"Nvidia"nın Direktorlar Şurası Censen Huanqı baş icraçı direktor vəzifəsinə geri qaytarmaqla düzgün qərar qəbul edib.
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Təkcə şirkətin deyil, həm də ABŞ iqtisadiyyatının uğur və rifahını təmin etmək üçün ölkənin Censenin "Nvidia"dakı liderliyinə ehtiyacı var. ABŞ hökumətinin Censenin "Nvidia"ya qayıdışının milli təhlükəsizlik üçün hər hansı risk yaratdığını düşünməyə heç bir əsası yoxdur", - o qeyd edib.
Trampın sözlərinə görə, ABŞ-nin Baş prokuroru Huanqın hər hansı qanunsuz hərəkətlərdə əli olduğuna dair heç bir sübutun olmadığını təsdiqləyib.
"Mən Censenlə tanış oldum, o, böyük vətənpərvərdir. Xüsusilə qeyd etmək lazımdır ki, "Nvidia" öz hüquqi öhdəliklərini və ABŞ-nin milli təhlükəsizliyinin qorunması üzrə vətənpərvərlik borcunu yerinə yetirdiyinə əmin olmaq üçün şirkətin ABŞ-nin ixrac nəzarətinə riayət etməsinə dair hərtərəfli daxili araşdırmasını davam etdirməlidir. Censeni, "Nvidia"nın Direktorlar Şurasını, ABŞ xalqını və əlbəttə ki, bütün dünyanı təbrik edirəm!", - Tramp vurğulayıb.