Qubada 28 yaşlı Xəyalın başına nə gəlib? – Yaxınları fəryad etdi-VİDEO

Qubada bədbəxt hadisə baş verib. Rayonun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Muradovun Qudyalçaya düşərək itkin düşdüyü ehtimal olunur. İlkin məlumata görə, iki uşaq atası olan Xəyal Muradov “KamAZ” markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən ehtiyatsızlıq nəticəsində sürüşərək suya düşüb.

Yaxınlarının sözlərinə görə, hadisə noyabrın 22-də saat 15:00-16:00 radələrində baş verib. Həmin vaxtdan onunla əlaqə saxlamaq mümkün olmayıb.

Daha ətraflı APA TV-nin videomaterialında: