Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlandı

SUMQAYIT, 23 noyabr. TELEQRAF

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb.

Hadisə şəhərin Bulvar ərazisində yerləşən mənzillərin birində qeydə alınıb.

1974-cü il təvəllüdlü Orxan Qasımovun meyiti qohumları tərəfindən aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.