Qarabağ döyüşlərində 2 il 6 ay əsirlikdə olan qazi Faiq Şikar oğlu Məmmədov vəfat edib.
Oxu.az-a istinadla, F.Məmmədov infarkt nəticəsində həyatını itirib.
Bildirilib ki, uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq.
Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra oradan qaça bilib.