Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv edildi

NAXÇIVAN, 25 noyabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv edilib.

Bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında” 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli Sərəncamı və “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli Fərmanı ləğv edilib.