Samuxda evdən 39 yaşlı kişinin meyiti tapıldı

Samuxda evdən kişi meyiti tapılıb.

APA-ya istinadən, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini 1987-ci il təvəllüdlü X.Abdullayevin yaşadığı evdən meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hələlik ölümün səbəbləri məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.