Sumqayıtda avtomobilin vurduğu piyada öldü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil piyada – 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub.

X. Şirinov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Report/