Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin layihəsini təqdim edib.
Əsas məqamlar bunlardır:
▪️ Maliyyə və kripto: Təxminən 60 Rusiya bankı SWIFT sistemindən çıxarılır, sanksiyalardan yayınmağa kömək edən kriptovalyuta və ödəniş şəbəkələrinə (o cümlədən üçüncü ölkələrdə) yeni məhdudiyyətlər qoyulur;
▪️ Energetika: Avropa şirkətlərinə Rusiyanın neft emalı zavodlarının və enerji infrastrukturunun tikintisi, təmiri və istismarında iştirak qadağan edilir;
▪️ “Kölgə donanması”: Rusiyaya məxsus 70-dən çox tanker sanksiya siyahısına əlavə olunur;
▪️ Viza qadağası: Ukraynaya qarşı müharibədə iştirak edən Rusiya vətəndaşlarının Aİ-yə girişi yasaqlanır;
▪️ İdman: Aİ ərazisindəki yarışlarda Rusiya bayrağı altında çıxış etmək qadağan olunur.
Sənədin ilin sonuna qədər Aİ-nin bütün üzv dövlətləri tərəfindən təsdiqlənəcəyi gözlənilir.