Normal view

Sırağagün

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə səyahət etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqi üzrə işləri fəallaşdırmağı təklif edib.

"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu təkliflə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Çolpon-Atada keçirilən qeyri-rəsmi məşvərət görüşündə çıxış edib.

XƏBƏR YENİLƏNİR

Türkiyə istiqamətində aviabilet qiymətləri: Müqayisə nəyi göstərir?

Yay mövsümündə Türkiyə istiqamətinə aviabilet qiymətləri ətrafında müzakirələr daha da intensivləşir.

Bəs fərqli aviaşirkətlərin təklifləri arasında qiymət fərqi, həqiqətən, nə qədərdir?

"Report" xəbər verir ki, turizm eksperti Rəhman Quliyev Bakı-İstanbul marşrutu üzrə müxtəlif aviaşirkətlərin tariflərini müqayisə edərək qiymət fərqlərinin səbəblərini və sərnişinlərin aviabilet seçərkən diqqət yetirməli olduğu əsas məqamları təhlil edib.

Müqayisə məqalənin hazırlanması tarixinə "Aviasales" və "Kayak" platformalarında mövcud olan tariflər əsasında aparılıb. Bu zaman yalnız biletin ilkin qiyməti deyil, həm də tarifə daxil olan xidmətlər, əlavə ödənişlər və sərnişinin yekunda ödədiyi məbləğ nəzərə alınıb:

"Cədvəldən göründüyü kimi, müqayisə zamanı "Ajet" və Azərbaycan Hava Yollarının başlanğıc tarifləri arasında cüzi fərq müşahidə olunur. "Pegasus" və "Turkish Airlines" tərəfindən təklif olunan tariflər isə daha yüksəkdir. Bununla belə, aşağıbüdcəli aviadaşıyıcıların bir çox tariflərində qeydiyyata verilən baqaj, qidalanma və oturacaq seçimi əlavə ödənişlə təqdim olunur. Tam xidmət göstərən aviadaşıyıcılarda isə bu xidmətlərin əksəriyyəti tarifə daxil olduğundan sərnişin əlavə ödəniş etmədən daha geniş xidmət paketindən yararlana bilir.

Aviasiyada bilet qiymətləri sabit olmur və bir neçə əsas amilin təsiri altında formalaşır. Qiymətlər bazardakı rəqabət mühiti, konkret reys üzrə tələbat, təyyarənin doluluq səviyyəsi və uçuşa qalan müddətdən asılı olaraq dəyişir. Uçuş tarixi yaxınlaşdıqca və reyslər dolduqca daha sərfəli tariflər mərhələli şəkildə tükənir, nəticədə satışda daha yüksək qiymətli biletlər qalır. Buna görə də, xüsusilə yay mövsümündə səyahət etməyi planlaşdıran sərnişinlərə biletlərini son günlərə saxlamamaq tövsiyə olunur. Erkən planlaşdırma həm daha münasib qiymətlərlə bilet əldə etməyə, həm də uçuş vaxtı və tarif seçimi baxımından daha geniş imkanlardan yararlanmağa şərait yaradır.

Davamlı yüksək sərnişin tələbatı aviaşirkətlərin əməliyyat qərarlarına da birbaşa təsir göstərir. Məhz bu səbəbdən son aylarda Bakı-İstanbul marşrutu üzrə reyslərin sayı artırılıb".

"Beləliklə, aviabilet seçərkən yalnız başlanğıc qiymətinə əsaslanmaq düzgün yanaşma deyil. Müxtəlif aviaşirkətlərin təkliflərini obyektiv müqayisə etmək üçün tarifə hansı xidmətlərin daxil olduğunu, əlavə ödənişlərin yekun qiymətə necə təsir etdiyini, eləcə də uçuş şərtləri və ümumi rahatlıq səviyyəsini birlikdə qiymətləndirmək vacibdir. Bu yanaşma sərnişinlərə öz ehtiyac və büdcələrinə uyğun daha əsaslandırılmış seçim etməyə imkan verir", - ekspert bildirib.

Azərbaycan "Netflix"də turizm potensialını nümayiş etdirəcək

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədi ilə "Netflix" platformasında təbliğat xarakterli məlumatlar yerləşdirəcək.

"Report" xəbər verir ki, Agentlik bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, bu məqsədlə "Netflix Ads LLC" şirkətinə 510 min manat ödəniləcək.

Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib

Azərbaycan və Yunanıstan ikitərəfli münasibətlərin inkişafı üçün müntəzəm birbaşa hava əlaqəsinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Məlumata görə, bununla bağlı müzakirələr Yunanıstanın Bakıdakı səfiri Mariya Papakonstantinu ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüşdə aparılıb.

Bundan başqa, tərəflər artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirilən Bakı–İraklion birbaşa aviareysinin saxlanılmasının vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, iki ölkə arasında müntəzəm birbaşa hava əlaqəsinin işə düşməsi turizm, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi yolunda mühüm addım olacaq.

Azərbaycanda yağış və isti hava daxili turizmə necə təsir edib? - ARAŞDIRMA

Bu yay Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti gündəlik həyatla yanaşı, turizm sektoruna da təsirsiz ötüşməyib. Davamlı yağıntılar, qəfil hava dəyişiklikləri və bəzi bölgələrdə yaranan yol problemləri daxili turizmə təsir göstərərək bəzi istiqamətlərdə turist axınının azalmasına, eləcə də səyahət planlarının dəyişməsinə səbəb olub.

İqlim dəyişiklikləri fonunda turizm sektorunun yeni reallıqlara uyğunlaşması zərurətə çevrilir. Bunun üçün alternativ turizm məhsullarının inkişaf etdirilməsi, hava şəraitindən asılı olmayan xidmətlərin genişləndirilməsi və çevik turizm paketlərinin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

"Report" mövzu ilə bağlı araşdırma aparıb.

Bakıda fəaliyyət göstərən hotellərdən birinin rəhbəri, turizm eksperti İbrahim Qəfərov deyir ki, bu yay Azərbaycanda müşahidə olunan hava şəraiti turizm sektoru üçün ciddi sınağa çevrilib: "Bir gün kəskin isti, ertəsi gün isə gözlənilməz leysan yağışları müşahidə olundu. Bu dəyişkənlik təkcə kənd təsərrüfatına deyil, turizm sənayesinə də ciddi təsir göstərdi. Son illərin təcrübəsi göstərir ki, qeyri-sabit hava artıq istisna hal deyil, yay mövsümünün ayrılmaz xüsusiyyətinə çevrilib. Əsas məsələ sektorun yeni reallığa nə dərəcədə hazır olmasıdır.

Qeyri-sabit hava şəraitinin təsirini statistikadan daha çox gündəlik fəaliyyətimizdə hiss edirik. Məsələn, iyulun əvvəlində Qusara göndərdiyimiz turist qrupu yağışlı hava proqnozuna görə səyahət proqramını dəyişmək məcburiyyətində qaldı və marşrut Nabran istiqamətinə yönəldildi. Lakin orada da məlum oldu ki, çimərlik infrastrukturu Bakı ətrafındakı istirahət zonaları ilə müqayisədə kifayət qədər inkişaf etməyib. Bu isə göstərir ki, alternativ istiqamət təklif etmək kifayət deyil, həmin ərazidə də turistə eyni səviyyədə xidmət göstərilməlidir".

Ekspertin sözlərinə görə, belə hallar xüsusilə kiçik hotellər, qonaq evləri və qlempinqlər üçün ciddi gəlir itkisi yaradır: "Bu obyektlərin fəaliyyəti əsasən açıq hava şəraitindən asılıdır. Piknik zonaları, açıq hovuzlar, təbiət marşrutları və digər xidmətlər yağışlı və ya küləkli havada demək olar ki, istifadə olunmur. Əslində bu problem yeni deyil. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev hələ 2023-cü ildə hava şəraitindəki dəyişikliklərin turizmə təsir göstərdiyini bildirmişdi. Bu il müşahidə olunan vəziyyət isə göstərir ki, söhbət artıq mövsümi təsadüfdən deyil, uzunmüddətli və sistemli yanaşma tələb edən çağırışdan gedir".

İ.Qəfərovun sözlərinə görə, hava şəraitinin təsiri bütün regionlarda eyni olmur: "Qəbələ, Şamaxı və İsmayıllı kimi həm açıq, həm də qapalı istirahət imkanları təqdim edən istiqamətlər dəyişkən hava şəraitinə daha davamlıdır. Bu da sübut edir ki, turizm məhsullarının şaxələndirilməsi artıq təkcə rəqabət üstünlüyü deyil, həm də risklərin idarə olunmasının vacib elementidir".

Ekspert hesab edir ki, Azərbaycanda hava şəraitindən asılı olmayan turizm məhsulları hələ kifayət qədər inkişaf etməyib: "Hazırkı vəziyyətdə bunu yetərli hesab etmək çətindir. Halbuki ölkədə böyük potensial mövcuddur. Məsələn, Naftalanın sağlamlıq turizmi hava şəraitindən demək olar ki, asılı deyil və ilboyu sabit turist axınını qoruyur. Oxşar imkanlar Masallı və Lənkəran kimi bölgələrdə də var.

Bakıda yerləşən Qala Muzey Kompleksi, Azərbaycan Milli Xalça Muzeyi və digər qapalı turizm obyektləri maraqlı məkanlar olsa da, onlar hələ də turizm marşrutlarına sistemli şəkildə inteqrasiya edilməyib. Nəticədə hava şəraiti pisləşdikdə turoperatorların turistlərə təqdim edə biləcəyi alternativ proqramlar məhdud qalır".

Onun sözlərinə görə, qonşu Gürcüstan və Türkiyənin təcrübəsi göstərir ki, şərab zavodları, qapalı əyləncə mərkəzləri, tematik parklar və digər oxşar turizm məhsulları ilboyu turist axınını saxlamağa imkan verir.

"Azərbaycanda isə turizm hələ də əsasən "yay – çimərlik", "qış – xizək" modeli üzərində qurulub. Mövsümlərarası dövrdə turistlər üçün kifayət qədər alternativ məhsul formalaşdırılmayıb. Halbuki qastronomiya, sağlamlıq və MICE (işgüzar tədbirlər və konqres) turizmi istiqamətlərində böyük potensial mövcuddur. Lakin bu imkanlar hələ tam şəkildə turizm məhsuluna çevrilməyib. İlk növbədə, hər bir regional turizm paketində hava şəraitinə uyğun alternativ proqramlar nəzərdə tutulmalıdır. Muzeylər, emalatxanalarda ustad dərsləri, qapalı əyləncə və mədəniyyət məkanları belə proqramların ayrılmaz hissəsinə çevrilməlidir.

Bununla yanaşı, dövlət və özəl sektor regionlarda qapalı turizm infrastrukturunun inkişafına daha çox investisiya yatırmalıdır. Rəqəmsal platformalar isə real vaxt rejimində hava məlumatlarını turistlər üçün alternativ marşrut və fəaliyyət təklifləri ilə əlaqələndirməlidir. Bu yay bir daha göstərdi ki, iqlim dəyişikliyinə uyğunlaşmayan turizm modeli uzunmüddətli perspektivdə dayanıqlı olmur. Azərbaycanın zəngin təbii, mədəni və sağlamlıq turizmi potensialı var. İndi əsas məqsəd bu imkanları hava şəraitindən minimum asılı olan, daha çevik və dayanıqlı turizm məhsullarına çevirməkdir".

Mövzu ilə bağlı fikirlərini bölüşən turizm eksperti Rəhman Quliyev isə bildirir ki, bu il bölgələrdə hava şəraitinin qeyri-sabit keçməsi Azərbaycanın daxili turizm bazarına müəyyən təsir göstərib.

"Xüsusilə yağıntılı günlərdə bəzi istiqamətlərə səfərlərdə ləngimələr müşahidə olunsa da, hava şəraiti normallaşdıqdan sonra turizm aktivliyi yenidən artmağa başlayıb. Həm yerli, həm də xarici turistlər regionlara səfər etməzdən əvvəl hava proqnozlarını diqqətlə izləməlidirlər. Çünki intensiv yağıntılar və hava şəraitinin qəfil dəyişməsi, xüsusilə dağlıq və ucqar kəndlərə aparan yollarda hərəkəti çətinləşdirə bilər. Turistlər səfərə çıxmazdan əvvəl hava proqnozunu yoxlamalı, mümkün riskləri nəzərə almalı və zərurət yarandıqda alternativ istiqamətlər seçməlidirlər. Bu, həm təhlükəsizlik, həm də səyahətin rahat keçməsi baxımından vacibdir", – deyə o qeyd edib.

R.Quliyevin sözlərinə görə, hava şəraitindəki dəyişkənliyə baxmayaraq, Azərbaycanda daxili turizm inkişafını davam etdirir: "Bu il Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərində müəyyən azalma müşahidə olunur. Bu isə əsasən dünyada davam edən geosiyasi proseslər və bəzi istiqamətlərdə hökm sürən əlverişsiz iqlim şəraiti ilə bağlıdır. Avropanın bir sıra ölkələrində anomal istilər müşahidə olunur. Asiyanın bir çox istiqamətlərində isə yay mövsümü turizm baxımından əlverişli hesab edilmir. Bu səbəbdən yerli turistlər daha çox Azərbaycanın regionlarında istirahətə üstünlük verirlər", – deyə ekspert vurğulayıb.

O əlavə edib ki, regionlarda fəaliyyət göstərən hotellərdə doluluq səviyyəsi yüksək olaraq qalır: "Xarici turistlərin sayında müəyyən azalma müşahidə olunsa da, daxili turizmdəki artım bu azalmanı qismən kompensasiya edir. Daxili turizmin inkişafında Dövlət Turizm Agentliyinin həyata keçirdiyi təşviq layihələri mühüm rol oynayır. Bu istiqamətdə görülən işlərin genişləndirilməsi gələcəkdə daxili turizm göstəricilərinin daha da yaxşılaşmasına imkan verəcək".

Turizm üzrə digər ekspert Nizami Həsənov isə deyir ki, qeyri-sabit hava şəraiti turizm sektoruna, xüsusilə də daxili turizmə bir sıra təsirlər göstərir. Onun sözlərinə görə, hava dəyişikliklərindən ən çox təsirlənən istiqamətlərdən biri dəniz turizmidir.

"Azərbaycan Xəzər dənizi sahilində yerləşir, Bakı və Abşeron yarımadası ölkənin əsas çimərlik turizmi məkanları hesab olunur. Çimərlik turizmi isə hava şəraitindən birbaşa asılıdır. Buna görə də qeyri-sabit hava şəraiti həm yerli turistlər, həm də ölkəyə gələn xarici qonaqlar üçün müəyyən çətinliklər yaradır. Bu, hazırkı vəziyyətin ən bariz nümunələrindən biridir", – deyə ekspert bildirib.

N.Həsənov hesab edir ki, Azərbaycanda hava şəraitindən asılı olmayan turizm məhsullarının inkişafı hələ tam qənaətbəxş səviyyədə deyil: "Son illər bu istiqamətdə müəyyən müsbət tendensiyalar müşahidə olunur. Turizm sektorunda davamlı olaraq yeni məhsullar formalaşdırılır və yeni xidmətlər təqdim edilir. Bu proses sürətli olmasa da, inkişaf davam edir. Bunun üçün isə turizm infrastrukturunun daha da gücləndirilməsi, sahə üzrə peşəkar kadrların hazırlanması, digər vacib istiqamətlərdə işlərin davam etdirilməsi böyük əhəmiyyət daşıyır".

Rəsmi statistikaya görə, bu ilin ilk yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır. Eyni zamanda, ölkədə fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə qeydə alınan gecələmələrin sayı da azalıb. Belə ki, yanvar-iyun aylarında bu obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 % azalaraq 1 milyon 807,9 min təşkil edib.

“Sea Breeze”lə bağlı gözlənilməz vəziyyət

Son illərdə azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkələrdən biri olan Türkiyə artıq əvvəlki qədər sərfəli hesab edilmir. Kurort bölgələrində qiymətlərin kəskin bahalaşması səbəbindən həm yerli, həm də xarici turistlər daha münasib alternativlərə üz tutur. Bu səbəbdən Yunanıstan, Çernoqoriya və hətta Azərbaycandakı “Sea Breeze” kimi istirahət məkanları daha çox diqqət çəkməyə başlayıb. İnsanlar Türkiyənin kurort şəhərləri əvəzinə “Sea Breeze”ə getməyə üstünlük verir? Turizim sahəsində vəziyyət necədir? Azərbaycanı seçənlərdə artım var? Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Türkiyədə […]

Source

Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib

Dövlət Turizm Agentliyinin (DTA) Kollegiyası "Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları"nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı DTA-nın sədri Fuad Nağıyev qərar imzalayıb.

Qərara əsasən, mehmanxana (hotel) yalnız müvafiq ulduz kateqoriyası (dərəcəsi) üzrə bütün məcburi meyarlara cavab verdikdə və həmin dərəcə üçün müəyyən edilmiş minimal bal topladıqda həmin kateqoriyaya uyğun hesab olunacaq.

Belə ki, "1*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 51-dən 53-ə, "2*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 58-dən 56-ya, "3*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 80-dən 77-yə, "4*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 97-dən 96-ya, "5*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 118-dən 119-a çatıdırlıb.

Bundan başqa, minimal bal tələbi və üstünlük dərəcəsi (superior) üzrə bal tələbləri isə bütün ulduz kateqoriyaları üzrə dəyişdirilməyib.

Qeyd edək ki, eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad altında fəaliyyət göstərən hotellərin hər biri üzrə qiymətləndirmə onların yerləşdiyi bina (obyekt) üzrə ayrıca aparılacaq.

Həmçinin yeni qərarda hotellərin keyfiyyət göstəriciləri və onlayn imkanlarına 'Yaşıl keçid' yanaşması da əlavə edilib. Belə ki, sənəddə hotellərin ekoloji standartlara cavab verməsi və enerjiyə qənaət edən sistemlərin qurulması məcburi bəndlər sırasına daxil edilib.

Tacikistan səfiri: "Bakının dairəvi "yaşıl turizm" təşəbbüsü aktualdır"

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində dairəvi "yaşıl turizm"in inkişafı üzrə təşəbbüsü son dərəcə aktualdır.

"Report" xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon Bakıda keçirilən "AQEM ölkələrində dairəvi "yaşıl turizm" konfransında bildirib.

Diplomat qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində irəli sürdüyü bu təşəbbüs qlobal ekoloji çağırışlar fonunda xüsusi əhəmiyyət kəsb edir.

XƏBƏR YENİLƏNİR

Kayrat Sarıbay: "Azərbaycanın dairəvi "yaşıl turizm"ə dair təşəbbüsünü yüksək qiymətləndiririk"

"Dairəvi yaşıl turizm" üzrə konfrans Azərbaycan sədrliyinin vaxtında irəli sürdüyü dəyərli təşəbbüsüdür.

"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən "AQEM ölkələrində "dairəvi yaşıl turizm" konfransında bildirib.

O, AQEM-in strukturunda turizmin əməkdaşlığın tətbiqi istiqaməti kimi inkişafında göstərdiyi ardıcıl liderliyə və güclü dəstəyə görə Azərbaycan sədrliyinə təşəkkür edib: "Dairəvi yaşıl turizm" üzrə konfrans Azərbaycan sədrliyinin aktual və mühüm təşəbbüsüdür. Bu konfrans Asiyada turizmin gələcək perspektivlərinin getdikcə daha çox dövlətin turizm istiqamətlərini dayanıqlı inkişaf platformalarına çevirmək hazırlığından asılı olacağını aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, bununla yerli təcrübələrin ümumi dəyərlərə, mədəni irsin mədəniyyətlərarası dialoqa, turizm sahəsində əməkdaşlığın isə etimadın möhkəmləndirilməsi alətinə çevrilməsi nəzərdə tutulur".

K.Sarıbay qeyd edib ki, Azərbaycanın AQEM-dəki sədrliyi qaşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələlərini "Asiyada daha güclü AQEM, qaşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf " şüarı altında strategiyasının mərkəzinə qoyub: "Bu baxış nəqliyyat, logistika, maliyyə, rəqəmsal texnologiyalar, media, gənclərin iştirakı, ekoloji qarşılıqlı fəaliyyət və turizm sahələrində konkret təşəbbüslər vasitəsilə həyata keçirilir. Bu kontekstdə "AQEM ölkələrində dairəvi yaşıl turizm" layihəsi strateji gündəliyimizin mühüm komponenti kimi çıxış edir. O, dayanıqlı turizm siyasətinə, resurslardan səmərəli istifadəyə, yerli əlavə dəyər zəncirlərinin inkişafına, yerli icmaların cəlb edilməsinə və turizm qurumları ilə AQEM-ə üzv dövlətlərin iştirakçıları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə kömək etmək üçün tətbiqi platforma formalaşdırır".

AQEM-in baş katibi müasir turizm İpək Yolunun yaradılmasına çağırıb

Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiyada dairəvi "yaşıl turizm"i inkişaf etdirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən "AQEM ölkələrində dairəvi "yaşıl turizm" adlı konfransda bildirib.

O vurğulayıb ki, bu konfrans eyni vaxtda həm çağırışa, həm də fürsətə çevrilə bilən turizmin ikili təbiətini xatırladır:

"Yerli icmalar üçün turizm sahəsi gəlir və iş yerləri mənbəyi, kiçik biznes üçün yeni bazarlara çıxış, gənc nəsil üçün bacarıqların əldə edilməsi və fəal iştirak, dövlətlər üçün mədəni diplomatiya və dayanıqlı inkişaf aləti, bütöv qitələr üçün isə əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsinə aparan bir yoldur.

Tarixi İpək Yolu xalqları, ticarəti, mədəni ənənələri və ideyaları birləşdirirdi. Dövrümüzdə dayanıqlıq prinsiplərinə, rəqəmsal innovasiyalara, məsuliyyətli qarşılıqlı fəaliyyətə, yerli əhali üçün dəyər yaradılmasına və ətraf mühitin mühafizəsinə əsaslanan yenilənmiş turizm İpək Yoluna ehtiyac var. Azərbaycanın sədrliyi altında AQEM bu gündəliyin təşviqi məqsədilə üzv dövlətlər, tərəfdaş təşkilatlar, turizm institutları və özəl sektorun nümayəndələri ilə əməkdaşlığa hazırdır".

Şri-Lanka rəsmisi: "Yaşıl dairəvi turizm" ən perspektivli modellərdən biri sayılır"

"Yaşıl dairəvi turizm" bu sənayenin gələcək inkişafı üçün ən perspektivli modellərdən biri hesab olunur.

"Report" xəbər verir ki, bunu Şri-Lankanın Xarici İşlər, Xarici Məşğulluq və Turizm Nazirliyinin (Turizm bölməsi) katibi Suleima Lebbe Naseer Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" mövzusunda beynəlxalq konfransda bildirib.

O, qeyd edib ki, "yaşıl dairəvi turizm" resurslardan səmərəli istifadəni, tullantıların azaldılmasını və məsuliyyətli istehlakın təşviqini nəzərdə tutur.

"Bu yanaşma ekoloji baxımdan məsuliyyətli, sosial baxımdan inklüziv və iqtisadi cəhətdən dayanıqlı turizm məkanlarının formalaşmasına imkan verir. Turizmin gələcəyi təbii və mədəni resursların qorunması ilə birbaşa bağlıdır", - deyə o qeyd edib.

Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"

Bu gün turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir: "Azərbaycanın əsas məqsədi isə zəngin təbii və mədəni irsi yalnız təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir".

Sədr qeyd edib ki, Dövlət Turizm Agentliyi tərəfindən dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atılır: "Bu çərçivədə təbiət əsaslı turizm marşrutlarının inkişafı, həmçinin ekoturizm və aqroturizm istiqamətlərinin genişləndirilməsi prioritetlər sırasındadır. Qlobal iqlim dəyişiklikləri fonunda turizm sektorunun gələcəyi sağlam ətraf mühitin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadədən və dayanıqlı inkişaf prinsiplərinin tətbiqindən asılıdır".

Fuad Nağıyev: "Dairəvi "yaşıl turizm" bu sənayenin inkişafını müəyyən edən aktual yanaşmalardan biridir"

Dairəvi "yaşıl turizm" turizm sənayesinin gələcək inkişaf istiqamətini müəyyən edən ən aktual yanaşmalardan biridir.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, həm də sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsinə çevrilib:

"Hazırda turizmdə uğur artıq yaradılan dəyərin necə paylanılması, təbiətə və yerli icmalara necə təsir etməsi ilə ölçülür. Azərbaycanda təbiət əsaslı turizm marşrutlarının, ekoturizm və aqroturizm istiqamətlərinin inkişafı dayanıqlı turizm siyasətinin əsas prioritetləri sırasındadır".

"Turizm mərkəzlərində investisiya layihələrinin icra qaydaları" təsdiqlənib

Nazirlər Kabineti "Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları"nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar ölkə Prezidentinin 2 avqust 2024-cü il tarixli frmanı ilə təsdiq edilmiş "Turizm və rekreasiya zonalarının Nümunəvi

Əsasnaməsi"nin 12.1-ci bəndinə uyğun hazırlanıb, turizm və rekreasiya zonalarının sərhədləri daxilində yerləşən turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını müəyyən edir.

AZAL-ın bu uçuşları ləğv olundu

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib. Bu barədə Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Source

Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 696 milyon 666 min manat xərcləyib.

"Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9 % azdır.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 4 ay ərzində nəqliyyata 317 milyon 866 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,1 % azalıb.

Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32,5 % azalaraq 126 milyon 142 min manat təşkil edib.

Turistlər qidalanmaya 131 milyon 491 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 19,3 % azalıb.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 18,7 % azalaraq 3 milyon 969 min manat olub.

Yanvar-apreldə turizm zərfinin alınmasına isə 322 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 20 % azalıb.

Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 82 min manat (- 4 %), idman və əyləncə xidmətlərinə 4 milyon 201 min manat (+0,6 %), malların və hədiyyələrin alınmasına 85 milyon 403 min manat (- 6,2 %), digər istiqamətlərə isə 26 milyon 187 min manat (- 19,3 % ) xərclənib.

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 9,4 % azalaraq 204 milyon 677 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 97 milyon 049 min manat olub ki, bu da illik müqayisədə 3% artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 39 milyon 999 min manata düşüb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumata görə, gələnlərin 26,7 %-i Rusiya, 22,4 %-i Türkiyə, 8,7 %-i İran, 5,3 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 3,0 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,2 %-i Çin, 2,1 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,4 %-i İsrail, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 70,9 %-ini kişilər, 29,1 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 % artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 % artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 % azalaraq 289,3 min nəfər təşkil edib.

Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

İyunun 3-də Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə Çin-Azərbaycan Turizm Dialoqu tədbirində iştirak edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, tədbiri Çinin Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosu və Ümumdünya Turizm Təşkilatları Alyansı təşkil edib. Dialoqda Azərbaycanın turizm imkanları tanıdılıb.

Tədbirdə hər iki ölkənin dövlət və özəl turizm qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri və turizm sənayesinin aparıcı ekspertləri iştirak ediblər.

Xatırladaq ki, mayın 29-da Çin turizm sənayesi ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılması, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Pekin şəhərində ATB-nin rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub.

Bu ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % artaraq 14 303 nəfər təşkil edib.

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir

Yeni araşdırma Avropada səyahətçilər üçün ən sərfəli və ən bahalı şəhərləri müəyyən edib. Artan aviabilet qiymətləri fonunda turistlərin bahalı səfərlər əvəzinə daha qənaətcil və rahat marşrutlara üstünlük verdiyi bildirilir. Bu yay qısa şəhər tətilləri Avropanın əsas səyahət trendlərindən biri olacaq. “Post Office Travel Money” tərəfindən hazırlanan “Şəhər Xərcləri Barometri” hesabatında 50 şəhərdə turistlərin əsas xərcləri […]

Rusiya Azərbaycana turist axınını bir milyon nəfərə çatdırmağı planlaşdırır

Rusiya Azərbaycana gələn turistlərin sayını bir milyon nəfərə çatdırmağı hədəfləyib.

"Report"un məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə çıxışı zamanı bildirib.

Diplomat bütün sahələrdə əməkdaşlığın maksimum dərəcədə səmərəli qurulmasının vacibliyini vurğulayıb.

"Qonşu İran ətrafındakı vəziyyətlə əlaqədar turist axını bir qədər azalıb. Lakin biz onun bərpasına, gələn il və ya bir ildən sonra Azərbaycana gələn rusiyalı turistlərin sayının bir milyon nəfərə çatacağına ümid edirk. Rusiya tərəfi ölkədən turist axınının sabit şəkildə artması istiqamətində səy göstərir", - M.Yevdokimov bəyan edib.

"Azpetrol" şirkətinə məxsus 1 hotel və 8 motel xidmətinizdədir!

Azərbaycanın 8 bölgəsində - Qusar, Şəki, Balakən, Qazax, Beyləqan və Kürdəmir rayonlarında, eləcə də Mingəçevir və Gəncə şəhərlərində yerləşən "Azpetrol" motelləri həm sürücülər, həm də ailəvi səyyahlar üçün nəzərdə tutulmuş rahat və müasir istirahət məkanlarıdır.

"Azpetrol" motelləri bayram səyahətinizin ən etibarlı istirahət nöqtəsi kimi sizi qarşılamağa hazırdır. Bayram günlərində yola çıxarkən səyahətin rahat, təhlükəsiz və stresssiz keçməsi seçdiyiniz istirahət məkanından çox asılıdır. "Azpetrol" motelləri uzun yolun yorğunluğunu üzərinizdən atmaq, özünüzü ev rahatlığında hiss etmək və səyahətinizə yeni enerji ilə davam etmək üçün ideal seçimdir. Azərbaycanın əsas magistral yolları boyunca yerləşən motellər təmiz, geniş və komfortlu otaqları ilə qonaqları səliqəli və rahat mühitdə qarşılayır.

"Azpetrol" motellərində rezervasiya həm onlayn hotel bron sistemi vasitəsilə - www.booking.com, həm də motellərlə birbaşa əlaqə saxlayaraq mümkündür.

Motellərin ünvanı və əlaqə nömrələri ilə tanış olmaq üçün:

https://azpetrol.az/products-and-services.

"Wyndham Garden Baku" hoteli.

Turistlərin rahatlığını nəzərə alaraq onlar üçün hər cür şərait yaradan və "Azpetrol" şirkətinə məxsus "Wyndham Garden Baku" hoteli 25 oktyabr 2022-ci ildən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi isə 27 yanvar 2023-cü ildə baş tutub.

Hotel qonaqlara ümumilikdə 88 otaq, konfrans zalı, 15 nəfərlik iclas zalı, həmçinin müxtəlif tutumlu banket zalları təqdim edir. Bunlara 180 nəfərlik "Xan Çinar" zalı və 70 nəfərlik "Şam" zalı daxildir. Bundan əlavə, hotel restoran, SPA və fitness xidmətləri ilə də qonaqların ixtiyarındadır.

Hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşən "Wyndham Garden Baku" hotelində qonaqların rahatlığını təmin etmək məqsədilə xüsusi transfer xidməti də fəaliyyət göstərir. Hoteldə 100-ə yaxın peşəkar və gülərüz əməkdaş çalışır.

"Wyndham Garden Baku" hoteli müxtəlif tədbirlərin, əlamətdar günlərin, banket və şənliklərin keçirilməsi üçün tam uyğun məkandır.

Hoteldə fəaliyyət göstərən "Magnolia" restoranının təcrübəli aşpazları tərəfindən hazırlanan milli və dünya mətbəxinə aid təamlar öz unudulmaz dadı ilə qonaqları valeh edir.

Bundan əlavə, hotelin tərkibində fəaliyyət göstərən "Olive SPA & Wellness" mərkəzi qonaqların asudə vaxtını həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 metr uzunluğunda hovuz, kardio və fitness zalları, fin və rus saunaları, türk hamamı, kisə, köpüklü masaj, bədən skrabı xidmətləri, eləcə də çoxsaylı masaj və müalicə otaqları qonaqların tam ixtiyarına verilib.

Həmçinin "Vitamin Bar", idman zalı və fitness xidmətləri vasitəsilə peşəkar təlimçilərin köməyi ilə istədiyiniz bədən formasını əldə edə bilərsiniz.

Unudulmaz səyahət, rahat istirahət və yüksək xidmət keyfiyyəti üçün seçiminizi "Azpetrol" motelləri və "Wyndham Garden Baku" hotelindən edin. Yol boyu komfortu, təhlükəsizliyi və ev rahatlığını hiss etmək üçün sizi "Azpetrol" ailəsinin qonağı olmağa dəvət edirik!

Ətraflı məlumat əldə etmək üçün:

https://wyndhamgardenbaku.com/

"Azpetrol" - daim inkişafa doğru!

Gürcüstanın iqtisadiyyat naziri Bakı-Tbilisi qatarının açılması münasibətilə azərbaycanlı həmkarlarına təşəkkür edib

Gürcüstan Azərbaycandan sərnişin qatarının fəaliyyətə başlayacağı yeganə istiqamət olacaq.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalının efirində deyib.

Mariam Kvrivişvili Azərbaycandakı həmkarlarına təşəkkür edərək qeyd edib ki, altı illik fasilədən sonra sərnişin dəmir yolu əlaqəsinin bərpası Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır:

"Ölkəmizə xüsusi jest göstərən azərbaycanlı həmkarlarımıza minnətdarlığımı bildirirəm. Altı ildən sonra ilk dəfə olaraq sərnişin qatarı fəaliyyətə başlayır və Gürcüstan Azərbaycandan sərnişin qatarının fəaliyyət göstərəcəyi yeganə istisna olacaq", – deyə nazir bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə Gürcüstan üçün turist axınının artırılması xüsusi əhəmiyyət kəsb edir.

Nazir vurğulayıb ki, Azərbaycan uzun illərdir Gürcüstanın mühüm tərəfdaşlarından biridir və hazırda iki ölkənin paytaxtları əsasən hava nəqliyyatı ilə əlaqələndirilir.

Kvrivişvilinin sözlərinə görə, dəmir yolu əlaqəsinin bərpası yay turizm mövsümündən etibarən insanlar arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi münasibətlərin dərinləşməsinə və turist sayının artmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, altı illik fasilədən sonra mayın 26-da Azərbaycanla Gürcüstan arasında sərnişin qatarı fəaliyyətə başlayacaq.

AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı

“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb. Redaksiya AZAL-a istinadən xəbər verir ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

Source

Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq

Bakıda tarixi irs və müasir memarlığı birləşdirən hotel layihəsi üzərində çalışırıq. Bunu “Invision Design Talks 2” forumunda “Metex Mimarlık” şirkətinin təsisçisi, türkiyəli memar Sinan Kafadar deyib. O bildirib ki, rəhbərlik etdiyi memarlıq bürosu hazırda Bakının Səbail rayonunda yerləşən “Canopy by Hilton Baku” hotel layihəsi üzərində işləyir. Sinan Kafadar qeyd edib ki, layihə çərçivəsində ərazidə yerləşən […]

Azərbaycanın turizm imkanları Baltikyanı ölkələrdə nümayiş etdirilib

Dövlət Turizm Agentliyi yanınmda Azərbaycan Turizm Bürosu (ATB) 5-7 mayda Litvanın Vilnüs, Latviyanın Riqa və Estoniyanın Tallin şəhərlərində təşkil olunan "TTR Baltic 2026" silsilə tədbirlərində ölkəmizin turizm potensialını tanıdıb.

"Report" agentliyə istinadən xəbər verir ki, 200-ə yaxın turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib.

İştirakçılara Bakı və Şəki şəhərlərinin turizm imkanları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları, qış turizmi və "Sea Breeze Resort"un yay turizmi imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirlər çərçivəsində B2B formatlı görüşlər keçirilib.

Silsilə tədbirlər Baltik regionu turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın regiondakı turizm mövqeyinin gücləndirilməsi baxımından əlverişli əməkdaşlıq platforması rolunu oynayıb.

Litva, Latviya və Estoniya vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.

FT: Beynəlxalq aviaşirkətlər enerji böhranı səbəbindən 2 milyon sərnişin yerini ixtisar edib

Beynəlxalq aviaşirkətlər yanacağın əlçatanlığı ilə bağlı narahatlıqlar fonunda son iki həftə ərzində may cədvəllərindəki yerlərin sayını təxminən iki milyon azaldıb.

"Report" xəbər verir ki, bu barədə "Cirium" analitik şirkətinin məlumatlarına istinadən "Financial Times" (FT) qəzeti məlumat yayıb.

"Cirium"un məlumatına görə, may ayında uçuşlarda mövcud yerlərin ümumi sayı aprel ayının ortaları və sonu ilə müqayisədə 132 milyondan 130 milyona enib.

Onun məlumatına görə, minlərlə reys ləğv edilib və ehtimal olunan qıtlıq şəraitində yanacaq sərfiyyatını azaltmaq üçün bəzi aviadaşıyıcılar daha az tutumlu təyyarələrdən və ya daha qənaətcil modellərdən istifadə etməyə başlayıblar.

Buna səbəb kimi İran ətrafındakı münaqişə göstərilir: Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan bəri aviasiya yanacağının qiymətləri demək olar ki, iki dəfə artıb və bu, şirkətləri biletlərin qiymətini qaldırmağa məcbur edib. Eyni zamanda, Avropa və Asiya arasında həyata keçirilən reyslərin üçdə birinin keçdiyi Fars körfəzi ölkələrinin hava limanlarının bağlanması qlobal aviasiya logistikasını ciddi şəkildə pozub.

FT qeyd edib ki, "Emirates", "Etihad" və "Qatar" da daxil olmaqla, Fars körfəzi ölkələrindən olan daşıyıcılar artıq may cədvəllərinə dəyişikliklər edib və bəzi reysləri ləğv ediblər. Beynəlxalq aviaşirkətlər - o cümlədən "British Airways", "United", "China Air" və ANA-da ən problemli istiqamətlərdə yükü azaltmaq məqsədilə reysləri ixtisar edərək və ya yenidən bölüşdürərək öz marşrut şəbəkələrini yenidən nəzərdən keçiriblər.

Bir sıra aviadaşıyıcılar artıq yanacaq xərclərinin artdığını və maliyyə göstəricilərinin pisləşdiyini bildiriblər. Yaponiyanın ANA şirkəti gələn ilin mart ayına qədər yanacaq üçün əlavə xərclərin 650 milyon funt sterlinq (880 milyon dollardan çox) təşkil edəcəyini açıqlayıb, "Japan Air" isə mənfəətin təxminən 20 % azalacağı barədə xəbərdarlıq edib.

"ABŞ-nin "Delta Air Lines" şirkəti bu yolla yanacağa qənaət etməyi hədəfləyərək ikinci rübdə reyslərin sayını 3,5 % azaldıb. "EasyJet" və "Virgin Atlantic" də böhran fonunda gəlirliliyin azalacağı ilə bağlı xəbərdarlıq ediblər. Ən çox ləğv edilmiş reys sayı "Lufthansa"nın payına düşüb, o, yanacaq qiymətlərinin artması bəzi istiqamətləri gəlirsiz etdiyi üçün may-oktyabr ayları arasında təxminən 20 min reysi ixtisar edib.

Bu vəziyyətə görə aviaşirkətlər həmçinin istifadə olunan təyyarə tiplərini də dəyişdirirlər. Belə ki, "Etihad" Əbu-Dabi və Honq-Konq arasındakı reyslərdə təxminən 400 sərnişin üçün nəzərdə tutulmuş "Airbus A350"ni daha qənaətcil, 220-300 yerlik "Boeing 787" ilə əvəz edib. Eyni zamanda, bəzi daşıyıcılar, əksinə, Avropa və Asiya arasındakı ən çox tələbat olan birbaşa marşrutlarda təyyarələrin tutumunu artırırlar. Xüsusilə, "Air France" Mumbay xəttində, "Air China" isə Londonun Hitrou və Pekin arasındakı reyslərdə "Boeing 777"nin daha böyük versiyasından istifadə etməyə başlayıb.

"Ryanair"in baş direktoru Maykl O'Liri mayın 1-də xəbərdarlıq edib ki, əgər yüksək yanacaq qiymətləri bütün yay boyu davam edərsə, bəzi Avropa aviaşirkətləri artıq payıza qədər müflisləşmə ilə üzləşə bilər:

"İyul, avqust və sentyabr aylarında neftin bir bareli 150 ABŞ dolları olarsa, Avropa aviaşirkətləri müflis olacaq".

Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorgensen də xəbərdarlıq edib ki, artıq iyun ayının əvvəlində Avropa aviaşirkətləri yay hava əlaqəsi üçün risklər yaradacaq yanacaq tədarükündə fasilələrlə qarşılaşa bilər.

"Artıq indidən biz aviaşirkətlərin uçuşları və marşrutları necə ləğv etdiyini, qiymətlərin isə artdığını görürük", - D.Yorgensen "Politico"ya müsahibəsində qeyd edib.

"Independent"in məlumatına görə, ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlayan əməliyyatından və Hörmüz boğazının bağlanmasından sonra yanacağın qiymətləri təxminən 84 % artıb.

Azərbaycanda I rübdə xarici turistlərin əksəriyyəti evlərdə qalıb - TƏHLİL

Bu ilin I rübündə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi gecələmə sayı 1 milyon 382 min 960 nəfər təşkil edib.

"Report"un rəsmi statistikaya əsasən apardığı təhlilə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % azdır.

Məlumata görə, gecələmələrin 879 min 661 nəfəri və yaxud təxminən 63,6 %-i evlərin, 503 min 299 nəfəri və yaxud 36,4 %-i isə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin payına düşüb.

Son 1 ildə mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 0,1 % azalıb.

Evlərdə gecələmələrə gəlincə isə il ərzində kirayə götürülmüş mənzillərdə gecələyənlərin sayı 0,8 % azalaraq 181 min 424 nəfər, qohum və yaxud dost evlərində gecələyənlərin sayı 3 % azalaraq 271 min 703 nəfər, özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə gecələyənlərin sayı isə 19,5 % azalaraq 426 min 534 nəfər olub.

Turistlər gecələmək üçün əsasən Bakıya üstünlük verib. Belə ki, paytaxtda 824 min 302 nəfər turist gecələyib (- 4,5 %). O cümlədən Bakıda hotellərdə 400 min 517 nəfər (+3 %), kirayə götürülmüş evlərdə 148 min 003 nəfər(+0,2 %), qohumların və dostların evində 89 min 211 nəfər (+13,2 %), özünə və ya ailə üzvlərinə məxsuz mənzillərdə 186 min 571 nəfər (-24,8 %) qalıb.

Gecələmə sayına görə ikinci yerdə 154 min 407 nəfərlə Quba- Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonları) qərarlaşıb və burada azalma 22,8 % təşkil edib.

Üçüncü yerdə isə 96 min 179 nəfərlə Abşeron-Xızı iqtisadi rayonu yer alıb, lakin bu rayonda göstərici 3,8 % azalıb.

Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə isə yanvar-mart aylarında 15 min 594 nəfər (-7,1 %) gecələyib. Şərqi Zəngəzur iqtisadi rayonunda gecələmə yalnız Laçında qeydə alınıb və bu göstərici cəmi 20 nəfər təşkil edib. Ötən ilin ilk 3 ayında isə bu ərazidə turist gecələməsi qeydə alınmayıb.

Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 % olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,2 %-i Böyük Britaniya, hər birindən 1 % olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 %-ni kişilər, 28,2 %-ni qadınlar təşkil edib.

Əbdüləziz Akkqulov: "Özbəkistan və Azərbaycan Çin və Hindistandan turistlərin birgə cəlb edilməsi üçün razılığa gəlib" - MÜSAHİBƏ

Mərkəzi Asiya və Qafqazda müasir turizm yerli marşrutlardan qlobal qonaqpərvərlik ekosisteminə keçid edərək dərin inteqrasiya dövrünü yaşayır. Bu prosesin mərkəzində dayanan Özbəkistan-Azərbaycan strateji ittifaqı bu gün vahid rəqəmsal həllər, transsərhəd marşrutlar və hava əlaqəsinin genişləndirilməsi vasitəsilə Böyük İpək Yolunun yeni simasını formalaşdırır.

Özbəkistanın Turizm Komitəsinin sədri Əbdüləziz Akkqulov "Report"a müsahibəsində Daşkənd və Bakı arasında əməkdaşlığın klassik turist axını mübadiləsindən kənara çıxaraq Çin, Hindistan və Avropa bazarları üçün birgə məhsulların yaradılmasını, süni intellekt texnologiyalarının tətbiqini və irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsini əhatə etməsi barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Özbəkistan və Azərbaycan qarşılıqlı turist axınının artırılması istiqamətində iddialı hədəflər müəyyən edirlər. Cari ilin sonuna hədəfləriniz nələrdir?

- Biz ənənəvi tərəfdaşlarıq. Hər iki ölkənin turizm qurumları ötən ildən etibarən birgə təşviqat və marketinq kampaniyaları üzərində işləyir. Bu işə Avropada start verilib.

Bu il biz həmin istiqamətdə əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəlmişik. Bundan başqa, biz bir-birimizdən öyrənirik. Məsələn, Azərbaycanın Hindistandan turist cəlb etmək sahəsində çox yaxşı təcrübəsi var. Öz növbəmizdə, biz dostlarımıza Çindən qonaqların cəlb edilməsi ilə bağlı öz təcrübələrimizi təklif edirik. Bu, həmişə qarşılıqlı faydalı tərəfdaşlıq olub. Biz artıq həmkarlarımızla bu işi Avropada davam etdirmək, Hindistan və Çindən ölkələrimizə birgə turist cəlb etməklə bağlı razılığa gəlmişik.

- Bu gün biz həm Bakı ilə Daşkənd, həm də Səmərqənd arasında birbaşa reyslərin sayının artdığını görürük. Azərbaycandan digər tarixi şəhərlərə - Buxara və ya Xivəyə birbaşa reyslərin açılması nəzərdən keçirilirmi?

- Turizm sahəsinin inkişafına görə məsul orqanlar olaraq, biz aviaşirkətlərin gələcəkdə yeni reyslərin açılması barədə qərar qəbul etməsi üçün biznesə lazımi şərait yaratmağa kömək edirik. Kombinə olunmuş turların təşkili və belə proqramlar çərçivəsində turist axınının artırılması digər şəhərlərə birbaşa reyslərin açılması üçün təbii ilkin şərtlər yaradacaq.

- Artıq uzun illərdir tarixi Böyük İpək Yolu boyunca vahid transsərhəd turizm marşrutunun yaradılması barədə müzakirələr aparılır. Konsepsiya Azərbaycan və Özbəkistanın Çin, Yaponiya və Avropa ölkələrindən olan səyahətçiləri əhatə edən vahid turizm paketi çərçivəsində birləşdirilməsini nəzərdə tutur. Bu təşəbbüsün həyata keçirilməsi məsələsi aktuallığını qoruyurmu?

- Ötən ay biz Səmərqənddə Ümumdünya Turizm Təşkilatının (UN Tourism) tematik ofisini açdıq. Onun əsas məqsədi İpək Yolu boyunca layihələrin inkişaf etdirilməsidir. Asiya İnkişaf Bankının 59-cu illik iclası çərçivəsində biz UN Tourism, ADB və bu ofislə birlikdə biznesə səmərəli dəstək və kombinə edilmiş turların inkişafı üçün infrastrukturun yaradılması yollarını müzakirə edirik.

Bu, gələcəkdə kəmiyyət və keyfiyyət artımı üçün zəmin yaradacaq.

- Özbəkistan Azərbaycan investorlarına Çarvak və ya "İpək Yolu Səmərqənd" kimi yerlərdə otellərin tikilməsi və ya istirahət zonalarının yaradılması üçün güzəştli şərtlər təklif etməyə hazırdırmı?

- Prezidentimizin həyata keçirdiyi siyasət çərçivəsində bu gün turizm biznesinə 20-dən çox növdə güzəşt və imtiyazlar təqdim edilir. Azərbaycandan olan investorlar da daxil olmaqla bütün investorlar bu subsidiya və güzəştli şərtlərdən tam şəkildə yararlana bilərlər.

- Özbəkistan turizmdə süni intellekt həllərini (ağıllı bələdçilər, axın analitikası) fəal şəkildə tətbiq edir. Azərbaycanlı həmkarlarla bu sahənin rəqəmsallaşdırılması üzrə təcrübə mübadiləsi planlaşdırılırmı?

- Hazırkı mərhələdə biz turları düzgün seçməkdə və Özbəkistanda yaradılmış bütün şərtlərdən rahatlıqla istifadə etməkdə turistlərə kömək edəcək müxtəlif sistemləri birləşdirən genişmiqyaslı platforma yaradırıq. Biz qazandığımız və praktikada sınaqdan keçirdiyimiz təcrübəni dostlarımızla bölüşməyə həmişə hazırıq.

Özbəkistan Mərkəzi Asiyanın vahid turizm həlqəsini yaratmağı təklif edib

Özbəkistan Mərkəzi Asiyanın vahid turizm həlqəsini yaratmağı təklif edib.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.

Xəbər yenilənir

Samir Rzayev: "Belqrad-Bakı aviareysi iki ölkə arasında əlaqələrə töhfə verəcək"

Belqrad-Bakı aviareysi Azərbaycanla Serbiya arasında əlaqələrin daha da inkişafına töhfə verəcək.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib.

Onun sözlərinə görə, Belqrad-Bakı marşrutu üzrə birbaşa aviareyslərin açılması çox mühüm hadisədir:

"Bu, yalnız yeni istiqamətin əlavə olunması deyil, eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq nəqliyyat qovşağı kimi rolunun daha da güclənməsi deməkdir. "Air Serbia" ilə əməkdaşlıq çərçivəsində açılan bu marşrut sərnişinlər üçün daha rahat və çevik səyahət imkanları yaradır. Həftədə 2 dəfə həyata keçiriləcək uçuşlar həm işgüzar səfərlərin, həm də turizmin inkişafına müsbət təsir göstərəcək".

S. Rzayev əlavə edib ki, Belqrad istiqaməti Bakı hava limanının beynəlxalq uçuş şəbəkəsini genişləndirir və sərnişinlərə Cənub-Şərqi Avropa istiqamətində daha əlçatan bağlantı təqdim edir:

"Bu gün ilk reyslə Serbiyadan rəsmi qonaqların ölkəmizə səfəri də bu layihənin əhəmiyyətini bir daha göstərir. Onları Bakıda salamlamaqdan məmnunuq. Bizim əsas məqsədimiz sərnişinlər üçün təhlükəsiz, rahat və effektiv səyahət mühiti təmin etməkdir. Bu istiqamətdə xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin tətbiqi və əməliyyat səmərəliliyinin gücləndirilməsi üzrə işlərimizi davam etdiririk. Əminik ki, Belqrad-Bakı reysi həm sərnişinlər, həm də tərəfdaşlarımız üçün uğurlu olacaq və iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcək".

Belqraddan Bakıya birbaşa uçuş baş tutub - YENİLƏNİB

Bu gün Belqraddan Bakıya birbaşa uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

"Report" xəbər verir ki, iki şəhər arasında ilk aviareysi "Air Serbia" aviaşirkəti həyata keçirib.

Uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.

Marşrut Azərbaycan ilə Avropa arasında hava əlaqələrini genişləndirərək turizm və işgüzar münasibətlərin inkişafına töhfə verir. İki ölkə arasında mövcud vizasız rejim isə səyahəti daha əlçatan edir və istiqamətə marağı artırır.

İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Rəsmi mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, Serbiya nümayəndə heyəti və "Air Serbia" rəhbərliyi iştirak ediblər.

Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.

Sənan Ağamalızadə

"Air Serbia"nın Belqrad və Bakı arasında birbaşa uçuşları başlayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, "Air Serbia" bu gün rəsmi olaraq Belqrad ilə Bakı arasında birbaşa aviareysi istifadəyə verib.

Məlumata görə, uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.

Belqraddan ilk reysin yola salınma mərasimində Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev, Serbiya Respublikası hökumətinin nümayəndələri - tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, həmçinin "Air Serbia"nın icra heyəti, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib

Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtı seçilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı qərar Şuşa şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 7-ci iclasında verilib.

"Şuşa – İƏT-in Turizm Paytaxtı 2026" çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər. Tədbirin əsas nəticələrindən biri olaraq üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən "Şuşa Bəyannaməsi" qəbul olunub", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Aktau şəhəri 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı elan olunmaq məqsədilə vahid namizəd kimi irəli sürülmüşdü.

Caspianinfo.az fəaliyyətə başladı!

Azərbaycanın media mühitində yeni onlayn informasiya platforması fəaliyyətə başlayıb. 6 aprel 2026-cı il tarixindən etibarən Caspianinfo.az saytı rəsmi olaraq oxucuların istifadəsinə verilib. Caspianinfo.az ölkədə və dünyada baş verən əsas hadisələri operativ şəkildə çatdıran, eyni zamanda siyasi, iqtisadi, sosial sferalarda və mədəniyyət sahəsindəki prosesləri geniş şəkildə işıqlandıran müasir xəbər portalıdır. Saytın əsas məqsədi oxuculara dolğun, dəqiq [...]

Source

Bloomberg: Aviaşirkətlər yanacaq qiymətləri səbəbindən uçuşları azaltmağa başlayıblar

Dünyanın hər yerindəki aviaşirkətlər yanacaq qiymətlərinin artması səbəbindən uçuşların sayını azaltmağa və təyyarələri yerə endirməyə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məqalədə Niderlandın KLM aviaşirkətinin tezliklə Amsterdamdan 80 qoşa uçuşu ləğv edəcəyi bildirilir.

Qeyd olunur ki, United Airlines, Lufthansa və Cathay Pacific Airways əvvəllər də oxşar tədbirlər görüblər.

Analitik şirkəti Cirium bildirib ki, may ayında qlobal sərnişin axını 3% azalıb.

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə qonşu ölkədə tanıtım xarakterli silsilə tədbirlər keçirilib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 10 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə baş tutan proqram İzmir, Ankara, Mersin və İstanbul şəhərlərini əhatə edib.

Türkiyədən 500-ə yaxın turizm şirkəti və media nümayəndəsinin qatıldığı tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara şəhər turları, şopinq turizmi, macəra və aktiv istirahət, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanlar barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.

Proqram çərçivəsində Azərbaycanın şimal və şimal-qərb turizm marşrutlarına xüsusi diqqət ayrılıb, həmin bölgələrin turizm infrastrukturu və qış turizmi potensialı ön plana çıxarılıb.

Ankarada keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Bu ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 % artaraq 105 265 nəfər təşkil edib.

Quba Regional Turizm Şurası yaradılıb

Bu gün Şabran rayonunda yeni yaradılmış Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbirdə şuranın əhatə etdiyi Quba, Qusar, Xızı, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının yerli strukturlarının nümayəndələri, həmçinin turizm sektoru ilə əlaqəli dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.

İclas zamanı rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək regional turizm şurasının yaradılmasının ərazinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar.

Agentlik sədrinin müşaviri, regional şuraların sədri Kənan Quluzadə çıxışında şuranın yaradılma məqsədləri və fəaliyyətini tənzimləyən hüquqi çərçivə barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu təşəbbüs dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin turizm sahəsində daha səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına xidmət edəcək.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev çıxışında qeyd edib ki, regional turizm şuraları yerli turizm potensialının daha səmərəli şəkildə üzə çıxarılmasına və vahid yanaşma əsasında turizm məhsullarının inkişafına imkan yaracaq. O, bu yanaşmanın regionların həm daxili, həm də beynəlxalq turizm bazarlarında daha effektiv tanıdılmasına şərait yaradacağını bildirib.

Həmçinin Agentliyin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov şuranın əhatə etdiyi rayonlarda həyata keçirilən fəaliyyətlər barədə təqdimat edilib.

Görüş çərçivəsində şuranın prioritet fəaliyyət istiqamətləri, regionlarda turizmin dayanıqlı inkişafını təşviq edən birgə layihələrin icrası, müxtəlif qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və operativ qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, regionlarda turizm infrastrukturunun inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və yerli əhalinin turizm fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində təqdimatlar keçirilib, növbəti mərhələdə icrası nəzərdə tutulan layihələr üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Regional turizm şuraları turizm sahəsinin effektiv idarə olunmasının təmin edilməsi, mövcud çağırışlara çevik yanaşmaların tətbiqi, yerli səviyyədə koordinasiyanın genişləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılıb.

Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq"

Azərbaycan turizminin inkişafının yeni strateji mərhələsi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm xəritəsinə daxil edilməsidir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan-Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında bildirib.

"Turizm – 20-dən çox sahəni əhatə edən mürəkkəb iqtisadi sistemdir. Beləliklə, turizm iqtisadiyyatın bir çox sahələrinə toxunaraq güclü multiplikativ effekt yaradır. Həmçinin qeyd etmək istəyirəm ki, turizmə yatırılan hər bir investisiya yeni infrastrukturun və daha keyfiyyətli xidmətlərin yaradılmasına gətirib çıxarır, bu da öz növbəsində Azərbaycanın dünya bazarında rəqabətədavamlı turizm istiqaməti kimi mövqeyini gücləndirir. Rusiya tərəfini Azərbaycanın zəngin turizm potensialını kəşf etməyə və turizm sektoruna investisiya imkanlarından yararlanmağa dəvət edirəm", - o vurğulayıb.

Agentliyin rəhbəri bildirib ki, hökumətin, biznesin və beynəlxalq tərəfdaşların sıx əməkdaşlığı sayəsində Azərbaycan həm turistlər üçün populyar istiqamət, həm də dayanıqlı investisiyaların cəlb edilməsi üzrə etibarlı mərkəz kimi öz mövqelərini daha da möhkəmləndirəcək.

Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"

Ötən ilin yay mövsümündə Bakıdakı "Sea Breeze" kurortu 100 mindən çox insanı qəbul edib.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

"Bu zaman Rusiya turistlərinin payı 70–80 % təşkil edib. Ümumilikdə turist axınının davamlı artımı müşahidə olunur və cari ilin yekunlarına görə onun ən azı 30 % artması gözlənilir", - deyə o qeyd edib.

Hökumət rəsmisinin sözlərinə görə, turizm Azərbaycan-Rusiya əməkdaşlığının dinamik inkişaf edən istiqamətlərindən biridir: "Rusiya vətəndaşları ənənəvi olaraq Azərbaycana gələn xarici ziyarətçilərin əhəmiyyətli hissəsini təşkil edir və ölkənin turizm imkanlarına davamlı maraq nümayiş etdirir. Xüsusilə, Xəzər dənizi sahilindəki "Sea Breeze" kimi layihələr müasir turizm infrastrukturu və istirahət edənlər üçün cazibə mərkəzi formalaşdırır".

Azərbaycanda xaricilərin turizm xərcləri 8 %-dən çox azalıb - ARAŞDIRMA

Bu ilin yanvar-fevral aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 368 milyon 403 min manat xərcləyib.

"Report"un əldə etdiyi məlumata görə, turistlərin xərcləri ötən ilin eyni dövrünə nisbətən 8,4 % azalıb.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malikdir. Belə ki, turistlər iki ay ərzində nəqliyyata 170 milyon 262 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 7,8 % azalma deməkdir.

Son 1 ildə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 20,1 % azalaraq 67 milyon 355 min manat təşkil edib.

Turistlər qidalanmaya 70 milyon 470 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 4 % azdır.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər 16 % artaraq 1 milyon 914 min manat təşkil edib.

Turizm zərfinin alınmasına isə 161,2 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azalıb.

Nəqliyyat vasitələrinin icarəsinə 579,2 min manat (+5,6 %), idman və əyləncə xidmətlərinə 1 milyon 714 min manat (+0,1 %), malların və hədiyyələrin alınmasına 42 milyon 330 min manat (+ 4 %), digər istiqamətlərə isə 13 milyon 613 min manat (−4,8 %) xərclənib.

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 7,7 % azalaraq 85 milyon 765 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 48 milyon 28 min manat olub ki, bu da illik müqayisədə 3,6 % artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 2 dəfə azalaraq 31 milyon 738 min manata enib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

Gələnlərin 23,2 %-i Rusiya, 21,1 %-i Türkiyə, 9 %-i İran, 5 %-i Gürcüstan, 4,6 %-i Hindistan, 3,7 %-i Pakistan, 3,6 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Özbəkistan, 2,6 %-i İsrail, 2 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 % olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72 %-ini kişilər, 28 %-ini qadınlar təşkil edib.

Azərbaycan Belarusla turizm mübadiləsini artırmağı müzakirə edib

Azərbaycan 7-9 apreldə Belarusun paytaxtı Minskdə keçirilən "Travel HUB Commonwealth" beynəlxalq turizm forumunda təmsil olunub.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Forum Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən olan turizm qurumlarını, sənaye üzvlərini və ekspertləri bir araya gətirərək regional turizmin inkişafına təsir edən əsas meyllər və imkanların müzakirəsi üçün platforma rolunu oynayıb.

Agentliyin sədrinin müşaviri Kənan Quluzadə və ATB-nin Rusiyadakı rəsmi nümayəndəliyinin direktoru Cəlal İsmayılovun iştirakı ilə qastro və aqroturizm, eləcə də aktiv və ekoloji turizm mövzularına həsr olunmuş panel müzakirələrinə qatılıb. Bu çərçivədə "Qastronomik brendlər turizm məkanının tanıtım aləti kimi", "Aqroturizm" və "Aktiv və ekoloji turizm" mövzularında dəyirmi masalar təşkil edilib.

Müzakirələr zamanı ölkənin turizm potensialı nümayiş etdirilərək ilboyu cəlbedici turizm istiqaməti kimi artan populyarlığı vurğulanıb. Təqdimatlarda ölkənin zəngin kulinariya irsi, aqroturizm imkanları və təbiət əsaslı səyahət təcrübələri ön plana çıxarılıb. Xüsusilə regional qastronomiya, şərab marşrutları və dağlıq ərazilərdə açıq hava fəaliyyətləri diqqət mərkəzində olub.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Milli Turizm Agentliyinin rəhbəri Kirill Maşarski ilə görüş keçirib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı turist axınının artırılması və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətləri müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin Belarusun aparıcı turoperatorları ilə görüşlər keçirilib, iki ölkə arasında turizm mübadiləsinin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir

Azərbaycanın turizm imkanları Pakistanın Karaçi şəhərində keçirilən "Pakistan Travel Mart 2026" (PTM) sərgisi və İslamabad şəhərində təşkil olunan "PTM Roadshow" silsilə tədbirləri çərçivəsində təqdim olunub.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə "Şahdağ Turizm Mərkəzi" QSC və "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 5 yerli turizm sənayesi tərəfdaşı ölkəmizi təmsil edib.

Sərgi və silsilə tədbirlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm potensialının təşviqi məqsədilə B2B formatlı danışıqlar aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib, iştirakçılara istirahət, lüks, macəra və mədəni turizm imkanları barədə ətraflı məlumat təqdim olunub.

Hər iki şəhərdə keçirilən tədbirlər Azərbaycanın Pakistan bazarında mövqeyinin gücləndirilməsi və ikitərəfli turizm əlaqələrinin inkişafı baxımından mühüm platforma kimi çıxış edib.

2025-ci ildə Pakistandan Azərbaycana səfər edənlərin sayı 2024-cü illə müqayisədə 13 % artaraq 91 043 nəfər olub.

Cari ilin yanvar-fevral aylarında isə səfər edən Pakistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artaraq 12 399 nəfər təşkil edib.

Azərbaycanın turizm potensialı ilk dəfə İndoneziyada təqdim olunur

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) ötən gün İndoneziyanın paytaxtı Cakartada işə başlamış "Indonesia Travel Expo 2026" (ITE) sərgisində ölkənin turizm potensialını ilk dəfə təqdim edib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Sərgi çərçivəsində keçirilən işgüzar görüşlərdə Azərbaycan İndoneziya bazarında cəlbedici səyahət istiqaməti kimi tanıdılıb, iştirakçılara yeni turizm məhsulları və xidmətlər barədə məlumat verilib.

Tədbir zamanı yerli səyahət agentlikləri ilə əlaqələrin qurulması, əməkdaşlıqların genişləndirilməsi və yeni biznes imkanlarının araşdırılması istiqamətində görüşlər keçirilib.

İştirak, həmçinin Azərbaycanın İndoneziya bazarında "Umrah Plus" istiqaməti kimi təşviqi baxımından mühüm platforma rolunu oynayıb. Bu çərçivədə ölkənin zəngin İslam irsi, tarixi məscidləri, mədəniyyəti, halal qida imkanları, təbii gözəllikləri və müasir turizm infrastrukturu ön plana çıxarılıb.

Sərgi aprelin 9-da Surabaya şəhərində davam edəcək.

Bununla yanaşı, Cənub-Şərqi Asiya regionunda həyata keçirilən təşviqat fəaliyyəti Malayziya bazarını da əhatə edir. Bu istiqamətdə ATB Malayziyanın Ümrə ziyarəti üzrə ixtisaslaşmış 20-yə yaxın aparıcı səyahət agentliyi üçün ölkəmizi "Umrah Plus" istiqaməti kimi təqdim edən vebinar təşkil edib.

Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olunub - EKSKLÜZİV

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.

"Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub.

Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb.

Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda, ikisi isə regionda yerləşir.

Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 84 hotel 2 ulduzlu, 32 hotel isə 1 ulduzludur.

Təcə Bakıda yerləşən ulduzlu hotellərin sayı 206-dır ki, bu da ölkə üzrə mövcud ulduz kateqoriyalı hotellərin təxminən 74 %-ni təşkil edir.

Azərbaycanda turizm rezervasiya platformaları vahid portalda birləşdiriləcək

Azərbaycanda fəaliyyət göstərən və turizm xidmətləri təklif edən onlayn rezervasiya platformalarının Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən azerbaijan.travel portalına inteqrasiyası nəzərdə tutulur.

"Report"un əldə etdiyi məlumata görə, inteqrasiya prosesi çərçivəsində onlayn platformaların sistemə qoşulması planlaşdırılır.

Layihəni Dövlət Turizm Agentliyinin il ərzində həyata keçirməsi nəzərdə tutulur.

Gözlənilir ki, bu addım turizm xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, istifadəçilər üçün vahid platforma üzərindən rezervasiya imkanlarını artıracaq və ölkənin turizm potensialının daha effektiv təqdimatına şərait yaradacaq.

Azərbaycanda turizm sahibkarlarına beynəlxalq tədbirlər üçün subsidiya veriləcək

Azərbaycanda səyahət və turizm sektorunda kapital qoyuluşunun intensivliyinin artırılması istiqamətində yeni mexanizmlər üzərində iş aparılır.

"Report"un əldə etdiyi məlumata görə, ölkənin turizm brendinin beynəlxalq səviyyədə daha effektiv təbliği məqsədilə sahibkarların beynəlxalq tədbirlərdə iştirakını dəstəkləyən subsidiya mexanizminin yaradılması nəzərdə tutulur.

Bu mexanizm vasitəsilə yerli turizm subyektlərinin xarici sərgi və forumlarda iştirak imkanlarının genişləndirilməsi planlaşdırılır.

Sözügedən təşəbbüsü Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Səyahət və turizm üzrə kapital qoyuluşunun intensivliyi göstəricisi sektorda hər bir işçiyə düşən investisiya həcmini əks etdirir. Bu göstəriciyə həm dövlət sektorunun (avadanlıqlar, torpaq sahələri, binalar, infrastruktur), həm də özəl sektorun (hotellər, konqres mərkəzləri, təyyarələr, taksilər və s.) investisiya xərcləri daxildir.

Gözlənilir ki, həyata keçiriləcək tədbirlər turizm sektoruna investisiya axınını artıracaq, xidmət keyfiyyətinin yüksəldilməsinə və Azərbaycanın beynəlxalq turizm bazarındakı mövqeyinin güclənməsinə töhfə verəcək.

Azərbaycanda halal turizm sahəsində yeni dövlət standartı qəbul olunub

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 9:2026 "Halal turizm xidmətləri. Ümumi tələblər" dövlət standartını qəbul edib.

"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir.

Halal turizm standartının tətbiq edilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır.

Sözügedən standartı "Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06) təqdim edib və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Azərbaycanda bayram günlərində hotellərdəki bronların 40 %-i ləğv olunub

Azərbaycanda 20-30 mart tarixlərini əhatə edən Novruz və Ramazan bayramı günlərində yerli hotellərdəki bronların 40 %-i ləğv olunub.

Xatırladaq ki, turizm sektorunun iki bayramının üst-üstə düşdüyü uzunmüddətli tətil dövründən gözləntiləri böyük idi. Xüsusilə daxili turizmdə ciddi artım proqnozlaşdırılırdı. Lakin bayram günlərinin qeyri-sabit hava şəraiti, o cümlədən güclü yağışlar, eləcə də müəyyən geosiyasi amillərlə müşayiət olunması bazarın dinamikasına birbaşa təsir göstərdi və nəticədə sektorda qarışıq mənzərə formalaşdı.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, bayramlar ərəfəsində hotellərdə doluluq göstəriciləri 95-98 % arasında olub, kənd evlərinin isə 40-45 %-i əvvəlcədən rezervasiya olunub: "Bununla belə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına uyğun olaraq martın son günlərində ölkədə güclü yağıntı müşahidə olunub. Martın 28-də Bakı və Abşeron yarımadasında 120 mm yağıntının qeydə alınması aylıq normanın 508%-nə bərabər olmaqla son əsrdə rekord göstərici kimi qiymətləndirilir. Bu cür hava şəraiti nəqliyyat infrastrukturuna da təsir edib – dəmir yollarında sürət həddi azaldılıb, gecikmələr yaranıb, bəzi bölgələrdə sel və su basmaları qeydə alınıb. Bundan başqa, bölgədəki geosiyasi gərginlik, xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və uçuş məhdudiyyətləri ümumilikdə turizm axınına təsirsiz ötüşməyib. Bakıda hotellərin təxminən 50 %-də doluluq göstəricisi 30-40 %-ə qədər azalıb, xarici turistlər rezervasiyalarını ləğv edib".

Bununla belə, ekspert daxili turizmin dayanıqlılığını qoruduğunu qeyd edib: "Bölgələrdə əvvəlcədən formalaşmış yüksək rezervasiyalar və alternativ yerləşmə imkanları bazarın sabit qalmasına şərait yaradıb. Hava şəraiti turistlərin davranışına təsir göstərdi, lakin ümumi tələbatı ciddi şəkildə azaltmadı".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də daxili bazarda turizmə tələbat yüksək olub: "Lakin bu aktivlik bütün bayram günləri ərzində eyni səviyyədə müşahidə olunmayıb. Daha çox dinamika tətilin ilk günlərində və bayramın bitməsinə 3-4 gün qalmış dövrdə hiss edilib. Təxminən 10 gün davam edən tətilin bütün günlərində eyni intensivlik olmayıb. Daha çox hərəkətlilik əvvəlki günlərdə və son günlərə yaxın müşahidə olundu".

S.Aşurov vurğulayıb ki, əlverişsiz hava şəraiti turistlərin qərarlarına birbaşa təsir göstərib: "Əgər hava şəraiti yaxşı olsaydı, son günlərə qədər regionlarda turistlər daha çox ola bilərdi. Mövcud şərait səbəbindən, xüsusilə Bakı əhalisinin bir hissəsi tətillərini daha erkən başa vuraraq geri qayıtdı. Buna baxmayaraq regionlarda, xüsusilə yüksək kateqoriyalı hotellərdə doluluq təmin olunub. Lakin yerləşmə imkanlarının ildən-ilə artması fonunda qiymətlər ötən illə müqayisədə ciddi artım göstərməyib. Ardıcıl qeyri-iş günləri və uzunmüddətli bayram tətilləri turizmin inkişafı üçün mühüm imkanlar yaradır. İnsanlar bu dövrlərdə istirahətlərini planlaşdıraraq daha çox regionlara üz tutur. Bu da təkcə turist axınını artırmır, eyni zamanda regionlarda iqtisadi aktivliyin yüksəlməsinə, gəlirin daha balanslı paylanmasına müsbət təsir göstərir".

Ekspertlərin ümumi qənaətinə görə, builki Novruz tətili turizm sektoru üçün qarışıq nəticələrlə yadda qalıb. Bölgələrdə daxili turizmin hesabına yüksək doluluq və müəyyən canlanma müşahidə olunsa da, güclü yağıntılar açıq hava fəaliyyətlərini məhdudlaşdırıb, bəzi səfərlərin təxirə salınmasına səbəb olub.

Eyni zamanda, paytaxt və Abşeron üzrə hotellərdə xarici turist axınının azalması və hava şəraitinin mənfi təsiri doluluq göstəricilərini aşağı salıb. Bununla belə, daxili turizmin dayanıqlılığı qorunub və bazarın ümumi tələbatında ciddi azalma qeydə alınmayıb.

Beləliklə, uzunmüddətli bayram tətilləri turizm sektoru üçün ümumilikdə müsbət imkanlar yaratsa da, hava şəraiti və xarici amillər nəticələrə əhəmiyyətli təsir göstərib. Buna baxmayaraq, daxili turizmin sabit qalması sektorun gələcək inkişafı üçün mühüm baza kimi qiymətləndirilir.

Aviaşirkətlər biletlərin qiymətini artırıb

Dünya bazarında neftin və aviasiya kerosininin qiymətinin artması ilə əlaqədar sərnişin aviaşirkətləri biletlərin qiymətini artırıblar. “American Airlines”, “Qatar Airways” “Turkish Airlines”, “Lufthansa”, “SAS Scandinavian”, “Hawaiian Airlines”, “Eurowings” və digər şirkətlər biletin qiymətini iki dəfə artırıblar. “American Airlines” bəyan edib ki, təkcə mart ayının birinci yarısında şirkət 400 milyon zərərə düşüb ki, bunun da əsas səbəbi [...]

Source

Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə təqdim olunub

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 mart tarixlərində Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib. “Şahdağ” Turizm Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub. Rusiyadan olan 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib. […]

Source

Ümrə ziyarətçilərini aparan “FlyNas” şirkəti öz uçuşlarını normal qrafik üzrə davam etdirir

“FlyNas” Hava Yolları Səudiyyə Ərəbistanı Krallığına məxsus aviaşirkətdir. Şirkət 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında qarşılıqlı istiqamətlər üzrə müntəzəm uçuşlar həyata keçirir. “FlyNas” aviaşirkətinə məxsus digər bütün uçuşlar təxirə salınmadan, planlaşdırılmış qrafikə uyğun şəkildə icra edilib. Mövcud uçuş cədvəlinə əsasən: XY627 reysi Ciddə – Bakı marşrutu üzrə saat 08:00-da həyata keçirilir. XY628 reysi [...]

Source

Ümrə ziyarətçilərini aparan “FlyNas” şirkəti öz uçuşlarını normal qrafik üzrə davam etdirir

“FlyNas” Hava Yolları Səudiyyə Ərəbistanı Krallığına məxsus aviaşirkətdir. Şirkət 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında qarşılıqlı istiqamətlər üzrə müntəzəm uçuşlar həyata keçirir. “FlyNas” aviaşirkətinə məxsus digər bütün uçuşlar təxirə salınmadan, planlaşdırılmış qrafikə uyğun şəkildə icra edilib. Mövcud uçuş cədvəlinə əsasən: XY627 reysi Ciddə – Bakı marşrutu üzrə saat 08:00-da həyata keçirilir. XY628 reysi [...]

Source

Dünyanın səyahət üçün ən yaxşı şəhərləri açıqlanıb – Siyahı

Avstraliyanın Melburn şəhəri 2026-cı ildə dünyanın ən yaxşı səyahət istiqaməti seçilib. Müvafiq reytinqi məşhur “Time Out” jurnalı təqdim edib. Ekspertlər və turistlər Melburnu xüsusilə zəngin kulinariya ənənələri, estetik küçələri və binaların damlarında yerləşən məşhur barları (rooftop bars) səbəbindən ziyarət etməyi tövsiyə edirlər. Reytinq cədvəlində ikinci yeri zəngin tarixi irsi və müasir texnologiyaları ilə Çinin Şanxay […]

Yaxın Şərqdə gərginlik dünya turizminə gündə 600 milyon dollar zərər vurur

Yaxın Şərqdə artan gərginlik qlobal turizm sektoruna ciddi təsir göstərib. Regiondakı vəziyyət səbəbindən dünya turizmi gündə təxminən 600 milyon dollar itki ilə üzləşir. Bildirilir ki, bölgədə aviareyslərin pozulması və turistlərin təhlükəsizliklə bağlı narahatlığı nəticəsində səfərlərə tələbat kəskin azalıb. Bununla da turistlərin xərcləri yüz milyonlarla dollar aşağı düşüb. Analitiklər hesab edir ki, vəziyyət uzunmüddətli olmaya bilər. […]

Vasif Qafarov: Yeni sahibkarlıq subyektlərinə lisenziyaların dayandırılması turizm potensialının reallaşmasına imkan vermir

Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb, bu isə yeni turizm obyektlərinin açılmasının qarşısını alır.

"Report" xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, Lerik və Astara rayonlarının böyük turizm potensialı var və bu potensial əsasən rayonların meşə fondu ərazilərindədir:

"Meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsinin dayandırılması bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və böyük turizm potensialının reallaşmasına imkan vermir. İndiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və ölkə iqtisadiyyatına mühüm töhfələr verib. Bunu nəzərə almağınızı və bölgədə turizm sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsini təmin etməyi xahiş edirəm".

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

Azərbaycan Respublikasına səfər etmək istəyən Türkmənistan vətəndaşları üçün "ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyə verilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistan vətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən həyata keçirilib.

Hazırda Türkmənistan vətəndaşları "ASAN Viza" portalına https://www.evisa.gov.az/tk/ linki vasitəsilə daxil olaraq elektron viza müraciətlərini digər dillərlə yanaşı, türkmən dilində də edə bilərlər.

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş etdirilir

Azərbaycanın turizm potensialı Almaniyada keçirilən "ITB Berlin 2026" sərgisində tanıdılır.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, 3-5 mart tarixlərini əhatə edən sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə "Azərbaycan Hava Yolları" QSC (AZAL), hotellər, turizm agentlikləri daxil olmaqla 13 sənaye tərəfdaşının iştirakı ilə ölkə turizminin təbliği və təşviqi məqsədilə B2B görüşlər keçirilir və əməkdaşlıq imkanları müzakirə edilir.

Sərgi çərçivəsində milli stenddə "Gizli xəzinələr: təcrübələrin kəşfi" mövzusunda Azərbaycanın dağ piyada marşrutları haqqında və tarixi İpək Yolu irsini əks etdirən təqdimatın da nümayişi planlaşdırılır.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev milli stendi ziyarət edib.

Xatırladaq ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu tərəfindən Alman Səyahət Assosiasiyasının üzvləri üçün ölkəmizin turizm potensialı barədə təqdimat keçirilib. Görüşdə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış ediblər.

2025-ci il ərzində 11 % artımla Almaniyadan Azərbaycana 24 mindən çox xarici ziyarətçi səfər edib.

Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak edib

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Almaniyanın paytaxtı Berlində 20-ə yaxın ölkənin turizm nazirinin iştirakı ilə keçirilən BMT-nin Turizm Təşkilatının Nazirlər Sammitində təşkil olunan müzakirələrdə iştirak edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sammit zamanı sədr müavini Özbəkistanın Dövlət Turizm Komitəsinin sədri Abdulaziz Akkulov ilə görüş keçirib. Görüşdə hər iki ölkənin turizm sahəsində hədəf bazarları üzrə fəaliyyət prinsipləri və təşviqat strategiyaları barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb. Bununla yanaşı, 2025-ci ilin aprel ayında Azərbaycan Turizm Bürosu ilə Özbəkistan Milli Təbliğat Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumun müddəlarına uyğun olaraq görülmüş işlər nəzərdən keçirilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əlavə alətlər üzrə razılığa gəlinib.

Səfər çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin turizm sənayesi nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Görüşdə səfir Nəsimi Ağayev iştirakçıları salamlayaraq Azərbaycanın Almaniyalı turistlərin diqqətini çəkəcək zəngin turizm potensialına malik olduğunu qeyd edib. Öz növbəsində A.Hüseynova görüşdə çıxış edərək ölkəmizin ev sahibliyi ilə keçiriləcək mötəbər beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialını əks etdirən təqdimat nümayiş etdirərək sənaye nümayəndələrinin suallarını cavablandırıb.

Azərbaycan turizmi regiondakı gərginlik fonunda itkilərini hesablayır - ARAŞDIRMA

Son günlər Azərbaycanın yerləşdiyi regionda İrana zərbələrlə bağlı yaranmış hərbi-siyasi gərginlik ölkəmizin turizm sektoruna birbaşa təsir etməyə başlayıb.

Bazarda ehtiyatlı davranış hallarının sayı artdığından və bir sıra səfərlər təxirə salındığından həm getmə, həm də gəlmə turizm üzrə rezervasiyalarda azalma müşahidə olunur. Xüsusilə xarici turistlərdən asılı hotellərdə doluluq səviyyəsi aşağı düşməkdədir.

"Report" yaranmış vəziyyəti bazar iştirakçıları ilə müzakirə edib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, son illər Azərbaycan vətəndaşları üçün populyar istiqamətə çevrilmiş Dubay və ümumilikdə Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı yayılan xəbərlər bazarda müəyyən narahatlıq formalaşdırıb: "Bu səbəbdən qarşıdan gələn Novruz bayramı günlərində Dubaya səfər edənlərin sayında kəskin azalmanın olacağını düşünürəm. Hazırda konkret rəqəmlər demək çətindir, daha dəqiq mənzərə yaxın günlərdə aydın olacaq, lakin azalma gözlənilir".

Bundan başqa, onun sözlərinə görə, İranla qonşuluq bir sıra xarici ölkələrdən Azərbaycana turist axınına mənfi təsir edə bilər: "Xarici vətəndaşlar xəritəyə baxaraq regionda risk olduğunu düşünə bilərlər. Hələlik hotellərdə kəskin dəyişiklik müşahidə etmirəm. Bu günə olan vəziyyət stabildir, amma yaxın günlərdə mənzərə dəyişə bilər. İrandakı hərbi-siyasi hadisələr regionda təhlükəsizlik qavrayışını və hava nəqliyyatını həssas mərhələyə gətirib. Körfəz ölkələrində uçuşların məhdudlaşdırılması və marşrut dəyişiklikləri qlobal səfər planlamasına təsir göstərir ki, bu da region ölkələrinə, o cümlədən Azərbaycana dolayı təsir yaradır".

Ekspert bildirib ki, hazırkı mərhələdə hotellərdə kütləvi və sistemli rezervasiya ləğvləri qeydə alınmır: "Daha çox ayrı-ayrı hallarda tarix dəyişiklikləri və ya "gözləmə mövqeyi" seçimi müşahidə olunur. Turistlər səfərləri tam ləğv etməkdənsə, vəziyyətin inkişafını izləyərək onları təxirə salmağa üstünlük verirlər. Bu isə bazarda panika deyil, daha çox ehtiyatlı davranış modellərinin formalaşdığını göstərir. Azərbaycan daxilində təhlükəsizlik və ictimai sabitlik təmin olunduğu üçün turizm sektoru fəaliyyətini normal rejimdə davam etdirir. Qısamüddətli dalğalanmalar mümkündür, lakin indiki mərhələdə genişmiqyaslı rezervasiya itkisi qeydə alınmayıb. Sektor vəziyyəti operativ şəkildə izləyir, avia tərəfdaşlarla koordinasiyanı gücləndirir, alternativ marşrutlar və çevik rezervasiya şərtləri tətbiq edir".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə bildirir ki, bundan əvvəl baş vermiş İran–İsrail qarşıdurmasında olduğu kimi, hazırkı hadisələr də rezervasiyaların demək olar ki, dayanmasına səbəb olub. Onun sözlərinə görə, İran və İsrailin hava məkanının bağlanması birbaşa turist axınına təsir göstərir: "Hazırda hər iki ölkədən Azərbaycana gələn turistlərin, eləcə də körfəz ölkələrindən gələn qonaqların rezervasiyaları dayanmış vəziyyətdədir. Regionda artan gərginlik səbəbindən bəzi ölkələr bu istiqamətdə səfər etməkdən müvəqqəti çəkinə bilərlər".

C.Aşurov qeyd edib ki, turizm sektoru təhlükəsizlik amilinə qarşı olduqca həssasdır: "İnsanlar təhlükə riski hiss etdikləri anda ilk növbədə səfərlərini dayandırırlar. Hadisə birbaşa həmin ölkədə və yaxud yaxın regionda baş versə də, bu, uçuşlara və turist axınına ciddi təsir göstərir. Xüsusilə paytaxtda xarici turistlərdən asılı olan hotellərdə son günlər boşluq artıq hiss olunur. Rezervasiyalar kəskin şəkildə azalıb və doluluq səviyyəsi minimum həddə enib".

Turizm eksperti Rəhman Quliyev də qeyd edir ki, artan geosiyasi gərginlik hava məkanında çoxsaylı məhdudiyyətlərə və bəzi uçuşların ləğvinə səbəb olub: "Bu isə həm İran daxilində, həm də region üzrə səfərləri sual altına salaraq sərnişin axınında ciddi azalmaya gətirib çıxarır. Region ölkələrinin hava limanlarında baş verən kütləvi ləğvlər Azərbaycanla nüfuzlu turizm mərkəzləri arasında əlaqələrə də dolayı təsir göstərir".

Onun sözlərinə görə, qeyri-sabitlik səbəbindən regionda hotellər və turizm şirkətləri rezervasiya ləğvlərinin artması ilə üzləşib: "Bu tendensiya təkcə İrana deyil, qonşu ölkələrə yayılan təhlükəsizlik riskləri ilə də bağlıdır. Nəticədə hotellərdə doluluq səviyyəsi və əvvəlcədən verilən sifarişlər zəifləyir, çünki turistlər daha təhlükəsiz hesab edilən istiqamətlərə üstünlük verirlər. İrandakı gərginliyin təsiri çoxdan formalaşmağa başlayıb və bu ilin yaz-yay mövsümündə daha qabarıq hiss olunacağı gözlənilir. Hazırkı regional vəziyyət İran və onunla qonşu ölkələrə səfərlərlə bağlı ciddi xəbərdarlıqlar, uçuşların ləğvi, marşrut dəyişiklikləri ilə müşayiət olunur. Azərbaycan üzrə ümumi turizm göstəriciləri hələlik artan tendensiya nümayiş etdirsə də, mövcud risklər və məhdudiyyətlər fonunda müəyyən rezervasiya ləğvləri və səfərlərin təxirə salınması artıq müşahidə olunur və bu, sektorda narahatlıq yaradır".

Xatırladaq ki, Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən "Azərbaycan Hava Yolları" QSC Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətlərində uçuşları dayandırıb. Sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və yaxud dəyişdirə bilərlər.

ABŞ-nin Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı müraciət

ABŞ-nin Bakıdakı səfirliyi futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək. Redaksiya xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz”, – səfirliyin məlumatında bildirilib. Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda […]

Source

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib

Ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 [...]

Source

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib

Ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus, […]

Source

Qax rayonunun bələdçi xəritəsi hazırlanıb

Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi tərəfindən Qax rayonunun mərkəzində və kəndlərdə yerləşən tarixi abidələr, muzeylər, dağ cığırları və Qaxa səfər edən turistlər üçün lazımlı digər bütün məlumatları özündə əks etdirən Qax bələdçi xəritəsi hazırlanıb. Azərbaycan və İngilis dillərində hazırlanmış xəritə rayonda fəaliyyət göstərən yerləşmə,ictimai iaşə və digər məkanlara paylanılmışdır. Qaxa səfər edən turistlər xəritəni bu müəssisələrdən ödənişsiz olaraq əldə edə bilər.

Source

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq

Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək. Bundan əvvəl “Etihad Airways” iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi. Hazırda BƏƏ-nin “Air Arabia Abu Dhabi” şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Aviarsyeslər gündəlikdir. (Report)

Source

Bakı aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qarşıdan gələn günlərdə gözlənilən sərnişin axınının artması və səyahət intensivliyinin yüksəlməsi nəzərə alınaraq, 29 dekabr – 5 yanvar tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə göstərilən xidmətlərin fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətlə təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. BAKU.NEWS bu barədə hava limanına istinadən xəbər verir. Məlumata əsasən, bu dövrdə hava limanının bütün əsas xidmət strukturları gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. Əlavə növbətçilik qrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirləri genişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi və əməliyyat proseslərinin operativliyi artırılacaq. Bildirilib […]

Source

Bakı aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qarşıdan gələn günlərdə gözlənilən sərnişin axınının artması və səyahət intensivliyinin yüksəlməsi nəzərə alınaraq, 29 dekabr – 5 yanvar tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə göstərilən xidmətlərin fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətlə təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. BAKU.NEWS bu barədə hava limanına istinadən xəbər verir. Məlumata əsasən, bu dövrdə hava limanının bütün əsas xidmət strukturları gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. Əlavə növbətçilik qrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirləri genişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi və əməliyyat proseslərinin operativliyi artırılacaq. Bildirilib […]

Source

AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək

Oktyabrın 26-dan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir: “Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur”.

Source

AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək

Oktyabrın 26-dan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir: “Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur”.

Source

Bu kəndlərdə yeni iş yerləri açılacaq

Ölkədə 8 turistik kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib. Dövlət Turizm Agentliyinin seçdiyi kəndlər ən unikal bölgələrdə yerləşir. Siyahıda Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi yer alıb. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, bu kəndlər “Turistik kənd” konsepsiyasına uyğun olaraq, gələcəkdə […]

Bu aviaşirkət poverbanklardan istifadəni qadağan edir

“Emirates” aviaşirkəti sərnişinlərə xatırladıb ki, 2025-ci il oktyabrın 1-dən etibarən təyyarələrdə portativ enerji yığıcı qurğuların – yəni poverbankların daşınması və istifadəsi ilə bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Yeni qaydalara əsasən, uçuş zamanı poverbanklardan istifadə qadağan olunacaq. “Qafqazinfo”nun xarici mediaya istinadən verdiyi məlumata görə, aviaşirkətin rəsmi saytında bildirilir ki, hər sərnişin yalnız bir ədəd, tutumu 100 [...]

Source

İstanbul–Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib

İstanbul-Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus “Airbus A321” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Bu barədə hava limanı məlumat yayıb. Bildirilib ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət sərnişinə yerində ilkin yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından […]

Source

İstanbul–Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib

İstanbul-Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus “Airbus A321” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Bu barədə hava limanı məlumat yayıb. Bildirilib ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş [...]

Source

Laçın şəhərində kanat yolu gələn il hazır olacaq

Laçın şəhərində kanat yolu, yəqin ki, gələn il hazır olacaq. Bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib. “İkinci kanat yolu Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu isə Kəlbəcərdə olacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

Paşinyan: Ermənistan vətəndaşları Şuşaya turist kimi gedə bilər

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlərdən biri ona Şuşa ilə bağlı sual ünvanlayıb. “Sülh sazişi imzalandıqdan sonra Ermənistan vətəndaşları Şuşaya gedə bilərlərmi?” sualına Paşinyanın cavabı belə olub:  “Ermənistan vətəndaşlarının Şuşaya gedə bilməsi məsələsinə gəldikdə, mən qarşılıqlılıq prinsipini xatırlatmaq istəyirəm. Bəli, sülh şəraitində hamı hər yerə turist kimi gedə bilər”.

Azərbaycanda turagentlərin və turoperatorların gəliri 2 dəfədən çox artıb

2024-cü ildə Azərbaycanda turagentlər və turoperatorlar 166,4 milyon manat gəlir əldə edib. BAKU.NEWS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur. Ötən il ölkədə 381 turagent və turoperator fəaliyyət göstərib. Bu, əvvəlki ilə nisbətən 27 % çoxdur. Hesabat dövründə turagentlərin və turoperatorların işçilərinin sayı isə 25,6 % artaraq 2 132-ə çatıb.

Source

Türkiyənin bu aviaşirkəti uçuş zamanı “powerbank”dan istifadəni qadağan etdi

Türkiyənin “Ajet” aviaşirkəti ölkənin Mülki Aviasiya Baş İdarəsinin tövsiyəsi əsasında təyyarələrdə portativ şarj cihazlarından istifadəni qadağan edib. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni qərar çərçivəsində litium batareyaları 100 vatt/saata qədər olan portativ şarj cihazları (powerbanklar), elektron siqaretlər, ehtiyat batareyalar kabin baqajında aparıla bilər, lakin təyyarədə onlardan istifadə etməyə icazə verilməyəcək. Qeyd olunub ki, [...]

Source

Türkiyənin bu aviaşirkəti uçuş zamanı “powerbank”dan istifadəni qadağan etdi

Türkiyənin “Ajet” aviaşirkəti ölkənin Mülki Aviasiya Baş İdarəsinin tövsiyəsi əsasında təyyarələrdə portativ şarj cihazlarından istifadəni qadağan edib. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni qərar çərçivəsində litium batareyaları 100 vatt/saata qədər olan portativ şarj cihazları (powerbanklar), elektron siqaretlər, ehtiyat batareyalar kabin baqajında aparıla bilər, lakin təyyarədə onlardan istifadə etməyə icazə verilməyəcək. Qeyd olunub ki, [...]

Source

Kolumbun tarixi gəmisi “Santa Maria” Londonu heyran etdi

Tarixin səhifələrindən gələn bir möcüzə, Londonun mərkəzində, St. Katerina Doks limanında yerini aldı. XV əsrə aid Xristofor Kolumbun bayraq gəmisi olan “Santa Maria“nın tam ölçülü bir replikası, şəhər sakinlərini və qonaqlarını heyran etmək üçün gəldi. Redaksiya məlumat verir ki, bu möhtəşəm gəmi, taxtadan hazırlanmış və yüksək yelkənlərlə təchiz edilmişdir. Gəminin detalları, o dövrün gəmiçilik sənətinin incəliklərini əks etdirir. Bu replika, Kolumbun Amerika qitəsinə səfərinin ən mühüm simvollarından biri kimi qəbul edilir. Gəminin limana gəlişi, Londonun mədəni həyatına yeni bir rəng […]

Source

ABŞ xarici məmurlar üçün viza məhdudiyyətləri siyasəti tətbiq edir

ABŞ iqtidarı xarici məmurlar və, Vaşinqtonun versiyasına görə, amerikalı vətəndaşların söz azadlığı hüququnu məhdudlaşdırmaqda iştirak edən şəxslər üçün vizaların verilməsinə yeni məhdudiyyətlər siyasəti tətbiq etmək qərarına gəlib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə yazıb. “Uzun müddətdir ki, amerikalılar öz söz azadlığı hüquqlarını həyata keçirdikləri üçün xarici iqtidarlar tərəfindən cərimələrə, təqiblərə və hətta ittihamlara məruz qalıblar. Bu gün amerikalılara qarşı senzurada iştirak edən xarici məmurlara və şəxslərə tətbiq ediləcək yeni viza məhdudiyyətləri siyasətini elan edirəm”, – o bildirib. […]

Source

Türk Hava Yolları İstanbul-Şam reyslərini artırır

Türk Hava Yolları (THY) yaxın gələcəkdə İstanbul-Şam marşrutu üzrə uçuşların sayını artırmağı planlaşdırır. Bu qərar, şirkətin Suriya paytaxtına olan uçuşlarına artan tələbatın nəticəsidir və sərnişin axınının artırılmasına xidmət edəcək. Redaksiya məlumat verir ki, THY, İstanbul ilə Şam arasında həyata keçirdiyi “TK-846” və “TK-847” nömrəli reysləri 8 iyul tarixindən etibarən artıracaq. Şirkət, həmçinin “TK-848” və “TK-849” nömrəli yeni reysləri də uçuş cədvəlinə daxil edib. Bu addım, aviaşirkətin Suriyaya olan səfərlərini genişləndirmək və sərnişinlərin artan tələbatını ödəmək məqsədi daşıyır. THY, Suriyadakı vəziyyətlə […]

Source

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Yanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Dunyo” agentliyi məlumat yayıb. Görüş zamanı bildirilib ki, bu, vətəndaşların gediş-gəlişini sadələşdirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək. “Səyahət rahatlığı biometrik şəxsiyyət vəsiqələrinin istifadəsi ilə artırılaraq, hər iki ölkə vətəndaşlarının xarici pasport almadan sərhədi keçməsinə imkan yaradacaq”, – məlumatda deyilir. Qeyd edək ki, bundan əvvəl Özbəkistan Prezidenti Şavkat […]

Source

Daha bir ölkədən Moskvaya uçuşlar dayandırıldı

Çinin “China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları martın 30-dək dayandırıb. Bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb. Bildirilir ki, vəziyyət 15-17 min nəfərin səyahətinə təsir edə bilər. Assosiasiya qeyd edib ki, “China Southern”dən başqa dörd aviaşirkət – “Aeroflot”, “China Eastern” və “Hainan Airlines” Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir.

Source

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7,5 milyondan çox sərnişinə xidmət edib

2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 7,537 milyon sərnişinə xidmət göstərib. Redaksiya.az hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 31 % çoxdur. Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub. 2024-cü il ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, […]

Source

AZAL-ın təyyarəsi Həştərxanda təhlükə ilə üzləşib? – Rəsmi açıqlama

Bəzi media resurslarında yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb. AZAL məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, adıçəkilən reys üzrə cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.

Source

Azərbaycanda turistlər üçün yeni kampaniyaya start verilib

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) birgə təşəbbüsü ilə Bakının turizm imkanlarının təbliği məqsədilə kampaniyaya start verilib. BAKU.NEWS agentliyə istinadən xəbər verir ki, kampaniya çərçivəsində AZAL-la səyahət edən yerli və xarici sərnişinlər sentyabrın 29-dan dekabrın 29-na kimi minik talonundan göstərilən tarixdən 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20 % endirim əldə edəcəklər. 29 sentyabr Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə “Baku City Tour” avtobuslarında bir günlük pulsuz səyahət imkanı təqdim […]

Source

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Readaksiya.az AZAL-a istinadən xəbər verir ki , uçuşlar həftədə iki dəfə — bazar ertəsi və cümə axşamları həyata keçiriləcək. AZAL-ın Buxarestə reyslərinin açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına, həmçinin turizm, mədəniyyət və biznes imkanlarının genişlənməsinə töhfə verəcək. Buxarest Rumıniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm iqtisadi və mədəni mərkəzidir, eyni zamanda Cənub-Şərqi Avropanın maraqlı şəhərlərindən biridir. Yaxın gələcəkdə aviaşirkət Şərqi Avropanın […]

Source

Asiyada Şengen zonasının analoqu yarana bilər

Tailandın baş naziri Sretta Tavisin Cənub-Şərqi Asiya ölkələri ilə birgə viza proqramı yaratmaq təşəbbüsü ilə çıxış edib. Son aylarda o, bu ideyanı Kamboca, Laos, Malayziya, Myanma və Vyetnamdakı həmkarları ilə müzakirə edib. Avropa Şengen vizasının analoqunun hazırlanması dünyanın hər yerindən gələn turistlərə altı qonşu ölkə arasında sərbəst səyahət etmək imkanı verəcək. Qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələri ötən il 70 milyona yaxın xarici turist qəbul edib. Mənbə: rbc.ru

Source

❌