Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Merkuri” korvetinə Liviyanın Benqazi limanında hücum edildiyini təsdiqləyib.
Zelenski əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, hücum zamanı dəniz dronlarından istifadə olunub.