"Barselona" futbolçuları Bakıya gəldi

"Barselona" klubu UEFA Çempionlar Liqası çərçivəsində "Sabah"la baş tutacaq qarşılaşma üçün Bakıya gəlib.

Kataloniya komandası Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Məlumata görə, Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamal "Sabah"la oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" oyunu noyabrın 25-də, saat 21:45-də başlayacaq.