Quşla toqquşan təyyarə geri qayıtdı

EW 9558 saylı reys üzrə Tenerifeyə uçan sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşmadan sonra Düsseldorf hava limanına geri dönüb.

Təyyarə havaya qalxdıqdan dərhal sonra pilotlar mühərriklərdən birində vibrasiya aşkar ediblər. Təhlükəsizlik məqsədilə hava limanına qayıtmaq qərarı verilib.

A321 tipli təyyarənin göyərtəsində 152 sərnişin olub. Təyyarə Düsseldorf hava limanına təhlükəsiz eniş edib. Onun texniki vəziyyəti yoxlanılacaq.

Qeyd edək ki, təyyarənin məxsus olduğu Almaniyanın "Eurovings" aviaşirkəti sərnişinlərin səfərini davam etdirməsi üçün ehtiyat təyyarə təqdim edib.