəcək”.Əlavə olaraq, deputat xüsusi olaraq vurğulayıb ki, Mərkəzi Asiya ölkələrində istehsal olunan nadir torpaq elementlərinin qlobal bazarlara çıxarılmasında Zəngəzur dəhlizinin rolunun artacağı gözlənilir. Bu baxımdan dəhliz yalnız nəqliyyat və logistika layihəsi deyil, həm də Türk dünyasının iqtisadi potensialının qlobal bazarlara çıxarılmasını təmin edən strateji bağlantı kimi qiymətləndirilə bilər.“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Zəngəzur dəhlizi TDT daxilində birlik və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, ümumi siyasi və iqtisadi mövqelərin qlobal arenada daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Eyni zamanda, bu layihə Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək, Naxçıvanın blokadadan çıxarılması və Türk dünyasının coğrafi baxımdan daha sıx inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyacaq”, - deyə deputat fikrini tamamlayıb. Mövzu ilə bağlı Oxu24.com-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın bir güc mərkəzi kimi formalaşmasını vurğulayıb. O bildirib ki, Azərbaycanın müstəqil və suveren siyasət yürütməsinin birinci faktoru cənab Prezident İlham Əliyevin güclü liderlik xüsusiyyətləri və Azərbaycanın milli mənafelərinin beynəlxalq səviyyədə qorunmasından başlayır:“Azərbaycan Prezidenti dünya liderləri arasında ən güclü liderlərdən biri kimi qəbul edilir. Bu da bizim ölkəmizin qarşısında duran problemlərin, çağırışların daha diplomatik, siyasi, çevik yollarla həll edilməsinə imkan yaradır. Azərbaycanın hərbi-siyasi gücü də öz növbəsində Azərbaycanın gücünə güc qatır”.Deputatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycanın özü icra etməsi, üstəlik Azərbaycanın beynəlxalq təşkilatlarda liderlik funksiyalarını həyata keçirməsi, Azərbaycanın məhz Ermənistanla müharibədən sonra Cənubi Qafqazı və Ermənistanın daxil olması ilə sülh prosesi təşəbbüsünə güc verməsi Azərbaycanın çox ciddi şəkildə yeni bir güc mərkəzi kimi formalaşması və meydana çıxmasına səbəb olmuşdur.Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan dünyanın hazırda əhalisi və coğrafiyasına görə nisbətən mötədil bir ölkə sayılmasına baxmayaraq, çox ciddi şəkildə yeni bir güc mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Elə ölkələr var ki, onların əhalisi, coğrafiyası, ərazisi çox böyük olsa da hər hansısa bir şəkildə beynəlxalq gündəliyi formalaşdırmaqda çəkiləri azdır:“Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlara sədrlik etməsi — Qoşulmama Hərəkatına rəhbərlik etməsi, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolu, eləcə də Avropa İttifaqı ilə qurduğu güclü münasibətlər — ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın Avropa İttifaqının 10 üzv ölkəsinin enerji təhlükəsizliyinə töhfə verməsi, yalnız neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda nəqliyyat-kommunikasiya layihələrində aparıcı ölkə kimi çıxış etməsi də bu mövqeyi daha da gücləndirir. Bununla yanaşı, Azərbaycanın COP29, Dünya Şəhərsalma Forumu və digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal gündəliyin formalaşdırılmasında xüsusi rol oynadığını bir daha təsdiqləyir. Təbii ki, bütün bunların reallaşmasında əsas rol cənab Prezidentin liderliyinə və onun həyata keçirdiyi müstəqil, çoxşaxəli xarici siyasət kursuna məxsusdur”.Məsələyə diplomatiya və beynəlxalq hüquq müstəvisində yanaşan Milli Məclisin deputatı, siyasətçi Tənzilə Rüstəmxanlı Oxu24.com-a şərhində bildirib ki, Vətən müharibəsini qazanmaq böyük bir tarixi hadisə idi, amma bu zəfərin nəticələrini qorumaq savaş meydanında olduğu kimi diplomatik müstəvidə də böyük çaba tələb edirdi. Çünki qələbədən sonrakı dövr müharibənin özündən də mürəkkəb olur. Onun sözlərinə görə, ötən il avqustun 8-də diplomatiya, iqtisadiyyat, beynəlxalq hüquq, kommunikasiya layihələri, böyük dövlətlərin maraqları və regional geosiyasət eyni masanın üzərinə gəldi:“Bir il əvvəl Vaşinqtonda Azərbaycanın Zəfər masası quruldu. Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir”.Deputat qeyd edib ki, bütövlükdə 2025-ci ilin Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqlədi. Tənzilə Rüstəmxanlı sonda əlavə edib ki, bu həm də illərlə davam edən danışıqların real sənəd forması alması anlamındadır:“Azərbaycanın Zəfər diplomatiyasının yeni səhifəsi kimi qeyd olunan bu hadisə dövlətimizin və regionun gələcək inkişafına mühüm töhfə verəcək. Bu uğur ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və sabitliyin təmin edilməsində əsaslı rol oynayacaq”.Ölkəmizin diplomatik müqavimət gücünün təməllərini təhlil edən siyasi şərhçi Polad Mehdiyev Oxu24.com-a açıqlamasında qeyd edib ki, Cənab Prezident İlham Əliyevin müxtəlif beynəlxalq güc mərkəzlərinin siyasi və diplomatik təzyiqləri qarşısında prinsipial mövqeyini qorumasının arxasında ilk növbədə güclü və müstəqil Azərbaycan dövləti dayanır. O bildirib ki, bu güc bir gündə yaranmayıb. Onun siyasi və iqtisadi təməlləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ilə qoyulub, Prezident İlham Əliyevin son 20 ildən artıq müddətdə həyata keçirdiyi ardıcıl siyasət nəticəsində isə Azərbaycan daha güclü, iqtisadi cəhətdən müstəqil və regional proseslərə təsir imkanları geniş olan dövlətə çevrilib:“Bu gün Prezident İlham Əliyevin diplomatik müqavimət gücünü təmin edən bir neçə əsas faktor var: daxili siyasi sabitlik, iqtisadi və enerji müstəqilliyi, güclü ordu, Türkiyə ilə strateji müttəfiqlik, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika imkanları və balanslaşdırılmış xarici siyasət. Xüsusilə 2020-ci il Vətən müharibəsində qazanılan Qələbə və Azərbaycanın ərazi bütövlüyü üzərində suverenliyinin tam bərpası ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi”.Polad Mehdiyev vurğulayıb ki, Azərbaycan artıq Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına birbaşa təsir göstərən əsas aktorlardan biridir:“Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün güc mərkəzləri ilə əməkdaşlığa açıqdır, lakin münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar əsasında qurulmasını tələb edir. Prezidentin xarici təzyiqlər qarşısında nümayiş etdirdiyi siyasi iradənin arxasında Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli və İlham Əliyevin bu təməl üzərində qurduğu güclü, öz imkanlarına arxalanan Azərbaycan modeli dayanır. Bu siyasətin əsas formulu kifayət qədər aydındır: Azərbaycan əməkdaşlığa və tərəfdaşlığa açıqdır, ancaq dövlətin suverenliyi və milli maraqları müzakirə predmeti ola bilməz”.Mədəni dirçəliş, milli-mənəvi irsin bərpası və "Yumşaq güc" diplomatiyasıDövlət müstəqilliyinin və geosiyasi hərbi-siyasi Zəfərin davamlılığı yalnız sərt güc resursları ilə deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, mədəni dirçəliş və humanist diplomatiya vasitəsilə təmin edilir. Bu çərçivədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin beynəlxalq nüfuzunun artmasında xüsusi sütun təşkil edir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində erməni vandalizminə məruz qalmış tarixi, dini və mədəni abidələrin, məscidlərin, ziyarətgahların orijinallığı saxlanılmaqla bərpası məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və birbaşa diqqəti sayəsində reallaşır. Şuşa şəhərinin yenidən dirçəldilməsi, onun mədəniyyət paytaxtı kimi dünyaya tanıdılması, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin bərpası, Şuşada yenidən "Xarıbülbül" Musiqi Festivalının və "Vaqif Poeziya Günləri"nin təşkili Azərbaycan xalqının öz mənəvi köklərinə sahib çıxdığının bariz göstəricisidir.Heydər Əliyev Fondunun fəaliyyəti yalnız mədəni-tarixi irsin bərpası ilə məhdudlaşmır. Fond Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, yaralanmış qazilərimizə və müharibə iştirakçılarına yüksək dövlət qayğısının və həssaslığının nümayiş etdirilməsində aparıcı rol oynayır. Eyni zamanda, UNESCO və ISESCO çərçivəsində, eləcə də dünyanın müxtəlif ölkələrində həyata keçirilən beynəlxalq humanitar layihələr Azərbaycanın "yumşaq güc" (soft power) potesialını ardıcıl olaraq genişləndirir. Mədəni diplomatiya və tolerantlıq modelinin dünyaya təqdim olunması Prezident İlham Əliyevin yürütdüyü böyük geopolitikanı tam tamamlayaraq, ölkəmizin beynəlxalq müstəvidə etimad kapitalını və strateji nüfuzunu ən yüksək səviyyəyə qaldırır.Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa işləri və mədəni dirçəliş modeli haqqında Oxu24.com-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, XX əsirlik tarixinin ən şanlı mərhələsini yaşayan Azərbaycan xalqı bir neçə aydan sonra təntənə ilə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin 6-cı ildönümünü ilə qeyd edəcək. Bu Zəfər xalqımıza elə bir tükənməz sevinc bəxş edib ki, illər, əsrlər keçəcək amma onun hiss və duyğu dolu şüaları əbədiyyətədək davam ediləcək.Onun sözlərinə görə, bu savaş adi bir savaş deyildi və bu savaşın tərəfi Vətən məfhumu bilməyən, yarandığı gündən başqa xalqların torpaqlarına köç edib, sonra “yersiz gəldi,yerli köç” deyərək, torpağın əsas sahibinə xəyanət edən mənfur qonşumuz erməni deyildi. Savaşın əsas tərəfi dünyanın imperialist güclərinin öz maraqları naminə alət və maşa kimi istifadə etdiyi “yazıq və əzabkeş” görünüşlü, bəşəriyyəti yalan və saxtakar tarixi ilə çaşqınlığa salmış və daima dünya erməniliyi idi:“44 günlük savaşda və Xankəndi ətrafında bir gün içində həyata keçirilən antiterror əməliyyatında Azərbaycan xalqının birliyi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı, cəsarəti, əyilməzliyi və müdrikliyi və Qəhrəman Milli Ordumuzun hər bir əsgər və zabitinin şücaəti və rəşadəti ilə uydurduqları “Dənizdən Dənizə Böyük Ermənistan” adlı üç yüz illik xülya və projesi darmadağın edildi. Otuz ildən artıq dövrdə işğal altında olan ərazilərimiz azad edildi və suverenliyimiz bərpa olundu”.Deputat bildirib ki, xalqımız bu əfsanəvi qəhrəmanlığa, qazanılan müqəddəs Zəfərə, Azərbaycanı dünyaya Qalib xalq kimi tanıtdırdıqlarına görə, Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid və qazilərimizə əbədiyyən minnətdar olacaq və onlara sonsuz ehtiramlarını bildirəcəkdir.Məlahət İbrahimqızı vurğulayıb ki, istər Qarabağın işğalı dövründə, istər II Qarabağ savaşında, istərsə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində həyata keçirilən möhtəşəm bərpa quruculuq dövründə Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var:“Hələ müstəqilliyin ilk illərində onun təsis etdiyi və rəhbəri olduğu “Azərbaycan Mədəniyyətin Dostları” təşkilatının xətti ilə Azərbaycan xalqının, eləcə də Qarabağın zəngin və əsrarəngiz mədəniyyətinin dünyada və beynəlxalq təşkilatlarda tanıdılmasında, təbliğ və təşviqində, eləcə də qorunmasında misilsiz əməyi var”.Deputat əlavə edib ki, sonralar Respublikamızın Birinci Xanımı Mehriban Əliyeva 2004-cü ildə təsis və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə beynəlxalq aləmdə böyük əks-səda verən humanitar layihələri ilə ölkəmizin imicini dünyada daha da gücləndirdi. O xüsusi olaraq qeyd edib ki, həm UNECO-nun, həm də İSESCO-nun xoşməramlı səfiri olduğu müddətdə bu mötəbər platformalarda Onun böyük peşəkarlıqla həyata keçirdiyi mədəniyyət diplomatiyası, Azərbaycan xalqının, eləcə də Qarabağın əsrarəngiz və qədim mədəniyyətini və incəsənətini dünya birliyində tanıdılmasında çox böyük uğurlar qazandı. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən qısa müddət sonra 2020-ci il 8 dekabr tarixində Heydər Əliyev Fondu işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini ictimaiyyətə bildirdi. Zəfərin sevincini bayram edən Azərbaycan xalqına bu müjdəni də məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva özü bildirmişdi. Onun Zəfər sevincli bu açıqlamasında deyilirdi:“Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.M.İbrahimqızı vurğulayıb ki, Zəfər qədər qiymətli olan bu gözəl xəbər sözsüz ki, xalqımız üçün, Türk dünyası üçün böyük əhəmiyyəti var idi:“Bir daha qeyd etmək istərdim ki, 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması, əsrlərdən bəri xalqımıza məxsus tarixi, mədəni, dini abidələrimizi məhv etməsi, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qənim kəsilməsi, doğma yurdlarından ayrı düşmüş həmvətənlərimizin həsrəti, acı nisgili Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində şanlı ordumuzun düşmən üzərində qələbəsi ilə başa çatmışdı. Bildiyimiz kimi işğaldan azad edilmiş ərazilərdə ilk bərpa quruculuq layihəsi "Zəfər yolu"nun təməlinin qoyulması ilə başlamışdı. Əslində bu layihəni Qarabağa dönüşün, doğma torpağa qayıdışın başlanğıcı adlandırmaq olar. Dövlətimizin Başçısının tapşırığı ilə Qarabağın işğaldan azad edilmiş bütün ərazilərində və bütün sahələrində dövlətmizin bütün gücü ilə əzəmətli quruculuq işlərinə başlandı.Vətən müharibəsinin başa çatmasından ötən müddətdə işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işləri ölkə rəhbərinin bu məsələlərdəki qətiyyətini və məqsədyönlülüyünü bir daha nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı, yurd yerlərimizə qayıdış layihələrinin icrasına start verildi, quruculuq işləri daha sürətlə davam etdirildi”.Azərbaycanın tarixi-mədəni irsinin çox böyük bir hissəsinin bu diyarın payına düşdüyünü qeyd edən deputat bildirib ki, işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda minlərlə dini və mədəniyyət nümunələrimiz mövcuddur. Bu tarixi abidələrin çox böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalmış, süni yollarla erməniləşdirilməyə cəhd edilmiş, məscidlərimiz, müqəddəs inanc yerlərimiz düşmən tərəfindən dağıdılmışdır:“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanıldığını bəyan etdi. Bütün bu layihələrə həm yerli mütəxəssislər, həm də xarici ekspertlər dəvət olundu. Bərpa-quruculuq işləri dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə edirdi. Bu da bir daha Azərbaycanın tolerant ölkə və multikultural dəyərlərlə zəngin bir xalq olduğunu dünyaya göstərirdi”.Deputatın sözlərinə görə, Heydər Əliyev Fondu həmçinin Qarabağda yeni dini və mədəniyyət obyektlərinin inşasına diqqət ayırır, dağıdılmış tarixi abidələri əvvəlki görkəminə qaytarır. Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Ötən dövr ərzində Heydər Əliyev Fondu tərəfindən uğurla başa çatdırılan layihələr arasında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin ucaldılması, Bülbülün ev muzeyi də var. Möhtərəm cənab İlham Əliyevin Şuşanın "Mədəniyyət paytaxtı" elan edilməsi barədə sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu, xalqımızın şəhərə ruhən bağlılığını bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidən qurulmasına xüsusi həssaslıqla yanaşılır”.Mütəxəssislərin rəyinə görə, Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Onların hər biri Azərbaycan, eləcə də dünya mədəni irsinə məxsus xüsusiyyətlərə malikdir. Deputat əlavə edib ki, bu abidələr arasında dini tarixi abidələrin, məscidlərin xüsusi çəkisi var. Möhtəşəm layihələrə imza atan Heydər Əliyev Fondu bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması işinini bu gün də davam etdirir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış ibadət yerləri,bütövlükdə işğaldan azad olmuş ərazilərdəki bütün məscid və dini ibadət məkanları məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş və bu nəcib missiya yenə də davam edir.Müsahibimiz bildirib ki, hər il Şuşanın Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalı təşkil olunması, görkəmli Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi önündə “Vaqif Poeziya Günləri” kimi tədbirlər də məhz Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Şuşada keçirilən "Xarıbülbül" Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalının təşkil olunması, fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar", "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin qorunmasına, təbliğinə, həmçinin dünyada tanıdılması da bilavasitə Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilir. Bütün bunlar əlbəttə icra edilən layihələr adət-ənənlərimizin, mədəniyyətimizin bir parçası olan milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə ən qiymətli töhfələrdir.“Bildiyimiz kimi bir neçə il öncə ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılığı əks etdirən beş cilddən ibarət "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusu nəşr edilib. Fondun dəstəyi ilə hazırlanmış Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yeri olan və onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı "Xalq sənətkarlığı" nəşri, eləcə də Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və mədəni sərvətinin mühüm hissəsini təşkil edən "Musiqi" və Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında ətraflı bilgiləri əks etdirən "Ədəbiyyat" nəşrləri də Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görüb. Fondun dəstəklədiyi "Memarlıq" haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar diqqətə çatdırılır. "Qarabağın mədəni irsi" toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri barədə fotolar və qrafik rəsmlər təqdim edilir. "Xalçaçılıq" nəşrində isə Qarabağ xalçaçılığının yaranma tarixi, onların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səs-sorağının bütün dünyaya yayıldığı qeyd olunur”,- deyə M.İbrahimqızı qeyd edib. Yekun olaraq, deputat əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, möhtərəm Mehriban xanım Əliyevanın fədakarlığı, yorulmaq bilməyən əzmkarlığı, uğurlu mədəniyyət və xalq diplomatiyası sayəsində uzun illərdir ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmış, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ifşası, ermənilər tərəfindən yurdlarından didərgin salınan yüz minlərlə məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq müstəvidə qorunması istiqamətində geniş-miqyaslı fəaliyyət göstərir:“Mehriban Əliyeva bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün var qüvvəsi ilə çalışır. Qarabağın dirçəldilməsi, “Böyük Qayıdış”-ın tezliklə başa çatması, bütün məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün görülən işlərə böyük dəstək verir. Son olaraq, bu müqəddəs yolda biz Böyük Azərbaycan Xanımı, Nəcib insan, Görkəmli Dövlət Xadimi, Müzəffər Ali Baş Komandanın silahdaşı Mehriban xanım Əliyevaya bol uğurlar və can sağlığı arzulayırıq”.Mədəni diplomatiyanın geopolitika ilə vəhdətini politoloji bucaqdan şərh edən Prezident yanında İdarəçilik Akademiyasının Müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Oxu24.com-a açıqlamasında qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-humanitar layihələr Azərbaycanın xarici siyasətində “Yumşaq güc”ün ən mühüm və sistemli istiqamətlərindən biridir:“Burada söhbət yalnız Azərbaycan mədəniyyətinin dünyada təbliğindən deyil, ölkənin beynəlxalq imicinin, humanitar nüfuzunun və etimad kapitalının formalaşdırılmasından gedir. Qeyd etmək lazımdır ki, Fond tərəfindən aparılan siyasət, diplomatiya - epizodik xarakter daşımır, uzunmüddətli və institusional xarakter daşıyır”.Onun sözlərinə görə, bu fəaliyyət Prezident İlham Əliyevin həyata keçirdiyi böyük geosiyasi xətti tamamlayır. Azərbaycanın son illərdə formalaşdırdığı “orta güc” modelinin mühüm xüsusiyyətlərindən biri də məhz budur: ölkə yalnız sərt güc və iqtisadi resurslarla deyil, mədəniyyət, humanizm, multikulturalizm, tolerantlıq və tarixi irsin qorunması kimi vasitələrlə də beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirir.Yekun olaraq deyə bilərik ki, Azərbaycanın reallaşdırdığı böyük geopolitik transformasiya həm hərbi-siyasi, həm də mədəni-mənəvi müstəvidə tam formalaşmış unikal bir müstəqil dövlətçilik modelinin təntənəsidir. Prezident İlham Əliyevin prinsipial xarici siyasəti, diplomatik iradəsi və Zəngəzur dəhlizi kimi strateji layihələrlə Avrasiyanın xəritəsini yenidən cızması ölkəmizi qlobal güc mərkəzlərindən birinə çevirmişdir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun azad olunmuş torpaqlarımızda yürütdüyü mədəni dirçəliş missiyası və şəhid-qazi ailələrinə göstərilən dövlət qayğısı bu böyük Zəfəri mənəvi baxımdan tamamlayır. Məhz sərt və yumşaq gücün bu sintezi Azərbaycanın yeni dünya nizamında öz milli maraqlarını qətiyyətlə qoruyan, Türk dünyasını birləşdirən və regional sülhün əsas zəmanətçisi olan lider dövlət mövqeyini əbədiləşdirir.Hazırladı: Çimnaz Telmanqızı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı 

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılması nəzərdə tutulur.Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.Sərəncama əsasən, əsaslı təmir olunacaq 45 istilik qazanxanası ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərir.

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı 

Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyasətçi Moskvada məşhur “Food city” bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb.Hazırda şikayətçi olduğu şəxs isə həmin biznesi təşkil etməli olan Gülnar Soltanovadır. Keçmiş deputat bu biznesin baş tutması üçün logistika sahəsində çalışan Gülnara 50 min manat pul verib. Lakin sonradan nə vəd edilən biznes baş tutub, nə də pul geri qayıdıb.Eyni qaydada aldadılan digər zərərçəkmiş də tanınmış simadır. Söhbət Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimovdan gedir. Maraqlıdır ki, işi ilə bağlı tez-tez bu kimi cinayətlərlə üzləşən vəkil bu dəfə özü dolandırılıb. O, hətta kola biznesi üçün Gülnara daha çox - 210 min manat pul verdiyini bildirir.Zərərçəkmişlər indi pullarını qaytarmaq üçün hüquq-mühafizə orqanına üz tutublar. Onların şikayətləri əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə ibtidai istintaq bu günlərdə başlayıb, təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etmədiyi hələlik məlum deyil.Qeyd edək ki, ikinci dəfə deputat seçilə bilməyən siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bu günlərdə işsiz qalması xəbərləri ilə gündəmə gəlib. Onun sözlərinə görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətindən kənarlaşdırılıb, iki ildir işsizdir.

Azərbaycanda idarəetmədə yeni era: İcra hakimiyyətləri ləğv edilə bilər? - Deputatdan AÇIQLAMA  

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və regionlarda müasir idarəetmə mexanizmlərinin tətbiqi məsələsi yenidən ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması və 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi dövlət idarəçiliyi qarşısında tamamilə yeni vəzifələr qoyub. Azad edilmiş ərazilərdə tətbiq edilən Prezidentin xüsusi nümayəndəlikləri institutu qısa müddətdə özünü tam doğruldaraq çevik və operativ idarəetmə modeli kimi diqqət çəkir. Bu uğurlu təcrübə fonunda yerli icra hakimiyyəti orqanlarının gələcək taleyi və yeni idarəetmə sisteminin ölkənin digər regionlarına şamil olunub-olunmayacağı məsələsi böyük maraq doğurur. Mövcud idarəetmə modelinin transformasiyası və konstitusiya islahatları ehtimalı ekspertlər və qanunverici hakimiyyət səviyyəsində geniş təhlil olunur. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Məzahir Əfəndiyev xüsusi nümayəndəliklər institutunun əhəmiyyətini və idarəetmədə gözlənilən perspektivləri belə dəyərləndirib:"2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, xüsusilə 2023-cü ildə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması dövlət idarəçiliyinin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Bu yeni mərhələdə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası, dayanıqlı inkişafının təmin edilməsi və burada idarəetmənin daha çevik və operativ şəkildə həyata keçirilməsi zərurəti yarandı”.Məzahir Əfəndiyev qeyd edib ki, bu baxımdan, ilk mühüm addımlardan biri işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin 04 fevral 2021-ci il tarixli Fərmanı ilə xüsusi nümayəndəliklərin təsis edilməsi oldu:“Xüsusi nümayəndəliklər yeni reallıqlar nəzərə alınmaqla həmin ərazilərdə dövlət idarəçiliyinin daha çevik və səmərəli təşkili baxımından mühüm institusional mexanizmə çevrildi. Sonrakı mərhələdə bu idarəetmə modelinin hüquqi əsasları qanunvericilikdə öz əksini tapdı. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi “Dövlət qulluğu haqqında” qanuna “Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi” anlayışının əlavə edilməsini qəbul etdi və bununla da dövlət idarəçiliyində yeni yanaşmanın formalaşması üçün zəmin yarandı”.Deputatın sözlərinə görə, qısa müddət ərzində xüsusi nümayəndəliklərin fəaliyyəti özünü xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərdi. Bu ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, infrastrukturun bərpası və yenidən qurulması, sosial-iqtisadi inkişafın təmin edilməsi və əhalinin həmin ərazilərə qayıdışının təşkili prosesində xüsusi nümayəndəliklərin fəaliyyəti mühüm rol oynadı:“Bu idarəetmə modelinin müsbət nəticələri nəzərə alınaraq, oxşar yanaşmanın Naxçıvan Muxtar Respublikasında da tətbiq olunması dövlət idarəçiliyinin çevikliyinin və səmərəliliyinin artırılması baxımından diqqətəlayiq təşəbbüs oldu”.M.Əfəndiyev yekun olaraq vurğulayıb ki, ümumilikdə, xüsusi nümayəndəliklər institutu yeni idarəetmə mexanizminin səmərəliliyini qiymətləndirmək üçün mühüm təcrübə formalaşdırmaqdadır. Bu təcrübənin nəticələri özünü doğrultduğu təqdirdə, gələcək mərhələdə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi məqsədilə onun hüquqi və institusional əsaslarının genişləndirilməsi məsələsinə baxılması məqsədəuyğun ola bilər. Bu çərçivədə, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət idarəçiliyinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə yönəlmiş müvafiq dəyişikliklərin edilməsi də nəzərdən keçirilə bilər.Çimnaz Telmanqızı

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH 

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı iştirak etdiyi tədbirlər və verdiyi müsahibə muxtar respublikanın qarşıdakı dövrdə artacaq strateji əhəmiyyətinə bir daha diqqət yönəldib. Ölkə başçısının nəqliyyat, enerji və təhlükəsizlik məsələlərinə dair fikirləri göstərir ki, Naxçıvanın coğrafi mövqeyinin siyasi və iqtisadi dəyəri yeni regional reallıqlar fonunda ciddi şəkildə artır. Bu dəyişimin isə əsas istiqamətlərindən biri TRIPP layihəsidir.Sözügedən layihə Azərbaycanın tranzit potensialını və nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, uzun illər blokada şəraitində qalmış Naxçıvanın regional mövqeyinin köklü şəkildə dəyişməsi üçün yeni imkanlar yaradır. Layihənin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən birbaşa quru bağlantısının formalaşmasına şərait yaradacaq. Bu isə muxtar respublikanın nəqliyyat təcridinin aradan qalxması və Azərbaycanın vahid nəqliyyat sisteminə daha sıx inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Zəfərdən sonra Azərbaycanın əsas məqsədlərindən biri də Naxçıvanla quru əlaqəsinin yaradılması olub. Prezident Naxçıvana səfəri zamanı bu məqama xüsusilə toxunub: "Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub". Bu fikir də sübut edir ki, TRIPP layihəsi Azərbaycan üçün sadəcə yeni nəqliyyat xətti deyil, həm də ölkənin coğrafi baxımdan ayrı düşmüş iki hissəsi arasında birbaşa bağlantının yaradılması və bu bağlantının daha geniş regional nəqliyyat sisteminə inteqrasiyası baxımından strateji xarakter daşıyır.Muxtar respublikanın Türkiyə, İran və Ermənistanla həmsərhəd olması da bu layihə çərçivəsində ona xüsusi üstünlük verir. TRIPP sayəsində Azərbaycanın əsas hissəsi, Türkiyə və İran arasında mühüm nəqliyyat halqasına çevrilə bilər. Belə bir vəziyyət isə Naxçıvana iqtisadi və geosiyasi üstünlük təmin edəcək. Yəni, Türkiyə ilə əlaqələr daha da güclənəcək, İran istiqamətindəki nəqliyyat imkanları genişlənəcək, regional ticarət dövriyyəsindəki rolu artacaq. Həm də nəzərə almaq lazımdır ki, TRIPP Naxçıvan üçün eyni zamanda Orta Dəhliz və Şimal-Cənub marşrutları baxımından da üstünlük deməkdir və qlobal miqyasda çəkisini artırır. Avropa ilə Asiyanı, Şimal ilə Cənubu birləşdirən bu nəqliyyat istiqamətləri dünya ticarətinin və logistikasının yenidən formalaşdığı bir dövrdə daha böyük əhəmiyyət qazanır. Bu marşrutların bir-biri ilə əlaqələnməsi Naxçıvana regional sərhədləri aşan nəqliyyat imkanları verə bilər. Ukrayna-Rusiya müharibəsi nəticəsində Asiyadan Avropaya yük daşınmasındakı təhlükəsizlik və qeyri-sabitlik, Yaxın Şərqdəki münaqişələr, enerji və ticarət yollarındakı problemlər və ləngimələr fonunda dünya üçün alternativ, təhlükəsiz və çevik nəqliyyat marşrutu yenidən gündəmə gəlib. Bu fonda yuxarı adı çəkilən dəhlizləri əlaqələndirən Naxçıvanın dünya miqyasında da çəkisinin artacağını əminliklə söyləmək olar. Bu da muxtar respublikanın əhəmiyyətini Azərbaycan və Cənubi Qafqaz miqyasından çıxararaq daha geniş Avrasiya və qlobal logistika sisteminə daşıyır.Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər və açıqladığı rəqəmlər də bu perspektivin miqyasını açıq şəkildə gözlər önünə sərir: "Bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin". Bu, Naxçıvanın gələcəkdə yalnız daxili və regional yük daşımalarının təmin olunduğu ərazi deyil, beynəlxalq tranzit axınlarının mühüm hissəsinin keçdiyi logistika mərkəzi kimi formalaşdırılmasının nəzərdə tutulduğunu göstərir.Yuxarıda da qeyd etdiyimiz kimi, TRIPP yalnız Ermənistan ərazisindən keçən bağlantının yaradılması ilə yekunlaşmır. Eyni zamanda muxtar respublikanın da nəqliyyat infrastrukturu yenilənir. Prezident müsahibəsində Naxçıvan dəmir yolunda işlərin başladığını, Ordubad və Sədərək istiqamətlərində mövcud olmayan hissələrin yenidən tikiləcəyini bildirib. Bu isə layihənin Naxçıvanın bütövlükdə nəqliyyat sisteminin yenidən qurulmasına təsir göstərəcəyini ortaya qoyur. Nəqliyyat imkanlarının bu səviyyədə yenilənməsi və genişlənməsi paralel olaraq Naxçıvanın iqtisadi inkişafı üçün də yeni mərhələyə keçid deməkdir. Çünki böyük bazarlara yük axınının təmin edilməsi, böyük bazarlara yaxınlıq ərazidə logistika, anbar təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin də inkişafı deməkdir. Bundan əlavə, yeni investisiyaların cəlbi, biznes imkanlarının genişlənməsi, yeni istehsal müəssisələrinin artması da muxtar respublikanın məşğulluğuna ciddi şəkildə təkan verəcək. Buna görə də TRIPP layihəsinə həm də iqtisadi strukturun dəyişBu da o mənaya gəlir ki, Naxçıvan üçün yeni dövr başlayır. Vaxtilə coğrafi mövqeyi onu təcrid mövqeyinə salsa da, bu gün regional və qlobal şəraitin dəyişməsi həmin coğrafi mövqeyi geosiyasi üstünlüyə çevirir. Yəni, TRIPP layihəsi muxtar respublikanın uzun illər davam edən nəqliyyat təcridindən çıxması, coğrafi mövqeyinin iqtisadi və geosiyasi üstünlüyə çevrilməsi və Azərbaycanın regional nəqliyyat sistemində daha böyük çəki qazanması üçün strateji imkan yaradır. Prezidentin açıqladığı 15 milyon tonluq yükdaşıma hədəfi də Naxçıvanın qarşıdakı dövrdə hansı miqyasda nəqliyyat mərkəzinə çevrilə biləcəyini göstərir. Bu potensial reallaşarsa, muxtar respublikanın əhəmiyyəti yalnız Azərbaycanın nəqliyyat sistemində deyil, daha geniş Avrasiya ticarət və logistika xəritəsində də əhəmiyyətli dərəcədə artacaq.

Azərbaycanın İsveçdəki səfiri dəyişib 

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Digər sərəncamla Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyevin müsahibəsi Ermənistanda da ƏKS-SƏDA VERDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Ermənistan mətbuatının da diqqətinə cəlb edib.Modern.az saytı xəbər verir ki, İlham Əliyevin müsahibə zamanı Ermənistanın İkinci Qarabağ müharibəsinin yekunu olaraq kapituliyasiya aktını imzalaması, Zəngəzur dəlizinin açılması məsələsinin üçtərəfli bəyanata salınması, Metsamor AES-in bağlanmasının vacibliyi kimi məsələlərə dair açıqlamaları qonşu ölkənin aparıcı mətbuat orqanlarına dərc olunub.Erməni KİV-ləri müsahibənin xüsusilə aşağıdakı məqamlarını tirajlayıblar.İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik”.Azərbaycan Prezidentinin 2020-ci il noyabrın 10-da, Şuşanın azad edilməsindən sonra Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli danışıqlar aparıldığı və üçtərəfli bəyanatın imzalandığı barədə dedikləri də erməni jurnalistlərin diqqətini xüsusi olaraq çəkib:“O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var”.Ermənistan mətbuatı Azərbaycan Prezidentinin Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmasının vacibliyi barədə qeydlərini də dərc edib. Bu zaman İlham Əliyevin "Metsamor Atom Elektrik Stansiyasının bağlanmasından sonra Ermənistanda energetika böhranı riski" barədə xəbərdarlığına diqqət yetirilib. Azərbaycan Prezidentinin Bakının Ermənistanı əlavə elektrik enerjisi mənbəyi ilə təmin etməyə hazır olduğunu bəyan etməsi qonu ölkə mətbuatının xəbər başlıqlarına çıxarılıb:“Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər.Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır".

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Ulu Öndər Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb.APA paylaşımı təqdim edir:Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. pic.twitter.com/aJ16qO4jnW— İlham Əliyev (@azpresident) August 12, 2026

Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək 

Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək.Bu barədə Prezident İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamda qeyd olunub.Sərəncama əsasən, yataqxananın tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılıb.

Prezidentin sərəncamı bu şəhər və kəndlərə şamil ediləcək  — SİYAHI

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının siyahısı müəyyənləşib.Oxu24.com xəbər verir ki, bu barədə siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənib.Sözügedən siyahı ilə buradan tanış olmaq mümkündür.

MN rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub - VİDEO  

Müdafiə Nazirliyinin rəhbər heyəti Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.MN-dən APA-ya verilən xəbərə görə, döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparılıb, onların qayğıları ilə maraqlanılıb.Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən bütün zəruri infrastruktur yaradılıb. Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.Qeyd olunub ki, hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb.Daha sonra təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb.Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək  

Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək.Bu, Prezident İlham Əliyevin imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamda öz əksini tapıb.Sərəncama əsasən, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat ayrılıb.

Prezident sərəncam İMZALADI: 258 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Oxu24.com  xəbər verir ki, Sərəncamda deyilir:Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır.Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.Son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və sərəncamları qəbul edilmişdir.Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilmişdir.Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilmiş, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılmışdır.Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılmışdır və hazırda Möminə xatun türbəsində bərpa-konservasiya işləri aparılır.Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək”, Culfa rayonunda 132/110/10 kV-luq “Culfa” və Babək rayonunda 110/35/10 kV-luq “Çeşməbasar” elektrik yarımstansiyalarının inşası başa çatdırılmışdır və 400/330/110 kV-luq ”Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində yaşıl enerji zonası elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, habelə gücü 36 MVt olan “Ordubad” və 15,6 MVt olan “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir.Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir, o cümlədən 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır.Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə qərara alıram:1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 (iki yüz əlli səkkiz) milyon manat ayrılması nəzərdə tutulsun, o cümlədən:1.1. Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 66,0 (altmış altı) milyon manat;1.2. ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70,0 (yetmiş) milyon manat (yolların siyahısı əlavə olunur);1.3. Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25,0 (iyirmi beş) milyon manat;1.4. Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15,0 (on beş) milyon manat;1.5. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20,0 (iyirmi) milyon manat;1.6. şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53,0 (əlli üç) milyon manat;1.7. Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9,0 (doqquz) milyon manat.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə və İqtisadiyyat nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO 

“İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir”.Bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.“Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər”, - Prezident qeyd edib.Dövlət başçısının  sözlərinə görə, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur: “İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.Onu da bildirməliyəm ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.ƏtraflıBiz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər”.İlham Əliyev vurğulayıb ki, bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub: “Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur.Naxçıvan ərazisində isə yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq.Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək”.

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər 

Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.“O vaxt – noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var”, – İ.Əliyev qeyd edib.

İlham Əliyevdən Naxçıvanın idarəetmə qaydaları ilə bağlı AÇIQLAMA - VİDEO 

“Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq”.Bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.“Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik.Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq”, - Prezident qeyd edib.Dövlət başçısının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır: “Bu gün burada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun. Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək.Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir.Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir.Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar”.

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev 

“Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı deyib.“Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik”, - İlham Əliyev vurğulayıb.

Prezident həmin sərəncamı imzalayacağını AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissənin olduğunu xatırladıb və sabah əlavə tədbirlər barədə Sərəncam imzalayacağını açıqlayıb.Oxu24.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib."Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin".

İlham Əliyev: Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib 

Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik.Oxu24.com  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib".

Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 

Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq.Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib."Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur", - Prezident vurğulayıb.Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan ərazisində bu layihə hazırdır: "Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi "bypass" etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək".

"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyulub 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də "Naxçıvan" Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.Bildirildi ki, kompleksin ümumi sahəsi 1 hektardan çox olacaq. Ərazidə yeddimərtəbəli mehmanxana binası ilə yanaşı, texniki binalar və köməkçi sahələr də yaradılacaq. Mehmanxanada eyni vaxtda 307 qonaq qala biləcək. Burada 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün otaqlar nəzərdə tutulub. Mehmanxana binasında müxtəlif ictimai-iaşə obyektləri, kafe, restoran, tədbir və ziyafət zalı yaradılacaq. Bu zal ziyafət zamanı 350, konfrans vaxtı isə 500 yerlik olacaq. Burada, həmçinin görüş, iclas və iş otaqları, idman zalı da yaradılacaq. Eyni zamanda, yeraltı avtodayanacağın inşası da nəzərdə tutulur.

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.Oxu24.com  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub 

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar.Oxu24.com  xəbər verir ki, "Atelier Erich Pummer gmbh" şirkətinin direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xamına türbədə görülən işlər barədə məlumat verdi.Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib.Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir.Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.

Prezident Naxçıvanda yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda yenidənqurma işləri ilə tanış olub

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.Oxu24.com  xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.Əvvəlcə Prezident İlham Əliyevə Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri barədə məlumat verildi. Bildirildi ki, bu layihələr yekunlaşdıqdan sonra dəmir yolunun buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz-Yuxarı Mərcanlı-Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib və 2024-cü ilin mayından "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına yükdaşımalar həyata keçirilir. Bu günədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb.Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır."Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik "BYD" markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb.Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək."BakuBus" MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək.Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.

Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.Oxu24.com  xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.Bildirildi ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.Bütün xidmətlər "Bir pəncərə" prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır.Əlilliyi olan şəxslərin mərkəzdə tibbi-sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda, reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək.Dövlətimizin başçısı və birinci xanım qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan protezlərə də baxdılar. Bu protezlər istifadəçilərə təbii fizioloji, sərbəst və təhlükəsiz hərəkət, müxtəlif səth və sürətlərə uyğunlaşma, həmçinin sosial həyata və əmək fəaliyyətinə daha sürətli inteqrasiya imkanı yaradır. İndiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim olunub. Həmçinin yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər sayəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.Ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı üzrə işlər nəcib fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılıb.Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən sosial müdafiə siyasəti nəticəsində reabilitasiya vasitələrinin çeşidinin sayı 57-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər bu ilin əvvəlindən bəri 300 minədək müxtəlif növ reabilitasiya vasitələri ilə təmin edilib.Dövlətimizin başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərindən ibarət sərgiyə baxdılar. Həssas qruplardan olan şəxslərin yaradıcılıq potensiallarının üzə çıxarılması və iqtisadi fəallıqlarının dəstəklənməsi məqsədilə yaradılmış "dostart.az" portalı vasitəsilə həmin əl işlərinin onlayn satışı həyata keçirilir və bu təşəbbüs onların əmək bazarına inteqrasiyasına mühüm töhfə verir.Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim edildi.Qeyd olundu ki, əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə daha da genişləndirilərək 20-yə çatdırılması nəzərdə tutulur.Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar dünya səviyyəsində yüksək qiymətləndirilib və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var.Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz olub.Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.

İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir 

İran hər zaman regionda sülh və sabitliyin bərqərar olmasını istəyib, lakin bu, bütün şərtlərin qəbul edilməsi və qarşı tərəfin iradəsinin zorla qəbul etdirilməsi mənasına gəlməməlidir.Oxu24.com xəbər verir ki, bunu İranın müdafiə naziri Sərdar Məcid ibn əl-Rza malayziyalı həmkarı Məhəmməd Xalid Nordin ilə telefon danışığı zamanı deyib."Əsas təhlükə mənbəyi İsraildir", - o bildirib.Malayziyanın müdafiə naziri isə qlobal sülh və təhlükəsizliyin bərqərar olmasına kömək etmək üçün İranın yanında olduğunu və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq? 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin və buna bağlı olaraq quru sərhədlərinin qapalı qalma müddətinin 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılması cəmiyyətdə sərhədlərin daha tez bir zamanda, mərhələli şəkildə açılıb-açılmayacağı ilə bağlı müzakirələri yenidən alovlandırıb. Rəsmi qərarda müddətin 2026-cı ilin payızına kimi göstərilməsinə baxmayaraq, bir çox mütəxəssis regional və beynəlxalq səviyyədə baş verən müsbət inteqrasiya proseslərinin bu müddətin yekunlaşmasından əvvəl də müəyyən yumşalmaların edilməsinə şərait yarada biləcəyini istisna etmir.Məsələ ilə bağlı nocommentaz-a danışan siyasi şərhçi, analitik Natiq Əmiraslanov qeyd edib ki, quru sərhədlərinin qapalı qalması hər nə qədər ciddi təhlükəsizlik və preventiv tədbirlərə əsaslandırilsa da, regionda sabitliyin tam bərqərar olması və iqtisadi əlaqələrin intensivləşməsi fonunda sərhədlərin gözləniləndən daha tez – yəni cari ilin sonuna qədər mərhələli şəkildə sərnişindaşıma üçün açılması ehtimalı olduqca yüksəkdir: “Qlobal logistik zəncirlərin bərpası, qonşu dövlətlərlə sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi və turizm sektorunun canlandırılması zərurəti dövləti bu istiqamətdə yeni addımlar atmağa sövq edə bilər”.Onun sözlərinə görə, təhlükəsizlik protokollarının tam təmin olunduğu və epidemioloji risklərin aradan qaldırıldığı təqdirdə, rəsmi Bakı tərəfindən quru sərhədlərinin sərnişin keçidi üçün nəzərdə tutulan tarixdən əvvəl – xüsusilə də yaz-yay mövsümünün sonuna doğru və ya ilin sonuna yaxın yumşaldılması vətəndaşların gediş-gəlişini asanlaşdıra bilər: “İqtisadi baxımdan yükdaşımaların fasiləsiz işləməsi artıq özünü doğrultub, indi isə vətəndaşların sərbəst hərəkətliliyinin bərpası üçün regional təminatların hüquqi müstəvidə yekunlaşması və diplomatik razılaşmaların əldə olunması əsas hərəkətverici qüvvə olacaq”.

Zəfərdən sonra: Naxçıvan xilaskarlıq qalasından strateji qovşağa doğru

Prezident İlham Əliyevin Naxçıvana səfəri ölkəmizin ayrı-ayrı regionlarına səfərlərindən daha üstün siyasi-iqtisadi məna daşıyır. Bir əsr əvvəl Qafqazlarda dəyişən siyasi xəritənin ağır mirasına malik bir bölgənin tarixi, geosiyasi mövqeyi və Azərbaycanın müstəqilliyində daşıdığı missiya ölkə başçısının məhz avqust ayında - Amerika Birləşmiş Ştatlarında imzalanan üçtərəfli anlaşmaların ildönümündə razılaşmanın strateji hədəflərinə doğru atılan mühüm addımları kimi dəyərləndirilə bilər. Naxçıvan Azərbaycan dövlətçiliyinin həm ən çətin illərinin yaddaşını özündə əks etdirir, həm də Zəfərdən sonrakı yeni regional arxitekturanın əsas coğrafi dayaqlarından biridir. Azərbaycan tarixində elə ərazilər var ki, onların siyasi çəkisi coğrafi ölçülərindən qat-qat böyükdür. Naxçıvan məhz belə məkandır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı zaman Naxçıvan blokadada yaşayan muxtar respublika olmasına baxmayaraq, dövlətçilik iradəsinin qorunduğu siyasi qalaya çevrildi. Ulu Öndər Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövr sonradan bütün Azərbaycanın siyasi xilası ilə nəticələnən dövlətçilik salnaməsinin misilsiz mərhələsi oldu. Başqa sözlə, o illərdə Azərbaycanın Milli Qurtuluşu Bakıya Naxçıvandan gələn siyasi yolla başladı.Ölkəmizin xilaskar muxtar respublikası indi Azərbaycanın Avrasiyaya açılan strateji qapılarından birinə çevrilir. Zəfərdən əvvəl Naxçıvanın əsas geosiyasi xüsusiyyəti onun blokadaya davam gətirməsi idi. Zəfərdən sonra isə əsas xüsusiyyəti onun çoxşaxəli bağlantı yaratmasıdır.Göründüyü kimi, dövlət rəhbərinin dəfələrlə vurğuladığı 1990-cı illərin məğlub geosiyasətinin dəyişdirilməsi və yaradılan yeni reallıq təkcə sovetlərdən sonrakı Naxçıvanın Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılmış ərazi statusunu dəyişdirmir, eləcə də Cümhuriyyət dövrünün tarixi gerçəkliklərini müasir dövrümüzə qaytarır, Qarabağ, Şərqi Zəngəzur, Zəngilan, Ermənistanın cənubu, Naxçıvan və Türkiyə xətti üzərində yeni coğrafi, iqtisadi və logistik məkan formalaşdırır.Vətən müharibəsində qazanılan Qələbənin ən mühüm nəticələrindən biri torpaqların azad edilməsi ilə bərabər, Azərbaycanın parçalanmış kommunikasiya coğrafiyasının yenidən birləşdirilməsidir.Vaşinqton sənədi: gələcək tarixi birləşmənin siyasi-hüquqi özülü2025-ci il avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannamənin Naxçıvan üçün tarixi əhəmiyyəti də məhz burada meydana çıxır. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması ayrıca təsbit edildi. Ermənistanın ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə birlikdə TRIPP - “Trump Route for International Peace and Prosperity” layihəsinin çərçivəsini hazırlaması nəzərdə tutuldu.  Prezidentin siyasi iradəsi ilə hazırlanan hər bir maddənin siyasi mənası çox böyükdür. Çünki Azərbaycan tarixində ilk dəfə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru bağlantısı məsələsi ABŞ Prezidentinin şahidliyi ilə Ağ Evdə imzalanan beynəlxalq siyasi sənədin predmetinə çevrildi. Vaşinqton açıqlamasında həmin razılaşmaların Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya potensialını açacağı vurğulanırdı. Ona görə də 8 avqust tarixi anlaşması gələcək fiziki birləşmənin hüquqi və siyasi başlanğıcıdır.2026-cı ildə proses artıq növbəti mərhələyə keçib. Yanvar ayında ABŞ və Ermənistan TRIPP-in icra çərçivəsini açıqlayıblar. Layihənin Ermənistan ərazisində maneəsiz multimodal bağlantı yaratmasını, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməsini və Transxəzər ticarət yolunun mühüm halqasına çevrilməsini nəzərdə tutur. May ayında isə ABŞ və Ermənistan arasında TRIPP üzrə strateji əməkdaşlıq çərçivə sazişi imzalanıb. Beləliklə, Vaşinqton razılaşması artıq siyasi bəyanat mərhələsini geridə qoyur və praktik icra mərhələsinə keçir.Burada çox mühüm bir tarixi paralel yaranır. Heydər Əliyevin dövründə Naxçıvan Azərbaycanın dövlətçiliyinin qorunduğu siyasi məkan idi. İlham Əliyevin liderliyi ilə Zəfərdən sonra isə Naxçıvan Azərbaycanın ərazi-kommunikasiya bütövlüyünün bərpasının əsas məkanlarından birinə çevrilir. Əgər 2020-ci ildə Azərbaycan döyüş meydanında hərbi reallığı dəyişməsəydi, 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı haqqında sənəd də imzalanmayacaqdı. Şərqi Zəngəzurda inşası başa çatmaqda olan dəmir yolu xətti Qələbənin iqtisadi xəritəyə çevrilmiş formasıdır. Horadizdən Ağbəndə qədər azad Cəbrayıl, Zəngilan və vahidləşən Zəngəzur bir millətin tarixi bütövləşdirir. Azərbaycan Ordusunun yaratdığı yeni strateji coğrafiya döyüş meydanında əldə olunan uğurun yeni regional qaydalara, logistika mərkəzlərinə və iqtisadi inteqrasiyaya xidmət etməsi deməkdir.Əsl sülh keçmiş düşmənlərin maraqlarını gələcək əməkdaşlıq sistemində bir-birinə bağlayan iqtisadi mexanizmlər yaradıldığı zaman dayanıqlı olur.Naxçıvan artıq “eksklav” deyil, qovşaqdır. Uzun illər beynəlxalq mediada əsasən “Azərbaycanın əsas ərazisindən ayrı düşmüş eksklav” kimi təqdim edilirdi. İndi həmin təsvir köhnəlir. Yeni dövrdə Naxçıvanın əsas statusu bolşeviklərin əli ilə hazırlanan siyasi xəritələrin yenidən dəyişdirilməsi, artıq “ayrı düşən” ərazi yox, məhz qovşağa çevrilən məkan olması ilə müəyyənləşir. Rəsmi Azərbaycan tranzit strategiyasına görə, TRIPP Azərbaycan-Ermənistan sərhədində Horadiz-Ağbənd dəmir yoluna birləşəcək, Naxçıvana uzanacaq, oradan isə Türkiyə və Avropaya çıxış yaradacaq. Eyni xətt həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat sistemlərinin yeni mühüm seqmenti kimi nəzərdə tutulur. Bununla Naxçıvanın bölgədəki rolu tamamilə yeni məzmun qazanır. Doğrudur, muxtar respublika Türkiyə, İran və Ermənistanla həmsərhəddir.Lakin həmin xətlər artıq Naxçıvanı geosiyasi mühasirədə saxlaya bilmir, bazarlara çıxış, tranzit, enerji və sənaye inteqrasiyasının xəttinə qoşulmasına mane ola bilmir. Tam əksinə, hazırda qlobal savaşın tərəfinə çevrilən Rusiya və İran üçün də Zəngəzurun və Naxçıvanın yeni statusu yalnız iqtisadi xilas yolu əhəmiyyətinə malikdir.Əvvəllər Azərbaycan-Türkiyə və Mərkəzi Asiya-Avropa yük axınlarının əsas hissəsi Gürcüstan istiqamətindən keçirdisə, yeni bağlantı Naxçıvan üzərindən ikinci strateji alternativ yaradacaq.  ABŞ Ticarət Nazirliyi də TRIPP-i Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əlavə qərb çıxışı kimi qiymətləndirərək onun Mərkəzi Asiya və Xəzərdən Avropaya enerji, kritik minerallar və digər yüklər üçün yeni imkanlar yarada biləcəyini qeyd edib. Financial Times isə 2026-cı ildə Orta Dəhlizin Asiya–Avropa ticarəti üçün geosiyasi baxımdan daha mühüm alternativə çevrildiyini, TRIPP-in əsas elementlərindən biri olduğunu qeyd edir. Beləliklə, Naxçıvan tarixən malik olduğu tranzit missiyasını yenidən bərpa etməyə başlayır. Bir zamanlar Şərqdən Qərbə, İrandan Anadoluya, Qafqazdan Yaxın Şərqə gedən İpək yolları Naxçıvanın iqtisadi həyatını müəyyən edirdi.XX əsrin siyasi sərhədləri azərbaycanlıların tarixi coğrafiyasını bağladı. XXI əsrin yeni nəqliyyat, iqtisadi, eyni zamanda təhlükəsizlik xəritəsi isə onu yenidən açır. 15 milyon tonluq yeni arteriya yaradılır. TRIPP və Zəngəzur bağlantısının iqtisadi miqyası da kifayət qədər böyükdür.Azərbaycanın rəsmi tranzit məlumatlarına əsasən, Horadiz–Ağbənd–Naxçıvan–Türkiyə istiqamətində formalaşdırılan xətt üçün ilkin hesablamalar illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma potensialını nəzərdə tutur. Logistika, anbar kompleksləri, gömrük və sərhəd xidmətləri, yük terminalları, istehsal müəssisələri, servis infrastrukturu, yeni otellər və əmək bazarı bütöv bir regionun gələcəyini dəyişəcək, İrəvan-Bakı əməkdaşlığının ayrılmaz qovşağına çevriləcək. Əslində, bundan sonra daha mühüm iqtisadi mərhələ başlayır: TRIPP-in ətrafında istehsal klasterləri, logistika və azad iqtisadi zonalar, emal sənayesi və ixrac yönümlü müəssisələr formalaşdırmaq mümkündür.Yeni xətt yalnız dəmir yolu və avtomobil magistralı ilə məhdudlaşmır. Rəsmi Azərbaycan tranzit strategiyasında Zəngəzur/TRIPP xəttinin gələcəkdə qaz kəmərləri, elektrik ötürücü xətləri və fiber-optik kommunikasiya infrastrukturu üçün də platforma ola biləcəyi göstərilir.  Mərkəzi Asiyanın enerji ehtiyatları Xəzər üzərindən Azərbaycana, Azərbaycandan Naxçıvana, Naxçıvandan Türkiyə və daha sonra Avropa istiqamətinə yönələ bilər.Eyni coğrafiyadan yaşıl elektrik enerjisi və rəqəmsal tranzit keçə bilər. Beləliklə, Naxçıvan təkcə nəqliyyat marşrutu kimi deyil, enerji və rəqəmsal kommunikasiyanın əsas arteriyalarından biri kimi formalaşa bilər.Ötən əsrdə Naxçıvanın sərhədlərlə əhatə olunması onun iqtisadi məhdudiyyəti idi. XXI əsrdə həmin sərhədlərin üç regional bazara - Türkiyə, İran və Ermənistan istiqamətlərinə açılması onun üstünlüyünə çevrilə bilər.Türkiyə ilə quru bağlantısının böyük strateji mənası tarixən Bakı-Ankara əlaqələrinin ən simvolik hissələrindən biri olub. Yeni nəqliyyat arxitekturasında həmin sərhədin əhəmiyyəti qat-qat artır. TRIPP Naxçıvana çatdıqdan sonra Türkiyə istiqamətində Kars-Iğdır-Aralık-Dilucu dəmir yolu ilə Avropaya bağlantı nəzərdə tutulur. Azərbaycan tərəfdə 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun tikintisi aparılır, Türkiyə isə öz hissəsinin inkişafı üzərində işləyir.  Beləliklə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ilk dəfə coğrafi baxımdan daha geniş fasiləsiz iqtisadi arteriya əldə edə bilər. Türk dünyasının Mərkəzi Asiyadan Anadoluya qədər fiziki bağlantısı güclənir, həm də Azərbaycanın Orta Dəhlizdə çəkisini artırır.İran amilini nəzərə aldıqda, Naxçıvanın geosiyasi dəyəri daha aydın görünür. 2026-cı ilin martında İran Naxçıvan ərazisinə pilotsuz uçuş aparatları ilə zərbə vurdu. Hadisə dinc vasitələrlə nizamlandı, ölkəmizi beynəlmiləl toqquşmaların hədəfinə yönəltməyə çalışanların planları iflasa uğradı, muxtar respublika milli təhlükəsizlik baxımından Azərbaycanın ən həssas strateji məkanlarından biri kimi qorundu. Lakin məhz TRIPP Naxçıvanın tranzit asılılığının azalmasına imkan verə bilər. Əvvəllər Azərbaycan əsas ərazisindən Naxçıvana quru daşımalarının mühüm hissəsi İran üzərindən həyata keçirilirdisə, Ermənistan ərazisindən yeni yolun açılması Naxçıvana alternativ və daha birbaşa marşrut verəcək.Vaşinqton Bəyannaməsi Ermənistan üçün beynəlxalq və daxili bağlantılardan qarşılıqlı faydanı ayrıca qeyd edir, sülhün iqtisadi əsaslarını yaradır. Ermənistan uzun illər təcavüzkarlıq siyasətinə görə regional enerji və nəqliyyat layihələrindən kənarda qalmışdı. İndi kommunikasiyalar açıldıqca İrəvan da Türkiyə, Azərbaycan, Xəzər hövzəsi və Mərkəzi Asiya bazarlarına çıxış əldə edə bilər.Artıq “sülh iqtisadiyyatı” yaranır. Növbəti Ermənistan-Azərbaycan müharibəsinin qarşısını almaq və İrəvanı tarixən asılı olduğu mərkəzlərdən xilas etmək üçün qarşılıqlı ticarət və faydalı əməkdaşlıq ən yaxşı yoldur. İndi Naxçıvan haqqında danışarkən yalnız subsidiyalar, sosial layihələr və blokadanın çətinliklərindən danışmaq kifayət etmir. Yeni mərhələdə Naxçıvanın iqtisadi modelinin özü dəyişir.Beləliklə, Prezident İlham Əliyevin məqsədi Naxçıvanı regional iqtisadi sistemin mərkəzlərindən birinə çevirməkdir. 1990-cı illərin əvvəlində Heydər Əliyev Naxçıvanda Azərbaycan dövlətçiliyinin gələcəyini qoruyurdu. Lakin həmin coğrafi təcrid içərisindən Azərbaycanın siyasi birliyi doğuldu. İndi, bir nəsil sonra, Prezident İlham Əliyevin siyasəti Naxçıvanın qarşısında tamamilə yeni tarixi perspektivlər açır. Bir zamanlar yolların bağlandığı Naxçıvan indi yolların kəsişdiyi Naxçıvana çevrilir.Vətən müharibəsinin ən böyük nəticəsi Azərbaycan xəritəsində yalnız sərhədlərin dəyişməzliyinin təmin olunması olmadı. Qələbə nəticəsində qalib regional arxitektura formalaşır.Qarabağ və Şərqi Zəngəzur quruculuq və bağlantı məkanıdır. Ölkə başçısı hər iki ərazinin vahid iqtisadi-siyasi planda inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdı.Məhz buna görə Prezident İlham Əliyevin Naxçıvana səfərinin siyasi mənası regionun gələcək iyirmi-otuzillik statusunu və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini, Ermənistanla imzalanacaq sülh müqaviləsinin gələcəyini müəyyənləşdirməyə xidmət edir.“Zəif bənd”ə çevrilən və parçalanmanın simvolu adlandırılan bir diyarın ucqar yüz ili arxada qalıb. İndi Qalibiyyət Əsri başlanıb. Azərbaycanın ən güclü coğrafi, ərazi, siyasi və iqtisadi  məkanı məhz Naxçıvan torpağıdır.Vətənin bütövlüyü Qarabağla bitmir, başlayır!Zahid Oruc, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri

Erməni deputatın “yazılı zəmanət” tələbinin arxasında nə dayanır? – Politoloqdan ŞƏRH  

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının katibi Artur Xaçatryanın regionda nəqliyyat kommunikasiyalarının açılması və Bakının “yazılı zəmanət” verməməsi ilə bağlı iddiaları növbəti müzakirələrə yol açıb. Erməni deputat TRIPP çərçivəsində tərəflər üçün bərabər şərtlərin təmin olunmadığını və Ermənistan məhsullarının Azərbaycandan keçidi məsələsində eyni imkanların yaradılmadığını iddia edir. Lakin İrəvan müxalifətinin bu cür çıxışlarının regionda sülh və nəqliyyat dəhlizlərinin açılması prosesinə nə dərəcədə mane ola biləcəyi ciddi suallar doğurur. Ekspertlər vurğulayırlar ki, İrəvandakı revanşist dairələr bu mövzudan daha çox daxili siyasi mübarizədə təzyiq rıçaqı kimi istifadə etməyə çalışırlar. Azərbaycanın üzərinə əlavə yazılı öhdəliklərin qoyulması tələbi isə heç bir hüquqi və tarixi əsasa söykənmir. Mövcud beynəlxalq razılaşmalar və sülh gündəliyi fonunda bu tipli iddiaların layihənin gələcəyinə ciddi təhlükə yaratmayacağı bildirilir.Məsələni Oxu24.com-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda Zəngəzur dəhlizi və kommunikasiyaların açılması ilə bağlı zaman-zaman fərqli fikir və iddiaların səsləndirilməsi adi hala çevrilib:“Bu məsələ Ermənistanda daha çox daxili siyasi mübarizə elementi olduğu üçün belə bəyanatlara çox ciddi fikir vermək lazımdır. 'Ermənistan' fraksiyası və digər revanşist qüvvələr bu mövzudan istifadə edərək Nikol Paşinyan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar”.Politoloq qeyd edib ki, onların 'Azərbaycan hər hansı güman edilən yazılı öhdəliklər götürməlidir' kimi iddialarının heç bir əsası yoxdur:“Zamanında Zəngəzur ərazisi Azərbaycandan alınaraq Ermənistana verilib və Naxçıvan faktiki olaraq anklav, blokada vəziyyətinə düşüb. Bu baxımdan həm 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına, həm də 2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, bu kommunikasiya xəttinin açılması Azərbaycanın Naxçıvanla birbaşa əlaqələrinin bərpası ilə bağlıdır. Ermənistan da bununla bağlı üzərinə müvafiq öhdəliklər götürüb”.Politoloq vurğulayıb ki, Azərbaycan kommunikasiyalarından istifadə məsələsində Ermənistan üçün heç bir problem yoxdur və qarşılıqlı faydalılıq prinsipi tam qorunur:“Ermənistan bu kommunikasiya xətlərindən və dəmir yolundan istifadə edərək dünya pazarlarına çıxa bilər. İrəvan bu yollar vasitəsilə həm İran, həm Mərkəzi Asiya, həm Rusiya, həm də Çinə öz mallarını və yüklərini daşımaq imkanı əldə edir”.Oqtay Qasımov sonda erməni müxalifətinin bu tipli bəyanatlarının gedən prosesə ciddi mənfi təsir göstərəcəyini və ya maneə yaradacağını düşünmədiyini əlavə edib. O bildirib ki, bir neçə gün öncə Azərbaycan, ABŞ və Ermənistan tərəfindən birgə yayılan bəyanatda da bu məsələlərə xüsusi vurğu edilib və 2025-ci il 8 avqust tarixli öhdəliklərə sadiqlik bir daha təsdiqlənib.Çimnaz Telmanqızı

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq? – AÇIQLAMA  

Azərbaycanda müddətli hərbi xidmətin şərtləri, xüsusən də xidmət müddətinin qısaldılması və ödənişli hərbi xidmət modelinin tətbiqi məsələsi vaxtaşırı cəmiyyətin gündəminə gəlir. İctimaiyyətdə bu istiqamətdə hər hansı yeniliyin olub-olmayacağı ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Lakin hazırkı mürəkkəb regional təhlükəsizlik reallıqları fonunda belə dəyişikliklərin yaxın gələcəkdə nə dərəcədə real olduğu sual doğurur. Ətrafımızda cərəyan edən hərbi-siyasi proseslər dövlətin müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasını tələb edir. Bəs mövcud təhlükəsizlik şəraiti nəzərə alınmaqla xidmət müddətinin azaldılması və ya ödənişli xidmətə keçid nə dərəcədə mümkündür?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda Azərbaycanda müddətli hərbi xidmət müddətinin qısaldılması və ya ödənişli hərbi xidmət modelinin tətbiqi məsələsi aidiyyəti dövlət strukturları tərəfindən müzakirə olunmur.Ekspert vurğulayıb ki, regiondakı mövcud təhlükəsizlik reallıqları belə adımların atılmasına imkan vermir:"Azərbaycanın həm şimalında, həm cənubunda genişmiqyaslı müharibə və münaqişələrin davam etdiyi bir vaxtda belə bir məsələnin müzakirə olunması məqsədəuyğun deyil. Digər tərəfdən isə Ermənistan ilə Azərbaycan arasında sülh sazişi hələ də imzalanmayıb. Nəzərə alsaq ki, Silahlı Qüvvələrimiz kifayət qədər ciddi vəzifə və öhdəliklər yerinə yetirir, belə bir vəziyyətdə Azərbaycan hərbi xidmətə çağırış müddətinin qısaldılması və ya ödənişli hərbi xidmətin tətbiqi məsələsində milli və dövlət maraqlarımıza zidd addımlar ata bilməz".Ə.Verdiyev xatırladıb ki, bu barədə rəsmi müstəvidə heç bir təşəbbüs yoxdur:"Xatırladıram ki, hazırda nə aidiyyəti dövlət strukturlarından, nə Silahlı Qüvvələr komandanlığından, nə də müvafiq qanunverici orqandan xidmət müddətinin qısaldılması və ya ödənişli xidmətin tətbiqi barədə bir dəfə də olsun təklif qəbul edilməyib. Belə bir hələlik zərurət duyulmayan məsələlərin zaman-zaman gündəmə gətirilməsi, fikrimcə, məqsədli xarakter daşıyır".Çimnaz Telmanqızı

İran Ukraynadan təzminat tələb edir 

Tehran İran gəmisindəki insidentlə bağlı Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya tələb etmək niyyətindədir.Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib. O, vurğulayıb ki, əgər Ukrayna hücumun əvəzini ödəməsə, İran cavab verəcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, "Ukrayna tərəfinin bu hadisənin qəsdən baş verməsi ilə bağlı iddiaları bizi qane etmir".Bəqai əlavə edib ki, Ukraynanın yüksək vəzifəli rəsmiləri tərəfindən hücumun etiraf edilməsi nəzərə alınmaqla, Kiyev kompensasiya ödəməyə borcludur."Əgər Ukrayna özü dəymiş ziyanı ödəməsə, İran kompensasiyanın ödənilməsini təmin etmək üçün müvafiq tədbirlər görəcək", - deyə o, yekunlaşdırıb.

Azərbaycanın Polşadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 

Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov həmin vəzifəyə təyinat alıb.

Belçikadakı səfirimiz geri çağırıldı - Yeni təyinat 

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. "Unikal"  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Digər sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyev və Donald Trampın müzakirə etdiyi TRIPP layihəsi: Azərbaycan regionun geosiyasi xəritəsini yenidən cızır  

Xəbər verdiyimiz kimi, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığı Cənubi Qafqazın gələcək inkişaf dinamikası baxımından mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Müzakirələr zamanı TRIPP layihəsinin regional bağlantılar baxımından xüsusi əhəmiyyəti vurğulanıb və Azərbaycan ərazisində nəqliyyat infrastrukturu üzrə işlərin artıq başa çatmaq mərhələsində olduğu diqqətə çatdırılıb. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması prosesinin sürətlənməsi regionda qüvvələr nisbətinə birbaşa təsir edərək tamamilə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırır. Eyni zamanda, bu strateji addımlar Azərbaycan və Ermənistan arasında uzunillik qarşıdurma modelindən qarşılıqlı asılılığa əsaslanan təhlükəsiz mərhələyə keçid üçün real zəmin yaradır. Yaradılan yeni dəhlizlər və tranzit imkanları Bakının yalnız regional deyil, həm də qlobal geosiyasi müstəvidə strateji çəkisini və manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır. Belə bir şəraitdə Azərbaycan regional proseslərə sadəcə reaksiya verən tərəf kimi deyil, Cənubi Qafqazın yeni geoiqtisadi və geosiyasi düzənini formalaşdıran əsas aktor rolunda çıxış edir.Mövzunu Oxu24.com-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması artıq yalnız iqtisadi və logistika məsələsi deyil, regionun geosiyasi arxitekturasını dəyişdirən əsas proseslərdən birinə çevrilir:"TRIPP layihəsinin Azərbaycan və ABŞ Prezidentlərinin telefon danışığında xüsusi vurğulanması göstərir ki, regional bağlantılar beynəlxalq siyasi gündəmin mühüm elementinə çevrilib. Azərbaycanın öz ərazisində müvafiq nəqliyyat infrastrukturunu başa çatdırmaq mərhələsinə çatması Bakının prosesdə praktiki baxımdan hazır tərəf olduğunu nümayiş etdirir”.Onun sözlərinə görə, kommunikasiyaların açılması Ermənistanın uzunmüddətli regional təcridinin aradan qaldırılması üçün də imkan yaradır, lakin bunun davamlı nəticə verməsi Bakı ilə İrəvan arasında sülh gündəliyinin irəliləməsindən asılıdır. Beləliklə, Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurma modelindən qarşılıqlı iqtisadi və nəqliyyat asılılığının formalaşdığı yeni mərhələyə keçid üçün real zəmin yaranır.Politoloq vurğulayıb ki, Azərbaycan üçün bu prosesin əhəmiyyəti daha geniş geosiyasi müstəvidə qiymətləndirilməlidir:"Bakı Şərq-Qərb və Orta Dəhliz marşrutlarının mühüm həlqəsi olmaqla yanaşı, Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən regional nəqliyyat sistemində mövqeyini daha da gücləndirir. Yeni kommunikasiyaların fəaliyyətə başlaması Azərbaycanın tranzit ölkə kimi iqtisadi çəkisini artırmaqla bərabər, onun siyasi manevr imkanlarını da genişləndirə bilər. Xüsusilə ABŞ və Avropa üçün alternativ nəqliyyat və ticarət marşrutlarının əhəmiyyətinin artdığı bir şəraitdə Azərbaycanın strateji dəyəri yüksəlir”.Z.Qarayeva əlavə edib ki, Bakı bu üstünlükdən həm Ermənistanla davamlı sülhün möhkəmləndirilməsi, həm Türkiyə və Mərkəzi Asiya ilə inteqrasiyanın dərinləşdirilməsi, həm də Qərblə münasibətlərdə yeni əməkdaşlıq istiqamətlərinin yaradılması üçün istifadə edə bilər. Nəticədə Azərbaycan regional proseslərə reaksiya verən dövlətdən daha çox, Cənubi Qafqazın yeni geoiqtisadi və geosiyasi düzəninin formalaşmasına təsir göstərən əsas aktorlardan biri kimi mövqeyini möhkəmləndirir. Çimnaz Telmanqızı

Əlvida, Çingiz!  - Sabir Rüstəmxanlı yazır

Əlvida, Çingiz!Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm ki, Azərbaycan Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsinə toplaşmışıq. Təlaşla məni axtarırlar:— Gəl, gəl, indi sən danışacaqsan.Səhnə arxasına keçəndə gənclik dostum Çingiz Əlioğlunun səsini eşidirəm. Sap-sağlam, uca boyuyla dayanıb mikrofonun qarşısında və çoxdan eşitmək arzusunda olduğum gur, cavanlıq səsiylə danışır.“Gör, nə xoşbəxtlikdir”, — deyirəm, — “Çingiz sağalıb və hətta bu gecədə çıxış edir”.Yana çevriləndə məni görür, gülümsəyir. Nə dediyini eşitmirəm, amma birdən-birə çox da hündür olmayan, sinədən gələn səslə çoxdan eşitmədiyim həzin bir mahnımızı oxumağa başlayır. Salondan alqış yüksəlir.Çingiz Qarabağlıdır, səsi gözəl idi və biz üç dost hərdən baş-başa verib qədim xalq mahnılarımızı oxuyurduq. Ancaq Çingizin tək oxuduğu yadıma gəlmir.Bu mahnını dinləyə-dinləyə ayılıram. Yuxu danışmaq xasiyyətim yoxdur, amma nədənsə səhər yeməyi vaxtı səhərə yaxın gördüyüm yuxunu masadakı yoldaşlarıma danışıram:“Ürəyim narahatdır, yəqin, nə isə olub”, — deyirəm.Gündüz saat 3-də Seyran Səxavət zəng vurur:— Çingizi haradan götürəcəklər?Və mən altmış illik əziz dostumun, görkəmli şairimizin vəfatından xəbər tuturam — Vətəndən çox uzaqda.Sən demə, o da səhərə yaxın bir nəğmə kimi uçub gedib…Çingiz Əlioğlu ilk şeirini 1967-ci ildə çap etdirmişdi. Ciddi yaradıcılıq yolu böyük şairimiz Rəsul Rzanın xeyir-duası ilə başlanmışdı. Şeirləri öz üslubu, ifadə tərzi ilə seçilirdi və buna görə də ötən əsrin axırı və bu əsrin əvvəllərində şerimizin xorunda onun orijinal, təravətli, gur poetik səsi aydın eşidilirdi. Gənclər kitablarını sevə-sevə oxuyurdular.Bütün ömrünü kitab nəşri işinə sərf etdi: “Gənclik” nəşriyyatında, “Azərnəşr”də, Mətbuat və İnformasiya Nazirliyində, xəstələnməzdən əvvəl isə Mədəniyyət Nazirliyində çalışdı. Azərbaycanın Əməkdar Mədəniyyət xadimi idi.Ömrümüzün böyük bir hissəsini, demək olar, hər gün bir-birimizdən xəbər tutaraq yaşamışdıq. Çox sevdiyi Qarabağın azad torpaqlarında gəzə bilmədi. Amma mən hər səfərimdən sonra sevincimi onunla bölüşürdüm.Xatirələrimiz bir kitaba sığmaz.Bənzərsiz, gözəl bir insan idi.Ruhun şad olsun, əziz dost.Əlvida, Çingiz!Sabir Rüstəmxanlı

Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın - FAZİL MUSTAFA

Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: Məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın.Bunu millət vəkili Fazil Mustafa bildirib."Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: Gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil, xeyli imtiyazlar qazana bilərlər. Ləng də olsa bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna yönəltsinlər. Həmin ölkədən gələn sosial fondlar vasitəsilə yoxsul insanlara xeyli yardımların paylanmasına şərait yaratdılar. Hər dini mərasimin önünə də mollalarla yanaşı bir keşiş qoyub onu legitimləşdirməyə başladılar. Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar. Bu təbii ki, sağlam düşüncəli azərbaycanlıları tora sala bilməzdilər, ancaq əhəmiyyətli sayda insanımız öz milli ideallarından uzaqlaşmış duruma düşdü. İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır. Mən bunu gürcü siyasətçilərindən daha çox, sosioloqlarının uğuru hesab edirəm. Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur",-deyə o bildirib.

TDT-nin Ankara Zirvə görüşü: Ölkələr arasında sərbəst hərəkətliliyin təmin olunması mexanizmləri müzakirə edilir  

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşünün oktyabrın 29-da Ankarada keçirilməsi planlaşdırılır. Mühüm tədbirin Türkiyə Cümhuriyyətinin yarandığı günə təsadüf etməsi toplantıya xüsusi rəmzi məna və tarixi çəki qazandırır. Gündəmdə duran ana məsələlərdən biri üzv ölkələrin vətəndaşlarının xarici pasporta ehtiyac olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsini təmin edəcək mexanizmlərin hazırlanmasıdır. Bu təşəbbüs həyata keçəcəyi təqdirdə türk dövlətləri arasında sərbəst hərəkət imkanları maksimum dərəcədə sadələşəcək və inteqrasiya prosesləri keyfiyyətcə yeni səviyyəyə qalxacaq. Eyni zamanda, yeni sistem regional ticarət, turizm, iqtisadiyyat və insanlararası münasibətlərin inkişafına güclü təkan verməklə yanaşı, ümumi təhlükəsizlik mühitini də möhkəmləndirəcək.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, TDT dövlət başçılarının 29 oktyabr tarixində Ankarada toplanması böyük rəmzi məna daşıyır:"103 il öncə əski Osmanlı imperiyasının qalıqları üzərində tarixin ən qüdrətli sərkərdələrindən biri Mustafa Kamal Atatürk tərəfindən yaradılmış Türkiyə Respublikası bütün dünya tərəfindən rəsmən tanınan və uzun onilliklər boyu dünyanın siyasi xəritəsində müstəqil dövlət kimi yer alan yeganə türk dövləti olub. Bu gün de-fakto 7 türk dövləti mövcuddur və onlardan altısı BMT-nin üzvü olaraq bütün dünya tərəfindən tanınan müstəqil dövlətçiliyinə malikdir. Altı müstəqil türk dövlətinin başçılarının Ankara görüşündə müzakirə etməli olduğu çox məsələlər var”.Deputat qeyd edib ki, qlobal böhranların artdığı və hərbi qarşıdurmaların şiddətləndiyi bir dövrdə regional sülhü və təhlükəsizliyi təmin etmək ciddi çağırışdır:"Hazırda beynəlxalq siyasətdə baş verən prioritetlərin dəyişməsi fonunda hər bir dövlət kənar destruktiv təsirlərdən qorunmaq və öz təhlükəsizliyini təmin etmək haqqında daha çox düşünür. Belə bir vəziyyətdə türk dövlətlərinin də atmalı olduqları zəruri addımlar var. Ankara Zirvə Toplantısında müzakirə olunacaq türk dövlətləri arasında sərbəst hərəkətin təmin olunması da belə vacib addımlardan biridir. Əslində TDT-nin mövcudluğu özü bütöv türk geopolitik regionunda insanların, əmtəə və valyutanın sərbəst hərəkətini şərtləndirir. Təşkilatın əhatə etdiyi bütün ölkələrin ərazisi vahid iqtisadi məkana çevrilməlidir. Bu tez və ya gec baş verəcək. Amma dünya nizamında baş verən sürətli transformasiyanı nəzərə alaraq bu kimi qərarların da mümkün qədər tez verilməsi daha faydalı olar".Cavanşir Feyziyevin sözlərinə görə, bu addımların atılacağı halda bütün türk ölkələrinin ərazisində iqtisadiyyat, ticarət, turizm və mədəni-humanitar sahələrdə güclü inkişaf tempi müşahidə olunacaq:"Belə inteqrativ proseslər hər bir türk dövlətinin təhlükəsizliyini də gücləndirmiş olacaq və qlobal sistemdə baş verən dağıdıcı proseslərin təsirindən daha yaxşı qorunmaq mümkün olacaq. Məlum həqiqətdir ki, güc birlikdədir. Türk ölkələrinin vahid siyasi, iqtisadi-ticari və mədəni platformada birləşməsi üçün atılacaq bütün addımlar ayrı-ayrılıqda və bütövlükdə hər bir türk dövlətinin gücünü artırır, beynəlxalq siyasətdə öz çəkisi və rolu olan türk dünyasını formalaşdırır. Bizim gələcəyimiz də məhz bu idealla bağlıdır".Çimnaz Telmanqızı

Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 

Litvanın Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda, Litvanın sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.Dövlət başçısı Mindaugas Sinkeviçyusu Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.Mindaugas Sinkeviçyus təbriklərə görə təşəkkürünü ifadə edərək, Baş nazir kimi ikitərəfli əlaqələrimizin inkişafını daim diqqətdə saxlayacağını bildirib.Telefon danışığı əsnasında Azərbaycan ilə Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub, son dövrlərdə həyata keçirilmiş yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyi qeyd edilib.Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına daim dəstək verdiyi vurğulanıb.Azərbaycan Prezidenti və Litvanın Baş naziri, həmçinin beynəlxalq arenada mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Əliyev Pezeşkiana təşəkkür etdi 

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin “X” səhifəsində paylaşım edilib.Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib.Oxu24.com  xəbər verir ki, XİN bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib."Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur", - paylaşımda qeyd olunub.Xatırladaq ki, 9 avqust Sinqapurda Müstəqillik Günü kimi qeyd olunur. Belə ki, 1965-ci il avqustun 9-da Sinqapur Malayziya Federasiyasından ayrılaraq müstəqil və suveren dövlət olduğunu elan edib.

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib.Oxu24.com  xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli cənab Prezident,Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Putin sərhədləri bağlayır, səfərbərliyə hazırlaşır - İDDİA 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın sərhədlərini bağlamağa və səfərbərlik elan etməyə hazırlaşır.Oxu24.com  xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya Moskva ətrafında üç hava hücumundan müdafiə xətti yerləşdirib.O həmçinin iddia edib ki, Rusiya öz ərazisində 30-50 min Şimali Koreya vətəndaşını yerləşdirməyi planlaşdırır. Onların Ukraynadakı müharibənin təcrübəsini öyrənəcəyi bildirilir.Zelenski əlavə edib ki, Ukraynanın uzaqmənzilli əməliyyatlarından biri Rusiyaya təxminən 1 trilyon rubl həcmində zərər vurub. (Globalinfo)

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı - VİDEO 

“Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı”.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Vaşinqton Sülh Sammitinin birinci ildönümü ilə bağlı paylaşımında bildirib.“Vaşinqton Sülh Sammitindən bir il ötür”, – Hikmət Hacıyev qeyd edib.

Vaşinqton Bəyannaməsi: İlham Əliyevin müəllifi olduğu sülh gündəliyinin beynəlxalq miqyasda təsdiqi 

Otuz illik qeyri-sabitlik və müharibə vəziyyətindən sonra 2025-ci ilin 8 avqust tarixində nəhayət Cənubi Qafqazda real sülhün ayaq səsləri eşidilməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə səfəri və Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamə bölgənin tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.Bu hadisə sadəcə Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması demək deyildi. Bu, eyni zamanda dünyanın son onilliklərdə yaşadığı ən mühüm diplomatik hadisələrdən biri kimi qiymətləndirilməlidir.Üstündən bir il keçdikdən sonra bu tarixi hadisənin yaratdığı siyasi və diplomatik nəticələrə, əldə edilən irəliləyişlərə nəzər saldıqda həm üçtərəfli bəyannamənin, həm ABŞ-la Azərbaycan arasında əldə edilən razılaşmanın regionun təhlükəsizlik arxitekturasına təsiri daha aydın görünür.Vaşinqton görüşü təkcə Ermənistan-Azərbaycan münaqişəsinin həllin və paralel olaraq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də Prezident İlham Əliyevin milli maraqlara əsaslanan ardıcıl diplomatik strategiyasının yaratdığı yeni reallığın beynəlxalq müstəvidə qəbulu sayılır.2020-ci il müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan liderinin səyi və diplomatik gedişləri sayəsində regionda yeni status-kvo formalaşdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə sülh müqaviləsinin baza prinsipləri müəyyənləşdirildi, dövlətlərin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və qarşılıqlı münasibətlərin normallaşdırılması prosesin əsas istiqamətlərinə çevrildi.Paralel olaraq da regionun geosiyasi gündəmi dəyişməyə başladı. Bu da o mənaya gəlir ki, uzun illər qlobal güclərin rəqabət meydanı kimi təqdim edilən Cənubi Qafqaz regionu artıq rəsmi Bakının təşəbbüsü ilə əməkdaşlıq, iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları və dayanıqlı təhlükəsizlik platformasına çevrilir. Bu faktorları da nəzərə aldıqda, əminliklə deyə bilərik ki, Vaşinqton razılaşmaları həm də rəsmi Bakının sülh gündəliyinin müəllifi olaraq regional proseslərin istiqamətini müəyyənləşdirən əsas siyasi mərkəzə çevrildiyini üzə çıxardı.2022-ci ildə irəli sürülən və növbəti danışıqlar mərhələsinin əsas hüquqi bazasını təşkil edən beş prinsip faktiki olaraq Bakı-İrəvan danışıqlarının və sülhə gedən prosesin yol xəritəsi sayıldı. Beləliklə, İlham Əliyevin müəllifi olduğu sülh gündəliyi sadəcə yeni reallıq yaratmır, eyni zamanda bu reallığın beynəlxalq hüquqa söykənən siyasi və diplomatik çərçivəsini müəyyənləşdirdi.Vaşinqton danışıqları həm də ABŞ-nin Cənubi Qafqaz siyasətində köklü dəyişikliklərin təzahürü idi. Sələfi Co Baydendən fərqli olaraq, Donald Trampın hansısa lobbi qruplarının maraqlarından deyil, Birləşmiş Ştatların praqmatik maraqlarından çıxış etməsi Cənubi Qafqazda sülhün əldə edilməsi üçün əlverişli beynəlxalq şərait yaradırdı.Əvvəlki illərdə rəsmi Bakı Bayden administrasiyasının selektiv yanaşması, ermənipərəst mövqeyi ilə qarşılaşdığı halda, Tramp administrasiyası Azərbaycana münasibətində daha praqmatik xətt götürdü.ABŞ Prezidenti həmkarı İlham Əliyevə ünvanlandığı məktublarda Azərbaycanı regionda əsas tərəfdaş kimi dəyərləndirir, onun sülh gündəliyini dəstəklədiyini ifadə edirdi. Azərbaycan Prezidenti də Trampa məktublarında Azərbaycan-ABŞ münasibətlərinin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayır, Cənubi Qafqazda davamlı sülhün beynəlxalq hüququn norma və prinsiplərinə söykənməsi zərurətini önə çəkirdi.Nəticədə Vaşinqton sammiti göstərdi ki, qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq və balanslı vasitəçilik mühiti formalaşdıqda, illərlə dalana dirənmiş görünən məsələlər ətrafında belə tarixi nəticələr əldə etmək mümkündür. Bu baxımdan, Ağ Evdə keçirilən görüş yalnız Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı etimadın bərpasını və strateji dialoqun yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi.Məhz bu siyasi atmosfer və qarşılıqlı etimad Vaşinqton Bəyannaməsinin imzalanmasını və konkret hüquqi-siyasi nəticələrinin əldə olunmasına imkan yaratdı. Bu sənədin imzalanması və xarici işlər nazirləri tərəfindən sülh sazişinin razılaşdırılmış mətninin paraflanması 2020-ci ildən davam edən sülh danışıqlarının ən mühüm diplomatik nəticəsi idi.Bakı ilə İrəvan arasında sülhün bərqarar olması ümumilikdə Cənubi Qafqazın siyasi və iqtisadi gələcəyini müəyyən edən amil sayılmalıdır. Kommunikasiyaların açılması, nəqliyyat marşrutlarının bərpası və regional iqtisadi əməkdaşlığın inkişafı Azərbaycan və Ermənistanla yanaşı, regionun digər dövlətləri üçün də yeni imkanlar deməkdir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Cənubi Qafqazın tranzit potensialı daha da artacaq, beynəlxalq yükdaşımaların həcmi genişlənəcək, yeni investisiyalar və iri infrastruktur layihələri üçün əlverişli zəmin formalaşacaq. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan regionda əməkdaşlıq mühitini formalaşdırmağa çalışır. Sülhün imzalanması Cənubi Qafqazı uzun illər geosiyasi rəqabət və münaqişə məkanı kimi tanıdan stereotipləri dəyişərək onu beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, logistika və ticarət əlaqələrinin inkişaf etdiyi sabit regiona çevirə bilər.Məhz bu iqtisadi inteqrasiya perspektivinin praktik təzahürlərindən biri də Vaşinqtonda təqdim olunan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsidir. Bu layihəyə eyni zamanda sülhü dəstəkləyən, onun iqtisadi dayaqlarını formalaşdırmağı hədəfləyən strateji təşəbbüs kimi yanaşmaq lazımdır. Layihə Cənubi Qafqazı qlobal nəqliyyat-logistika zəncirlərinin mühüm həlqəsinə çevirməyi, Azərbaycan və Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinin beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Bu isə təkcə iki ölkə arasında əlaqələrin normallaşması deyil, həm də Orta Dəhliz kimi qlobal ticarət yollarının səmərəliliyinin artırılması, yükdaşımaların diversifikasiyası və regionun tranzit əhəmiyyətinin daha da yüksəldilməsi deməkdir.Azərbaycan üçün TRIPP layihəsi yeni imkanlardan daha çox, uzun illər həyata keçirilən nəqliyyat və logistika strategiyasının beynəlxalq səviyyədə təsdiqi deməkdirsə, Ermənistan nöqteyi-nəzərdən bu, yeni bazarlara çıxış imkanı, özünütəcrid siyasətinin sonu, Azərbaycanın təşəbbüsü ilə reallaşan regional layihələrə qoşulmaq, iqtisadiyyatını dirçəltmək üçün fürsət və imkandır. Bu, İrəvana imkan verir ki, ölkənin tranzit imkanlarını genişləndirsin və uzunmüddətli iqtisadi inkişafı üçün yeni perspektivlər açsın.Bu gün Cənubi Qafqazın gündəmini əməkdaşlıq, nəqliyyat layihələri, inteqrasiya, dayanıqlı sülh müəyyən edir. Bu status-kvonun da memarı Azərbaycan və onun prezidenti İlham Əliyevdir. 44 günlük müharibədəki qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirindən sonra dövlət suverenliyinin tam bərpası, Prezidentin ardıcıl diplomatik gedişləri regionun siyasi xəritəsini kökündən dəyişdi. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi, beş baza prinsipi, kommunikasiyaların açılması təşəbbüsləri, Vaşinqtonda əldə olunan razılaşmalar və TRIPP kimi strateji layihələr göstərir ki, regionun gələcək inkişaf istiqaməti artıq Bakının formalaşdırdığı siyasi baxış üzərində qurulur.Kamil Məmmədov

Zahid Oruc: "Zəfərdən Vaşinqtona - Qafqazın yeni geosiyasi xəritəsi cızılır”..  

8 Noyabr 2020-dən 8 Avqust 2025-ə uzanan yol Azərbaycanın qazandığı iki əsrlik tarixi  uğur olmaqla bərabər,  Cənubi Qafqazın əvvəlki geosiyasi nizamdan yeni siyasi arxitekturaya keçid tarixidir. Vaşinqtonda rəsmiləşən Qələbə hərbi meydanda ordumuzun nail olduğu qalibiyyəti tanıtdırmaqla yanaşı, Qarabağdan sonra ölkəmizin qarşısında Zəfəri davamlı sülhə və regional liderliyə çevirməyə nail oldu.Bunu Oxu24.com-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Otuz ilə yaxın davam edən işğalın sona çatması ilə Azərbaycan “dondurulmuş münaqişə”, “status-kvo”, “həll olunmamış Qarabağ problemi” kimi ifadələr çox yüzillik mənasını itirdi və yeni geosiyasi inqilabın nəticəsində qalib reallıq formalaşdı.2020-ci il Zəfərindən sonra qarşıda duran əsas sual hərbi qələbəni siyasi nailiyyətə və davamlı sülhün təmiunatına yönəltmək idi. Prezident İlham Əliyevin liderliyi ilə aparılan savaş nəticəsində 2023-cü ildə Qarabağda suverenliyin tam bərpası ilə münaqişənin hərbi-siyasi əsasları aradan tamamilə aradan qalxdı. Lakin müharibə bitdikdən sonra ATƏT Minsk Qrupunun ləğvi nəticəsində ənənəvi inhisarçı qüvvələr moderatorluq vasitəsilə regionda öz mövqelərini, yaxud işğal və separatizm üçün rüşeymləri qoruyub saxlamağa çaışırdılar. Lakin 8 Avqust Vaşinqton Zirvəsi Qələbəmizin tanınması və ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına vəsilə oldu.Qələbəmizin dünyanın bir nömrəli hərbi-siyasi gücü olan ABŞ-da qəbul edilməsi Azərbaycanın xarici siyasətinin ən böyük uğuru, misilsiz tarixi hadisədir. Ölkəmizin Xəzər dənizinə çıxışı, enerji resursları, Türkiyə ilə strateji müttəfiqliyi, Mərkəzi Asiya ilə əlaqələri, Orta Dəhlizin əsas halqalarından birinə çevrilməsi və regional təhlükəsizlikdə artan rolu ölkənin geosiyasi çəkisini yüksəldib.Ona görə də 8 avqust 2025-ci il tarixi həm də Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə Barak Obama dövründən başlayaraq pisləşən və Bayden administrasiyası dövründə kəskinləşən Bakı-Vaşinqton münasibətləri yeni zirvələrə daşımağa imkanlar yaratdı. Enerji əməkdaşlığından Orta Dəhlizə, rəqəmsal texnologiyalardan süni intellektə, kibertəhlükəsizlikdən müdafiə sahəsinə, kritik minerallardan investisiyalara qədər geniş istiqamətlər vahid strateji gündəliyə daxil edilir.Göründüyü kimi, imzalanan ikitərəfli sənədlər Qələbəmizdən sonra dövlətimizin qurduğu yeni geosiyasi arxtekturaya uyğundur.ABŞ vitse-prezidenti Ceyms Vensin ölkəmizə səfəri Vaşinqtonun Bakı ilə münasibətlərində yeni siyasi və strateji məzmunun formalaşdığını göstərən mühüm addımlardan biridir. Ağ Ev siyasi elitası məhz Bakının təşəbbüslərinə əhəmiyyət verməklə regional sabitliyi və təhülkəsizliyi təmin edir. Vaşinqton Cənubi Qafqazı Rusiyanın maraq zonası kimi qəbul etmir, əksinə Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi və nəqliyyat məkanının mühüm komponenti-TRİP marşrutu vasitəsilə dəyişən yeni regional  strateji məkan kimi görür. Deməli, Bakı ilə Vaşinqton arasında əməkdaşlıq nə qədər dərinləşirsə, Azərbaycanın regiondakı strateji çəkisi də bir o qədər artır.Ona görə də ABŞ-Azərbaycan arasında Strateji Xartiya Cənubi Qafqazda sülhün və barışın təminatına xidmət edən, üçüncü ölkələrə qarşı alyans xarakteri daşımayan və   regionun gələcəyini müəyyənləşdirəcək əsas kommunikasiyaların açılmasına böyük miqdarda investisiyaları təmin edən müttəfiqlik platformasıdır. Təəssüflər olsun ki, hazırda İran və Rusiya ətrafında qlobal trəhülkəsizlik böhranı yerləşdiyimiz bölgəyə bir çox risqlər vəd edir. Lakin Qarabağda sülh və ABŞ-la müttəfiqlik münasibətləri davamlı sabitliyəı zəmanət verir.Heç bir qonşu ölkə Azərbaycanın yürütdüyü siyasətə qarşı çıxa bilmir. Çünki təkcə rəsmi Bakının irəli sürdüyü yeni xarici siyasət hədəfləri Yaxın Şərq, Cənubi Qafqaz və Orta Asiya, eləcə də bütün Avrasiya məkanında sülhə töhfələr verir.Azərbaycanın diplomatik məharəti ondan ibarətdir ki, yeni tərəfdaşlıqlar heç bir regional gücə qarşı düşmənçilik platformasına çevrilmir. Bakının marağı qarşıdurma yaratmaq yox, özünün strateji əhəmiyyətini artırmaqdır. Cənubi Qafqaz yenidən böyük dövlətlərin rəqabət meydanına dönməyəcək.Strateji Tərəfdaşlıq Xartiyası – Azərbaycanın ABŞ ilə münasibətlərinin yeni, çoxsahəli mərhələyə keçməsi deməkdir. Cənubi Qafqazın yeni xəritəsi artıq çəkilir. Vaşinqtonla formalaşan strateji tərəfdaşlıq isə həmin prosesin daha geniş beynəlxalq müstəviyə çıxmasının göstəricisidir.Azərbaycanın qarşısında tarixi imkan var: Qafqazı münaqişələrin hök sürdüyü məntəqədən bağlantılar coğrafiyasına, rəqabət meydanından əməkdaşlıq məkanına çevirməkdir.Miri Məcidli

Nikol Paşinyan İlham Əliyevə zəng etdi 

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

"Bir il əvvəlki hadisəyə yalnız sülh sənədlərinin imzalanması prizmasından baxmaq kifayət etmir" -Deputat Rövşən Murad

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin siyasi çərçivəsinin müəyyənləşdirilməsi Cənubi Qafqazın son onilliklərdə formalaşmış geosiyasi mənzərəsinə ciddi təsir göstərən hadisələrdən biri oldu. 2026-cı il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığı həmin prosesin birinci ildönümünü qeyd etməklə yanaşı, Vaşinqtonda qəbul edilən qərarların ötən müddətdə hansı siyasi və praktiki nəticələr yaratdığını da ortaya qoydu. Bu baxımdan bir il əvvəlki hadisəyə yalnız sülh sənədlərinin imzalanması prizmasından baxmaq kifayət etmir. Əsas məsələ həmin siyasi iradənin regionun davranış modelini dəyişdirməsidir.Vaşinqtonda formalaşan yeni siyasi reallığın ən mühüm göstəricisi son bir il ərzində Azərbaycan-Ermənistan xəttində sülhə xələl gətirə biləcək insidentin baş verməməsidir. Bu fakt sülh prosesinin siyasi bəyanatlardan praktiki təhlükəsizlik mühitinə keçdiyini göstərir. Daha əhəmiyyətlisi, normallaşma artıq yalnız diplomatik münasibətlərin perspektivi kimi müzakirə olunmur; onun iqtisadi və nəqliyyat komponentləri də formalaşır. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması və ikitərəfli ticarət əlaqələrinin başlaması sülhün iqtisadi məzmun qazandığını göstərən konkret nümunələrdir.Burada Prezident İlham Əliyevin siyasi xəttinin əsas xüsusiyyəti xüsusilə aydın görünür: Azərbaycan sülhü yalnız qarşıdurmanın dayandırılması kimi qəbul etmir, onu regional əməkdaşlığın yeni mexanizmlərini formalaşdıran prosesə çevirir. Bu baxımdan Donald Trampın telefon danışığı zamanı Prezident İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirməsi xüsusi siyasi məna daşıyır. Bu qiymətləndirmə Azərbaycanın prosesdəki mövqeyinin və Prezident İlham Əliyevin diplomatik təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul edilən çəkisini nümayiş etdirir.Vaşinqton prosesinin daha geniş nəticəsi isə Cənubi Qafqazda qarşılıqlı əlaqələrin coğrafiyasının dəyişməsi perspektividir. TRIPP layihəsi bu transformasiyanın ən mühüm elementlərindən biridir. Azərbaycan ərazisində nəqliyyat infrastrukturu üzrə işlərin başa çatmaq mərhələsinə gəlməsi və Ermənistan ərazisində layihə üzrə işlərin başlanmasının gözlənilməsi regionu uzun müddət ayırmış kommunikasiyaların yeni məntiq əsasında birləşdirilməsi üçün real imkan yaradır. Bu layihənin əhəmiyyəti yalnız nəqliyyat imkanlarının genişlənməsi ilə ölçülmür. TRIPP Şərq-Qərb bağlantılarının gücləndirilməsi, regional ticarət dövriyyəsinin artması və Cənubi Qafqazın daha geniş Avrasiya nəqliyyat sisteminə inteqrasiyası baxımından strateji nəticələr doğura bilər.Bu proses Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə paralel gedir. İki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması münasibətlərin məzmununda keyfiyyət dəyişiminin baş verdiyini göstərir. Azərbaycan və ABŞ arasında əməkdaşlığın yeni mərhələsi enerji və təhlükəsizlik məsələləri ilə məhdudlaşmayan, regional sabitlik, nəqliyyat, iqtisadi əlaqələr və beynəlxalq gündəliyin digər istiqamətlərini əhatə edən daha geniş siyasi çərçivə formalaşdırır. Bu tərəfdaşlığın regional sülhə töhfə verməsi isə Azərbaycanın xarici siyasətinin ikitərəfli münasibətlərdən daha geniş geosiyasi nəticələr yaratmaq imkanını göstərir.Azərbaycanın G20-yə dəvət olunması da bu mənzərənin mühüm elementidir. Belə bir dəvət ölkənin beynəlxalq iqtisadi gündəlikdə artan çəkisini və qlobal qərarvermə platformalarında Azərbaycanla əməkdaşlığa verilən əhəmiyyətin yüksəldiyini göstərən siyasi göstəricidir. Bu faktı Vaşinqtonda başlayan prosesin daha geniş nəticələrindən biri kimi qiymətləndirmək mümkündür: Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinin iştirakçısı olmaqla yanaşı, qlobal iqtisadi və siyasi dialoqun daha geniş platformalarında mövqeyini möhkəmləndirir.Beləliklə, Vaşinqton görüşündən ötən bir il Azərbaycanın xarici siyasətində mühüm bir nəticəni üzə çıxarıb: sülh artıq yalnız diplomatik sənədlərin predmeti kimi qalmır, ticarətə, tranzitə, nəqliyyat bağlantılarına və strateji tərəfdaşlıqlara çevrilən real regional proses xarakteri alır. Prezident İlham Əliyevin siyasətinin əsas nəticələrindən biri də məhz budur — Azərbaycan münaqişədən sonrakı dövrdə yaranan yeni reallığın sadəcə iştirakçısı kimi çıxış etmir, həmin reallığın siyasi və iqtisadi konturlarının müəyyənləşdirilməsində aparıcı rol oynayır.Avqustun 8-də İlham Əliyev və Donald Tramp arasında keçirilən telefon danışığı bu baxımdan bir ildönümünün formal qeyd olunmasından daha artıq siyasi məna daşıyır. Bir il əvvəl Vaşinqtonda sülh üçün siyasi iradə ortaya qoyuldu. Bu gün həmin iradənin nəticələri regionda sabitlik, iqtisadi əlaqələr, nəqliyyat bağlantıları və yeni strateji tərəfdaşlıqlar şəklində görünür. Bu mənada Vaşinqton prosesi Cənubi Qafqazda yalnız münaqişədən sonrakı mərhələnin başlanğıcını deyil, Azərbaycanın mərkəzi rol oynadığı yeni regional düzənin formalaşmasını sürətləndirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.Milli Məclisin deputatı Rövşən Muradov

Azərbaycan Cənubi Qafqazın yeni geosiyasi arxitekturasını formalaşdırır – RƏY 

ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olması yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, eyni zamanda Cənubi Qafqazın geosiyasi xəritəsinin yenidən formalaşmasının mühüm göstəricisidir.Oxu24.com xəbər verir  ki,bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, son beş ildə regionda baş verən proseslər nəticəsində güc balansı əsaslı şəkildə dəyişib və yeni regional təhlükəsizlik arxitekturası Azərbaycanın yaratdığı reallıqlar üzərində formalaşır. Deputat qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsi ilə status-kvo dəyişib, 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, 2025-ci ildə isə sülh müqaviləsinin paraflanması ilə postmünaqişə dövrünün siyasi-hüquqi çərçivəsi müəyyənləşdirilib.E.Mirzəbəyli bildirib ki, Vaşinqtonun bu reallığı qəbul etməsi ABŞ-nin Cənubi Qafqaz siyasətində keyfiyyət dəyişikliklərinin göstəricisidir. O vurğulayıb ki, ABŞ artıq Azərbaycanı yalnız enerji tərəfdaşı deyil, Avrasiyanın nəqliyyat-kommunikasiya sistemində mühüm iştirakçı, Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş və regional sabitlikdə əsas aktorlardan biri kimi qiymətləndirir.Deputatın fikrincə, Azərbaycanın beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi çıxış etməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və ardıcıl xarici siyasəti ABŞ ilə münasibətlərin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayıb.O bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, "907-ci düzəliş"in dondurulması, həmçinin iqtisadi və nəqliyyat layihələri üzrə əldə olunan razılaşmalar Vaşinqtonun regiona əməkdaşlıq prizmasından yanaşdığını göstərir.E.Mirzəbəyli Zəngəzur dəhlizinin də geosiyasi əhəmiyyətini xüsusi vurğulayıb: "Bu layihə Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək və Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat xəttinə çevriləcək".Deputat qeyd edib ki, enerji təhlükəsizliyi, logistika imkanları və nəqliyyat marşrutları müasir dövrdə mühüm geosiyasi amillərdir. Azərbaycanın Xəzər hövzəsi, Orta Dəhliz, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və perspektivdə Zəngəzur dəhlizi vasitəsilə bu sahələrdə strateji mövqeyə malik olduğunu bildirib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət uzunmüddətli strateji baxışa əsaslanır və Azərbaycanın regional liderliyini təmin etməyə yönəlib. E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazın ən güclü dövləti deyil, həm də regionun siyasi gündəliyini müəyyən edən və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunan aktordur.Deputat əlavə edib ki, Azərbaycan-Ermənistan sülh prosesinin ABŞ platformasında yeni mərhələyə keçməsi beynəlxalq aktorların Azərbaycanın yaratdığı sülh modelinə dəstək verdiyini təsdiqləyir.E.Mirzəbəylinin fikrincə, son illərin əsas nəticəsi Azərbaycanın Cənubi Qafqazın gələcəyini müəyyən edən siyasi gündəliyin müəllifinə çevrilməsidir. O qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ səfəri və onun nəticələri Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq güclər tərəfindən qəbul edilməsinin göstəricisidir.

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır” 

Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsi:- Sizin Şah İsmayıl Xətai və Səfəvilər Dövləti ilə bağlı fikirləriniz yenidən gündəm olub. Sizə qarşı...- Əslində son yazılarımda mənim tərəfimdən bu mövzuda hansısa müzakirə açılmayıb. Ümumiyyətlə, konkret tarixi şəxsiyyət adına da istinad etməmişəm. Sadəcə Azərbaycan dövlətinin quruluş fəlsəfəsi ilə bağlı fikirlərimi bölüşmüşəm. Bir də Səfəvi soyadlı bir iranlı generalın açıqlamasına münasibət bildirmişəm. Deyirdi ki, müasir İran dövlətinin əsasını Səfəvi ideologiyası təşkil edir, mən də onun doğru olduğunu bildirmişəm. Çünki Konstitusiyalarda yer aldığı kimi müasir Azərbaycan dövləti dünyəvi, İran dövləti isə Cəfəri məzhəbi təməlində qurulan dövlətdir. Həm də qeyd etmişəm ki, çağdaş Azərbaycan milli dövlətinin yaranması bizim üçün ən böyük tarixi nailiyyətdir. Əlbəttə, biriləri əsri-səadəti  7-ci əsrdə Peyğəmbər dövründə, digərləri 16-cı əsrdə Səfəvilər dövründə, başqaları da 1918-ci il milli dövlətimizin quruluşunda axtara bilər. Buna da normal yanaşmaq lazımdır. Ancaq Azərbaycan Respublikasının ali marağından danışanda üçüncü istiqamətin alternativi olmamalıdır.  pizza hut- Sizin Səfəvilər dövləti və Şah İsmayılla bağlı mövqeyiniz bəllidir. Bəlkə bundan qaynaqlanır?- Ola bilər ki, bəllidir, amma mən bu məsələyə konseptual yanaşıram. Kitablarımda da fikirlərimi açıq şəkildə yazmışam. Mən hesab edirəm ki, əgər biz Səfəvi-İran mühitindən zamanında qopmasaydıq, müstəqil dövlət qura bilməyəcəkdik. İndi sual budur: siz Azərbaycanın müstəqil dövlət olmasını istəyirsiniz, yoxsa Səfəvi-İran mühitində keçmiş imperiya xəyalları ilə yaşamağı? Məncə, bir sağlam düşüncəli azərbaycanlı üçün ikinci mənasız müzakirədir. Bəzi fürsətçilər mövzunu ayrı-ayrı tarixi şəxsiyyətlər üzərində yönəltməklə İrançılıq düşüncəsini pərdələməyə çalışırlar.- Bununla bağlı sizin fikirləriniz dəfələrlə səslənib və mövqeyiniz belədir ki, biz Səfəvilərdən və Şah İsmayıldan imtina etməliyik.- Kim imtina etməkdən söhbət açır? Məsələ imtina etmək deyil. Sual budur ki, bugünkü Azərbaycan Respublikasına bu düşüncənin nə aidiyyatı var? Azərbaycan Respublikasının yaranması  Səfəvi-İran siyasi arealından ayrıldıqdan sonra baş verən tarixi proseslərin nəticəsidir. 1813 və 1828-ci illərdə Azərbaycan torpaqları Rusiya tərəfindən işğal edildi və ölkə müstəmləkəyə çevrildi. Lakin həmin müstəmləkə şəraitində yetişən ziyalılarımız yaranmış tarixi fürsətdən ağıllı istifadə edərək müstəqil dövlət qurdular. Tarixin sadə izahı budur. Əgər biz o mühitdən qopmasaydıq, bu dövləti qura bilməzdik. Daha sonra sovet sistemi daxilində formal müstəqilliyimizi qoruyub saxlamaq imkanımız olduğuna görə 1991-ci ildə müstəqilliyimizi bərpa etmək mümkün oldu.İndi keçmiş imperiyalarla, “şanlı dövlətimiz vardı” kimi yanaşmaların bugünkü Azərbaycan üçün nə əhəmiyyəti var? Səfəvi dövlətinin ideyası və ideologiyası bu gün hansı dövlətdə yaşayır? Əlbəttə, İranda. Biz isə dünyəvi dövlət qurmuşuq. Bu model bizim üçün daha uğurlu və uyğundur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları – Məhəmməd Əmin Rəsulzadə və silahdaşları da məhz bu modeli əsas götürüblər. Biz bununla qürur duymalıyıq. Keçmişdə bu torpaqlarda müxtəlif sülalələr hakimiyyətdə olub. Bunlar tarixi öyrənmək, müzakirə etmək baxımından maraqlı ola bilər. Yəni kim haçan hakimiyyətə gəldi, kim kimlə döyüşdü, kim qazandı, kim də məğlub oldu. Amma bunların bugünkü həyatımıza nə təsiri var?Bizim üçün əhəmiyyətli olan odur ki, dilimizin ilk dram əsərini, nəsr əsərini Mirzə Fətəli Axundzadə yazdı, ilk fəlsəfi traktatımızı o yaratdı. Bunlar müstəmləkə dövründə baş verdi. Ardınca Həsən bəy Zərdabi gəldi, milli mətbuatımızı yaratdı. Sonrakı maarifçilər də qaranlıq keçmişə tənqidi yanaşaraq cəmiyyətin inkişafı üçün çalışdılar.Biz bu dövləti Məhəmməd Əmin Rəsulzadənin hazırladığı ideya üzərində qurmuşuq. Sonradan Nəriman Nərimanov sovet dövründə Azərbaycanın adının və hüquqi mövcudluğunun qorunmasına müəyyən töhfə verib. Milli azadlıq hərəkatının da öz rolu olub. Dövlətin ən çətin dövrlərində onun qorunması istiqamətində Prezident Heydər Əliyevin müstəsna xidməti olub. Daha sonra ölkənin ərazi bütövlüyünün bərpası işini  Prezident İlham Əliyev fövqəladə cəsarətlə tamamladı. Tarixi ardıcıllıq budur. Biz bunu başqa cür necə təqdim edə bilərik? Keçmiş sülalələri bu zəncirə necə daxil edək?Adamlar deyir ki, mənim inancım budur, belə yaşamaq istəyirəm. Get istədiyin kimi yaşa! Ancaq heç bir halda mənim müstəqil dövlətim üçün təhlükə yara bilməzsən! Mən deyirəm ki, ağlın yolu çağdaş problemlərimizin həllinə yönəlməkdədir. Biz yalnız və yalnız müasir və çağdaş dövlət qurmağımızla fəxr etməliyik. Tarixin hansısa dövründə mövcud olmuş bir sülalənin və ya təriqətin dövləti sadəcə tarix bilgisi baxımından maraqlı ola bilər.- Siz özünüz də tarixə məhz bu prizmadan yanaşmırsınızmı? Çünki Şah İsmayıl və Səfəvilərlə bağlı tənqidi fikirləriniz dəfələrlə səslənib.- Mən Şah İsmayılı şəxsiyyət kimi tənqid etmirəm. O, bir təriqət şeyxinin oğlu idi, dövrünün hakimiyyət mübarizəsində qalib gəldi və öz dövlətini qurdu. Sonra həmin hakimiyyətin ideologiyası İran coğrafiyasında müəyyən müddət davam etdi. Eyni proses Osmanlıda da yaşandı. Osmanlı imperiyasında da böyük fəthlərlə yanaşı çoxlu nöqsanlar, yanlış qərarlar və gerilik vardı. Əgər o sistem ideal olsaydı, Mustafa Kamal Atatürk onu qoruyub saxlayardı. Halbuki, Atatürk sultanlığı və xilafəti ləğv etdi, onların yerində müasir Cümhuriyyət qurdu. Atatürk dünyəvi Cümhuriyyət yaratdı. Eyni prosesi bizim babalarımız da edib. İndi Türkiyədə əlbəttə, Osmanlı mirası ilə qürur duyan çox sayda insan var. Olsun. Amma düşünən insanlar ən böyük dəyərin Türkiyə Cümhuriyyəti olduğunu qəbul edirlər. Ona görə də məsələ keçmiş imperiyaların mövcudluğunda deyil, onların yaratdığı mədəniyyətin tranformasiyasındadır.  Dindarlar arasında bir qismi əsri-səadəti 7-ci əsrdə, bir qismi Mehdinin zühurunda axtarır. Ancaq sağam düşüncəli insan anlayır ki, keçmişdə axtardığın mücərrəd əsri-səadət sənə məxsus ola bilməz. Onu indi yaşadığın zamanda və məkanda ədalətli cəmiyyət qurmaqla yaratmalısan.- Fazil bəy, bir ifadə işlətdiniz. Dediniz ki, Şah İsmayıl bu dövləti İran coğrafiyasında yaratdı. Amma bu dövlət daha çox Azərbaycan coğrafiyasını əhatə edirdi...- Azərbaycan adı daha çox müasir İranın şimal hissəsinə və müasir Azərbaycan Respublikasının müəyyən qisminə aiddir. Şirvanşahların mövcud olduğu ərazi tarixən “Arran” adlanıb. Şirvanşahlar Səfəvilər tərəfindən süquta uğradılandan sonra bu bölgələr iki imperiyanın arasında əl dəyişib. Sonra Səfəvilərin, ardınca da Əfşarların çöküşündən sonra yaranan xanlıqlar da yenə Qacar və  ya Osmanlı nüfuzuna söykənərək nisbi müstəqilliklərini qoruyublar. Sonra da Rusiya gəlib hər ikisinin əlindən alıb müstəmləkəyə çevirib. Rusiyanın şəriət hüququnu dünyəvi məhkəmələrlə, mədrəsələri müasir məktəblərlə əvəzləməsi bizim yenidən formalaşmamız üçün faydalı olub. Əlbəttə, bugünkü anlayışlarla keçmişi olduğu kimi qiymətləndirmək düzgün deyil. Tarixə bu cür yanaşsaq, hindular da deyə bilərdilər ki, Amerika hindularındır. Halbuki, bu gün ortada ingilislər, ispanlar, fransızlar Amerika dövləti qurub, yeni siyasi sistem və mədəniyyət yaradıblar. Əgər məsələ daha çox torpaq fəth etməkdirsə, Nadir Şah İsmayıldan daha böyük ərazilər fəth edib. Özü də türk-əfşar tayfasından idi və fars millətçiliyindən uzaq düşüncəyə sahib idi. Bəs niyə onu eyni şəkildə idealizə etmirsiniz? Bu, mənim fikrimcə, irançılıq düşüncəsinin təsirindəndir. İran mətbəxində hazırlanmış ideoloji şüarlar var və insanlar onları təkrarlayaraq özünə doğmalaşdırırlar. Mən isə deyirəm ki, Azərbaycan dövlətinin yaranma tarixini düzgün qiymətləndirməliyik. Azərbaycanın müasir dili, ədəbiyyatı, qrammatikası, əlifbası və milli şüuru formalaşan dövrə lazımi dəyər verilməlidir. Məhz həmin proses bizi milli dövlətin qurulmasına gətirib çıxardı. Ondan əvvəlki tarixi mərhələlər də vacibdir. Ancaq onların dəyəri əsasən müasir milli dövlətimizin formalaşmasına zəmin hazırlaması ilə müəyyənləşə bilər. Bunu qəbul etməkdə qeyri-adi heç nə yoxdur. Bu gün isə mövzu daha çox populizm predmetinə çevrilib. Hər kəs bu tarix üzərində öz romantik təsəvvürünü cəmiyyətə yoluxdurmağa çalışır.Məsələn, 30 il öncə “Bütöv Azərbaycan” ideyası daha populyar idi. Amma bu gün həmin ideyanın nə yeri var? Soydaşlarımız təkcə İranda yaşamırlar. Onlar Gürcüstanda, Rusiyada və başqa ölkələrdə də yaşayırlar. Azərbaycan Respublikası isə prinsipial olaraq başqa dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini və heç bir ölkədə separatçılığı dəstəkləmədiyini bəyan edir. Eyni zamanda öz ərazisində də separatçılığı qəbul etmir.Bizim məqsədimiz bu respublikanın bütün vətəndaşları – türklər, talışlar, ləzgilər, avarlar, kürdlər və digər xalqlarla birlikdə ölkənin gələcəyini qurmaqdır.Söhbət məhz bundan gedir. Amma cəmiyyəti bu məqsəddən yayındıraraq tarixi romantizm və xəyali ideyalar ətrafında mübahisələr yaratmağa çalışırlar.Bu gün İranla qonşuyuq. Normal qonşuluq və dostluq münasibətləri qurmaq bizim maraqlarımıza uyğundur. İranda yaşayan azərbaycanlılar da həmin dövlətin vətəndaşlarıdır. Sabah İran daha dünyəvi və açıq dövlətə çevrilsə, bu, bizim üçün yalnız müsbət nəticələr verər, ideoloji gərginlik də azalar. Belə olan halda, tarixə əsaslanaraq başqa dövlətlərə ərazi iddiaları irəli sürməyin bugünkü milli maraqlarımıza nə faydası var? Mən hesab edirəm ki, bütün məsələlərə Azərbaycan Respublikasının maraqları prizmasından yanaşmalı və gələcəyimizi də bu istiqamətdə qurmalıyıq.Gələcəyə baxa bilməyən insanlar adətən keçmişdə yaşayırlar. Kimsə Şah İsmayılı, kimsə başqa bir tarixi şəxsiyyəti ideal hesab edə bilər. Bu, onun şəxsi seçimidir. Amma bunun Azərbaycan Respublikasının idealları ilə hansı əlaqəsi var? Biz dünyəvi dövlətik. Dini dövlət deyilik ki, yüzillər əvvəl yaşamış hökmdarların və ya təriqətlərin ideologiyasını bu gün dövlət ideologiyasına çevirək. 1980–1990-cı illərdə, sovet dövründə, imperiya tərkibində olduğumuz üçün Babək, Şah İsmayıl, Nadir şah və digər tarixi şəxsiyyətləri ön plana çıxarmağın müəyyən mənada siyasi faydası vardı. Məqsəd xalqın tarixi yaddaşını və milli qürur hissini imperiya qarşısında göstərmək idi.  Amma müstəqillik dövründə əsas diqqəti artıq çağdaş Azərbaycan dövlətinin qurucu  qəhrəmanlarına yönəltməliyik. Məsələn, Bakının azad olunmasında mühüm rol oynayan Nuru Paşaya cəmiyyət lazımi dəyəri verməlidir. Yaxud Bakı uğrunda döyüşmüş digər tarixi şəxsiyyətləri tanımalıdır.Bu gün cəmiyyət onların bir çoxunu tanımır. Əvəzində diqqət daha çox orta əsrlərə və bugünkü dövlət modelimizlə birbaşa əlaqəsi olmayan tarixə yönəlir. Məncə, prioritetlərimizi düzgün müəyyənləşdirməliyik.Müstəqillikdən öncəki siyasi rejimlərində qeyd olunan adları bu qəhrəmanlarımızdan uca tutacağıqsa, deməli biz Cümhuriyyət, müstəqillik fəlsəfəsini anlamamışıq. Bizim dediyimiz açıq mətn budur. Yoxsa kiminsə kimisə ideallaşdırması öz şəxsi münasibətidir. Demokratik və Milli dövlətin qurulma tarixi M.Ə.Rəsulzadədən başlayır. Kim hansı dövrə getmək istəyir getsin və özünə qəhrəman tapsın. “Anam Tomris kəsmədimi Keyxosrovun başını” misralarını nə qədər istəyirsiniz təkrarlayıb vəcdə gəlin.  – Bu məsələyə populist mövzu kimi yanaşdınız. Amma eyni zamanda bir az da həssas bir mövzu kimi həssaslıqla yanaşmaq mümkün deyilmi? Ən azından Səfəvilərdən bizə dini məzhəbçilik qalıb və Azərbaycanda əksəriyyət şiə təriqətinə qulluq edir.– Bu barədə rəsmi statistika heç yerdə yoxdur. Kimin hansı təriqətə və məzhəbə sahib olduğu bilinmir. Kimin şiə və ya sünni, müsəlman, ya da xristian olmasının bizə dəxli yoxdur. Azərbaycan dini dövlət deyil. Bizdə din dövlətdən ayrıdır. Dünyəvi dövlətlər bütün dinlərə eyni prizmadan baxır. Başqa ölkələrdə də yüzlərlə təriqət var. Hər birinin tabe olduğu sistemlər ola bilər. Bizdə din azaddır. Dini də, dinsizliyi də yaşaya bilərlər. Hamısı Konstitusuyamızın və dünyəvi dövlətin hüdudları çərçivəsində ola bilər. Azərbaycan heç bir məzhəbin dövləti deyil. Ona görə də məsələyə baxışımız realist olmalıdır. Hər kəs sərbəst şəkildə dini inancını yerinə yetirə bilər. Tarix üzərində də təriqətçilik və məzhəbçilik anlayışının kök salması da bəzi qüvvələrin marağına xidmət edir. Bu gün sağlam düşüncəli bir özbək türkü böyük türk sərkərdəsi Teymurun kəsdiyi başlarla deyil, qurub yaratdığı rəsədxana və elmi müəssisələrlə, mədəniyyət abidələri ilə öyünəndə daha dəyərli ola bilər.Osmanlı da gedib Avropada məscid, hamam tikib, amma bunlar qalıcı dəyər deyil. Qalıcı dəyər orada elm müəssisəsi yaratmaq, düşüncə sistemi qurmaq idi. Bunlar qurulmayıb deyə, həmin məkanlarda çox az iz qoyub. Roma imperiyası  çöküb, amma Roma mədəniyyəti bu gün də dünyada dəyərini qoruyub saxlayır. Qədim yunanlar tarixdən qeyb olsalar da yunan mədəniyyəti fəlsəfədə və düşüncədə öz mövcudluğunu qoruyub. Söhbət mədəniyyətdən gedirsə, mədəniyyət ölkə alıb əhalisini qul etmək, dinini dəyişdirmək deyil.– Yəni Səfəvilərdən bu günə mədəni irs olaraq nəsə qalımayıb?– Mədəni nə qalıb? Bir sanballı düşüncə kitabının adını çəkin. Çünki həmin dövr Avropa renessansının başladığı dövrlərdir. “Dədə Qorqud” Səfəvilərə aiddir? Bayındırlı mədəniyyətinin məhsuludur. Uyğur mədəniyyətinin məhsulu olan Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsəri kimi bir əsər yarada biliblər? Yaxud məscidlərdə hansısa elmi, fəlsəfi kitablar qorunub? Minatür rəsmləri,   müəyyən sənət nümunələri əlbəttə ki, olub, ancaq qalıcı mədəniyyət intibahından danışmaq çox çətindir. Doğrudur, italyan de Vallenin 1620-ci ildə İsfahanda yazdığı “Türk dilinin qrammatikası” əsəri mövcud olsa da, yerli müəlliflərin dilin təşəkkülü ilə bağlı bir əsərinə rast gəlmək mümkün deyil.Başqa necə olur ki, imperiyanın mövcud olduğu 200 illik bir dövrdə türkcə bir ədəd də olsa elmi bir tərəfə, monqolların Rəşiddədinə yazdırdığı şəkildə türklərə dair bircə mifoloji mətn belə yoxdur. M.F.Axundov da deyirdi ki, onlardan bizə qalan elmi, fəlsəfi miras yoxdur. Mirası M.F.Axundov yaradıb. O tarixə aid ciddi bir əsərə istinad edə bilməyib. Çünki kitab yoxdur.  Tək Səfəvilər yox, Ağqoyunlular və digər dövlətlər də kitab, yazı qoruyucu mədəniyyətinə sahib olmayıblar. Axundov kitabı, Həsən bəy Zərdabi isə mətbuatı yaradıb. Bunlar nağıl deyil. Onların missiyası əsasında dövlət qurulub. Bunu anlamayanlar gəzib-dolaşıb yenə də feodal tarixə ibadət yeri kimi baxmağa can atırlar. Səfəvilərdən qalan hansı kitab və ya mətn üzərində düşüncə sistemimiz, çağdaşlıq anlayışımız formalaşıb? Orta çağda 50-60 şairin hərəsi xeyli şeir yazıb. Şeirlər əlbəttə ki, dilin varlığının qorunmasına fayda verib. Ancaq şeirin ardınca elmi, fəlsəfi mətnlər gəlməmiş, çünki teokratik sistemlər düşüncənin çiçəkləməsinə imkan tanımamış. Ortaçağda Avropada Şekspirin, Hötenin, Lokkun, Leybnisin, Nyutonun düşüncə sistemi əsasında dövlət dəyərləri şəkillənib. Bəlli səbəblərdən bizdə bu olmayıb. İnanc həmişə ağılı üstələyib, boğub və gömüb. Bizim çağdaş milli dövlətimizin ideya təməli birmənalı şəkildə 19-cu əsrin ortalarından sonra qoyulub. Müstəqillikdən əvvəlki dövrdə bunları sübut etmək çətin görünürdü, amma biz hazırda ən vacib problemlərini həll edə bilmiş böyük xalqıq. Ona görə ki, milli dövlət qura bilmişik. Qura bilməsəydik, ölüb-batan xalqlardan bir fərqimiz olmazdı. Biz şəxsiyyətimizi bununla qazanmışıq. Amma bəziləri deyir ki, biz bunu feodal dövründə qazanmışıq. O zaman şahsevənliklə iş bitməz, bunun əyani nümunələrini və və kitabını göstərin.– Biz toplum olaraq “şahsevən” olmuşuq. Bəlkə bu düşüncələr şüuraltından qaynaqlanır?– Başa düşüləndir, elmi, təhsili olamyan insanlarımızın qulaqdan-qulağa nəyisə eşidib həyat idealına çevirə bilər. Amma diplomu, təhsili olan adamlar meydana çıxıb orta əsrlərin nağıllarını dövlətin əsasına soxuşdurmağa çalışanda buna  hökmən dirəniş göstərməliyik. Bəli çağdaş Azərbaycan dövlətçiliyi deyəndə bu silsiləni əzbərləməyi təklif edərdim: Məhəmməd Əmin Rəsulzadənin ideyaları üzərində bu dövlət qurulub, Nuri Paşa dövlətin paytaxtının azad etməklə ona real mövcudluq bəxş edib, Sovet sistemi içində cəsur ziyalılarımız və  Əbülfəz Elçibəyin başçılığı ilə Milli Azadlıq Hərəkatı dövlətin yenidən bərpası prosesində əhəmiyyətli rol oynayıb. Heydər Əliyev ən çətin anda gəlib dövləti dağılmaqdan, ölkəni parçalamaqdan xilas edib, İlham Əliyev isə Azərbaycan Respublikasının işğalçılardan təmizləyərək ərazi bütövlüyünü tam şəkildə bərpa edib.– Sizə qarşı səslənən ittihamlardan biri də budur ki, Səfəvilərin Azərbaycan dövləti və dövlətçiliyinə heç bir aidiyyəti olmadığını demisiniz. Bu ifadələr doğrudurmu?– Azərbaycan dövləti yaranmazdan əvvəl mövcud olanların hamısı sülalə dövlətləri idi. Orada türk də, talış da, monqol da, tat da olub. Osmanlıda da vəziyyət belə idi. Türkü heç adam yerinə qoyan yox idi. Osmanlı türkə ən çox zərər verən dövlət olub. Türkə şəxsiyyəti Atatürk qazandırıb. Bizə də bunu qazandıran Məhəmməd Əmin Rəsulzadə olub. Nağıl oxuyuruq ki, Təbrizdə dörd inqilab olub. Nəticələrinə də baxın. Həmin inqilabların hansı Azərbaycan türklərinin maraqlarına uyğun olub? Çünki o mühitdən Azərbaycan qopa bilməyib. Biz qopa bildiyimiz üçün ilk fürsətdə müstəqillik qazanmışıq. Əgər orada qalsaydıq, kölə vəziyyətində bir xalq olardıq. Dili olmayan, hüquqları olmayan bir xalq kimi yaşayacaqdıq. Buna niyə sevinmirsiniz? Məhz biz Səfəvi-İran arealından qurtulmaqla yenidən öz şəxsiyyətimizi formalaşdırdıq.– Bakıda Şah İsmayıl Xətai adına rayon, eyni zamanda heykəli var. Sizcə, bunların qalmasına ehtiyac varmı?– Xalq Cəbhəsi dövründə bu cür yanaşmalar var idi. Deyirdilər ki, filankəs proletar inqilabçısıdır, heykəlini götürək. Məsələn, Nəriman Nərimanovla bağlı belə fikirlər səslənirdi. Mənim fikrimcə, bu, çox sərt yanaşmadır. Kiminsə adını götürməklə düşüncələri dəyişə bilməyəcəyik. Daha yaxşı olar ki, qalsınlar öz yerlərində. Adları dəyişib əlavə pul xərcləməyə ehtiyac yoxdur. Hətta kommunist dövründə də xalqa xeyir vermiş insanların xatirəsi yaşadıla bilər. Məsələn, İmam Mustafayevin, Mirzə İbrahimovun, Vəli Axundovun da xatirəsinə ehtiramla yanaşılmalıdır.Daha çox milli dövlətin varlığı üçün çalışan insanları tanıtmalıyıq. Keçmişi insanların öhdəsinə buraxmaq lazımdır. Əsas vəzifəmiz dövlətə aid olan dəyərləri önə çıxarmaqdır. Nuru Paşanın dəyərini lazımi qədər verməmişik. Murad Gəray Tlexas Bakı qubernatoru olub. Onu günlərlə Bakıda at arabasında, qəfəsin içində nümayiş etdiriblər, məhkəmədən sonra da bolşeviklər güllələyiblər. Son söz olaraq o deyib ki, “Əynimdə Azərbaycan əsgərinin mundirindən daha şərəfli heç nə yoxdur”. Bu sözləri deyən adamın adı isə heç yerdə yoxdur. Yaxud da üçrəngli bayrağımız Qız Qalasının üzərində ilk dəfə asan Cahid Hilaloğlunu adına rast gəlirikmi? Biz məhz belə şəxsiyyətlərin tanıdılması üçün çalışmalıyıq. Söküntü və dağıntı heç bir düşüncəni dəyişmir.Bizdə onsuz da günümüzdə də əsas təbliğat şifahi xalq yaradıcılığıdır. İnsanlar kitab mətnini anlamağa önəm vermirlər. Yüz mətn oxuyur, yenə də deyir ki, mən şahsevənəm. Ziyalı danışanda deyir ki, “mənim şah babam”. Dindar deyir ki, “mənim imamım”, “mənim şeyxim”. Amma “mənim Quranım” deyən çox azdır. Halbuki, əsas kitabdır. Kitaba istinad etməyən topluma hər cür xəyalı və düşüncəni aşılamaq mümkündür. Onlar hər şeyi nağılla öyrənirlər. Dini də, tarixi də nağılla öyrənirlər. Həyatlarından məmnundurlar, sanki məşhur filmimizdəki Sehrli xalatın içində gələcəyə uçmağ növbəsinə yazılıblar. Sadəcə Rəsulzadəni və Əhməd Ağaoğlunu ciddi şəkildə oxusaq, Azərbaycan dövlətinin mahiyyətini qətiyyən qaranlıq keçmişimizdə, İran bataqlığında aramazdıq.

Paşinyan Azərbaycan xalqını təbrik etdi 

“Ermənistan və Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub və bu sülh artıq insanların gündəlik həyatlarında hiss olunur”.Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.“Əlbəttə, istənilən sülhün əldə edilməsi asan deyil. Bizim sülhümüzün əldə olunması da asan olmadı. Amma istənilən sülhü dağıtmaq və heçə endirmək son dərəcə asandır. Bunu çox qısa müddətdə etmək mümkündür. Və sual budur: belə bir vəziyyətdə 35 ildən sonra yenidən sülh yaratmaq mümkün olacaqmı?Bu gün (Ermənistanda) bir çoxları - bəziləri məqsədyönlü, bəziləri isə bilmədən sülhü dağıtmaq məntiqi ilə hərəkət edir. Bu fəaliyyət bəzən xoş səslənən və ya “vətənpərvərlik” pərdəsi arxasında gizlənir”, - Baş nazir bildirib.Paşinyan qeyd edib ki, sülhü dönməz etmək üçün “Qarabağ ermənilərinin geri qayıtması” kimi mövzuları davam etdirməmək zəruridir:“Bu, həll edilməli olan məsələdir - gələcək nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə. Bu gün reallaşdırmalı və müdafiə etməli olduğumuz hüquq məhz budur. Biz buna zidd olan istənilən ritorikanın öhdəsindən gəlməyi bacarmalıyıq.Prezident Trampa bu sülhün əldə olunmasına verdiyi əvəzsiz səylərə görə təşəkkür edirəm.Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm.Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm”./teleqraf

Pezeşkian hələ belə danışmamışdı - SENSASİON açıqlamalar verdi  

İran Prezidenti Məsud Pezeşkan ölkəsinin hərbi imkanlarının məhv edilməsinə imkan verməyəcəklərini bildirib.Oxu24.com xəbər verir ki, İran lideri hədəflərinin ölkəni zəiflətmək olduğunu vurğulayıb:"İşğalçıların məqsədi bizi tamamilə tərksilah etmək idi. Əgər buna nail olsaydılar, Qəzzada etdikləri kimi torpaqlarımızı gəlib məhv edərdilər, biz də aciz qalardıq. Məgər onlara hərbi və müdafiə imkanlarımızdan məhrum olmağımıza və qarşılarında baş əyməyimizə icazə vermək düzgündür? Biz bunu etməyəcəyik", – deyə Pezeşkan bildirib.İran Prezidenti qeyd edib ki, digər ölkələrə müdaxilə etmək niyyətləri yoxdur, ərazi işğalına və ya "Böyük İran" yaratmağa çalışmırlar, əksinə, bütün qonşu dövlətləri qardaş hesab edirlər, lakin İsrail islam dövlətlərinin sərhədlərinə hörmət etmir və torpaqları zəbt etməyə fokuslanıb. O əlavə edib ki, İsrail və ABŞ Fars körfəzi ölkələrini İrana qarşı qaldırmağa çalışırlar, onlar isə bunun qarşısını almağa çalışırlar, lakin daxili fikir ayrılıqları səbəbindən çətinliklərlə üzləşirlər və düşmənlər də məhz bundan istifadə edirlər. Bütün müsəlmanların qardaş olduğunu və bunu nümayişkaranə deyil, səmimi şəkildə dediyini vurğulayan Pezeşkan, Fransayla "snapback" mexanizminin işə düşməsinin qarşısını almaq üçün aparılan danışıqlarda müəyyən anlaşmaya nail olsalar da, ABŞ-ın buna imkan vermədiyini, Avropanın isə müstəqil qərarlar qəbul etmək səlahiyyətinə malik olmadığını diqqətə çatdırıb.

İlham Əliyev yeni FƏRMAN İMZALADI

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiqlənib.Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.Qeyd edək ki, saziş 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanıb.

Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib 

Ədliyyə naziri Fərid Əhmədov 7 avqust tarixində Lerik rayonunda vətəndaşları qəbul edib.Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edilib.Qəbulda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarından ümumilikdə 152 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Azad edilmiş ərazilərində 340 layihə icra edilib 

Bu ilin I yarısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 340 layihə icra edilib.Bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.Sənədə əsasən, bu layihələrin icrasına 1 milyard 64,1 milyon manat xərclənib ki, bu da faktiki ayırmaların 30,4 %-ni təşkil edib.6 ayda Qarabağ və Şərqi Zəngəzurda icra edilmiş layihələrin 76-sı nəqliyyat, 36-sı su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 182-si sosial, 16-sı isə sair layihələr olub.Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 505,2 milyon manat (icra 48 %), sosial layihələrin icrasına 400,5 milyon manat (23 %), su təsərüffatı və meliorasiya layihələrinin icrasına 7,6 milyon manat (3 %), energetika və sənaye layihələrinin icrasına 15,4 milyon manat (11 %), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 60,3 milyon manat (42 %), sair layihələrin icrasına 75,2 milyon manat (31 %) vəsait xərclənib.

"Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı"  — Deputat Zaur Şükürov

Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsini əsaslı şəkildə dəyişmişdir. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunması yalnız hərbi-siyasi üstünlük anlamına gəlmir, bu qələbələr eyni zamanda region üçün yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı - münaqişə dövrü başa çatdı, sülh və əməkdaşlıq üçün real imkanlar yarandı.Bunu Oxu24.com-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib."Bir il öncə, avqustun 8-də son dərəcə vacib tarixi hadisəyə şahidlik etdik. Belə ki, ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin baş tutması istər Azərbaycan-Ermənistan normallaşdırma prosesinin irəlilədilməsi, istərsə də Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin yenidən nəzərdən keçirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi baxımdan böyük əhəmiyyət kəsb edir.Heç şübhəsiz, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir. Son 80 ildə tam, mütləq qələbə qazanan yeganə ölkə olan Azərbaycan münaqişəni qalibiyyətlə bitirdikdən sonra Prezident İlham Əliyev sülh təşəbbüsü ilə çıxış etdi. Sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək,bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması,  kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən 5 əsas prinsip Ermənistana təqdim edildi. 2025-ci ilin mart ayında yekun olaraq razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlandı. Lakin danışıqlar prosesinin gedişi Ermənistanın səmimi olmamasını bir daha nümayiş etdirdi. 2023-cü il antiterror tədbirlərinə qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərə dair bəndin layihəyə salınmasını təkid etməsinə baxmayaraq, Azərbaycan prinsipial şəkildə bu məsələnin ölkənin daxili işi olduğunu və dövlətlərarası sənədə daxil edilməsinin mümkünsüzlüyünü qarşı tərəfin diqqətinə çatdırırdı.Məlumdur ki, Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin, Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə mane olurdu.Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsi kimi tarixə düşdü və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtləri ilə razılaşdı - Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitisiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasının zəruriliyini qəbul etdi. Birgə Bəyannamənin 1-ci bəndində də qeyd olunan:  “....Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik.... ”  ifadəsi də məhz bunu ehtiva edir. Unutmayaq ki, Vaşinqton Zirvəsinə qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar.8 avqust görüşündən sonra Zəngəzur dəhlizinin açılması da artıq reallığa çevrildi. Yenə də, həmin Bəyannamənin 3-cü bəndinə istinad edə bilərik: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.  Bir il sonra mənzərə nədən ibarətdir? Sənəd hələ də imzalanmayıb, lakin sahədə vəziyyət kökündən dəyişib: atəşkəs möhkəmlənib, ticarət başlayıb, sərhəd delimitasiyası institusional məcraya keçib və Dövlət Komissiyaları müntəzəm olaraq görüşür, "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib. Lakin, sülhün rəsmiləşdirilməsi qarşısında duran əsas hüquqi maneə — Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları hələ də aradan qalxmayıb.Prezident İlham Əliyev bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı vəziyyəti belə qiymətləndirdi: “... Mən bu haqda artıq dəfələrlə danışmışam və bildirmişəm ki, sülh sazişinin Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın Baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub. Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur. Bununla bərabər, biz Ermənistanla fiziki əməkdaşlığa da başlamışıq. Azərbaycandan keçən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürmüşük. Biz gürcü dostlarımıza minnətdarıq ki, onlar Azərbaycana daxil olan yüklərin Gürcüstan vasitəsilə çox mühüm tranzitini təmin edirlər. Biz, həmçinin Ermənistan üçün çox mühüm olan neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, qarşılıqlı ticarət əslində başlayıb. Yəni imzalanacaq rəsmi sülh sazişi baxımından, hər şey Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır. O, baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq”.Prezident tərəfindən açıqlanan ölkəmizin bu mövqeyi rəsmilərimiz tərəfindən də davamlı olaraq səsləndirilib. Belə ki, bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Haber Global"a müsahibəsində də mövqeyimiz bir daha diqqətə çatdırılıb.2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Paşinyan hökumətinin qalib gələcəyi təqdirdə, bu hökumətin bəyanatlarına uyğun olaraq, proseslərin sürətlənəcəyinə müəyyən ümidlər var idi. Lakin nəticə ikili xarakter daşıyır. Bir tərəfdən, Paşinyanın partiyası parlament çoxluğunu qoruyub saxlayıb və hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanıb — bu, sülh kursunun davam etdiriləcəyinin siyasi mandatı kimi qiymətləndirilir. Digər tərəfdən, partiya Konstitusiyanı müstəqil dəyişdirmək üçün zəruri olan konstitusion çoxluğu (mandatların üçdə ikisi) əldə edə bilməyib. Bu nəticə, Konstitusiya dəyişikliyinin parlament yolu ilə deyil, məhz referendum yolu ilə həyata keçiriləcəyi anlamına gəlir. Paşinyan noyabr 2025-də bildirmişdi ki, referendum 2026-cı il seçkilərindən sonra keçiriləcək, sonrakı açıqlamalarda isə referendumun 2027-ci ilə planlaşdırıldığı bildirilib. Paşinyanın həqiqi niyyəti ətrafında Ermənistan daxilində və regional ekspert mühitində fərqli qiymətləndirmələr mövcuddur. Hadisələrin gedişi Ermənistanda konstitusiya dəyişikliyinin bu il həyata keçirilə biləcəyini müəyyən mənada istisna edir. Ehtimal ehtimal etmək olar ki, Paşinyan hələ daxili auditoriyanı, xüsusən revanşist əhval-ruhiyyəli seqmenti prosesə hazırlamaq üçün, həm də siyasi risklərdən qorunmaq məqsədilə vaxt qazanmağa çalışır.Bütün bunlarla yanaşı, zənnimcə, Paşinyan hökuməti sülh prosesinin yekunlaşdırılmasında maraqllıdırsa, daha qətiyyətli mövqe və siyasi iradə nümayiş etdirməlidir. Əks halda, regionda daimi maraqları olan xarici qüvvələr öz niyyətlərini həyata keçirmək üçün yenə də Ermənistandan istifadə edərək, prosesləri müəyyən qədər ləngidə bilər. Bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərində formal sülh sazişi olmasa da, mahiyyət etibarilə əvvəllər mürəkkəb görünən psixoloji, iqtisadi və institusional baryerlər aşılıb. Tam atəşkəs, Ermənistan tərəfndən sərhəddə əvvəllər törədilən təxribatların hazırda müşahidə edilməməsi,  ticarət əlaqələri, vətəndaş cəmiyyətlərinin ilk birbaşa təmasları və delimitasiya prosesinin institusionallaşması — bütün bunlar sülhün sadəcə kağız üzərində deyil, real həyatda formalaşdığının göstəricisidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı "de-fakto sülh" formulu bu baxımdan təsadüfi deyil: rəsmi imzalanma gecikə bilər, lakin münaqişənin əsas elementi — silahlı toqquşma artıq keçmişdə qalıb. Yekun olaraq, qeyd edək ki, 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə ilə Azərbayanın regionda yaratdığı status kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ bu yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı",-deyə millət vəkili fikirlərini yekunlaşdırıb.Miri Məcidli

Yeni vəzifəyə təyinat alan Nağdəliyevin DOSYESİ

Dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.Oxu24.com  Nemət Nağdəliyevin dosyesini təqdim edir: 2017-ci ilin oktyabr ayında Nemət Nağdəliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib.Diplomatik sahədə böyük təcrübəyə malik N.Nağdəliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Rusiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında iqtisadiyyat elmləri namizədi dərəcəsini almışdır. N.Nağdəliyev Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyində Humanitar proqramlar şöbəsinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin Aparat rəhbəri vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində çalışmışdır.

Azərbaycan-Ukrayna münasibətlərində YENİ TƏMAS: Ceyhun Bayramov Budanovla görüşdü  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları təqdir edərək, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfəni xüsusi vurğulayıblar. Bakının qlobal müstəvidə yürütdüyü çoxvektorlu xarici siyasət kursu bu cür kritik təmaslar fonunda ölkəmizin beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş imicini daha da gücləndirir. Həm Rusiya, həm də Qərb ilə münasibətləri gərginləşdirmədən Kiyevlə strateji dialoqu davam etdirmək bacarığı Azərbaycanın müstəqil qərarvermə qabiliyyətinin bariz göstəricisidir. Bu cür diplomatik addımlar Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının əsas oyunçusu olan Bakının regional sülh proseslərində konstruktiv vasitəçi rolunu artırır. Eyni zamanda, Azərbaycan Şərq və Qərb paytaxtları qarşısında öz geosiyasi dəyərini qoruyaraq milli maraqlarını uğurla təmin edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycanın xarici işlər nazirinin Ukrayna rəsmiləri, o cümlədən təhlükəsizlik və strateji idarəçilikdə mühüm rol oynayan fiqurlarla bu cür yüksək səviyyəli təmasları Bakının qlobal müstəvidə yürütdüyü çoxvektorlu və balanslı xarici siyasət kursunun əyani sübutudur.Onun sözlərinə görə, bu ölkəmizin beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirir:“Həm Rusiya, həm də Qərb ilə münasibətləri gərginləşdirmədən Kiyevlə siyasi dialoqu davam etdirmək bacarığı Azərbaycanın müstəqil qərarvermə qabiliyyətini nümayiş etdirir və onun regional sülh proseslərində konstruktiv vasitəçi və ya dialoq platforması kimi rolunu əhəmiyyətli dərəcədə artırır”.Həmçinin, politoloq əlavə edib ki, bu cür diplomatik gedişlər Bakıya həm Şərq, həm də Qərb paytaxtları qarşısında öz geosiyasi dəyərini qoruyub saxlamağa imkan verir:“Bu, qlobal güclərin rəqabət meydanında milli maraqlarını qorumağa və Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının əsas oyunçularından biri kimi mövqeyini daha da möhkəmləndirməyə şərait yaradır”.Çimnaz Telmanqızı

Prezidentdən yeni təyinatlar:Siyahıda kimlər var?

Prezident İlham Əliyevin sərəncamlarına əsasən 3 ölkədəki səfirimiz dəyişdirilib.Oxu24.com  xəbər verir ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.Başqa sərəncamla Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.İrfan Davudov buna qədər Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri olub. O, bu vəzifədən geri çağırılıb.OXU:  20 manatlıq ödəniş ləğv olundu Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Fərhadov təyin edilib.

Tokayevin Paşinyana zəngi: Astananın Zəngəzur və Orta Dəhliz üzrə geosiyasi hesablamaları  

Ermənistanda Nikol Paşinyanın yenidən baş nazir seçilməsindən sonra ona yalnız Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin zəng edərək təbriklərini çatdırması diqqət mərkəzinə düşüb. Moskvanın İrəvana təzyiqlərinin artdığı, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarılması ilə bağlı çağırışların səsləndiyi bir dövrdə bu diplomatik təmas xüsusi çəki kəsb edir. Çünki Qazaxıstan həm KTMT-nin, həm də Avrasiya İqtisadi İttifaqının fəal üzvü olaraq regiondakı proseslərdə birbaşa maraqlı tərəf kimi çıxış edir. Cənubi Qafqazda sülh prosesinin intensivləşməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və Orta Dəhlizin aktuallaşması bu zəngin arxasında duran geosiyasi motivləri üzə çıxarır. Rusiya-Ukrayna müharibəsindən sonra alternativ logistika marşrutlarına ehtiyacın artması Astananın Azərbaycan üzərindən Avropaya çıxış imkanlarını genişləndirmək səylərini sürətləndirib. Bu baxımdan Zəngəzur istiqaməti və nəqliyyat dəhlizlərinin açılması Qazaxıstanın regional iqtisadi hesablamalarında həlledici rol oynayır.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Tokayev-Paşinyan təması sadəcə protokol qaydası deyil, daha dərin strateji məqsədlərə xidmət edir.Politoloqun sözlərinə görə, Ermənistana Rusiya tərəfindən olan təzyiqlər, KTMT-də səs hüququndan məhrum edilmə və Aİİ-dən çıxarılma hədələri fonında Qazaxıstan liderinin bu addımı olduqca diqqətçəkicidir:"Qazaxıstan həm KTMT, həm də Aİİ üzvüdür. Buna baxmayaraq, Astananın İrəvanla siyasi dialoqu saxlaması rəsmi Qazaxıstanın müstəqil və çoxvektorlu xarici siyasət yürütdüyünü bir daha sübut edir. Astana həm Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, həm də Avrasiya məkanındakı digər inteqrasiya platformalarında Ermənistanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.Rəşad Bayramov vurğulayıb ki, son illərdə Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə keçməsi və Orta Dəhlizin əhəmiyyətinin artması belə təmaslara daha geniş geosiyasi çalar qazandırır:"Qazaxıstan üçün Cənubi Qafqaz Avropa ilə Asiya arasında yükdaşımaların əsas marşrutlarından biridir. Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə Avropaya uzanan Orta Dəhliz son illərdə həm iqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətini artırıb. Rusiya-Ukrayna müharibəsindən sonra alternativ nəqliyyat marşrutlarına marağın yüksəlməsi Qazaxıstanın da bu istiqamətdə fəaliyyətini intensivləşdirib. Bu səbəbdən Astana regionda sabitliyin və kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edir”.Politoloq xüsusilə Zəngəzur istiqamətinin bu prosesdə əsas həlqə olduğunu qeyd edib:"Əgər gələcəkdə Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətləri ilə bağlı qarşılıqlı məqbul razılaşma əldə olunarsa, bu, Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək. Belə bir inkişaf Qazaxıstan üçün Avropa bazarlarına çıxışın alternativlərini artırmaqla yanaşı, Xəzər üzərindən daşınan yüklərin həcminin artmasına da töhfə verəcək”.Ekspert hesab edir ki, Tokayevin Paşinyanla təması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək mesajı kimi qiymətləndirilməlidir:"Regionda davamlı sülhün əldə olunması yalnız Bakı və İrəvan üçün deyil, həm də Orta Dəhliz boyunca yerləşən dövlətlərin iqtisadi maraqları baxımından vacibdir. Kommunikasiya xətlərinin bərpası yükdaşımaların şaxələndirilməsinə, logistika xərclərinin azalmasına və ticarət dövriyyəsinin genişlənməsinə xidmət edəcək ki, bundan da hər kəs, o cümlədən Qazaxıstan qazanacaq. Yekun olaraq deyə bilərik ki, Astananın məqsədi Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması və beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsiz fəaliyyətini təmin etməkdir”.Çimnaz Telmanqızı

Prezident ona  yeni vəzifə verdi - SƏRƏNCAM 

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb.Oxu24.com xəbər verir  ki,Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib.Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır:Azərbaycan Respublikasının xarici işlər naziriAzərbaycan Respublikasının maliyyə naziriAzərbaycan Respublikasının mədəniyyət naziriAzərbaycan Respublikasının daxili işlər naziriAzərbaycan Respublikasının fövqəladə hallar naziriAzərbaycan Respublikasının səhiyyə naziriAzərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziriAzərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriAzərbaycan Respublikasının energetika naziriAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədriAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisiAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisiAzərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisiAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədriAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədriAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədriAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədriBakı Şəhər İcra Hakimiyyətinin başçısıAzərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri.Təşkilat Komitəsi bu il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin edəcək, Forumunun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planını hazırlamalı və icrasını əlaqələndirməli, eləcə də Forumun təşkili və keçirilməsi ilə bağlı digər zəruri məsələləri həll etməlidir.İqtisadiyyat Nazirliyi isə Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək.

İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb.Oxu24.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.Fərmana əsasən, Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.Fərmanla “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilib.“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etməli, cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etməli, Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir. Eyni zamanda Nazirlər Kabineti Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir.

Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM 

Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.

20 manatlıq ödəniş ləğv olundu 

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilib.Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Media haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib.

Pakistandakı səfirimiz dəyişdi 

Xəzər Nadir oğlu Fərhadov Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Prezidentin digər Sərəncamına əsasən, İrfan Şakir oğlu Davudov Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Unikal" xəbər verir ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, idxal etdiyi mallar qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları və maddi daşıyıcılar hesab edilmir, şirkət yalnız elektronika və məişət texnikası idxal edir və satır. Buna görə də qonorar ödəmək və Gildiya ilə müqavilə bağlamaq öhdəliyi daşımadığını irəli sürüb. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı rədd edərkən belə nəticəyə gəliblər ki, iddiaçı cavabdehə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bundan başqa, məhkəmələr cavabdehin idxal etdiyi malların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu iddiaçının mötəbər sübutlarla təsdiq edə bilmədiyini qeyd ediblər. Ali Məhkəmənin mövqeyi isə belə olub: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surəti çıxarıldıqda müəlliflərin, ifaçıların, audiovizual əsər və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır və həmin qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilir. Normanın məzmunundan görünür ki, həm müəlliflərin qonorar almaq hüququ, həm də istehsalçı və ya idxalçıların həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan irəli gəlir.Həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş müqavilə isə bu hüququ yaradan hüquqi fakt deyil, onun həyata keçirilməsi mexanizmlərindən biridir. Müqavilənin bağlanması tərəflərə, o cümlədən idxalçıya qanunvericilikdə müəyyən edilmiş minimum hədd nəzərə alınmaqla, qonorarın məbləğini və ödənilməsi şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Tərəflər razılığa gələ bilmədikdə isə həmin məsələlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi açıq şəkildə göstərilmişdir.Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşsa da, qeyd etmişdir ki, həmin mövqe öz-özlüyündə iddiaçının pul tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz, çünki müəlliflərin qonorar almaq hüququ və cavabdehin ödəniş öhdəliyinin hüquqi əsasının birbaşa qanundan, yoxsa müqavilədən irəli gəldiyi müəyyən olunmalıdır.Əks yanaşma qəbul edildiyi halda, surətçıxarma üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şəxslər sadəcə müqavilə bağlamaqdan imtina etməklə qanunla nəzərdə tutulmuş ödəniş öhdəliyindən yayına bilərlər. Belə yanaşma isə müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla təmin edilmiş əmlak hüquqlarının faktiki həyata keçirilməsini mümkünsüz edər, qanunvericinin müəyyən etdiyi kompensasiya mexanizmini əhəmiyyətsiz hala salar və hüquqdan sui-istifadəyə şərait yaradardı.Beləliklə, tərəflər arasında müqavilənin bağlanmaması müəlliflərin qanundan irəli gələn qonorar almaq hüququnu və idxalçının həmin qonorarı ödəmək öhdəliyini aradan qaldırmır. Müqavilənin hüquqi əhəmiyyəti tərəflərin qanunvericiliklə müəyyən edilmiş çərçivə daxilində qonorarın məbləği və ödənilmə qaydası barədə qarşılıqlı razılığa gəlmələrindən ibarətdir. Belə razılıq əldə edilmədiyi halda isə idxalçı qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli 132 nömrəli qərarı ilə müəyyən edilmiş minimum məbləğdə qonorar ödəmək öhdəliyini daşıyır.Həmçinin vurğulanıb ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsində sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısı məhdud xarakter daşımır. “Başqa avadanlıqlar” və “digər maddi daşıyıcılar” anlayışları texnoloji inkişaf nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməlidir. Konkret texniki vasitənin həmin kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması və yazılması imkanını təmin edib-etməməsindən asılı olaraq müəyyən edilməlidir.Sonda iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilib.

Prezidentdən AZAL-la bağlı - Fərman 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən - sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.Oxu24.com  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Prezidentinə həvalə edilib.Qeyd edək ki, Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət yaradılan Müşahidə Şurasının da yeni səlahiyyətləri müəyyənləşib.Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:- Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;- Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;- fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;- Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;- Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;- Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;- Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;- Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;- Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;- Azərbaycanın Mülki Məcəlləsi, Azərbaycanın bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.Hazırda Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar daxildir:- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;- Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;- Azərbaycanın Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycanın bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

"Yer kürəsinin cazibəsi bu tarixdə 7 saniyə yox olacaq" - İddia 

Sosial mediada yayılan və 12 avqust 2026-cı ildə Yer kürəsinin cazibə qüvvəsinin 7 saniyəlik dayanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir. Oxu24.com xəbər verir ki, TikTok və "Instagram"da yayılan paylaşımlardan sonra bir çox istifadəçi bu mövzuda araşdırma aparmağa başlayıb. NASA məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Yer kürəsinin cazibəsinin qısa müddətə belə yox olacağına dair heç bir elmi əsas yoxdur. Qurumun "Snopes" platformasına verdiyi açıqlamada belə bir hadisənin baş verəcəyini təsdiqləyən heç bir elmi məlumatın olmadığı qeyd edilib.Fizika mütəxəssisləri də bu iddiaların elmi reallıqlara uyğun olmadığını vurğulayıb. Onların sözlərinə görə, cazibə qüvvəsi açılıb-sönən mexanizm deyil və planetin kütləsi ilə bağlı sabit təsirdir. NOCOMMENT.az

Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib 

“Rəsmi səfərim çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunmaq mənim üçün şərəf oldu. Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə hərtərəfli müzakirələr apardıq. Xüsusilə siyasi dialoq, energetika, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə diqqət yetirdik”.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov öz “X” hesabında yazıb.XİN rəhbəri Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi barədə məlumatlandırdığını bildirib.“Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davam edən dəstəyimizə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirirəm”, - Ceyhun Bayramov əlavə edib.

Zaur TikTok-dadır, Rəşad Məcid isə tarixdə - Turan Etibaroğlu yazır…  

Bir cümlə var idi ortada sadə, aydın, heç kimə qarşı yönəlməyən bir cümlə: “ kitab, nə qədər inkişaf etsək də, heç vaxt əvəzedilməz olmayacaq”  Rəşad Məcid bunu deyəndə, əslində, texnologiyaya bir güllə atmırdı. O, sadəcə, kağızın, sətrin, oxunun izini saxlayan həmin köhnə formanın yerini hələ heç nəyin doldura bilmədiyini xatırladırdı. Amma bu sadə xatırlatma tezliklə başqa məcraya yönləndirildi, üstəlik bunu edən şəxsin kimliyi məsələni daha da düşündürücü etdi.Əslində, kitab haqqında deyilən bu cür fikirlər yeni deyil. Zaman-zaman müxtəlif ölkələrdə, müxtəlif dövrlərdə oxşar müzakirələr olub , texnologiya sürətlə inkişaf etdikcə, köhnə vərdişlərin, köhnə formaların yaşarılığı sual altına alınıb. Amma tarix göstərib ki, kitab bu sınaqların hər birindən çıxıb, çünki onun verdiyi şey sadəcə məlumat deyil düşüncənin dərinləşməsi, təxəyyülün genişlənməsi, insan psixologiyasının, cəmiyyətin, tarixin qat-qat anlaşılmasıdır. Bunu bir dəfə də olsun kitabla ciddi məşğul olan hər kəs bilir. Ona görə də Rəşad Məcidin sözləri, əslində, yeni bir kəşf deyildi  sadəcə, unudulmağa üz tutan köhnə bir həqiqətin xatırladılması idi.Bu münasibəti bildirən televiziya aparıcısı, bir-birindən maraqlı, qalmaqallı verilişlərin rəhbəri toy verilişindən tutmuş ağlaşma verilişinə qədər, bəzilərinin güman yerinə çevrilən və sözün əsl mənasında xeyirxahlıq nəticəsində şəfa tapdığı, eyni zamanda televiziya adına ən gülməli, ləkə gətirən insanlara belə efir verən, bir mövzunu uzun-uzadı gündəmdə saxlaya bilən Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev idi.  O, həmçinin  sosial şəbəkədə “Zaur Günay” adlı TikTok hesabının sahibidir.Zaur bəy cavabında kitabın üstünlüyünə dair fikri qəbul etməyərək dünyanın süni intellektin inkişafı fonunda insan əməyindən demək olar ki, imtina etdiyini yazdı, “Biz hələ TikTok-un əxlaqımıza təsirində qalmışıq?!” deyə sual verdi, sonra isə “başqalarının həyatına az girin”, “imkan verin” çağırışları ilə fikrini yekunlaşdırdı. Bu reaksiyanın özündə isə bir neçə ziddiyyət var idi ki, üzərində dayanmaq lazımdır.Əvvəla, kitabın dəyərindən danışmaq TikTok-a qarşı çıxmaq demək deyil. Bu iki anlayışı qarşı-qarşıya qoymaq, sadəcə, müzakirənin məğzini yayındırmaq cəhdidir. Kimsə kitabın oxucuya verdiyi dərinlikdən danışırsa, bu, o demək deyil ki, o, TikTok-un mövcudluğuna qarşıdır. Sadəcə, bir neçə saniyəlik videonun və saatlarla oxunan mətnin insan düşüncəsinə təsiri eyni ola bilməz, bu, hamının bildiyi bir həqiqətdir. Bir videonu izləmək üçün nə səbrə, nə diqqətin uzun müddət cəmlənməsinə, nə də təxəyyülün işə düşməsinə ehtiyac var, görüntü hər şeyi hazır şəkildə təqdim edir. Kitab isə oxucudan əməkdaşlıq tələb edir: sətirlər arasında boşluqları öz təxəyyülünlə doldurmalı, personajların hiss etdiklərini öz daxilində yaşamalı, müəllifin sözləri ilə öz düşüncən arasında körpü qurmalısan. Məhz bu proses insanı formalaşdırır, onun daxili dünyasını zənginləşdirir heç bir video, nə qədər maraqlı olsa da, bunu əvəz edə bilməz.İkincisi, süni intellekti nümunə çəkməsi də yerində deyildi. Çünki süni intellekt adlanan sistem, insanlardan fərqli olaraq, anlamadığı bir mövzu haqqında tələsik hökm vermir , məlumatı toplayır, təhlil edir, yalnız bundan sonra nəticəyə gəlir. Bu qədər “soyuq” sayılan bir mexanizmin nümayiş etdirdiyi diqqətlilik, təəssüf ki, bəzən canlı müzakirələrdə çatışmır.Üçüncüsü, “başqasının həyatına qarışmayın” tövsiyəsi də qəribə səslənir. Çünki illər boyu efirdə məhz Zaur bəyin özünün apardığı proqramlarda insanların şəxsi münasibətləri, ailə vəziyyəti, gündəlik davranışları müzakirə mövzusu olub, bu, gizli deyil, hamının yaddaşındadır. Rəşad Məcidin nə yazılarında, nə də rəhbərlik etdiyi qurumun fəaliyyətində isə belə yanaşmaya rast gəlinməyib. Ona görə əxlaqdan, mədəniyyətdən danışarkən əvvəlcə güzgüyə baxmaq da pis olmazdı.Amma bütün bunlardan daha çox diqqət çəkən başqa bir məqam var. Zaur Baxşəliyev təkcə uzun illərin peşəkar televiziya aparıcısı deyil, eyni zamanda Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş bir simadır. Bu ad, sadəcə, kağız üzərində qalan formal bir titul deyil  illərin əməyinin, sənətə göstərilən sədaqətin dövlət tərəfindən rəsmən etiraf olunmasıdır. Belə bir adı daşıyan insandan gözlənilən, təbii ki, ictimai məkanda istər ekranda, istərsə də sosial şəbəkədə öz statusuna, təcrübəsinə uyğun bir ciddiyyət nümayiş etdirməkdir. Lakin son dövrlər onun TikTok hesabında paylaşdığı videolara nəzər salanda, təəssüf ki, bu ciddiyyətin həmişə qorunduğunu demək çətindir. Bəzən həmin paylaşımlar o qədər süni, o qədər zorla “trend”ə uyğunlaşdırılmış görünür ki, izləyicidə təbii sual yaranır: bu, doğrudanmı illərin təcrübəli aparıcısıdır, yoxsa kimsə onun adından istifadə edərək gənclər arasında məşhur olan formatları təqlid etməyə çalışır? Bir insanın həm ekranda ağırlıqla çıxış etməsi, həm də kamera qarşısında özünü tanınmaz dərəcədə fərqli təqdim etməsi arasındakı ziddiyyət get-gedə daha çox nəzərə çarpır.Ancaq bütün bu deyilənlərdən sonra, əsl sual budur: bu ittihamların ünvanlandığı şəxs kimdir? Rəşad Məcid  ömrünü mətbuata həsr etmiş, illərdir yorulmadan yazan, redaktə edən, düşünən, cəmiyyətin ədəbi-mədəni yaddaşını qoruyan bir insan. Onun rəhbərlik etdiyi “525-ci qəzet” sadəcə bir nəşr deyil, illər boyu formalaşan, öz üzərində bir çox qələm sahibinin püxtələşdiyi, sınandığı, boya-başa çatdığı bir məktəbdir. Neçə-neçə şair, neçə-neçə yazıçı, neçə-neçə jurnalist bu məktəbin qapısından keçib, orada püxtələşib, öz səsini tapıb. Bu, təsadüfən yaranan bir nüfuz deyil illərin səbrli, ardıcıl, bəzən heç kimin görmədiyi, heç kimin təqdir etmədiyi əməyinin nəticəsidir. Ədəbiyyata, mətbuata, gənc qələmlərə göstərdiyi bu sədaqət, şübhəsiz ki, özündən sonra da yaşayacaq, özündən sonra da böyük işlərin təməli olaraq qalacaq.Bu, bir gündə, bir ayda, hətta bir neçə ildə qazanılan uğur deyil. Onilliklər boyu hər gün eyni sıradan, eyni səbrlə, heç bir alqış gözləmədən görülən işin nəticəsidir. Neçə gənc qələm sahibi ilk mətnini məhz o mühitdə, o dəstəyin sayəsində dərc etdirib, ilk uğursuzluğunu da, ilk tənqidini də orada eşidib, sonra isə öz yolunu tapıb. Bu, sadəcə redaktorluq deyil  bu, bir nəslin formalaşmasına şəxsi töhfədir. Bu gün Azərbaycan ədəbi mühitində tanınan bir çox imza, birbaşa və ya dolayı yolla, o məktəbin izini daşıyır. Belə bir irsin qarşısında dayanıb “ziyalı deyilsiniz” demək üçün, ən azı, oxşar bir iz qoymuş olmaq lazımdır.Belə bir insanı “ziyalı deyilsiniz” damğası ilə ittiham etmək, üstəlik bunu kitabın dəyərini xatırladan sadə bir fikrə görə etmək, həqiqətən də, düşündürücüdür. Çünki ziyalılıq nə ekranda ciddi görünməklə, nə fəxri ad daşımaqla, nə də hər gün yeni videolar paylaşmaqla ölçülmür. Ziyalılıq, ilk növbədə, başqasının fikrini düzgün anlamaq, onu təhrif etmədən qiymətləndirmək, üstəlik həmin fikri deyən insanın çəkisini, keçdiyi yolu tanımaq bacarığıdır. Kitabı müdafiə edən bir fikri “TikTok-a qarşı çıxmaq” kimi təqdim etmək, bunu üstəlik ziyalılıq müstəvisində müzakirə etmək, doğru yanaşma deyil. Bir tərəfdə onilliklər boyu mətbuata, ədəbiyyata, gənc nəslin formalaşmasına xidmət etmiş bir insan, digər tərəfdə isə bir neçə saniyəlik videolarla gündəmə gəlməyə çalışan bir yanaşma dururkən, kimin “başqalarının həyatına girdiyini”, kimin isə cəmiyyətə həqiqətən nəsə qazandırdığını ayırd etmək o qədər də çətin olmamalıdır.Sonda demək istərdim ki, hər kəsin öz seçdiyi platformada özünü ifadə etmək haqqı var, bu, şübhəsiz. Amma illərin əməyi ilə qazanılan nüfuzu, dövlətin rəsmən tanıdığı fəxri adı daşıyan bir insandan gözlənilən, bəlkə də, bu haqdan istifadə edərkən bir az daha ölçülü, bir az daha məsuliyyətli davranmasıdır. Kitabın dəyərini, mətbuatın gücünü, ustadlığın nə demək olduğunu illər boyu öz həyatı ilə göstərmiş bir insana etiraz etmək əvəzinə, bəlkə, əvvəlcə öz timeline-ına, sonra isə öz ömür yoluna nəzər salmaq daha doğru addım olardı. Çünki bəzən ən uca sözləri ən sadə həyatlar söyləyir, ən böyük dərsləri isə göstərişsiz, səs-küysüz keçən illər verir.Bu mübahisə, əslində, kitabla TikTok arasında deyil, iki fərqli baxış tərzi arasında getdi, biri anlıq diqqəti, digəri isə davamlı dəyəri hədəf alan iki fərqli yanaşma. Cəmiyyət hər ikisinə yer verə bilər, bu, doğrudur. Amma hansının hansı yerdə dayandığını, hansının nəyi formalaşdırdığını unutmaq da olmaz. Kitab oxumayan bir nəsil böyütmək nə qədər asandırsa, onu yenidən oxumağa öyrətmək bir o qədər çətindir. Ona görə bu kimi xatırlatmalar  nə qədər sadə görünsə də əslində, gələcəyə göndərilən xəbərdarlıqlardır. Onları eşitmək, üstündən keçmək əvəzinə, üzərində düşünmək daha faydalı olardı.

Prezidentin Fərmanı ilə gömrükdə YENİ MƏRHƏLƏ: Sadələşdirilmiş qaydalar biznesə və qiymətlərə necə təsir edəcək?   

Prezident İlham Əliyev ölkədə ticarət dövriyyəsinin operativliyini artırmaq və gömrük prosedurlarını təkmilləşdirmək məqsədilə mühüm fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti 6 ay ərzində bir sıra malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayıb təsdiq etməlidir. Bu malların siyahısına media materialları, tez xarab olan məhsullar, canlı heyvanlar, radioaktiv maddələr, müdafiə və təhlükəsizlik təyinatlı yüklər, eləcə də fövqəladə hallarda zəruri olan mallar daxildir. Gözlənilən yeniliklərin logistika xərclərini azaltması, idxal-ixrac proseslərinə ciddi dinamika qazandırması və ölkədəki biznes mühitini canlandırması proqnozlaşdırılır. Xüsusilə operativ çatdırılma tələb edən məhsulların sərhəddə ləngimədən keçməsi ölkənin ərzaq təhlükəsizliyi və təchizat zəncirinin kəsintisizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən dəyişikliklərin iqtisadiyyata gözlənilən təsirlərini Oxu24.com-a şərh edən tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli qərarı yüksək qiymətləndirib.İqtisadçı Natiq Cəfərli bildiriş edib ki, dövlət başçısının bu adımı özəl sektora və bazar konyukturasına birbaşa müsbət təkan verəcək:"Əslində bu qərar çox pozitiv qərardır. İndi 6 ay müddətində hansı implementasiyanın (icranın) olacağına baxmaq lazımdır. Amma Prezidentin verdiyi bu qərar biznes mühitinin yaxşılaşdırılmasına, ölkədə rəqabətli mühitin yaradılmasına, qiymətlərin tənzimlənməsinə — yəni bir çox sahələrdə qiymət artımının qarşısının alınmasına müsbət təsir göstərməlidir”.İqtisadçı qeyd edib ki, indi bunun necə həyata keçiriləcəyini və Nazirlər Kabinetinin icra ilə bağlı hansı qərarları qəbul edəcəyini gözləmək lazımdır:“Ümid edək ki, Nazirlər Kabineti 6 ayı sonuna qədər gözləmədən prosesi yekunlaşdıracaq. Çünki sənəddə '6 ay müddətində' qeyd olunub. Yəni bunu 2, 3 və ya 4 aya da etmək olar”.Natiq Cəfərli vurğulayıb ki, Nazirlər Kabineti çalışmalıdır ki, tez bir zamanda Prezidentin bu pozitiv qərarını həyata keçirsin və bu dəyişiklik biznes mühitinə öz müsbət təsirini tezliklə göstərsin.Çimnaz Telmanqızı

Rubinyanın yeni vəzifəsi Bakı-İrəvan xəttinə necə təsir edəcək? – Politoloq açıqladı  

Ermənistanda keçirilən səsvermə nəticəsində Ruben Rubinyan doqquzuncu çağırış parlamentin sədri seçilib. Məlumata görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının irəli sürdüyü namizədin lehinə 64 deputat səs verib. Yeni spikerin fəaliyyətə başlaması regional siyasətdə və Ermənistanın xarici kursunda mühüm mərhələlərdən biri kimi qiymətləndirilir. Xüsusilə də onun spiker postunda fəaliyyətinin Ermənistan-Azərbaycan münasibətlərinə və sülh danışıqlarına hansı formada təsir göstərəcəyi böyük maraq doğurur. Ekspertlərin fikrincə, parlament sədri ölkənin əsas siyasi fiqurlarından biri olduğu üçün qəbul edilən qərarlarda və diplomatik təmaslarda aparıcı rol oynayır. Bu təyinatın Bakı ilə İrəvan arasında davam edən sülh prosesinə olası təsirləri geniş müzakirə mövzusuna çevrilib.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Ruben Rubinyanın parlament sədri seçilməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına müsbət istiqamətdə təsir göstərə bilər:"Ermənistan rəhbərliyində parlament sədri əsas postlardan biridir və bu vəzifəni tutan şəxsin mövqeyi doğrudan da hökumətin ümumi siyasi xəttinə təsir edir. Çünki dövlət üçün vacib və əsas qərarlar məhz parlament müstəvisində qəbul olunur. Bu baxımdan spikerin mövqeyi sülh prosesində mühüm əhəmiyyət kəsb edir”.Onun sözlərinə görə, daha əvvəl spiker postunu tutan Alen Simonyanın Azərbaycan və Ermənistan parlamentləri arasında münasibətlərin qurulması və sülh prosesində müəyyən rolu olmuşdu. Xüsusilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirilən görüşlər bunu deməyə əsas verir. Politoloq hesab edir ki, Rubinyan da bu siyasəti davam etdirəcək:“Rubinyanın bu xətti sürdürəcəyini deməyə əsas verən mühüm amillərdən biri onun Türkiyədə təhsil alması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndə kimi iştirak etməsidir. Türkiyə ilə birbaşa danışıqlarda yer alan bir şəxs kimi o, Ankaranın mövqeyini daha yaxşı anlayır. Ankara isə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra tam normallaşacaq və sərhədlər açılacaq”.Asif Nərimanlı əlavə edib ki, dolayısıyla, Rubinyan bu prosesin birbaşa içində olan bir diplomat kimi Azərbaycanla sülhün əldə olunmasının Ermənistanın gələcəyi üçün nə qədər vacib olduğunu dərk edən şəxslərdəndir. Bu kontekstdən yanaşsaq, onun parlament sədri kimi fəaliyyətinin iki ölkə arasında etimad mühitinin yaradılmasına və parlamentlərarası əlaqələrin inkişafına müsbət töhfə verəcəyini gözləmək olar”. Çimnaz Telmanqızı

Prezidentdən AZAL-la bağlı FƏRMAN 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən – sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.

Elman Abdullayev geri çağırıldı - SƏRƏNCAM 

Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Zahid Oruc: ”Ruben Vardanyan xeyriyyəçi yox, yeni işğal layihəsinin icraçısı idi”..  

Vətən müharibəsində Qələbədən sonra Azərbaycan yeni hibrid müharibə ilə üzləşdi. Ruben Vardanyanın Qarabağa göndərilməsi xüsusi missiya idi. Onun bioqrafiyası adi biznesmen, xeyriyyəçi və ya siyasi fəalın həyat yolu kimi nəzərdən keçirilə bilməzdi. Çoxmilyardlıq sərvətə malik erməni iş adamının fəaliyyəti, Rusiya maliyyə elitası, ofşor kapital şəbəkələri, erməni diaspor institutları, Qərbdə yaradılan filantrop obrazı və Azərbaycan torpaqlarında uzun illər hökm sürən işğala son qoyulması ərəfəsində qanunsuz separatçı idarəetməni qorumağa göndərilməsi mürəkkəb hərbi-siyasi əməliyyat kimi qiymətləndirilməlidir.2022-ci ildə Rusiya vətəndaşlığından imtina qərarı ilə onun Qarabağa gəlməsi və qısa müddət sonra qanunsuz rejimin “dövlət naziri” vəzifəsini tutması təsadüfi humanitar seçim adlandırıla bilməzdi. Vardanyan qapalı bölgəyə sahibkar və xeyriyyəçi kimi gəlməmişdi; Azərbaycanın suveren ərazisində qanunsuz siyasi idarəetmənin ömrünü uzatmağa çalışan xarici siyasi fiqur kimi regiona atılan desant idi.O, 2023-cü ilin sentyabrında Azərbaycan tərəfindən saxlanıldı, sonrakı məhkəmə prosesində 42 ittiham üzrə, o cümlədən terrorçuluq, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edildi.Bir daha Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan Qələbənin hansı beynəlxalq miqyaslı şəbəkə üzərində əldə olunduğuna diqqət yetirmək üçün həmin dövrün regional mənzərəsinə qayıtmaq gərəkdir.Vardanyanın Qarabağa köçməsi Ermənistan cəmiyyətinə “milli fədakarlıq” və “humanitar xidmət” kimi təntənəli adlar və eyforik təhlillərlə təqdim edilirdi. Lakin hadisələrin ardıcıllığı başqa qənaətləri möhkəmləndirirdi. Rusiya–Ukrayna müharibəsindən sonra Rusiyanın iri biznes dairələri ağır sanksiya və siyasi təzyiqlərlə üzləşdiyi vaxt Vardanyanın Rusiya vətəndaşlığından çıxması, sərvət və nüfuzunun bir hissəsini “erməni milli missiyası”na yönəltməsi və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Qarabağda yerləşməsi şəxsi qərar ola bilməzdi. Müharibə partiyası yeni layihə hazırlamışdı.1990-cı illərdə də ölkəmiz oxşar ssenarilər yaşamışdı. O zaman səhra komandirləri yerli komsomol fəalları olsalar da, xarici dövlət və şirkətlərin bölgədə yerləşdirilməsi gələcək ağır hərbi toqquşmaların tətikləyicisinə çevrilmişdi. İndi isə Bakı ilə Qarabağın erməni əhalisi arasında mümkün reinteqrasiya prosesinə daha fərqli qüvvələr qoşulur, əlavə siyasi maneə yaradılırdı. Cəmi bir neçə il sonra hazırkı erməni hakimiyyəti layihənin təkcə Azərbaycan əleyhinə deyil, həm də İrəvanda rejimin dəyişdirilməsi planının tərkib hissəsi olduğunu etiraf etmişdi.Vardanyan separatçı qurumun idarəçiliyində iştirak etməklə Azərbaycan dövlətinin Konstitusiya quruluşuna qarşı fəaliyyət göstərən qanunsuz siyasi sistemin vəzifəli şəxsinə çevrildi.Burada əsas siyasi sual budur: milyardlarla dollarlıq biznes təcrübəsinə, beynəlxalq əlaqələrə və geniş filantrop şəbəkəsinə malik bir şəxs niyə danışıqların, iqtisadi əməkdaşlığın və hüquqi reinteqrasiyanın tərəfdarı olmadı, əksinə, separatizmin davamlılığına külli miqdarda sərmayə qoydu?Cavab saxta filantropun seçiminin “bitərəf humanitar xadim” obrazını tamamilə dağıdır. Siyasi vəzifə tutan, separatçı qurumun adından çıxış edən və Azərbaycanın mərkəzi hakimiyyətini tanımayan şəxs artıq öz fəaliyyətinin hüquqi və siyasi nəticələrinə görə məsuliyyət daşıyır.Vardanyanın beynəlxalq reputasiyasının ən problemli hissələrindən biri “Troika Laundromat” araşdırmasıdır. OCCRP-nin əldə etdiyi sənədlərə əsasən, Troika Dialog əməkdaşları tərəfindən yaradılan 76 şirkətdən ibarət ofşor sistem 2006-cı ildən 2013-cü ilin əvvəlinədək təxminən 4,6 milyard dollar qəbul edib. Şəbəkə pulların mənbəyini və həqiqi sahiblərini gizlətməyə imkan verən saxta şirkət və müqavilələrdən istifadə edirdi.Sənədlər Vardanyanın özü və ailəsi ilə əlaqəli 3,2 milyon dollardan artıq ödənişin həmin şəbəkə şirkətləri vasitəsilə həyata keçirildiyini göstərir. Vəsaitlər arasında kredit kartı ödənişləri, ailə üzvlərinin hesablarına köçürmələr və uşaqlarının Böyük Britaniyadakı təhsil xərcləri də olub. OCCRP həmçinin Vardanyanın sistemdəki şirkətlərdən biri ilə bağlı sənəddə imzasının olduğunu müəyyən edib.Araşdırma dərc edilən zaman Vardanyana və Troika Dialog-a qarşı rəsmi cinayət ittihamı irəli sürülməmişdi. Vardanyan isə əməliyyatların o dövrün Rusiya biznes praktikasında adi olduğunu, Troika Dialog-un qanunlara uyğun işlədiyini və bankın bütün əməliyyatlarından xəbərdar olmadığını deyib.Deməli, “Vardanyan milyardlarla dolları şəxsən yuyub” hökmü tamamilə əsaslıdır. Eyni zamanda, hərbi və onlarla digər cinayətlərdə iştirak edən Vardanyanın rəhbərlik etdiyi bankın əməkdaşları belə geniş və mürəkkəb ofşor sistem qurub və o özü həmin şəbəkənin bəzi elementlərindən istifadə edib.Halbuki filantropiya ictimai etimad tələb edir. Qapalı ofşor əməliyyatlar, saxta kommersiya müqavilələri və mülkiyyət sahiblərini gizlədən şirkət şəbəkələri isə həmin etimadın əksidir. Buna görə Vardanyanın xeyriyyəçi obrazı onun maliyyə fəaliyyətindən ayrı təhlil edilə bilməz.Yeni açıqlanan Epşteyn sənədlərində Cefri Epşteynin Deutsche Bank-da 40-a yaxın hesab vasitəsilə aktivlərini idarə etdiyi barədə məlumatlar yer alıb. Bank özü də amerikalı milyarderi 2013-cü ildə müştəri kimi qəbul etməsini səhv qərar saydığını bildirib.Eyni zamanda, OCCRP-nin “Troika Laundromat” araşdırmalarında Deutsche Bank kimi beynəlxalq maliyyə institutlarının bəzi əməliyyatlarda müxbir və ya qarşı tərəf bank kimi adları keçir. Hər iki faktın mövcudluğu Vardanyanla Epşteyn arasında birbaşa maliyyə əməkdaşlığını sübut edir.Hazırda etibarlı mənbələrdə Epşteynin Deutsche Bank hesablarının “Troika Laundromat” pulları üçün istifadə edildiyini, Vardanyanın Epşteynlə birbaşa maliyyə və ya şəxsi əməkdaşlıq etdiyini, Vahe Stepanyanın yazışmalarının həmin əlaqəni sübut etdiyini təsdiqləyən sənədləşdirilmiş dəlillər var.Vardanyanın fəaliyyəti yalnız Troika Dialog-la məhdudlaşmayıb. O, Rusiya siyasi-iqtisadi elitasının böyük layihələrində, o cümlədən Skolkovo təşəbbüsü ilə bağlı strukturlarda iştirak edib. Qlobal şəbəkənin kriminal əlaqələri onun həm Rusiya dövlət kapitalına, həm Qərbin biznes və akademik institutlarına, həm də erməni diaspor şəbəkələrinə çıxışını təmin edib.“İkili agent” statusu hüquqi və kəşfiyyat terminidir. USAID-in hazırkı ABŞ Prezidenti Donald Tramp tərəfindən bir struktur kimi ləğv edilməsində müstəsna amil Samanta Pauerin çoxşaxəli siyasi layihələrə əl atması idi. Ruben Vardanyanın sərvətləri və missiyası ABŞ institutunun sərəncamında və diqqətində idi. Açıq tədbirlərdə iştirak, beynəlxalq fondlarla əməkdaşlıq, qrant və filantropiya şəbəkələri gizli kəşfiyyat əməkdaşlığının sübutudur. Konkret sənəd və ya rəsmi istintaq materialları iddiaları təsdiqləyir.Bir tərəfdən Rusiya dövlət və biznes elitasına yaxınlıq, digər tərəfdən Qərb universitetləri, fondları və diaspor təşkilatları ilə əməkdaşlıq ona özünü müxtəlif auditoriyalarda fərqli obrazda təqdim etmək imkanı verirdi. Rusiyada iri maliyyəçi, Qərbdə filantrop, Ermənistanda milli xadim, Qarabağda isə separatçı idarəçi obrazı eyni siyasi portretin müxtəlif tərəfləri idi.Vardanyanın Ukraynaya qarşı konkret hərbi və ya kəşfiyyat əməliyyatlarında iştirakı da vahid bir missiyanın davamıdır. Onun Aurora humanitar təşəbbüsü, təhsil layihələri və digər xeyriyyə proqramları vasitəsilə beynəlxalq filantrop obrazı qurması OCCRP-nin araşdırmalarında xüsusi fəsil təşkil edir.Lakin filantropiya şəxsə cinayət əməllərinə və qlobal xarakterli maliyyə oğurluqlarına görə siyasi toxunulmazlıq vermir. Xeyriyyə layihələri separatçı fəaliyyətə, ofşor maliyyə sistemlərinə və ya qanunsuz siyasi idarəetmədə iştiraka görə məsuliyyəti aradan qaldırmır. Əksinə, xeyriyyəçilik ictimai reputasiyanın qorunması və siyasi nüfuzun möhkəmləndirilməsi vasitəsi kimi istifadə edilirsə, onun maliyyə mənbələri və siyasi məqsədləri daha ciddi araşdırılmalıdır. Epşteyn, USAID, “ikili agent” və Ukrayna əməliyyatları ilə bağlı faktlar Ruben Vardanyan layihəsinin qanunsuz siyasi layihələrdə iştirakını legitimləşdirə bilməz.Qarabağa “humanitar xilaskar” obrazı ilə gələn şəxsin sərvəti cinayətləri nəticəsində ziyan çəkən ərazilərin bərpasına və Xankəndidən Zəngilana qədər aparılan quruculuq işlərinə yönəldilməsi daha doğru hüquqi qərar olardı.Sülhün əldə olunması və möhkəmləndirilməsi naminə filantropluq könüllü baş vermirsə, xeyriyyəçiliyi təzminat forması kimi Azərbaycan Konstitusiyası əsasında məhkəmə qərarı ilə etmək olar.Zahid Oruc,Milli Məclisin deputatı

Prezidentdən "AZCON"la bağlı MÜHÜM FƏRMAN 

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.Fərmana əsasən, bundan sonra "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib."AZCON Holdinq" eyni zamanda bu Fərmanın 4.1-ci, 4.2-ci və 4.4-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktlarında, o cümlədən "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində təsisçinin səlahiyyətlərininə aid edilmiş digər məsələləri həll edəcək.Bundan başqa, "Azərkosmos" əməyin ödənişi fondunun və işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) müəyyən edilməsini "AZCON Holdinq"lə razılaşdırmalıdır.

Ermənilərin Bakıdakı məhkəməsində yekun qərar elan olundu 

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilib. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.İclasa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri müşahidəçi qismində qatılıblar.Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə qərarı elan olunub.Məhkəmə qərarında bildirilib ki, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki, Babayan Davit Klimin, Mnatsakanyan Levon Henrixi, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Qazaryan Erik Roberti, Beqlaryan Vasili İvani, Balayan Levon Romiki, Allahverdiyan Davit Nelsoni və Stepanyan Qurqen Homerosinin barələrində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ceyhun Bayramov Ukraynaya getdi 

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.Bu barədə XİN məlumat yayıb.Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Təcili! İsrail hərəkətə keçdi - Bu ölkə BOMBALANIR  

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livanın cənub istiqamətində "Hезbolla"nın atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq hərbi əməliyyata başlayıb.Oxu24.com  xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, hücumlardan qısa müddət əvvəl Livanın cənubundakı bufer zonada yerləşən Əl-Mansuri kəndinin sakinlərinə təxliyyə çağırışı edilib.İsrail hərbçiləri bildiriblər ki, dinc sakinlər Livan ordusunun himayəsi altında yaşayış məntəqəsinə daxil olublar və hərbçilər orada blokpost quraşdırıblar. ÇAXAL bu addımın mövcud atəşkəs sazişinin şərtlərini pozduğunu bəyan edib. Hərbi komandanlıq ərazidə hərbi əməliyyatların davam etdiyini və təxliyyənin məhz mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirildiyini vurğulayıb.

İran Xəzərin hüquqi statusunu niyə indi təsdiqləyir? – Politoloqdan ŞƏRH  

İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı mühüm addım atmağa hazırlaşır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, bu addım Xəzəryanı beş dövlət arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradacaq. Regional və beynəlxalq geosiyasi şəraitin mürəkkəbləşdiyi bir vaxtda Tehranın bu qərarı xüsusi diqqət cəlb edir. Sanksiyalar və təcrid fonunda İranın qonşuları ilə münasibətləri normallaşdırmaq istəyi bu addımın əsas motivlərindən biri hesab olunur. Xüsusilə Azərbaycanla münasibətlərdə etimad mühitinin formalaşması regionun gələcək iqtisadi mənzərəsinə birbaşa təsir göstərə bilər. Qonşu dövlətin bu qərarının pərdəarxası məqamları və geosiyasi səbəbləri böyük maraq doğurur.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran mövcud reallıqlarla barışmaq məcburiyyətindədir:"İran Xəzəryanı ölkələrin qəbul etdiyi Konvensiyanı rəsmən ratifikasiya etməlidir, çünki digər sahilyanı dövlətlər artıq bu addımı atıblar. Əvvəllər İranın Xəzərlə bağlı səsləndirdiyi iddialar qeyri-real və absurd idi. Lakin bu iddiaların reallaşması mümkün olmadı və Tehran artıq reallıqla barışmağa məcburdur”.Politoloqun sözlərinə görə, hazırda İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar və təcrid vəziyyəti rəsmi Tehranı fakt qarşısında qoyub. Ona görə də hesab edirəm ki, İran tərəfi artıq qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərini normal saxlamalı, bu prosesdə radikal addımlar atmamalıdır.Məhəmməd Əsədullazadə həmçinin, əlavə edib ki, İran tərəfi bu Konvensiyanı ratifikasiya etməklə konkrekt olaraq regiondakı iqtisadi inteqrasiya proseslərinə qoşulmağa çalışır:“Xəzər dənizi vaxtilə bölünüb və bu, tamamilə ədalətli bir bölgüdür. İran onsuz də dənizə və dünya okeanına çıxış imkanları kifayət qədər geniş olan böyük coğrafiyaya malikdir. Belə bir Konvensiyanın qəbul edilməsi Azərbaycanla İran arasında qarşılıqlı etimadı formalaşdıracaq və münasibətlərdə açıq qalan bu problemi də həll etmiş olacaq".Çimnaz Telmanqızı

ABŞ və İran arasında kritik 48 saat 

ABŞ və İran arasında avqustun 7-si, cümə gününə qədər razılaşmanın əldə olunma ehtimalı 50 faiz təşkil edir.Oxu24.com xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.Mənbənin bildirdiyinə görə, ehtimal olunan müvəqqəti saziş İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən təsdiqlənməlidir. Lakin SEPAH nümayəndələrinin İran nümayəndə heyətinin tərkibində yer almaması səbəbindən danışıqların yekun nəticəsi hələ ki qeyri-müəyyən olaraq qalır.Bununla belə, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğurla davam etdiyini bildirib. Ağ Ev rəhbəri növbəti 48 saat ərzində dialoqun nəticələrinə dair yeni məlumatların açıqlanacağını elan edib.Qeyd olunur ki, ABŞ, İran və Oman Hörmüz boğazının fəaliyyətinin bərpasına dair müvəqqəti saziş bağlamağa çox yaxındır. Şərtlərə əsasən, Oman və İran arasında 60 günlük müvəqqəti razılaşmanın əldə olunması və bu müddətin gələcəkdə uzadılması nəzərdə tutulur.

“İsrailə dedik ki, etdiyiniz əməl doğru deyil” - Hikmət Hacıyev detalları AÇDI 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mətbuatına geniş açıqlama verib.Modern.az saytı xəbər verir ki, Türkiyədən olan bir qrup jurnalist “Sülhün coğrafiyası Qarabağ” proqramı çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi H.Hacıyevlə həmsöhbət olub.Azərbaycan Prezidentinin köməkçisi jurnalistlərlə söhbət zamanı regionda cərəyan edən bir çox məsələlərə toxunub.O, rəsmi Bakının İsrailin qondarma erməni soyqırımını tanıma cəhdinin qarşısını necə aldığından danışıb.Prezidentin köməkçisi deyib ki, Azərbaycanın xarici və daxili siyasətində, dövlət təfəkküründə bir nömrəli məsələ Türkiyədir. Türkiyənin mənafelərinə, kimdən gəlirsə gəlsin, zərər vura biləcək hər hansı bir məsələ varsa, Azərbaycan orada prinsipial mövqe sərgiləyir:“İsraildə erməni soyqırımı iddiaları gündəmə gələndə bunu ən kəskin şəkildə pisləyən ilk ölkə olduq. Bizim baxışımızdan hər hansı bir sual işarəsi yoxdur, ola da bilməz. Bu bizim üçün qırmızı xəttdir. Cənab Prezidentin tapşırığı oldu və İsrailə zəng etdik, özlərinə bunu dedik: “Etdiyiniz əməl doğru deyil. Əgər bu məsələ ilə Türkiyəni narahat edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Türkiyə üçün bu məsələ artıq köhnə bir propaqanda mövzusudur; 1950-ci, 60-cı, 70-ci illərdə Qərbin Türkiyəyə qarşı istifadə etdiyi bir tezis idi. Bu addımla Türkiyə-İsrail münasibətlərinə daha çox zərər vurarsınız. Azərbaycan-İsrail münasibətlərinə və Azərbaycan ictimaiyyətində İsrailə olan baxışa da zərər vurursunuz. Nəticədə bu sizə heç nə qazandırmayacaq. Bu səbəbdən bunu geri çəkməyiniz daha ağıllı addım olar”.Bunun doğru bir qərar olmadığını qəbul etdilər və qısa müddətdə geri çəkilmənin vacibliyini anladılar. Bu bizim borcumuzdur. Buna görə Türkiyədfən təşəkkür gözləmirik; bu bizim qardaşlıq borcumuzdur.Bir çox məsələdə Ankara ilə məsləhətləşdiyimiz halda, bu məsələdə Ankara ilə danışmadan addım atdıq. Çünki “bir millət, iki dövlət” prinsipi də bunu tələb edir. Şuşa Bəyannaməsinin fəlsəfəsi də budur. Əgər masada Türkiyə olmayacaqsa, Azərbaycan var; biz də sözümüzü dedik”.Hikmət Hacıyev Azərbaycanın Fələstinlə bağlı mövqeyini də ifadə edib:“Bu barədə zaman-zaman çirkli bir propaqandanın aparıldığını görürük. Azərbaycanın Fələstin məsələsində prinsipial mövqeyi var: İki dövlətli həll prinsipi. Şərqi Qüdsün paytaxt olduğu müstəqil Fələstin dövlətinin qurulması bu yanaşmanın əsasını təşkil edir. Azərbaycanın Ramallahda diplomatik nümayəndəliyi var. Azərbaycan Fələstini bir dövlət kimi tanıyır və bu mövqeyini davam etdirir. Fələstinin Baş naziri Azərbaycanda oldu və özünü dinlədik. Bizə çatdırdıqları bəzi xahişlər oldu. Biz də bunları İsrail tərəfinə ötürdük”.H.Hacıyev Türkiyədə SOCAR əleyhinə edilən cəhdlərə də toxunub:“SOCAR həm Azərbaycanın, həm də Türkiyənin şirkətidir. Qürurumuzdur, birgə keçmişimizin tərkib hissəsidir. SOCAR-ın qarşısına bəzi şəxslər çıxıb etiraz aksiyası keçirir. SOCAR vasitəsilə Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə qoyub və daha çoxunu da qoymaq niyyətindədir. Biz bunu bir qardaşlıq borcu kimi görürük. SOCAR Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında Türkiyə ilə birlikdə çalışır. Lakin Türkiyənin sosial mediasında sanki SOCAR İsrailin bütün neftini təmin edirmiş, soyqırımda əli varmış kimi şayiələr dolaşır. İsrail-Azərbaycan münasibətləri haqqında bəzi miflər uydurulub. Bəli, Azərbaycanın İsrail ilə münasibətləri var. İnkardan gəlmirik. Bu bir reallıqdır. Azərbaycanın İsrail ilə münasibətlərinin olması bir məsələni qısa bir telefon zəngi ilə həll etməyimizə imkan verdi. Propaqanda aparanlar Türkiyənin və Azərbaycanın düşmənləridir, vətən xainidir”.Prezidentin köməkçisi Bakı-Tehran münasibətlərindən danışarkən Azərbaycanın İranı qardaş ölkə hesab etdiyini vurğulayıb:“Geopolitik baxımdan bölgəmizdə vəziyyət çox çətindir. Bakının 200 km cənubunda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimala getdikdə isə Rusiya-Ukrayna müharibəsi davam edir. İranı da biz qardaş ölkə hesab edirik. Çünki sərhədin o biri tərəfində, Araz çayının o tayında da bizim qardaşlarımız yaşayır”.H.Hacıyev Azərbaycan ərazisindən MOSSAD-ın istifadə etməsi iddiasına belə cavab verib:“Birincisi, bizim üçün torpaqlarımızın azadlığı, suverenliyimiz əsas prinsipdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı müdaxiləyə icazə verməz. Üçüncüsü, bizim orada vəfa borcumuz da var. Sərhədin o tayında yaşayan insanlar, dediyim kimi, milləti və dini nə olur-olsun, bizim qardaşlarımızdır. Biz buna necə icazə verə bilərik? Dördüncüsü, bu texniki olaraq necə mümkün ola bilər? İsraildən bura necə gələcək? Türkiyə üzərindən gəlməlidir. Türkiyə də buna icazə verməz, Azərbaycan da. Bu necə olacaq? Burada çirkli propaqanda ünsürləri var”.“Sevindirici hal odur ki, Cənubi Qafqazda sülh var. Çox şükür, Ermənistan-Azərbaycan müharibəsi davam etmiş olsaydı, qonşularımızda alışan bu yanğınlardan qıvılcımlar bura da sıçraya bilərdi. Qafqazda sülh var və bu sülh daimi sülhdür. Ermənistan-Azərbaycan sülh prosesi təkcə kağız üzərindəki bir bəyanatdan ibarət deyildir. Azərbaycan bunu praktiki olaraq da sübut etmişdir”, - H.Hacıyev əlavə edib.Prezidentin köməkçisi deyib ki, rəsmi Bakı Ermənistanla sülh prosesində artıq bir maneə görmür:“Azərbaycanın təşəbbüsü ilə 2023-cü ildən 2025-ci ilə qədər olan dövrdə cəmi iki il ərzində sülhə nail olduq. Avropada, Brüsseldə hər kəs sülhdən danışmağı çox sevir. Fransa ilə Almaniya İkinci Dünya Müharibəsinin 1945-ci ildə bitməsinə baxmayaraq, Yelisey Sülh Müqaviləsini 1963-cü ildə imzaladılar. 17-18 il sonra. Biz isə iki il sonra sülh müqaviləsini imzaladıq. Ermənistanın bizə qarşı soyqırımı törətməsinə baxmayaraq, niyyətimizin yalnız sülh olduğunu göstərdik...Təqdir edirik ki, Ermənistanın hazırkı rəhbərliyi “real Ermənistan” konsepsiyasını əsas yanaşma kimi qəbul etmişdir. Bunun Konstitusiyaya köçürülməsini gözləyirik. Seçkilər bitdikdən sonra Ermənistanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Yeni konstitusiya qəbul edəcəklərinə dair bəyanatları və açıqlamaları var. Qəbul edildikdən sonra sülh müqaviləsinin imzalanmasında bir problem yoxdur. Məqsədimiz Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sülh proseslərini paralel şəkildə apararaq nəticəyə çatdırmaqdır.Sülh prosesində qarşımızda artıq ciddi bir maneə görmürük. Ermənistan tərəfinin də yeni geopolitik reallığı qəbul edərək yeni siyasət yürütdüyünün fərqindəyik. Onlar da həqiqətləri və işğalın əslində illərlə özlərini əsir aldığını qəbul ediblər; bunun səhv olduğunu da anlayıblar. Ermənistan öz inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin nə qədər vacib olduğunu qəbul etmiş vəziyyətdədir”.H.Hazıyev Zəngəzur dəhlizi haqqında da danışıb:“Zəngəzur dəhlizinin açılması isə bizə görə artıq yeni geopolitik reallığın tərkib hissəsidir. Bizim mənafelərimizə cavab verdiyi qədər Ermənistanın da mənafelərinə cavab verir. Çünki Ermənistan da regionda tranzit imkanlarına malik olmasının vacibliyini anlayır.Sülh müqaviləsinin mətni artıq parafladığımız və dəqiqləşmiş mətndir. ABŞ ilə Ermənistan arasında imzalanan birgə bəyanatda “Tramp dəhlizi” olaraq adlandırılan dəhlizlə bağlı artıq bir razılaşma var. Amerikalıların bizə dediyinə görə, texniki-iqtisadi əsaslandırma bu yay tamamlanacaq və sonra sürətli şəkildə tikinti işlərinə başlayacaqlar. Azərbaycan və Türkiyə olaraq bu gün öz işlərimizi zatən bölgədə qurmuşuq. Əlaqənin kəsilməsi problemimiz yoxdur. Bakı-Tbilisi-Qars bu gün işlək vəziyyətdədir. TANAP-ımız var, TAP var. Ermənistan da bu regional infrastrukturların bir hissəsi olmaq istəyirsə, buyursun”.H.Hacıyev deyib ki, ABŞ-ın Zəngəzur dəhlizi projesində yer alması çox vacib idi.“ABŞ sülh üçün zəmanətçi rolunda olacaq. Zəngəzur dəhlizində də bir zəmanətçi olacaq. Çox detalına varmaq istəmirəm.Ermənistanın indiki rəhbərliyi həmişə sülhsevər idimi? Məncə, yox. Biz öz addımlarımızla onların sülhsevər olmasını təmin etdik və onlar da sülhdən başqa yollarının olmadığını anladılar. İndi “real Ermənistan” qurmaq istəyirlərsə, qursunlar. Ermənistan sərhədləri daxilində öz daxili işlərini özləri bilərlər. Amma artıq bizim torpaqlarımızda gözləri olmasın; bundan sonra da olmayacağına inanıram”.

Sosial şəbəkələrdə valideyn nəzarəti məcburi olacaq  

İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.Layihə Azərbaycan Respublikası Prezidentinin "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.Sənədə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesab açılması üçün minimum yaş həddi 16 yaş müəyyən edilir. Bununla yanaşı, 16-18 yaş arasında olan yeniyetmələrin sosial şəbəkələrdə hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti ilə mümkün olacaq.Qanun layihəsində platforma provayderləri üçün də yeni öhdəliklər nəzərdə tutulur. Belə ki, istifadəçilərin yaşının dəqiqləşdirilməsi üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi texniki mexanizmlər tətbiq ediləcək. Zərurət yarandıqda aidiyyəti dövlət qurumlarının razılığı ilə digər texniki üsullardan da istifadə oluna biləcək.Eyni zamanda, 16-18 yaş arası istifadəçilərin hesablarında paylaşılacaq məzmun və reklamlar, eləcə də platformadan istifadə vaxtı valideyn tərəfindən idarə olunacaq. Bu məqsədlə sosial şəbəkələrdə valideyn nəzarəti funksiyalarının yaradılması tələb ediləcək. Platformalar istifadəçilərin davranışlarını təhlil etməli, yaşla bağlı şübhə yarandıqda isə təkrar yoxlama aparmalıdır.Layihədə şəxsi məlumatların qorunmasına da xüsusi yer ayrılıb. Yaşın yoxlanılması üçün toplanan məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi, həmçinin kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan edilir. Bundan əlavə, istifadəçi yetkinlik yaşına çatdıqda onun əvvəlki profil və məlumatlarının sistemdən tam silinməsi təmin olunmalıdır.Yeni tələblərə əsasən, 16-18 yaş arası istifadəçilərin hesablarında konfidensiallıq parametrləri avtomatik olaraq ən yüksək səviyyədə qurulacaq, məkan məlumatlarının paylaşılması məhdudlaşdırılacaq və gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq ediləcək.Bununla yanaşı, uşaqlarda asılılıq yaradan manipulyativ dizayn elementlərinin - sonsuz sürüşdürmə (infinite scroll), videoların avtomatik səsləndirilməsi (autoplay) kimi funksiyaların istifadəsi, eləcə də zərərli məzmun və reklamların nümayişi qadağan olunacaq.Qanun layihəsində qeyd edilir ki, bu tələblər bütün rəqəmsal platformalara şamil edilməyəcək. Təhsil, səhiyyə və peşəkar-işgüzar münasibətlərin qurulmasına xidmət edən platformalar istisna təşkil edəcək.Sənədə əsasən, Azərbaycanda istifadəçilərə xidmət göstərən sosial şəbəkə platformalarının dövlət qeydiyyatına alınması da təklif olunur. Qeydiyyatdan keçməyən platformalar üçün mərhələli maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və internet trafikinin məhdudlaşdırılması kimi tədbirlərin tətbiqi nəzərdə tutulur.

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni - Tələblər 

Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib.Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb.Qanuna əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:- şəxsin yaşının bəyan edilməsi;- şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.Bu Qanunda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir.Qanunda nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir.16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə edilir. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu Qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz:- onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;- onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.Provayder bu Qanunda qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.Bu Qanunun 4.2-ci maddəsi (Provayderlər bu Qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər) nəzərə alınmaqla, bu Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir.Provayderlər bu Qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.Provayderlər bu Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

Prezidentdən dövlət proqramına dəyişikliklə bağlı FƏRMAN 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na dəyişikliyi təsdiqləyib.Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Bu dəyişikliklə dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Azərbaycan Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən "Məhkəmələr və hakimlər haqqında" qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alındıqdan sonra Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçiriləcək. Dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçiriləcək.

Ruslan Kəngərli vəzifəsindən azad edildi 

Ruslan Aslan oğlu Kəngərli “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.Qeyd edək ki, R.Kəngərli 2023-cü ilin noyabr ayından sədr müavini vəzifəsində çalışırdı. 2025-ci ildə sədr vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmişdi.

Prezidentin fərmanı hansı dəyişikliklərə səbəb olacaq? - AÇIQLAMA 

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Nazirlər Kabineti 6 ay ərzində bir sıra malların, o cümlədən media materiallarının, tez xarab olan məhsulların, canlı heyvanların, radioaktiv maddələrin, müdafiə və təhlükəsizlik təyinatlı yüklərin, eləcə də fövqəladə hallarda zəruri olan malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlamalıdır.Bundan başqa, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə vəziyyətlər zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları da hazırlanacaq.Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi tətbiq edilən malların siyahısı kifayət qədər əhatəlidirmi? Bundan başqa, hansı mal qrupları da bu siyahıya daxil edilməlidir?Oxu24.com xəbər verir  ki,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, Prezident Əliyevin imzaladığı fərman gömrük prosedurlarının daha çevik, rəqəmsal və risk əsaslı idarə olunmasına yönəlmiş olduqca mühüm islahatdır.Onun sözlərinə görə, xüsusilə də zaman amilinin həlledici olduğu mallar üçün gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi logistika xərclərinin azalmasına, təchizat zəncirinin sürətlənməsinə və biznes mühitinin daha rəqabətqabiliyyətli olmasına əhəmiyyətli dərəcədə töhfə verəcək, eyni zamanda da sahibkarları müəyyən zərərlərdən qoruyacaq:“Bu qərarın qəbulunu zəruri edən əsas səbəblərdən biri praktikada mövcud olan problemlər idi. Bir sıra hallarda gömrük rəsmiləşdirilməsi malların xüsusiyyətlərinə uyğun çeviklik nümayiş etdirə bilmirdi. Xüsusilə də tez xarab olan məhsullar, canlı heyvanlar və təcili çatdırılması tələb olunan məhsullar üçün, yüklər üçün yaranan gecikmələr də məhsul itkisinə, əlavə logistika və saxlanma xərclərinə, eləcə də müqavilə öhdəliklərinin pozulmasına gətirib çıxarırdı. Bir dəfə baş vermişdi, rastlaşmışdım, balıq yemi gəlib gömrükdə qalmışdı və xarab olmuşdu. Və belə hallar həqiqətən də sahibkara da zərər vurmuşdu və ciddi dövlət qurumları ilə, gömrük qurumu ilə sahibkar arasında problemlərə gətirib çıxartmışdı.Digər mühüm problem də sənədləşmə prosesinin çoxmərhələli olması idi. Eyni məlumatların müxtəlif dövlət qurumlarına və yaxud da elektron platformalara dəfələrlə təqdim edilməsi sahibkarda həm vaxt itkisi yaradırdı, həm də əlavə inzibati xərclərlə üzləşməsinə gətirib çıxardırdı. Belə hallarda da laboratoriya ekspertizalarının, müxtəlif icazələrin və təsdiqləyici sənədlərin alınmasının uzun çəkməsi malların sərhəd-keçid məntəqələrində saxlanmasına səbəb olurdu. Bu isə xüsusilə istehsal müəssisələri üçün xammal çatışmazlığı ola bilərdi, sonra istehsalın ləngiməsi ola bilərdi və əlavə anbar xərcləri yaradırdı. Eyni zamanda, nəqliyyat vasitələrinin də sərhəddə uzun müddət gözlənməsi beynəlxalq daşıma qrafiklərini pozurdu və Azərbaycanın tranzit marşrutu kimi ön planda, ön sıralarda gedən bir marşrut rəqabət üstünlüyünə də mənfi təsir göstərirdi. Məhz bu baxımdan da sadələşdirilmiş gömrük prosedurlarının, gömrük rəsmiləşdirilməsinin tətbiqi həm sahibkarın əməliyyat xərclərinin azalmasına gətirib çıxardacaq, həm də dövlətin logistika və tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.Mütəxəssis qeyd edib ki, gömrük rəsmiləşdirilməsi prosesinin tətbiq edildiyi mallar siyahısı genişləndirilə bilər:“Hazırki siyahıya daxil edilən materiallar tez xarab olan məhsullar, canlı heyvanlar, radioaktiv maddələr, müdafiə və təhlükəsizlik təyinatlı yüklərdir. Eləcə də fövqəladə hallarda zəruri hesab olunan mallar prioritet kateqoriyalar hesab olunabilir. Ama düşünürəm ki, gələcək mərhələdə bu siyahının daha da genişləndirilməsi məqsədəuyğundur. Hardansa başlamaq lazım idi, bundan sonra praktikada düşünürəm siyahı da genişləndiriləcək.Xüsusilə də yüksək texnologiyalar, avadanlıqlar və elektron komponentlər, sənaye müəssisələri üçün istehsal xammalı və ehtiyat hissələri, dərman preparatları və tibbi təyinatlı avadanlıqlar, kənd təsərrüfatı istehsalı üçün toxum, ting, gübrə kimi məhsullar və digər mövsümi aqrar resurslar, həmçinin də ixrac yönümlü müəssisələrin istehsal prosesində istifadə etdiyi kritik komponentlər də sadələşdirilmiş gömrük prosedurlarından faydalanmalıdır. Çünki bu məhsullar üzrə gecikmələr istehsalın dayanmasına, ixrac müqavilələrinin pozulmasına və müəssisələrin maliyyə itkilərinə səbəb olur”.A.İbrahimov nəzərə çatdırıb ki, buna paralel olaraq da prosedurların sadələşdirilməsi müəyyən risklər də yarada bilir, onu da unutmamalıyıq:“Bunlar malların yanlış bəyan edilməsi, gömrük dəyərinin aşağı göstərilməsi, qaçaqmalçılıq riskinin artması, sanksiya rejimlərinin pozulması, eləcə də təhlükəsizlik tələblərinə uyğun olmayan məhsulların ölkəyə daxil olması məsələləridir. Düşünürəm ki, bu siyahılar hazırlananda bütün meyarlar üzrə alt-üst limitlər dəqiq müəyyən olunmalıdır. Məhsulun növü, sinfi, kateqoriyası, kodu düzgün daxil edilməlidir ki, bu məsələ hansısa bir gömrük məmurunun ümidinə qalmasın və yaxud da sahibkarın ümidinə qalmasın. Konkret olaraq prosedur düzgün formada işləsin və cənab Prezidentin imzaladığı sərəncamdan sahibkarlar da faydalansın, hökumətimiz də faydalansın”.

Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO 

Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.Müdafiə naziri Zakir Həsənov Azərbaycanın hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

"Azərbaycanın hərbi gücü regionda sülhün və təhlükəsizliyin əsas zəmanətidir" — Elşad Mirbəşiroğlu  

Müasir dövrdə dövlətlərin sülh və təhlükəsizliyinin əsas zəmanətçisi rolunda məhz onların hərbi gücü çıxış edir. Cənubi Qafqaz regionunda yeni geopolitik konyunkturanı formalaşdıran Azərbaycan hər zaman sülhün və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirir. Lakin beynəlxalq münasibətlərdə hüququn gücündən daha çox "gücün hüququnun" işlədiyi bir reallıqda ölkəmizin hərbi potensialını davamlı şəkildə artırması həyati zərurətdir. Dövlət başçısı İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, ordumuzun müasir qırıcı təyyarələr, raket sistemləri və pilotsuz uçuş aparatları ilə təchiz olunması milli təhlükəsizliyimizin sarsılmaz dayağıdır. Ölkəmizin hərbi arsenalını ən müasir texnologiyalarla zənginləşdirməsi fonunda Ermənistanda yaranan narahatlıq rəsmi İrəvanın hələ də tam sabitləşməyə hazır olmadığını göstərir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin sabiq deputatı, politoloq Elşad Mirbəşiroğlu Azərbaycanın hərbi gücünün artmasının regiondakı proseslərə təsirini və Ermənistanın narahatlığının səbəblərini şərh edib."Azərbaycanı güclü edən onun öz iradəsi və hərbi potensialıdır"Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycanın sülh gündəliyini uğurla irəli aparması üçün hərbi cəhətdən kifayət qədər güçlü olması şərtdir:"Müasir dünyada bizim iradəmizdən asılı olmayaraq güc faktoru ön plana çıxıb. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın əsas prioritetlərindən biri hərbi potensialın davamlı olaraq genişləndirilməsidir. Ötən il Kəlbəcər sakinləri ilə görüşdə də dövlət başçısı hərbi arsenalımızın gücləndirilməsi istiqamətində addımların atıldığını və bunun davam etdiriləcəyini bildirdi. Pilotsuz uçuş aparatlarının, yeni nəsil qırıcı təyyarələrin alınması və aviaparkın yenilənməsi bu strategiyanın tərkib hissəsidir”.Deputat xatırladıb ki, Azərbaycan torpaqları 30 il Ermənistanın işğalı altında qalıb və bu illər ərzində qarşı tərəf hər zaman əsassız ərazi iddiaları ilə çıxış edib. İşğaldan sonra belə, 2021-ci il istehsalı olan meşələrdə və ərazilərimizdə basdırılmış minaların aşkarlanması Ermənistanın təxribatçı xislətindən əl çəkmədiyini sübut edir.Politoloq bildirib ki, Ermənistanın Azərbaycanın hərbi qüdrətinin artmasından təşvişə düşməsi təbiidir. Çünki İrəvanı sülh masasında qalmağa və revanşist xəyallardan çəkinməyə məcbur edən yeganə amil Azərbaycanın malik olduğu böyük hərbi gücdür.Ermənistanın kənar qüvvələr tərəfindən silahlandırılmasına da toxunan E.Mirbəşiroğlu vurğulayıb ki, Fransa və Hindistan kimi ölkələr Ermənistana açıq şəkildə hərbi dəstək verir, onları hücum silahları ilə təmin etməyə çalışırlar:”2024-cü ilin 5 aprel tarixində Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün pərdəarxası məqsədi də Ermənistana hərbi və təhlükəsizlik zəmanətlərinin verilməsi idi.Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi regionda gərginliyi artırmağa hesablanmış addımlardır”.Elşad Mirbəşiroğlu fikrini yekunlaşdıraraq qeyd edib ki, Azərbaycan Ermənistanın və onun havadarlarının bu addımlarına qarşı tamamilə seyrçi qala bilməz:"Biz nə qədər hərbi cəhətdən güclü olacağıqsa, Cənubi Qafqazda təhlükəsizlik, əmin-amanlıq və sülh bir o qədər etibarlı təmin olunacaq. Azərbaycan hər zaman səmimi olaraq sülhün, regional əməkdaşlığın və rifahın tərəfdarı olub. Bu ideyaların səmərəli şəkildə həyata keçirilməsi üçün isə ölkəmiz ən yüksək hərbi təchizata və arsenalına malik olmalıdır. Bu, müasir dövrün tələbi və təhlükəsizliyimizin əsas şərtidir”.Çimnaz Telmanqızı

Bu ölkə Azərbaycanda səfirlik açır 

Estoniya Azərbaycanda ilk səfirliyini açacaq.Oxu24.com xəbər verir ki, səfirliyin bu payızda açılması gözlənilir. Yeni təyin olunmuş Estoniya səfiri Tiina Nirk artıq Bakıdadır.Baltikyanı respublika Ermənistanda da səfirliyini açıb və Moldovada diplomatik nümayəndəlik açmağı planlaşdırır.

Rusiya yeni hərbi ittifaqa doğru: Azərbaycanı nə gözləyir? – DETALLAR  

Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın şərtlərinə yenidən baxılması barədə göstərişi Moskvanın postsovet məkanında təhlükəsizlik siyasətində yeni mərhələnin başlandığını göstərir. “Svobodnaya Pressa”nın yazdığına görə, Moskva bununla təkcə iki ölkə ilə silah və hərbi texnika sahəsində əməkdaşlığı genişləndirməyi deyil, regionda tamamilə yeni hərbi-strateji əlaqələr sistemi formalaşdırmağı hədəfləyə bilər. Diqqətçəkən məqam odur ki, Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, Qazaxıstan isə bu təşkilatın üzvüdür. Bu, Rusiyanın gələcək təhlükəsizlik modelini yalnız KTMT çərçivəsində görmədiyini təsdiqləyən əsas amillərdən biridir.Politoloq Boqdan Bezpalkonun fikrincə, Moskva KTMT-nin fəaliyyət formatına yenidən baxaraq təşkilatdankənar ikitərəfli hərbi müqavilələrə daha çox üstünlük verə bilər və Ermənistanın təşkilatdan faktiki uzaqlaşdığı bir vaxtda bu yanaşma xüsusi aktuallıq qazanır. Nəşrin digər eksperti Aleksandr Perenciyev isə daha geniş təhlükəsizlik modelinin yarana biləcəyini düşünür, çünki Rusiya əvvəllər Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ideyasını irəli sürüb və gələcək prosesə Çinin də qoşulması istisna edilmir. Beləliklə, söhbət yalnız KTMT-nin yenilənməsindən deyil, Rusiya, Mərkəzi Asiya ölkələri və potensial olaraq Çinin iştirak etdiyi daha geniş hərbi-strateji platformadan gedir.Bu qlobal və regional proseslər fonunda Azərbaycanın mövqeyi də xüsusi diqqət çəkir. Rusiya üçün strateji əhəmiyyət daşıyan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi birbaşa Azərbaycan ərazisindən keçir və eyni zamanda Bakı Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrini sürətlə genişləndirir. Bu baxımdan Moskvanın Qazaxıstan və Özbəkistanla hərbi əməkdaşlığı yalnız təhlükəsizlik məsələsi ilə məhdudlaşmır, həm də mühüm nəqliyyat marşrutlarının və iqtisadi əlaqələrin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Azərbaycanın həm “Şimal-Cənub” dəhlizində, həm də Mərkəzi Asiya ilə Qərb arasındakı nəqliyyat bağlantılarında artan rolu onu yeni regional arxitekturanın mühüm elementinə çevirir. Oxu24.com məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəylinin sözlərinə görə, Rusiya Cənubi Qafqazda və Mərkəzi Asiyada yaranan yeni reallıqlar fonunda təhlükəsizlik arxitekturasını yenidən formatlaşdırmağa məcburdur: "Ermənistanın Qərbə meyvələnərək KTMT-dən faktiki imtina etməsi və təşkilatın fəaliyyətini boykot etməsi Moskvanı alternativ mexanizmlər axtarmağa sövq edir. Məhz bu səbəbdən Kreml diqqətini Mərkəzi Asiya istiqamətinə, xüsusilə Qazaxıstan və Özbəkistanla ikitərəfli hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə yönəldib".O, qeyd edib ki, bu yeni geosiyasi konfiqurasiyada Azərbaycanın adının çəkilməsi təsadüfi deyil və ölkəmizin malik olduğu nəqliyyat-logistika imkanları bu prosesdə mühüm rol oynayır: "Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, həm də Xəzər hövzəsi və Mərkəzi Asiya regionunun əsas nəqliyyat-kommunikasiya qovşağına çevrilib. Xüsusilə “Şimal-Cənub” dəhlizinin işləməsi və Bakının Mərkəzi Asiya dövlətləri ilə qurduğu strateji tərəfdaşlıq münasibətləri Moskvanın yeni təhlükəsizlik və iqtisadi planlarında Azərbaycanı nəzərə almasını zəruri edir. Azərbaycan hərbi blokların üzvü olmasa da, iqtisadi və nəqliyyat təhlükəsizliyi baxımından regionun gələcək arxitekturasında həlledici söz sahiblərindən biridir".

Zahid Oruc:”Xaricdə yaşayan siyasi miqrantlardan casus şəbəkəsi kimi istifadə olunur”..  

Son illərdə Azərbaycanın təhlükəsizlik mühiti göstərir ki, ölkəmizə qarşı təsir mexanizmləri klassik casusluq fəaliyyəti ilə məhdudlaşmır. Radikal dini qruplar, informasiya şəbəkələri, xaricdə yaşayan siyasi mühacirlər, sosial media platformaları və müxtəlif qeyri-hökumət strukturları üzərindən həyata keçirilən əlaqəli təsir əməliyyatları hibrid müharibənin yeni elementlərinə çevrilib.Oxu24.com məliyyat məkanı kimi Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin fəaliyyət qərargahların yaradılması və onların müxtəlif siyasi kampaniyalarda istifadə olunması ayrıca təhlükəsizlik problemidir.Azərbaycanın son illərdə əldə etdiyi siyasi, hərbi və diplomatik uğurlar, xüsusilə də ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizə qarşı istifadə olunan təsir vasitələrinin xarakterini də dəyişdirib. Əgər əvvəl əsas diqqət hərbi-siyasi təzyiqlərə yönəlirdisə, indi informasiya mühiti, sosial şəbəkələr, beynəlxalq media və xaricdə fəaliyyət göstərən müxtəlif siyasi qruplar üzərindən təsir imkanları daha çox diqqət çəkir.Ölkəmizin peşəkar təhlükəsizlik orqanlarının hesabatlarında və bəzi beynəlxalq araşdırmalarda xarici xüsusi xidmət orqanlarının, o cümlədən İranla əlaqəli strukturların xaricdə yaşayan mühacir və siyasi miqrantlarla əlaqələr qurmağa çalışdığı barədə məlumatlarmövcuddur. Belə fəaliyyətlərin əsas məqsədlərindən biri ictimai rəyin antidövlət və antimilli maraqlar üzərində formalaşdırılması, insan hüquqları, dini azadlıqlar və demokratik institutlarla bağlı müzakirələrin geosiyasi alətə çevrilməsi təşkil edir. Beynəlxalq münasibətlər praktikası göstərir ki, dini-siyasi mühacir qrupları əsasən xarici dövlətlərin informasiya siyasətinin tərkib hissəsi kimi çalışır. Son illərdə Avropa ölkələrində Rusiya, İran, Çin və digər dövlətlərlə bağlı aparılan araşdırmalarda da xarici təsir əməliyyatları, diaspor strukturları və informasiya şəbəkələri təhlükəsizlik gündəliyinin mühüm mövzularından biri kimi qiymətləndirilir.44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı istifadə olunan vasitələr də dəyişib. Azərbaycanın təhlükəsizlik orqanlarının açıqlamaları, son illərdə aparılan cinayət işləri və ictimaiyyətə tıqdim olunan mühüm materiallar İranla əlaqəli kəşfiyyat şəbəkələrinin Avropada yaşayan bəzi siyasi mühacirlərlə əlaqələr qurmağa, onları müxtəlif təsir və informasiya əməliyyatlarında istifadə etməyə çalışdığının inkaredilməz sübutudur.Təcrübə göstərir ki, xarici xüsusi xidmət orqanları yalnız öz agent şəbəkələri ilə işləmir, müxtəlif səbəblərdən ölkələrini tərk etmiş şəxslərə, siyasi mühacirlərə, radikal dini dairələrə, media fəallarına və sosial şəbəkə təsirçilərinə də maraq göstərirlər. Onlardan hərbi sirr əldə etməkdən daha çox, informasiya mühiti formalaşdırmaq, dövlət institutlarına inamı zəiflətmək, beynəlxalq təşkilatlarda siyasi təzyiq yaratmaq və ölkə daxilində ictimai fikrin parçalanmasını təmin etməkdir. Londonda Azərbaycanın səfirliyinə qarşı 2022-ci ildə Mehdinin Xidmətçiləri İttifaqı adlı transmilli təşkilatın əli ilə törədilən hücum göstərdi ki, radikal dini şəbəkələr, informasiya platformaları və siyasi motivli qruplar koordinasiyalı şəkildə fəaliyyət göstərir. Hadisə yalnız diplomatik nümayəndəliyə qarşı hüquqazidd əməl deyildi. O, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa hesablanan hibrid  qəsd idi. Qərb-Azərbaycan, Qərb-Türkiyə münasibətləri fonunda bir neçə dövlətin gizli əli və  o dövrdə İranın ölkəmizə qarşı fitnəkalığı hadisədə mühüm rol oynamışdı. Xaricdə yaşayan siyasi mühacir, bloqer, ictimai fəal və ya sosial media istifadəçisi belə müəyyən geosiyasi məqsədlər üçün istiqamətləndirilə bilər. Təcrübə göstərir ki, insan hüquqları, dini etiqad azadlığı və demokratik dəyərlər kimi universal prinsiplər legitim hüquq müdafiəsi fəaliyyətindən kənara çıxarılaraq geosiyasi təsir alətinə çevrilir. Qələbəmizdən sonra Azərbaycanın milli təhlükəsizliyi yalnız sərhədlərin, hərbi obyektlərin və dövlət sirrinin qorunması ilə məhdudlaşmır. Xarici xüsusi xidmət orqanlarının təsir əməliyyatları, siyasi mühacirlərdən istifadə cəhdləri, informasiya manipulyasiyası, radikal dini şəbəkələrin fəallaşdırılması və ictimai rəyə yönələn koordinasiyalı kampaniyalar da təhlükəsizlik mühitinin ayrılmaz hissəsidir. Buna görə dövlətimizin cavabı da yalnız hüquq-mühafizə tədbirləri ilə bitmir diplomatik fəaliyyət, strateji kommunikasiya, əks-kəşfiyyat, informasiya təhlükəsizliyi və milli həmrəyliyin gücləndirilməsi ilə kompleks şəkildə qurulur. Eyni zamanda, xaricdə yaşayan milyonlarla azərbaycanlının fəaliyyətini ayrı-ayrı siyasi qrupların və ya konkret şəxslərin fəaliyyəti ilə eyniləşdirmək də düzgün olmazdı. Azərbaycan diasporunun böyük hissəsi yaşadığı ölkələrin qanunlarına hörmət edən, Azərbaycanın milli maraqlarını müdafiə edən və dövlətimizin beynəlxalq nüfuzunun artırılmasına töhfə verən insanlardan ibarətdir.

Avqustun 15-dən “28 May–Nizami” xətti BAĞLANIR 

Avqustun 15-dən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.Modern.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.Bildirilib ki, tikinti işləri təxminən 10-11 ay davam edəcək. Bu müddət ərzində qatarlar “Nizami–28 May” mənzili arasında fəaliyyət göstərməyəcək.Qeyd olunub ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun həyata keçirilir.Məlumata görə, layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.Hazırda “28 May” stansiyasının platformasında müxtəlif istiqamətlərə gedən sərnişinlər eyni platformadan istifadə edir ki, bu da xüsusilə pik saatlarda sıxlıq yaradır. Layihə başa çatdıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən ikinci sərnişin pilləkəninin tikintisi də yekunlaşmaq üzrədir. Yeni keçid sərnişinlərin stansiyalar arasında daha rahat və sürətli hərəkətinə imkan verəcək.Tikinti çərçivəsində “Dərnəgül” elektrik deposunun inşasının ikinci mərhələsi tamamlanmaq üzrədir və “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin tikintisinə başlanılacaq.Tikinti dövründə metroda hərəkət aşağıdakı qaydada təşkil olunacaq: “28 May–Nizami” mənzilində sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əlavə ekspres marşrutlar təşkil edəcək və mövcud marşrutlara əlavə avtobuslar cəlb olunacaq. Qırmızı xətt üzrə qatarlar “İçərişəhər–Əhmədli” marşrutu üzrə 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcək.“Əhmədli–Həzi Aslanov” mənzilində isə təmir işləri başa çatanadək mövcud məkik hərəkəti saxlanılacaq. Yaşıl xətt üzrə qatarlar “Dərnəgül–Nizami” marşrutu üzrə 3 dəqiqə 30 saniyə intervalla fəaliyyət göstərəcək. “Cəfər Cabbarlı–Xətai” mənzilində məkik hərəkəti dəyişməyəcək və interval 7 dəqiqə olacaq. Bənövşəyi xətt üzrə “Xocəsən–8 Noyabr” marşrutunda 8 dəqiqəlik interval qüvvədə qalacaq.“Bakı Metropoliteni” bildirib ki, layihə başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər–Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül–Xətai”) xətləri tam müstəqil infrastrukturla fəaliyyət göstərəcək.Yaşıl xətt üzrə qatarların hərəkəti “Dərnəgül” stansiyasından başlayaraq “Cəfər Cabbarlı” vasitəsilə “Xətai” stansiyasına qədər davam edəcək və interval 3 dəqiqə 30 saniyə olacaq. Bununla da “Cəfər Cabbarlı–Xətai” sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı aradan qalxacaq.Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra Yaşıl xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyədək azaldılması planlaşdırılır.Qırmızı xətt üzrə isə “İçərişəhər” dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu infrastruktur tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyədək endirilməsi mümkün olacaq.“Bakı Metropoliteni” sərnişinlərdən tikinti dövründə yarana biləcək müvəqqəti narahatlıqları anlayışla qarşılamalarını xahiş edib.

Prezident Gömrük Məcəlləsində dəyişikliyi TƏSDİQLƏDİ 

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Musavat.com xəbər verir ki, yeni qanunla idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır.Bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.

Culfanın yeni icra başçısı kimdir? - DOSYE 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Naim Cahidzadə 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 1995-2006-ci illərdə Şahbuz rayon Kolanı kənd tam orta məktəbində orta təhsil alıb. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili, 2011-2014-cü illərdə eyni ixtisas üzrə magistratura təhsili alıb. 2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olub.Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində işləyərək başlayıb. 2014-2018-ci illərdə "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-2021-ci illərdə həmin universitetin İdarəetmə fakültəsində dekan vəzifəsində işləyib. 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, 21 fevral 2024-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu./Unikal/

Ordubadın icra başçısı dəyişib 

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Prezidentin sigər sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Pensiyalarla bağlı SON DƏQİQƏ xəbəri 

Bu ilin iyul ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 607 nəfər olub.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, onların 115 615 nəfəri yaşa, 13 141 nəfəri əlilliyə, 22 851 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Bakıda qəza oldu, qadın sürücü...

Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Sabit Orucov 45 a ünvanında qeydə alınıb.Düz yolda hərəkət edən qadın sürücünün idarə etdiyi avtomobil yolu yanlış dönən maşına, sonra isə ağaca çırpılıb.Hadisə nəticəsində ölən olmayıb.Hadisənin baş verdiyi yerə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.

Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI 

Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq.Qeyd edilib ki, 4 nömrəli "Abituriyent jurnalı" yaxın günlərdə nəşr ediləcək.

Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında təkbətək görüş başladı 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis arasında təkbətək görüş başlayıb.Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.Bildirilib ki, görüşdə Azərbaycan–İsveçrə arasında ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq gündəmdə duran məsələlər, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə olunması nəzərdə tutulur.

Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul edib 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirib.APA xəbər verir ki, görüş TADİV-in Azərbaycanda təşkil etdiyi proqram çərçivəsində baş tutub.Prezidentin köməkçisi media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb. Təxminən üç saat davam edən görüşdə o, iştirakçıların çoxsaylı suallarını cavablandırıb, Prezidentİlham Əliyevin Azərbaycan–Türkiyə qardaşlığına dair yanaşmasının iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini bildirib.

Azərbaycanda bu şəxslərə kompensasiya ödəniləcək 

"Prezident İlham Əliyevin imzaladığı "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq".Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur."Gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək. Bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Kompensasiyanın məbləğinə gəldikdə isə gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq.2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək. Kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu, qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə şərait yaradacaq".

Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu

İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb. Sənədə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Qanunda dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların […]

Source

Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib. Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

Source

İlham Əliyev Donald Trampla danışdı

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb. Dövlət başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi […]

Source

Paşinyan İlham Əliyevə zəng etdi

Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı […]

Source

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin oğludur. Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.

Source

Samir Şərifova yeni səlahiyyət verildi

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib. Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır: Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikasının energetika naziri […]

Source

İlham Əliyevlə Trampın telefon danışığında TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından […]

Source

Prezident sülh gündəliyinə töhfələrinə görə Donald Trampa minnətdarlığını bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sülh gündəliyinə verdiyi töhfələrə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirib. Tribuna.az  xəbər verir […]

Source

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sülh prosesini irəli aparır - Elman Nəsirli

"Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər strateji xarakter daşıyır. Fundamental məsələlərdə hər iki dövlətin mövqeyi eynidir. Enerji təhlükəsizliyi, beynəlxalq sülhün və təhlükəsizliyin təminatı, asimmetrik təhdidlərlə mübarizə kimi istiqamətlərdə rəsmi Bakı və Vaşinqton eyni mövqedən çıxış edir".

©

Xalq şairi Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olunub – YENİLƏNİB-2

Xalq şairi Nəriman Həsənzadənin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Birinci Fəxri xiyabana gətirilib.

"Report" xəbər verir ki, burada mərhumun ruhuna dualar oxunub.

Böyük şair Nəriman Həsənzadənin cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq şairinin vida mərasiminə əklil göndəriblər.

Vida mərasimində mərhumun zəngin həyat və yaradıcılıq yolundan danışılıb. Mərasimin ardınca Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, vida mərasimində görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.

Xalq şairi Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.

Fuad Muradov: Qarabağda həyata keçirilən layihələrin sürəti bir çox ölkələr üçün nümunə ola bilər

Qarabağda həyata keçirilən layihələrin miqyası və sürəti dünyanın bir çox ölkələri üçün nümunə ola bilər.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycan xalqı işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərini həyata keçirir:

"İstəyirik ki, siz də buraya gəlin, gördüklərinizlə və Azərbaycan xalqı ilə fəxr edin. Fəxr edin ki, belə bir dövlətiniz, belə bir Vətəniniz var. Görün ki, bu torpaqlarda əkin sahəsində çalışan da, nəqliyyat sektorunda çalışan da, texniki sahədə çalışan da öz işini ürəklə görür və bunu gələcək nəsillər naminə edir. Ona görə də bu səfərə adi bir tədbir kimi yanaşmayın. Siz seçilmiş gənclərsiniz. Bu artıq bizim yeddinci görüşümüzdür və biz hər il bu layihəni davam etdiririk".

Qeyd edək ki, Fuad Muradov Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçılarına tövsiyələr də verib. Tövsiyədə 1 həftə ərzində keçirilən tədbirləri təkcə yay düşərgəsi və ya asudə vaxt proqramı kimi yox, həm də müəyyən ideoloji məsuliyyət daşıyan bir məktəb kimi qəbul etmələri qeyd edilib.

F. Muradov vurğulayıb ki, bu istiqamətdə heç kəsi məcbur etmək mümkün deyil: "Bizim sizdən xahişimiz budur ki, Azərbaycanın yerləşdiyi coğrafiyanın həmişə mürəkkəb və həssas bir bölgə olduğunu unutmayasınız. Buna görə də ölkəmizə qarşı aparılan qara piar və dezinformasiya kampaniyaları zamanı hər biriniz öz imkanlarınız daxilində fəal mövqe nümayiş etdirəsiniz. Biz demirik ki, sabah milyonlarla insana müraciət etməlisiniz. Əgər bunu bacarsanız, əlbəttə ki, çox sevinərik. Amma ən azı yaşadığınız şəhərdə, universitetdə, məktəbdə, məhəllədə və ya dost çevrənizdə Azərbaycana qarşı əsassız iddialar səsləndirilərsə, həqiqətləri müdafiə edən ilk insanlardan biri siz olasınız".

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərin təbliği və tərənnümünə xidmət edib.

"Nəriman Həsənzadənin poeziyasının əsas qayəsini vətənpərvərlik və humanizm təşkil edir. Onun şerləri, poemaları və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. O, şair olmaqla yanaşı, uzun illər ölkənin ədəbi və ictimai mühitində xüsusi rol oynayıb. Azərbaycan mədəniyyəti və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib", – deyə nazir müavini vurğulayıb.

S. Yusifova çıxışının sonunda mədəniyyət naziri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Anar: Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq

Xalq şairi Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itkidir.

"Report" xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

O bildirib ki, mərhum təkcə şair kimi deyil, həm də ölkənin ictimai-mədəni həyatında mühüm rol oynayıb.

"Nəriman Həsənzadə son dövrə qədər Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub. Onunla olduqca xoş münasibətlərimiz var idi", – Anar deyib.

Xalq yazıçısı qeyd edib ki, yazıçı və şairlər həm bədbəxt, həm də xoşbəxt insanlardır:

"Onlar bədbəxtdirlər, çünki taleləri çox ağır olur. Amma eyni zamanda xoşbəxtdirlər. Çünki uzun illər insanların yaddaşında silinməz iz qoyurlar. Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq".

İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər.

"Report" xəbər verir ki, Xalq şairi ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.

Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Düşərgə iştirakçısı: Misirlilər arasında Azərbaycan dilinə maraq kifayət qədər böyükdür

Misirlilər arasında Azərbaycan dilinə maraq kifayət qədər böyükdür.

Bunu "Report"a açıqlamasında Gənclərinin VII Yay Düşərgəsinin iştirakçısı Umara İsrailova deyib.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili üzrə tərcümə ixtisasını bitirən Umara İsrailova bildirib ki, il yarımdır Misirdə yaşayır:

"Dil biliklərimi inkişaf etdirmək üçün Misirə getmişəm və orada dil kurslarını başa vurmuşam. Sentyabr ayından magistratura təhsilinə başlayacağam. Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətində misirlilərə Azərbaycan dili tədris edirəm. Misirlilər arasında Azərbaycan dilinə maraq kifayət qədər böyükdür. Kurslarımızda yaş məhdudiyyəti yoxdur".

U. İsrailova vurğulayıb ki, müxtəlif yaş qruplarından olan şəxslər Azərbaycan dilini öyrənirlər: "Burada Azərbaycan dili ilə yanaşı, Quran dərsləri, Azərbaycan xalçaçılığı, ingilis və ərəb dili kursları təşkil olunur. Bu imkanlardan təkcə azərbaycanlılar və misirlilər deyil, digər ölkələrin vətəndaşları da istifadə edə bilirlər. Hazırda tədris etdiyim Azərbaycan dili qrupunda təxminən 100 nəfər təhsil alır. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı, ərəb dili sahəsində fəaliyyət göstərmək və ərəbşünas kimi işləmək istəyirəm".

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir.

"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşılıb.

"Diaspor Gənclərinin Yay Düşərgələri diaspor tarixinin unikal layihələrindəndir", - paylaşımda bildirilib və əlavə edilib ki, layihə artıq 7-ci dəfədir ki, Azərbaycanda keçirilir.

Belə ki, 1-ci düşərgə Şəki, 2-ci Şamaxı, 3-cü Şuşa, 4-cü Naxçıvan, 5-ci Laçın, 6-cı düşərgə isə Xankəndidə baş tutub: "Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi bu il Şərqi Zəngəzurda keçirilir".

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları iyulun 31-də Azərbaycana gəliblər.

Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı siyasi müstəqilliyimizin göstəricisidir - RƏY

Bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsi dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü filologiya üzrə elmlər doktoru Elnarə Akimova deyib.

Deputat hər il 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmasını ana dilinə ehtiramın ifadəsi kimi qiymətləndirib:

"Bu həm də milli kimliyimizi, mənəvi yaddaşımızı və dövlətçilik ənənələrimizi yaşadan ən böyük sərvətlərdən birinin əhəmiyyətini bir daha xatırladır. Çünki dil xalqın tarixini, mədəniyyətini və milli düşüncəsini gələcək nəsillərə daşıyan ən etibarlı körpüdür. Azərbaycan dili əsrlər boyu xalqımızın varlığını qoruyan, zəngin ədəbi irsimizi və milli-mənəvi dəyərlərimizi yaşadan əsas amillərdən biri olub. Məhz bu dil sayəsində xalqımız ən çətin tarixi sınaqlardan üzüağ çıxaraq milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlayıb. Ana dilinə bağlılıq Vətənə, dövlətə və milli köklərə bağlılığın ayrılmaz hissəsidir".

E.Akimovanın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti müstəqil Azərbaycanın mühüm dövlətçilik prinsiplərindən birinə çevrilib:

"1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi də ana dilinin qorunmasına verilən yüksək dövlət qayğısının bariz ifadəsidir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir".

O, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlərin ana dilinin dövlətçilikdəki rolunu bir daha aydın şəkildə ortaya qoyduğunu vurğulayıb:

"Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu öz milli kimliyini məhz dili, ədəbiyyatı və mədəniyyəti vasitəsilə qoruyub. Bu yanaşma göstərir ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli təhlükəsizliyin, ideoloji bütövlüyün və dövlət müstəqilliyinin mühüm sütunlarından biridir.

Qloballaşma və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin saflığını qorumaq, onun elmi, təhsil və informasiya məkanındakı mövqeyini gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Bu məsuliyyət yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşür. Dilə qayğı gələcəyə qayğıdır".

Filologiya üzrə elmlər doktoru bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsinin dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisi olduğunu ifadə edib:

"Dünyaya öz ana dilində müraciət edən lider əslində xalqının kimliyinə, mədəniyyətinə və dövlətçiliyinə verdiyi dəyəri nümayiş etdirir. Azərbaycan dili bizim ən böyük mənəvi sərvətimizdir. Onu qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin borcudur. Ana dilimiz yaşadıqca milli kimliyimiz yaşayacaq, milli kimliyimiz yaşadıqca isə Azərbaycan dövlətçiliyi daha da möhkəmlənəcək. Məhz buna görə də 1 avqust təkcə dil bayramı deyil, milli varlığımıza, dövlətçiliyimizə və gələcəyimizə sədaqətin təntənəsidir".

Azərbaycan dili milli təhlükəsizliyin mühüm elementlərindən biridir - RƏY

Bu gün Azərbaycan dili həm də milli təhlükəsizliyin mühüm elementlərindən biridir.

Bunu "Report"a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilini qorumaq, onu elmin və texnologiyanın dili səviyyəsinə yüksəltmək, gələcək nəsillərə daha zəngin şəkildə ötürmək hər birimizin həm vətəndaşlıq borcu, həm də milli-mənəvi məsuliyyətidir:

"İnformasiya müharibələrinin geniş vüsət aldığı, rəqəmsal platformaların ictimai rəyə ciddi təsir göstərdiyi bir şəraitdə dövlət dilinin norma və qaydalarının qorunması milli maraqların müdafiəsinin tərkib hissəsinə çevrilib. Rəsmi üslubda dil normalarına ciddi əməl olunması, təhsil müəssisələrində ana dilinin yüksək səviyyədə tədrisi, media və sosial şəbəkələrdə ədəbi dil normalarının təşviqi, cəmiyyətdə dil mədəniyyətinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir".

Nadir Məmmədli qeyd edib ki, Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Hələ sovet dövründə onun prinsipial mövqeyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Müstəqillik illərində bu siyasət daha da inkişaf etdirilərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. 2001-ci ildə Ümummilli Lider tərəfindən avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi ana dilimizin qorunması, inkişafı istiqamətində dövlət siyasətinin mühüm mərhələsini təşkil edir".

Professor Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışına toxunaraq bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlər dövlət dili siyasətinin yeni inkişaf mərhələsini müəyyən edən mühüm konseptual yanaşma kimi qiymətləndirilməlidir:

"Prezident İlham Əliyevin də vurğuladığı kimi, elmi tədqiqatlar yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət etməlidir. Prezident bu kimi çıxışlarında xüsusilə dil, tarix və milli kimlik istiqamətində aparılan araşdırmaların strateji əhəmiyyətini qeyd edib, normativ bazanın müasir çağırışlara uyğun yenilənməsinin vacibliyini diqqətə çatdırıb".

Direktor onu da əlavə edib ki, müasir dövrdə Azərbaycan dilinin hüquqi bazası kifayət qədər geniş olsa da, qloballaşma, rəqəmsal transformasiya və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı yeni çağırışlar meydana çıxarıb:

"Xarici dillərin təsirinin artması, sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması, yeni elmi və texnoloji terminlərin nizamsız şəkildə işlədilməsi, süni intellekt sistemlərində Azərbaycan dilinin yetərincə təmsil olunmaması normativ bazanın daim yenilənməsini zəruri edir".

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib.

"Report" paylaşımı təqdim edir:

"Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaq. Allah rəhmət eləsin".

Qeyd edək ki, N. Həsənzadə ötən gün 95 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb - RƏY

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb.

Bu sözləri Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, son illər Azərbaycan dilinin qorunması, inkişafı və müasir dövrün tələblərinə uyğun tətbiqi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm institusional və hüquqi addımlar atılıb. 2013-cü ildə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dil siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Sonrakı dövrdə Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, terminologiyanın təkmilləşdirilməsi, latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatının Azərbaycan dilində nəşri istiqamətində mühüm layihələr həyata keçirildi".

Deputat deyib ki, 2018-ci ildə imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman dövlət dilinin tətbiqinə nəzarətin gücləndirilməsinə xidmət edib:

"Bunun davamı olaraq dövlət dili normalarının qorunması sahəsində monitorinq mexanizmləri yaradıldı. 2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, dövlət dili haqqında qanunvericiliyin və dil normalarının icrasına nəzarət, eləcə də dilin inkişafı ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə olundu. Bu qərar dövlət dilinin qorunması sahəsində idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm addımdır".

Pərvanə Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət dilinə xüsusi həssaslıqla yanaşması Azərbaycan dilinin gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır:

"Dövlət başçısının 2025-ci il, 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində dilin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması və xarici sözlərin lüzumsuz istifadəsinin qarşısının alınması ilə bağlı səsləndirdiyi fikirlər dövlət dilinin gələcəyi üçün mühüm istiqamətlər müəyyənləşdirir. Bu yanaşma ilk növbədə təhsil, elm, media və dövlət idarəçiliyində Azərbaycan dilinin nüfuzunun daha da artmasına, ədəbi dil normalarına əməl olunmasının güclənməsinə və dil mədəniyyətinin yüksəlməsinə xidmət edəcək. Eyni zamanda, süni intellekt, rəqəmsal platformalar və elektron kommunikasiya sahələrində Azərbaycan dilinin imkanlarının genişləndirilməsi onun müasir texnologiyalar dövründə rəqabət qabiliyyətini artıracaq".

Deputat qeyd edib ki, Türk dünyası ilə əlaqələrin genişlənməsi, ortaq türk əlifbasının məhz Azərbaycanın təşəbbüsü ilə yaradılması, onun regional nüfuzunun artması dilimizin regionda öyrənilməsinə və istifadəsinə də müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, bu proses Azərbaycan dilinin yalnız milli kimliyin deyil, həm də regional əməkdaşlıq və mədəni diplomatiyanın mühüm vasitələrindən birinə çevrilməsinə imkan yaradır.

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".

Bu gündən Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Yeni qaydalara əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Azərbaycana turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir:

"Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir".

Qeyd olunub ki, yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır:

"Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir".

Həmçinin BDYPİ piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

"Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır", - müraciətdə qeyd olunub.

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.

Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti".

Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq.

Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir", - paylaşımda bildirilib.

Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik", - paylaşımda bildirilib.

Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib. Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.

Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.

Yaponiya Baş naziri zəlzələ ilə bağlı həmrəyliyinə görə Azərbaycana təşəkkür edib

Yaponiyanın Baş naziri Sanae Takaiçi Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib.

"Report" xəbər verir ki, Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.

"Kumamoto zəlzələsi ilə əlaqədar bu günə qədər dünyanın bir çox ölkə və regionlarının sakinlərindən, eləcə də beynəlxalq təşkilatlardan səmimi başsağlığı mesajları və konkret yardım təklifləri almışıq. Fürsətdən istifadə edərək bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm", - baş nazir vurğulayıb.

S. Takaiçi Azərbaycan daxil olmaqla, 56 ölkəyə və 7 beynəlxalq təşkilata minnətdarlığını ifadə edib.

Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir - RƏY

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan-Qırğızıstan münasibətlərini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir:

"Həm Avropa, həm qonşu dövlətlərlə, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Türk dünyasının birliyi bütün dövrlər üçün aktual olub, bu gün də öz önəmini təsdiqləyir. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə bu birliyin, həmrəyliyin vacibliyi türk dövlətləri tərəfindən vurğulanmaqla yanaşı, real addımlarda özünü nümayiş etdirir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər həm ölkələr arasında əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı daxilində birliyə böyük stimul verir.

Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin müntəzəm xarakter daşıması, həmçinin dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməsi bu birliyin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir".

Deputat deyib ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb, beynəlxalq mövqeləri möhkəmlənib:

"Həm bölgədə gedən proseslərə təsir imkanları artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır. Prezident İlham Əliyevin hər bir çağırışı həm Türk Dövlətləri Təşkilatının gələcəyi, həm də quruma üzv dövlətlərlə birliyin təmin edilməsi üçün yol xəritəsidir. "Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq" söyləyən Prezident İlham Əliyev onu da əlavə edir ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib".

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına dövlət səfəri də həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələri münasibətlərinin uğurlu inkişafının nümayişi olub:

"Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq qeyd etməliyik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü oldu, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Həmçinin Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Sadır Japarov bu əminliyi ifadə etdi ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək".

Onun sözlərinə görə, Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir:

"Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır. Qırğızıstan Prezidentinin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. İmzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir".

Deputat bildirib ki, hər bir səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır:

"İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"dir. Prezident İlham Əliyevin bu səfəri zamanı 14 sənəd imzalanıb. Bunlar arasında Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə imzaladıqları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni qeyd etmək istərdik. "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir".

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir:

"Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım diqqətdədir. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit mərkəzinə çevrilib".

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb.

"Report" xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola salıblar.

Milli Məclis ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlıq müzakirə olunub

Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, müzakirələr Milli Məclisin sədri Sahibə Qafarovanın Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşü zamanı baş tutub.

Həmçinin görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Milli Məclisin sədri Sahibə Qafarovanın Milli və Regional Parlament Sədrlərinin Konfransının açılış mərasimindəki çıxışını yüksək qiymətləndirərək, çıxışda həmrəylik, dostluq və parlamentlərarası əməkdaşlığa dair səsləndirilən fikirlərin böyük əhəmiyyət daşıdığını bildirib. O, Pan-Afrika İttifaqı-2063 Gündəliyinin həyata keçirilməsində parlamentlərin mühüm rol oynadığını vurğulayıb.

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycanın Afrika ölkələri üçün etibarlı tərəfdaş olduğunu bildirərək, tərəfləri ortaq dəyərlərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin birləşdirdiyini söyləyib. O, parlament diplomatiyasının xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraqların təşviqində mühüm rol oynadığını qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib.

Spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, siyasi dialoqun möhkəmləndirilməsinin, qarşılıqlı etimadın artırılmasının və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.

O qeyd edib ki, regional və beynəlxalq səviyyədə birgə fəaliyyətin davam etdirilməsi vacibdir. Sahibə Qafarova parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət edəcəyini və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə institusional əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova Pan-Afrika Parlamentinin rəhbərliyini Azərbaycana səfərə dəvət edərək, bu səfərin qarşılıqlı əlaqələrin inkişafına və praktiki əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və ortaq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına (car) səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib. Bu barədə

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Parlamentin spikeri tədbirdə nitq söyləyib. Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Spiker bildirib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır, siyasi öhdəliklərin qanunvericilikdə, habelə konkret praktiki fəaliyyətlərdə öz əksini tapmasına töhfə verirlər.

Parlamentlərin qlobal çağırışların həllində artan rolunu qeyd edən spiker müasir dövrdə parlamentlərin yalnız milli qanunvericilik funksiyasını yerinə yetirən institutlar deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar olduğunu bildirib. Bu gün burada ilk növbədə Azərbaycan parlamentini, eyni zamanda sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil etdiyini deyən S.Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını bir araya gətirən bu Şəbəkə birgə səylərlə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq parlament əməkdaşlığı platformasına çevrilib.

Parlament həmrəyliyinin mücərrəd prinsip deyil, müasir beynəlxalq münasibətlər sistemində praktiki zərurət olduğuna dair qəti inamını ifadə edən parlamentin spikeri, mürəkkəb çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyətinə toxunub. Bu kontekstdə Pan-Afrika Parlamentinin önəmli roluna diqqəti çəkən S.Qafarova qeyd edib ki, qurum Afrikanın birliyi, inkişafı və qlobal mövqeyinin gücləndirilməsi baxışını parlament müstəvisində ifadə edir. Təşkilat həmçinin "Afrika Gündəliyi – 2063"-da təsbit olunmuş məqsədləri – öz xalqı tərəfindən idarə olunan, beynəlxalq ictimaiyyətdə layiq olduğu rolu həyata keçirən sülhsevər, çiçəklənən və inteqrasiya olunmuş Afrika ideyasının reallaşdırılmasına xidmət edir.

Azərbaycanın bu baxışa dərin hörmətlə yanaşdığını vurğulayan spiker qeyd edib ki, rəsmi Bakı Afrika dövlətləri ilə münasibətlərinə böyük önəm verir, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir.

Milli Məclisin sədri əlavə edib ki, Afrika bu gün dünyada yalnız say göstəriciləri ilə deyil, həm də öz ideyaları, prioritetləri və liderliyi ilə təmsil olunmalıdır. O vurğulayıb ki, Afrika artıq qlobal müzakirələrin sadəcə obyekti deyil, həmin müzakirələrin formalaşdırılmasına getdikcə daha çox töhfə verir. Bu baxımdan, Afrikanın artan rolunun beynəlxalq təsisatlarda, o cümlədən qlobal parlament institutlarında layiqincə əks olunmasının vacibliyi qeyd olunub.

Çıxışında çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının inkişaf perspektivlərinə də toxunan Milli Məclisin sədri, müxtəlif siyasi sistemləri və regionları bir araya gətirən mühüm qlobal parlament platforması kimi Parlamentlərarası İttifaqın (PAİ) xüsusi rolunu qeyd edib.

S.Qafarova bildirib ki, həqiqi inklüzivlik bütün regionların yalnız beynəlxalq parlament platformalarında təmsil olunmasını deyil, həm də prioritetlərin müəyyənləşdirilməsi, ideyaların irəli sürülməsi və rəhbərliyin həyata keçirilməsi proseslərində bərabər iştirak imkanına malik olmasını nəzərdə tutur.

O vurğulayıb ki, bu baxımdan PAİ ilə Pan-Afrika Parlamenti kimi regional parlament təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Spiker qeyd edib ki, məhz belə bir əməkdaşlıq sayəsində PAİ regional parlament təşkilatlarının təcrübəsi və siyasi baxışlarından faydalana, Pan-Afrika Parlamenti isə PAİ-nin qlobal platformasından istifadə etməklə Afrikanın prioritetlərini beynəlxalq parlament gündəliyinə çıxara və qitənin parlament diplomatiyasındakı rolunu daha da gücləndirmək imkanı əldə edə bilər. Onun sözlərinə görə, müasir dövrdə ehtiyac duyulan parlament çoxtərəfliliyi daha geniş təmsilçiliyə, daha sıx əlaqələndirilmiş əməkdaşlığa və bütün regionların reallıqlarına daha həssas yanaşmaya əsaslanmalıdır.

Çıxışının sonunda Milli Məclisin sədri S.Qafarova Pan-Afrika Parlamenti, eləcə də Afrika ölkələrinin parlamentləri ilə həmrəy olduğunu ifadə edərək, beynəlxalq münasibətlər sistemində Afrikanın daha güclü səsə və daha fəal rola malik olmasının vacibliyini vurğulayıb.

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər

Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, növbəti dəfə avqustun 2-8-də keçiriləcək 7-ci düşərgə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunub.

Düşərgədə iştirak etmək üçün 64 ölkədən 123 azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri artıq ölkədədir.

İştirakçılar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Daha sonra onlar 1-ci və 2-ci Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Gənclərə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli birliyin qorunması və diaspor siyasətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi xidmətlər barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin qəhrəmanlığından, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və bu qələbənin Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını təşkil etməsindən bəhs olunub

Paytaxtdakı ziyarət proqramını başa vuran düşərgə iştirakçıları öz təəssüratlarını bölüşüblər. Fransanın Bordo Monteyn Universitetinin tələbəsi Banu Cavadova Vətənə gəldiyinə görə böyük sevinc hissi keçirdiyini bildirib, düşərgənin müxtəlif ölkələrdən olan azərbaycanlı gənclərlə yeni dostluq əlaqələri qurmaq üçün əhəmiyyətli imkan yaradacağına əminliyini ifadə edib.

ABŞ-nin Boston Universitetinin tələbəsi Murad Bayramzadə Qarabağı görmək arzusunun gerçəkləşdiyini qeyd edib, Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin həyatında unudulmaz iz buraxacaq təcrübələrdən biri olacağını söyləyib.

Vyetnamda ingilis dili müəllimi kimi fəaliyyət göstərən Selen Sultan Şəhidlər xiyabanını ilk dəfə ziyarət etdiyini, burada olmağın onda həm qürur, həm də dərin duyğular oyatdığını deyib.

Rusiyanın Yekaterinburq şəhərindən gələn tələbə Mütəllim Umudov Vətənə gəlməyin sevincini bölüşüb, Qarabağa ilk səfərini səbirsizliklə gözlədiyini dilə gətirib.

Şərqi Zəngəzur iqtisadi rayonunda "Dirçələn şəhərlər" şüarı altında təşkil olunacaq düşərgə çərçivəsində panel müzakirələri, şəhid ailələri, diplomatlar və incəsənət xadimləri ilə görüşlər, müxtəlif mövzularda təlimlər, intellektual və əyləncəli proqramlar, musiqili gecələr, eləcə də ekskursiyalar keçiriləcək.

Qeyd edək ki, indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində Diaspor Gənclərinin Yay düşərgələri təşkil olunub. Bu düşərgələrə dünyanın 84 ölkəsindən ümumilikdə 700-dən artıq gənc qatılıb.

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, "Altın-Balalıq" sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.

Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 min-8 min 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.

Gürcüstanın Baş prokurorunun Azərbaycana səfəri başa çatıb

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub. 44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara Şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarə edilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olub.

Həmçinin, nümayəndə heyəti səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Tarix muzeyi və Xalça muzeyi ilə tanış olublar.

Rejimli obyektlərdə əhalinin siyahıyaalınmasını təmin edən qurumların siyahısı müəyyənləşib

Rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarın 2 nömrəli əlavəsində rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən qurumlarının siyahısı aşağıdakı kimi göstərilib:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

6. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

9. Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti

10. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılır

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarla Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi də təsdiq edilir (Əlavə olunur).

Mərkəzi Komissiya:

- bu Qərarın icrası ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin operativ həlli üçün zəruri tədbirlər görəcək;

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatı əsasında bu Qərarın 3 nömrəli əlavəsində nəzərdə tutulmuş siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələrinə cəlb ediləcək şəxslərin xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək;

- əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin icra vəziyyətini mütəmadi nəzərdən keçirsin və bu Qərarın icrasının gedişi barədə hər 6 (altı) aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edəcək.

Qərara əsasən, Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-i saat 00:00 vəziyyətinə keçirilir. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2028-ci il oktyabrın 1-dən 31-dək Xaçmaz rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Komitədə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini, onun keçirilməsini, yekunlarının işlənilməsini və nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə bu Qərarın 3 nömrəli əlavəsində göstərilən vəzifələr üzrə işçilərdən ibarət siyahıyaalma qrupu yaradacaq, qrupun işçi sayını hər il üçün həmin əlavə ilə müəyyən edilmiş həddə uyğun formalaşdırsın və işçilərin müddətli əmək müqaviləsi əsasında işə qəbulunu təmin edəcək.

***

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi

Komissiyanın sədri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azər Mursaqulov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.

Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - RƏY

Azərbaycan və Qırğızıstan arasında son illərdə müşahidə olunan yüksək səviyyəli siyasi dialoq və intensiv qarşılıqlı səfərlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır:

"Beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əsas yer tutur. Azərbaycan bugünədək Qırğızıstana 7 milyon ABŞ dollarından çox humanitar yardım göstərib.

Bu gün imzalanan sənədlər, xüsusilə "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə", iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Bu, təkcə siyasi iradənin ifadəsi deyil, həm də müxtəlif sahələrdə uzunmüddətli və koordinasiyalı əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi deməkdir".

Deputatın fikrincə, Şuşa-Çolpon-Ata, Qəbələ-Karakol və Gəncə-Oş şəhərləri arasında qardaşlaşma memorandumlarının imzalanması, həmçinin "AzerGold" ilə "Kyrgyzaltyn" arasında əməkdaşlıq memorandumu göstərir ki, münasibətlər artıq təkcə dövlətlərarası deyil, həm də regionlar, bələdiyyələr və biznes strukturları arasında çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir.

"Bütövlükdə, imzalanan sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərini siyasi dialoq mərhələsindən çıxararaq müttəfiqlik, iqtisadi inteqrasiya və institusional əməkdaşlıq mərhələsinə yüksəldir. Bu isə həm ikitərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha dərin və praktik məzmun qazanmasına xidmət edəcək" - P.Vəliyeva əlavə edib.

Ramin Məmmədov Şəmkirdə "Cümə" məscidini, alman kilsəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkir rayonunda fəaliyyət göstərən "Cümə" məscidinə, eləcə də Alman Lüteran kilsəsinə baş çəkib, dini icmaların nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qeyd edilib ki, ibadət evlərində yaradılan şəraitlə tanış olan Ramin Məmmədov Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, ibadət evlərinin fəaliyyətinə dövlət tərəfindən davamlı dəstək göstərildiyini, din xadimlərinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. O, ölkədə sağlam dini mühitin qorunması, zərərli meyillərin qarşısının alınması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.

Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan R.Məmmədov müxtəlif konfessiyalar arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bunun bariz nümunəsi olduğunu deyib. Komitə sədri cəmiyyətdə tolerantlıq ənənələrinin gücləndirilməsi və gənclərin maarifləndirilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü əlavə edib.

Görüşdə din xadimləri və dini icma nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı təkliflərini səsləndiriblər, dövlət tərəfindən göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Giorgi Xaindrava: Cənubi Qafqazda sülhün əldə olunmasında İlham Əliyevin rolu unikaldır

Təkcə regionda deyil, bütün dünyada baş verən mürəkkəb prosesləri nəzərə alsaq, Prezident İlham Əliyevin sülhdə rolu tamamilə unikaldır.

Bu fikirləri "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcü siyasi şərhçi Giorgi Xaindrava deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rolu təkcə Cənubi Qafqazda sülhün təmin olunmasına verdiyi töhfə ilə məhdudlaşmır:

"Bu, yalnız Qafqazda sülhün əldə olunması baxımından mühüm nailiyyət deyil. Eyni zamanda, Gürcüstanın və Azərbaycanın üzləşdiyi ağır dövrdən sonra postsovet məkanında Azərbaycanın inkişafı da cənab Əliyevin tamamilə unikal nailiyyətidir".

Siyasi şərhçi qeyd edib ki, Gürcüstanda Azərbaycanın inkişafını yaxından izləyirlər və bu siyasətin regionun sabitliyinə mühüm təsir göstərdiyini görürlər.

"Biz cənab Əliyevin siyasətinin Cənubi Qafqazda öz ölkəsinin inkişafına təsirini yüksək qiymətləndiririk və bunu hiss edirik. Azərbaycanın necə inkişaf etdiyini görürük. Təbii ki, ətrafımızda sülh olmasaydı, bu gün əldə etdiyimiz nəticələrə nail olmaq çətin olardı. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə rolu tamamilə unikaldır", - o vurğulayıb.

Xaindravanın fikrincə, Azərbaycan və Gürcüstanı birləşdirən əsas amillərdən biri hər iki ölkənin sülh siyasətinə eyni yanaşmasıdır:

"Düşünürəm ki, bizi birləşdirən əsas məqam ölkələrimizin sülh siyasətinə eyni cür yanaşması və onu eyni şəkildə qəbul etməsidir. Bu çox vacibdir. Deməli, Qafqazda sülhün əldə olunmasında əsas rol, əlbəttə ki, cənab İlham Əliyevə məxsusdur. Bu məsələdə heç bir fikir ayrılığı ola bilməz".

Konstitusiya Məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Bu barədə "Report"a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 8-nə təyin olunmuş iclasında baxılacaq.

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - YENİLƏNİB

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində tikilmiş mehmanxana barədə məlumat verdi.

Bildirildi ki, "Baku Resort & Spa" "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında" 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub.

Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib.

Kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec var.

Mehmanxanada bir hissəsi Azərbaycan vətəndaşları olmaqla ilkin mərhələdə 255 nəfərin iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Sağlamlıq və istirahət mehmanxana konsepsiyasının əsas istiqamətlərindəndir. Burada ilboyu istirahət üçün nəzərdə tutulmuş qapalı və açıq hovuzlar, akvapark və çimərlik də qonaqların ixtiyarına veriləcək.

Qastronomiya mehmanxananın fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Burada Azərbaycan kulinariya ənənələrinin zənginliyi nümayiş olunacaq. Mehmanxanadakı müxtəlif restoranlarda ənənəvi Azərbaycan səhər yeməkləri də daxil olmaqla, milli mətbəximizdən təamlar təqdim ediləcək.

Hər yaş qrupundan olan qonaqlar üçün maraqlı istirahət imkanları yaratmaq məqsədilə kurort geniş əyləncə infrastrukturu ilə təchiz olunub, boulinq və digər əyləncə oyunları zonası, kino zalı, müxtəlif idman növləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı açıq idman meydançası yaradılıb.

Mehmanxanada beynəlxalq konfranslar, korporativ görüşlər, biznes və sosial tədbirlərin təşkili üçün müasir şərait var.

Burada Bakının gözəlliyi və Azərbaycanın zəngin mədəni irsini əks etdirən elementlər qonaqlara milli ənənələrlə müasirliyin harmoniyasını yaşadır.

Dünyanın ikinci ən böyük dağ gölü və Qırğızıstanın ən qiymətli təbiət incilərindən hesab olunan İssık-Kulun sahilində yerləşməsi, həmçinin bu ərazinin yüksək turizm potensialı mehmanxananın kompleksinin əhəmiyyətini daha da artırır.

Möhtəşəm Tyan-Şan dağları ilə əhatə olunan bu bölgə gözəl təbiəti, minerallarla zəngin suları, həmçinin ilboyu istirahət, sağlamlıq və mədəni turizm üçün əlverişli imkanları ilə tanınır.

"Baku Resort & Spa"nın fəaliyyətə başlaması İssık-Kul regionunda turizm sektoruna mühüm töhfə verməklə yanaşı, bölgənin turizm məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Bu layihənin icrası, eyni zamanda, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına töhfə verir.

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı vəzifələr müəyyən edilib

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı dövlət qurumlarının vəzifələri müəyyən edilib.

"Report" xəbər verir ki, bu vəzifələr Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, mərkəzi icra hakimiyyətinin aidiyyəti qurumları Prezidentin "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2026-cı il 15 iyul tarixli 1100 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə təkliflərini 2027-ci il iyulun 1-nə qədər hazırlayıb təqdim etməlidirlər.

Sərəncamda həmçinin vurğulanıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2027-ci ildən etibarən Milli Fəaliyyət Planının monitorinqini və qiymətləndirilməsini həyata keçirməlidir.

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.

Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, sözügedən məktubda Maore Komitəsi fransalı deputatları Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edib.

"Bu xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər ərzində mübarizə aparmış, böyük itkilər və qurbanlar vermişlər. Buna baxmayaraq, siz həmin əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirsiniz. Bu baxımdan, tarixi yenidən şərh etməyə çalışarkən köləliyi, kütləvi deportasiyaları, yerli xalqların torpaqlarının mənimsənilməsini, qətlləri və "Fransanın suverenliyi" adı altında həyata keçirilmiş müstəmləkə hökmranlığının digər ağır nəticələrini unudursunuzmu?", məktubda qeyd olunub.

Deputatların yanaşmasının müstəmləkəçilik faktının, həmin ərazilərin işğal prosesinin və yerli xalqların iradəsinin zorakılıq yolu ilə məhdudlaşdırılmasının tamamilə inkar edilməsi kimi vurğulanır:

"Şübhəsiz ki, bütün bu cinayətlər həmin xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunmuşdur. Buna görə də faktlar azadlığa, ədalətə və xalqların hüquqlarına hörmət edən bütün dövlətlər və xalqlar tərəfindən qətiyyətlə pislənilməli, onların nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl mübarizə aparılmalıdır".

Məktubda bildirilir ki, "Fransanın dənizaşırı əraziləri" adlandırılan hər bir ərazinin müstəmləkəçilik siyasəti nəticəsində işğal olunmasının konkret tarixi, siyasi konteksti mövcuddur. Bununla belə, həmin ərazilərin tarixini birləşdirən çoxsaylı ümumi cəhətlər vardır. Bunlara yerli xalqların siyasi iradəsinin nəzərə alınmaması, onların torpaq və resurslarının mənimsənilməsi, sosial və iqtisadi bərabərsizliyin dərinləşdirilməsi, eləcə də azadlıq hərəkatlarının zorakı vasitələrlə yatırılması daxildir.

Hazırda Fransa Afrika kontinentində itirməkdə olduğu ənənəvi təsir dairəsini, həmçinin "özünün" Dənizaşırı əraziləri adlandırdığı torpaqları yenidən tam nəzarət altına almaq məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlmişdir.

Qəmər adalarında milli azadlıq uğrunda aparılmış uzunmüddətli mübarizə 22 dekabr 1974-cü il tarixində öz müqəddəratını təyinetmə referendumunun keçirilməsi ilə nəticələndi. Referendumun nəticələri Qəmər xalqının müstəqillik əldə etmək və milli suverenliyini bərpa etmək iradəsini birmənalı şəkildə ortaya qoydu.

Məktubda həmçinin qeyd olunur ki, Fransa Qəmər dövlətinin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etmir, Qəmər xalqının referendum yolu ilə ifadə olunmuş iradəsinə və beynəlxalq hüququn tələblərinə zidd olaraq Fransa Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır. Sonradan Mayot Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ən ucqar regionlarından birinə çevrilib.

Bununla yanaşı, Mayot heç vaxt Fransanın ümumi və bərabər inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb. Əksinə, adada xüsusi və istisna xarakterli qanunların tətbiqi, səhiyyə, mənzil təminatı, təhsil və təhlükəsizlik sahələrində minimum zəruri imkanların belə çatışmaması, sosial bərabərsizliyin dərinləşməsi və gənclər arasında zorakılığın yüksək səviyyəyə çatması Fransanın müstəmləkəçilik siyasətinin davam edən nəticələridir.

Deputatlara çağırış edilir ki, ağlasığmaz iddialar və həqiqətə uyğun olmayan hekayələr vasitəsilə tarixi yenidən yazmağa çalışmaq əvəzinə, ilk növbədə Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə üzləşməli, tarixi faktları olduğu kimi qəbul etməyi öyrənməlisiniz.

Unutmaq olmaz ki, xalqların azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil. Bu, dənizaşırı ərazilərdə yaşayan və müstəmləkə hökmranlığının nəticələri ilə üzləşən xalqlara da tam şəkildə aiddir.

İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının strateji gələcəyinə verilən töhfədir - RƏY

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının strateji gələcəyinə verilən yeni töhfədir. Dövlətlər sərhədlərlə millətlər isə birliklə böyüyür. Türk dünyasının gücü də məhz bu birliyin sarsılmazlığındadır.

Bu fikirləri "Report"a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasını sürətləndirən mühüm hadisə kimi tarixə yazılır:

"Müttəfiqlik Münasibətləri haqqında Sazişin imzalanması Azərbaycan və Qırğızıstan arasında münasibətlərin daha yüksək hüquqi-siyasi müstəviyə yüksəlməsini təsdiqləyir. Mədəni yaxınlıq və ortaq dəyərlər dövlətlər arasında ən davamlı əməkdaşlığın əsasını təşkil edir. Azərbaycan və Qırğızıstan münasibətləri bu fikrin praktik təsdiqidir. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulan əməkdaşlıq bu gün konkret siyasi qərarlar, iqtisadi layihələr və institusional mexanizmlərlə daha da möhkəmlənir.

Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində müəyyənləşdirilən yeni strateji gündəlik ticarət, qarşılıqlı investisiyalar, enerji, yaşıl iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, humanitar əməkdaşlıq və Qarabağın bərpası istiqamətlərini əhatə edir. Münasibətlər yalnız siyasi dialoqla deyil, real iqtisadi məzmunla zənginləşir. Bu əməkdaşlıq Mərkəzi Asiyanı Xəzər hövzəsi vasitəsilə Avropa bazarları ilə daha səmərəli şəkildə birləşdirən mühüm geoiqtisadi platformaya çevrilir".

X.Vəliyeva xatırladıb ki, Prezident İlham Əliyevin səfəri zamanı xüsusi vurğuladığı məsələlərdən biri də Qırğızıstanın Qarabağın bərpasına göstərdiyi qardaş dəstəyi oldu:

"Azərbaycan bu gün yalnız enerji və nəqliyyat layihələrinin müəllifi deyil, həm də Türk dövlətləri arasında həmrəyliyi gücləndirən təşəbbüslərin aparıcı iştirakçısıdır. Bu gün Bakı ilə Bişkek arasında qurulan müttəfiqlik modeli gələcəkdə iqtisadi inteqrasiyanın dərinləşməsinə, regional təhlükəsizliyin möhkəmlənməsinə və ortaq inkişaf məkanının genişlənməsinə xidmət edən nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir.

Azərbaycan və Qırğızıstan arasında möhkəmlənən müttəfiqlik münasibətləri təkcə iki qardaş dövlətin deyil, bütövlükdə Türk dünyasının ortaq gələcəyinə yazılan strateji uğur salnaməsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasi kursu Türk dünyasının birliyinə ardıcıl töhfələr verir".

Birinci "Mərkəzi Asiya-Azərbaycan" sammiti oktyabrın 8-də Türkmənistanda keçiriləcək

"Mərkəzi Asiya – Azərbaycan" formatında birinci sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək.

"Report"un Qırğızıstana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.

Onun sözlərinə görə, birinci sammitin gündəliyinin layihəsi artıq hazırlanıb və formatın bütün iştirakçı dövlətlərinə göndərilib.

Berdiməhəmmədov qeyd edib ki, layihəyə əməkdaşlığın beş əsas istiqaməti daxil edilib.

"Biz beş əsas istiqaməti əhatə edən gündəlik layihəsini hazırlayaraq iştirakçı dövlətlərə göndərmişik. Bunlar sülh, sabitlik və təhlükəsizliklə bağlı aktual regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılması, Mərkəzi Asiya ölkələri və Azərbaycanın siyasi-diplomatik qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, energetika və dayanıqlı nəqliyyat-logistika dəhlizləri sahəsində əməkdaşlığın inkişafı, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə üzrə birgə tədbirlər, Aral dənizinin bərpası üzrə səylərin əlaqələndirilməsi, eləcə də mədəni, təhsil və elmi əlaqələrin inkişafı, tələbə və gənclər mübadiləsinin genişləndirilməsidir", - Berdiməhəmmədov qeyd edib.

Şavkat Mirziyoyev Azərbaycanın məşvərət görüşlərinə qoşulmasını yüksək qiymətləndirib

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına qoşulması qarşılıqlı əlaqəni keyfiyyətcə yeni makroregional səviyyəyə çıxarır.

"Report"un Çolpon-Ataya ezam olunmuş əməkdaşı xəbər verir, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Mərkəzi Asiya – Azərbaycan" qeyri-rəsmi məşvərət görüşündə bildirib.

"Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz Əfqanıstanı birləşdirəcək vahid inkişaf məkanı formalaşdırmaq üçün tarixi imkan açılır. Bu məqamdan tam şəkildə istifadə etmək və Avrasiyanın düz mərkəzində davamlı inkişaf, qarşılıqlı əlaqəlilik və mehriban qonşuluq üçün birgə səylərlə möhkəm əsaslar yaratmaq lazımdır", - o bildirib.

Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya–Azərbaycan altıtərəfli formatı əməkdaşlığa yeni təkan verəcək

Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın yeni altıtərəfli əməkdaşlıq formatı region dövlətlərinin daha da yaxınlaşmasına kömək edəcək və əməkdaşlığa əlavə dinamika verəcək.

"Report"un müxbiri xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə bildirib.

"Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu bu iclasda salamlamaqdan səmimi qəlbdən şadam", - Prezident bildirib.

Berdiməhəmmədov xatırladıb ki, ötən il Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə yekdil qərar qəbul edilib.

"Cənab İlham Heydər oğlu, icazə verin, Sizi və sizin simanızda Azərbaycanı bir daha təbrik edim", - dövlət başçısı qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Report" İsveçrə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycana səfəri zamanı İ.Kasis ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi, eləcə də İsveçrənin ATƏT-ə sədrliyinin regiondakı rolu məsələlərinə dair danışıqlar aparacaq.

Bildirilib ki, Azərbaycandan sonra ATƏT sədri Türkmənistana səfər edəcək. Azərbaycan və Türkmənistana səfər tarixləri 4–5 avqustdur.

Qeyd olunub ki, federal nazirin səfəri payızda Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək regional turnenin ilk mərhələsi olacaq.

Tokayev Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını yeni əməkdaşlıq mərhələsi kimi dəyərləndirib

Azərbaycanın Məşvərət görüşlərinin tamhüquqlu iştirakçısı kimi qoşulması qarşılıqlı fəaliyyətimizin yeni mərhələsinin başlanğıcı oldu.

"Report"un Çolpon-Ataya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.

Xəbər yenilənir

Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib

Nuhi Abdinov Naxçıvan Muxtar Respublikası (MR) əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı sərəncam imzalayıb.

İlham Əliyev: Mərkəzi Asiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

"Report"un Çolpon-Ataya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edərkən bildirib.

"Sadəcə olaraq 2023-cü ilin əvvəlindən bu günə qədər olan qarşılıqlı səfərlərin dinamikasını demək kifayətdir. Üç il yarım ərzində mən Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm. Həmkarlarım bu müddət ərzində Azərbaycana 26 dəfə səfər ediblər. Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib", - İ.Əliyev bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, bu formatın tamhüquqlu üzvü kimi məşvərət görüşündə ilk dəfə iştirak edir: "Sizi əmin etmək istəyirəm ki, Azərbaycan öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək".

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB-2

İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Prezident İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın dövlət başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşıladı.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdirdilər.

Dövlət başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli həmkarlar.

Əvvəlcə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak etmək üçün dəvətə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Mən dünəndən Qırğızıstanda səfərdəyəm və ilk növbədə ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlara, həmçinin İssık-Kul gölünün ətrafındakı ərazinin necə dəyişməsinə, kurorta və beynəlxalq səviyyəli turizm istiqamətinə çevrilməsinə görə Qırğızıstan Prezidentini bir daha təbrik etmək istərdim.

Eyni zamanda, Qırğızıstanda dövlət səfərindəyəm. Bu gün həmkarım Sadır Nurqojoyeviç ilə ikitərəfli qarşılıqlı fəaliyyətimizin geniş gündəliyinə dair ətraflı müzakirələr apardıq. İkitərəfli əlaqələrin uğurlu inkişafını müəyyənləşdirəcək böyük sənədlər zərfi imzalandı. Amma imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etmək istərdim. Bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir.

Onu da qeyd etmək istərdim ki, iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür.

Biz, həmçinin çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan tərəfindən inşa edilib. "Bakı" hoteli qonaqları qəbul etməyə hazırdır və şadam ki, biz bu böyük turizm mərkəzinin açılışında birlikdə iştirak edəcəyik.

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.

Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm.

Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra digər prezidentlər çıxış etdilər.

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalandı.

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlət başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdiriblər.

Dövlət başçısı İlham Əliyev görüşdə çıxış edib.

Sonra digər prezidentlər çıxış ediblər.

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb.

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.

"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.

Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib

Azərbaycanda bu il ərzində 38 514 uşağa atanın soyadı, 924 uşağa isə ananın soyadı verilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə 91 558 uşağa atanın soyadı, 2 280 uşağa ananın soyadı verilib.

Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Çolpon-Ata şəhərində iyulun 31-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.

Bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir.

Sadır Japarov: Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir

Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.

"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

Qırğızıstan dövlətinin başçısı vurğulayıb: "Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətlərinin bundan sonra da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır".

İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək

Bu gün biz Sizinlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə birgə səylərimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq.

"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında bildirib.

Dövlət başçısı vurğulayıb: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik".

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında anlaşma memorandumları imzalanıb.

Sadır Japarov: Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması tarixi hadisədir

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanla Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını tarixi hadisə adlandırıb.

"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

"Bugünkü danışıqların mühüm nəticəsi Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu, Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsindən xəbər verən həqiqətən də tarixi bir hadisədir", - S.Japarov bildirib.

O əlavə edib ki, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsi, eləcə də qiymətli metalların dövriyyəsi sahələrini əhatə edən sanballı ikitərəfli sənədlər paketi imzalanıb:

"Ticari-iqtisadi qarşılıqlı fəaliyyətin ardıcıl inkişafını və qarşılıqlı ticarət dövriyyəsinin davamlı artımını qeyd etdik. İşgüzar əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün bundan sonra da əlverişli şərait yaratmaq barədə razılığa gəldik".

Prezident İlham Əliyev Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib

Müttəfiqlik münasibətləri – çox böyük məsuliyyətdir və biz bu məsuliyyətə hazırıq.

"Report"un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

"Bu gün biz sizinlə birlikdə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə olan birgə niyyətimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq. Biz bundan sonra da bütün təşəbbüslərdə, həm beynəlxalq platformalarda, həm ticari-iqtisadi sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir-birimizi dəstəkləyəcəyik", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı həmçinin Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib.

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanıb.

"Report"un Qırğızıstana ezam olunan müxbirinin verdiyi məlumata əsasən, müqaviləni iki ölkənin prezidenti İlham Əliyev və Sadır Japarov imzalayıblar.

Bundan başqa dövlət başçıları arasında "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının 3-cü iclasının Qərarı" imzalanıb.

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər-YENİLƏNİB

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

"Report"un Qırğızıstana ezam olunan müxbiri xəbər verir ki, əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Sadır Japarovun bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli media nümayəndələri.

Bu gün Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunu və Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Qırğız torpağında böyük məmnunluqla salamlayırıq.

Qırğız Respublikasına dövlət səfəri ilə bağlı dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram.

Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.

Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik.

İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi.

Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk 5 ulduzlu hotelin təntənəli açılışı olacaq.

Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi olacaq və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Beynəlxalq təşkilatlar çərçivəsində bizim səmərəli qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Hörmətli İlham Heydər oğlunu VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, "ŞƏT+" Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək "Bişkek+25" ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət etdim.

Çıxışımın sonunda bugünkü danışıqların yekunları ilə bağlı məmnunluğumu ifadə etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, məzmunlu fikir mübadiləsinə, Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına şəxsi diqqətinizə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə daimi sadiqliyinizə görə Sizə minnətdaram. Əldə olunan razılaşmalar Qırğızıstanın və Azərbaycanın müttəfiqlik münasibətlərinin gələcəkdə də dərinləşməsinə qarşılıqlı səyləri təsdiqləyir.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Hörmətli cənab Prezident, əvvəlcə, Qırğızıstana dövlət səfərinə dəvət etdiyinizə, mənə qardaş Qırğızıstan torpağında göstərilən ənənəvi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.

Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.

Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.

Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan "Bakı" hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və "Bakı" adını daşıyır.

Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.

Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.

Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.

Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.

Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, "Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü" adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm.

Öz tərəfimdən Sizi uyğun hesab etdiyiniz vaxtda Azərbaycana yenidən dövlət səfərinə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan və Qırğızıstan prezidentlərinin iyulun 31-də təltifolunma mərasimi keçirilib.

"Report"un Qazaxıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.

Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.

Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif olunması qərarını qəbul etdim.

Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətli İlham Heydər oğlu, icazə verin, "Manas" ordenini Sizə təqdim edim.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxundu.

Prezident Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlətimizin başçısına təqdim etdi.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, bu yüksək mükafata görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən onu Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətimə Sizin verdiyiniz qiymət hesab edirəm. Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram.

Bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm.

Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm.

x x x

Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

x x x

Çıxışına davam edən Prezident İlham Əliyev dedi: Bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş Qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.

Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimiz də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.

İqtisadi inkişaf, sosial tərəqqi Sizin Qırğız xalqına qayğınızın göstəricisidir. Necə ki, bu gün Qırğızıstandan xaricə deyil, xaricdən Qırğızıstana miqrasiya axını baş verir. Bütün bunlar Sizin şəxsi iştirakınız, Sizin qərarlarınız, Sizin uzaqgörənliyiniz sayəsində mümkün olub. Mən Bişkekdə dəfələrlə olmuşam, İssık-Kulun gözəl sahilinə də ilk dəfədir ki, gəlmirəm. Deyə bilərəm ki, bütün ölkə boyu inkişaf gedir. Əlbəttə, Qırğızıstan vətəndaşları bunu daha yaxşı bilirlər. Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni – "Heydər Əliyev" ordeni ilə təltif olunmusunuz. İndicə Fərmanı elan etdilər. İcazə verin bu yüksək mükafatı Sizə təqdim edim.

x x x

Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Prezident Sadır Japarova təqdim etdi.

x x x

Prezident Sadır Japarov dedi: Hörmətli İlham Heydər oğlu.

İcazə verin, göstərilən hörmət və dostluq əlamətinə görə, Sizə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - "Heydər Əliyev" ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır.

Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.

Sizə təşəkkür edirəm. Sağ olun.

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.

"Report"un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim etdi.

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

"Report" xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

"2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə etdilər.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum"u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə etdilər.

"AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum"u "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə etdilər.

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

"Report"un Qırğızıstana ezm olunmuş müxbiri xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının 3-cü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

"Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək".

İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir

Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".

Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı deyib:

"Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər.

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB-2

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə iyulun 31-də Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Sadır Japarov iclasda çıxış edib.

Prezident Sadır Japarovun çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.

Bizim incimiz olan İssık-Kul gölünün sahilində Sizi salamlamaqdan səmimi-qəlbdən şadam.

Qırğızıstana dövlət səfəri barədə dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qırğızıstanda Sizə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz.

Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi: "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir". Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.

Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir.

Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.

Hesab edirəm ki, bugünkü danışıqlar ənənəvi olaraq etimad və konstruktiv ab-havada keçəcək. Danışıqların yekunlarına dair ikitərəfli əlaqələrin daha da inkişafına yönəlmiş mühüm razılaşmalar əldə ediləcək. Onların ardıcıl həyata keçirilməsi ümumi məqsədimizə - Qırğızıstanın və Azərbaycanın qardaş xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Əsas siyasi nəticə isə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Qırğız torpağında bir daha səmimi-qəlbdən salamlayıram.

Möhtərəm İlham Heydər oğlu, buyurun, sözü Sizə verirəm.

x x x

Sonra Azərbaycan Prezidenti çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.

Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.

Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.

Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.

Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu "Bakı" hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.

Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.

x x x

Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, mühüm dəyərləndirmələrə və Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsini qeyd etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.

Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilir.

Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılıb.

Paylaşımda deyilir: "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa İttifaqının səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük."

Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.

Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib

Rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və Azərbaycana qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edir.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb.

A.Hacızadə qeyd edib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib.

Onun sözlərinə görə, apelyasiya instansiyasının qərarı da Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir:

"Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, "əsassız saxlanılma" və "ədalətsiz məhkəmə araşdırması" ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan qanunvericiliyi və ölkənin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir".

Rəsmi Bakı Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 29-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

KMBİ: "Telegram"da saxta endirim elanları ilə yüzlərlə vətəndaşı aldadan iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov "Telegram" platformasında kompüter, noutbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər.

Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər.

Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə etməklə zərərçəkmişlərin hesablarında olan pul vəsaitlərini oğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər. H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, internet üzərindən təqdim olunan endirimli satış və ya sərfəli kredit təklifləri ilə rastlaşan zaman ehtiyatlı olsunlar. Bank kartı məlumatlarını yalnız rəsmi internet səhifələrinə daxil etsinlər, ünvan sətrini diqqətlə yoxlasınlar və kartın CVV, həmçinin SMS təsdiq kodunu heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat vermək tövsiyə olunur.

İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubun açılışında iştirak edib.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, əvvəlcə "Issyk-Kul Golf Resort" kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olunub.

Qolf Klub İssık-Kul gölünün sahilində "Issyk-Kul Golf Resort" çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.

Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.

Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.

Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamlayıb.

Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.

Daha sonra dövlət başçıları "Issyk-Kul Golf Resort" kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak ediblər.

Dələduzluqda şübhəli bilinən şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Ə.İsmayılovun Azərbaycanın cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.

Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.

Hazırda şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycana təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.

Çolpon-Ata küçələrində Azərbaycan Prezidentinin səfərinə həsr olunmuş bannerlər quraşdırılıb

İyulun 30-da Prezident İlham Əliyevin dövlət səfəri etdiyi Çolpon-Atada (Qırğızıstan) Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığına həsr olunmuş tematik bannerlər quraşdırılıb.

Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.

Bannerlərdə Azərbaycan və Qırğızıstan bayraqları, eləcə də qırğız və Azərbaycan dillərində yazı yerləşdirilib.

Həmin yazı belədir: "Mərkəzi Asiya və Azərbaycan: əməkdaşlıq üçün yeni imkanlar".

Kəlbəcərin Zar kəndində Böyük Qayıdışa hazırlıq işləri davam etdirilir

Kəlbəcər rayonunun Zar kəndində Böyük Qayıdış prosesi çərçivəsində genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam etdirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcərin ən yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri olan Zar kəndinin təməli 2023-cü ilin avqust ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən və rayon mərkəzində 26 kilometr məsafədə olan Zar kəndi bu ilin payızında ilk sakinlərinin qəbul edəcək.

Zarda icra olunan tikinti layihəsinin rəhbəri İldırım Babayev "Report"un əməkdaşına açıqlamasında bildirib ki, kənddə hər biri 12 sot sahəyə malik olan 547 fərdi ev tikilir:

"Çətin relyef və hava şəraitinə baxmayaraq artıq inşaatın bütün qaba işləri yekunlaşıb. Hazırda tamamlama işləri mərhələsindəyik. 104 hektar ərazidə salınan qəsəbədə asfalt yolların çəkilməsinə başlanılıb. Burada 131-i iki, 289-u üç, 92-si dörd və 35-i beş otaqlı fərdi evlər tikilib. Artıq evlərin daxilində təmir işləri aparılır. Bundan əlavə, layihəyə əsasən, kənddə fərdi yaşayış evləri ilə yanaşı, 528 şagird yerlik tam orta məktəb, 100 yerlik uşaq bağçası, inzibati və xidmət binaları, müasir küçə işıqlandırma sistemi, eləcə də geniş yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək".

Qeyd edək ki, kənddə su, kanalizasiya və qaz xətlərinin çəkilməsi işləri də artıq yekunlaşmaq üzrədir.

Böyük Qayıdış prosesi çərçivəsində Kəlbəcər rayonunda məskunlaşmanın genişlənməsi sayəsində təsərrüfatla məşğul olan sakinlərin də sayı artmaqdadır. Artıq altıncı ildir ki, yerli sakinlər rayona gətirdikləri heyvandarlıq və arıçılıq təsərrüfatlarını daha da inkişaf etdirməkdədirlər.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata əsasən, Kəlbəcər rayonu ərazisinə 582 fermerə (təsərrüfata) məxsus 160007 baş xırdabuynuzlu, 4626 baş iribuynuzlu heyvan, 3396 fermerə (təsərrüfata) məxsus 148308 arı ailəsi köçürülüb. Həmin arı təsərrüfatlarından biri də Kəlbəcər sakini Rasim Əliyevə məxsusdur. O, Kəlbəcər işğaldan azad olunduqdan sonra hər yay mövsümündə arıxanasını rayona gətirir. R.Əliyev bildirib ki, Kəlbəcərin zəngin bitki aləmi arıçılığın inkişafı üçün ən vacib amildir. Çünki rayonun bitki örtüyü burada olan arı ailələrinə müxtəlif tərkibli bal istehsal etməyə imkan verir:

"Artıq ötən ildən ailəmlə birgə Kəlbəcər şəhərinə qayıtmışam. Rayon işğaldan azad edildikdən sonra arıxanamı demək olar, hər il buraya gətirirəm. Fikrimcə, Kəlbəcər balı özünün bənzərsiz tərkibinə görə ən keyfiyyətli baldır. Çünki burada arılar yem sarıdan əziyyət çəkmirlər. Məsələn, Kəlbəcərin bəzi ərazilərində cökə ağacı çox geniş yayılıb. Bu fakt keyfiyyətli bal istehsalında mühüm rol oynayır. Hər halda, avqustun 10-dan bal süzümünə başlayacağıq. Bir kiloqram balın qiyməti isə yəqin ki, 70 manat civarında olacaq".

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

İşin icrası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

Qeyd edək ki, Kərim Kərimov 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olub.

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.

"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

ADA Universiteti Efiopiyanın Xarici İşlər İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

ADA Universiteti ilə Efiopiyanın Xarici İşlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, Efiopiyanın Xarici İşlər İnstitutunda baş tutan imzalanma mərasimində Milli Məclisin sədri Sahibə Qafarova, Efiopiyanın dövlət və hökumət qurumlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən alim və ekspertlər, elmi ictimaiyyətin nümayəndələri və tələbələr qatılıblar.

Milli Məclis sədri "Azərbaycan və Efiopiya: Parlamentlərarası dialoqun, əməkdaşlığın və çoxtərəfliliyin inkişafı" mövzusunda çıxış edərək vurğulayıb ki, iki ölkə arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Sahibə Qafarova Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsindən bəhs edərək "ASAN xidmət" modelinin Efiopiyada "MESOB" Xidmət Mərkəzi vasitəsilə uğurla tətbiqini qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi qiymətləndirib:

"Etimada, bilik və təcrübə mübadiləsinə əsaslanan tərəfdaşlıq birgə inkişaf və davamlı tərəqqinin əsasını təşkil edir. Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan ADA Universiteti rektor Hafiz Paşayevin rəhbərliyi ilə beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfələr verir. Bu baxımdan, ADA Universiteti ilə Efiopiyanın Xarici İşlər İnstitutu arasında bu gün imzalanmış Anlaşma Memorandumu elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə, eləcə də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək".

Dövlət Komitəsində kollegiya iclası olub, tapşırıqlar verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Sədr Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq köçürülmə prosesi zamanı siyahıların dəqiqləşdirilməsi, hazırlanması və komissiya tərəfindən həyata keçirilən işlər, sorğuların götürülməsi və protokolların imzalanması, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və həyata keçirilməsi müzakirə edilib.

Bu yaşayış məntəqələrinə köçürülmüş sakinlərin miqrasiyasının tənzimlənməsi və prosesə nəzarətin edilməsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdəki vəziyyət və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovu diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə X.Fərhadov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar", - diplomat yazıb.

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qanuna əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Həmçinin sənədə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Sənəddə həmçinin qeyd edilib ki, qumar oyunları:

- virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;

- yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dövlət başçısının qanunun tətbiqi ilə bağlı imzaladığı digər Fərmana əsasən isə Nazirlər Kabinetinə yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanmasını və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə "Yayılması qadağan edilən informasiyaya nəzarət" informasiya sisteminin yaradılması barədə təkliflərini 7 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul zamanı vətəndaşlar məscidlərdə işlə təmin olunma, əlilliyi olan şəxslər üçün ibadət yerlərində müyəssərliyin təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Fərid Qayıbov Kayrat Sarıbay ilə gənclər sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində keçirilən "Phygital Sports Summit Astana 2026" beynəlxalq idman sammitində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, nazir sammit çərçivəsində "Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik" mövzusunda sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar "Gələcəyin oyunları"nın rəsmi açılış mərasimini izləyiblər.

Fərid Qayıbov səfər çərçivəsində Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib.

Nazir həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Katibliyini ziyarət edib, Baş katib Kayrat Sarıbay ilə görüşərək gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.

Azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib

İşğaldan azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə məlumat Laçında müharibə veteranları və ailə üzvləri üçün yaradılmış biznes sahələrinə baxış zamanı açıqlanıb.

Biznes sahələrinə ziyarət işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb.

İştirakçılara işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi iştirakçısı olan Laçın rayon sakini Şahin İsgəndərov üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün yaradılmış avtotəmizləmə xidməti sahəsi ilə tanış olublar.

Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvləri olan Ramin Həsənov üçün yaradılmış dönərxana, həmçinin Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyətinə də baş çəkiblər.

Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.

İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoruna müavin təyin edilib

Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Macarıstana yeni səfir təyin edib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü olub. Eyni zamanda Xarici İşlər Nazirliyi sistemində, o cümlədən BMT yanında daimi nümayəndəlikdə və nazirliyin digər strukturlarında diplomatik fəaliyyət göstərib.

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısınmın digər Sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Azərbaycanın BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi geri çağırılıb

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılıb, Serbiyaya təyin olunub - ƏLAVƏ OLUNUB

Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, T.Tağızadə 2021-ci il iyulun 23-də Azərbaycanın Macarıstanda səfiri təyin olunmuşdu.

Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub

Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri davam edir. Səfər çərçivəsində parlament nümayəndə heyəti iyulun 29-da paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.

Burada qonaqlara məlumat verilib ki, Azərbaycanın brendi olan "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün yaradılmış müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB" dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.

Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasiye arasında keçirilən görüşdə də bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Ötən dövr ərzində Azərbaycanın dəstəyi ilə Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı zəruri təşkilati, hüquqi və texniki dəstək tədbirləri həyata keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiyada keçirdiyi görüşlər zamanı ölkə rəhbərliyi bu modelin artıq Efiopiyanın regionlarında da tətbiq olunduğunu və bununla da dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Saray Muzey Kompleksi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, kompleks Efiopiyanın dövlətçilik tarixini, monarxiya dövrünün irsini və ölkənin mədəni dəyərlərini özündə əks etdirən mühüm tarixi-mədəni məkanlardan biridir.

Nümayəndə heyəti həmçinin Milli Tarix Muzey kompleksini də ziyarət edib. Burada qonaqlar Efiopiyanın tarixini əks etdirən eksponatlarla tanış olublar.

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısınmın digər sərəncamı ilə R. Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ölkəyə ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən edilən daha bir şəxs Azərbaycana ekstradisiya edilib.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Süleymanov Hidayət Nemət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Qaz təchizatı obyektlərinin mühafizə zonalarına dair yeni tələblər qüvvəyə minib

"Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər" təsdiq edilib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Dövlət Neft Şirkətinə qaz təchizatı obyektlərinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.

Gürcüstanın Baş prokuroru: Kamran Əliyevlə fikir mübadiləmiz iki ölkə arasında əməkdaşlığa töhvə verir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə aparılan fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığa töhvə verir.

Bu sözləri "Report"a açıqlamasında Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.

O bildirib ki, bu gün Azərbaycana səfər edib və Baş Prokurorluqda olub:

"Məni Azərbaycana dəvət etdiyinə görə Kamran Əliyevə təşəkkür edirəm. Bizim çox yaxın münasibətlərimiz var. Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq mövcuddur. Bizim dostluğumuz iki ölkə arasında əməkdaşlığa töhfəsini verir. Rəsmi səfər çərçivəsində görüşlərimiz oldu. Fikir mübadiləsi apardıq. Bu da bizim ölkələr arasındakı əməkdaşlığa öz töhfəsini verir".

Giorgi Qvarakidze deyib ki, iki ölkə arasında həm əməkdaşlıq, həm də beynəlxalq yardım sahələri üzrə uğurlu göstəricilər var:

"Bu cür səfərlər iki ölkə arasında hüquq-mühafizə orqanları, prokurluqlar arasında əməkdaşlığa və xalqların dostluğuna töhfə verir".

Azərbaycan və Gürcüstan cinayət yolu ilə əldə olunan əmlakın müəyyənləşməsi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Gürcüstanın Baş prokurorları iki ölkə arasında cinayət yolu ilə əldə edilən əmlakın müəyyən edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər.

Bu barədə "Report"a Baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında formalaşmış yüksəksəviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Baş prokuror Kamran Əliyev Azərbaycan və gürcü xalqları arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd edib. Bundan başqa, prokurorluq orqanları arasında formalaşmış əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması və transmilli cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin fevral ayında Tbilisiyə səfəri məmnunluqla xatırlanıb, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, izlənilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Giorgi Qvarakidze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, mövcud tərəfdaşlığın bundan sonra da daha da dərinləşdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi istiqamətində bütün zəruri səylərin davam etdiriləcəyini vurğulayıb.

Daha sonra nümayəndə heyəti Azərbaycan Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Qonaqlara, həmçinin prokurorluq orqanlarında həyata keçirilən müasir idarəetmə, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə, həmçinin Gürcüstanın Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Mayya Tabaqari iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.

DMX miqrasiya idarəçiliyi və rəqəmsal yeniliklər barədə media nümayəndələrini məlumatlandırıb

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq miqrasiya proseslərinin səmərəli idarə olunması, qanuni miqrasiyanın təşviqi, qanunsuz miqrasiyanın qarşısının alınması və insan hüquqlarının qorunması istiqamətində ardıcıl fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə media nümayəndələrinin DMX-ə "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda ziyarəti çərçivəsində bildirilib.

Tədbirdə məqsəd miqrasiya sahəsində məlumatlılığın artırılması, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin geniş ictimaiyyətə çatdırılması, eləcə də media ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi olub.

Əvvəlcə DMX-nin məsul əməkdaşı tərəfindən media nümayəndələrinə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda təlim keçirilib.

Mediatur çərçivəsində DMX-nin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov jurnalistlərlə görüşüb. Xidmət rəisi miqrasiyanın daha səmərəli idarə edilməsində medianın fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu görüş media ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və ictimaiyyətin operativ məlumatlandırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, tətbiq olunan rəqəmsal yeniliklər, ölkədə miqrasiya proseslərinin idarə olunması və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra Xidmət rəisi media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Görüşdən sonra jurnalistlər üçün Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsinə mediatur təşkil olunub. İştirakçılar Vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin eləcə də Çağrı Mərkəzi şöbəsinin fəaliyyəti, həmçinin əməkdaşların gündəlik iş prosesi ilə yaxından tanış olublar.

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

"Report" xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Ölkədə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.

Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxundu və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd etdi.

Dövlət başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğuladı.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edildi, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunuldu.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və Yunanıstan iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Yunanıstanın Azərbaycandakı səfiri Mariya Papakonstantinu Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevlə görüşüb.

Görüş zamanı tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

"Bundan başqa, 2004-cü ildən Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzinin Yunanıstan və Azərbaycan arasında mədəni və təhsil əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rolu vurğulanıb", - məlumatda bildirilib.

Vüsal Hüseynov: Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir

Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycanın qanunsuz miqrasiya ilə mübarizəsi digər qonşu dövlətlərlə müqayisədə yetərincə yüksəkdir:

"Ölkədə qanunsuz miqrasiyanın səviyyəsi də idarəolunan həddədir və narahatlıq doğuran vəziyyət yoxdur. Azərbaycanda miqrasiyanın problemli səviyyəyə çatmaması dövlət başçısının müəyyən etdiyi siyasət və aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti ilə bağlıdır. Bu gün ölkədə təxminən 210-220 min əcnəbi yaşayır. Bu göstərici fonunda qanunsuz yaşayan əcnəbilərin sayı idarəolunan səviyyədədir və narahatedici deyil".

V.Hüseynov həmçinin bildirib ki, Azərbaycana gələn əcnəbilərin sayı 160-250 min arasında dəyişir:

"Bu say yay aylarında təbii olaraq artır".

Azərbaycanda miqrasiya sahəsində süni intellektin tətbiqi üzrə iş aparılır

Hazırda Azərbaycanda miqrasiya sahəsində süni intellektin tətbiqi üzərində işlər aparılır.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə onlayn bələdçilər və miqrasiya məlumatlarının süni intellektlə emalı nəzərdə tutulub:

"Bununla bağlı əlaqədar qurumlarla daim təmasdayıq. Çünki avadanlıqların texniki tələbləri, tətbiqi və məqsədəuyğunluğu nəzərdən keçirilməlidir".

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 şəxs Azərbaycana geri qəbul edilib.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 şəxs Azərbaycana geri qəbul edilib:

"205 şəxslə bağlı 138 readmissiya sorğusu müsbət cavablandırılıb".

DMX rəisi onu da əlavə edib ki, cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib:

"2026-cı ilin ilk 6 ayı ərzində 850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb. Həmçinin miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edilib. Deportasiyaların əksəriyyəti qanunsuz işlə bağlı tətbiq olunub".

Vüsal Hüseynov: İlin ilk yarımilində Azərbaycana 1 milyondan çox əcnəbi gəlib

Bu ilin ilk 6 ayı ərzində Azərbaycana 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1 milyon 091 min 865 giriş qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycana beş ölkədən daha çox səfər olunub:

"Bu ölkələr Rusiya, Türkiyə, İran, Gürcüstan və Qazaxıstandır".

Xidmət rəisi qeyd edib ki, ötən ilin 6 ayı ilə müqayisədə bu say 10 %-ə yaxın azalıb:

"Ən çox azalma BƏƏ, Küveyt, Oman və Hindistandan gələnlərdə müşahidə olunur".

V.Hüseynov həmçinin əlav edib ki, keçən il ölkəyə təxminən 2 milyon 500 min əcnəbinin giriş və çıxışı qeydə alınıb:

"Hazırda azalma dinamikası müşahid olunur. Hətta elə ölkə var ki, orada 73 % azalma qeydə alınır. Bu daha çox həmin ölkələrin turizm qərarlarından da asılı ola bilir".

Azərbaycan "Ukrayna Dəmir Yolları"nın fəaliyyətini dəstəkləmək üçün 40 ton avadanlıq göndərib

Ukraynanın Energetika Nazirliyi Azərbaycanın "Ukrayna Dəmir Yolları"nın işini dəstəkləmək üçün 40 tona yaxın avadanlıq təhvil verdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, avadanlıq ukraynalı dəmiryolçuların işinə dəstək olmaq və kritik infrastrukturun fəaliyyətini təmin etmək məqsədilə Energetika Nazirliyinin enerji habı vasitəsilə dəmir yolunun regional bölmələrindən birinə çatdırılıb.

"Demək olar ki, hər gün hab vasitəsilə Ukraynanın müxtəlif regionlarına yeni avadanlıq göndərilir. O, Rusiyanın daimi hücum təhlükəsi şəraitində həm enerji sektorunun, həm də digər kritik infrastruktur obyektlərinin fasiləsiz işini təmin etməyə kömək edir", - məlumatda bildirilib.

Nazirlik Ukraynaya göstərdiyi dəstəyə və kritik infrastrukturun möhkəmləndirilməsindəki yardımına görə Azərbaycana minnətdarlığını bildirib.

Ramin Məmmədov Kəlbəcər və Laçından olan vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul avqustun 3-ü saat 11:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-zengezur@scara.gov.az) müraciət etmələri xahiş olunub.

Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb

Azərbaycanda miqrasiya sahəsində göstərilən xidmətlərdən 27-si artıq elektronlaşdırılıb.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Aygül Abbaszadə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda təqdimatda deyib.

Onun sözlərinə görə, qaçqınlarla bağlı prosedurlar isə elektronlaşdırılmıyıb:

"Çünki bəzi qaçqınların, ümumiyyətlə, sənədi olmur, yaxud ölkəni qanunsuz tərk edir. Hətta oxumağı və yazmağı bilməyən qaçqınlar da var. Bu səbəbdən, dünya təcrübəsində də miqrasiya sahəsində qaçqınlarla bağlı prosedurların elektronlaşdırılması özünü tam doğrultmur".

A.Abbaszadə əlavə edib ki, ASAN xidmət mərkəzlərində miqrasiya məsələləri ilə bağlı göstərilən 22 xidmətdən 16-sı ödənişsizdir.

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Bakıda Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində "The Judicial Crafting: Executive Judicial Training Programme" ("Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı") adlı beynəlxalq təlim keçirilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri iştirak ediblər.

Təlim Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın keçirilməsi barədə razılıq Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun cari ilin 14–15 may tarixlərində Pakistana səfəri zamanı əldə olunub. Təşəbbüs iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə, eləcə də peşəkar təcrübə mübadiləsinin inkişafına xidmət edir.

Təlimdə Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Pakistan Ali Məhkəməsinin hakimləri, Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin vəzifəli şəxsləri, İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin baş katibi və digər ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Proqramda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri daxil olmaqla 20-dən çox nümayəndə iştirak edib.

Qeyd edək ki, əməkdaşlıq proqramı çərçivəsində növbəti beynəlxalq təlimin cari ilin oktyabr ayında Pakistan İslam Respublikasında keçirilməsi planlaşdırılır.

Təlim proqramı iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda xidmət müvəqqəti dayandırılıb

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda bəzi konsulluq xidmətlərinin göstərilməsi müvəqqəti dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə baş konsulluğunun "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, texniki səbəblərə görə hazırda bəzi konsulluq xidmətlərinin göstərilməsi mümkün deyil.

Konsulluq xidmətləri məqsədilə müraciət edəcək şəxslərin əvvəlcədən diplomatik nümayəndəliklə əlaqə saxlamalarının vacibliyi vurğulanıb.

Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb.

"Report" xəbər verir ki, "Inside Shusha prison: A witness to horror" adlı sənədli filmdə litvalı hərbi jurnalist Riçardas Lapaitis Şuşa həbsxanasına baş çəkib.

O, həbsxananı işgəncə, aclıq və psixoloji terror məkanı kimi təsvir edərək dar kameralardan, cəza otaqlarından və "divardakı tabut" adlandırılan yerdən keçir, keçmiş azərbaycanlı hərbi əsirlərin ifadələrini nəql edir. Jurnalist həmin divarların hələ də özündə əks etdirdiyi əzablar barədə düşündüyünü dilə gətirir.

Filmi təqdim edirik:

Sun Çjun: Azərbaycan sabitliyin möhkəmləndirilməsinə və regionun inkişafına əhəmiyyətli töhfə verib

Çin Azərbaycanın regional qarşılıqlı əlaqəliliyin təşviqində və beynəlxalq əməkdaşlığın inkişafındakı fəal rolunu yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.

XƏBƏR YENİLƏNİR

Səfir: Çin müdafiə məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə mübadilə və əməkdaşlığı bundan sonra da genişləndirməyə, ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Diplomatın sözlərinə görə, hərbi əməkdaşlıq Bakı ilə Pekin arasında hərtərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir.

Xəbər yenilənir

Şamaxıda gənclər üçün təlim, vörkşop və maarifləndirici sessiyalar təşkil olunub

Şamaxıda "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində gənclər üçün təlim, vörkşop və maarifləndirici sessiyalar təşkil olunub.

Bu barədə "Report"a Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Səbuhi Həsənov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev öz çıxışlarında "Gənclərlə gənclər üçün" şüarı altında keçirilən layihənin region gənclərinin potensialının reallaşdırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də gələcək karyera inkişafına töhfə verən mühüm layihə olduğunu bildiriblər.

Bildirilib ki, Şamaxı rayonunun gəncləri üçün "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında vörkşoplar, ustad dərsləri, viktorinalar və intellektual yarışlar təşkil olunub.

Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları maarifləndirici sessiyalar və sərgilər təşkil edib.

Sonda yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.

Xatırladaq ki, bu il Şəki, Oğuz və Qəbələ, İsmayıllı və Ağsuda baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə edəcək.

Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan və Almaniya xalqlarını birləşdirən iki əsrə yaxın tarixi əlaqələrin və zəngin irsin bu gün də münasibətlərin inkişafı üçün mühüm təməl rolunu oynadığını qeyd edərək, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mövcud potensialı müzakirə ediblər.

Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi və dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan səylər barədə məlumat verib.

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Qvadeluplu fəal: Fransanın dekolonizasiya çağırışlarını "daxili işlərə müdaxilə" adlandırması əsassızdır

Qvadelupda fəaliyyət göstərən "MIR Guadeloupe" təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Jan-Pyer Fransa hakimiyyətinin Dənizaşırı ərazilərlə bağlı müstəmləkəçi siyasətinə və dekolonizasiya çağırışlarını "daxili işlərə qarışma" kimi təqdim etmək cəhdlərinə sərt cavab verib.

Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Bildirilib ki, o, Fransa Prezidenti Emmanuel Makrona, Fransa Milli Assambleyasının deputatı Nikolas Metzdorfa və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə - C-24-ə ayrı-ayrılıqda məktublar ünvanlayıb:

"Məktublarda Fransa parlamentarilərinin Azərbaycanın Dənizaşırı ərazilərin dekolonizasiyasının başa çatdırılması ilə bağlı mövqeyini "müdaxilə" kimi qələmə verməsi qətiyyətlə rədd edilir. Vurğulanır ki, hər hansı dövlətin müstəmləkə idarəçiliyi altında olan ərazilərin statusunu beynəlxalq hüquq kontekstində gündəmə gətirməsi Fransanın daxili işlərinə qarışmaq deyil. Əksinə, bu, BMT üzvlərinin müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü kollektiv öhdəliyin ifadəsidir".

Qeyd olunub ki, qvadeluplu siyasi fəal rəsmi Parisə xatırladır ki, Yeni Kaledoniya və Fransa Polineziyası bu gün də BMT-nin dekolonizasiya edilməsi olan ərazilər siyahısındadır. Buna görə də həmin ərazilərin müstəmləkə statusunun beynəlxalq səviyyədə müzakirə edilməsini "xarici müdaxilə" adlandırmaq hüquqi və siyasi baxımdan əsassızdır. Bu ərazilərin vəziyyəti hər il BMT-nin C-24 Komitəsi və Baş Assambleyanın Dördüncü Komitəsi çərçivəsində nəzərdən keçirilir.

"Məktublarda Fransanın Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasının guya könüllü şəkildə Fransaya birləşməsi barədə iddiaları da ifşa olunur. Bildirilir ki, 1946-cı ildə qəbul edilən departamentləşdirmə qanunu həmin xalqların iştirakı olmadan, heç bir referendum və birbaşa ümumxalq səsverməsi keçirilmədən Fransa parlamenti tərəfindən birtərəfli qaydada qəbul edilib. Bir il sonra bu ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılması da rəsmi Parisin birtərəfli qərarı əsasında həyata keçirilib. Beləliklə, Fransanın istinad etdiyi "azad seçim" heç vaxt həmin xalqların iradəsi ilə təsdiqlənməyib.

J.Jan-Pyer Fransanın hüquqi bərabərlik haqqında bəyanatlarının Dənizaşırı ərazilərdəki real vəziyyətlə ziddiyyət təşkil etdiyini də konkret faktlarla göstərir. Rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi Qvadelup və Martinikdə metropol Fransa ilə müqayisədə yüksək olaraq qalır. Antil adalarında xlordekon adlı zəhərli pestisidlə çirklənmənin yetkin əhalinin 80 faizindən çoxuna təsir etdiyi, bu hadisənin Fransa məhkəmələri tərəfindən belə "sanitar qalmaqal" kimi tanındığı vurğulanır", - məlumatda deyilir.

Həmçinin vurğulanıb ki, C-24 Komitəsinə ünvanlanan məktubda Yeni Kaledoniya və Fransız Polineziyasına BMT missiyasının göndərilməsi və müstəqillik seçiminin verilməsi tələb olunur. Eyni zamanda, Fransadan Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasının 1947-ci ildə hansı hüquqi əsaslarla BMT siyahısından çıxarıldığı barədə hesabat istənilməsi, bu xalqların beynəlxalq hüquq baxımından ayrıca xalq statusunun tanınması və öz müqəddəratlarını təyin etmək üçün referendumların keçirilməsi təklif edilir.

E.Makrona göndərilən məktubda isə Parisə açıq çağırış edilir: dekolonizasiya hüququnun legitimliyini mübahisələndirmək əvəzinə, Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün Dənizaşırı ərazilərin sakinlərinin ayrıca xalq statusu tanınmalı, Yeni Kaledoniya və Fransız Polineziyasında BMT-nin himayəsi altında real öz müqəddəratını təyinetmə prosesi başlanmalı, Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasında isə 1946-cı ildən bəri keçirilməyən referendumlar nəhayət təşkil edilməlidir.

"Qvadelup xalqının səsi Azərbaycanın qaldırdığı dekolonizasiya gündəliyi və BTQ-nin formalaşdırdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatır. BTQ müxtəlif qitələrdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ayrı-ayrı mübarizələrini vahid beynəlxalq siyasi və hüquqi gündəlik ətrafında birləşdirir, onların mövqelərini BMT səviyyəsinə daşımasına imkan yaradır", - məktubda yazılıb.

Qvadelupdan ünvanlanan bu məktublar rəsmi Parisə verilən növbəti aydın cavabdır: müstəmləkəçilik "daxili iş" adı altında gizlədilə bilməz. Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim, müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.

ONESXM Fransadan Sent-Martində müstəqillik üzrə referendumun keçirilməsini tələb edib

Fransa və Niderland tərəfindən iki hissəyə bölünərək faktiki işğal altında saxlanılan Sent-Martin adasının azadlığı uğrunda barışmaz mübarizə aparan nüfuzlu ONESXM təşkilatı Azərbaycana dəstək ifadə edən bəyanat yayıb.

Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Qeyd olunub ki, təşkilat Fransa Milli Assambleyasının üç deputatının Azərbaycanın və BTQ-nin dekolonizasiya prosesinə dəstəyini hədəf alan ittihamlarını qətiyyətlə rədd edib. Müstəqillik hərəkatı tərəfdarları fransalı parlamentarilərin Azərbaycan Prezidentinin fikirlərini "Fransanın daxili işlərinə qarışmaq" kimi qələmə verməsinə sərt reaksiya göstəriblər.

Bəyanatda vurğulanıb ki, müstəmləkəçilik və xalqların öz müqəddəratını təyin etməsi Fransanın daxili işi sayıla bilməz. Bu məsələlər beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinin 1-ci maddəsi (xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsipi) və BMT Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi müstəmləkə idarəçiliyinə son qoyulmasını tələb edən 1514 saylı qətnaməsi ("Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə") ilə tənzimlənir. Bu baxımdan, assosiasiya müstəmləkə idarəçiliyindən əziyyət çəkən xalqların səsini dünyaya çatdıran BTQ-nin missiyasını tamamilə legitim, qanuni və təqdirəlayiq hesab edir.

Yeni Kaledoniya və Fransız Polineziyası kimi bölgələrin hələ də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında qaldığını xatırladan ONESXM rəsmi Parisin "fransız təbəəliyi" adı altında apardığı siyasətin real bərabərsizliyi və yerli xalqların fundamental hüquqlardan məhrum edilməsini gizlədə bilmədiyini vurğulayaraq, Sent-Martində xalqa tam müstəqillik üçün "bəli", yaxud "xeyr" seçimi veriləcək rəsmi referendumun dərhal təşkil olunmasını tələb edir.

BTQ-dən qeyd olunub ki, "ONESXM-in sözügedən bəyanatı Parisin təhdid, təzyiq və "daxili işlərə qarışma" bəhanəsi dekolonizasiya tələblərini susdurmağa qadir deyil. Bildirilib ki, Karib hövzəsindən Sakit okeanadək Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlar öz səslərini məhz Bakı Təşəbbüs Qrupunun yaratdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatdırır, mövqelərini uzlaşdırır və qlobal həmrəylik nümayiş etdirirlər.

BTQ-nin bu mübarizəni ayrı-ayrı ərazilərin lokal etirazı çərçivəsindən çıxararaq beynəlxalq dekolonizasiya gündəliyinin mühüm istiqamətlərindən birinə çevirdiyi vurğulanıb: "ONESXM-in mövqeyi Parisə ünvanlanan aydın mesajdır: müstəmləkəçilik dövrü başa çatmalı, xalqların azad seçim və öz müqəddəratını təyinetmə hüququ isə heç bir siyasi təzyiq, təhdid və manipulyasiya ilə əngəllənməməlidir".

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Qazaxıstana səfir təyin edilib.

Qeyd edək ki, A.Atamoğlanov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.

Ə.Əskərov isə bundan əvvəl Azərbaycanın Tacikistandakı səfiri vəzifəsində çalışıb.

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin iyulun 16-dək bu vəzifəyə təyin edilmişdi.

Elxan Qəhrəman 2022-ci ilin avqustun 19-dək Azərbaycanın Küveytdəki səfiri olub.

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.

Azərbaycan və Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım müqaviləsi təsdiqlənib

Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı adıçəkilən müqavilənin təsdiqi ilə bağlı qanunu imzalayıb.

Qeyd edək ki, müqavilə bu ilin aprel ayının 25-də Qəbələ şəhərində imzalanıb.

Dövlət Komitəsi və AzQAC mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriblər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam, Bərdə, Tərtər rayonlarında, eləcə də Ağdərə rayonunun Suqovuşan kəndində mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məktəblərdə və məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında təşkil olunan sessiyaların əsas məqsədi əhali arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış qaydalarının təşviqi və mümkün risklərin minimuma endirilməsi olub.

Maarifləndirmə tədbirləri çərçivəsində könüllülər yaşayış evlərini ziyarət edərək sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mahiyyəti, habelə təhlükəli hallarla qarşılaşdıqda riayət edilməli davranış qaydaları, aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mövzu üzrə hazırlanmış maarifləndirici broşürlər paylanılıb, sakinlərin sualları ətraflı cavablandırılıb.

Tədbirlərin həyata keçirilməsi zamanı aidiyyəti yerli qurumlarla zəruri koordinasiya təmin olunaraq könüllülərin fəaliyyətinin səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.

Maarifləndirmə sessiyalarının iştirakçıları bu cür tədbirlərin mina təhlükəsi ilə bağlı ictimai məlumatlılığın artırılması və təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib

Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mirziyoyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan liderlərinin qəti siyasi iradəsi sayəsində iki ölkənin münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.

"Qarşılıqlı ticarətin həcmi 40 % artıb, birgə müəssisələrin sayı demək olar ki, 450-yə çatıb, yükdaşımaların həcmi isə iki dəfə artıb. Yaxın gələcəkdə Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelinin həcminin 10 milyard dollara çatdırılması ilə bağlı qarşıya iddialı məqsəd qoyulub", - Prezident qeyd edib.

Həmçinin qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi qeyd edilib.

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Rusiya Prezidenti Vladimir Putin iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.

Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

Prezident “Aviasiya haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Dəyişikliyə əsasən, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək. Prezident İlham Əliyev qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman da imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi […]

Source

Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib

Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydasını müəyyən edir. Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və […]

Source

Hakan Fidan Qətərə gedir 

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 19-da Qətərə rəsmi səfər edəcək.Oxu24.com xəbər verir ki, Hakan Fidanın Qətərə səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq əsasında inkişaf edən münasibətlər, eləcə də regional məsələlər hərtərəfli müzakirə olunacaq.

Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub.Oxu24.com  xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Mikayıl Cabbarov bildirib ki, görüş zamanı Prezident İlham Əliyevin salamları Şavkat Mirziyoyevə çatdırılıb. Özbəkistan Prezidenti də öz növbəsində dövlət başçısına salamlarını çatdıraraq Azərbaycan–Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.Görüşdə iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldiyi vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin təşviqi, həmçinin biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər 

Yaxın zamanlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpa edilməsi gözlənilir.Bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında danışıb.Nazir vurğulayıb ki, sözügedən reyslərin bərpası 2024-cü ilin dekabrında AZAL təyyarəsi ilə baş vermiş faciəvi hadisədən sonra məhdudiyyətlər tətbiq edilən istiqamətlərə şamil olunacaq. 

Gömrük rüsumları ilə bağlı qərar - Prezident təsdiqlədi 

Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Oxu24.com xəbər verir ki, dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi   

Rusiya Federasiyası Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin cari vəziyyətinə dair verdiyi bəyanatları diqqətdə saxlayıb.Oxu24.com Musavat.com-a istinadən  xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında rəsmi Moskvanın Prezident İlham Əliyevin iyulun 13-də Şuşada keçirilən forumdakı çıxışını qeydə aldığını bildirib.Lavrov Bakı və Moskva arasında XİN rəhbərləri səviyyəsində olduqca faydalı və etibarlı danışıqların baş tutduğunu əlavə edib. Rusiya XİN rəhbəri tərəflərin ikitərəfli əlaqələri dostluq, mehriban qonşuluq və müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin ruhuna uyğun olaraq uğurla inkişaf etdirdiklərini və ali səviyyədə müntəzəm dialoqun mövcudluğunu təsdiqlədiklərini qeyd edib.Nazir həmçinin bildirib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq üzrə komissiyanın növbəti 25-ci iclası 2026-cı ilin dekabrında Moskvada təşkil olunacaq.

“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı 

“3+3” regional əməkdaşlıq platformasını, eləcə də iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə edəcəyik.Oxu24.com   Modern.az -a istiandla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ceyhun Bayramovla danışıqlardan öncə bildirib.“Əlbəttə, Cənubi Qafqazdakı vəziyyət barədə danışacağıq. Regional əməkdaşlığın “3+3” formatına marağın yenidən artmasına diqqət yetirdik”, - deyə Lavrov qeyd edib.Lavrovun sözlərinə görə, görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti də nəzərdən keçiriləcək. Bu çərçivədə apreldə keçirilmiş Hökumətlərarası Komissiyanın 24-cü iclasının nəticələri də diqqətdə saxlanılacaq.Tərəflər, həmçinin mədəni-humanitar layihələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.Bundan əlavə, görüşdə ATƏT, BMT və MDB çərçivəsində əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı gözlənilir.

Azərbaycanda “Eternity-2026” komanda-qərargah təlimi keçiriləcək — Ekspert AÇIQLADI   

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli və üçtərəfli hərbi əməkdaşlıq planına əsasən, cari ilin noyabr ayında ölkəmizdə "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək. Artıq bu mühüm hərbi tədbirin əsas planlaşdırma konfransı uğurla başa çatıb. Bu qəbildən olan hərbi təlimlər regionda sülhün və sabitliyin qorunmasında, həmçinin iştirakçı dövlətlərin müdafiə potensialının gücləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Təlimlər həm nəzəri, həm də praktiki mərhələləri əhatə etməklə tərəfdaş ölkələrin silahlı qüvvələri arasında koordinasiyanı ən yüksək səviyyəyə çatdırır. Regionda cərəyan edən son qlobal və regional hərbi-siyasi proseslər fonunda belə müştərək fəaliyyətlərin rolu daha da artmaqdadır.Mövzu ilə bağlı Oxu24.com-un suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb.Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, bu cür tədbirlər üç ölkə arasında ilk dəfə deyil ki, keçirilir:"Bundan əvvəl biz daha çox qardaş Türkiyə ilə təlimlər keçirirdiksə, son illər bu proses üçtərəfli qaydada — həm Azərbaycanda, həm Gürcüstanda, həm də qardaş Türkiyədə həyata keçirilir. Bu təlimlərin əvvəlcə nəzəri ştrixləri kompüter üzərindən qərargahlarda planlaşdırılır və reallaşdırılır. Bir araya gələrək komanda-qərargah təliminin məqsəd və məramları aydınlaşdırılır. Noyabr ayında isə üç ölkə təlim bazasında “Eternity-2026” çərçivəsində yerinə yetiriləcək tapşırıqları praktiki olaraq icra edəcəklər”.Ü. Cəfərovun sözlərinə görə, bu təlimlər regionda təhlükəsizliyə və üç ölkənin müdafiə qabiliyyətinə çox müsbət təsir göstərəcək. Çünki hər bir dövlət öz real potensial təhlükələrini bilir:”Regional təhlükələr region ölkələri arasında müzakirə olunur və ona uyğun ssenarilər cızılır. Regionda baş verən son hadisələr — istər Rusiya-Ukrayna müharibəsi, istərsə də ABŞ, İsrail və İran toqquşması fonunda bu təlimlər böyük əhəmiyyət daşıyır və noyabr təlimlərinə yeni elementlər əlavə edilir.Sabah baş verə biləcək real təhdidlər qarşısında ölkələrin bir-birinə hansı formada (istər kəşfiyyat məlumatları, istərsə də müdafiə gücünü artırmaq üçün qonşu dövlətin dəstəyi) kömək edə biləcəyi nəzərə alınır”.Ekspert vurğulayıb ki, həm gənc Gürcüstan ordusu, həm Azərbaycan ordusu, həm də NATO-nun ikinci aparıcı gücü olan Türkiyə Silahlı Qüvvələri öz təhlükəsizliyini təmin etmək üçün bu platformadan maksimum yararlanır:"Bu təlimlər böyük əziyyət və zəhmət tələb edir, hər üç ölkə buna ən yüksək səviyyədə dəstək verir. Təlimlərdə ən hazırlıqlı hərbi hissələr və döyüş texnikası istifadə olunur. Əvvəlki illərdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilmişdi. İndi isə hər üç ölkə növbəti hədəflərə çatmaq üçün nəzəri və praktiki proqramlar üzərində işləyir. Bu təlimlər hər üç ölkənin silahlı qüvvələri üçün çox böyük bir təcrübə məktəbi və sınaq meydanıdır”.Çimnaz Telmanqızı

Azərbaycan Gürcüstana daha 20 il qaz və elektrik enerjisi satacaq 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla təbii qaz tədarükü, elektrik enerjisi təchizatı və tranziti haqqında imzalanmış sazişlərlə bağlı fərmanlar imzalayıb.Oxu24.com  xəbər verir ki, sənədlərlə iki ölkənin hökumətləri arasında bu ilin mayın 18-də Bakıda bağlanmış hər iki saziş təsdiqlənib və qüvvəyə minib.Fərmanlara əsasən, Gürcüstanın Xarici İşlər Nazirliyinə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların Gürcüstan tərəfindən yerinə yetirilməsi barədə Azərbaycan tərəfini, sazişlərin bağlanması barədə Gürcüstan parlamenti və Prezidentini məlumatlandırmaq həvalə olunub. Müqavilə 20 illik müddətə imzalanıb.Hər iki fərman dərc edildiyi gündən – iyulun 15-dən qüvvəyə minib.

Bayramov-Lavrov görüşü başladı 

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.Oxu24.com xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.Onlar daha sonra nümayəndə həyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparacaqlar.Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və dünya gündəmində olan aktual məsələlərinin müzakirəsi planlaşdırılıb.Nazirlərin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.

Şuşanın sədası, Ağ Evin əks-sədası 

Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformaları həm də formalaşdırmağı bacaran ölkədir. Təbii ki, forumun diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevə ünvanlanan səmimi suallar və elə o cür səmimi də alınan cavablar oldu.Bu, tədbiri formal çıxışlar meydanından daha çox canlı siyasi dialoq və səmimi ünsiyyət platformasına çevirirdi və digər platformalardan da fərqləndirirdi. Məhz buna görə Şuşadan verilən mesajlar təkcə zalda qalmadı, dünya mediasına çıxdı, ciddi rezonans doğurdu və geniş müzakirə olundu. Beynəlxalq reaksiyalar da bunu təsdiqləyirdi. Dünyanın müxtəlif media platformalarında forumun işıqlandırılması, hətta ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin fikirlərindən sitat paylaşması göstərirdi ki, Şuşada səslənən mesajlar beynəlxalq informasiya məkanında diqqətdən kənarda qalmadı və okeanın o tayınadək, düz Ağ Evə qədər gedib çatdı.Bu, forumun ən mühüm nəticələrindən biri idi: Şuşa beynəlxalq informasiya gündəminə daxil oldu və əks-sədası dünyanın bir nömrəli ofisindən - Ağ Evdən gəldi. Bütün bunlar təsadüfən olmadı, çünki Azərbaycan yalnız regional aktor  deyil, qlobal proseslər barədə baxışı olan, beynəlxalq münasibətlərə və yeni dünya düzəninə dair modern mövqeli bir ölkədir. Ölkənin müasir siyasi baxışlarının və qlobal idarəçilik haqqında təsəvvürlərinin, mesajlarının  beynəlxalq auditoriyaya çatdırılması  əsas hədəflərdən idi və forum da öz məqsədlərinə çatdı.Əks-sədası Ağ Evdən gələn Şuşa Forumunun nəticələri kimləri narahat edir?Lakin beynəlxalq siyasətdə hər ciddi mesajın bir əks reaksiyası da olur. Şuşa Forumunun yaratdığı rezonansa da bəzi dairələr öz narahatlığını gizlədə bilmədi. Forum başa çatan kimi Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı qərəzli çıxışlar kampaniyasının başlanması isə heç də təsadüfi görünmürdü. Bu reaksiyalar, əslində, Şuşadan verilən mesajların müəyyən güc mərkəzlərində diqqətlə izlənildiyini və onların heç də hamısı tərəfindən rahat qarşılanmadığını göstərirdi.Təəssüf doğuran məqamlardan biri də ölkə daxilində bəzi marginal qrupların və müxtəlif təsir mərkəzlərinə bağlı çevrələrin forumun nəticələrini kölgələməyə çalışması idi. Sosial şəbəkələrdə, şəxsi hesablarda fərqli fikir bildirmək başqa, ölkənin beynəlxalq uğurunu gözdən salmağa cəhd etmək isə tamam başqa məsələdir. Azərbaycan beynəlxalq diqqətin mərkəzinə düşərkən, bu uğurun dəyərini kiçiltməyə hesablanmış cəhdlər nə qədər səs-küylü olsa da, reallığı dəyişə bilmədi.Çünki, Şuşanın özü də bu mənada ən güclü simvoldur. Bu şəhər tarix boyu daha ağır sınaqlardan keçib, daha sərt hücumlar görüb, ona nə qədər daşlar atılıb.  Amma hər dəfə ayaqda qalmağı bacarıb. Çünki Şuşa sadəcə şəhər deyil, qala şəhəridir. Qala isə yalnız daş divarlarla deyil, iradə, güc və dözümlə möhkəm olur. Bəlkə də Şuşa Forumunun ən böyük nəticəsi elə budur: bu şəhər artıq təkcə tarixi yaddaşın deyil, həm də Azərbaycanın dünyaya verdiyi siyasi, informasiya və ideoloji mesajların ünvanına çevrilir. Belə platformalar ətrafında yaranan müzakirələr, qərəzli tənqidlər, açıq hücumlar, onu ləkələmək cəhdləri isə istər ölkə daxilindən olsun, istər kənardan  bu  ali həqiqəti dəyişə bilməz:  çünki Şuşa danışanda onu təkcə region deyil, artıq bütün dünya eşidir. Dumanlı Şuşadan düz Ağ Evə kimi!Əli VəliyevManset.az xəbər portalının baş redaktoru

Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib. Oxu24.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxundu, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirdi.Qəbula görə dövlətimizin başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğuladı. O, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini dedi.İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlarası təmaslar sahələrində münasibətlərimizin genişəndirilməsi üçün səylərini əsirgəməcəyini vurğuladı.Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirildi.Kambocanın Baş nazirin ölkəmizə gözlənilən səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olundu.

Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib.Oxu24.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxundu.Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtımızın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirdi, Azərbaycanın gözəl ölkə olduğunu vurğuladı.Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını bir daha təbrik etdi.Kler Brosnan hazırda İrlandiyanın Avropa İttifaqına sədrlik funksiyasını yerinə yetirdiyini deyərək, ölkəmizlə bu qurum arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirdi. O, həmçinin İrlandiyanın “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi.Kler Brosnan COP29-da iştirakını xatırlayaraq, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etdiyini, onun yüksək səviyyədə təşkil olunduğunu və COP29-da yaxşı nəticələrin əldə edildiyini vurğuladı.Dövlətimizin başçısı da öz növbəsində COP29 çərçivəsində qlobal yaşıl gündəliklə bağlı Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin irəli sürüldüyü deyərək, ölkəmizdə bu istiqamətdə görülən işlərə toxundu.Söhbət zamanı Azərbaycanla İrlandiya arasında təhsil, yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Slovakiya Qarabağın bərpasında iştirak etməklə hansı mesajı verir? — ŞƏRH 

Azərbaycan və Slovakiya arasında son dövrlər müşahidə olunan yüksək səviyyəli diplomatik təmaslar ikitərəfli əlaqələri keyfiyyətcə yeni müstəviyə daşıyır. Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri bu dinamikanın ən bariz göstəricisidir. Səfər çərçivəsində ticarət dövriyyəsinin artırılması və enerji təhlükəsizliyi ilə yanaşı, slovakiyalı tərəfdaşların Qarabağın bərpa-quruculuq işlərinə cəlb edilməsi xüsusi müzakirə mövzusu olub. Avropa İttifaqı ölkələrinin Azərbaycanın ən böyük ticarət tərəfdaşları olduğunu nəzərə alsaq, bu cür əməkdaşlıqlar regionun gələcəyi üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük rəmzi və praktiki əhəmiyyət kəsb edir. Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərində Slovakiyanın iştirakı həm də Avropanın regiondakı yeni reallıqları qəbul etməsinin göstəricisidir.Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Natiq Miri məsələnin əhəmiyyətini belə şərh edib:"Avropa İttifaqı ölkələri Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan ölkələrdir. O baxımdan Azərbaycan Avropa İttifaqı ölkələri ilə normal əməkdaşlıq çərçivəsində aparılan siyasətdən məmundur və bunu inkişaf etdirməyə çalışır. Avropa daxilində nə qədər çox ölkələr Azərbaycanın dostu olmuş olsalar, bu, Azərbaycanın səsinin və maraqlarının Avropada daha çox səsləndirilməsi demək olacaq”.Onun sözlərinə görə, bir tərəfdən Macarıstan, digər tərəfdən Slovakiya kimi Avropa ölkələri Azərbaycana maraqlarını ifadə edirlər. O cümlədən, bu dövlətlərin Qarabağın yenidən qurulmasında iştirakı Azərbaycan və Qarabağ reallıqlarının qəbul edilməsi ilə bərabər, həm də Azərbaycana verilən dəstək kimi qəbul olunmalıdır:“Hələ də bəzi ölkələr var ki, Şuşa və yaxud Xankəndiyə səfər etməməklə, dolayısı ilə bu reallığı qəbul etməmək kimi bir görüntü yaratmağa çalışırlar. Yəni bu, stəkanda fırtınadan başqa bir şey deyil. Ancaq hər bir halda inkişaf etmiş Avropa ölkələrinin Qarabağda yenidənqurma prosesində iştirakı, müəyyən sərmayələrin qoyulması regionun inkişafı ilə bərabər, həm də yenidən qurulmasını, bərpasını tezləşdirir. Bu, Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın maraqlarını müdafiə edir”.Natiq Miri qeyd edib ki, bəzi Avropa ölkələri ilə, o cümlədən Slovakiya ilə hərbi-müdafiə yönündə də anlaşmalarımız var. Ona görə də nə qədər çox Avropa ölkələri ilə əməkdaşlıq və onların Qarabağa cəlb olunması prosesi artarsa, bu, Azərbaycanın mövqelərinin Avropada güclənməsi demək olacaq:“Slovakiya inkişaf etmiş bir Avropa ölkəsidir. Bu, texnoloji cəhətdən də Azərbaycana müəyyən üstünlüklər verir. Eyni zamanda, Avropa İttifaqı 450 milyonluq bir bazardır, bunu unutmayaq. Azərbaycan bu bazarda maraqlıdır. Sadəcə özünün neft və qazını satmaqla deyil, perspektivdə həm də bərpa olunan enerjinin — günəş, külək və digər alternativ bərpa olunan enerjinin Avropaya satılmasında da Azərbaycan maraqlıdır və bu yöndə konkret danışıqlar gedir”.Politoloq bildirib ki, Azərbaycan Avropada nə qədər çox özü üçün “günəş altında yer” qazanmış olsa, bu, Azərbaycanın həm iqtisadiyyatına, həm də siyasətinə ciddi töhfə verəcək:“Elmi-texnoloji, demokratik və insan hüquqları baxımından inkişaf etmiş bir coğrafiya və məkanla Azərbaycanın əməkdaşlığı, əlbəttə ki, müsbət haldır. Bəzi öyrədəcəyimiz şeylər olduğu kimi, bizim öyrənəcəyimiz də çox şeylər var ki, bunun üçün də normal münasibətlərə və əməkdaşlığa ehtiyac var”,- deyə o əlavə edib. Çimnaz Telmanqızı

Azərbaycanda əhalinin siyahıyaalınması ilk dəfə rəqəmsal texnologiyalarla keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının "Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı"na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər.Oxu24.com  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycanda əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.O qeyd edib ki, siyahıyaalma zamanı beynəlxalq standart kimi BMT-nin "Əhalinin və mənzil fondunun siyahıyaalınmasına dair prinsip və tövsiyələri" rəhbər tutulmalıdır.Baş nazir xatırladıb ki, göstərilən tələblər nəzərə alınmaqla Azərbaycanda müstəqilliyin bərpasından sonra əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilib:"Lakin, məlum olduğu kimi, müstəqillik dövründə aparılan siyahıyaalınmalar zamanı ölkə ərazisinin 20 faizinin işğal altında olması və həmin bölgələrin sakinlərinin öz doğma yurdlarından məcburi köçkün düşməsi səbəbindən bu mühüm dövlət tədbirinin orada keçirilməsi mümkün olmayıb. Bu baxımdan 2030-cu il mərhələsində keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək. Çünki bu, Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq".Əli Əsədov vurğulayıb ki, Nazirlər Kabineti iki ay ərzində Tədbirlər planının təsdiq ediləcək:"Bununla yanaşı əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq. Komissiyanın sədri qismində tərəfimdən Baş nazirin müavini Samir Şərifov müəyyən edilib".Ə.Əsədov bildirib ki, beynəlxalq tövsiyələrə və milli prioritetlərə əsaslanaraq ilk dəfə olaraq ölkəmizdə növbəti əhalinin siyahıyaalınmasının rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsi nəzərdə tutulur:"Rəqəmsal həllərin tətbiqi respondentlərə düşən məlumat yükünün və statistika materiallarının hazırlanmasına çəkilən xərclərin azaldılmasına xidmət edəcək".Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" imzaladığı Fərmana əsasən, 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Pelleqrini: Mən İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdım 

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdığını bildirib.Oxu24.com  xəbər verir ki, bu barədə Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.O qeyd edib ki, Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər edib:"Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya (danışıqların Şuşada keçirilməsi - red.) Prezident İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal razılaşdım, çünki bu torpağın tarixini bilirəm".P. Pelleqrini qeyd edib ki, o və bütün nümayəndə heyəti şəhərdə aparılan bərpa işlərinə heyran qalıb:"Deməliyəm ki, ilk dəqiqədən bütün nümayəndə heyətimiz infrastruktura edilən irimiqyaslı yatırımlara və burada baş verənlərə heyran qalıb".Xatırladaq ki, Slovakiya Prezidenti 13-15 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Ermənistan bu kəndi Azərbaycana qaytarmağa hazırlaşır? — Mühüm MƏQAMLAR  

Azərbaycan və Ermənistan arasında müharibədən sonra münasibətlərin bərpası, sülh müqaviləsinin imzalanması və delimitasiya-demarkasiya prosesi regionun əsas gündəm mövzusu olaraq qalır. Bu çərçivədə Ermənistan Baş naziri Nikol Paşinyanın seçkidən sonra ilk dəfə anklav və eksklav məsələsinə toxunaraq, bu problemin delimitasiya prosesində həll edilməli olduğunu vurğulaması diqqət çəkib. Erməni ictimaiyyəti və mediası bu açıqlamanı vaxtilə azərbaycanlıların yaşadığı Nüvədi kəndinin Azərbaycana geri qaytarılacağının ilkin anonsu kimi qiymətləndirir. Bu məsələnin pərdəarxasını və delimitasiya prosesinin gələcəyini şərh edən politoloq Tofiq Abbasov Oxu24.com-a mühüm açıqlamalar verib.Politoloq Tofiq Abbasov qeyd edib ki, əgər tərəflər sülhə doğru hərəkət edirsə, bütün mübahisəli məqamlar masaya yatırılmalıdır:"Əgər münasibətlərin bərpası, barışıq və sülh müqaviləsi gündəmdədirsə, biz də bu istiqamətdə hərəkətimizi davam etdiririksə, deməli, bütün ağrılı məsələlər əvvəlcə müzakirə olunmalı və onlarla bağlı konsensus yaradılmalıdır. Sovet dövründən bəri Azərbaycan və Ermənistanın sərhədlərinin haradan başlayıb harada bitdiyi bəllidir. Bəli, orada eksklavlar da var, anklavlar da var”.Keçmişdəki təsərrüfat fəaliyyətlərinə və yaşayış məntəqələrinə toxunan politoloq, keçmişə eyni şəkildə qayıtmağın qeyri-mümkün olduğunu vurğulayıb:"Vaxtilə Ermənistan ərazisinin dərinliyində olan, azərbaycanlıların yaşadığı məntəqələrdə birtərəfli şəkildə təsərrüfat fəaliyyəti inkişaf etdirilirdi. Bizim tərəfdə də onlara aid xüsusi məntəqələr var idi. Amma reallıq budur ki, keçmişə birbaşa qayıdışımız olmayacaq, çünki ab-hava dəyişib. Nifrət və qan amili öz rolunu oynayıb. Buna baxmayaraq, biz artıq o sərt və ağrılı dövrü bitirməliyik. Bu baş verməsə, real barışıq olmayacaq və vaxtaşırı eyni ağrılı məqamları yenidən yaşamalı olacağıq”.Tofiq Abbasov Paşinyanın tez-tez dəyişən siyasi manevrlərinə və Nüvədi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Nüvədi kəndi tarixi cəhətdən Azərbaycan üçün xüsusi önəm kəsb edir:"Nikol Paşinyanın tez-tez siyasi rəqslərə varmaq kimi bir xüsusiyyəti var — bir ayağından o biri ayağına tullanır və həm öz cəmiyyətində, həm də xarici aləmdə qeyri-adi bir konyuktura formalaşdırmağa çalışır. Hər məsələdən sensasiya düzəltmək düzgün deyil. Bəli, siyasi aləmdə PR mühüm rol oynayır, amma hər bənd buna alət edilə bilməz.Nüvədi məsələsinə gəldikdə isə, bəli, bu bizim üçün çox önəmlidir. Çünki orada əzəli vaxtlardan azərbaycanlılar yaşayıb. Ermənistan tərəfinin də özünəməxsus arqumentləri ola bilər, lakin bu o demək deyil ki, biz cəmiyyətə sarsıdıcı məlumatlar ötürməklə onu gərgin gözləntilərə sövq etməliyik”.Politoloq iki ölkə arasındakı daxili vəziyyəti müqayisə edərək, Bakı ilə İrəvan arasında artıq dialoqun başlandığını və məsələlərin işçi qaydada həll edilməli olduğunu bildirib:"Bakı ilə İrəvan arasında dialoq rəsmən başlanıb. Bəzi məsələlər üzrə danışıqlarla bağlı ümumi baxışlar mövcuddur. Deməli, artıq hər şeyi işçi qaydada həll etmək lazımdır. Azərbaycanın daxili ictimai-siyasi durumu Ermənistandakından köklü surətdə fərqlənir. Onlar seçkilərdən yeni çıxsalar da, ölkədə hələ də qeyri-stabillik, daxili qarşıdurma və terror elementləri özünü büruzə verir. Xarici qüvvələrin Ermənistanın daxili proseslərinə necə reaksiya verdiyini, bəzən Azərbaycanın adını yerli-yersiz hallandırdığını görürük”.Tofiq Abbasov vurğulayıb ki, Paşinyan bütün bu çətinliklərə rəğmən Azərbaycanın maraqlarını və regionda yaratdığı əlverişli şəraiti qiymətləndirməlidir:"Paşinyan mahir siyasətçi olmasa da, bu elementlərdən yararlanmağa çalışır. Amma onun hazırda əsas vəzifəsi Azərbaycanla münasibətlərdə gərginliyi artırmaq yox, əksinə, gərgin məqamların üstünü örtmək olmalıdır. Çünki rəsmi Bakı Ermənistan üçün sülh müqaviləsi olmasa belə, əlverişli vəziyyət yaradır — tranzitləri açır, müxtəlif məsələlərdə konstruktiv yanaşma nümayiş etdirir”.Müsahibimiz hazırda Nikol Paşinyanın ən etibarlı müttəfiqi kimi məhz Azərbaycan faktoru çıxış etdiyini qeyd edib:“Biz güclü tərəf kimi Ermənistana sülh və regional əməkdaşlıq dəstəyimizi əsirgəmirik. Ermənistan bu proseslərdən məntiqli nəticə çıxarmalı, suistifadələrdən uzaq olmalı, verdiyi vədlərə əməl etməli və Azərbaycanın dəyərini bilməlidir. Bu məsuliyyət olmasa, nə delimitasiya, nə də demarkasiya məsələləri həllini tapmayacaq. Azərbaycan öz siyasəti ilə göstərir ki, biz “örtülü bazar” oyununu inkar edirik, Paşinyan da bundan nümunə götürməlidir”,- deyə o fikrini tamamlayıb. Çimnaz Telmanqızı

İlham Əliyev Donald Trampa təşəkkür edib

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.Oxu24.com-un məlumatına görə, bununla bağlı dövlət başçısının sosial media hesablarında paylaşım edilib.Paylaşımda deyilir: Cənab Prezident,Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və "Breitbart" nəşrinə istinadən Sizi "Sülh İnsanı" kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.Siz həqiqətən də Sülh İnsanısınız".

ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?

Konstantin Sokolov təyinatı pərdəarxası razılaşmadır, yoxsa biznes qərarı? — ŞƏRHABŞ Dövlət Departamenti tərəfindən Zəngəzur dəhlizində həyata keçiriləcək nəhəng tikinti işləri üçün yaradılan “TRIPP+ Enterprise Fund” fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub. Bu təyinat region ölkələrində, xüsusilə Rusiyanın geosiyasi təsir imkanlarının güclü olduğu post-Sovet məkanında müəyyən suallara və şaiyələrə yol açıb. Bəzi siyasi dairələrdə bu addım Moskva və Vaşinqton arasında pərdəarxası koordinasiya siqnalı kimi qiymətləndirilsə də, prosesin pərdəarxası daha çox iqtisadi və strateji maraqlara dayanır. 201 milyon dollarlıq bu fond Cənubi Qafqaz və Mərkəzi Asiyada özəl sektorun strateji inkişafını, o cümlədən mühüm kommunikasiya layihələrini stimullaşdırmaq məqsədi daşıyır. Ermənistanın ən böyük telekommunikasiya şirkəti olan “Viva Armenia”nın əsas səhmdarı olan Sokolovun bölgəni yaxından tanıması onun bu vəzifəyə gətirilməsində əsas amillərdən biri hesab olunur. Bəs, Rusiya əsilli investorun bu layihəyə rəhbərlik etməsi həqiqətən Moskva ilə Vaşinqton arasında gizli razılaşmanın göstəricisidir, yoxsa sırf praqmatik biznes seçimidir?Mövzu ilə bağlı Oxu24.com-a danışan siyasi şərhçi Müşfiq Abdulla məsələnin görünməyən tərəflərinə işıq salıb:"Rusiya əsilli Konstantin Sokolovun “TRIPP+ Enterprise Fund” fonduna rəhbər təyin edilməsi sırf kommersiya xarakterli qərardır və bunun Vaşinqton və Moskva arasındakı siyasi münasibətlərə heç bir aiddiyyatı yoxdur. Sokolov ABŞ vətəndaşıdır, Çikaqoda yaşayır və bu vəzifəyə təyin edilməsində onun ABŞ Prezidenti Donald Trampla yaxın münasibətləri mühüm rol oynayıb. Hətta Konstantin Sokolov Trampın irəli sürdüyü Ağ Evin “Bal zalı” layihəsinə 350 milyon dollar ianə köçürmüş böyük sərvət sahiblərindən biridir”.Şərhçinin sözlərinə görə, onun “Tramp marşrutu” layihəsinə rəhbər təyin edilməsi isə tamamilə onun böyük investor və kommunikasiyalar üzrə beynəlxalq səviyyəli mütəxəssis olması ilə bağlıdır:Sadəcə olaraq, Sokolovun Rusiya əsilli olması bu təyinatın guya Moskvanın maraqlarının nəzərə alınmasına dair şaiyələrə rəvac verib:“Rusiyanın geosiyasi təsirinin güclü olduğu post-Sovet ölkələrində belə şaiyələrin yayılması gözləniləndir, hətta bu cür siyasi nağılların Ermənistanda da səslənəcəyini təxmin etmək çətin deyil”.Müşfiq Abdulla Zəngəzur dəhlizinin gələcək statusuna və fəaliyyətinə gəlincə qeyd edib ki, bu məsələ artıq həm 2025-ci il avqustun 8-də qəbul edilmiş Vaşinqton Bəyannaməsi, həm də Ermənistan və ABŞ arasında imzalanmış ikitərəfli müqavilərlə konkret şəkildə müəyyən edilib:“TRIPP” layihəsində Rusiyanın heç bir yeri yoxdur. Rusiya Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək üçün müxtəlif siyasi variasiyalar edir — Kreml gah dəhlizin açılmasına qarşı çıxır, gah da payçı kimi dəhlizin idarə olunmasında iştirak etmək istəyir. Lakin bütün hallarda ABŞ və Ermənistan buna razı deyil. Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanın da milli maraqlarına cavab vermir”.O vurğulayıb ki, Sokolovla bağlı deyilənlər daha çox konspiroloji məzmun daşıyır:“Unutmaq lazım deyil ki, Sokolov Rusiya əsilli olsa da, vətəndaşı olduğu ABŞ-nin maraqlarından çıxış edir. O, “TRIPP Enterprise Fund”ın rəhbəri olmaqla yanaşı, eyni zamanda ABŞ Dövlət Departamentinin yeni Sahibkarlıq Fondunun direktoru təyin edilib. Rusiyanın maraqlarına xidmət edən bir şəxsə belə strateji vəzifəni əsla həvalə etməzlər. Dövlət Departamentinin rəsmi açıqlamasından da məlum olur ki, ABŞ perspektivdə Orta dəhlizin inşası, idarə edilməsi və ona nəzarət strategiyasının həyata keçirilməsində maraqlıdır və bu prosesə rəhbərliyi təcrübəli mütəxəssis kimi Konstantin Sokolova tapşırıb”.Sonda siyasi şərhçi əlavə edib ki, sözügedən 201 milyon dollarlıq fond Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla Cənubi Qafqaz və Orta Asiyada özəl sektorun strateji inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulub. Bura qiymətli kağızlar, investisiyalar, səhm kapitalı və qrantların təmin edilməsi aiddir. Sokolov həmçinin Avropa ilə Afrika arasında təmiz enerji sualtı kabeli və fiber-optik rabitə layihəsini həyata keçirən “Şimal Enerji Dirəyi” konsorsiumunda yüksək vəzifə tutur. Yəni o, kommunikasiyaların idarə edilməsi və kommersiyası sahəsində olduqca yüksək biliyə malikdir.“Konstantin Sokolovun eyni zamanda, Ermənistanda da investor kimi fəaliyyət göstərməsi bu təyinatda böyük rol oynayıb. Belə ki, Konstantin Sokolov Ermənistanın ən böyük telekommunikasiya şirkəti olan “Viva Armenia”nın əsas səhmdarıdır. Məhz bu səbəbdən Tramp administrasiyası Ermənistan ərazisindən keçəcək və onu digər regionlarla birləşdirəcək bu mühüm kommunikasiya layihəsinin qurulmasını həm Ermənistanı, həm də bütövlükdə bölgəni yaxşı tanıyan təcrübəli investora həvalə edib”,- deyə M.Abdulla bildirib. Çimnaz Telmanqızı

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.Oxu24.com  xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlandı.Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedilər.“John Deere” şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirdi.Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulandı, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edildi.Söhbət zamanı Azərbaycanla “John Deere” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.Qeyd edək ki, “John Deere” 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan “John Deere”nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb 

Baş nazir Əli Əsədov iyulun 16-da Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.Nazirlər Kasbinetindən Oxu24.com-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstəyinə, humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub.Görüş zamanı Azərbaycan ilə Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanda 37 fələstinli tələbə təhsil alır 

Azərbaycanda hazırda 37 fələstinli tələbə təhsil alır.Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşü zamanı bildirilib.Qeyd olunub ki, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbə Azərbaycanda təhsil alır.

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib 

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda Zəfər parkını ziyarət edib.Oxu24.com xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Prezident qəbul keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.Oxu24.com  xəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı.Dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırladı.Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə etdi. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi.Görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulandı.“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirildi.Baş nazir bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

16 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.Oxu24.com XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində, 17 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan və Misir arasında parlamentlərarası əməkdaşlıq möhkəmlənməkdə davam edir 

Azərbaycan və Misir arasında parlamentlərarası əməkdaşlıq fəal şəkildə inkişaf etməkdə davam edir.Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Misirin Milli Gününün 74-cü ildönümü münasibətilə təşkil olunmuş qəbulda bildirib.Onun sözlərinə görə, iki ölkənin qanunverici orqanlarının əməkdaşlığında da müsbət dinamika müşahidə olunur.Qayıbov xatırladıb ki, ötən ilin mayında Misir Senatının sədri Azərbaycana səfər edib, bu ilin noyabrında isə Milli Məclis sədrinin səfəri gözlənilir."İkitərəfli əlaqələrin möhkəmləndirilməsində iki ölkənin parlament dostluq qrupları xüsusi rol oynayır", - nazir qeyd edib.Çıxışının əvvəlində Qayıbov həmçinin Misir yığmasını futbol üzrə dünya çempionatındakı uğurlu çıxışı münasibətilə təbrik edib."Düşünürəm ki, təkcə mən yox, bütün dünyada milyonlarla insan Misir komandasının oyununu məmnuniyyətlə izləyib. Sosial şəbəkələrdəki çoxsaylı şərhlərə əsasən, onun çıxışı həqiqətən yaddaqalan olub", - o bildirib.

Hikmət Hacıyevdən IV Şuşa Qlobal Media Forumu ilə bağlı PAYLAŞIM

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib.O xəbər verir ki, paylaşımda deyilir:"IV Şuşa Qlobal Media Forumunda medianın gələcəyi barədə müzakirələr keçirilib".Paylaşımda, həmçinin "Euronews"un eyniadlı məqaləsi təqdim olunub.Qeyd edək ki, məqalədə IV Şuşa Qlobal Media Forumunda süni intellekt amili, dezinformasiya və ictimai etimadın azalması şəraitində jurnalistikanın gələcəyi barədə müzakirələrin aparıldığına diqqət çəkilib.

Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sabah Gürcüstana rəsmi səfər edəcək.Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidməti yayıb.Səfər çərçivəsində Sərdar Berdiməhəmmədov gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirəcək.Dövlət başçıları ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional məsələləri müzakirə edəcəklər.

Ceyhun Bayramov Moskvada Lavrovla görüşəcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.Oxu24.com APA-a istinadən xəbər ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq.Zaxarova Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb.O qeyd edib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

İran və Rusiya Zəngəzur dəhlizinə mane ola bilərmi?

Yaxın Şərqdə gərginliyin pik həddə çatması, İran ətrafında cərəyan edən son hərbi-siyasi proseslər və regionda sürətlə dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən beynəlxalq gündəmin baş mövzusuna çevirib. Bir sıra aparıcı ekspertlər Tehran və Moskva arasındakı mövqe toqquşmalarının və regional maraqların bu nəhəng layihənin icrasına ciddi maneələr törədə biləcəyini iddia edirlər. Digər tərəfdən, qlobal güclərin və beynəlxalq təşkilatların bu tranzit marşrutuna verdiyi dəstəyin layihənin reallaşmasını daha da sürətləndirəcəyini düşünənlər də az deyil. Mövcud hərbi-siyasi gərginliyin regional kommunikasiyaların açılmasına birbaşa təsirləri və risk faktorları hazırda həm Bakının, həm də digər regional paytaxtların diqqət mərkəzindədir. Bəs regionda davam edən bu gərginlik Zəngəzur dəhlizinin reallaşmasını real risk altına ala bilərmi?Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran politoloq Əli Mustafa hazırkı vəziyyəti və gözlənilən ssenariləri şərh edib:"Hazırda regionda ciddi gərginlik yaşanır. ABŞ-İran qarşıdurması, Rusiya-Ukrayna müharibəsi bu və ya digər formada Cənubi Qafqaza da öz təsirini göstərməkdədir. Lakin bu təsirləri birbaşa deyil, daha çox dolayısı ilə qiymətləndirmək lazımdır”.Onun sözlərinə görə, həm şimalda, həm də cənubda münaqişə ocaqları var və bu gərginliyin bölgəyə yayılma ehtimalı mövcuddur. Digər tərəfdən, mövcud münaqişələr regiondakı bir sıra prosesləri daha həssas müstəviyə daşıyır:“Məsələn, ABŞ-nin bu bölgəyə sərmayə qoyuluşuna rəsmi Tehran qısqanclıqla yanaşır. Eyni zamanda, Zəngəzur dəhlizi layihəsindən Rusiyanın kənarda saxlanılması cəhdləri Moskvanı məmnun etmir və o da əlindəki imkanlardan, alətlərdən istifadə edərək bu layihənin gecikdirilməsinə çalışır”.Lakin politoloq burada əsas açar dövlətin Ermənistan olduğunu qeyd edib. Çünki bu layihə bilavasitə Ermənistan ərazisindən keçir və onun ərazisində reallaşmalıdır:“Hazırda rəsmi İrəvanla ABŞ arasında müəyyən razılaşmalar mövcuddur. Əgər Ermənistan rəhbərliyi bu layihənin gerçəkləşməsinə sadiq qalacaqsa, bu halda nə Rusiyanın, nə də İranın prosesə birbaşa müdaxilə imkanı olmayacaq. Düzdür, onlar Ermənistanı təhdid edə bilərlər, hətta müəyyən hərbi gərginliyə və ya münaqişəyə cəlb etməyə də cəhd göstərə bilərlər. Amma bütün bunlar o demək deyil ki, onlar layihənin icrasını birbaşa əngəlləmək gücündədirlər”.Əli Mustafa bildirib ki, reallıq onu göstərir ki, onların yalnız dolayısı ilə maneçilik törətmək imkanları var:“Bu məsələdə hər şeyi İrəvanın siyasi iradəsi həll edəcək. Təbii ki, Azərbaycan və Türkiyənin dəstəyi layihənin icrasını asanlaşdırır, Rusiya və İranın təsir imkanlarını isə xeyli dərəcədə məhdudlaşdırır. Digər tərəfdən, davam edən proseslərin təkcə neqativ deyil, pozitiv ssenariləri də ola bilər. Məsələn, mümkün ABŞ-İran qarşıdurmasında Tehranın zəifləməsi layihənin önünü tamamilə aça və bütün riskləri sıradan çıxara bilər”.Politoloq hesab edir ki, Zəngəzur dəhlizi mütləq gerçəkləşəcək. Çünki bu “Orta Yol” layihəsi təkcə region ölkələrinin deyil, həm də Avropanın, ABŞ-nin və dünyanın ən böyük güclərindən olan Çinin maraq dairəsindədir:“Sadəcə olaraq, zamanla bağlı müəyyən ləngimələr və ya problemlər yaşana bilər. Lakin yaxın gələcəkdə bu xətt üzrə işlərin tamamilə yoluna düşəcəyini gözləyirəm”,-deyə o fikrini tamamlayıb. Çimnaz Telmanqızı

Bakı-Moskva münasibətlərində yeni gərginlik? – ŞƏRH  

Rusiya ilə Azərbaycan arasında son dövrlərdə Ukrayna məsələsi başda olmaqla bir sıra geosiyasi mövzularda fikir ayrılıqlarının olması rəsmi Kremlin nümayəndələri tərəfindən də etiraf edilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərə kölgə salmaması və praqmatik tərəfdaşlığın davam etdirilməsi barədə açıqlaması diqqəti yenidən Bakı-Moskva xəttinə yönəldib. Uzun illər işğal faktından əziyyət çəkmiş Azərbaycan üçün suverenlik və ərazi bütövlüyü prinsipləri hər zaman qırmızı xətt olaraq qalmaqdadır. Eyni zamanda, regionda formalaşan yeni reallıqlar tərəfdaşlıq münasibətlərində daha balanslı və beynəlxalq hüquqa əsaslanan yanaşmanı zəruri edir. Mövcud fikir ayrılıqları fonunda iki ölkə arasındakı gələcək münasibətlərin inkişaf dinamikası və tərəflərin gözləntiləri böyük maraq doğurur.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev Bakı-Moskva münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini qiymətləndirib.Siyasi şərhçi bildirib ki, uzun illər işğala məruz qalmış bir ölkə kimi Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi həm də özünün haqlı davasına vermiş olduğu layıqlı və ləyaqətli bir yanaşmadır:"Nəzərə alsaq ki, Azərbaycan torpaqlarını da işğalda saxlayan ermənilərin əli ilə, ermənilərin adı altında Rusiyanın özü idi. Rusiya Cənubi Qafqazda özünün geosiyasi maraqlarını qorumaq naminə hər iki ölkəni bu işğal faktı ilə özündən asılı vəziyyətdə saxlayırdı. Bu gün Ukraynada aparılan işğalçı siyasətin gerçək mahiyyətini Azərbaycan tərəfi, Azərbaycan lideri çox gözəl bildiyindən, bu məsələdə Rusiya ilə ciddi fikir ayrılığı yaşaması təbiidir və normaldır".Taleh Əliyev Azərbaycanla Rusiya arasındakı müttəfiqlik münasibətlərində yaranan digər problemlərə və öhdəliklərin yerinə yetirilməməsi məsələsinə də toxunub:"Bildiyniz kimi, 2024-cü ilin dekabr ayında Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması ilə Rusiya bu müttəfiqlik münasibətlərinə növbəti dəfə xələl gətirmiş oldu. Təəssüflər olsun ki, o gündən bu günə bu cinayətin gerçək səbəbkarının cəzalandırılması, dəymiş zərərə görə həlak olanlara və yaralananlara kompensasiyanın verilməsi, həmçinin Azərbaycanın dövlət şirkəti olan AZAL-a kompensasiyanın ödənilməsi ilə bağlı Rusiya tərəfi heç bir ciddi və əməli addım atmayıb. Bu da müttəfiqliyi sual altında qoyur”.Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələlərdə tələsmir və çalışır ki, necə ki 34 il işğalda olan torpaqlarını beynəlxalq hüquqa əsasən işğaldan azad etdi, bu gün də bu təyyarə məsələsi ilə bağlı Rusiyanın beynəlxalq hüquq öhdəliklərini yerinə yetirməsini və ikitərəfli münasibətlərə hörmətlə yanaşmasını gözləsin. Siyasi şərhçi vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzu və statusu köklü şəkildə dəyişib:"Dövlət başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsindən sonra təkcə Cənubi Qafqazdakı geosiyasi reallıq dəyişmədi, həm də Azərbaycanın bir dövlət kimi statusunda və dövlət fəlsəfəsində ciddi bir dəyişiklik, ciddi bir sıçrayış oldu. Bu gün artıq Azərbaycan üçüncü dünya ölkəsi kimi deyil, beynəlxalq münasibətlər sistemində orta güc ampluasında çıxış edir. Dünyanın müxtəlif regionlarında, xüsusilə Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan bir Azərbaycanın, şübhəsiz ki, özünün də uzun illər imperialist siyasətin müstəmləkəsi kimi əziyyət çəkdiyi bir ölkə olaraq, digər regionlardakı işğalçılıq siyasətinə haqq qazandırması və onu dəstəkləməsi mümkün deyil".Sonda ekspert Bakı-Moskva münasibətlərinin gələcəyinin bilavasitə Rusiyanın xarici siyasət kursundan asılı olacağını qeyd edib:"Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi Rusiyanın özünün imperiya siyasətindən nə dərəcədə əl çəkib-çəkməməsindən, qonşu dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlığa üstünlük verib-verməməsindən asılı olacaqdır".Çimnaz Telmanqızı

Ceyhun Məmmədov: Türkiyə xalqı 15 İyulda tarix yazdı

Deputat Ceyhun Məmmədov 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş Türkiyə xalqını təbrik edib.Oxu24.com xəbər verir ki, deputat bildirib ki, 15 İyul Türkiyə xalqının milli iradəsinə, dövlətçiliyinə və demokratiyasına sahib çıxaraq tarix yazdığı şərəfli bir gündür. Deputat qeyd edib ki, həmin gün nümayiş etdirilən birlik, həmrəylik və qətiyyət Türkiyənin gücünü və xalqın dövlətinə sədaqətini bütün dünyaya nümayiş etdirib.Ceyhun Məmmədov Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad etdiyini, qazilərə isə minnətdarlığını ifadə edib.Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Bir millət, iki dövlət" prinsipi bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə uğurla davam etdirilir. Onun sözlərinə görə, iki ölkə arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri hər keçən gün daha da möhkəmlənir.Sonda Ceyhun Məmmədov qardaş Türkiyə xalqına əmin-amanlıq, rifah və yeni uğurlar arzulayaraq 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib 

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.Oxu24.com xəbər verir ki, məktubda deyilir:“Hörmətli cənab Prezident,Əziz Qardaşım,2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən “Demokratiya və Milli Birlik Günü” xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.Azərbaycan xalqı və dövləti əziz mirasımız olan “Bir millət iki dövlət” prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram”.

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib 

Serbiya Prezidenti Aleksandr Vuçiç "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak edəcəyini və bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib.Oxu24.com  xəbər verir ki, bu barədə Serbiyanın "Tanjug" informasiya agentliyi məlumat yayıb."Əlbəttə ki, əməkdaşlıq etmək yaxşıdır. Mən artıq dörd görüşdə – Odessa, Dubrovnik, Afina və Tiranada olmuşam. Lakin təklif olunan bəyannaməni və qalan hər şeyi nəzərə alsaq, bu asan olmayacaq", - Vuçiç bildirib.Bununla belə, sammitin dəqiq harada və nə vaxt keçiriləcəyi məlum deyil.Qeyd olunub ki, Vuçiç ilk dəfə ötən ilin iyun ayında o vaxt Odessada keçirilən "Ukrayna – Cənub-Şərqi Avropa" sammitində iştirak etmək üçün Ukraynaya səfər edib.Bununla yanaşı, o, sammit iştirakçılarının beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi gücləndirməyə çağırdığı, həmçinin Ukraynanın davamlı sülhə doğru diplomatik yol tapmaq səylərini təsdiqlədiyi yekun bəyannaməni imzalamayıb. Serbiya lideri bildirib ki, Belqrad Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Kiyev həmişə Serbiyanın humanitar yardımına və siyasi dəstəyinə arxalana bilər.

Türkiyə Netanyahunu axtarışa verdi 

İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud donanması işi” üzrə İsrail Baş naziri Benyamin Netanyahunun barəsində beynəlxalq axtarış elan edib. Oxu24.com xəbər verir ki, bu barədə Halk TV məlumat yayıb.Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırım, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb."Bakupost"

İranda əlillərə müavinətlərin ödənilməsi dayandırılıb 

İranda büdcədə maliyyə vəsaiti çatışmazlığı səbəbindən aylıq əlillik müavinətlərinin ödənilməsi dayandırılıb."Report" "İran İnternational"a istinadən xəbər verir ki, bu barədə İran Dövlət Sosial Təminat Təşkilatından bildiriblər.Məlumata görə, sosial xidmətlər və gigiyena vasitələri üçün subsidiyaların ödənilməsi də gecikdirilir.İLNA agentliyinin araşdırmasına əsasən, ödənişlərin azaldılması İslam Respublikası hakimiyyətinin dərinləşən iqtisadi böhran fonunda sosial təminat sistemi himayəsində olan vətəndaşlara, xüsusilə əlilliyi olan insanlara dəstək göstərmək iqtidarında olmadığını göstərir.Vurğulanıb ki, tibbi və gigiyena məhsullarının qiymətlərinin artması onurğa beyni zədəsi olan təxminən 45 000 nəfərə təsir edib. Steril sarğıların, kateterlərin, sidik qablarının, şprislərin və yataq yaralarının müalicəsi üçün preparatların qiyməti iki-üç dəfə artıb.

İlham Əliyev: “Regionda davamlı sülh beynəlxalq hüquqa əsaslanmalıdır”  

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı Azərbaycanın həm şimal, həm də cənub sərhədlərində sülhün tezliklə bərqərar olmasını istəməsi barədə bəyanat verib. Dövlət başçısının vurğuladığı sülhün ədalətli və beynəlxalq hüquqa əsaslanmalı olduğu fikri hazırkı mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın apardığı xarici siyasət və nümayiş etdirdiyi fəlsəfə həm regionda, həm də qlobal müstəvidə sabitliyin, əmin-amanlığın təmin olunmasına hədəflənib. Ölkəmiz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edərək münaqişələrin dinc və ədalətli yolla həllinin tərəfdarı kimi çıxış edir. Bu bəyanat Azərbaycanın regionda sülh yaradıcı missiyasını və prinsipial xarici siyasət kursunu bir daha nümayiş etdirir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, ölkə başçısının çağırışları regionda və dünyada sabitliyin qorunmasına yönəlmiş strateji addımdır:"Bilirsiniz ki, 44 günlük Vətən savaşından sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana 5 təməl prinsipdən ibarət olan sülh təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs bir daha onu göstərirdi ki, baxmayaraq ki, Azərbaycan qalib dövlətdir – həm siyasi müstəvidə, həm də hərbi müstəvidə bir qalib dövlətdir, regionda sülhün, əmin-amanlığın bərqərar olunması üçün Prezident sülh çağırışını bəyan etdi”.Onun sözlərinə görə, hər bir münaqişənin sonu sülhlə yekunlaşır. Və bu münaqişə uzun müddət davam etdikcə, həm regionda sabitlik pozulur, həm də bu münaqişədə iştirak edən dövlətlər iqtisadi cəhətdən problemlərlə üzləşirlər:“Azərbaycan Prezidentinin çağırışları sözün həqiqi mənasında sülh təşəbbüsü idi.  Azərbaycan Ermənistana tranzit yüklərin daşınmasına şərait yaradır. Bu, Azərbaycanın bir daha praktiki olaraq regionda sabitliyin olmasına dəlalət edir. Həm Azərbaycan Prezidentinin apardığı siyasət və həm də Prezidentin fəlsəfəsi regionda, geosiyasi müstəvidə sülhün bərqərar olunmasına hesablanmış fəaliyyətdir”.Azad Məsiyev vurğulayıb ki, münaqişə uzandıqca dövlətlər və həmin regionda olan ölkələr həm iqtisadi baxımdan, həm də siyasi baxımdan gərginlik altında olur:“Bildiyiniz kimi, şimalda Rusiya-Ukrayna savaşı gedir. Bu savaş dünyanın iqtisadi-siyasi sisteminə köklü şəkildə təsir edib. Dünya artıq beynəlxalq hüquqla deyil, gücün qanunu ilə tənzimlənmək tendensiyası ilə üz-üzə qalıb. O cümlədən cənubumuzda, İranla bağlı cərəyan edən hərbi-siyasi gərginliklər və əməliyyatlar da bunun bir daha sübutudur. İranda baş verən hərbi əməliyyatların nəticəsi olaraq, məsələn, Hörmüz boğazının bağlanması təhlükəsi ilə dünyada böyük iqtisadi xaos yarana bilər. Bu baxımdan, Prezidentin bəyan etdiyi sülh mövqeyi reallığı özündə əks etdirir. Münaqişələr uzandıqca dünyanın iqtisadi-siyasi sistemi kökündən pozulur və xaos yaranır. Xaos nəticəsində isə həm region dövlətləri, həm də regiondan kənar dövlətlər zərər çəkir”.Politoloq qeyd edib ki, Azərbaycan Şimal-Cənub və Orta Dəhliz layihələrində aparıcı bir dövlətdir. Şimal-Cənub dəhlizi məhz Azərbaycan üzərindən işlək vəziyyətə gəlməlidir. Bu dəhliz vasitəsilə İran körfəzinə, oradan isə Hind okeanına çıxmaq mümkündür. Orta Dəhlizin bir qolu isə Zəngəzur üzərindən həyata keçirilə bilər. Ona görə də dünyada yaranan hərbi münaqişələr qlobal iqtisadi və siyasi sistemə mənfi təsir göstərir. Bu münaqişələr nə qədər tez aradan qalxarsa, iqtisadi sahədə də sabitlik yarana bilər:“Bu baxımdan, Prezidentin mövqeyi reallığı əks etdirir. Onun həyat fəlsəfəsi “yurdda sülh, cahanda sülh” fəlsəfəsidir. Azərbaycan qalib dövlət olmasına baxmayaraq, Ermənistana ilk sülh təşəbbüsünü irəli sürən tərəf oldu. Rusiya-Ukrayna münaqişəsinin həllində hər zaman dinc yolun tərəfdarı oldu və tərəf tutmadı. Eyni zamanda, İran məsələsində də problemlərin beynəlxalq hüquq müstəvisində həllinə tərəfdar çıxaraq neytral siyasət yürütdü. Hesab edirəm ki, dövlət başçısının bu bəyanatı ən real şəraitə uyğun olan bəyanatdır. Dünyada sülhün bərqərar edilməsi həm regional, həm də qlobal müstəvidə əmin-amanlığın yaranmasına səbəb olacaqdır”,- deyə o fikrini tamamlayıb. Çimnaz Telmanqızı

SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul edib 

“Startap” şəhadətnaməsi almış vergi ödəyicilərinə güzəştlər şamil olunacaq.Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, “startap” şəhadətnaməsi almış vergi ödəyicilərinin, sənaye və texnologiya parklarının rezidentlərinə şəhadətnamənin verildiyi ilk 3 (üç) il müddətində vergi yoxlamaları nəticəsində hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ümumi borc məbləği 50000 (əlli min) manatdan çox olmadıqda, həmin borc məbləği üzrə yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verildiyi tarixdən şikayət üzrə qəbul edilən qərarın qanuni qüvvəyə mindiyi tarixədək kredit, elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasına dair sərəncam göndərilmir. Bu maddənin müddəaları riskli vergi ödəyicisi hesab edilən şəxslərə şamil edilməyəcək.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq.Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, kraudfanding platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilir, hüquqi şəxslər üç min manatdan dörd min manatadək cərimələnəcək.Kraudfanding platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslərə və ya onlar beş yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunacaq.Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimələnəcək.Kradufanding sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək."Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna təklif olunan dəyişikliyə görə, kraudfandinq platformalarının operatorları öhdəlik daşıyan şəxslər siyahısına daxil ediləcək və nəzarət (monitorinq) tədbirlərinə cəlb olunacaqlar.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***Xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir.Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, "Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunacaq.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün dövlət rüsumu müəyyənləşir.Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün 2750 manat məbləğində dövlət rüsumu müəyyən olunur.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***Qeyri-rezidentlərin Azərbaycan Respublikasında qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapital artımının) repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim edilməsi obyektiv səbəblərdən qeyri-mümkün olduqda, investisiya obyektinin qanuni əldə edilməsini təsdiq edən dövlət reyestrindən rəsmi çıxarış ilkin mədaxil sənədi qismində qəbul edilir.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq.Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar tərəfindən xarici mənbələrdən əldə olunan xarici valyuta vəsaitlərinin (vergi öhdəliklərinin icrası şərtilə) müvəkkil banklardakı hesablarına mədaxili və Azərbaycan Respublikasından köçürülməsi zamanı valyuta tənzimi məqsədləri üçün məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.“Banklar haqqında” qanuna təklif edilən dəyişikliyə görə, rəqəmsal səyyahlara müvəkkil banklarda hesablar yalnız şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi əsasında açılacaq.Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahın xarici qeyri-rezident müəssisə ilə (və ya sahibkarla) bağladığı əmək və ya mülki-hüquqi müqavilələr əsasında Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyəti həmin qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyi hesab olunmur.Rəqəmsal səyyahın Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) rəqəmsal səyyah statusunun qüvvədə olduğu müddətdən etibarən 20 (iyirmi) il müddətinə gəlir vergisindən azad olunacaq.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq.Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, vençur kapitalı fondlarının, akkreditə olunmuş investorların xarici dövlətlərdəki innovativ layihələrdən (o cümlədən startaplardan) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində əldə olunan vəsaitlərin repatriasiyası və yenidən Azərbaycan Respublikasından göndərilməsi zamanı, vəsaitlərin əvvəllər Azərbaycan Respublikasından göndərilməsini (Azərbaycan Respublikasına gətirilməsini) təsdiq edən gömrük bəyannaməsi və ya bank çıxarışı yalnız o halda tələb olunmayacaq ki, ilkin investisiyanın qeyri-maddi aktiv və ya xidmət kimi qoyulduğu, yaxud əldə edilən gəlir xarici dövlətin səlahiyyətli vergi orqanının arayışı ilə təsdiq edilmiş olsun.Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, rezidentlər tərəfindən Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələrə vençur kapitalı fondları tərəfindən məbləğ məhdudiyyəti tətbiq edilmədən, akkreditə olunmuş investorlar tərəfindən təqvim ili ərzində 2 (iki) milyon ABŞ dolları ekvivalentindən çox olmamaqla yol verilir.Qeyd edilən köçürmələr üzrə investor köçürmə tarixindən etibarən 5 il ərzində müqavilədə göstərilən müddətdə iştirak payının (səhminin) əldə edilməsini təsdiq edən xarici reyestr çıxarışını müvəkkil banka təqdim etməyə və ya və investisiya cəlb edən şəxs müflis elan edildikdə və ya ləğv olunduqda xarici dövlətin səlahiyyətli qurumu tərəfindən bu halın təsdiqini göstərən sənədi təqdim etməyə borcludur.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***

Azərbaycan Lideri Şuşadan hansı mesajları verib? — Mötəbər tədbirin incə MƏQAMLARI

Şuşadan dünyaya verilən mesajlar: Deputatlar Forumun əhəmiyyətini dəyərləndirdiBu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media dialoqunun mühüm məkanlarından birinə çevrilib. Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən jurnalistləri, media rəhbərlərini və ekspertləri bir araya gətirərək qlobal informasiya məkanında etimadın möhkəmləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və sülhün təşviqində medianın rolunun müzakirəsi üçün əsas platforma rolunu oynayır.IV Şuşa Qlobal Media Forumunun beynəlxalq əhəmiyyətindən danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva Oxu24.com-a açıqlamasında qeyd edib ki, getdikcə daha çox qütbləşən dünyada sülhün möhkəmləndirilməsi üçün dialoq, həqiqət və məsuliyyətli jurnalistika həlledici əhəmiyyət daşıyır: “Müasir informasiya mühitində dövlətlər yalnız ənənəvi diplomatik kanallarla kifayətlənə bilməzlər. Media forumları hökumətlərə, ekspertlərə və jurnalistlərə açıq fikir mübadiləsi aparmaq, yanlış təsəvvürləri aradan qaldırmaq və hadisələri birbaşa mənbədən təqdim etmək imkanı yaradır. Təbii ki, forumlar siyasi problemləri birbaşa həll etmir, lakin uzunmüddətli sabitlik üçün zəruri olan dialoq mühitini gücləndirir. Bu gün belə dialoq əvvəlkindən daha vacibdir. Dezinformasiyanın sürətlə yayıldığı və geosiyasi gərginliyin artdığı bir şəraitdə jurnalistlərin siyasi liderlərə birbaşa suallar verməsi, liderlərin isə mövqelərini vasitəçilər olmadan izah etməsi şəffaflığı artırır, etimadı möhkəmləndirir və beynəlxalq ictimaiyyətin daha dolğun məlumat əldə etməsinə imkan yaradır.Bu baxımdan Şuşa Qlobal Forum bu gün artıq jurnalistikanın gələcəyi, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və sülh quruculuğu kimi qlobal mövzuların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Hər il iştirakçıların coğrafiyası genişlənir və müzakirə olunan mövzuların əhatə dairəsi artır. Forum həmçinin Azərbaycanın açıq müzakirələr vasitəsilə dezinformasiyaya qarşı mübarizəyə və birbaşa ünsiyyətin təşviqinə verdiyi önəmin bariz göstəricisidir”.Deputat diqqətə çatdırıb ki, 50-dən çox ölkədən media nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin iştirakı Forumun beynəlxalq nüfuzunun və etibarlılığının artdığını göstərir:“Bu, Şuşanın artıq regional və qlobal məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan birinə çevrildiyini təsdiqləyir. Müxtəlif ölkələrdən olan iştirakçılar fərqli baxış və təcrübələri bir araya gətirməklə müzakirələrin keyfiyyətini daha da artırırlar.Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesi, regional nəqliyyat və kommunikasiya layihələri, eləcə də suverenlik və ərazi bütövlüyünə hörmətin vacibliyi ilə bağlı fikirləri beynəlxalq diqqəti çox cəlb etdi. Bunlar təkcə regionumuz üçün deyil, beynəlxalq hüquq, təhlükəsizlik və münaqişələrin həlli baxımından da aktual mövzulardır. Eyni zamanda, iqtisadi əməkdaşlığın davamlı sülhün əsaslarından biri kimi təqdim edilməsi də mühüm mesajdır. Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə, vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir”.P.Vəliyeva əlavə edib ki, çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim olundu: “Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident daha çox bərpa və quruculuq prosesinə diqqət çəkdi. O qeyd etdi ki, forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır.Prezidentin çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutdu. O vurğuladı ki, son onillikdə yaradılmış infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verildi.Məncə, builki Forumun əsas mesajı budur ki, həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir. Forum göstərdi ki, məsuliyyətli media yalnız hadisələri işıqlandırmır, eyni zamanda qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dezinformasiyanın qarşısının alınmasına və etimadın bərpasına mühüm töhfə verir. Bununla yanaşı, Forum Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığın təşviq olunduğu mühüm platformalardan birinə çevrildiyini bir daha nümayiş etdirdi”.Milli Məclisin deputatı Səbinə Salmanova Oxu24.com-a açıqlamasında deyib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış Şuşa Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir:“Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir. Şuşa Qlobal Media Forumu, eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun, faktlara əsaslanan və birbaşa şəkildə çatdırılması baxımından mühüm platforma rolunu oynayır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, regionda yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi, nəqliyyat-kommunikasiya layihələri, enerji təhlükəsizliyi və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər məhz bu forum vasitəsilə beynəlxalq media nümayəndələrinin diqqətinə çatdırılır. Xarici jurnalistlərin və ekspertlərin hadisələri yerində müşahidə etmələri, ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaları obyektiv informasiya mühitinin formalaşmasına xidmət edir”.Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli, məzmunlu və faktlara söykənən cavablar isə tədbirin əsas məqamlarından biri kimi yadda qaldı:“Dövlətimizin başçısı təkcə Azərbaycanın prinsipial mövqeyini ətraflı izah etmədi, həm də regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlillər təqdim etdi. Möhtərəm Prezidentimiz çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələləri geniş şəkildə şərh etdi. Ölkəmizin liderinin cavabları bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər beynəlxalq media nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı və bir sıra məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə informasiya manipulyasiyalarının və qərəzli yanaşmaların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini xüsusi vurğulayıb:“Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv siyasət yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar atır. Ölkəmizin təşəbbüsləri heç vaxt qarşıdurmaya deyil, əməkdaşlığın genişlənməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edib. Bu siyasətin konkret təzahürlərindən biri Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırmasıdır. Bu qərar Azərbaycanın humanist və praqmatik yanaşmasının, regionda iqtisadi əlaqələrin genişlənməsinə verdiyi önəmin bariz nümunəsidir. Bundan başqa, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif təyinatlı yük Azərbaycan ərazisindən maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit ölkəsi statusunu və regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi real töhfəni bir daha nümayiş etdirir. Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, beynəlxalq yükdaşımaların fasiləsiz təmin edilməsi və regionda iqtisadi əlaqələrin inkişafına yaradılan əlverişli şərait ölkəmizin konstruktiv mövqeyinin əyani göstəricisidir”.S.Salmanova vurğulayıb ki, Azərbaycan lideri İlham Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunub:“Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğuna diqqəti yönəldərək qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyev çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxundu. Ölkə başçımız həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir”.Deputat onu da söyləyib ki, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da verdi:“Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan biridir. Hazırda ölkəmiz boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir ki, bu da Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bütün bunlar bir daha təsdiqləyir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır. Bu gün ölkəmiz etibarlı, proqnozlaşdırılan və məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük etimad qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır”.Parlamentari sonda qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir:“Məhz buna görə də Şuşa artıq təkcə tarixi və mədəniyyət şəhəri kimi deyil, beynəlxalq media diplomatiyasının, sivilizasiyalararası dialoqun və qlobal fikir mübadiləsinin mühüm mərkəzlərindən biri kimi tanınır. Bu cür beynəlxalq tədbirlər bir daha göstərir ki, Azərbaycan sabitliyi, təhlükəsizliyi, tolerant mühiti və praqmatik xarici siyasəti ilə seçilən ölkədir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir”.Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi  ” mövzusunda hazırlanıb.Müəllif: Mehin Mehmanqızı

Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilir.Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə forumun açılış mərasimi baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər, media rəhbərləri, ekspertlər, tanınmış media nümayəndələri, bloqerlər və digər qonaqlar iştirak ediblər.Forumun diqqətçəkən məqamlarından biri də xatirə şəkli çəkdirilərkən Prezident İlham Əliyevlə səmimi söhbət edən xanım olub. Həmin görüntülər sosial şəbəkələrdə geniş maraq doğurub və xanımın kimliyi ilə bağlı suallar yaranıb.OXU:  Pensiyaçılara ŞAD XƏBƏR: 1 faizdən 35 faizədək endirimlər təqdim olunacaqOxu24.com xəbər verir  ki,Manset.az-ın əldə etdiyi məlumata görə, həmin xanım jurnalistdir. O, "Əl-Ərəbiyyə" TV-də çalışan tanınmış jurnalist, xəbər aparıcısı Layal Əl-İxtiyardır. Layal Əl-İxtiyar daha əvvəl OTV, LBCI və Al Hurra televiziya kanallarında fəaliyyət göstərib.Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci ildə “Əl-Ərəbiyyə” telekanalının aparıcısı Layal Əl-İxtiyara müsahibə verib.

88 yaşlı görkəmli yazıçı Prezidentə müraciət edib  

Əməkdar mədəniyyət işçisi,Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü,yazıçı-dramaturq Marat Haqverdiyev Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.Görkəmli yazıçının Oxu24.com-a təqdim etdiyi müraciəti təqdim edirik:Möhtərəm cənab Prezident!Həyatının mənasını Vətənimizə və xalqımıza sədaqətlə xidmətdə görən, daima Müzəffər və qayğıkeş Prezident olduğunuzu görə, tapdaq altına atılmış hüququmun bərpası üçün məhz Sizə böyük ümid və inamla müraciət etmək qərarına gəldim.Yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, mən Respublikamızın Akademik Milli Dram, Akademik Musiqili, Gəncə Dövlət Dram, Sumqayıt Dövlət Musiqili Teatrı və başqa teatrlarda “Ailədə məhkəmə”, “Məşuqələr”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Məhəbbət yaşa baxmır”, “Fədakarlıq” və başqa uğurla tamaşaya qoyulmuş pyeslərin müəllifiyəm.“Qısqanc ürəklər” və “Ah, qadınlar, qadınlar” komediyalarım Türkiyənin bir çox teatrlarında, o cümlədən, İstanbulun Çemberlitaş FKM Teatrı, Sarıyer Bələdiyyə Teatrı, “Fateh” Universitetinin teatr toplusu və başqa teatrlarda uğurla nümayiş etdirilmişdir. “Qısqanc ürəklər” tamaşasının premyerası İstanbulun ÇIRAĞAN sarayında 2000-ci ilin may ayında böyük uğurla nümayiş etdirilmişdir. Televiziya kanalları və dövrü mətbuat tərəfindən geniş surətdə işıqlandırılmış mənə təşəkkürnamələr və hədiyyələr təqdim edilmişdir.AzTV və başqa televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” və başqa bədii televiziya filmlərinin ssenari müəllifiyəm.Yaradıcılığımın böyük bir hissəsi Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır.Birinci əsərim 1993-cü ildə Respublika Dövlət Televiziya kanalı ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi” adlı 2 seriyalı bədii televiziya filminin ssenarisidir. Bu film dahi siyasətçi Heydər Əliyevin Respublikamızın ağır, təlatümlü dövründə hakimiyyətə qayıdışı, ölkəmizin xilası naminə tarixi xidmətlərindən, Qarabağ müharibəsindən, mərd oğullarımızın ağır döyüş yollarından bəhs edir.2003-cü ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş ikinci əsərim “Fədakarlıq” adlanır. Əsər Sumqayıt Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulmuş və “Lider” televiziya kanalı ilə nümayiş etdirilmişdir.Sonra mən müasir və müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş daha bir yeni əsər- “Üç dəniz əfsanəsi” adlı dram və bədii film ssenarisi yazmışam.Xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb etdiyinə görə “Üç dəniz əfsanəsi” əsəri tələb olunan ən yüksək səviyyədə - Azərbaycan Prezident Administrasiyası (siyasi şöbə) və Mədəniyyət və Turizm Nazirliyi (Nazirliyin Kollegiyası) tərəfindən siyasi və bədii cəhətdən bəyənilərək Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmiş, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmiş və əsər həmin teatrın səhnəsində tamaşaya qoyulmuşdur.Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, çox hörmətli Ədalət Vəliyev və Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva Mədəniyyət Nazirliyində müvafiq olaraq nazir müavini və incəsənət şöbəsinin rəisi vəzifəsində çalışarkən “Üç dəniz əfsanəsi” əsərini bəyənmiş və öz imzaları ilə təsdiq etmişdilər.Xalq yazıçısı Anarın rəhbərlik etdiyi Respublikamızın Yazıçılar Birliyinin «Literaturnıy Azərbaycan» aylıq ədəbi-bədii jurnalı “Üç dəniz əfsanəsi” (“Legenda tryox morey”) dram əsərini bəyənərək “Əsrin Müqaviləsi”nin 25 illiyi (Kontrakt Veka - 25) münasibətilə 2019-cu ilin oktyabr ayında tam həcmdə rus dilində çap etmişdir.Sonra mən Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” üzərində əsaslı surətdə yenidən işləyərək onu “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı daha mükəmməl ekran və səhnə əsərinə çevirmişəm.Xüsusilə onu da yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin deputatı, akademik, çox hörmətli Nizami Cəfərovun rəhbərlik etdiyi ATATÜRK MƏRKƏZİ “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərini bəyənmiş və “ELM VƏ TƏHSİL” nəşriyyatı bu dramı ayrıca kitab şəklində çap etmişdir.Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliyevin böyük nüfuzu və siyasi iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi maneə və problemlərin aradan götürülməsi, Respublika daxili işlər orqanlarının terror və təxribatlar törətməyə cəhd edən cinayətkarlara və qatı ekstremistlərə qarşı apardıqları amansız mübarizə, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan Azərbaycan həqiqətləri - Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyatı əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin (dramın və bədii film ssenarisinin) əsas mövzusunu təşkil edir.Mən yuxarıda qeyd olunanları Sizin, möhtərəm Prezident, 28 iyul 2025-ci il tarixli məktubla nəzərinizə çatdıraraq xahiş etdim ki, mövzunu və məzmunu tələb olunan ən yüksək səviy¬yələrdə bəyənilmiş, Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii telefilm ssenarisinin sinopsisini iş qrafikinizin olduqca gərgin olmasına baxmayaraq, əgər mümkünsə vaxt ayırıb, Şəxsən özünüz oxuyasınız və bəyəndiyiniz halda onun möhtəşəm Azərbaycan Televiziyasında (AzTV-də) layiqincə ekranlaşdırılması üçün təbiətinizə xas olan köməkliyinizi əsirgəməyəsiniz.Bu məktubla Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspora, Multikulturalizm və Dini Məsələlər Şöbəsi tanış olduqdan sonra ona baxılaraq çıxarılan nəticə barədə mənə rəsmi məlumat verilməsi üçün Azərbaycan Televiziyasına (AzTV-yə) 05 avqust 2025-ci il tarixində göstəriş vermişdi.Lakin çox əfsuslar olsun ki, o gündən 6 (altı) aydan artıq vaxt keçsə də, Prezident Administrasiyasının bu rəsmi göstərişinə məhəl qoymayan, ona hörmətsizlik göstərən AzTV-dən heç bir rəsmi (yazılı) cavab ala bilməmişəm.Sonra mən AzTV-nin rəhbərliyinin belə kobud, qanunsuz hərəkətindən və sonu görünməyən süründürməçilikdən təngə gələrək, Respublikamızın OMBUDSMAN-ına bu məsələnin ədalətlə həll olunması, yəni “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin Azərbaycan Televiziyasında (AzTV-də) ekranlaşdırılması xahişi ilə müraciət etdim.OMBUDSMAN-ın rəhbərlik etdiyi APARAT-dan aldığım 14 aprel 2026-cı il tarixli cavab belə oldu:“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı bədii əsərinizin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə məxsus televiziya kanallarında ekranlaşdırılması məqsədəuyğun hesab edilməyib. Belə ki, QSC-də Sizin qeyd olunan əsəriniz ilə eyni məzmunda çoxsaylı materiallar, o cümlədən filmlər, əsərlər vardır və onlar ekranlarda müntəzəm nümayiş olunur!Bu məktubun məzmunu, harada ki, əsərin ekranlaşdırılması məqsədəuyğun hesab olunmur, aşağıdakı təkzibolunmaz faktlara, dəlil-sübutlara görə ləğv olunmalı və Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsəri Azərbaycan Televiziyasında (AzTV-də) layiqincə ekranlaşdırılmalıdır:1. İlk növbədə, yeri gəlmişkən, bir faktı-xatirəni yada salmaq istəyirəm.1981-ci ildə respublikamızda xüsusi nəzarət altında olan cinayət işləri ilə əlaqədar olaraq Mədəniyyət və İncəsənət Universitetinin (o zamankı İncəsənət Universitetinin) binasında görülən əsaslı təmir işlərini Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində tərtib olunmuş sənədlərə və onları təsdiq edən Ekspertiza İnstitutunun materiallarına RƏY (qəti qərar) vermək məqsədilə mən Mədəniyyət Nazirliyinin əsaslı tikinti şöbəsində aparıcı mühəndis vəzifəsində çalışdığım zaman Respublika Prokurorluğu - Baş Prokuror cənab Abbas Zamanov tərəfindən Ekspert kimi rəsmən dəvət olunmuşam.Buna əsas səbəb universitetin binasının əsaslı təmirində iştirak edən rəhbər vəzifəli və maddi məsul işçilərin məhz qeyri-obyektiv yoxlama materialları əsasında, nahaqdan məsuliyyətə cəlb olunmaları barədə paytaxt Moskvaya yol açan dost-tanışları, qohum-əqrəbaları ilə birlikdə ən yüksək dövlət orqanlarına göndərdikləri şikayətlərə, SSRİ Prokurorluğunun bu işə ciddi nəzarətinə və beləliklə də respublika prokurorluğunun özündə də yaranan bəzi şübhələrə son qoymaq idi.Mənim o zaman verdiyim RƏY-ə əsasən Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş və Ekspertiza İnstitutu tərəfindən təsdiq edilmiş bütün materiallar yol verilən əsassızlığa və sübutsuzluğa görə, daha doğrusu, yoxlama materialında göstərilən dəlil-sübutların kifayət etmədiyinə və çox asanlıqla təkzib olunduğuna görə, Maliyyə Nazirliyinə qaytarıldı və orada ləğv olundu.Söz yox ki, respublikamızın sabiq baş prokuroru Abbas Zamanov tərəfindən mənim verdiyim Rəy əsasında atılan belə qeyri-standart, mərdanə addım, onun haqq-ədaləti, qanunun aliliyini, respublikamızın beynəlxalq nüfuzunu hər şeydən uca tutan mətin iradəli, uzaqgörən, vətənpərvər Şəxsiyyət olduğunu göstərən real və parlaq amildir.Bir yazıçı, eləcə də Respublika Prokurorluğunun sabiq eksperti kimi tam məsuliyyətlə bildirmək istəyirəm ki, Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, mövzu və məzmunu tələb olunan ən yüksək səviyyələrdə bəyənilmiş, xüsusilə mühüm, siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb edən “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” kimi bədii əsərin ekranlaşdırılması məsələsi araşdırılan zaman AzTV-nin rəhbərliyi tərəfindən bunun üçün təqdim olunan qeyri-müəyyən, çox asanlıqla təkzib olunan, tamamilə uydurulmuş, saxta, əsas əvəzinə qanun üzrə tələb olunan məhz təkzibolunmaz əsas və dəlil-sübutlar kimi mütləq bir neçə (kifayət qədər) bədii film göstərilməlidir, hansılar ki, adı çəkilən bədii əsərlə eyni məzmundadır.Bununla belə onu da tam əminliklə yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, AzTV-nin rəhbərliyi “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı bədii əsərlə eyni məzmunda olan nəinki çoxsaylı bədii film, heç bircə bədii film də göstərə bilməz, çünki onlarda belə bədii film ümumiyyətlə yoxdur və heç vaxt olmayıb.Məhz ona görə AzTV-nin bu uydurulmuş, saxta məktubunun-qərarının qanun üzrə heç bir hüquqi qüvvəsi ola bilməz və bu səbəbdən mütləq ləğv olunmalıdır.“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii filminin ssenarisi müasir və müstəqil Azərbaycan dövlətinin tarixində yuxarıda qeyd olunan mövzuda yazılmış yeganə, analoqu olmayan bədii əsərdir.2. Bir qocaman yazıçı, bir təcrübəli ekspert kimi onu da qeyd etmək istəyirəm ki, AzTV-nin ekranlarında göstərilən müxtəlif çıxışlardan və xatirələrdən, yazılı və şifahi məlumatlardan, ayrı-ayrı fotoşəkillərdən və sənədli kadrlardan və s. ibarət verilişlər, eləcə də analoji məzmunlu sənədli filmlər ilə həyatın güzgüsü olan, insanın daxili aləmini zənginləşdirən, düşüncəsini formalaşdıran, cəmiyyəti inkişaf etdirən bədii ədəbiyyata, ədəbi-bədii əsərlərə, o cümlədən bədii filmlərə eyni meyardan yanaşmaq olmaz. Onların arasında olan açıq-aydın, gözəçarpan böyük fərqi görməmək isə AzTV-nin rəhbərliyi tərəfindən göstərilən, yumşaq desək, bağışlanmaz səriştəsizlikdir.“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii əsərin ekranlaşdırılmasının bilərəkdən məhz qanunazidd yollarla qarşısını alan AzTV-nin rəhbərliyi (Rövşən Məmmədov) başa düşməlidir ki, onlar Azərbaycan kimi dünya şöhrətli, azad və müstəqil bir ölkədə yaşayır, harada ki, haqq-ədalət və qanunun aliliyi həmişə və mütləq qələbə çalır! Böyük qələbə!Möhtərəm cənab Prezident!88 yaşlı qocaman, ömrünün payız fəslini yaşayan bir yazıçı kimi Sizdən xahiş edirəm, Ulu Öndərimiz, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş, mövzu və məzmunu tələb olunan ən yüksək səviyyələrdə bəyənilmiş, müasir və müstəqil Azərbaycan dövlətinin tarixində yuxarıda qeyd olunan mövzuda yazılmış yeganə, analoqu olmayan bədii əsər olan “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii film ssenarisinin, xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyətini, eləcə də son dərəcə aktuallığını nəzərə alaraq, onun Azərbaycan Televiziyasında (AzTV-də) layiqincə ekranlaşdırılması üçün təbiətinizə xas olan köməkliyinizi əsirgəməyəsiniz.Dərin hörmətlə,Əməkdar mədəniyyət işçisi,Yazıçılar Birliyinin və TeatrXadimləri İttifaqının üzvü,yazıçı-dramaturqMarat HaqverdiyevTel.: (ev) 539-81-07(mob) 050 391-77-8314 iyul 2026-cı il

Slovakiya Prezidenti: Qarabağda görülən işlər heyranedicidir

Azərbaycanda rəsmi səfərdə olmaqdan və Qarabağa gəlməkdən çox məmnunam.Oxu24.com xəbər verir ki, bunu Slovakiyanın Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra birgə bəayanat zamanı deyib.O bildirib ki, bu gün burada olmaqdan böyük şərəf duyur:"Mən və həmkarlarım burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinin şahidi oluruq. Qısa müddət ərzində əldə etdiyiniz nailiyyətləri xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün qürurvericidir ki, Slovakiya şirkətləri də bu regionun inkişafına öz töhfələrini verirlər. Ümid edirəm ki, onlar bundan sonrakı layihələrdə də iştirak edəcəklər".Peter Pelleqri bildirib ki, Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq sadəcə bir sənəd deyil:"Ölkələrimiz arasında qarşılıqlı etimada, əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin ifadəsidir".

Prezident: Azərbaycan və Slovakiya birgə layihələri genişləndirir

Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir.Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatında bildirib.“Bu gün bir çox məsələləri müzakirə etmişik. Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir. 2024-cü ildə Strateji Tərəfdaşlıq dair Bəyannamə imzalamışıq. Birgə layihələrin icrası güclü siyasi iradə tələb edir”, - dövlət başçısı qeyd edib.

Zaur Şükürov: "Müstəqil Azərbaycan Ulu Öndərin əmanətidir"

Bu gün, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı, xalqımızın tarixində xüsusi əhəmiyyət kəsb edən 1969-cu ilin 14 iyul tarixini qürur hissi ilə xatırlayırıq. Bu tarix ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi və mədəni yüksəlişində yeni bir mərhələnin başlanğıcı oldu.Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.Zaur Şükürovun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərin keçdiyi tarixi yola nəzər yetirdikdə dövlətlərin və xalqların taleyində tərəqqisində, lider amilinin dövlətçilik və müstəqillik üçün vacib şərtlərdən biri olduğunu, hətta müəyyən dövrlərdə həlledici rol oynadığını deyə bilərik.Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Ölkəmizin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə istisnasız olaraq bütün uğurları üçün, o cümlədən ötən əsrin 70-ci illərində respublikamızda tənəzzüldən tərəqqiyə keçid və nəticə etibarilə yaşanan milli, iqtisadi, sosial, mədəni intibah, xüsusilə də, müstəqilliyimizin, dövlətçilimizin qorunub saxlanılması üçün etibarlı təməlin yaradılması Ümummilli Liderin qətiyyəti, iradəsi, təşəbbüskarlığı və uzaqgörən strateji qərarları, ən əsası şərəfli həyatını xalqımızın rifahına, dövlətinin inkişafına həsr etməsi sayəsində mümkün olmuşdur.Deputat bildirib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızı azad görmək idi və inanırdı ki, ərazilərimiz işğaldan mütləq qurtulacaq. 2003-cü ildə xalqa müraciətində bu inamı ifadə edərək, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin başa çatdıra biləcəyini vurğuladı.Həqiqətən də, Ulu Öndərin müəyyən etdiyi inkişaf və dövlətçilik strategiyasının layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hədəflərimizə çataraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, çoxəsrlik dövlətçilik tariximizdə ən böyük uğura – tarixi Zəfərə nail olduq.Millət vəkili əlavə edib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin irsi isə xalqımızın milli sərvətidir. Bu irsin qorunmasına, təbliği və yaşadılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan Fond mühüm töhfələr verir.Milli mənsubiyyəti ilə fəxr edən və milli kimliyimizi qürur mənbəyinə çevirən tarixi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin ölməz ideyaları, zəngin irsi əbədiyaşardır və illər ötüb keçsə də onun adı, misilsiz əməlləri xalqımızın yaddaşından əsla silinməyəcək!Zaur Şükürov sözlərinin sonunda vurğulayıb ki, ata vəsiyyətini yerinə yetirərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən, Ulu Öndərin görmək istədiyi hədəflərə inamla nail olan cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün inkişaf edən, güclənən Azərbaycan Ümummilli Liderin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib 

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.Oxu24.com  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Slovakiya Prezidentini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İyulun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq arasında videokonfrans formatında görüş keçirilib.Bu barədə Oxu24.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisi ilə Pan-Afrika Parlamenti arasında əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Söhbət zamanı bu cür təmasların parlament diplomatiyasının möhkəmləndirilməsinə və tərəflər arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb.S.Qafarova Pan-Afrika Parlamentinin fəaliyyətinə toxunaraq, Azərbaycan Parlamentinin bu təşkilatla münasibətləri daha da inkişaf etdirmək niyyətini ifadə edib. Görüşdə, həmçinin, Pan-Afrika Parlamenti ilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Bolqarıstan Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyə hazırdır  

Bolqarıstan Rusiyaya qarşı Avropa İttifaqının hazırladığı yeni sanksiyalar paketini dəstəkləməyə hazır olduğunu açıqlayıb.Oxu24.com Bolqarıstan Milli Xəbər Agentliyinə  (BTA) istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Velislava Petrova Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib ki, Bolqarıstanın irəli sürdüyü iradlar nəzərə alınıb."Bolqarıstanın rezervasiyaları nəzərə alınıb və biz paketi dəstəkləməyə hazırıq", – deyə nazir vurğulayıb.Bununla yanaşı, Sofiya Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin və "LUKOIL" şirkətinin keçmiş prezidenti Vaqit Ələkbərovun sanksiya siyahısına daxil edilməsinə etirazını davam etdirir.Bolqarıstan hesab edir ki, Patriarx Kirillə qarşı sanksiyalar nə iqtisadi təsir göstərəcək, nə də müharibənin başa çatmasına töhfə verəcək. Əksinə, bu addımın Rusiyada anti-Avropa təbliğatını gücləndirə biləcəyi qeyd olunur.Vaqit Ələkbərovla bağlı isə Bolqarıstan bildirir ki, onun sanksiya siyahısına salınması ölkə iqtisadiyyatında mühüm rol oynayan "LUKOIL" qrupunun fəaliyyətinə mənfi təsir göstərə bilər.Nazir əlavə edib ki, Yunanıstanın enerji sektoru, Avstriyanın isə maliyyə sektoru ilə bağlı etirazları səbəbindən Avropa Komissiyasının təklif etdiyi sanksiyalar paketi üzrə hələ tam razılıq əldə olunmayıb.Velislava Petrova həmçinin iyulun 15-də Ukraynanın enerji təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq məqsədilə Kiyevə səfər edəcəyini açıqlayıb.Turan…

"İran siyasətçilərinin  Azərbaycanın və Türkiyənin daxili işlərinə qarışmağa ixtiyarları yoxdur"

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak etməməsi Tehranın diplomatik reaksiyasına səbəb olub. İranın Ermənistandakı səfiri Xəlil Şirqolami öz çıxışında Ermənistanın baş nazirinin və nümayəndə heyətinin dəfndə iştirakını yüksək qiymətləndirib, Bakı və Ankaraya qarşı isə "yadda saxlayacaqları" mesajını verərək sərt ritorika nümayiş etdirib. Səfirin "Hər iki Prezident Tehranda gözlənilirdi" sözləri isə iki ölkənin daxili işlərinə və qərarlarına qarşı açıq diplomatik narazılıq kimi qiymətləndirilir. Mövzu ilə bağlı politoloq Elşad Həsənov Oxu24.com-a açıqlama verib.Politoloq Elşad Həsənov mövzunu şərh edərkən bildirib ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami öz çıxışında İrəvanın addımını təqdir etsə də, oradan Azərbaycana və Ankaraya qarşı yer almayan ritorikalardan istifadə edib:“Bir səfirin digər dövlətlərin başçılarının dəfn mərasimində iştirak edib-etməməsinə görə qınaq səsləndirməsi onun səlahiyyəti daxilində deyil. Bu, təbii ki, İran fars-molla rejiminin apardığı qərəzli siyasətdir”.O qeyd edib ki, Xamenei həlak olandan sonra Azərbaycan Prezidenti ilk olaraq İran səfirliyinə getdi, başsağlığı verdi və nekroloq yazdı. Bunun qarşılığında isə Amerika, İsrail və İran gərginliyi fonunda İran tərəfindən bizim ərazimizə dron hücumları təşkil edildi və vətəndaşlarımız yaralandı:“Həmçinin Türkiyə ərazisinə İran tərəfindən 4 raket zərbəsi endirildi. Bütün bunlara baxmayaraq, nə Azərbaycan, nə də Türkiyə İrana qarşı hər hansı bir cavab tədbiri görmədi. Azərbaycan Prezidenti İran Prezidenti Pezeşkianla danışdı və məsələnin aydınlaşdırılmasını tələb etdi. Eyni zamanda Türkiyə də diplomatik xətlə müraciət edərək bu məsələlərin qarşısının alınmasını istədi”.Elşad Həsənov belə bir gərgin dövrdə dövlət başçılarının dəfn mərasiminə qatılmasını hər bir ölkənin özünün prioriteti, daxili işi olduğunu vurğulayıb:“Bu məsələ İranın İrəvandakı səfirinin göstərişi ilə həll olunmur. Azərbaycan öz başsağlığını verib və Parlamentin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti həmin dəfn mərasimində iştirak edib. Eyni zamanda Türkiyədən də böyük nümayəndə heyəti orada təmsil olunub”.Politoloqun sözlərinə görə, Prezidentlərin orada şəxsən iştirak etməməsinin isə bir çox səbəbləri, o cümlədən ciddi qrafikləri və eyni zamanda təhlükəsizlik problemləri var. Bu nöqteyi-nəzərdən Azərbaycan və Türkiyə prezidentlərinin dəfndə iştirak etməməsinin qınanması diplomatik qaydalara uyğun deyil:“Biz heç vaxt digər ölkələrin daxili işlərinə qarışmırıq və İran siyasətçilərinin də Azərbaycanın və Türkiyənin daxili işlərinə qarışmağa ixtiyarları yoxdur. Hesab edirəm ki, səfirin bu çıxışı diplomatik qaydalardan kənar, tamamilə yersiz bir demarşdır”,- deyə o fikrini tamamlayıb. Çimnaz Telmanqızı

Prezident: Milli ləyaqət hər şeydən üstündür

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib.Oxu24.com  xəbər verir ki, Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını bildirib."Biz gələcəyə baxmalıyıq, dünya dəyişir, yeni təhdidlər və təxribatlar ortaya çıxır. Kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bu heç vaxt olmayacaq, bu mübarizə daimi olmalıdır. Mübarizə öz hüquqlarımızı və milli kimliyimizi qorumaq üçündür, mübarizə öz müstəqilliyimiz öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələr və onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq, amma nəticə etibarilə qurban olurlar, böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntı görüb, həm zəfər, həm də bərpa görüb və bunun iştirakçısıdır", - İlham Əliyev deyib.Prezident bəyan edib ki, milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır:"Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən, sınmayasan, heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diqtəsi ilə oturub durmayasan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvə-nəticələrinə bunu aşılayasan. Ona görə də bizim gələcək inkişafımız gənc nəsillə bağlı olacaq. Onlar da bizim kimi vətənə bağlı, mətin, iradəli, güclü olmalıdır ki, Azərbaycan da daim yüksəllıərdə olsun".

ŞƏRH: Azərbaycanın diplomatik mövqeyi İsrailin qərarına təsir etdi

Azərbaycan ilə İsrail arasında illərdir davam edən strateji tərəfdaşlıq regional siyasi proseslərdə növbəti dəfə öz sözünü deməkdədir. İsrail Knessetində 1915-ci il hadisələrinin qondarma “erməni soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsinin dayandırılması Təl-Əvivin Bakı ilə münasibətlərə verdiyi dəyərin bariz nümunəsidir. Erməni lobbisinin və müəyyən siyasi dairələrin iki ölkə arasındakı hərbi-strateji tərəfdaşlığa zərbə vurmaq cəhdləri rəsmi Bakının qətiyyətli diplomatiyası qarşısında iflasa uğradı. Bu addım həm də regional təhlükəsizlik və Cənubi Qafqazda davam edən sülh prosesi kontekstində Azərbaycanın geosiyasi çəkisinin artdığını nümayiş etdirir. Hazırkı həssas mərhələdə İsrail parlamentinin belə bir qərar qəbul etməsi Bakı-Təl-Əviv xəttindəki etimadın sarsılmaz olduğunu bir daha sübut edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu qərarda Azərbaycan–İsrail strateji tərəfdaşlığı birbaşa və həlledici rol oynayıb:"İsrail hökumətinin Knessetdə qondarma təşəbbüsü dayandırması rəsmi Bakının qəti mövqeyinin və iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyətinin birbaşa nəticəsidir. Təl-Əviv üçün Bakı sadəcə etibarlı bir tərəfdaş deyil, həm də türk-islam coğrafiyasında özünü qəbul etdirməyin və legitimlik qazanmağın mühüm vasitəsidir. Digər tərəfdən, İsrail İranla regional rəqabət fonunda Azərbaycan kimi strateji çəkiyə malik olan bir müttəfiqi itirməyi əsla gözə ala bilməz”.Politoloqun sözlərinə görə, hər kəsə məlumdur ki, Ankara ilə Təl-Əviv arasında gərginliyi aradan qaldırmaq ildən-ilə çətinləşir və tərəflərin verdiyi qərarlar Bakıya da təsir edir:“Yaxın keçmişdə Türkiyənin İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinə öz hava məkanını bağlaması səbəbindən onun Bakıdakı COP29 tədbirinə gələ bilməməsi regional gərginliyin göstəricisi idi. Belə bir reallıqda İsrail tərəfinin 1915-ci il hadisələrini gündəmə gətirməsi Bakı-İrəvan sülh danışıqlarına da ciddi zərbə vuracaq mahiyyət daşıyırdı. Lakin rəsmi Bakı bu cür siyasi gedişlərə praqmatik və ustalıqla qurulmuş diplomatik həmlələrlə cavab verir”.Turan Rzayev qeyd edir ki, Azərbaycan heç bir zaman milli maraqlarına uyğun gəlməyən situasiyalarda birbaşa tərəf kimi çıxış etmir və haqsız olanın yanında yer almır:“Bakı həm Türkiyə-İsrail, həm də İran-İsrail münasibətlərində alternativ vasitəçi və balansı qoruyan tərəfdir”.O sonda əlavə edib ki, İsrailin bu son addımı göstərir ki, Təl-Əviv Bakının proseslərdən narahatlığını düzgün oxuyub və iki ölkə arasındakı strateji müttəfiqliyin pozulmaması üçün geri addım atmağa məcbur olub. Çimnaz Telmanqızı

İlham Əliyev: Azərbaycan özünü qorumağa öyrəşib

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur.Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. Bütün risklər sərhədlərimizin kənarında formalaşır. Siyasi xarakterli risklər çox cüzidir. İdeoloji təxribatlarla bağlı riskləri də ciddi hesab etmirik. Çünki indiyədək belə cəhdlər çox olub, amma onların heç biri uğur qazanmayıb. Azərbaycan dövləti və cəmiyyəti Konstitusiyamızda təsbit olunmuş prinsiplərə sarsılmaz şəkildə sadiqdir. Fiziki təhlükələr isə əlbəttə ki, mövcuddur. Müasir müharibələrin xarakterini nəzərə alsaq, bu gün demək olar ki, heç bir ölkə özünü tam təhlükəsiz hesab edə bilməz. Xüsusilə də iki müharibə aparan dövlət arasında yerləşən bir ölkə üçün əsas təhlükə məhz budur. Üstəlik, həmin müharibələrin həm gedişi, həm də sonrakı nəticələri tamamilə proqnozlaşdırıla bilməz. Müharibənin özü böyük faciədir. Ancaq uzun sürən müharibə də az təhlükəli deyil. Müharibədən sonrakı dövrdə ölkələrin hansı vəziyyətdə olacağı, yaranmış problemləri necə həll edəcəyi əvvəlcədən bilinmir. Ona görə də bizim üçün əsas risk Azərbaycanı hansısa avantüralara cəlb olunmaq cəhdləridir. Əvvəllər belə cəhdlər əsasən siyasi xarakter daşıyırdı. Biz onlardan uğurla yayına bildik və nəticədə həmin cəhdlər demək olar ki, dayandı”, - dövlət başçısı deyib.Prezident İlham Əliyev qeyd edib ki, indi isə bu təhlükələr daha ciddi və daha təhlükəli xarakter alıb: “Amma özümüzü qorumağa öyrəşmişik. Birləşmiş təzyiqlərə qarşı mübarizə aparmağa da öyrəşmişik. Təhlükəsizliyimizi, sərhədlərimizi və müxtəlif təhdidlərə qarşı müdafiə sistemimizi gücləndirmək 2003-cü ildən etibarən mənim əsas fəaliyyət istiqamətlərimdən biridir. Gücüm çatdığı müddətdə də bunu davam etdirəcəyəm. Bu proses heç vaxt başa çatmayacaq. Ötən il artıq rahat nəfəs almağın mümkün olub-olmadığını müzakirə edirdik. Belə bir imkan olmayacaq. Hətta 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra da biz bir an belə dayanmadıq. Nə dincəlməyə, nə də uzun müddət bayram etməyə vaxtımız oldu. Çünki elə bayram etmək olar ki, sonra hər şeyi əldən verəsən. Biz dərhal növbəti mərhələyə hazırlaşmağa başladıq. 2023-cü ildən sonra isə Azərbaycana qarşı açıq təhdidlər və sanksiya cəhdləri başladı. Biz o vaxtdan bu günə qədər müxtəlif cəbhələrdə həmin təzyiqlərə qarşı mübarizə aparırıq. Yeri gəlmişkən, bir az əvvəl "orta güc" anlayışının meyarlarından danışarkən bir məqamı unutmuşdum. Onlardan biri də eyni vaxtda bir çox cəbhədə müqavimət göstərə bilmək bacarığıdır. Mən bizim vəziyyəti başqa münaqişələrlə müqayisə etmək istəmirəm. Adətən hansısa ölkəni bir qrup dövlət dəstəkləyir, digər qrup isə ona qarşı çıxır. Bizim vəziyyət isə tam fərqli idi. Biz fiziki deyil, siyasi və diplomatik müstəvidə eyni vaxtda bir çox istiqamətdə müdafiə olunmalı idik. Bu proses bu gün də davam edir. Ona görə də sakit həyat olmayacaq. Heç kim buna ümid etməsin”.

Prezident Pakistanın vasitəçilik missiyasını ALQIŞLADI

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib.Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda pakistanlı jurnalistin ABŞ-İran münaqişəsinin həlli istiqamətində İslamabadın sülh səyləri ilə bağlı sualını cavablandırarkən toxunub.“Mənim mesajım onlara ən xoş arzularımı çatdırmaq və bu möhtəşəm səylərini davam etdirmələrini arzulamaqdır. Mən əziz qardaşım, Baş nazir Şahbaz Şərifə zəng edərək əldə olunan razılaşma münasibətilə onu təbrik etdim. Çünki bu razılaşma əsasən Pakistanın vasitəçilik səyləri nəticəsində mümkün oldu. Bu, bir daha göstərir ki, ölkəniz beynəlxalq aləmdə böyük hörmətə malikdir. Məhz Pakistan vasitəçilik missiyasını üzərinə götürərək bu məsuliyyəti daşıyan yeganə ölkə oldu. Biz də hadisələrin gedişini diqqətlə izləyirdik və gördük ki, həm Baş nazir, həm feldmarşal, həm də onların komandaları bu prosesə tam sədaqətlə yanaşıblar. Əminəm ki, son hadisələr və yaranmış yeni gərginlik fonunda onlar yenidən qarşıdurmanın dayandırılması üçün əllərindən gələni edəcəklər. Düşünürəm ki, Pakistan istisna olmaqla bunu bacaracaq başqa bir ölkə yoxdur. Ümid edirəm və inanıram ki, onlar yenidən Yaxın Şərqdə sülhün bərqərar olmasına töhfə verməkdə uğur qazanacaqlar. Bu, həm də ölkənizin potensialının, rəhbərlərinizin bacarığının və Pakistanın yalnız bu məsələdə deyil, ümumilikdə qazandığı geniş beynəlxalq nüfuzun növbəti göstəricisidir”, - dövlət başçısı qeyd edib.

İlham Əliyev həmin şəxsin adını AÇIQLADI:Azərbaycana birinci yardım edən...

Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq-qardaşlıq dayanır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə dostluq münasibətləri bu əlaqələri daha da yüksək səviyyəyə qaldırıb.Oxu24.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib."Onu da bildirməliyəm ki, Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Özbəkistan Prezidenti olub. Füzulidə Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilib və biz ikimiz o məktəbin açılışını etmişik. Ondan sonra digər qardaş dövlətlər – Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələr bizə hədiyyələr etmişdir", - prezident vurğulayıb.Dövlət başçısı əlavə edib ki, Özbəkistanda olanda xalqlar arasındakı yaxınlığa və bağa şahid olur:"Mən orada yazılara baxanda görürəm ki, heç bir tərcüməyə ehtiyac yoxdur, dillərimiz də bir-birinə bənzəyir, tələffüzdə fərq var, amma hər şey anlaşılır. Bizi çox böyük tarixi əlaqələrimiz birləşdirir, Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritetlərdən biridir".İlham Əliyev əlavə edib ki, Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi olan tikiş fabriki də Özbəkistan sərmayesi ilə açılıb:"Bir çox iqtisadi-sənaye layihələri icra edirik, biz birgə sərmayə fondu yaratmışıq ki, bu fondun dəyəri 500 milyon dollar dəyərindədir. Bu fond həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağında sərmayə qoyur, ümid edirəm ki, yaxın gələcəkdə müjdəli, xoş xəbər alacağıq. Çünki bu gün enerji təhlükəsizliyi, xüsusilə, qaz təchizatı bir çox ölkə üçün önəmlidir, ümid edirəm ki, Üstyurd yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq".Prezident əlavə edib ki, Azərbaycan-Mərkəzi Asiya formatında Prezident Mirziyoyevin müstəsna xidmtələri və xüsusi rolu var."Azərbaycan artıq tamhüquqlu üzv kimi bu məşvərət şurasına qoşuldu, iki dəfə fəxri qonaq qismində qoşulmuşam, son dəfəsində isə artıq Azərbaycan Mərkəzi Asiya vahid Məşvərət Şurası yaradılmışdı, bu bizi çox qürurlandırır, sevindirir. Bu çox unikal hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma mədəni, tarixi, etnik və siyasi əlaqələr o qədər güclü və çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər. Bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Çünki Mərkəzi Asiya Azərbaycanla vahid iqtisadi və siyasi məkanda birləşir, eyni zamanda, nəqliyyat-logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var", - İlham Əliyev vurğulayıb.Prezident bildirib ki, bütün bunların reallaşmasında Prezident Şavkat Mirziyoyevin uzaqgörənliyi rol oynayıb:"Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu il də olacağam. Hər səfərimdə yenilikləri görəndə çox sevinirəm, bilirəm ki, qardaş özbək xalqı və dövləti Prezident Mirziyoyevin rəhbərliyi ilə uğur və inamla irəliləyir".

İlham Əliyev: Bu mövqeyimiz ədalət və beynəlxalq hüquqa əsaslanır

Azərbaycan Prezidenti İlham Əliyev Folklend adaları məsələsinə münasibət bildirib.Oxu24.com  xəbər verir ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda argentinalı jurnalistin Böyük Britaniya və Argentina arasında Malvin (Folklend) adaları ilə bağlı sualını cavablandırarkən deyib ki, bu məsələnin nə qədər həssas olduğunu yaxşı bilir.“Hətta tələbə olduğum vaxt diplom işimin mövzusu da məhz İngiltərə-Argentina münaqişəsi idi. Çünki həmin hadisələr 1982-ci ildə baş vermişdi. Mən də 1982-ci ildə universiteti bitirirdim. Buna görə mövzu çox aktual idi və baş verən hadisələr barədə təxminən 30 səhifəlik təhlil yazmışdım. Düşünürəm ki, müsbət məqam ondan ibarətdir ki, mövcud vəziyyətə baxmayaraq, Böyük Britaniya və Argentina yaxşı münasibətləri qoruyub saxlayırlar. Yəqin ki, yaxın günlərdə yalnız yarımfinalda qarşılaşacağınız zaman rəqabət olacaq. Bu da ilk belə qarşılaşma deyil, əvvəllər də olub. Hesab edirəm ki, bu məsələ qarşılıqlı xoş niyyət və danışıqlar ruhunda, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun şəkildə həll olunmalıdır. Əsas məsələ hər bir ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan bu prinsipin qətiyyətli tərəfdarıdır. Bu mövqe, təbii ki, ölkəmizin ərazi bütövlüyünün vaxtilə pozulması ilə bağlı formalaşıb. Lakin biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra da bu mövqedən geri çəkilmədik. Biz heç vaxt bu məsələyə siyasi üstünlüklər və ya ayrı-ayrı ölkələrlə münasibətlər prizmasından yanaşmamışıq. Biz onu ədalət və beynəlxalq hüquq baxımından qiymətləndiririk. Mənim mesajım da budur: Öz hüquqlarınızı və suverenliyinizi qoruyun. Bu, ötən il ukraynalı dostlarımıza ünvanladığım mesajın mahiyyətcə eynisidir”, - deyə dövlət başçısı qeyd edib.

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.Oxu24.com  xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bununla bağlı müvafiq sərəncam imzalayıb.Sərəncama əsasən, Emin Nurəddin oğlu Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunub.Qeyd edək ki, E.Məmmədxanlı bu vəzifəyə 2023-cü ilin sentyabr ayında təyin edilmişdi.Report 

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək.Oxu24.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.“Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır. Təbii ki, Ağ Evdə tarixi görüş zamanı mən Prezident Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan lideri Monteneqro Prezidentinə təbrik məktubu ünvanlayıb 

Prezident İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.Oxu24.com  xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Xoş ənənələr üzərində qurulan Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər istiqamətlər üzrə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monteneqro arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

İlham Əliyev: Rusiya ilə münasibətlərdə çətinliklər geridə qalıb

Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib.“Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Bəli, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları xətti ilə fəal əlaqələr mövcuddur. Bu baxımdan hesab edirəm ki, hər şey normal inkişaf edir və biz bundan məmnunuq. Rusiya ilə Azərbaycan arasında münasibətlər həm ikitərəfli əməkdaşlıq, həm də daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətlər həm ənənəvi əməkdaşlıq sahələrini, həm də gələcəkdə yarana biləcək yeni istiqamətləri əhatə edir. Burada nəqliyyat məsələləri xüsusi əhəmiyyət kəsb edir. Ticarət və humanitar əməkdaşlıq da vacib istiqamətlərdəndir”, - dövlət başçısı qeyd edib.

Nazirlər Kabinetindən yeni qərar: Qadağan edildi

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Belə ki, Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq.Həmçinin qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.Bundan başqa, "Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"nə yeni redaksiya verilib.Həmçinin "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə" görə, Zonada yerüstü və yeraltı abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

İlham Əliyev ABŞ-İran münaqişəsindən danışdı 

Azərbaycan ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulmasına ümid edir.Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.Dövlət başçısı qeyd edib ki, Azərbaycan demək olar ki, müharibənin mərkəzindədir:"Hazırda bizim həm şimalımızda, həm də cənubumuzda olan qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir. Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Xüsusən də bu məsələdə Pakistanı, dostum Şahbaz Şərifi qeyd etmək istəyirəm. Onlar vasitəçilik baxımından ABŞ və İran arasında böyük iş görüblər. Təəssüf ki, bu, çox çəkmədi. Ancaq yenə də ümid edirəm ki, hazırkı münaqişənin yenidən başlanması uzunmüddətli olmayacaq. Tezliklə münaqişəyə son qoyulmasına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir".

Prezident İlham Əliyev Azərbaycanla bağlı mühüm xəbəri AÇIQLADI: 2032-ci ilə qədər...

Avropa İttifaqına üzv bəzi digər ölkələrlə də qaz ixracına başlamaq və mövcud tədarük həcmlərini artırmaq barədə danışıqlar aparırıq.Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Bu il Almaniya və Avstriyaya qaz tədarükünə başladıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirmək istiqamətində həyata keçirdiyimiz ümumi strategiyanın bir hissəsidir. Avropa bazarı premium bazardır. Burada qiymətlər daha əlverişlidir. Buna görə də biz bazardakı iştirakımızı genişləndirməkdə çox maraqlıyıq. Hazırda Azərbaycan qazını boru kəmərləri vasitəsilə 16 ölkəyə ixrac edir. Boru kəməri ilə qaz tədarükünün coğrafiyasına görə dünyada birinci yerdəyik. Bununla da kifayətlənmirik. Hazırda Avropa İttifaqına üzv bəzi digər ölkələrlə də qaz ixracına başlamaq və mövcud tədarük həcmlərini artırmaq barədə danışıqlar aparırıq. Yəni həm yeni tədarük, həm də həcmlərin artırılması ilə bağlı müraciətlər alırıq”, - dövlət başçısı deyib.Prezidentin sözlərinə görə, bugünkü enerji bazarında Azərbaycanın etibarlı, proqnozlaşdırıla bilən və alternativ mənbə kimi qazı əvvəlki illərlə müqayisədə daha böyük əhəmiyyət daşıyır: “Bizim hasilatı və ixracı artırmaq potensialımız var. Cəmi bir ay əvvəl "Azəri–Çıraq–Günəşli" yatağının Dərin Qaz layihəsi üzrə hasilata başladıq. Mövcud yataqlarda da iş proqramına və investisiya portfelinə uyğun olaraq hasilat artacaq.Bundan başqa, bərpa olunan enerji sahəsində də böyük işlər görülür. Artıq bu mənbələr bizə xeyli həcmdə təbii qaza qənaət etməyə imkan verir və gələcəkdə bu rəqəm daha da artacaq. 2032-ci ilə qədər bərpa olunan enerji mənbələri üzrə 8 giqavat gücə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisi istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr təbii qazın qənaət olunmasına imkan verəcək və həmin həcm ixrac üçün əlçatan olacaq.Beləliklə, bizim iki mühüm üstünlüyümüz var: artan qaz hasilatı və mövcud bazar. İndi əsas məsələ bu iki amili birləşdirən nəqliyyat infrastrukturunu genişləndirmək və modernləşdirməkdir. Mövcud qaz nəqli infrastrukturu 2022-ci ildən əvvəlki ssenariyə əsasən layihələndirilib və inşa olunub. Boru kəmərlərinin ötürücülük qabiliyyəti o dövrdəki hasilat proqnozları və yataqların işlənməsi strategiyası nəzərə alınmaqla müəyyənləşdirilmişdi.Çünki qazı istəsəniz 10 ilə də çıxarmaq olar, 100 ilə də. Bizim üçün daha məqsədəuyğun olan hasilatı onilliklər ərzində sabit saxlamaq idi, yoxsa daha çox sərmayə yatıraraq daha qısa müddətdə daha çox qaz hasil etmək? Strategiyamız buna uyğun qurulmuşdu”.Prezident qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına Avropada tələbat kəskin şəkildə artıb: “Avropa Komissiyası bizə müraciət edərək, hasilatı mümkün qədər tez artırmağımızı xahiş etdi və biz bunu etdik.Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı da elan olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz ixracımız 65 faiz artıb. Bu artım gələcəkdə də davam edəcək. Buna görə də mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin əsas maneə Avropa İttifaqının Yaşıl Gündəliyidir. Avropa bankları artıq fosil yanacaq layihələrinin maliyyələşdirilməsinə həvəs göstərmirlər. Buna görə də əsas sual budur: nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün maliyyə vəsaitini haradan cəlb etmək olar?”Azərbaycan Prezidenti əlavə edib ki, boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması da vacibdir: “Digər, bəlkə də daha mühüm məsələ isə uzunmüddətli müqavilələrdir. Məhz bu mövzunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə də müzakirə etdik. Bizə uzunmüddətli müqavilələr lazımdır. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün böyük həcmdə investisiyalar yatırmalıyıq. Əgər müəyyən müddətdən sonra bizə "təşəkkür edirik, artıq sizin qazınıza ehtiyacımız yoxdur" deyilərsə, o zaman yatırdığımız investisiyalarla nə etməliyik? Buna görə də iki əsas məsələ var: uzunmüddətli müqavilələrin bağlanması və qaz nəqli sisteminin ötürücülük qabiliyyətinin genişləndirilməsi.Bundan əlavə, bazarların şaxələndirilməsi də böyük əhəmiyyət daşıyır. Biz artıq əvvəllər heç düşünmədiyimiz bir bazara – Suriyaya qaz ixracına başlamışıq. Gələcəkdə Suriya üzərindən qonşu ölkələrə də qaz tədarükünü genişləndirmək imkanımız var. Həmin regionda enerji resurslarına böyük tələbat mövcuddur. Bu baxımdan, Avropadakı tərəfdaşlarımızla münasibətlərdə bizim üçün ən vacib məsələlər uzunmüddətli müqavilələrin imzalanması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsidir”.

Prezident: ABŞ ilə strateji tərəfdaşlığımız güclənib

Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Biz çox məmnunuq ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Ötən ilin avqustunda Vaşinqtonda Prezident Tramp ilə tarixi görüşüm, bu ilin yanvarında Davosda keçirdiyimiz görüş, Prezident Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının təsisçi üzvlərindən biri olmaq üçün Azərbaycanın dəvət edilməsi, vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri, Bakıda onunla strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanması və digər hadisələr münasibətlərimizin tarixdə görünməmiş səviyyəyə yüksəldiyini göstərir.Hazırda biz Strateji Tərəfdaşlıq Bəyannaməsinin bütün müddəalarının icrası istiqamətində fəal işləyirik. Bu məqsədlə yaradılmış işçi qrupları ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları, müdafiə və silah satışları sahələrində çox fəal fəaliyyət göstərirlər”, - dövlət başçısı qeyd edib.Prezident İlham Əliyev vurğulayıb ki, ABŞ Azərbaycana silah satışına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb: “Bundan dərhal sonra Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr də eyni addımı atdılar. Düşünürəm ki, bütün bunlar ikitərəfli münasibətlərimizin ruhunu, mahiyyətini və gələcək potensialını çox aydın şəkildə nümayiş etdirir”.

Azərbaycan lideri: İslam dünyasında daha çox birliyə ehtiyac var

“Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub”.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Gələn il biz İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Bu, xüsusilə indiki mürəkkəb və gərgin dövrdə bizim üçün böyük məsuliyyətdir.Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub. Ölkəmizdə keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər məhz həmrəyliyin, qarşılıqlı anlaşmanın və birliyin gücləndirilməsinə xidmət edib.Zirvə toplantısına qədər vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Təəssüf ki, hazırda müsəlman dünyasında kifayət qədər həmrəylik müşahidə etmirik. Əksinə, gərginliyin artdığını, qarşılıqlı ittihamların səsləndirildiyini və dünyanın müxtəlif bölgələrində, təkcə Yaxın Şərq və Körfəz regionunda deyil, başqa yerlərdə də müharibələrin davam etdiyini görürük.Bu isə çox məyusedicidir. Mən hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı daxilində həmrəylik təhlükəsizlik və sabitliyin əsas şərtlərindən biridir. Daha çox birlik və qarşılıqlı anlaşma olsa, çətinliklər də daha az olar”, - dövlət başçısı deyib.Prezident qeyd edib ki, Azərbaycanın bu istiqamətdə rolu hər zaman yüksək qiymətləndirilib: “Müxtəlif dövrlərdə və müxtəlif tərəflər arasında konstruktiv vasitəçi kimi çıxış etmişik. Bizim mövqeyimiz həmişə gərginliyin azaldılmasına və praktik nəticələrin əldə olunmasına yönəlib.Yeri gəlmişkən, bu imkanlarımızı Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də nümayiş etdirdik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin əksəriyyəti eyni zamanda Qoşulmama Hərəkatının da üzvüdür. 120 dövləti birləşdirən bu təşkilat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də yenidən yekdilliklə bir il uzadıldı. Bu, bir-birindən uzaq mövqedə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun etirafı idi.Eyni potensial COP29-a sədrlik etdiyimiz zaman da mühüm rol oynadı. Bu, hətta daha çətin idi. Çünki çox ziddiyyətli mövqelər, fikir ayrılıqları və qarşıdurmalar mövcud idi. Buna baxmayaraq, nəticə əldə olundu.Bu gün COP29-un mirası gələcək bütün COP konfransları və yaşıl gündəlik üçün mühüm əhəmiyyət daşıyır.Biz zirvə toplantısına qədər olan dövrdə və Sammit zamanı bütün imkanlarımızdan istifadə edərək həmrəyliyi nümayiş etdirməyə çalışacağıq və bunun üçün əlimizdən gələni edəcəyik.Nə dərəcədə uğur qazanacağımızı indidən demək çətindir. Eləcə də gələn yay dünya və regionumuzun necə görünəcəyini proqnozlaşdırmaq asan deyil”.

İlham Əliyev: Avropa Şurası səhvini etiraf etməlidir

“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi. Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu addım yəqin ki, daha əvvəl atılardı. Bu, sadəcə olaraq suverenliyimizi bərpa etdiyimizə görə bizə verilən cəza idi”, - dövlət başçısı deyib.Prezident bildirib ki, bundan sonra Azərbaycan nümayəndə heyəti çox düzgün qərar qəbul edərək, Assambleyanın iclaslarında iştirakını dayandırıb: “Çünki səsvermə hüququmuz yoxdursa, orada olmağımızın nə mənası var? Yeri gəlmişkən, biz həmin vaxtdan etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində də iştirak etməmişik.Məhz buna görə də Azərbaycan həmin məhkəmənin qərarlarını tanımır. Çünki həmin hakimlərin kim olduğunu müəyyənləşdirən səsvermədə iştirak etməmişik. İki ildən artıqdır ki, biz ayrı-seçkiliyə məruz qalırıq.Açıq şəkildə deyə bilərəm ki, hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik.Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur.Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar.Heç bir hüquqi əsas olmadan bizi səsvermə hüququndan məhrum etdilər. Buna görə də atılmalı olan addım odur ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa edilsin. Bundan sonra nümayəndə heyətimiz Assambleyaya qayıdacaq. Məsələ məhz belə olmalıdır, əksinə yox.Biz onlara qarşı heç bir yanlış addım atmamışıq. Ədalətsiz qərarı onlar qəbul ediblər. Buna görə də geri addımı da onlar atmalı, cəsarət göstərərək böyük səhvə yol verdiklərini etiraf etməlidirlər.Mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə ifadə etmişəm. Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək. Yəni orada olub-olmamağımız ölkə daxilində ciddi dəyişiklik yaratmır.Əlbəttə, qarşıdurma əvəzinə bu institutlarla normal münasibətlərimizin olması daha yaxşıdır. Biz qarşıdurma axtarmırıq. Xüsusilə də nəzərə alsaq ki, təkcə Avropa Şurası Parlament Assambleyası deyil, Avropa Parlamenti də mütəmadi olaraq Azərbaycana qarşı əsassız hücumlar edir.Mən hesab edirəm ki, bu, artıq Azərbaycana qarşı bir növ obsessiyaya çevrilib. Son beş il ərzində Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Onların heç biri bizim üçün əhəmiyyət daşımır və ölkədə heç nəyə təsir göstərmir.Buna baxmayaraq, əlbəttə ki, bu qurumlarla qarşıdurma deyil, normal münasibətlər daha məqsədəuyğundur. Ancaq bir daha vurğulayıram ki, bu vəziyyəti biz yaratmamışıq.Azərbaycan 2001-ci ildə könüllü şəkildə Avropa Şurasına üzv olub. Həmin dövrdə bu təşkilat da, ümumiyyətlə Avropa da indiki kimi deyildi. Biz həmin Avropaya müəyyən ümidlər və gözləntilərlə qoşulmuşduq. Ümid edirdik ki, üzvlük Qarabağ münaqişəsinin həllinə və suverenliyimizin bərpasına kömək edəcək.Biz münasibətlərin normallaşmasını istəyirik. Amma ilk addımı onlar atmalıdırlar”, - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev Azərbaycanın orta güc statusundan danışdı

Azərbaycanın artıq orta güc dövlətinə çevrildiyini bildirən analitik yazıları oxumuşam və ekspertlərin fikirləri ilə tanışam.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Düşünürəm ki, belə forumlar da ölkənin hansı meyarlar əsasında orta güc dövləti adlandırılmasını müəyyənləşdirməyə kömək edə bilər. Bu meyarlar müxtəlif ola bilər və hələlik hamı tərəfindən qəbul edilən vahid meyar formalaşmayıb.Amma mənim fikrimcə, bu anlayış ölkənin potensialı, böyük dövlətlərin nə düşündüyündən və nə etdiyindən asılı olmayaraq, milli maraqlarını müdafiə etmək qabiliyyəti, kimsə sizə zərər vurmaq istəyəndə bütün imkanlarınızla müqavimət göstərə bilmək deməkdir. Şübhəsiz ki, müdafiə qabiliyyəti də əsas meyarlardan biridir. Ancaq söhbət yalnız hərbi paradlarda nümayiş etdirilən imkanlardan getmir. Əsas məsələ bu qabiliyyətin döyüş meydanında öz təsdiqini tapmasıdır.Mənim fikrimcə, mühüm amillərdən biri də ölkənin yalnız bir sözü, bir bəyanatı ilə sərhədlərindən kənarda baş verən proseslərə təsir göstərə bilməsidir. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib.Hesab edirəm ki, bu anlayışa aid edilə biləcək digər vacib meyar məsuliyyətdir. Bu, həm ölkə daxilində baş verənlərə görə məsuliyyət daşımaq, həm də müəyyən mənada bütün region qarşısında məsuliyyət hiss etmək deməkdir.Düşünürəm ki, sonradan komandamız bu meyarlara başqa məqamlar da əlavə edə bilər. Amma sadaladığım bütün xüsusiyyətlər Azərbaycana aiddir. Məhz buna görə də bir çox ekspertlər ölkəmizi orta güc dövləti adlandırırlar. Açığını desəm, mənim buna heç bir etirazım yoxdur”, - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev: Türkiyə və Azərbaycanı ayırmaq çətindir

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Çünki beş il əvvəl burada – Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq və bu sənəd münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdi. Beləliklə, biz təkcə qardaş və dost deyilik, həm də müttəfiqlərik. Əgər tərəflərdən birinin başına xoşagəlməz hadisə gəlsə, digəri bütün imkanları, o cümlədən hərbi potensialı ilə qardaşını müdafiə etmək üçün onun yanında olacaq. Bu, etnik köklərin, ortaq mədəniyyətin və ümumi tarixin dövlətlər arasında bu qədər sıx siyasi münasibətlər formalaşdırdığı çox nadir nümunələrdəndir.Əminəm ki, eyni və ya oxşar etnik köklərə və eyni dil ailəsinə mənsub olan xalqların belə münasibətlər qura bilmədiyi çoxsaylı nümunələri bilirsiniz. Əksinə, bəzən demək olar ki, eyni dildə danışan xalqlar bir-biri ilə müharibə aparırlar. Eyni dini paylaşan xalqların da qarşıdurmaya girdiyini görürük. Buna görə də Türkiyə–Azərbaycan münasibətləri qonşu ölkələr tərəfindən öyrənilməli və nümunə götürülməlidir. Qonşular bir-birini anlamalı və qarşılıqlı hörmət etməlidirlər”, - dövlət başçısı qeyd edib.

İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi. Dövlətimizin başçısı ölkəmizdə, […]

Source

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.

©

MM nümayəndə heyəti QDİƏT PA-nın 67-ci Baş Assambleyasında iştirak edəcək

Milli Məclisin (MM) nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci Baş Assambleyasında iştirak edəcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iştirak məqsədilə Milli Məclisin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

Tədbirdə "Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf" mövzusunda müzakirələr aparılacaq, təşkilati məsələlərə baxılacaq. Assambleya çərçivəsində qurumun komitə iclasları da keçiriləcək.

Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər iyulun 2-də başa çatacaq.

Azərbaycan XİN Cibutinin Müstəqillik Gününü təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cibutini Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

Təbrik mesajında Djibuti hökuməti və xalqına Müstəqillik Günü münasibətilə xoş arzular çatdırılıb.

"Müstəqillik Gününüz mübarək, Cibuti!" – deyə paylaşımda qeyd olunub.

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın AQEM-in Gənclər Şurasına sədrliyi çərçivəsində ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər, Azərbaycan ilə AQEM arasında gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

AQEM-in yaradılmasının 20 illiyinə həsr olunmuş xüsusi nəşr gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Qeyd olunub ki, nəşrdə nazirin AQEM çərçivəsində gənclər əməkdaşlığının inkişafına dair baxışlarını əks etdirən məqaləsi də yer alıb.

Görüşdə, həmçinin AQEM çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslərin həyata keçirilməsi və Gənclər Şurası platforması çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iyunun 26-da Bakı Bulvarında keçirilən "CandyFest" yay festivalını ziyarət ediblər.

"Report" xəbər verir ki, əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib.

Bildirilib ki, iyunun 1-dən başlayan festival iyulun sonunadək davam edəcək. Burada hər yaş qrupundan olan qonaqlar üçün təqdimatlar nəzərdə tutulub. Qeyd olunub ki, festival zamanı hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və əyləncə proqramları təşkil olunur.

Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva festival çərçivəsində təşkil olunmuş yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkiblər. Qonaqlar köşklərdə təamların dadına baxıb, festival ziyarətçiləri ilə görüşüb, şəkillər çəkdiriblər. Ziyarət zamanı qonaqlara müxtəlif hədiyyələr də təqdim olunub.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva açıq səma altında keçirilən "Sehrli mirvari" su sirki şousunu izləyiblər. Daha sonra nağıl qəhrəmanlarının iştirakı ilə işıq, musiqi və akrobatik elementlərin yer aldığı tamaşa nümayiş olunub.

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

İyunun 26-da Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Bakı Bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiya ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır.

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib.

"Report" xəbər verir ki, mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

"Boulevard Sports Club" idman klubunun açılışı

Əvvəlcə Dənizkənarı Milli Parkda ənənəvi tennis kortu kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan "Boulevard Sports Club" idman klubunun açılışı olub.

Leyla Əliyeva və Arzu Əliyeva idman klubunda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, yeni idman klubu Dənizkənarı Milli Parkda sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitnes zalı, padel kortları və dinamik idman imkanları yaradılıb.

"WasteShark" üzən sutəmizləmə qurğusunun təqdimatı

Sonra Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində innovativ "WasteShark" üzən sutəmizləmə qurğusunun təqdimatı olub. Təqdimat zamanı Leyla Əliyeva və Arzu Əliyevaya qurğunun texniki imkanları nümayiş etdirilib. Bildirilib ki, qurğu son illər Xəzər dənizində su səviyyəsinin enməsi fonunda sahilyanı ərazilərdə, dayaz sularda və qapalı akvatoriyalarda üzən tullantıların, biokütlənin və müxtəlif çirkləndiricilərin çevik şəkildə toplanmasına imkan verən qabaqcıl texnoloji həllərlə təchiz olunub.

Uzaqdan idarəolunan, xüsusi sensorlar və kameralarla təchiz edilən və çevik hərəkət imkanlarına malik qurğu su səthindəki tullantılar, üzvi qalıqlar və çirkləndirici maddələri toplayır. Xüsusilə əlçatanlıq məhdud olan sahələrdə səmərəli fəaliyyət göstərən "WasteShark" ekoloji monitorinq və təmizlik tədbirlərinin imkanlarını genişləndirməyə hesablanıb.

Qurğunun ilkin mərhələdə lokal təmizləmə işlərində tətbiqi, əldə olunan nəticələrə əsasən isə Bakı buxtasının daha geniş akvatoriyasında və müxtəlif istifadə formatlarında tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Elektrik mühərrikli faytonların təqdimatı

Daha sonra Bakı Bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihənin - elektrik mühərrikli faytonların təqdimatı olub.

Əvvəlcə Leyla Əliyeva və Arzu Əliyevaya yeni layihə haqqında məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin fayton ənənələrindən ilhamlanan həmin tarixi görünüşlü müasir nəqliyyat vasitələri bulvar ərazisində xüsusi marşrut üzrə ekoloji təmiz, səssiz və komfortlu gəzinti imkanları təqdim edir. Qeyd edilib ki, elektrik mühərrikli faytonların istifadəsi müasir, ekoloji və dayanıqlı şəhər mühiti prinsiplərinin təşviqi istiqamətində atılan addımlardan biridir. Sonra qonaqlar üçün elektrik mühərrikli faytonlarla bulvar boyunca gəzinti təşkil olunub.

Açılış və təqdimat mərasimləri zamanı Leyla Əliyeva və Arzu Əliyeva şəhər sakinləri ilə görüşüb, onlarla şəkil çəkdiriblər.

❌