Ermənistan eyni vaxtda 13 ölkədəki səfirlərini geri çağırıb.
Bununla bağlı prezident Vaaqn Xaçaturyanın müvafiq sərəncamları dövlət başçısının rəsmi saytında dərc olunub.
Geri çağırılan diplomatlar Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya, Argentina, Çili, Peru, Kanada, Dominikan Respublikası, Kuba, Yamayka, İsrail və Niderlandda fəaliyyət göstərən səfirlərdir.
Bundan əlavə, Ermənistanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi və NATO-dakı missiyasının rəhbəri də vəzifələrindən azad edilib.