Bərdədə 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
Hadisə rayonun Cəyirli kəndində baş verib. Kənd sakini Ziyad Məmmədov Cullu oğluna məxsus ev yanaraq yararsız hala düşüb.
FHN əməkdaşları yanğını söndürüb, alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbi araşdırılır.
Məlumata görə, ev sahibinin övladı yaxın vaxtlarda ailə həyatı qurubmuş. Yanğın zamanı yeni ailə üçün alınan cehiz əşyaları da yararsız hala düşüb.