Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatın maliyyələşdirilməsi təmin edilib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin yanvarın sonunadək təmin olunduğunu bildirib.

O, bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.

Tramp gələn ilin yanvarında Konqresə nəzarətin demokratlara keçməsindən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarının məhdudlaşa biləcəyini etiraf edib.

O, ABŞ-ın hazırda İran üzərində tam qələbə qazandığını iddia edərək, demokratların bunu məğlubiyyətə çevirə biləcəyindən narahatlığını ifadə edib.