ABŞ Hörmüz boğazından bir həftədə 108 milyon barel neftin çıxarılmasını təmin edib

Ötən həftə ABŞ-nin bölgədəki qüvvələrinin nəzarəti altında Hörmüz boğazından rekord miqdarda neft nəql edilib.

Bu barədə " Əl-Hadath" televiziyası ABŞ administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.

ABŞ rəsmisi bildirib: "Ötən həftə ABŞ-nin nəzarəti altında Hörmüz boğazından rekord həcmdə - 108 milyon barel neft nəql edilib. Bu, ABŞ və İran arasında Fars körfəzində münaqişənin başlamasından bəri ən yüksək həftəlik həcmdir".

ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, Vaşinqton quru yollarla İrana qabaqcıl komponentlərin çatdırılmasının qarşısını almaq üçün çalışır.