Qaxda dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsi: ISO 9001 və ISO 37001

Qax Rayon İcra Hakimiyyəti ISO 9001 və ISO 37001 beynəlxalq standartları üzrə idarəetmə sistemini quran və sertifikatlara layiq görülən yerli icra hakimiyyəti qurumlarından biridir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.11 bəndində ISO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənilməsi, təkliflərin toplanılması və qiymətləndirilməsi istiqamətində araşdırma aparılması və nəticədə (ISO 37001) “Antikorrupsiya idarəetmə sistemləri”nin qurulmasının təşviqi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıq verilmişdir.

Qeyd edilən tapşırığın icrası ilə bağlı, eləcə də idarəetmədə şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin aradan qaldırılması və mənfi təsirləri ilə bağlı məlumatlılığın həyata keçirilməsi, işgüzar münasibətlərdə inamın və nüfuzun artırılması, işçilərin peşəkarlığının və keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, riskin azaldılması və stabilliyin yaranması, qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edən İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” və ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi, tətbiq edilməsi məqsədilə Qax Rayon İcra Hakimiyyətində mərhələli şəkildə işlər həyata keçirilmişdir. Bu sahədə standartlara uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlər uğurla yerinə yetirilmişdir.

İS0 9001 standartı müəssisə və təşkilatlar tərəfindən normativ hüquqi tələblərə, vətəndaş tələblərinə uyğunluğu təmin etmək, idarəetmə sisteminin effektivliyini artırmaq və vətəndaş məmnunluğuna nail olmaq üçün tətbiq edilir.

İSO 37001 isə antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standart kimi idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərinin aradan qaldırılması üçün təlimat, prosedur dəstəyini təmin edir.

Qeyd olunan standartların tətbiqi rayon İcra hakimiyyətinin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli tövfə verəcəkdir.