Rütte: Ukraynanın NATO-ya üzvlüyü uzunmüddətli hədəf olaraq qalacaq

NATO Ukraynanın Alyansa üzvlüyünü uzunmüddətli hədəf kimi nəzərdən keçirməyə davam edəcək.

Bunu NATO-nun Baş katibi Mark Rütte Berlində Almaniya Kansleri Fridrix Merzlə birgə mətbuat konfransında bildirib.

“NATO-nun uzunmüddətli mövqeyi ondan ibarətdir ki, Ukrayna Alyansın üzvü olmalıdır. Bu mövqe qarşıdakı uzun illər ərzində qüvvədə qalacaq”, – deyə Rütte vurğulayıb.

Baş katib Rusiyanın iştirakı ilə Avropanın təhlükəsizliyinə dair mümkün danışıqlara da münasibət bildirib.

O xatırladıb ki, Almaniyanın birləşməsi ərəfəsində NATO SSRİ ilə Avropa təhlükəsizliyi məsələlərini müzakirə edib.

“Həmin vaxt vahid Almaniyanın NATO-ya daxil olması məsələsi müzakirə edilirdi. NATO SSRİ-nin narahatlıqlarını dinləyirdi və bu, normal proses idi”, – deyə Rütte qeyd edib.