Stalinin cəzalandırdığı yəhudi qadınlar - sovet rəhbərlərinin həyat yoldaşı olmaları onları xilas etməyibOxu24.com bildirir ki,İosif Stalin hakimiyyətini möhkəmləndirdikcə Sovet İttifaqında qorxu və repressiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Onun üçün siyasi rəqib olmaq, şübhəli şəxslə əlaqə saxlamaq, yaxud sadəcə yanlış insanın yaxın qohumu olmaq belə ölüm hökmünə səbəb ola bilib. Diktatorun qəddarlığı hətta ən yaxın silahdaşlarının ailələrindən də yan keçməyib.Xüsusilə yəhudi əsilli qadınların taleyi Stalinin şəxsi nifrətinin, siyasi paranoyasının və antisemitizm siyasətinin qurbanına çevrildiklərini göstərib. Sovet rəhbərliyində təmsil olunan bir sıra şəxslərin həyat yoldaşları əvvəlcə inqilabi hərəkatda iştirak edib, sonradan yüksək vəzifəli bolşeviklərlə ailə qurublar. Lakin 1930-cu illərin sonlarından etibarən onların bir çoxu üçün bu yaxınlıq üstünlük deyil, təhlükə mənbəyinə çevrilib.1937–1938-ci illərdə həyata keçirilən “böyük terror” zamanı Stalin rejimi minlərlə partiya və dövlət xadimini, hərbçini, ziyalını və adi vətəndaşı repressiyaya məruz qoyub. İnsanlar saxta ittihamlarla həbs edilib, işgəncələrə məruz qalıb, güllələnib və ya “QULaq” düşərgələrinə göndəriliblər. Repressiyaların ən dəhşətli tərəflərindən biri isə günahsız insanların ailə üzvlərinin də cəzalandırılması olub. II dünya müharibəsindən sonra bu siyasət yeni istiqamət alıb. Stalin rejimi yəhudi ziyalılara və ictimai xadimlərə qarşı təzyiqləri artırıb. “Köksüz kosmopolitizm” və “sionizmlə əlaqə” kimi ittihamlar siyasi təqib vasitəsinə çevrilib. Beləliklə, sovet vətəndaşlarının etnik mənsubiyyəti belə onların təhlükəsizliyini müəyyənləşdirən amillərdən birinə çevrilib.Aleksandr Poskrebışev Stalinin ən yaxın və etibarlı əməkdaşlarından biri olub. Uzun illər onun şəxsi katibi vəzifəsində çalışan Poskrebışev dövlətin ən məxfi sənədləri ilə işləyib, rəhbərin gündəlik fəaliyyətini təşkil edib. Lakin bu sədaqət belə ailəsini xilas etməyə kifayət etməyib.1939-cu ildə həyat yoldaşı Bronislava Metallikova həbs edilib. Onun qardaşı Mixailin Lev Trotski ilə uzaq qohumluq əlaqəsi olması qadının təqib edilməsinə əsas kimi göstərilib. Poskrebışev həyat yoldaşını xilas etmək üçün Stalinə müraciət etsə də, diktator onun yalvarışlarına məhəl qoymayıb.Stalinin ona deyib: “Sənə arvad lazımdır? Sənə başqa arvad taparıq”. 1941-ci il oktyabrın 13-də Bronislava güllələnib. NKVD isə öz əməkdaşlarından birini “Poskrıbışevin arvadı” vəzifəsinə təyin edib.Stalinin oğlu Yakov Cuqaşvili yəhudi əsilli Yuliya Meltserlə ailə qurub. Odessada rəqqasə kimi çalışan Yuliya Stalinin xoşuna gəlməyib. Diktator oğlunun seçimini bəyənməyib, onun şəxsi həyatına da müdaxilə edib. Buna baxmayaraq, Yakov 1938-ci ildə Yuliya ilə evlənib və onların Qalina adlı qızı dünyaya gəlib. 1941-ci ildə Yakov almanlara əsir düşəndən sonra həyat yoldaşı da şübhə altına alınıb. Sovet təhlükəsizlik orqanları onu həbs edib və təxminən iki il saxlayıb.Yuliya 1943-cü ildə azadlığa buraxılıb. Yakov isə həmin il Zaksenhauzen həbs düşərgəsində həlak olub. Stalin oğlunun əsir düşməsini şəxsi faciə kimi deyil, daha çox siyasi və ailəvi rüsvayçılıq kimi qiymətləndirib.Sovet rəhbərliyinin digər üzvü Andrey Andreyevin həyat yoldaşı Dora Xazan da Stalinin narazılığına tuş gəlib. O, diktatorun həyat yoldaşı Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub. Nadejdanın 1932-ci ildə intiharından sonra Stalin onun yaxın çevrəsinə qarşı münasibətini dəyişib.Dora Xazanın 1949-cu ildə antisemitizm kampaniyası fonunda həbs edildiyi bildirilir. Ona qarşı irəli sürülən ittihamlar arasında sionist təşkilatlarla əlaqə və Krımda yəhudi muxtariyyəti yaratmaq niyyəti də yer alıb. Onun iki il düşərgədə saxlanıldığı, daha sonra sürgünə göndərildiyi barədə məlumatlar yayılıb.Stalinin ən yaxın silahdaşlarından biri olan Vyaçeslav Molotovun həyat yoldaşı Polina Jemçujinanın taleyi də faciəli olub. Əsl soyadı Karpovskaya olan Polina sovet dövlətində müxtəlif yüksək vəzifələr tutub, yəhudi ictimai dairələri ilə əlaqələr qurub. O, həmçinin Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub.1948-ci ildə İsrailin ilk səfiri Qolda Meirlə görüşməsi və yəhudi icması ilə əlaqələri Stalin tərəfindən şübhə ilə qarşılanıb. Diktator Molotovdan həyat yoldaşından boşanmağı tələb edib. Molotov bu tələbə tabe olub, lakin bu da Polinanı xilas etməyib.1949-cu ilin yanvarında Polina həbs edilib, partiyadan xaric olunub və sonradan Qazaxıstana sürgün edilib. O, yalnız Stalinin ölümündən sonra, 1953-cü ildə azadlığa buraxılıb.İlkin Nəcəf.
Bu gün
3970 xəbər bu gün
Türkiyənin Kastamonu vilayətinin Taşköprü rayonunda yerləşən Ortaöz kəndində 22 ildir siqaret çəkilmir. Kənddə tətbiq olunan qadağa sakinlərin ortaq qərarı ilə başlayıb və bu günədək davam edir. Mynet.com saytına…
İtaliyanın “Ferrari” şirkəti 22 illik fasilədən sonra əfsanəvi “Challenge Stradale” adını yenidən avtomobil bazarına qaytarıb. Yeni “296 Challenge Stradale” modeli hibrid sistemdən imtina edərək tamamilə benzin mühərriki…
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Görüş zamanı İstanbulda...
"Saxta marşrutlar" heç vaxt "əsl dəhlizləri" əvəz etməyəcək: istər İranın cənubunda olsun, istərsə şimalında; istər Hörmüz boğazından keçən cənub marşrutu olsun, istərsə də TRİPP (Zəngəzur). Bu sözləri İranın ali…
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Flydubai" aviaşirkəti sentyabrın 30-da təyyarənin göyərtəsində baş verən insidentdən sonra İsraillə dayandırdığı hava əlaqəsini dekabrın əvvəlində bərpa etməyi planlaşdırır. Bu barədə…
Noyabrın 25-i gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq. Bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb. Məlumata görə, buna səbəb magistral xəttin…
ABŞ İrana qarşı sanksiyalar çərçivəsində səkkiz fiziki şəxs və 22 şirkəti məhdudiyyətlər siyahısına daxil edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında məlumat yerləşdirilib…
Nigeriya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hava hücumları nəticəsində 37 terrorçunu zərərsizləşdirib. Bu barədə “Premium Times” qəzeti məlumat yayıb. Əməliyyat zamanı ölkənin şimal-şərqindəki Borno əyalətində…
Sabah Qəbələ şəhərinin Pastar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu çərçivəsində "Barselona" klubu Bakıda "Sabah"ın qonağı olacaq.
NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra ölkəyə AWACS hava-desant erkən xəbərdarlıq və idarəetmə sisteminə malik təyyarə yerləşdirib. Bu barədə NATO-nun sözçüsü…
“Trabzonspor”un aparıcı müdafiəçilərindən olan Çibuike Nvaivu vətəni Nigeriya mətbuatına qeyri-adi qol sevinci ilə bağlı açıqlamalar verib. 23 yaşlı mərkəz müdafiəçisi hazırda əla formadadı və “Fulhem” başda olmaqla…
Doğum günü faciəli şəkildə dünyasını dəyişən aparıcı Ada Süleymanla bağlı yaxınları paylaşım edib.Oxu24.com bildirir ki,aparıcının xalası qızı Ülviyə Quliyeva paylaşımında bu itkidən çox üzüldüklərini bildirib."Canım…
Vəsiyyətnamədə adınız yoxdur? Bu, miras ala bilməyəcəyiniz demək deyil!Bunu Oxu24.com-a açıqlamasında vəkil Azər İbrahimov bildirib."Bir çox insan düşünür ki, vəsiyyətnamədə adı qeyd olunmayıbsa, miras hüququ da yoxdur…
Yaponiyanın avtomobil istehsalçıları "Honda" və "Toyota" təhlükəsizlik riski ilə əlaqədar ümumilikdə 1,6 milyon avtomobili geri çağırıb. Məlumata görə, "Honda" ABŞ-da 810 min, "Toyota" isə dünya üzrə təxminən 790 min…
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransının uğurlu təşkilinə görə təbrik edib. O, bu barədə “X”də paylaşım edib. Rəfiyev COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı…
Nar payız-qış mövsümündə ən çox istifadə olunan meyvələrdən biridir. Onu təzə halda yeməklə yanaşı, duzlayaraq saxlamaq da bir çox bölgələrdə geniş yayılmış adətdir. Xüsusilə turş nar növlərinə üstünlük verilir…
США расширили санкции против Ирана, включив в черный список восемь граждан страны и 22 компании, зарегистрированные в Иране, ОАЭ, Гонконге и других государствах. Об этом...
Dövriyyədə olan yeni pul nişanlarını, xüsusilə də yüz manatlıq əsginasları saxta pullara oxşadanlar, onların həqiqi olmadığını iddia edənlər var. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə…
Международная федерация футбола (ФИФА) официально заявляетла страны, которые примут женские чемпионаты мира 2031 и 2035 годов. Со ссылкой на İdma, n.Biz, решение принято на внеочередном конгрессе организации. Чемпионат…
Министерство финансов США внесло в санкционный список десятки физических лиц и организаций, связанных с Ираном. Как передает Day.Az со ссылкой на сообщение американского ведомства, ограничения введены в рамках масштабной…
Paytaxtın Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Axar.az-a istinadla, hadisə nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis…
Fridrix Merz
ABŞ lideri
Censen Huanq
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda aslan görüldüyü barədə yayılan məlumatlar təsdiqlənməyib. İstanbul Valiliyinin açıqlamasına görə, noyabrın 22-də Uskumruköy məhəlləsindəki meşəlik ərazidə aslan görüldüyü…
Vaşinqton administrasiyası Ukraynada lokal humanitar atəşkəslər üzərində işi davam etdirir.
Gün ərzində uzun müddət oturmaq əvəzinə qısa yürüş fasilələri vermək qan şəkərinin tənzimlənməsinə daha müsbət təsir göstərə bilər. ABŞ-nin Kolorado Universitetinin rəhbərliyi ilə aparılan və noyabrın 18-də “Obesity”…
NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra ölkəyə AWACS hava-desant erkən xəbərdarlıq və idarəetmə sisteminə malik təyyarə yerləşdirib. Bu barədə NATO-nun sözçüsü Alison Hartın…
Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleyman və tanışı Anar Kərimovun içərisində olduqları
Bu ilin dekabrında Tiranada Azərbaycan-Albaniya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçiriləcək.
ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın həmtəsisçisi Censen Huanqın yenidən baş icraçı direktor vəzifəsinə qaytarılmasından sonra şirkətin səhmləri 31 faizdən çox bahalaşıb. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilib…
Ermənistanın Baş naziri Nikol Paşinyan Rumıniyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Paşinyan Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşəcək, ardınca birgə mətbuat konfransı keçiriləcək. Paşinyan həmçinin…
Avropa Rusiya ilə danışıqlara hazırdır. Bu barədə Almaniya kansleri Fridrix Merz bildirib. "Sülh danışıqları tezliklə məsləhətçilər səviyyəsində, Ukrayna, Rusiya, Avropa və ABŞ-ın iştirak etdiyi formatda bərpa olunacaq…
Ermənistan Baş naziri Nikol Paşinyan Rumıniyaya rəsmi səfərə gedib. Erməni mediasına istinadla, səfər çərçivəsində Nikol Paşinyanın Rumıniya Prezidenti Nikos Dan, Baş nazir Luka Nikulesku və Senat sədri Mirça Abrudeanla…
ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner İsrailin hazırkı siyasətini dəyişməyəcəyi təqdirdə beynəlxalq təcrid təhlükəsi ilə üzləşə biləcəyini bildirib. “New York Magazine” jurnalına istinadən…
Coratın tarixi memarlıq abidələri yerli əhəmiyyətli tarixi abidə statusu alıb. Bu haqda Moderator.az-a açıqlamasında Corat kənd sakini, Corat Bələdiyyəsinin sədr müavini vəzifəsini icra edən Nahid Zülfüqarov deyib…
Şəhid xanımı, əməkdar müəllim, Gülnarə Abdullayeva avtomobil qəzasında vəfat edib. Bu barədə ETİHİ Nəsimi Rayon Komitəsi məlumat yayıb.65 yaşlı müəllimi piyada keçidində maşın vurduğu bildirilir.Qeyd edək ki, mərhumun…