Yaxınından Ada ilə bağlı ürəkdağlayan PAYLAŞIM

Doğum günü faciəli şəkildə dünyasını dəyişən aparıcı Ada Süleymanla bağlı yaxınları paylaşım edib.Oxu24.com bildirir ki,aparıcının xalası qızı Ülviyə Quliyeva paylaşımında bu itkidən çox üzüldüklərini bildirib."Canım xalam qızı, Ada… Sən mənim ən yaxınlarımdan, hər zaman yanımda olan, dəstəyini hiss etdiyim insanlardan biri idin. Bu videonu sənin ad gününü təbrik etmək üçün paylaşmaq istəyirdim, amma təəssüf ki, bu gün sənin üçün vida paylaşımına çevrildi… Hər zaman yaxşılığınla, gözəl qəlbinlə, təmiz niyyətinlə yadda qaldın. Elə o gözəl qəlbinlə də bu dünyadan köçdün…Hələ də inana bilmirəm. Yoxluğunu qəbul etmək çox çətindir. Sən hər zaman xatirələrimizdə, dualarımızda və qəlbimizdə yaşayacaqsan.Allah sənə rəhmət eləsin, canım Ada",-deyə Ü.Quliyeva bildirib. Посмотреть эту публикацию в Instagram Публикация от Oxu24.Com/Az (@oxu24.az) Jalə