NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək

NATO ölkə ərazisinə Rusiyanın üç "X-101" raketinin düşməsinə cavab olaraq Polşada "AWACS" uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarəsini yerləşdirəcək.

"Reuters"ə istinadən, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

Onun sözlərinə görə, təyyarə vəziyyət barədə məlumatlılığı artırmağa və alyansın bu cür təhdidlərə reaksiya vermək imkanlarını yaxşılaşdırmağa imkan verəcək.

NATO nümayəndəsi təsdiqləyib ki, alyansın Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş komandanı general Aleksus Qrinkeviç "AWACS" təyyarəsinin ilkin yerləşdirilməsinə icazə verib. Bundan başqa, Polşaya əlavə vasitələrin göndərilməsi imkanı nəzərdən keçirilir.

Xatırladaq ki, noyabrın 20-də Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkə ərazisinə Rusiyanın iki raketinin və dronun düşdüyü barədə məlumat vermişdi.