“Red Bull”un pilotu Maks Ferstappen ardıcıl ikinci mövsümdə çempion tituluna həsrət qalsa da, hələ də özünü “Formula-1”in ən yaxşı pilotu sayır. 2025-ci ildə “kral avtoyarışları”nın qalibi “Maklaren”dən Lando Norris, bu il isə “Mersedes”dən Kimi Antonelli olub.
“Crash.net” portalı niderlandlı pilotun açıqlamasını yayıb:
“Mən özümü “Formula-1”də hələ də ən yaxşı sayırammı? Həmişə belə düşünürəm. Əks halda gedərdim. Düşünürəm ki, bu mövsüm məndə yaxşı alındı. Əlbəttə, “Formula-1”də nəticələrin maşından çox asılıdı. Son vaxtlar bizdə hər şey az-çox yoluna düşüb, bu üzdən “Red Bull” yenidən qələbə qazanmağa başlayıb”.
29 yaşlı niderlandlı dördqat dünya çempionudu.