Neftçala rayonunu içməli su ilə təmin edən magistral su xəttində qəza baş verib.Bu barədə “Qafqazinfo” xəbər verir.
Qəza səbəbindən rayon ərazisində içməli suyun verilişində müvəqqəti fasilə yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən diametri 500 mm olan su xəttində qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Təmir-bərpa işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.