"Turan" qadın voleybol komandası CEV Çempionlar Liqasının qrup mərhələsində bu gün ilk oyununa çıxacaq.
Tovuz təmsilçisi İtaliyada "Savino Del Bene"nin qonağı olacaq.
Florensiyada təşkil olunacaq D qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 21.30-da start götürəcək.
Xatırladaq ki, D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları da mübarizə aparır.