"Məmurun bacısı “Flora Baku”nu sökdürməklə hədələyir" - VİDEO

Məsələ ictimailəşdirildikdən sonra obyektin sosial şəbəkə hesabında yenidən edilən paylaşımda problemin həll olunduğu bildirilib.

“Məsələni aktuallaşdırdığınız, paylaşdığınız və ictimailəşdirdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Aidiyyəti qurumlarla danışdıq. “Flora Baku” öz fəaliyyətini davam etdirəcək, heç kim bizə toxunmayacaq”.

***

Bakıda fəaliyyət göstərən “Flora Baku” musiqili məkanı bağlanmaq təhlükəsi ilə üzləşib.

Bu barədə məkanın “Instagram” səhifəsində paylaşım edilib.

Bildirilib ki, buna səbəb qonşuluğa yeni köçən qadının məkanın fəaliyyəti ilə bağlı şikayət etməsidir. Məkanın əməkdaşlarının iddiasına görə, həmin qadın özünü icra nümayəndələrindən birinin bacısı kimi təqdim edərək onların fəaliyyətini dayandırmağı tələb edib.

Paylaşımda qeyd olunub ki, qadın məkanın narkomaniya və əxlaqsızlıqla əlaqəli fəaliyyət göstərdiyini iddia edib. Lakin “Flora Baku”dan bildirilib ki, burada retro musiqi gecələri, konsertlər və xeyriyyə tədbirləri təşkil olunur.

Məkanın açıqlamasına görə, bu, artıq ikinci belə haldır. Həmçinin bildirilib ki, noyabrın 24-də icra nümayəndələrinin obyektə gələrək onun sökülməsi ilə bağlı tədbir görəcəyi barədə məlumat əldə ediblər.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.

Instagram paylaşımıinstagram.com/reel/DgFSY2OgWq1/