İstanbulun Sarıyer rayonunda meşəlik ərazidə aslanın müşahidə edildiyi barədə iddia təsdiqini tapmayıb.
Bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, Sarıyer rayonunda aslanın müşahidə edildiyi iddiası ilə bağlı ərazidə aparılan araşdırmalar zamanı aslanın mövcudluğuna dair heç bir konkret sübut aşkarlanmayıb.