NATO Polşaya AWACS radar təyyarəsi yerləşdirdi

Şimali Atlantika Alyansı Polşaya AWACS hava hücumundan müdafiə təyyarələrinin yerləşdirildiyini elan edib.

Alyans bu hadisədə Rusiyanı günahlandırıb.

NATO-nun sözçüsü Alison Hartın bildirib: "NATO səfirləri bu gün Şimali Atlantika Şurasının iclasında ötən həftə Polşanın hava məkanının pozulmasını müzakirə ediblər. Hadisəyə görə Rusiya məsuliyyət daşıyır. Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı NATO-nun Hava-Dəniz Erkən Xəbərdarlıq və İdarəetmə Sistemi (AWACS) təyyarəsinin orada yerləşdirilməsinə göstəriş verib".

Həmçinin qeyd olunur ki, NATO-nun Ali Baş Komandanı bölgədə əlavə NATO hərbi imkanlarının yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

AWACS təyyarələri həm bir neçə yüz kilometr məsafədə hava hədəflərini aşkar etmək vasitəsi, həm də blokun hava qüvvələrinin hərəkətlərini əlaqələndirmək üçün hava komandanlıq məntəqəsi kimi xidmət edir.

Noyabrın 20-də Polşa müdafiə naziri Vladislav Kosiniak bildirib ki, cümə günü iki raket və bir pilotsuz uçuş aparatı Polşa hava məkanına daxil olaraq iki şərq voyevodluğuna düşüb. Xəsarət alan olmayıb.