İstanbul küçələrində aslan həyəcanı: dronlarla axtarıldı - VİDEO

İstanbul Valiliyi şəhərin Sarıyer rayonunda aslan görüldüyü barədə məlumatı təkzib edib.

Redaktor.az Türkiyə mediasına istinadla bildirir ki, valiliyin açıqlamasına görə, noyabrın 22-də Uskumruköy məhəlləsindəki idman kompleksinin yaxınlığındakı meşəlik ərazidə aslan görüldüyü barədə məlumat daxil olub.

Bundan sonra Təbiəti Mühafizə və Milli Parklar, jandarma, AFAD, İstanbul Böyükşəhər və Sarıyer bələdiyyələrinin baytarlıq xidmətlərinin iştirakı ilə axtarış aparılıb. Ərazi termal kameralı dronlar, müşahidə kameraları və hərəkət sensorları vasitəsilə yoxlanılıb.

Axtarış zamanı ərazidə aslanın olduğuna dair heç bir sübut aşkarlanmayıb.

Noyabrın 23-də əldə edilən müxtəlif bucaqlardan çəkilmiş görüntülərin araşdırılması nəticəsində heyvanın nə aslan, nə də digər iri pişik növlərindən biri olmadığı müəyyən edilib.

Valilik bildirib ki, vətəndaşların təhlükəsizliyi üçün daxil olan bütün məlumatlar diqqətlə araşdırılır və zərurət yaranarsa, yoxlamalar yenidən aparılacaq.