İstanbulda tramvayla avtobus toqquşdu: Xəsarət alanlar var – Video

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda tramvayla sərnişin avtobusu toqquşub.

Türkiyə mətbuatına istinadən, hadisə Haseki tramvay dayanacağının yaxınlığında baş verib.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib.