Ukrayna eyni anda üç neft emalı zavodunu vurdu - Video

Rusiyanın Samara vilayətində yerləşən bir neçə neft emalı zavodu eyni vaxtda Ukrayna dronlarının hücumuna məruz qalıb.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Sızran neft emalı zavodunun ərazisində yanğın baş verib. Həmçinin Samara və Novokuybışevsk şəhərlərindəki neft emalı müəssisələrinin də hücuma məruz qaldığı bildirilir.

Qeyd edək ki, hər üç müəssisə “Rosneft” şirkətinin Samara neft emalı zavodları qrupuna daxildir. Onların ümumi emal gücü ildə 23,8 milyon ton neft təşkil edir.