Azərbaycanda dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Dəyişikliyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin […]