“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Viktor Osimhenin yaşıl meydanlara qayıdacağı vaxtla bağlı açıqlama verib.
Türkiyəli mütəxəssis “Aston Villa” ilə oyun öncəsi keçirilən mətbuat konfransında nigeriyalı hücumçunun qarşıdakı matçda iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, Osimhenin növbəti qarşılaşmada heyətə qayıtmaq ehtimalı var. Buruk bu məsələdə komandanın vəziyyətini və futbolçunun bərpa prosesini nəzərə alacaqlarını deyib. Baş məşqçi eyni zamanda Sallainin də növbəti matçda heyətə düşə biləcəyini qeyd edib.
O bildirib ki, Jakobsun vəziyyəti isə son məşqdən sonra bəlli olacaq. Okan Buruk “Aston Villa” ilə görüşün əhəmiyyətinə də toxunaraq qarşılaşmadan qələbə ilə ayrılmaq istədiklərini bildirib. Qeyd edək ki, “Qalatasaray” İngiltərə təmsilçisinə qarşı oyuna bir neçə zədəli futbolçunun yoxluğunda hazırlaşır.