Azay Quliyev Vyanada ATƏT-in tədbirində çıxış edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev noyabrın 26-da Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək.

Bu barə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində deputatımız ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin “ATƏT-in iqtisadi və ətraf mühit ölçüsünün təsiri – nəticələr və əldə edilmiş təcrübələr” mövzusunda keçiriləcək iclasında iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı çıxış edəcək.

Səfər noyabrın 28-də başa çatacaq.