Normal view

Sırağagün

Xəzər dənizində suyun səviyyəsi son 200 ilin minimumuna endi

Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb. Bu barədə Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani danışıb. Onun sözlərinə görə, son iki onillikdə Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15% artıb. O, əsas səbəblər arasında iqlim […]

bp və SOCAR Xəzərdə seysmik məlumatları vahid bazada birləşdirəcək

bp və SOCAR tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda mövcud bütün seysmik məlumatların vahid bazada birləşdirilməsi nəzərdə tutulur. Bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeraltı ehtiyatlar (Subsurface) üzrə vitse-prezidenti Dan Sparkes Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib. Onun sözlərinə görə, neft-qaz sənayesində şirkətlər adətən rəqib kimi görünsə də, əslində eyni regionda fəaliyyət göstərən operatorlar arasında əməkdaşlıq rəqabətdən daha çox fayda yaradır. Dan Sparkes bildirib ki, əsas rəqabət digər regionlarla bağlıdır, çünki […]

Source

Azərbaycan Xəzərdə külək enerjisi potensialının tədqiqinə başlayıb

“EOLOS Floating LiDAR Solutions” şirkəti Xəzər dənizində “Azerbaijan Green Energy Company” (AGEC) şirkətinin dəniz külək enerjisinin işlənməsi sahəsində FLS200 modelli inteqrasiya olunmuş üzən LiDAR dəniz nişanını (buy) istismara verib. Bu kampaniya həmin regionda dəniz külək zonalarının qiymətləndirilməsi üzrə öz növündə ilk təşəbbüs olub. Qeyd edək ki, EOLOS şirkəti 2026-cı ilin yanvarında dəniz obyektində ölçmə kampaniyasının […]

Xəzərdə DÖRDÜNCÜ ZƏLZƏLƏ oldu

Xəzərdə bu gün dördüncü zəlzələ olub. Redaksiya xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 3.1 maqnitudalı yeraltı təkan yerli vaxtla 10:21-də, 25 km dərinlikdə baş verib.

Source

Xəzər dənizində ZƏLZƏLƏ oldu

Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib. Xatırladaq ki, aprelin 4-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Source

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək

Astana şəhərində keçiriləcək Regional Ekoloji Zirvə Görüşü çərçivəsində, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək. Qazaxıstan səfirliyindən verilən xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayelin Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev ilə görüşündə bildirilib. Görüşdə Azərbaycanın Qazaxıstan Prezidentinin beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəklədiyi vurğulanıb. […]

Ukrayna dronları “Lukoil”in Xəzər dənizində neft platformasına zərbə endirib

Ukrayna Təhlüksəzilik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus sayca üçüncü neftçıxarma platformasını vurub. Bu barədə “Unian“ xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, bu dəfə “Rakuşeçnoye” yatağında yerləşən qazma qurğusu hücuma məruz qalıb. Paylaşılan videolarda qaz-turbin qurğusuna uğurlu zərbənin qeydə alındığı görünür.

Xəzəri böyük fəlakət gözləyir

Əsrlər boyu bölgənin təbii sərvətlərinin, iqtisadi həyatının və ekoloji tarazlığının əsas dayağı olan Xəzər dənizi bu gün böyük təhlükə ilə üz-üzədir. Son illər müşahidə olunan sürətli səviyyə enməsi təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün ciddi xəbərdarlıq siqnalına çevrilib. Araşdırmalar göstərir ki, Xəzərin səviyyəsində dəyişikliklər tarix boyu baş verib, lakin indiki geri çəkilmə miqyası və […]
❌