Xırdalanda maşın aptekə çırpıldı - Video

Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-a istinadən, minik avtomobili idarəetmədən çıxaraq aptekə çırpılıb.

Hadisə nəticəsində obyektə və avtomobilə ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.