Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinadən, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü 1993-cü il təvəllüdlü E.Bayramov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.