ABŞ İrana qarşı hərbi əməliyyatları istənilən an bərpa etməyə hazırdır

Bu barədə yüksək rütbəli amerikalı mənbə “Al Arabiya”ya bildirib.

Mənbənin sözlərinə görə, ABŞ hərbçiləri qarşılarına qoyulan vəzifələri yerinə yetirməyə imkan verən mövqelərdə yerləşdirilib.

Nəşr qeyd edir ki, mümkün zərbə ssenariləri çoxdur. Bunlara yalnız İranın nüvə obyektlərinin bombalanmasından tutmuş, ölkənin hərbi sənaye müəssisələrinə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektlərə, eləcə də Tehranın hərbi məqsədlər üçün istifadə etdiyi neft obyektləri də daxil olmaqla, mülki infrastruktura zərbələr endirilməsi daxildir.