Paşinyan Rumıniyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rumıniyaya rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Paşinyan Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşəcək, ardınca birgə mətbuat konfransı keçiriləcək.

Paşinyan həmçinin Rumıniya Baş naziri Luka Nikulesku ilə də görüşəcək. Görüşdən sonra Ermənistan və Rumıniya baş nazirləri mediaya açıqlamalar verəcəklər.

Rəsmi səfər çərçivəsində Rumıniya Senatının sədri Mirça Abrudeanla da görüş planlaşdırılır.