NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra ölkəyə AWACS hava-desant erkən xəbərdarlıq və idarəetmə sisteminə malik təyyarə yerləşdirib.
Bu barədə NATO-nun sözçüsü Alison Hartın Alyansın mətbuat xidməti tərəfindən yayılan bəyanatında bildirilib.
Qeyd olunub ki, Şimali Atlantika Şurasının iclasında NATO ölkələrinin səfirləri ötən həftə Polşanın hava məkanının pozulması hadisəsini müzakirə ediblər. Alyans hadisəyə görə Rusiyanı məsul tutub.
Bəyanatda bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı AWACS təyyarəsinin Polşada yerləşdirilməsi barədə göstəriş verib.