Nüfuzlu diplomla iş axtarışında: Xaricdə təhsil alanların qarşılaşdıqları çətinliklər - Foto

Xaricdə təhsil almaq gənclərə beynəlxalq təcrübə qazanmaq, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Xaricdə təhsillə bağlı Dövlət Proqramının əsas məqsədlərindən biri də nüfuzlu universitetlərdə təhsil alan gənclərin qazandıqları bilik və təcrübəni ölkəmizin inkişafına yönəltməsidir. Bununla belə, məzunların ölkəyə qayıtması, əmək bazarına uyğunlaşması və ixtisaslarına uyğun iş tapması müxtəlif amillərdən asılıdır. Son illər onların məşğulluğu və peşəkar potensiallarından səmərəli istifadə olunması ətrafında müzakirələr də aktuallaşıb.