Vətən müharibəsi iştirakçısına polkovnik rütbəsi VERİLDİ

Vətən müharibəsi iştirakçısı Aqil Əli oğlu Məmmədova polkovnik ali hərbi rütbəsi verilib.

"Unikal"a istinadən, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan A.Məmmədov bu rütbəyə Vətən qarşısında xüsusi xidmətlərinə görə layiq görülüb.

O, “Vətən uğrunda”, “Şücaətə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə təltif olunub.

Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.